Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-239/2025 04.03.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - sədrlik edən hakim Rzayeva Aynur Tapdıq qızı, hakimlər Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhərrəmova Aişə Tahir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi – X1, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1974-cü il tarixdə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 və 157.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan adamı mənzil toxunulmazlığını pozaraq qəsdən öldürmüş, yəni xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan digər şəxsi qəsdən həyatdan məhrum etmiş, habelə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2013cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2013-cü il tarixdən hesablanmaqla 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarı ilə 01 ay cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda heç bir əsaslı səbəb olmadan keçmiş arvadı X2 ilə əvvəllər yaxın münasibətlərinin olmasını bəhanə edib həmkəndlisi Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə 12 oktyabr 2024cü il tarixdə saat 21 radələrində orta dərəcəli alkoqol sərxoşluğu halında sonuncunun yaşadığı Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində 41,48492* N, 48,79079* E koordinatlarda yerləşən fərdi yaşayış evinə gedərək Zərərçəkmiş şəxs iradəsinə zidd qapısı açıq olan həmin evə qanunsuz daxil olub öz şəxsiyyətini zərər çəkmiş şəxsin fövqünə qoyub xuliqanlıq niyyəti ilə, habelə ağır iflic xəstəliyi ilə əlaqədar müqavimət göstərmək imkanı olmadığını bildiyi halda aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xüsusi əzab və işgəncə verdiyini dərk edib bunu arzulayaraq müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik nümayiş etdirməklə sonuncunun baş və bədən nahiyəsinə qəsdən bir neçə dəfə yumruq zərbələri vuraraq Zərərçəkmiş şəxs “koma ilə müşaiyət olunmuş baş beyin ödemi və baş beyin silkələnməsi ilə müşaiyət olunmuş təpə, alın və sağ qaş nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ göz ətrafı və sol gözün üst qapaq nahiyələrinin qançırları, sol göz almasına qansızma, burun və sağ bilək nahiyələrinin sıyrıqları” kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, nəticədə “baş beyin toxumasının ödemi” qismində ölümünə səbəb olan xəsarət yetirməklıə Zərərçəkmiş şəxs qəsdən öldürmüş, bununla da, o, xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmüş, yəni xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla, onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan digər şəxsi qəsdən həyatdan məhrum etmiş, habelə Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4, 120.2.9 və 157.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirsiz bilərək ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun namusuna sataşmış, arvadı ilə münaisbətləri olmuşdur. O, bu hadisədən əvvəl arvadını da öldürmüş, cəzasını haqqədalətlə çəkib çıxmışdır. Arvadı ona Zərərçəkmiş şəxsla xəyanət etmiş, elə buna görə də Akif hər yerdə bununla bağlı onun əleyhinə danışmışdır. Onun Akifi öldürmək niyyəti olmamış, sadəcə olaraq onu başqa yerlərdə haqqında danışmaması üçün başa salmaq istəmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq Akifgilin evinə Əfqan adlı şəxslə getdiyinibildirmiş, onlar Akifgilə getdikləri zaman Akifin ayıq olmuş, lakin həmin vaxt Akifin xəstə olduğundan müstəqil hərəkət edə bilməmiş, hərəkət imkanları məhdud olmuşdur. O, Akifi yumruqla vurmuş, lakin onu öldürmək niyyəti olmamışdır. Akifi vurduğu zaman ona qarşı hər hansı müqavimət göstərməmişdir. Əfqan onu Akifdən ayırmağa çalışmışdır. O, kənara çəkiləndə Akifin hələ də nəfəs aldığını, hadisədən dərhal sonra təcili tibbi yardım xidmətinə və polisə zəng olunduğunu bildirmişdir. Akif həmin evdə tək yaşamışdır. Akifə yumruq vurduğu zaman onun özü də xəsarət almış, xəsarət nəticəsində əli sınmışdır. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq Zərərçəkmiş şəxs nə vaxtdan iflic olduğunu bilmədiyini qeyd etmişdir. Onun Akifi öldürmək niyyəti olmamış, sadəcə olaraq başqa yerlərdə haqqında danışmaması üçün onu başa salmaq istəmiş və etdiyi hərəkətə görə bir az da onu döyərək cəzalandırmaq istəmişdir. Onun keçmiş arvadı ilə Zərərçəkmiş şəxs arasındakı münasibətləri Akif özü hər yerə yaymışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. 08 noyabr 2024-cü il tarixli qərarla zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X3 məhkəmə istintaqı zamanı ifadəsində baş verən hadisə ilə bağlı heç nə görmədiyini, qardaşı mərhum Zərərçəkmiş şəxs xəstə olduğunu bildirmişdir. O, hadisə günü işdən evə gəlmiş və saat təxminən 21-22 radələrində ona qardaşının döyülməsi ilə bağlı xəbər gəlmiş, bunu eşidən kimi dərhal qardaşıgilə getmişdir. O, qardaşıgilə çatanda artıq polislər, təcili tibbi yardım xidməti orada olmuş, həmin vaxt qardaşı al-qanın içərisində olmuş, o da onlarla bərabər xəstəxanaya getmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X3 dövlət ittihamçısının sullarına cavab olaraq qardaşının təxminən 2 ilə yaxın idi ki, xəstə olduğunu, qardaşının yeriyə bilmədiyini və danışa bilmədiyini qeyd etmişdir. Eynulla ilə qardaşı arasında nə baş verdiyini bilməmiş, bu haqda heç bir məlumatı olmamışdır. Zərər çəkmiş şəxsin hüquqi varisi X3 müdafiəçinin sullarına cavab olaraq göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs tərəfindən döyüldükdən təxminən 15 gün müddət sonra ölmüşdür. Akif xəstəxanada ölmüş, qardaşı danışa bilmədiyi üçün ona heç nə deyə bilməmişdir. O, baş verən hadisə ilə bağlı heç nə bilmədiyini qeyd etmişdir. Zərər çəkmiş şəxsin hüquqi varisi X3 məhkəmə tərkibinin sullarına cavab olaraq qardaşının tək yaşadığını, bir neçə dəfə ailə həyatı qursa da, sonradan boşandığını, qardaşına günortalar gəlinlərinin baxdığını, gecələr isə işdən çıxandan sonra özünün baxdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində Təqsirləndirilən şəxslə qonşu olduğunu, mərhum Zərərçəkmiş şəxs tanımadığını bildirmişdir. Hadisə vaxtı Eynulla ilə özü içkili olmuş və tanımadıqları bir yerə daxil olmuşdurlar. Həmin vaxt Eynullanın mərhum Akifə yumruq atdığını görən kimi onları ayırmış və daha sonra evə getmişdir. Hadisənin qalan hissəsindən xəbəri olmamış, Eynulla namus üstündə Akifi döydüyünü demişdir. Şahid1 məhkəmə iclası zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımış, onunla eyni kənddə yaşamış, Zərərçəkmiş şəxs isə əvvəllər tanımamış, sonuncu ilə heç bir münasibəti olmamışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Eynulla yaşadığı evə gəlmiş, evdə Eynulla ilə birlikdə spirtli içki olan çaxır qəbul etmişlər. O, hər gün spirtli içki qəbul etmişdir. Eynulla ilə birlikdə 2 litrdən çox çaxır içmişlər. İçki içə-içə Eynulla türmə həyatından danışmış, lakin arvadı barəsində bir söz deməmişdir. Çaxırı bitirdikdən sonra Eynulla mağazadan araq almaq istəməsini dedi. O, Eynulla ilə birlikdə evdən çıxıb mağazaya getmiş, lakin mağazadan onlara borcları olmasına görə nisyə içki verməmişlər. Mağazadan onlara 1 qutu siqaret vermişlər, onlar siqaret çəkə-çəkə mağazadan uzaqlaşmışlar. Eynulla kəndin başqa istiqamətinə hərəkət etməyə başlamışdır. O, Eynulladan hara getdiyini soruşanda Eynulla “sən mənimlə gəl, narahat olma” sözlərini demişdir. O, yəqin hardasa içki məclisi olduğunu, Eynullanın onu ora apardığını düşünmüşdür. Bir qədər getdikdən sonra Eynulla bir həyətə girmiş, həmin həyətin qapısı açıq olmuşdur. Həmin vaxt o, küçədə siqaret çəkmişdir. Bu vaxt evin içərisindən Eynullanın səsin eşitmiş, Eynulla “tanıdın məni? Mənəm, Eynulla, gəlmişəm” sözlərini demişdir. O, evdə nəsə mübahisə olduğunu başa düşmüş, buna görə siqaretini atıb içəri girmiş, bir nəfər şəxsin taxtın üzərində oturduğunu, Eynullanın həmin şəxslə mübahisə etdiyini görmüşdür. Həmin şəxs heç nə danışmamış, hərəkətlərindən xəstə adam olmasını və hərəkətləri məhdud olmasını başa düşmüşdür. Həmin adamı, yəni Akifi ilk dəfə görmüşdür. O, Eynullaya “bu kimdi nə işimiz var bizim burda?” sözlərini demişdir. Eynulla isə ona “budu da mənim arvadımla görüşən, mən buna görə arvadımı öldürüb srok yatmışam” sözlərini demişdir. O, Eynullaya “bu xəstə adamdı, sənin arvadınla bu halda necə görüşüb axı” sözlərini demişdir. Eynulla isə ona Akifin o vaxt salamat olduğunu, evlərinin yanında da bunu çox gördüyünü, sonradan paralic keçirdiyini demişdir. O, Eynullaya “gəl çıxıb gedək, məni də zibilə salma, piyan adamlarıq” sözlərini demiş, lakin Eynulla onu eşitməmiş, cumub həmin adamın yumruqla başına-başına vurmağa başlamışdır. O, Eynullanı bir neçə dəfə ayırmaq istəmiş, özü də sərxoş olduğundan gücünü tam toplayıb Eynullanı darta bilməmişdir. Eynulla təxminən 2-3 dəqiqə həmin xəstə adamın, yəni Akifin yumruqla başına, bədəninə vura-vura döymüş, Akifin sifəti qan içində olmuşdur. Həmin vaxt bir nəfər şəxs küçədən evin pəncərəsinə yaxınlaşıb “səs salmayın” demişdir. Lakin evin işıqları sönülü olduğundan və küçə də qaranlıq olduğundan həmin şəxsin kim olduğunu görə bilməmişdir. O, Eynullanı sakitləşdirmiş və Eynulla kənara çəkilmişdir. Bundan sonra da onlar evdən çıxıb getmişlər. Eynulla Akiflə yalnız arvadının söhbətin etmiş, yalnız arvadı barədə danışmış, ümumiyyətlə arvadından başqa heç bir mövzuda danışmamışdır. Eynullanın əlində heç bir küt əşya olmamış, Akifi yalnız əli ilə vurmuşdur. O, Akifi vurmamış, Akif həm xəstə adam olmuş, həm də o, Eynullanın da Akifi vurmasını istəməmiş, uzaqlaşdırmağa çalışmışdır. Əgər Eynullanın içkidən başqa nəsə ayrıca bir söhbət üçün harasa getdiyini bilsəydi qəti şəkildə Eynulla ilə getməzdi. Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi böyük kənd olduğuna, kənddə təxminən 900 ev olmasına və Akifin evi kəndin başqa istiqamətində olduğuna görə o, Akifi bu vaxta kimi görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, zərər çəkmiş şəxs onun qonşusu olmuş, hadisə vaxtı qonşuluqda səs-küy eşitmiş, qonşusunun evinə yaxınlaşmış, lakin otaq qaranlıq olduğu üçün heç nə görməmişdir. Fənər götürmək üçün geriyə qayıtmış, daha sonra qonşusugilə geri gələndə otaqda heç kim olmamış, yerdə mərhum Akifin qan içində olduğunu görmüşdür. Bunu görən kimi dərhal təcili tibbi yardım xidmətinə zəng etmiş, həmin vaxt dərhal polisə də məlumat vermişdir. Hadisənin necə və nə üstündə baş verdiyini bilməmiş, mərhum danışa bilmədiyi üçün hadisə ilə bağlı heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, atası Təqsirləndirilən şəxs cəzasını çəkib bitirənədək nənəsinin himayəsində olmuş, atası gəldikdən sonra isə nənəsi ilə birgə yaşamışdır. Hadisə baş verdikdən sonra polis əməkdaşları yaşadığı evə yaxınlaşaraq atasını soruşmuş, o, polis əməkdaşlarına atasının onunla yaşamadığını bildirmiş və daha sonra hadisədən məlumatı olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 12 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yaşayan Şahid2 Mirzəkərəm oğlu Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək, Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində bir nəfər şəxsin döyülməsi və vəziyyətinin ağır olması barədə məlumat vermişdir. 13 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, Xaçmaz RMX-dan Zərərçəkmiş şəxs “təpə nahiyəsinin, sağ qaş, sol alın nahiyəsinin əzilmiş-cırılmış yarası, hemotoz vəziyyət, qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi” diaqnozu ilə xəstəxanaya daxil olması barədə Xaçmaz RPŞ-ə məlumat daxil olmuşdur. 14 oktyabr 2024-cü il tarixli raportdan görünür ki, Xaçmaz RMX-dan Təqsirləndirilən şəxs “sağ əlin 5-ci daraq sümüyünün sınığı” diaqnozu ilə xəstəxanaya daxil olması barədə Xaçmaz RPŞ-ə məlumat daxil olmuşdur. 01 noyabr 2024-cü il tarixli raportdan görünür ki, Xaçmaz RMX-dan Zərərçəkmiş şəxs Mövsüm oğlunun xəstəxanada ölməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu halı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokol və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən fərdi yaşayış evidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 537 nömrəli rəyindən görünür ki, 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsinə və adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsaslanaraq onun bədəni üzərində aşkar edilmiş xəsarətlər - koma və baş beyin silkələnməsi ilə müşaiyət olunmuş təpə, alın və sağ qaş nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ göz ətrafı və sol gözün üst qapaq nahiyələrinin qançırları, sol göz almasına qansızma, burun və sağ bilək nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2024-cü il tarixə uyğun gəlməsi və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olması nəticəsinə gəlinir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 18.11,2024-cü il tarixli, 43 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində aşağıdakı xəsarətlər - koma ilə müşayiət olunmuş baş beyin ödemi, sağ göz, alın və təpə nahiyələrinin əzilmiş-cırılmış yarası bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2024-cü il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs ölümünə səbəb baş beyin toxumasının ödemi olmuşdur. Ölüm xəstəlik tarixində 01.11,2024-cü il saat 06:00 kimi qeyd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 540 nömrəli rəyindən görünür ki, 1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibb müayinəsinə və adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunanlara əsaslanaraq aşağıdakı nəticəyə gəlinir, onun bədəni üzərində aşkar edilmiş xəsarət - sağ əlin V daraq sümüyünün sınığı bərk küt əşya təsirindən törənməklə qərarda qeyd olunan vəziyyət və şəraitdə yəni, xx.xx.2024-cü il tarixdə sağ əl ilə yetirilən zərbə zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 22.11,2024-cü il tarixli, 3361 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyətin şizoid tipli pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəktlərinin faktiki xarakterini və ictimai təhlükəliliyni dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Bununla əlaqədar Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs onda müəyyən edilən şəxsiyyət pozuntusuna xas olan qıcığa qarşı həssaslıq, təkliyə meyillilik, tənqidə qarşı laqeydlik, hiss və həyəcanlarını ifadə etməkdə çətinlik çəkmək və s. kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs yalan danışmağa və özündən uydurmağa meyillililik əlamətləri müəyyən edilmədi. Təqsirləndirilən şəxs intellektual imkanları nəzərə alınmaqla, o, etdiyi hərəkətlərin xarakter və mənasını anlamaq qabliyyətinə malikdir. Təqsirləndirilən şəxs hadisə zamanı psixi-emosional halında qəzəb, aqressiya yaranmışdır. Hazırkı müayinə zamanı Təqsirləndirilən şəxs psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı dəyişiklik müəyyən edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Xaçmaz RMX-dan daxil olmuş 19 oktyabr 2024-cü il tarixli məktub, ambulator kitabçadan çıxarış və beyinin maqnit rezonans tomoqrafiya müayinəsi nəticəsindən görünür ki, Xaçmaz rayonu, Köhnə-Xaçmaz kəndində yaşayan 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə "Ürəkbulanma, qusma" diaqnozu ilə xəstəxananın TTY (Acil) bölməsinə, xx.xx.2024-cü il tarixdə "Qansızma və ya infarkt olduğu dəqiqləşdirilməmiş insultun nəticələri, spastik hemiplagiya" diaqnozu ilə həkimnevropatoloqa, "Qan dövranı sisteminin digər rubrikalarda təsnif olunan xəstəliklər zamanı başqa dəqiqləşdirilmiş pozğunluqları" diaqnozu ilə həkim-terapevtə, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə "Beyin arteriyalarının trombozu nəticəsində yaranan beyin infarktı" diaqnozu ilə həkim-nevropatoloqa, xx.xx.2024-cü il tarixdə qanaxma və ya infarkt olduğu dəqiqləşdirilməyən insult. Sidik ifrazının ləngiməsi." diaqnozu ilə, xx.xx.2024-cü il tarixdə "Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası" diaqnozu ilə Acil bölməsinə, xx.xx.2024-cü il tarixdə "Beyin infarktının nəticələri, spastik hemiplegiya. Baş ağrısı." diaqnozu ilə həkim-nevropatoloqa, xx.xx.2024-cü il tarixdə "Sidik İfrazının ləngiməsi. Qanaxma və ya infarkt olduğu insult" diaqnozu ilə acil bölməsinə ambulator müraciət etmiş və həkim-reanimatoloqa yönləndirilmişdir. O, xx.xx.2024-cü il tarixdə "Başbeyin silkələnməsi, somnolentlik stupor və koma" diaqnozu ilə Acil bölməsinə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə xəstə sonuncu diaqnozla Reanimasiya və İntensiv Terapiya şöbəsinə yerləşdirilmiş və o, həmin tarixdən hal-hazıradək stasionar müalicədədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Müşkür kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə kənd sakinləri və qonşuları ilə münasibəti qismən normal olmuşdur, barəsində dəfələrlə hüquq mühafizə orqanlarına sorğu daxil olmuşdur. Məhkəmə, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara istinad edərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4, 120.2.9 və 157.1-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2002-ci il tarixli qərarının 6-cı bəndinə əsasən qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Təqsirləndirilən şəxsə verilmiş ittihamdan görünür ki, o, heç bir əsaslı səbəb olmadan arvadı X2 ilə əvvəllər yaxın münasibətlərinin olmasını bəhanə edib həmkəndlisi Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2013-cü il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı verdiyi ifadəsində arvadı Şərqiyə Musayevanın onunla cinsi əlaqədə olmasından imtina etdiyi, onunla cinsi əlaqədə olmaqdan imtina etməsinin səbəbi kimi ona xəyanət etməsini ehtimal etdiyi, hadisə günü də zərər çəkmiş şəxsi cinsi əlaqədə olmağa razı sala bilmədiyi üçün əsəbləşdiyi üçün öldürdüyünü bildirmişdir. Həmçini iş üzrə dindirilmiş şahidlərin ifadələrində də Şərqiyə Musayevanın nəinki Zərərçəkmiş şəxs, ümumiyyətlə hər hansı bir şəxslə intim münasibətinin olmasından şübhələndiklərini, bunu ehtimal etdiklərini göstərən heç bir xüsusat əksini tapmamışdır. Qeyd olunan işdə hazırki iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs adı ümumiyyətlə çəkilməmiş, təqsirləndirilən şəxs öz ehtimalının əsası kimi Zərərçəkmiş şəxs adını hallandırmamış, arvadı Şərqiyə Musayevanı öldürməsinin səbəbi kimi sonuncu dəfə onunla cinsi əlaqədə olmasını təklif etməsinə baxmayaraq arvadının israrla imtina etməsini göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs qeyd olunan işdə Şərqiyə Musayevanın məhz Zərərçəkmiş şəxs ilə münasibətinin olmsından şübhələndiyini ümumiyyətlə göstərməmiş, hazırki iş üzrə isə nəinki həmin halı təsdiq edən sübut gətirə bilməmiş, hətta mövcud ehtimalının əasını da məhkəməyə izah edə bilməmişdir. Bununla da heç bir sübuta əsaslanmayan ehtimalı ilə Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etmişdir. Yuxarıda qeyd olunan plenum qərarının 8-ci bəndinə əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi ilə zərər çəkmişin xüsusi amansızlıqla həyatdan məhrum edilməsi əhatə olunmuşdur. Yəni sözügedən tövsifedici əlamətin təqsirkarın əməlinə şamil edilməsi üçün buna münasibətdə onun birbaşa və ya dolayı qəsdi müəyyən edilməlidir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrum etmə ərəfəsində və ya adam öldürmə prosesində zərər çəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərər çəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Plenum qərarının 13-cü bəndinə əsasən, CM-in 120.2.9-cu maddəsi ilə (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) məsuliyyət o vaxt yaranır ki, zərər çəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs bunu dərk edir. Məsələn, köməksiz vəziyyətdə olma dedikdə zərər çəkmişin müqavimət göstərə bilməməsinə səbəb olan qocalıq, əlillik, azyaşlı olma, ağır xəstəliyə tutulma, eləcə də özünə qarşı edilən hərəkətlərin ictimai təhlükəli xarakterini dərk etməyə mane olan psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması və s. bu kimi hallar başa düşülür. Cinayət işinin materiallarında olan çoxsaylı sənədlər və şahid ifadələrindən məlum olur ki, zərər çəkmiş şəxsə sonuncu dəfə “qanaxma və ya infarkt olduğu insult" diaqnozu qoyulmuş, qeyd olunan xəstəliklər zərər çəkmiş şəxsdə hərəkət və nitq məhdudiyyəti yaratmış, onun hərəkət imkanları məhdud olmaqla yataq rejimində yaşamış, yalnız kənar şəxslərin köməyi ilə qidalana və təbii ehtiyaclarını ödəyə bilmişdir. Plenum qərarında da qeyd olunduğu kimi zərər çəkmiş şəxs ağır xəstəliyi ilə əlaqədar yaranmış fiziki qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmamaqla köməksiz vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında görünür ki, ağır xəstəliyi ilə əlaqədar yataq rejimində yaşayan, hərəkət edə bilməyən zərər çəkmiş şəxsin baş və bədən nahiyəsinə yetirilən yumruq zərbələrinin şiddətindən təqsirləndirilən şəxsin sağ əlinin V daraq sümüyü sınmışdır. Plenum qərarında da deyildiyi kimi xüsusi amansızlıq anlayışı həm də adam öldürmənin üsulu ilə də bağlı olur. Məhkəmə hesab edir ki, onsuz da ağır xəstəlikdən əziyyət çəkən, həmin xəstəliklərin gətirdiyi mükün ağrıları hiss edən zərər çəkmiş şəxsə V daraq sümüyü sınmasına səbəb olacaq şiddətdə əzab, ağrı verilməsi müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik olmaqla təqsirkar şəxsin niyyəti ilə tam əhatə olunmuş, Təqsirləndirilən şəxs həm də xüsusi amansızlıqla qəsdən adam öldürmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmaması, ölümdən ibarət nəticənin onun iradəsi ilə əhatə olunmaması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 və 157.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 və 157.1-ci maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən, hökm və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 04 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2013-cü il tarixdən hesablanmaqla 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərarı ilə cəzadan 01 ay vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 18.3.3-cü maddəsinə əsasən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs tərəfindən yenidən xüsusilə ağır cinayət törədilməsi cinayətin xüsusilə təhlükəli residivini yaradır. Beləliklə də, Təqsirləndirilən şəxs qəsdən törətdiyi xüsusilə ağır cinayətə görə məhkumluğu ödənmədən yenidən qəsdən xüsusilə ağır cinayət törətməsi onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivini yaratmışdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Elektron məhkəmə sistemi”dən əldə olunmuş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlilliyi vardır. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs İİ qrup əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində cinayətlərin xüsusi təhlükəli residivinin olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsində əsasən onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın həddini müəyyənləşdirərkən və cəzanı fərdiləşdirərkən təqsirləndirilən şəxsin şəxsiyyət əleyhinə yönəlmiş əməli törətdiyi anda qəsdin yaranma vaxtını, cinayətin edilmə üsulunu və hərəkətlərinin intensivliyini, habelə cinayət əməlini törətdikdən bilavasitə sonrakı davranışını da diqqətdə saxlayır. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 157.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək islah işləri cəzasının Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinə əsasən 4 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulub hesablanmaqla 2 (iki) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunan cəza ilə toplanaraq cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 17 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1.1.-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinəq aytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki iş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Qeyd olunan iş üzrə məhkəmə məsrəfi və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 və 157.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.4, 120.2.9-cu maddələri ilə 16 (on altı) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 157.1-ci maddəsi ilə aylıq qazancının 15%-i dövlət nəfinə tutulmaqla 9 (doqquz) ay müddətinə islah işləri cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş islah işləri cəzasının 4 (dörd) günü azadlıqdan məhrum etmə cəzasının 1 (bir) gününə bərabər tutulub hesablanmaqla 2 (iki) ay 7 (yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş 16 (on altı) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 17 (on yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkilməsinin əvvəli 17 oktyabr 2024-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-239/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-239/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver