Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-24/2025 26.02.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X19 Nizami oğlunun sədrliyi, X14 və X9 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Zərərçəkmiş şəxsin nümayəndəsi – Bərdə rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx xxxxxx 1987-ci il tarixdə Tərtər rayonu, Qaradağlı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tərtər rayonu, Qaradağlı kəndində qeydiyyatda olmaqla həbs olunana qədər həmin kənddə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 149.1-ci maddələri, xx xxxxxx 1988-ci il tarixdə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay orta təhsilli, əvvəllər məhkum olunmamış, Yevlax rayonu, Köyük kəndində qeydiyyatda olmaqla həbs olunana qədər həmin kənddə yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi xx xxx 1982-ci il tarixdə Goranboy rayonu, Səfikürd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan, əvvəllər məhkum olunmamış, fərdi qaydada fəhləliklə məşğul olmuş, Goranboy rayonu, Səfikürd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında adam oğurlamışlar. Yəni, təqsirləndirilən Təqsirləndirilən şəxs2 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs1 evlənmək təklifinə etiraz etməsinə görə onu zorla qaçırmaq barədə sonuncunun təklifi ilə razılaşıb və Təqsirləndirilən şəxs1 isə evlənmək təklifinə etiraz etməsinə görə Zərərçəkmiş şəxs zorla qaçırandan sonra razı sala biləcəyini və düşünüb öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmaqla, inadkarlıq və öz mövqeyini davamlı olaraq müdafiə etmək kimi fərdi-psixi xüsusiyyətlərini nümayiş etdirib qabaqcadan əlbir olan bir qrup şəxs halında, 07 aprel 2023-cü il tarixdə təxminən saat 13:30 radələrində Təqsirləndirilən şəxs1 məxsus, lakin Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-21010” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə qabaqcadan Zərərçəkmiş şəxs hərəkət marşrutundan məlumatlı olduqları üçün Tərtər rayonu, Qaradağlı kəndi Elman Hüseynov küçəsində avtobus dayanacağının yaxınlığında Zərərçəkmiş şəxs gəlməsini gözləmişlər, təxminən saat 14 radələrində avtobusdan düşüb gəldiyini görəndən sonra öz hərəkətlərini uzlaşdırıb əvvəlcə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs yaxınlaşıb müqavimətini qırmaqdan ötrü ona həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq edərək əlləri ilə ağzından və qollarından, daha sonra isə Təqsirləndirilən şəxs2 ayaqlarından tutub zorla həmin avtomobilə mindirərək, Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq olduğu yerdən kənarlaşdırmaq istəyərkən rayon sakini Şahid7 adam oğurluğunun qarşısını almaq üçün ictimai borcunu yerinə yetirərək əlindəki bellə avtomobilin ön alın şüşəsini vurub sındırmasından sonra nəqliyyat vasitəsini belə idarə edəcəkləri halda hüquq mühafizə orqanları tərəfindən saxlanıla biləcəklərindən ehtiyat edərək, cinayətkar hərəkətlərinin davamı olaraq vahid niyyətlə Zərərçəkmiş şəxs oğurlanmasına yönəlmiş hərəkətlərini davam etdirməklə həmin vaxt ərəfəsində Goranboy rayonu Zeynallı kəndi ərazisinə gələrək Təqsirləndirilən şəxs2 qohumluq münasibətində olduğu (bacanağının qardaşı) Təqsirləndirilən şəxs3 ora çağırıb, onunla da cinayət əlaqəsinə girərək üçü birlikdə bir qrup şəxs halında olmaqla, Zərərçəkmiş şəxs sonuncuya məxsus “VAZ 2107” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə əyləşdirib onu 08 aprel 2023-cü il saat 04 radələrinədək Təqsirləndirilən şəxs3 yaşadığı Goranboy rayonu, Səfikürd kəndindəki fərdi yaşayış evində, daha sonra isə Təqsirləndirilən şəxs2la birlikdə cinayətin törədilməsində iştirakı olmayan qardaşı Rövşən Məmmədovla birlikdə onun idarə etdiyi istifadəsində olan “Daewoo Genrta” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Qobu qəsəbəsinə digər qardaşı Şahid2 yaşadığı nömrəsiz fərdi yaşayış evinə aparıb 09 aprel 2023-cü il tarixə saat 03 radələrinədək orada qanunsuz olaraq saxlamağa davam etmişlər, bununla da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs, daha sonra Təqsirləndirilən şəxs3lə bir qrup şəxs halında Zərərçəkmiş şəxs olduğu yerdən iradəsinə zidd olaraq başqa yerə aparıb qanunsuz olaraq saxlamaqla adam oğurlamışlar. Daha sonra, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə Abşeron rayonu, Qobu qəsəbəsində nömrəsiz fərdi yaşayış evində olarkən, 08 aprel 2023-cü il tarixdə saat 11 radələrində sonuncunun evin yataq otağında tək olmasından istifadə edərək onunla cinsi əlaqədə olacağı və bəkarətini (qızlıq pərdəsini) pozacağı halda onların evlənmələrinə hər hansı maneə olmayacağını düşünmüş, bu məqsədlə həmin otağa keçib qapını arxadan bağlayaraq Zərərçəkmiş şəxs itələyib çarpayının üstünə yıxdıqdan sonra müqavimət göstərməsinə və paltarlarını tutmasına baxmayaraq, ondan fiziki cəhətdən güclü olmasından istifadə edib zor tətbiq etməklə müqavimətini qıraraq ona sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən “sol və sağ bazu, sağ və sol said, sağ əl, sol bud və sağ bud, sağ çiyin və sol sağrı nahiyələrinin qançırları, alt çənə, sağ, sol diz oynağı nahiyələrinin sıyrıqları “ xəsarətlərim yetirərək əynindəki geyim əşyalarını (koftasını, maykasını, şalvarını və alt tumanını) çıxarmış, boynundan və sinəsindən öpməklə özünü ehtirasa gətirərək ‘'sən artıq mənimsən, səsini çıxarma" deyərək öz geyim əşyalarını da çıxarıb yenidən üstünə gəlib gərginləşmiş cinsiyyət orqanını onun cinsiyyət orqanına salaraq onunla iradəsinə zidd olaraq təbii yolla cinsi əlaqədə olaraq onu zorlamışdır. Təqsirləndirilən şəxs3 07 aprel 2023-cü il tarixdə təxminən saat 13:30 radələrində qohumluq münasibətində olduğu bacanağının qardaşı Təqsirləndirilən şəxs2 və bacanağının xalası oğlu Təqsirləndirilən şəxs1 Tərtər rayonu, Qaradağlı kəndi ərazisindən sonuncunun 2003-cü il təvəllüdlü həmin kənd sakini Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlamasından və bu hadisənin qarşısını almaq üçün ictimai borcunu yerinə yetirən şəxs Şahid7 Zərərçəkmiş şəxs fiziki zor tətbiq etməklə qaçırıldığı Təqsirləndirilən şəxs1 məxsus “VAZ-21103” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön şüşəsinə zədə yetirilməsi səbəbindən həmin nəqliyyat vasitəni idarə edən Təqsirləndirilən şəxs2 maşını zədəli halda idarə edəcəkləri halda hüquq mühafizə orqanlarının diqqətini cəlb edib onlar tərəfindən saxlanıla biləcəklərindən ehtiyatlanaraq Təqsirləndirilən şəxs3 həmin gün saat 14 radələrində Goranboy rayonu Zeynallı kəndi ərazisinə çağırdıqdan sonra, Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 adam oğurlamağa yönəlmiş vahid niyyətlərini həyata keçirməyə kömək etmək təklifini qəbul edib bu məqsədlə onlarla cinayət əlaqəsinə girərək bir qrup şəxs halında olmaqla, Zeynallı kəndi ərazisinə özünə məxsus “VAZ 2107” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək Təqsirləndirilən şəxs1 avtomobilindən onun idarə etdiyi avtomobilə fiziki zor tətbiq etməklə əyləşdirilən Zərərçəkmiş şəxs iradəsinə zidd qaçırıldığım, yəni oğurlandığını və zərərçəkmişin ona Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 bu əməldə kömək etməməsini deməsinə məhəl qoymadan qrupun digər üzvləri ilə birlikdə Ayseli özünün yaşadığı Goranboy rayonu, Səfikürd kəndindəki fərdi yaşayış evinə gətirib orada təxminən 10-12 saat, yəni 08 aprel 2023-cü il tarixinə keçən gecə saat 04 radələrinədək qanunsuz saxlamaqla bir qrup şəxs halında adam oğurlamışdır. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 144.2.3 və 149.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ifadə verməkdən imtina etdiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 149.1-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisədən öncə anası Lalə Məmmədova ilə Tərtər rayonu, Qaradağlı kəndi ərazisində yaşamış, atası Vahid Məmmədov uzun illər öncə vəfat etmişdir, həmkəndlisi Zərərçəkmiş şəxs Sadədin qızı və onun ailə üzvləri ilə heç bir ədavəti və ya düşmənçiliyi olmamış, hadisədən təxminən bir il əvvəl aralarında sevgi münasibətləri yaranmış, onunla mütəmadi görüşüb söhbət etmiş, Tərtər şəhəri ərazisində, həmçinin avtomobilində gəzmişlər. Onlar bir-birlərini qarşılıqlı sevib ailə qurmaq istəsələr də, o, bu barədə anasına və qardaşlarına məlumat verməmiş, yəni Aysellə sevgi münasibətləri, onunla görüşməyi və ailə qurmaq istəyi barədə ailə üzvləri məlumatsız olmuşdur. Hadisədən bir gün əvvəl, yəni 06 aprel 2023-cü il tarixdə Aysellə növbəti dəfə görüşəndə söhbət zamanı qarşılıqlı onunla qaçmaq qərarına gəlmiş və qaçmağı 07 aprel 2023-cü il tarixdə onun dərslərdən qayıdan zaman planlaşdırmışlar. Hadisə günü xalası oğlu Təqsirləndirilən şəxs2 Tərtər rayonu Qaradağlı kəndi ərazisinə gəlmiş, onun nə üçün kəndə gəldiyini bilməmiş, onunla əvvəlcədən görüşməyi planlaşdırmamış, yəni onunla təsadüfən rastlaşıb onu avtomobilinə dəvət etmiş, həmin vaxtı Adilin onların planından məlumatı olmamışdır. Həmin vaxt Ayselin dərslərdən qayıdan vaxt olduğunu bildiyinə görə avtomobili özü sürüb kəndin içinə gəlmiş və Ayselin kənd yolu ilə evinə doğru getdiyini görmüşdür. Onun yanında saxlayandan sonra Aysel arxaya oturmuş, o, da sükan arxasından düşüb onun yanında əyləşmiş, onun xahişi ilə Adil avtomobili idarə etmişdir. Adil avtomobili hərəkətə gətirib kəndin çıxışına doğru döndərmiş, onlar yola düşən zaman qonşuluqda yaşayan Möhübbət yaşadığı evin darvazasından çıxıb ani olaraq əlindəki bellə maşının ön şüşəsinə vurub sındırmış, onun niyə belə etdiyini bilməmiş, avtomobilin zədələnməsinə baxmayaraq maşını saxlamayıb hərəkətə davam etmişlər. Onlar əvvəlcə Goranboy rayonu ərazisində Adilin tanıdığı boşluq bir yerə gəlib avtomobili orada saxlamış, həmin vaxt bu avtomobillə yola çıxa bilməyəcəyi və yol boyu dövlət yol polisi postlarında saxlanılma ehtimalı olduğu üçün avtomobili orada atmaq qərarına gəlmişlər. Həmin vaxt Adil telefonla kiminləsə danışmış, sonradan adının Sərvan olduğunu bildiyi Adilin bir tanışı özünə məxsus “VAZ-2107” markalı, qeydiyyat nişanını xatırlamadığı qara rəngli avtomobillə tək gəlmiş, öz avtomobilini orada qoyub xalası oğlu Adilin tanışı Sarvanın gəldiyi avtomobilə həmin tərkibdə əyləşib Goranboy şəhərinə Sərvanın evinə getmişlər. Orada bir neçə saat qaldıqdan sonra gecə saatlarında Sərvanın Yusif adlı qohumu gəlmiş və onlar, yəni o, Aysel və Adil hazırlaşıb həmin evdən çıxmış və Yusifə məxsus “VAZ-2106” markalı avtomobillə Yevlax rayonu istiqamətinə yola düşmüşlər. Yevlax rayonu ərazisinə çatanda onların xahişi ilə yolda Yusif avtomobili saxlamış, həmin yerə qardaşı Rövşən Məmmədov özünə məxsus “Daewoo Nexia” markalı qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlmiş, orada Adil onlarla sağollaşıb öz evinə getmiş, o və Aysel Rövşənin avtomobilinə əyləşib Bakı şəhəri istiqamətinə yola düşmüş, səhər saatlarına yaxın üçü birlikdə Abşeron rayonu Qobu qəsəbəsinə qardaşı Əvəzin yaşadığı evə gəlmiş, ora çatanda 08 aprel 2023-cü il tarixi səhər saatları olmuşdur. Səhər saatlarında onları polislər axtardığı üçün Aysel özü DİN-nin 102 məlumat mərkəzinə zəng edib onları axtarmamağı, özünün könüllü qaçdığını bildirmiş, lakin polislər sakitləşmədiyi üçün Aysellə birlikdə polis əməkdaşlarının dəvəti ilə Binəqədi RPİ-nin 6-cı polis bölməsinə getmiş, orada Aysel ərizə və izahat verib onunla könüllü olaraq gəldiyini bildirdikdən sonra evə qayıtmışlar. Evdə həmin vaxt gəlinləri Xatirə və Məleykə də olmuş, bir müddət söhbət etdikdən sonra hamı evdən çıxıb getmiş və o, Aysellə ikisi qalmışlar. Saat təxminən 11 radələrində Ayselin olduğu yataq otağına keçmiş, həmin otaqda üzərinə qəhvəyi rəngli örtük sərilmiş qoşa çarpayı və xatırlamadığı ev əşyaları olmuş, otaqda Aysellə bir müddət söhbət edib onu sevdiyini və ailə qurmaq istədiyini bildirmişdir. Bundan sonra onlar qarşılıqlı razılıq əsasında cinsi əlaqəyə girmək istədikləri üçün Aysel özü əynindəki qara rəngli koftam, göy rəngli cins şalvarı çıxarmış, daha sonra isə özü əynindəki göy rəngli cins şalvarı, qara rəngli köynəyi, ağ rəngli maykasım, qara rəngli tumam çıxarmış, daha sonra Aysel özü əynindəki qırmızı tumanı və ağ köynəklə büstqalterini çıxarmışdır. Onlar qarşılıqlı razılıq əsasında onunla təbii yolla cinsi əlaqədə olmuş, belə ki, sərtləşmiş vəziyyətdə olan cinsiyyət orqanını onun cinsiyyət orqanına soxub cinsi əlaqədə olmuş, boşalıb spermamı onun cinsiyyət orqanının içərisinə axıtmış, onun bakirəliyi pozulduğu üçün qan axmışdır. Daha sonra onlar durub hamama, daha sonra əyinlərini geyinib otağa keçmiş, bir qədər sonra isə qardaşı Əvəz və ailə üzvləri gəlmişlər. Lakin sonradan Tərtər RPŞ-nin əməkdaşlarına ərizə və izahat vermək üçün Yevlax rayon Köyük kəndinə, oradan da polis əməkdaşları ilə birlikdə 09 aprel 2023-cü il tarixdə Tərtər RPŞ-nə gəlmişlər. Təqsirləndirilən şəxs1 ifadəsini davam etdirərək göstərmişdir ki, Ayseli zorla qaçırmamış, o, onunla ailə qurmaq məqsədi ilə qarşılıqlı razılıqla qaçmış və həmin vaxt onlara xalası oğlu Adil kömək etmiş, başqa heç kəs kömək etməmiş, Aysellə də qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olmuşdur. Ayselin harada və nə vaxt xəsarət almasını bilməmiş, onunla cinsi əlaqədə olan zaman onun bədənində heç bir xəsarət olmamışdır. Ayselin bacısı Pərişana heç vaxt elçi göndərməmişdir. Aysellə heç vaxt telefonla əlaqə saxlamamış, həmişə canlı görüşmüş, avtomobillə gəzmiş, bir neçə dəfə də Tərtər şəhəri ərazisində parkda görüşmüşlər. Təqsirləndirilən şəxs3 və onun ailə üzvlərinin, həmin evdən avtomobili ilə onları götürən Yusif adlı şəxsin, həmçinin qardaşları Şahid2 və Şahid1, onların ailə üzvlərinin onların razılıq əsasında qaçmaq barədə məlumatları olmamış, ona Ayseli qaçırmaqda və ya qaçırandan sonra hər hansı formada kömək edəcəkləri barədə vəd verməmiş, onlar bu barədə sonradan məlumat almışlar. Ayselin telefonunun onun avtomobilində qalmasının səbəblərini bilməmiş, o, onun əlindən telefonunu almamış, öz telefonu isə həmin vaxtdan xeyli müddətdə işlək vəziyyətdə olmadığı üçün özü ilə götürməmişdir. Xatırladığı qədər Aysel Sərvanın evində olan zaman anası ilə iki dəfə, anası və atası ilə Adilin telefonundan zəng edərək danışmışdır. Ayseli zorla qaçırmadığına, Ayselin özünün onunla könüllü ailə qurmaq məqsədi ilə qaçdığına, Əvəzin evində olan zaman da qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olduqlarına və onu zorlamadığma görə cinayət törətməkdə özünü təqsirli bilməmişdir. Qardaşı Əvəzin evində olan zaman valideynlərinin onları ayırmamaları üçün Aysel özü cinsi əlaqəyə daxil olmağı təklif etmiş, o, da onunla razılaşmışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə istintaqa verdiyi ifadəsini təsdiq etməmiş və göstərmişdir ki, Tərtər rayon polis şöbəsində ifadə verməmiş, araşdırma aparan həmin idarənin əməkdaşlar Ehtiram və Toğrul onu döyüb işgəncələr verərək ifadə almış, yəni özləri ifadəni tərtib edib sonunda onun əlindən tutub imza etmişlər. Həmin vaxt o, özündə olmamış, çox döyülmüş, dişləri sındırılmış, başına və bədəninə yumruq və təpiklə zərbələr vurulmuş, başı da pəncərənin arasına qoyulub vurulmuşdur. Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixli ifadəsində Azərbaycan Respublikası CM-nin 144.2.3-cü maddəsi ilə ittiham elan edilərkən o, həmin ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisi olmuş, onunla və ailə üzvləri ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Zərərçəkmiş şəxs xoşu gəldiyi üçün onunla ailə qurmaq istəmiş, buna görə Tərtər mərkəzi rayon xəstəxanasına praktikaya gedən zaman onu görüb xoşu gəldiyini və ailə qurmaq istədiyini desə də, o, buna razılıq verməmiş, bu səbəbdən də onu qaçırmaq qərarına gəlib onu qaçırdıqdan sonra razılığım ala biləcəyini düşünmüşdür. Bu məqsədlə 06 aprel 2023-cü il tarixdə xalası oğlu Adillə kəndin ərazisində görüşdükdən sonra ona kəndin ortasına Ayselgilin küçəsinə gedib qayıtmağı təklif etmiş və o da onunla razılaşmışdır. Özünə məxsus “VAZ-21010” markalı 90- OC-833 dövlət qeydiyyat nişanlı avtomobili Adil sürmüş, o isə arxa oturacaqda əyləşmiş, təxminən saat 13:30 radələrində onlann yaşadığı küçəyə girəndə Ayselin avtobusdan düşüb gəldiyini görmüşdür. Avtomobilin arxa oturacağından düşüb ona yaxınlaşıb ondan xoşu gəldiyini və ailə qurmaq istədiyini deyəndə o heç nə deməmiş, bu zaman o, onun ağzından və qollarından, xalası oğlu Adil isə ayaqlarından tutmuş və onlar onu zorla maşına mindirmişlər. Həmin vaxt Aysel qışqırdığı üçün Çingiz adlı həmkəndlisi eşidib maşının qarşısını kəsib saxlamadıqlarını görüb əlindəki bellə maşının ön şüşəsinə vurub şüşəni sındırsa da, onlar maşını saxlamayıb sürüb getmiş, əvvəlcə Goranboy rayonu ərazisində Adilin tanıdığı yerə gəlmiş, avtomobili orada qoyub Adilin adını bilmədiyi tanışına məxsus “VAZ-2107” markalı qeydiyyat nişanım xatırlamadığı zoğalı rəngli avtomobillə Goranboy şəhərinə Adilin tanımadığı tanışının evinə getmişlər. Orada bir neçə saat qaldıqdan sonra Adilin tanımadığı tanışının sürdüyü “VAZ-2106” markalı avtomobillə həmin evdən çıxıb yolda qardaşı Rövşənə məxsus “Daewoo Nexia” markalı qeydiyyat nişanını xatırlamadığı avtomobilinə oturmuş, oradan da o, xalası oğlu Adil və qardaşı Rövşənlə birlikdə Ayseli Abşeron rayonuna Qobu qəsəbəsinə qardaşı Əvəzin yaşadığı evə aparmışlar. Evdə həmin vaxt gəlinləri Xatirə və Məleykə olmuş, bir müddət söhbət etdikdən sonra hamı evdən çıxıb getmiş və evdə ikisi qalmış, təxminən saat 11 radələrində Ayselin olduğu yataq otağına keçmiş, həmin otaqda üzərinə qəhvəyi rəngli örtük sərilmiş qoşa çarpayı və xatırlamadığı ev əşyaları olmuşdur. Həmin otaqda Aysellə bir müddət söhbət edib onu sevdiyini və ailə qurmaq istədiyini demiş, bundan sonra ona cinsi əlaqədə olmağı təklif edəndə o, heç nə demədiyi üçün onun əynindəki qara rəngli koftanı, göy rəngli cins şalvarı, daha sonra isə öz əynindəki göy rəngli cins şalvarı, qara rəngli köynəyi, ağ rəngli maykam və qara rəngli tumam çıxartmış, daha sonra Ayselin əynindəki qırmızı tumam və ağ köynək ilə büstqalterini də çıxarıb onunla təbii yolla cinsi əlaqədə olmuş, belə ki, sərtləşmiş vəziyyətdə olan cinsiyyət orqanım onun cinsiyyət orqanına soxub cinsi əlaqədə olmuş və boşalıb spermamı onun cinsiyyət orqanının içərisinə axıtmış, onun bakirəliyi pozulduğu üçün qan axmışdır. Daha sonra durub hamama keçib əl-üzlərinə su vurub əyinlərini geyindikdən sonra isə hər ikisi otağa keçmiş, bir qədər sonra qardaşı Əvəz və ailə üzvləri də gəlmişlər. Günorta saatlarında Aysellə birlikdə polis əməkdaşlarının dəvəti ilə Binəqədi RPİ-nin 6-cı polis bölməsinə getmiş, orada Aysel ərizə və izahat verib onunla könüllü olaraq gəldiyini bildirdikdən sonra evə qayıtmış, lakin sonradan Tərtər RPŞ-nin əməkdaşlarına ərizə və izahat vermək üçün Yevlax rayonu Köyük kəndinə, oradan da polis əməkdaşları ilə birlikdə 09 aprel 2023-cü il tarixdə Tərtər RPŞ-nə gəlmişlər. Təqsirləndirilən şəxs1 ifadəsini davam etdirərək göstərmişdir ki, ona Ayseli qaçırmağa yalnız xalası oğlu Adil kömək etmiş, onunla cinsi əlaqədə olarkən isə ona heç kəs kömək etməmişdir. Ayseli ailə qurmaq məqsədi ilə zorla qaçırmış, həmin vaxt ola bilsin ki, xəsarətlər alsa da, onunla zorla cinsi əlaqədə olmamış, onunla öz razılığı ilə cinsi əlaqədə olmuş, həmin vaxt o ona əl-qol atsa da xəsarət yetirməmişdir. Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmamışdır. Onun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs1 ona Bakıya getmək istədiyini bildirmişdir. O taksi kimi Bakıya işləyirmiş. Həmin günü də Bakı şəhərinə getməli olmuş və bunu Təqsirləndirilən şəxs1 bildirmişdir. Birlikdə getmək barədə onunla razılaşmışdır. Məmmədov X11 Ayselin də onlarla gedəcəyini bildirmişdir. O, qabaqcadan Ayselin Təqsirləndirilən şəxs1 istədiyi xanım olduğunu bilmişdir. Ona görə çox sorğu-sual etməmişdir. O, Təqsirləndirilən şəxs1 ona dediyi küçəyə avtomobili sürmüşdür. Aysel avtomobilə əyləşmişdir. O, küçədə avtomobili bir az möhkəm sürmüşdür. Həmin vaxtı qonşu küçəyə çıxmış və bel ilə avtomobilin şüşəsinə vurmuşdur. O, avtomobili o vəziyyətdə sürərək getmişdir. Hadisə belə baş vermişdir. Təqsirləndirilən şəxs1 onun xalasıoğludur. Təqsirləndirilən şəxs1 özü arxa oturacağa əyləşərək Ayselin yanında oturmaq istədiyi üçün Təqsirləndirilən şəxs1 avtomobilini özü idarə etmişdir. Aysel arxa oturacaqda oturandan sonra Təqsirləndirilən şəxs1 onun yanına keçmişdir. Onun ora getməkdə məqsədi Təqsirləndirilən şəxs1 inkubator aparatını götürmək olmuşdur. Aparatı axtarıb tapdıqdan sonra onu düzəltmişlər. O, Ayseli götürməyə gedənə qədər Bakıya gedəcəklərini bilmişdir, çünki Nadirlə elə razılaşmışlar. Özünün də Bakıda işi olduğu üçün Bakıya getməli olmuşdur. Nadir ona Ayseli də götürməli olduqlarını demişdir. O, inkubator aparatına baxdıqdan sonra getməli imiş. Nadirin təklifi ilə də razılaşmışdır. Avtobus dayanacağına qədər avtomobili Təqsirləndirilən şəxs1 idarə etmişdir. O, Təqsirləndirilən şəxs1 Ayseli qaçırtmaq söhbətini eşitməmişdir. O, avtomobili Ayselin olduğu ünvana sürmüşdür. Aysel avtomobilə əyləşəndən sonra Nadir Ayselin yanında oturmuşdur. Aysel marşurutdan düşüb gedəndən sonra onlar avtomobili həmin küçəyə sürmüşlər. Ayselin yanında avtomobili sürmüşdür. Nadir Ayselə avtomobilə əyləşməsini demişdir. Aysel heç bir səs tonu qaldırmadan və etiraz etmədən avtomobilə əyləşmişdir. Qəfildən bir nəfər avtomobilin qarşısına çıxmış və bel ilə avtomobilin şüşəsindən vurmuşdur. Aysel özü könüllü avtomobilə əyləşmişdir. Bel ilə avtomobilin şüşəsinə zərbə dəyəndən sonra avtomobili saxlamış, lakin daha hər hansı bir xoşagəlməz hadisə baş verməsin deyə avtomobili sürərək getmişdir. Avtomobilin şüşəsi qırıldığı üçün onlar avtomobili dəyişmişlər. Qırıq şüşə ilə onlar on dəqiqə yol getmişlər. Avtomobili dəyişəndən sonra bir ya da iki saat Rövşən adlı şəxs onları avtomobillə götürmüş və onlar Bakı şəhərinə getməyə başlamışlar. Birinci onları avtomobili ilə Sərvan götürmüşdür. Sərvana özü zəng etmişdir. Sərvan onun qardaşının bacanağıdır. Onlar qırıq şüşəli avtomobillə on dəqiqə yol getdikləri müddətdə Aysel onlara heç bir etirazını bildirməmişdir. Avtomobili onlar dəyişəndə də Aysel onlara heç bir etirazını bildirməmişdir. Ayselin özü bir avtomobildən düşərək digər avtomobilə minmişdir. Digər avtomobildə özü ön oturacaqda, Aysellə Nadir arxada əyləşmişlər. O, Nadirin Ayseli sevdiyini bildiyi üçün Nadirin Ayselin yanında oturmasını təbii qəbul etmişdir. Birinci onlar Yevlax rayonuna getmişlər. Ondan sonra Bakı şəhərinə yola düşmüşlər. Onlar üçü bir yerdə hər hansı bir evə getməmişlər. Yevlaxa qədər hər hansı bir yerdə dayanmamışlar. O, Nadirlə Ayseli Bakı şəhərində düşürmüşdür. Ondan iki gün sonra polisdən ona zəng gəlmişdir. Təxminən üç və ya dörd gün X37 ortalığa çıxmışdır. Daha sonra onlar Tər-tərə getmişlər. Ona heç bir şey deməmişlər. Daha sonra məsələnin yoluna qoyulduğunu demişlər. O hər hansı bir problemin olduğunu eşitməmişdir. Goranboy rayonunda Sərvangilin evində heç bir saat qalmamışlar. O, Bakı şəhərinə saat neçədə çatmaqlarını dəqiq bilməmişdir. Avtomobil yüksək sürətlə sürülməmişdir. Təqsirləndirilən şəxs3 evindən Bakı şəhərinə getmişlər. Təqsirləndirilən şəxs1 ilə Abdullayev Aysel arasında olan danışığı bilməmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs nə üçün səhər praktikaya gedib, onlarla getməyi üçün özü ilə paltar və şəxsiyyət vəsiqəsini götürmədiyini bilməmişdir. Yol boyu onlar bir yerdə avtomobili saxlamışlar. Harada saxladıqlarını dəqiq xatırlamamışdır. Həmin yerdə onlar çay içmiş və avtomobilə geri qayıtmışlar. Aysellə bir yerdə çay içmişlər. Çay içdikləri yerdə Ayselin onu qaçırdıqlarını qışqırıb bildirmək kimi bir imkanı olmuşdur. Çayçıda onlar 10-15 dəqiqə olmuşlar. O, Binəqədi rayon Polis İdarəsinə getməmişdir. Onlar Orada ərizə verməmişlər. Təqsirləndirilən şəxs1 ilə həmkəndli deyil. O, Yevlax rayonunun kəndindəndir. O öz işi ilə bağlı Tər-tərə getmişdir. Bakı şəhərində yerləşən Əvəzin evinə gedirmişlər. Rövşənin avtomobili xarab olmuşdur. Rövşən ona şəhərə qayıtmağı təklif etmişdir. O da onunla qayıtmışdır. Ona işi olduğunu bildirmişdir. O, Rövşənin avtomobilini düzəltdirməyə getmişdir. Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs yol boyu səmimi danışmışlar. O da avtomobildə musiqinin səsini artırmışdır. Onlar da asta səslə söhbət etmişlər. Təqsirləndirilən şəxs3 özü çağırmışdır. Sarvana avtomobilinin xarab olduğunu və köməyə ehtiyacının olduğunu demişdir. Avtomobili ustaya vermək məqsədi ilə onu çağırmışdır. Sərvan orada nə baş verdiyini bilməmişdir. Təqsirləndirilən şəxs3 onları evinə aparmışdır. Ondan sonra da Rövşən onların arxasınca gəlmişdir. Təqsirləndirilən şəxs3 evində 20-25 dəqiqə olmuşlar. **-OC-*** nömrəli avtomobil Təqsirləndirilən şəxs1 məxsusdur. O həmin avtomobili idarə etmişdir. Ayseli Tər-Tər rayonunun kəndindən götürmüşlər. Avtomobilləri Goranboy rayonu Zeynallı kəndində aşkarlanmışdır. Yolun qırağında saxlamışdır. Daha sonra Sərvana zəng edərək kömək istəmişdir. Avtomobilin taleyi ilə maraqlanmamışlar. Avtomobili yolun ortasında qoyaraq getmişlər. Onlara ustanın gəlib avtomobili təmir etmək üçün aparacağını demişlər. Avtomobildən yol görünməmişdir. Avtomobilin şüşəsi sınaraq avtomobilin içərisinə tökülmüşdür. Qırıq sürücü tərəfdə olmuşdur. Telefonların nə üçün avtomobildə qalmasından onun xəbəri yoxdur. İstintaq zamanı verdiyi ifadəni təsdiq etməmişdir. Tərtər rayon Polis İdarəsindən Toğrul və digər polis əməkdaşları onu təhdid etmişlər. Onlar onun ailəsi və qohumlarını hədələmişlər. Ona “əgər bu ifadəyə imza çəkməsən onlar da səninlə birgə içəri gedəcəklər” demişlər. Onun, ümumiyyətlə, qaçırtmaq söhbətindən xəbəri olmamışdır. Nadir ona qardaşıgilə gedəcəklərini bildirmişdir. Onunla birgə Ayselin də gedəcəyini bildirmişdir. O da Nadirin fikri ilə razı olmuşdur. O, cinayət törətməmişdir. Zərərçəkmiş şəxs özü də yaxşı bilmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 ibtidai istintaqın ilkin mərhələsində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Yevlax rayonu Köyük kəndində yaşamış, Zərərçəkmiş şəxsm əvvəllər tanımamış, onunla və ailə üzvləri ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Xalası oğlu Təqsirləndirilən şəxs1 isə sonradan Ayselin bacısına bir neçə il əvvəl elçi getdiyini, lakin qızı ona vermədiklərini eşitmişdir. 07 aprel 2023-cü il tarixdə təxminən saat 12 radələrində Nadir özünə məxsus “VAZ-2110” markalı, **-OC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun yaşadığı evə gəlib birlikdə onun yaşadığı kəndə getməyi təklif etmiş, ona Bakı şəhərinə getməli olduğunu deyəndə o, onu Bakı şəhərinə özünün aparacağım demişdir. Bundan sonra onlar birlikdə kəndə gəlib sonradan ona məlum olan Ayselgilin yaşadığı küçəyə girmiş, bir qədər sonra avtobus gəlmiş və Aysel avtobusdan düşmüş, bu zaman Nadir ona sükan arxasına keçməyini deyib özü arxa oturacağa keçmiş, onun Ayseli qaçırmaq istəyini başa düşdüyü üçün etiraz etsə də, o razı olmayıb ona qorxaq deyib heç nədən qorxmamağı məsləhət görüb maşını sürməyi xahiş etmişdir. Bundan sonra onunla razılaşıb maşını Ayselin gəldiyi istiqamətə sürüb onun yanında saxlamış, Nadirin maşından düşdüyünü görən Aysel qaçmağa başlasa da, Nadir onu maşının digər tərəfində tutmuş, o da maşından düşüb arxa sol qapını açmış və birlikdə Ayseli maşına mindirmişlər. Bundan sonra o, maşını sürməyə başlamış, bu zaman Ayselin qışqırtısına çıxan adının sonradan Çingiz olduğunu öyrəndiyi şəxs maşının qarşısına keçib əlindəki bellə maşının ön alın şüşəsini vurub sındırsa da, o, buna məhəl qoymayıb maşını sürmüş və birlikdə Goranboy yoluna getmişlər. Orada tanımadığı kəndin ərazisində saxlayandan sonra onun mobil telefonla zəng edib çağırdığı Sərvan adlı tanışı öz “VAZ-2107” markalı qeydiyyat nişanını xatırlamadığı zoğalı rəngli avtomobillə gəlmiş və onlar Ayseli düşürüb onun avtomobilinə otuzdurmuş, Nadirin maşınını isə orada qoymuşlar. Sərvan onları öz evlərinə aparmış, orada polis əməkdaşlarının onları axtardığım eşitmişlər. Təxminən gecə saat 03 radələrinədək Sərvangildə oturduqdan sonra oradan qohumu Yusifin “VAZ-2106” markalı qeydiyyat nişanını xatırlamadığı avtomobili ilə Yevlax rayonu Əli-bayram kəndi ərazisinə gəlmişlər. Orada onları Nadirin qardaşı Rövşən “Daewoo Nexia” markalı avtomobili ilə qarşılamış və onlar maşından düşüb onun avtomobilinə oturub birlikdə Abşeron rayonu Qobu qəsəbəsinə Nadirin böyük qardaşı Əvəzin yaşadığı evə getmişlər. 08 aprel 2023-cü il tarixdə günorta təxminən saat 15 radələrində polis əməkdaşları mobil telefonla zəng edib onları çağırdıqları üçün onlar Ayseli götürüb Binəqədi RPİ- nin 6-cı polis bölməsinə aparmış, orada Aysel könüllü gəlməsi barədə təhqiqatçıya ərizə və izahat verdikdən sonra onlar yenidən Əvəzin evinə qayıtmışlar. Lakin sonradan Tərtər rayon polis şöbəsinin əməkdaşlarının dəvəti ilə onlar da Ayselin orada da ərizə və izahat verməsi üçün Yevlax rayonu Köyük kəndinə gəlmiş, o, həmin vaxt çöldə dayanmış, polis əməkdaşları isə Ayseli danışdırıb onları Nadirlə birlikdə Tərtər RPŞ-nə aparmış, sonradan isə o, da polis əməkdaşlarının dəvəti ilə onlarla birlikdə izahat vermək üçün getmişdir. Təqsirləndirilən şəxs2 ifadəsini davam etdirərək göstərmişdir ki, Zərərçəkmiş şəxs oğurlayarkən o, onlara əl-qol atsa da, heç bir xəsarət yetirməmiş, onu onlara başqa kimsə kömək etməmiş, Təqsirləndirilən şəxs1 kömək etsə də, onun Aysellə zorla cinsi əlaqədə olmasından sonradan xəbəri olmuş, belə ki, onlar Əvəzin yaşadığı evə gəldikdən bir müddət sonra evdən çıxıb mağazaya gedib təxminən bir saat sonra geri qayıtdıqdan sonra onun ailə üzvləri, qardaşı Əvəzin arvadı və öz bacısı Xatirə, Rövşənin arvadı Məleykə və qardaşı Rövşənlə söhbət zamanı Nadirin Aysellə cinsi əlaqədə olduğunu eşitmiş, bacısı Xatirə ağlaya-ağlaya nahaq belə bir iş tutduqlarını demiş, amma Nadirin Aysellə zorla və ya öz xoşu ilə cinsi əlaqədə olduğunu dəqiq bilməmişdir. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqının əvvəlində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, o, işdə olmuşdur. Ona Təqsirləndirilən şəxs2 zəng edərək avtomobilin xarab olduğunu bildirmişdir. Hadisə günü ona zəng etmişdir. Aprel ayının yeddisi olmuşdur. Avtomobilin qırıldığını bildirmişdir. O da Təqsirləndirilən şəxs2 dediyi yerə gəlmişdir. O öz avtomobilini həmin avtomobilin arxasında saxlamışdır. O, avtomobili saxlayan zaman həm Adil, həm də Nadir avtomobilin yanında dayanmışdılar. Öz avtomobillərindən düşərək onun avtomobilində əyləşmişlər. O öz avtomobilindən yerə düşməmişdir. Onlara “avtomobildə əyləşin və söhbət edin” demişdir. Həmin vaxtı Adil siqaretinin olmadığını demişdir. Rayonda olan dükanların birinə getmişlər. Dükan yollarının üstündə yerləşmişdir. Adil də avtomobildən düşmüşdür. Nadirlə Aysel avtomobildə qalmışdır. Adil həm su, həm də siqaret almışdır. Ondan sonra da onlara getmişlər. Goranboyun Safkürd kəndinə getmişlər. Bir az onlarda olmuşlar. Onlarda olarkən heç bir narahatçılıq olmamışdır. Sonradan Yusif adlı şəxs gəlmişdir. Yusif onları götürüb getmişdir. Tam dəqiq saatını xatırlamamışdır. Axşamüstü olmuşdur. Axşam üstü saat dörddə onlara gəlmişlər. Bir ya da iki saat onlarda olmuşlar. Çörək yemişlər. Aysel də onlarda çörək yemişdir. Evdəkilər sonradan onlara gəlmişlər. Gələnlər yoldaşı və uşaqları olmuşdur. Yemək hazır olmuş, onlar gələndən sonra yeməyi hazırlamışlar. Ayselin yanında həmişə Nadir olmuşdur. Aysel tək qalmamışdır. Onlarda olan zaman isə Aysel tək qalmışdır. Onların olduğu yerdə olan zaman heç öz avtomobilindən düşməmişdir. Nadir ona avtomobili düzəltdirmək üçün avtomobilin olduğu yerə qardaşının gələcəyini demişdir. O, kimdənsə Ayselin nə üçün onlarla gəldiyini soruşmamışdır. O, məsələdən Aysellə Adilin nişanlı olduğunu başa düşmüşdür. Ona görə də Adildən və Nadirdən heç bir şey soruşmamışdır. Aysel onlarda olanda heç bir narahatlıq olmamışdır. Aysel çəkici atmamışdır. Çəkic həmin vaxt stolun üstündə olmuş və Aysel oturmaq üçün çəkici yerə tullamışdır. Ayselin çəkici yerə atması ilə bağlı halı ifadəsində qeyd etməmişdir. Aysel heç biri ilə əl-ələ tutub gəlməmişdir. Adilin nişanlı olduğunu bildiyi üçün o, Aysellə Adilin nişanlı olduğunu düşünmüşdür. Aysel tərəfindən onlara heç bir etiraz olunmamışdır. Ayselin onların yanlarından qaçmaq imkanı olmuşdur. Təxmini iki saat bir yerdə olmuşlar. Onların evi həyət evidir. Ayaqyolu məhəllədədir. Onlar evə gəldikdən bir müddət sonra evə yoldaşı və anası gəlmişdir. Nə evdə, nə də avtomobildə olan zaman Ayselin narazılığı olmamışdır. Aysel onun yoldaşı ilə oturmuş və yemək yemişdir. O, yoldaşı ilə Ayselin hansı məzmunda söhbət etdiyini bilməmişdir. Onların gəldikləri avtomobili görməmişdir. Həmin avtomobili arxa tərəfdən görmüşdür. Ona avtomobilin xarab olduğunu və ustanın gələcəyini Nadir demişdir. Onlardan çıxıb Bakı şəhərinə gedənə qədər o, Ayselin qaçırıldığını bilməmişdir. O, Ayselin ora könüllü gəldiyini bilmişdir. İki saat ərzində onlarda qalmışlar. Onlardan heç bir şey soruşmamışdır. Müstəntiq ifadəni ona oxutmadan imza çəkdirmişdir. O, ifadəsində qızı qaçırtmaq ifadəsini deməmişdir. İfadəsini təsdiq etməmişdir. Qayınatası Yusif adlı şəxs onlara gəlmişdir. Gəncə şəhərinə müştəri aparmış və təsadüf nəticəsində onlara gəlmişdir. Gecə saat üç olmamışdır. O öz ifadəsində gecə saat üç-dörd arası bir saat göstərməmişdir. O oxumaqda bir az zəif olduğu üçün ona “vaxt gedir, imzala, dediyin nədir onu yazmışam” demişdir. Təqsirləndirilən şəxs2 heç bir zaman onların evlərində olmamışdır. Qızı qaçırtmaq üçün Bakı şəhərinə getmək söhbəti olmamışdır. Zərərçəkmiş şəxsin onlarla barışması üçün ərizə yazmaq məsələsi olmamışdır. Belə bir söhbətdən onun xəbəri olmamışdır. Adil, Nadir və onun bacıs otaqda olmuşlar. Ola bilsin, həmin vaxtı danışıq olmuşdur. Avtomobilin xarab olduğu yerdən onların evə məsafə 5 km olmuşdur. 5 kmlik yolu o aparmışdır. Onlardan isə Yusif adlı şəxs aparmışdır. Hara kimi apardığını bilməmişdir. Aysel onlarda olduğu müddətdə yoldaşı ilə birgə onlara çay da gətirmişdir. Əgər narahatlığı olsaydı, çayı Nadirin üzərinə tökərdi və ya qaça bilərdi. O isə bunların heç birini etməmişdir. Aysel təqribi olaraq onlarda iki saat qalmışdır. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, ailəsi arvadı Şahid5, övladları 2007-ci il təvəllüdlü qızı Gülay, 2010-cu il təvəllüdlü oğlu Emil və anası Şahid12 ibarət olmuş, anası Olya təzyiq və şəkər xəstəsi, ödündə problemi olmuş, atası Allahverdiyev Vahid isa oğlu isə 2019-cü ildə onkoloji xəstəlikdən vəfat etmişdir. 07 aprel 2023-cü il tarixdə saat 14 radələrində “stansiya Mingəçevir” ərazisində olan zaman ona Təqsirləndirilən şəxs2 zəng edib Goranboy rayonu, Zeynalı kəndi ərazisində maşının xarab olduğunu deyib kömək etməyini xahiş etmiş, o da özünə məxsus “VAZ 2107 markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun dediyi yerə gələndə Adilin idarə etdiyi xalası oğlu Nadirə məxsus "VAZ- 21103” markalı avtomobilin dayandığım görmüşdür. Həmin vaxt avtomobildən sükan arxasından Adil, sonradan adım bildiyi Aysel və Nadir adlı şəxslər əl-ələ tutaraq sərbəst düşüb birlikdə onun avtomobilinə əyləşmiş, Aysel və Nadir arxada, Adil isə onun yanında qabaqda oturmuşdur. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, belə ki, Nadir onun bacanağı Familin xalası oğlu olsa da, onunla heç vaxt görüşməmiş, Təqsirləndirilən şəxs2 isə bacanağının qardaşı olmuş, Zərərçəkmiş şəxs Sadədin qızım isə əvvəllər tanımamış, onlarla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Ayseldən utandığı üçün ona tərəf baxmamış və heç nə soruşmamış, Adil su və siqaret almaq istədiyi üçün avtomobili Goranboy şəhərinə xatırlamadığım bir mağazanın yanına sürmüş, orada Adillə birlikdə mağazaya gedib su və siqaret alıb yenidən avtomobilə qayıtmışlar. Sonra Adil onları onun evinə aparmağı xahiş etdiyi üçün etiraz etməyib onları öz evinə gətirmiş, evə çatanda siqnal verəndə arvadı Aygün evdən çıxıb həyətin darvazasını açmış, o da maşını evin həyətinə verib saxlamış, sonra da özü düşüb sanitar qovşağına getdiyi üçün Adilin, Ayselin və Nadirin necə avtomobildən düşmələrinə fikir verməmiş, həmin vaxt anası Olya Adillə salamlaşmış, lakin Nadir bir qədər qıraqda durmuşdur. Aygünə həmin vaxt Adilin və Nadirin onu avtomobillərinin xarab olması adı ilə çağırdığını, daha sonra onların yanına gedəndə qız qaçırdıqlarını bildiyini və onlann Bakı şəhərinə getmək istədiklərini, hətta Adil ondan onları Bakı şəhərinə aparmağı xahiş etsə də, Bakı şəhərinə yolu tanımadığı və oranın şəraitində sürə bilmədiyi üçün onlara imtina edib digər avtomobil tapılana qədər evə gətirdiyini demişdir. Aygün evə qonaqlar gəldiyi üçün hazırlıq etmiş, həyətdə Aysel Nadirə etiraz əlaməti olaraq həyətdə olan çəkici götürüb Nadirə tərəf atmış və həmin çəkic onun ayağına dəymişdir. Həyətdə bir qədər söhbət etdikdən sonra Aysel, Nadir, Adil və anası Olya pilləkənlərlə qalxıb evə daxil olmuş, həmin vaxt anası gələn qonaqların kim olduqlarını soruşanda o, onları tanış etmişdir. X37 evin otaqlarının birinə keçib orada xeyli söhbət etmiş, onlar otaqda olan zaman sakit danışmış və səsləri gəlməmiş, süfrəyə çay gələndə Aysel qonaq otağında divanda əyləşmiş, onu masaya dəvət etsələr də, o özünü utancaq kimi apararaq imtina etmiş, utandığını düşünüb Aygün onun üçün süzülmüş çayı ona oturduğu yerə vermişdir. Aysel onun uşaqlarının adım soruşub onlarla danışmış, onlara nağıl danışacağını demiş, sonra söhbət zamanı ondan da buranın Goranboy un hansı kəndi olduğunu da soruşanda ona Səfikürd kəndi olduğunu demişdir. Nadir və Adil ona razılıq verib qərarlaşdırmasın! desə də, o, onlara lağ edib “gözləyin, vaxtı var” deyə cavab vermiş, yemək masaya gələndən sonra anası Olya Ayseli süfrəyə dəvət edəndə o, da gəlib oturmuş, sonra Aysel mətbəxə gedib orada Aygünlə söhbət edib çay içmişdir. Sonra Aysel qonaq otağına qayıtmış, orada Adil ona “bizdən razılıq gözləyirlər, bir kağız yaz, verək, axtanş dayansın “deyəndə o, etiraz edib “yox, vermirəm” demiş, Aygün də qonaq otağına gələndə Ayselə qəzəblənib “bu qədər vaxtdır bizim evimizdə oturmusan, razılığın yox idisə mənim evimdə nə gəzirsən, bu qədər adamların həyatına problem yaradırsan, niyə oynayırsan ki” deyəndə Aysel razılıq kağızı vermək istəmədiyini demiş, arada deyib-gülmüş, arada isə evinə qaytarmağını tələb etmiş, ona görə də onun ailə qurmağa razı olubolmadığını başa düşməmişlər. Bundan sonra Aygün onun telefonu ilə atasına zəng edib Adillə Nadirin qaçırdıqları qızı onun evinə gətirdiklərini, lakin qızın öz fikrinin üstündə durmadığım, dəqiq bir söz demədiyini, qərar qəbul edə bilmədiyini deyib qızı evdən çıxarmaları üçün onlarla danışmağı xahiş etmişdir. Aysel evdə olanda Nadir onun bacısını istədiyini, ailəsinin yaxşı olmadığım onunla ailə qurmaq istəmədiyini demiş, həmin ərəfədə bildiyinə görə Adil nişanlı olmuş və Adilin həmin qızı özü üçün qaçırdığım, yəni qaçırılan qızın onun nişanlısı olduğunu zənn etmiş, lakin evdə söhbət zamanı həmin qızın Adil yox, Nadir özü üçün ailə qurmaq məqsədilə qaçırdığım bilmişdir. Adilə onu götürüb evindən aparıb öz evinə təhvil vermələrini deyəndə Adil də maşın tapan kimi çıxacaqlarını demiş, bu söhbətlərə görə anası da əsəbiləşib Ayselə “bu qədər adamların həyatı ilə niyə oynayırsan? Sərvan fəhlə adamdır, mən xəstə adam, niyə bizi zibilə salırsan” demiş, onun təzyiqi də qalxıb halı pisləşmiş, Aysel isə ona onlardan heç bir narazılığı və şikayəti olmadığım, onların ona pisliklərinin dəymədiyini demişdir. Sonra axşam saatlarında Aysel onu valideynləri ilə telefonla danışdırmağı xahiş etmiş, Adil də öz telefonu ilə Ayselin valideynlərinə sadə zənglə zəng edib səsli rejimə qoymuş, atası cavab verəndən sonra onlar bir- birləri ilə hal-əhval tutmuş, Aysel ağlayan zaman isə danışıq kəsilmişdir. Həmin vaxt Adil bir daha zəng edəndə bu dəfə Ayselin anası cavab verib qışqıraraq “Aysel, bilirəm Bakıdasan” desə də, Aysel ona cavab verməmiş, sonra anası ondan üç dəfə yerini soruşsa da, o, susub yalnız bir dəfə ona Bakıda olmadığını demiş, lakin anası qəzəbli halda “bilirəm Bakıdasan, narahat olma, səni sabah tapıb mənə təhvil verəcəklər” deyə bildirmiş, həmin danışıq vaxtı hamı söhbətə qulaq asıb eşitmiş, Ayselə hər hansı təzyiq göstərilməmiş, o sərbəst özü damşıb harada olduğunu bilərək anasına bu barədə məlumat verməmişdir. Sonra gecə saatlarında qayınatası Yusif həyətə gəlib Adil və Nadirə iradlarını bildirib evi tərk etmələrini xahiş etmiş və qızı yiyələrinə aparacağını demişdir. Adil və Nadır Ayselə onu evlərinə aparacaqlarını deyəndən sonra qız hazırlaşıb özü evdən çıxmış, Aygün və anası onun üzündən öpüb qucaqlayıb sağollaşıb getmiş və onlar üçü də qayınatasının avtomobilinə minib getmiş, bundan sonra həmin işdən bir xəbəri olmamışdır. Aysel evdə olanda ona hər hansı köməklik lazım olmasım bildirməmiş, qışqırıb köməyə çağırmaq, hətta özü də qaçmaq və ya buna cəhd etmək imkanları olduğu təqdirdə bunu etməmiş və qeyd etdiyi kimi Nadir və Adillə mübahisəsiz danışıqlar aparmış, həmçinin anası ilə telefonla danışan zaman olduğu yeri bildiyi halda bu barədə məlumat verməmişdir. Həmin vaxt Ayselin qaçırılmasının belə bir problemlərə səbəb olacağım, Adilin və Nadirin cinayət məsuliyyətinə cəlb edilməsinə gətirib çıxaracağını fikirləşməmiş, çünki kənd və rayon yerlərində qız qaçırma hallan tez-tez olmuş, nəticə qaçırma və ya ailə qurmaqla, ya da tərəflərin razılığa gələndə aynlıqla başa çatması hallan olmuşdur. Aysel onun avtomobilində olanda, yəni onlan Goranboy rayonu, Zeynallı kəndi ərazisindən götürüb öz yaşadığı evə aparanda Aysel avtomobildə zorla qaçırılması, Nadirdən və Adildən evə qaytanlmasını istəməmişdir. Lakin məhkəmə istintaqı yekunlaşdıqdan sonra təqsirləndirilən Təqsirləndirilən şəxs3 məhkəmə yenidən ifadə vermək istədiyini bildirərək məhkəmə istintaqının təzələnməsini xahiş etmişdir. Məhkəmə istintaqı təzələndikdən sonra təqsirləndirilən Təqsirləndirilən şəxs3 səhv verdiyi ifadəsinə görə üzr istəmişdir. Onu Təqsirləndirilən şəxs2 çağırmışdır. Gələndə orada avtomobilin arxasında dayanmışdır. O avtomobil dayananda yerə düşməmişdir. Onlar Ayselin əlindən və ayağından tutaraq avtomobilə mindirmişlər. Aysel həmin vaxtı narazı olmuşdur. Ayseldən üzr istəyərək bağışlanmağını istəmişdir. O, həqiqətən, onun narazılığını görmüşdür. Buna görə də Aysel xanımın məhkəməyə verdiyi ifadənin doğruluğunu təsdiq etmişdir. O, əvvəlcə təqsirləndirilən şəxs onun bacanağının qardaşı olduğu üçün bunları deməmişdir. Həmçinin də Ayselin Adilin nişanlısı olduğunu zənn etmişdir. Nadiri və Ayseli o, həmin vaxta qədər tanımamışdır. O, eyni zamanda Adilin nişanlısını da tanımamışdır. Onlar avtomobildən bir xeyli gedəndən sonra Adil ona Ayselin onun nişanlısı olmadığını, Ayseli Nadirin qaçırdığını demişdir. Ayseli də evə aparmışlar. Onlarda olarkən Aysel ailəsi ilə telefonla danışması olmuşdur. Atası və anası ilə danışmasını görməmişdir, çünki Aysel içəridə danışmışdır. Ayselin atasına gizli nömrə ilə zəng etmişlər. O, məsələnin bu yerdə olduğunu biləndən sonra onları məcburi şəkildə evlərindən çıxarmışdır. Onlar qapıda tək danışmışlar. Kimlərlə danışdıqlarını bilməmişdir. Daha sonra qayınatası Yusif adlı şəxs gəlmişdir. Onun qayınatası Ayseli öz valideynlərinə aparmaq məqsədi ilə hərəkətlər etmişdir. Onlarda Ayseli aparıb atasıgildə təhvil vermələri barədə danışıqlar getmişdir. Yolda nə oluduğunu bilməmişdir. O, Ayselin özündən, atasından və anasından üzr istəmiş və onu bağışlamalarını xahiş etmişdir. Ayselin onlarda təqribən nə qədər olduğunu dəqiq deyə bilməmişdir. Ümumilikdə beş və ya altı saat olmuşdur. Ayselin qaçırıldığını sonradan bilmişdir. Ayselin narazılığını görmüşdür. Evdə olarkən Ayselin atdığı çəkic Nadirin ayağına dəymişdir. Bundan sonra o, Ayselin narazılığını başa düşmüşdür. Çəkic Nadirin ayağına dəyəndən sonra onları evdən çıxmaları üçün məcbur etmişdir. Polisə məlumat vermək onun ağlına gəlməmişdir. Qayınatası onları evlərinə qaytarmaq məqsədi ilə apardığına görə polisə məlumat verməyi lazım bilməmişdir. Təqsirləndirilən şəxs2 dedikləri yalandır. Onlar Ayseli könüllü qaçırmamışlar. İstintaq ifadəsində Aysel xanımın dedikləri ilə uyğunluq təşkil edən hissəni təsdiq etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdq edərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 2020-ci ildə X38 daxil olmuşdur. Orada oxmuşdur. Üç ilin sonunda altı aylıq praktikaya gəlmişlər. Ona görə də o, rayona gəlmişdir. O, praktikaya gələnə qədər onun bacısı qaçmışdır. Evlənmək məqsədi ilə qaçmışdır. Noyabr ayının axırları olmuşdur. Təqsirləndirilən şəxs1 axrıncı dəfə onun bacısına elçi göndərmişdir. Üzərindən çox müddət keçməmişdir. Yanvar ayında da onun bacısı evlənmək məqsədi ilə qaçmışdır. O, fevral ayında evə gəlmişdir. Normal şəkildə praktikaya gedib-gəlirmiş. Bacısının toyu mart ayında olmuşdur. Yanvar və mart ayları müddətində Təqsirləndirilən şəxs1 onun bütün qohumlarına, rayon sakinlərinin hamısına bacısı haqqında onunla sevgili olduğunu, lakin sonra onu aldatdığı ilə bağlı söhbətlər etmişdir. Təqsirləndirilən şəxs1 onun atasına zəng edərək “sənin qızın məni istəmişdir amma siz onu mənə vermədiniz. Bu heyfi də sizdə qoymayacam” demişdir. Onlar babası tərəfdən də Təqsirləndirilən şəxs1 ilə qohumdurlar. Qohum olduqlarına görə onun bu sözlərini ciddiyə almamışlar. Onu evlənmək məqsədi ilə qaçırmamışdır. Hadisə günü aprel ayının yeddisi olmuşdur. O, praktikaya getmişdir. Praktikadan qayıdanda küçədə marşrutdan düşmüşdür. Əslində o, səhər vaxtı praktikaya gedəndə Təqsirləndirilən şəxs1 avtomobilini küçədə görmüşdür. Marşurutdan düşəndə yenə onun avtomobilini küçənin girişində görmüşdür. Onu qaçırtmaq məqsədi ilə orada dayanmağını hec cür ağlına gətirməmişdir. Şəxs ondan yaşca çox böyükdür. Həmçinin də onun bacısını istəmiş şəxsdir. O, küçə ilə gələndə onun avtomobili sürətlə gəlmiş və onun önündə dayanmışdır. Ona görə də o qorxmuşdur. Eyni zamanda avtomobilin arxa oturacağında qaçaraq üstünə gəlməsindən də qorxmuşdur. Bir anlıq nə edəcəyini bilməyərək donub qalmışdır. Ondan sonra qaçmışdır. Qaçanda da çəpərə tərəf yıxılmışdır. Yerə də təzə daşlar tökülmüşdür. Ayağı sürüşmüş və yerə yıxılmışdır. O yıxıldıqdan sonra Nadir onu tutmuşdur. O da Təqsirləndirilən şəxs1 reaksiya olaraq təpik və yumruq vurmağa başlamışdır. Avtomobil işlək vəziyyətdə Adil avtomobilin qapısını açıq qoyaraq onların yanlarına gəlmişdir. Onu avtomobilə əyləşdirməkdə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 kömək etmişdir. Onun arxasınca da bir nəfər məktəbli qız gəlmişdir. Həmin qızın adı Hökümədir. İzahatında da həmin qızın adını göstərmişdir. O da onun səsindən qorxmuşdur. Onu qaçırdıqlarını görərək qışqırmışdır. Qonşu Çingizin küçəyə çıxmaq səbəbi də məhz bu məsələ olmuşdur. Ona görə də əlindəki bel ilə avtomobilin şüşəsinə vurmuşdur. Təqsirləndirilən şəxs2 ifadəsində avtomobili yavaşlatmaq istədiyini bildirsə də, elə bir şey olmamışdır. Sürətlə avtomobili sürərək küçədən çıxmışdır. Qonşularının da qulaqlarında onun qışqırıqları indiyə qədər qalmışdır. Onu Goranboy rayonunun ərazisinə aparmışlar. Qarşıdan polis avtomobilinin gəldiyini görərək kəndin içərisinə sürmüşlər. Orda da bir xeyli yolu dolanmışlar. Bir xeyli yol gedəndən sonra Təqsirləndirilən şəxs3 zəng etmişlər. Daha sonra qardaşı Familə, ondan sonra Qədir adında şəxsə zəng etmişdir. Onun səsini eşitdiklərinə görə onların heç biri onunla razılaşmamışdır. Qardaşı Famil isə gəlmişdir. O, Famildən də kömək istəmiş, lakin Famil üzünü çevirərək getmişdir. Adil avtomobili saxlamış və Famillə nəyisə danışmışdır. Onu da Nadir tutmuşdur. O həmin vaxtı da kömək istəmişdir. Famil avtomobili sürüb gedəndən sonra Adil avtomobili bir az irəliyə sürmüşdür. Yolda Təqsirləndirilən şəxs3 zəng etmişdir. Sərvan həmin vaxtı onun səsini eşitmişdir. O, telefonda Sərvandan kömək istəmişdir. Avtomobili saxladıqdan on dəqiqə sonra Sərvan gəlmişdir. Halbuki Sərvan sakitliklə düşüb avtomobildən getdiyimi demişdir. Elə bir şey olmamışdır. Adillə Nadir onun qolundan tutaraq avtomobilə mindirmişdir. Onun heç ayağı yerə dəyməmişdir. Əgər o öz istəyi ilə getsəydi onun telefonunu avtomobildə qoymazdılar. O öz istəyi ilə qaçsaydı telefonu üstündə olar və atasına zəng edərək razılığı ilə qoşulub qaçdığını bildirərdi. Onlar onu qaçırmışlar. Telefonları avtomobilin saxlanc hissəsinə qoymuşlar. Daha sonra onu Təqsirləndirilən şəxs3 evinə aparmışlar. Sərvan onun qaçırıldığını bilmişdir. O, Sərvana narahatçılığını bildirmişdir. Evlərinin ərtafı hündür hasar olmuşdur. Böyük bir darvaza olmuş və oradan yol görünməmişdir. Hasarı aşıb getmək mümkün deyil. Oradan da içəriyə girəndə böyük bir məhəllənin olduğunu görmüşdür. Oradan qaçmaq mümkün deyildir. Avtomobil qapıya girəndə Sərvanın anası gəlmiş və “Allah xoşbəxt eləsin” demişdir. O orda da onun öz razılığı olmadan gəldiyini bildirmişdir. Üstünə çəkic və vedrə də tullamışdır. O, evə çıxmaq istəməmişdir. Adil qolundan tutaraq zorla içəri aparmışdır. Nadir kənarda qalmışdır. Adilin nişanlısı olduğunu düşündürən məqam o olmuşdur. Hər bir halından onun narazı olduğu görünmüşdür. Adil zorla onu içəriyə salmışdır. Onlar yolda olanda da polisin məlumatının olduğunu bilmişlər. Avtomobilin şüşəsini sındıran şəxs polisə zəng etmişdir. Gecə saat birdə də izahat yazmaqlarını xahiş etmişlər. Gecə saat ikidə onu geri qaytarmışlar. Yusif adlı şəxsin avtomobili ilə gecə onu Yevlax rayonuna tərəf aparmışlar. Onu aldaraq aparmışlar. Onlara “eybi yoxdur və məni aparın” demişdir. Onlara özünün gəldiyini bildirmişdir. Belə ifadə verəcəyini bildirmişdir. Onlara onun izahatı lazım olmuşdur. Onu aldatdıqlarına görə onların avtomobilinə minmişdir. Yolda da öz etirazını Nadirə bildirmişdir. Sərvanın avtomobilində olarkən də avtomobilin qapısını açmağa cəhd etmişdir. Onda Nadir onu arxaya çəkmişdir. Avtomobilin sükanını başqa bir yola döndərəndə o, artıq aldadıldığını başa düşmüşdür. Ondan sonra da öz etirazını bildirmişdir. Hər təqsirləndirilən şəxs iki dəfə izahat vermişdir. Həmin izahatlarında çay içmək halı göstərilməmişdir. Daha sonra onlar Qobu qəsəbəsinə gəlmişlər. Orda avtomobili saxlamış və darvazanı bağlamışlar. Rövşən və Adil orada olmuşdur. Məleykə və Xatirə adında iki xanım gəlmişdir. Məleykə onun həmkəndlisidir. Onu avtomobildən düşürmək istəyəndə o yenə getmək istəməmişdir. Razılığının olmadığını bildirmişdir. Adil yenə qolundan zorla tutaraq evə aparmışdır. Otaqda olarkən xanımlar onunla söhbət etmişdir. Qolunun qızartılarına su da vurmuşlar. Onlar otaqdan çıxandan sonra Nadir gəlmişdir. Nadir otağa girmiş və qapını bağlamışdır. Həmin anda ayağa qalxmışdır. Ondan özünün razılığı ilə videoya çəkilməyi tələb etmişlər. Məleykə ilə Xatirə adlı şəxslər onun razılığının olmasını videoya çəkmək istəmişlər. O bununla razılaşmamışdır. Onlar otaqdan çıxıb getmişlər. Həmin vaxt Nadir orada olmuşdur. Əvvəlcə gələndə Nadir yalvarış etmişdir. Qapını bağlayanda öz etirazını bildirmişdir. Qapıya tərəf gedəndə onu itələmişdir. Onun dediyi kimi öz istəyi ilə onunla cinsi əlaqədə olmamışdır. Onların hər üçündən də şikayətçi olmuşdur. Ona “sən izahat verməsən bizim hamımızın həyatı korlanacaqdır” demişlər. Onu belə sözlərlə razı salmağa çalışmışlar. Onlar gizli nömrə ilə onun atasına zəng etmiş və o ağlamağa başlayanda isə telefonu söndürmüşlər. Anası ilə danışmışdır. Anasına Bakı şəhərində olmadığını demişdir. Anası onunla əsəbi tərzdə danışmamışdır. Anası onunla o qədər sakit tərzdə danışdığı üçün öz-özlüyündə onunla niyə bu qədər sakit danışırlar deyə fikirləşmişdir. Hətda onun ürəyində ailəsinin bu məsləyə razı olması ilə bağlı şübhə də yaranmışdır. Yəni ailəsinin sakit danışması onu narahat etmişdir. Ona “səni kəndə aparırıq” dedikləri üçün o da evdəkilərlə sağollaşmışdır. Yusif adlı şəxs Yevlax rayonuna kimi aparmışdır. Oradan da Nadirin qardaşı aparmışdır. O, hal-hazırda Təqsirləndirilən şəxs3 şikayətçi olduğunu və Sərvandan doğruları söyləyəcəyi halda şikayətçi olmayacağını bildirmişdir. Onun Bakı şəhərinə aparılmağı saat on ikidən sonra olmuşdur. Yevlaxda başqa bir avtomobilə minməyinin əsas səbəbi “səni polis axtardığına görə evinizə aparırıq” deməkləri olmuşdur. Bu sözü ona Sərvanın evində demişlər. O da onlara “məni evimə aparın sizdən şikayətçi olmayacam” demişdir. Yevlaxda olanda isə avtomobili dəyişmişlər. O “nə üçün bu avtomobillə getmirik” deyə soruşanda ona “biz öz avtomobilimizlə gedirik ki, Yusif adlı şəxsin adı qeyd olunmasın” deyə cavab vermişlər. Onu Bakı şəhərinə aparacaqlarını bilmədiyi üçün könüllü şəkildə digər avtomobilə minmişdir. Onun həmin ərizəni yazmaqda əsas səbəbi onun ata və anasından xəbəri olmaması, həmçinin onun bakirəliyi pozulduğu üçün məcbur olması olmuşdur. Ailəsinin onu bu vəziyyətdə qəbul edib və ya etməyəcəyini bilməmişdir. Bilmədiyi halda da əksizahat verə bilməmişdir. Özü arxada əyləşmiş, onun yanında daha sonra Nadir əyləşmişdir. Başqa kimsə əyləşməmişdir. Adil isə ön oturacaqda əyləşmişdir. Nadir ona “mən səni istəyirəm” demişdir. Qaçırtma anına qədər ona heç bir şey deməmişdir. O Nadirin onu istədiyini bilməmişdir. Ona söz göndərməsini, onun arxasınca düşməsini görməmişdir. Nadirlə aralarında cinsi əlaqə altıncı polis bölməsinə gedənə qədər olmuşdur. Şahid3 dediyi “nə üçün bizi gözləməmisiniz” deyə bir hal olmamışdır. Avtomobili darvazadan içəriyə salmışlar. Rövşən və Nadir orada olmuşdur. Onun şirniyyat almağa getməyi, onlara çay verməyi, bütün bunlar hamısı ağ yalandır. O heç avtomobildən düşmək istəməmişdir. O, Rövşənin avtomobilinə minəndə də öz narazılığımı bildirmişdir. O, içəri keçmək istəməmişdir. Nadir gələrək onun qolundan tutub sürüyərək içəriyə salmışdır. O da xanımların ona kömək edəcəklərinə inanaraq zorla qaçırıldığını onlara demişdir. O, hətta onların yanında ağlamışdır. Məleykə onu ana və atasının axtardığını, özü qaçırılanda isə heç kimin onu axtarmadığını bildirmişdir. O ağlayanda “sən niyə ağlayırsan” deyə soruşmuş və otaqdan çıxmışlar. Həmin vaxtı mətbəxdə Nadir olmuşdur. Nadir otağa gəlib qapını bağlayanda Nadirin o niyyətlə otağa gəldiyini başa düşmüşdür. Ayaqqabının bağını açmaq məsələsi olmamışdır. Qolundan tutub onu sürüyəndə xanımlar da orada olmuşlar. Həyət o qədər geniş olmamış evlə darvaza arasında məsafə az olmuşdur. Anası ona heç bir şey öyrətməmişdir. Şahid6 avtomobilinə özü minmişdir. Arxada da Nadirin üstünə qışqırmışdır. Nə qədər köhnə bir avtomobil olsa da arxadan qışqırmağını şahidin eşitmək imkanı olmuşdur. Həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs təqisrləndirilən Sərvan Abdullayevi iki övladı və onkoloji xəstə arvadı olduğu üçün bağışladığını və ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə bağışlamadığını, onlardan şikayətçi olduğunu və onlara ən ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, işdə olduğu müddətdə anası ona zəng etmişdir. Ona rayona gəlməli olduğunu bildirmişdir. Şəxsi avtomobili ilə rayona getmişdir. Orada polis əməkdaşları olmuşdur. Şahid2 ilə onu polis məntəqəsinə aparmışlar. Orada qardaşının qız qaçırtdığını bilmişdir. Daha sonra qardaşı Nadir ona zəng etmişdir. Yevlax rayonunun kəndində olduğunu bildirmiş və “Bizi gəl götür” demişdir. O, avtomobili ilə ora getmişdir. Avtomobilin ön oturacağında Adil, arxa oturacaqlarda isə Aysel və onun qardaşı əyləşmişdir. O, Bakı şəhərinə sürmüşdür. Şahid2 evinə sürmüşdür. Darvazanın qarşısında avtomobili saxlamışdır. Aysellə Nadir avtomobildən düşərək darvazadan içəri daxil olmuşlar. Ondan sonra onlar çıxıb getmişlər. Daha sonra isə öz kirayədə qaldığı evə aparmışdır. Aysellə yoldaşı Şahid4 aparmışdır. Həmin vaxtı dayanmadan Toğrul adlı şəxs ona zəng etmişdir. Onunla görüntülü danışmışlar. Toğrul müəllim Tərtərin müstəntiqidir. Ona “mənə fərqi yoxdur hansı polis bölməsi olursa olsun Aysel xanım ərizə yazsın” demişdir. O da özü Aysel xanımı altıncı polis bölməsinə aparmışdır. Aysel xanım orada ərizə yazmışdır. Orada heç bir narahatçılıq olmamışdır. Müstəntiqin yanında ərizəni Aysel özü yazmışdır. 6-cı polis bölməsindən qardaşı Əvəzin evinə getmişdir. Orada onlar deyibgülmüşlər. Aysel, Nadir, onun yoldaşı və özü kirayədə yaşadığı mənzilə getmişlər. Otağın birində Aysellə yoldaşı, digər otaqda isə qardaşımla Nadir olmuşdur. Gecə saatlarında Toğrul müəllimin əl çəkmədiyini, Tərtər rayonunda Ayselin izahat verməli olduğu məlumatını ona demişlər. Ondan sonra Ayseli də götürüb Tərtər rayonuna getmişlər. Yevlaxın kəndində qardaşı Nadir və Aysel izahat vermişdir. Hamını çölə çıxardaraq Toğrul müəllim onlardan izahat almışdır. Yarım saat sonra Toğrul müəllim qardaşı Əvəzi polis bölməsinə dəvət etmişdir. Ondan sonra Toğrul müəllim ona zəng eləmiş və onu da polis bölməsinə dəvət etmişdir. O özü də polis bölməsinə getmişdir. Onlar dəhlizdə dayandıqları müddətdə qardaşı Nadiri görmüşlər. Qardaşı döyülmüş vəziyyətdə, gözlərinin altı şiş vəziyyətdə dayanmışdır. Nadiri oradan çıxardandan sonra onu və qardaşı Əvəzi dəmir barmaqların arasına salmışlar. Toğrul müəllim özü şəxsən Nadirin qolundan tutaraq aparmışdır. Bir saat yarımdan sonra Nadiri gətirmişdir. Nadirin gözünün altı pis gündə olmuşdur. Nadir güclə yerimişdir. Onu dəmir barmaqlıqların arasına salmışlar. O, dəhlizdə dayananda Toğrul müəllim mənə yaxınlaşaraq onu otağına dəvət etmişdir. Qardaşı Əvəz isə həmin vaxtı dəhlizdə dayanmışdır. Daha sonra onu buraxmışdır. Onun özü Qarabağ qazisidir. O, Nadiri, Ayseli və Adili Yevlax rayonundan götürmüşdür. Onları Yevlax rayonuna kimin gətirməsini görməmişdir. Hava qaranlıq olmuşdur. Ayseldə heç bir həyəcan olmamışdır. Aysellə Nadirin arasında əvvəllər hər hansı bir söhbətin olmasını eşitməmişdir. Bir-birilərini sevdiklərini bilməmişdir. Bu qızın kim olması barədə qardaşına heç bir sual verməmişdir. Ağdaş rayonunda o, yanacaqdoldurma məntəsində avtomobili saxlamışdır. Yevlaxın kəndindən Bakı şəhərinə aparmışdır. Bakı şəhərindən daha sonra Tərtər rayonu polis şöbəsinə gətirmişdir. Onun zorla qaçırılmasını hiss etməmişdir. Qardaşı Əvəzlə onun evi ayrıdır. O, kirayədə yaşayır. Zərərçəkmiş şəxs özü avtomobilə minmişdir. Onun qolundan kimsə dartmamışdır. Zərərçəkmiş şəxs avtomobildə olarkən qışqırmamış, avtomobilin qapısını açmağa cəhd etməmişdir. Adil birinci avtomobildə əyləşmişdir. Daha sonra növbə ilə Aysel və Nadir avtomobilə minmişdir. O, daimi olaraq Ağsu yolu ilə Bakı şəhərinə getmişdir. O yolu tanıyır. Yevlaxa gedəndə hava qaranlıq olmuşdur. O, həmin vaxtı saat neçə olar deyə telefona baxmamışdır. Avtomobildə olarkən Adillə söhbət etmişlər. Nadirlə Aysel isə arxada söhbət etmişlər. Arxadan səs gəlirmiş, lakin nə danışdıqlarını eşitməmişdir. Avtomobilə Aysel özü minmiş və heç bir narahatlığı olmamışdır. Tərtərə onun avtomobili ilə gəlmişlər. Bakı şəhərində onlar bir gün qalmışlar. O, Yevlax rayonuna onların arxasınca gedəndə qardaşının qız qaçırtdığını bilmişdir. Qaçırtdığına görə polisə müraciət olunduğunu və polislərin Ayseli axtardıqlarını bilmişdir. O, qardaşına öz iradını bildirməmişdir. Ayselin narahatlığı olsaydı onun xəbəri olardı. Onun 32 yaşı var. O öz yoldaşını da qaçırtmışdır. Bundan başqa Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid4 ilə ailə həyatı qurmuş, amma birgə nikahdan övladları olmamış, həmin vaxtdan Bakı şəhərində müxtəlif ünvanlarda kirayə yaşamışdır. Vətən müharibəsi veteranı olmuş, “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “X12” medalları ilə təltif olunmuşdur. Zərərçəkmiş şəxs həmkəndlisi olmuş, onu hadisədən öncə görməmiş və tanımamış, nə onunla, nə onun ailə üzvləri ilə düşmənçiliyi və ya ədavəti olmamışdır. 07 aprel 2023-cü il tarixdə axşam saatlarında anası Lalə Nəbiyeva ona zəng edərək qardaşı Nadirin qız qaçırdığını, buna görə kənddəki evə polis əməkdaşlarının gəldiyini deyib təcili evə gəlməyi xahiş etmiş, həmin vaxt işdən icazə alıb özünə məxsus “Daewoo Genrta” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə rayona yola düşmüş, Yevlax rayonu ərazisinə çatan zaman yağ işığı yandığı üçün qardaşı Əvəzə zəng edib ona avtomobilin xarab olduğunu demiş, o, da ona xalası Şahid11 yaşadığı Yevlax rayonu, Köyük kəndinə gedib avtomobili orada saxlayıb rayona gəlməsini bildirmişdir. Axşam saatlarında həmin ünvana çatıb xalasının evinin qarşısında nasaz avtomobilini saxlamış, təxminən 20 dəqiqədən sonra qardaşı Əvəz etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz” markalı “C 180” modelli **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun yanına gəlmiş və onlar birlikdə anasının yaşadığı Tərtər rayonu, Qaradağlı kəndinə gəlmişlər. Əvəzlə evə gələndən təxminən 5 dəqiqədən sonra evə Tərtər RPŞ-nin Toğrul və adını bilmədiyi digər əməkdaşı gəlib onları polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində olanda kənd sakini Sadəddin və onun arvadı Sahibəni görmüş və orada qardaşı Nadirin xalası oğlu Təqsirləndirilən şəxs2la birlikdə həmin gün günorta saatlarında Sadəddin kişinin Aysel adlı qızını kəndin ərazisindən qaçırmışlar. Tərtər RPŞ-də polis əməkdaşları onlarla bir neçə saat söhbət aparıb Nadirin, Adilin və Ayselin harada olmasım bilmək istəsələr də, onların yerini bilməmiş, hətta onların kimisə qaçırmasından məlumatsız olmuşlar. Vətən Müharibəsindən bir müddət əvvəl anası Lalə Nadir üçün Sadəddin kişinin qızı Pərişana elçi getsə də, onlar razılıq verməmişlər. Sonra o, polis əməkdaşlarının yanında qalmış, qardaşı Əvəz isə onların tapılması üçün idarədən gedib təxminən üç saatdan sonra qayıtsa da, onun Nadir və Adilin yerini müəyyən etmək cəhdləri uğursuz olmuş, Nadirə məxsus mobil nömrəyə zəng edib onun harada olması barədə maraqlanmaq istəsə də, ona zəng çatmamışdır. Sonra o, Əvəzlə birlikdə Qaradağlı kəndinə qayıtmış, amma həmin vaxt evə getməyib kəndin girişində avtomobildən düşüb mağazadan siqaret alıb evə doğru getməyə hazırlaşan vaxt mənim telefonuna gizli nömrədən zəng gəlmiş və cavab verəndə Nadir olduğunu bilmiş, o qısa danışıb Yevlax rayonu ərazisində “Partiyez” adlanan yerdən onu götürməyi xahiş etmişdir. Bundan sonra evə tərəf gedib orada həyətdə ata minib Yevlax rayonu, Köyük kəndinə yola düşmüş, gecə saat 04 radələrində Yevlax rayonu, Köyük kəndinə çatıb orada saxladığı “Daewoo Genrta” markalı avtomobilinə oturub Nadirin dediyi yerə gəlmiş, həmin vaxt Nadir avtomobilin sol arxa qapısım açıb oturmuş, ilk dəfə gördüyü Aysel də sağ arxa qapım özü açıb Nadirin yanında, Adil də qabaqda əyləşmişdir. Həmin vaxt onlann haradan gəlməsini xatırlamamış, onlar avtomobilə əyləşən kimi Nadir ona Bakı şəhərinə sürməyi deyəndə ona onları polis əməkdaşlarının axtardıqlarını deyib qızın narazılığı varsa onu valideynlərinə qaytarmağı təklif etsə də, Aysel özü səslənib heç bir narazılığı olmadığını demiş, Aysel avtomobilə əyləşəndə çox sakit olmuş, ağlamamış, özünü aqressiv aparmamış, qışqırmamış və onun zorla qaçırılmasını hiss etməmişdir. Bakı şəhərinə gedəndə yolda bir dəfə Ağdaş şəhəri ərazisində olan “Az Petrol” yanacaq doldurma məntəqəsində avtomobilə benzin vurmaq üçün saxlamış, həmin YDM-nin işçisi də yanacaq vuran zaman avtomobilin sağ tərəfində olmuş, yəni Aysel zorla qaçırılmış olsaydı, avtomobilin şüşəsini döymək, qapını açmaq və qışqırıb səs-küy salmaq, YDM-nin işçisinə və digər orada olan müştərilərə kömək üçün səslənmək imkanı olsa da, yolboyu sakit oturmuş və söhbət etməmiş, bütün yolu isə Nadirlə sakitcə söhbət aparmışdır. Bakı şəhərinə çatmağa az qalmış təxminən saat 08 radələrində Əvəz ona zəng edib harada olduqlarını soruşanda ona Bakı şəhərinə çatdığını və Nadirlə birlikdə olduğunu bildirmiş, daha sonra Bakı şəhərinə çatanda arvadı Məleykə ilə əlaqə saxlayanda o da ona Əvəzin Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən evində olduğunu demiş, Nadir və Adil də ona Əvəzin evinə getmək istədiklərini bildirmişlər. Artıq 08 aprel 2023-cü il tarixdə saat 09-10 arası Əvəzin evinə çatıb darvazanın yamnda saxlamış, həmin vaxt Nadir və Aysel özləri sərbəst avtomobildən düşüb həyətə keçmiş, o, isə Adillə birlikdə avtomobilin yağ sistemində problemi olduğu üçün Hökməli yolunda olan tanımadığı bir avtoservisə gedib təmirlə məşğul olub Əvəzin evinə qayıtmış, həmin vaxt evdə heç nə baş verməmiş, hamı söhbət etmiş, Aysel, Məleykə, əvəzin arvadı Xatirə və uşaqları sakit danışmışlar. Sonra Aysel anası ilə görüntülü damşmaq istəmiş, Məleykənin telefonuna Tərtər RPŞ-nin polis əməkdaşı Toğrul zəng edib danışıqdan sonra görüntülü danışmağı təklif edib “WhatsApp” tətbiqi ilə görüntülü əlaqə saxlamış, Toğrul özü də Aysellə danışmış, anası ilə də danışığı davam etmiş, o, başqa otaqda istirahət etsə də, danışıqları eşitmişdir. Həmin danışıq vaxtı Aysel anasına “mən rayona gəlməyəcəm, get ərizəni geri götür” deyəndə anası onun harada olmasım soruşsa da, Aysel Əvəzin evində olduğunu bilməsinə baxmayaraq nə Toğrula, nə də öz anasına yerini deməmiş, bu danışıqdan sonra Aysel “Əvəzin evini bütün kənd tanıyır, anam bura gəlsə məni götürüb aparacaq, məni başqa yerə aparın ” deyəndə onu özünün yaşadığı evə aparmaq qərarına gəlmişlər. Bundan sonra o, Məleykə, Nadir, Aysel və Əvəz onun avtomobili ilə evə gəlmiş, evdə olan zaman Toğrul Məleykənin telefonuna dayanmadan zənglər etmiş, Aysel özü də DİN-nin 102 məlumat mərkəzinə zəng etməyi təklif edəndə Məleykə də ona öz telefonunu vermiş, Aysel özü 102 xidmətinə özü zəng edib özünü təqdim edərək öz razılığı ilə Təqsirləndirilən şəxs1la ailə qurmaq məqsədilə qaçdığını, heç bir şikayəti və tələbinin olmadığım deyib araşdırmanın dayandırılmasını xahiş etmiş, daha sonra 102 xidməti geri zəng edib Ayseldən Nadirdən hər hansı bir şikayətinin olub-olmadığını soruşanda o, şikayəti olmadığını demişdir. Bir müddət sonra Toğrul yenidən onlarla əlaqə saxlayanda Ayselin anası da onun yamnda olmuş, daha sonra da zəngi görüntülü etmiş, Aysel Toğrul müəllimə 102 məlumat mərkəzinə zəng etdiyini və danışığının mahiyyətini demiş, daha sonra da anası ilə bir daha danışıb “Mən rayona gələsi deyiləm, öz xoşumla gəlmişəm, nə istəyirsiz məndən, get ərizəni geri çək ” demişdir. Həmin danışıq vaxtı Ayselin dediklərini evdə olanlar və telefonla görüntülü danışan Toğrul müəllim, Ayselin anası və atası da eşitmiş, daha sonra Toğrul müəllim adi zənglə yenidən zəng edib onlara istədikləri polis bölməsinə gedərək orada ərizə yazıb izahat verməyi tapşırmış, bundan sonra o, Məleykə və Aysel avtomobillə evinə yaxın olan Binəqədi rayonu 6-cı Polis Bölməsinə gedib onları qəbul edən bölmənin rəisinin yamnda Aysel özünü təqdim edib 19 yaşı olduğunu demiş, bölmə rəisi də ona “bu yaşda hara tələsirsən? ” deməsinə Aysel sərbəst şəkildə öz xoşu ilə Nadirlə gəldiyini və heç bir narazılığının olmadığını, daha sonra onları qəbul edən digər polis əməkdaşına da sərbəst şəkildə özü öz əli ilə ərizə yazıb izahat verib ailə qurmaq məqsədi ilə Nadirlə özünün gəldiyini, heç bir şikayətinin olmadığını bildirmişdir. Bundan sonra oradan çıxandan sonra Toğrul bir daha zəng edəndə Məleykə onunla damşıb 6-cı bölmədə ərizə və izahat yazıldığım deyəndə Toğrul müəllim onlara həmin izahat alan əməkdaşın yanma qayıdıb ərizəni və izahatı Tərtər Rayon Polis Şöbəsinə göndərməyi xahiş etmiş, o, da Məleykəni və Ayseli avtomobildə saxlayıb özü polis əməkdaşının yamna qayıdıb ona Toğrul müəllimin xahişi çatdırmış və sonra da onlar Əvəzin evinə getmişlər. Orada Məleykə, Xatirə və Aysel birlikdə süfrə açmış, Əvəz də gəlib Ayselə xoş gəldiyini deyəndə o, başı ilə ona salam vermiş, həmin vaxtı Aysel sakit olmuş, Əvəzin qızı Lalə ilə oynamış, sonra evdə hamı oturub toy məsələlərini müzakirə etmişlər. Aysel də onun yanında əyləşib günəbaxan tumu yemiş, həmin vaxt Əvəz Ayselə onun evdə üçüncü, yəni arvadı Məleykə, qardaşı Anarın arvadı Nuridə və onun qaçmış gəlin olduğunu deyib Məleykəni göstərərək ona bir böyük kimi “ondan soruşa bilərsən, bizim evdə ayrı seçkilik yoxdur, harada istəsəniz yaşaya bilərsiniz, bu ev də sənindir, rayonda da evimiz var, o da sənindir, hansı cür toy istəsəniz edəcəyik” deyə bildirmiş, Aysel isə sakit oturub qulaq asıb “baxarıq” demişdir. Günəbaxan tumu yeyən zaman tum götürmək üçün əlini kasaya atanda Aysel zarafatla əlindən vurub “dəymə, mənim semiçkamdır” deyəndə Məleykə zarafatla “ağlın o biri qayınlarına getməsin, bu tez küsəyəndir” deyə bildirmiş, sonra mətbəxə keçəndə Aysel dalınca gəlib küsüb-küsmədiyini də soruşmuş, ona semiçkaya görə küsmədiyini demişdir. Damşıq vaxtı Aysel anasının tərs olduğunu, razılıq verməyəcəyini deyəndə Əvəz də ona “anadır, haqlıdır, lazım olsa gedib qabağında diz çökərik” deyəndə Əvəz də “gəlimlərimə canı qurban, o da bizim evə gəlib, xoş gəlib, başımın üstündə yeri var” demiş, Aysel də “az müddətə Rövşəni, Adili və Əvəzi tanısam da, sizi özümə qardaş bildim, sizi çox istədim” deyə cavab vermişdir. Bundan başqa Aysel danışıq vaxtı gəzməli yerləri soruşanda ona Bakıda Bulvar və İçəri şəhərdə gəzməli yerlərin olduğunu, daha sonra onu gəzməyə aparacağım demiş, sonra Aysel və Məleykə yataq otağına keçmiş, orada Məleykə öz telefonu ilə Ayselin anası ilə görüntülü əlaqə yaratmış və onlar söhbət edəndə anası harada olduğunu soruşsa da, Aysel “şikayətini geri çək, mən özüm gəlmişəm, yerimi neynirsən ” və bu mövzuda danışmışlar. Bundan sonra axşam saatlarında o, arvadı Məleykəni, Nadiri, Ayseli avtomobili ilə evinə gətirmiş, yolda olanda Binəqədi rayonu ərazisində Sulutəpə dairəsində Aysel dönər istədiyini deyəndə avtomobili saxlayıb marketdən evə ərzaq, daha sonra Ayselə iki dönər və su almış, evdə Aysel və Məleykə çay hazırlayıb ona və Nadirə çay vermiş, özləri isə evin yataq otağına keçib söhbət etmiş, sonra o, Nadirlə qonaq otağında, Aysel və Məleykə isə yataq otağında yatmışlar. 09 aprel 2023-cü il tarixdə gecə saat 02 radələrində qardaşı Əvəz zəng edib rayona gəlməli olduqlarını, orada araşdırmam aparan Toğrul müəllimin Ayseli rayona istədiyi qohum evinə gətirməyi və orada şəxsən onun izahatım alacağını bildirmiş, sonra onlar hazırlaşıb avtomobili ilə Nadir onun yanında, Məleykə ilə Aysel arxa oturacaqda oturmaqla yola düşmüşlər. Yolda Əvəzlə kəsişib dal-qabaq sürərək xalası Mətanətin Yevlax rayonu, Köyük kəndindəki evinə getmiş, həmin vaxt Əvəzin avtomobilində onun arvadı Xatirə, uşaqlan və Adil olmuş, saat 09 radələrində onlar həmin ünvana gəlmiş, Toğrul müəllim artıq orada olmuşdur. Aysel hamı ilə salamlaşıb Mətanət xalası və onun gəlini ilə də öpüşüb görüşmüş, evdə Toğrul müəllim ondan “Nadirdən şikayətin var?” deyə soruşanda Aysel hamının yanında heç bir şikayətinin olmadığını və öz xoşu ilə getdiyini demişdir. Daha sonra Toğrul müəllimin xahişi ilə hamı evdən çıxmış və o, Aysellə təklikdə təxminən bir saat yarım söhbət edib sonra evdən çıxmış, Toğrul Ayselin qolundan tutmuş, onu və Nadiri öz avtomobilinə otuzdurub şöbəyə apardığını deyərək çıxıb getmişdir. Daha sonra onlar anasıgildə olarkən Toğrul müəllim Əvəzə zəng edib onu şöbəyə çağırmış, təxminən yarım saat sonra Toğrul müəllim onu da şöbəyə dəvət etmiş, şöbədə Toğrul müəllim onun yaxasından tutub “elə bilirsən veteransa, sənə heç nə olmayacaq? Sizin başınıza indi oyun açım sən də bax” deyərək öz xidməti otağına keçmişdir. Həmin vaxt Nadir orada olan saxlama yerinə olmuş, onun gözlərinin altı qaralmış, ayağım çəkmiş, döyüldüyü hiss olunmuş, Əvəzlə durduqları yerdən Nadir görünmüşdür. Toğrul müəllimin otağından Ayselin Sabir adlı hərbiçi yeznəsi çıxıb ona tərəf gəlib çatan kimi bir söz demədən onun sifətinə iki dəfə yumruqla vurmuş və o, zərbənin təsirindən yerə yıxılmış, həmin vaxt orada olan polis əməkdaşlan gəlib Sabiri ondan uzaqlaşdırmışlar. Daha sonra Toğrul müəllim polislərə onu və Əvəzi saxlama yerinə salmağı tapşırıb Nadiri oradan çıxarıb öz otağına aparmış, o, Əvəzlə saxlama yerində barmaqlıq arasında təxminən bir saat yarım müddətdə qalmış, sonra da Nadir də onların yanına gətirilmiş, o danışa bilməmiş, ayağını çəkmiş, gözləri döyülmə nəticəsində şişmişdir. Nadiri saxlama yerinə salıb onu və Əvəzi çıxarandan sonra Toğrul müəllim onu öz otağına dəvət edib ona onun və Əvəzin buraxılması, gələcəkdə Nadirə kömək edilməsi üçün dörd min manat pul gətirmək lazım olduğunu demiş, o da onunla razılaşmışdır. Oradan çıxıb Əvəzə bu barədə deyib evə getmiş, evdə müharibə zamanı belində yaranmış problemlə bağlı topladığı pullardan iki min üç yüz ABŞ dolları və 100 manat götürüb yenidən şöbəyə qayıtmış, yolda olanda Toğrul müəllim ona zəng edib qaçmayacağım soruşanda ona gəldiyini bildirmişdir. Şöbədə Toğrul müəllimin otağına Əvəzlə birlikdə girib orada gətirdiyi pulları sayıb ona vermiş, o, da əvvəl ondan, daha sonra Əvəzdən ifadələr alıb Nadirə kömək edəcəyini, onu buraxacağını deyərək onları evə buraxmışdır. Tərtər RPŞ-də olan zaman Nadirin Əvəzin evində gəlinlərin mağazaya getməsindən istifadə edərək Aysellə zorla cinsi əlaqədə olduğunu bilmiş, yəni həmin vaxta qədər onun bundan xəbəri olmamış, bu barədə ona heç kim məlumat verməmişdir. Nadiri, Adili və Ayseli Yevlax rayonu “Periyez” adlanan ərazidə öz avtomobili ilə götürən zaman Ayselin Nadir və Adil tərəfindən zorla qaçırılmasını bilməmiş, bu barədə ona avtomobildə nə Aysel, nə də Adil və Nadir məlumat verməmiş, əksinə Aysel özü gəldiyini deyib yol boyu, yanacaq doldurma məntəqəsində saxlayan zaman, habelə Əvəzin və onun evində olan zaman ona, ailə üzvlərinə zorla qaçırıldığını bildirməmiş, qaçmağa cəhd etməmiş, onu evinə qaytarmağı istəməmişdir. Nadirə Ayseli qaçırmağa xalası oğlu Adil kömək etmiş, özünün bu barədə əvvəlcədən məlumatı olmamış, ona əvvəlcədən kömək edəcəyi barədə hər hansı vəd verməmiş, o, Nadirə və Adilə kömək etməmiş, Ayselin qaçırılmasında iştirak etməmiş, həmin gün Aysel ona zorla qaçırıldığım deməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, işdə olanda anası zəng edərək polislərin evlərinə gəldiyini və onun təcili evə gəlməli olduğunu demişdir. O da işdən çıxmışdır. Avtomobilə minərək Tərtər rayonuna sürmüşdür. Onun özü Sulutəpədə yaşayır. Eyni zamanda Xətai rayonunda işləyir. Bakı şəhərindən Tərtər rayonuna getmişdir. Tərtərə gedəndə qardaşı zəng etmiş və harada olduğunu soruşanda çatdığını demişdir. Qardaşı da ona çatdığını demişdir. Avtomobildə problem olduğuna görə yolda ləngimişdir. Avtomobili xalasıgildə saxlamışdır. Onun öz avtomobili ilə Tərtərin Qaradağlı kəndinə getmişdir. Onlar çatanda polislər orada olmuşdur. Anası ilə görüşməyə də imkanı olmamışdır. Daha sonra Tərtər rayon Polis Şöbəsinə getmişlər. O, Nadirin Sadədin adlı şəxsin qızını qaçırdığını bilməmişdir. Onun məsələdən xəbəri olmamışdır. Sadədin adlı şəxslə onların münasibətləri olmuşdur. O, polis şöbəsinə çatanda hər kəsi orada görmüşdür. Onları şöbəyə salmışlar. Toğrul adlı müstəntiq ondan qardaşının harada olmasını soruşmuşdur. O da Allaha and içərək bilmədiyini demişdir. O, anasının zəngi əsasında Tərtər rayonuna gəldiyini və gələn kimi də polis idarəsinə dəvət olunduğunu demişdir. Ondan qardaşını tapıb gətirməsini istəmişlər. Ona qardaşının Goranboy tərəfdə olduğunu bildiklərini demişdir. O, Goranboy tərəfə avtomobili sürmüş və qardaşını orada tapmamışdır. Ona zəng edərək şöbəyə qayıtmasını tapşırmışlar. O da şöbəyə qayıtmışdır. Şöbəyə çatanda ona qardaşının Bakı şəhərində olduğunu bildirmişlər. O da and içərək Bakı şəhərində olmadığını demişdir. Ondan öz yoldaşına zəng etməsini istəmişlər. Yoldaşına zəng etmişdir. Onun yoldaşı Şahid3dır. Yoldaşı balalarının canına and içərək Ayselin onlarda olmadığını demişdir. Ona qardaşını tapıb gətirərsən deyəndə baş üstə demişdir. Qardaşının telefonuna zəng çatmamışdır. Ondan “sənin harada qohum-əqraban vardırsa yerlərin de” demişlər. Xalasıgilin ünvanını demiş və oradan gəldiyini, onların orada olmadıqlarını demişdir. Ona “tapmalısan” demişdir. Ondan Tərtər rayonunda izahat almışlar. Yolda olanda yoldaşına zəng edib harada olduğunu soruşanda Ayselə paltar almağa getdiyini demişdir. Aysel ona “mənə paltar al” demişdir. Onların yanına çatana kimi ona şöbəyə çağırılmaqları ilə bağlı zəng gəlmişdir. Şöbələrin birində izahat verməli olduqlarını bildirmişdir. Həmçinin özünün gəldiyini izahatda bildirməli olduğunu demişdir. Həmin ərizənin şəkli Toğrul adlı müstəntiqə göndərilmişdir. Altıncı bölmədə izahat verilmişdir. İzahatda da Aysel özünün gəldiyini bildirmişdir. O, axşam evə gələndə onları evdə görmüşdür. “Allah xoşbəxt eləsin” deyəndə Aysel başını yelləmişdir. Evə gəlin gəlmişdir və o, heç bir şey deyə bilməmişdir. İçəri keçib əynini dəyişmişdir. Çörək yeyəndən sonra dəhlizdə oturub söhbət edəndə qardaşının da qız qaçırdaraq toy etdiklərini misal çəkmişdir. Sizin də toyunuzu edəcəm demişdir. Aysel “siz mənim anamı tanımırsız, Siz narahat olmayın sizin başınıza gör nə oyun açacaq” demişdir. Ondan sonra zəng gəlmiş və Tərtər rayonuna getməli olduqları deyilmişdir. Tərtərin şöbəsinə aparılmışdır. Onlar xalasıgilə çatmışlar. Aysel onun xalası ilə görüşmüş və onlar içəri girmişlər. Toğrul adlı müstəntiq gəlmiş və “hamı çölə çıxsın Aysellə danışacam” demişdir. Aysel xanımla nə danışdığını bilməmişdir. Danışıqdan sonra Aysel xanımı götürüb aparmışdır. Mətanət xalasının evindən Ayseli özü aparmışdır. Rövşən Ayseli yola kimi aparmışdır. O, Aysel xanımla qardaşı Nadir arasında cinsi əlaqənin olmasını polis bölməsində bilmişdir. Ona qədər o, qardaşının Aysel adlı xanımı istədiyini və onunla ailə qurmaq niyyətində olduğunu bilməmişdir. Ayselin bacısına Nadir üçün elçi gedilibgedilməməsindən xəbəri olmamışdır. O bu yaxınlarda Nadirə sual verəndə ona Aysel üçün əvvəl elçi getdiyini bildirmişdir. Ayseli ona vermədiklərini və nəticədə qaçırdığını demişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Bundan başqa Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu yolu, Atyalı yaşayış massivi ərazisində nömrəsi fərdi evdə ailəsi ilə birlikdə kirayədə yaşayır, ailəsi arvadı Şahid3, övladlan 2012-ci il təvəllüdlü Lalə Məmmədli və 2015-ci il təvəllüdlü Ayxan Məmmədlidən ibarətdir. 07 aprel 2023-cü il tarixdə təxminən saat 17 radələrində anası Lalə Nəbiyeva ona zəng edib Nadirin qız qaçırdığım, buna görə kənddəki evə polis əməkdaşlarının gəldiyim deyib təcili evə gəlməyini xahiş etmiş, o, da öz növbəsində qardaşı Nadirə zəng edib harada olması barədə maraqlanmaq istəsə də, onun mobil telefonuna zəng çatmamışdır. Bundan sonra etibarnamə əsasında “Mercedes-Benz” markalı “C180” modelli, **-GB-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Tərtər rayonu, Qaradağlı kəndinə yola düşmüş, yolda olan zaman qardaşı Anar da zəng edib nə baş verdiyini soruşanda ona bilmədiyini, rayona aydınlaşdırmağa getdiyini demiş, sonra qardaşı Rövşənə də rayona getdiyini deyəndə o, da rayona getdiyini bildirmişdir. Həmin gün axşam saatlarında evə çatandan az sonra Tərtər RPŞ-nin əməkdaşları gəlib onu Rövşənlə birlikdə şöbəyə dəvət etmiş, orada olan həmkəndlisi Zərərçəkmiş şəxs anası Sahibəni, atası Sadədini və digər qohumları onları görüb mübahisə etməyə başlamışlar. Həmin vaxt Nadirin və xalası oğlu Təqsirləndirilən şəxs2 Aysel adlı xanımı ailə qurmaq məqsədi ilə zorla qaçırdıqlarını bilmiş, orada olanda polis əməkdaşları Nadirin və Adilin Ayseli onun evinə apardıqlarını zənn etmiş, elə yerindəcə arvadı Xatirəyə zəng edib Nadirin evə gəlib-gəlmədiyini soruşmuş, Xatirə də and içib onların evə gəlmədiklərini demişdir. Orada polis əməkdaşları ilə danışıq vaxtı polislərə onların yerlərini bilməsə də tezliklə tapıb təqdim edəcəyinə söz vermiş və orada izahat verdikdən sonra yaşadıqları evə gəlmişlər. Sonra Tərtər RPŞ-nin əməkdaşları təkrar onunla əlaqə saxlayıb Nadirin, Adilin və Ayselin çox güman ki, Bakı şəhərinə getdiklərini deyəndə onlara yol yorğunu olduğu üçün bir saat istirahət edib Bakı şəhərinə gedib onları tapıb polisə gətirəcəyini demişdir. 08 aprel 2023-cü il tarixdə saat 08 radələrində yuxudan duranda Rövşənin evdə olmadığını görüb ona zəng edəndə o, Bakı şəhərinə getdiyini demiş, ona özünün də yola çıxıb Nadiri tapıb rayona gətirəcəyini bildirmişdir. Günorta saatlarında Bakı şəhərinə çatanda arvadı Xatirəyə zəng edib Nadirin və Ayselin onun evində olmasını, özünün isə qardaşı Rövşənin arvadı Məleykə ilə mağazadan Ayselə paltar almağa getdiklərini bilib Xatirəyə onları tək qoyduqları üçün iradım bildirib evə qayıtmalarım tapşırmışdır. Kürdəmir yolu ilə gələndə avtomobili xarab olduğu üçün təmiri ilə məşğul olmuş, sonra bir daha Xatirə ilə telefonla danışıb Tərtər RPŞ-dən əgər qız razılıdırsa, gedib istənilən yaxın polis orqanında ərizə verməsinin, yaxud DİN-nin “102” məlumat mərkəzinə zəng etməsinin, əgər razılığını vermirsə valideynlərinə qaytarılmalı olduğunun deyildiyini bildirəndən sonra ona araşdırmam aparan Tərtər RPŞ-nin Toğrul adlı əməkdaşı zəng etmiş, danışıq vaxtı ona Nadir, Adil və Ayselin onun evində olması barədə məlumat verərək evə çatan kimi onu tezlikdə Tərtər RPŞ-nə gətirəcəyini demişdir. Həmin gün saat 16-17 radələrində evə çatmış, həmin vaxt evdə qardaşı Rövşən, onun arvadı Məleykə, öz arvadı Xatirə və övladlan, Nadir, Adil və əvvəllər görmədiyi Aysel olmuş, ona müraciət edib xoş gəldiyini deyəndə o, da başı ilə salam vermiş, həmin vaxt sakit olmuş, qızı Lalə ilə oynamışdır. Sonra evdə hamı oturub söhbət edərək toy məsələlərini müzakirə etmiş, Aysel də qardaşı Rövşənin yanında əyləşib günəbaxan tumu yemişdir. Ayselə "sən bizim evdə üçüncü qaçmış gəlinsən, qardaşım Rövşənin arvadı Məleykə, qardaşım Anarın arvadı Nuridə, sən də üçüncüsən ” deyəndən sonra Məleykəni göstərib “ondan soruşa bilərsən, bizim evdə ayrı seçkilik yoxdur, harada istəsəniz yaşaya bilərsiniz, bu ev də sənindir, rayonda da evimiz var, o da sənindir, hansı cür toy istəsəniz edəcəyik " demiş, Aysel də sakit oturub qulaq asıb "baxarıq” deyə cavab vermişdir. Həmin vaxt yolda olanda Aysel Məleykənin telefonundan DİN-nin “102” məlumat mərkəzinə zəng edib Nadirlə öz razılığı ilə qaçdığını, heç kimdən şikayətinin olmadığını, bir-birlərini sevib qaçdıqlarını demiş, həmçinin Rövşən və X25 RPİ-nin 6-cı polis bölməsinə aparmış, orada Aysel özü ərizə vermiş, onun orada izahatı alınmış, Aysel də Nadirlə birbirilərini sevdiklərini, öz razılığı ilə qaçdığım demişdir. Aysel evdə olanda, o, onu evində görəndə o, digər evdə olan şəxslərə zorla qaçırılması, evə qaytarılması və Nadirlə ailə qurmaq istəməməsi barədə bir söz deməmiş, özünü sakit və mehriban aparmış, ona görə də onun davranışım və özünü sakit aparmasım nəzərə alıb zorla qaçırılmasmı hiss etməmişdir. Hətta o, Nadir və Ayselə onları izahat vermələri üçün Tərtər RPŞ-nə də aparacağım deyəndə Aysel razılaşmayıb Bakıda artıq bir dəfə izahat verdiyini deyib onun ora- bura dartmamağı və aparıb-gətirməməyi xahiş etmişdir. Sonra onlar evdə olan zaman Tərtər RPŞ- nin əməkdaşı Toğrul Məleykəyə zəng etmiş, çünki Aysel onun telefonundan 102-yə zəng etdiyi üçün nömrəsi orada qeydiyyata düşmüş, Toğrul Aysellə danışmaq istədiyini deyəndən sonra Məleykə telefonu Ayselə vermiş və onlar danışmış, bu vaxt həyətə çıxdığı üçün nə danışdıqlarını bilməmiş, evə qayıdanda Ayselin ağladığını görüb nə baş verdiyini soruşanda ona Ayselin anası ilə də danışıb şikayətini geri çəkməsi barədə dediyini bildirmişlər. Axşam saatlarında evdə çay içəndə rayondan kimsə Məleykəyə zəng edib Ayselin anasının onların evinə gəldiyini və gələn kimi də qızı götürüb aparacağını demiş, hamısı həmin vaxt məsləhətləşmiş, Aysel özü də onlara anasının onu götürüb aparacağım deyib başqa yerə aparmalarını xahiş etmiş, ona görə də Rövşən, Məleykə, Nadir və Aysel Rövşənin avtomobili ilə sonuncunun yaşadığı Binəqədi rayonunda olan evinə getmiş, Adil isə onun evində qalmış, yol yorğunu olduğu üçün həmin gün yox, səhəri gün onları rayona aparmağı planlaşdırmışdır. Ayselin 102-yə zəngindən və polisə verdiyi ərizə və izahatından sonra azca sakitçilik olmuş, yəni dayanmadan olan zənglər gəlməmiş, onlar da artıq araşdırmanın yekunlaşdığım düşünmüşlər. 09 aprel 2023-cü il tarixdə gecə saatlarında Məleykə Xatirəyə zəng edib polislərin Ayselin ərizəsi və izahatı ilə kifayətlənə bilmədiklərini, Nadirin kiminləsə danışanda Aysellə birlikdə Tərtər rayonuna gedib orada da izahat vermələrinin məsləhət görüldüyünü demiş, o, da öz ailəsi ilə, Rövşən də arvadı Məleykə, Adil və Nadirlə öz avtomobili ilə Hökməli yoluna gəlmiş və dalbadal Yevlax rayonu Köyük kəndinə gəlmişlər. Birinci anasının evinə gedib ailəsini orada qoyub Yevlax rayonuna qayıdıb Rövşənlə görüşmüş, Adil həmin vaxt Rövşənlə öz işlərinin dalınca getmiş, o, isə Nadiri, Ayseli və Məleykəni Adilin anası Mətanətin yaşadığı evə aparmış, həmin vaxt Aysellə Məleykə arxada, Nadir isə qabaqda əyləşmiş, yəni Aysel özü sakit şəkildə Rövşənin avtomobilindən düşüb onun avtomobilinə əyləşmiş, ona hər hansı bir zor tətbiq edilməmişdir. Qardaşı Nadirlə, xalası oğlu Adillə, həmçinin Aysel və onun ailə üzvləri ilə münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ədavət olmamış, Nadirin Ayseli zorla qaçırtması barədə əvvəlcədən məlumatı olmamış, ona əvvəlcədən kömək edəcəyi barədə hər hansı vəd verməmiş, Nadirə bu işdə xalası oğlu Adil kömək etmiş, o, Nadirin avtomobilini idarə etmiş, Rövşən isə sonradan onları Yevlaxdan götürüb onun evinə gətirmişdir Özü Nadirin qızı qaçırmasında iştirak etməmiş, ona əvvəlcədən heç nə vəd etməmiş, bu barədə sonradan məlumatı olmuş, habelə Nadirin Aysellə onun evində zorla cinsi əlaqədə olması barədə məlumatı olmamış, bu barədə yalnız Yevlax rayonu Köyük kəndində polis əməkdaşları Ayseli danışdırdıqdan sonra bilmiş, lakin Nadirin Ayselə cinsi əlaqədə olması üçün zor tətbiq edib-etməməsini, həmçinin bundan ailə üzvlərindən kiminsə məlumatının olub-olmadığını bilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, hadisə yeddi aprel tarixində baş vermişdir. Aysel onlara səkkiz aprel tarixində gəlmişdir. Həmin günü X7 da onlarda olmuşdur. Məleykə uşağını itirdiyinə görə həkimə gedəcəkmişlər. Onun özü zob xəstəsidir. Onların Nadirin gəlməsindən xəbərləri olmamışdır. Qapı döyüləndə qapını açmışdır. Nadirlə Ayselin gəldiyini görmüşdür. Onlarla görüşmüşdür. Ondan sonra içəri keçmişlər. X39 ayaqabısının bağını açmaq istəmiş, lakin Aysel özü açacağını bildirmişdir. Hətta Məleykə zarafatyana ona “ay gözəl qızım icazə ver ayaqqabı bağını özüm açım” demişdir. Aysel yenə də özü açacağını bildirmişdir. Daha sonra onların yataq otaqlarına keçmişlər. O da Məleykə ilə birlikdə çay dəmləmişdir. O, yaxınlıqdakı mağazadan şirniyyat almağa getmişdir. Şirniyyat alıb gələndən sonra onlara çay hazırlamışdır. Çayı otaqlarına verəndən sonra Aysel və Nadir yarım saat otaqda söhbət etmişlər. Söhbət edəndən sonra Nadir otaqdan çıxmışdır. Aysel tərlədiyi üçün Nadir paltar istəmişdir. Həmin vaxta qədər onun bildiyinə görə Nadirlə Aysel əlaqədə olmamışlar. Nadir Ayselə paltar istəyəndə o öz paltarlarından vermişdir. Onun paltarları Ayselin əyninə olmadığına görə Ayselə paltar almağı təklif etmişdir. Aysel buna razı olmamışdır. O, Məleykə ilə birlikdə paltar almaq üçün mağazaya getmişdir. Onlar geri qayıdanda artıq onlar arasında cinsi əlaqə olmuşdur. Yolda ona Əvəz zəng edərək və harada olduqlarını soruşmuşdur. O da Ayselə paltar almaq üçün evdən çıxdığını demişdir. Əvəz onları evdə tək qoyduqları üçün onu danlamış və geri qayıtmalarını tapşırmışdır. Onlar da geri qayıtmışlar. Məleykə ilə onlar içəri girəndə çarpayının artıq qanlı olduğunu görmüşdür. Ayseldən niyə gözləmədiklərini soruşanda o, “belə etməsəydik anam razı olmayacaqdı” demişdir. Daha sonra polis şöbəsinə getmişlər. Ayselin anası polis şöbəsinə gəlmək istəməmişlər. Aysel anasının gələcəyi təqdirdə onu aparacağını demişdir. Ona görə onlar Binəqədi ərazisində yaşayan qayını Şahid1 evinə getmişlər. Orada da izahat vermişlər. İzahat verməklərinin şahidi olmamışdır. O, xanımın zorla qaçırılmasını bilməmişdir. Nadirlə Rövşən orada olmamış, sonradan gəlmişlər. Aysel xanımın vəziyyəti normal olmuşdur. Ətraf dağınıq vəziyyətdə olmamışdır. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Bundan başqa Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu yolu, Atyalı yaşayış massivi ərazisində nömrəsiz fərdi evdə kirayədə əri Şahid2 və birgə nikahdan olan iki övladı 2012-ci il təvəllüdlü Lalə Məmmədli və 2015-ci il təvəllüdlü Ayxan Məmmədli ilə birlikdə yaşayır. Hadisə baş verdiyi əri Şahid2 məxsus olmuş Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yeni məhəllədə yerləşən nömrəsiz fərdi ev 2023-cü ilin aprel ayının sonunda satılmışdır. Zərərçəkmiş şəxsm əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ya ədavətim olmamışdır. Həmin gün axşam saat 18 radələrində əri işdən gəldiyi vaxt olduğu üçün ona “WhatsApp” tətbiqi ilə zəng edib evə gələndə çörək almaq lazım olduğunu bildirəndə o, təcili Tərtər rayonuna getdiyini deyib heç nə izah etmədən danışığı bitirmiş, sonra saat 21 radələrində qaynı Anar digər qaynı Rövşənin arvadı Məleykəni onlara gətirmişdir. O, özü əziyyət çəkdiyi zob xəstəliyinə, Məleykə isə təzəlikcə hamiləliyinin altı aylığında uşağım itirdiyinə görə səhəri gün birlikdə Respublika Klinik Xəstəxanasına müayinəyə getməyi planlaşdırmışlar. Həmin vaxt evdə olanda Məleykə onun əri Rövşənin də Tərtər rayonuna getdiyini, onu Tərtər rayon polis şöbəsindən qaynı Nadirin qardaşı Təqsirləndirilən şəxs2la birlikdə Aysel adlı qızı qaçırmaları ilə bağlı çağırdıqlarını demişdir. Evdə olan zaman onun telefonuna “WhatsApp” tətbiqi vasitəsi ilə tanımadığı ***-***-**-** mobil nömrədən zəng gəlsə də, əvvəlcə cavab verməmiş, təkrar zəng gələndə isə cavab verərkən danışan xanım özünü təqdim etmədən “Nadir, səni süründürəcəm“ deyib telefonu bir kişiyə ötürmüş və o da özünü Ayselin yeznəsi kimi təqdim edib Nadirin yerini bilirsə deməsini soruşanda o, Nadirin harada olmasım bilmədiyini desə də, həmin şəxs Nadirin ünvamna ana-bacı söyüşləri söyməyə başlamışdır. Qaynı Anar telefonu ondan götürüb ona qadınla söyüşlə danışdığı üçün iradını bildirsə də, o, Anan da eyni söyüşlərlə təhqir etmiş və onlar qarşılıqlı bir-birini söyüb danışığı bitirmişlər. Bundan sonra ona axşam saatlarında əri Əvəz zəng edib ***-***-**-** nömrəsinə zəng edib-etmədiyini soruşanda ona həmin nömrədən özlərinin zəng edib təhqir etdiklərini demiş, həmin danışıq vaxtı Əvəz telefonu Toğrul adlı Tərtər rayon polis şöbəsinin əməkdaşına vermiş və o ondan Nadirin yerini soruşanda ona Nadirin harada olmasını bilmədiyini demişdir. Bundan sonra Anar çıxıb getmiş, Məleykə isə qalmış, 08 aprel 2023-cü il tarixdə səhər saat 09 radələrində evin qapısının döyüldüyünü eşidib qapım açanda Nadiri və yanında bir qızı görmüş, onlar hər ikisi onunla və Məleykə ilə görüşüb evə daxil olmuş, həmin vaxtı Nadirə və qıza bir söz deməmiş, necə və kiminlə gəldiklərini soruşmamış, onları Məleykə ilə saxlayıb özü evin yaxınlığındakı mağazaya gedib çay üçün şirniyyat alıb 5-10 dəqiqəyə evə qayıtmışdır. Sonradan adının Aysel olduğunu bildiyi və əvvəllər tanımadığı Nadirlə gələn həmin qız özünü sakit aparıb ağlamış, müqavimət göstərməmiş və hər hansı bir formada zorla gəldiyini bildirməmiş, yəni evə də özü könüllü daxil olmuşdur. Həmin vaxt Nadir və Aysel onun yataq otağımda örtülü qapı arxasında oturub sakit söhbət etmiş, qapım döyüb onlara podnosda çay verib çıxmış, onlar həmin otaqda təxminən 30 dəqiqə söhbət etmiş, heç bir qışqırıq səsləri, narazılıq ifadələri, nəyinsə qırılması və sınmasını eşitməmişdir. Onlar söhbət etdikdən sonra Nadir onun yataq otağından çıxıb ona və Məleykəyə müraciət edərək Ayselin tərli olduğunu deyib ona paltar verməyi xahiş etmiş, o, öz geyim əşyalarından ağ rəngli köynəyini Ayselə vermiş, amma köynəyi onun əyninə olmamış, Ayselə yaxınlıqdakı geyim mağazasına getməyi təklif etsə də, o imtina edib özlərinin gedib alacağım demişdir. Həmin vaxt Məleykə də ona “mən 31 geyinirəm, sənə neçə razmer götürək? Sənə pijama alaq ya cins şalvar? ” deyə soruşanda o, 29-30 ölçülü cins şalvar istəmiş, bundan sonra o Məleykə ilə birlikdə evdən çıxıb evin yaxınlığında olan geyim mağazasına getsələr də, mağazaya çatmamış ona əri Əvəz zəng edib nə etdiyini soruşanda Ayselə paltar almağa getdiyini deyəndə Əvəz onlara qəzəblənib paltar vaxtı olmadığım deyib Ayselin yanına qayıdıb, onu tək qoymamağı tapşırdığına görə onlar evə qayıtmış, evə girəndə sakitçilik olmuş, uşaqlar da yatmış, Nadir və Ayselin də yataq otağında oturduqlarını görmüşdür. Məleykə ilə birlikdə onların yanına keçəndə yataq çarpayısının üstündə olan örtüyün üzərində qan olduğunu görüb onlar olmayan zaman Nadirlə Ayselin cinsi əlaqədə olduqlarını başa düşmüş, onlardan niyə belə etdiklərini, toyu gözləmədiklərini soruşanda Nadir sussa da, Aysel “belə etməsəydik, anam məni sizdən alacaq, anam çox tərsdir ” deyə cavab vermişdir. Həmin vaxt Aysel ağlamamış, öz geyimində, adi görünüşdə olmuş, otaq da dağınıq olmamış, yəni orada nəyinsə zorla baş verdiyini hiss etməmiş, uşaqlar oyananda görməmələri üçün həmin qanlı örtüyü çarpayının üzərindən götürüb dolabın üstünə qoymuşdur. Aysel onun evinə gələndən və onlarla birlikdə olan zaman onun zorla qaçırıldığını bildirməmiş, o, evdə olmaqdan narazılığım bildirməmiş, qaçmağa cəhd etməmiş, kömək istəməmiş və hər hansı bir formada evdən getmək istədiyini, evinə qaytarıl masını və Nadirlə ailə qurmaq istəməməsi ilə bağlı bir söz belə deməmiş, evdə olan zaman da o və ailə üzvləri tərəfindən ona hər hansı zor tətbiq etmə, pis davranış və digər qanunsuz hərəkət olunmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Nadir onun qayınıdır. Adil onun yoldaşının xalası oğludur. O, Sərvanı tanımamışdır. 8 aprel tarixdə, səhər saatlarında gecə evdə tək qalmamaq üçün olduğu üçün qaynıgilə getmişdir. Səhər saatlarında onlar həkimə getməli olmuşlar. Ona görə Xatirə yuxudan tez oyanmışdır. Qapı döyülmüş və Xatirə qapını açmışdır. X32 görmüşlər. Onlar içəri gəlmişlər. Onlarla görüşmüşlər. Aysel özü ayaqqabısını çıxarmışdır. Aysel orada heç bir reaksiya verməmişdir. Məcburi gətirilməsi ilə bağlı heç bir söhbət olmamışdır. Otağa keçmiş və söhbət etmişlər. Xatirə şirniyyat almağa getmişdir. Daha sonra çay içmişlər. Daha sonra otaqda bir az oturmuşlar. Ondan sonra Nadir otaqdan çıxaraq Ayselə paltar istəmişdir. Aysel tərlədiyi üçün Nadir paltar istəmişdir. Xatirə öz paltarlarından Ayselə vermiş, lakin onların ölçüləri uyğun gəlməmişdir. Ona görə paltar onun əyninə olmamışdır. Ayselə onun üçün paltar almaq təklif olunmuşdur. Aysel buna razı olmamışdır. Əynindəki paltarın ölçüsünü soruşanda əynindəki şalvarın 29 və ya 30 razmer olduğunu bildirmişdir. Onlar paltar almağa getmişlər. Uşaq evdə yatmışdır. X40 zəng edərək harada olduğuqlarını soruşmuşdur. Xatirə paltar almağa getdiklərini demişdir. Əvəz əsəbləşmiş və evə geri qayıtmaqlarını tapşırmışdır. Həmçinin onları tək buraxmamaqlarını demişdir. Onlar da bundan sonra evə qayıtmışlar. Onlar otağa keçəndə o hadisənin olduğu bilmişlər. Ondan sonra Tərtər rayonunun polis şöbəsindən Əvəzə Ayselin 102 xidmətinə zəng etməklə öz gəldiyini bildirməli olduğu deyilmişdir. Aysel onun telefonundan 102 xidmətinə zəng vurmuş və özünün gəldiyini bildirmişdir. Həmin zəng Nadirlə Ayselin arasında olan cinsi əlaqədən sonra olmuşdur. Aysel tərəfindən heç bir etiraz olunmamışdır. Etiraz etsəymiş, evdə səs-küy olsaymış ən azından uşaqların xəbəri olarmış. Otaqda heç bir dağınıqlıq olmamışdır. Aysel ona heç bir şikayət etməmiş və heç bir reaksiya verməmişdir. Ondan heç bir kömək istəməmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Zərərçəkmiş şəxs evinə gedib anasını görəndən sonra fikrini dəyişmişdir. Onu anası öyrətmişdir. Bundan başqa Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, əri Şahid1 ilə birlikdə Binəqədi rayonu, Sumqayıt şosesi, döngə 1 ünvamnda nömrəsiz fərdi evdə yaşayır və birgə nikahdan övladları yoxdur. X44 Müharibəsi veteranı olmaqla “Kəlbəcərin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “X12” medalları ilə təltif olunmuşdur. Rövşənlə ailə quran zaman özü könüllü qoşulub qaçmış, çünki valideynləri qohum evliliyinə qarşı olduqlarına görə əvvəl ailə qurmalarına razılıq verməmişlər. Əri Rövşən və onun qardaşı Nadir Məmmədli atasının dayısı oğlanları, Təqsirləndirilən şəxs2 atasının bibisi nəvəsi olmuş, onlarla münasibətləri həmişə yaxşı olmuş, aralarında düşmənçilik və ya ədavət olmamışdır. Zərərçəkmiş şəxs onun həmkəndlisi olmuş, onu uşaqlıqdan tanımış, aralarında düşmənçilik və ədavət olmamış, qızın atası Sadədinlə onun atası Çingiz dost və uzaq qohum olmuş, həmin ərəfədə gəliş-gedişləri olmuş, lakin sonradan onların aralan soyumuşdur. 07 aprel 2023-cü il tarixdə saat 19 radələrində işdən çıxıb həmişəki kimi Binəqədi rayonu, Sulutəpə dairəsi tərəfdə birlikdə evə getmələri üçün Rövşənin gəlməsini gözləmiş, ora çatanda Rövşənə zəng edəndə o, ona rayona getdiyini deyib evə tək getməyi tapşırmışdır. Daha sonra bir daha ona zəng edib rayona nə üçün getdiyini soruşanda Nadirlə Ayselin qoşulub qaçdıqlannı, Ayselin anasının şikayət etdiyini, anası Lalənin ona zəng edib rayona çağırdığını, bu səbəbdən də rayona gedib sükan arxasında olduğu üçün danışa bilmədiyini demişdir. Cari ilin fevral ayında yenidoğulmuş övladmı itirdiyi üçün həmin vaxtdan evdə tək qala bilməmiş, Rövşən onu tək qoyduğu üçün əvvəl onsuz qala biləcəyini düşünsə də, qaranlıq düşəndən sonra evdə qala bilməyib qaynı Anar Məmmədova zəng edib onu digər qaynı Şahid2 evinə aparmağı xahiş etmişdir. Sonra Anar gəlib onu qaynı Əvəzin yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində yerləşən evinə aparmış, səhəri gün onlar birlikdə Respublika Klinik Xəstəxanasına müayinəyə getməyi planlaşdırmışlar. Həmin vaxt Əvəzin həyat yoldaşı Xatirə ilə söhbət zamanı Əvəzin də rayona getdiyini bilmiş, evdə danışıq vaxtı əri Rövşənin də Tərtər rayonuna getdiyini, onu Tərtər Rayon Polis Şöbəsindən Təqsirləndirilən şəxs1 Aysel adlı qızı qaçırılması ilə bağlı çağırdıqlarını demişdir. Evdə olan zaman Xatirənin telefonuna “WhatsApp” tətbiqi vasitəsi ilə zəng gəlsə də, o, əvvəl cavab verməmiş, daha sonra həmin nömrədən təkrar zəng gələndə Xatirə cavab vermiş, danışan xanım özünü təqdim etmədən “Nadir, səni süründürəcəm” deyəndən sonra telefon bir kişiyə ötürülmüş, o, özünü Ayselin yeznəsi kimi təqdim edib Nadirin yerini bilirsə ona deməsini istəyəndə Xatirə bilmədiyini desə də, həmin şəxs Nadirin ünvanına ana- bacı söyüşləri söyməyə başlamış, bu vaxt qaynı Anar telefonu onun əlindən alıb ona qadınla söyüşlə danışdığı üçün iradını bildirəndə həmin şəxs Anarı da eyni söyüşlərlə təhqir etməyə başlamış və onlar qarşılıqlı bir-birini söyüb danışığı bitirmişlər. 08 aprel 2023-cü il tarixdə səhər saat 08 radələrində Xatirə oyanmış, saat 09 radələrində də onu və uşaqları oyatmış, danışdıqlan kimi xəstəxanaya getməyə hazırlaşmışlar. Həmin vaxt evin həyətinin qapısı döyülmüş, Xatirə qapıya gedib qayıdandan sonra əvvəl Xatirə, dalınca Aysel və Nadir evə daxil olmuş, onlar evə sakit gəlmiş və qonaq otağına keçmiş, hər ikisi evə daxil olan zaman onunla və Xatirə ilə görüşüb salamlaşmış, Xatirə isə tək evin yaxınlığındakı mağazaya gedib alış-veriş edib 5-10 dəqiqəyə qayıdıb çay hazırlamışdır. Aysel əvvəl onu tanımasa da, o, Ayseli tanımış, ona Çingizin qızı olduğumu deyəndən sonra onu xatırlamış, həmin vaxt Aysel özünü sakit aparıb ağlamamış, müqavimət göstərməmiş və hər hansı formada zorla gəldiyini bildirməmiş, evə də Nadirlə özü könüllü daxil olmuşlar. Nadirlə Aysel evin yataq otağına keçib örtülü qapı arxasında oturub sakit söhbət etmiş, Xatirə onların olduğu otağın qapısını döyüb onlara podnosda çay verib çıxmış, onlar həmin otaqda təxminən 30 dəqiqə söhbət etmiş, həmin vaxt heç bir qışqırıq səsləri, narazılıq ifadələri, nəyinsə qırılması və sınmasını eşitməmişdir. Onlar söhbət etdikdən sonra Nadir otaqdan çıxıb onlara, yəni ona və Xatirəyə Ayselin tərli olduğu üçün paltar vermək lazım olduğunu demiş, Xatirə də öz geyim əşyalarını gətirib Ayselə versə də, onun geyimləri Ayselə uyğun gəlməmiş, sonra Xatirə Ayselə yaxınlıqdakı geyim mağazasına getməyi təklif etsə də, o imtina edib özlərinin gedib alacağını demişdir. Həmin vaxt Aysel 29-30 ölçülü cins şalvar və bir futbolka istəmiş, o, da Xatirə ilə birlikdə evin yaxınlığındakı geyim mağazasına getsələr də, mağazaya çatmamış Əvəz Xatirəyə zəng etmiş, onlar danışandan sonra Xatirə ona Əvəz onlara evə qayıtmağı, onları tək qoymamağı, paltarı da sonra rahat vaxtı almağı tapşırdığı üçün onlar evə qayıtmışlar. Evə girəndə sakitçilik olmuş, Xatirənin uşaqları yatmış, Nadir və Aysel də həmin yataq otağında oturmuş, sonra Nadir otaqdan çıxıb qonaq otağına keçmişdir. O Xatirə ilə Ayselin yanına keçəndə yataq çarpayısının üstündə olan örtüyün üzərində qan olduğunu görüb onlar olmayan zaman Nadirlə Ayselin cinsi əlaqədə olduqlarını başa düşmüş, Xatirə onlardan “niyə belə etdiniz? Toyu gözləyə bilmirdiniz ? "deyəndə Nadir onları eşitsə də susmuş, Aysel isə “belə etməsəydik, anam məni sizdən alacaqdır, anam çox tərsdir” deyə cavab vermişdir. Həmin vaxt Aysel ağlamamış, öz geyimində, adi görünüşdə olmuş, otaq da dağınıq olmamış, yəni orada nəyinsə zorla baş verdiyini hiss etməmiş, Xatirə həmin qanlı örtüyü uşaqların görməməsi üçün çarpayının üzərindən götürüb büküb dolabın üstünə qoymuşdur. X41 zəng edib müstəntiqin qızın səsini eşitmək istədiyini, öz xoşu ilə qaçması ilə bağlı səsli mesaj göndərməsini istəmiş, o, da öz telefonu ilə Ayselin səsini, təxmini "Mən Zərərçəkmiş şəxs Nadirlə öz istəyimlə gəlmişəm, arxamca heç kəs gəlməsin” sözləri yazılmış səs yazısını “WhatsApp” tətbiqi ilə qaynı Əvəzin telefonuna göndərmişdir. Həmin telefon 2023-cü ilin iyun ayında sındığına və təmiri bahalı olduğuna görə zibilə atıb özünə yeni telefon almış və həmin yazışmalar qalmamışdır. Günorta saatlarında Xatirənin qardaşı Adil və əri Rövşən onların yanına gəlmiş, Rövşən Nadiri və Ayseli səhər saatlarında gətirdiyini, sonradan avtomobili xarab olduğu üçün Adillə ustaya apardıqlarını demiş, həmin vaxt da Aysel uşaqlarla oynamağa başlamışdır. Sonra o, Xatirə, Rövşən və Adil qonaq otağına keçmiş, Nadirlə Aysel isə yenə də yataq otağına keçib orada söhbət etməyə başlamışdır. Bundan sonra anası ona zəng edib polis şöbəsində olduğunu, qızın anasının Bakıya gəlib qızı aparmaq istədiyini demiş, Aysel bunu eşidəndə özü anası gəlsə onu aparacağını deyib başqa yerə aparmalarım, hətta anası ilə də görüntülü danışmaq istəmişdir. Ona Tərtər RPŞ-nin polis əməkdaşı Toğrul zəng edib görüntülü danışmağı təklif edib “WhatsApp” tətbiqi ilə görüntülü əlaqə saxlayıb özü Aysellə danışmış, sonra da anası ilə danışığı davam etmiş, həmin danışıq vaxtı Aysel anasına “mən rayona gəlməyəcəm, get ərizəni geri götür” deyəndə anası harada olmasını soruşmuş, lakin Aysel Əvəzin evində olduğunu bilsə də, nə Toğrula, nə də öz anasına yerini deməmişdir. Bu danışıqdan sonra Aysel "Əvəzin evini bütün kənd tanıyır, anam bura gəlsə məni götürüb aparacaq, məni başqa yerə aparın” demiş, o, Adil, Nadir və Aysel əri Rövşənin avtomobilinə oturub onların yaşadığı Binəqədi rayonu ərazisində yerləşən kirayədə yaşadıqları evə getmişlər. Evdə olanda Toğrul onun telefonuna dayanmadan zənglər etmiş, sonra Aysel özü DİN-nin 102 məlumat mərkəzinə zəng etməyi təklif etmiş, o, da ona öz telefonunu verəndə o, 102 xidmətinə zəng edib özünü təqdim edib adım, soyadım və ata adını bildirib öz razılığı ilə Təqsirləndirilən şəxs1la ailə qurmaq məqsədilə qaçdığını, heç bir şikayəti və tələbi olmadığını deyib araşdırmanın dayandırılmasını xahiş etmiş, daha sonra 102 xidməti geri zəng edib dəqiqləşdirmək üçün Aysellə danışanda o, bir daha heç bir şikayəti olmadığını bildirmişdir. Bir müddət sonra Toğrul yenidən onlarla əlaqə saxlamış, həmin vaxt Ayselin anası da onun yanında olmuş, daha sonra da zəngi görüntülü etmiş, Aysel Toğrula da 102 məlumat mərkəzinə zəng etdiyini və danışığının mahiyyətini danışmış, anasına da bir daha “Mən rayona gələsi deyiləm, öz xoşumla gəlmişəm, nə istəyirsiz məndən, get ərizəni geri çək” demiş və danışıq kəsilmişdir. Həmin danışıq vaxtı Ayselin dediklərini evdə olanlar və telefonla görüntülü danışan Toğrul, Ayselin anası və atası da eşitmiş, daha sonra Toğrul adi zənglə yenidən zəng edib onlara istədikləri polis bölməsinə gedərək orada ərizə yazıb izahat verməyi tapşırmışdır. Bundan sonra o, Aysellə Rövşənin avtomobilinə əyləşmiş, Nadirlə Adil isə yorğun olduqları üçün evdə qalmış, Rövşən avtomobili evə yaxın olan Binəqədi rayon 6-cı Polis Bölməsinə sürmüş və orada təxminən 20 dəqiqə gözləmiş, sonra onları həmin bölmənin rəisi qəbul edib Ayseldən yaşını soruşmuş, o da ona 19 yaşı olduğunu deyəndə bölmə rəisi ona “buyaşda hara tələsirsən?" deyə soruşmuş, Aysel isə ona sərbəst şəkildə öz xoşu ilə Nadirlə gəldiyini, heç bir narazılığının olmadığım demişdir. Daha sonra onları digər polis əməkdaşı qəbul etmiş, Aysel sərbəst şəkildə özü öz əli ilə ərizə yazıb izahat verərək ailə qurmaq məqsədi ilə Nadirlə özü gəldiyini, heç bir şikayətinin olmadığını bildirmişdir. Oradan çıxanda Toğrul bir daha zəng edib Ayselin ərizə və izahat yazdığım biləndən sonra Toğrul həmin izahat alan əməkdaşın yanına qayıdıb ərizəni və izahatı Tərtər Rayon Polis Şöbəsinə göndərilməsini xahiş etməyi tapşırmış, Rövşən də onlan qəbul edən polis əməkdaşının yanına qayıtmış, o isə Aysellə avtomobildə qalmış, Rövşən qayıdandan sonra onlar Əvəzin evinə getmiş, orada o, Xatirə və Aysel birlikdə süfrə açmış, yemək zamanı Əvəz də evə gəlib Ayselə xoş gəldiyini demiş, Aysel də başı ilə ona salam vermiş, həmin vaxt Aysel sakit olmuş və Əvəzin qızı Lalə ilə oynamışdır. Sonra onlar hamısı evdə oturub söhbət edib toy məsələlərini müzakirə etmiş, Aysel də Rövşənin yanında əyləşib günəbaxan tumu yemişdir. Bu vaxt Əvəz Ayselə evdə üçüncü qaçmış gəlin olduğunu, onu göstərib qaynım Anarrn arvadı Nuridənin, onun da üçüncüsü olduğunu demiş, sonra Əvəz onu göstərib Ayselə bir böyük kimi “ondan soruşa bilərsən, bizim evdə ayrı seçkilik yoxdur, harada istəsəniz yaşaya bilərsiniz, bu ev də sənindir, rayonda da evimiz var, o da sənindir, hansı cür toy istəsəniz edəcəyik” demiş, o, isə sakit oturub qulaq asıb “baxarıq” demişdir. Günəbaxan tumu yeyən zaman Rövşən əlini kasaya atıb tum götürmək istəyəndə Aysel həmin vaxt zarafatla onun əlindən vurub “dəymə, mənim semiçkamdır” deyəndə sonra da ona zarafatla “ağlın o biri qayınlarına getməsin, Rövşən tez küsəyəndir ” deyə cavab vermiş, sonra Rövşən mətbəxə keçəndə Aysel onun dalınca gedib küsüb-küsmədiyini soruşanda Rövşən ona semiçkaya görə küsmədiyini demişdir. Danışıq vaxtı Aysel anasının tərs olduğunu, razılıq verməyəcəyini deyəndə Əvəz də ona “anadır, haqlıdır, lazım olsa gedib qabağında diz çökərik” deyə cavab vermiş, hətta gəlinlərinə can qurban olduğunu, onun da evə xoş gəldiyini, başının üstündə yeri olduğunu deyəndə Ayselin də danışıq vaxtı “az müddətə Rövşəni, Adili və Əvəzi tanısam da, sizi özümə qardaş bildim, sizi çox istədim ” deyə bildirmişdir. Bundan başqa Aysel danışıq vaxtı gəzməli yerləri soruşanda Rövşən ona Bakıda Bulvar və İçəri şəhərdə gəzməli yerlərin olduğunu deyib onu gəzməyə aparacağına söz vermişdir. Sonra o, Aysellə yataq otağına keçmiş, orada o, öz telefonu ilə Ayselin anası ilə görüntülü əlaqə yaratmış, anası onun harada olduğunu soruşanda Aysel “şikayətini geri çək, mən özüm gəlmişəm, yerimi neynirsən ” və bu mövzuda danışmış, hətta Aysel öz yerini bilsə də anasına bir söz deməmişdir. Bundan sonra axşam saatlarında Rövşən onu, Nadiri və Ayseli öz avtomobili ilə evə aparmış, yolda olanda Binəqədi rayonu ərazisində Sulutəpə dairəsində Aysel dönər istədiyini deyəndə Rövşən yaxınlıqdakı “Bravo” mağazamn yanında avtomobili saxlayıb marketdən evə ərzaq, Ayselə də iki dönər və su alandan sonra evə getmişlər. Aysel həmin vaxt onun yamnda arxa oturacaqda oturmuş, Rövşən avtomobili saxlayıb mağazaya keçəndə Ayselin orada qaçmaq, qışqırmaq və köməyə çağırmaq imkanı olsa da, bunu etməmişdir. Evə gələndən sonra o, Aysellə birlikdə çay hazırlamış, Rövşənə və Nadirə çay gətirəndən sonra özləri evin yataq otağına keçib orada söhbət etmiş, sonra da Aysel onunla yataq otağında yatmışdır. 09 aprel 2023-cü il tarixdə gecə saat 02 radələrində Rövşən onlan oyadıb rayona getməli olduqlarını, orada araşdırmanı aparan Toğrulun Ayseli rayona aparmağı, istədikləri qohum evinə gətirməyi buyurub orada şəxsən onun izahatını alacağını bildirdiyini demiş, bundan sonra Rövşənin avtomobili ilə Nadir qabaqda, o isə Aysellə arxada oturmuş, yolda da Əvəzlə rastlaşıb dal-qabaq sürərək Adilin anası Mətanətin yaşadığı Yevlax rayonu, Köyük kəndinə yola düşmüş, həmin vaxt Əvəzin avtomobilində onun arvadı Xatirə, uşaqları və Adil olmuşdur. Sonradan bildiyinə görə Nadirlə Adili polislər saxlayıb onlara cinayət işi başlamış, Aysel də polisə zorla qaçırıldığını və Əvəzin evində olan zaman Nadirin onunla evdə tək qalmasından istifadə edib onunla zorla cinsi əlaqədə olmasım demişdir. X43 və onun evinə gələndə zorla qaçırıldığını bildirməmiş, evdə olmaqdan narazılığını bildirməmiş, qaçmağa cəhd etməmiş, kömək istəməmiş və hər hansı bir formada evdən getmək istədiyini, evinə qaytarılmasını və Nadirlə ailə qurmaq istəməməsi ilə bağlı bir söz belə deməmiş, evdə olan zaman onun və ailə üzvləri tərəfindən ona hər hansı zor tətbiq etmə, pis davranış və digər qanunsuz hərəkət olunmamış, onun evdə olmadığı vaxt Aysellə Nadirin arasında nə baş verdiyini bilməmişdir. X33 zorla qaçırması barədə əvvəlcədən məlumatı olmamış və onlara əvvəlcədən kömək edəcəyi barədə hər hansı vəd verməmiş, Nadirə və Adilə kömək etməmiş, Ayselin qaçırmasında iştirak etməmiş, həmin vaxtı qardaşı Məhəmməd də telefonla ona zəng edəndə əgər qızın razılığı yoxdursa heç kimə kömək etməməyi, qızı da evlərinə qaytarmağı tapşıranda ona qızın özünü rahat və sərbəst apardığını, zorla qaçırılması barədə bir söz demədiyini, narazılığım ifadə etmədiyini, əksinə özünün rayona qayıtmaq istəmədiyini və Nadirlə çox mehriban danışdığım demişdir. Onlar Yevlax rayonu Köyük kəndində olan zaman polis əməkdaşları Ayseli danışdırdıqdan sonra onun zorlanması faktı ortaya çıxmış, Aysel onlara Nadirin onunla zorla cinsi əlaqədə olması barədə bir söz deməmiş, əksinə Xatirə ilə mağazadan evə gəlib onların olduğu otaqda çarpayının üzərində qan görəndə onların cinsi əlaqədə olduğunu başa düşsələr də, həmin vaxt Aysel Nadirin onunla zorla cinsi əlaqədə olması barədə heç nə deməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid5 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, onun Nadirlə heç bir tanışlığı olmamışdır. O, Adili tanıyır. Beş-altı ildir ki, bacısı onların evində gəlindir. Ayseli tanımır. Aysel də onu tanımır. Ayseli qaçıran şəxsin özünü və onun qohumlarını da tanımır. Hal-hazırda da onlara onun gediş-gəlişi yoxdur. Nadir onun yoldaşını avtomobilin şüşəsinin qırılması adı ilə aldadaraq çağırmışdır. Qızın qaçırılması ilə bağlı onların məlumatı olmamışdır. Aysel onların evlərinə gəlmişdir. O, Ayseli Nadirin nişanlısı kimi deyil, Adil nişanlı olduğuna görə Adilin nişanlısı kimi güman etmişdir. Həmin vaxtı Adil həqiqətən də nişanlı olmuşdur. O, Ayselin heç bir narazılığını hiss etməmişdir. Ayselin qaçırılmasından onun heç bir xəbəri olmamışdır. O, Ayselin kimin qohumu olduğunu və onu kimin gətirdiyini bilməmişdir. Bir və ya iki saatlıq avtomobilləri yolda qaldığına görə qonaq etmişdir. Onlar evdə çay içmiş və yemək yeyəndən sonra çıxıb getmişlər. O, sonradan Ayselin Adilin deyil, Nadirin nişanlısı olduğunu bilmişdir. Həmçinin onun öz yoldaşının da hadisənin iştirakçısı olduğunu bilmişdir. Ayseldən soruşanda Aysel “stress altında olarkən qapanıram və fikirlərimi ifadə edə bilmirəm” demişdir. Aysel izahat verəndə ondan nə üçün narazılığını bildirmədiyini soruşmuşdur. Hətta Aysel anasına and içərək “Allah haqqı onlar günahsızdır” demişdir. Aysel özü Sərvanı onların aldadaraq çağırdığını demişdir. O, özü ankoloji xəstədir. Hadisənin üstündən iki il keçdiyinə görə Ayselin əynində hansı paltarın olduğunu xatırlamamışdır. Nadirin şalvarının cırılmasını görməmişdir. O, öz evində elə bir şey görməmişdir. Aysel ona “sənin yoldaşını aldadıb çağırıblar” demişdir. O heç evdən çölə çıxan biri deyil. Onlar öz aralarında danışanda eşitmişdir. Bu günkü günə qədər o heç telefon da işlətməmişdir. Atası yas yerindən gələndə onları evdə görmüşdür. Onlarda nə işləri olduğunu soruşmuşdur. Atası onları evə qaytarmaq adı ilə aparmışdır. Gedəndə qucaqlaşmışlar. Aysel onun yoldaşına münasibətdə “ay bədbəxt səni aldadıb çağırdılar” demişdir. Onun heç bir şeydən xəbəri olmadığını demişdir. Onlara yemək vermişdir. Aysel onun süfrəsini qırsaydı onun narazı olduğunu bilərmiş. Onun yoldaşı bu işdə günahsız olmuşdur. Onlarda xanıma yaxınlaşıb “razılıq ərizəsi ver” deyən olmamışdır. İstintaqda ifadə verəndə ona təzyiq edən olmamışdır. Sərbəst şəkildə ifadə vermişdir. İfadəsini oxumuşdur. Ayselin razılıq haqqında nə dediyini bilməmişdir. Daha sonra vaxtı çatanda razılıq ərizəsini verəcəyini bildirmişdir. O, razılıq ərizəsini verməsi ilə bağlı sözü Adilin nişanlısı bildiyi üçün demişdir. O, Nadirin nişanlısı olduğunu bilməmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Bundan başqa Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ailəsi əri Təqsirləndirilən şəxs3, 2007-ci il təvəllüdlü qızı Gülay, 2010-cu il təvəllüdlü oğlu Emil, qayınanası Şahid12 ibarət olmuşdur. 07 aprel 2023-cü il tarixdə saat 17 radələrində evdə olan zaman əri Sərvan özünə məxsus “VAZ 2107” markalı 20-DP- 511 dövlət qeydiyyat nişanlı avtomobillə evə gəlmiş, həmin vaxt onun avtomobilindən Sərvan özü, bacısı Günayın əri Familin qardaşı Təqsirləndirilən şəxs2, onun xalası oğlu Təqsirləndirilən şəxs1 düşmüş, həmin vaxt qayınanası Olya Adillə salamlaşmış, lakin Nadir bir qədər qıraqda durmuşdur. Adili əvvəllər görüb tanısa da Nadiri tanımamış, onlarla heç bir münasibəti olmamışdır. Əri Sərvan həmin vaxt Adil və Nadirin onu avtomobillərinin xarab olması adı ilə çağırdığını, onların yanına gedəndə isə qız qaçırdıqlarını, Bakı şəhərinə getmək istədiklərini, hətta Sarvandan onları Bakı şəhərinə aparmağı xahiş etdiklərini, lakin əri Bakı şəhərinə yolu tanımadığı və oranın şəraitində sürə bilmədiyi üçün onlara imtina edib digər avtomobil tapılanadək evə gətirdiyini demişdir. Darvazam açdıqdan sonra evə keçib qonaqlar gəldiyi üçün hazırlıq etməyə başlamış, sonra tanımadığı bir qız pilləkənlərlə evə qalxmış, onunla birlikdə Nadir, Adil, Sərvan və qayınanası Olya evə daxil olmuş, mətbəxdən qayınanasının bu oğlanları tanımadığını dediyini eşitmiş və orada Sərvan onların kim olmasım qayınanasına demişdir. Sonra Nadir və həmin qız evin otaqlarının birinə keçib bir müddət söhbət etdikdən sonra çıxmış, onlar otaqda olan zaman sakit söhbət etmiş, səsləri gəlməmiş, onlara çay verəndən həmin qız qonaq otağında olan divanda əyləşmiş, onu masaya dəvət etsələr də, o özünü utancaq kimi apararaq imtina etmiş, utandığını düşünüb süzülmüş çayı ona vermişdir. Mətbəxdə yemək hazırlayan zaman qız onun uşaqlarının adını soruşmuş, onunla tanış olanda adının Aysel olduğunu bilmişdir. O, onun uşaqlan ilə oynayıb onlara nağıl danışacağım demiş, söhbət zamam Aysel buranın Goranboyun hansı kəndi olduğunu soruşanda ona Səfikiird kəndi olduğunu demiş, yeməyi masaya düzən vaxt o Adil və Nadirlə deyib gülüb zarafatlaşmış, Nadir və Adil ona razılıq verib qərarlaşdırmasım desələr də, o onlara lağ edib “gözləyin, vaxtı var” demişdir. Yemək yeyəndən sonra Aysel mətbəxə gəlib onun yanında oturmuş, həmin vaxt ona “sən az yemək yedin, bəlkə masa arxasında çəkinirdin, gəl indi burda sənə yemək verim rahat ye” desə də, Aysel yemək yeməkdən imtina edib çay içməyə razılıq vermiş, mətbəxdə çay içəndən sonra Aysel qonaq otağına keçmişdir. Orada Adil ona "bizdən razılıq gözləyirlər, bir kağız yaz, verək, axtarış dayansın“ desə də, o etiraz edib “yox, vermirəm ” demiş, sonra o da qonaq otağına Ayselə qəzəblənib “bu qədər vaxtdır bizim evimizdə oturmusan, razılığın yox idisə mənim evimdə nə gəzirsən, bu qədər adamların həyatına problem yaradırsan, niyə oynayırsan ki" deyəndə qız “mən razılıq kağızı verə bilmərəm, anam məni qəbul etməz, mən razılıq versəm onun qarşısına çıxa bilmərəm ” deyə cavab vermişdir. Hətta Nadir də ona gelə-gülə “atanla qohumuq, onunla danışacağam ” desə də, Aysel ona “anamı sən tanımırsan, əsas anamdır ” deyə cavab vermiş, bundan sonra Sərvamn telefonu ilə atasına zəng edib Adil və Nadirin qaçırdıqları qızı onlann evinə gətirdiklərini, qızın öz fikrinin üstündə durmayıb dəqiq bir söz demədiyini, qərar qəbul edə bilmədiyini deyib qızı onun evindən çıxarmaları üçün onlarla danışmasını demiş, bu söhbətlərə görə qayınanası da əsəbiləşib Ayselə “bu qədər adamların həyatı ilə niyə oynayırsan? Sərvan fəhlə adamdır, mən xəstə adam, niyə bizi zibilə salırsan” demiş, həmin vaxt onun təzyiqi qalxıb halı pisləşmiş, Aysel isə qayınanasına onlardan heç bir narazılığı və şikayəti olmadığını, onlann ona pisliklərinin dəymədiyini demişdir. Sonra axşam saatlannda Aysel onu anası ilə telefonla damşdırmalanm istəmiş, Adil də öz telefonu ilə Ayselin anasına sadə zənglə zəng etmiş, zəngi səsli rejimə qoyanda onun atası cavab vermiş, onlar bir- birindən əhval tutanda danışıq özü-özünə kəsilmiş və sanki atası danışığı bitmişdir. Həmin vaxt Adil bir daha zəng edəndə bu səfər Ayselin anası cavab verib qışqıraraq “Aysel, bilirəm Bakıdasan” desə də, Aysel ona cavab verməmiş, sonra anası ondan yerini soruşanda Aysel susmuş bir dəfə ona Bakıda olmadığını demiş, anası da qəzəbli “bilirəm Bakıdasan, narahat olma, səni sabah tapıb mənə təhvil verəcəklər" deyə bildirmişdir. Həmin danışıq vaxtı hamı söhbətə qulaq asıb eşitmiş, Ayselə hər hansı təzyiq göstərilməmiş, o sərbəst özü danışıb harada olduğunu bilərək anasına bu barədə məlumat verməmiş, sonra gecə saatlarında atası həyətə gəlib Adil və Nadirə iradlarını bildirib onların evi tərk etməsini xahiş etmişdir. Sonra qız hazırlaşıb qapının yanında çox fikir etmiş, getmək istəməsə də, sonra özü evdən çıxmış, onları qucaqlayıb sağollaşmış, onlar üçü də atasının avtomobilinə minib çıxıb getmiş, bundan sonra həmin işdən bir xəbəri olmamışdır. Aysel evdə olan zaman nə ona, nə ailə üzvlərinə zorla qaçırıldığı barədə məlumat verməmiş, ona hər hansı köməklik lazım olmasım bildirməmiş, ərazidə evlər sıx yerləşdiyindən onun qışqırmaq və köməyə çağırmaq, hətta özü də qaçmaq və ya buna cəhd etmək imkanları olduğu təqdirdə bunu etməmiş və qeyd etdiyi kimi Nadir və Sərvanla mübahisəsiz danışıqlar aparmış, həmçinin anası ilə telefonla danışan zaman olduğu yeri bildiyi halda bu barədə məlumat verməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid12 digər Şahid5 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Sərvan onun kürəkənidir. Nadiri isə tanımamışdır. O, həmin vaxtı Gəncə şəhərindən yas mərasimindən gəlmişdir. Onun qızı Goranboy rayonunda yaşayır. Aysellə Nadiri orada görəndə nə haqq-hesab olduğunu soruşmuş, onlar isə təəccüblə baxmışlar. Onun bu sözünə onların acıqları tutmuşdur. Ona Adil öz nişanlısını qaçırtmışdır demişlər. Bir az sonra Adillə Nadirdən evi tərk etməklərini xahiş etmişdir. O, Adilin qız qaçırtdığını başa düşmüşdür. Oradan avtomobilə əyləşmişlər. Onun avtomobilə tərəf əyilməyi ilə onların avtomobildən düşməkləri iki saniyə çəkməmişdir. Onlara gedin deyəndən sonra özü də evinə getmişdir. Onlara “xətanız məndən uzaq olsun” demişdir. Daha sonra onu polis şöbəsindən çağırmışlar. Ondan siz qız gətirmisiz deyə soruşulanda Adilin həyat yoldaşı olduğunu bildiyini demişdir. Hardasa 6-7 kmlik yol gəlmişdir. Əgər narazılığı olsaydı yerdən daş götürüb onun başına vura bilərmiş. Onlara Sərvanın evini tərk edin demişdir. Tərtər rayon polis şöbəsinə də bu formada məlumat vermişdir. Onlara dəqiqliyi ilə demişdir. Saat on bir və ya on iki olmuşdur. O, taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, Ayselin narazılığını bilməmişdir. Ümumi olaraq onun qızının evi olduğu üçün o, belə bir şey xoşlamamışdır. O, qızın qaçırıldığını bilməmişdir. Adilin gətirdiyini bilmişdir. Aysel avtomobilə özü əyləşmişdir. Nadirlə qol-qola gəlmişlər. Onun fikri Adilin evinə gətirmək yönündə olmuşdur. Nadir yolda ona “avtomobili saxla, səninlə biz yola getmirik” demişdir. Onun ağzından söz çıxmamış onlar avtomobilindən düşmüşlər. Goranboydan Yevlaxa gəlmək istəmişlər. O, Ayselin bir qram da olsun narazı olduğunu hiss etməmişdir. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Bundan başqa Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxsm əvvəllər tanımamış, onunla və ailə üzvləri ilə münasibəti, ədavəti və düşmənçiliyi olmamış, Təqsirləndirilən şəxs1 isə onun uzaq qohumu olmuş, onunla yaxın münasibəti, düşmənçiliyi və ədavəti olmamış, onun xalası oğlu Təqsirləndirilən şəxs2 isə qızı Günayın qaynı olmuş, onunla münasibətləri isə yaxşı olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. 07 aprel 2023-cü il tarixdə yaşadığı kənddə söz-söhbətdən Adilin və Nadirin Tərtər rayonu, Qaradağlı kəndindən qız qaçırdıqlarını eşitmiş, axşam saatlarında evə qayıdanda xatırlamadığı qohumlarından qaçırılan Ayselin qızı Aygünün yaşadığı Goranboy rayonu, Səfikürd kəndində olan evində olduğunu bilib gecə saatlarında həmin evə getmişdir. Onlann evinin həyətinə gələndə artıq həyətdə Nadiri, Adili və qaçırılan qızı görmüş, həmin qızı tanımamış və adının Aysel olmasım polisdə ifadə verən zaman bilmişdir. Həmin vaxt Aygün evdə olmuş, ondan sonra onun əri Sərvan da öz avtomobili ilə gəlmiş, bir böyük kimi Nadiri və Adili gördükləri işə görə tənqid edib qızı evinə qaytarmalannı demiş, lakin onlar ikisi də ona onlann işinə qanşmamasını, özlərinin nə etdiyini bildiklərini demişlər. Onlara qızı Aygünün evini tərk etmələrini və qızı evinə qaytarmalarım tapşırıb onun avtomobilinə oturmalannı və özünün onlan aparacağını demişdir. Bundan sonra Nadir, Adil və Aysel rahat şəkildə gəlib onun avtomobilinə əyləşmiş, həmin vaxt Adil qabaqda, Nadir və qız isə arxada əyləşmiş, o da avtomobildə onlan Adilin anası Mətanətin yaşadığı Yevlax rayonu, Köyük kəndinə aparacağını demiş, çünki Toğrul adlı Tərtər RPŞ-nin əməkdaşı bir dəfə Mətanətin evinə gəlib onlara qızı tapıb ora gətirməyi buyurmuş, bu səbəbdən də onlan Mətanətin evinə aparmaq qəranna gəlmişdir. Avtomobildə onlann hamısına bunun cinayət olduğunu, sabah saat 9-da polis əməkdaşının Yevlax rayonu, Köyük kəndinə gəlib onlann izahatlannı alacağını demişdir. Kəndə çatmağa iki kilometr qalmış təxminən Partiyez kəndi ərazisində onlar avtomobili saxlamağı israrla tələb edib düşəcəklərini dedikləri üçün avtomobili saxlamış, Adil düşüb yoldan keçən bir avtomobilə işarə edib ağ rəngli xarici istehsal olan avtomobili saxlatmış, həmin avtomobildən heç kim düşməmiş, lakin Nadir və Aysel onun avtomobilindən düşüb həmin avtomobilə oturmuş, bundan sonra da o, öz evinə getmişdir. Aysel maşında olduğu zaman etiraz etməmiş, ağlamamış və ona hər hansı formada evinə getmək istəməmiş, onu evinə və ya polisə aparmağı deməmiş, sakit oturub danışmamışdır. X28 birlikdə Abşeron rayonu ərazisində qardaşı Əvəzin yaşadığı evdə olmalarını, Nadirin Aysellə zorla cinsi əlaqədə olmasını bilməmiş, onlara kömək etməmiş və əvvəlcədən bu barədə hər hansı vəd verməmiş, Ayselin zorla qaçırılmasını və Nadirin onunla zorla cinsi əlaqədə olmasım polis şöbəsinə dəvət edildikdən sonra bilmiş, həmin vaxt qızı Aygünün evinə gələndə qaçırılan qız da ona bir söz deməmiş, hansısa formada etirazını etməmiş, onun məhz zorla qaçırıldığını başa düşməmiş, hətta buna baxmayaraq Adili və Nadiri tənqid edib etdikləri hərəkətin düzgün olmadığım bildirmiş, onları maşına mindirəndə də Aysel ağlamamış, ondan kömək istəməmiş, sakit şəkildə maşına oturduğu üçün onun zorla qaçırıldığını hiss etməmişdir. Həmçinin Ayselin ifadəsində göstərdikləri yalan olmuş, onlar onun avtomobilində müzakirələr aparmamış, Sərvan və ya Famil həmin vaxt hər hansı nəqliyyat vasitəsi ilə nə qabaqda, nə arxada gəlməmiş, yolda da Aysel qapım hərəkətdə olan zaman açmamış, yalnız yolda olanda çıqqıltı səsi eşidib Nadirdən nəyin səsi olduğunu soruşanda qapı səsi olduğunu dediyi üçün əhəmiyyət verməmiş, lakin növbəti gün avtomobilinə baxanda sağ arxa qapım bağlayan düymənin qırılıb yerdə olduğunu görmüş, həmin yerdə də Aysel oturmuşdur. Həmin qız Aygünün evində olan zaman orada çörək yeyib çay içmiş, orada zorla qaçırılması barədə heç bir məlumat verməmiş, bunu qızı ilə danışanda dəqiqləşdirmiş, onları Sarvanın evindən qol-qola çıxdıqlarını da görmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid7 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, öz həyətində bağını sulayanda darvaza açılmış və həyətə bir uşaq girmişdir. Yeddinci sinifdə və ya səkkizinci sinifdə oxuyan qız uşağı olmuşdur. Həmin qız Hikmətin qızı olmuşdur. Həmin uşaq ona “Möhübbət dayı uşağı oğurlayan var və buna imkan vermə” demişdir. Onun da əlində həmin vaxt bel olmuşdur. O, sürətlə gələn bir avtomobili görmüş və dayanmasını gözləmişdir. Dayanmadığını gördüyü üçün kənara çəkilmiş və bellə avtomobilin ön şüşəsini qırmışdır. Ön şüşəni qırmağına baxmayaraq avtomobili saxlamayaraq getmişdir. Onun da başında ağrı olduğuna görə ağrı onu tutmuş və nəticədə o, yerə yıxılmışdır. Sonradan da ayılanda camaatın onun başına yığıldığını görmüşdür. Avtomobildə neçə nəfərin olduğunu görməmişdir. Avtomobilin içərisində uşaq qışqırmışdır. Qız qışqıraqışqıra avtomobildə getmişdir. O həmin an qızın kimin qızı olmasını bilməmişdir. O, sonradan kimin qızı olmasını bilmişdir. Avtomobilin kimə məxsus olduğunu bilməmişdir. Küçəyə çıxanda həyəcanlı olduğuna görə tanımamışdır. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Ona kimsə orada xəsarət yetirməmişdir. O həyəcanlananda başından ağrı tutmuşdur. Bundan sonra bu barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, bir müddət halsız vəziyyətdə yerdə uzanılıqlı qalmış, özünə gələndə başına qonşular yığışmış, ayılanda orada gedən söhbətdən həmkəndlisi Zərərçəkmiş şəxs qaçırdıqlarını və avtomobildən gələn “kömək edin” səsinin ona məxsus olduğunu, sonradan isə bunu edənin Nadir və onun xalası oğlu Adil olduğunu bilmişdir. Həmin hadisə onun yaşadığı Tərtər şəhəri, Qaradağlı kəndi Elman Hüseynov küçəsində baş vermiş, hadisə baş verdiyi vaxt ondan başqa küçədə heç kəs olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş X1 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxsləri əvvəldən tanıyır. Zərərçəkmiş şəxs onun qızıdır. Hadisədən bir müddət əvvəl ona zəng etmişlər. Ona Nadir zəng edərək “səndən bunun acığını çıxacağam” demişdir. Hadisədən əvvəl Nadir onun ortancıl qızıma elçi gəlmişdir. O, qızını ona verməmişdir. Onun üstündə ondan acığını çıxmışdır. Onun qızı da ayrısına qoşulmuş və ərə getmişdir. Nadir ona zəng edərək “qızını mənə verməsən bunu sənin yanına qoymayacam” demişdir. Daha sonra da Ayseli qaçırtmışdır. Üç gündən sonra ona məlumat verilmişdir. Təqsirləndirilən şəxs3ı tanımır. Onunla heç bir ədavəti yoxdur. Qızı qaçırdandan üç gün sonra Nadir ona zəng edərək “bunu sənin yanına qoymadım” demişdir. Onun üç qız övladı vardır. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Bundan başqa şahid Sadəddin Abdullayev ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs X36 tibb bacısı ixtisası üzrə təhsil almış, onun və ailəsinin Təqsirləndirilən şəxs1la və onun ailə üzvləri ilə ədavəti və düşmənçilikləri olmamış, təxminən bir necə il bundan öncə Nadirin anası Lalə və xalası Mətanət onların evinə qızı Pərişana elçi gəlmiş, lakin Pərişan onu bəyənmədiyinə görə bu evliliyin olunmasına onlar razılıq verməmişdir. 07 aprel 2023-cü il tarixdə Aysel Tərtər rayon mərkəzi xəstəxanasmda praktika olmuş, günorta saatlarında saat 13 radələrində evə geri gəlməli olsa da, həmişəki vaxtda evə gəlmədiyindən narahat olmuş, saat 14 radələrində arvadı Şahid9 mobil telefonuna zəng edərək təcili qonşuluqda yaşayan əsl adı Möhübbət olan, lakin Çingiz kimi çağırdıqlan həmkəndlilərinin qapısına getməyi demiş, dərhal həmin yerə gedəndə orada çoxlu sayda adam olmuş, Möhübbətin halı pis olmuş və orada halsız öz avtomobilində oturmuşdur. Orada arvadı Şahid9 qızı Ayselin qaçırıldığım demiş, arvadı ilə birlikdə aprel ayında Ayselə elçi düşən həmkəndlisi Zabir Abdullayevin qapısına getmiş, onun əmisi oğlu qızı istəsələr də, onlar onu verməmişlər. Ondan qızının əmisi oğlu tərəfindən qaçırılıb-qaçırılmadığı barədə soruşduqda o, ümumiyyətcə bu barədə məlumatı olmadığını demiş, bundan sonra Tərtər rayon polis şöbəsinə gedərək qızlarının qaçırıldığını və harada olduğundan xəbərsiz olduqlarını bildirmişlər. Bu barədə DİN-nin 102 məlumat mərkəzinə məlumat vermiş, polis şöbəsindən onlara Ayselin harada olduğunu müəyyən etmək üçtln işlərin görüldüyünü, qızının Goranboy rayonu istiqamətində aparıldığım bildirmişlər. Daha sonra kəndə geri dönüb “Oba” marketdə işləyən Təqsirləndirilən şəxs1 dayısı Novruz adlı satıcıdan qızı barədə suallar vermiş, lakin o, bu barədə məlumatlı olmadığım söyləmiş, bundan sonra kirvəsi Məhəmmədəlini Novruzun yanına göndərmiş, o da onunla damşan zaman o, bacısı oğlu Nadirin Ayseli qaçırdığım söyləmişdir. Bunu öyrəndikdən sonra dərhal Tərtər rayon polis şöbəsinə gedəndə orada olan zaman polis əməkdaşları artıq qızı Ayselin Təqsirləndirilən şəxs1 və xalası oğlu Adil tərəfindən qaçırılması, hazırda onların axtarışının aparılması bildirilmiş, bundan sonra qızının tapılacağına dair sözlər verilmiş, amma o və arvadı Sahibə şikayət edib qızlarının onlara sağ-salamat gətirilməsinə təmin etmələrini tələb etmişlər. 07 aprel 2023-cü il tarixdən 08 aprel 2023-cü il tarixinə keçən gecə Nadirin qardaşı Şahid2 Tərtər rayon polis şöbəsində olduğunu bilsələr də, onu onlara göstərməmişlər. Səhər saat 04 radələrinə qədər polis şöbəsində olub sonra kəndə geri qayıtmış, saat 06 radələrində yenidən Tərtər rayon polis şöbəsinə geri gəlib qızlarının niyə gətirilmədiyini, harada olduğunu soruşmuş, bundan soma polis əməkdaşları qızının Abşeron rayonu Qobu qəsəbəsində olduğunu, Şahid2 zəng etdiklərini və onun qızı gətirməyə vaxtı olmadığını söylədiyini demişlər. Həmin gün, yəni 08 aprel 2023-cü il tarixdə saat 19-20 radələrində arvadı Sahibə, onun bacısı Rahibə və övladlan ilə birlikdə Abşeron rayonu Qobu qəsəbəsinə getmiş, orada Qobu polis bölməsində olmuş, Şahid2 yaşadığı evi tanımadıqları şəxslərin köməyi ilə tapsalar da, qapım açan olmamış, həmin gecəni onlar avtomobildə gecələmiş, səhəri gün ona rayon polis şöbəsindən zəng gəlmiş və qızı Ayselin geri gətirildiyini söyləmişlər. Kənddən çıxıb polis şöbəsinə gəlmiş, orada qızı Ayseli polis əməkdaşlarının Yevlax rayonu Köyük kəndinə gedərək qaçırdanlardan biri olan Adilin evindən gətirdiklərini öyrənmiş, ona həmin vaxt qızı ilə görüşməyə icazə verməmişlər. Daha sonra qızım qaçırdanlar tutularaq şöbəyə gətirilmiş, axşam təxminən saat 18 radələrində qızı izahat verdikdən onlara təhvil verilmiş, orada qızının Təqsirləndirilən şəxs1 tərəfindən zorlandığını və bəkarətimn pozulduğunu, öz istəyinə zidd olaraq qaçırıldığım, Abşeron rayonu, Qobu qəsəbəsində Təqsirləndirilən şəxs1 qardaşı Şahid2 evində Nadir tərəfindən zorlandığını bilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid9 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxslərdən təkcə Təqsirləndirilən şəxs1 Allahverdi oğlunu tanıyır. Zərərçəkmiş şəxs onun qızıdır. Həmin vaxtı o, işdə olmuşdur. Onunla birgə sahədə işləyən xanıma zəng gəlmiş və belə bir hadisənin baş verdiyi bildirilmişdir. Ona Ayseli qaçırtdılar demişlər. Dəqiq məlumat verilməmişdir. Sahəyə gətirdiyi əşyaları sahədə qoyaraq sahədən çıxmışdır. Magistral yolda bir avtomobil onu yoldan götürmüş və Şahid7 darvazasının yanında düşmüşdür. Həmin yerdə vəziyyəti pisləşmişdir. Şahid7 verdikləri dərmandan ona da vermişlər. 102 xidmətinə zəng olunduğu ona deyilmişdir. Ora çatanda polislər də gəlmişdir. Orada polislərə Şahid7 avtomobilin şüşəsini sındırdığını demişdir. Çingizi avtomobil vurduğuna görə yıxıldığını demişlər. Çingizin ürəyinin getdiyini ona demişlər. Çingizə dərman verib ayıltmışlar. Polislər gələndən sonra onlarla danışılmışdır. Telefondan nömrələr tapılmış və həmin şəxslərə zəng olunanda həmin şəxslər hadisədən xəbərləri olmadığını demişlər. Daha sonra kəndin mərkəzində olan mağazaya getmişlər. Onun yanında gələn kirvəsi mağazaya girərək və onlardan soruşmağı təklif etmişdir. Nadirin dayısı Novruz adlı şəxs Məhəmmədəli adlı şəxsə Ayseli Nadirin qaçırtdığını demişdir. O, içəri girmiş və şəxslərdən düzgün məlumat verib-vermədiklərini dəqiqləşdirmişdir. Onlar xəbərləri olmadığını bildirmişlər. Ondan bir az sonra Məhəmmədəlinin yoldaşı gəlmişdir. Onun arxasınca da özü içəri girərək “mənə niyə düzünü demirsiz” demişdir. Onların qapısına getmiş, lakin darvazaları möhkəm bağlı olduğuna görə qapını aça bilməmişdir. Qapını bir xeyli döyməsinə baxmayaraq qapını heç kim açmamışdır. Yenidən polis şöbəsinə geri qayıtmışdır. Polis Şöbəsində ərizələrini vermişdir. Onlara qızının axtarıldığı bildirilmişdir. Gecə saat dördə kimi şöbədə olmuşlar. Onlar evə geri qayıdanda onlara gizli nömrədən zəng gəlmişdir. Telefona cavab verən zaman telefonu söndürmüşlər. Atası çölə çıxmış və geri qayıdanda yenidən zəng gəlmişdir. Yenə də gizli nömrə ilə zəng gəlmişdir. Telefona cavab verəndə Aysel ona “ana məni buradan xilas elə” demişdir. O, qızından harada olduğunu soruşanda telefonu söndürmüşlər. Səhər saat altıda o, şöbədə olmuşdur. Ona həmin gizli nömrədən gələn zəngi müəyyən edə bilməyəcəklərini və ya uzun vaxt aparacağını bildirmişlər. Müstəntiqlər Ayseli axtarışa çıxmışlar. Bir gün axşama kimi onlar ləngimişlər. Şər qarışan vaxtı o, əsəbdən müstəntiqin üstünə getmişdir. O, müstəntiqə “mənim müraciətimi niyə bu qədər ləngidirsiz və mənə uşağımın yerini deyin uşağımın arxasınca gedim” demişdir. Ona kağıza bir nömrə yazıb vermişlər. Həmin nömrə Əvəz adlı şəxsin nömrəsi olmuşdur. Oradan o, Qobuya getmişdir. Daha sonra 102 xidmətinə zəng etmişdir. Polis şöbəsindən kömək istəməyimə baxmayaraq ona kömək olunmamışdır. Qobu polis şöbəsi ona kömək etməmişdir. Səhərə qədər yanacaqdoldurma məntəqəsinin yanında avtomobildə gözləmişdir. Nadirin qohumlarının hamısının darvazasının döyülməsinə baxmayaraq heç kim qapını açmamışdır. Ona şöbədən Ayseli Nadirin apardığı bildirilmişdir. Təqsirləndirilən şəxs3ı tanımamışdır. Sərvan onların kəndindən olmamışdır. Həmin zəngdən sonra polis şöbəsində olarkən müstəntiq vəzifəsində işləyən Nicat Talıbov təqsirləndirilən şəxslərin hansınsa zəng etmişdir. Qızının da başının üstünü kimsə kəsmişdir. Qızı danışa bilməmişdir. Qızı gözünün yaşını tökmüşdür. O ancaq övladımın üzünü görmüşdür. O, qızının sağ olduğunu bilmişdir. Qızının başının üstündə kimin durduğunu görməmişdir. Qızı özünün ora getməsini deməmişdir. Onun üç qızı vardır. Aysel ən kiçik qızıdır. Onun böyük qızını qaçırtmamışlar. Həmin böyük qızı özü ərə getmişdir. Bu iş baş verəndən sonra yoldaşı ona Nadirin zəng edərək ondan bunun acığını çıxacağını dediyini bildirmişdir. O da yoldaşına “gərək mənə vaxtında deyərdin” demişdir. Görüntülü zəng olunmuşdur. X26 zəng etmişdir. Qızının könlü olsaydı ona bildirərmiş. O öz övladlarına “kimə ərə getmək istəsəniz mən imtina etməyəcəm” deyə bildirmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər kənd sakini kimi tanımışdır. Ortancıl qızına Nadir elçi gəlmişdir. Qızının ondan qorxması səbəb olmamışdır. O, övladlarının hamsına sərbəstlik vermişdir. Təqsirləndirilən şəxs2 tanımır. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Tərtər rayonu, Qaradağlı kəndində yaşayan atasının bibisi oğlu Şahid7 07 aprel 2023-cü il tarixdə uşağın oğurlanması barədə məlumat verən şəxs onun 2010-cu il təvəllüdlü qızı Hökümə olmuş, hadisə günü də qızı Hökümə məktəbdən evə gələndə bir avtomobilin saxladığım, oradan iki nəfər şəxsin bir uşağı tutduğunu və maşına basdığını görərək dərhal yaxınlıqda yaşayan Şahid7 həyətinə qaçıb ona məlumat vermişdir. Qızı Hökümənin 10 yaşı olsa da inkişafdan geri qalmış, həmin hadisə də ona çox pis təsir etmiş, gördükləri onda psixoloji sarsıntı yaratmış və o hələ də hadisəni düşünəndə pis olub qapanıb stress keçirmiş, Hökümə həmin gün kimlərin və hansı uşağı qaçırmasını görməmiş, çünki o həmin vaxt qaçırdanın Zərərçəkmiş şəxs olmasım bilmədiyinə görə Möhübbətin həyətinə keçən zaman ona uşaq qaçırdıqlarını demişdir. Bildiyi qədər də Möhübbət əlində bellə çıxaraq həmin avtomobili dayandırmaq üçün ön alın şüşəsinə əlindəki bellə vurmuş, Möhübbət də küçəyə çıxan zaman kimlərin və konkret kimi qaçırmasını görməmiş, həqiqətən də uşaq oğurladıqlarını bilmişdir. Bu hadisədən sonra qızı Höküməni dəfələrlə həkimlərə aparıb müxtəlif müayinələrdən keçirmiş, həkimlərin sözlərinə görə o bu hadisə zamanı möhkəm qorxub stress keçirmiş, onun müalicəsi hələ də davam edir. Qızı konkret olaraq kimlərin, hansı avtomobillə, kimi qaçırmasını və ya oğurlamasını görməmiş, olan hadisələrlə bağlı ifadəsinin alınmasının onda daha da böyük stress yarada biləcəyini düşünmüşdür. Bundan başqa o, özü həmin gün evdə olmamış və ailə üzvləri ilə əlaqə saxlayan zaman onlar ona Hökümənin evə ağlaya-ağlaya gəlib küçədə uşaq oğurladıqlarını desə də, konkret kimin oğurlanmasını bilməmiş, bir müddət sonra bildiyinə görə onunla bir küçədə yaşayan Ayseli həmkəndlisi Təqsirləndirilən şəxs1 tərəfindən bir qohumu ilə birlikdə qaçırmış, Aysellə, onun ailəsi ilə, həmçinin Təqsirləndirilən şəxs1la və onun ailəsi ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. Azyaşlı qızı Hökümənin hadisənin təsiri ilə bağlı stress yaşadığı üçün onun istintaqa dəvət olunaraq təkrar həmin hadisələri yadına salmağım istəmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid11 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, Bir-biriləri ilə münasibətləri olmuşdur. Nadir ona görə Ayseli aparmışdır. Ailə qurmaq niyyəti olmuşdur. O, ümumiyyətlə, Ayseli tanımamışdır. Aysellə Nadir onun evinə gəlmişlər. Onun evindən də Toğrul adlı müstəntiq Ayseli özü ilə aparmışdır. Onun evinə Aysellə Nadir gələndə qoşa gəlmişlər. Gələndə onların üzlərindən öpmüşdür. Ayselin heç bir narahatlığı olmamışdır. Onlar gələndə onun oğlu da evdə olmuşdur. O, Ayseli kənd sakini kimi tanımışdır. Ayselgilə elçi gedilmişdir. Elçilikdə razılığı vermişdir. Sonradan aralarında narazılıq olubsa onda onların günahları yoxdur. Ayselin bacısına onlar elçi getməmişlər. Elçilikdə iştirak etmişdir. Elçilik keçən il olmuşdur. 2016-cı ildə elçi getməmişlər. İstintaqa verdiyi ifadəni təsdiq etmişdir. Bundan başqa Şahid11 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, X23 ilə rəsmi nikahından 1988-ci il təvəllüdlü Adil, 1990-cı il təvəllüdlü Famil və 1993-cü il təvəllüdlü qızı Xatirə anadan olmuş, 1994-cü ildə əri X34 rayonunda şəhid olmuşdur. X4 Məmmədov oğlu Adillə birlikdə Tərtər rayonu, Qaradağlı kənd sakini Zərərçəkmiş şəxs evlənmək məqsədi ilə qaçırtmış, 07 aprel 2023-cü il tarixdə işdə olarkən təxminən saat 15 radələrində ona kənddən zəng olunaraq oğlunun qız qaçırtdığını söyləmişlər. Dərhal evə gəlib gəli ni Günay və oğlu Familə bu hadisə ilə bağlı suallar verib Aysel adlı qızı bacısı oğlu Nadirin qaçırtdığım, oğlu Adilin ona kömək etdiyini bilmiş, bundan sonra oğlu Famillə bacısı Lalənin yaşadığı Tərtər rayonu, Qaradağlı kəndinə gəlmiş, bacısı Lalənin isə bu hadisədən ümumiyyətcə xəbəri olmamış, ona oğlu Nadirin həmkəndlisi Ayseli qaçırtdığını deyəndə halı pisləşmişdir. Bundan sonra polis əməkdaşları onlann yaşadığı evə gəlmiş və onlarla birlikdə Tərtər rayon polis şöbəsinə getmişlər. Orada onlardan Nadir və Adilin harada olduqlarını və qaçırdıqları Zərərçəkmiş şəxs dərhal geri qaytarmalarım tələb edəndə onların harada olduqlarını bilmədiklərini və telefon zənglərinə cavab vermədiklərini onlara bildirmiş, bu zaman polis əməkdaşlan Nadirə məxsus olan göy rəngli avtomobilin Goranboy rayonunda olduğunu onlara söyləmişlər. Daha sonradan bildiklərinə görə Adil və Nadir ilk öncə qudası Şahid6 qızı gilə getmiş, orada yemək yedikdən sonra onlar Yusifin avtomobili ilə Yevlax şəhərinə getmiş, oradan Yusifin avtomobilindən düşüb digər avtomobillə Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Nadirin qardaşı Əvəzgilə getmiş, orada heç bir problem olmadan qalmışlar, qaçdığım, heç bir zorakılığın olmadığım qeyd etmişdir. Bundan sonra yəni, 09 aprel 2023-cü il tarixdə onlar səhər saatlarında təxminən saat 10-11 radələrində yaşadığı Yevlax rayonu, Köyük kəndinə gəlmiş, oradan da yaşadıqları evə polis əməkdaşlan da gələndən sonra müstəntiqin verdiyi suallara Ayselə könüllü qoşulub qaçdığım söyləsə də, müstəntiq buna dair polis şöbəsində özünü bildirməsini söyləmiş, bundan sonra təxminən saat 12 radələrində polis əməkdaşlan Ayseli və Nadiri özləri ilə Tərtər RPŞ-nə aparmış, o və oğlu Adil də onlann dalınca getmiş, polis şöbəsinə gəldikdən sonra oğlu Adil içəri daxil olmuş, onu və digər ailə üzvlərini içəri keçməyə qoymamış, bir necə saatdan sonra isə oğlu Adillə bacısı oğlu Nadirin adam oğurluğunda və zorlama cinayəti ilə məsuliyyətə cəlb olunaraq tutulduqlanm bilmişdir. Dəfələrlə Ayselin valideynləri ilə görüşüb üzrxahlıq istəmiş, qapılanna qohumlan, ağır seyidləri göndərmələrinə baxmayaraq onlar bir dəfə belə onlan qəbul etməmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 10 aprel 2023-cü il tarixli 85 saylı rəyinə əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onda “sol və sağ bazu, sağ və sol said, sağ əl, sol bud və sağ bud, sağ çiyin və sol sağrı nahiyələrinin qançırları, alt çənə, sağ, sol diz oynağı nahiyələrinin sıyrıqları" küt əşyanın (əşyaların) təsirindən törənmişdir, fiziki güc tətbiq etməklə cinsi əlaqəyə girməyə cəhd edən zaman törənə bilərdilər, müddəti zərərçəkmiş şəxsin dediyi vaxtda, yəni 08 aprel 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, müddəti zərərçəkmişin dediyi 08 aprel 2023-cü il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyində qeyri-təbii yolla cinsi əlaqəyə aid hər hansı bir əlamət aşkar edilmədi. Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa keçəcək dəliyindən götürülmüş tənzif tamponda məhkəmə-tibbi tədqiqi zamanı sperma aşkar olunmamışdır. Lifli materialların məhkəmə ekspertizasının 20 iyun 2023-cü il tarixli 6/2945 saylı rəyinə əsasən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən alt tumanın səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən alt tumanın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən şalvann səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən şalvann tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş 01 ədəd yataq örtüyünün səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs qızma məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər.Tədqiqata təqdim edilmiş 01 ədəd yataq örtüyünün səthi üzərindən aşkar edilmiş açıq göy rəngli təbii pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən şalvann tərkib liflərinə uyğun gəlirlər. Məhkəmə-trasoloji ekspertizasının 19 iyun 2023-cü il tarixli 3/828 saylı rəyinə əsasən müəyyən olunur ki, təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 məxsus...” yazılan olan bağlamalardan aşkar edilmiş maykanın səthində (arxa hissəsində boyunluq tikişi üzərində 310 mm uzunluğunda) bir ədəd zədə vardır. Həmin zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir, müxtəlif şəraitlərdə, o cümlədən qarşılıqlı mübarizə şəraitində yaranması mümkündür. Təqdim edilmiş “Zərərçəkmiş şəxs qızma məxsus...” yazıları olan bağlamalardan aşkar edilmiş uzunqol köynəyin, qısaqol köynəyin, şalvann, büstqalterin, tumanın üzərində “Təqsirləndirilən şəxs1 məxsus...” yazıları olan bağlamalardan aşkar edilmiş sviterin, şalvarın, tumanın səthində trasoloji zədə yoxdur. Üzərində “Təqsirləndirilən şəxs1 məxsus...” yazılan olan bağlamalardan aşkar edilmiş şalvann ön orta hissəsində zəncirbəndin, onun üst hissəsində, düymənin yerləşdiyi sahədə və düymə ilgəyində istismar nəticəsində yaranmağa xarakterik izlər vardır. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 18 sentyabr 2023- cü il tarixli 2652 saylı rəyinə əsasən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayət əməlini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və y sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs1 xasiyyətin isterik cizgiləri aşkar edilir. N. V.Məmmədov cinayət əməlini törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs1 ona ittiham əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 fərdi-psixi xüsusiyyətlərində nümayişkaranəlik, öz vəziyyətini qabartmaq, əməkdaşların diqqətini öz üzərinə yönəltməyə meyllilik, inadkarlıq, öz mövqeyini davamlı olaraq müdafiə etmək aşkar olunmaqla xasiyyətin isterik tipli cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 fərdi-psixi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla iş üçün əhəmiyyətli halları düzgün qavraya bilərdi. Təqsirləndirilən şəxs1 başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyllilik müşahidə edilmədi. Fərdi-psixi xüsusiyyətləri ilə əlaqədar özünü psixoloji müdafiə etmək üçün situasiyanı öz xeyrinə yönəldə, yalan danışa bilər. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. N. V.Məmmədov cinayət əməlini törədərkən fizioloji ajfekt halında olmamışdır. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 11 sentyabr 2023- cü il tarixli 2600 saylı rəyinə əsasən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə cinayət əməlini törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və y sair psixi xəstəlik müəyyən edilmir. Həmin dövrdə o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəlil iyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə A.Ə. Süleymanov ona ittiham əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 ünsiyyətçillik, adaptivlik, özünəməxsus mövqe və prinsipə malik olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 fərdi-psixi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla iş üçün əhəmiyyətli halları düzgün qavraya bilər. Təqsirləndirilən şəxs2 başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyllilik müşahidə edilmədi. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 06 noyabr 2023-cü il tarixli 3096 saylı rəyinə əsasən müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs3 hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 öz əməlinin xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək iqtidarında olmuşdur, buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs3 ünsiyyətçillik, inadkarlıq, özünü müdafiə etməyə meyllilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs3 fərdi xüsusiyyətləri və hadisə şəraiti nəzərə alınmaqla iş üçün əhəmiyyətli hallan düzgün qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs3 başqalannın təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyllilik müşahidə edilmədi. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Komisyon məhkəmə-tibbi ekspertizasının 21 sentyabr 2023-cü il tarixli 600/KEŞ saylı rəyinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş “qırtlağın ətraf arteriya və venalarla birlikdə zədələnməsinə səbəb olan, boyunun Ön səthinin 1 ədəd, sağ dirsək oynağının 1 ədəd, sol dirsək oynağının 1 ədəd və qarın nahiyələrinin 1 ədəd kəsilmiş yaraları ’ xəsarətləri kəsici kənara malik əşya (alət) təsirindən törənmişdir, törənmə müddəti Bakı istintaq təcridxanasının tibb sanitar hissəsinə daxil olmazdan az əvvəl olmaqla göstərilən 01 iyul 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə xəsarətlərdən qırtlağın ətraf arteriya və venalarla birlikdə zədələnməsinə səbəb olan, boyunun ön səthinin 1 ədəd kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, sağ dirsək oynağının 1 ədəd, sol dirsək oynağının 1 ədəd və qarın nahiyələrinin 1 ədəd kəsilmiş yaralan isə ümumilikdə və hər biri ayn-aynlıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xarakter və lokalizasiyasına görə xəsarətlər bədənin əlçatan nahiyələrində yerləşdiyindən özü tərəfindən yetirilə bilər. Təqsirləndirilən şəxs1 mütəxəssis müayinələrindən keçirilmiş, boğazında açıq yara olduğundan səs tellərinin yoxlanılması mümkün olmamış, eşitmə, görmə və yazı yazma qabiliyyətinin olduğu müəyyən edilmişdir. Komisyon məhkəmə-tibbi ekspertizasının 22 aprel 2024-cü il tarixli, 183/KEŞ saylı rəyinə əsasən müəyyən olunur ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, iş materiallarına əlavə edimiş məlumatlara, özünün məhkəmə- tibbi və mütəxəssis müayinələrinə Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi keçirilmiş və onda qırtlağın ətraf arteriya və venalarla birlikdə zədələnməsinə səbəb olan, boyunun ön İ səthinin 1 (bir) ədəd, sağ dirsək oynağının 1 (bir) ədəd, sol dirsək oynağının 1 (bir) ədəd və qarın nahiyəsinin 1 (bir) ədəd (ümumilikdə 4 ədəd) kəsilmiş yaraları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 mütəxəssis otorinolarinqoloqun müayinəsi zamanı onda hal- hazırda səs tellərinin və qırtlağın hərəkətli olması müəyyən edilmişdir. Şəxsin danışma qabiliyyətinin olmamasının (səsin olmaması) səbəbi LOR orqanlarının patologiyası ilə əlaqədar deyil. Təqsirləndirilən şəxs1 mütəxəssis nevroloqun müayinəsi zamanı onda hal-hazırda koordinator sınaqlarının aparılması mümkün olmur, bütün ətraflarda yüksək amplitudlu və sakitlik tremoru qeyd olunur. Nevroloji statusda nəzərə çarpacaq dəyişikliklər qeyd edilmədiyi üçün xəstənin psixi vəziyyətinin qiymətləndirilməsi daha məqsədə müvafiq hesab edilmişdir. Psixi vəziyyəti qiymətləndirildikdən sonra onun simulyasiya edib- etməməsi, danışma və yazma qabiliyyəti təyin oluna bilər. Təqsirləndirilən şəxs1 müayinələri zamanı anamnezin toplanması (sərbəst şəkildə ifadə edə bilməsi və yaxud qısa lakonik cavablar verə bilməsi) mümkün olmadı, bu da psixi vəziyyətin qiymətləndirilməsindən sonra müəyyən oluna bilər. Komisyon kompleks stasionar məhkəmə psixiatrik və psixoloji və məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 92 saylı rəyinə əsasən müəyyən olunur ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğuna görə anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-lazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 simulyativ davranış müşahidə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayət hadisəsini törətdikdən sonra hər hansı formada psixi pozuntuya düçar olmamışdır. Təqsirləndirilən şəxs1 hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə edə bilmək iqtidarındadır. Hal-hazırkı psixi vəziyyətinə görə özünə və yaxud başqa şəxslərə zərər yetirməsi təhlükəsi yoxdur. Onun məcburi müalicəyə ehtiyacı yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 cinayət hadisəsini və iş üçün əhəmiyyət kəsb edən halları, törətdiyi hərəkətləri düzgün qavramaq və təsvir etmək, hərəkətlərinin məsuliyyətini dərk etmək, onlara cavab vermək və rəhbərlik etmək, həmçinin öz prosessual hüquq və vəzifələrini şəxsən həyata keçirmək və onları lazımı səviyyədə yerinə yetirmək, törətdiyi hadisə barəsində istintaqa düzgün ifadə vermək və digər məhkəmə-istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Onun hazırkı psixi durumu gələcəkdə təyin edilə biləcək azadlıqdan məhrumetmə cəzasını çəkməyə imkan verir. Təqsirləndirilən şəxs1 onun barəsində cəza təyin olunmasını və yaxud icrasını istisna edə biləcək heç bir psixi pozuntudan əziyyət çəkmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə öz hərəkətlərini tam dərk etmək və onları idarə etmək qabiliyyətinə malik olmaqla, iş üçün əhəmiyyət kəsb edən halları qavramaq qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 fərdi-psixoloji xüsusiyyətlərinə görə daha çox ambivertə (intoversiya və ekstraversiya arasında orta mövqe) yaxın olmaqla, diqqətini həm daxili dünyasına - ideyalara, xatirələrə, həm də ətrafa - insanlara və predmetlərə yönəldir. Təqsirləndirilən şəxs1 oğlunun fərdi-psixoloji xüsusiyyətlərində özünü təsdiqə meyllilik, inadkarlıq, nümayişkaranəlik, ətrafdakıtarın diqqətini cəlb etməyə meyillilik kimi əlamətlər müəyyən olunur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 psixi inkişafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə cinayət işi üçün əhəmiyyətli halları düzgün qavraya bilmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hazırda daxilən gərginliyi və narahatçılığı üzə çıxır. Təqsirləndirilən şəxs1 daxilən gərgin və narahat olması - qarşılaşdığı şəraitin ağır olduğunu dərk etməsi, sakit və əmin-aman şəraitdə yaşamağa, düşdüyü vəziyyətdən yaxa qurtarmağa çalışması, başına gələnlərdən məyus olması ilə səbəbli-nəticə əlaqəsində ola bilər. Təqsirləndirilən şəxs1 gələcəkdə cəzaçəkmə müəssisəsində olarkən psixoloq nəzarəti altında olması tövsiyyə olunur. Hal-hazırda Təqsirləndirilən şəxs1 danışma hərəkətləri saxlanılıb, amma səsini göstərmir. Bu hal əvvəlki müayinələrin nəticələrinə görə heç bir üzvi dəyişiklik ilə əlaqəli deyil. Suallara səsli cavab vermədiyi üçün qısa, lokanik cavabları müəyyən etmək olmur. Amma dodaqlarının jestikulyasiyası ilə suallara düzgün cavab verir. Fikirlərini sərbəst ifadə edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 əllərində əsmə var. Cinayət işi materiallarında sənədlərə əsasən aldığı travma ilə əlaqədar deyil. Özü tərəfindən süni olsa da dəqiq müəyyən etmək mümkün deyil və tremor daimi olaraq aşkarlanır. Hazırda olan əsmə onun cinayət işi materiallarında olan imzasına rəğmən, aşkarlanan əsmə onun yazı yazmasına təsir edə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 hazırkı vəziyyəti onun cəza çəkməsinə mane olmasa da, cəza çəkdiyi yerdə nevroloqun müşahidəsi altında olması məsləhət görülür. Tərtər Rayon Polis Şöbəsinin NH-nin məsul növbətçisi, polis mayoru A.Hüseynovun 07 aprel 2023-cü il tarixli raportuna əsasən, həmin tarixdə saat 14:13-də Tərtər rayonu Qaradağlı kəndində yaşayan Şahid7 DİN-nin 102 xidmətinə zəng edərək bir nəfər şəxsin Vaz-21010 markalı avtomobillə azyaşlı uşağı qaçırması barədə məlumat vermişdir. Vətəndaş Şahid9 ərizəsinə əsasən müəyyən olunur ki, Tərtər RPŞ-nə müraciət edərək 07 aprel 2023-cü il tarixdə saat 14 radələrində qızı Aysel Allahverdiyevanın naməlum şəxslər tərəfindən qaçırılması barədə məlumat vermişdir. Tərtər RPŞ-nin NH-nin məsul növbətçisi, polis kapitanı E.Cəfərovun 09 aprel 2023-cü il tarixli raportuna əsasən müəyyən olunur ki, X5 DİN-nin 102 xidmətinə zəng edərək qaçırılan qızının Qobu qəsəbəsində Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda olması barədə məlumat vermişdir. Vətəndaş Zərərçəkmiş şəxs ərizəsinə əsasən müəyyən olunur ki, 09 aprel 2023-cü il tarixdə Tərtər RPŞ-nə ərizə ilə müraciət etmiş, 07 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 ilə onun xalası oğlu Adil adlı şəxs onu zorla ailə qurmaq məqsədilə qaçırmış və Abşeron rayonu Qobu qəsəbəsi ərazisində Təqsirləndirilən şəxs1 onunla zorla cinsi əlaqədə olmuşdur. Hadisə yerinə baxış keçirilməsi dair protokol əsasən müəyyən olunur ki, hadisə yeri Tərtər rayonu Qaradağlı kəndinin əsas yoldan kəndin içinə doğru gedən yoldur. Baxışda iştirak edən Şahid7 hadisə günü həyətində əlində bellə abadlıq işləri görəndə nəvəsinin qışqınq səsinə çölə çıxan zaman göy rəngli avtomobilin onun hasarının sonundan dönərək kənddən çıxış istiqamətinə gəldiyini və avtomobildən kömək səsi eşitdiyini, avtomobilin hərəkətinin qarşısını almaq üçün onun qarşısına çıxsa da, saxlamadığını görüb əlindəki bellə avtomobilin ön alın şüşəsinə bir dəfə zərbə endirib çəkildiyini bildirmiş və qeyd etdiklərini əyani şəkildə göstərmiş, lakin həmin yerdə avtomobil şüşəsinin qırıntıları aşkar olunmamışdır. Eyni zamanda baxışda iştirak edən Zərərçəkmiş şəxs göstərdi ki, hadisə günü Çingiz əmi kimi tanıdığı Şahid7 evinin yanından keçərək öz evinə doğru kənd yolunun kəndin içinə doğru yolun sağ tərəfi ilə piyada hərəkətdə olan zaman arxasınca bir avtomobilin yüksək sürətlə gəlib onu azca ötüb saxlamış, içindən Təqsirləndirilən şəxs1 düşərək onun üstünə gəlmiş, həmin vaxt o, qaçmağa cəhd edərək yolun əks tərəfinə keçəndə ayağı büdrəyərək yaxınlıqda qamışdan düzəldilmiş hasarın üstünə yıxılmış, Təqsirləndirilən şəxs1 da onu orada tutmuş, daha sonra da avtomobildən Təqsirləndirilən şəxs2 çıxaraq onlara yaxınlaşmış və onlar ikisi birlikdə onun əllərindən və ayaqlarından tutaraq gəldikləri avtomobilə zorla əyləşdirmiş, Təqsirləndirilən şəxs1 onun yanında, Təqsirləndirilən şəxs2 isə sükan arxasına keçərək avtomobil ilə kənddən çıxışa doğru hərəkət etməyə başlamış, yolda qarşılarına Şahid7 çıxaraq avtomobilin ön şüşəsinə bel ilə vurmuş, buna baxmayaraq Təqsirləndirilən şəxs2 hərəkəti davam etdirmişdir. Zərərçəkmiş şəxs qeyd etdiklərini mümkün qədər əyani göstərmiş, həmin yerlərdən iş üzrə əhəmiyyət kəsb edə biləcək heç nə aşkar edilmədi. Baxış keçirilməsi haqqında 08 aprel 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Goranboy rayonu, Zeynal kəndi ərazisində yolun kənarında olan “Vaz-21103” markalı **-OC-*** dövlət qeydiyyat nişanlı göy metal rəngli avtomobilə baxış keçirilərkən ön alın şüşəsinin sındırılaraq yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. 13 aprel 2023-cü il tarixdə Zərərçəkmiş şəxs iştirakı ilə onun qaçırılaraq saxlanıldığı Abşeron rayonu Qobu qəsəbəsindəki fərdi yaşayış evinə baxış keçirilməsi haqqında protokola əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs həmin evin yataq otağında zorlandığını, şkafın üzərində olan örtüyün onun zorlandığı vaxt çarpayının üzərində olduğunu bildirmiş, həmin örtüyün üzərində qanabənzər ləkələr aşkar edilmiş, Zərərçəkmiş şəxs deməsinə görə bu ləkələr onun qanı olmuşdur. Həmin örtüyün yanında damalı və qollu bir ədəd köynək aşkar edilmiş, Zərərçəkmiş şəxs həmin köynəyin zorlanan vaxt əynində olduğunu bildirmiş, baxış zamanı örtük, iki ədəd yastıq üzü və bir ədəd köynək götürülmüşdür. Zərərçəkmiş şəxsmn geyim əşyalarına baxış keçirilməsi haqqında 09 aprel 2023-cü il tarixli protokola əsasən müəyyən edilmişdir ki, göy rəngli cins şalvarın ön düyməsi yerində olmamış, bağlanacaq hissəsi zədələnmiş və sökülmüş vəziyyətdədir; qara rəngli kofta üzərində zədə və ya başqa hər hansı ləkə aşkar edilmədi; ağ rəngli mayka və qəhvəyi rəngli büstqalter zədəsizdir; qırmızı rəngli alt tumanın orta hissəsində qanabənzər ləkələr vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs deməsinə görə, cins şalvarın düyməsi və bağlanacağı Təqsirləndirilən şəxs1 ona cinsi təcavüz edəndə, tumanında olan qan ləkəsi isə bakirəliyinin pozulmasına görə yaranmışdır. Təqsirləndirilən şəxs1 geyim əşyalarına baxış keçirilməsi haqqında protokola əsasən müəyyən olunur ki, göy rəngli cins şalvar, qara rəngli kofta və qara rəngli tuman üzərində zədə olmamış, ağ rəngli maykanın kürək nahiyəsində cırılmış zədələr aşkar edilmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs1 deməsinə görə, maykadakı zədələr əvvəldən olmuş, elə formada da geyinmişdir X6 məxsus “VAZ-2107” markalı **-DP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında protokola əsasən müəyyən olunur ki, avtomobildə hər hansı zədə izi aşkar edilməmiş, baxışda iştirak edən Təqsirləndirilən şəxs3 həmin avtomobillə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs daşıdığını bildirmişdir. Şahid6 məxsus “VAZ-2106” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında protokola əsasən müəyyən olunur ki, avtomobildə hər hansı zədə izi aşkar edilməmiş, baxışda iştirak edən Şahid6 məhz həmin avtomobillə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxsm qızı Aygün və əri Sərvanm yaşadığı Goranboy rayonu Səfıkürd kəndindən götürüb Yevlax rayonu ərazisinə apardığını bildirmişdir. Təqsirləndirilən şəxs3 məxsus Goranboy rayonu Səfıkürd kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi haqqında protokola əsasən müəyyən edilir ki, həmin evin həyətinə giriş birbaşa əsas yola çıxan darvazadan olmaqla evin hər iki tərəfində yaşayış evləri tikilmişdir, həyətdə sol tərəfdə birmərtəbəli fərdi yaşayış evi yerləşir, evin girişində ilk otaq zal, sağda isə iki otaq vardır. Ev zəruri məişət avadanlıqları ilə təchiz olunmuş, habelə stasionar telefon qoyulmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs3 giriş qapısına yaxın olan uşaq otağında Təqsirləndirilən şəxs1la Zərərçəkmiş şəxs söhbət apardıqlarını demişdir. "xxxx" MMC-dən daxil olmuş elektron məlumat daşıyıcısı olan diskə müəyyən edilmişdir ki, 050 ***-**-** nömrəsi Təqsirləndirilən şəxs1, 051 ***-**-** nömrəsi Təqsirləndirilən şəxs2 adına rəsmiləşdirilmiş, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 ***-**-** nömrəsi ilə 051 ***-**-** (Təqsirləndirilən şəxs2) və 050 ***-**-** (Zərərçəkmiş şəxs) nömrələri arasında sms və zəng qeydə alınmamışdır. Həmçinin Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 arasında 2023-cü ilin yanvar ayından tutulduqları 09 aprel 2023- cü il tarixədək aşağıdakı müddətlərdə mütəmadi danışıqlar olmuş, sonuncu damşıq Təqsirləndirilən şəxs1 tərəfindən Təqsirləndirilən şəxs2 07 aprel 2023-cü il tarixdə saat 09:09-da 160 saniyə müddətində aparılmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-nin 18 oktyabr 2023-cü il tarixli arayışına əsasən, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. “Şübhəli şəxsin tutulması haqqında protokola” əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə tutulmuşdur. “Şübhəli şəxsin tutulması haqqında protokola” əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar əsasən müəyyən olunur ki, Tər-tər rayon prokurorluğunun müstəntiqi X17 tərəfindən 79C-23 saylı material üzrə Təqsirləndirilən şəxs1 oğu və Təqsirləndirilən şəxs2 barələrində işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qoyulması faktı üzrə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Tər-tər rayon məhkəməsinin 4(061)-17/2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə habs qətimkan tədbiri seçilmişdir. Tər-tər rayon məhkəməsinin 4(061)-16/2023-cü il tarixli xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müddətinə habs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqələrinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 Şahid5 ilə evlidir, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmamış övladları vardır. Məhkəmə təqdim edilmiş sənədlərə və tibbi arayışa əsasən müəyyən olunur ki, Şahid5 süd vəzilərinin diffuz-fibroz dəyişikliyi ankoloji xəstəliyi müəyyən edilir və vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmənin hazırlıq iclası mərhələsində səsini çıxarmadan əl işarələri ilə fikrini izah etməyə çalışmış və məhkəmə istintaqı zamanı onun qıcolma hallarına rast gəlinmişdir. Qeyd olunan halları nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxs barəsində məhkəmənin hazırlıq iclası mərhələsində ekspertizalar təyin etmişdir. Ekspertizaların nəticələrinə əsasən müəyyən olunmuşdur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 özü-özünə xəsarət yetirməsi nəticəsində aldığı xəsarətlər onun LOR orqanlarında heç bir təsir etməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 simulyasiya etmə halı ekspertlər tərəfindən müəyyən edilmişdir. Heç təsadüfü deyil ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 olan qıcolmaya bənzər tutmalar ona ekspertlərin onun barəsində gəldikləri nəticə izah olunduqdan sonra həmin hallar birdə məhkəmə istintaqı müddətində təkrarlanmamışdır. Qeyd olunan ekspert rəylərini nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs1 bütün məhkəmə istintaqı müddətində əl hərəkətləri ilə fikrini izah etməyə yönələn hərəkətlərinin simulyativ davranış kimi qəbul edib, bunu təqsirləndirilən Təqsirləndirilən şəxs1 susmaq hüququndan istifadə etməsi kimi qiymətləndirmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilmələrinə dair ibtidai istintaqın əvvəlində verdikləri etirafedici ifadələrini fiziki təsirə məruz qalaraq vermələrinə dair göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, həmin xüsusat ibtidai istintaq zamanı araşdırılmış və öz təsdiqini tapmadığından cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilməmələrinə qiymət verməyi zəruri hesab edir. Cinayət işinin materiallarında olan məhkəmə tibb ekspertizasının qərarına əsasən müəyyən olunur ki, zərərşəkmiş Zərərçəkmiş şəxs bədəni üzərində həm zorlama həmdə döyülməyə xas xəsarət izləri müəyyən olunur. Lakin təqsirləndirilər Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə könüllü şəkildə cinsi əlaqədə olduğunu bildirmişdir. Qeyd olunan ziddiyyət onu deməyə əsas verir ki, təqsirləndirilər Təqsirləndirilən şəxs1 yalan ifadə verir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə əvvəlcədən bir-birilərini sevdiklərini sevgi münasibətləri olduğu bildirmişdir. Lakin ibtidai istintaq və məhkəmə istintaqı zamanı toplanmış sübutlarda onların sevgi münasibətlərində olduqlarını göstərən hər hansı bir sübuta rast gəlinməmişdir. Eyni zamanda müdafiə tərəfi bütün istintaq müddətində buna dair heç bir sübut təqdim etməmişdir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsi onun razılığına əsasən qaçırdıqlarını bildirirlər. Lakin zərərçəkmiş şəxsə məxsus telefonun sonradan hadisə yerindəki avtomobildə saxlanılması onu deməyə əsas verir ki, o könüllü olaraq təqsirləndirilən şəxslər tərəfindən aparılmamışdır. Çünki qeyd olunan hərəkət zərərçəkmiş şəxsin yaxın ailə üzvlərinə və hüquq mühafizə orqanlarına məlumat vermək imkanının məhdudlaşdırılmasına yönəlmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsindən də açıq-aşkar müəyyən olunur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs öz iradəsilə hadisə yerindən aparılmamışdır. Çünki ailə qurmaq məqsədilə sevdiyi şəxslə gedib birgə yaşamaq istəyən şəxsin səs küy salıb ətrafdakı insanlardan kömək istəməsi ağlabatan deyildir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin mənafeyinə uyğun ifadə verən şahidlərin ifadələrinə qiymət verərək məhkəmə bildirir ki, onlar təqsirləndirilən şəxslərin yaxın qohumları olduğundan vermiş olduqları ifadələr təqsirləndirilən şəxsləri müdafiə etmək məqsədilə verilmişdir. Çünki həmin ifadələr məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla təkzib edilir. Bundan başqa ibtidai istintaq zamanı və məhkəmə istintaqının sonunda təqsirləndirilən Təqsirləndirilən şəxs3 etirafedici ifadəsində göstərdiyi hallar zərərçəkmiş şəxsin ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqın sonlarında və məhkəmə istintaqı zamanı, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqının əvvəlində özlərini təqsirli bilməməkləri ilə əlaqədar verdikləri ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onların bu ittihamlarla bağlı qeyd olunan ifadələrində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 özünü qismən yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü təqsirli bilməsinə və Təqsirləndirilən şəxs2 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduqları xx.xx.2023-cü il tarixli ifadələrini və Təqsirləndirilən şəxs3 özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü təqsirli bilməsinə dair həm ibtidai araşdırma zamanı vermiş olduğu xx.xx.2023cü il tarixli ifadəsini, həm də məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsinə dair vermiş olduğu ifadələsini işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadələr kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslərə verilmiş ittiham təqsirləndirilən Təqsirləndirilən şəxs1 ibtidai istintaqın əvvəlində özünü qismən təqsirli bilməsinə dair verdiyi etirafedici ifadəsi, Təqsirləndirilən şəxs2 ibtidai istintaqın əvvəlində özünü təqsirli bilməsinə dair verdiyi etirafedici ifadəsi və Təqsirləndirilən şəxs3 ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünü təqsirli bilməsinə dair verdiyi etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları və elan olunmaqla araşdırılmış ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 149.1-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onların törətdikləri əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 149.1-ci maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı övladının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxsə barışıq əldə etməsini həmin məcəllənin 59.1.12-ci maddəsinə əsasən, himayəsində bir yetkilik yaşına çatmayan övladının olmasını, əməlini səmimi etiraf etməklə peşiman olmasını və arvadının ankoloji xəstə olmasını həmin məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir . Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və həmin məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və həmin məcəllənin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar(müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onun ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirləndirildiyi Cinayət Məcəlləsinin 144.2.3 və 149.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3cü maddəsinə əsasən təqsirləndirilən şəxsə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Tər-tər rayon məhkəməsinin 4(061)- 16/2023-cü il saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirləndirildiyi Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Tər-tər rayon məhkəməsinin 4(061)- 17/2023-cü il saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla habs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını çəkmələrinin əvvəli 09 aprel 2023-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs3 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yungülləşdirən halları nəzərə alaraq ona təqsirləndirildiyi Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Təyin olunmuş cəzanın real çəkilməli olub-olmaması məsələsini müzakirə edərkən məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarını, işin faktiki hallarını eləcə də Təqsirləndirilən şəxs3 arvadının ankoloji xəstə olmaqla səhətinin orta ağır kimi qiymətləndirilməsini, himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı övladlarının olmasını, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında qeyd olunur ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşmançılığını bildirməsi və zərərçəkmiş şəxslə barışıq əldə etməsi, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmasına dəlalət edir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs3 qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. İlk dəfə cinayət məsuliyyətinə cəlb edilən, təqsirini səmimi etiraf edən, əməlindən peşman olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalı, bu imkandan ümumilikdə cəmiyyətdə cəzanın məqsədlərinə uyğun istifadə edib-etməməsini aydınlaşdırmaq üçün o, müəyyən müddət sınaqdan keçirilməlidir. Eyni zamanda sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra orqanına həvalə edilməlidir. Onun üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Məhkəmə ekpertizalarına sərf olunmuş 217 (iki yüz on yeddi) manat məhkəmə məsrəfi isə Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus 1 ədəd uzunqol köynək, 1 ədəd qısaqol köynək, 1 ədəd şalvar, 1 ədəd büstqalter, 7 ədəd tuman, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd şalvar, 1 ədəd mayka, 1 ədəd sviter, 1 ədəd şalvar, 1 ədəd tuman, habelə 1 ədəd yataq örtüyü və 2 ədəd yastıq üzü məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3 və 149.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 149.1-ci maddəsi ilə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaqla ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin edilmiş cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs3 davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra orqanına həvalə edilsin. Onun üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Abşeron rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan mərhum Zərərçəkmiş şəxs məxsus 1 ədəd uzunqol köynək, 1 ədəd qısaqol köynək, 1 ədəd şalvar, 1 ədəd büstqalter, 7 ədəd tuman, Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd şalvar, 1 ədəd mayka, 1 ədəd sviter, 1 ədəd şalvar, 1 ədəd tuman, habelə 1 ədəd yataq örtüyü və 2 ədəd yastıq üzü məhv edilsin. Məhkəmə ekpertizalarına sərf olunmuş 217 (iki yüz on yeddi) manat məhkəmə məsrəfi isə Təqsirləndirilən şəxs1 alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X8, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-24/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-24/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver