Məhkəmə qərarları › İş №1(124)-240/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-240/2025

03.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-240/2025 03.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx.xx.1995-ci il tarixdə Şabran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, daha sonra Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən qəti olaraq 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 14 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, lakin məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Şabran şəhəri, M.Ə.Sabir küçəsi ev 34-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, yəni ümumi xalis çəkisi 8,34 qram narkotik vasitə qurudulmuş marixuananı və külli miqdarda 2,315 qram psixotrop maddə - metamfetamini əldə edib üzərində daşımaqla saxlamış, 02 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində Quba rayonu, İsnovqqışlaq kəndi ərazisində yerləşən “Görüş” adlanan kafesində olarkən hərəkətləri şübhə doğurduğundan ərazi üzrə xidmətdə olan Quba Rayon Polis X4 Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq orada üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin sol içəri cibindən 01 (bir) ədəd salfetkaya bükülmüş, həmçinin göy rəngli cins şalvarının sol cibindən 01 (bir) ədəd falqaya bükülmüş ümumilikdə xalis çəkiləri 2,315 qram (1 (bir) ədəd bükümdə təmiz çəkisi 1.896 qram və 10 (on) ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,052 qram, 0,036 qram, 0,047 qram, 0,033 qram, 0,042 qram, 0,044 qram, 0,063 qram, 0,038, qram, 0,030 qram, 0,034 qram) psixotrop maddə-metamfetamin və şalvarının sol cibindən göy rəngli selofanda təqdim etdiyi xalis çəkisi 8,34 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə qismən (CM-in 234.1-1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun üzərində metamfetamin və marixuana olmuş, lakin satış məqsədilə deyil, şəxsi istifadəsi üçün üzərində saxlayaraq daşımışdır. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmış, döyülmüşdür. Ona görə də, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə günorta raddələrində “Görüş” adlanan kafedə saxlanılmışdır. Onun əvvələr CM-in 177.2 və 234.1-ci maddələri ilə məhkumluqları olmuşdur. İstifadəsində olan +994-77-510-84-24 saylı mobil nömrədə aşkarlanmış narkotik vasitəyə dair “Whatsapp” yazışmaları narkotik vasitənin satışı ilə bağlı deyil, məhz şəxsi istifadəsi ilə əlaqəli yazışmalar olmuşdur. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat zamanı müdafiəçinin də iştirakı ilə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuş və şəxs həmin ifadəsində göstərmişdir ki, 02 oktyabr 2024-cü il tarixdə təxminən saat 11:00 radələrində Şabran şəhərindən yaşadığı ünvandan ailəsilə birlikdə çıxaraq Elnur adlı taksi sürücüsünün “Azsamand” markalı avtomobili ilə Quba rayonu, Çiçi inzibati ərazi dairəsinin Qəni-Dərə kəndinə qohumlarının evinə gəlmişdir. Ailə üzvlərini orada qoyaraq Şabran şəhərindən gəldiyi Elnur adlı taksi sürücüsü ilə birlikdə Quba rayonu, İsnovqışlaq kəndində yerləşən Görüş adlı kafeyə çay içmək məqsədi ilə gəlmişdir. Belə ki, 01 oktyabr 2024-cü il tarixdə əvvəlcədən tanıdığı İran İslam Respublikasının vətəndaşı Şərafəddin adlı şəxsdən 46 (qırx altı) manat müqabilində “patı” və “nəşə”dən ibarət narkotik vasitə və psixotrop maddə almağa razılaşmışdır. Bu razılaşmaya əsasən Şərafətdin ona 2 (iki) qramdan artıq miqdarda patı və 10 (on) qramdan artıq nəşə verməli idi. O, Şərafəddini ilk məhkumluq dövründən tanıyır. Onunla cəzaçəkmə müəsisəsində tanış olmuşdur. Onda olan məlumata görə Şərafəddin hazırda İran İslam Respublikasındadır. O, narkotik vasitələri alarkən Şərafəddin pulu göndərməyi üçün ona nömrə göndərmiş və o da 46 manat pulu həmin nömrəyə yükləmişdir. Lakin həmin nömrəni sildiyi üçün hazırda yadında qalmamışdır. 01 oktyabr 2024-cü il tarixdə Whatsapp mobil tətbiqi üzərindən özünə məxsus olan mobil telefonun +994-77-510-84-24 saylı mobil nömrəsinə Şərafəddin tərəfindən göndərilmiş Bakı şəhərində yerləşən məkan üzərindən yolun kənarından 01 (bir) ədəd salfetka bükümdə, 01 (bir) ədəd falqa bükümdə və 01 (bir) ədəd göy rəngli selofan bükümdə qablaşdırılmış “patı” və “nəşə”dən ibarət narkotik vasitələri götürərək Şabran şəhərində yaşadığı ünvana gəlmişdir. Lakin bundan onun ailə üzvlərinin heç bir məlumatı olmamışdır. Həmin narkotik vasitələrdən “nəşə”dən bir qədər götürərək istifadə etmişdir. Quba rayonu İsnovqışlaq kəndi ərazisində yerləşən Görüş kafesində olduğu zaman əvvəl tanıdığı İran İslam Respublikasının vətəndaşı Şərafəddin adlı şəxsdən Bakı şəhəri ərazisindən 46 (qırx altı) manat müqabilində əldə etdiyi narkotik vasitələr üzərində olmuşdur. Üzərində olan narkotik vasitələrdən Elnur adlı taksi sürücüsünün məlumatı olmamışdır. O, Elnur adlı taksi sürücüsünə göstərdiyi xidmətə görə 35 manat pul verməyə razılaşmışdır. 02 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində Quba rayonu, İsnovqışlaq kəndi ərazisində yerləşən “Görüş” adlanan kafedə olarkən Quba RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağına dair məlumat olduğunu bildirmişdirlər. Polis əməkdaşları ona üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-yə məlumat verərək təhqiqatçı və vəkil dəvət edəcəklərini bildirmişlər. Onlar təhqiqatçı və vəkil gələnə kimi onun hərəkətlərini daim nəzarətdə saxlamışlar. Təhqiqatçı və vəkil gələndən sonra özünü Quba RPŞ-nin təhqiqatçısı Pənah İbrahimov kimi təqdim edən polis əməkdaşı onaə şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə saxlanıldığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. O, şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı ona üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. O, üzərində saxladığı narkotik vasitəni təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, əynindəki qara rəngli gödəkçəsinin sol içəri cibindən 01 (bir) ədəd salfetka bükülünü, həmçinin göy rəngli cins şalvarının sol cibindən 01 (bir) ədəd falqaya bükülünü və şalvarının sol cibindən çıxardaraq göy rəngli selofanı, 01 ədəd alışqanı təqdim etmişdir. Qara rəngli gödəkçəsinin sol içəri cibindən çıxardaraq təqdim etdiyi 01 (bir) ədəd salfetka bükülünü və göy rəngli cins şalvarının sol cibindən çıxardaraq təqdim etdiyi 01 (bir) ədəd falqanı açarkən içərisindəki 10 ədəd ayrı-ayrı qablaşdırılmış bükümlərdə ağ toz şəkilində maddə aşkar edilmişdir ki, o, bu kütlənin “patı” kimi tanınan psixotrop maddə psixotrop maddə metamfetamin olduğunu, həmçinin şalvarının sol cibindən çıxardaraq təqdim etdiyi göy rəngli selofanı açarkən yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir ki, o, bu kütlənin “nəşə və ot” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olduğunu, 01 oktyabr 2024-cü il tarixdə Whatsapp mobil tətbiqi üzərindən özüə məxsus olan mobil telefonun +994-77-510- 84-24 saylı mobil nömrəsinə İran İslam Respublikasının vətəndaşı Şərafəddin adlı əvvəlcədən tanıdığı şəxs tərəfindən göndərilmiş Bakı şəhərində yerləşən məkan üzərindən yolun kənarından əldə etdiyini, öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini və satmadığını bildirmişdir. Qara rəngli gödəkçəsinin sol içəri cibindən çıxardaraq təqdim etdiyi 01 (bir) ədəd salfetka bükülü elektron tərəzidə çəkilərkən 3,97 qram, göy rəngli cins şalvarının sol cibindən çıxardaraq təqdim etdiyi 01 (bir) ədəd falqanın içərisində olan 10 ədəd ayrı-ayrı qablaşdırılmış bükümlər ümumilikdə 0,75 qram və şalvarımın sol cibindən çıxardaraq təqdim etdiyim göy rəngli selofanı elektron tərəzidə çəkilərkən 12,21 qram təşkil etmiş və hər biri ayrı-ayrılıqda 03 ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərflərin üzərinə o, və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan başqa üzərindən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Video çəkiliş başa çatandan sonra üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün o da daxil olmaqla bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər (cild 01, iş vər. 195-198). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixində saat bir raddələrində “Görüş” kafesində olan zaman Təqsirləndirilən şəxs “Azsamand” markalı maşından düşərək bir nəfər şəxs ilə birlikdə şübhəli şəkildə kafeyə daxil olmuşdur. O, şübhələnərək əməliyyat qrupuna məlumat vermiş və əməliyyatçılarla birlikdə kafeyə daxil olmuşdur. Kafedə müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman sol kurtkanın cibindən salfet bükümdə kristal kütlələr, şalvarın sol yan cibindən göy salafonda narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, Təqsirləndirilən şəxs “Görüş” adlı kafedə saxlanılmış və orada onun üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman orada əməliyyat müvəkkiləri və vəkil də iştirak etmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına qarşı heç bir müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı polis əməkdaşları tərəfindən ona heç bir təzyiq və təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 məhkəməyədək icraat dövrüündə vermiş olduğu ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, rayon ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərir. Himayəsində 2 övladı var. 02 oktyabr 2024-cü il tarixdə təxminən saat 09:00 radələrində Şabran rayon sakini Təqsirləndirilən şəxs istifadəsində olan +994-70-388-19-14 saylı mobil nömrəmsinə zəng edərək onu və ailə üzvlərini Quba rayonu Çiçi kəndinə aparmağını xahiş etmişdir. O, razılaşmış və 35 manat müqabilində Natiqi və ailə üzvlərini Quba rayonu Çiçi kəndinə apara biləcəyimi bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat təqribən 10 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvandan saat təqribən 10.30 radələrində İlham və ailə üzvlərini götürərək onları əvvəlcədən razılaşdığı ünvana Quba rayonu Çiçi inzibati ərazi dairəsinin Qəni-Dərə kəndinə aparmışdır. Həmin ünvanda o, Natiqin ailə üzvlərini düşürdükdən sonra onunla birlikdə Şabran şəhərinə qayıtmaq üçün yola çıxmışdır. Quba rayonu, İsnovqışlaq kəndi ərazisində olduğu zaman Natiq ona həmin yolun kənarında yerləşən kafelərin birində saxlamağını və bir qədər dincəlib çay içmək istədiyini bildirmişdir. O, Quba rayonu İsnovqışlaq kəndi ərazisində yerləşən “Görüş” kafesində çay içmək məqsədilə idarə etdiyi Azsamand markalı, boz rəngli, **-XG-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlamışdır. O və Natiq çay içmək məqsədilə “Görüş” kafesinə gəlmişlər. 02 oktyabr 2024-cü il tarixdə, saat 12 radələrində Quba rayonu, İsnovqışlaq kəndi ərazisində yerləşən “Görüş” adlanan kafedə olarkən Quba RPŞ-nin əməkdaşları Natiqə yaxınlaşaraq özlərini təqdim edib barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağına dair məlumat olduğunu bildirmişdirlər. Polis əməkdaşları Natiqə üzərində şəxsi axtarış aparılması üçün Quba RPŞ-yə məlumat verərək təhqiqatçı və vəkil dəvət edəcəklərini bildirmişdirlər. Onlar təhqiqatçı və vəkil gələnə kimi Natiqin hərəkətlərini daim nəzarətdə saxlamışdırlar. Təhqiqatçı və vəkil gələndən sonra özünü Quba RPŞ-nin təhqiqatçısı Pənah İbrahimov kimi təqdim edən polis əməkdaşı Natiqə şübhəli şəxs qismində tutularaq dəvət edilmiş vəkilin və polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə saxlanıldığı həmin yerdə üzərində şəxsi axtarış aparılacağını izah etmişdir. Natiq şəxsi axtarışın aparılmasına etiraz etməmişdir. Şəxsi axtarış aparılmağa başlanarkən təhqiqatçı Natiqə üzərində qanunla qadağan olunan nə varsa, hamısını təqdim etməyi təklif etmişdir. Natiq üzərində saxladığı narkotik vasitəni təqdim etmədiyi halda, məcburi şəkildə götürüləcəyini başa düşüb, əynindəki qara rəngli gödəkçəsinin sol içəri cibindən 01 (bir) ədəd salfetka bükülünü, həmçinin göy rəngli cins şalvarının sol cibindən 01 (bir) ədəd falqaya bükülünü və şalvarının sol cibindən çıxardaraq göy rəngli selofanı, 01 ədəd alışqanı təqdim etmişdir. Qara rəngli gödəkçənin sol içəri cibindən çıxardaraq təqdim etdiyi 01 (bir) ədəd salfetka bükülünü və göy rəngli cins şalvarının sol cibindən çıxardaraq təqdim etdiyi 01 (bir) ədəd falqanı açarkən içərisindəki 10 ədəd ayrı-ayrı qablaşdırılmış bükümlərdə ağ toz şəkilində maddə aşkar edilmişdir ki, Natiq bu kütlənin “patı” kimi tanınan psixotrop maddə psixotrop maddə metamfetamin olduğunu, həmçinin şalvarının sol cibindən çıxardaraq təqdim etdiyi göy rəngli selofanı açarkən yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir ki, Natiq bu kütlənin “nəşə və ot” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olduğunu, 01 oktyabr 2024-cü il tarixdə Whatsapp mobil tətbiqi üzərindən özünə məxsus olan mobil telefonun +994-77-510-84-24 saylı mobil nömrəsinə İran İslam Respublikasının vətəndaşı Şərafəddin adlı əvvəlcədən tanıdığı şəxs tərəfindən göndərilmiş Bakı şəhərində yerləşən məkan üzərindən yolun kənarından əldə etdiyini, öz istifadəsi üçün saxladığını, heç kimə vermədiyini və satmadığını bildirmişdir. Qara rəngli gödəkçəsinin sol içəri cibindən çıxardaraq təqdim etdiyi 01 (bir) ədəd salfetka bükülü elektron tərəzidə çəkilərkən 3,97 qram, göy rəngli cins şalvarının sol cibindən çıxardaraq təqdim etdiyi 01 (bir) ədəd falqanın içərisində olan 10 ədəd ayrı-ayrı qablaşdırılmış bükümlər ümumilikdə 0,75 qram və şalvarının sol cibindən çıxardaraq təqdim etdiyi göy rəngli selofanı elektron tərəzidə çəkilərkən 12,21 qram təşkil etdi və hər biri ayrı- ayrılıqda 03 ədəd kağız zərfə qoyularaq qablaşdırılmışdır. Zərflərin üzərinə Natiq və müdafiəçisi imza edərək qablaşdırmanın tamlığını təsdiq etmişlər. Bundan başqa Natiqin üzərindən qanunla qadağan edilən heç nə aşkar edilməmişdir. Video çəkiliş başa çatandan sonra Natiqin üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmişdir. Protokolun məzmunu video çəkilişə uyğun yazıldığı üçün bütün iştirakçılar imza edərək düzgünlüyünü təsdiq etmişlər. O, həmin zərflərin üzərinə, şəxsi axtarış aparılması və avtomobiliə baxış keçirilməsi barədə protokollara imza etməsə də, şəxsi axtarışı və baxışı sona qədər müşahidə etmiş və hətta videoçəkilişə də düşmüşdür. Natiqin üzərindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələri hansı məqsədlə saxlaması barədə onunn əvvəlcədən heç bir məlumatı olmamış, bu barədə Natiqin həmin vaxt üzərində şəxsi axtarış aparılarkən və avtomobilinə baxış keçirilərkən bilmişdir. Həmçinin Polis əməkdaşları tərəfindən saxlanılarkən Natiqə qarşı hər hansı zor tətbiq edilməmiş və zor tətbiq etmə hədəsi işlədilməmişdir (cild 01, iş vər. 148-150). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, narkotik vasitələrin istifadəsində, daşınmasında, saxlanılmasında şübhəli olan Şabran şəhəri, X13 küçəsi ev 34-də yaşayan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:30-da Quba rayonu, İsnovqışlaq kəndində “Görüş’ adlı kafedə şübhəli qismində saxlanılmışdır (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən bir ədəd salfetkaya bükülmüş kütlə, əynində olan qara rəngli gödəkçənin sol içəri cibindən bir ədəd sellofanda on ədəd ayrı-ayrı bükülmüş kütlə və əynində olan göy rəngli cins şalvarın ön sol cibində bir ədəd göy sellofana bükülmüş kütlə aşkar olunaraq qanuna müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, şəxsi axtarışın əks olunduğu video görüntü DVD diskə köçürülərək iş materiallarına əlavə edilmişdir (cild 01, iş vər. 27). Cinayət işinin materiallarında olan məhkəmə - bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/1654 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01(bir) ədəd göy rəngli polietilen bükülüdə təmiz çəkisi – 8.34 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır (cild 01, iş vər. 40-41). Cinayət işinin materiallarında olan məhkəmə fiziki - kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 6/4775 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “..Təqsirləndirilən (imza) Təqsirləndirilən şəxs...” yazıları, soyad və imzalar olan iki ədəd zərfin içərisində qablaşdırılmış 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,896 qram və 10 (on) ədəd bükümlərdə ayrı – ayrılıqda təmiz çəkiləri 0.052 qram, 0,036 qram, 0,047 qram, 0,033 qram, 0,042 qram, 0,044 qram, 0,063 qram, 0,038 qram, 0,030 qram, 0,034 qram ümumilikdə təmiz çəkiləri 2,315 qram olan ağ rəngli, kristallik maddə kütlələri kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 2 (iki) ədəd borucuq formalı predmetin daxilində psixotrop maddə metamfetaminə məxsus izləri aşkar edildi. Metamfetamin iz şəklində olduğu üçün təmiz çəkisini müəyyən etmək mümkün deyildir (cild 01, iş vər. 44-46) Cinayət işinin materiallarında olan məhkəmə - tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 897 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində obyektiv olaraq hər hansı bir xəsarət və onun izi aşkar olunmadı (cild 01, iş vər. 86). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının ekspertizasının xx.xx.2024-cü il tarixli, 7291 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin, Opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(cild 01, iş vər. 152-153). Cinayət işinin materiallarında olan 24 dekabr 2024-cü il tarixli “ elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 077- ***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 19:01:06-da "Ata daş verimde sen", Natiqin istifadəsində olan ***-***-**-** nömrəsindən 070-817-79- 17 mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 19:10:38-də " Ata daş verimde sene daha ne isdiyirsen ", Natiqin istifadəsində olan ***-***-**-** nömrəsindən ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 19:36:09-da " **********422546 qoşı 45m var 15catmir otda verecem prosda indi ged ",xx.xx.2024-cü il tarixdə, saat 19:37:17-də "Otu indi gedirem götürmeye yerindəki bisen harda o arx vara maşını", ***-***-**-** nömrəsindən Natiqin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 19:51:36-da "oldu qaqaşim mehle terefdeyem mene 10 lug biraz normal deyersen; goyar gagaşim ", Natiqin istifadəsində olan ***-***-**-** nömrəsindən ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 19:52:06-da "Yaxşı oldu", 077-519- 03-02 nömrəsindən Natiqin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 22:41:00-da " Burdayam pensiya gəlib alıram varsa gəlim", xx.xx.2024-cü il tarixdə, saat 22:42:37-də "Qram varsa yoxdusa verdə olsa istiyirem ", Natiqin istifadəsində olan ***-***-**-** nömrəsindən ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 07:15:01-də "Röyal pul məndədi 20m kartimdadi 25nuqum var tezedi gecə atabimedim”, Natiqin istifadəsində olan ***-***-**-** nömrəsindən ***-***-**- ** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 07:17:50-də ‘‘Telman caqirdi dedi gətizdirmişəm çoxunu getdim əmanəti ruqu biraz”, Natiqin istifadəsində olan ***-***-**-** nömrəsindən 077- ***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 21:14:19-də “Malik ikidene dobru verecem sen uşaq çatır 20hazirla03zad bele verecem”, 077-501-57- 58 nömrəsindən Natiqin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 21:54:20-də “Malik ikidene dobru”, Natiqin istifadəsində olan ***-***-**-** nömrəsindən ***-***-**-** mobil nömrəsinə xx.xx.2024-cü il tarixdə, saat 12:37:13-də “Röyal ac sozdeyirem gedirem 20m var kartımda gəlim verim onu verge” məzmunlu SMSlər göndərilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid3 barəsində CM-in 307-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 176-187). Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi (narkotik vasitənin və psixotrop maddənin əldə edilməsi, o cümlədən üzərində daşıması ilə bağlı) ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə (polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalması ilə bağlı) gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni polis əməkdaşları tərəfindən fiziki təsirə məruz qalması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir ki, məhkəmə kollegiyası bu hərəkətləri müdafiə taktikasından irəli gələn hərəkətlər kimi qəbul edir və hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmağa çalışır. Həmçinin, iş materiallarında olan məhkəmə tibbi ekspertizasının rəyindən də görünür ki, şəxs polis əməkdaşları tərəfindən saxlanılandan sonra ekspertizadan keçirilmiş və onun bədəni üzərində hər hansı xəsarət izi aşkar edilməmişdir (cild 01, iş vər. 86). Bundan əlavə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsinə münasibətdə isə qeyd edir ki, şəxsin üzərindən narkotik vasitə ilə yanaşı, psixotrop maddə metamfetaminin aşkar olunması, aşkar olunan psixotrop maddənin miqdarının külli miqdardan çox olması, habelə həmin kütlələrin çoxlu sayda xırda bükümlərdə olması, o cümlədən narkotik vasitənin satışına dair SMS-lərin iş materillarında mövcud olması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxs sözügedən narkotik vasitəni və psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edərək üzərində saxlamışdır. Odur ki, bütün yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə tənqidi yanaşır və onu əsaslı sübut növü kimi qəbul etmir, əksinə onun heç bir təsir və təzyiq altında qalmadan ibtidai istintaq zamanı vermiş olduğu ifadəni əsaslı sayaraq ona elan olunan ittihamın əsasına məhz şəxsin həmin ifadəsini qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında qeydiyyatda olmaqla yaşayır və qeydiyyatda olduğu yer üzrə normal səciyyələndirilir (cild 01, iş vər. 139-140). Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Belə ki, o, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, daha sonra Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən qəti olaraq 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay 14 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, cəzasının sonu ilə qeydiyyatdan çıxarılmış, lakin məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 104-118, 139-140). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs son olaraq Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təqsirli bilinərək məhkum oluduğu cinayət əməli az ağır cinayət sayıldığından və CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan sonra 02 müddətə il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə CM-in 65.2-ci maddəsinin müddəalarını nəzərə almaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzanın son həddinin yarısından az olmayan həddə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin əvvəlki məhkumluqlarına diqqət yetirdikdə görünür ki, o, daha əvvəl də eynicinsli cinayət əməllərini törətməyə görə təqsirli bilinərək azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş, lakin bundan nəticə çıxarmamış, sonradan yenidən qəsdən ağır cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 01, iş vər. 18-19). Cinayət işinin materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmadan azad edilmiş və Quba MSY-dən azadlığa buraxılmışdır (cild 01, iş vər. 36). Cinayət işinin materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 93-97). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılmalı, cəza çəkmə müddətinin başlanğıcı isə xx.xx.2024-cü il tarixdən hesablanmalı, həmçinin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Quba Rayon Polis Şöbəsində saxlanılan 8,29 qram narkotik vasitə qurudulmuş marixuana, 2,205 qram psixotrop maddə metamfetamin, narkotik vasitə və psixotrop maddənin olduğu 02 ədəd kağız paket hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 158 AZN (yüz əlli səkkiz bir manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin olunan cəzaya hesablanmaqla çıxılsın və üzərində 06 (atı) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlə tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Quba Rayon Polis Şöbəsində saxlanılan 8,29 qram narkotik vasitə qurudulmuş marixuana, 2,205 qram psixotrop maddə metamfetamin, narkotik vasitə və psixotrop maddənin olduğu 02 ədəd kağız paket hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 158 AZN (yüz əlli səkkiz manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar