Məhkəmə qərarları › İş №1(124)-248/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-248/2022

07.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-248/2022 07.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızıdan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X4, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs xx.xx.1984-cü il tarixdə Cəlilabad rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, ev 185-də qeydiyyatda olmaqla hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4, 150.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs qarşı əmlakını ələ keçirmək məqsədi ilə silah qismində istifadə edilən əşya tətbiq edib həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı olan basqın etməklə quldurluq etmə, habelə öldürməklə və sağlamlığına ağır zərər vurma hədəsi ilə zorla cinsi əlaqədə olmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs zorlama və ona qarşı zor tətbiq etməklə seksual xarakterli digər zorakılıq hərəkətləri etmə cinayətini törətmişdir. Belə ki, o, taksi xidməti fəaliyyəti ilə məşğul olduğu idarə etdiyi **-DP-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilə 16 oktyabr 2021-ci il tarixdə saat 01:30-da Bakı şəhəri, “Şamaxinka” deyilən ərazidə yaşadığı Xırdalan şəhərinə getmək üçün sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs qarşı quldurluq etmək, habelə öz cinsi təlabatını ödəmək üçün sonuncunun iradəsinə zidd olaraq zor tətbiq etməklə cinsi əlaqədə olmaq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmək qərarına gəlib, saat 02 radələrində Heydər Əliyev prospekti ilə “AAAF Park” yaşayış kompleksi istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobili sürməli olduğu əsas yoldan sağa döndərib, qurunt yola sürərək Xırdalan şəhəri ərazisində Zərərçəkmiş şəxs yaşadığı ünvandan kənar, qaranlıq yerdə saxlayıb, avtomobildə daşıdığı tiyəsinin uzunluğu 115 mm, ümumi uzunluğu 222 mm olan məişət təyinatlı, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilməyən mətbəx bıçağını anidən sonuncunun boğaz nahiyəsinə dirəyib, cinayətkar əməllərini həyata keçirmək üçün sürücü oturacağından arxa oturacağa Zərərçəkmiş şəxs yanına keçərək, arxa oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs ilə avtomobildə tək olmasından, ərazini tanımamasından, qarşıda yaşayış evlərinin olmamasından, havanın qaranlıq olmasından istifadə edib zərərçəkmişin fiziki cəhətdən ondan zəif olub müqavimət göstərə bilməyəcəyi və qorxub onun iradəsinə asanlıqla tabe olacağı qənaətinə gəlib bundan istifadə edərək, sol əlində saxladığı həmin bıçağı Zərərçəkmiş şəxs boğaz nahiyəsinə dirəməkdə davam edərək sonuncuya sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən boyun nahiyəsinin ön səthinin qırtlaq qığırdağı hüdudunda deşilmiş səthi dəri yarası kimi xəsarət yetirməklə, Zərərçəkmiş şəxs dodağından və sağ döşündən zorla öpdükdən sonra əynindəki şalvarın qabaq hissəsinin düyməsini və zəncirbəndini açıb, cinsi orqanını çıxartmış, daha sonra Zərərçəkmiş şəxs qarşı fiziki zor tətbiq etməklə başından və sifət nahiyəsindən sillə zərbələri vuraraq, başını aşağı doğru əyib, cinsi orqanını ağız boşluğuna yeritməklə zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdikdən sonra cinayətkar əməllərini davam etdirərək, Zərərçəkmiş şəxs əynindəki şalvarın düyməsini və zəncirbəndini açıb, gödəkcəsinin yuxarı hissəsindən tutub ayağa qaldıraraq, başını iki ön oturacağın arasına doğru əydikdən sonra, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə avtomobilində daşıdığı həmin bıçaqdan silah qismində istifadə edib hücuma məruz qalmış şəxsin həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməklə bağlı olan basqın edərək zərərçəkmiş Zərərçəkmiş şəxs əynindəki şalvarın sağ arxa cibində olan 47 manat pulunu çıxarmaqla ələ keçirib sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla quldurluq etmiş, daha sonra cinayət əməllərini davam etdirib zərərçəkmiş Zərərçəkmiş şəxs sinəsini sürücü oturacağının yan hissəsinə dirəyib arxasına keçərək, sonuncunun əynindəki şalvarı və trusiki dizinə qədər aşağı çəkib həmin vaxt onun zorakı əməllərinin qarşısını almaq üçün ayaqlarını bir-birinə sıxıb saxlayan Zərərçəkmiş şəxs müqavimətini qırmaq üçün sağ bud nahiyəsindən əli ilə tutub sıxmaqla və yumruqla zərbə vurmaqla sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən sağ budun orta 1/3-nin iç səthinin qançırı kimi xəsarət yetirib öldürmək və sağlamlığına ağır zərər vurmaqla hədələməklə, onun hədələrindən və zorakı əməllərindən qorxub iradəsinə tabe olmaq məcburiyyətində qalan Zərərçəkmiş şəxs cinsiyyət orqanına öz cinsiyyət orqanını daxil edib sonuncu ilə zorla təbii yolla cinsi əlaqədə olmaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs zorlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, o , Zərərçəkmiş şəxs sonuncunun işlədiyi kafedən tanımış, lakin zərərçəkmiş şəxs ilə heç bir əlaqəsi yaranmamışdır, Zərərçəkmiş şəxs telefon nömrəsini bilməmişdir. O bir neçə dəfə həmin kafedə müştəri qismində olmuşdur. Həmin xanımı gördüyü andan ona qarşı zorlama cinayəti törətməsi ilə bağlı onda niyyət yaranmışdır. İstintaq zamanı ifadə verərkən ona qarşı təzyiq göstərilmişdir. İstintaq zamanı ona təzyiq göstərildiyindən o özünü AR CM-nin 181.2.5-ci maddəsi ilə təqsirli bilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş şübhəli şəxs qismində istintaqa verdiyi 18 oktyabr 2021-ci il tarixli ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobilə əyləşdikdən sonra Sumqayıt şəhəri istiqamətində hərəkətdə olarkən Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq həvəsinə düşmüşdür. Bu məqsədlə “Vaz dairəsi” deyilən yerdən dönüb Xırdalan şəhərinin mərkəzinə doğru hərəkət edərkən yolun sol kənarındakı çoxmərtəbəli binanın yaxınlığındakı məhəllədə qaranlıq və heç kimin olmadığını düşünüb, qadın sərnişinlə, yəni Zərərçəkmiş şəxs ilə cinsi əlaəqdə olmaq niyyətini həyata keçirmək üçün avtomobili geriyə döndərib həmin məhəllə istiqamətində sürməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs ondan avtomobili hara sürdüyünü soruşmuş, o, isə guya həmin məhəllədə bir nəfərə pul verəcəyini deyib sonuncunu aldatmaq istəmişdir. Lakin Zərərçəkmiş şəxs pulu onu düşürdükdən sonra verməyini söyləyib, ondan maşını dediyi istiqamətə sürməsini tələb etmişdir. O, isə Zərərçəkmiş şəxs səs-küy salacağından ehtiyat edib avtomobili geri döndərib Xırdalan şəhəri AAAF-Park istiqamətində hərəkətinə davam etmişdir. “120”-nin axrıncı dayanacağı deyilən dairədən AAAF-Park istiqamətində dönən kimi sağ sağdaki küçənin qaranlıq olduğunu görüb niyyətini həyata keçirmək üçün münasib olduğunu düşünüb idarə etdiyi avtomobili qəflətən həmin küçəyə sürüb hərəkətinə davam etmək istədikdə, Zərərçəkmiş şəxs ona ünvana getdiyini söyləmişdir. O, isə Zərərçəkmiş şəxs səs-küy salacağını hiss edib tez avtomobilinin oturacağının sol tərəfində saxladığı mətbəx bıçağını çıxarıb sonuncuya tərəf tutaraq sakit olmasını tələb etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs yalvararaq onu buraxmasını söyləsə də, o, bir əli ilə bıçağı tutub, digər əli ilə sükanı saxlamaqla avtomobili həmin küçə ilə evlərin olmadığı, qaranlıq, kimsəsiz yerdə saxlayıb, yerə düşmədən avtomobilin salonundan qabaq otracaqdan arxaya keçib, Zərərçəkmiş şəxs əynindəki şalvarının düyməsini açıb soyundurmaq istəmişdir. Bu zaman Zərərçəkmiş şəxs müqavimət göstərib ona mane olmağa çalışsa da, o, sonuncunun ağzının üstünə bir sillə vurub saçından tutub sakit dayanmasını tələb etmişdir. Bundan sonra isə Zərərçəkmiş şəxs şalvarını yarıya kimi aşağıya çəkmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs əynindəki şalvarın arxa cibində pul olduğunu hiss edib, əlini salaraq, sonuncunun cibindəki 47 manat pulu götürüb avtomobilin qabaq oturacaqlarının arasında olan saxlanc yerinə qoymuş və sonra öz şalvarını da yarıya kimi aşağıya çəkib ereksiya vəziyyətində olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına salmışdır. 1-2 dəqiqədən sonra o, cinsi təlabatını tam ödəyib şalvarını yuxarıya çəkərək avtomobildən düşmədən sükan arxasına keçib hərəkətə başlayaraq mərkəzi küçəyə çıxıb avtomobili AAAF-Park yaşayış kompleksi istiqamətində sürüb, Zərərçəkmiş şəxs avtomobildən düşürtmüşdür. (cild 1, iş vərəqə 45-46) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci ilin iyul ayından “Tüstü PUB” restoranında ofisiant işləyir. İşdən çıxdıqdan sonra evə gəlmək üçün piyada “Şamaxinka” adlanan dayanacağa gedib oradan “manatlıq” taksi ilə Xırdalan şəhərinə yaşadığı evə gedir. 16 oktyabr 2021-ci il tarixdə saat təxminən 01 radələrində işdən çıxıb, təxminən 15 dəqiqə piyada “Şamaxinka” deyilən əraziyə getmişdir. “Şamaxinka” deyilən ərazidə klinikanın qarşısında dayanacaqda dayandığı vaxt dövlət qeydiyyat nişanını xatırlamadığı boz-metallik rəngli “Toyota Prius” markalı avtomaşın onun qarşısında saxlamış və sürücü ondan “xanım hara gedirsiniz” deyə soruşmuşdur. O sürücüyə Xırdalan şəhərində “AAAF” yaşayış kompleksinin yaxınlığına getdiyini dedikdə, sürücü Sumqayıt şəhərinə getdiyini bildirmişdir, “mən çöl yolu gedəcəm, istəsəniz sizi oradan keçib düşürdə bilərəm” deyə cavab vermişdir. Daha sonra o, sürücü ilə razılaşıb, avtomobilə minib, sağ arxa oturacaqda əyləşmişdir. O avtomobilə mindiyi vaxt saat 01:30 olmuşdur. Çünki avtomobilə minərkən o, mobil telefonumda saata baxmış və rəfiqəsi Sevərə “whatsapp” tətbiqində mesaj yazaraq taksiyə mindiyimi bildirdi. Həmin vaxt avtomobildə sürücü və ondan başqa heç kim olmamışdır. Sürücü avtomobili hərəkətə gətirib, Sumqayıt şəhəri istiqamətində sürməyə başlamış, yolda olduqları vaxt sürücü ilə arasında heç bir söhbət olmamışdır. “Vaz” dairəsi deyilən yerə çatmamış sürücü avtomobilin sağ arxa qapısının, yəni o, əyləşdiyi tərəfdəki qapının tam örtülmədiyini deyib avtomobilin sürətini azaltmış və o, həmin qapını açıb yenidən örtmüşdür. Bu vaxt sürücü avtomobili saxlayıb yerə düşmüş və avtomobilin bütün qapılarını açıb yenidən bağlamışdır. Həmin vaxt o, sürücünün qapıların içəridə olan qarmaqlarını əli ilə basdığını görmüşdür. Lakin o sonuncunun bu hərəkətinə əhəmiyyət verməmişdir. Daha sonra sürücü avtomobilə əyləşib, sürməyə davam etmişdir. Təxminən 10-15 dəqiqədən sonra “Vaz dairəsi” adlanan dairədən dönərək “AAAF-Park” yaşayış kompleksi istiqamətində hərəkətinə davam etmişdir. “120”-nin dayanacağı deyilən dairəyə çatmamış sürücü avtomobili geriyə döndərmiş, yaxınlıqdakı məhəllədə yaşayan hansısa tanışına pul verməli olduğunu demiş, maşını həmin məhəlləyə tərəf sürmək istəmişdir. Həmin vaxt o sürücüyə etiraz edib, əsəbi şəkildə “siz maşına sərnişin mindirmisiniz, məni düşürdün, onsuz bu yolu qayıdacaqsınız, məni düşürtdükdən sonra pulu verərsiniz” demiş. Sürücü onun sözündən sonra avtomobili geriyə döndərib yenidən Xırdalan şəhərinin mərkəzi istiqamətində sürməyə başladı. “120”-nin dayanacağı deyilən dairəni döndükdən sonra taksi sürücüsü qəflətən avtomobilin sükanını sağa döndərib ara küçəyə girmiş, həmin vaxt o sürücüyə yolu düz getmədiyini demişdir. Bu vaxt sürücü qəflətən arxaya dönüb, sağ əlindəki mətbəx bıçağını onun boğazına dirəyərək “səni deşərəm, yaşamaq istəyirsənsə, mobil telefonuvu ver” dedi. O sürücünün bıçağı haradan götürməsini görməmişdir. Həmin vaxt sürücü sağ əlində saxladığı bıçağı onun boğazına dirəsə də, sol əli ilə sükanı tutub avtomobili idarə etmişdir. O isə ağlayaraq sürücüyə “məni anavın, bacıvın yerinə qoy, nə istəyirsən verim, telefonumu verim, üzərimdəki pulu verim yetərki mənə heç bir şey eləmə, burax gedim” deyə yalvarsa da, sonuncu onun yalvarışlarına məhəl qoymayıb, ondan mobil telefonunu istəmişdir. O isə əlində saxladığı “Samsung A51” markalı mobil telefonunu sürücüyə vermişdir. Bu vaxt sürücü ondan mobil telefonu kreditə alıb-almadığını soruşmuş və o sürücüyə yalandan telefonu kreditə aldığını dedi. Daha sonra sürücü onun mobil telefonunu sürücü oturacağına, iki ayağının arasına qoyub, avtomobili sürməyə davam etdi. Yol boyu o, ağlayaraq “Allah xatirinə” onu buraxmasını deyib yalvarsa da, sürücü ona “kəs səsivi, ağlama, öldürərəm səni, sənə dedim axı yaşamaq istəyirsənsə səsivi çıxartma” deyə cavab vermişdir. Həmin istiqamətdə yaşayış evləri qutaranadək sürücü avtomobili qurunt yolla sürdü və yolun qutaracağında avtomobilin ön hissəsini bir qədər sağa döndərib saxlayaraq, avtomobilin ön işıqlarını söndürdü. Hətta maşını saxladıqdan sonra sürücü onun ağzından sillədə vurdu. Həmin vaxt o sürücünün əlində bıçaq olduğu üçün onu öldürməsindən qorxmuş və avtomobilin qapısını açaraq yerə düşmək üçün heç bir cəhd etmədi, qışqırmadı. Həm də, onun, avtomobilin qapılarını içəridən aça bilməməsi üçün, sürücü artıq avtomobilin arxa qapılarını kilidlədi. Həmin vaxt o, qışqırsa da belə heç bir faydası olmayacaqdı çünki həmin vaxt ətrafda heç kim yox idi. Daha sonra sürücü onun mobil telefonunu sağ-ön oturacağın üzərinə qoyub avtomobildən düşmədən, sürücü oturacağından arxaya, onun yanına keçmişdir. Sürücü arxaya onun yanına keçdikdə bıçaq artıq sürücünün sol əlində olmuşdur. Sürücü arxa oturacağa keçdikdə bıçağı yenidən onun boğazına dirəyib, “ağlama səni öldürərəm, səni bıçaqla deşərəm, yaşamaq istəyirsənsə səsivi çıxartma” deyə-deyə onun dodağından öpməyə başlamış.o , isə sürücüyə onu buraxması üçün yalvarsa da, sürücü onun yalvarışlarına məhəl qoymayıb, bıçağı boğazımdan çəkmiş və onun əynindəki köynəyin boğaz hissəsini aşağı doğru əyib, sağ əli ilə sağ döşünü köynəkdən çölə çıxarıb, öpməyə, ucunu dişləməyə başlamışdır. Həmin vaxt o, ağlayaraq sürücünün sinəsindən itələsə də, sonuncu ondan əl çəkməyib, müqavimət göstərməməsi üçün əli ilə başından, üzündən sillə vurub, saçını yolmuşdur. Bundan sonra sürücü əynindəki cins şalvarın kəmərini, düyməsini və zəncirbəndini açıb cinsi orqanını çölə çıxartmış və sağ əli ilə onun başının arxasından tutub, cinsi orqanına doğru əyməyə başlamışdır. O özünü sıxaraq sürücünün başını aşağı doğru əyməsinə mane olmağa çalışsa da, sürücü onun saçını yolaraq, başımın arxasından, üzündən əli ilə zərbələr vuraraq var gücü ilə onun başını aşağı doğru əyib, cinsi orqanını onun ağzına salmışdır. Həmin vaxt o, ağlayaağlaya ögüməyə, diksinməyə başlamışdır. Sürücü onun ağlamağına məhəl qoymayıb, “elə, kəs səsivi, deşərəm səni, öldürərəm səni” deyərək sağ əli ilə saçından tutaraq başını aşağı, yuxarı doğru hərəkət etdirmişdir. Həmin vaxt sürücü cinsi orqanını onun ağız boşluğuna salıb çıxartsa da, o, bunu görməmək üçün gözlərini yummuşdur. Təxminən ikiüç dəqiqə cinsi orqanınını onun ağzına salıb çıxartdıqdan sonra sürücü əlini onun əynindəki şalvarına atmış. Həmin vaxt bıçaq sürücünün sol əlində olmuşdur. Həmin vaxt hətta o, düşünmüşdü ki, sürücü işini bitirdikdən sonra onu öldürəcək. Bundan sonra sürücü onun əynindəki şalvarın düyməsini və zəncirbəndini açıb, əynindəki gödəkcənin yuxarı hissəsindən tutaraq, onu oturduğu yerdən qaldırmış və iki ön oturacağın arasına doğru başımı aşağı doğru əymişdir. Daha sonra sürücü onun sinəsini sürücü oturacağının yan hissəsinə dirəyib, arxasına keçmiş və onun əynindəki şalvarı və tumanı dizinə qədər aşağı doğru çəkmişdir. Bu vaxt sürücü onun əynindəki şalvarın arxa sol cibində olan 47 manat pulu götürüb, iki ön oturacağın arasınadakı yerə qoymuş və ondan üzərində başqa pul olub-olmadığını soruşmuşdur. O, isə üzərində başqa pul olmadığını demişdir. Həmin vaxt o, əmin olmuşdu ki, sürücü onunla zorla cinsi əlaqədə olmaq istəyir və buna menə olmaq üçün ayaqlarını bir-birinə sıxsa da, sürücü onuun sağ budundan yumruqla zərbə vurub, və əli ilə tutaraq sıxdığı üçün ayaqları boşalmış və bu zaman sonuncu öz cinsi orqanını onun cinsi orqanına salmışdır. Həmin vaxt o, hiss etmişdir ki, sürücü cinsi orqanını onun cinsi orqanına salıb-çıxarır. Lakin ağlamaqdan taqəti qalmadığı, ətrafda köməyinə gələ biləcək heç kim olmadığı üçün qışqırmamışdır. Sürücü, təxminən iki-üç dəqiqə onunla iradəsinə zidd olaraq zorla cinsi əlaqədə olduqdan sonra spermasını onun cinsi orqanına boşaltmışdır. Bundan sonra onu arxa oturacağa doğru itələyib, şalvarının qabağını bağlamış və sürücü oturacağına keçmişdir. O, isə tumanını və şalvarını yuxarı çəkib, arxa oturacaqda oturdu və ağlamağa davam etmiş, həmin vaxt sürücüyə “məni burax, məni öldürmə, heç kimə heçnə deməyəcəm” deyə yalvarmağa davam etmişdir. O, isə “yaxşı ağlama, səninlə işimi artıq bitirmişəm, səni buraxacam” deyə cavab vermişdir. Bu vaxt sürücü onun mobil telefonunu sağ-ön oturacağın üzərindən götürüb ondan mobil telefonunun şifrəsini soruşmuş və o, sürücüyə şifrəni demişdir. Sürücü şifrəni yığıb telefonu açmış və telefonu yenidən iki ayağının arasına qoymuşdur. Daha sonra avtomobili mühərrikini işə salmış, ön işıqlarını yandıraraq arxaya döndərib sürməyə başlamışdır. Az sonra mərkəzi küçəyə çıxıb avtomobili “AAAF Park” yaşayış kompleksi istiqamətində bir qədər sürdükdən sonra, geriyə döndərib sürməyə davam etmiş və “Alişan” marketi keçib avtomobili yolun sağ tərəfində dayanmış “Qazel” markalı yük maşınının qarşısında saxlayıb, avtomobili arxaya verib Qazelə yaxınlaşdırdı. Bundan sonra sürücü arxa sağ qapının şüşəsini oturduğu yerdən açıb, ona “əlivi sal, qapını çöldən aç, düş get” demiş, o, isə sürücüyə “qorxuramki şüşəni bağlayıb, qolumu qırarsan, ona görə də, qapını açmayacam” deyə cavab vermişdir. Daha sonra sürücü avtomobildən düşüb, sağ-arxa qapı tərəfə gəlmiş və qapını açıb ona “düş” demişdir. O, isə avtomobildən düşmüş, bu vaxt sürücü ondan “telefon kreditdir?” deyə soruşmuş və o, sürücüyə telefonu kreditə aldığını demişdir. Sürücü isə mobil telefonunu ona qaytarıb “ arxava baxmadan çıx get” demiş və o, sürücüyə baxa-baxa arxa-arxaya getməyə başlamışdır. O, sürücünün bıçaqla arxadan onu vurmasından ehtiyat etdiyi üçün həmin vaxt arxa-arxaya gedərək avtomobildən uzaqlaşmışdır. Bir qədər aralandıqdan sonra o, yolu keçib “Alişan” marketə çatmamış dayanmış. Həmin vaxt sürücü isə avtomobilinə oturub, avtomobilin ön işıqlarını yandırmadan sürətlə sürərək oradan uzaqlaşmışdır. Sürücü ön işıqlarını yandırmadığı üçün o, avtomobilin dövlət qeydiyyat nişanını görə bilməmişdir. Daha sonra “Alişan” marketin qarşısına gedib oradan mobil telefonu ilə saat 01:58 radələrində DİN-nin 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir və bir qədər sonra olduğu yerə polis əməkdaşları gəlib, onu xidməti avtomobillə Abşeron RPİ-nə aparmışlar. Zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə ağır cəza təyin olunmasını xahiş edərək, şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyi məhkəmədə bildirdi. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Məhəmmədəli qızı ifadəsində göstərdi ki, X7 onun rəfiqəsidir. Yelenanı bir ilə yaxındır ki, tanıyır. Yelena digər rəfiqəsi Sevərlə birlikdə Xırdalan şəhərində Sevərə məxsus evdə yaşayır. xx.xx.2021-ci il tarixdə gecə saatlarında Sevər onun istifadəsində olan mobil nömrəyə zəng etmiş və o yuxudan oyanıb zəngə cavab verdikdə ona Yelenanın polis idarəsində olduğunu demişdir, onu az yaşlı övladının yanında qalması üçün yaşadığı evə çağırmışdır. O dərhal Sevərgilə getmiş, daha sonra Sevər isə Yelanın aparıldığı Abşeron rayon polis idarəsinə getmişdir. Səhərə yaxın, saat təxminən 07 radələrində Sevərlə Yelena evə qayıtmışlar. Hadisədən onlar evə gəldikdən sonra dəqiq məlumat almışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, X5 onun qardaşıdır. Seymur tutulanadək ünvan 1 ünvanında yaşamışdır. Seymur sürücü işləmiş, müxtəlif vaxtlarda müxtəlif şəxslərə qarşı məxsus avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmuş və müxtəlif özəl şirkətlərdə sürücü işləmişdir. Seymur ilk dəfə hərbi xidmətdən fərarilik etdiyi üçün, ikinci dəfə isə dələduzluq etdiyi üçün məhkum olunmuşdur. Sonuncu törətdiyi cinayətə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ayağına “broslet” bağlanmışdır. Seymur sonuncu idarə etdiyi **-DP-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillə 4-5 ay olardı ki, taksi fəaliyyəti ilə məşğul olurmuş. Həmin avtomobil Zakir adlı şəxsə məxsus olmuş və Seymur avtomobililə taksi fəaliyyəti ilə məşğul olduğu üçün Zakirə günlük 25 manat pul verirmiş. Seymur həmin avtomobillə əvvəllər “bolt” şirkəti ilə işləsə də, son vaxtlar “manatlıq taksi” kimi işləmişdir. Əri Seymur adətən gündüzlər evdə yatır, gecələr isə taksiyə çıxırmışdır. xx.xx.2021-ci il tarixdə axşam saatlarında yaşadığı evin həyətində polis əməkdaşları Seymuru tutub harasa aparmışlar. Sonradan baş verənləri teelvizordan öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, qardaşı Seymur təxminən 2-3 ildir ki, müxtəlif şəxslərin avtomobilləri ilə taksi fəaliyyəti ilə məşğul olurdu. Seymur “manatlıq taksi” kimi işləyirdi. Qardaşını oğru kimi evdən aparmışlar. Onun evi qardaşı Seymurun evi ilə eyni məhəllədə yerləşir. Seymuru məcbur aparmışlar. Onlar Seymurdan xəbər ala bilmədikdə, 102 xidmətinə məlumat vermişlər. Onun qardaşı səhv etmişdir, lakin Seymura qarşı zorakılıq göstərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Hadisə günü Təqsirləndirilən şəxs istifadə etdiyi maşın, **-DP-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobil ona məxsusdur. Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayından tanımışdır. Həmçinin bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyir Şahid2 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun rəfiqəsidir. Yelenanı digər rəfiqəsi Səidə vasitəsi ilə tanımışdır. 2021-ci ilin iyul ayından etibarən Yelena onun Xırdalan şəhəri Quşçuluq massivindəki evində onunla birlikdə yaşayır. Yelena Bakı şəhəri, Nəsimi rayonu 20 Yanvar küçəsindəki “Tüstü PUB” restoranında ofisiant işləyir. xx.xx.2021-ci il tarixdə saat 01:31-də “whatsapp” mesajlaşma proqramında Yelenaya yazıb harada olduğunu soruşmuş və sonuncu cavab olaraq ona taksidə olduğunu, evə gəldiyini yazmışdır. Həmin gün saat təxminən 02-03 radələri olardı ki, Yelana onun istifadəsində olan ********** saylı mobil nömrəyə zəng edib, ağlayaraq “Sevər ölürəm özünü çatdır, polis idarəsinə gedirəm” demiş və telefonu yanındakı polis əməkdaşına vermişdir. Polis əməkdaşı ona Yelenanı Abşeron rayon polis idarəsinə apardıqlarını bildirmişdir. O, dərhal Abşeron rayon polis idarəsinə getmiş, ora çatdıqda Yelenanın ağlaya-ağlaya müstəntiqə izahat verdiyini görmüşdür. İzahat verdikdən sonra Yelana ona evə gələrkən taksi sürücüsünün avtomobili qaranlıq yerə sürdüyünü və avtomobildə olan bıçağı onun boğazına dirəyərək onunla zorla cinsi əlaqədə olduğunu, cinsi orqanını onun ağzına salaraq ona qarşı cinsi zorakılıq hərəkətləri etdiyini və əynindəki şalvarın arxa cibində olan 47 manat pulunu götürdüyünü demişdir. Həmin taksi sürücüsü tutulduqdan sonra onlara məlum olmuşdur ki, sonuncunun adı Təqsirləndirilən şəxsdur. (cild 1, iş vərəqə 133-135) Şahid3 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, X5 onun əridir. Seymurla 2012-ci ildə ailə həyatı qurmuş və bu nikahdan 2014-cü ildə Aşur adlı oğulları anadan olmuşdur. Seymur tutulanadək ünvan 1 ünvanında yaşamışlar. O, əri Seymuru tanıdığı vaxtdan sonuncu sürücü işləmiş, müxtəlif vaxtlarda müxtəlif şəxslərə qarşı məxsus avtomobillərlə taksi fəaliyyəti ilə məşğul olmuş və müxtəlif özəl şirkətlərdə sürücü işləmişdir. Seymur ilk dəfə hərbi xidmətdən fərarilik etdiyi üçün, ikinci dəfə isə dələduzluq etdiyi üçün məhkum olunmuşdur. Sonuncu törətdiyi cinayətə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, ayağına “broslet” bağlanmışdır. Seymur sonuncu idarə etdiyi **-DP-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobillə 4-5 ay olardı ki, taksi fəaliyyəti ilə məşğul olurmuş. Həmin avtomobil Zakir adlı şəxsə məxsus olmuş və Seymur avtomobililə taksi fəaliyyəti ilə məşğul olduğu üçün Zakirə günlük 25 manat pul verirmiş. Seymur həmin avtmomobillə əvvəllər “bolt” şirkəti ilə işləsə də, son vaxtlar “manatlıq taksi” kimi işləmişdir. Əri Seymur adətən gündüzlər evdə yatır, gecələr isə taksiyə çıxırmışdır. xx.xx.2021-ci il tarixdə axşam saatlarında yaşadıqları evdə olduqları vaxt qonşuluqda yaşayan qayınanası Nəzakət onlara gəlib, Seymurun avtomobilinin başqa avtomobil tərəfindən vurulduğunu, avtomobili vuran sürücünün Seymuru məhlədə gözlədiyini bildirmişdir. Bundan sonra o, Seymuru yuxudan oyadıb məlumat vermiş və birlikdə məhləyə çıxmışlar. Çölə çıxdıqdan sonra orada olan polis əməkdaşları əri Seymuru tutub harasa aparmışlar. Sonradan qaynı Vüsal ona Seymurun Abşeron rayon polis idarəsinə aparıldığını demişdir. O. sonradan bilmişdir ki, Seymur gecə vaxtı maşınına müştəri qismində əyləşmiş qadının pulunu götürmüşdür. o, əri Seymurun, avtomobilinə müştəri qismində minmiş Zərərçəkmiş şəxs zorlamasına və sonuncuya qarşı seksual xarakterli hansısa bir hərəkət etməsinə inanmır. Ola bilsin ki, Seymur həmin qadının yalnız pulunu götürmüşdür. O, əri Təqsirləndirilən şəxs narkotik vasitə istifadə etməsini görməmişdir. (cild 1, iş vərəqə 169-172) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şübhəli şəxs qismində tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 181.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə kifayət qədər şübhələr olduğundan o, xx.xx.2021-ci il tarixdə Abşeron rayon polis idarəsinin istintaq idarəsinin şöbəsinin baş müstəntiqi, polis mayoru Fuad Nəsirov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, iş vərəqə 32-34) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-in 149.2.4, 150.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində həmin tarixdə Abşeron rayon məhkəməsinin qərarı ilə xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. ( cild 1, iş vərəqə 57-59, 137- 142) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Üzləşdirmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və Zərərçəkmiş şəxs ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünü qarşı deyərək bir daha təsdiq etmişdir.(cild 1, iş vərəqə 108-115) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin düzgünlüyünü dəqiqləşdirmək məqsədi ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Zərərçəkmiş şəxs hadisənin baş verdiyi yerdə hadisələrin baş vermə mexanizmini əyani olaraq göstərməklə, ifadəsinin düzgünlüyünü bir daha təsdiq etmişdir. (cild 1, iş vərəqə 129-132) Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs dörd nəfər arasından Təqsirləndirilən şəxs tanıyaraq, ona qarşı cinayət əməllərinin məhz Təqsirləndirilən şəxs tərəfindən törədildiyini, sonuncunu üz quruluşundan, gözlərindən, baxışlarından, üzünün bir qədər saqqallı olmasından tanıdığını bildirmişdir. (cild 1, iş vərəqə 52-54) Cinayət işinin materiallarında olan “baxış və götürmə aparılması haqqında” 18 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğu **-DP-*** dövlət qeydiyyat nişanlı “Toyota Prius” markalı avtomobilə baxış keçirilərkən, avtomobilin salonunda 1 ədəd qara dəstəkli bıçaq aşkar olunaraq götürülmüşdür.(cild 1, iş vərəqə 47-51) Cinayət işinin materiallarında olan “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 04 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olduğu idarə etdiyi **-DP-*** dövlət qeydiyyat nişanlı “Toyota prisu” markalı avtomobildə aşkar edilmiş bıçaq Zərərçəkmiş şəxs tanımaya təqdim edilmiş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı cinayət əməllərini törədərkən həmin bıçaqdan istifadə etdiyini, bıçağı onun boğaz nahiyəsinə batıraraq xəsarət yetirdiyini göstərməklə, həmin bıçağı məhz ümumi uzunluğundan, dəstəyinin qara rəngli olmasından, dəstəyin tiyəyə birləşən hissəsinin isə ağ rəngli olmasından tanıdığını bildirmişdir. (cild 1, iş vərəqə 167-168) Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 15 noyabr 2021-ci il tarixli 563 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hadisənin baş verdiyi 16 oktyabr 2021-ci il tarixdə yaranmağa xarakterik boyun nahiyəsinin ön səthinin qırtlaq qığırdağı hüdudunda deşilmiş səthi dəri yarası, sağ budun orta 1/3-nin iç səthinin qırmızımtıl-göyümtül rəngli qançırı kimi xəsarətlər aşkar olunmuşdur. Qeyd olunan xəsarətlərdən boyunun ön səthinin deşilmiş səthi yarası iti uclu əşyanın təsirindən, sağ budun orta 1/3-nin iç səthinin qırmızımtılgöyümtül rəngli qançırı isə küt əşyanın təsirindən əmələ gəlmişdir, sağlamlığa zərər vurmayan xəsarətərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatı olan bir ədəd tamponda məhkəmə-tibbi tədqiqatı zamanı spermatozoidlər aşkar olunmuşdur.(cild 1, iş vərəqə 209-211) Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 07 dekabr 2021-ci il tarixli 2597 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar edilməmişdir.(cild 2, iş vərəqə 22-24) Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 22 dekabr 2021-ci il tarixli 5234 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamış, o, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 2, iş vərə qə 69-70) Cinayət işinin materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 20 dekabr 2021-ci il tarixli 3038 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törətməmişdən əvvəl, eləcə də cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hazırda da hər hansı psixi xəstəlik əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq cinayət əməlini törədərkən öz hərkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi- emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Hadisəni törədərkən emosional halından asılı olaraq öz hərəkətini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır.(cild 2, iş vərəqə 72-76) Cinayət işinin materiallarında olan məhkəmə tibbi-kriminalistik ekspertizasının 10 yanvar 2022-ci il tarixli 813/2022-MTKŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs avtomobilinə baxış zamanı oradan götürülmüş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı bıçaqlara uyğun gəlir və soyuq silah hesab edilmir. Bıçaq üzərində sonradan hər hansı bir əlavə və dəyişikliklər edilməmişdir.( cild 2, iş vərəqə 88-91) Cinayət işinin materiallarında olan məhkəmə tibbi-bioloji ekspertizasının 16 noyabr 2021-ci il tarixli 799/2021-MTBŞ nömrəli rəyindən görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş şalvar, trusik və Zərərçəkmiş şəxs uşaqlıq yolu möhtəviyyatı olan tampon üzərində sperma ləkələri aşkar edilmiş, bu ləkələrdə spermanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda B antingeni alınmışdır. Beləliklə bu sperma ləkəsi AB0 sistemi üzrə Təqsirləndirilən şəxs məxsus ola bilər. (cild 2,iş vərəqə 202-207) Cinayət işinin materiallarında olan məhkəmə-genetik ekspertizasının 07 yanvar 2022-ci il tarixli 22/22R nömrəli rəyindən görünür ki. Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş cins şalvarın və qırmızı rəngli tumanın aralıq nahiyəsində, eləcə də, Zərərçəkmiş şəxs uşaqlıq yolundan götürülmüş yaxma nümunəsi üzərində insan mənşəli sperma nümunəsi mövcuddur və həmin sperma nümunələri Təqsirləndirilən şəxs məxsusdur.(cild 2, iş vərəqə 93-96) Cinayət işinin materiallarında olan “Azercell” mobil operatorundan təqdim edilmiş telefon danışıqlarını əks etdirən diskə baxış keçirilməsi haqqında 10 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs adına və istifadəsində olan ********** saylı mobil nömrənin anten dairəsi həmin mobil nömrənin xx.xx.2021-ci il tarixdə saat 01:59, 02:02, 02:05, 02:10, 02:11, 02:16 və 02:44-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində aktiv olduğunu göstərir.( cild 2, iş vərəqə 11-12, 13) Cinayət işinin materiallarında olan “Bakcell” mobil operatorundan təqdim edilmiş telefon danışıqlarını əks etdirən diskə baxış keçirilməsi haqqında 21 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs adına və istifadəsində olan ********** saylı mobil nömrənin anten dairəsi həmin mobil nömrənin xx.xx.2021-ci il tarixdə saat 02:30-da Abşeron rayonu, Xırdalan şəhəri ərazisində aktiv olduğunu göstərir. Həmçinin Təqsirləndirilən şəxs adına və istifadəsində olan ********** saylı mobil nömrənin anten dairəsi həmin mobil nömrənin xx.xx.2021-ci il tarixdə saat 02:08-də Abşeron rayonu, Xırdalan şəhəri ərazisində aktiv olduğunu göstərir.( cild 2, iş vərəqə36-37, 38) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına, Qazax Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il 6 ay azaqlıqdan məhrum etmə cəzasına, həminçinin Qazax Hərbi Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.2 -ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 3 il azaqlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Qaradağ rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 1 il 7 ay 26 gün müddətində şərti cəza ilə əvəz edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2009-cu il tarixli Aministiya qərarının 1.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsindən azad olunmuşdur. Bundan başqa həmin tələbnamədən və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli 1(006)-216/2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət bir günə iki gün hesablanmaqla 04 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.(cild 2,iş vərəqə 42-65) Cinayət işinin materiallarında olan Binəqədi rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMnin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün 7 gün müddətinə inzibati qaydada həbs edilmişdir.(cild 1, iş vərəqə 241 -243) Cinayət işinə əlavə edilmiş nikah haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdə Usubova (sonradan Məmmədova) Türkan Füzuli qızı ilə rəsmi nikaha daxil olmuş və bu nikahdan xx.xx.2014-cü il tarixdə bir övladı anadan olmuşdur. (cild 2, iş vərəqə 66-67) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsdən daxil olmuş 10 noyabr 2021-ci il tarixli 9568 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. (cild 1, iş vərəqə 177) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsdən daxil olmuş 27 noyabr 2021-ci il tarixli xx/xx-13534 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır, qeydiyyatda yoxdur.(cild 2, iş vərəqə 5) Cinayət işinin materiallarına əlavə edilmiş Abşeron rayon prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas Əsgərov Əsgər əli oğlu tərəfindən qəbul olunmuş 06 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qarşına Abşeron rayon Polis İdarəsinin əməkdaşları tərəfindən fiziki zorakılıq və digər qanunsuz hərəkətlərin edilməsi barədə toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Hazırkı cinayət işi üzrə, ibtidai istintaqın gedişindən məlum olur ki, təqsirləndirilən şəxs ilkin vaxtlarda özünü təqsirli bilmiş, cinayətin açılmasına fəal kömək etmiş, habelə əməlindən peşman olması istiqamətində addımlar atmışdır. Daha sonra təqsirləndirilən şəxsin sırf cinsi sferada törətdiyi cinayətləri təkzib etməsi onun gələcəkdə qanunla ona təyin ediləcək cəzadan yaxa qurtarmaq, habelə bu tip cinayətin törədilməsinə görə cəmiyyətdə, xüsusilə yaxın ətrafında qınaq obyektinə çevrilə biləcəyi qorxusu olmuşdur. Lakin daha sonra məhkəmə genetik ekspertizasını rəyinə əsasən zərərçəkmişə məxsus paltarlarda və uşaqlıq yolunda ona məxsus spermanın aşkar edilməsindən sonra istintaqın yekununda verdiyi ifadədən fərqli olaraq məhkəmə istintaqında təqsirləndirilən şəxs CMnin 149.2.4-cü maddəsi ilə özünü təqsili bilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin ifadəsinin həm özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifadadələrlə, habelə zərərçəkmiş şəxsin ifadəsi ilə təkzib olunması; təqsirləndirilən şəxsin istintaq zamanı verdiyi ilkin ifadələrlə məhkəmədə müəyyən olunan və iş üzrə şahidlərin ifadələri ilə üst-üstdə düşməsi; iş üzrə şahid ifadələrinin, mobil telefon operatorlarının çıxarışları ilə bir daha təsdiq olunması bir daha sübut edir ki, X1 Yelena Mahir qızına qarşı seksual xarakterli hərəkətlər edərək, onu zorlamış və ona qarşı quldurluq etmişdir. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsassızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən X3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4,150.1 və 181.2.5-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 7-ci bəndində qeyd edilir ki, quldurluq cinayəti özgənin əmlakını talamaq məqsədilə, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə edilmiş basqın anından bitmiş sayılır. Həmin Qərarın 23-cü bəndində məhkəmələrə tövsiyə olunur ki, həyat və sağlamlıq üçün təhlükəli zorakılıq (CM-nin 181-ci maddəsi) dedikdə, elə zorakılıq başa düşülməlidir ki, təqsirkarın hərəkətləri zərərçəkmişə ağır, az ağır zərər vurma, həmçinin sağlamlığın qısa müddət pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş sağlamlığa yüngül zərər vurma ilə nəticələnmiş olsun. Özgənin əmlakını ələ keçirmək məqsədilə hücuma məruz qalmış şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın o zaman CM-nin 181.1-ci maddəsi ilə tövsif edilir ki, zərərçəkmişin sağlamlığına zərər yetirilməsə də, basqın anında onun həyatı və ya sağlamlığı üçün real təhlükə yaranmış olsun. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 2 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur.(cild 2, iş vərəqə 186 -189) Cinayət işinin materiallarına əlavə edilmiş Binəqədi rayon Məhkəməsinin hakimi Abbas Rzayevin xx.xx.2022-ci il tarixli, 7(001)-327/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-216/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökm icra edilməsi üçün xx.xx.2020-ci il tarixdə Binəqədi rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmışdır. Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilıə məhkum Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkum Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş hissəsi 1 il 3 ay 12 gün təşkil etmiş və ona “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5ci bəndi tətbiq edilməklə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmış və məhkumun 3 ay 12 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda onların məhkumluğu ödənilmiş hesab olunur. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş şəxs hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residiv müəyyən edilərkən nəzərə alınmayan hallardan biri kimi göstərilmişdir Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törədərkən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cinayət törətdiyindən onun əməlində residiv yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 17.1-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, həmin cinayətləri törətmiş şəxs onlardan heç birinə görə məhkum olunmamışdırsa və ya qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmişdirsə, habelə bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməmişdirsə, cinayətlərin məcmusunu yaradır. Həmin Məcəllənin 66.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Bununla yanaşı, qanunverici cəzasını tam çəkmədən Cinayət Məcəlləsinin 18.1-ci maddəsi baxımından residiv etmiş məhkumun yüksək təhlükəli olmasını, eləcə də əvvəlki iş üzrə təyin edilmiş cəzanın onun tərəfindən yeni cinayət törədilməsinin qarşısını almağa kifayət etməməsini nəzərə alaraq, sözügedən şəxsə cəzanın artıq hökmlərin məcmusu üzrə təyin edilməsini müəyyən etmişdir. Bununla bağlı, Cinayət Məcəlləsinin 67.1-ci maddəsi nəzərdə tutur ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət qanunvericiliyinin qeyd olunan normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Bu mənada, müraciətdən görünür ki, təcrübədə çətinliklər yaradan məqam birinci cinayət işi üzrə ittiham hökmünün elan edildiyi vaxtdan onun qanuni qüvvəyə mindiyi anadək olan dövrdə törətdilən cinayətə görə şəxsə cəzanın hökmlərin, yaxud da cinayətlərin məcmusu üzrə təyin edilməsindən ibarətdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 67.1-ci maddəsinə əsasən əvvəlki hökm üzrə çəkilməmiş qalan 3 ay 12 gün azadlılığın məhdudlaşdırılması cəzası- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanaraq 01 ay 21 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində əsasən hazırki hökm üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini cəza təyin edilməsinin ümumi əsaslarını, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki,Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutuılmuş və Abşeron rayon məhkəməsinin qərarı ilə barəsində xx.xx.2021ci il tarixdə həbs qətimkan tədbiri seçilmişdir. Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş paltarlar - içəri bel hissəsində “MUDDY 28” yazılı etiket olan, dizləri cırıq, ön hissəsi zəncirbəndlə bağlanan cins materialdan göy rəngli şalvar, ön hissəsində iki ədəd metal halqalar olan qırmızı rəngli trusik, qara rəngli bustqalter, qara rəngli qısaqol köynək, içəri boyun hissəsində “XYS-10” yazılı etiket olan, hər iki yan cibinin üzərində “MPHE yazısı olan qara rəngli papaqlı gödəkcə zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul etmədikdə isə məhv edilməlidir. Zərərçəkmiş şəxs uşaqlıq yolundan və arxa keçəcək dəliyindən tampon vasitəsilə götürülmüş 02 ədəd yaxma nümunəsi, Təqsirləndirilən şəxs cinayət əməllərini törətdiyi taksi fəaliyyəti ilə məşğul olduğu **-DP-*** dövlət nömrə nişanlı “Toyota prius” markalı avtomobilə baxış keçirilərkən avtomobilin salonunda aşkar edilərək götürülmüş dəstəyi qara rəngli plastmas materialdan olan (dəstəyin tiyəyə bitişən hissəsi plastmas materialdan olub, ağ rənglidir) 01 ədəd bıçaq məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 300 (üç yüz manat) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.2.4, 150.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 149.2.4-cü maddəsi ilə 08 (səkkiz) il müddətinə, CM-nin 150.1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə, CM-nin 181.2.5-ci maddəsi ilə 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 12 (on iki) il 11 (on bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Nəsimi Rayon Məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi- 3 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanaraq 01 ay 21 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulsun və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsində əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 13 (on üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 18 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Abşeron Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus şalvar, tuman, bustqalter, köynək, gödəkcə zərərçəkmiş şəxsə qaytarılsın, qəbul etmədikdə isə məhv edilsin. 02 ədəd yaxma nümunəsi, 01 ədəd bıçaq məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz manat) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar