Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-240/2024 16.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X7 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxxx 1989-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası bitmədən və məhkumluğu ödənilmədən yenidən cinayət əməli törətdiyindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən hökmlərin məcmusu ilə qəti olaraq 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 82, mənzil 3-də qeydiyyatda olub, Abşeron rayonu, Saray qəsəbəsində fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 181.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 30 mart 2023-cü il tarixdə, saat 02 radələrində ünvan 1 ünvanında tanışı Zərərçəkmiş şəxs evində olan zaman sonuncunun taxtın üzərinə qoyduğu içərisində 1848 manat və bir ədəd dəyəri olmayan bank kartı olan pul qabını götürüb gizli yolla talayaraq evdən çıxmaq istəyən zaman Zərərçəkmiş şəxs, onun oğurluq cinayət əməlini törətməsini görüb qanunsuz hərəkətlərini dayandırmasını tələb etdikdə o, qanunsuz yolla əldə etdiyi özgənin əmlakını özündə saxlamaq üçün hərəkətlərini davam etdirərək həmin əmlakı üzərində saxlayıb sonuncunun sifət nahiyəsinə bir neçə dəfə yumruqla vuraraq hücuma məruz qalmış Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edərək qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın sümüyünün sağ frontal sinusunun ön divarının çökmüş sınığı, sağ orbitanın ön və bayır divarının sınıq xətləri, sağ paraorbital hematoma kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus içərisində 1848 manat məbləğində pul və bir ədəd dəyəri olmayan bank kartı olan 3 manat məbləğində pul qabını ələ keçirib quldurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəmə istintaqının ilkin mərhələsində özünü yalnız CM-in 127.1ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə günü tanışı Vasiflə zərərçəkmiş şəxs Rüstəmgilə getmiş, onlarda olan vaxt Rüstəmdən narkotik vasitə istəmiş, Rüstəm isə ona narkotik vasitəsinin olmadığını bildirmişdir. Halbuki o, Rüstəmdə narkotik vasitənin olduğunu bilmişdir. Belə olub aralarında narazılıq yaranmış, mübahisə etməyə başlamışlar, nəticədə Rüstəmə yumruqla bir neçə dəfə vurub xəsarət yetirmiş və onun pul qabısını götürərək evdən çıxıb getmişdir. O elə zənn etmişdir ki, həmin pul qabında narkotik vasitə vardır. Lakin həmin pul qabından heç nə çıxmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Rüstəmi bir neçə gün əvvəl tanımış, həmin günü Rüstəmgilə söhbət etmək üçün getmiş, Rüstəmin narkotik vasitə istifadə etdiyini bilmişdir. Həmin günü Rüstəm pul qabından narkotik vasitə götürdüyü üçün onun pul qabında narkotik vasitə olduğunu zənn etmişdir. Rüstəm həmin günü onların yanında iki dəfə pul qabından pul çıxarıb saymışdır. Lakin nə qədər pul olduğunu bilməmişdir. İki dəfə yumruqla Rüstəmə xəsarət yetirmiş, pul qabını da götürüb getmişdir. Pul qabı onda olmuş, lakin həmin pul qabı boş olmuşdur. Onlar mübahisə edərkən Vasif onları görmüş, onları ayırmağa çalışmış, lakin onun pul qabı götürdüyünü Vasif bilməmişdir. İbtidai istintaq zamanı ifadə verərkən narkotik vasitə təsiri altında olduğu üçün necə ifadə verdiyini, ifadəsində nəyi göstərdiyini xatırlamır. Evdən atası zəng elədiyi üçün evə getmək istəmiş, lakin Rüstəm pul qabısının itdiyi üçün evdən çıxıb getməyə ona icazə verməmiş, o isə pul qabının evdə olduğunu, axtarsa tapa biləcəyini ona bildirmiş, lakin Rüstəm yenə də pul qabı tapılmadan heç kimin getməyinə icazə verməyəcəyini bildirmişdir. Belə olub əsəbləşmiş və Rüstəmə yumruqla vuraraq xəsarət yetirmiş və evdən çıxıb getmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və sonuncu həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 4-5 gündür ki, tanıyır, sonuncunu tanışı Şahid1 vasitəsi ilə tanımışdır. Təxminən 4 gün bundan öncə Vasiflə görüşmüş, bu zaman Rüstəm gəlmiş və Vasifin təklifi ilə Rüstəmin evinə getmişlər. Rüstəmlə bir müddət söhbət edəndən sonra qara rəngli pul qabından pullarını çıxarıb saymağa başlamış, 1800 manat pul olduğunu demiş və kiməsə 200 manat pul göndərəcəyini demişdir. Bu zaman Vasif sağollaşıb getmiş, daha sonra Rüstəmlə evin yaxınlığında olan mağazaya getmişlər, sonuncu kiminsə kartına 200 manat pul göndərmişdir. Sonra yenidən Rüstəmin evinə qayıtmışlar, sonuncu yenidən türmə həyatından söhbət etməyə başlamış, artıq gec olduğunu görüb Rüstəmdən evə getmək üçün taksi sifariş verməsini xahiş etmiş, Rüstəmə pulunun olmadığını, taksiyə pul verməsini, səhərisi gün pulu qaytaracağını demiş, sonuncu taksi sifariş vermiş və 2.4 manat olduğunu demişdir. O, Rüstəmə taksiyə 3 manat verməsim demiş, taksiyə əyləşmiş və çatanda bilmişdir ki, Rüstəm taksiyə 2.4 manat pul vermişdir. 30 mart 2023-cü il tarixdə, saat 01 radələrində Vasiflə məhəllərində görüşmüş, bundan sonra bir yerdə Rüstəmgilə getmişlər. Qapını döymüşlər, Rüstəm evdə tək olmuş, ev dağınıq vəziyyətdə olmuş, buna görə onunla Vasif Rüstəmi tənqid etmişlər. Rüstəm evin dağınıqlığını düzəltməyə başlamış və yerdə olan qara rəngli pul qabını götürüb şortikinin sol yan cibinə qoymuş, Rüstəm yeri silən zaman pul qabı yerə düşmüş, xəbəri olmamış və o, bu zaman pul qabını götürmüş və əynində olan idman şalvarının arxa tərəfdən belinə qoymuşdur. Bunu Vasif və Rüstəm görməmiş, bundan sonra təxminən 1 saat söhbət etməyə başlamışlar. Həmin vaxt atası zəng vurmuş, sonuncu rayona gedəcəyini deyərək onu evə çağırmış, həmin vaxt saat 02 radələri olmuş, o, ayağa durub getmək istədiyini demiş, həmin vaxt Rüstəm pul qabısının olmadığını, hara yoxa çıxdığını demiş, o isə axtarmasını, evdə olacağını demişdir. Rüstəm isə pul qabı tapılmayana qədər heç kimin evdən getməyəcəyini demiş, bu zaman o, sonuncunun sifət nahiyəsindən bir dəfə yumruqla vurmuş, Rüstəm qapının ağzında yerə yıxılmış, sonuncu ayağa durmaq istəyən zaman yumruqla başından bir dəfə də vurmuş, bundan sonra bir neçə dəfə təpiklə Rüstəmin bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Həmin vaxt Vasif onu Rüstəmdən aralaşdırmağa çalışmış, sonuncu yerə yıxılandan sonra o, evdən çıxıb getmiş, yolda Rüstəmin pul qabısına baxan zaman 15 ədəd 100 manatlıq, 3 ədəd bir manatlıq olmaqla cəmi 1503 manat pul olduğunu bilmişdir. Gecə olduğundan, həm də həyəcanlı olduğumdan ola bilsin ki, pulu dəqiq saya bilməmişdir. Evə gəlmiş, artıq atası rayona getmiş, səhər açılan zaman dostu Elməddinə zəng edərək onda pul olduğunu və saxlamasını demiş, səhər 08 radələrində Elməddinlə Sumqayıt şəhəri, 18-ci mikrorayon ərazisində yerləşən “Elmarın kruqu” adlanan yerdə görüşmüş və 1240 manat pulu saxlaması üçün vermişdir. Elməddinə pul lazım olan zaman ondan götürəcəyini demiş, 260 manat pulu isə öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra evə getmiş və bir neçə saat sonra polis əməkdaşları evə gəlmişlər və bir yerdə bölməyə getmişlər. İfadəsi elan olunduqdan sonra ona ünvanlanan suallara cavab olaraq həmin pul qabının içərisində pul olmamış, lakin polis şöbəsində ifadə verərkən özündə olmadığından bu formada ifadə vermişdir. Məhkəmə istintaqının sonrakı mərhələsində isə Təqsirləndirilən şəxs faktiki olaraq törətdiyi cinayət əməlini etiraf etmiş və ifadəsində göstərmişdir ki, 30 mart 2023-cü il tarixdə, saat 01 radələrində Vasiflə məhəllələrində görüşmüş, bundan sonra bir yerdə Rüstəmgilə getmişlər. Rüstəmgildə olan zaman Rüstəmin pul qabısı cibindən yerə düşmüş, onun xəbəri olmadan həmin pul qabını götürüb əynində olan idman şalvarının arxa tərəfdən belinə qoymuşdur. Bir müddət söhbət etdikdən sonra atası zəng vurmuş, sonuncu rayona gedəcəyini deyərək onu evə çağırmış, həmin vaxt saat 02 radələri olmuş, o, ayağa durub getmək istədiyini demiş, həmin vaxt Rüstəm pul qabısının olmadığını, hara isə yoxa çıxdığını demiş, o isə axtarmasını, evdə olacağını demişdir. Rüstəm isə pul qabı tapılmayana qədər heç kimin evdən getməyəcəyini demiş, bu zaman o, sonuncunun sifət nahiyəsindən bir dəfə yumruqla vurmuş, Rüstəm qapının ağzında yerə yıxılmış, sonuncu ayağa durmaq istəyən zaman yumruqla başından bir dəfə də vurmuş, bundan sonra bir neçə dəfə təpiklə Rüstəmin bədəninin müxtəlif nahiyələrinə vurmuş və evdən çıxıb getmişdir. Təqsirləndirilən şəxs daha sonra ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, pul qabını götürərkən onun içində Rüstəmə məxsus pulun olduğunu bilmiş, Rüstəmgildən çıxandan sonra pul qabında olan pulu sayıb özünə götürmüş, sonra onun bir hissəsini saxlaması üçün Emin adlı bir tanışına vermiş, ibtidai istintaq zamanı onun adını Elməddin göstərmiş, çünki onun adının Elməddin olduğunu bilmişdir. Lakin pulu Eminə verdikdən bir neçə saat sonra gecə vaxtı onunla görüşüb həmin pulları ondan geri almış və pulları aparıb Rüstəmin yaşadığı evə yataq otağında olan çarpayının yanında bir yerə atmışdır. Rüstəmin qapısı həmişə açıq olduğundan, evə rahat girmişdir. Hazırda əməlindən peşmandır və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisədən sonrakı müddətdə səhhətində problemlər baş verdiyindən və bununla bağlı bir neçə dəfə müalicə aldığından, hazırda baş verənləri xatırlamır. Xatırladığı odur ki, həmin günü pulunu axtarmış, tapa bilməmiş, sonradan xəstəxanadan evə qayıdandan sonra evdə təmizlik işləri apararkən özünə məxsus pulu yataq otağında çarpayının yanında tapmışdır. Özünün xəstəxanaya necə düşməsini, onun başına nəyin gəldiyini hazırda xatırlamır. Ola bilsin ki, başını evdə harasa çırpmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Elçini bir müddət olar ki, tanımış, Vasifi isə uşaqlıqdan tanımışdır. Evdə həmin günü yığışmaqda məqsəd sadəcə söhbət etmək olmuşdur. O, həmin ərəfələrdə narkotik vasitə qəbul etməmişdir. Həmin günü evdə üçü olmuş, başqa şəxs olmamışdır. Həmin günü baş verənləri indi xatırlamır. Daxili İşlər Nazirliyinin “102 Xidməti”nə nəyə görə zəng edib şikayət etdiyini, Elçinlə dalaşdığını xatırlamır. İbtidai istintaq zamanı yalnız zərərçəkmiş şəxs qismində verdiyi ifadəni təsdiq edir. Hadisədən dərhal sonra özündə olmamış, hadisə yerində ifadə versə də, foto şəkillərə baxılsa görülə bilər ki, həmin vaxt xəsarət almışdır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi izahat və ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi izahat və ifadəsi elan olunaraq tədqiq olunmuş və sonuncu ilkin olaraq xx.xx.2023-cü il tarixdə verdiyi izahatında göstərmişdir ki, Elçin çarpayının üzərindən onun pul qabısını götürərək əlinin arxasında gizlətmiş, etika xətrinə ilkin olaraq ona reaksiya verməmiş, daha sonra Elçin telefonla oynamağa başlayaraq atasından zəng gəldiyini təcili getməli olduğunu demiş, o, pul qabının çarpayının üzərində olmadığını demiş, pul qabı tapılmayana qədər heç kimin getməyəcəyini demiş, Elçin isə evi yaxşı axtarmasını tapacağını demişdir. Bundan sonra isə o, taxtın döşəyini çevirib pul qabının olmadığını demişdir. Həmin vaxt Elçin gözləmədiyi anda yumruqla qəflətən sifət, alın nahiyəsindən güclü vurmuş, o, yataq otağında qapının arxasına sıxılıb qalmış, bundan sonra Elçin sifət nahiyəsinə ardıcıl zərbələr vurmağa başlamışdır. O, özünü itirimiş və Elçin qaçaraq uzaqlaşmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermişdir. İbtidai istintaqın sonrakı mərhələsində isə zərərçəkmiş şəxs qismində ifadə verərkən göstərmişdir ki, Təqsirləndirilən şəxsla mart ayının sonunda dostu Şahid1 vasitəsi ilə tanış olmuşdur. 29 mart 2023-cü il tarixdə, axşam saatlarında Vasiflə əlaqə saxlamış, sonuncuya axşam yemək yemək üçün onlara gəlməsini demiş, Vasif də həmin gün saat təxminən 23 radələrində gəlmişdir. Elçin də Vasiflə bir yerdə gəlmiş, ev dağınıq olduğundan yataq otağında əyləşib çay içmişlər. Həmin vaxt onların gözünün qarşısında pul qabını götürüb pulunu saymış, pul qabında 1848 manat pul olmuş, bunu Vasif və Elçin görmüşdür. Həmin vaxt Elçin ona irad bildirərək pulu onun gözünün qarşısında saymasının yaxşı hərəkət olmadığını demiş, o, iradına qarşılıq olaraq öz pulunu saydığını demişdir. Pul qabını Elçingil tərəfə qoymuş və əl dırnağını tutmağa başlamış, başını aşağıya əyən zaman Elçinin pul qabını götürüb əlinin arxasında saxladığını görmüş, o, etika xətrinə bir şey deməmiş və Elçinin pulqabını qaytaracağını düşünmüşdür. Həmin vaxt Elçin atasının çağırdığını və getməli olduğunu demiş, həmin vaxt o, pulunun olmadığını onlara deyərək bir yerdə tapmalarını bildirmişdir. Elçin israrla getməli olduğunu demiş, o isə pul tapılmayana kimi heç kimin evdən çıxmayacağını bildirmiş, həmin vaxt Elçin evi yaxşı axtarmasını, evdən tapılacağını bildirmiş, o, taxtın döşəyini çevirmiş və olmadığını qeyd etmişdir. Bu zaman onlar yataq otağında olmuşlar. O, arxaya çönmüş, bundan sonra olanları xatırlamamış, ayılan zaman qan içində olduğunu və yerdə olduğunu bilmiş, bundan sonra DİN-nin 102 xidmətinə və X15a zəng etmiş, həmin gün xəstəxanada qalmış, səhərisi gün evə qayıtmış, bundan bir neçə gün sonra yenidən xəstəxanaya getmiş və bir neçə gün xəstəxanada qalmışdır. Evə qayıdan zaman isə evdə təmizlik işləri aparmış və pu zaman pulu taxtın altından tapmışdır. Zərərçəkmiş şəxs həmçinin ifadəsində Təqsirləndirilən şəxs onu vurması barədə heç bir şey deyə bilmədiyini, pul qabında 1848 manat pul olduğunu, şikayəti olmadığını, dəymiş ziyanın ödənildiyini, həmin pul qabının ona məxsus olduğunu, evdə olmadığı müddətdə Elçinin həmin pulu qaytarıb evinə atma ehtimalı olduğunu, evində dəyərli əşya olmadığından qapısının həmişə açıq vəziyyətdə olduğunu, kartda pul olmadığını, istifadə etmədiyinə görə fəaliyyətsiz olduğunu, pul qabını bir neçə il bundan əvvəl 3 manata aldığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi izahat və ifadəsi elan edildikdən sonra Zərərçəkmiş şəxs ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, hadisədən sonra bir neçə dəfə xəstəxanada müalicə aldığından, hazırda həmin vaxt baş verənləri dəqiq xatırlamır, lakin müstəntiqə zərərçəkmiş şəxs qismində verdiyi ifadəni qismən xatırlayaraq onu təsdiq edir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona məxsus pul evdən tapılmışdır, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaq vaxtından tanıyır, əvvəllər eyni məhəllədə yaşamış və eyni məktəbdə oxumuşlar. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Elçin ona zəng edərək dava etdiyini bildirmiş, Elçin atasının rayonda olduğunu, polis əməkdaşları tərəfindən tutula biləcəyini, həmin vaxt ona zəng çatmayacağını, atası zəng edən zaman ona dalaşdığı üçün zəng çatmadığını bildirməsini demişdir. O, Elçindən kiminlə dalaşdığını, nə məsələ olduğunu soruşmuş, ancaq sonuncu məsələnin dəqiqliyi barədə ona heç nə deməmişdir. Şahid2 həmçinin ifadəsində Zərərçəkmiş şəxs tanımadığını, Elçinlə görüşmədiyini, ona heç bir məbləğdə pul verilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası şahid qismində dindirilən Şahid1 ifadəsinə münasibətdə isə hesab edir ki, məhkəmə istintaqı zamanı həmin şəxsin CPM-in 95-ci maddəsinə əsasən şahid qismində dindirilə bilməyən şəxs olduğu müəyyən edildiyindən, sübut qismində onun şahid ifadəsinə istinad edilməməli, eyni zamanda onun ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət prosessual qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyindən, həmin sübut sübutlar siyahısından xaric edilməlidir. Belə ki, cinayət işinin materiallarına əsasən Şahid1 hadisə günü Zərərçəkmiş şəxs evində olmaqla hadisələrin necə cərəyan etdiyini birbaşa gördüyü halda məhkəmə istintaqı zamanı sərbəst ifadə verməkdə çətinlik çəkmiş, hadisə barədə dolğun məlumat verə bilməmiş, ona proses iştirakçıları tərəfindən suallar ünvanlanarkən həyəcanlanaraq özünü yaxşı hiss etmədiyini məhkəmə heyətinə bildirmiş, daha sonra isə məhkəmə iclasında iştirak edən Şahid1 anası X1 Vasif Feyruz oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(060)- 4928/2020 saylı qətnaməsinin, onun Şahid1 qəyyumu təyin edilməsi barədə Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 15 saylı sərəncamının və digər tibbi sənədlərin surətini məhkəməyə təqdim edərək oğlu Şahid1 epilepsiya (baş beyin üzvi xəstəliyi) xəstəliyindən əziyyət çəkdiyini, buna görə də məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edildiyini, özünün isə onun qəyyumu olduğunu, sözügedən qətnamə və sərəncamın hazırda qüvvədə olduğunu bildirmişdir. CPM-in 95.2.1-ci maddəsində göstərilmişdir ki, azyaşlı olduqlarına, fiziki və psixi pozuntularına görə cinayət təqibi üzrə araşdırılmalı halları düzgün qavraya və düzgün ifadə edə bilməyən şəxslər şahid qismində çağırıla və dindirilə bilməzlər. Həmçinin, həmin Məcəllənin 125.2.7-ci maddəsinin tələblərinə əsasən istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparılmaqla əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Eyni zamanda, CPM-in 125.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Odur ki, mövcud sənədləri və CPM-in yuxarıda sadalanan normalarının tələblərini əsas götürən məhkəmə kollegiyası sözügedən sübutun (Şahid1 şahid ifadəsinin) sübutlar siyahısından xaric edilməsi ilə bağlı qənaətə gəlir və həmin sübutu tədqiq etməkdən imtina edir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə həmin tarixdə saat 02:47-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102 Xidməti”ndən məlumat verilmişdir ki, ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs (070) ***-**-** mobil nömrəsindən zəng edərək 3-cü mkr.-da tanımadığı şəxsin onu döyüb pulunu alaraq getdiyini bildirmiş, qan içində olduğunu qeyd etmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə həmin tarixdə saat 03:50-də Sumqayıt şəhər X15 Stansiyasından Şahverdiyeva məlumat verərək bildirmişdir ki, ünvan 2 ünvanında yaşayan, xx.xx.1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs yaşadığı ünvanda döyülüb, alın sümüyünün sınığı xəsarəti alıb (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə ərizə ilə müraciət edərək Elçin adlı şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 3 ünvanında yataq otağında baş vermişdir. Müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 08-09). Cinayət işinin materiallarında olan “Təqdim etmə, baxış keçirmə və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs oğurladığı pul qabını təqdim etmiş, həmin təqdim eldiyi 01 ədəd qara rəngli pul qabı və plastik kart götürülmüş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 15-15). Cinayət işinin materiallarında olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs onu təqdim edilmiş pul qabıların içərisindən özünə məxsus pul qabını tanımış, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 94-98). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 406 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın sümüyünün sağ frontal sinusunun ön divarının çökmüş sınığı, orbitanın Ön və bayır divarının sınıq xətləri, sağ paraorbital hematoma xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yumruqla vurulmaqla əmələ gələ bilər, müddəti zərərçəkənin Sumqayıt şəhər TTYX-na daxil olduğu vaxtdan bir qədər əvvəl olmaqla xx.xx.2023-cü tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilir (cild 01, iş vər. 134-137). Cinayət işinin materiallarında olan ambulator məhkənıə-psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 1355 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərini faktiki xaraketrini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (cild 01, iş vər. 138-140). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 181.1-ci maddəsində həyat və sağlamlıq üçün təhlükəli zorakılıq dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Quldurluq basqını nəticəsində zərərçəkmişin sağlamlığına qəsdən yüngül və ya az ağır zərər yetirilərsə, həmin əməl quldurluq cinayətinin tərkibi ilə əhatə olunur və əməlin əlavə olaraq CM-nin 127, 128-ci maddələri ilə də tövsif edilməsi tələb olunmur. Belə halda, CM-nin 181.2, 181.3-cü maddələrində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar mövcud deyildirsə, əməl CM-nin 181.1-ci maddəsi ilə tövsif edilməlidir. Özgə əmlakının ələ keçirilməsi qeyri müəyyən xarakter daşıyan zorakılıq tətbiq ediləcəyi hədəsi ilə törədilərsə, şəxsin əməlinin soyğunçuluq və ya quldurluq olması məsələsi, işin bütün halları: cinayətin törədilmə yeri və vaxtı, basqın edənlərin sayı, zərərçəkmişin hədələndiyi predmetlərin xarakteri, basqın edənlərin fiziki hədə tətbiq etmək niyyətlərini təsdiq edən hər hansı nümayişkəranə hərəkətlərinin edilməsi və s. nəzərə alınmaqla həll edilməlidir. Həmçinin, oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Hazırkı cinayət işinin materiallarına, mövcud sübutlara, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə, habelə yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında göstərilənlərə əsaslanan məhkəmə kollegiyası ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli təqsirləndirilən şəxsin özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilən zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi izahat və ifadəsi, şahid ifadəsi, ekspertiza rəyləri və biri-digərinə uyğun gələn digər mötəbər sübutların tədqiqi vasitəsi ilə məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 181.1-ci maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə yaxın münasibətinin olması, həmin şəxslərin bir-birini əvvəlcədən tanıması Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin xeyrinə (Təqsirləndirilən şəxs onu vuraraq xəsarət yetirməsi və ona məxsus pulun talanmasına dair olanlarla bağlı hissədə heç nəyi hazırda xatırlamamasına münasibətdə) ifadə verməsini anlaşılan edir. Odur ki, məhkəmə zərərçəkmiş şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz onun ibtidai araşdırmanın ilkin dövründə verdiyi izahatını və ifadəsini qoyur. Məhkəmə kollegiyası qeyd edir ki, məhz həmin izahat və ifadə iş üzrə ibtidai araşdırma dövründə əldə edilərək cinayət işinin materiallarına əlavə edilən sübutlarla (zərərçəkmiş şəxsin özünün cinayət barədə hüquq mühafizə orqanlarına məlumat verdiyi ərizəsi, təqsirləndirilən şəxsin ifadəsi, tanınmaya təqdim etmə, götürmə istintaq hərəkətinin protokolları, ekspertizanın rəyləri və s.) üst-üstə düşür. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası bitmədən və məhkumluğu ödənilmədən yenidən cinayət əməli törətdiyindən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən hökmlərin məcmusu ilə qəti olaraq 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmişdir (cild 01, iş vər. 75-77, 100-109). Belə olan halda CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs son olaraq Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən hökmlərin məcmusu ilə qəti olaraq 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad olunmuşdur. Həmin cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra həmin andan 02 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli (CM-in 181.1-ci maddəsində nəzərdə tutulan əməl) törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, yəni əvvəllər dəfələrlə qəsdən cinayət əməli törətdiyinə görə təqsirli bilinərək məhkum olunmasını, əməllərindən və ona təyin olunan cəzalardan heç bir nəticə çıxarmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə (CM-in 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla) azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 40, 68-69). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan 01 ədəd pulqabı və 01 ədəd bank kartının iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəflərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd pulqabı və 01 ədəd bank kartının iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-240/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-240/2024
16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver