Məhkəmə qərarları › İş №1(124)-246/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-246/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-246/2023 01.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi- X4, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi -Nümayəndə1, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1998-ci ildə İmişli rayonu, Hacırüstəmli kəndində doğulan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, İmişli rayonu, Hacırüstəmli kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi, fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3, 29, 177.2.4 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını talama məqsədilə Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivində yerləşən “Al” marketin qarşısına gəlib əlində olan balta ilə marketin giriş dəmir barmaqlıqlarını və plastik qapısının qıfılını qırmaqla içəri qanunsuz olaraq dükandakı piştaxtadan hər birinin qiyməti 2,70 (iki manat yetmiş qəpik) olmaqla, cəmi 21,60 (iyirmi bir manat altmış qəpik) dəyərində 8 ədəd “Vincester KSSS Silver” markalı, hər birinin qiyməti 3,80 (üç manat səksən qəpik) olmaqla, cəmi 34,20 (otuz dörd manat iyirmi qəpik) dəyərində 9 ədəd “Kent HD 4 Neo” markalı, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) olmaqla, cəmi 8,80 (səkkiz manat səksən qəpik) dəyərində 4 ədəd nazik “X23 Silver” markalı, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) olmaqla, cəmi 33 (otuz üç) manat dəyərində 15 ədəd “X28” markalı, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) olmaqla, cəmi 19,80 (on doqquz manat səksən qəpik) dəyərində 9 ədəd “X21” markalı, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) olmaqla, cəmi 17,60 (on yeddi manat altmış qəpik) dəyərində 8 ədəd nazik “X23 Gold” markalı, hər birinin qiyməti 2,70 (iki manat yetmiş qəpik) olmaqla, cəmi 27 (iyirmi yeddi) manat dəyərində 10 ədəd “X17 Nights” markalı, hər birinin qiyməti 3,80 (üç manat səksən qəpik) olmaqla, cəmi 68,40 (altmış səkkiz manat qırx qəpik) dəyərində 18 ədəd “Kent Nanotek İNFN 01” markalı, hər birinin qiyməti 3,80 (üç manat səksən qəpik) olmaqla, cəmi 53,20 (əlli üç manat iyirmi qəpik) dəyərində 14 ədəd “Kent HD 8 Futura” markalı, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) olmaqla cəmi 26,40 (iyirmi altı manat qırx qəpik) dəyərində 12 ədəd kompakt “Kingston Silver” markalı, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) olmaqla, cəmi 8,80 (səkkiz manat səksən qəpik) dəyərində 4 ədəd “Argo KS Red” markalı, hər birinin qiyməti 2,40 (iki manat qırx qəpik) olmaqla, cəmi 24 (iyirmi dörd manat) dəyərində 10 ədəd “İmperial CLSC Silver Compakt” markalı, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) olmaqla, cəmi 100,80 (bir yüz manat səksən qəpik) dəyərində 28 ədəd nazik “Winston XS Style Silver” markalı, hər birinin qiyməti 2,70 (iki manat yetmiş qəpik) olmaqla, cəmi 40,50 (qırx manat əlli qəpik) dəyərində 15 ədəd “X13” markalı, hər birinin qiyməti 2,50 (iki manat əllik qəpik) olmaqla, cəmi 27,50 (iyirmi yeddi manat əlli qəpik) dəyərində 11 ədəd “X24” markalı, hər birinin qiyməti 3,20 (üç manat iyirmi qəpik) olmaqla cəmi 67,20 (altmış yeddi manat iyirmi qəpik) dəyərində 21 ədəd “LD X25” markalı, hər birinin qiyməti 2,70 (iki manat yetmiş qəpik) olmaqla, cəmi 97,20 ( doxsan yeddi manat iyirmi qəpik) dəyərində 36 ədəd “X9” markalı, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) olmaqla, cəmi 57,20 (əlli yeddi manat iyirmi qəpik) dəyərində 26 ədəd “Argo KS Blue” markalı, hər birinin qiyməti 2,70 (iki manat yetmiş qəpik) olmaqla, cəmi 35,10 (otuz beş manat on qəpik) dəyərində 13 ədəd “X14” markalı, hər birinin qiyməti 3,80 (üç manat səksən qəpik) olmaqla, 155,80 (bir yüz əlli beş manat səksən qəpik ) dəyərində 41 ədəd “X26 0 4” markalı, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) olmaqla, cəmi 55 (əlli beş manat) dəyərində 25 ədəd “X22” markalı, hər birinin qiyməti 2,70 (iki manat yetmiş qəpik) olmaqla cəmi 72,90 (yetmiş iki manat doxsan qəpik) dəyərində 27 ədəd “X29 Silver” markalı, hər birinin qiyməti 2,70 (iki manat yetmiş qəpik) olmaqla, cəmi 72,90 (yetmiş iki manat doxsan qəpik) dəyərində 27 ədəd “X18” markalı, hər birinin qiyməti 1,80 (bir manat səksən qəpik ) olmaqla, cəmi 54 (əlli dörd) manat dəyərində 30 ədəd “Bakı Blue Siqaret” markalı, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) olmaqla cəmi 77,0 (yetmiş yeddi manat) dəyərində 35 ədəd “X15” markalı, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) olmaqla cəmi 96,80 (doxsan altı manat səksən qəpik) dəyərində 44 ədəd “X16” markalı, hər birinin qiyməti 3,60 (üç manat altmış qəpik) olmaqla, cəmi 82,80 (səksən iki manat səksən qəpik) dəyərində 23 ədəd “Winston XS Silver” markalı, hər birinin qiyməti 2,50 (iki manat əlli qəpik) olmaqla, cəmi 67,50 (altmış yeddi manat əlli qəpik) dəyərində 27 ədəd “X27” markalı, hər birinin qiyməti 2,50 (iki manat əlli qəpik) olmaqla, cəmi 110,0 (bir yüz on manat) dəyərində 44 ədəd “West Silver” markalı, hər birinin qiyməti 2,20 (iki manat iyirmi qəpik) olmaqla, cəmi 112,20 (bir yüz on iki manat iyirmi qəpik) dəyərində 51 ədəd “X19” markalı, hər birinin qiyməti 3,20 (üç manat iyirmi qəpik) olmaqla, cəmi 182,4 (bir yüz səksən iki manat qırx qəpik) dəyərində 57 ədəd “LD Club Platinum LSS” markalı siqaretləri, 7,0 (yeddi manat) dəyərində “Azərbaycan” konyakı, 0,60 (altmış qəpik) dəyərində 300 ml həcmli “Fanta” içkisini, 370,71 (üç yüz yetmiş manat yetmiş qəpik) nağd pulu, 450 (dörd yüz əlli manat) dəyərində “fıskal boks” aparatını, 70 (yetniş manat) dəyərində kart oxuyucu aparatı gizli yolla talayıb oğurlayaq zərərçəkmiş hüquqi şəxs Al Market” MMC-yə ümumilikdə 2805,91 (iki min səkkiz yüz beş manat doxsan bir qəpik) manat maddi ziyan vurmaqla saxlanc yerinə qanunsuz daxil olub oğurluq etmişdir. Bundan başqa o, təkrarən, 21 may 2022-ci il tarixdə saat 03 radələrində özgənin əmlakım talama məqsədilə Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivində yerləşən “Al” marketin qarşısına gəlib əlində olan balta ilə marketin giriş dəmir barmaqlıqlarını və plastik qapısının qıfılını qırmaqla içəri qanunsuz olaraq dükanda quraşdırılmış "xxxx" MMC-yə məxsus İD-4927 saylı “eManat” ödəmə terminalının 40,0 (qırx manat) dəyərində olan qranit zamok hissəsini və 200,0 (iki yüz manat) dəyərində olan korpusun üz hissəsini əlində olan balta ilə yararsız hala salıb terminalın içərisində olan 17286,0 (on yeddi min iki yüz səksən altı manat) pulu gizli yolla talamaq istəsə də, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, yəni ödəmə terminalın kilidini aça bilməyərək özgənin xeyli miqdarda əmlakını gizli yolla təkrar oğurlamağa cəhd etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 6,037 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və ümumi çəkisi 4,840 qram psixotrop maddə metamfetamin əldə edib daşıyaraq üzərində saxlamış, 30 may 2022-ci il tarixdə, saat 14:45-də Sumqayıt ŞPİnin NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri, 8-ci mikrorayon, 29/18 saylı şayayış binasının yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən üzərində “Viceroy” yazısı olan siqaret qutusunun içərisindən 17 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,348 qram, 0,368 qram, 0,273 qram, 0,371 qram, 0,330 qram, 0,376 qram, 0,397 qram, 0,358 qram, 0,388 qram, 0,350 qram, 0,390 qram, 0,445 qram, 0,392 qram, 0,394 qram, 0,444 qram, 0,049 qram, 0,364 qram, ümumi təmiz çəkisi 6,037 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 04 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 3,898 qram, 0,397 qram, 0,450 qram, 0,095 qram, ümumi təmiz çəkisi 4,840 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, sol yan cibindən isə 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, şəxsi istifadəsi üçün onun üzərində 09 qram narkotik vasitə olmuşdur. Narkotik vasitə satmamışdır. Tərəzi onun dayısı oğluna məxsus olmuşdur. Özü də zərgər işləmişdir, işi ilə bağlı özündə də, evdə də həmişə tərəzi olmuşdur. Mobil nömrəsini xatırlamamışdır. Ondan pul müqabilində kiminsə narkotik vasitə istəməsi yadında olmamışdır. Metamfetamin və heroin istifadə etmiş və gündəlik dozası minimum 3,5-4 qram olmuşdur. İttihamda qeyd olunan oğurluq hadisələrini o törətmişdir. Əməlindən peşmandır. İttihamda qeyd olunan narkotik vasitə və psixotrop maddə onun üzərində aşkar edilmişdir və həmin maddələri şəxsi istifadəsi üçün əldə etmişdir. Satmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış ifadələrində özünü ona Azərbaycan Respublikası CM-nin 177.2,3, 29, 177.2.2, 29, 177.2.3. 29, 177.2.4 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Heç yerdə işləmədiyindən maddi sıxıntı yaşamış və bu səbəbdən oğurluq etmək qərarına gəlmişdir. 20 may 2022-ci il tarixdə yaşadığı Ceyranbatan qəsəbəsədində yerləşən Zərərçəkmiş şəxsdən oğurluq etmək istəmişdir. Həmin gecə saat 03:30 radələrində qeyd etdiyi dükana getmişdir. Evdən çıxarkən özü ilə bir ədəd balta, bir ədəd yiyə və bir ədəd tibbi maska götürmüşdür. Marketin qarşısında olan dəmir barmaqlıqları və plastik qapının zamokunu sındırıb içəri daxil olmuşdur. İçəridən torba götürüb orada olan müxtəlif növdə və sayda olan siqaretləri həmin torbaya yığmışdır. Marketin içərisində olan sular yığılmış vitrindən bir ədəd fanta içkisi götürüb içərək boş butulkasını torbanın içərisinə atmışdır. Daha sonra marketin girişində olan “E-manat” ödəmə terminalını təpiklə vuraraq yerə yıxmış, lakin nə qədər çalışsa da terminalın içərisində olan pulları çıxarda bilməmişdir. O həmin marketdən əvvəllər alış-veriş etdiyindən marketin daxilində və çölündə təhlükəsizlik kameralarının olduğunu bilirmiş. Bu səbəbdən həmin kameranın yaddaş kartını axtarmağa başlamışdır. Əlavə olaraq bildirmişdir ki, o içəri daxil olarkən üzündə qara rəngdə tibbi maska olmuş və marketin girişində olan təhlükəsizlik kamerasını əli ilə fırladıb yuxarı tərəfə çevirmişdir. Marketin içərisində, kassanın yanında kvadrat formasında qara rəngli aparat görmüşdür. Həmin aparatın yaddaş kartı olduğunu düşündüyü üçün onu oradan götürüb torbaya atmışdır. Daha sonra marketin içərisində olan anbarın üzərindəki pəncərəni açaraq həmin pəncərədən anbara daxil olmuşdur. Anbarda olan kompyuter masasının üzərindəki qara rəngli aparatı da hər ehtimala qarşı yaddaş kartı ola biləcəyini güman etdiyi üçün götürmüşdür. Masanın üzərində kassa qutusu olmuş və həmin qutunun içərisində olan təxminən 250 (iki yüz əlli) manat dəyərindəki kağız və qəpik pulları, anbarda olan şkafdan müxtəlif növdə və sayda siqaret qutuları götürmüşdür. Bundan sonra o marketi tərk etmişdir. Marketdən yaşadığı evə gedərkən balta, yiyə və marketdən götürdüyü 02 ədəd aparatı yolun sağ tərəfində olan kimsəsiz əraziyə atmışdır. İçərisində siqaret qutuları olan torbanı isə yaşadığı evlə üzbəüz yaşayış olmayan həyətdə gizlətmişdir. “AlMarket”dən oğurladığı siqaretlərin bir qismini xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivində yerləşən “Vətən” marketində satıcı olan qadına 180 manat müqabilində satmışdır. Qadın ilk əvvəl ondan həmin siqaretləri almaq istəməsə də, o həmin siqaretlərin işlədiyi yerdən məvacib qarşılığında ona verildiyini deyib qadını inandırmış və siqaretləri 180 manata həmin qadına satmışdır. Qalan siqaretləri isə xx.xx.2022-ci il tarixdə Saray körpüsünün yaxınlığında olan Saray YDM-nin içərisində yerləşən marketə 430 (dörd yüz otuz) manat müqabilində satmışdır. Orada da ilk marketdə olduğu kimi yalan danışıb, siqaretləri məvacib qarşılığında əldə etdiyini dediyi üçün ondan həmin siqaretləri almağa razılıq vermişdir. O əldə etdiyi puldan 170 manatını İİR vətəndaşının hesab nömrəsinə göndərərək ondan özü üçün narkotik vasitə və psixotrop maddə almış, qalan pulları isə özü üçün xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində Sumqayıt şəhəri 8-ci mikrorayon ərazisində yerləşən 29/18 saylı yaşayış binasının arxasında olan zaman polis əməkdaşları onda yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi, qəbulu, satışı və üzərində gəzdirilməsi üçün saxladıqlarını bildirib onu polis idarəsinə dəvət etmişlər. Pl-də olan zaman üzərinə şəxsi axtarış keçirmək istədiklərini bildirən zaman o buna etiraz etməmişdir. Ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhar Regional Vəkil Bürosunun vəkili X6 təqdim olunmuşdur. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilən zaman özü əynində olan goy rəngli cins şalvanın sağ yan cibində saxlamış olduğu qara rəngli Viceroy markalı siqaret qutusunu və əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamış olduğu 1 ədəd üzərində elektron tərəzini və üzərində ***-***-**-** saylı nömrə olan Samsung markalı mobil telefonunu təqdim etmişdir. Təqdim etdiyi Viceroy markalı siqaret qutusu açılan zaman həmin qutunun içərisində 19 ədəd şəffaf rəngli sellofana bükümlərin, 2 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərin olduğu müəyyən edilmişdir. Aşkar edilmiş bükümlərdən 3 ədəd şəffaf rəngli sellofan va 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümlərinin hər birində ağ rəngli kristal şəkilli 'psixotrop maddə olan metamfetaminə bənzər maddələrin, digər 16 ədəd şəffaf rəngli sellofan bükümlər və 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü açılan zaman həmin bükümün içərisində qəhvəyi rəngli toz halında narkotik vasitə olan "heroin"ə bənzər maddənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş qəhvəyi rəngli maddələrin narkotik vasitə olan "kakos", ağ rangli kristal şəkilli maddələrin "patı" olduğunu, həmin maddələri xx.xx.2022 tarixdə iran vətəndaşının hesab nömrəsinə 170 manat pul ödəməklə aldığını, pulu ödədikdən sonra iran vətəndaşının həmin narkotik vasitələri Masazır qəsəbəsi ərazisinə atdığını, oraya gedərək narkotik vasitələri götürdüyünü aşkar olunmuş elektron tərəzi ilə narkotik vasitələrin çəkisini müəyyən etdiyini bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş 16 ədəd şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli toz halında narkotik vasitə olan "heroin"ə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin hər birinin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 0,44 qram, 0,46 qram, 0,41 qram, 0,48 qram, 0,44 qram, 0,48 qram,0,48 qram, 0,47 qram, 0,44 qram, 0.47 qram, 0,46 qram, 0,43 qram, 0,44 qram, 0,45 qram, 0,45 qram, 0,40 qram 1 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş qəhvəyi rəngli toz halında maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisinin 0,19 qram həmin qəhvəyi rəngli toz halında narkotik vasitə olan "heroin"ə bənzər maddələr ümumilikdə tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 7,43 qram 3 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin hər birinin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 4,13 qram, 0,45 qram, 0.49 qram, 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin gümüşü rəngli siqaret kağızı ila birlikdə çəkisinin 0,20 qram, həmin ağ rəngli kristal şəkilli psixotrop maddə olan metamfetaminə bənzər maddələr ümumilikdə tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 5,32 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddələr və elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Üzərinə şəxsi axtarış keçirilan zaman üzərimdən aşkar edilmiş mobil telefon xüsusi qaydada qablaşdırılaraq protokola əlavə edilmiş, mobil telefonunun kaburasında olan gümüşü rəngli kağızlar əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan başqa bildirmişdir ki, o həmin İ İR vətəndaşı ilə bir neçə ay bundan əvvəl instagram sosial şəbəkəsində tanış olmuş və bir neçə dəfə ondan narkotik vasitə heroin almışdır. Sonuncu dəfə onunla danışan zaman İİR vətəndaşı özü ona təklif etmişdir ki, əgər istəsə onda narkotik vasitə və psixotrop maddə var. O ilk əvvəl İİR vətəndaşının ona həmin narkotik vasitəni gec göndərəcəyini düşündüyü üçün ona bu barədə bildirib istəmədəyini demiş, həmin vətəndaş isə ona narkotik vasitənin Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan tanışında olduğunu, əgər göndərəcəyi hesab nömrəsinə pulu yükləyərsə həmin narkotik vasitəni ona qısa müddət ərzində çatdıra biləcəyini demişdir. O həmin şəxslə razılaşıb onun dediyi hesab nömrəsinə 170 manat pul köçürmüşdür. Bundan sonra İİR vətəndaşı ona Masazır qəsəbəsi ərazisində hazırda xatırlamadığı yerdə narkotik vasitəni gizlətdiyini demiş və o həmin yerə gedərək üzərindən aşkar olunan narkotik vasitə və psixotrop maddəni götürmüşdür. ( cild 2, iş vərəqi 117-120) Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxs MMC-nin Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi ərazisində yerləşən filialından müxtəlif növ siqaret məhsulları oğurlamışdır. Cinayət nəticəsində dəymiş zərər ödənilmiş, təqsirləndirilən şəxslə barışmışlar. Şikayət və tələbləri yoxdur. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, xx.xx.2022 ci ildə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs-ə daxil olaraq nümayəndəsi olduğu "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin terminalına zərər yetirərək oğurluq etməyə çalışmış, lakin cəhdi uğursuz olmuşdur. Onun valideynləri dəymiş zərəri ödədiklərinə görə heç bir şikayətləri yoxdur, təqsirləndirilən şəxslə barışmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkilli, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında Sumqayıt şəhəri, 8-ci mikrorayon, ərazisində Təqsirləndirilən şəxs yaxınlaşıb onu saxlayaraq özlərini təqdim etmiş və Təqsirləndirilən şəxs Pİ-nə dəvət etmişlər. Polis İdarəsində xidməti otaqların birində videoçəkiliş və vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və ondan üzərində olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının ciblərindən siqaret qutusunu və bir ədəd elektron tərəzini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş kütlə narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir. Həmin narkotik vasitə və psixotrop maddəni İran İslam Respublikasının vətəndaşından almış və öz şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Şahid polis əməkdaşı Şahid2 məhkəmədə ifadəsi alınmış digər polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid4 ifadəsində göstərmişdir ki, 2011-ci il tarixdən etibarən Abşeron rayonu ərazisində yerləşən “Petrol 100” YDM-də növbə rəisi vəzifəsində çalışır. Təxminən 3 ilə yaxındır ki, Sumqayıt şəhəri, Daş Bazarı adlanan ərazidə yerləşən “Petrol 100” YDM-nin ərazisində olan ərzaq dükanını kirayə götürərək işlədir. xx.xx.2022-ci il tarixdə bir nəfər cavan oğlan işlədiyi marketə gələrək özünü “Ariel” firmasının işçisi kimi təqdim etmişdir. Həmin şəxs işlədiyi firmadan aylıq əmək haqqı müqabilində müxtəlif çeşiddə siqaretlərin verildiyini və həmin siqaretləri satmaq istədiyini bildirmişdir. O həmin şəxsdən siqaretlərin oğurluq olub-olmadığını və alacağı təqdirdə həmin siqaretlərə görə qaimə verə bilib-bilməyəcəyini soruşmuşdur. Həmin şəxs isə qaimənin evdə olduğunu, alacağı təqdirdə həmin qaiməni səhəri gün ona gətirə biləcəyini demişdir. O həmin şəxsə inanaraq onda 430,0 manat pul vermiç və həmin pulun müqabilində ondan müxtəlif sayda və çeşiddə siqaretlar almışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə polis əməkdaşları onun işlədiyi marketə gələrək onu polis idarəsinə dəvət etmişlər. Həmin şəxsdən almış olduğu siqaretləri polis əməkdaşlarına təqdim etmişdir. (cild 1, iş vərəqə 147-149) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Yaşıldərə yaşayış massivində yerləşən “Vətən” adlı ərzaq dükanını işlədir. 2022-ci ilin may ayının 22-də bir nəfər cavan oğlan marketə gələrək əlindəki torbanı ona göstərib həmin torbanın içərisində müxtəlif növdə siqaretlərin olduğunu bildirmişdir. O həmin şəxsdən siqaretləri haradan götürdüyünü soruşduqda həmin şəxs ona “Ariel” şirkətində işlədiyini və siqaretlərin da ona işlədiyi şirkət tərəfindən əmək haqqı müqabilində verildiyini deyib siqaretləri satmaq istədiyini bildirmişdir. O ilk əvvəl tərəddüd edib ondan siqaret almaq istəməmiş və siqaretləri firmaların özündən qaimə ilə aldığını bildirmişdir. Həmin cavan oğlan isə israrla maddi sıxıntılarının olduğunu və siqaretləri satıb özünə çörək pulu edəcəyini demişdir. O həmin şəxsə təklif etmişdir ki, siqaretləri alası olsa əgər maya dəyərinə alacaq və həmin şəxs də onunla razılaşmışdır. Həmin vaxt dəqiq sayını və növlərini xatırlamasa da, torbanın içərisində müxtəlif çeşiddə xeyli sayda siqaretlər olmuşdur. O 180,0 manat pul verib “Kent 4” markalı, “Magna” markalı, “Argo” markalı, “Pall Mail” markalı və hazırda xatırlamadığı digər növ siqaretlər almışdır. Almış olduğu siqaretlərin bir qismini satmış, qalan 01 qutu “Kent 4” markalı, 01 qutu “LD” markalı, 01 qutu “Magna” markalı, 01 qutu “Pali Mall” markalı, 02 qutu “Rothmans” markalı və 02 qutu “Argo” markalı siqaretləri polis əməkdaşlarına təqdim etmişdir. ( cild 2, iş vərəqə 27-28) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi üzrə qiymətləndiriləndirməklə onları sübut kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “əməliyyat tədbirinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, xx xxxx 1998-ci ildə İmişli rayonunda anadan olmuş, İmişli rayonu, Hacırüstəmli kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi, fərdi evdə yaşayan qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. ( cild 1, iş vərəqə 8) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış keçirilməsi barədə” 30 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən üzərində "Viceroy” yazısı olan siqaret qutusunu, sol cibindən isə “Samsung” markalı mobil telefonu və bir ədəd gümüşü rəngli elektron tərəzini çıxardaraq təqdim edir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “Viceroy” yazısı olan siqaret qutusunun içərisinə baxış keçirilən zaman orada 21 ədəd bükümün olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitə və psixotrop maddəni tanımadığı İİR vətəndaşından 170 manat müqabilində aldığını bildirir. (Cild 1, iş vərəqə 31- 32) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” 10 iyul 2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcıllıqla göstərilir: işə əlavə edilmiş DVD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. DVD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən 00026 sözləri yazılmış qovluğa daxil olundu. Görüntülənən video görüntü 16 dəqiqə 38 saniyədən ibarətdir. Görüntünün 00:01-ci təhqiqatçı Elsevər Quliyev özünü təqdim etdiyi görsənir. Bundan sonra təhqiqatçı şübhəli şəxsdən özünü təqdim etməsini istəyir. İmran özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etmə, üzərində gəzdirmə, istifadə etmə və satmasında şübhəli bilinərək Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində saxlanılması barədə məlumat verir. Bundan sonra təhqiqatçı polis əməkdaşlarından özlərini təqdim etmələrini istəyir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib bu barədə bildirişi ona təqdim edir. Təqsirləndirilən şəxs bildirişi oxuyub etirazının olmadığını bildirdikdən sonra təhqiqatçı ona hüquqlarının müdafiə olunması üçün Sumqayıt Regional Vəkil Bürusonun vəkili X5 təqdim edir. Vəkilin sualına cavab olaraq Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə olunmasına etirazının olmadığını bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs təklif edir ki, üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən üzərində "Viceroy” yazısı olan siqaret qutusunu, sol cibindən isə “Samsung” markalı mobil telefon aparatını və bir ədəd gümüşü rəngli elektron tərəzini çıxardaraq təqdim edir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də onun üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “Viceroy” yazısı olan siqaret qutusunun içərisinə baxış keçirilən zaman orada 21 ədəd bükümün olduğu müəyyən olunur. Təqsirləndirilən şəxs həmin bükümlərdən 17 ədədinin içərisində narkotik vasitə heroin, qalan 4 ədəd bükümün içərisində isə psixotrop maddə metamfetamin olduğunu bildirir. Təhqiqatçının müvafiq suallarına cavab olaraq Təqsirləndirilən şəxs həmni narkotik vasitə və psixotrop maddəni tanımadığı İİR vətəndaşından 170 manat müqabilində şəxsi istifadəsi üçün aldığını bildirir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd elektron tərəzi, narkotik vasitə heroinə bənzər və psixotrop maddə metamfetaminə bənzər maddələr elektron tərəzidə çəkildikdən sonra ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılır və üzəri möhürlə möhürlənir. X2 yekun məruzəsi ilə bitir. (Cild 1, iş vərəqə 209-210) Şəxsi axtarış keçirilməsi barədə, diskə baxış keçirilməsi haqqında protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq "xxxx" MMC-dən daxil olmuş 01 ədəd “CD” diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış zamanı aşağıdakı ardıcıllıqla fəaliyyət həyata keçirilmiş və müəyyən edilmiş faktlar ardıcılıqla göstərilir: işə əlavə edilmiş CD diskin bir tərəfi ağ, digər tərəfi isə gümüşü rənglidir. CD disk prosessorun disk yuvacığında yerləşdirildikdən sonra kompüterin pəncərəsində görsənən 14174 adlı qovluğa daxil olundu. Bundan sonra həmin qovluqda ilk sırada yer alan sms-yazışmaların mətni bölməsi seçildi və sms mətnləri göründü: xx-xx-2022 16:55:58. **********58 nömrəli mobil telefondan daxil olmuş sms mətn: imran bele olur ay qaqas? Son qepiyine qeder verib seni gozduyur axi,lomkada,ay qaqas burda,xeste biri. xx-xx-2022 17:25:29. **********58 nömrəli mobil telefondan daxil olmuş sms mətn: imran men lomkadayam. Ustegel 4.nefer kiwi agrida meni gozduyur. Sen hardasan? Neynemey fikrin var? xx-xx- 2022 23:38:38. **********89 nömrəli mobil telefondan daxil olmuş sms mətn: Ay imran elnur helede colde soyuğda pul veren adamda yaninda ac susuz,mende evde pis lomkada butun islerim tokulub qaldi.xx-xx-2022 20:19:17. **********80 nömrəli mobil telefondan daxil olmuş sms mətn: Menem Cavid.ay yetim gelmirsense denen isimi bilim mennen yarida istiyen var. xx-xx-2022 18:01:56. **********58 nömrəli mobil telefondan daxil olmuş sms mətn: imi bu verdiylerivi ozuncekib duzeltmisen? Qaqa evvelce deyim ki,cin nomre ortasi 6040.di deyesen,o caviddi teze nomresidi deyir. Menim de ki,sennen tecili iwim var,zeng ele bir azdan goruwey. Bir de ki,siqaret qalanlar ne oldu.bes ,meni gozduyurler,soz vermiwem. Getir verim getsin. Bir de ki,mene de belke cekmeye veresen qardaş payi. Nolar ki,iki gundu gozduyurem gorum ozum ne vaxt deyessen ki,ala bu astra bezfilteri de sen cekersen?! Yoxdu da ozum kimi. xx-xx-2022 16:59:28. **********31 nömrəli mobil telefondan daxil olmuş sms mətn: Qaqa ureym partdiyire nolar adboy verme xais edrem bir soz de mene bidene nolar menm isimi asrt valla cixacam xecaletinnen cox pisem 4 gundu lomkadan olrem. (Cild 2, iş vərəqə 66-92) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3035 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər № 124” dairəvi möhür əksi olan “Saxlanılan şəxs Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd siqaret qutusunda 17 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,348 qram, 0,368 qram, 0,273 qram, 0,371 qram, 0,330 qram, 0,376 qram, 0,397 qram, 0,358 qram, 0,388 qram, 0,350 qram, 0,390 qram, 0,445 qram, 0,392 qram, 0,394 qram, 0,444 qram, 0,049 qram, 0,364 qram, ümumi təmiz çəkisi 6,037 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər dörd ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,898 qram, 0,397 qram, 0,450 qram, 0,095 qram, ümumi təmiz çəkisi 4,840 qram ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisi müəyyən etmək və 17 ədəd bükümdə olan heroinlə müqayisəli tədqiqat aparılması mümkün deyildir. Qeyd: Heroinin ümumi təmiz çəkisi -6,037 qram, tədqiqata sərf edildi - 0,34 qram, qalıq- 5,697 qram. Metamfetaminin təmiz çəkisi -4,840 qram, tədqiqata sərf edildi -0,16 qram, qalıq-4,680 qram. ( cild 1, iş vərəqi: 43-48) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 29 iyun 2022-ci il tarixli, 3539 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 2, iş vərəqi: 22-23) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 iyul 2022-ci il tarixli, 9/5473 saylı rəyindən görünür ki, Sıra Malların adı Miqdarı Bir ədədinin Ümumi № qiyməti (manatla) dəyəri (manatla) 1 “Vencestr KSSS Silver” markalı siqaret 8 2,7 21,60 2 “Kent HD 4 Neo” markalı siqaret 9 3,80 34,20 3 “X23 Silver” markalı siqaret 4 2,20 8,80 4 “X28” markalı siqaret 15 2,20 33 5 “Argo Compact” blue markalı siqaret 9 2,20 19,80 6 “X23 Gold” markalı siqaret 8 2,20 17,60 7 10 2,70 27 “X20 Nights” markalı siqaret 8 “KentNanotek İNFN 01” markalı siqaret 18 3,80 68,40 9 “Kent HD 8 Futura” markalı siqaret 14 3,80 53,20 10 “Kingston Silver” markalı siqaret 12 2,20 26,40 11 “Argo KS Red” markalı siqaret 4 2,20 8,80 12 “imperial CLSC Silver Kompact” markalı 10 2,40 24 siqaret 13 “Winston XS Style Silver” markalı 28 3,60 100,80 14 “X13” markalı siqaret 15 2,70 40,50 15 “X24” markalı siqaret И 2,50 27,50 16 “Ld X25 “ markalı siqaret 21 3,20 67,20 17 “X9” markalı siqaret 36 2,70 97,20 18 “Argo KS Blue” markalı siqaret 26 2,20 57,20 19 “X14” markalı siqaret 13 2,70 35,10 20 “X26 0 4” markalı siqaret 41 3,80 155,80 21 “X22” markalı siqaret 25 2,20 55 22 “X29 Silver” markalı siqaret 27 2,70 72,90 23 “X18” markalı siqaret 27 2,70 72,90 24 “Bakı Blue Siqaret” markalı siqaret 30 1,80 54 25 “X15” markalı siqaret 35 2,20 77 26 “X16” markalı siqaret 44 2,20 96,80 27 “Winston XS Silver” markalı siqaret 23 3,60 82,80 28 “X27” markalı siqaret 27 2,50 67,50 29 “West Silver”markalı siqaret 44 2,50 110 30 “X19” markalı siqaret 51 2,20 112,20 31 “LD Club Platinum LSS” markalı siqaret 57 3,20 182,40 32 “Fiskal Bax” vergi aparatı 1 Aydın deyil 0,0 33 Turniket aparatı (kart oxuyucu) 1 Aydın deyil 0,0 CƏMİ: 1907,60 Ekspertiza təyini haqqında qərarda göstərilən 31 adda malların 2022-ci ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1907,60 manat müəyyən edilir. Qərarda göstərilən digər 2 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, texniki göstəriciləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. (cild 2, iş vərəqi: 54-57) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” 03 iyun 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki görünür ki, Şahid4 tanınmada istifadə edilən masa üzərinə düzülmüş oxşar 4 şəxsin fotoşəkillərinin arasından Təqsirləndirilən şəxs fotoşəkilini tanıyaraq xx.xx.2022-ci il tarixdə qeyd olunan siqaretləri aldığı şəxsin həmin fotoşəkildəki şəxs olduğunu bildirmişdir. ( cild 1, iş vərəqi: 154-160) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim edilməsi haqqında” 11 avqust 2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki görünür ki, Şahid3 tanınmada istifadə edilən masa üzərinə düzülmüş oxşar 4 şəxsin fotoşəkillərinin arasından Təqsirləndirilən şəxs fotoşəkilini tanıyaraq xx.xx.2022-ci il tarixdə qeyd olunan siqaretləri aldığı şəxsin həmin fotoşəkildəki şəxs olduğunu bildirmişdir. (cild 2, iş vərəqi: 29-35) Cinayət işinin materiallarında olan 16 sentyabr 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra 6,037 qram çəkidə narkotik vasitə olan heroindən qalıq qalan 5,697 qram heroin, 4,840 qram psixotrop maddə metamfetamindən qalıq qalan 4,680 qram psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə Şahid3 təqdim etdiyi 01 qutu “Kent 4” markalı, 01 qutu “LD” markalı, 01 qutu “Magna” markalı, 01 qutu “Pal Mail” markalı, 02 qutu “Rothmans” markalı, 02 qutu “Argo” markalı siqaretlər və Şahid4 təqdim etdiyi olduğu 29 qutu qara “LD” markalı, 10 qutu boz “Want” markalı, 10 qutu qara “Want” markalı, 14 ədəd “Bakı” markalı, 10 ədəd boz kompakt “Vinsetr” markalı, 10 qutu boz-kompakt “Rothmans” markalı, 10 qutu göy- kompakt “Rothmans” markalı, 20 qutu qalın “West” markalı, 10 qutu ağ-nazik “Magna” markalı, 20 qutu qara-nazik “Magna” markalı, 10 qutu kompakt “Kingston” markalı, 10 qutu göy-kompakt “Winston” markalı, 10 qutu ağ-qalın “Argo” markalı siqaretlər iş üçün əhəmiyyət kəsb etdiyin maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü sahibinə geri qaytarılmışdır. “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 30 may 2022-ci il tarixli istintaq hərkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” disk və “SMS yazışmaları” özündə əks etdirən "xxxx" LTD MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, BKC/LGL-14174/22 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk iş iş üçün əhəmiyyət kəsb etdiyin maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.( cild 1, iş vərəqə 93-96,98) Cinayət işinin materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, , Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( cild 1, iş vərəqə 177) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt Bələdiyyəsi “Ceyranbatan-1” ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmuşdur.( cild 1, iş vərəqə 100) İş materiallarına əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə1 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs MMC-yə dəymiş ziyanı tamamilə ödəmişdir, təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitə və psixotrop maddə əldə etməkdə satış məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək saxladığı narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, külli miqdarda olması, üzərindən elektron tərəzinin aşkar edilməsi, narkotik vasitə satışını ehtiva edən yazışmaların mövcudluğu Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitə və psixotrop maddə satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə CM-nin 234.4.3-cü maddəsi ağır cinayətlər kateqoriyasına, CM-nin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3, 29, 177.2.4 -cü maddələri ilə az ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, «metamfetamin» psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3, 29, 177.2.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3, 29, 177.2.4 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə dəymin ziyanı tamamilə ödəməsini, onlarla barışıq əldə etməsini, əməlini qismən etiraf etməsini və səmimi peşman olmasını nəzərə alaraq ona verilən ittiham çərçivəsində minimum cəza təyin olunmasını məqsədə uyğun hesab edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. ( cild 1, iş vərəqə 23, 140-142) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxs X3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 may 2022-ci tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə cinayət işində olan olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs X3 narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan –qalıq çəkisi 5,697 qram narkotik vasitə olan heroin, qalıq çəkisi 4,680 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, Şahid3 təqdim etdiyi 01 qutu “Kent 4” markalı, 01 qutu “LD” markalı, 01 qutu “Magna” markalı, 01 qutu “Pal Mail” markalı, 02 qutu “Rothmans” markalı, 02 qutu “Argo” markalı siqaretlər və Şahid4 təqdim etdiyi olduğu 29 qutu qara “LD” markalı, 10 qutu boz "Want” markalı, 10 qutu qara “Want” markalı, 14 ədəd “Bakı” markalı, 10 ədəd boz kompakt “Vinsetr” markalı, 10 qutu bozkompakt “Rothmans” markalı, 10 qutu göy-kompakt “Rothmans” markalı, 20 qutu qalın “West” markalı, 10 qutu ağ-nazik “Magna” markalı, 20 qutu qara- nazik “Magna” markalı, 10 qutu kompakt “Kingston” markalı, 10 qutu göy-kompakt “Winston” markalı, 10 qutu ağqalın “Argo” markalı siqaretlərin saxlanılmasından ötrü sahibinə geri qaytarılması nəzərə alınmalı, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 115 (yüz on beş) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3, 29, 177.2.4 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib CM-nin 177.2.3, 29, 177.2.2, 29, 177.2.3, 29, 177.2.4-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Sumqayıt ŞPİ-də saxlanılan –qalıq çəkisi 5,697 qram narkotik vasitə olan heroin, qalıq çəkisi 4,680 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, Şahid3 təqdim etdiyi 01 qutu “Kent 4” markalı, 01 qutu “LD” markalı, 01 qutu “Magna” markalı, 01 qutu “Pal Mail” markalı, 02 qutu “Rothmans” markalı, 02 qutu “Argo” markalı siqaretlər və Şahid4 təqdim etdiyi olduğu 29 qutu qara “LD” markalı, 10 qutu boz "Want” markalı, 10 qutu qara “Want” markalı, 14 ədəd “Bakı” markalı, 10 ədəd boz kompakt “Vinsetr” markalı, 10 qutu boz-kompakt “Rothmans” markalı, 10 qutu göy-kompakt “Rothmans” markalı, 20 qutu qalın “West” markalı, 10 qutu ağ-nazik “Magna” markalı, 20 qutu qara- nazik “Magna” markalı, 10 qutu kompakt “Kingston” markalı, 10 qutu göy-kompakt “Winston” markalı, 10 qutu ağ-qalın “Argo” markalı siqaretlərin saxlanılmasından ötrü sahibinə geri qaytarılması nəzərə alınsın, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 115 (yüz on beş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu andan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar