Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-241/2024 02.10.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X15 (sədrlik edən), X9 və X10 ibarət tərkibdə, məhkəmə iclasının katibi X24 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Kamandar Nəsibov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 145.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci tarixdə saat 20:00 radələrində işləmək üçün Latviya Respublikasına getmiş qardaşı Şahid6 ona zəng edərək arvadı Şahid1 ilə əlaqə yarada bilmədiyini və yaşadıqları mənzilin giriş qapısının üzərində olan kameranın söndürüldüyünü bildirərək həmin mənzilə getməsini xahiş etdikdən sonra saat 20:30 radələrində Şahid1 yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən "xxxx" MTK-nın 14 mərtəbəli binasının 13-cü mərtəbəsində, blok A, mənzil 100 ünvanına gəlmiş, sonuncu qapını açdıqdan sonra mənzildə sonradan şəxsiyyətini aydınlaşdırdığı xx.xx.1998-ci il tarixdə Gədəbəy rayonunun Blankənd kəndində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan Zərərçəkmiş şəxs aşkar edib, qardaşı arvadı Şahid1 ilə cinsi əlaqədə olmasını aydınlaşdırdıqdan sonra Zərərçəkmiş şəxs qarşı fiziki zor göstərərək otağın qapısını bağlayıb sərbəst hərəkət etməsini tam məhdudlaşdıraraq digər şəxslərin həmin otağa daxil olmamasını bəyan etmiş, sonuncunu yataq otağından çıxmasına mane olaraq Şahid1 valideynləri və qardaşlarının gəldiyi müddətədək qardaşı arvadının xəyanətini sübut etmək niyyəti ilə yataq otağında saxlamaqla adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum edərək, bununla özündən asılı vəziyyətə gətirmiş, sonuncunun bədəninin müxtəlif nahiyyələrinə yumruq və sillə vurmaqla sağ yanaq və çənə nahiyyəsinin qançırı, alt dodağın selikli qişasının əzilmiş yarası və qansızması xəsarətlərini yetirərək davamlı və uzun müddət, yəni 01 saat 45 dəqiqə ərzində mütəmadi döymüş, habelə uca səslə özünün və ailə üzvlərinin ünvanına nalayiq, şəxsiyyətini müstəsna dərəcədə alçaldan söyüş və qeyri-etik sözlər işlətməklə davamlı və mütəmadi olaraq şərəf və ləyaqətini alçaltmış, əynindəki paltarları soyundurmaqla özünün “Xiaomi” markalı mobil telefonu ilə paltarsız vəziyyətdə şəkillərini çəkərək onun şəxsiyyətini cəmiyyət arasında rüsvay edəcəyi ilə davamlı olaraq hədələmiş, qeyd edilən qanunazidd psixi və fiziki zorakı əməlləri ilə Zərərçəkmiş şəxs özünü öldürmə həddinə çatdırdığından sonuncu saat 22:30 radələrində Şahid1 yaxın qohumlarının gəlməsindən sonra yaranan qarışıqlıqdan istifadə edərək yataq otağından eyvana açılan pəncərədən, binanın 13-cü mərtəbəsindən özünü ataraq baş-beyinin toxumasının əzilib-dağılması, evakuasiası (kəllə boşluğundan xaricə çıxması), kəllə qapağı və kəllə əsası sümüklərinin iri ölçülü sümük deffekti ilə qəlpəli sınıqları, sağ ağciyərin, ürək kisəsinin, ürəyin, qaraciyərin və dalağın cırılması xəsarətlərini alaraq özünü öldürməsi İlə sonuncunun azadlıqdan məhrum edilməsi ehtiyyatsızlıqdan ağır nəticələrə səbəb olmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan ona elan edilmiş ittihamlar üzrə - CM-nin 125-ci maddəsi ilə təqsirli bilməyərək, CMnin 145.3-cü maddəsi ilə isə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, kiçik qardaşı Şahid6 hadisə baş verən günü ona zəng edib evdən narahat olduğunu, kameranın da işləmədiyini deyib və gedib evi yoxlamasını istəyib. O, həmin vaxt işdə idi, taksi ilə qardaşı Yasinin Masazırdakı evinə gedib və qapını döysə də, 10-15 dəqiqə ərzində qapını açan olmayıb. O, yəqin qardaşı arvadı Gültacın başqa yerə getdiyini düşünüb və qayıtmaq istəyəndə qapının aralandığını eşidib. Gültac qapını açıb və azyaşlı qardaşı oğlu həmişəki kimi onun üstünə gəlib, onunla görüşdükdən sonra Gültacdan niyə telefonlara cavab vermədiyini soruşduqda Gültac cavab verməyib. Qardaşı oğlu “əmi, evdə başqa əmi də var” dedikdə o, düşünüb ki, o biri qardaşı da evdədir. İçəri keçdikdə heç kəsi görməyib, qardaşı oğlu əli ilə çarpayının altını göstərib və yenə eyni sözləri təkrar edib. Çarpayının altına baxdıqda sonradan adını, soyadını bildiyi Zərərçəkmiş şəxs çarpayının altında gizləndiyini görüb. X18 heç bir tanışlığı olmayıb, onu ilk dəfə həmin günü o evdə görüb. O, Zərərçəkmiş şəxs “bu nə şəxsiyyətsizlikdir edirsiz, utanmırsanmı ailəli bir qadının evinə girirsən?” dedikdə, Zərərçəkmiş şəxs bu əmələ görə peşmançılığını bildirib. O, Zərərçəkmiş şəxs qardaşı arvadı Gültacın valideynlərini çağıracağını və onlar gələnə kimi gözləməsini bildirib, Məhəmmədəli isə “Gültaca heç nə olmayacaqsa, gözləyim” deyib. O isə “heç kəsə heç nə olmayacaq, qızın ailəsi gəlsin, sonra birlikdə çıxıb gedərsiz” deyib. Məhəmmədəli ilə söhbət edib, ona su verib. Söhbət zamanı öyrənib ki, Zərərçəkmiş şəxs Gədəbəylidir və deyib ki, “özü də yerliyik, sənin ailəli, evdə uşaq olan bir mənzildə nə işin var, ayıb deyilmi?”. Bir az gözlədikdən sonra Gültacın anası Cəmalə, atası İqbal və qardaşları Etibar və Ehtiram gəlib. O, yalnız Gültacın valideynlərinə xəbər edib onları çağırtdırıb, öz qardaşlarının da gələcəyindən xəbəri olmayıb. Üzərlərində kəsici-deşici alətin olmamasından tam əmin olmaq üçün qapının girişində onların üzərini yoxlayıb. Onlar evə keçiblər, bu zaman Məhəmmədəli yataq otağında olub. Gültacın anası Cəmalə həyəcanlandığı üçün ona su vermək üçün mətbəxə keçib və bu zaman Zərərçəkmiş şəxs yaranmış qarşıqlıqdan istifadə edib özünü pəncərədən atıb. O, bir də evdəkilərin səsini eşidib ki, Məhəmmədəli özünü pəncərədən atıb. O, tez mətbəxdən çıxıb otağa keçdikdə Zərərçəkmiş şəxs otaqda olmadığını görüb. Zərərçəkmiş şəxs otaqda olanda nə çöl qapısı, nə də otağın qapısı bağlı olmayıb. O, Zərərçəkmiş şəxs gözləməyə məcbur eləməyib, onu zorla saxlamayıb, sadəcə gözləməsini istəyib. Gültacın valideyni və qardaşları gəldikdən sonra 15 dəqiqə söhbət eləyiblər və sonra bu hadisə baş verib. Şahidlər də görüb ki, o, Zərərçəkmiş şəxs zor tətbiq etməyib, Zərərçəkmiş şəxs ondan fiziki cəhətdən güclü olub, boyu da onun boyundan hündür olub. O, Məhəmməli Əmiraslanovun özünü pəncərədən atmasını görməyib, evdə olan digər şəxslərin isə həmin vaxt qarışıqlıq olduğundan hansı otaqda olmalarını xatırlamır. Onlar 4 qardaşdırlar, hər biri öz işində-gücündə, dövlətə xeyir verən insanlardırlar, kiçik qardaşı “İİ Qarabağ müharibəsi”ndə iştirak edib. Bu hadisədən sonra atası iki dəfə infarkt keçirdikdən sonra rəhmətə gedib, anası yataq xəstəsi olub, həyat yoldaşı xəstəlik tapıb, özü aylardır ki, həbsdədir. O, heç vaxt bütün bunların baş verməsini istəməzdi. O, zərərçəkmişin atasından bu hadisənin zərərçəkmiş şəxsin ailəsindən çox onun ailəsinə zərər vurduğunu analiz etməsini və onu düzgün başa düşməsini xahiş edir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, qardaşı Şahid6 zəngindən sonra saat təqribi 9-10 radələrində taksi ilə Masazıra onların evinə gedib. Məhəmmmədəli Əmiraslanov çarpayının altından çıxanda əynində kurtka və şalvar olub, kurtkanın altında mayka olub olmadığını xatırlamır, Gültacdan onun kim olduğunu soruşanda Gültac dillənməyib. Gültaca digər otaqda uşağın yanında oturmasını deyib, özü isə Məhəmmmədəli Əmiraslanovla birlikdə yataq otağında qalıb, Məhəmmmədəli Əmiraslanov çarpayıda oturub və onlar Gültacın ata-anasının gəlməsini gözləyiblər. Həmin otağın qapısının açar yeri nasaz olduğundan bağlanmayıb, qardaşı oğlu bu hadisədən təsirlənməsin deyə o, sadəcə qapını örtüb. Söhbət zamanı X2 cinsi əlaqədə olduğunu və həmin evə artıq ikinci dəfə gəldiyini özü etiraf edib. Məhəmmmədəli Əmiraslanovun bu etirafından sonra aralarında heç bir dava-dalaş olmayıb, mərhuma heç bir xəsarət yetirməyib. X22 valideynlərindən 10 dəqiqə əvvəl gəlib və bu müddət ərzində o, Gültaca bir şillə vurub, Məhəmmmədəli Əmiraslanova isə heç nə eləməyib. Gültacın valideynlərinə zəng etdikdən 30-45 dəqiqə sonra onlar hadisənin baş verdiyi həmin evə gəliblər. Qardaşı Anarı da o özü çağırıb ki, Gültaca nəzarət eləsin ki, birdən özünə nəsə edər. X3 heç bir mübahisəsi olmayıb, Anar heç yataq otağına girməyib, ancaq Gültacın yanında durub. Anar gəldikdən sonra da Məhəmmmədəli Əmiraslanovun getməyə imkanı olub. O, Gültacın ailəsi gələnə qədər Məhəmmmədəli Əmiraslanova “getmə, gözlə, gir içəri” kimi sözlər deməyib, telefonu ilə Məhəmmmədəli Əmiraslanovun şəklini çəkməyib. X5 arasında heç bir dartışma, dalaşma olmayıb, o, səbirli biri olduğundan özünü cilovlayıb, sadəcə Şahid1 bir şillə vurub, Məhəmmmədəli Əmiraslanova isə əl qaldırmayıb. O, Məhəmmmədəli Əmiraslanovu görəndə əynində geyimi olub sonradan da heç kim onun paltarını əynindən çıxarmayıb. Məhəmmmədəli Əmiraslanov özünü pəncərədən atanda otaqda heç kim olmayıb, hamı evin zalında olub, otağın qapısı isə açıq olub. Hamı Gültacı əsas günahkar gördüyü üçün onu danlayıb, Gültacın qardaşları ilə onların arasında kiçik mübahisə də düşüb. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X7 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, 28 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Masazır kəndində yerləşən çoxmərtəbəli binadan düşərək ölən 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs onun oğlu idi. O əvvəllə təqsirləndirilən şəxsin ailəsini tanımayıb, onlarla heç bir tanışlıqları olmayıb. 29 dekabr 2022-ci il tarixdə ona Abşeron Polis İdarəsindən zəng gəlib və onu idarəyə çağırıblar. İdarədə ona morqa getməsini deyiblər, o, morqda öz oğlunu tanıya bilməyib. Oğlu Zərərçəkmiş şəxs hadisədən 5-6 ay öncə DİN-in X26 işə düzəlib. Oğlu Məhəmmədəlinin ölümünün səbəbkarı Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs oğlu Məhəmmədəlinin azadlığını qanunsuz olaraq məhdudlaşdırmaqla onu təzyiq altına saxlayıb, onu döyüb, şərəf və ləyaqətini alçaldıb, hədə-qorxu gəlib, bu səbəbdən də oğlunun ölümünün səbəbkarı Təqsirləndirilən şəxsdur. O, hadisənin birbaşa şahidi olmayıb, oğlu subay olub, oğlunun Şahid1 ilə münasibəti olmasından xəbəri olmayıb. O, Şahid1, təqsirləndirilən şəxsi və onların ailələrini əvvəlcədən tanımayıb. Məhkəmənin ilkin iclaslarında zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, onlarla barışmadığını bildirsə də, sonradan o, məhkəməyə notarial qaydada təsdiqlənmiş xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsdən heç bir şikayət, iddia və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmiş və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, hadisə baş verən gün, 28 dekabr 2022-ci ildə Zərərçəkmiş şəxs sosial şəbəkə vasitəsilə israrla onunla görüşmək istədiyini bildirib. O da razılaşıb, Zərərçəkmiş şəxs evinə dəvət edib. Təxminən saat 19 radələrində Zərərçəkmiş şəxs onların Masazırda yaşadığı evinə gəlib, bu zaman azyaşlı oğlu evin zalında yatıb. Telefonunu da zal otağında sönülü vəziyyətdə batereya yığmağa qoyub. Məhəmmədəli evə gələndən təxminən 90 dəqiqə sonra qapı döyülüb, bu zaman oğlu oyanıb və Məhəmmədəli paltarını geyinib mətbəxə keçib. Əynində şalvarı olub, üstündə heç nə olmayıb. Qapıya baxmağa gedəndə Məhəmmədliyə gözləməsini deyib, oğlu da Məhəmmədilinin yataq otağına keçməsini görüb. O, həyəcanla qapını açıb, qaynı Rasimlə salamlaşdıqdan sonra, oğlu qaynına “əmi, evdə əmi var” deyib və qaynı Rasim onun yataq otağına keçib və bu zaman o oğlu ilə birgə zala keçib. Rasim evdə başqa şəxsin olduğunu görəndən sonra onu şillə ilə vurub. Zərərçəkmiş şəxs kim olduğunu, evdə neynədiyini soruşub. Zərərçəkmiş şəxs isə peşimançılığı bildirərək üzr istəyib. Rasim və Zərərçəkmiş şəxs yataq otağında tək olublar, yataq otağının qapısının qıfılı yaxşı işləmədiyindən onu bağlamaq olmurdu, ona görə də elə-belə, yarımaçıq vəziyyətdə örtüb ki, azyaşlı oğlu otağa girməsin. Qaynı Rasim o biri qaynı Anarı, daha sonra onun ailəsini çağırıb. Əvvəlcə Anar, ondan bir az sonra isə onun anası, atası və qardaşları gəliblər. Hər kəs onu danlayıb, onun üstünə qışqırıblar, Anar isə onun əlini tutub ki, o, özünə heç nə eləməsin. Anar ancaq onun yanında olub, Rasim isə yataq otağında Zərərçəkmiş şəxs yanında olub. Valideynlərini Rasim qarşılayıb, onun qardaşlarının üzərlərini yoxlayıb evə buraxıb, anası özünü pis hiss elədiyindən ona su veriblər. Qardaşı Ehtiram və qaynı Anar mübahisə ediblər, bu səsə Rasim zal otağına gəlib. Sonra Rasimə zəng gəldiyi üçün Rasim çölə çıxıb, bu zaman onun anası Cəmalə, Məhəmmədəlinin olduğu yataq otağına keçib sonuncu ilə nəsə danışıb. Sonradan anası ona danışıb ki, yataq otağında Zərərçəkmiş şəxs ona “mən çox utanıram, sizdən üzr istəyirəm, mən burada sadəcə gözləyirəm ki, Gültaca bir şey olmasın, onsuz da bu gün mənim son günümdür” deyib. Bu zaman oğlu su istəyib və oğluna su vermək üçün anası mətbəxə keçib, daha sonra anası “vay aman, özünü atdı” deyə qışqırıb. Bu vaxtı isə qaynı Rasim Zərərçəkmiş şəxs yanında olmayıb. Evin pəncərəsi həmişəki kimi açıq olub. Bu zaman Rasim içəri gəlib Məhəmmədəlinin özünü atdığını bildikdən sonra Zərərçəkmiş şəxs nəzarət etmədiyi üçün Anarın üstünə qışqırıb. Anar isə ancaq mənə nəzarət etdiyini deyib. Daha sonra hamını polis bölməsinə aparıblar, o çox həyəcanlı, gərgin idi. Polisdə hər kəs ondan təcili hər şeyi xatırlamağını tələb edib, onunla kobud şəkildə danışıblar, o isə həmin vaxt hadisənin təsirində olub. O, hər şeyi olduğu kimi danışıb, müstəntiq isə yazıb, amma müstəntiqin yazdıqlarını oxumayıb. Prokurorluq əməkdaşları evində çəkiliş aparan zaman o, hər şeyi olduğu kimi danışanda ona əvvəlki kimi kağızda yazıldığı kimi danışmalı olduğunu, həmin kağızdakı ifadəni onun verdiyini, sonda da imzası olduğunu deyiblər. Onu yataq otağının qapısının bağlı olduğunu deməyə məcbur ediblər, lakin o, yataq otağının qapısının bağlanmadığını deyib. Şahid1 ona verilən suallara cavab olaraq bildirdi ki, Şahid6la 2018-ci ildə evləniblər, bu nikahdan bir övladları var. Zərərçəkmiş şəxs 2017-ci ildə tanıyıb. Ailə qurmamışdan əvvəl də onunla görüşüb, ailə qurduqdan sonra isə bir dəfə evində, bir dəfə də binanın pilləkənlərində Zərərçəkmiş şəxsla görüşüb. Hadisə baş verən günü Məhəmmədəli ilə 2-ci görüşləri olub və həmin görüşdə ilk dəfə cinsi əlaqədə olublar. Evdə kamera olub, lakin həmin vaxt kameranı söndürüb, telefonu da sönülü olub. Rasim və Zərərçəkmiş şəxs arasında əlbəyaxa heç bir dava olmayıb, Rasimin Məhəmmədəlini söydüyünü eşitməyib. Zərərçəkmiş şəxs istədiyi vaxt evdən çıxıb getmək imkanı olub, lakin o, sonradan eşidib ki, Zərərçəkmiş şəxs ona görə evdə öz razılığı ilə qalıb. O, Zərərçəkmiş şəxs döyüldüyünü və qaynı Rasimin Zərərçəkmiş şəxs çılpaq şəkillərini çəkdiyini görməyib, görməyi də mümkün deyildi, çünki o, yataq otağında olmayıb, evin zalında olub. Yataq otağının qapısındakı şüşələr bulanıqdır, lakin şəffaf yerdən kiçik məsafə var, oradan otağın içini görmək olur, həmçinin bulanıq şüşələrdən içəridə olanların kölgəsi də görünür. Əgər qaynı Rasim Zərərçəkmiş şəxs şəklini çəksə idi, ya da onunla arasında hər hansı münaqişə olsaydı, o da eşidərdi. Anar da Zərərçəkmiş şəxsla mübahisə etməyib. Şahid1 məhkəmə iclasında verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyət olduğundan, onun ibtidai istintaqdakı ifadəsi elan olunaraq tədqiq edilmiş, o, ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, Qaynı Rasim təxminən 5-10 dəqiqə qapını döymüşdür. Qapını açanda qaynı Rasim ona “Niyə kameranı söndürmüsən və niyə mobil telefonuna zəng çatmır” deyə soruşmuşdur. O isə qorxduğu üçün qaynı Rasimə heç bir cavab verə bilməmişdir. 20 dəqiqə əvvəl oyanmış oğlu Raul qaynı Rasimə yataq otağını göstərərək “Əmi, orda əmi gizlənib” sözlərini demişdir. Qaynı Rasim ondan “Harda gizlənib” deyə soruşmuşdur. Bundan sonra oğlu Raul “Kravatın altında” cavabını vermişdir. Bundan sonra qaynı Rasim yataq otağına daxil olmuş və sol tərəfdəki çarpayının altına baxdıqda orda Zərərçəkmiş şəxs görmüş və ona “Çıx burdan” demişdir. Zərərçəkmiş şəxs özü bu sözdən sonra çıxmış və qaynı Rasim onu çarpayının üstündə otuzdurmuşdur. Qaynı Rasim ondan uca səslə “Sən kimsən, evli qadının evində nə işin var?” deyə soruşmuşdur. Zərərçəkmiş şəxs isə qaynı Rasimdən üzr istəmişdir. Zərərçəkmiş şəxs qaynı Rasimə onunla birinci dəfə görüşdüyünü demişdir. O, qaynı Rasimin Zərərçəkmiş şəxs nəsə etməsinin qarşısını almaq üçün yataq otağına girməyə çalışsa da, Rasim onun üstünə qışqıraraq “Keç o biri otağa uşağın yanına” demişdir. Bundan sonra qaynı Rasim yataq otağının qapısını bağlamışdır. Yataq otağında Zərərçəkmiş şəxs və qaynı Rasim qalmışdır. O isə qonaq otağında oğlu Raul ilə bir yerdə olmuşdur. Qaynı Rasim və Zərərçəkmiş şəxs otaqda tək olan vaxt o, Rasimin Məhəmmədəli ilə ucadan danışdığını və Məhəmmədəliyə söyüşlər söydüyünü, hətta bir neçə dəfə şillə ilə vurduğunu eşitmişdir. Qaynı Rasim və Zərərçəkmiş şəxs yataq otağında olduğu vaxt Rasimin telefonuna zəng gəlmiş və Rasim “Anar, tez gəl bura” demişdir. Bundan təxminən 40 dəqiqə sonra yəni saat 21:30 radələrində qaynı Anar ora gəlmişdir. Bu müddətə qədər Rasim Məhəmmədəli ilə yataq otağında qalmış və onunla ucadan danışaraq onu ağır söyüşlərlə təhqir etmişdir. Qaynı Anar gələndə mənzilin qapısını özü açmış və mənzilə daxil olmuşdur. Qaynı Anar evə daxil olduqda qaynı Rasim yataq otağının qapısını açmışdır. Qaynı Anar yataq otağına daxil olmuşdur. Lakin qaynı Rasim ona “Sən get Gültacla Raulun yanında dur” demiş və yenidən otağın qapısını bağlamışdır. O, bu müddət ərzində qaynı Anar ilə qonaq otağında qalmışdır. Bir müddət sonra isə o özünü pis hiss etdiyi üçün hamam otağına getmişdir. Elə bu zaman Rasim yenidən otaqdan çıxmış və onun yanına gəlmiş, ona bir neçə dəfə şillə vurmuş və onu olan hadisələrə görə danlamış və təhqir etmişdir. O, Rasimə eyvana çıxıb hava almaq istədiyini demişdir. X27 tərəf dönərək “Gültacı hamamda saxla, qoyma eyvana çıxsın, birdən özünə nəsə edər” demiş və yenidən yataq otağına gedərək qapını bağlamışdır. Bütün bu müddət ərzində mənzilin qapısı da bağlı olmuşdur. O, hamamdan da Rasimin Məhəmmədəliyə qışqırmasını eşitmişdir. Saat təxminən 22:15 radələrində atası İqbal, anası Cəmalə, qardaşları Etibar və Etiram gəlmişlər. Onlar gəlməmişdən bir az qabaq o artıq hamam otağından çıxmışdır. Valideynləri və qardaşları gəldikdən sonra qaynı Rasim yataq otağının qapısını açmışdır. Valideynləri və qardaşları gələndə nə baş verdiyini soruşmuşlar. Qaynları Rasim və Anar “Görmürsünüz evdə yad kişi var, Gültac başqa kişi ilə münasibət saxlayır” demişdir. Bundan sonra anası Cəmalə və qardaşı Etibar ona şillə ilə vurmuşlar. Qardaşları Etibar və Etiram Zərərçəkmiş şəxs vurmaq istəsələr də, atası İqbal onlara imkan verməmişdir. Lakin ona görə qardaşı Etibar Zərərçəkmiş şəxs şillə ilə vurmuşdur. Bütün bunlara görə qohumları arasında da mübahisə yaranmışdır. Həmin vaxt yataq otağında olan Zərərçəkmiş şəxs yanında yalnız anası Cəmalə olmuşdur. X11 vermək üçün mətbəxə getmişdir. Həmin vaxt hamısı qonaq otağında olmuşlar. O, pəncərənin səsini eşitmişdir. Qaynı Rasim “Oğlan özünü atdı" sözlərini demişdir. Saat təxminən 22:30 radələri olmuşdur. Bundan sonra aralarında mübahisələri yaranmışdır. Qaynı Rasim “102” xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Bir müddət sonra hadisə yerinə polis və prokurorluq əməkdaşları gəldilər. Zərərçəkmiş şəxs qaynı Rasim həm təhqir etmiş, həm də döymüşdür. Bundan başqa qardaşı Etibar ona sillə vurmuşdur. Bunlardan başqa kimsə Məhəmmədəlini təhqir etməmiş və döyməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, qardaşı Şahid6 arvadı Gültac və onun oğlu Raulla birgə yaşayıb, belə ki, qardaşı Yasin işləmək üçün Litva Respublikasına getdikdən sonra Gültac və oğlu tək qalmaması üçün onların evində yaşamağa başlayıb. Hadisə baş verən günü qardaşı Yasin Ukraynadan ona zəng edib Gültaca zəng çatmadığını gedib evə baxmasını deyib. Şəhərdə olduğu üçün o, özü gedə bilmədiyindən qardaşı Rasim Gültacgilə gedib və sonra ona zəng edərək təcili Yasingilə getməsini söyləyib. O da qardaşı Yasinin evinə gedib, evə daxil olduqdan sonra vəziyyəti görüb. Həmin vaxt yataq otağının qapısı yarımçıq açıq olub, Zərərçəkmiş şəxs həmin otaqda olub. Qardaşı onu yataq otağına keçməyə qoymayıb, buna görə də qardaşı uşağını və Gültacı sakitləşdirmək üçün o, qonaq otağında dayanıb. Sonra Gültacın qardaşları, atası, anası gəliblər və qonaq otağında onlarla aralarında söz-söhbət yaranıb. Bu zaman digər otaqda Məhəmmədəlinin özünü balkondan aşağı atdığını biliblər. Şahid7 ona verilən suallara cavab olaraq bildirdi ki, Rasim ona zəng edəndə o “Şamaxinka” deyilən yerdə olub. Əslində qardaşı ölkə xaricində olduğu üçün o, Gültacla bir evdə qalıb, səhər işə gedib, evə gecə gəlib. O, qardaşı Rasimin zəngindən 30-40 dəqiqə sonra evə çatıb, qapı açıq olduğu üçün özü içəri daxil olub. Rasimin Zərərçəkmiş şəxs qarşı hər hansı alçaldıcı hərəkətini görməyib. İbtidai istintaq zamanı məcburi ifadə verib. Ümumiyyətlə, verdiyi ifadəni xatırlamır. Polis idarəsində təzyiqlərə məruz qalıb. Zərərçəkmiş şəxs olan otağa daxil olmağa qardaşı Rasim icazə verməyib, Rasim Zərərçəkmiş şəxsla sərbəst söhbət edib. Rasimin Zərərçəkmiş şəxs o otaqda məcbur saxladığını deyə bilməz, çünki, o, həmin otağa girə bilməsə də, Zərərçəkmiş şəxs istədiyi vaxt çıxıb getmək imkanı olub. Rasimin Zərərçəkmiş şəxs vurmasını, alçaldıcı sözlər deməsini eşitməyib. Gültacgilin yataq otağının qapısının kilidi xarab olduğundan, qapını bağlamaq olmurdu, ancaq örtmək olurdu. Şahid7 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun ibtidai istintaqdakı ifadəsi elan olunaraq tədqiq edilmiş, o ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, o Gültac gilin yaşadığı evə gəlmiş, içəridən başqa səslər də gəlmişdir. Başa düşmüşdür ki, evdə tanımadığı şəxs və ya şəxslər vardır. Evin Gültac və Yasin yatan otağında qardaşı Rasimin səsi gəlmişdir. Rasim uca səslə “Sən bizim şərəfimizi alçaltdın, bu evə niyə gəlmisən? Bilmirsən ki, burda ailə yaşayır?” demiş və sanki sillə səsi eşitmişdir. Düşünmüşdür ki, Rasim otaqda olan şəxsə sillə vurur. Bu sözlərdən və səs-küydən, habelə Gültacın kövrək vəziyyətindən anlamışdır ki, Rasim Gültacı başqa kişi ilə tutmuşdur. Gültacdan nə baş verdiyini dəqiq öyrənmək üçün suallar verdikdə sonuncu heç bir cavab verməmişdir. Otaqda Rasimlə birgə olan şəxsin kim olduğunu bilməmiş və onu görməmişdir. Heç onun səsini də eşitməmişdir. Çünki Rasimin həmin şəxsə qışqırmasını eşitdikdən sonra Raul qorxmasın deyə onu sakitləşdirməyə çalışmışdır. Qardaşı da ona içəridən demişdir ki, “Sən otağa girmə, Gültacı sal hamama, birdən özünə nəsə eliyər". Təxminən 20-25 dəqiqə müddətində Rasim və həmin şəxs otaqda olmuşlar. Gültacı əvvəl hamama salmış, sonra isə yenidən ümumi zala keçmişlər. Zalda Gültac və Raulla birgə olmuş və Raulu sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Rasim otaqdan ona “Gültacın valideynlərinə xəbər etmişəm, sən də zəng vur, gör harada qalıblar. Gültacın anası Cəmaləyə zəng etmiş və harada olduqlarını soruşmuş, sonuncu isə tezliklə çatacağını bildirmişdir. Bundan təxminən 15 dəqiqə sonra Gültacın anası Cəmalə, atası İqbal və qardaşı Etiram, Etibar evə gəlmişdir. Cəmalə və İntiqam nə baş verdiyini soruşmuşlar, o isə Gültacın başqa kişi ilə münasibətinin aşkara çıxmasını və qardaşı Rasimin bunu tutmasını demişdir. Onlar Gültacın üstünə qışqırmışlar və nə üçün belə etdiyini demişlər. Bu zaman Rasim içəridən otağın qapısını açmış, Etiram isə əsəbi-əsəbi otağa daxil olmuşdsur. Bunun ardınca İqbal da otağa daxil olmuşdur. Təxminən 5 dəqiqə müddətində onlar otaqda olmuşlar, lakin otaqda yalnız qışqır-bağır səsi gəlmiş, qohumlar həmin şəxsdən nə üçün bura gəldiyini soruşmuşlar, lakin sillə-təpik-yumruq səsləri gəlməmişdir. Rasim, İntiqam və Ehtiram Gültacın üstünə gəlmişlər və ondan nə üçün belə əxlaqsız əmələ yol verdiyini soruşanda tappıltı səsi eşitmişdir. Mübahisə olan qonaq otağında pəncərənin açıq olduğunu və həyətə baxdıqda həmin şəxsin özünü oradan atıb özünü öldürdüyünü görmüşdür. Bundan sonra “102" xidmətinə zəng edərək həmin şəxsin özünü binadan atıb öldürməsi barəsində məlumat verilmişdir. Zərərçəkmiş şəxs tanımamışdır. Onunla hər hansı ünsiyyəti olmamışdır. Həmçinin evə ilk daxil olanda Rasimin həmin şəxsə bərk qışqırdığını, habelə sillə səsləri də eşitmişdir. Başa düşmüşdür ki, Rasim həmin şəxsə sillə vurur. Düşünür ki, həmin şəxs öz əxlaqsız əməli yerində aşkar olunduğu üçün qorxudan özünü evdən atmış və intihar etmişdir. Onu heç kəs pəncərədən aşağı atmamış və ya buna məcbur etməmişdir. Qardaşının məqsədi bu əxlaqsızlığı hamının bilməsi və Gültacı evdən qovmaq olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, bacısı Şahid1 2018-ci ildə Şahid6 ilə ailə həyatı qurub, bu nikahdan onların bir oğlu (2019-cu il təvəllüdlü Raul) dünyaya gəlib. 2022-ci ilin avqust ayında Yasin işləmək üçün Latviya Respublikasına gedib. 28 dekabr 2022-cü il, saat təxminən 21 radələrində valideynləri ona zəng edib tez gəl evə gəlməsini və Rasimin onları çağırdığını deyiblər. O valideynləri və qardaşı ilə birlikdə bacısının yaşadığı Masazırdakı evlərinə gedib. Aşağıdakı qapının domofon açarını yuxarıdan onlara atıblar. Evə, bacısının yaşadığı mənzilə qalxıb qapını açıb içəri daxil olublar. İçəri girən kimi onları Rasim qarşılayıb və üzərlərini yoxlayıb, daha sonra Rasim onlara təmkinli olmalarını deyib. İçəri keçib, yataq otağında Zərərçəkmiş şəxs gördükdə söhbətin nə yerdə oluğunu anlayıb, özünü cilovlaya bilməyib Zərərçəkmiş şəxs 1-2 şillə vurub və bu evdə nə işinin olduğunu soruşub. Sonra qonaq otağına keçiblər, orada Anar və Rasimlə onun arasında söz-söhbət olub. Həmin vaxt Zərərçəkmiş şəxs yanında anası Cəmalə olub, onlar söhbət ediblər. Bacısı oğlu anasından su istəyib, bu vaxt səs eşidiblər və sonra Zərərçəkmiş şəxs özünü pəncərədən atdığını görüblər. Onlar Zərərçəkmiş şəxs özünü atmamışdan əvvəl də “102” xidmətinə məlumat veriblər, o, özünü atdıqdan sonra da həmin xidmətə zəng ediblər. Birinci dəfə “102” xidmətinə zəng etmələrini Zərərçəkmiş şəxs da eşidib. Şahid2 ona verilən suallara cavab olaraq bildirdi ki, Gültacla Yasin 4 il olar ki, ailə qurublar. Heç vaxt bacısının Zərərçəkmiş şəxsla hər hansı əlaqəsinin olmasını bilməyib. O, evə gəldikdən sonra Gültaca da şillə vurub. Onlar evə girəndə, yataq otağının qapısı yarım aralı olub, Zərərçəkmiş şəxs əynində boz mayka və şalvarla çarpayının üzərində əllərinin dizlərinə qoyub oturub və həmin vaxt otaqda tək olub. Rasim onlara heç nə deməyib, o, özü evdə yad adam olmasını görüb hər şeyi başa düşüb. Onlar evə girəndə Rasimin qardaşı Anar da evdə olub və Anar Gültac özünə nəsə eləməsin deyə onun əlindən tutub. O, hesab edir ki, heç kim Zərərçəkmiş şəxs həmin evdə zorla saxlamayıb. Sonradan anası Cəmalənin də dediyinə görə, anası Zərərçəkmiş şəxs çıxıb getməsini desə də, Zərərçəkmiş şəxs getməyib. O, Zərərçəkmiş şəxs görəndə üzərində heç bir xəsarət olmayıb. Onlar gələndə evin giriş qapısı örtülü olub, amma kilidli olmayıb. Onlar evə gəldikdən sonra Rasimin Zərərçəkmiş şəxs qarşı hər hansı alçaldıcı hərəkətlər etdiyini, həmçinin telefonu ilə onun hər hansı şəkillərini çəkdiyini görməyib və eşitməyib. Məhkəmədə şahid qismində dindirilmiş X8 və Şahid4 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun gösətrdiyi xüsusatları təsdiq etmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, qızı Gültac 2018-ci ildə Şahid6 ilə ailə həyatı qurub, bu nikahdan 2019-cu ildə bir uşaqları dünyaya gəlib. Zərərçəkmiş şəxs 2017-ci ildə qızını istəyən oğlan kimi qiyabi tanıyıb. X25 nişanlandığından onların münasibətləri alınmayıb. 2022-ci ilin avqust ayında Yasin işləmək üçün Latviya Respublikasına gedib və qızı Gültacın tək yaşamaması üçün qaynı Anar onların evində qalıb. 28 dekabr 2022-ci il tarixdə, saat 20 radələrində Yasinin qardaşı Rasim ona zəng edib “Cəmalə, tez Gültacgilə gəlin” deyib. O, həyat yoldaşı və iki oğlu ilə birlikdə qızının yaşadığı evə gediblər, qapıdan girəndə Rasim onların üstündə nəsə olmadığından əmin olmaq üçün onların üzərlərini yoxlayıb. Zərərçəkmiş şəxs olduğu yataq otağının qapısı açıq olub, yəni onu qapıdan girən kimi görüb, söhbətin nə olduğunu başa düşüb, qızı Gültacı danlayıb onu əli ilə vurub. Sonradan o, Məhəmmədəlinin olduğu otağa keçib. O, Zərərçəkmiş şəxsla bir az söhbət edib, həmin vaxt Zərərçəkmiş şəxs ona gəlib Gültacın ailəsini dağıtdığı üçün çox peşman olduğunu deyib. O da Zərərçəkmiş şəxs bir az söhbət edib, belə hərəkətin yaxşı iş olmaması barədə ona məsləhət verdikdən sonra Zərərçəkmiş şəxs ona bu gün onsuz da həyatının son günü olduğunu və yaşamacağını deyib. O isə Zərərçəkmiş şəxs ondan bu evdən çıxıb getməsini deyib, Zərərçəkmiş şəxs isə getsə, Gültaca problem olacağını deyib və getməyib. Rasim Zərərçəkmiş şəxs atasını, ya da polisi evə çağırmalı olduqlarını dedikdə, o da polisə məlumat verməli olduqlarını deyib. Bu zaman Zərərçəkmiş şəxs dərdli formada əlini cibinə salıb otaqdakı pəncərənin qarşısında durub eyvana boylandığını görüb və həmin vaxt nəvəsi ondan su istəyib, o, nəvəsinə su verəndə Zərərçəkmiş şəxs özünü pəncərədən atdığını görüb. O, nə qədər desə də, Zərərçəkmiş şəxs özü evdən getmək istəməyib. Şahid5 ona verilən suallara cavab olaraq bildirdi ki, Rasimin zəngindən sonra onların həmin evə çatmaqları 1 saat vaxt alıb. Oğlu Etibar Zərərçəkmiş şəxs bir şillə vurub və sonra yoldaşı onu otaqdan çıxarıb. Qonaq otağından oğlu və Rasimlə qardaşı arasında mübahisə yaranıb ki, əgər Yasin qızı Gültacı tək qoyub xaricə getməsəydi, bu hadisə də baş verməzdi. O, heç kimin Zərərçəkmiş şəxs söydüyünü eşitməyib. O, ibtidai istintaq zamanı ifadə verəndə çox narahat olub, amma indi onlar evə girəndə Zərərçəkmiş şəxs mayka və şalvarda olduğunu və çılpaq olmadığını xatırlayır. O özünü atanda isə kurtka geyinib. Hətta bu barədə müstəntiqlə də mübahisə edib və Zərərçəkmiş şəxs çılpaq yox, əynində kurtka ilə özünü atdığını vurğulayıb. Onlar gələndə evin qapısı kilidli olmayıb. Rasimin Zərərçəkmiş şəxs nəsə dediyini eşitməyib, qızı da bu barədə ona heç nə deməyib. Polisə kiçik oğlu zəng edib və Zərərçəkmiş şəxs polis adını eşitdikdən 10 dəqiqə sonra özünü atıb. Məhkəmədə iştirak etməyən Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, 2018-ci ildə Şahid1 ilə ailə həyatı qurmuşlar, bu nikahdan bir oğlu (2019-cu il təvəllüdlü Raul) dünyaya gəlmişdir. Abşeron rayonu, Masazır kəndində yerləşən "xxxx" MTK-ya məxsus çox mərtəbəli binanın A blokunun 13-cü mərtəbəsində yerləşən 100 nömrəli mənzildə ailəsi ilə birlikdə yaşamışlar. Evlilik dövründə arvadı Gültac ilə münasibətləri yaxşı olmuşdur. Qaynaqçılıq edərək ailəsini dolandırmışdır. 2022-ci ilin avqust ayında Litva Respublikasına getmişdir. Getməmişdən əvvəl yaşadığı evin giriş qapısının çöl tərəfində, yəni blokda kamera quraşdıraraq kamera görüntülərini telefonuna yönləndirmişdir. Kamera quraşdırmaqda məqsədi evin təhlükəsizliyi ilə bağlı olmuşdur. xx.xx.2022-ci il tarixdə axşam saatlarında qaynanası Cəmalə ona zəng vuraraq arvadı Gültaca zəng etsə də, zəng çatmadığını demişdir. O telefonunda kamera görüntülərinə baxmaq istədikdə kameranın söndüyünü görmüşdür. Buna görə də qardaşı Anara zəng vuraraq ona məxsus evə gedərək arvadı Gültacın başına pis bir hadisə gəlib-gəlməməsini dəqiqləşdirməyi xahiş etmişdir. Qardaşı Anar işlərinin olduğunu və ora gedə biməyəcəyini demişdir. Buna görə də qardaşı Rasimə zəng vuraraq arvadı Gültacın telefonuna zəng çatmadığını, evin kamerasının sönülü olmasını, arvadı Gültacın başına hadisə gələ biləcəyini və evə getməsini xahiş etmişdir. Qardaşı Rasim ona məxsus evə gedərək nə baş verdiyini öyrənəcəyini demişdir. Həmin vaxt arvadı Gültacın ona xəyanət edəcəyindən şübhələnməmişdir. Gültacın başına pis bir hadisə gələ biləcəyini fikirləşirmişdir. Daha sonra qardaşı Rasimə zəng edərək evə çatıbçatmadığını soruşmuşdur. Qardaşı Rasim blokun qarşısında olduğunu və evə qalxıb ona məlumat verəcəyini demişdir. Bir qədər sonra yenidən qardaşı Rasimə ardıcıl zənglər etsə də, zənglərini açmamışdır. Narahat olduğuna görə arvadı Gültaca zəng etmiş, onun zənglərinə cavab verməmişdir. Bir qədər sonra qardaşı Anara zəng etdikdə ona məxsus evdə adını sonradan bildiyi Məhəmmədəli adlı yad bir kişini Rasim gördüyünü, həmin şəxsin arvadı Gültaca görə ora gəldiyini, daha sonra Məhəmmədəlinin evin pəncərəsindən özünü həyətə ataraq intihar etdiyini və hadisə yerinə polis əməkdaşlarının gəldiyini demişdir. Növbəti gün, 29 dekabr 2022-ci il tarixdə isə bilet alaraq Bakı şəhərinə gəlmişdir. O, 28 dekabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ona məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən "xxxx" MTK-ya məxsus çox mərtəbəli binanın A blokunun 13-cü mərtəbəsində yerləşən 100 nömrəli mənzilin pəncərəsindən özünü ataraq intihar etməsi hadisənin şahidi olmamışdır. Buna görə də qeyd olunan hadisənin hansı səbəbdən baş verməsini dəqiq bilmir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 28 dekabr 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, hadisə yeri Abşeron rayonu, Masazır kəndində yerləşən "xxxx" MTK-ya məxsus çoxmərtəbəli binanın həyətidir. Binanın həyətində armaturlar vardır. Həmin armaturlar olan hissədə 1 nəfər kişi meyiti üzə üstə düşmüş vəziyyətdədir. Meyit binaya paralel vəziyyətdə düşmüşdür. Meyitin əynində qara rəngli kurtka və qara rəngli şalvar vardır. Meyitin ayaqlarında ayaqqabıları olmamışdır. Meyitlə bina arasındakı məsafə 4,7 metrdir. Meyitin yanında paltar ipi və ipdə olan müxtəlif paltarlar vardır. Baxış zamanı həmin şəxsin binanın 13-cü mərtəbədən yerləşən 100 nömrəli mənzildən özünü atdığı müəyyən olunmuşdur. Həmin mənzil 1 yataq otağı, 1 qonaq otağı, 1 hamam otağı və mətbəxdən ibarətdir. Baxışda iştirak edən Şahid1 həmin şəxsin onun yanına gəldiyini, onunla qeyri-rəsmi görüşdüyünü, qohumları ora gəldikdən sonra isə həmin şəxsin özünü atdığını bildirmişdir. Mənzilin eyvanının qapısı qonaq otağına, pəncərəsi isə yataq otağına açılır. Baxışda iştirak edən Şahid2 həmin şəxsin özünü yataq otağında olan pəncərədən eyvanı birbaşa keçərək, yəni eyvanda dayanmadan özünü atdığını bildirmişdir. Eyvanın uzunluğu 3 m, eni isə 1,2 m-dir. Eyvanda paltar asılması üçün istifadə olunan ip qırılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “ifadənin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilənləri bir daha təsdiq edərək ardıcıllıqla əyani şəkildə təsvir etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Zərərçəkmiş şəxs məxsus “magamed_021” adlı instagram hesabına 04 may 2023-cü il tarixdə baxış zamanı müəyyən edilmişdir ki, Şahid1 “ayshenOO” adlı profili vasitəsilə ilə Zərərçəkmiş şəxs “magamed_021" adlı profili ilə yazışmışdır. Lakin Şahid1 “ayshenOO” adlı profilinin adını silsə də, həmin profildə olan yazışmalar “magamed__021 ” adlı instagram profilinin “direct” bölməsində “instagram kullanıcısı” (“ayshenOO” adlı profilin silindikdən sonra qalmış adı) adı ilə qalmışdır. Bundan başqa qeyd olunan yazışmaların məzmunundan müəyyən edilmişdir ki, 12 dekabr 2022-ci il tarixdə saat 22:25-də Zərərçəkmiş şəxs Şahid1 ilə mesajlaşmağa başlamışdır. Onların ilk görüşü 26 dekabr 2022-ci il tarixdə, saat 19-20 radələrində Şahid1 yaşadığı Abşeron rayonu, Masazır kəndində yerləşən "xxxx" MTK-ya məxsus çox mərtəbəli binanın A blokunun 13-cü mərtəbəsində yerləşən 100 nömrəli mənzildə olmuşdur. Şahid1 ona evin hansı mərtəbədə olduğunu, liftin damafon açarı ilə açıldığı üçün pilləkənlə qalxmalı olduğunu, qapının üzərində kamera olduğunu, kameranı söndürdüyünü bildirmişdir. Zərərçəkmiş şəxs Şahid1 dediklərinə uyğun olaraq evə daxil olmuşdur. Daha sonra onlar cinsi əlaqədə olmuşlar. 26 dekabr 2022-ci il tarixdə, saat 22:00-da Zərərçəkmiş şəxs evdən çıxdıqdan sonra Şahid1 ilə cinsi əlaqədə olduqları görüş barədə mesajlaşmışlar. 28 dekabr 2022-ci il tarixdə, saat 11:10-da ikinci görüş barədə sözləşmişlər. Saat 17:00 radələrində Zərərçəkmiş şəxs açarı olmadığı üçün pilləkənlə qalxmış, pilləkənlərdə gözləmiş və 18:09-da Şahid1 uşağı yatızdırdığını, qapınının kamerasını söndürdüyünü və evə daxil ola biləcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs mənzilə daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nın 29 dekabr 2023-cü il tarixli 199 nömrəli meyitin ekspertizası rəyində göstərilmişdir ki, X1 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: Baş beyinin toxumasının əzilib-dağılması va evakuasiyası, kəllə tağı və əsası sümüklərinin çoxsaylı qalpalı va defektlə müşaiət olunan sınıqları, üz skleti sümüklərinin sınıqları, başın alın-təpə nahiyəsində yumşaq toxumalar altına qansizma, sag gicgah əzələsinə qansizma, sağ göz almasının əzilib-dağılması, baş nahiyəsinin iri ölçülü əzilmiş-cırılmış yarası, baş və sifət nahiyəsinin sağ yarısının iri ölçülü sıyrığı, üzün sağ yanaq nahiyəsinin va çənə nahiyəsinin qançırı, alt dodağın selikli qişasının əzilmiş yarası va qansızması, sağ göz qapaqlarının qançırları; -Sağ ağciyərin, ürəyin və ürək kisəsinin, qaraciyərin, dalağın cırılmış yaraları, hər iki ağciyərə, sağ böyrəkatrafa toxumaya va böyrəyə qansizmalar, soldan lll-Vİ, sağdan ll-V qabırğaların sınıqları, döş sümüyünün va sağ qalça sümüyünün sıniqlari, qabırğaarası əzələlərə və döş əzələlərinə qansızmalar, qarın va sağ qalça nahiyəsinin, döş qəfəsinin sağ yarısının va sag körpücük üstü nahiyənin sıyrıqları, Sağ bazu sümüyünün aşağı 1/3nin yerdəyişmiş qəlpəli sinığı va həmin nahiyənin əzilmiş-cırılmış yaralan, sol mil sümüyünün sınığı və sol mil-bilak oynağı nahiyəsinin ziəlmiş-cirilmiş yaraları, sağ diz oynağı va sol baldır nahiyələrinin sıyrıqları. Qeyd edilən xasaratlər həyatidirlər, Zərərçəkmiş şəxs ölümündən az əvvəl qərarın tasviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər va dərəcəsinə görə ümumlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər.
1. Zərərçəkmiş şəxs ölümünə səbəb baş-beyinin toxumasının əzilib-dağılması, evakuasiası: (kəllə boşluğundan xaricə çıxması), kəllə qapağı və kəllə əsası sümüklərinin iri ölçülü sümük defekti ilə qəlpəli sınıqları, sağ ağciyərin, ürək kisəsinin, qaraciyərin və dalağın cırılması kimi həyatla bir araya sığmayan xəsarətlər olmuşdur.
2. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il saat 13:00-dan) 12-18 saat əvvəl baş vermişdir.
3. Zərərçəkmiş şəxs bədənidə aşkar edilmiş xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni onun çoxmərtəbəli evin 13-cü mərtəbəsindən yıxılaraq bərk küt əşyaya (əşyalara) və yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilərdilər.
4. Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar edilmiş xəsarətlərdən üzün sağ yanaq və çənə nahiyələrinin qançırı, alt dodağın selikli qişasının əzilmiş yarası, qansızması həm hündürlükdən yıxılma zamanı və həm də insan bədəninin hissələri ilə (əllə və yumruqla) vurulma nəticəsində əmələ gələ bilərdilər. Qeyd edilən xəsarətlər qısa zaman kəsiyində yetirildiyindən onların hansı şəraitdə yetirilməsi barəsində dəqiq fikir söyləmək mümkün deyildir və istintaq yolu ilə aydınlaşa bilər.
5. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, fenilakilamin qrupuna aid olan amfetamin və metamfetamin, pirazolon, 1.4-benzodiazepin törəmələri və salisilatlar aşkar edilməməşdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi’’ PHŞ-nın 05 yanvar 2023-cü il tarixli 21 nömrəli məhkəmə-tibbi ekspertizası rəyində göstərilmişdir ki, vətəndaş Təqsirləndirilən şəxs bədəni üzrərində hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nın 29 dekabr 2023-cü il tarixli 2982 nömrəli məhkəmə-tibbi ekspertizası rəyində göstərilmişdir ki, Şahid2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” PHŞ-nın 29 dekabr 2023-cü il tarixli 2983 nömrəli məhkəmə- tibbi ekspertizası rəyində göstərilmişdir ki, Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası Mərkəzi”nin 20 fevral 2023-cü il tarixli 5/153 nömrəli “Kompüter-texniki ekspertizası”nın rəyində göstərilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş " X28 8T” markalı arxa markalanma göstərişinə görə “M1908C3XG” modelli “**********06250, **********06268” “ımeı” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. "Tədqiqi hissəsi"nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan "X28 8” markalı arxa markalanma göstərişinə görə “M1908C3XG” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrə ilə mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. Rəyin "Tədqiqi hissəsi"nin “Redmi Note 8T" markalı arxa markalanma göstəricisinə görə "M1908C3XG" modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, "SMS" mesaj, foto, audio, video fayllar, "Whatsapp" proqram təminatı"Facebook", "İnstagram" və digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olub-olmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Tədqiq olunan "X28 8T" markalı "M1908C3XG" modelli mobil smartfonun "lnternet"ə çıxış üçün texniki imkanları mövcuddur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası Mərkəzi”nin 20 fevral 2023-cü il tarixli 5/154 nömrəli “Kompüter-texniki ekspertizası”nın rəyində göstərilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung A40” markalı markalanma göstəricisinə “SM-A405FN/DS” modelli “3534xx/xx/169395/7, 3534xx/xx/169395/5” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Rəyin "Tədqiqi hissəsİ"nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung A40” markalı arxa markalanma göstərişinə görə “M1908C3XG” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrə İlə mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı. Rəyin “Redmi Note 8T" markalı arxa markalanma göstəricisinə göre “SM- A405FN/DS” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt, zəng, "SMS" mesaj, foto, audio, video fayllar, "Whatsapp" proqram təminatı"Facebook", "İnstagram" və digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olub-olmaması, eləcə də həmin mobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Tədqiq olunan "Samsung A40" markalı “SM- A405FN/DS” modelli mobil smartfonun "lnternet"ə çıxış üçün texniki imkanları mövcuddur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası Mərkəzi”nin 28 fevral 2023-cü il tarixli 3/270 nömrəli “Məhkəmə trasoloji" ekspertizasının rəyində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş üzərində "...mərhum Zərərçəkmiş şəxs məxsus paltarlar..." yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş bir ədəd şalvarın, bir ədəd gödəkçənin, bir ədəd kəmərin səthində olan və rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr vardır. Ümumi əlamətlərinə əsasən şalvarın, gödəkçənin, kəmərin səthində olan zədələr bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik ilişib cirilma, ilişib sökülmə zədələridir. Təqdim edilmiş şalvarın, gödəkçənin, kəmərin səthində olan zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hər hansı konkret bir predmetlə təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş üzərində "...mərhum Zərərçəkmiş şəxs məxsus paltarlar..." yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş bir ədəd şalvarın, bir ədəd gödəkçənin, bir ədəd kəmərin səthində olan zədələrin hündürlükdən yıxılma nəticəsində əmələ gəlmiş olması istisna edilmir. Tədqiqata təqdim edilmiş üzərində "...mərhum Zərərçəkmiş şəxs məxsus paltarlar..." yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş bir ədəd puloverin, bir ədəd maykanın, bir ədəd tumanın səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş üzərində "...Şahid2 məxsus paltarlar..." yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş bir ədəd gödəkçəninbir ədəd köynəyin və bir ədəd şalvarın səthində zədə yoxdur. Tədqiqata təqdim edilmiş üzərində "...Təqsirləndirilən şəxs məxsus paltarlar..." yazı qeydləri olan bir ədəd bağlamadan aşkar edilmiş bir ədəd gödəkçənin və bir ədəd şalvarın səthində zədə yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası Mərkəzi”nin 03 mart 2023-cü il tarixli, 5/155 nömrəli “Kompüter-texniki ekspertizası”nın rəyində göstərilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekran və “Android" əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Redmi” mobil smartfon hal- hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş “Xiaomi Redmi” mobil smartfona istifadəçi tərəfindən “Şifrələr’lə mühafizə olunan ekran kilidi tətbiq edildiiyindən onun “ Menyu” hissəsinə daxil olmaq mümkün olmadığından, arka tərəfdəki məlumat lövhəsində və “SİM” danışıq kartı yerləşənn yuvada imei kodu və modeli göstərilmədiyi üçün onun imei kodunu və modelini müəyyən etmək olmadı. Təqdim edilmiş "Xiaomi Redmi" markalı mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş "Şifrələr" ilə mühafizə olunan ekran kilidini keçmək üçün "UFED TOUCH 2" markalı qurğuya qoşduqda qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edildi. Rəyin "Tədqiqi hissəsi"nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş "Xiaomi Redmi" markalı mobil smartfona istifadəçi tərəfində tətbiq edilmiş "Şifrələr" ilə mühafizə olunan (parol-password) ekran kilidini keçmək mümkün olmadığından, mobil smartfonun yaddaşından hər hansı bir məlumatın olub-olmamasının və pozulubpozulmamasının müəyyən edilməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş mobil smartfonun daxilində olan "Nar" mobil operatoruna məxsus "**********716279447" (İCCİD) seriya nömrəli "SİM" danışıq kartı hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş "Redmi" markalı mobil smartfonun daxilindəki "Nar" mobil operatoruna məxsus "**********716279447" (İCCİD) seriya nömrəli danışıq kartının yaddaşından (67 ədəd kontakt, 16 ədəd SMS mesaj və 30 ədəd zəng qeydi) məlumatlar müəyyən olundu və həmin müəyyən edilmiş məlumatlar "Ekspertiza 5-155" adlı iş çantasında bir ədəd üzərində "Verbatim yazısı olan DVD-R tipli diskə köçürülərək ekspert rəyinə əlavə edildi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası Mərkəzi”nin 03 mart 2023-cü il tarixli 5/156 nömrəli “Kompüter-texniki ekspertizasının rəyində göstərilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekran və" Android” əməliyyat sistemi ilə təhciz edilmiş “Ml A2 Lite" markalı arxa məlumat lövhəsinə görə "M1805D1SG" modelli mobil smartfon halhazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş "Ml A2 Lite" markalı arxa məlumat lövhəsinə görə "M1805D1SG" modelli mobil smartfona istifadəçi tərəfindən "Şifrələr'lə mühafizə olunan ekran kilidi tetbiq edildiyindən onun "Menyu" hissəsinə daxil olmaq mümkün olmadığından, arxa terefindəki məlumat lövhəsində və "SİM" danışıq kartı yerləşən yuvada imei kodu göstərilmədiyi üçün onun imei kodunu müəyyən etmək mümkün olmadı. Təqdim edilmiş "Ml A2 Lite" markalı arxa məlumat lövhəsinə görə M1805D1SG" modelli mobil smartfona istifadəçi tərəfindən tətbiq edilmiş "Şifrələr" ilə mühafizə olunan ekran kilidini keçmək üçün "UFED TOUCH 2" markalı qurğuya qoşduqda qurğunun proqram təminatının metodlar bazasında mobil smartfonun yaddaşında olan məlumatları silmədən ekran kilidini sıfırlamaq üçün texniki imkanın olmaması müəyyən edildi. Rəyin "Tədqiqi hissəsi"nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş "Ml A2 Lite" markalı arxa məlumat lövhəsinə görə "M1805D1SG" modelli mobil smartfona istifadəçi tərəfində tətbiq edilmiş "Şifrələr" ilə mühafizə olunan (parol- password) ekran kilidini keçmək mümkün olmadığından, mobil smartfonun yaddaşından hər hansı bir məlumatın olub-olmamasının və pozulub-pozulmamasının müəyyən edilməsi üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş mobil smartfonun daxilində olan "Azercell" mobil operatoruna məxsus "********************" (İCCİD) seriya nömrəli və "Bakcell" mobil operatoruna məxsus "********************" (İCCİD) seriya nömrəli "SİM" danışıq kartları hal-hazırda işlək vəziyyətdədirlər. Beləliklə, təqdim edilmiş "Ml A2 Lite" markalı arxa məlumat lövhəsinə görə "M1805D1SG" modelli mobil smartfonun daxilindəki "Azercell" mobil operatoruna məxsus "********************" (İCCİD) seriya nömrəli danışıq kartının yaddaşından (211 ədəd kontakt) və "Bakcell" mobil (İCCİD) seriya nömrəli "SİM" dans məlumatlar müəyyən olundu və həmin Kaperatoruna məxsus "********************" kalian yaddaşından isə (196 ədəd kontakt) adlı iş çantasında bir ədəd üzərindən edilmiş məlumatlar “Ekspertiza 5-156" Verbatim yazısı olan DVD-R tipli diskə UN köçürülərək ekspert rəyinə əlavə edildi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası Mərkəzi”nin 03 mart 2023-cü il tarixli 6/676 nömrəli materialların məhkəmə ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və Şahid2 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Həmçinin Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Şahid2 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Həmçinin Şahid2 məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kanan mikrohissəcikləri arasında Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-nin 15 may 2023-cü il tarixli 1329 saylı komisyon kompleks ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizası rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçillik, emosionallıq, inadkarlıq, söz götürməmək, özünəməxsus prinsiplərə malik olmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. Baş verən hadisələr zamanı Təqsirləndirilən şəxs psixi-emosional sferasında situasiya iə əlaqədar hirslilik, gərginlik kimi hallar əmələ gəlmişdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Məhkəmə Ekspertizası Mərkəzi”nin 05 iyun 2023-cü il tarixli, 11/282 nömrəli məhkəmə-psixoloji ekspetizasının rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs ölümündən əvvəlki dövrdə fərdi-psixoloji xüsusiyyətlərində davranış aktlarında təzahür etmiş olan psixogen-depressiv reaksiya əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs ölümündən əvvəlki dövrdə davranış aktlarında təzahür etmiş biabır olma hissi ilə müşayiət olunan emosional gərginlik halını keçirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" Yaşayış Kompleksi MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, 712 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Sadıqov X16 rayonu, Masazır kəndi "xxxx" X6 küçəsi 47, ev 21 ünvanında arvadı Sadıqova Şəhanə Hicran qızı, 2009-cü il təvəllüdlü oğlu Uğur Sadıqlı və 2012-ci il təvəllüdlü qızı Yağmur Sadıqlı ilə birlikdə yaşamışdır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə olunaraq və məhkəmədə elan olunaraq tədqiq edilən Abşeron rayon 2 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs heç bir şikayət, iddia və tələbinin olmadığını, gələcəkdə də olmayacağını bildirmiş və təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır və ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin şərh edilməsinə dair” Qərarını da rəhbər tutur. Həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125ci maddəsinin dispozisiyasında əks olunan “sair cəhətdən asılılıq” və “amansız rəftar etmə” qiymətləndirmə tələb edən əlamətlər olduğundan, şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, təqsirləndirilən şəxsin hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması, zərərçəkmişin təqsirləndirilən şəxsdən asılılığının forması göstərilməli və təqsirləndirilən şəxsin hərəkətləri ilə özünü öldürmə və ya ona cəhd arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Cinayət işi materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən təkzibedilməz və mötəbər sübutlardan da göründüyü kimi, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saatlarla qapalı məkanda saxlamış, yəni onu qanunsuz azadlıqdan məhrum edərək psixoloji olaraq özündən asılı vəziyyətə gətirmiş, onu fiziki və psixi təzyiqlərə məruz qoymuş, 2 saata yaxın müddət ərzində ünvanına nalayiq söyüşlər işlədərək, şəxsiyyətini, şərəf və ləyaqətini müstəsna dərəcədə alçaltmış və nəticədə zərərçəkmiş şəxsi özünü öldürmə həddinə çatdırmış, zərərçəkmiş şəxsin özünü öldürməsi ilə sonuncunun azadlıqdan məhrum edilməsi ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmuşdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs, həmçinin şahidlər Şahid1 və Şahid7 məhkəmə istintaqı zamanı verdikləri ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, həmin ifadələr iş materiallarında olan digər mötəbər sübutlarla, həmçinin şahidlər Şahid1 və Şahid7 ibtidai istintaq zamanı verdikləri ifadələri ilə ziddiyət təşkil etdiyindən Təqsirləndirilən şəxs ittihamının əsasına onların ibtidai istintaq zamanı verdikləri ifadələrini və iş materiallarında həmin xüsusatı təsdiq edən digər sübutları qoyur. Beləliklə, məhkəmə kollegiyası, cinayət işinin materiallarını və mövcud sübutları hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi məhkəmədə dindirilmiş şahidlərin ifadələri (şahidlər Şahid1 və Şahid7 ibtidia istintaq zamanı verdikləri ifadələri) ilə, digər təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir və həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər kateqoriyasına aid edilirlər. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır. Onun cinayət işi üzrə elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilib- Zərərçəkmiş şəxs mənzildə qanunsuz saxlamadığına, ona qarşı hər hansı bir zor tətbiq etmədiyinə, döymədiyinə, şərəf və ləyaqətini alçaltmadığına dair verdiyi ifadəsini, məhkəmə məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 125 və 145.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 125 və 145.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 145.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Bundan əlavə bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-in 59.1.4cü maddəsinə əsasən, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsini isə CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində təyin ediləcək cəzanın həddi barədə CM-nin 60.1-ci maddəsinin tələblərini xatırladır. Belə ki, CM-nin 60.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 30 dekabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 01 yanvar 2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinin qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı Təqsirləndirilən şəxs faktiki azadlığının məhdudlaşdırıldığı 30 dekabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, İş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd gödəkçə, 01 ədəd kəmər, 01 ədəd pulover, 01 ədəd mayka, 01 ədəd tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd “X288T” markalı mobil telefon onun hüquqi varisi X4, Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd “Xiaomi Mi A2 Lite” markalı mobil telefon onun yaxın qohumlarından birinə, Şahid2 məxsus 01 ədəd gödəkçə, 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon və Şahid7 məxsus 01 ədəd “Samsung A40” markalı” mobil telefon onların özlərinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 615 (altı yüz on beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125 və 145.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CMnin 125-ci maddəsi ilə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 145.3-cü maddəsi ilə 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzalar qismən toplanılmaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 30 dekabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd şalvar, 01 ədəd gödəkçə, 01 ədəd kəmər, 01 ədəd pulover, 01 ədəd mayka, 01 ədəd tuman hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Abşeron rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd “X288T” markalı mobil telefon onun hüquqi varisi X4, Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkçə, 01 ədəd şalvar, 01 ədəd “Xiaomi Mi A2 Lite” markalı mobil telefon onun yaxın qohumlarından birinə, Şahid2 məxsus 01 ədəd gödəkçə, 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefon və Şahid7 məxsus 01 ədəd “Samsung A40” markalı” mobil telefon onların özlərinə qaytarılsın. İş üzrə maddi sübut olan 06 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 615 (altı yüz on beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.