Məhkəmə qərarları › İş №1(124)-246/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-246/2025

25.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-246/2025 25.06.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 Nizami oğlunun sədrliyi, X6 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi - Şimal Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1976-cı ildə Qazax rayonu, Poylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, məhkuluğu olmayan, işləməyən, Ağstafa rayonu, Poylu qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 13 avqust 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsində yerləşən 1 nömrəli şəhər poliklinikasının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə çəkisi 2,552 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini 30 manat müqabilində əldə edib Abşeron rayonu, Xırdalan şəhəri ərazisinə daşımış və üzərində saxlamış, 14 avqust 2024cü il tarixdə saat 21 radələrində Abşeron rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Abşeron RPİ-yə gətirilib həmin gün saat 21:40-dan 21:50-yə kimi xidməti otaqların birində üzərinə videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı həmin 01 ədəd bükümdə 2,552 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, özü ikinci qrup əlildir. O, özü xəstəsidir. Ömürlük narkolojidə qeydiyyatdadır. Həftədə bir dəfə o, Maştağaya getmişdir. Onu geri qayıdanda yolda saxlamışlar. Dörd nəfər olmuşlar. Oradan da onu Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Çəkilişdə o, qorxusundan narkotik vasitələrin onun olduğunu demişdir. Ona bir qram narkotiki boynuna götürməsini demişlər. O da razılaşmışdır. O, MSY-də olarkən müstəntiq qarşısına sənəd qoyaraq imzalamasını istəmişdir. O, nəyə imza çəkdiyini soruşanda 234.1-1-ci maddəsinə münasibətdə imza çəkdiyini ona demişdir. O, müstəntiqdən “bəs mənə 234.1-ci maddəsi ilə ittiham elan edəcəkdiz deyə” soruşmuşdur. O da ona görə imzasını çəkməmişdir. Həmin vaxtdan hazırkı vaxta qədər təcridxanadadır. Bir dəfə 234.1-ci maddəsi ilə məhkumluğu olmuşdur. Bir il yarım cəza çəkmişdir. İttiham aktında göstərilən tarix və saat düzgündür. Həmin gün dərmanını götürməyə getmiş və geri qayıdan zaman saxlanılmışdır. O saxlanılanda saat üç və ya dörd olmuşdur. Onu evə qayıdanda saxlamışlar. Onu ayın on üçü günorta saatlarında saxlamışlar. Ən pis halda saxlanılan zaman saat beşə işləmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. O tabletkalardan istifadə etmişdir. 7-8 il olar ki, istifadə etmişdir. O, 15 ildir ki, xəstədir. Çəkilişə qədər o, bir qramla bağlı qorxusundan razılaşmışdır. Həmin bir qramı da onun cibinə onlar qoymuşlar. Sanksiya məhkəməsində onun hüquqlarını başqa bir vəkil müdafiə etmişdir. Sanksiya məhkəməsində vəkil onun üzərindən bir qram narkotik vasitənin aşkar olunduğunu demişdir. Ona başdan “səni bir qramla rəsmiləşdiririk” demişlər. Ona görə də sanksiya məhkəməsində o sözü demişdir. Ona narkotikin çəkisinin bir qramdan artıq olmayacağını demişlər. O, gedişata uyğun olaraq məhkəmədə narkotik vasitənin onun olduğunu bildirmişdir. Onu saxladıqdan sonra polis bölməsinə aparmışlar. Gecəyə qədər onu polis bölməsində saxlamışlar. Daha sonra hündürboy vəkil gəlmişdir. Vəkilin adı yadında deyildir. Gecə saatları deyəndə saat on və ya on bir olmuşdur. Həmin günü də çəkiliş olmuşdur. Vəkil gələnə qədər onu otaqda saxlamışlar. Ondan sonra onu MSY-yə vermişlər. Gecə saatlarında onu MSY-yə təhvil vermişlər. Tutulduğu günün gecəsi çəkiliş olmuşdur. Günorta saatlarında dərmanını almaqdan qayıdırmış. Birə işləmiş o, dərmanını götürdüyü yerdə olmuşdur. 1 saylı Birləşmiş Şəhər Xəstəxanasından saat üçə işləmiş çıxmışdır. Saat dörd və ya beşə işləmiş tutulmuşdur. Avtovağzalla üzbəüz ərazidə tutulmuşdur. O, Lukolin yanında olmamışdır. Onu saxlayandan sonra Abşeron rayon Polis İdarəsinə aparmışlar. 10-15 dəqiqəlik yol gəlmişlər. Onun çəkilişi gecə saatlarında olmuşdur. Dəqiq saatı bilməmişdir. Şər qarışan vaxtı olmuşdur. Təxminən üç saat sonra olmuşdur. Onu İdarəyə gətirdikdən sonra vəkilə zəng etmişlər. Vəkil gec gəldiyi üçün yenidən zəng edərək “harda qaldın?” deyə soruşmuşlar. Vəkil gec gəldiyi üçün çəkiliş gec olmuşdur. O boynuna götürməməyindən qorxmuşdur. Otaqda beş nəfər olmuşdur. Yüngülvari döymüşlər. Xəsarəti olmamışdır. Onu dərmanı götürdüyü gün saxlamışlar. Abşeron rayon Polis İdarəsinə gətirmişlər. Saxlanıldığı gün çəkiliş olmuşdur. Gecə saat birdə onu MSY-yə təhvil vermişlər. İstintaqda olan mövqeyindədir. Onun telefonu üzərində olmuşdur. Telefon müstəntiqdə olmalıdır. Sensorlu telefonu olmuşdur. Polis İdarəsində əlindən almışlar. İşlətdiyi nömrə yadında deyil. Şahid1 ona təzyiq göstərməmiş, hətta ona dönər alıb vermişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, həmin ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu, Poylu qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Səmimi olaraq etiraf edir ki, psixotrop maddə olan metamfetamin istifadəçisidir. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsində yerləşən 1 saylı şəhər poliklinikasının yaxınlığında olduğu zaman tanımadığı şəxsdən 30 manat müqabilində bir büküm psixotrop maddə olan metamfetamin alaraq həmin bükümdəki metamfetamini sonra istifadə edəcəyi məqsədilə öz üzərində cibində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində o, şəxsi işi ilə əlaqədar olaraq Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Lukoil” YDM-nin yaxınlığında olduğu zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edərək Abşeron RPİ-nin Cinayət axtarış şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları narkotik vasitələrin və psixotrop maddələrin qəbulunda, öz üzərində saxlamaqda şübhəli bilindiyi üçün onu Abşeron RPİ-yə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə Abşeron RPİ-yə gəlmişdir. Polis idarəsində dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutularaq şübhəli şəxs kimi ona hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş əşya, predmet, narkotik vasitə, psixotrop maddə varsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş həmin bir ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Sorğu zamanı o, həmin bükümdəki psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsində yerləşən 1 saylı şəhər poliklinikasının yaxınlığında olduğu zaman tanımadığı şəxsdən 30 manat müqabilində əldə etdiyini bildirmişdir. Bundan sonra həmin bir ədəd bükümdəki metamfetamin ekspertizaya göndərilməsindən ötrü kağız zərfdə qablaşdırılmış və həmin zərfin üzəri iştirakçılar və onun tərəfindən imzaları ilə təsdiq olunmuşdur. Bildirir ki, o, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edir və əməlindən peşimandır. Həmçinin polis əməkdaşları tərəfindən saxlanıldığı zaman ona heç bir fiziki və psixi təsir olmamışdır. Lakin əlavə olaraq qeyd edir ki, üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetaminin Məhkəmə Ekspertizası Mərkəzinin rəyində göstərilmiş 2,552 qram çəkidə olması ilə razı deyil, bu səbəbdən də ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan olunmuş ittihamla razı deyil və özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilir. Həmçinin istintaq zamanı əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif olunmadığı halda hər hansı bir sənədi imzalamayacaq. Üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdəki psixotrop maddə metamfetamin 2,552 qram çəkidə olmamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, 14 avqust 2024-cü il tarixdə saat 20 radələrində xx.xx.1976-cı ildə Qazax rayonu, Poylu kəndində anadan olmuş, Ağstafa rayonu, Poylu qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq Abşeron rayonu, Xırdalan şəhəri ərazisində narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması, həmçinin bir qədər sonra Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında olacağı, üzərində də psixotrop maddə metamfetamin olacağı barədə məlumat alıb, dərhal həmin məlumatı Abşeron RPİ-nin rəhbərliyinə məruzə edib müvafiq sənədləşmə apardıqdan sonra Abşeron RPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 ilə birlikdə Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığına gedərək orada gözləməyə başlamışlar. Bundan bir qədər sonra, yəni xx.xx.2024-cü il tarixdə saat 21 radələrində zahiri əlamətləri onlara məlum olan Təqsirləndirilən şəxs həmin “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığına gəldiyini görüb ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra narkotik vasitə və psixotrop maddə qəbul etməsi, eləcə də üzərində qanunla dövriyyəsi qadağan olunmuş psixotrop maddə metamfetamin olması barədə məlumatlarının olduğunu bildirib onu üzərinə şəxsi axtarış aparılmasından ötrü Abşeron rayon polis idarəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə Abşeron RPİ-yə gəlmişdir. Bundan sonra polis idarəsində xidməti otaqların birində Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən videoçəkilişlə üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmçinin şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən əvvəlcə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. O, da üzərində bir büküm psixotrop maddə olan metamfetamin olduğunu bildirib əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş bir ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra onlar videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışlar. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini 13 avqust 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsində yerləşən 1 nömrəli şəhər poliklinikasının yaxınlığında olduğu zaman tanımadığı şəxsdən 30 manat müqabilində aldığını və sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə olan psixotrop maddə metamfetaminə bənzər kütlə ekspertizaya təqdim olunmasından ötrü kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuşdur. O, da proses iştirakçıları ilə birlikdə protokolda yazılanların doğru olduğunu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan psixotrop maddəni haradan və kimdən alması barədə müvafiq tədbirlər keçirilməsinə baxmayaraq heç bir müsbət nəticə əldə edilməmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş şəxs Şahid2 işin halları ilə bağlı Şahid1lə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinə xx.xx.1976-cı ildə Qazax rayonu, Poylu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Ağstafa rayonu, Poylu kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, xx.xx.1976-cı ildə Qazax rayonu, Poylu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Ağstafa rayonu, Poylu kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1976-cı ildə Qazax rayonu, Poylu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, Ağstafa rayonu, Poylu kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri Abşeron rayonu ərazisində saxlamaqda şübhəli bilindiyi üçün xx.xx.2024-cü il tarixdə, saat 21:00-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti Lukolil YDM yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq, hava və əməliyyat şəraiti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Abşeron RPİ-nin inzibati binasına gətirilmişdir. xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş 01 ədəd video görüntülərin əks olunduğun diskdən müəyyən olur ki, xx.xx.2024-cü il tarixdə saat 21:40-dan saat 21:50-yə kimi olan müddət ərzində Abşeron RPİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Diskə baxış zamanı müəyyən edilmişdir ki, 14 avqust 2024-cü il tarixdə saat 21 radələrində Abşeron rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq Abşeron rayon polis idarəsinə gətirilmiş, həmçinin xidməti otaqların birində təhqiqatçı tərəfindən ona şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, eyni zamanda ona üzərində qanunsuz saxlanılan narkotik vasitə, psixotrop maddə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da üzərində bir büküm psixotrop maddə olan metamfetamin olduğunu bildirib əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən şəffaf sellofan kəsiyinə bükülmüş bir ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümdə olan kütlənin psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla dövriyyəsi qadağan olunmuş başqa heç nə aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bir ədəd bükümdə olan psixotrop maddə metamfetamini 13 avqust 2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, M.Mirqasımov küçəsində yerləşən 1 nömrəli şəhər poliklinikasının yaxınlığında olduğu zaman tanımadığı şəxsdən 30 manat müqabilində aldığını və sonra istifadə edəcəyi məqsədilə öz üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə ekspertizaya təqdim olunmasından ötrü kağız zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, həmçinin protokolda yazılanların doğru olduğu proses iştirakçıları tərəfindən öz imzaları ilə təsdiq edilmişdir. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-6/4165 rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,552 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X9 xx.xx.2024-cü il tarixli 6285 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.4-cü bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs könüllü olaraq müalicə olunan narkomanlıq xəstəliyinə düçar olmuş şəxs kimi hal hazırda narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1879 saylı rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədəni üzərində xəsarət aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, 3-16-20-04/2-1650 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Müalicə Müəssisəsindən daxil olmuş sorğuya cavabdan müəyyən olunur ki, 1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı istintaq təcridxanasından təcili qaydada Müalicə müəssisəsinə köçürülmüşdür. Bədən səthinin vizual müayinəsi zamanı sol baldır nahiyəsində postinyeksion fleqmona izlənilmişdir. Təqsirləndirilən şəxs deməsinə görə saxlandığı müəssisədə şəxsi məsələləri ilə əlaqədar ağız suyunu sol baldır nahiyəsinə inyeksiya edərək özü-özünə xəsarət yetirmişdir. Xəstə klinik, laborator, instrumental müayinələrdən keçirilmiş, cərrahtərəfindən konsultasiya edilmişdir. Nəticədə “Sol baldır nahiyəsinin fleqmonası” diaqnozu müəyyən edilmiş, fleqmona sahəsi acılmış müvafiq müalicə başlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü Vəkilov Yusif Anar oğlu adlı bir azyaşlı övladı vardır. Cinayət işinin materiallarından Təqsirləndirilən şəxs övladı X5 “Vətən müharibəsi iştirakçısı” medalı və “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış sorğudan görünür ki, Kazımov X7 rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Bakı şəhəri, Xətai rayon məhkəməsinin qərarı ilə çəkilməmiş 24 gün cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Odur ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilmiş şəxs hesab olunur. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-610/2024 saylı qərarına əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 26 dekabr 2024-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs tutularkən polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmasını bildirməsi barədə Azərbaycan Respublikası Baş Prokurorluğunun Xidməti araşdırmalar idarəsində toplanmış material üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin prokuroru, baş ədliyyə müşaviri Azad Fətullayev tərəfindən Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2024-cü il tarixli Abşeron Rayon Polis İdarəsinə xx.xx.1976-cı ildə Qazax rayonu, Poylu kəndində anadan olmuş, Ağstafa rayonu, Poylu kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri istifadə etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək psixotrop maddənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməməsi ilə əlaqədar dediklərinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı fiziki təsirə məruz qaldığını bildirsə də, cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə tibb ekspertizasının 1879 saylı rəyinə əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxsdə heç bir xəsarət aşakr edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin döyülməsi ilə əlaqədar bildirdiyi hal araşdırılmış və müvafiq olaraq xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin təqsirləndirilən şəxsin üzərinə şaxsi axtarışın keçirilməsi haqqında video görüntüdən aydın görünür ki, şəxsin üzərindən aşkar edilmiş qanunsuz vasitə düzgün şəkildə qablaşdırılır və hər hansı bir qanun pozuntusunun olması müəyyən edilmir. Bundan sonra isə təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddə ekspertlər tərəfindən ölçülərək çəkisi dəqiq müəyyən olunmaqla rəydə göstərilmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarına əlavə edilmiş fiziki-kimyəvi ekspertizanın 4165 saylı rəyində də hər hansı bir nöqsanın olması müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə təqsirləndiriləm şəxsin bildirdiklərini müdafiə taktikasından irəli gələn hərəkətlər kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək sonuncunun məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadələr kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsinə dair ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsini isə işin faktiki hallarına uyğun gəldiyindən və digər təkzibedilməz sübutlarla təsdiq olunduğundan daha obyektiv və səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi, özünün qismən etirafedici ifadəsilə yanaşı, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı (CM-nin 59.1.4) uşağının olmasını, İİ dərəcə əlilliyinin olmasını və oğlunun vətən müharibəsin iştirak etməklə medallarla təltif olunmasını (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halı nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-610/2024 saylı qərarı ilə əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 14 avqust 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 110 (yüz on) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən götürülərək maddi sübut kimi tanınıb, Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,452 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 avqust 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 110 (yüz on) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən götürülərək maddi sübut kimi tanınıb, Abşeron Rayon Polis İdarəsinin maddi sübutların saxlanıldığı anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 2,452 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar