Məhkəmə qərarları › İş №1(124)-242/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-242/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-242/2025 18.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər - Hüseynli Nurəddin Nizami oğlunun sədrliyi, X18 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi – X8, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 22 avqust 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, cinayət törədilən vaxt TƏBİB-in tabeliyində olan “Şamaxı rayonu Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin və “Qobustan rayonu Mərkəzi Xəstəxanası" publik hüquqi şəxsin direktoru vəzifəsində işləmiş, hazırda "Batı Göz" Klinikasında baş həkim vəzifəsində işləyən, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 37, mənzil 89da qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə xeyli və külli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını təkrarən mənimsəmə yolu ilə talamış və vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı cinayətlərini törətmişdir. Belə ki, o, “Tibbi Ərazi X7” üzrə 06 mart 2020-ci il tarixli, 57 saylı əmrlə “Tibbi Ərazi X7”nin tabeliyində olan (TƏBİB) “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə təyin olunub həmin vəzifədə işləyərkən Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları”nın 5 və 6-cı bəndlərinə əsasən, müəssisənin fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi, əhaliyə keyfiyyətli müvafiq sahə üzrə tibbi xidmət göstərilməsinin, inzibati-təsərrüfat və maliyyə fəaliyyətinin təşkil edilməsi, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqinin təmin edilməsi, müəssisənin illik hesabatı və illik mühasibatlıq balansının təsdiq edilməsi, kadrların seçilməsi, onların ixtisaslarına uyğun yerləşdirilməsi və istifadəsinin həyata keçirilməsi, qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verilməsi, onların icrasına nəzarətin həyata keçirilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək “Tibbi Ərazi X7”nə məxsus olmaqla dövlət büdcəsindən 2021-ci ildə “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə ayrılmış və ona etibar edilən əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaq məqsədilə 2021-ci ilin dekabr ayında ********** saylı vergi ödəyicisinin eyniləşdirməsi nömrəsinə sahib olan cinayətdən xəbərsiz fiziki şəxs Şahid1 ilə guya sonuncu tərəfindən “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin balansında olan kompüterlərə antivirusların yazılması, proqram təminatlarının sazlanması, virusların təmizlənməsi, kompüter avadanlıqların profilaktikası xidmətləri göstərilməsi barədə sonuncunun razılığını əldə edərək 2021-ci ilin dekabr ayında işlədiyi “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin yerləşdiyi Qobustan şəhəri, Heydər Əliyev prospekti 272 ünvanındakı xidməti otağında 28 dekabr 2021-ci il tarixli, 173 saylı müqaviləyə guya Şahid1 tərəfindən kompyuter və periferiya avadanlıqlarının təmiri və texniki qulluq xidmətlərinin göstəriləcəyi barədə, həmin tarixli 01 saylı təhvil-təslim aktına xidmətlərin göstərilərək təhvil verilməsi barədə bilə-bilə yalan məlumatları vahid tamah niyyətilə daxil edib öz imzası və “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin dairəvi möhürü ilə təsdiq edib EBBO seriyalı 943486 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında 4.500 manat məbləğində pul vəsaitinin öz göstərişi ilə 30 dekabr 2021-ci il tarixdə OD011 saylı ödəniş tapşırığı ilə “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin "xxxx" ASC-nin Qobustan rayon filialındakı AZ88AİİB**********044241172 saylı bank hesabından Şahid1 "xxxx" ASC-nin Baş filialındakı AZ72HAJCSPRAZN**********7001 saylı bank hesabına köçürülməsinə nail olduqdan sonra Şahid1 müqaviləni başqa şəxsə icra etdirməklə ləğv edəcəyini həmin xidmətləri digər şəxslərə gördürəcəyini bildirib, köçürülmüş pul vəsaitini geri tələb edərək 2022-ci ilin yanvar ayında Bakı şəhərində, istintaqa məlum olmayan şəraitdə Şahid1 tərəfindən nağdlaşdırılmış həmin 4.500 manat məbləğində pul vəsaitini sonuncudan qəbul edərək təyinatı üzrə istifadə etməyib şəxsi ehtiyaclarına sərf etməklə, eyni niyyətlə dövlət büdcəsindən 2021-ci ildə “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə ayrılmış və ona etibar edilmiş əmlakı ********** saylı vergi ödəyicisinin eyniləşdirməsi nömrəsinə sahib hüquqi şəxs "xxxx" MMC-nin direktoru, cinayət qanunu müddəalarına görə cinayət məsuliyyətindən azad edilmiş Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaq məqsədilə 2021-ci ilin dekabr ayında sonuncu ilə real olaraq heç bir əməkdaşlıq etmək niyyəti olmadığı halda guya "xxxx" MMC tərəfindən “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə hüquqi xidmətlərin göstərilməsi barədə görüntü yaratmaqla həmin şirkətə köçürülmüş pul vəsaitinin nağdlaşdırılmaqla aralarında bölməkdən ibarət razılıq əldə edərək sövdələşib Şahid2 məzmununa guya real olaraq hüquqi xidmətlər göstərməsi barədə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatlar daxil etdiyi EBBP seriyalı 067998 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında “hüquqi xidmət və konsultasiya” təyinatı adı ilə 4.500 manat məbləğində pul vəsaitini öz göstərişi ilə 30 dekabr 2021-ci il tarixdə, OD012 saylı ödəniş tapşırığı ilə “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin "xxxx" ASC-nin Qobustan rayon filialındakı AZ88AİİB**********044241172 saylı bank hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov filialındakı AZ50BRES******************** saylı bank hesabına köçürülməsinə nail olduqdan və Şahid2 tərəfindən həmin məbləğdə pul vəsaiti nağdlaşdırıldıqdan sonra əvvəlcədən razılaşdıqları qaydada 2022-ci ilin yanvar ayında Bakı şəhərində, istintaqa məlum olmayan şəraitdə Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə 4.500 manat məbləğində pul vəsaitini aralarında bölərək şəxsi ehtiyaclarına sərf etməklə, ümumilikdə “Tibbi Ərazi X7”nə məxsus ümumilikdə 9.000 manat məbləğində pul vəsaitlərini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış və vəzifəli şəxs kimi rəsmi sənədlərə vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, “Tibbi Ərazi X7” üzrə 24 fevral 2022-ci il tarixli, 02-73 saylı əmrlə həmin Birliyin tabeliyində olan “Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru vəzifəsində işləyərkən Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları”nın 5 və 6-cı bəndlərinə əsasən, müəssisənin fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi, əhaliyə keyfiyyətli müvafiq sahə üzrə tibbi xidmət göstərilməsinin, inzibati-təsərrüfat və maliyyə fəaliyyətinin təşkil edilməsi, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqinin təmin edilməsi, müəssisənin illik hesabatı və illik mühasibatlıq balansının təsdiq edilməsi, kadrların seçilməsi, onların ixtisaslarına uyğun yerləşdirilməsi və istifadəsinin həyata keçirilməsi, qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verilməsi, onların icrasına nəzarətin həyata keçirilməsi və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən rəhbər vəzifəli şəxs kimi təkrarən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək “Tibbi Ərazi X7”nə məxsus olmaqla dövlət büdcəsindən “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ üçün ayrılmış və ona etibar edilmiş pul vəsaitlərini təkrarən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaq məqsədilə, dövlət büdcəsindən xidməti avtomobillərə xidməti zərurətlə əlaqədar yanacaq alınması üçün ayrılmış pul vəsaitlərindən təyinatı üzrə istifadə etməli olduğu halda 2022-ci ilin mart ayında öz şəxsi ehtiyacları üçün şəxsi istifadəsində olan “Chevrolet Cruze” markalı, ** YY *** nömrə nişanlı avtomaşına 263 litr A 95 markalı benzin yanacağının alınması üçün həmin vəsaitlərdən Şamaxı rayonu ərazisində yerləşən “Azpetrol” YDM-də 04 mart 2022-ci il tarixdə 80 manat, 06 mart 2022-ci il tarixdə 49,60 manat, 14 mart 2022-ci il tarixdə 32 manat, 16 mart 2022-ci il tarixdə 80 manat, 19 mart 2022-ci il tarixdə 80 manat, 27 mart 2022-ci il tarixdə 49,60 manat, 28 mart 2022-ci il tarixdə 49,60 manat olmaqla ümumilikdə 420,8 manat xərclədikdən sonra “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin yerləşdiyi ünvan 2 ünvanındakı xidməti otağında 01 aprel 2022-ci il tarixli, 168-K saylı əmrlə həmin yanacağın silinməsini həyata keçirib mənimsəyərək, eyni niyyətlə 2022-ci ilin mart ayında "xxxx" MMCnin direktoru vəzifəsində işləyən, cinayət qanunu müddəalarına görə cinayət məsuliyyətindən azad edilmiş Şahid7 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə cinayətkar əlaqəyə girib “Tibbi Ərazi X7”nə məxsus olmaqla dövlət büdcəsindən “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ üçün ayrılmış və ona etibar edilmiş pul vəsaitlərinin bir hissəsini qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək mənimsəməklə talamaq barədə Şahid7lə sövdələşdikdən sonra bu məqsədlə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin "xxxx" ASC-nin Şamaxı rayon filialındakı AZ40İBAZ******************** saylı bank hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin Şuşa filialında olan AZ21AİİB******************** saylı bank hesabına təmir işlərinin görülməsi barədə imzalanmış 15 mart 2022-ci il tarixli müqavilənin icrasının təmin edilməsi məqsədilə cəmi 48.494,42 manat məbləğində pul vəsaitinin köçürülməsi barədə göstəriş verməklə icrasını təmin edərək Şahid7 “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin təmiri üçün nəzərdə tutulmuş ümumi məbləğin 48.494,42 manatlıq hissəsindən təmir üçün ancaq 39.279,84 manat məbləğində hissəsini 2022-ci ilin aprel-may ayında təmir işlərinə sərf etdikdən sonra onunla təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə vahid tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə rəsmi sənəd hesab olunan həmin Xəstəxanada görülmüş təmir işlərinin 17 may 2022-ci il tarixli təhvil-qəbulu aktında, yəni forma №2-də süni şəkildə iş həcmini artırmaqla Mərkəzin təmirinə guya 48.494,42 manat xərc çəkilməsi barədə yalan məlumatlar daxil edib həmin aktı imzalayıb və “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin dairəvi möhürü ilə möhürləyib vəzifə saxtakarlığı etməklə, qalan 7.704,39 manat məbləğində pul vəsaitini isə Bakı şəhərində, istintaqa məlum olmayan şəraitdə 2022-ci ilin iyun ayında Şahid7lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək mənimsəməklə, həmçinin eyni niyyətlə dövlət büdcəsindən 2022-ci ildə “Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə ayrılmış və ona etibar edilmiş pul vəsaitlərindən ibarət olan əmlakı "xxxx" MMC-nin direktoru, cinayət qanunu müddəalarına görə cinayət məsuliyyətindən azad edilmiş Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaq məqsədilə 2022-ci ilin noyabr ayında Şahid2 ilə qabaqcadan əlbir olaraq real olaraq heç bir əməkdaşlıq etmək niyyəti olmadığı halda guya "xxxx" MMC tərəfindən “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə hüquqi xidmətlərin göstərilməsi barədə görüntü yaratmaqla həmin şirkətə köçürülmüş pul vəsaitinin nağdlaşdırılmaqla aralarında bölməkdən ibarət razılıq əldə edərək sövdələşib Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 01 dekabr 2022-ci il tarixdə, 0112/22 saylı müqaviləyə guya "xxxx" MMC tərəfindən “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə hüquqi xidmətlərin göstəriləcəyi barədə, 15 dekabr 2022-ci il tarixli təhvil-təslim aktına xidmətlərin göstərilərək təhvil verilməsi barədə bilə-bilə yalan məlumatları “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin yerləşdiyi ünvan 2 ünvanındakı xidməti otağında daxil edib öz imzası və “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin dairəvi möhürü ilə təsdiq edib Şahid2 məzmununa guya real olaraq hüquqi xidmətlər göstərməsi barədə bilə-bilə yalan məlumatlar daxil etdiyi EBCL seriyalı 519592 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə əsasında “hüquqi xidmət və konsultasiya” təyinatı adı ilə 4.800 manat məbləğində pul vəsaitini 28 dekabr 2022-ci il tarixdə öz göstərişi ilə “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin "xxxx" ASC-nin Şamaxı rayon filialındakı AZ40İBAZ******************** saylı bank hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin Nizami filialındakı AZ50BRES******************** saylı bank hesabına köçürülməsinə nail olduqdan və Şahid2 tərəfindən həmin məbləğdə pul vəsaiti nağdlaşdırıldıqdan sonra əvvəlcədən razılaşdıqları qaydada 2023-cü ilin yanvar ayında Bakı şəhərində, istintaqa məlum olmayan şəraitdə Şahid2 tərəfindən nağdlaşdırılmış həmin 4.800 manat məbləğində pul vəsaitini aralarında bölərək həmin məbləğdə pul vəsaitini mənimsəməklə, həmçinin eyni niyyətlə dövlət büdcəsindən 2022-ci ildə “Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə ayrılmış və xidmətlərin satınalınması üçün nəzərdə tutulmuş, ona etibar edilmiş pul vəsaitlərindən ibarət olan əmlakı öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə yolu ilə talamaq məqsədilə 01 dekabr 2022-ci il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirməsi nömrəsinə sahib hüquqi şəxs "xxxx" MMC-nin direktoru cinayətdən xəbərsiz X6 ilə 4.900 manat dəyərində dərman vasitələrinin alınmasına dair 142420 saylı müqavilə bağladıqdan sonra EBCM seriyalı 366498 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə əsasında 4.900 manat məbləğində pul vəsaitini 05 yanvar 2023-cü il tarixdə, 265OPXO230050011 saylı ödəniş tapşırığı ilə “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞnin "xxxx" ASC-nin Şamaxı rayon filialındakı AZ40İBAZ******************** saylı bank hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin Qobustan filialınındakı AZ69AİİB******************** saylı bank hesabına köçürdükdən sonra qeyd olunan məbləğdə dərman vəsaitlərini 2023-cü ilin yanvar ayında "xxxx" MMC-nin faktiki rəhbəri, cinayətdən xəbərsiz Şahid6 Şamaxı rayonu ərazisində şəxsən təhvil almaqla Xəstəxananın anbarına təhvil vermədən mənimsəməklə, həmçinin “Tibbi Ərazi X7”nə məxsus olmaqla dövlət büdcəsindən “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ üçün ayrılmış və ona etibar edilmiş pul vəsaitlərinin bir hissəsini qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək mənimsəməklə talamaq barədə 2022-ci ilin dekabr ayında "xxxx" MMC-nin faktiki rəhbəri, cinayət qanunu müddəalarına görə cinayət məsuliyyətindən azad edilmiş Şahid8 ilə sövdələşdikdən sonra bu məqsədlə xx.xx.2023-cü il, xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin "xxxx" ASC-nin Şamaxı rayon filialındakı AZ40İBAZ******************** saylı bank hesabından "xxxx" MMCnin "xxxx" ASC-nin Gənclik filialında olan AZ53AİİB400300D**********118 saylı bank hesabına təmir işlərinin görülməsi barədə imzalanmış 30 dekabr 2022-ci il tarixli müqavilənin icrasının təmin edilməsi məqsədilə 121.647,01 manat məbləğində pul vəsaitinin köçürülməsi barədə göstəriş verməklə icrasını təmin etdikdən və Şahid8 tərəfindən “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin təmiri üçün nəzərdə tutulmuş ümumi məbləğin 121.647,01 manatlıq hissəsindən təmir üçün ancaq 92.936,90 manat məbləğində hissəsi 2023-cü ilin yanvar-iyun ayları ərzində təmir işlərinə sərf edildikdən sonra Şahid8la qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhəri ərazisində istintaqla müəyyən edilməyən yerdə vahid tamah niyyətilə məzmununa bilə-bilə yalan məlumatları daxil etməklə rəsmi sənəd hesab olunan 2023-cü ilin yanvar, may və iyun tarixli həmin Xəstəxanada görülmüş təmir işlərinin qəbulu aktında, yəni forma №2-lərdə süni şəkildə iş həcmini artırmaqla Mərkəzin təmirinə guya cəmi 121.647,01 manat xərc çəkilməsi barədə yalan məlumatlar daxil edib həmin aktı imzalayıb və “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞnin dairəvi möhürü ilə möhürləyib təsdiq edib vəzifə saxtakarlığı etməklə, qalan 24.330,61 manat məbləğində pul vəsaitini isə 2023-ci ilin iyun ayında Bakı şəhəri ərazisində istintaqa məlum olmayan şəraitdə Şahid8la aralarında bölüb şəxsi ehtiyaclarına sərf edərək mənimsəməklə, ümumilikdə sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş 24.330,61 manat məbləğində pul vəsaitini mənimsəməklə, həmçinin eyni niyyətlə “Tibbi Ərazi X7”nə məxsus olmaqla dövlət büdcəsindən “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ üçün ayrılmış əmlakı öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə yolu ilə talamaq məqsədilə 30 dekabr 2022-ci il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirməsi nömrəsinə sahib hüquqi şəxs "xxxx" MMC-nin direktoru, cinayətdən xəbərsiz X11 ilə dəftərxana, təsərrüfat və digər malların satın alınmasına dair 30 dekabr 2022-ci il tarixdə 30/12-22 saylı müqavilə bağladıqdan sonra xx.xx.2023-cü il tarixli EBDF seriyalı 658964 nömrəli, həmin tarixli, 659396 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı 338080 nömrəli elektron qaimələr əsasında 66.544,80 manat məbləğində pul vəsaitini öz göstərişi əsasında 02 iyun 2023-cü il tarixdə, 265OCAZ231530001 saylı ödəniş tapşırığı ilə “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin "xxxx" ASC-nin Şamaxı rayon filialındakı AZ40İBAZ******************** saylı bank hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin Mərkəzi filialındakı AZ74AİİB400600D**********229 saylı bank hesabına köçürülməsinə nail olduqdan sonra qeyd olunan məbləğdə dəftərxana, təsərrüfat və digər mallarını 2023-cü ilin iyun ayında "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi, cinayətdən xəbərsiz Şahid4 Mirsaleh oğlundan Şamaxı şəhəri ərazisində şəxsən təhvil alıb 27.603,52 manatlıq hissəsini anbara təhvil vermədən mənimsəməklə ümumilikdə “Tibbi Ərazi X7”nə məxsus 69.759,32 manat məbləğində əmlakı təkrarən öz qulluq mövqeyindən istifadə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə külli miqdarda ziyan vurmaqla mənimsəyərək talamış və qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi rəsmi sənədlərin məzmununa vahid tamah niyyətilə bilə-bilə yalan məlumatları daxil edərək təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 179.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirmişdir ki, xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin direktoru, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək “Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin direktoru olmuşdur. Hazırda “Batı Göz” klinikasında həkim-oftalmoloq və baş həkim vəzifəsində işləyir. Ona ittiham elan edilmiş "xxxx" MMC tərəfindən “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə və “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə heç bir hüquqi xidmət göstərilmədiyi halda “hüquqi xidmət və konsultasiya” təyinatı ilə əsassız olaraq pul vəsaitlərinin ödənilməsi ilə əlaqədar bildirir ki, “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru işləyərkən o, konsaltinq və hüquq xidmətlərinə ehtiyac olmadığını bildiyi halda qazanc əldə etmək üçün əvvəlcədən tanıdığı Şahid2la 2021-ci ilin noyabr-dekabr aylarında əlaqə yaradaraq direktoru olduğu "xxxx" MMC-yə “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ adından pul vəsaitlərini köçürməklə nağdlaşdırılıb aralarında bölünməsini təklif etmiş, sonuncu da onun təklifi ilə razılaşmış, bu məzmunda hüquqi və maliyyə konsaltinq xidmətləri ilə bağlı müqavilə bağlamışlar, həmin müqavilələri bağladıqdan sonra "xxxx" MMC-nin hesabına 2021-ci ilin dekabr ayında 4.500 manat pul vəsaitləri köçürmüş, pul vəsaitlərini köçürdükdən sonra şirkətin direktoru Şahid2 pul vəsaitlərini nağdlaşdırmış və 2022-ci ilin yanvar ayında, dəqiq xatırlamadığı tarixdə, Bakı şəhərində, dəqiq xatırlamadığı ünvanda Şahid2la görüşərək pul vəsaitlərini aralarında bölmüşlər. O, Ruslana 900 manat pul vermiş, vəsaitin qalan hissəsi isə özünə qalmışdır. Eyni qaydada “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in direktoru işləyərkən konsaltinq və hüquq xidmətlərinə ehtiyac olmadığını bildiyi halda qazanc əldə etmək üçün əvvəlcədən tanıdığı Şahid2la 2022-ci ilin noyabr-dekabr aylarında əlaqə yaradaraq direktoru olduğu "xxxx" MMC-yə “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ adından pul vəsaitlərini köçürməklə nağdlaşdırılıb aralarında bölünməsini təklif etmiş, sonuncu da onun təklifi ilə razılaşmış, bu məzmunda hüquqi və maliyyə konsaltinq xidmətləri ilə bağlı müqavilə bağlamışlar, həmin müqavilələri bağladıqdan sonra "xxxx" MMC-nin hesabına 2022-ci ilin dekabr ayında 4.800 manat pul vəsaitləri köçürmüş, pul vəsaitlərini köçürdükdən sonra şirkətin direktoru Şahid2 pul vəsaitlərini nağdlaşdırmış və 2023-cü ilin yanvar ayında, dəqiq xatırlamadığı tarixdə, Bakı şəhərində, dəqiq xatırlamadığı ünvanda Şahid2la görüşərək pul vəsaitlərini aralarında bölmüşlər. O, Ruslana 900 manat pul vermiş, qalanı isə özünə qalmışdır. Qeyd olunan məbləğdə pul vəsaitlərini öz şəxsi ehtiyacları üçün sərf etmişdir. Fiziki şəxs Şahid1 tərəfindən “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in balansında olan kompüterlərə antivirusların yazılması, proqram təminatlarının sazlanması, virusların təmizlənməsi, kompüter avadanlıqların profilaktikası xidmətləri göstərilmədiyi və aparılmadığı halda EBBO seriyalı 943486 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında 4.500 manat məbləğində əsassız vəsait ödənilməsi epizodu ilə əlaqədar isə bildirir ki, “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru işləyərkən 2021-ci ilin sonlarında pula ehtiyacı olduğu üçün və ilin sonunda hesabda pul olduğunu bildiyi üçün həmin pulu götürmək üçün xəstəxananın informasiya texnologiyaları üzrə mütəxəssisi olduğunu və kompüterlərə antivirusların yazılması, proqram təminatlarının sazlanması, virusların təmizlənməsi, kompüter avadanlıqların profilaktikası xidmətlərinə ehtiyac olmadığını bildiyi halda əvvəlcədən tanıdığı Şahid1 ilə xəstəxanada olan kompüterlərə antivirusların yazılması, proqram təminatlarının sazlanması, virusların təmizlənməsi, kompüter avadanlıqların profilaktikası xidmətlərinin göstərilməsi barədə müqavilə bağlamış, Şahid1 həqiqətən də kompyuterlərin və printerlərin təmiri ilə məşğuldur, onunla müqavilə bağlamağına səbəb vergi ödəyici eyniləşdirmə nömrəsinə malik olmaqla fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçməsi olmuşdur. Həmin müqaviləni bağladıqdan sonra Seymurun hesabına pul vəsaitləri köçürmüş, pul vəsaitlərini köçürdükdən sonra Seymurla danışaraq xidmətlərindən imtina etdiyini, həmin xidmətləri xəstəxananın öz informasiya texnologiyaları mütəxəssisinin yerinə yetirəcəyini yalandan bildirib pul vəsaitlərini özünə qaytarmağı tələb etmiş, Seymur da 2022-ci ilin təxminən yanvar ayında, hazırda dəqiq xatırlamadığı tarixdə və Bakı şəhərində dəqiq xatırlamadığı yerdə 4.500 manat məbləğində pul vəsaitini özünə qaytarmışdır. Qeyd olunan məbləğdə pul vəsaitlərini öz şəxsi ehtiyacları üçün sərf etmişdir. Onu da bildirir ki, Şahid1lə əvvəlcədən pul vəsaitlərinin köçürülməsi və özümə qaytarılması barədə razılığı olmamış, əvvəlcədən sövdələşməmiş, Seymura əsl niyyəti barədə xəbər vermədən real əməkdaşlıq edəcəklərini bildirmiş və pul vəsaitlərini köçürdükdən sonra Seymurdan həmin vəsaitləri geri tələb etmiş, Şahid1 heç bir məbləğdə pul verməmiş, eyni qaydada qardaşı Hafiz Hüseynin də bu məsələlərdə heç bir iştirakı olmamış, Hafiz onu ancaq Şahid1lə tanış etmişdir. “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” ilə "xxxx" MMC arasında bağlanılmış müqaviləyə əsasən həmin şirkətə köçürülmüş pul vəsaiti müqabilində malların alınmaması epizodu ilə əlaqədar bildirir ki, Sofi Co” MMC-dən malları özü Şamaxı şəhərində, 2023-cü ilin iyun ayında, hazırda dəqiq xatırlamadığıgün xəstəxanadan kənarda şəxsən təhvil almış, təhvil aldığı malların 27.603,52 manat dəyərində hissəsini mənimsəyib həmin ay Şamaxı şəhəri ərazisində tanımadığı şəxslərə sataraq eyni məbləğdə gəlir əldə etmiş, maddi ehtiyacı olduğum üçün bunu etmiş, qalan 38.941,28 manat dəyərindəki hissəsini hissə-hissə anbara təhvil vermiş, bu barədə aktları anbardar Şahid12 imza etdirmişdir. Şirkətin nümayəndəsi heç vaxt Şahid12la ünsiyyətdə olmamış, hər ikisinə aktları özü imza etdirmişdir. Anbara təhvil verməyərək mənimsədiyi mallar uzun müddət ərzində istifadə olunduğu üçün sonradan pulu olanda həmin malları öz cibindən alıb anbara təhvil vermək niyyətində olmuşdur. Malların hamısının qəbuluna dair təhvil-təslim aktını özü imzalamış, digər təhvil-təslim aktları "xxxx" MMC-nin nümayəndəsinə imzalatdırmış, məqsədi anbara təhvil verilən malların uçotunu aparmaq və malların birbaşa anbara daxil olmasına dair sənədləşmənin aparılmasını təmin etmək olmuşdur. Malları 2023-cü ilin iyul ayından etibarən anbara təhvil vermiş, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə 8621,20 manat dəyərində mal-materialı, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə 27 manat dəyərində malmaterialı, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə 881,88 manat dəyərində mal-materialı, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə 218,40 manat dəyərində mal-materialı, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə 45 manat dəyərində mal-materialı, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə 29147,80 manat ümumilikdə 38.941,28 manat dəyərində malmaterialı anbara təhvil vermişdir. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı texniki səhv olaraq “xx.xx.2023” olaraq qeyd edillmiş, əslində həmin tarix xx.xx.2024-cü ildir. “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin aptek anbarına təhvil verilmədiyi halda "xxxx" MMC-yə cəmi 4.900,00 manat əsassız olaraq vəsait köçürülməsi epizodu ilə əlaqədar bildirir ki, "xxxx" MMC real olaraq Qobustan rayonunda fəaliyyət göstərən aptekdir, həmin aptekə 4.900 manat köçürməklə xəstəxananın adına dərman alsa da, həmin dərmanları xəstəxanadan kənarda özü qəbul etmiş, özündə saxlamış və aptekə təhvil verməmiş, ondan dərman tələb edən şəxslərə vermişdir. “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru işləyərkən şəxsi istifadəsində olan ** YY *** nömrə nişanlı avtomaşına xəstəxananın hesabına yanacaqdan istifadə edilməsi və daha sonra müvafiq əmrlə həmin yanacağın silinməsi ilə əlaqədar bildirir ki, o, həqiqətən də 420,8 manat məbləğində benzin yanacağından şəxsi istifadəsi üçün istifadə etmiş, daha sonra əmrlə həmin yanacağı silmişdir. “Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək təmir-tikinti işləri üçün ayrılmış vəsaitin ümumilikdə 32.025 manatı, ƏDV ilə birlikdə 38.801,29 manat dəyərində, yaxud 21.9 faiz həcmində işlər şişirdilməklə həmin məbləğdə pul vəsaitinin təyinatı üzrə xərclənməməsi ilə əlaqədar bildirir ki, "xxxx" MMC və "xxxx" MMC tərəfindən görülən işləri həqiqətən də özü qəbul etmiş, "xxxx" MMCnin gördüyü işlərdən sonra təxminən 7.700 manat məbləğində artıq vəsait qalmış, qalan həmin məbləğdə pul vəsaitini o, şirkətin direktoru Şahid7lə Bakı şəhərində, təxminən 2022ci ilin may ayında görüşərək aralarında yarıbayarı bölmüşlər, vəsaiti öz şəxsi ehtiyaclarına sərf etmişdir. Bununla bağlı işlərin görülməsinə dair təhvil-təslim aktını, yəni forma2-ni Bakı şəhərində Şahid7lə bərabər imzalamışdır. Aktdakı imza özünə məxsusdur. "xxxx" MMC tərəfindən görülmüş işlərdən sonra da təxminən 24.000 manat artıq vəsait qalmış, həmin vəsaiti də şirkətin faktiki sahibi və rəhbəri Şahid8la bərabər təxminən 2023-cü ilin iyun ayında Bakı şəhərində aralarında yarıbayarı bölmüşlər, əldə etdiyi vəsaiti öz şəxsi ehtiyaclarına sərf etmiş, işlərin qəbuluna dair aktlardakı imzalar özünə məxsusdur. Məhkəmə baxışında zərərçəkmiş şəxsin nümayəndəsi qismində izahatı alınmış Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs araşdırılan işlə əlkaqədar tanıyır. Həmçinin zərərçəkmiş şəxsin nümayəndəsi araşdırılan cinayət işi ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs publik hüquqi şəxsə dəymiş ziyanın çox hissəsinin ibtidai istintaq zamanı ödənildiyini və məhkəmə istintaqı zamanı ödənilmımiş qalan hissəsinin ödənildiyini bildirib heç bir şikayət və tələblərinin olmadığını qeyd etmişdir. Həmçinin məhkəmədən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəzanın təyin olunmasını xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirmişdir ki, o, fərdi qaydada printer və kompyuter ustası kimi fəaliyyət göstərir, ********** saylı vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olmaqla fiziki şəxs kimi vergi orqanlarında qeydiyyatdan keçmişdir. 2021-ci ilin sonlarında tanışı X20 vasitəsilə tanış olduğu “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin direktoru Təqsirləndirilən şəxs onunla əlaqə yaradaraq “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsində kompyuterlərə programlar yazılması zərurətinin olduğunu, VÖEN-ə malik olduğuna görə həmin işi icra edə bilib-bilməyəcəyini soruşmuş, o da Təqsirləndirilən şəxsin təklifi ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxsin tapşırığı ilə qaimə faktura göndərmiş, 30 dekabr 2021-ci il tarixdə “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən onun "xxxx" ASC-nin Baş filialında olan bank hesabına 4.500 manat məbləğində pul köçürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs ona pul vəsaitlərinin köçürülməsi üçün iş görülməmişdən əvvəl təhvil-təslim aktını da imzalatdırmış və bildirmişdir ki, bu pul vəsaitlərinin köçürülməsi üçün zəruridir və pul vəsaitlərini köçürdükdən sonra gəlib işi icra edəcəkdir. Hesabına köçmüş pul vəsaitlərini nağdlaşdırdıqdan sonra Təqsirləndirilən şəxs ona bildirmişdir ki, kompyuterlərə programların yazılması başqa şəxsə həvalə edilmiş, ona görə də pul vəsaitləri qayıtmalıdır. O da Təqsirləndirilən şəxsin qardaşı Hafiz Hüseyni tanıdığına görə Eminin tələbi ilə razılaşmış və tarixi dəqiq xatırlamasa da 2022-ci ilin yanvar ayında Bakı şəhərində hazırda xatırlamadığı yerdə Təqsirləndirilən şəxsə hesabına köçürülmüş 4.500 manatı qaytarmışdır. xx.xx.2021-ci il tarixli, 173 saylı müqavilə, 01 saylı, xx.xx.2021-ci il tarixli hesab faktura, həmin tarixli, 01 saylı təhvil-təslim aktında onun adına istinad olunan imzalar özü tərəfindən icra edilmiş, 943486 saylı elektron qaimə tərəfindən elektron imza ilə imzalanmışdır. Tərəfindən “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə heç bir xidmət göstərilməmiş, o, kompyuterlərə antivirus və digər programlar yazmamış, ümumiyyətlə Qobustan rayonunda olmamışdır. Emin ona həmin işlərin özü tərəfindən real olaraq görüləcəyini bildirdiyi üçün həmin sənədləri imzalamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktorudur, şirkət 2009-cu ildə tərəfindən yaradılmış, maliyyə konsalting xidmətləri göstərir. Mahiyyəti üzrə bildirir ki, 2021-ci ilin dekabr ayının sonlarında əvvəlcədən sadəcə tanışlıq münasibətinin olduğu “Qobustan Rayon Mərkəzi Xəstəxanası”nın direktoru Təqsirləndirilən şəxs ona müraciət edərək pula ehtiyacı olduğunu, direktoru olduğu "xxxx" MMC-yə pul vəsaitlərini köçürməklə nağdlaşdırıb özünə qaytarılmasını xahiş etmişdir. O da köçürüləcək məbləğin 20 faizinin özünə qalması şərti ilə onun təklifini qəbul etmiş və 30 dekabr 2021-ci il tarixdə “Qobustan Rayon Mərkəzi Xəstəxanası” tərəfindən direktoru olduğu "xxxx" MMC-yə 4.500 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" MMC tərəfindən həmin 4.500 manat pul vəsaitləri müqabilində hər hansı xidmət göstərilməmiş və köçürülmüş pul vəsaitləri tərəfindən kassadan çıxarılmaqla 900 manatını özünə götürdükdən sonra qalan 3.600 manatı 2022-ci ilin yanvar ayında Təqsirləndirilən şəxsin göndərdiyi hazırda xatırlamadığı şəxs vasitəsilə özünə qaytarmışdır. 30 dekabr 2021-ci il tarixdə “Qobustan Rayon Mərkəzi Xəstəxanası” tərəfindən direktoru olduğu "xxxx" MMC-ə köçürülmüş 4.500 manat məbləğində pul vəsaiti müqabilində hər hansı xidmət göstərilməmiş, əmtəə satışı həyata keçirilməmişdir. Bundan başqa 2022-ci ilin noyabr-dekabr aylarında Təqsirləndirilən şəxs “Şamaxı Rayon Mərkəzi Xəstəxanası”nın direktoru işləyərkən yenidən ona müraciət edərək pula ehtiyacı olduğunu, direktoru olduğu "xxxx" MMC-yə pul vəsaitlərini köçürməklə nağdlaşdırıb özünə qaytarılmasını xahiş etmişdir. O da köçürüləcək məbləğin 20 faizinin özünə qalması şərti ilə Təqsirləndirilən şəxsin təklifini qəbul etmiş və 2022-ci ilin dekabr ayında “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” tərəfindən direktoru olduğu "xxxx" MMC-yə 4.800 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" MMC tərəfindən həmin 4.800 manat pul vəsaitləri müqabilində hər hansı xidmət göstərilməmiş və köçürülmüş pul vəsaitləri tərəfindən kassadan çıxarılmaqla 900 manatını özünə götürdükdən sonra qalan 3.900 manatı 2023-cü ilin yanvar ayında Bakı şəhərində, hazırda dəqiq xatırlamadığı yerdə Təqsirləndirilən şəxslə görüşərək özünə vermişdir. 2022-ci ilin dekabr ayında “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” tərəfindən direktoru olduğu "xxxx" MMC-yə köçürülmüş 4.800 manat məbləğində pul vəsaiti müqabilində hər hansı xidmət göstərilməmiş, əmtəə satışı həyata keçirilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirmişdir ki, 2021-ci ilin iyun ayının 4-dən “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsində Ümumi şöbədə hüquqşünas işləyir. Vəzifəsi ilə əlaqədar xəstəxananın bütün hüquqi müqavilələrinin hüquqi cəhətdən düzgün tərtibatı, qanunvericiliyin tətbiqi məsələləri, əməkdaşlara hüquqi izahların verilməsi və digər hüquqi prosedurları icra edir. “Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən "xxxx" MMC-yə hüquqi xidmətlərin göstərilməsi üçün 4.800 manat məbləğində pul vəsaitlərinin köçürülməsi ilə əlaqədar bildirir ki, "xxxx" MMC tərəfindən “Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsə heç bir hüquqi xidmət göstərilməmiş, həmin şirkətin hər hansı əməkdaşı xəstəxanada olmamış, eləcə də onlayn xidmət göstərilməmiş, xəstəxananın hüquqşünası olaraq bu vəzifəni özü icra edir, buna görə əmək haqqı alır və hər hansı hüquqi xidmət üçün kənar şirkətlə yaxud şəxslə müqavilə bağlanmasına ehtiyac yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş X1 ifadəsində və ona verilən sualları cavablandırarkən bildirmişdir ki, “Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin Dəstək xidmətləri şöbəsinin informasiya texnologiyaları üzrə mütəxəssisi işləyir. Fiziki şəxs Şahid1 tərəfindən “Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin balansında olan kompüterlərə antivirusların yazılması, proqram təminatlarının sazlanması, virusların təmizlənməsi, kompüter avadanlıqların profilaktikası xidmətlərinin göstərilib-göstərilməməsi ilə əlaqədar bildirir ki, bu sahəyə cavadeh olan şəxsdir, fiziki şəxs Şahid1, yaxud digər kənar fiziki və ya hüquqi şəxs tərəfindən “Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin balansında olan kompüterlərə antivirusların yazılması, proqram təminatlarının sazlanması, virusların təmizlənməsi, kompüter avadanlıqların profilaktikası xidmətləri göstərilməmişdir, Şahid1 adlı şəxsi ümumiyyətlə görməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmi direktoru arvadı X4r, lakin şirkətin faktiki sahibi özüdür, şirkəti faktiki özü idarə edir, şirkət Qobustan şəhəri, Heydər Əliyev prospekti 124-də aptek kimi fəaliyyət göstərir. Bildirir ki, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin direktoru Təqsirləndirilən şəxs 2022-ci ilin dekabr ayında onunla əlaqə yaradaraq xəstəxanaya dərman vasitələrinin lazım olduğunu və işlətdiyi aptekdən dərman almaq istədiyini bildirmişdir. Xəstəxana ilə müqavilə bağlandıqdan və şirkətin bank hesabına 4.900 manat məbləğində pul köçürüldükdən sonra 32 adda dərman vasitələrinin satışı həyata keçirilmişdir. Dərman vasitələrini Təqsirləndirilən şəxsin dediyi şəxslərə, bir neçə dəfəyə vermiş, lakin təhvil verərkən təhvil-təslim aktı tərtib etməmişdir. Dərman vasitələrini Təqsirləndirilən şəxsin köməkçisinə, bir çox hallarda isə “Şamaxı rayon Mərkəzi xəstəxanası”nın yanındakı aptekə təhvil vermiş, aptekin adını xatırlamır. “Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs ilə "xxxx" MMC arasındakı 01 dekabr 2022-ci il tarixli müqavilə, həmin tarixli qiymətlərin razılaşdırılması protokol arvadı Gülnarə Rəhimovanın özü tərəfindən imzalanmışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid9 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirmişdir ki, 1998-ci ildən Şamaxı RMX-da aptek bölmə müdiri vəzifəsində işləyir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi və prokurorluq tərəfindən Şamaxı RMX-da keçirilmiş yoxlamaların özünə aid hissəsində iştirak etmiş, yoxlama zamanı dərman preparatları yoxlanılan zaman 4.908,72 manat çatışmazlıq müəyyən edilmişdir. Həmin çatışmazlıq barədə məlumatı yoxdur. Bildirir ki, 2022-ci ilin dekabr ayının sonunda mühasibatlığa dəvət olunmuş və ona siyahı təqdim olunmuş, həmin siyahıdan aptekdə hansı dərman preparatlarına ehtiyac olduğunu qeyd etməsi bildirilmiş, o da həmin siyahıdan dərmanları seçmiş və təqdim etmiş, sonradan həmin dərmanlar aptekə gəlməmişdir. Dərmanların əksəriyyəti vitaminlər və bioloji aktiv əlavələr olmuşdur. Xəstəxananın dərman təchizatı TƏBİB tərəfindən həyata keçirilir. xx.xx.2022-ci il tarixli EBCM 366498 nömrəli elektron qaimə əsasında "xxxx" MMC-dən xəstəxananın aptekinə verilməsi göstərilən 32 adda 4.908,72 manat məbləğində olan dərman preparatlarından məlumatı yoxdur, həmin dərman preparatları aptekə daxil olmamışdır. Bu barədə heç bir sənədləşmədə iştirak etməmişdir. Həmin müəssisə və müəssisənin nümayəndəsini tanımır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid10 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirmişdir ki, o, 2019-cu ildə “Şamaxı rayon Mərkəzi Xəstəxanası”nda əməyin mühafizəsi üzrə mühəndis vəzifəsinə təyin edilmiş, 2021-ci ilin aprel ayından həmin Xəstəxanada Dəstək xidmətləri şöbəsinin müdiri təyin olunmuşdur. Şöbə müəssisənin təsərrüfat və texniki fəaliyyətinə rəhbərlik edir. “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” ilə "xxxx" MMC arasında əməkdaşlıqla əlaqədar bildirir ki, "xxxx" MMC-dən malların bir hissəsi sabiq direktor Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilməklə bir hissəsi anbara təhvil verilsə də bir hissəsi təhvil verilməmiş, lakin məbləğləri dəqiq bilmir. “Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə təmir-tikinti işləri üçün ayrılmış vəsaitin bir hissəsinin işlər şişirdilməklə təyinatı üzrə xərclənməməsi ilə əlaqədar bildirir ki, "xxxx" MMC və "xxxx" MMC tərəfindən xəstəxanada görülən işləri direktor özü “forma 2”-lər əsasında qəbul etmiş, özünün işlərin qəbulunda iştirakı olmamış, həmin şirkətlər tərəfindən işlərin tam görülüb-görülmədiyini dəqiq deyə bilməsə də işlərin görüldüyünü təsdiq edir, "xxxx" MMC tərəfindən görülmüş işlərin qəbul edilməsinə dair 16 yanvar 2023-cü il tarixli aktdakı imza özünündür, həmin aktda işlərin detalları yazılmamış, ancaq işlərin qəbul edildiyi qeyd olunmuş, o da həmin şirkətlər tərəfindən işlərin görüldüyünü bildiyi üçün və direktor Təqsirləndirilən şəxsin göstərişi ilə həmin aktı imzalamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş X2 ifadəsində və ona verilən sualları cavablandırarkən bildirmişdir ki, 2016-cı ilin 1 mart tarixindən əvvəlllər adı Qobustan rayon Mərkəzi Xəstəxanası olan, hazırki adı ilə “Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsində işləməyə başlamışdır. İlk vəzifəsi baş mühasibin müavini olmuş, 2020-ci ilə kimi həmin vəzifədə işləmiş, 2020-ci ilin yanvar ayından Publik hüquqi şəxsə çevrildiyindən “Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin Mühasibatlıq bölməsinin müdiri vəzifəsinə təyin olunmuş, həmin dövrdə Maliyyə şöbəsinin müdiri vəzifəsini X14 həyata keçirmişdir. Anar Bayramov xx.xx.2015-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həmin vəzifədə olmuş, sonuncu işdən çıxdıqdan sonra şöbə müdiri səlahiyyətlərini özü icra etmişdir. “Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin Mühasibatlıq bölməsinin müdiri vəzifəsini icra edərkən funksiyaları maliyyə hesabatlarının, əməkhaqqlarının hesablanması və sairə olmuşdur. “Qobustan Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinin direktoru vəzifəsində 01 mart 2024-cü il tarixdən X15 işləyir. Ondan əvvəl xəstəxananın rəhbəri vəzifəsində xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Təqsirləndirilən şəxs, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək X10, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək X16 işləmişdir. Vəzifə olaraq ona təqdim olunan və baş həkim (direktor) tərəfindən təsdiq olunmuş tabel cədvəlləri əsasında işçilərin əmək haqqlarını hesablamış, buna dair cədvəlləri tərtib etmiş və imzalayıb baş həkimə (direktora) təqdim etmiş, həmin cədvəllər direktor tərəfindən imzalanıb möhürləndikdən sonra İTS-ə həmin cədvəllərdə əks olunan rəqəmləri qoşma etməklə pul vəsaitinin köçürülməsi ilə bağlı tələbnamə yazmışdır. Bundan sonra pul vəsaitləri İTS tərəfindən "xxxx" Qobustan filialındakı hesaba köçmüş, tərəfindən əlavə olaraq həmin banka direktor tərəfindən cədvəllər göndərilmiş və işçilərə əmək haqqı ödənilmişdir. "xxxx" MMC tərəfindən “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə heç bir hüquqi xidmət göstərilmədiyi halda pul vəsaitlərinin köçürülməsi ilə əlaqədar bildirir ki, ona "xxxx" MMC ilə Qobustan Rayon Mərkəzi Xəstəxanası arasında bağlanmış hər hansı müqavilə təqdim edilməmiş, o, ancaq göndərilmiş 067998 saylı elektron qaimə əsasında "xxxx" MMC-yə 4.500 manat məbləğində ödəniş edilməsinə dair sənədləri tərtib etdikdən sonra Təqsirləndirilən şəxsin göstərişi ilə həmin məbləğdə pul vəsaitini "xxxx" MMC-yə köçürmüşlər, həmin şirkət tərəfindən köçürülmüş pul müqabilində sonradan hər hansı xidmət göstərilməmişdir, şirkətin hər hansı nümayəndəsini görməmiş, ünsiyyətdə olmamış, şirkətin kimə məxsus olmasını bilmir. Fiziki şəxs Şahid1 tərəfindən kompüterlərə antivirusların yazılması, proqram təminatlarının sazlanması, virusların təmizlənməsi, kompüter avadanlıqların profilaktikası xidmətləri göstərilmədiyi və aparılmadığı halda EBBO seriyalı 943486 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında 4.500,00 manat məbləğində əsassız vəsait ödənilməsi ilə əlaqədar isə bildirir ki, ona fiziki şəxs Şahid1 ilə “Qobustan Rayon Mərkəzi Xəstəxanası” arasında bağlanmış 173 saylı xidmət müqaviləsi təqdim edilmiş, eyni zamanda göndərilmiş EBBO seriyalı 943486 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında 4.500 manat məbləğində pul vəsaitini fiziki şəxs Şahid1 hesabına köçürmüşlər, həmin şəxs tərəfindən köçürülmüş pul müqabilində sonradan hər hansı xidmət göstərilməmişdir, həmin şəxsi ümumiyyətlə görməmiş, ünsiyyətdə olmamış, kim olmasını bilmir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid12 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirmişdir ki, təxminən 2005-ci ildən “Şamaxı rayon Mərkəzi Xəstəxanası” PHŞ-də anbardar işləyir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi və prokurorluq tərəfindən Şamaxı RMX-da keçirilmiş yoxlamaların özünə aid hissəsində iştirak etmişdir. Yoxlama zamanı xəstəxana ilə "xxxx" MMC arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, 20/12-22 nömrəli, 66.544,80 manat dəyərindəki malların satınalınmasına dair müqavilənin icrası ilə əlaqədar epizodla bağlı bildirir ki, təhvil-təslim aktları ilə ümumilikdə 38.941,28 manat dəyərində malları anbara şəxsən direktor Təqsirləndirilən şəxs tərəfindən qəbul edilmiş, bu barədə tərtib olunmuş aktların məzmununu təsdiq edir, lakin aktları ona Təqsirləndirilən şəxs imzalatdırmış, "xxxx" MMC-nin əməkdaşını görməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid4 Mirsaleh oğlu sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin faktiki rəhbəridir, şirkətin təsisçisi və direktoru əmisi X9r. Şirkət mətbəə və təsərrüfat məhsullarının alqı-satqısı ilə məşğul olur, təxminən 3 ildir ki, fəaliyyət göstərir. Bildirir ki, “Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs ilə "xxxx" MMC arasında əməkdaşlıq "xxxx" MMC-nin keçirilmiş satınalma müsabiqəsində qalib gəldikdən sonra baş tutub. Şirkət qanunla müəyyən edilmiş qaydada müsabiqədə iştirak edərək qalib gəlib və direktor Təqsirləndirilən şəxslə müqavilələr imzalanıb. Bundan əvvəl Təqsirləndirilən şəxslə heç bir tanışlığı olmamışdır. Müqaviləyə əsasən şirkət tərəfindən 66.544,80 manat dəyərində təsərrüfat və mətbəə malları direktor Təqsirləndirilən şəxsin öz istəyi və tələbi ilə şəxsən özünə Şamaxı şəhəri ərazisində, xəstəxanadan kənarda, lakin Təqsirləndirilən şəxsin özünün dediyi ünvanda təhvil verilmişdir. O, direktor Təqsirləndirilən şəxsə malların xəstəxananın anbarına çatdırılmasını təklif etsə də Təqsirləndirilən şəxs bundan imtina etmiş, malları özünün çatdıracağını bildirmiş və ona görə də malları müqavilədə nəzərdə tutulduğu kimi tam həcmdə Şamaxı şəhərində şəxsən Təqsirləndirilən şəxsin özünə təhvil vermişdir. Bununla bağlı akt da tərtib edilmiş və hər ikisi tərəfindən imzalanmışdır. Eyni zamanda bildirir ki, Təqsirləndirilən şəxs ona əlavə olaraq da malların anbara təhvil verilməsinə dair aktlar da imzalatdırmış, həmin aktlar əsasında malları anbara təhvil verəcəyini bildirmiş, o da daxili məsələləri olduğu üçün aktları imzalamış, çünki Təqsirləndirilən şəxs özü xəstəxananın direktoru olaraq məsul şəxs olmuşdur. Məhkəmə baxışında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid7 həmin ifadəsində bildirmişdir ki, "xxxx" MMC 2016-cı ildə təsis edilmiş, 2022-ci ildə fəaliyyətini dayandırmış, şirkətin təsisçisi və direktoru özüdür, şirkət izolyasiya və təmir işləri ilə məşğuldur. “Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi ilə "xxxx" MMC arasında xx.xx.2022-ci il tarixdə xəstəxananın rentgen otağında qapalı işlərin görülməsi məzmununda 48.494,92 manat məbləğində müqavilə bağlanmış, "xxxx" MMC tərəfindən müqavilə ilə nəzərdə tutulan qaydada divar və döşəmənin izolyasiyasını, tavanın qurğuşunla izolyasiyasını və təmir işlərini həyata keçirmiş, təmir işləri başa çatdıqdan sonra tam olaraq təhvil-təslim həyata keçirilmişdir. Təmir başa çatdıqdan sonra təxminən 7.000 manat məbləğində vəsait qaldığından o, direktor Təqsirləndirilən şəxsin tələbi ilə həmin məbləğin böyük hissəsi özünə qaytarmış, sonuncu qeyd edilən məbləği Xəstəxanada zəruri olan təmir işlərinə sərf edəcəyini bildirmiş, bir hissəsi isə özündə qalmış, həmin məbləğlə Xəstəxanada gələcəkdə digər təmir işləri görməliymiş, lakin Təqsirləndirilən şəxs vəzifəsindən azad olunduğuna görə həmin təmir işlərini görə bilməmişdir. Artıq qalan məbləği harada və hansı məbləğlərdə böldüklərini xatırlamır. “Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi ilə "xxxx" MMC arasında əməkdaşlığa dair sənədlərdəki imzalar özü tərəfindən icra edilmiş, aktlardan birində Mirzə Qafarovun imzası var, o hesablayıcıdır, izolyasiya qatının hesablanmasını həyata keçirdir, təmir işlərinin təhvil verilməsində iştirak etməmiş, zəruri olduğuna görə həmin sənədi Mirzə Qafarova özü imza etdirmişdir. Məhkəmə baxışında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmış Şahid8 həmin ifadəsində bildirmişdir ki, "xxxx" MMC şirkətinin faktiki rəhbəridir, şirkət təmirtikinti işləri ilə məşğul olur. Şirkətin formal direktoru xalası oğlu Ayaz İmanovdur. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 12 sentyabr 2024-cü il tarixli rəyində “Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək təmir-tikinti işləri üçün ayrılmış vəsaitin ümumilikdə 32.025 manatı, ƏDV ilə birlikdə 38.801,29 manat dəyərində, yaxud 21.9 faiz həcmində işlər şişirdilməklə həmin məbləğdə pul vəsaitinin təyinatı üzrə xərclənməməsi və həmin vəsaitin 24.330,61 manatı, ƏDV ilə birlikdə 28.710,11 manatı "xxxx" MMC ilə əlaqədar olması ilə əlaqədar bildirir ki, rəylə razıdır, təmir başa çatdıqdan sonra rəydə qeyd olunan məbləğdə, təxminən 24.000 manat məbləğində artıq pul vəsaiti qalmış, həmin vəsait onunla direktor Təqsirləndirilən şəxs arasında təxminən 2023cü ilin iyun ayında bölünmüşdür, razılıqları belə olmuşdur ki, həmin məbləğlə o, Xəstəxana ərazisində başqa işlər görsün, məbləğin qalan hissəsi ilə Təqsirləndirilən şəxs özü xəstəxanada ayrı təmir işlərini başqa şəxslərə gördürəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs işdən çıxarıldığına görə həmin işləri görə bilməmişdir. Onların əvvəlcədən belə bir razılıqları olmamış, təmirin gedişində artıq məbləğdə pul vəsaitin qalacağını müəyyən etmişlər. Pul vəsaitlərinin aralarında hansı qaydada bölünməsini dəqiq xatırlamır. Onu da qeyd edir ki, Ayaz İmanov tərəfindən imzalanan sənədləri özü Ayaza imza etdirmiş, sonuncu sənədlərin məzmunundan xəbərdar olmamış, "xxxx" şirkətinin faktiki rəhbəri və idarə edən şəxs özüdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 22 iyun 2024-cü il tarixli rəyində göstərilmişdir ki, 32 adda dərmanlar “Şamaxı rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin aptek anbarına təhvil verilmədiyi halda "xxxx" MMC-yə cəmi 4.900,00 manat əsassız olaraq vəsait köçürülmüşdür. Bundan başqa həmin rəydə göstərilmişdir ki, Xəstəxana üzrə nəqliyyat vasitələrinə istifadə olunmuş yanacaq və sürtgü materiallarının məxarici işləri araşdırılarkən ** YY *** nömrə nişanlı avtomaşına mart 2022-ci il tarixdə 263 litr A 95 markalı benzin yanacağının istifadə edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 28 iyun 2024-cü il tarixli rəyində göstərilmişdir ki, "xxxx" MMC tərəfindən “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-ə heç bir hüquqi xidmət göstərilmədiyi halda EBBP seriyalı 067998 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında “hüquqi xidmət və konsultasiya” təyinatı adı ilə 4.500 manat məbləğində əsassız vəsait ödənilmişdir. Bundan başqa həmin rəydə göstərilmişdir ki, fiziki şəxs Şahid1 tərəfindən kompüterlərə antivirusların yazılması, proqram təminatlarının sazlanması, virusların təmizlənməsi, kompüter avadanlıqların profilaktikası xidmətləri göstərilmədiyi və aparılmadığı halda EBBO seriyalı 943486 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında 4.500 manat məbləğində əsassız vəsait ödənilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin 12 sentyabr 2024-cü il tarixli rəyində göstərilmişdir ki, “Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinə xx.xx.2022-ci ildən xx.xx.2024-cü ilədək təmir-tikinti işləri üçün ayrılmış vəsaitin ümumilikdə 32.025 manatı, ƏDV ilə birlikdə 38.801,29 manat dəyərində, yaxud 21.9 faiz həcmində işlər şişirdilməklə həmin məbləğdə pul vəsaiti təyinatı üzrə xərclənməmiş, həmin vəsaitin 24.330,61 manatı, ƏDV ilə birlikdə 28.710,11 manatı "xxxx" MMC, 7704,39 manatı, ƏDV ilə birlikdə 9091,18 manatı "xxxx" MMC ilə əlaqədardır. “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin anbarına baxış keçirilməsi haqqında 12 iyul 2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı "xxxx" MMC tərəfindən alınmış malların 27.603,52 manat hissəsinin anbarda aşkar edilmədiyi müəyyən olunmuşdur. Əmrlərə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ramiz oğlu Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi üzrə 22 yanvar 2015-ci il tarixli, 24 nömrəli əmri ilə həmin Nazirliyin Qobustan rayon mərkəzi xəstəxanasının baş həkimi vəzifəsinə, “Tibbi Ərazi X7” üzrə 06 mart 2020-ci il tarixli, 57 saylı əmrlə həmin Birliyin tabeliyində olan “Qobustan rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə, ”Tibbi Ərazi X7” üzrə 24 fevral 2022-ci il tarixli, 02-73 saylı əmrlə həmin Birliyin tabeliyində olan “Şamaxı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru vəzifəsinə təyin olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə Təlimatları”nın 5 və 6-cı bəndlərinə əsasən, Təqsirləndirilən şəxs “Qobustan rayon Mərkəzi Xəstəxanası” PHŞ və “Şamaxı rayon Mərkəzi Xəstəxanası” PHŞnin direktoru kimi müəssisənin fəaliyyətinə rəhbərliyin həyata keçirilməsi, əhaliyə keyfiyyətli müvafiq sahə üzrə tibbi xidmət göstərilməsinin, inzibati-təsərrüfat və maliyyə fəaliyyətinin təşkil edilməsi, müvafiq sahə üzrə müasir diaqnostika, müalicə və profilaktika metodlarının tətbiqinin təmin edilməsi, müəssisənin illik hesabatı və illik mühasibatlıq balansının təsdiq edilməsi, kadrların seçilməsi, onların ixtisaslarına uyğun yerləşdirilməsi və istifadəsinin həyata keçirilməsi, qanunvericiliyə uyğun olaraq icrası məcburi olan əmr və sərəncamlar verilməsi, onların icrasına nəzarətin həyata keçirilməsi və digər səlahiyyətlərə malik təşkilatisərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs olmuşdur. 28 dekabr 2021-ci il tarixli, 173 saylı müqaviləyə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs guya Şahid1 tərəfindən kompyuter və periferiya avadanqlarının təmiri və texniki qulluq xidmətlərinin göstəriləcəyi barədə, həmin tarixli 01 saylı təhvil-təslim aktına xidmətlərin göstərilərək təhvil verilməsi barədə bilə-bilə yalan məlumatları daxil etmiş, öz imzası və “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin dairəvi möhürü ilə təsdiq edib EBBO seriyalı 943486 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə əsasında 4.500 manat məbləğində pul vəsaitini öz göstərişi ilə 30 dekabr 2021-ci il tarixdə OD011 saylı ödəniş tapşırığı ilə “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin "xxxx" ASC-nin Qobustan rayon filialındakı AZ88AİİB**********044241172 saylı bank hesabından Şahid1 "xxxx" ASCnin Baş filialındakı AZ72HAJCSPRAZN**********7001 saylı bank hesabına köçürülməsinə nail olmuşdur. EBBP seriyalı 067998 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ramiz oğlu “hüquqi xidmət və konsultasiya” təyinatı adı ilə 4.500 manat məbləğində pul vəsaitini öz göstərişi ilə 30 dekabr 2021-ci il tarixdə, OD012 saylı ödəniş tapşırığı ilə “Qobustan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin "xxxx" ASC-nin Qobustan rayon filialındakı AZ88AİİB**********044241172 saylı bank hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin Nərimanov filialındakı AZ50BRES******************** saylı bank hesabına köçürülməsinə nail olmuşdur. 01 aprel 2022-ci il tarixli, 168-K saylı əmrə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs 2022-ci ilin mart ayında öz şəxsi ehtiyacları üçün şəxsi istifadəsində olan “Chevrolet Cruze” markalı, ** YY *** nömrə nişanlı avtomaşına 263 litr A 95 markalı benzin yanacağının alınması üçün həmin vəsaitlərdən Şamaxı rayonu ərazisində yerləşən “Azpetrol” YDM-də 04 mart 2022-ci il tarixdə 80 manat, 06 mart 2022-ci il tarixdə 49,60 manat, 14 mart 2022-ci il tarixdə 32 manat, 16 mart 2022-ci il tarixdə 80 manat, 19 mart 2022-ci il tarixdə 80 manat, 27 mart 2022-ci il tarixdə 49,60 manat, 28 mart 2022-ci il tarixdə 49,60 manat olmaqla ümumilikdə 420,8 manat xərclədikdən sonra 01 aprel 2022-ci il tarixli, 168-K saylı əmrlə həmin yanacağın silinməsini həyata keçirmişdir. Aktlara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin adından 15 mart 2022-ci il tarixdə "xxxx" MMC-nin direktoru Şahid7 ilə həmin Xəstəxanada təmir işlərinin aparılması ilə əlaqədar müqavilə bağlamış, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin "xxxx" ASC-nin Şamaxı rayon filialındakı AZ40İBAZ******************** saylı bank hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin Şuşa filialında olan AZ21AİİB******************** saylı bank hesabına cəmi 48.494,42 manat məbləğində pul vəsaitinin köçürülməsi barədə göstəriş verməklə icrasını təmin etmiş, Şahid7 “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin təmiri üçün nəzərdə tutulmuş ümumi məbləğin 48.494,42 manatlıq hissəsindən təmir üçün ancaq 39.279,84 manat məbləğində hissəsini 2022-ci ilin aprel-may ayında təmir işlərinə sərf etdikdən sonra rəsmi sənəd hesab olunan həmin Xəstəxanada görülmüş təmir işlərinin qəbulu aktında, yəni forma №2-də süni şəkildə iş həcmini artırmaqla Mərkəzin təmirinə guya 48.494,42 manat xərc çəkilməsi barədə aktları imzalamış və “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin dairəvi möhürü ilə möhürləyib təsdiq etmişdir. EBCL seriyalı 519592 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs heç bir xidmət göstərilməsinə dair niyyət olmadığı halda “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin adından 01 dekabr 2022-ci il tarixdə, "xxxx" MMC-nin direktoru Şahid2 ilə 0112/22 saylı müqavilə bağlamış, xidmətlərin göstərilərək təhvil verilməsi barədə 15 dekabr 2022-ci il tarixli təhvil-təslim aktını öz imzası və “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin dairəvi möhürü ilə möhürləyib təsdiq etmiş, EBCL seriyalı 519592 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə əsasında “hüquqi xidmət və konsultasiya” təyinatı adı ilə 4.800 manat məbləğində pul vəsaitini 28 dekabr 2022-ci il tarixdə “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin "xxxx" ASC-nin Şamaxı rayon filialındakı AZ40İBAZ******************** saylı bank hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin Nizami filialındakı AZ50BRES******************** saylı bank hesabına köçürmüşdür. 366498 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaiməyə əsasən müəyyə olunur ki, Təqsirləndirilən şəxs “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin adından 01 dekabr 2022-ci il tarixdə ********** saylı vergi ödəyicisinin eyniləşdirməsi nömrəsinə sahib hüquqi şəxs "xxxx" MMC-nin direktoru X6 ilə 4.900 manat dəyərində dərman vasitələrinin alınmasına dair 142420 saylı müqavilə bağladıqdan sonra EBCM seriyalı 366498 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə əsasında 4.900 manat məbləğində pul vəsaitini 05 yanvar 2023-cü il tarixdə, 265OPXO230050011 saylı ödəniş tapşırığı ilə “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin "xxxx" ASC-nin Şamaxı rayon filialındakı AZ40İBAZ******************** saylı bank hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin Qobustan filialındakı AZ69AİİB******************** saylı bank hesabına köçürmüşdür. 2023-cü ilin yanvar, may və iyun tarixli Xəstəxanadan görülmüş təmir işlərinin qəbulu aktına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin adından 30 dekabr 2022-ci il tarixdə "xxxx" MMC ilə həmin Xəstəxanada təmir işlərinin aparılması barədə müqavilə bağladıqdan sorna xx.xx.2023-cü il, xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin "xxxx" ASC-nin Şamaxı rayon filialındakı AZ40İBAZ******************** saylı bank hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin Gənclik filialında olan AZ53AİİB400300D**********118 saylı bank hesabına 121.647,01 manat məbləğində pul vəsaitinin köçürülməsi barədə göstəriş verməklə icrasını təmin etmiş, təmir üçün nəzərdə tutulmuş ümumi məbləğin 121.647,01 manatlıq hissəsindən təmir üçün ancaq 92.936,90 manat məbləğində hissəsi təmirə sərf edildiyi halda 2023-cü ilin yanvar, may və iyun tarixli həmin Xəstəxanada görülmüş təmir işlərinin qəbulu aktında, yəni forma №2-lərdə süni şəkildə iş həcmini artırmaqla Mərkəzin təmirinə guya cəmi 121.647,01 manat xərc çəkilməsi barədə həmin aktları imzalamış və “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin dairəvi möhürü ilə möhürləmişdir. Aktlara əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin adından şəxs "xxxx" MMC-nin direktoru, X11 ilə dəftərxana, təsərrüfat və digər malların satın alınmasına dair xx.xx.2022-ci il tarixli, 30/12-22 saylı müqavilə bağlamış, xx.xx.2023-cü il tarixli EBDF seriyalı 658964 nömrəli, həmin tarixli, 659396 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı 338080 nömrəli elektron qaimələr əsasında 66.544,80 manat məbləğində pul vəsaitini öz göstərişi əsasında 02 iyun 2023-cü il tarixdə, 265OCAZ231530001 saylı ödəniş tapşırığı ilə “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin "xxxx" ASC-nin Şamaxı rayon filialındakı AZ40İBAZ******************** saylı bank hesabından "xxxx" MMC-nin "xxxx" ASC-nin Mərkəzi filialındakı AZ74AİİB400600D**********229 saylı bank hesabına köçürülməsinə nail olmuş, qeyd olunan məbləğdə dəftərxana, təsərrüfat və digər mallarını 2023-cü ilin iyun ayında "xxxx" MMC-nin etibarnamə üzrə nümayəndəsi Şahid4 Mirsaleh oğlundan şəxsən təhvil almaqla bu barədə aktı imzalamış və möhürləmişdir. Qəbzlərə əsasən müəyyən olunur ki, vurulmuş ziyanın 78.759,32 manat məbləğində pul vəsaitinin 72.000 manatı Təqsirləndirilən şəxs Ramiz oğlu tərəfindən ödənilmiş, özlərinə aid epizodlara dair hissədə vurulmuş ziyanın cinayət məsuliyyətindən azad edilmək üçün müəyyən edilmiş faizi həcmində Şahid7 tərəfindən 1930 manat, Şahid2 tərəfindən 2250 manat, Şahid8 tərəfindən 6100 manat məbləğində pul vəsaiti Baş Prokurorluğun depozit hesabına ödənilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞdən daxil olmuş xx.xx.2024-cü il tarixli, 9413 saylı məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli, xx/xx-8732 saylı məktubdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin mərkəzdə narkoloji qeydiyyatda olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş 22 iyul 2024cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. 21 dekabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddələrlə ittiham elan edilmiş, barəsində “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi ilə yanaşı, zərərəçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinə əsasən Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama külli miqdarda törədildikdə – beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən, rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə — min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını (CM-nin 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13) əməlindən səmimi peşman olmasını, (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən vəzifə saxtakarlığı cinayətlərini təkrarən törətməsini və Azərbaycan Respublikası CM-in 61.1.3-cü maddəsinə əsasən vəzifə saxtakarlığı cinayətlərini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar kimi qiymətləndirir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmalarına və onun ailələrinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən ona, əsas cəzası ilə yanaşı müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın da tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 23-cü bəndinə görə məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə bir-birindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini və həmin məcəllənin 313-cü maddəsinin sanksiyasında müəyyən edilmiş müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələri nəzərə alınmaqla təyin olunan əsas cəzaları qismən toplamaqla, əlavə cəzanı isə əsas cəzalara tam birləşdirməklə Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Təyin olunmuş cəzanın real çəkilməli olub-olmaması məsələsini müzakirə edərkən məhkəmə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilən Qərarını, işin faktiki hallarını eləcə də cəzanı yüngülləşdirən halları, həmçinin təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında qeyd olunur ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməlini etiraf edib səmimi peşmançılığını bildirməsi, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməklə, barışıq əldə etməsi, əslində cəzanın məqsədlərinə qismən də olsa nail olunmasına dəlalət edir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Ali təhsilli, təqsirini səmimi etiraf edən, əməlindən peşman olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalı, bu imkandan ümumilikdə cəmiyyətdə cəzanın məqsədlərinə uyğun istifadə edib-etməməsini aydınlaşdırmaq üçün o, müəyyən müddət sınaqdan keçirilməlidir. Eyni zamanda sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra orqanına həvalə edilməlidir. Onun üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınıb, iş üzrə cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə "Qobustan rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə fiziki şəxs Şahid1 arasında əməkdaşlığa dair bağlanmış 28 dekabr 2021-ci il tarixli, 173 saylı müqavilə, həmin tarixli 01 saylı təhvil-təslim aktı, EBBO seriyalı 943486 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə, xx.xx.2021-ci il tarixli OD011 saylı ödəniş tapşırığı, “Qobustan rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə hüquqi şəxs "xxxx" MMC arasında əməkdaşlığa dair EBBP seriyalı 067998 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə, xx.xx.2021-ci il tarixli, OD012 saylı ödəniş tapşırığı, Təqsirləndirilən şəxs öz şəxsi ehtiyacları üçün şəxsi istifadəsində olan “Chevrolet Cruze” markalı, ** YY *** nömrə nişanlı avtomaşına 263 litr A 95 markalı benzin yanacağının alınması ilə əlaqədar “Azpetrol” YDM-də benzin alınmasına dair 04 mart 2022, 06 mart 2022, 14 mart 2022, 16 mart 2022, 19 mart 2022, 27 mart 2022, 28 mart 2022- ci il tarixli qəbzlər, həmin tarixli yol vərəqələri, sərf olunmuş yanacağın silinməsinə dair 01 aprel 2022-ci il tarixli, 168-K saylı əmr, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə “(on Tikinti" MMC arasında əməkdaşlığa dair 15 mart 2022ci il tarixli müqavilə, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin "xxxx" ASC-nin Şamaxı rayon filialındakı AZ40İBAZ******************** saylı bank hesabından "xxxx" MMC- nin “Kapital Bank" ASCnin Şuşa filialında olan AZ21AİİB******************** saylı bank hesabına cəmi 48.494,42 manat məbləğində pul vəsaitinin köçürülməsi barədə çıxarış, 17 may 2022-ci il tarixli təhvil-qəbulu aktı, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə hüquqi şəxs "xxxx" MMC arasında əməkdaşlığa dair 01 dekabr 2022-ci il tarixli, 0112/22 saylı müqavilə, xidmətlərin göstərilərək təhvil verilməsi barədə 15 dekabr 2022- ci il tarixli təhvil-təslim aktı, EBCL seriyalı 519592 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin "xxxx" ASC-nin Şamaxı rayon filialındakı AZ40İBAZ******************** saylı bank hesabından “Azfinans" MMC- nin "xxxx" ASC-nin Nizami filialındakı AZ50BRES******************** saylı bank hesabına 4800 manat məbləğində pul vəsaitinin köçürülməsinə dair çıxarış, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası" PHŞ ilə “Mahı" MMC arasındakı əməkdaşlığa dair 01 dekabr 2022-ci il tarixli, 142420 saylı müqavilə, EBCM seriyalı 366498 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə, 05 yanvar 2023-cü il tarixli, 2650PX********** saylı ödəniş tapşırığı, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Şamaxı rayon filialındakı AZ40İBAZ******************** saylı bank hesabından “Mahı" MMC-nin “Kapital Bank" ASC-nin Qobustan filialındakı AZ69AİİB******************** saylı bank hesabına ödəniməsinə dair ödəniş tapşırığı, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası" PHŞ ilə "Radium Construction” MMC-nin əməkdaşlığına dair 30 dekabr 2022-ci il tarixli müqavilə, "Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin "xxxx" ASC-nin Şamaxı rayon filialındakı AZ40İBAZ******************** saylı bank hesabından "Radium Construction” MMC-nin "xxxx" ASC-nin Gənclik filialında olan AZ53AİİB400300D**********118 saylı bank hesabına 121.647,01 manat məbləğində pul vəsaitinin köçürülməsi barədə xx.xx.2023- cü il, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqları, 2023-cü ilin yanvar, may və iyun tarixli həmin Xəstəxanada görülmüş təmir işlərinin qəbulu aktları, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası" PHŞ ilə "xxxx" MMC arasında əməkdaşlığa dair xx.xx.2022-ci il tarixli, 30/12- 22 saylı müqavilə, xx.xx.2023- cü il tarixli EBDF seriyalı 658964 nömrəli, həmin tarixli, 659396 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı 338080 nömrəli elektron qaimələr, 02 iyun 2023-cü il tarixli, 265OCAZ231530001 saylı ödəniş tapşırığı, 2023-cü ildə tərtib olunmuş təhvil-təslim aktları, “Azfinans" MMC-nin Bank Respublika ASC- də olan bank hesabına dair çıxarış, fiziki şəxs Şahid1 “Kapital Bank" ASC-dəki bank hesabına dair çıxarış 25 dekabr 2024-cü il tarixli qərarla cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2 və 313cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsinə əsasən 6 (altı) il müddətə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsinə əsasən 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaqla, əlavə cəzanı isə əsas cəzalara tam birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 6 (altı) 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş əsas cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra orqanına həvalə edilsin. Onun üzərinə davranışına nəzarət edən icra orqanına məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınıb, iş üzrə cinayət təqibi üçün mühüm əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyinə və cinayət hadisəsinin izlərini saxladığına görə "Qobustan rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə fiziki şəxs Şahid1 arasında əməkdaşlığa dair bağlanmış 28 dekabr 2021-ci il tarixli, 173 saylı müqavilə, həmin tarixli 01 saylı təhvil-təslim aktı, EBBO seriyalı 943486 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə, xx.xx.2021-ci il tarixli OD011 saylı ödəniş tapşırığı, “Qobustan rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə hüquqi şəxs "xxxx" MMC arasında əməkdaşlığa dair EBBP seriyalı 067998 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaimə, xx.xx.2021-ci il tarixli, OD012 saylı ödəniş tapşırığı, Təqsirləndirilən şəxs öz şəxsi ehtiyacları üçün şəxsi istifadəsində olan “Chevrolet Cruze” markalı, ** YY *** nömrə nişanlı avtomaşına 263 litr A 95 markalı benzin yanacağının alınması ilə əlaqədar “Azpetrol” YDM-də benzin alınmasına dair 04 mart 2022, 06 mart 2022, 14 mart 2022, 16 mart 2022, 19 mart 2022, 27 mart 2022, 28 mart 2022- ci il tarixli qəbzlər, həmin tarixli yol vərəqələri, sərf olunmuş yanacağın silinməsinə dair 01 aprel 2022-ci il tarixli, 168-K saylı əmr, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə “(on Tikinti" MMC arasında əməkdaşlığa dair 15 mart 2022ci il tarixli müqavilə, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin "xxxx" ASC-nin Şamaxı rayon filialındakı AZ40İBAZ******************** saylı bank hesabından "xxxx" MMC- nin “Kapital Bank" ASCnin Şuşa filialında olan AZ21AİİB******************** saylı bank hesabına cəmi 48.494,42 manat məbləğində pul vəsaitinin köçürülməsi barədə çıxarış, 17 may 2022-ci il tarixli təhvil-qəbulu aktı, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ ilə hüquqi şəxs "xxxx" MMC arasında əməkdaşlığa dair 01 dekabr 2022-ci il tarixli, 0112/22 saylı müqavilə, xidmətlərin göstərilərək təhvil verilməsi barədə 15 dekabr 2022- ci il tarixli təhvil-təslim aktı, EBCL seriyalı 519592 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası" PHŞ-nin "xxxx" ASC-nin Şamaxı rayon filialındakı AZ40İBAZ******************** saylı bank hesabından “Azfinans" MMC- nin "xxxx" ASC-nin Nizami filialındakı AZ50BRES******************** saylı bank hesabına 4800 manat məbləğində pul vəsaitinin köçürülməsinə dair çıxarış, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası" PHŞ ilə “Mahı" MMC arasındakı əməkdaşlığa dair 01 dekabr 2022-ci il tarixli, 142420 saylı müqavilə, EBCM seriyalı 366498 nömrəli, xx.xx.2022-ci il tarixli elektron qaimə, 05 yanvar 2023-cü il tarixli, 2650PX********** saylı ödəniş tapşırığı, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin “Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Şamaxı rayon filialındakı AZ40İBAZ******************** saylı bank hesabından “Mahı" MMC-nin “Kapital Bank" ASC-nin Qobustan filialındakı AZ69AİİB******************** saylı bank hesabına ödəniməsinə dair ödəniş tapşırığı, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası" PHŞ ilə "Radium Construction” MMC-nin əməkdaşlığına dair 30 dekabr 2022-ci il tarixli müqavilə, "Şamaxı Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin "xxxx" ASC-nin Şamaxı rayon filialındakı AZ40İBAZ******************** saylı bank hesabından "Radium Construction” MMC-nin "xxxx" ASC-nin Gənclik filialında olan AZ53AİİB400300D**********118 saylı bank hesabına 121.647,01 manat məbləğində pul vəsaitinin köçürülməsi barədə xx.xx.2023- cü il, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli ödəniş tapşırıqları, 2023-cü ilin yanvar, may və iyun tarixli həmin Xəstəxanada görülmüş təmir işlərinin qəbulu aktları, “Şamaxı Rayon Mərkəzi Xəstəxanası" PHŞ ilə "xxxx" MMC arasında əməkdaşlığa dair xx.xx.2022-ci il tarixli, 30/12- 22 saylı müqavilə, xx.xx.2023- cü il tarixli EBDF seriyalı 658964 nömrəli, həmin tarixli, 659396 nömrəli, xx.xx.2023-cü il tarixli, EBDG seriyalı 338080 nömrəli elektron qaimələr, 02 iyun 2023-cü il tarixli, 265OCAZ231530001 saylı ödəniş tapşırığı, 2023-cü ildə tərtib olunmuş təhvil-təslim aktları, “Azfinans" MMC-nin Bank Respublika ASC- də olan bank hesabına dair çıxarış, fiziki şəxs Şahid1 “Kapital Bank" ASC-dəki bank hesabına dair çıxarış 25 dekabr 2024-cü il tarixli qərarla cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar