Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-242/2024 15.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X9 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, tərcüməçi – X7, müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində tanışı, ünvan 2 ünvanında yaşayan xx.xx.1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs hər hansı bir ərzaq ehtiyacının olub-olmamasını öyrənmək üçün sonuncunun yaşadığı evə gəlmiş, Zərərçəkmiş şəxs ilə qabaqcadan razılaşmalarına əsasən, qapını döyən şəxsin tanış adam olmasını bildirmək üçün yerdəki daş parçalarından istifadə edərək evin damına bir neçə dəfə atmış, bir qədər sonra qapını açan Zərərçəkmiş şəxs onu təhqir etməsindən əsəbiləşərək aralarında baş vermiş mübahisəni evin içərisində həll etmək məqsədilə evə daxil olaraq mətbəxə keçmiş, mətbəxdə mübahisələrinə davam edərkən, Zərərçəkmiş şəxs onu yenidən təhqir etməsinə dözməyərək, intiqam almaq niyyətilə sonuncunu öldürmək üçün mətbəxdən götürdüyü tiyəsinin uzunluğu 117mm, dəstəyi 103mm olan soyuq silah hesab edilməyən, məişət təyinatlı bıçaqla Zərərçəkmiş şəxs boğaz nahiyəsinə bir dəfə vurmaqla, sonuncuya boyunun sol yan aşağı hissəsini, yuxu arteriyasını, nəfəs borusunu, sol ağciyəri zədələyən dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda kəskin qanitirmə fonunda ölümlə nəticələnən sağlamlığa AGİR zərərvurmaya aid 01 ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti yetirərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, Zərərçəkmiş şəxs ilə qonşu olmuş, onu təxminən 1 il bundan əvvəl tanımışdır. O həmin ərazidə evlərin təmizliyi ilə məşğul olub özünü dolandırmışdır. Zərərçəkmiş şəxs da ona deyəndə onun evini təmizləmişdir. Aydın onun yanında narkotikdən istifadə etməsə də, Aydının özünü aparmasından bilirdi ki, o narkotikdən istifadə edir. xx.xx.2022-ci il tarixdə təxminən saat 10 radələrində Zərərçəkmiş şəxs nəsə lazım olduğunu öyrənmək üçün onun yaşadığı evə gəlib qapını döymüş, qapını açan olmadığından yerdəki bir neçə daş parçasını Aydının yaşadığı evin damına atmış, bir neçə dəqiqə sonra Aydın evin qapısını açaraq, onu əsəbi halda təhqir etməyə başlamış və narkotik vasitə istifadə etdiyini bildirmişdir. Aydının qoluna saplanmış iynə gördüyündən, həqiqətən də Aydının narkotik vasitə istifadə etdiyini başa düşmüşdür. Aydına onu təhqir etməməsini və qolundakı şprisi qonşuların görməməsi üçün evə keçməsini bildirmiş, özü də Aydının evinə daxil olmuşdur. Aydın onu söyüb təhqir etdiyinə görə onun qolundan bir neçə dəfə yüngül vurmuşdur ki, Aydın onu söyməsin. Aydın xəsarət almasa da onu kənara itələyərək, təhqir etməyə davam etmiş, Aydının bu dəfəki təhqirlərinə dözməyərək mətbəxdəki stolun üstündəki taxta tiyəli bıçağı götürərək, Aydının boğaz nahiyəsindən bir dəfə vurmuşdur. Aydının boğazından qan axdığını görüb qorxmuş, Aydının ölə biləcəyindən ehtiyatlandığı üçün mətbəxdən dəsmal götürərək, Aydının boğazına tutmuş, Aydının nəfəs ala bilmədiyini gördüyündən onun hava alması üçün evin həyətinə çıxarmış, daha sonra kömək çağırmaq üçün Aydının evinin yanındakı mağazada satıcı kimi işləyən Yeganə adlı qadına yaxınlaşaraq TTYX çağırması üçün kömək istəmiş, Yeganə ona 103 nömrəsinə zəng etməyini demiş, o, bunu öyrəndikdən sonra 103 nömrəsinə zəng vurmuş, lakin hadisə barədə məlumat verməyərək, mobil telefonu söndürmüşdür. Daha sonra o, öz yaşadığı evə getmiş, hadisə barədə onunla birlikdə yaşayan rəfiqəsi Oksanaya məlumat vermiş, Oksana ona polisə təslim olmağını demiş, o, polisə təslim olmaq üçün hazırlaşdıqda təxminən yarım saat sonra polis əməkdaşları onun evinə gəlib onu tutmuşlar. Hadisə vaxtı az miqdarda araq içmişdir, ancaq sərxoş olmamışdır. Əməlindən peşmandır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamışdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma oğlu idi. Aydın bir müddət Rusiya Federasiyasında yaşamış, Azərbaycana qayıtdıqdan sonra fərdi əməklə məşğul olmuş, sonradan narkotik vasitə istifadə etməyə başlamışdır. 2022-ci ildə o, oğlu Aydının məcburi qaydada tibb müəssisəsinə yerləşdirilməsi üçün məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən müvafiq qətnamə çıxarılmış, oğlu Aydın Sumqayıt şəhəri narkoloji dispanserdə rəsmi qeydiyyatda olmuşdur. O, arvadı Şahid3 ilə birlikdə sonuncu dəfə 29 noyabr 2022-ci il tarixdə bir neçə günlük Müşviqabad qəsəbəsində olarkən oğlu Aydınla telefon əlaqəsi saxlamış və ona hər şeyin qaydasında olduğunu bildirmiş, 30 noyabr 2022-ci il tarixdə arvadının telefonuna zəng edilərək oğlunun öldürüldüyü bildirilmiş, arvadı da bu barədə ona məlumat vermişdir. O, bu xəbəri eşitdikdən dərhal sonra hadisə yerinə gələrək oğlunu öldürənin Təqsirləndirilən şəxs olduğu öyrənmişdir. Annanı əvvəlcədən qonşu kimi tanımışdır. X13 Annanın evində öldürsəydi, Annadan şikayətçi olmazdı, ancaq Anna Aydının evinə gedib oğlunu öldürüb. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 Adil Həsənov ilə eyni məzmunlu ifadə verərək, sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Kərim qızı ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, o Sumqayıt şəhəri, Xəzər bağları massivi, Qız Qalası küçəsində yaşayır, həmin küçədə kiçik ərzaq mağazası işlədir. Zərərçəkmiş şəxsı, həmçinin Annanı qonşu kimi tanımışdır. Valideynlərindən eşitdiyinə görə Aydın narkotik aludəçisi olmuşdur. Aydın da, Anna da ondan alış-veriş etmişdir, Annanın Aydınla hansı münasibətdə olmasından məlumatı olmamışdır. 30 noyabr 2022-ci il tarixdə tam dəqiq xatırlamadığı saatda evə qayıdarkən yaşadığı mənzilin yanında, həmçinin Zərərçəkmiş şəxs yaşadığı mənzilin qarşısında çoxlu avtomobil və insanların yığışdığını görmüş, nə baş verdiyini soruşarkən, Zərərçəkmiş şəxs bıçaqlandığını öyrənmişdir. Anna Aydını bıçaqlamağı barədə ona məlumat verməmiş, ondan TTYX-nın əlaqə vasitəsini istəməmişdir. Hadisə törədilən zaman o yaşadığı ünvandan kənarda olmuşdur. Məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş şahid X1 ifadəsindən görünür ki, o, anası vəfat etdikdən sonra Sumqayıt şəhəri, Xəzər bağları massivi, Qız Qalası küçəsində Təqsirləndirilən şəxs ilə birgə yaşamış, Zərərçəkmiş şəxs qonşu olaraq tanımış, Aydın tək yaşadığı üçün Anna bəzən özü könüllü olaraq onun evini təmizləməyə getmiş, Anna ilə Aydının yalnız qonşuluq münasibətlərində olmasından məlumatı olmuş, sonuncu dəfə 30 noyabr 2022-ci il tarixdə səhər saatlarında Anna əlində spirtli içki ilə birlikdə yaşadığı evə gəlmiş, özü isə spirtli içki qəbul etmədiyindən onunla mübahisə etmiş və Anna evi tərk edərək çıxıb getmiş, təxminən bir müddət sonra Anna qorxu içində kədərli şəkildə evə qayıtmış, ondan nə baş verdiyini soruşarkən, Anna “Aydını öldürmüşəm” demiş, bunu eşitdikdən sonra ona polis orqanlarına məlumat verəcəyini dedikdən dərhal sonra qapının döyüldüyünü və polis əməkdaşlarının gəldiyini görmüşdür. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən yaşayış evidir. Evin həyəti asfaltlanmış, 1 giriş qapısından ibarətdir. Evin həyətinə daxil olduqda sağ tərəfdə kişi cinsli meyit görünür. Meyit hasara söykənmiş, oturuqlu vəziyyətdədir. Meyitin üzərində qanabənzər ləkələr müşahidə edilir. Meyitin yanında qəhvəyi rəngli adyal vardır. Həmin meyit 1 rəqəmi ilə nömrələndi. Həyətin giriş qapısı ilə üzbəüz 4 metr məsafədə yaşayış evi yerləşir. Evin giriş qapısına doğru irəlilədikdə qapının qarşısında 1 metr məsafədə asfaltlanmış yerdə qanabənzər ləkələr görünür. Həmin ləkələr 2 nömrə ilə nömrələndi. Mənzilin giriş qapısında çəhrayı rəngdə pərdə asılmışdır. Mənzilə daxil olduqda dəhliz vardır, dəhliz ilə 3 metr hərəkət etdikdə sağ hissədə qonaq otağı yerləşir. Qonaq otağının giriş hissəsinin döşəməsində yerdə qanabənzər ləkələr və corab görünür, onlar 3 rəqəmi ilə nömrələndi. Qonaq otağının orta hissəsində jurnal masası və masanın üzərində 1 ədəd bıçaq, 1 ədəd içərisində yarıya kimi su ilə dolu vəziyyətdə stəkan, 1 ədəd içərisində qəndlər olan qəndqabı, 1 ədəd külqabı, 1 ədəd kibrit qutusu, 1 ədəd qara rəngli ayaqqabı ipi və 1 ədəd “astma spreyi” vardır. Jurnal masasının və oradakı əşyaların üzərində qanabənzər ləkələr vardır, onlar 4 rəqəmi ilə nömrələndi. Qonaq otağına daxil olduqda sağ tərəfdə çarpayı var və üzərində qanabənzər ləkələr olan mələfə var. Qonaq otağının döşəməsində qan ləkələri mövcuddur. Qonaq otağından dəhlizə çıxdıqda sağ tərəfdə mətbəx yerləşir. Mətbəxin giriş hissəsində sağda divar tərəfdə və döşəmədə qanabənzər ləkələr var və onlar 5 rəqəmi ilə nömrələndi. Mətbəxin arxa hissəsində yataq otağı vardır. Mənzilin giriş qapısından daxil olduqda dəhlizin başlanğıcının sağ tərəfində vanna otağı yerləşir. Vanna otağının qapısı plastik materialdan ibarətdir və qapının tutacaq hissəsində üzərində uzunluğu 10 sm olan qanabənzər ləkələr mövcuddur və onlar 7 rəqəmi ilə nömrələndi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli meyitə baxış protokolundan görünür ki, təşrih masası üzərində arxası üstə kişi meyiti uzadılmışdır, əynində aşağıdakı paltarlar vardır; açıq çəhrayı rəngli uzunqol ürək formalı boğazlı sviter, qara rəngli uzunqol isti alt köynəyi, ağ rəngli qısaqol köynək ( idman), qara rəngli idman şalvarı, ağ-boz rəngli tuman, qara rəngli corablar. Paltarlarında zədə yoxdur, boyun nahiyələrini qanabənzər ləkələrlə bulaşıb. Meyit kişi cinslidir, düzgün bədən quruluşlu olub, kafi qidalıdır, boyu 164 sm-dir.Meyit qacıması yoxlanılan əzələ qruplarında əmələ gəlmişdir. Meyit ləkəsi bədənin arxa və yan səthini əhatə etməklə göyümtül- bənövşəyi rəngdə olub, barmaqla təzyiq etdikdə rəngi avazıyır və 10 saniyədən sonra əvvəlki rəngi bərpa olunur. Baş tükləri (saçları) ağarmışdır. Gözləri qapalıdır, bəbəklər bərabər genəlmişdir, diametri 0,5sm-dir, güzehli qişa qəhvəyi rəngdədir. Burun sümük və qığırdaqları, eləcə də üz-skelet sümüklərini əllədikdə gözlə görünən patoloji dəyişiklik yoxdur. Xarici qulaq keçəcəkləri və burun dəlikləri sərbəst keçirici olub, ifrazat yoxdur. Ağzında dişləri özünündür. Ağız və burun dəliklərinin ətrafı təmizdir. Boynu bədənə müvafiqdir. Boynun sol yan aşağı hissəsində yuxu arteriyası üzərinə uyğun l,6xl,0sm. ölçüdə yara vardır, kənarları hamardır, bir bucağı iti, digər bucağı kütdür. İstiqaməti soldan sağa, yuxarıdan aşağıyadır, yuxu arteriyasını zədələmişdir. Yara kanalında qan laxtaları və duru qan vardır. Sol almacıq nahiyyəsində 3,5x2,0sm. Ölçüdə, burunun sağ qanadında 2,3x0,6sm. ölçüdə sıyrıq vardır, üzəri qurumuş qanlıdır. Döş qəfəsi silindrikdir, simmetrikdir. Qabırğalarda patoloji hərəkətlilik yoxdur. Qarını döş qəfəsindən aşağı səviyyədədir, əllədikdə yumşaqdır, maye olması hissiyyatı yoxdur. Xarici cinsiyyət üzvləri kişi tiplidir, düzgün inkişaf etmişdir. Xəstəlik və zədə əlamətləri yoxdur. Arxa dəlik ətrafı təmiz və zədəsizdir. Ətraf sümükləri tamdır. Sol budun ön səthinin orta 1/3-də l,2x0,8sm. Ölçüdə çapıq toxumasıvardır, kənarları yuxarı qalxmış, orta hissəsi çökəkdir, üzərində çoxsaylı (9 ədəd) iynə yerlərinə uyğun 0,1x0,1 sm, ölçüdə çapıq toxumaları vardır. Sol dirsək oynağının iç səthində vena damarı üzərinə uyğun 3 ədəd inyeksiya yerləri vardır, ətrafı dərialtı nahiyyədə göyümtül qançırlıdır. Meyitin bədəni üzərində digər xəsarət və ya xəsarət izi aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2022-ci il tarixli əşyalara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Vikrovnanın hadisə zamanı əynində olmuş paltarlar: Gödəkçə- yaşıl rənglidir, qarışıq materialdandır, kapişonludur. Uzunluğu 95sm, çiyin nahiyyəsində eni 45 sm, qollarının uzunluğu 65sm-dir. Ön səthində iki ədəd yan cib, öndən zəncirbəndlə təsbit olunur. Gödəkçənin üzərində zədə və zədə izləri aşkar edilmədi; jilet- ağ-qara rənglidir, qarışıq materialdandır, qolsuzdur. Uzunluğu 71 sm, çiyin nahiyyəsində eni 52 sm-dir. Jiletin üzərində zədə və zədə izləri aşkar edilmədi; idman şalvarı- boz rənglidir, qarışıq materialdandır. Uzunluğu 88sm, bel nahiyyəsində eni 30 sm-dir. İdman şalvarının üzərində zədə və zədə izləri aşkar edilmədi. Zərərçəkmiş şəxs məxsus paltar: pulover - açıq qəhvəyi rənglidir, qarışıq materialdandır, uzunqoldur. Uzunluğu 75 sm, çiyin nahiyyəsində eni 50sm, qollarının uzunluğu 65 sm-dir. Pulover üzərində zədə və zədə izləri aşkar edilmədi; alt köynəyi- qara rənglidir, qarışıq materialdandır, uzunqoldur. Uzunluğu 69 sm, çiyin nahiyyəsində eni 40 sm, qollarının uzunluğu 64 sm-dir. Üzərində zədə və zədə izləri aşkar edilmədi; köynək- boz rənglidir, qarışıq materialdandır, qısaqoldur. Uzunluğu 64sm, çiyin nahiyyəsində eni 43 sm, qollarının uzunluğu 17 sm-dir. Üzərində zədə və zədə izləri aşkar edilmədi; idman şalvarı - göy rənglidir, qarışıq materialdandır, iki yan cibləri vardır. Uzunluğu 108 sm, bel nahiyyəsində eni 42 sm-dir. Üzərində zədə və zədə izləri aşkar edilmədi; bıçaq - qatlanmayan tiplidir, tiyə və dəstək hissədən ibarətdir. Tiyəsi nisbətən əyilmiş formadadır. Ümumi uzunluğu 220 mm-dir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində göstərməklə ətraflı təsvir və təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli tanınmaya təqdim etmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs öldürərkən istifadə etdiyi ümumi uzunluğu 220mm olan, qəhvəyi rəngli soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağı 2 rəqəmi ilə, digər 3 ədəd oxşar formada olan bıçaqları isə müvafiq olaraq 1, 3 və 4 rəqəmi ilə nömrələnmiş vəziyyətdə tanınma üçün Təqsirləndirilən şəxs təqdim etdim. Təqsirləndirilən şəxs qeyd olunan bıçaqlara diqqətlə nəzər saldı və əli ilə 2 rəqəmi ilə nömrələnmiş bıçağı göstərərək Zərərçəkmiş şəxs həmin bıçaq ilə bədəninin müxtəlif nahiyələrindən vuraraq öldürdüyünü, bıçağı formasına, rənginə və üzərindəki ağ rəngli yapışqana görə tanıdığını bildirdi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 1841 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və ya xəsarət izləri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 160 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində boyunun sol yan aşağı hissəsini, yuxu arteriyasını, nəfəs borusunu, sol ağciyəri zədələyən 01 ədəd deşilmiş- kəsilmiş yarası, sol almacıq nahiyyəsinin, burnun sağ qanadının sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər ülgücə və küpə malik yastı tiyə tipli deşici- kəsici alətin, ola bilsin ki, ekspertizaya təqdim olunmuş bıçağın təsirindən törənmişdir, həyatidir və dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa AĞİR zərərvurmaya aid edilir. Sol almacıq nahiyyəsinin və burnun sıyrığı- həyatidirlər, canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur, qarşılıqlı mübarizə zamanı əmələ gəlməsi inkar olunmur. Zərərçəkmiş şəxs ölümünə səbəb boynun sol yan aşağı hissəsini, yuxu arteriyasını, nəfəs borusunu və sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddə aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli 403 saylı komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də А.V.Kopenkina ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Kopenkina öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxsnm əqliintellektual imkanlarının normaya uyğun olması, həmçinin xasiyətin psixopatik cizgiləri müəyyən edilir. Emosional-iradi sferasında hövsələsizlik, qıcığa qarşı həssaslıq, emosional qeyri-sabitlik aşkar olunur. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə cinayət əməlini törədərkən psixi- emosional vəziyyətində hisrlilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəbi situasiya ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 73/2023-MTBŞ saylı məhkəmə-tibbi biologiya ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: Oalfa, beta/H/(İ). Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq, 04 ədəd pambıq tampon, Zərərçəkmiş şəxs məxsus qısaqol köynək, uzunqol pulover, kişi alt köynəyi, bir ədəd idman şalvarı, Təqsirləndirilən şəxs məxsus jaket və bir ədəd idman şalvarı üzərində olan ləkələrdə insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “H” antigeni alındı. Bu ləkələr ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün maddi sübutlar üzərindəki qan ləkələrinin yaranma müddəti, qanın canlı və ya meyitin qanından əmələ gəlməsi barədə fikir söyləmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkçədə qan aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən "xxxx" Publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, 55-MTKŞ/2023 saylı məhkəmə tibbikriminalistik və trasoloji ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus pulover, köynək, alt köynəyi, idman şalvarı üzərində zədə və zədə izləri aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, jilet və idman şalvarı üzərində zədə və zədə izləri aşkar edilmədi. Zərərçəkmiş şəxs məxsus pulover, köynək, alt köynəyi, idman şalvarı üzərində olan ləkələr qan mənbəyi ilə (qanlı səthlə) geniş statik kontakt və az dinamiki kontakt nəticəsində fiziki kapillyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur, Təqsirləndirilən şəxs məxsus, jilet və idman şalvarı üzərində olan ləkələr qan mənbəyindən (qanlı səthdən) bucaq altında olmaqla düşən damcılar nəticəsində əmələ gəlməyə uyğun gəlir. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində olan ləkələr yaxma xarakterli olub, qan mənbəyi ilə dinamiki kontakt nəticəsində yaranmağa uyğun gəlir. Ekspertizaya təqdim edilmiş 4 ədəd pambıq tampondakı ləkələr ilkin formasını itirdiyindən əmələ gəlmə mexanizmi barədə fikir söyləmək mümkün deyil. Zərərçəkmiş şəxs meyiti üzərində aşkar edilmiş xəsarətlər- boyunun sol yan aşağı hissəsini, yuxu arteriyasını, nəfəs borusunu, sol ağciyəri zədələyən deşilmiş-kəsilmiş yarası, sol almacıq nahiyyəsinin, burnun sağ qanadının sıyrıqları Zərərçəkmiş şəxs paltarlarında öz əksini tapmamışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında xx.xx.2022-ci il tarixli, A/1943 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoşluq müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli, ******* saylı qərarına əsasən xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli, 3-16-5/8-K/1-957/23 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər, Xətai rayonunda anadan olmuşdur, atası X2, anası X8. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar və həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 dekabr 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onun barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il qərarı ilə həbsdə saxlama müddəti 04 ay müddətə uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun şübhəli şəxs kimi tutulduğu 30 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt Şəhər Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək, 01 ədəd uzunqol pulover, 01 ədəd kişi alt köynəyi, 01 ədəd idman şalvarı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd jaket və 01 ədəd idman şalvarı, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq, 04 ədəd pambıq tampon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması zamanı aparılmış videoçəkilişin əks olunduğu 01 ədəd “CD” formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci yoxdur və mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 30 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt Şəhər Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək, 01 ədəd uzunqol pulover, 01 ədəd kişi alt köynəyi, 01 ədəd idman şalvarı, Təqsirləndirilən şəxs məxsus 01 ədəd jaket və 01 ədəd idman şalvarı, hadisə yerinə baxış zamanı götürülmüş 01 ədəd bıçaq, 04 ədəd pambıq tampon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması zamanı aparılmış videoçəkilişin əks olunduğu 01 ədəd “CD” formatlı disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-242/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-242/2024
15.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver