Məhkəmə qərarları › İş №1(124)-24/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-24/2024

22.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-24/2024 22.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxx 2001-ci il tarixdə Dəvəçi (Şabran) şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, məhkum olunmamış, «OBA» marketin Şabran şəhərində yerləşən filialında satıcı işləmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satıcı işlədiyi «OBA» marketin Şabran şəhəri “bazar” ərazisində yerləşən filialında tanış olduğu həmin mağazada satıcı işləyən sevgi münasibətləri bəslədiyi Şabran rayon sakini Şahid2 mağazada adminstrator işləmiş Zərərçəkmiş şəxs ilə də səmimi münasibətlərinin olmasını, ailələri arasında razılaşma olduğunu və gələcəkdə ailə quracaqlarını öyrənib bu məsələyə birdəfəlik son qoymaq üçün sonuncunu qısqanclıq zəminində həyatdan məhrum etmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə işlədiyi Şabran şəhəri, “3 sotlar” ərazisində yerləşən «OBA» marketin filialının mətbəxindən götürdüyü mətbəx bıçığı ilə silahlanıb 15 iyun 2022-ci il tarixdə, saat 22 radələrində, Şabran şəhəri H.Əliyev prospektində yerləşən Tofiq Abbasov adına 1 nömrəli tam orta məktəbin idman meydançasında Zərərçəkmiş şəxslə təyin etdikləri görüş yerinə gəlmiş, orada aralarında baş vermiş və sonradan qarşılıqlı əlbəyaxa davasına çevrilmiş mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla üzün sağ yarısının, üst dodağın selikli qişasının və sol saidin hərəsinin bir ədəd sıynğı ilə müşahidə edilən sağlamlığa zərər vurmayan, üzərində olan mətbəx bıçağı ilə qarnın sol yan divarının və sol bazu nahiyyəsinin hərəsinin bir ədəd deşilmiş- kəsilmiş yaralan ilə müşahidə edilən sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malik, döş qəfəsinin ön divarının plevra boşluğuna keçib döş sümüyünün, ürək kisəsinin, ürəyin mədəciyin və sağ ağ ciyərinin zədələnmələri ilə nəticələnmiş bir ədəd deşİlmiş- kəsilmiş yarası ilə müşahidə edilən sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malik bədən xəsarətləri yetirməklə onu qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verməsi təklif olunan Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şabran şəhəri, Səttərxan küçəsində atası Mübarək, anası Zahidə, qardaşları Tomrid və Tunar ilə birlikdə yaşayır. 2021-ci ildən Şabran şəhərində yerləşən “Oba” marketdə satıcı işləyir. Şabran şəhər mərkəzi bazar ərazisində yerləşən işlədiyi “Oba” marketdə satıcı işləyən Şahid2 ilə sevgi münasibəti olmuş, onunla müxtəlif vaxtlarda görüşərək danışmışdır. Zərərçəkmiş şəxs işlədiyi marketdə əvvəllər adminstrator işləmiş və onu iş yerindən tanımışdır. Orxanın sevdiyi Gülşənlə səmimi münasibətini görüb ondan Gülşənə qarşı hər hansı bir istəyinin olub-olmamasını soruşduqda o, belə bir şey olmadığını bildirmişdir. Orxan təxminən 4-5 ay olar ki, işlədikləri marketdən işdən çıxaraq bildiyinə görə Sumqayıt şəhərində tikinti sahəsində işləmişdir. O isə “Oba” marketin Şabran şəhər mərkəzi bazarında yerləşən filialında və daha sonra 3 sotlar adlanan filialında işinə davam etmişdir. Bu söhbətlərdən sonra Gülşənlə münasibəti soyumuşdur. Orxan Gülşənlə 2 ay bundan öncə hərilənmiş, sonradan isə onların münasibəti pisləşmişdir. Təxminən 15-20 gün bundan öncə Orxanla Gülşən barəsində yenə də söhbətləri olmuş, Orxan Gülşənin onu sevdiyini demiş və Gülşənlə olan telefon yazışmalarını göstərmişdir. Öz növbəsində Gülşənlə olan telefon yazışmalarını Orxana göstərərək onunla da danışdığını və Gülşənin hər ikisinə qarşı düzgün etmədiyini bildirmişdir. 15 iyun 2022-ci il tarixdə saat 17 radələrində Orxan istifadəsində olan mobil nömrəsinə zəng edərək Sumqayıt şəhərindən çıxdığını, onunla söhbət etmək istədiyini bildirmiş, ona hazırda işdə olduğumu, işdən sonra onunla görüşə biləciyini demişdir. Orxan yenidən saat 21 radələrində onun mobil telefonuna zəng edərək Şabran şəhərində olduğunu, Şabran şəhər 1 saylı orta məktəbin idman meydançasında onu gözlədiyini bildirmişdir. Təxminən saat 22:15-də Orxanın hər hansı bir zor tətbiq edə biləcəyindən ehtiyyal edərək işlədiyi marketin mətbəx sahəsindən mətbəx bıçağı götürərək onun dediyi yerə getmiş, oraya çatanda Orxanın lək olduğunu görmüşdür. Həmin vaxt Orxan ona nalayiq söyüşlər söyərək onun “cındırlıq” eldiyini bildirib yumruqla sol üz nahiyyəsindən vurmuşdur. Qarşılığında Orxanın sağ üz nahiyyəsindən yumruqla vuraraq özü ilə gəlirdiyi bıçağı belindən çıxarıb əvvəl onun sol qol nahiyyəsinə bıçaqla xəsarət yetirmişdir. Orxan bıçağı görərək cibindən açılıb-bağlanan bıçaq çıxarıb onun sağ ayağına və sol çiyin nahiyyəsinə bıçaqla vuraraq yüngül xəsarətlər yetirmiş, onun bu hərəkətinə görə yenidən özündə olan bıçaqla onun sol qarın nahiyyəsinə, sonra isə sinə nahiyyəsinə zərbələr endirmişdir. Onun sinə nahiyyəsinə endirdiyi zərbədən sonra yerə yıxıldığını görüb öldüyünü bildikdən sonra bıçağı idman meydançasına alıb oradan uzaqlaşaraq yaşadığı evə getmiş, evdə valideynlərinə Orxanı bıçaqla vurduğunu, onun öldüyünü bildirmiş, valideynləri ilə vidalaşıb Şabran RPŞ-nə gedərək etdiyi əməl barədə məlumat vermişdir. (Cild 1, iş vərəqləri 29-34,55-60,102-107) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, oğlu Zərərçəkmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyirdi. Orada işləyən zaman onun iş yoldaşı Şahid2 xoşu gəlmişdi. Ailəvi olaraq, Şahid2gilə gedib onun ailəsi ilə danışıb razılaşmışlar. Oğlu ilə Şahid2 nişanlanacaqdı. Bir müddət sonra Şahid2 Təqsirləndirilən şəxs ilə də danışmağa başlamışdır. Oğlu bundan xəbər tutmuş və Təqsirləndirilən şəxs ilə bunu dəqiqləşdirmək üçün görüşmüşlər. Daha sonra aralarında mübahisə yaranmış və Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs öldürmüşdür. Təqsirləndirilən şəxslə aralarında barışıq yoxdur, ondan şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqlədiyini bildirərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə iş yoldaşı olmuşlar. Onun anası Təqsirləndirilən şəxs ona qarşı olan hissləri barədə bildirmişdi. Onun ailəsinin Zərərçəkmiş şəxs ailəsi ilə razılaşması barədə isə, özlərinin onun ailəsindən razılıq almaq istədiklərini və s. bildirmişdi. Eyni zamanda Teymur Cəfərovun pis vərdişlərə başlamasına onun səbəb olduğunu demişdi. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs əvvəl tanımışdır. Zərərçəkmiş şəxs tanıdıqdan 1 həftə sonra Təqsirləndirilən şəxs işə başlamışdır. Həmin vaxtadək Zərərçəkmiş şəxslə sadəcə iş yoldaşı olmuşlar. 15 iyun 2022-ci il tarixdə saat 23:57-də Təqsirləndirilən şəxs anası ona zəng edərək, baş vermiş hadisə barədə ona məlumat vermişdir. Təqsirləndirilən şəxs ilə sadəcə iş yoldaşı olmuşlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs anası ilə danışdığını bilirdi. Məhkəmədə şahid qismində dindirilməsi təklif olunan təqsirləndirilən şəxsin atası Şahid4 övladına qarşı ifadə verməkdən imtina etmişdir. Şahid4 məhkəməyədək icraat zamanı şahid qismində verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, oğlu Teymur 2021-ci ilin son aylarından Şabran şəhərində yerləşən “OBA” marketdə satıcı kimi işə başlamış və hadisə baş verən günə kimi orada işləmişdir. Təxminən 2021-ci ilin dekabr ayında arvadı Zahidədən eşitmişdir ki, Teymur işlədiyi marketdə iş yoldaşı Gülşən adlı qızı sevir və onunla ailə həyatı qurmaq istəyir. Bunu eşitdikdən sonra Teymurla da söhbət aparıb qızın ondan yaşca böyük olduğunu, hələ cavan olduğunu, gələcəkdə bu barədə fikirləşəcəklərini bildirmişlər. Sonradan eşitmişlər ki, Teymurun işlədiyi marketdə adminstrator olan Orxan ilə aralarında Gülşənə görə söz-söhbətləri olmuşdur. Həmin ərəfələrdə Orxan Gülşənlə hərilənmişdir. X5 işlədiyi marketə gedərək onlara elçi getmək istədiklərini bildirmiş, Gülşən isə artıq həriləndiyini bunun mümkün ola biləməyəcəyini demişdir. 15 iyun 2022-ci il tarixdə saat 24 radələıində Teymur həyəcanlı şəkildə evə gələrək anası Zahidəyə Orxanı məktəbin həyətində bıçaqla vurduğunu, ola bilsin ki, onun öldüyünü demişdir. Teymurdan hansı səbəbə görə bunu etdiyini soruşduqda Teymur ona Orxanla Gülşənə görə söhbətinin olduğunu, bu səbəbdən işdən götürdüyü bıçaqla ona xəsarətlər yetirərək öldürdüyünü demişdir. Bundan sonra Teymur Şabran RPŞ-nə gedərək təslim olub etdiyi əməl barədə məlumat vermişdir. (Cild 1, iş vərəqləri 96-99) Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun iş yoldaşları olmuşlar. Hadisə baş verdiyi gün Təqsirləndirilən şəxs ilə işdən çıxmış və avtomobil ilə “dörd yol” deyilən əraziyə aparmışdır. O, həmin gün Zərərçəkmiş şəxs ilə görüşməli idi. Təqsirləndirilən şəxs avtomobildən endikdən sonra Zərərçəkmiş şəxslə əlaqə saxlamış və onunla görüşmüşdür. Onunla sağollaşdıqdan bir müddət sonra Təqsirləndirilən şəxs atası ona zəng edərək, oğlunun Zərərçəkmiş şəxs bıçaqla vurduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ilə Şahid2 nişan münasibətləri pozulmuşdu. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onu görüşməyə dəvət etməsi barədə məlumat verməmiş, bu barədə məlumat versəydi, o onların görüşməsinə imkan verməzdi. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçaq işlədikləri yerin mətbəxində istifadə olunan bıçaq idi. Həmin bıçağı o, fotoşəkillərdə görüb tanımışdır. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, 05 yanvar 2019-ci il tarixdən məktəb rəhbərliyi arasında bağlanmış müvafiq müqaviləyə əsasən Şabran şəhər, T.Abbasov adına 1 nömrəli tam orta məktəbin gözətçisi vəzifəsində işləyir. Gündəlik olaraq axşam saat 17:00-dan səhər saat 08:00-a qədər gözətçi kimi öz üzərinə düşən işləri yerinə yetirir. Vəzifəsi məktəbin inzibati binasını və həyətyanı sahəsində olan əşyaları mühafizə etməkdən, məktəbə aidiyyəti olmayan şəxslərin daxil olmasının qarşısını almaqdan və baş vermiş hadisə barədə aidiyyəti orqanları dərhal məlumatlandırmaqdan ibarətdir. 15 iyun 2022-ci il tarixdə saat 22 radələrində məktəbdə işdə olmuş və inzibati binanın 3-cü mərtəbəsində gözətçi otağında müşahidə kameralarına baxmışdır. Həmin vaxt əli fənərli polis əməkdaşlarının məktəbin həyətində gəzişdiyini görmüş, bu barədə dərhal direktor müavini İlkin Dadaşova məlumat vermişdir. Məktəbin həyətinə düşəndə artıq polis əməkdaşlarının həyətdə olduğunu və məktəbin həyətində cinayət hadisəsinin baş verdiyini görmüşdür. Yəni məktəbin həyətində mübahisə edən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs görməmiş, onların mübahisəsini və dava-dalaşını eşitməmiş, məktəbin həyətində başqa şəxslər görməmişdir. Hadisədən sonra məktəbin həyətində cinayət hadisəsi baş verdiyini bilmişdir. Müşahidə kameraları məktəbin yalnız girişini və giriş hissədə uşaqların düzülüş yerini müşahidə edərək qeydiyyata alır. Hadisə məktəbin stadion ərazisində baş verdiyi üçün hadisənin görüntüsünü özündə əks etdirən videomüşahidə yoxdur. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış” 15 iyun 2022-ci il tarixli protokolundan görünür ki, Şabran şəhəri, İ İ.Əliyev prospektində yerləşən Şabran şəhər T.Abbasov adına 1 nömrəli tam orta məktəbin idman meydançasının məktəb binası tərəfdə olan qapı dirəyinin cənub istiqamətində üzərində zorakılıq əlamətləri olan Zərərçəkmiş şəxs meyiti aşkar edilmişdir. Həmçinin cinayətin aləti olan mətbəx bıçağı hadisə yerində müəyyən edilərək müvafiq qaydada götürülmüşdür. (Cild 1, iş vərəqləri 4-14) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 10 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin xarici müayinəsi zamanı döş qəfəsinin ön divarının, qarnın sol yarısının yan divarının və sol bazu nahiyəsinin hərəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları, üst dodağın, üzün sağ yarısının və sol said nahiyəsinin hərəsinin bir ədəd sıyrıqlari, daxili müayinə zamanı döş sümüyünün sınığı, ürək kisəsinin, ürəyin sağ mədəciyinin və sağ ağ ciyərin cırılmaları, plevra boşluğunda 1900 ml duru qan və qan laxtaları aşkar edilmişdir. Döş qəfəsinin ön divarının plevra boşluğuna keçib döş sümüyünün, ürək kisəsinin, ürəyin mədəciyin və sağ ağ ciyərinin zədələnmələri ilə nəticələnmiş bir ədəd deşilmiş-kəsilmiş yarası deşici kəsici əşyanın (alətin), ola bilər ki, ekspertizaya təqdim edilmiş və yuxarıda təsvir olunmuş bıçağın və yaxud buna bənzər digər bıçağın təsirindən yaranmışdır, yaranma müddəti şəxsin ölümündən qısa müddət əvvələ aid olub 15 iyun 2022-ci il tarixə uyğun gəlir, canlı adamlarda həyat üçün təhlükəli olması əlamətinə əsasən sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdir. Qarnın sol yan divarının və sol bazu nahiyyəsinin hərəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları deşicikəsici əşyanın (alətlər), ola bilər ki, ekspertizaya təqdim edilmiş və yuxarıda təsvir edilmiş bıçağın təsirindən yaranmışlar, yaranma müddəti şəxsin ölümündən qısa müddət əvvələ aiddir, canlı adamlarda səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmanın əlamətlərinə malikdir. Üzün sağ yarısının, üst dodağın selikli qişasının və sol saidin hərəsinin bir ədəd sıyrığı bərk küt əşyanın (əşyalar) təsirindən törənmiş, törəntnə müddəti şəxsin ölümündən qısa müddət əvvələ aid olub 15 iyun 2022-ci il tarixə uyğun gəlir və canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malikdir. Xəsarətlərin yerləşmə nahiyələrinə görə onların şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil. Xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını ləyin etmək mümkün deyildir. Döş qəfəsinin ön divarındakı yaranın yara kanalının istiqaməti öndən- arxaya doğru, qarnın sol yan divarırımn yarısının yara kanalının istiqaməti soldansağa doğru olmuşdur. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin ön divarının plevra boşluğuna keçərək ürək kisəsi, ürəyin sağ mədəciyi və sağ ciyərin zədələnmələri nəticəsində baş verən kəskin qanitirmə olmuşdur. Onun ölümünün baş vermə müddəti ilkin meyit əlamətlərinə əsasən meyitinin meyitxanada müayinə vaxtından 6-12 saata qədər əvvələ uyğun gəlir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş və yuxarıda təsvir edilmiş yaralarla onun paltarları üzərində olan zədələr yerləşməsinə görə bir-birinə uyğun gəlir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatında etil spirti, narkotik vasitələr və psixotrop maddələr aşkar edilməmişdir. (Cild 1, iş vərəqləri 176- 180) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 117 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində sol bazu və sağ bud nahiyyələrinin hərəsinin bir ədəd deşilmiş-kəsilmiş yaraları aşkar olunmuşdur. Həmin xəsarətlər deşicikəsici əşyanın (alətlərin) təsirindən törənmiş, ekspertizaya təqdim olunmuş və yuxarıda təsvir edilmiş və yaxud buna bənzər digər bıçaqla yelirilə bilər, yetirilmə müddəti 15 iyun 2022-ci il tarixə uyğun gəlir və səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Qeyd edilmiş xəsarətlər qısa müddət ərzində yetirildiyindən yetirilmə ardıcıllığını təyin etmək mümkün deyil, xəsarətlər şəxsin özü tərəfindən yetirilməyə xarakterik deyil. (Cild 1, iş vərəqləri 74-76) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 18 iyul 2022-ci il tarixli 310-2022/MTKŞ nömrəli məhkəmə tibbi-kriminalistik və məhkəmə kriminalistik ekspertizaların rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthinin orta yuxarı nahiyəsində bir ədəd, ön səthinin sol nahiyəsində bir ədəd, şalvarın sağ ayağının ön yuxarı hissəsində bir ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim olunmuş qəhvəyi dəstəkli bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsinin təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus kəmər, tuman və idman ayaqqabısı üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus sol qolluğun arxa səthində bir ədəd və şalvarın sağ ayağının ön səthində bir ədəd cırılma zədələri aşkar olundu. Bu da köynək və şalvarın müvafiq nahiyyələrinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişlər. Ekspertizaya təqdim olunmuş bıçaq (cinayətin aləti) zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçiin heç bir əlavə və dəyişikliklər edilməmişdir. Ekspertizaya təqdim olunmuş (Zərərçəkmiş şəxs meyitinin sağ əlində aşkar edilərək götürülmüş) bıçaq zavod üsulu ilə hazırlanmış ov tipli bıçaqdır və deşici-kəsici xassəyə malik soyuq silah hesab olunur. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişikliklər edilməmişdir. (Cild 1, iş vərəqləri 162-169) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 12 iyul 2022-ci il tarixli 383/2022-MTBŞ nömrəli məhkəmə tibbi-bioloji tədqiqinə dair ekspertizanın rəyindən görünür ki. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu Abeta/ll/, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu A-beta/İİ. Ekspertizaya təqdim edilən mərhum Zərərçəkmiş şəxs məxsus mayka, köynək, şalvar, trusik, Təqsirləndirilən şəxs məxsus şalvar mətbəx bıçağı üzərindəki ləkələrdə və hadisə yerindən pambıq topası üzərinə hopdurulub götürülmüş maddə ləklərində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhim Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının olması da ABO sistemi üzrə inkar olunmur əgər onda qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa. Təqdim edilən Təqsirləndirilən şəxs məxsus köynək üzərində qana şübhəli hər hansı bir ləkə və Zərərçəkmiş şəxs məxsus kəmər, 1 cüt corab, 1 cüt ayaqqabı, qatlanan bıçaq üzərində isə qan aşkar olunmadı. (Cild 1, iş vərəqləri 170-175) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 11 fevral 2022-ci il tarixli 349 saylı kompleks ambulator məhkəmə-psixatrik və məhkəməpsixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs 2019-cu ildə SN “Respublika Psixariya Xəstəxanası” PHŞ-də müayinədən keçərkən “nevrasteniya” müəyyən edilsə də, hal-hazırda onda həmin xəstəliyin əlamətləri qeyd olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə o öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhliikəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki pisixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında hövsələsizlik, xarici qıcıqlara qarşı həssaslıq, emosional qeyrisabitlik aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Eqosentrizm, inadkarlıq, kinlilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Fərdi psixi xüsusiyyətlərində başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi emosional vəziyyətində hirslilik yaranmış, həmin halın yaranması onda müəyyən edilən xasiyyətin psixopatik cizgiləri ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən affekt halında olmamışdır. Təqsirləndirilən şəxs fərdi xüsusiyyətləri nəzərə alınmaqla o, cinayət hadisəsinin baş verdiyi şəraiti, iş üçün əhəmiyyətli halları adekvat qavraya və bu barədə düzgün məlumat verə bilər. (Cild 1, iş vərəqləri 153-157) Cinayət işinin materiallarında olan "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə Şahid2 istifadəsində olan mobil nömrədən sevgi-məhəbbət məzmunlu sms mətnləri daxil olmuşdur. (Cild 1, iş vərəqləri 145-147) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Cild 1, iş vərəq 142) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü gəlib polisə təslim olmuşdur. (cild 1, iş vərəqi 107) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə hadisəni törətdiyini bildirərək özünü könüllü olaraq təqdim etmiş, 16 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran rayon məhkəməsinin 17 iyun 2022-ci il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 80-84,274-275) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlib təslim olduğu və faktiki azadlığının məhdudlaşdırıldığı 15 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Şabran rayon prokurorluğunda saxlanılan 1 ədəd pambığa hopdurulmuş qan nümunəsi, olmuş mətbəx bıçağı, açılıb-qatlanan bıçaq, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan paltarlar məhv edilməlidir. İş materiallarında olan 01 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. İş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onun məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 15 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Şabran rayon prokurorluğunda saxlanılan 1 ədəd pambığa hopdurulmuş qan nümunəsi, 01 ədəd mətbəx bıçağı, açılıb-qatlanan bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngdə qısaqol köynək, 01 ədəd qara rəngdə qolsuz köynək, 01 ədəd boz rəngli cins şalvar, 01 ədəd qara rəngli bel kəməri, 01 ədəd ağ-qara rəngli alt paltarı, 01 cüt qara-ağ rəngli ipli ayaqqabılar, qara rəngli corablar və Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 01 ədəd qara rəngli qısaqol köynək, 01 ədəd cins şalvar məhv edilsin. 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar