Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-244/2024 31.07.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X7 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü il tarixdə Siyəzən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 315.1, 228.4, 126.1-ci maddələri ilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunmuş 09 (doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il hökmünə ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu qəti olaraq 08 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində istintaqa dəqiq məlum olmayan vaxtda, mənbədən və miqdarda qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,421 qram və 0,263 qram olmaqla ümumi təmiz çəkisi 0,684 qram olan narkotik vasitə heroini və 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,552 qram, 0,450 qram olmaqla ümumi təmiz çəkisi 1,002 qram olan psixotrop maddə metamfetamini evin qonaq otağının döşəməsində, 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,325 qram, 0,356 qram olmaqla ümumi təmiz çəkisi 0,681 qram olan narkotik vasitə heroini və 3 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 0,102 qram, 0,035, 0,021 qram olmaqla ümumi təmiz çəkisi 0,158 qram olan psixotrop maddə metamfetamini qonaq otağında yerləşən stolun üzərində, 13 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,841 qram, 0,746 qram, 0,854 qram, 0,821 qram, 0,844 qram, 0,871 qram, 0,891 qram, 0,352 qram, 0,039 qram, 0,038 qram, 0,036 qram, 0,056 qram, 0,042 qram olmaqla ümumi təmiz çəkisi 6,431 qram olan külli miqdarda narkotik vasitə heroini, 2 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,063 qram, 0,287 qram olmaqla ümumi təmiz çəkisi 1,350 qram olan psixotrop maddə metamfetamini və 2 ədəd elektron tərəzini yataq otağında yerləşən qaz peçinin içərisində, 1 ədəd bükümdə təmiz çəkisi 5,510 qram külli miqdarda psixotrop maddə metamfetamini və 1 ədəd bükümdə 0,034 qram olan narkotik vasitə qurudulmuş marixuananı isə yenə həmin yataq otağında yerləşən mebel dəstinin üzərində qəsdən satış məqsədilə qanunsuz olaraq saxlamış, 02 aprel 2023-cü il tarixdə, saat 15 radələrində, Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində keçirilən əməliyyat tədbirləri nəticəsində o, yaşadığı evin yaxınlığında saxlanılmış, evinə keçirilmiş baxış zamanı ümumilikdə evindən 7,796 qram külli miqdarda narkotik vasitə heroin, 8,020 qram külli miqdarda psixotrop maddə metamfetamin və 0,034 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq rəsmiləşdirilib götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən yəni Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə özünü təqsirli bildiyini qeyd edərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, göstərdi ki, o, narkotik vasitələrin istifadəçisi olmuşdur. Narkotikə evdə problemləri olduğu üçün yönəlmişdir. Evində yatdığı zaman birdən evin silkələndiyini hiss etmiş və qışqırıq səsinin gəldiyini eşitmişdir. Bu zaman həyətə düşüb nələrin baş verdiyini öyrənmək istəmişdir. Evdən çıxıdığı zaman polisləri görmüşdür. Evin ikinci mərtəbəsində yaşamışdır. Polislərdən nəyin baş verdiyini soruşmamış özünü yerdə tapmışdır. Yerdə olduğu zaman polis əməkdaşları evə girmişlər. Polis əməkdaşları mülki geyimdə olmuşlar. O, polis əməkdaşlarının belə hərəkətləri ilə əvvəllər də rastlaşmışdır. Onun stolunun üstündə 1.6 qramlıq heroin və metamfetamin olmuşdur. Polis əməkdaşlarına içəriyə girmələrini özü demişdir. Polis əməkdaşları stolun üzərinə baxmadan otağa baxmağa başlamış və hər yeri dağıtmışlar. Bu zaman onun əlləri qandallı olmuşdur. Polis əməkdaşları sobanın içərisindən narkotik çıxarmışlar. O, evindən çıxan tərəzinin özünə aid olduğunu və narkotik alarkən heç kimin onu çəkidə aldatmaması üçün həmin tərəzini əldə etdiyini bildirmişdir. Narkotik vasitələri heç kimə qoşulmadan öz evində istifadə etmişdir. O, polis əməkdaşlarının onu döydüklərini, başına vurduqlarını və sobadan çıxan narkotik vasitələri onun boynuna qoyduqlarını bildirmişdir. Polis əməkdaşları ittiham aktında tərəzini satışın əsası kimi göstərmişlər. Polis əməkdaşları üç dəfə çəkiliş aparmışlar. Onun arxasınca qardaşı gəlmişdir. O qalan narkotik vasitələrindən xəbəri olmadığını bildirdiyi zaman polis əməkdaşları ona narkotik vasitələrin öz qardaşına aid olduğunu və belə olan halda qardaşını tutacaqlarını bildirmişlər. Narkotik vasitənin təsiri altında olduğunu ailəsindən gizlətməmişdir. Polis əməkdaşları onun qardaşını sıxışdırmışlar. Evdə polislər olanda qonşu qapını açaraq nə baş verdiyini maraqlanmışdır. Polislər qonşuya qapını örtməsini və içəri girməli olduğunu demişlər. Polis əməkdaşları ilk olaraq onun qardaşını bölməyə aparmış, sonra isə onu götürüb aparmışlar. Polis Bölməsində ona 234.1-ci maddə ilə ittiham elan etmək istəmişlər. Pis vəziyyətdə olduğu üçün onu xəstəxanaya aparmışlar. Videogörüntülərdə o yuxudan yeni oyanmışdır. Kamera çəkilişlərinin üzərindən bir il keçmişdir. Həmin görüntülərin silinib-silməməsi barədə məlumatı yoxdur. Onun pulqabında digər iki qardaşı ilə xəstəsi üçün yığdıqları 2400 manat pul olmuşdur. Müstəntiq həmin pulları götürmüş və onu 234.1-ci maddə ilə həbsə göndərəcəyini demişdir. 3 saylı İstintaq Təcridxanasına gəlddikdən sonra barəsində elan olunmuş ittihamla maraqlanmış və 234.4.3-cü maddə ilə ittiham olunduğunu öyrənmişdir. O, müstəntiqin yanına getdikdən sonra qardaşının bir ədəd narkotiklə Müalicə Müəssisəsində qeydiyyata alındığından və onun özünə ittiham elan olunduqdan sonra qardaşının buraxılıdığından xəbərdar olmuşdur. Evdən 1.6 qramlıq heroin, 2 qramlıq metamfetamin aşkar olunmuşdur. O, narkotik vasitələrdən az-az istifadə etmişdir. 2 qramlıq metamfetamindən 0.5 qram qalmışdır. Polislər evə daxil olmamışdan qabaq evdə 3 qram narkotik vasitə olmuşdur. O hər gün 3 qram narkotik vasitə istifadə etmişdir. O, iranlıdan əldə etdiyi 3 qram narkotik vasitəyə 25-30 manat pul ödəmişdir. Qazancını kiloqram ilə paltar satmaqdan və qumar oynamaqdan əldə etmişdir.O hətta tutulan günü də pul qazanmışdır. Narkotik vasitələr onun qardaşına məxsus olmamışdır. Onun 2400 manat , 450 manat və kredit kartı ilə götürdüyü pullarını müstəntiq götürmüşdür. O, həmin pulların götürülməyi ilə bağlı heç bir yerə müraciət etməmişdir. Onun qardaşının barəsində hökm çıxmışdır. O, narkotik vasitələrin hər ikisindən beş qram almış və onlardan istifadə etmişdir. Narkotikləri vasitələri polis əməkdaşları yorğanın altından və sobadan çıxarmış, dördünü isə masanın üzərindən götürmüşlər. O, iranlıya 200 manat pul göndərərək 10 qram narkotik vasitə almışdır. Aldığı narkotik vasitələri satmaq məqsədi olmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 yaşayır. Subaydır və heç bir yerdə işləmir. Əvvəllər CM-nin müxtəlif maddələri ilə bir neçə dəfə məhkum olunub. Artıq 5-6 aya yaxındır ki, narkotik vasitələrin istehlakı ilə məşğuldur. Adətən də narkotik vasitə heroin və metamfetamindən istifadə edib. Təxminən 1 ay bundan əvvəl sosial şəbəkədə bir iranlı ilə tanış olmuşdur. Münasibət zamanı ondan narkotik vasitə istəmiş, tanımadığı iranlıda ona narkotik vasitə sata biləcəyini söyləmişdir. Bunun qarşılığında ona 200 manat pul yollamış, iranlıda ona Bakı şəhərində tanımadığı yerin konumunu atmışdır. Oda həmin əraziyə tək başına gedərək narkotik vasitə heroini və metamfetamini götürmüş, ardıncada onları yaşadığı evdə gizlətmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evin qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşmış və onda narkotik vasitələrin olmasından şübhələndiklərini söyləmişlər. Daha sonra isə həmin yerə müstəntiq və hüquqlarının müdafiəsi üçün vəkildə dəvət olunmuş, ardınca isə oda polis əməkdaşlarına evində narkotik vasitə olduğunu söyləmiş və onlara könüllü şəkildə evinə baxış keçirilməsi üçün icazə verdiyini bildirmişdir. Baxış zamanıda evindən təxminən 1 ay əvvəl İran vətəndaşından aldığı bükümlər aşkar edilərək götürülmüşdür. Bundan sonra isə RPŞ-də olan zaman üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanıda üzərindən heç nə aşkar edilməmişdir. Özünün narkotik vasitələrin satışı ilə məşğul olmadığını, ailə üzvlərinin evində narkotik vasitə olmasından xəbərlərinin olmadıqlarını və narkotik vasitə aldığı iranlının şəxsiyyəti barədə heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və onları satış məqsədilə yaşadığı evdə saxlaması barədə əməliyyat aparatına dəqiq və qərəzsiz məlumat daxil olduğundan bu səbəbdən də onu saxlamaq qərarına gəlmişlər. Buna görə də 02 aprel 2023-cü il tarixdə, saat 15 radələrində Şabran RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Şahid3, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Şabran RPŞ-nin PPXB-nün tağım komandiri, polis leytenantı Şahid5, Şabran RPŞ-nin PPXB-nün manqa komandiri, polis baş serjantı Toğrul Heydərov, Şabran RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Adil Kərimov və Şabran RPŞ-nin CAB-nin rəisi, polis mayoru Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri, 28 may küçəsində saxlayıblar. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılan zaman yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin ikinci mərtəbəsində narkotik vasitə heroin və metamfetamini saxladığını səmimi olaraq etiraf etmişdir. Ardınca isə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilməsi və üzərinə şəxsi axtarış aparılması üçün RPŞ-nin müstəntiqi və İlkinin hüquqlarının müdafiə olunması üçün vəkil hadisə yerinə dəvət olunmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs könüllü razılığı ilə sonuncunun evinə vəkilinin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı evin zal hissəsindəki stolun üzərindən içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminə bənzə kütlələr olan ümumilikdə 5 büküm, həmin otaqda döşəmənin üzərində içərisində narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzə kütlələr olan ümumilikdə 4 büküm, yataq otağındakı mebel dəstinin üzərindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan 1 ədəd sellofan büküm və evin yataq otağındakı qaz peçinin içərisindən narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə bənzər kütlələr olan ümumilikdə 15 ədəd büküm ilə yanaşı 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs evindən aşkar edilmiş bükümlərin ayrı-ayrılıqda narkotik vasitə heroin və psixotrop maddə olduğunu bildirmiş və həmin bükümlərin ona məxsus olduğunu səmimi olaraq etiraf etmişdir. Ardınca evdən aşkar edilmiş bükümlərin istintaq hərəkətinin iştirakçılarının iştirakları ilə qablaşdırılaraq ekspertizaya göndərmək məqsədilə zərfə qoyularaq möhürlənmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs RPŞ-nə dəvət olunmuş, bundan sonra isə vəkilinin iştirakı ilə İlkinin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı isə İlkinin üzərindən hər hansısa bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş RPŞ-nin polis əməkdaşları Şahid1, Şahid4 və Şahid5 işin halları ilə bağlı Şahid2la eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı ifadəsi elan olunmaqla araşdırılmış Şahid3 şahidlər Şahid2, Şahid1, Şahid4 və Şahid5 ifadəsinə uyğun ifadə verdiyi və onların göstərdikləri xüsusatları təsdiq etdiyi müəyyən olunmuşdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş müstəntiq X3 ifadəsində və ona verilən sualları cavablandırarkən, bildirdi ki, evə baxış protokolunu özü tərtib etmişdir. Baxış keçirilən zaman narkotik müəyyən edilibsə iştirakçıların imzaları ilə qablaşdırılaraq götürüldüyünü, lakin bəzən diskdəki videogörüntülər uzun müddət qaldıqdan sonra görüntülərdə problemlərin olduğunu, yəni müəyyən hissəsinin görünmədiyini bildirdi. Bundan başqa evdə aşkar olunmuş narkotik vasitələrin qablaşdırıldığını və bundan sonra ekspertizaya göndərildiyini qeyd etdi. Həmçinin narkotik vasitə qablaşıdırılmadığı halda onun müvafiq ekspertlər tərəfindən qəbul olunmadığını və geri qaytarıldığını bildirdi. Habelə o, videoçəkilişin sona qədər aparıldığını diskdəki problemin sonradan ortaya çıxdığını söyləmdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə xx.xx.1993-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək, Şabran rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə alınmış məlumat əsasında Təqsirləndirilən şəxs saxlanılaraq Şabran Rayon Polis İdarəsinə gətirilmişdir. xx.xx.2023-cü il tarixli “Əməliyyat məlumatlarının yoxlanılması barədə” qərardan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş 02 ədəd DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ev ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evidir. Ev ikimərtəbəli ev olub, darvazası dəmir materialdan hazırlanmış qapıdır. Qapıdan içəri daxil olduqda sağ tərəfdə sözügedən ikimərtəbəli fərdi yaşayış evi yerləşir. Təqsirləndirilən şəxs məxsus ev evin ikinci mərtəbəsində yerləşir.Həmin ev 3 otaqdan ibarətdir. Baxış zamanı evin zal hissəsindəki stolun üzərindən içərisində narkotik vasitə elecə də, psixotrop maddəyə bənzər kütlə olan 3 ədəd sellofan və 2 ədəd kağız büküm, həmin otaqda döşəmənin üzərində içərisində narkotik vasitə və psixotrop maddəyə bənzə kütlə olan olan 2 ədəd sellofan eləcə də 2 ədəd kağız büküm, yataq otağındakı mebel dəstinin üzərindən içərisində narkotik vasitəyə bənzər kütlə olan 1 ədəd sellofan büküm, həmin mebel dəstinin üzərində ürək formasındakı yastıqdan içərisində psixotrop maddəyə bənzər kütlə olan 1 ədəd sellofan büküm, həmin otaqda yataq dəstinin sol baş hissəsində qadın çantasından - içərisindən psixotrop maddəyə bənzər kütlə olan 2 ədəd sellofan büküm və ağ rəngli plasmas qabda psixotrop maddə hesab edilən metamfetaminə bənzər kütlələr, həmin otaqdakı qaz peçinin içərisindən içərisində narkotik vasitə hesab edilən heroinə bənzər kütlə olan 8 ədəd sellofan büküm, içərisində narkotik vasitəyə bənzər kütlə olan 5 ədəd kağız, 2 ədəd sellofan büküm və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və ya qanunla qadağan olunmuş predmet aşkar edilməmişdir. Məhkəmə-bioloji ekspertizasının 03 aprel 2023-cü il tarixli 7/741 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə tütün təmiz çəkisi 0,034 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Məhkəmə-narkoloji 16 iyun 2023-cü il tarixli 3819 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş 12 aprel 2023-cü il tarixli Şabran rayon mərkəzi xəstəxanasından daxil olmuş məktubdanda görsəndiyi kimi Təqsirləndirilən şəxs psixnevroloji və kabinetdə narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur. Məhkəmə-kimyəvi ekspertizasının 03 aprel 2023-cü il tarixli 6/1932 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş “Təqsirləndirilən şəxs yaşadığı evin döşəməsindən” sözləri və imzalan olan 01 nömrəli zərfdəki 2 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,421 qram, 0,263 qram, ümumi təmiz çəkisi 0,684 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,552 qram, 0,450 qram ümumi təmiz çəkisi 1,002 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metanfetamindir. “Təqsirləndirilən şəxs evindən stolun üzərindən” sözləri və imzaları olan 2 nömrəli zərfdəki 2 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,325 qram, 0,356 qram, ümumi təmiz çəkisi 0,681 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir,2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,102 qram, 0,035 qram, 0,021 qram ümumi təmiz çəkisi 0,158 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metanfetamindir. “İlkin Rövşən oğlunun yaşadığı evdən mebel dəstinin üzərindən" sözləri, imzalan olan 3 nömrəli zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi 5,510 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metanfetamindir. “Təqsirləndirilən şəxs yaşadığı evdən qaz peçinin içərisindən” sözləri, imzaları olan 4 nömrəli plastik qabdakı 13 ədəd bükümdə ayrı- ayrılıqda təmiz çəkiləri 0,841 qram, 0,746 qram, 0,854 qram, 0,821 qram, 0,844 qram, 0,871 qram, 0,891 qram, 0,352 qram. 0.039 qram, 0,038 qram, 0,036 qram, 0,056 qram, 0,042 qram olmaqla ümumi təmiz çəkisi çəkisi 6,431 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,063 qram və 0,287 qram olmaqla ümumi təmiz çəkisi 1,350 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metanfetamindir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 2 ədəd elektron tərəzinin səthində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. 1, 2 və 4 nömrəli zərflərdəki narkotik vasitə heroinlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 7,796 qramdır. 1, 2, 3 və 4 nömrəli zərflərdəki psixotrop maddə metamfetaminlər kimyəvi komponent tərkiblərinə görə eynidirlər və ümumi təmiz çəkisi 8,020 qramdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1, 177.2.1, 177.2,2, 177.2.3, 228.4 və 315.1-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs daha sonra Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsini tətbiq etməklə ümumilikdə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü maddəsinə əsasən cəzadan azad edilərək xx.xx.2021-ci il tarixdə azadlığa buraxılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın 7-ci bəndinə əsasən əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Təqsirləndirilən şəxs törətdiyi əməl isə ağır cinayətlər kateqoriyasına daxildir. Buna görə də Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədiyinə görə sonuncu əvvəllər məhkum olunmuş hesab edilir. Binəqədi Rayon Məhkəməsindən xx.xx.2024-cü il tarixdə daxil olmuş “təqdimatın təmin edilməsi haqqında” qərarda müəyyən olunur ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasının CM-də dəyişikliklər edilməsi haqqında” xx.xx.2017-ci il tarixli Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsinə dair ərizəsi təmin edilərək, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-461/2012 saylı, 05 aprel 2012-ci il tarixli hökmü ilə elan olunmuş ittihamdan 89 manat və 71 manat dəyərində əmlakın gizli talanmasına dair epizodlar xaric olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü tarixli, 1(003)-201/2012 saylı hökmü ilə təyin edilmiş qəti cəzası 6 ay müddətinə azaldılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi “08 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü maddəsinə əsasən cəzadan azad edilərək xx.xx.2021-ci il tarixdə azadlığa buraxılmışdır. Məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 63 saylı rəyindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs bədəni üzərində başın sol təpə nahiyəsinin, sol çiyin, sol kürək, sağ bazu, sağ dirsək və sağ baldır nahiyələrinin hərəsinin bir ədəd sıyrılmış yaraları, sağ kürək nahiyəsinin bir ədəd qançırı, döş qəfəsinin və qarnın ön divarının hər iki yarısının, sol bazunun çoxsaylı cızıqları və hər iki baldırın kəsilmiş yaraları aşkar olunmuşdur. Başın sol təpə nahiyəsinin, sol çiyin, sağ bazu, sağ dirsək və sağ baldır nahiyələrinin yaraları və sağ kürək nahiyəsinin qançırı bərk küt əşyanın (əşyalar) təsirindən törənmişdir, 03 aprel 2023-cü il tarixdə yarana bilməsi inkar edilmir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Döş qəfəsinin, qarın divarının və sol bazunun cızıqları iti uca malik əşyanın (əşyaların), hər iki baldırın kəsilmiş yaraları kəsici kənara malik əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddəti 29 aprel 2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlarına görə dərəcələri təyin edilmir. Məhkəməyə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Prokurorluğundan daxil olmuş 17 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, prokurorluğa daxil olmuş xüsusi məlumatlar əsasında cinayət tərkibi əlamətləri olmadığı üçün cinayət işinin başlanılması CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Məhkəməyə xx.xx.2024-cü il tarixdə Şabran Rayon Polis İdarəsindən daxil olmuş məktubda müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşayış yerinə baxış keçirilməsi ilə bağlı videogörüntünün tam forması Şabran Rayon Polis İdarəsində mövcud olmadığı üçün onun məhkəmə istintaqına təqdim edilməsi mümkün olmamışdır. Şübhəli şəxsin tutulması haqqında protokolda müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Şabran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyə olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 4 ay müdətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Şabran Rayon Polis İdarəsinə xx.xx.1993-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədilə əldə edərək, Şabran rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, xx.xx.2023-cü il tarixdə əməliyyat məlumatlarının yoxlanılması barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun yaşadığı evə video çəkilişlə baxış keçirilmiş, baxış zamanı onun yaşadığı evdən psixotrop maddə olan metanfetaminə, marixuanaya və heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs evinə baxış keçirilərək narkotik vasitənin və psixotrop maddənin aşkar edilməsi zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Həmçinin məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə dair iş materiallarına əlavə edilmiş diskdə yaranan problemlə əlaqədar baxış protokolunu rəsmiləşdirmiş müstəntiqi dindirmiş və həmin natamamlığı aradan qaldırmışıdır. Bundan başqa məhkəmə qeyd edir ki iş materiallarına əlavə edilmiş məhkəmə kimyəvi ekspertizasının rəylərindən də müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotik vasitələr və psixotrop maddə qanuni şəkildə rəsmiləşdirilmişdir. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən ibtidai istintaq zamanı psixi təsir və təzyiqlərə məruz qaldığını bildirsədə iş materiallarında buna dair heç bir sübuta rast gəlinməmiş, həmçinin müdafiə tərəfi bu barədə heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Bundan başqa iş materiallarında olan müvafiq prokurorluq orqanı tərəfindən qəbul edilmiş Cinayət İşinin Başlanmasının Rədd edilməsi haqqında qərardanda müəyyən olunur ki,təqsirləndirilən Təqsirləndirilən şəxs müraciəti ətraflı araşdırılmış və qiymətləndirilmişdir. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs nakotik vasitələrdən istifadə etsədə həmin vasitələrin satışı ilə məğul olmadığını bildirsədə onda aşkar edilmiş nakotik vasitə və psixotrop maddənin miqdarının şəxsi istehlak miqdarından artıq olması, xırda-xırda bükümlərdə olması, aşkar olunmuş vasitələrin növ müxtəlifliyi və həmin narkotik vasitələri realizə etmək üçün tərəzinin olması Təqsirləndirilən şəxs həmin vasitələri satış məqsədilə əldə etməsinə dəlalət edir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşır və həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadələri qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq nakotik vasitələri və ya psixotrop maddələri satma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər üç ilədən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Eyni zamanda, həmin Məcəllənin 234.4.3-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivi müəyyən edilmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 6 il keçdikdə məhkumluqları ödənilmiş sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1, 177.2.1, 177.2,2, 177.2.3, 228.4 və 315.1-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs daha sonra Xəzər rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsini tətbiq etməklə ümumilikdə 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü maddəsinə əsasən cəzadan azad edilərək xx.xx.2021-ci il tarixdə azadlığa buraxılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin qəbul etdiyi “08 Noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərarın 7-ci bəndinə əsasən əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Təqsirləndirilən şəxs törətdiyi əməl isə ağır cinayətlər kateqoriyasına daxildir. Buna görə də Təqsirləndirilən şəxs həbsdən azad olunduğu vaxtdan 6 il müddət keçmədiyinə və onun məhkumluğu götürülmədiyinə görə onun məhkumluğu ödənilməmiş hesab olunur və əvvəllər məhkum olunmuş hesab edilir. Beləliklə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4 və 18.2.2 maddələrinin tələbinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə məhkum olunsada məhkumluğu ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyindən əməlində cinayətlərin təhlükəli residivi vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə cəzası, onun təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan cəzanın yuxarı həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 02 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 121 (yüz iyirmi bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş, Şabran Rayon Polis İdarəsində maddi sübutların saxlanması otağında saxlanılan ümumi qalıq çəkisi 7,496 qram narkotik vasitə heroin, qalıq çəkisi 0,014 qram olan narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 7,620 qram çəkidə psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 05 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 02 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 121 (yüz iyirmi bir) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunaraq maddi sübut kimi tanınıb, Şabran rayon polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş ümumi qalıq çəkisi 7,496 qram narkotik vasitə heroin, qalıq çəkisi 0,014 qram olan narkotik vasitə qurudulmuş marixuana və qalıq çəkisi 7,620 qram çəkidə psixotrop maddə metamfetamin və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 05 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən imza Nurəddin Hüseynli Hakim imza Nahid Mirzəyev Hakim imza Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-244/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-244/2024
31.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver