Məhkəmə qərarları › İş №1(124)-248/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-248/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-248/2024 15.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X6 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Nazim oğlu, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3 iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Beyləqan rayonu, Milabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilib 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hazırda həmin cəzanı çəkən, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olan və fakitiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində hazırki iş üzrə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3yan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 234.4.3 və 240.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində yerləşən 4 saylı məhkəmə iclas zalında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 13 aprel 2023-cü il tarixdə, saat 14:20 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Gəmi” restoranının qarşısında Təqsirləndirilən şəxs2 25 (iyirmi beş) manat pul müqabilində qanunsuz olaraq, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,288 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini alaraq əldə etməklə əynindəki boz rəngli cins şalvarının sağ yan kiçik cibində daşıyaraq saxlamış, 13 aprel 2023-cü il tarixdə, saat 14:30 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Gəmi” restoranın qarşısında keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılmaqla Sumqayıt Şəhər Polis İdarəsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı həmin 0,288 qram heroin əynindəki boz rəngli cins şalvarının sağ yan kiçik cibindən aşkar edilərək götürülmüşdür. Eyni zamanda, Təqsirləndirilən şəxs2 şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikasının vətəndaşı Ələsgər adlı şəxslə istifadəsində olan informasiyatelekommunikasiya şəbəkəsi hesab olunan telekommunikasiya vasitəsi “Redmi” markalı mobil telefon avadanlığında quraşdırılmış “Whatsapp” proqram təminatından fərdi rabitə əlaqəsi kimi istifadə etməklə əlaqə saxlayıb sonuncudan istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 8 (səkkiz) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,653 qram, 0,303 qram, 0,276 qram, 0,285 qram, 0,283 qram, 0,284 qram, 0,276, qram, 0,288 qram, ümumi təmiz çəkisi 2,648 qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 15 (on beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,958 qram, 0,416 qram, 0,372 qram, 0,377 qram, 0,398 qram, 0,405 qram, 0,380 qram, 0,400 qram, 0,392 qram, 0,430 qram, 0,411 qram, 0,412 qram, 0,450 qram, 0,413 qram, 0,414 qram, ümumi təmiz çəkisi 7,628 qram olan xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və külli miqdarda, 4 (dörd) ədəd konvalyut və 2 (iki) konvalyut kəsiyində ümumilikdə 43 (qırx üç) ədəd üzərində “Methadone 40” markalanma göstəricisi olan təsiredici maddəsinin miqdarı 1,72 qram təşkil edən narkotik vasitə metadon həbini, həmçinin şəxsiyyəti istintaqa məlum olmayan Rusif adlı şəxsdən istintaqa məlum olmayan vaxtda satış məqsədi ilə qanunsuz olaraq 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,236 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, 1 (bir) ədəd üzərində “Tramadolhydrochlorid 200mq” markalanma göstəricisi olan təsiredici maddəsinin miqdarı 0,20 qram təşkil edən güclü təsir edən həbi əldə edərək üzərində daşımaqla və yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 65, mənzil 4 ünvanında gizlədərək saxlamış, 13 aprel 2023-cü il tarixdə, saat 14:20 radələrində Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Gəmi” restoranının qarşısında 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,288 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 25 (iyirmi beş) manat pul müqabilində qanunsuz olaraq Təqsirləndirilən şəxs1 satmış, 13 aprel 2023-cü il tarixdə, saat 14:30 radələrində Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həmin “Gəmi” restoranın qarşısında keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs1 ilə birlikdə saxlanılmaqla Sumqayıt Şəhər Polis İdarəsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,288 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin Təqsirləndirilən şəxs1 əynindəki boz rəngli cins şalvarının sağ yan kiçik cibindən, 7 (yeddi) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,653 qram, 0,303 qram, 0,276 qram, 0,285 qram, 0,283 qram, 0,284 qram, 0,276, qram, ümumi təmiz çəkisi 2,360 qram narkotik vasitə heroin, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,236 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 1 (bir) ədəd “Tramadolhydrochlorid 200mq” markalanma göstəricisi olan təsiredici maddəsinin miqdarı 0,20 qram təşkil edən güclü təsir edən həb, külli miqdarda 15 (on beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,958 qram, 0,416 qram, 0,372 qram, 0,377 qram, 0,398 qram, 0,405 qram, 0,380 qram, 0,400 qram, 0,392 qram, 0,430 qram, 0,411 qram, 0,412 qram, 0,450 qram, 0,413 qram, 0,414 qram, ümumi təmiz çəkisi 7,628 qram olan psixotrop maddə metamfetamin, 1 (bir) konvalyut kəsiyində üzərində “Methadone 40” markalanma göstəricisi olan təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edən narkotik vasitə metadon həbi R.Süleymanlının əynindəki tünd rəngli şalvarının sağ yan cibində olan müxtəlif rəngli əl çantasının içərisindən aşkar edilərək götürülmüş, bundan sonra 13 aprel 2023-cü il tarixdə, saat 16:45 radələrində sonuncunun yaşadığı Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 65, mənzil 4 ünvanına baxış keçirilən zaman mənzilin mətbəxində yerləşən dolabdakı qara rəngli əl çantasının içərisindən külli miqdarda, 4 (dörd) ədəd konvalyut və 1 (bir) konvalyut kəsiyində ümumilikdə 42 (qırx iki) ədəd üzərində “Methadone 40” markalanma göstəricisi olan təsiredici maddəsinin miqdarı 1,68 qram təşkil edən narkotik vasitə metadon həbi və həmin dolabdan üzərində narkotik vasitə heroin izləri olan 2 (iki) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə ona elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 aprel 2023-cü il tarixdə, günorta saatlarında Rəşadla əlaqə saxlayıb sonuncudan istifadə etmək üçün heroin istəmişdir. Rəşad da ona Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Gəmi” restoranında olduğunu demişdir. Bir müddət sonra həmin yerə getmiş və Rəşadla görüşmüşdür. Rəşad da ona narkotik vasitə heroin vermişdir. Onlar təxminən 5-10 dəqiqə orada dayanıb söhbət etdikdən sonra oradan uzaqlaşmaq istəyən zaman bir neçə nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyərək onu polis idarəsinə dəvət etmişlər. Polis idarəsində üzərindən Rəşaddan aldığı heroin aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai araşdırma dövründə polis əməkdaşları tərəfindən təsir və ya təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitə heroini pul qarşılığında almışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona CM-nin 234.4.3 və 240.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən (CM-in 234.1-1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, həmin günü Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Gəmi” restoranında olarkən Təqsirləndirilən şəxs1 ilə birlikdə narkotik vasitə qəbul etmiş, daha sonra isə istifadə etmək üçün Seymura narkotik vasitə heroin vermişdir. Bir müddət sonra isə restorandan çölə çıxarkən polis əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. İbtidai araşdırma dövründə polis əməkdaşları tərəfindən təsir və ya təzyiqə məruz qalmamışdır. Təqsirləndirilən şəxs2 narkotik vasitəni pul qarşılığında verməmişdir. Üzərindən və evindən aşkar olunan narkotik vasitələr, psixotrop maddələr və dərmanlar, o cümlədən elektron tərəzi bir nəfər tanışına məxsus olmuş, onun pulu olmadığı üçün onun əvəzinə pul ödəyərək götürmüş və özündə saxlamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində ona Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 65, mənzil 4 ünvanında kirayədə tək yaşamışdır. Təqsirləndirilən şəxs1 saxlanılmazdan təxminən 7-8 gün əvvəl tanımış, onunla ədavət və ya düşmənçiliyi olmamışdır. Bir neçə aydır narkotik vasitə heroin, marixuana, tiryək və tramadol həbindən istifadə etmişdir. Təxminən 2023-cü ilin fevral ayının əvvəllərində Abşeron rayonu, Saray qəsəbə sakini tanışı İsmayılla söhbət edən zaman İsmayıl ona İran İslam Respublikasının vətəndaşı Ələsgər adlı tanışının olduğunu, istədiyi zaman ondan ucuz qiymətə narkotik vasitə sifariş verib aldığını, istədiyi halda onu də Ələsgərlə tanış edə biləcəyini demişdir. İsmayıl narkotik maddə istifadəçisidir və sonuncu onun narkotik maddə istifadə etməsini bilmişdir. Bundan sonra o, İsmayılla razılaşıb Ələsgərin hazırda xatırlamadığı mobil telefon telefon nömrəsini almış və özünə məxsus mobil telefonda Ələsgərin adını “Şəhriyar İsi” kimi qeyd etmişdir. Sonradan vhatsapp tətbiqi vasitəsi ilə İİR-in vətəndaşı Ələsgərlə əlaqə saxlamağa başlamışdır. Maddi vəziyyəti yaxşı olmadığından qərara gəlmişdir ki, Ələsgərdən narkotik vasitələr alıb satmaqla pul qazansın. Təxminən 2023-cü ilin mart ayında Ələsgərlə Whatsapp vasitəsi ilə əlaqə saxlayaraq sonuncudan metadon həbləri istəmişdir. Ələsgər həmin həblərə görə ondan 100 manat pulu Whatsapla göndərdiyi kart hesabına köçürməsini, daha sonra isə həmin həbləri Abşeron rayonu, Saray qəsəbəsi ərazisində qoyduracağını, həbləri qoyduracağı yerin fotoşəklini və konumunu da ona göndərəcəyini demişdir. O, da Ələsgərlə razılaşmış və sonuncunun göndərdiyi bank kartına 100 manat pulu göndərmişdir. Ələsgər isə Whatsapp vasitəsi ilə ona istədiyi həbləri qoydurduğu yerin, yəni Abşeron rayonu, Saray qəsəbəsində yerləşən körpünün alt hissəsinin şəklini göndərmişdir. O, da həmin yerə gedib orada qoyulmuş metadon həblərini götürmüş və baxanda 5 ədəd listdə, 50 ədəd metadon həbi olmasını və həblərin yanında da bir ədəd böyük elektron tərəzi olduğunu görmüşdür. Həmin həbləri götürüb tək kirayədə yaşadığı evə gələrək mətbəxdəki dolabda gizlətmişdir. Bir neçə gün sonra həmin həblərdən 7 ədədini tanımadığı şəxslərə satmışdır. Özü əsasən tramadol həbi və tiryək istifadəçisi olduğumdan təxminən 2023-cü ilin mart ayının ortalarında üzdən tanıdığı Rusif adlı şəxsdən 20 manat pul verərək 2- 3 ədəd tramadol həbi və bir büküm tiryək almışdır ki, istəyəndə istifadə edər. Tramadol həbini və tiryəki istifadə etməkdən ötrü üzərində gəzdirmiş və həblərdən 2 ədədini də istifadə etmişdir. İranlı Ələsgərdən aldığı metadon həblərindən satıb biraz pul toplayandan sonra yenədə Ələsgərdən narkotik vasitə alaraq satmaq qərarına gəlmişdir. Buna görə də təxminən 07-08 aprel 2023-cü il tarixdə Ələsgərlə vhatsappla əlaqə saxlayıb sonuncudan 700 manat dəyərində heroin və metamfetamin istəmiş, lakin Ələsgərə 700 manat pulunun olmadığını, 460 manat pul verəcəyini, qalan pulu isə narkotik vasitələrdən satdıqdan sonra qaytaracağını demişdir. Ələsgər də onunla razılaşmış və yenədə hazırda xatırlamadığı bank kartının şəklini göndərərək həmin karta pulu köçürməsini demişdir. O, da Ələsgərin göndərdiyi karta “Million” vasitəsi ilə 460 manat pulu göndərmişdir. Bundan sonra Ələsgər ona verəcəyi heroin və metamfetamini qoydurduğu Saray qəsəbəsində yerləşən körpünün altının şəklini göndərmişdir. O, da Ələsgərin göndərdiyi konum və şəkil əsasında Saray körpüsünün altına gedib oradan bir ədəd bükümdə heroin və bir ədəd bükümdə metamfetamini götürüb yaşadığı evə gəlmişdir. Sonradan özü də bir ədəd kiçik elektron tərəzi almışdır. Yaşadığı evdə heroini və metamfetamini tərəzilərdə çəkərək xırda bükümlərə bölməyə başlamışdır ki, müştəri tapdığı halda satmaq onun üçün asan olsun. Bundan sonra metamfetamindən və heroindən tanımadığı şəxslərə satmışdır. Hazırladığı metamfetamin və heroin bükümlərinin bir neçəsini, eləcədə metadon həblərindən də üzərində gəzdirmişdir ki, istəyən olsa sata bilsin. 13 aprel 2023-cü il tarixdə, günorta saatlarında Seymur şəxsi istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə zəng vuraraq ondan istifadə etmək üçün bir büküm heroin istəmişdir. O, əvvəllərdə Seymura 1-2 dəfə heroin satmışdır. O, Seymura bir büküm heroini 25 manata satacağını deyəndə sonuncu ona nağd pulunun olmadığım, pulu daha sonra verəcəyini demişdir. O, da Seymurla razılaşıb həmin gün Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Gəmi” restoranının qarşısında görüşməyi demişdir. Həmin vaxt üzərində özünə məxsus əl çantasının içərisində 8 ədəd bükümdə heroin, bir ədəd bükümdə tiryək, 15 ədəd bükümdə metamfetamin, bir ədəd metadon həbi və bir ədəd tramadol həbi olmuşdur. 13 aprel 2023cü il tarixdə, təxminən saat 14:20 radələrində Seymurla “Gəmi” restoranının qarşısında görüşmüşlər və sonuncuya bir ədəd bükümdə heroini vermişdir. Bir neçə dəqiqə orada dayandıqdan sonra həmin yerdən uzaqlaşmaq istəyəndə bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini təqdim edərək Sumqayıt şəhər polis şöbəsinin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını demişlər və onları polis idarəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyib polislərlə birlikdə Sumqayıt ŞPİ-yə gəlmişlər və orada ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o da buna etiraz etməmişdir. Üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş, özünün seçdiyi və hüquqlarının müdafiəsini təmin edəcək vəkili Müdafiəçi2 təqdim olunmuşdur. Daha sonra isə vidoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif olunduqda şalvarının sağ yan cibində saxlamış olduğu kiçik ölçülü əl çantasını, sol yan cibindən yaşadığı mənzilin açarlarını və özünə məxsus bir ədəd “Redmi” markalı mobil telefonunu çıxararaq təqdim etmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən ona məxsus əl çantası açıldıqda içərisində olan 8 ədəd bükümdə heroin, bir ədəd bükümdə tiryək, 15 ədəd bükümdə metamfetamin, bir ədəd metadon həbi və bir ədəd tramadol həbi aşkar olunaraq götürülmüşdür. Həmin maddələrə baxış keçirildikdən sonra elektron tərəzidə çəkilərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. O, da həmin qablaşdırmanın üzərinə imza etmişdir. Həmçinin ona məxsus mobil telefon da əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Sorğu zamanı o, yaşadığı evdə də narkotik vasitə gizlətdiyini etiraf etmişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçinin iştirakı ilə yaşadığı evə onunn razılığına əsasən baxış keçirilmişdir. Baxış zamanı ona yaşadığı mənzildə gizlətmiş olduğu narkotik vasitələri təqdim etməsi təklif olunmuşdur. O, da mətbəxdəki dolabda gizlətdiyi 42 ədəd metadon həblərini və iki ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin həblər və elektron tərəzilər götürülərək ekspertizaya göndərilməsi üçün qablaşdırılmış, o da həmin qablaşdırmanın üzərinə imza etmişdir. Həmin narkotik vasitələrin satışı, həmdə istifadəsi ilə məşğul olmuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2la bağlı daxil olan əməliyyat məlumatı ilə əlaqədar əməliyyat qrupu yaradılmış, sonra isə Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Gəmi” restoranının yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanılaraq polis idarəsinə gətirilmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman bir büküm narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərinə şəxs axtarış keçirilən zaman isə çoxlu bükümlərdə narkotik vasitə heroin, metamfetamin, metadon həbdləri aşkar olunmuşdur. Daha sonra isə Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən evinə baxış keçirilmiş və həmin ünvandan da metadon həbləri aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, evində qanunsuz maddələrin olmasını Təqsirləndirilən şəxs2 özü bildirmişdir. Saxlanılan zaman şübhəli şəxslərin heç biri müqavimət göstərməmiş, onlara təsir və ya təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə həmin tarixdə Seymur adlı şəxsin Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat yolu ilə Seymur adlı şəxsin xx.xx.1995ci il təvəllüdlü, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1995-ci il təvəllüdlü, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 cinayət başında ifşa olunması məqsədi ilə vətəndaşların sorğusu əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və saxlamasında şübhəli bilinən xx.xx.1995-ci il təvəllüdlü, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Gəmi” restoranın qarşısında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 1, iş vər. 08). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynindəki boz rəngli cins şalvarının sağ yan kiçik cibindən bir bükümdə 0,288 qram olan narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilərək qablaşdırılmaqla götürülmüş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin kütlənin “kokos” olduğunu və həmin kütləni 25 manat qarşılığında Rəşad adlı şəxsdən aldığını bildirmiş, axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 28-30). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli 6/2198 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0,288 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələf’in İ siyahısına daxildir (cild 01, iş vər. 35-38). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə həmin tarixdə Rəşad adlı şəxsin Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələri üzərində gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat yolu ilə Rəşad adlı şəxsin xx.xx.1985-ci il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 17-ci mkr., ev 65, mənzil 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 olması müəyyən edilmişdir (cild 1, iş vərəqi 43). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1985-ci il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 17-ci mkr., ev 65, mənzil 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 cinayət başında ifşa olunması məqsədi ilə vətəndaşların sorğusu əməliyyat-axtarış tədbirinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 44). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin tarixdə Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində külli miqdarda qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və satmasında şübhəli bilinən xx.xx.1985-ci il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 17-ci mkr., ev 65, mənzil 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, Sahil küçəsində yerləşən “Gəmi” restoranın qarşısında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinə gətirilmişdir (cild 1, iş vər. 49). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və üzərinə şəxsi axtarış keçirilərkən əynindəki tünd rəngli şalvarının sağ yan cibində olan müxtəlif rəngli əl çantasının içərisindən 7 (yeddi) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkisi 0,653 qram, 0,303 qram, 0,276 qram, 0,285 qram, 0,283 qram, 0,284 qram, 0,276, qram, ümumi təmiz çəkisi 2,360 qram narkotik vasitə heroinə, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,236 qram kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkə, külli miqdarda 15 (on beş) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,958 qram, 0,416 qram, 0,372 qram, 0,377 qram, 0,398 qram, 0,405 qram, 0,380 qram, 0,400 qram, 0,392 qram, 0,430 qram, 0,411 qram, 0,412 qram, 0,450 qram, 0,413 qram, 0,414 qram, ümumi təmiz çəkisi 7,628 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlələr, 1 (bir) ədəd üzərində “Tramadolhydrochlorid 200mq” yazılan həb və 1 (bir) konvalyut kəsiyində üzərində “Methadone 40” yazılan həblər aşkar edilərək qanunamüvafiq qaydada rəsmiləşdirilərək qablaşdırılmaqla götürülmüş, şifahi sorğu-sual zamanı üzərindən aşkar olunan maddələrdən bir qisminin yaşadığı mənzildə olduğunu bildirmiş, axtarışın əks olunduğu video görüntü CD diskə köçürülərək cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 01, iş vər. 69-70). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı mənzilə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir (cild 01, iş vər. 71). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, müdafiəçinin və Təqsirləndirilən şəxs2 iştirakı ilə video çəkilişlə sonuncunun yaşadığı Sumqayıt şəhəri, 17ci mkr., ev 65, mənzil 4 ünvanında yerləşən mənzilə baxış keçirilmiş və baxış zamanı mənzilin mətbəxində yerləşən dolabdakı qara rəngli əl çantasının içərisindən külli miqdarda, 4 (dörd) ədəd konvalyut və 1 (bir) konvalyut kəsiyində ümumilikdə 42 (qırx iki) ədəd üzərində “Methadone 40” yazılmış həblər və həmin dolabdan üzərində 2 (iki) ədəd elektron tərəzi aşkar olunaraq götürülmüş, baxışın əks olunduğu video görüntü CD diskə köçürülərək protokola əlavə olunmuşdur (cild 01, iş vər. 73-75). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasına dair xx.xx.2023-cü il tarixli 6/2199 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs2...Üzərindən...” sözləri və imzalar qeyd edilmiş kağız paketdə 07 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,653 qram, 0,303 qram, 0,276 qram, 0,285 qram, 0,283 qram, 0,284 qram, 0,276 qram, ümumi çəkisi 2,360 qram qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni olan narkotik vasitə olan heroindir. 01 ədəd şəffaf polietilen bükümdə təmiz çəkisi 0,236 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 15 ədəd şəffaf polietilen bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,958 qram, 0,416 qram, 0,372 qram, 0,377 qram, 0,398 qram, 0,405 qram, 0,380 qram, 0,400 qram, 0,392 qram, 0,430 qram, 0,411 qram, 0,412 qram, 0,450 qram, 0,413 qram, 0,414 qram, ümumi çəkisi 7,628 qram ağımtıl rəngli maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Üzərində “Methadone 40” markalanma göstəricisi olan 01 ədəd konvalyut kəsiyində 01 ədəd qəhvəyimtil rəngli həb metadon tərkibli dərman preparatıdır və həmin həbdə metadon təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edir. “Tramadolhydrochlorid 200mq” markalanma göstəricisi olan 01 ədəd konvalyut kəsiyində 01 ədəd çəhrayı rəngli həbdə tramadol hidroxloridin təsir maddəsinin miqdarı 0,20 qram müəyyən edilmişdir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs2...Yaşadığı mənzildən...” sözləri və imzalar qeyd edilmiş kağız paketi açdıqda üzərində “Methadone 40” markalanma göstəricisi olan 04 ədəd konvalyut və 01 ədəd konvalyut kəsiyində ümumilikdə 42 ədəd qəhvəyimtil rəngli həblər metadon tərkibli dərman preparatıdır və həmin həblərdə metadon təsiredici maddəsinin miqdarı 1,68 qram təşkil edir. 02 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroin izləri vardır. Tədqiqata təqdim edilmiş 43 ədəd metadon həbləri xarici əlamətlərinə və tərkibindəki təsir maddəsinin miqdarına əsasən eyni tərkiblidir. Təqsirləndirilən şəxs2 aşkar olunmuş 07 ədəd bükümdə olan narkotik vasitə heroin ilə Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkiblidir. (xx.xx.2023-cü il tarixli 6/2198 nömrəli ekspert rəyinə əsasən birlikdə tədqiqat aparılıb) (cild 01, iş vər. 83-89). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2313 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 227-228). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2450 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 229-230) Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində CM-in 234.4.1, 234.4.4, 32.5,206.3.2 və 206.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 258-279). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə Seymur adlı şəxsin Sumqayıt şəhəri, Sahil küçəsi ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat yolu ilə Seymur adlı şəxsin xx.xx.1995-ci il təvəllüdlü, Beyləqan rayonu, Milabad qəsəbəsində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 olması müəyyən edilmiş, dərhal əməliyyat qrupu yaradılmış və həmin tarixdə qəbul edilən qərarla təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmış, şəxs saxlanılmaqla polis şöbəsinə gətirilmiş, üzərinə polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş və üzərindən bir büküm narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuş, daha sonra həmin tarixdə daxil olan məlumat əsasında xx.xx.1985-ci il təvəllüdlü, ünvan 7 ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, 17-ci mkr., ev 65, mənzil 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 saxlanılaraq polis şöbəsinə gətirilmiş, üzərinə polis şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş və üzərindən narkotik vasitə heroinə və tiryəkə, psixotrop maddə meütamfetaminə bənzər kütlələr, müxtəlif dərman həbləri aşkar olunmuş, daha sonra Təqsirləndirilən şəxs2 ərizəsi əsasında polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə sonuncunun yaşadığı ünvana baxış keçirilmiş və baxış nəticəsində mənzildən dərman həbləri, elektron tərəzilər aşkar olunaraq götürülmüşdür. Götürülmüş kütlələr, maddələr, dərman həbləri ekspertizaya təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl təqsirləndirilən şəxslərin üzərinə və Rəşad Süleymovun yaşadığı mənzilə baxış keçirilərək narkotik maddələrin, psixotrop maddənin, müxtəlif həblərin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli Qərarının 4-cü bəndinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının “qanunsuz əldə edilməsi” dedikdə narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Sözügedən Plenum qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. CM-in 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma cinayət sayılır və həmin əməli törətməkdə təqsirli bilinən şəxslər üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 qəsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istelak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 qəsdən satış məqsədi ilə qanunsuz olaraq müxtəlif növ narkotik vasitələri və psixotrop maddə metamfetamini, o cümlədən metadon və güclü təsir edən maddə olan tramadol həblərini əldə edib saxlamasına və narkotik vasitə olan heroinin bir hissəsini Təqsirləndirilən şəxs1 25 manata satmasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini qəsdən törətməsi Təqsirləndirilən şəxs1 verdiyi etirafedici ifadəsi ilə yanaşı, digər Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi etiraf edici ifadəsi ilə, iş üzrə dindirilən şahidlərin ifadələri, tədqiq olunan ekspert rəyləri, o cümlədən cinayət işinin materiallarında olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onlara təqsirli bilindikləri maddələr üzrə qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadəyə tənqidi yanaşaraq vurğulayır ki, iş materiallarında olan sübutlar (narkotik vasitənin aşkar oluması ilə bağlı istintaq hərəkətinin protokolları, şahid ifadələri və s.), o cümlədən Təqsirləndirilən şəxs1 birbaşa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ifşa edən ifadəsi vasitəsi ilə sonuncunun bildirdikləri tamamilə təkzib olunur. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin, psixotrop maddənin, dərman həblərinin əldə olunması və üzərində daşıması, habelə evində saxlaması, satması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Təqsirləndirilən şəxslərə təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş arayışdan, xasiyyətnamədən və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ailəsi ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatsız olaraq yaşayır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir, himayəsində xx.xx.2022-ci il təvəllüdlü uşağı vardır (cild 01, iş vər. 209-210, 212). İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilib 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur və hazırda həmin cəzanı çəkir (cild 01, iş vər. 171-179). İş materiallarına əlavə edilmiş Abşeron Rayon Probasiya Şöbəsindən verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilib 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2022-ci il tarixdə şöbədə qeydiyyata alınmış, cəzasının 1 il 8 ay 13 gününü çəkmiş və 09 ay 13 gün çəkilməmiş hissəsi qalmışdır. Məhkəmə tərəfindən himayəsində bir azyaşlı uşağının olması CM-inn 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs1 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdran hallar müəyyən edilməmişdir. Belə ki, CM-in 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, həmin Məcəllənin 18.4 və 18.4.4-cü maddələrində isə göstərilmişdir ki, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilmişdir. Odur ki, qeyd olunan məhkumluq onun əməlində cəzanı ağırlaşdıran hallardan olan cinayətlərin residivini yaratmır. Beləliklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini xarakterizə edən halları, cəzasını yüngülləşdirən halın olmasını, o cümlədən cəzasını ağırlaşdıran halların olmamasını cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğunluğunu nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. CM-in 58.1-ci maddəsində göstərilmişdir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Odur ki, məhkəmənin qənaətinə görə bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Bununla yanaşı, Təqsirləndirilən şəxs1 hazırda Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasını çəkir, hazırda hökm çıxarılan günə onun cəzasının çəkilməmiş hissəsi 08 ay 23 gün təşkil edir. Belə olan halda, CM-in 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən həmin hökmlə ona təyin olunan azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi hazırki hökmlə ona təyin olunan cəza ilə birləşdirilməklə Təqsirləndirilən şəxs1 hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş arayış, xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 2 ünvanında qeydiyyatda olan və ünvan 3 yaşayır, yaşayış yeri üzrə normal səciyyələndirilir, himayəsində xx.xx.2022-ci il təvəllüdlü iki ekiz azyaşlı uşağı vardır (cild 01, iş vərəqi 281- 283). İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir (cild 01, iş vər. 180-188). İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Probasiya Şöbəsindən verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, Təqsirləndirilən şəxs2 qeyd olunan cəriməni ödəməmişdir (cild 01, iş vər. 222). Məhkəmə tərəfindən himayəsində iki azyaşlı uşağının olması CM-inn 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs2 CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdran hallar müəyyən edilməmişdir. Belə ki, CM-in 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmçinin, həmin Məcəllənin 18.4 və 18.4.1-ci maddələrində isə göstərilmişdir ki, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə məhkum edilmişdir. Belə olan halda, qeyd olunan məhkumluq onun əməlində cəzanı ağırlaşdıran hallardan olan cinayətlərin residivini yaratmır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən halın olmasını, o cümlədən cəzanı ağırlaşdıran halların olmamasını, habelə törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini nəzərə alaraq, real olaraq narkotik vasitənin satışı ilə məşğul olmasını əsas götürərək təqsirləndirilən şəxsə təqsirli bilindiyi hər bir maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını və yekunda cinayətlərin məcmusu ilə təyin olunan cəzalar qismən toplanılmala ona qəti azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs yalnız həmin cəzanı real olaraq çəkməklə islah oluna bilər. Bundan əlavə, Təqsirləndirilən şəxs2 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən ona təyin olunan cərimə cəzasını ödəməmişdir. Belə olan halda, CM-in 67.1-ci maddəsinə əsasən həmin hökmlə ona təyin cərimə cəzası hazırki hökmlə ona təyin olunan cəza ilə birləşdirilməklə Təqsirləndirilən şəxs2 hökmlərin məcmusu ilə qəti cəza təyin edilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilməklə X5 azadlığa buraxılmışdır (cild 1, iş vər. 19, 141-142). Odur ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzasına hesablanmaqla ona təyin edilmiş qəti azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, cəzasının əvvəli hökm çıxarılan gündən, yəni xx.xx.2024-cü il tarxidən hesablanmalı, həmçinin, barəsində seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməklə o, məhkəmə iclas zalında həbsə alınmalıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər. 60, 152-154). Odur ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmalı, cəzasının əvvəli xx.xx.2023-cü il tarxidən hesablanmalı, həmçinin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə görə, qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilmə yeri ümumi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəylərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və hər iki təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 0,238 qram heroin, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş 07 ədəd bükümdə ümumi təmiz çəkisi 2,01 qram heroin, 15 ədəd bükümdə ümumi təmiz çəkisi 6,878 qram metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 0,186 qram tiryək, 38 ədəd metadon həbi, 1/2 ədəd tramadol hidroxlorid və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 02 ədəd DVD diksin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Həmçinin, hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan “İphone X” markalı mobil telefonun sahibi Təqsirləndirilən şəxs1, “Redmi” markalı mobil telefonun isə sahibi Təqsirləndirilən şəxs2 qaytarılması təmin olunmalıdır. İş üzrə 110 AZN (bir yüz on manat) təşkil edən ekspertiza xərcinin 55 AZN-i (əlli beş manatı) Təqsirləndirilən şəxs1, 55 AZN-i isə (əlli beş manatı) Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin olunan 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 08 ay 23 gün hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir hesabı ilə hesablanmaqla 04 (dörd) ay 11 (on bir) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilərək hazırkı hökmlə təyin edilən azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs1 qəti olaraq 01 (bir) il müdətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş qəti cəzaya hesablanaraq çıxılmaqla üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına yerləşdirilməsi üçün Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşlarına təhvil verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 240.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin olunan 1000 (bir min) manat cərimə cəzası tam birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 1000 (bir min) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən cərimə cəzası müstəqil icra olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 0,238 qram heroin, Təqsirləndirilən şəxs2 üzərindən və yaşadığı mənzildən aşkar olunaraq götürülmüş 07 ədəd bükümdə ümumi təmiz çəkisi 2,01 qram heroin, 15 ədəd bükümdə ümumi təmiz çəkisi 6,878 qram metamfetamin, 01 ədəd bükümdə təmiz çəkisi 0,186 qram tiryək, 38 ədəd metadon həbi, 1/2 ədəd tramadol hidroxlorid və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və 02 ədəd DVD diksin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut qismində tanınmayan, lakin Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan “İphone X” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1, “Redmi” markalı mobil telefon isə sahibi Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 110 AZN-in (bir yüz on manatın) 55 AZN-i (əlli beş manatı) Təqsirləndirilən şəxs1, 55 AZN-i isə (əlli beş manatı) Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar