Məhkəmə qərarları › İş №1(124)-24/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-24/2022

06.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-24/2022 06.05.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 işitakı ilə, xx.xx.1959-cu ildə Xaçmaz rayonu, Xuray kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “AZNEFT” İstehsalat Birliyi “28 may” NQÇİ-də kran maşinisti işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “paranoid şəxsiyyət pozuntusu” formasında psixi və davranış pozuntudan əziyyət çəkdiyi üçün öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini tam ölçüdə dərk etməyən və idarə edə bilməyən, anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Zərərçəkmiş şəxs onun arvadı barədə əxlaqsız formada danışmasını, kiçik oğlu Şahid3 ondan olmaması təxəyyülünü dəqiqləşdirmək üçün Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən yarmarkada Zərərçəkmiş şəxsla rastlaşarkən bu barədə ona demiş və sonuncu bunu təkzib etməsinə baxmayaraq o, deyilənləri həqiqət kimi qəbul edib və bunu bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs qəsdən öldürmək qərarına gəlib cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə 01 fevral 2021-ci il tarixdə saat 23 radələrində əvvəlcədən üzərində götürdüyü soyuq silah hesab edilməyən balta ilə yaşadığı ünvanın yaxınlığında yerləşən “Bənövşə” bağçasının mühafizəçisi işləyən Zərərçəkmiş şəxs yanına getmiş, lakin sonuncunu orada görmədiyi üçün işdən çıxıb evə gedəcəyini düşündüyündən evin yolu istiqamətində gedərək Sumqayıt şəhəri 18-ci mkr. ərazisində “Qərb Sarayı” şadlıq evinin arxasında qarajların önündə görərək ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub səssizcə arxadan Zərərçəkmiş şəxs yaxınlaşaraq heç bir söz demədən üzərində olan baltanın küp hissəsi ilə Zərərçəkmiş şəxs baş nahiyyəsinə dörd dəfə zərbə vurmaqla sonuncuya açıq kəllə beyin travması, baş beynin yügnül dərəcəli əzilməsi, sağ alın-təpə-gicgah sümüyünün bayılmış sınığı, baş beyinə qansızma, sağ alın-təpə-gicgah-ənsə nahiyyəsinin əzilmiş yaraları dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətləri yetirmiş, lakin hadisə zamanı ətrafda olan kənar şəxsin səs-küyünü eşidib qorxduğundan öz iradəsindən asılı olmayan səbəblərdən niyyətini başa çatdıra bilməmiş, bununla da Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Bununla da, Təqsirləndirilən şəxs CM-in 29,120.2.2-ci maddəsində nəsərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-nin 29, 120.2.2-ci maddəsi ilə ona irəli sürülmüş ittham üzrə özünü qismən təqsirli bildiyini qeyd edərək göstərdi ki, hadisədən təxminən 6 ay qabaqdan hər gün işdən gələrkən qonşular ona Zərərçəkmiş şəxs onun arvadı barədə nəlayiq formada danışdığı, onun arvadının əxlaqsız olduğunu, iki uşağının ondan olmasını deyərək şayiələr yayması barədə məlumat vermişlər. Bundan sonra o, Zərərçəkmiş şəxs görüb söhbət etməyə dəvət etmiş, lakin sonuncu onun ünvanına söyüş söyərək söhbətdən imtina etmişdir. Bununla bağlı onların bazarda da, söhbətləri olmuş və Zərərçəkmiş şəxs şayiələr yaydığını inkar etmiş və onun ünvanna nalayiq sözlər işlətmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs balta ilə vurmaq niyyətinə düşüb bu hadisəni planlaşdırmışdır. Hadisədən 1-2 gün əvvəl isə evlərinin yanında yerləşən keçiddə Zərərçəkmiş şəxs onunla qarşılaşıb onun arvadı ilə münasibəti olmasını demişdir. Bu zaman o, Zərərçəkmiş şəxs heç nə dəməsə də, evə gəlib arvadı ilə dalaşmış və öz evinin qapı pəncərəsini sındırmışdır. Hadisə günü evdən balta götürmüş və Zərərçəkmiş şəxs gördükdə qorxutmaq niyyəti ilə balta ilə sonuncuya arxadan bir zərbə endirmişdir. Əsəbi olduğuna görə digər zərbələri necə vurduğunu xatırlamır. Vurduqdan sonra o, Zərərçəkmiş şəxs yaxasından tutub niyə belə elədiyini də, soruşmuşdur. Həmin vaxtı onun Zərərçəkmiş şəxs vurduğu yerdə heç kim olmamış, onları heç kim ayırmamışdır. Sadəcə onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmadığına görə öz hərəkətlərini dayandırmış və bir qədər sonra polisə gedib, baltanı da, polisə təhvil vermişdir. Məhkəmə təqsirləndirilən şəxasin məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadə özünü müdafiə xarakterlidir və həqiqəti əks etdirmir. Belə ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs özünü ona CM-nin 29,120.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə qismən təqsirli bildiyini qeyd edib, təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında arvadı Şahid1, oğulları Məmmədəli, Bəhlul və gəlini Aidə Səlimova ilə birgə yaşayır. Özü 1994-cü ildən “AZNEFT” İstehsalat Birliyi “28 may” NQÇİ-də DDÖ-4 kran maşinisti işləmişdır. İşi ilə əlaqədar olaraq 15 gün ərzində dənizdə olmuş, qalan 15 gündə isə yaşadığı ünvanda ərzaq dükanı işlətmişdir. Zərərçəkmiş şəxs onun qonşusu olmuş və 20 ilə yaxın müddət ərzində sonuncunu tanımışdır. Son 6 ay ərzində Qurban və onun oğlu Anarla onun arasında qeyrətnamus söhbətləri üstündə mübahisələri olmuşdur. Belə ki, hadisədən təxminən 6 ay öncə onun arvadı ilə Anarın xırda mübahisəsi olmuş və bu mübahisə zamanı o, idarə etdiyi avtomobillə sürətlə arvadının yanından sürüb arvadına qarşı təhqiredici ifadə işlətmişdir. Bununla bağlı o Anara iradını bildirdikdə sonuncu onun ağız nahiyəsinə yumruqla zərbə endirmiş, lakin o, cəld hərəkət etdiyindən həmin zərbə onu bərk tutmamışdır. Həmin vaxt ətrafda olan qonşular onları ayıraraq sakitləşdirmişdir. Buna baxmayaraq bu mübahisədən sonra o, hər dəfə işdən evə gələndə yaşadığı ünvanda qonşulardan, dostlardan Anarla atası Qurbanın onun arvadı barədə nalayiq formada danışdıqlarını, onun arvadının əxlaqsız olduğunu və guya balaca oğlu Məmmədəlinin ondan olmadığını və əsl atasının Qurban olduğunu deyib şaiyə yaymışlar. Sonuncu dəfə, təxminən 1 ay hadisədən öncə baldızının qudası Abdulla Qurbanın həyətdə arvadı Dilarə barədə əxlaqsız olduğunu söylədiyini demişdir. O, həmin vaxt çox pis əsəbləşmiş və elə həmin an Qurban onlar tərəfə yaxınlaşaraq ona “Əli sən varlısan, mən kasıb. Varlıların arvadın kasiblar belə-belə edir. Bu ancaq ikimizə aiddir” demişdir. Qurbanın bu sözlərindən sonra o Qurbanla dava-dalaş etmədən çox pis əsəbləşdiyi üçün evə gedərək arvadı ilə dalaşmış və arvadına danışılanlar barədə dediyində ona and içərək bütün söhbətlərin yalan olduğunu demişdir. Artıq bu söhbətlərdən sonra arvadı ilə münasibətləri pozulmuş, qızları evli olsa da, ailələrində problemləri olmuşdur. Sonuncu dəfə 30 yanvar 2021-ci il tarixdə günorta saatlarında o, səhər saatlarında 18-ci mikrorayon ərazisində yerləşən yarmarkaya getmiş və orada Qurbanla rastlaşmışdır. Həmin vaxt Qurban onu görüb yekə-yekə danışaraq yenə də, arvadının əxlaqsız olduğunu demiş və o, da qarşılığında Qurbanı təhqir edib dava etmədən evə qayıtmışdır. Qurbanın bu danışıqları onun beynindən çıxmamış, bunu qeyrətinə sığışdırmamış, bütün günü bu barədə fikirləşmişdir. Buna görə də, həmin gecə, 01 fevral 2021-ci il tarixdə saat 22 radələrində evdə arvadı ilə bu barədə yenə mübahisə etdikdən sonra bu söhbətlərdən bezdiyi üçün evdə olan təsərrüfat təyinatlı baltanı götürüb həyətə düşmüşdür. Qurbanın yaşadığı ünvanın yaxınlığında yerləşən adını bilmədiyi bağçanın mühafizəçisi işlədiyini və saat 23 radələrində işdən evə gəldiyini bilmişdir. Buna görə də, həmin bağça tərəfə gedib Qurbanın mühafizəçi kimi oturduğu yerin işığının söndüyünü görüb artıq işdən çıxdığını bilmiş və istifadə etdiyi yol istiqamətində qarajlar tərəfə qaçmışdır. Orada, yəni Sumqayıt şəhəri, 18-ci mikrorayonda “Qərb Sarayı” şadlıq evinin arxa hissəsində qarajların önündə Qurbanı görmüş və Qurbana tərəf qaçıb əvvəlcədən üzərində olan baltanın küt tərəfi, yəni arxası ilə Qurbanın başının sağ yanından zərbə endirmişdir. Həmin vaxt Qurban aldığı zərbədən yerə yıxılmış və o, Qurbanın yaxalığından tutub əsəbi halda arvadı ilə intim münasibətləri olub-olmamasını soruşmuş, sonuncu isə belə bir halın olduğunu təsdiqləmişdir. Bu zaman o, əlində olan baltanın küt tərəfi ilə Qurbanın başının ortasına daha bir zərbə endirmişdir. Həmin vaxt Qurban yerə yıxılıb hərəkətsiz qalmış, o isə qışqırıq səsi eşitdiyi üçün, insanların oraya yığışmaması üçün hadisə yerini tərk etmişdir. Bundan sonra bir qədər fikirləşib Qurbanın öldüyünü düşündüyündən təslim olmaq üçün həmin balta ilə Sumqayıt ŞPİ-nə getmişdir. Onun Zərərçəkmiş şəxs balta ilə xəsarətlər yetirməkdə məqsədi Qurbanı öldürmək olmamış, sadəcə Qurbanın arvadı barəsində hamının yanında əxlaqsız formada danışmasından əsəbləşdiyi üçün onu cəzalandırmaq istəmişdir. Hadisə vaxtı həyəcanlı və qəzəbli olmuş, lakin etdiyi hərəkətlərin xarakterini başa düşmüş, törətdiyi əmələ görə peşman olmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ailə üzvləri iə birlikdə onun qonşuluğunda yaşamışdır.Təqsirləndirilən şəxsla əvvəllər münasibətləri yaxşı olsa da, hadisədən təxminən 4-5 il əvvəl oğlu Anar Təqsirləndirilən şəxs dükanının qarşısında maşın saxlamış və bununla bağlı onların aralarında mübahisə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs onunla danışmamış, hətta oğlunun toyuna belə onu çağırmamışdır. Onların aralarında xırda nifaqlar olmuşdur. Hadisədən təxminən bir həftə əvvəl o, Təqsirləndirilən şəxsla bazarda qarşılaşmış və sonuncu ona arvadı barədə əxlaqsız sözlər danışmasını eşitdiyini demişdir. Bu zaman o, Təqsirləndirilən şəxs ağlını başına toplamağı deyib öz iradını bildirmişdir. O, həmişə Təqsirləndirilən şəxs arvadı Dilarəyə bir bacı kimi münasibət bəsləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onunla danışmamış və kənar şəxlər aralarına girib söz-sözhbərlər yaratmışlar. 01 fevral 2021-ci il tarixdə saat təxminən 23.15 radələrində Sumqayıt şəhəri, 18-ci mikrorayon “Qərb sarayı” şadlıq evinin arxasında yerləşən qarajların onündə olarkən anidən arxadan baş nahiyyəsinə kiminsə küt əşya ilə vurduğunu hiss etmiş və həmin an zərbədən huşunu itirib yerə yıxılmışdır. Təxminən 5 dəqiqə sonra isə huşu özünə gəldikdə bir cavan oğlan onun yanına gəlib ona kömək edərək həyətlərinə aparmışdır. O, Təqsirləndirilən şəxs bağışlamır və ondan şikayətçidir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin arvadı Şahid1 şahid qismində ifadə verməkdən imtina edərək, məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdi. Məhkəməyədək icraat zamanı Şahid1 şahid qismində verdiyi ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən olunmuşdur ki, o həmin ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. O, 1986-cı ildə Təqsirləndirilən şəxsla ailə həyatı qurmuş və bu evlilikdən 1987-ci il təvəllüdlü Gülçöhrə Səlimova, 1989-cu il təvəllüdlü Cəmilə Səlimova, 1990-cı il təvəllüdlü Şahid2 və 2003-cü il təvəllüdlü Şahid3 anadan olmuşdur. Onlar hadisə baş verən günədək əri, oğulları və Bəhlulun yoldaşı Aidə Səlimova ilə birlikdə yuxarıdakı ünvanda yaşamışdır. Təqsirləndirilən şəxs 1994-cü ildən “AZNEFT” İstehsalat Birliyi “28 may” NQÇİ-də DDÖ-4 kran maşinisti işləmişdir. İşi ilə əlaqədar olaraq Əli 15 gün ərzində dənizdə olmuş, qalan 15 günü isə evdə qalmışdır. Həmçinin o və Bəhlul evlərinin qarşısında yerləşən Əlinin mülkiyyətində olan ərzaq dükanını 20 ildir ki, işlətməklə məşğul olmuşlar. Onun Əli ilə münasibəti uzun illərdir ki, mehriban deyildir. Evlərində daima Əlinin qısqanclığı ilə bağlı dava-dalaş olmuşdur. Hətta Əlinin qısqanclığına görə o, çox zaman evdən çıxa bilməmişdir. Əli içki içdiyi zaman isə hətta onu döymüş, bununla yanaşı hər gün ona çox ağır təhqirlər etmişdir. Bununla belə, təxminən son 4-5 il ərzində Əli onu döyməyi dayandırsa da, mübahisələri çox olmuşdur. Əlinin sadəcə onunla deyil, uşaqları ilə də arası heç yaxşı olmamışdır. Əli mənəvi cəhətdən həm ona, həm də uşaqlarına qarşı heç də yaxşı olmamışdır. O, Zərərçəkmiş şəxs təxminən 25 ildir ki, qonşu kimi tanımışdır. Onların ailələri çox mehriban olsalar da, hadisədən təxminən 2 il öncə Qurbanın oğlu Anarla mübahisələri baş verdiyinə görə Əli də, Anarla mübahisə etmiş və onların münasibətləri pozulmuş və ünsiyyətləri saxlanılsa da, Qurbangilin ailəsi ilə münasibəti əvvəlki qədər yaxşı münasibətləri qalmamışdır. Hadisədən təxminən 1 il əvvəldən Əli onu Qurbanla xəyanət etməkdə günahlandırmağa və tez-tez mübahisələr etməyə başlamışdır. O, Əliyə belə bir halın olmadığını desə də, sonuncu bununla bağlı söz-söhbətlərini davam etdirmiş, hətta Qurbanın onun barəsində əxlaqsız ifadələr işlətdiyini demişdir. Belə mübahisələrdən biri də, hadisədən 5-6 gün qabaq baş vermiş və bu zaman Əli kiçik oğlu Məmmədəlinin Qurbanın oğlu olduğunu, atasının özü olmadığını ona söyləmişdir. 01 fevral 2021-ci il tarixdə saat 22 radələrində onlar ailəlikcə yemək yemişlər. Bundan sonra hərə öz işi ilə məşğul olmuşdur. Onun başı qarışmış kimin evdə qaldığına, kimin getdiyinə fikir verməmişdir. Bir qədər sonra Bəhlul evə gələrək atasının telefonla “öldürdüm, tez evə gəl“ dediyini bildirmişdir. Az sonra Əli Bəhlula yenidən zəng edərək Qurbanı öldürdüyünü və polisə təslim olmaq üçün getdiyini söyləmişdir. X4 ölmədiyini, xəstəxanada olduğunu öyrənib oraya getmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin oğlu Şahid2 məhəmə iclasında ifadə verməkdən imtina etsə də, məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsini təsdiq etdiyi göstərmişdir. Məhkəmə kollegiyası Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini elan etməklə tədqiq edib, həmin ifadənin Dilarə Səlimovnın məhkəməyədək icraat zamanı verdiyi ifadəsinə uyğun olduğunu, əlavə olaraq isə Şahid2 bu ifadəsində hadisədən sonra atası Təqsirləndirilən şəxs ona zəng edərək “öldürdüm” və az sonra təkrarən zəng edib, “Qurbanı öldürdüm, gedirəm polisə təslim olmağa” dediyini göstərdiyi müəyyən etmişdir. Məhkəmə iclasında Şahid2 arvadı Şahid4 Kamil qızı şahid qismində onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə verərək Şahid6 göstərdi ki, hadisədən təxminən 1-2 il əvvəldən təqsirləndirilən və zərər çəkmiş şəxslərin yaşadıqları binanın yaxınlığında meyvə satmaqla məşğul olmuşdur. Bir sakin kimi onları tanısa da, yaxın münasibəti və ədavəti olmamışdır. Hadisənin baş vermə səbəbini bilmir və təqsirləndirilən şəxsə onun və ailəsi barədə zərər çəkmiş şəxsin hansısa bir söz deməsini deməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verərək Şahid7 göstərmişdir ki, hadisədən təxminən 1 il əvvəl arvadı vəfat etdiyi üçün ancaq işə getmiş və qayıtdıqda uşaqları ilə məşğul olduğuna görə bayıra çıxmamışdır. Həm təqsirləndirilən, həm də, zərər çəkmiş şəxsi tanısa da, onlarla yaxın münasibəti olmamışdır. Hadisədən 3 ay əvvəldən isə təqsirləndirilən şəxsi ümumiyyətlə görməmişdir. Hadisənin baş vermə səbəbini bilmir. Məhkəmə iclasında şahid qismində ifadə verərək Şahid5 ifadə verərək göstərdi ki, 01.02.2022-ci il tarixdə saat Zərərçəkmiş şəxsla görüşmüş, bu zaman sonuncu Təqsirləndirilən şəxs ailəsi barədə, o cümlədən qeyrət-namusla bağlı heç nə deməmişdir. Səhəri günü isə hadisənin baş verdiyini sonuncunun oğlundan eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun atası, Təqsirləndirilən şəxs da, onların qonşularıdır. Onların aralarında qərəzli münasibətlər olmamış, o, hadisənin şahidi olmamış və hadisə və səbəbləri barədə məlumatları hadisədən sonra eşitmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs atasını səbəb olmadan vurmuşdur. Məhkəmə iclasında elan edilməklə tədqiq olumuş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, Şahid1 məhkəməyədək icraat zamanı şahid qismində verdiyi ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o göstərmişdir ki, Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20A, mənzil 25-də ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun atasıdır və 1975-ci ildə anası Rəfiqə Səfərova ilə ailə həyatı qurmuş, nikahlarından iki qız, iki oğlan övladı olmuşdur. 2010cu ildə anası vəfat etmişdir. Hazırda bacıları evli olduqları üçün atası, o, ailəsi və kiçik qardaşı Elşənlə birgə yaşayır. Atası təqaüdçüdür, lakin qardaşı Elşənin ikinci iş kimi Sumqayıt şəhəri 18-ci mkr. ərazisində evimizin yaxınlığında yerləşən “Bənövşə” bağçasında gecələr mühafizəçi işlədiyindən bəzən onu əvəz edirdi. Təqsirləndirilən şəxs isə onların qonşusudur və təxminən 17 il olar ki, onların yaşadıqları məhəlləyə köçüb. Əli ailəsi ilə həmin məhəlləyə köçdükdən sonra ailəvi yaxşı münasibətləri olmuşdur. Əlinin həyətlərində dükanı olmuş və həyat yoldaşı Dilarə ilə həmin dükanı işlətmişdir. Münasibətlərinin yaxşı olmasına baxmayaraq sonradan aralarında nifaqlar yaranmışdır. Belə ki, o, hadisədən 4-5 il öncə öz avtomobilini Əlinin dükanının yaxınlığında saxlayarkən aralarında mübahisə olmuş və həmin mübahisədən sonra həm o, həm atası Əli ilə danışmamışdır. Əliyə baxmayaraq ailəsi ilə bir qonşu kimi münasibət saxlamışlar. Sonuncu dəfə 01 fevral 2021-ci il tarixdə saat 19 radələrində o, işdən gəldikdən sonra yeməyini yedikdən sonra yorğun olduğu üçün saat 22 radələrində artıq yatmışdır. Təxminən saat 23 radələrində arvadı Şəlalə onu yuxudan oyadaraq qonşu Şahid11 onu çağırdığını demişdir. O, yuxudan oyanaraq qapıya tərəf getmiş və Elçin ona həyacanlı şəkildə atasının başının qanadığını və həyətdə idarə etdiyi avtomobildə otuzdurduğunu bildirmişdir. Bundan sonra o, dərhal Elçinlə aşağı düşərək atasının yanına getmiş və həqiqətən də atasının baş nahiyəsində papaq olmasına baxmayaraq qan axdığını görmüş və atasından nə baş verdiyini soruşduqda kiminsə arxadan baş nahiyəsinə vuraraq qaçdığını, lakin həmin şəxsin kim olduğunu bilmədiyini demişdir. Bundan sonra atasını dərhal öz avtomobilinə əyləşdirərək Sumqayıt şəhər X5 Xəstəxanasına aparmışdır. O, hadisədən sonra Əlinin balta ilə atasının başına vurub və daha sonra polisə gedərək təslim olduğunu bilmişdir. Buna baxmayaraq Əlinin atasını hansı səbəbə vurduğunu bilməmiş, yalnız istintaqın gedişi zamanı bilmişdir ki, Əli atasını guya sonuncunun arvadı Dilarə barədə əxlaqsız formada danışdıqlarına görə vurmuşdur. Hansı ki, bütün qonşular onun atasının necə ağsaqqal və özünə hörmət edən biri olduğunu bilmişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Şahid10 ibtidai istitnaq zamanı şahid qismində verdiyi ifadəsindən görünür ki, o, Şahid8la oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş Şahid11 ifadəsindən görünür ki, o, 2013-cü ildən Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 20A, mənzil 33-də ailəsi ilə birlikdə yaşayır. Evlidir və iki azyaşlı övladı vardır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun qonşularıdır. Hər ikisi və ailələri qonşuluq münasibəti olmuşdur. Sonuncu dəfə 01 fevral 2021ci il tarixdə saat 23 radələrində o, ailəsi ilə birlikdə evə qayıdarkən yaşadığı ünvanın həyətində maşından düşəndən sonra Qurbanı görmüşdür. Qurban salamlaşdıqda ona yanındakı cavan oğlanı göstərək qonşuları olduğunu söyləmiş, lakin o, həmin cavan oğlanı tanımamışdır. Daha sonra sol əlini Qurbanın kürək nahiyəsinə qoyub hal-əhval etmək istəyərkən əlinin yaş olduğunu hiss etmiş, əlinə baxdığı zaman qan izini görmüş və Qurbandan nə baş verdiyini soruşduqda ona başından kiminsə vurduğunu demişdir. O, Qurbandan həmin xəsarət yetirənin kim olduğunu soruşduqda hadisə zamanı həmin şəxsi görmədiyi üçün kim tərəfdən zərbə aldığını bilmədiyini və görmədiyini demişdir. Bundan sonra o, qanı gördüyü üçün həyacanlandığından Qurbanın oğlu Anara zəng etmiş, lakin sonuncu zənginə cavab vermədiyindən yatdığını düşünüb tez evlərinə qalxmış, evin qapısını döyərkən Anarın həyat yoldaşı açmış və onun yatdığını demiş, o, həmin xanıma hadisə barədə bir söz deməyib Anarı çağırmağını istəmişdir. Bundan sonra Anar gəlmiş və sonuncuya atasının başından xəsarət aldığını, həyətdə maşınında əyləşdiyini demiş, Anar bunu eşidən kimi dərhal həyətə düşmüş və Qurbanı öz avtomobilinə düşürdüb xəstəxanaya aparmışdır. Həmin vaxt o, Anara köməklik baxımdan gəlməyini təklif etsə də, sonuncu buna gərək olmadığını dediyindən onlarla birlikdə getməmişdir. O, Qurbanı Təqsirləndirilən şəxs vurduğunu yalnız prokurorluqda bilmişdir. Çünki o, hadisə günü Qurbandan onu kimin vurmasını soruşduqda sonuncu ona kim tərəfindən vurulmasını görmədiyini demişdir. Həmçinin hadisədən sonra bu barədə Anardan maraqlandıqda ona atasının səhhəti ilə yanaşı ola bilsin ki, Əlinin atasını vurduğunu demişdir, lakin bu onun yadında qalmamışdır. Cinayət işində olan hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yerinə baxış keçirilərək müəyyən edilmişdir ki, hadisə yeri Sumqayıt şəhəri, 18-ci mkr. ərazisində “Qərb Sarayı” şadlıq evinin arxasında yerləşən qarajların qarşısıdır. Hadisə yeri asfalt örtüklü olub ətrafda paralel, bitişik vəziyyətdə açıq çəhrayı rəngli iki laylı dəmir materialdan qapısı olan qarajın önündə baş vermişdir. Qaraja paralel vəziyyətdə qarşı tərəfdə “Qərb Sarayı” şadlıq evinin arxa anbarı müşahidə edilir. Sağ-sol yol istiqamətində isə açıq vəziyyətdə olub yaşayış məntəqələrinə gedən yoldan ibarətdir. Qarajın qarşısında asfaltla üzlənmiş yer örtüyündə 0.8 metr məsafədə bir birlərindən 1,7 metr aralıqda iki hissədə qanabənzər izlər vardır. Baxış zamanı ayrı-ayrı yerlərdə olduğu üçün həmin ləkələr 1 və 2 rəqəmləri ilə nömrələnərək pambıq vasitəsilə hopdurulmaqla qanabənzər nümunələr müvafiq formada qablaşdırılaraq götürülmüşdür. Hadisə yerinə baxış zamanı bundan başqa hər hansı əhəmiyyət kəsb edən hal, əşya və ya iz, həmçinin hadisə yerində yanında şübhəli əşya və ya predmet müşahidə edilməmişdir. Cinayət işində olan Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində “Qərb Sarayı” şadlıq evinin arxa hissəsində yerləşən anbarın giriş hissəsində quraşdırılmış videomüşahidə kamerasının 01 fevral 2021-ci il tarixdə qeydə aldığı görüntülər məhkəmə iclasında tədqiq edilərək müəyyən olundu ki, 01 fevral 2021-ci il tarixdə saat 23:05-də olan görüntüsündən müşahidə edilir ki, Zərərçəkmiş şəxs “Qərb Sarayı” şadlıq evinin arxa tərəfi ilə qarajların önündən keçərkən Təqsirləndirilən şəxs əvvəlcədən üzərində götürdüyü balta ilə arxadan ona yaxınlaşaraq birincinin onu görmədiyi vəziyyətdə baş nahiyəsinə zərbə endirir və həmin zərbədən Zərərçəkmiş şəxs yerə yıxıldıqdan sonra ardıcıl olaraq Təqsirləndirilən şəxs ona 3 dəfə yenidən zərbə endirir. Zərərçəkmiş şəxs həmin zərbələrdən hərəkətsiz vəziyyətdə yerdə uzanılı qaldığını görən Təqsirləndirilən şəxs onun gödəkcəsinin yaxalığından tutaraq bir qədər kənara, qarajlar istiqamətində sürüyüb aparır və orda qoyaraq hadisə yerini tərk edir. Bundan bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs özünə gələrək başını yerdən qaldırır və yaxınlıqdan keçən istintaqa şəxsiyyəti məlum olmayan bir nəfər şəxs tərəfindən ona köməklik olunur və o, ayağa qalxdıqdan sonra həmin şəxsin qoluna girərək üzü şimal istiqamətində asta addımlarla irəliləyərək gözdən itirlər. Cinayət işində olan və məhkəmə iclasnda tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi” publik hüquqi şəxsin Sumqayıt şəhər MTE və PA Şöbəsinin 03.04.2021-ci il tarixli, 437 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarət vardır: açıq kəllə beyin travması. Baş beynin yügnül dərəcəli əzilməsi, sağ alın-təpə-gicgah sümüyünün bayılmış sınığı, baş beyinə qansızma, sağ alın-təpə-gicgah-ənsə nahiyyəsinin əzilmiş yaraları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla 01.02.2021-ci il tarixdə qərarın təsviri hissəsində göstərilən şəraitdə baltanın küp hissəsi ilə yetirilə bilərdi və dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərin xarakterinə və yerləşmə yerinə əsasən demək olar ki, zərərçəkənin arxa hissəsi xəsarət yetirənə tərəf olmuş və müxtəlif duruş vəziyyətində ola bilərdilər. Cinayət işində olan və məhkəmə iclasnda tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyi” publik hüquqi şəxsin Sumqayıt şəhər MTE və PA Şöbəsinin 02.02.2021-ci il tarixli, 133 saylı ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş götürmə aparılmasına dair protokollardan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hadisə zamanı əyinlərində olmuş geyim əşyalarını ibtidai istintaq orqanına təhvil vermişlər. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.03.2021-ci il tarixli, 6/592 nömrəli məhkəmə ekspert rəyində tədqiqatın nəticəsi olaraq göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın, 01 ədəd köynəyin, 01 ədəd papağın səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın, 01 ədəd poliverin, 01 ədəd qısaqol köynəyin tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın, 01 ədəd poliverin, 01 ədəd qısaqol köynəyin səthləri üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın, 01 ədəd köynəyin, 01 ədəd papağın tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, 01 ədəd baltanın səthi üzərində kənar lif mikrohissəcikləri və həmçinin Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın, 01 ədəd köynəyin, 01 ədəd papağın tərkib liflərindən yoxdur. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin 06 aprel 2021-ci il tarixli, 78/2021-MTBŞ nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Abeta/İİ/-. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu-Abeta/İİ/-. (Təqdim olunan şəxsiyyət vəsiqələrinin kserosurətinə əsasən). Ekspertizaya təqdim olunmuş 01 ədəd balta, 02 ədəd çubuqlu pambıq tampon və Zərərçəkmiş şəxs məxsus köynək, şalvar üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda «A» antigeni, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxsn məxsus ola bilər (əgər sonuncuda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarət olubsa). Tədqiq olunan Təqsirləndirilən şəxsn məxsus sviter, şalvar, köynək, «dutıy» jilet və Zərərçəkmiş şəxs məxsus papaq üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Tədqiq olunan Zərərçəkmiş şəxs məxsus gödəkdə üzərindəki ləkələrdə qan aşkar olunmadı. Elmi əsaslandırılmış dəqiq müayinə metodları olmadığı üçün maddi sübutlar üzərində olan qan ləkələrin əmələ gəldmə müddətini, canlı insanın, yoxsa meyitin qanından əmələ gəlməsini təyin etmək mümkün deyildir. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin 09 aprel 2021-ci il tarixli, 48-MTKŞ/2021 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkcənin sol yan cibinin yuxarı hissəsində olan köndələn istiqamətli tikiş üzrə məhdud sökülmə vardır. Bu sökülmə küt güvvə təsiri ilə gödəkcənin müvafiq nahiyyənin gərilib-dartılması nəticəsində əmələ gələ bilərdi. Köynəkdə, sviterdə və şalvarda əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəkdə, şalvarda, papaqda və gödəkcədə əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş maddi sübutların ((bir ədəd balta və Zərərçəkmiş şəxs məxsus paltarlı) məhkəmə-bioloji tədqiqat zamanı 78/2021-MTBŞ saylı rəy) aşkar edilmiş qan ləkələrinin əmələ gəlmə mexanizmi aşağıdakı kimi qiymətləndirmək olar: Zərərçəkmiş şəxs məxsus şalvarın hər iki ayaq hissəsinin ön səthində, köynəyin ön səthində sağda və solda və köynəyin yaxalağının daxili stəhində aşkar edilmiş qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı nəticəsində, bəziləri isə (şalvarda olan qan ləkələr) sonra materialına fiziki-kapillyarlıq faktoru üzrə hopması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş balta dəstəyinin sol səthinin əsasında iki qrup qan oəkələri aşkar olundu. Bir qrup qan ləkələri qan mənbəyi ilə (qanlı səthi ilə) statik (hərəkətsiz) və ya az dinamik (az hərəkətli) kontaktı nəticəsində əmələ gəlmişlər. Digər bir qrup qan ləkələri (kiçik ölçülü qan ləkələri) isə sıçrama xarakterli olub, qan mənbəyinə (ola bilsin, hər hansı bir qanlı səthə, əşyaya) kinetik enerji impulsu vermək nəticəsində yarana bilərdi. Ekspertizaya təqdim olunmuş baltanın işçi metallik hissəsi zavod üsulu ilə və dəstəyi kustar üsulla hazırlanmış, kəsici-çapıcı, vurucu-dağıdıcı xassəyə malik təsərrüfat təyinatlı baltadır və soyuq silah hesab edilmir. Cinayət işində olan və məhkəmə iclasnda tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsnin 03.06.2021ci il tarixli, 62 saylı ekspert rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədənə qədər və həmin əməlini törətdiyi zaman «Paranoid şəxsiyyət pozuntusu» kimi psixi pozuntudan əziyyət çəkmişdir. Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının onuncu baxışında qeyd edilmişdir: «Şəxsiyyətin paranoid pozuntusu uğursuzluqlara hədsiz həssaslıqla, incikliyi bağışlaya bilməməklə, şübhəliliklə və ətrafdakıların neytral və dostcasına hərəkətlərini düşməncəsinə və saymazlıq kimi qəbul etmə yolu ilə reallığın dəyişdirilməsinə meylliliklə xarakterizə olunan şəxsiyyət pozğunluğudur». Həmçinin mötəbər elmi ədəbiyyatlardakı məlumata əsasən bu tip şəxsiyyət pozuntusu olan insanlar xəyali düşmənlərinə qarşı mübarizə aparmaqdan yorulmur, bəzən olduqca qəddar, ədalətsiz hərəkət etməyə qadir olurlar. Paranoyal psixopatlar öz məqsədlərinə nail olmaq üçün illərlə mübarizə aparmaqdan yorulmur, müxtəlif idarə və təşkilatlara şikayətlər etməkdən çəkinmirlər». Təqsirləndirilən şəxs paranoid tipli şəxsiyyət pozuntusu əlamətləri müəyyən edilir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müəyyən edilən paranoid tipli şəxsiyyət pozuntusu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Müayinə zamanı şəxsiyyətin paranoid tipli pozuntusuna xas əlamətlər müəyyən edilir. Lakin həmin pozuntu Təqsirləndirilən şəxs öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin Təqsirləndirilən şəxs «Paranoid şəxsiyyət pozuntusu» kimi psixi pozuntudan əziyyət çəkməsi, hal-hazırkı müayinə zamanı suisidal fikirlər söyləməsi nəzərə alınaraq preventiv (qabaqlayıci); tədbir kimi həmin şəxsin istənilən şəraitdə (istintaq təcridxanasında, cəzaçəkmə müəssisəsində və s.) daim nəzarət altında saxlanılması, vaxtaşırı olaraq konsultasiya edilməsi və zərurət yarandığı təqdirdə həkim psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Aşkarlanan depressiv pozuntunun dərinləşməməsi, psixotik xarakter qazanmaması, intihar fikirləri zəminində özünüöldürmə cəhdlərinin reallaşmaması, neqativ təbiətli qeyri-əlverişli amillərin uzunmüddətli təsiri şəraitində belə bir patologiyanın dərinləşərək nisbətən ağır dərəcəyə keçməməsi və digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün bu qəbildən olan preventiv (qabaqlayıcı) tədbirlərin görülməsi zəruridir. Təqsirləndirilən şəxs müəyyən edilən paranoid tipli şəxsiyyət pozuntusu cinayət əməlini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Təqsirləndirilən şəxs qərarda qeyd edilən cinayət əməlini törədərkən paranoid tipli şəxsiyyət pozuntusundan əziyyət çəkməsinə baxmayaraq öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Onda müəyyən edilmiş şəxsiyyət pozuntusuna xas olan hövsələsizlik, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, şübhəlilik, özünə qarşı hörmət tələb etmək, impulsivlik, neqativ amillərə qarşı dözümsüzlük, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, qısqanclıq, konfliktə meyllilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İntellektual-mnestik imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında qəzəblilik, implusivlik kimi hallar yaranmışdır. Ona ittiham olunan cinayət əməlini törədən zaman qəflətən baş vermiş güclü ruhi həyəcan, fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsnin 03.06.2021-ci il tarixli, 62 saylı ekspert rəyində göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədənə qədər və həmin əməlini törətdiyi zaman «Paranoid şəxsiyyət pozuntusu» kimi psixi pozuntudan əziyyət çəkmişdir. Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatının onuncu baxışında qeyd edilmişdir: «Şəxsiyyətin paranoid pozuntusu uğursuzluqlara hədsiz həssaslıqla, incikliyi bağışlaya bilməməklə, şübhəliliklə və ətrafdakıların neytral və dostcasına hərəkətlərini düşməncəsinə və saymazlıq kimi qəbul etmə yolu ilə reallığın dəyişdirilməsinə meylliliklə xarakterizə olunan şəxsiyyət pozğunluğudur». Həmçinin mötəbər elmi ədəbiyyatlardakı məlumata əsasən bu tip şəxsiyyət pozuntusu olan insanlar xəyali düşmənlərinə qarşı mübarizə aparmaqdan yorulmur, bəzən olduqca qəddar, ədalətsiz hərəkət etməyə qadir olurlar. Paranoyal psixopatlar öz məqsədlərinə nail olmaq üçün illərlə mübarizə aparmaqdan yorulmur, müxtəlif idarə və təşkilatlara şikayətlər etməkdən çəkinmirlər». Təqsirləndirilən şəxs paranoid tipli şəxsiyyət pozuntusu əlamətləri müəyyən edilir. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müəyyən edilən paranoid tipli şəxsiyyət pozuntusu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1ci maddəsinin təsiri altına düşür. Müayinə zamanı şəxsiyyətin paranoid tipli pozuntusuna xas əlamətlər müəyyən edilir. Lakin həmin pozuntu Təqsirləndirilən şəxs öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Lakin Təqsirləndirilən şəxs «Paranoid şəxsiyyət pozuntusu» kimi psixi pozuntudan əziyyət çəkməsi, hal-hazırkı müayinə zamanı suisidal fikirlər söyləməsi nəzərə alınaraq preventiv (qabaqlayıci); tədbir kimi həmin şəxsin istənilən şəraitdə (istintaq təcridxanasında, cəzaçəkmə müəssisəsində və s.) daim nəzarət altında saxlanılması, vaxtaşırı olaraq konsultasiya edilməsi və zərurət yarandığı təqdirdə həkim psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Aşkarlanan depressiv pozuntunun dərinləşməməsi, psixotik xarakter qazanmaması, intihar fikirləri zəminində özünüöldürmə cəhdlərinin reallaşmaması, neqativ təbiətli qeyri-əlverişli amillərin uzunmüddətli təsiri şəraitində belə bir patologiyanın dərinləşərək nisbətən ağır dərəcəyə keçməməsi və digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün bu qəbildən olan preventiv (qabaqlayıcı) tədbirlərin görülməsi zəruridir. Təqsirləndirilən şəxs müəyyən edilən paranoid tipli şəxsiyyət pozuntusu cinayət əməlini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Təqsirləndirilən şəxs qərarda qeyd edilən cinayət əməlini törədərkən paranoid tipli şəxsiyyət pozuntusundan əziyyət çəkməsinə baxmayaraq öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, onları ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Onda müəyyən edilmiş şəxsiyyət pozuntusuna xas olan hövsələsizlik, qıcığa qarşı həssaslıq, tez özündən çıxmaq, şübhəlilik, özünə qarşı hörmət tələb etmək, impulsivlik, neqativ amillərə qarşı dözümsüzlük, başqalarının hiss və yaşantılarına qarşı biganəlik, qısqanclıq, konfliktə meyllilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İntellektual-mnestik imkanları normaya uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar edilmir. Qərarın təsviri hissəsində qeyd edilmiş cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs psixi-emosional sferasında qəzəblilik, implusivlik kimi hallar yaranmışdır. Ona ittiham olunan cinayət əməlini törədən zaman qəflətən baş vermiş güclü ruhi həyəcan, fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmə baxışı zamanı təyin edilmiş Komisyon kompleks məhkəmə-stasionar – psixiatrik və psixoloji ekspertizasına dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsnin 31.01.2022-ci il tarixli, 09 saylı ekspert rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan və ona ittiham edilən cinayət əməlini törədənə qədər və həmin əməlini törətdiyi zaman «Paranoid şəxsiyyət pozuntusu» kimi psixi pozuntudan əziyyət çəkmişdir. Onda müəyyən edilən paranoid tipli şəxsiyyət pozuntusu cinayət əməlini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum edə biləcək dərəcədə ifadə olunmamışdır. Şahid3 qərarda qeyd edilən cinayət əməlini törədərkən paranoid tipli şəxsiyyət pozuntusundan əziyyət çəkməsinə baxmayaraq öz hərəkətlərini ölçüb-biçməkvə idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu əmə barəsində anlaqlı hesab edilməlidir. Onun əməli CM-mim 21.1-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs müəyyən edilən psrsnoid tipli şəxsiyyət pozuntusu onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam idarə etmək iqtidarndan məhrum etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi əməli CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs paranoid tipli çşəxsiyyət pozuntusuna xas əlamətlər müəyyən edilir. Elmi ədəbiyyatdakı məlumata görə, şəxsiyyətin paranoid tipli pozuntusu xroniki gedişli bir patologiyadır. Şəxsiyyət pountusunun bir tipidir. Buna görə insanın bir şəxsiyyət kimi formalaşdığı vaxtdan etibarən onun yarandığı qeyd edilir. Təqsirləndirilən şəxs hal-hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyyacı yoxdur. Lakin Təqsirləndirilən şəxs “Paranoid tipli şəxsiyyət pozuntusu” tipli pozuntudan əziyyət əkməsi hal-hazırki müayinə zamanı suisidal fikirlər söyləməsi nəzərə alınaraq preventiv(qabaqlayıcı) tədbir kimi həmin şəxsin istənilən şəraitdə()istibnt\aq təcridxanasında, cəzaçəkmə müəssisəsində, evdə və sair daim nəzarət altında saxlanması, vaxtaşırı konsultasiya edilməsi və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyyə edilir. Təqsirləndirilən şəxs aşkarlanan depressiv pozuntunun dərinləşməməsi, psixotik xarakter qazanmaması intihar fikirləri zəminində özünü öldürmə cəhdlərinin realllaşmaması, neqativ təbiətli qeyri-əlverişli amillərin uzunmüddətli təsiri şəraitində belə bir patologiyanın dərinləşərək nisbətən ağır dərəcəyə keçməməsi və digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün bu qəbildən olan preventiv(qabaqlayıcı) tədbirlərin görülməsi zəruridir. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə: Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərinə görə hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək, iş üçün əhəmiyyət kəsb edən halları qavramaq qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanlarında gerilik əlamətləri aşkar olunmadı. İnadkarlıq, hövsələsizlik, eqosentrizm, qısqanclıq, şübhəlilik, qane olmamaq, öz fikirlərini üstün tutmaq, mübahisəyə və konfliktə müyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəində gödtərilə\n cinayət əməli baş verərəkən psixiemosional vəziyyətində hirslilik, qəzəb yaranmış, hərəkət və davranışı impulsiv olmuşdur. Ona ittiham olunan cinayət əməlini törədən zaman qəflətən baş vermiş güclü ruhi həyəcan, fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işində olan 2 fevral 2022-ci il tarixli “Təqsirini könüllü boynuna alma haqqında” protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gəlib könüllü təslim olmuş və hadisə zamanı istifadə etdiyi baltanı təqdim etmişdir. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 19 saylı Mənzil-Kommunal Sahəsi və iş yeri üzrə SOCAR-ın “Azərneft” birliyi tərəfindən müsbət səciyyələndirilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şabran rayon Məhkəməsinin 16.01.2017-ci il tarixli hökmü ilə CM-nin 263.1-1-ci maddəsi ilə 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 il müddətinə azadlıqdan məhruemtmə cəzasına məhkum olunmuş və Qaradağ rayon Məhkəməsinin 23.01.2018-ci il tarixli qərarı ilə cinayət məsuliyyətindən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamədən görünür ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs, ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək müdafiəsi üçün Zərərçəkmiş şəxs vurmaqda niyyətinin onu öldürmək olmaması, sadəcə qorxutmaq üçün ağır xəsarət yetirmək istəməsi barədə göstərdikləri xüsusatlar özünü müdafiə xarakterli olduğu tam müəyyən edilmişdir. İşin faktiki halları, o cümlədən, tqəsirləndirilən şəxsin hadisədən əvvəl hazırlaşması, bu zaman məhz ağır dərəcəli xəsarət yetirmə gücünə malik olan balta hazırlaması, zərər çəkmiş şəxsi güdməsi və qəflətən arxadan ona hücum edərək baş nahiyyəsinə balta ilə ardıcıl olaraq zərbələr endirməsi, zərər çəkmiş şəxs huşunu ititrdikdən sonra hadisə yerini tərk etməsi, bundan sonra isə oğlu Şahid2 zəng edərək oğlu Şahid2 “öldürdüm” və az sonra təkrarən zəng edib “Qurbanı öldürdüm, gedirəm polisə təslim olmağa” deməsi və yuxarıda sadalanan digər hallar təqsdirləndirilən şəxsin məhz ittiham olunduğu əməli törətdiyini bir daha təsdiq edir. Belə ki, işin digər faktiki halları ilə yanaşı təqsirləndirilən şəxsin ardıcıl olaraq zəng edərək Şahid2 Zərərçəkmiş şəxs öldürdüyünü deməsi bir daha təqsirləndirilən şəxsin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən öldürmək niyyəti ilə ittiham olunduğu cinayət əməlini törətməsi və sonuncunun öldüyünü zənn edərək öz fəal hərəkətlərini, yəni bilavasitə cinayəti törətməyə yönəlmiş qəsdən edilən əməlini başa çatdırmadığını bir daha təsdiq edir. Məhkəmə həmçinin hadisənin motivini də, təhlil edərək təqsirəndirilən şəxsin məhz zərər çəkmiş şəxsin onun arvadı barəsində rüşvayedici məlumatlar yayması ilə bağlı törətdiyinə dair göstərdiyi xüsusatın da, tam təkzib olunduğunu nəzərə alır. Məhkəmə qeyd edir ki, istər təqsirləndirilən şəxsin istinad etdiyi şəxslər istərsə də, onun ailə üzvləri tərəfindən bu kimi məlumatların yayılması təkzib olunmuşdur. Bu isə onu göstərir ki, təqsirləndirilən şəxs hadisəni heş bir əsaslı səbəb olmadan, yəni xuliqanlıq niyyəti ilə törətmişdir. Bu qənaətə gələrkən məhkəmə nəzərə alır ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndinə əsasən qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsüf olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləriüzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2004-cü il tarixli qərarının 5-ci bəndində də, Ali Məhkəmə oxşar mövqe nümayiş etdirərək qeyd etmişdir ki, Məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsüf edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər-hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də, ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə ondahəmin şəxsin əməli cinayətlərin məcmuyu qaydasında həm də CM-nin 221-ci maddəsilə tövsüf olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə ibtidai istintaq zamanı toplanmış dəlillərin məcmusu ilə tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, onun əməli CMnin 29, 120.2.2-ci maddəsi ilə tövsüf edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna alması və cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsi, habelə iş yeri üzrə müsbət səciyyələndirilməsi Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar kimi, cinayətin təqsirkar üçün aşkar surətdə qoca şəxsə qarşı törədilməsi təqsirləndirilən şəxsin məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 29,120.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilən cəzanın həçmini müzakirə edərkən yuxarıda sadalanan digər zəruri hallarla yanaşı Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”nda 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilmiş tövsiyələri nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsə onun təqsili bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş yeganə cəza olan azaqlıqdan məhruemtmə cəzasılnın aşağı həddində cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Odur ki, belə olan halda təqsirləndirilən şəxs azalıqdan məhrumetmə cəzasına məhkum olunmalı, CM-nin 56.1.3-cü maddəsinə əsasən ona təyin olunan azadlıqdan məhrumetmə cəzasını ümumi ciddi cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut – Sumqayıt şəhər Prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxus olan 1 ədəd köynək, 1 ədəd sviter, 1 ədəd şalvar və 1 ədəd gödəkcə, habelə Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd göy rəngli köynək, 1 ədəd göy rəngli şalvar, 1 ədəd tünd boz rəngli papaq və 1 ədəd göy rəngli gödəkcə sahiblərinə qaytarılmalı, 1 ədəd balta məhv edilməli, iş üzrə maddi sübut olan videomüşahidə kamerasının görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 104,16 manat (yüz dörd manat on altı qəpik) ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlakyoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 14 (on dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 2 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut – Sumqayıt şəhər Prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxus olan 1 ədəd köynək, 1 ədəd sviter, 1 ədəd şalvar və 1 ədəd gödəkcə ona qaytarılsın. İş üzrə maddi sübut - Sumqayıt şəhər Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd köynək, 1 ədəd şalvar, 1 ədəd papaq və 1 ədəd gödəkcə ona qaytarılsın. İs üzrə maddi sübut olan Sumqayıt şəhər Prokurorluğunda saxlanılan 1 ədəd balta məhv edilsin. İş üzrə maddi sübut olan videomüşahidə kamerasının görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 104,16 manat (yüz dörd manat on altı qəpik) ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu andan (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: imza Rəşad Əliyev Hakim: imza Hafiz Əliyev Hakim: imza Fəhmin Hümbətov Əsli ilə düzdür Sədrlik edən Rəşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar