Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-244/2025 20.05.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi: Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Masallı rayonu Təzə Alvadı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Masallı rayonu Təzə Alvadı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Xətai rayonu Əkbər Pənahov küçəsində nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin yerləşdiyi Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsi ərazisində yerləşən “Rahat” marketin yaxınlığından “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 oktyabr 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahısı”na daxil olan 27 ədəd qara rəngli sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 4,99 qram; 15,97 qram; 17,15 qram; 17,10 qram, 22,33 qram; 12,03 qram; 15,13 qram; 15,92 qram; 21,77 qram; 9,76 qram; 14,77 qram; 9,04 qram; 12,86 qram; 10,66 qram; 9,74 qram; 8,00 qram; 9,32 qram; 9,67 qram; 8,83 qram; 9,90 qram; 9,22 qram; 7,99 qram; 4,86 qram; 0,45 qram; 205,0 qram; 230,0 qram; 85,0 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı götürüb satış məqsədilə qanunsuz əldə edərək Xırdalan şəhərinə daşımış və saxlamış, xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Abşeron rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində “Cahan” mərasim evinin yaxınlığında saxlanılmaqla orada videoçəkilişlə saat 00:40-dan 01:02-dək üzəri yoxlanılan zaman üzərində olan göy rəngli çantanın içərisindən 27 bükümdə ümumilikdə çəkisi 797,46 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində qurudulmuş marixuana izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirsiz bilərək ifadəsində bildirmişdir ki, 10 oktyabr 2024-cü il tarixdə axşam saat 21:30-da Binəqədi rayonu Sulutəpə dairəsində dostları və narkotik vasitəni aldığı şəxslə birlikdə 10 qram narkotik vasitə qurudulmuş marixuananı aldığı şəraitdə polis əməkdaşları tərəfindən tutulmuş, dostları ilə birlikdə Abşeron rayon polis idarəsinə aparılmışdır. Orada işgəncə və təzyiqlərə məruz qalmış, polis əməkdaşları narkotik vasitəni boynuna qoyaraq gecə 01 radələrində “Ayxan” petrolun qabağında ona narkotik vasitə ilə dolu çanta vermişdirlər. Onun üzərində saxlanılan zaman yalnız 10 qram narkotik vasitə qurudulmuş marixuana olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini, digər narkotik vasitələrdən, psixotrop maddələrdən istifadə etmədiyini, maşın ustası olduğunu və narkotik vasitəni yeni tanış olduğu Eliş adlı şəxsdən aldığını bildirmişdir. O, 10 qram narkotik vasitəni 100 manat məbləğində almış, Eliş onunla birlikdə olan dostu ilə bölməyə aparılmış, daha sonra isə polis əməkdaşları Elişin maşınından çıxan narkotik vasitələri ona yükləmişdirlər. Elişin maşını “Chevrolet- Cobalt” markalı olmuş və öz maşınını onun yanında düzəltdirmiş, onun narkotik vasitə istifadə etdiyini bildiyi üçün narkotik vasitə təklif etmiş və o, narkotik vasitənin 01 qramını 10 manat məbləğinə almışdır. O, polis əməkdaşları tərəfindən fiziki və psixi təsirlərə məruz qaldığını, həmin vaxt xəsarət aldığını, polis əməkdaşlarının xəsarət yetirməkləri bilinməsin deyə üz nayihəsinə çox vurmadıqlarını, təcridxanaya daxil olduğu zaman xəsarəti ilə bağlı heç bir qeydiyyat aparılmadığını və barəsində həbs qətimkan tədbiri seçilən məhkəmədə aldığı xəsarətlə bağlı heç bir məlumat vermədiyini bildirmişdir. Əvvəlcə müstəntiq Şirzad Baxşəliyə bu barədə məlumat vermiş, o isə belə şeyləri məhkəmədə deməməsini bildirmişdir. Tutulduğu günə qədər istifadəsində ***-***-**-** saylı mobil nömrəsi olmuşdur. O, narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etmiş, narkotik vasitələrin satışı ilə məşğul olmamış, yalnız qurudulmuş marixuanadan istifadə etmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, narkotik vasitəni almaq üçün Saatlı rayonundan olan Asəf adlı tanıdığı şəxsin maşını ilə getmiş, həmin vaxt iki nəfər dostu da orada olmuş, lakin yanında olan dostlarının narkotik vasitələrlə bağlı heç bir məlumatı olmamışdır. O, narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etmişdir. Hadisə günü dostları ilə birlikdə Binəqədi rayonu Sulutəpə dairəsində dayanmış, maşını 3 metr məsafədə saxlayaraq həmin maşından düşüb Elişin maşınında əyləşmiş, narkotik vasitəni almaq üçün pul verəndə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Onları 4-5 nəfər polis əməkdaşı saxlamışdır. Polis bölməsinə aparıldıqdan sonra polis əməkdaşları onun yaşadığı mənzilə də baxış keçirilməli olduğunu bildirmiş, bölməyə aparıldıqdan 1 saat sonra gecə saat 00:00-da polis əməkdaşları ilə birlikdə Xətai rayonu, Əkbər Pənahov küçəsində yerləşən kirayə qaldığı evə getmiş, polis əməkdaşları yaşadığı evin bütün otaqlarına baxış keçirmişdirlər. Həmin vaxt ailəsi də evdə olmuş, polis əməkdaşları ailəsi olan yerə daxil olmamışdırlar. O, maşın ustası olduğu üçün evin hər yerində avtombilə aid ehtiyat hissələri olmuş, evə baxış keçirilən zaman heç bir şey aşkar olunmamış, bununla bağlı olaraq heç bir sənədləşmə aparılmamışdır. O, saxlanılan zaman üzərində 10 qram qurudulmuş marixuana, 365 manat məbləğində pul, şəxsiyyət vəsiqəsi, bank kartları və telefonları olmuşdur. Saxlanılan zaman üzərində tərəzi olmamışdır. O, narkotik vasitə istifadəçisi olduğunu, lakin narkotik vasitələrin satışı ilə məşğul olmadığını, Samirin təşkilatçılığı ilə 5-6 nəfər polis əməkdaşı tərəfindən işgəncələrə məruz qaldığı üçün ibtidai istintaq zamanı etirafedici ifadələr verdiyini bildirmişdir. O, həmin polis əməkdaşlarını üzdən görsə, hamısını tanıyacağını, bölməyə saat təxminən 00 radələrində aparıldığını bildirmişdir. Polis əməkdaşları bölmədə qarşısına silah qoymuş, ya narkotiki boynuna almalı olduğunu, ya da, ailə-uşağını bölməyə gətirəcəklərini bildirmiş, o da məcbur qalaraq polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Polis əməkdaşları onu bölmədən 200 metr kənarda olan “Ayxan” petrolun qarşısına aparmış, bir çanta verərək onu çiyninə alıb gəzdirməsini, bu zaman video çəkiliş aparacaqlarını bildirmiş, o da, ailəsini söhbətə qarışdırmasınlar deyə onlar deyənlə razılaşmışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 1 ilə yaxındır psixotrop maddə metamfetamin istifadə edir. xx.xx.2024-cü il tarixdə Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti, "Cahan" mərasim evinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları özlərini təqdim etdikdən sonra onun üzərinə video çəkilişlə baxış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, üzərində olan göy rəngli çantanın içərisində 27 bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı, 1 ədəd elektron tərəzi, 1 ədəd skoç, 1 ədəd Tecno markalı mobil telefonu təqdim etmişdir. Həmin narkotik vasitə, 1 ədəd elektron tərəzi, 1 ədəd skoç və 1 ədəd Tecno markalı mobil telefon şəxsi axtarış zamanı qara rəngli sellofanda qablaşdırıldıqdan sonra həmin zərf üzərində iştirakçılar və onun tərəfindən imzalarla təsdiq olunaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bu barədə polis əməkdaşı tərəfindən protokol tərtib edilərək ucadan oxunmuşdur. Heç bir şikayəti, vəsatəti olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri Sabunçu rayonu Yeni Ramana qəsəbəsində yerləşən "Rahat" marketin yaxınlığında İran İR vətəndaşı “Məhəmməd” adlı şəxsin ona göndərdiyi məkan vasitəsi ilə əldə etmişdir. Daha sonra ona polis əməkdaşları Abşeron rayon polis idarəsinə aparmışlar. Burada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. O suallara cavab verərkən “Məhəmməd” adlı İran İR vətəndaşı ilə sosial şəbəkədə tanış olduğunu, anket məlumatlarını bilmədiyini, narkotik vasitəni əldə etmək üçün “Məhəmməd” adlı şəxsə ödəniş etmədiyini, onun verdiyi tapşırıqlar əsasında göndərdiyi məkanlara narkotik vasitələri qoyduğunu, bunun qarşılığında isə ona öz istifadəsi üçün eyni üsulla psixotrop maddə metamfetamin göndərdiyini, saxlanılanadək ***-***-**-** mobil nömrəsini istifadə etdiyini və polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlərə yol verilmədiyini, əməkdaşlar barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında onun tərəfindən Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs 11 oktyabr 2024-cü il tarixdə, gecə saat 01:00-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti “Cahan” mərasim evinin yaxınlığında tərəflərindən saxlanılmış, üzərindəki bel çantasından qurudulmuş marixuana, tərəzi və skoç aşkar olunmuşdur. Aşkar olunan marixuananın çəkisini xatırlamadığını, 26-27 büküm olduğunu, təqsirləndirilən şəxsə qarşı tərəflərindən fiziki və ya psixi təsir olunmadığını, təqsirləndirilən şəxs piyada hərəkət edən zaman 3 nəfər polis əməkdaşı tərəfindən saxlanıldığını, bu zaman Təqsirləndirilən şəxs tək olduğunu bildirmişdir. Yeni çəkiliş və rəsmiləşdirmə qaydaları ilə hər şey yerində sənədləşdirilmiş, üzərindən aşkar olunanlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı mənzilə getməmişdir. Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitəni İİR vətəndaşı Məhəmməd adlı şəxsdən Yeni Ramana ərazisindəki “Rahat” marketin yaxınlığından saxlanılmamışdan 2 gün əvvəl əldə etdiyini bildirmişdir. Şahid1 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2018-ci ildən DİO-da, 2023-cü ildən indiyədək isə tutduğu vəzifədə xidmətini davam etdirir. Masallı rayon Təzə Alvadı kəndində qeydiyyatda olan və Bakı şəhəri Xətai rayonu Əkbər Pənahov küçəsində nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı düşmənçiliyi və ədavəti olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə tərəfindən əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, qərar Abşeron RPİ-nin rəisi Musa Musayev tərəfindən təsdiq olunduqdan sonra əməliyyat qrupunun təşkil olunması barədə əmr tərtib edilmişdir. Şöbənin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 da həmin qrupun üzvü olmuşdur. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Cahan” mərasim evinin yaxınlığında piyada hərəkət edərkən Təqsirləndirilən şəxs görüb ona yaxınlaşmış və özülərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı şübhəli olduğunu bildirib video çəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış aparılacağını bildirmişlər. O etiraz etmədən onlarla razılaşmışdır. Beləliklə, ondan üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş və varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o üzərində olan göy rəngli çantanı təqdim etmiş və onun iştirakı ilə həmin çantaya baxış keçirilərkən içərisindən 27 ədəd qara sellofan bükümdə narkotik vasitə marixuanaya bənzər kütlə, 1 ədəd skoç, 1 ədəd elektron tərəzi, 1 ədəd qara sellofan rulon aşkar edilmişdir. Bundan sonra o üzərində olan “Tecno” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan maddənin nə olduğu soruşulduqda o, həmin kütlələrin marixuana olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin kütlənin ona məxsus olduğunu, 2 gün əvvəl “Məhəmməd” adlı İran İR vətəndaşının ona göndərdiyi məkan vasitəsilə Sabunçu rayon, Yeni Ramana qəsəbəsi ərazisində yerləşən “Rahat” marketin yaxınlığından əldə etdiyini, onun təlimatına uyğun olaraq dediyi yerlərə qoymaq üçün üzərində gəzdirdiyini və bunun müqabilində həmin şəxsin ona istifadə etməsi üçün psixotrop maddə metamfetamin göndərdiyini bildirmişdir. Həmin bükümlər və əşyalar kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Daha sonra əməkdaşlar tərəfindən Təqsirləndirilən şəxs üzərində axtarış aparılsa da başqa əşya və predmet aşkar olunmamışdır. Şəxsi axtarış bitdikdən sonra zərflər və protokol Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən imzalanaraq doğruluğu təsdiq edilmişdir. Şəxsi axtarış bitdikdən sonra Təqsirləndirilən şəxs onlarla birlikdə Abşeron RPİ-nin inzibati binasına gətirilmiş, orada o müdafiəçi ilə təmin edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən onun üzərindən götürülmüş əşya, predmetlər olan zərflərə baxış keçirilmiş və yenidən kağız zərfdə qablaşdırılaraq ekspertiza təyin edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis mayoru Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 10-11 oktyabr 2024-cü il tarixdə axşam radələrində təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və hadisə yerinə getmişdirlər. Təqsirləndirilən şəxs Xırdalan ərazisində, adını tam xatırlamadığı şadlıq sarayının yaxınlığında piyada hərəkət edən zaman saxlanılmış, həmin vaxt Rəhman tək olmuş, saxlanıldıqdan sonra üzərinə baxış keçirilmiş, baxış zamanı onun üzərindən 27 büküm narkotik vasitə aşkar olunmuş, təqsirləndirilən şəxs özü hər şeyi etiraf edərək narkotik vasitəni İİR vətəndaşından “zakladka” üsulu ilə götürdüyünü, İİR vətəndaşı ilə əlaqədə olaraq mütəmadi olaraq belə narkotik vasitə götürdüyünü bildirmişdir. O, Rəhmanı əvvəlcədən tanımamış, Rəhmanın yaşadığı mənzilə getməmişdir. Rəhmanın üzərindən aşkar olunan narkotik vasitə telefonundakı İİR vətəndaşı ilə olan yazışmalarla uyğun gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq Eliş adlı şəxsin Xırdalan şəhəri ərazisində yaşadığını, onun əlaqə nömrəsinin telefonunda qeyd olunduğunu, saxlanılarkən dostlarının yanında olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis mayoru Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 daxil olmuş əməliyyat məlumatı əsasında təqsirləndirilən şəxs Xırdalan şəhərində, adını tam xatırlamadığı mərasim evinin qarşısında tərəflərindən saxlanılaraq polis idarəsinə aparılmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış onun saxlanıldığı yerdə keçirilmiş, bu zaman üzərindən bir neçə büküm narkotik vasitə qurudulmuş marixuana və elektron tərəzi aşkar olunmuşdur. Həmin vaxt o və Şahid1 başqa 1 nəfər əməkdaş da olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Şahidlər Şahid2 və Şahid3 məhkəmə istintaqı zamanı elan olunmuş ibtidai istintaq zamanı verdiyi ifadələrindən görünür ki, onlar, Şahid1 məhkəmə istintaqında elan edilmiş ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdirlər. Şahid4 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, tərəfindən tərtib olunmuş 11 oktyabr 2024-cü il tarixli, 7/1700 nömrəli rəyin nəticə hissəsində tədqiqata təqdim olunmuş 27 ədəd bağlamalarda olan marixuanaların ümumi çəkisi 796,92 qram göstərilərkən mexaniki səhv olmuşdur. Rəyin qeyd hissəsində göstərildiyi kimi, həmin çəki 797,46 qram kimi qeyd olunmalıdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X4 ifadəsində göstərmişdir ki, onlar Sulutəpə dairəsi yaxınlığında köşkün yanında polis əməkdaşları tərəfindən saxlanılmışdırlar. Həmin vaxt Hökməli qəsəbəsində Atyalı tərəfdə yaşayan rəfiqəsi Xuramangildən təxminən saat 23 radələrində çıxıb Asim adlı şəxsin maşını ilə evə gələrkən Rəhman Sulutəpə ərazisində köşkün yanında düşmüş və tanımadığı başqa bir nəfərin maşınına minmişdir. Bu zaman polis əməkdaşları Rəhmanı saxlayaraq qollarına qandal vurmuş, daha sonra isə polis əməkdaşları onları da maşından düşürtmüş və qandal vurmaq istəmiş, lakin sonradan heç nə etməmişdirlər. Polis əməkdaşlarından biri Asimin idarə etdiyi maşında əyləşmiş, o, Rəhman, Yusif və Asimi də arxada əyləşdirərək Abşeron rayon polis idarəsinə aparmışdırlar. Hadisə günü Rəhmandan hansı səbəbə görə Sulutəpə dairəsinə getdiklərini soruşduqda, sadəcə olaraq işi olduğunu demişdir. Rəhmanı 6 ay müddətdir ki, tanıdığını, narkotik vasitə istifadə etmədiyini, Rəhmanla qonaqlıqda olarkən Yusif və Asimin onları götürməyə gəldiklərini, polis əməkdaşları tərəfindən Rəhmanın üzərinə baxış keçirilən zaman heç nə aşkar olunmadığını, polis idarəsində video çəkiliş aparılan zaman orada olduğunu, onları həm saxlanıldıqları yerdə, həm də idarədə yoxladıqlarını, Xırdalan şəhəri Cahan mərasim evində olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş X3 ifadəsində göstərmişdir ki, onlar hadisə günü Sulutəpə dairəsində olmuş, köşkün yanında Rəhman maşından düşüb tanımadığı bir nəfərin maşınına oturmuş, daha sonra polis əməkdaşları tərəfindən saxlanılmışdırlar. Rəhmanla çoxdandır ki, görüşmədiklərini, Rəhmanın ona yeri ilə bağlı məlumat göndərdiyini və həmin vaxt onun Hökməli qəsəbəsi ərazisində dostugildə qonaqlıqda olduğunu, sonradan taksi ilə Rəhmanın olduğu yerə getdiyini, Hökməliyə çatdıqda Rəhmanın ona Sulutəpə dairəsinə getməli olduğunu bildirdiyini, həmin vaxt orada o, Rəhman, Vüsalə və Asimin olduğunu, Sulutəpə dairəsinə Asimin maşını ilə getdiklərini, polis əməkdaşları tərəfindən həmin ərazidə körpünün altında axşam saat 21-22 radələrində saxlanıldıqlarını, oradan da polis əməkdaşları ilə birlikdə polis idarəsinə getdiklərini qeyd etmişdir. Onlar Xırdalanda saxlanılmamış, hadisə yerində olarkən istifadəsində olan İphone 13 markalı telefonunda ***-***-**-** saylı mobil nömrə olmuşdur. O, Xətai rayonunda, Ağ şəhərdə yaşadığını, Rəhmanın Bakı şəhərində yaşadığını, Hökməli qəsəbəsinə Rəhmana görə getdiyini, Hökməli qəsəbəsinə gedəndə Rəhmanı çox gözləmədiyini, Rəhmanın qurudulmuş marixuanadan istifadə etdiyini bilmədiyini, video çəkiliş zamanı iştirak etmədiyini, şəxsi axtarış zamanı Rəhmanın üzərindən heç nə aşkar olunmadığını bildirmişdir. Qonaqlığa Asim adlı şəxsin maşını ilə Rəhman onunla bərabər getmiş, lakin demək olar ki, içəri daxil olmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayonu və Bakı şəhəri ərazisində narkotik vasitə və psixotrop maddəni üzərində gəzdirməsi, istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə dair”, “Təqdim olunan əşyalara baxış keçirilməsi və götürmə haqqında” protokol və həmin protokola əlavə edilmiş baxışın video görüntüsünü əks etdirən disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində Abşeron rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospektində “Cahan” mərasim evinin yaxınlığında saxlanılmış, üzərinə şəxsi axtarış keçirilərkən ondan üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs üzərində olan göy rəngli çantanın içərisində 27 bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı, 1 ədəd elektron tərəzini, 1 ədəd skoçu, 1 ədəd Tecno markalı mobil telefonu təqdim etmişdir. Həmin narkotik vasitə, 1 ədəd elektron tərəzi, 1 ədəd skoç və 1 ədəd Tecno markalı mobil telefon üzərinə baxış zamanı müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs “Məhəmməd” adlı İİR vətəndaşının ona göndərdiyi məkan vasitəsilə Sabunçu rayonu Yeni Ramana qəsəbəsi ərazisində yerləşən “Rahat” marketin yaxınlığından əldə etdiyini, onun təlimatına uyğun olaraq dediyi yerlərə qoymaq üçün üzərində gəzdirdiyini və bunun müqabilində həmin şəxsin ona istifadə etməsi üçün psixotrop maddə metamfetamin göndərdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş foto şəkillərdən görünür ki, şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş “Tecno” markalı mobil telefonda olan fayllara, daxil olan və çıxan SMS, zənglərə baxıldıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2024-cü il tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəsinə digər şəxslərlə narkotik vasitələrin alışı və ya satışına dair “Rəhman qardaşım sene dedim yarı daş 10 da kola ver Sen ikisində daş vermisen.... Qardaşım hara gelim 10 kola ver.” məzmunlu mesaj mətnləri əks olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini qəbul edərək üzərindən aşkar olunmuş narkotik vasitələrin onun özünə məxsus olduğunu və polis əməkdaşları tərəfindən ona hər hansı hədə-qorxu, işgəncə və ya psixi təsir göstərilmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7/1700 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş 27 bükümdə təmiz çəkisi 797,46 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin qurudulmuş marixuanalar tərkiblərinə görə eynidir. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd elektron tərəzinin üzərində cüzi miqdarda bitki mənşəli narkotik vasitənin – marixuananın hissəcikləri vardır. Həmin hissəciklər cüzi miqdarda olduğu üçün çəkisi müəyyən olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7741 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 21 oktyabr 2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” və 11 yanvar 2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 796,92 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd “Tecno” markalı mobil telefon maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin video görüntülərini əks etdirən 01 ədəd disk və "xxxx" MMC-dən daxil olmuş 01 ədəd disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Masallı rayon icra hakimiyyəti başçısının Təzə Alvadı kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Masallı rayonu Təzə Alvadı kəndində qeydiyyatda olmaqla, Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs barəsində Təzə Alvadı kənd İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. “Elektron məhkəmə informasiya sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaq — xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2016-cı il təvəllüdlü X8 vardır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görümür ki, Təqsirləndirilən şəxs himayəsindəki X7 xx.xx.2031-ci il tarixədək ümumi xəstəlik səbəbindən sağlamlıq imkanları məhduddur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya idarəsindən daxil olmuş tələbnamədən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Masallı rayon icra və probasiyadan daxil olmuş xx.xx.2025ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə, tədqiq olunmuş sübutlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən aşağıdakı əsaslara görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməmişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham verilmişdir ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı ilə əlaqə saxlayıb, əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmişdir. Lakin istintaq orqanı təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etmə, saxlama, daşıma və satışının təşkil edilməsində İran İslam Respublikasının vətəndaşı ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi barədə nəticəyə gələrkən iş materiallarında olan əsaslı sübutlara istinad etməmiş, yalnız təqsirləndirilən şəxsin verdiyi ifadəsini mötəbər sübut kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Narkotik vasitəni və ya psixotrop maddəni satan şəxsin və həmin narkotik vasitəni (psixotrop maddəni) ondan əldə edən şəxsin hərəkətləri (hətta aralarında buna dair əvvəlcədən razılaşma olduğu hallarda belə), eyni bir cinayətin birgə törədilməsi kimi qabaqcadan əlbir olan bir qrup şəxs üçün səciyyəvi olan əlamət mövcud olmadığından, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qiymətləndirilə bilməz və onlardan birincisi narkotik vasitənin (psixotrop maddənin) satışına, digəri isə narkotik vasitəni (psixotrop maddəni) əldə etməyə (yəni, müxtəlif əməllərə) görə və CPMin 49.1-ci maddəsinin tələbi nəzərə alınaraq ayrı-ayrı icraatlarda aparılmalı olan cinayət təqibinin gedişində məsuliyyətə cəlb olunmalıdırlar. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında cinayət törətməsini təsdiq edən heç bir sübut və ya sübutlar əldə edilib məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində saxlanılarkən üzərinə aşkar olunmuş narkotik vasitəni “Məhəmməd” adlı İran İslam Respublikası vətəndaşından aldığını bildirsə də, lakin bu hal onun öz ifadəsindən başqa digər sənədlərlə təsdiq edilmir. Aparılmış bir sıra təxirəsalınmaz istintaq və əməliyyat tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) .. məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2021-ci il 24 dekabr tarixli Qərarının 38-ci bəndinə irəli sürülmüş ittihamda təqsirləndirilən şəxsin cinayət əməli səhvən cinayət qanununun bir neçə maddəsi ilə tövsif olunmuşdursa, məhkəmə hökmün təsviri-əsaslandırıcı hissəsində qənaətini əsaslandırmaqla, təqsirləndirilən şəxsin əməlinə düzgün şamil edilməmiş cinayət qanununun maddəsinin ittihamdan çıxarılmasını göstərməlidir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs barəsində onun qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədilə, qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması barədə gəldiyi nəticə əsaslı hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə verilmiş ittiham, ona verilmiş ümumi ittihamdan çıxarılmalı, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə — 27 ədəd qara rəngli sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 4,99 qram; 15,97 qram; 17,15 qram; 17,10 qram, 22,33 qram; 12,03 qram; 15,13 qram; 15,92 qram; 21,77 qram; 9,76 qram; 14,77 qram; 9,04 qram; 12,86 qram; 10,66 qram; 9,74 qram; 8,00 qram; 9,32 qram; 9,67 qram; 8,83 qram; 9,90 qram; 9,22 qram; 7,99 qram; 4,86 qram; 0,45 qram; 205,0 qram; 230,0 qram; 85,0 qram olmaqla ümumi təmiz çəkisi 797,46 qram olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edərək Xırdalan şəhərinə daşımış və saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Abşeron rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşlarının keçirtdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri, H. Əliyev prospektində “Cahan” mərasim evinin yaxınlığında saxlanılaraq və üzərində şəxsi axtarış aparılarkən üzərində olan göy rəngli çantanın içərisindən 27 bükümdə, ümumilikdə çəkisi 797,46 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzərində qurudulmuş marixuana izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da, təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş əməli qəsdən törətmiş, həmin əməl başa çatmış cinayətdir, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqı zamanı verdiyi etirafedici ifadələrini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrıayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində tutulan zaman üzərində ittihamda qeyd olunan miqdarda narkotik vasitə olmaması, polis əməkdaşlarının təzyiqi nəticəsində ittiham olunduğu narkotik vasitələrin özünə məxsus olmasını bildirməklə özünə qarşı ifadə verməsi barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin tanışları X4 və X1 məhkəmə istintaqı zamanı verdiyi ifadələrini mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, həmin ifadələr Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmasına yönəlməklə həqiqəti əks etdirmir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Yuxarıda qeyd edildiyi kimi, düzgün tövsifə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Daha sonra qanunverici yuxarıda sadalanan halların sübuta yetirilməsinin qaydalarını da müəyyən edərək CPM-nin 124.1-ci maddəsində sübutların anlayışını, 124.2-ci maddəsində isə sübutların siyahısını vermişdir. Həmin Məcəllənin 143.1-ci maddəsinə əsasən sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən isə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Göstərilən normaların tələbləri baxımından baxılan işdəki sübutlara əsasən təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət vermək zəruridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Qeyd edilən Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Göstərilənləri qeyd etməklə məhkəmə tərkibi qeyd edir ki, iş üzrə sübutların mötəbərliyi şübhə doğurmur, sübutlar Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edilməklə, təqsirləndirilən şəxsin hüquqları pozulmadan əldə edilmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin cəzanı yüngülləşdirən halları müəyyən edən 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində iki azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, həmçinin himayəsində olan azyaşlı uşaqlarından birinin sağlamlıq imkanları məhdud uşaq olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxs əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə ailəsinin mövcud durumunu, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 1412,1 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilməli, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan “Tecno" markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, 02 ədəd diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 72 (yetmiş iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 11 oktyabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi 796.92 qram narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan “Tecno" markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, 02 ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-244/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-244/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver