Məhkəmə qərarları › İş №1(124)-239/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-239/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-239/2023 22.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ SUMQAYİT AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər - Təqsirləndirilən şəxs1 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs2 müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Sumqayıt 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxslərin iştirakları ilə, xx.xx.1985-ci ildə Dəvəçi (Şabran) rayonunda doğulmuş, ailəli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası vətəndaşı, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 237.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3şamış, Azərbaycan Respublikası vətəndaşı, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 istintaqla dəqiq müəyyən edilməmiş mənbədən, vaxtda və miqdarda satış məqsədilə qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış heroinin ümümi təmiz çəkisi külli miqdar təşkil edən 24,164 qramını 14 büküm və bir ədəd plastik qaba, eləcə də kustar üsulla hazırlanmış psixatrop maddə - metamfetaminin ümumi təmiz çəkisi külli miqdar təşkil edən 15,154 qramını eynilə 16 büküm və bir ədəd plastik qaba yerləşdirib idarəetmə hüququ olmadan idarə etdiyi «Azərmaş MMC» şirkətinə məxsus «Xəzər» markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda surətlər qutusunun arasına, həmçinin oturacaqlar arasındakı qoltuq altındakı saxlanc yerində gizlətməklə qanunsuz olaraq saxlamış, eyni zamanda istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi konstruktiv əlamətlərinə görə soyuq silah hesab edilən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, tiyəsinin uzunluğu 185 mm, dəstəyinin uzunluğu 125 mm, ümumi uzunluğu isə 310 mm təşkil edən 1 (bir) ədəd ümumi təyinatlı ov bıçağını da oturacaqlar arasında gizlətməklə qanunsuz olaraq saxlamış, 2022-ci il 10 iyun tarixdə günorta saatlarında metamfetaminin ayrı-ayrıqda çəkiləri 0,179 qram, 0,677 qram, 0,107 qram, ümumi təmiz çəkisi 0,963 qram təşkil edən 3 (üç) bükümünü və heroinin təmiz çəkisi 0,367 qram təşkil edən (bir) bükümünü tanışı, Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 göstərdiyi intim «xarakterli» xidmətlərin müqabilində verməklə qanunsuz olaraq satmış, 2022-ci il 11 iyun tarixdə, saat 17 radələrində, Şabran rayon rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin və psixotrop maddələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri nəticəsində o, Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən «24 saat» marketin qarşısında saxlanılmış və sözügedən nəqliyyat vasitəsinə keçrilmiş baxış zamanı ümümi təmiz çəkisi 23,797 qram təşkil edən 13 büküm və 1 (bir) ədəd plastik qabda heroin, eləcə də ümümi təmiz çəkisi 14,191 qram təşkil edən 13 büküm və 1 (bir) ədəd plastik qabda psixotrop maddə-metamfetamin özünün gizlətdiyi yerlərdən, ümumi təmiz çəkisi 0,963 qram təşkil edən 3 (üç) büküm psixotrop maddə metamfetamin və 0,367 qram çəkidə 1 (bir) büküm heroin isə avtomobildə sərnişin qismində olmuş Təqsirləndirilən şəxs2 aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Bundan başqa o, istintaqla dəqiq müəyyən edilməmiş mənbədən, vaxtda və miqdarda qanunsuz olaraq əldə etdiyi (kannabis) bitkisinin toxumlarını 2022-ci ilin müvafiq olaraq aprelin ortalarında və mayın əvvələrində ünvan 4 ünvanında yerləşən, şəhər sakini X6 məxsus, sonuncunun vəfatı ilə əlaqədar son dövrlərdə nəzarətsiz qalmış evin həyətyanı sahəsində evin arxasından təxminən 15 metr aralıda həyətin 15 m2 hissəsində əvvəlcədən hazırladığı torpaq sahəsində qanunsuz olaraq əkərək bu toxumlardan əmələ gəlmiş 11 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin şitillirinə mütəmadi olaraq aqrotexniki qaydada qulluq göstərib onları qanunsuz olaraq yetişdirməklə tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini qanunsuz olaraq kultivasiya etmiş, 2022-ci il 11 iyun tarixdə, saat 22 radələrində, Şabran RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi təmiz çəkisi 140 qram təşkil edən müxtəlif ölçüdə 11 ədəd yaş vəziyyətdə əkilib becərilməsi qadağan edilmiş narkotik tərkibli cətənə (kannabis) bitkiləri aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Təqsirləndirilən şəxs2 2022-ci ilin 10 iyun tarixdə, günorta saatlarında, tanışı Şabran şəhər sakini Təqsirləndirilən şəxs1 göstərmiş olduğu intim xarakterli «xidmətlərin» müqabilində sonuncunun idarəetmə hüququ olmadan idarə etdiyi «Azərmaş MMC» şirkətinə məxsus «Xəzər» markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda almaqla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi kustar üsulla hazırlanmış heroinin təmiz çəkisi 0,367 qram təşkil edən 1 (bir) bükümünü, eləcə də kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ayrı-ayrılıqda çəkiləri 0,179 qram, 0,677 qram, 0,107 qram, ümumi təmiz çəkisi 0,963 qram təşkil edən 3 (üç) bükümünü müvafiq olaraq əl çantası və əyinindəki cins şalvarın sağ arxa cibinə yerləşdirməklə qanunsuz olaraq saxlamış, 2022-ci ilin 11 iyun tarixdə, saat 17 radələrində, Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin və psixotrop maddələrninin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri zamanı Şabran şəhəri M. Ə. Rəsulzadə küçəsində yerləşən «24 saat» marketin qarşısında Təqsirləndirilən şəxs1lə birlikdə sonuncunun idarəetdiyi avtombilin salonunda saxlanılmış və şəxsi axtarış zamanı ümumi təmiz çəkisi 0,963 qram təşkil edən 3 büküm psixotrop maddə - metamfetamin və təmiz çəkisi 0,367 qram təşkil edən 1 büküm heroin ondan aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməllər üzrə özünü qismən CM-nin 228.4, 234.1, 237.1-cü maddələri ilə təqsirli bilərək ifadəsində göstərdi ki, Nəzrini 10 gün olarmış ki, tanımışdır. O, Nəzrinə heroin vermişdir. Avtomobildə oturub, Nəzrini gözləyən zaman polis əməkdaşları idarə etdiyi avtomobilə yaxınlaşmışdırlar. Bir anlıq qorxduğuna görə maşını sürüb oradan uzaqlaşmaq istəmış, lakin avtomobil səkinin qırağına çırparaq dayanmışdır. Sonra Nəzrin və onu Şabran RPŞ-nə aparmışdırlar. İdarə etdiyi avtomobilə vidoçəklişlə keçirilən baxış zamanı avtomobilin salonunda olan narkotik vasitələr, psixotrop maddələr və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa maşından bıçaq da polislər tərəfindən aşkar edilərək götürülmüşdür. Həmçinin yaşadığı evin qonşuluğundakı həyətə baxış keçirilərkən, qonşunun həyətində əkdiyi 11 ədəd çətənə bitkilər polis əməkdaşları tərəfindən aşkar olunmuşdur. O, verilən suallara cavab olaraq bildirmişdir ki, 2 ildir ki, narkotik vasitə istifadə edir. Metanfetamin və heroin istifadə etmişdir. Nəzrinin narkotik vasitə istifadə etdiyini bildirmişdir. Narkotik vasitəni İran İslam Respublikası vətəndaşından almışdır. Narkotik vasitəni bükümlərə ayrılmış şəkildə almışdır. Nəzrinlə birlikdə “Yaşıl Bağ” otelində qalmışdır. Narkotik vasitəni Nəzrin istədiyinə görə vermişdir. Narkotik vasitəni Nəzrinlə birlikdə istifadə etmək üçün vaxt olmamışdır. 11 ədəd çətənə bitkisi əkmişdir. Çətənə bitkilərinin ölçüsü 2 qarış olmuşdur. Özünü narkotik vasitələrin satışı ilə təqsirli bilməmişdir. Narkotik vasitəni şəxsi istifadə məqsədi ilə almışdır. O, saxlanılarkən Nəzrin marketdə olmuşdur. Nəzrinin çantası maşında olmuşdur. Narkotik vasitəni Nəzrinə o vermişdir. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunmaqla araşdırılmış cinayət işinin 1-cı cildinin 31- 32, 61-63, 104-108, 246-247-ci vərəqlərində olan ifadəsində ona Azərbaycan Respublikası CM-in 228.4, 237.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, Şabran şəhəri, T.İsmayılov küçəsi ev 48-də ailəsi ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Təxminən 1 ildir ki, narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamindən istifadə edir və təxminən 1 aya yaxındır ki narkotik vasitələrin satışı ilə də məşğul olur. Təxminəın 10 gün əvvəl Bakı şəhərində bir məclisdə olduğu zaman Təqsirləndirilən şəxs2 adlı qızla tanış olmuş və onun narkotik vasitələrin istifadəçisi olduğunu bilmişdir. Nəzrin də onun narkotik vasitələrin satışı ilə məşğul olmasnı bildiyi üçün münasibətləri daha da yaxınlaşmışdır. 08 iyun 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhərində olduğu zaman tanımadığı İran Respublikasının vətəndaşından 1000 manat pula narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almışdır. Həmin narkotik vasitələri Bakı şəhərində Razin adlanan ərazidə ağacın dibində olduğunu həmin şəxs ona dediyi üçün həmin yerə gedib və narkotik vasitələri oradan götürmüşdür. 09 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə telefon əlaqəsi saxlayaraq ona görüşməyi təkif etmişdr. Nəzrin də onunla razılaşdıqdan sonra Abşeron rayonunda Masazır qəsəbə dairəsinə dəvət etdikdən sonra tanımadığı yol taksisi ilə həmin əraziyə getmişdir. Təminən saat 22 radələrində Nəzrin də Masazır dairəsinə gəlib çıxmış və onunla görüşərək həmin taksi ilə birbaşa Şabran rayonuna getmişdir. Gecə saatlarında Şabran şəhərində yerləşən yaşadığı küçəyə gəlmişdir. Küçədə taksidən düşərək Şabran şəhər sakini Araz Şahkərəmovun «Azərmaş MMC» şirkətindən icarəyə götürdüyü «Xəzər» markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilə minərək birbaşa “Yaşıl Bağ” otelinə gedib və orada Nəzrinlə birlikdə gecələmişdir. Əldə etdiyi 13 büküm, eləcə də bir ədəd plastik qabda heroini və 13 büküm, eləcə də bir ədəd plastik qabda psixatrop maddə-metamfetamini avtomobilin salonunda surətlər qutusunun arasına və oturacaqlar arasındakı qoltuq altına qoymuşdur. Bundan başqa təxminən bir ay əvvəl təsadüfən küçədən tapdığı 2 büküm narkotik vasitə olan marixuanaları və bir ədəd bıçağı da həmin yerdə gizlətmişdir. 10 iyun 2022-ci il tarixdə günorta saatlarında Nəzrin ondan narkotik vasitələr istədiyi üçün ona 3 büküm metamfetamini 1 büküm isə heroini vermişdir. 11 iyun 2022-ci il tarixdə saat 17 radələrində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “24 Saat” marketin qarşısında idarə etdiyi avtomobildə oturub və Nəzrini gözləyən zaman polis əməkdaşları onun idarə etdiyi avtomobilə yaxınlaşmışlar. Bir anlıq qorxduğuna görə maşını sürüb və oradan uzaqlaşmaq istəmişdir. Ancaq avtomobil səkinin qırağına çırparaq dayanmışdır. Bundan sonra polis əməkdaşları narkotik vasitələrin saxlanması və satışında şübhəli bilindiyinə görə onu və Təqsirləndirilən şəxs2 saxlayaraq Şabran rayon PŞ-nə dəvət etmişlər. Etiraz etməyərək polis əməkdaşları ilə birlikdə RPŞ-nə getmişdir. RPŞ-də hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə idarə etdiyi avtomobilə vidoçəklişlə keçirən baxış zamanı avtomobilin salonunda olan narkotik vasitələr, psixotrop maddələr və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bundan başqa maşından təxminən 1 ay əvvəl tapıb və salonda oturacaqların arasında saxladığı bıçaq da polislər tərəfindən aşkar edilərək götürülmüşdür. Keçirilmiş baxışla əlaqədar protokol tərtib edildikdən sonra həmin protokol onlara oxunduqdan sonra imzaları ilə təsdiq edilmişdir. Bundan əlavə yaşadığı evin qonşuluğunda Şabran şəhəri Famil Hacıyev küçəsində yerləşən mərhum Fərhad Nağıyevin evində heç kim yaşamamasından istifadə edib, heç kimə demədən həmin evin həyətyanı sahəsində təxminən 11 ədəd çətənə toxumları əkmiş və həmin toxumlardan bitkilər əmələ gəlmişdir. Həmin toxumların 3 ədədini təxminən 2022-ci ilin may ayının əvvələrində digər 8 ədədini isə təxminmən 14 gün əvvəl həmin torpaq sahəsində əkmişdir. Əmələ gəlmiş təxminən 11 ədəd narkotik tərkibli bitkilərə mütəmadi şəkildə qulluq edib və onları sulamışdır. Həmin bitkiləri qonşusunun həyətyanı sahəsində əkməsindən heç kimin xəbəri olmamışdır. Mərhum qonşusunun həyətində narkotik tərkibli bitkilər əkməsini polislərə etiraf etdiyi üçün iştirakı ilə keçirilən baxış zamanı həmin 11 ədəd bitkilər polis əməkdaşları tərəfindən mərhum qonşusunun həyətindən aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edildikdən sonra imzaları ilə təqdiq olunmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şabran rayonunda, Cəfərlə birlikdə olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlanılarkən şalvarının cibində psixotrop maddə olan metamfetamin olmuşdur. O, verilən suallara cavab olaraq bildirmişdir ki, o, tutulmamışdan 3-4 ay əvvəldən narkotik vasitə istifadə etməyə başlamışdır. Cəfərlə də birlikdə narkotik vasitə istifadə etmişdir. Cəfər saxlanılarkən o, marketdə olmuşdur. Çantasında narkotik vasitə olmasından xəbəri olmamışdır. Üzərində öz istifadəsi üçün saxladığı metamfetamin olmuşdur. Törətdiyi əməldən peşmandır. Cəfərlə oteldə birlikdə qalmış, aralarında başqa münasibət olmamışdır. Məhkəmədə verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs2 ibtidai istinaq zamanı verdiyi və məhkəmədə elan olunmaqla araşdırılmış cinayət işinin 1-cı cildinin 49- 51, 129-131-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmasına baxmayaraq ünvan 6də ailəsi ilə birlikdə yaşayır. Subaydır və heç bir yerdə işləmir. Şabran şəhər sakini Təqsirləndirilən şəxs1 təxminən 10 gün əvvəl Bakı şəhərində qatıldığı bir məclisdə tanış olmuş və onunla tanış olduqdan sonra narkotik istifadəçisi olduğu üçün aralarında münasibətlər yaranmağa başlamışdır. Belə ki, təxminən bir aydır ki, narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən istifadə edir. Təxminən 10 iyun 2022-ci il tarixdə saat 22 radələrində Cəfər onunla telefon əlaqəsi saxlayaraq onu Abşeron rayonu Masazır dairəsinə dəvət etdiyi üçün ə Cəfərin dediyi əraziyə getmişdir. Masazır dairəsinə çatdıqda Cəfər Tarıverdiyevin dövlət qeydiyyat nişanını xatırlamadığı metal rəngli “Mersedes” markalı avtomobildə olduğunu görmüşdür. Cəfər Şabran rayonuna getməyi təklif etdikdə onunla razılaşıb və həmin avtomobilə əyləşmiş və həmin maşınla Şabran şəhində getmişlər. Cəfər Şabran şəhərinə çatdıqda yaşadığı evin yaxınlığında «Xəzər» markalı maşını götürdükdən sonra həmin maşına oturub və yadında qalmadığı otelə gedərək orada Cəfərlə birlikdə gecələmişlər. Ertəsi günün və ondan sonraki günü də Cəfər Şabran rayonunda tanımadığı müxtəlif şəxslərlə müxtəlif yerlərdə görüşmüşdür. Şabran şəhərini yaxşı tanımadığına görə o, hara gedirdisə onunla birlikdə getmişdir. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin satışı ilə məşğul olmasını bildiyi üçün və narkotik vasitəyə ehtiyacı olduğuna görə o, 10 iyun tarixdə günorta saatlarında ondan narkotik vasitə istəmiş və Cəfər də 3 büküm metamfetamini və 1 büküm heroin ona idarə etdiyi «Xəzər» avtomobilində təmənnasız olaraq vermişdir. Narkotik vasitənin 3 bükümünü öz əl çantasına, digər 1 ədəd bükümü isə siqaret qutusunun içərisinə yerləşdirib əyinindəki cins şalvarın sağ arxa cibinə qoymuşdur. Həmin narkotik vasitələrin qarşılığında Təqsirləndirilən şəxs1 pul verməmişdir. 11 iyun 2022-ci il tarixdə axşam saaatlarında Şabran şəhərində tanımadığı küçədə Təqsirləndirilən şəxs1 avtomobili saxlamasını xahiş etmişdir. Cəfər də avtomobili saxladıqdan sonra həmin küçədə yerləşən marketə girib və orada telefonuna kontur vurmaq istədiyi zaman küçədə səs-küyün gəlməsini eşitmişdir. Küçəyə çıxdıqda isə polis əməkdaşlarının Cəfərin idarə etdiyi maşına yaxınlaşaraq onu saxladıqlarını görmüşdür. Bundan sonra polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin saxlanmasında şübhəli olduğuna görə onu da Şabran rayon PŞ-nə dəvət etmişlər. Şabran rayon PŞ-də üzərinə və çantasına vidoçəklişlə keçrilən baxış zamanı həmin psixotrop maddələr və narkotik vasitə ondan aşkar edilərək götrülmüşdür. Bu barədə protokol tərtib edildikdən sonra protokolun doğruluğu imzaları ilə təsdiq edilmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə şahid qismində dindirilmiş Şabran RPŞ-nin CAB-nin rəisi Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat əməliyyat aparatına daxil olan kimi 11 iyun 2022-ci il tarixdə saat 17 radələrində RPŞ-nin polis əməkdaşları Şahid2, Şahid3 və Sevindik Abdullayev və digər polis əməkdaşları ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 idarə etdiyi «Xəzər» markalı **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən «24 saat» marketin qarşısında olması onlara məlum olmuşdur. Həmin küçədə Təqsirləndirilən şəxs1 saxlamaq istəyərkən o, avtomobili işə salaraq sürüb və oradan uzaqlaşmaqla qaçmağa cəhd göstərmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs1 və həmin maşında olan sərnişin Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 saxlayaraq Şabran rayon PŞ-nə gətirmişlər. RPŞdə müstəntiq tərəfindən Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edildikdən sonra üzərinə və idarə etdiyi avtomobilə vəkilin iştirakı ilə baxış keçiriləcəyi ona bildirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməsə də, idarə etdiyi «Xəzər» markalı avtomobilin salonundan surətlər qutusunun arasından və oturacaqlar arasındakı qoltuq altından ümumilikdə 28 ədəd bükümlərdə və 2 ədəd plastik qablarda narkotik vasitəyə bənzər kütlələr aşkar edilmişdir. Həmin plastik qablarda və 28 ədəd bükümlərin içindəki maddələrin nə olmasını və kimə məxsus olmasını Cəfərdən soruşduqda o, plastik qablarda və bükümlərin içindəki kütlələrin narkotik və psixotrop vasitələr heroin, patı və nəşə olmasını və həmin vasitələrin ona məxsus olduğunu bildirmişdir. Bundan başqa avtomobildən 1 ədəd elektron tərəzi və 1 ədəd bıçaq aşkar edilərək götürülüb, qablaşdırılaraq bu barədə protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 avtomobilində olmuş sərnişin Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 üzərinə müdafiəçinin iştirakı ilə keçrilən şəxsi axtarış zamanı əl çantasından və əyinindəki cins şalvarın sağ arxa cibindən ümumilikdə 4 ədəd bükümlərin içində narkotik vasitəyə bənzər kütlələr və psixotraaop maddələr aşkar edilərək götürülmüşdür. Həmin bükümlərin içindəki kütlələrin nə olması və onların kimə məxsus olmasını Təqsirləndirilən şəxs2 soruşduqda o, həmin 4 ədəd bükümlərin içindəki kütlələrin heroin və patı yəni psixotrop maddə metamfetamin olduğunu və həmin bükümləri Cəfərdən alaraq üzərində saxladığını bildirmişdir. Həmin 4 ədəd bükümlər götürələrək qablaşdırılıb və bu barədə protokol tərtib eldikdən sonra protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs1 yaşadığı Şabran şəhəri T. İsmayılov küçəsində yerləşən evinə keçrilən baxış zamanı həmin evin qonşuluğunda Famil Hacıyev küçəsi 17 ünvanında yerləşən, mərhum şəhər sakini X6 məxsus, evin həyətyanı sahəsində evinin arxa hissəsində 11 ədəd narkotik tərkibli bitkilərə bənzər kollar aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 həmin bitkilərin nəşə bitkiləri olduğunu, həmin bitkiləri heç kimə demədən özünün istifadəsi üçün əkib və onlara qulluq göstərdiyini demişdir. Baxışda iştirak edən aqronom həmin bitkilərin narkotik tərkibli çətənə bitikləri olduğunu və onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş RPŞ-nin polis əməkdaşları Şahid2 və Şahid3 məhkəmədə ifadəsi alınmış Şabran RPŞ-nin CAB-nin rəisi Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyun 2022-ci il tarixli “Əməliyyat məlumatının yoxlanılması barədə” qərardan görünür ki, xx.xx.1985-ci təvəllüdlü Təqsirləndirilən şəxs1 narkotik vasitələrinin qəbulu və satışı ilə məşğul olması barədə Şabran RPŞ-nin CAB-nə daxil olmuş məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Şabran rayon Məhkəməsinin hakimi Çingiz İsgəndərovun 13 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CPM-nin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat axtarış tədbirlərinin aparılması barədə qərar və həmin qərarla bağlı aparılan prossesual hərəkətlər insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanuni hesab edilmişdir. (İ cild, iş vərəqə 3, 93) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi **-PH-*** dövlət qeydiyyat nişanlı ”Xəzər Lada” markalı avtomobilə baxış keçirən zaman avtomobilin salonunda sürət qutusunun qarşısında yaşıl rəngli qutu aşkarlandı. Həmin qutuya baxan zaman qutudan ümumilikdə 28 bükümdə ayrı-ayrılıqda psixotrop maddə metamfetaminə bənzər kütlə və narkotik vasitə heroinə bənzər kütlələr aşkar edildi. Bundan əlavə həmin qutuya baxış keçirən zaman qutudan 2 ədəd kağız puldan və skoçdan düzəldilmiş borucuq akar edildi. Bundan baçqa avtomobilin salonunda qoltuq altına baxış keçirən zaman 2 ədəd plastik qab və 1ədəd eəektron tərəzi aşkarlandı. Həmin qablara baxış keçirən zaman qablardan birində psixotrop maddə metamfetaminə bənzər kütlə və narkotik vasitə heroinə bənzər kütlələr aşkar edildi. Bundan əlavə avtamobilin salonunda sürücü qoltuğununun yanında 1 ədəd süngü bıçağı aşkar edildi. Avtomobilin salonunda sürücü qoltuğunun yanında 1 ədəd süngü bıçaq aşkar edildi. Avtomobilin salonunda yerləşən bardaçoka baxış keçirən zaman isə oradan 1 ədəd falqa aşkar edilərək götürüldü. Avtomobilin salonunun arxa sağ qapısının ləvazimat üçün nəzərdə tutulmuş hissəyə baxışkeçirən zaman isəhəmin yerdən 1 ədəd kustar üsulla hazırlanmış ucunda kolbavari şüşə olan borucuq aşakar edilmiş və götürülmüşdür. Bundan başqa avtomobilin arxa oturacaənda həmin avtomobilə sərnişin olan və Təqsirləndirilən şəxs1 tanışı ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan xx.xx.2011-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 məxsus qara rəngli əl çantasına baxış keçirən zaman çantadan 2 ədəd psixotrop maddəyə bənzər metamfetamin və 1 ədəd narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür .(İ cild, iş vərəqə 30, 71) Baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, mərhum Fərhad Nağıyevə məxsus fərdi yaşayış evi iki mərtəbəli yaşayış evi olub, artıq bir müddətdir ki, həmin evdə yaşayış yoxdur. Bundan əlavə mərhum Fərhad Nağıyevə məxsus fərdi yaşayış evi Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin həyətinə bitişikdir. Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinin həyətinən qonşuluqda yerləşən mərhum Fərhad Nağıyevə məxsus və hazırda yaşayış olmayan fərdi yaşayış evinin həyətinə giriş üçün cığır açmış və həmin həyətə cığırdan keçərək baxış keçirən zaman isə həyətdən Təqsirləndirilən şəxs1 aqotexniki qaydada qulluq edib əkdiyi 11 ədəd narkotik xassəli çətənə bitkisinə oxşar bitki kolları aşkar edilərək götürülmüşdür. (İ cild, iş vərəqə 59, 71) Baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılması zamanı əynindəki şalvarın sağ arxa cibindən 1 ədəd siqaret qutusunun içərisindən 1 ədəd psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. (İ cild, iş vərəqə 37,72) Şəxsi axtarış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-kimyəvi ekspertizasının 12 iyun 2021-ci il tarixli 6/3308 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,107 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,179 qram, 0,677 qram ümumi təmiz çəkisi 0,856 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, bir ədəd bükümdə təmiz çəkisi 0,367 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs1 aşkar edilmiş 13 bükümdə və bir ədəd plastik qabda ümumi təmiz çəkisi 23,797 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 13 ədəd bükümdə və bir ədəd plastik qabda ümumi təmiz çəkisi 14,191 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir. 2 ədəd gümüşü rəngli folqa kəsiyinin, bir ədəd bükülərək boru şəklinə salınmış 5 manatlıq əsginas 2 ədəd bükülərək boru şəklinə salınmış 1 manatlıq əsginasların səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəciklərdən cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. Psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyinidirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-bioloji ekspertizasının 12 iyun 2022-ci il tarixli 7/617 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 aşkar edilmiş 02 iki ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,263 qram, 0,245 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 0,508 qramdır. 11 ədəd yaş vəziyyətdə ümumi çəkisi 140 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqranomun rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. (İ cild, iş vərəqə: 68-71) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə-ballistik 07 iyul 2022-ci il tarixli 3/826 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir. (1 cild, iş vərəqə: 229-232) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş 11 iyun 2022-ci il tarixli aqronom rəyinə əsasən, Təqsirləndirilən şəxs1 qonşuluğunda olan hal-hazırda yaşayış olmayan mərhum Nağıyev Fərhada məxsus olan həyətyanı bağçada meyvə ağaclarının arasında aşkar edilmiş əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bikisinə bənzər bitkilərə baxış keçirib aşağıdakılaı müəyyən etmişdir. Həmin bitkilər meyvə ağaclarının arasında əkilib becərilmiş və aqrotexniki qulluq olunmuşdur. Belə ki, bitkilərə aqrotexniki qulluq yəni bitkilərin dibləri alaq otlarından təmizlənməklə yumşaldılmış və suvarılmışdır. Bitkilərin sayı 11(on bir) ədəd, boyları 7-120 sm-dir. (İ cild, iş vərəqə: 64) Təqsirləndirilən Təqsirləndirilən şəxs2 aşkar edilmiş 3 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,107 qram, 0,179 qram, 0,677 qram ümumi təmiz çəkisi 0,963 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 0,367 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təqsirləndirilən Təqsirləndirilən şəxs1 aşkar edilmiş 13 bükümdə və bir ədəd plastik qabda ümumi təmiz çəkisi 23,797 qram olan kustar üsulla hazırlanmış heroin, 13 ədəd bükümdə və bir ədəd plastik qabda ümumi təmiz çəkisi 14,191 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 2 ədəd gümüşü rəngli folqa kəsiyi, bir ədəd bükülərək boru şəklinə salınmış 5 manatlıq əsginası, 2 ədəd bükülərək boru şəklinə salınmış 1 manatlıq əsginasları, 02 iki ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,263 qram, 0,245 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 11 ədəd yaş vəziyyətdə ümumi çəkisi 140 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri, bir ədəd elektron tərəzi, bir ədəd bıçaq cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilməklə saxlanılması üçün Şabran RPŞ-nin maddi-sübütlar otağına təhvil verilmiş, şəxsi axtarış və baxış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 2 ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (İ cild, iş vərəqə: 96-98, 237-239) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə Məhkəmə-Narkoloji Ekspertizasının 04 avqust 2022-ci il tarixli 4264 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (İ cild, iş vərəqə: 233-234) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş məhkəmə Məhkəmə-Narkoloji Ekspertizasının 03 sentyabr 2022-ci il tarixli 4934 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya) xəstəliyi aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (İ cild, iş vərəqə: 235-236) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş BƏSİİ-nin tələbnaməsindən və Şabran rayon Məhkəməsindən alınmış xx.xx.2014-cü il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib və ona 1000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Sumqayıt Probasiya şöbəsindən alınmış sorğuya cavabdan göründüyü kimi «28 may Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 20 may 2016-cı il tarixli Qərarının 1.8-ci bəndinə əsasən Təqsirləndirilən şəxs1 04 iyul 2016-cı il tarixli amnistiya qərarı tətbiq edilərək cərimə cəzasından azad edilmişdir. Təqsirləndirilən şəxs1 əvəllər məhkum edilməmiş hesab edilir. BƏSİİ-nin tələbnaməsindən göründüyü kimi Təqsirləndirilən şəxs2 əvəllər məhkum olunmamışdır. (İ cild, iş vərəqə: 172, 168-171, 216, 173) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şabran rayon İcra Hakimiyyəti başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir yazılı şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Bakı şəhəri, 87 Sayl MKİS-nin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Neapol küçəsi, ev 10, mənzil 15-də qeydiyyatda olduğu müddətdə barəsində MKİS-nə heç bir yazılı şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ailəlidir və himayəsində azyaşlı övladı xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2009cü il təvəllüdlü X5 vardır. Məhkəmə, Təqsirləndirilən şəxs1 tutularkən maşınında aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri satmaq niyyətinin olmaması və Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs2ın çantasından aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin ona məxsus olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdikləri və məhkəmə istintaqında tədqiq edilmiş ilkin etiraf ifadələri iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadələri də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına, CM-nin 234.1 və 237.1-ci maddələri az ağır cinayətlər kateqoriyasına, CM-nin 228.4-cü maddəsi isə böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununun 10.0.11-ci maddəsində göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 237.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidirlər, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4, 237.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Himayəsində azyaşlı övladı xx.xx.2011-ci il təvəllüdlü X4 və xx.xx.2009-cü il təvəllüdlü X2 olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən şəxslərin əməllərində CM-nin 61-ci maddəsinə nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə Şabran rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (iş vərəqə 14,163-165) İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəza çəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən başlanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən şübhəli şəxs qismində tutulmuş, Şabran rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Ev dustaqlığı növündə qətimkan tədbirinin şərtlərini mütəmadi olaraq pozduğuna görə Təqsirləndirilən şəxs2 barəsində 26 iyul 2022-ci il tarixli qərarla axtarış elan edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci ildə Bakı şəhərində müəyyən edilərək tutulmuşdur. xx.xx.2022-ci il tarixdə Şabran rayon Məhkəməsinin həmin tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (iş vərəqə 17, 82- 83) Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 11 iyun 2022-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və ev dustaqlığında olduğu 1(bir) ay 15 (on beş) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzasından çıxılmalıdır. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır, CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə cinayət işində olan olan məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Şabran RPŞ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs2 aşkar edilmiş 3 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,107 qram, 0,179 qram, 0,677 qram ümumi təmiz çəkisi 0,963 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 0,367 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təqsirləndirilən Təqsirləndirilən şəxs1 aşkar edilmiş 13 bükümdə və bir ədəd plastik qabda ümumi təmiz çəkisi 23,797 qram olan kustar üsulla hazırlanmış heroin, 13 ədəd bükümdə və bir ədəd plastik qabda ümumi təmiz çəkisi 14,191 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 2 ədəd gümüşü rəngli folqa kəsiyi, bir ədəd bükülərək boru şəklinə salınmış 5 manatlıq əsginası, 2 ədəd bükülərək boru şəklinə salınmış 1 manatlıq əsginasları, 02 iki ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,263 qram, 0,245 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 11 ədəd yaş vəziyyətdə ümumi çəkisi 140 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri, bir ədəd elektron tərəzi, bir ədəd bıçaqməhv edilməli, şəxsi axtarış və baxış istintaq hərəkətlərinin videogörüntülərini özündə əks etdirən 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 182 manat 50 qəpik (yüz səksən iki manat əlli qəpik), Təqsirləndirilən şəxs2 oğlundan 40 manat 50 qəpik (qırx manat əlli qəpik) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli 15 nömrəli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 237.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 CM-nin 228.4-cü maddəsi ilə 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 237.1-ci maddəsi ilə 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 9 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 11 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 11 iyun 2022-ci il tarixdən 26 iyul 2022-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və ev dustaqlığında olduğu 1(bir) ay 15 (on beş) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 10 (on) ay 15( on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Şabran RPŞ-nin maddi-sübütlar otağında saxlanılan, Təqsirləndirilən şəxs2 aşkar edilmiş çəkisi 0,963 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 1 ədəd 0,367 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, təqsirləndirilən Təqsirləndirilən şəxs1 aşkar edilmiş təmiz çəkisi 23,797 qram olan kustar üsulla hazırlanmış heroin, çəkisi 14,191 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin, 2 ədəd gümüşü rəngli folqa kəsiyi, bir ədəd bükülərək boru şəklinə salınmış 5 manatlıq əsginası, 2 ədəd bükülərək boru şəklinə salınmış 1 manatlıq əsginasları, 02 iki ədəd kağız bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,263 qram, 0,245 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 11 ədəd yaş vəziyyətdə ümumi çəkisi 140 qram olan narkotik təbiətli çətənə (kannabis) bitkiləri, bir ədəd elektron tərəzi, bir ədəd bıçaq məhv edilsin, 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 182 manat 50 qəpik (yüz səksən iki manat əlli qəpik), Təqsirləndirilən şəxs2 40 manat 50 qəpik (qırx manat əlli qəpik) məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar