Məhkəmə qərarları › İş №1(124)-248/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-248/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-248/2025 08.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospekti, 184 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs internet vasitəsilə tanış olduğu, “Rza” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək sonuncunun göndərdiyi və bu yolla qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitə və psixotrop maddələri müxtəlif pul müqabilində tapşıracağı yerlərə çatdırmaqla Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 30 sentyabr 2024-cü il tarixdə “Rza” adlı İran İslam Respublikası vətəndaşının Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisinə qoyduğu “Narkotik vasitələrin, psixotrop maddəsin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə dövriyyəsi qadağan edilmiş və həmin tarixli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına, görə siyahılar”na (İ, İİ Siyahı) daxil olan, ümumilikdə 926.793 qram çəkidə xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini və 855.0 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə heroini götürüb, satış məqsədi ilə qanunsuz əldə edərək yaşadığı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 184 Kristal Abşeron-2 yaşayış kompleksi, bina 8 də yerləşən 142 nömrəli mənzilə gətirməklə daşıyıb, orada hissələrə ayıraraq, 01 ədəd bükümdə 98.854 qram çəkidə psixotrop maddə metamfetamini öz üzərində, 03 ədəd üzəri yapışqanlı lentlə bağlanmış sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 265.0 qram, 2.939 qram, 560.0 qram, ümumi çəkisi 827.939 qram olan psixotrop maddə metamfetamini və 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 855.0 qram olan narkotik vasitə heroini isə yaşadığı qeyd edilən mənzildə saxlamış, daxil olmuş məlumat əsasında Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 30 sentyabr 2024-cü il tarixdə saat 21:22 radələrində yaşadığı binanın qarşısında saxlanılaraq həmin ərazidə videoçəkilişlə üzərinə şəxsi axtarış aparılan zaman əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə çəkisi 98.854 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı kimi onun yaşadığı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 184, Kristal Abşeron-2 yaşayış kompleksi, bina 8 də yerləşən 142 nömrəli mənzilə həmin gün saat 21:40-dan saat 22:09-dək keçirilmiş baxış zamanı mənzilin mətbəx mebelinin üzərinə qoyulmuş bir ədəd şəffaf rəngli, sellofan torbada 855.0 qram çəkidə narkotik vasitə heroin, 03 ədəd bükümdə ayrı ayrılıqda çəkiləri 265.0 qram, 2.939 qram, 560.0 qram, ümumi çəkisi 827.939 qram çəkidə psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd üyüdücü, bir ədəd qaşıq və bir ədəd sellofan kəsiyi, bir ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan yaşıl rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, ittihamda qeyd edilmiş narkotik vasitə və psixotrop maddələr təsirsiz və keyfiyyətsiz olduğu üçün çoxdan özündə qalmışdır. Həmin narkotik maddələri heç kimə satmamış, heç kim ondan nəsə istəməmiş və bu məqsədlə heç kim ona mesaj yazmamış, zəng etməmişdir. Həmin narkotik vasitələrin keyfiyyəti o qədər aşağı olmuşdur ki, sağlam adam onu qəbul etsə, bir təsiri olmayacaqdır. O, hər şeyin ittiham aktında qeyd edildiyi kimi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs dövlət ittihamçısının sullarına cavab olaraq narkotik vasitələrdən istifadə etmədiyini, narkotik vasitəni İİR vətəndaşından əldə etdiyini, həmin narkotik vasitələrin yararsız olduğuna görə onda qaldığını bildirmişdir. Əgər həmin narkotik vasitə və psixotrop maddələr yararlı olsa idi, onları deyilən yerə qoyacağını qeyd etmişdir. Əvvəllər 1-2 dəfə narkotik vasitələrdən istifadə etdiyi üçün qeyd olunan narkotik vasitələrin yararsız və keyfiyyətsiz olduğunu bilmişdir. İİR vətəndaşı ilə “Whatsapp” proqramı vasitəsilə tanış olmuş, götürdüyü narkotik vasitə və psixotrop maddələrə görə İİR vətəndaşına pul ödəməmiş, narkotik vasitə və psixotrop maddələri deyilən yerdən götürüb başqa yerə qoymaq qarşılığında İİR vətəndaşı ilə pul məsələsini danışmamışdır. Telefonunda narkotik vasitərlə bağlı olan şəkilləri evində çəkərək İİR vətəndaşına göndərmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, yaşadığı evə baxış keçirilən zaman iştirak etmiş, narkotik vasitə və psixotrop maddələr evdə stolun üstündən aşkar olunmuşdur. İttiham aktında polis əməkdaşlarının 3 nəfər qeyd olunduğunu, lakin həmin gün təxminən 6 nəfər olduqlarını, saat təqribən 09 radələrində evə baxış keçirdiklərini bildirmişdir. Əvvəllər 1-2 dəfə narkotik vasitədən istifadə etdiyi üçün onların təmiz və keyfiyyətli olmadığını bilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü tam təqsirli bilərək göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. Abşeron Rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 184 ünvanında yerləşən mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Xırdalan şəhəri, Kristal Abşeron-2 yaşayış kompleksi bina 8 də yerləşən 142 nömrəli mənzili isə kirayə tutaraq həmin mənzildə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Həmin mənzili kirayə tutmağından onun ailə üzvlərinin məlumatı olmamışdır. Evli və 5 yaşında bir övladının olduğunu bildirmişdir. Rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmədiyini bildirmişdir. Əvvəllər məhkum olunmamışdır. Narkotik vasitələri və psixotrop maddələri adətən satış üçün əldə etdiyini bildirmişdir. Adətən satış üçün narkotik vasitələri və psixotrop maddələri tanımadığı İran İslam Respublikasının vətəndaşlarından aldığını bildirmişdir. Həmin şəxslərin sosial şəbəkələr vasitəsilə narkotik vasitələri qoyduqları yerlərin ünvanlarını “Whatsapp” mobil tətbiqi vasitəsilə ona göndərmiş, o isə həmin ünvanlara gedərək narkotik vasitələri götürüb təyin olunmuş şəxslərə çatdırmaq müqabilində pul qazanmışdır. İran vətəndaşının qoyduğu narkotik vasitə və psixotrop maddənin həcmindən aslı olmayaraq onlardan müəyyən miqdarda pul aldığını bildirmişdir. Həmin maddələrin satışından əldə etdiyi pulu isə şəxsi ehtiyyaclarına xərclədiyini bildirmişdir. Bundan başqa narkotik vasitə və psixotrop maddələri saxlamaq üçün Abşeron Rayonu, Xırdalan şəhəri, Kristal Abşeron-2 yaşayış kompleksində kirayə mənzil tutduğunu bildirmişdir. Onun Xırdalan şəhərində narkotik vasitə və psixotrop maddələri saxlamaq və hissələrə bölüb düzəltmək üçün kirayə mənzil tutduğundan ailə üzvləri daxil olmaqla heç kəsin xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, 10-15 gün bundan əvvəl təxminən 15 sentyabr 2024-cü il tarixdə sosial şəbəkədə tanış olduğu “Rza” adlı İran İslam Respublikası vətəndaşı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” ticarət mərkəzinin arxasında çöllük ərazidə gizlətdiyi narkotik vasitəni və psixotrop maddəni götürməyi ona tapşırmışdır. Təqsirləndirilən şəxs isə onun dediyi ünvana gələrək İran vətəndaşının ona göndərdiyi ünvan və şəkillər əsasında axtarışlar etməyə başlamışdır. “Rza” adlı İran vətəndaşının dediyi ünvana gəlib biraz axtarış etdikdən sonra bir ədəd sellofana bükülmüş içərisində narkotik vasitələr və psixotrop maddələr olan bağlama görmüşdür. Həmin bağlamanı götürüb narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün tutduğu ünvan 4 ünvanında yerləşən mənzilə gəlmişdir. Mənzildə həmin əldə etdiyi narkotik vasitələrdən və psixotrop maddələrdən bükümlər düzəltməyə başlamışdır. Əldə etdiyi xüsusilə külli miqdarda narkotik vasitə heroini bağlamadan çıxararaq şəffaf rəngli sellofan torbaya qoymuşdur. Təqsirləndirilən şəxs bildirdiyinə görə əldə etdiyi narkotik vasitə heroin iri daş halında olduğundan həmin heroini evdə olan üyüdücü mikser aparatına qoyaraq üyütmüş və çay qaşığı ilə dağılmaması üçün digər sellofan torbaya yığmışdır. Daha sonra əldə etdiyi psixotrop maddə metamfetaminləri qablaşdırmağa başlamışdır. Bundan sonra əldə etdiyi psixotrop maddə metamfetaminin bir hissəsini plastik qabın içərisinə qoymuş və psixotrop maddəni təmizləmək üçün üzərinə aseton adlanan maddə tökmüşdür. Digər psixotrop maddə metamfetamini isə iki hissəyə bölüb şəffaf rəngli sellofan torbaya qoymuşdur. Daha sonra isə əldə etdiyi psixotrop maddə metamfetamindən kiçik bir hissə düzəldib kirayə tutduğu mənzilə qoymuşdur. Daha sonra isə yaşadığı Abşeron Rayonu, Xırdalan şəhərində H.Əliyev prospekti 184 ünvanında yerləşən fərdi yaşayış evinə gəlmişdir. xx.xx.2024-cü il tarixdə narkotik vasitə və psixotrop maddələri saxladığı mənzilə gəlmişdir. Həmin mənzilə gəldikdən sonra “Rza” adlı İran vətəndaşı tərəfindən deyilən ünvana qoymaq üçün bir büküm əvvəlcədən ayırıb qoyduğu psixotrop maddə metamfetamini əynində olan ağ rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. Daha sonra həyətə düşmüşdür. Təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki həmin bir büküm psixotrop maddə metamfetamini cibinə qoyaraq gözləyirmiş ki, “Rza” adlı İran vətəndaşı ona ünvanlar desin və o da həmin narkotik vasitələri və psixotrop maddələri onun dediyi ünvanlara çatdıraraq müəyyən miqdarda pul alsın. xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində kirayə yaşadığı Xırdalan şəhəri, Kristal Abşeron-2 bina 8 ünvanında yerləşən mənzildən çıxan zaman 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini çıxardaraq özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirmiş və onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu qeyd etmişlər. Barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarı elan etdikdən sonra üzərində psixotrop maddə olub olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs isə üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs isə üzərinə yaşadığı binanın qarşısında videoçəkilişlə polis əməkdaşlarının iştirakı ilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Daha sonra yaşadığı binanın qarşısında üzərinə videoçəkilişlə baxış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya və predmet varsa təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs də şəxsi axtarış zamanı əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf rəngli sellofanın içərisində olan ağ rəngli, kristalşəkilli spesifik iyə malik külli miqdarda psixotrop maddə olan metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərinə yaşadığı binanın qarşısında saxlanıldığı ərazidə videoçəkilişlə baxış keçirilən zaman əynində olan ağ rəngli cins şalvarının sol arxa cibindən 1 (bir) ədəd üzərində ***-***-**-** cin kart nömrəsi olan “Samsung” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək, üzəri şübhəli şəxs və digər polis əməkdaşları tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, bu barədə izah verildikdən sonra götürülərək və qablaşdırılmışdır. Şifahi sorğu zamanı ondan həmin kütlənin kimə məxsus olduğu və necə və haradan əldə etdiyi, üzərindən başqa hər hansı ünvanda narkotik vasitə gizlədib-gizlətmədiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs də verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni sosial şəbəkədən tanış olduğu özünü İran İslam Respublikasının vətəndaşı “Rza” adlı şəxsin vasitəsi ilə təxminən 10-15 gün bundan əvvəl Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli Ticarət mərkəzinin arxa hissəsində çöllük ərazidə gizlədilmiş yerdən başqa şəxslərə çatdırmaq məqsədi ilə götürdüyünü, bunun müqabilində pul alacağını, narkotik vasitələri və psixotrop maddələri başqa şəxslərə bağışlamadığını və satmadığını, üzərindən başqa kirayə tutaraq yaşadığı ünvan 6 ünvanında da külli miqdarda narkotik vasitələr və psixotrop maddələr olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, narkotik vasitə və psixotrop maddələri əldə edərkən tək hərəkət etdiyini, daha əvvəl üzərinə baxış keçirilmədiyini, verilən sualları tam başa düşdüyünü, saxlanılarkən ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarışdan sonra şübhəli kimi saxlanılmış Təqsirləndirilən şəxs və polis əməkdaşları ünvan 7 ünvanına qalxmışlar. Bu zaman videoçəkiliş də davam etmişdir. Mənzilə videoçəkilişlə polis əməkdaşlarının iştirakı ilə baxış keçirilməyə başlanılmışdır. İlk növbədə Təqsirləndirilən şəxs həmin mənzilin kimə məxsus olduğu, həmin mənzildə harada qanunsuz əşyalar saxlanıldığı, və bundan kimin xəbərinin olub olmadığı barədə suallar verilmişdir. Təqsirləndirilən şəxs də həmin suallara cavab olaraq Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 184, Kristal Abşeron-2 yaşayış kompleksi, bina 8 də yerləşən 142 nömrəli mənzili kirayə olaraq tutduğunu, həmin mənzildə özündən başqa heç kəsin yaşamadığını, həmin mənzili sadəcə olaraq narkotik vasitələrin və psixotrop maddələin qanunsuz dövriyyəsi ilə məşğul olması üçün tutduğunu, həmin mənzili kirayə tutmasından ailə üzvləri daxil heç kəsin xəbəri olmadığını, mənzildə mətbəxdə narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirmişdir. Daha sonra baxış zamanı Təqsirləndirilən şəxs mənzildə qanunla qadağa edilmiş kütlənin harada olması və həmin kütlənin təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı mənzildə mətbəx mebelinin üzərində bir ədəd şəffaf sellofan torbada olan külli miqdarda narkotik vasitə heroni təqdim etdi. Sonuncu həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirdi. Bundan sonra həmin mətbəx mebelinin üzərində plastik qabda olan iri topşəkilli əşyaları göstərərək həmin plastik qabın içərisində olanların psixotrop maddə olan metamfetamin olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs mətbəx mebelinin üzərində bir ədəd mavi rəngli elektron tərəzini də təqdim edərək həmin elektron tərəzi vasitəsi ilə narkotik vasitə və psixotrop maddələri çəkmək üçün istifadə etdiyini etiraf etdi. Bundan sonra yenə həmin mebelin üzərində şəffaf rəngli sellofan torbanın bir ədəd ağ rəngli kristalşəkilli, psixotrop maddə olan metamfetamin olduğunu bildirdi. Daha sonra mətbəx mebelinin üzərində olan şəffaf rəngli üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan plastik qabları və mikseri təqdim etmişdir. Həmin mikserin və plastik qabların nə üçün istifadə edildiyini Təqsirləndirilən şəxs soruşan zaman sonuncu həmin plastik qablar və mikser vasitəsi ilə psixotrop maddə metamfetamini üyütdüyünü və istifadə üçün yararlı hala gətirdiyini bildirmişdir. Bundan sonra mənzilin digər ərazilərinə baxış keçirilərkən mətbəxdə yerləşən qaz sobasının üzərində şüşə qabda olan maye şəklində olan maddənin nə olduğu və nə üçün istifadə edildiyi soruşuldu. Təqsirləndirilən şəxs həmin şüşə qabda olan mayenin aseton olduğunu və həmin asetonu əriməsi üçün daş halında olan psixotrop maddənin üstünə tökdüyünü bildirmişdir. Bundan sonra mətbəx masasının üzərində tozşəkilli narkotik vasitə heroin izləri olan sellofan paketlər və plastik butulka hissələri aşkar edildi. Təqsirləndirilən şəxs həmin plastik butulkanın içərisində və sellofan paketlərin içərisində mətbəxdə aşkar edilmiş narkotik vasitə heroini qoyduğunu və ona görə də həmin əşyalarda toz şəklində narkotik vasitə heroin izləri olduğunu bildirdi. Bundan sonra mənzildə axtarış keçirilən zaman qonaq otağında yerləşən kiçik taxta masanın üzərində müxtəlif folqa adlanan aliminium kağızlar və siqaret kötükləri olan külqabı və içərisində narkotik vasitə heroin izləri olan plastik mikser üçün istifadə edilən qablar aşkar edildi. Həmin mikser üçün istifadə olunan plastik qabın içərisində narkotik vasitə heroin izləri aşkar edildi. Bundan sonra divanın üzərində olan qutuya baxış keçirildi. Həmin qutunun içərisində 2 ədəd qadın ayaqqabısı aşkar olundu. Yerdə olan sellofan torbanın içərisində nə olduğuna da baxıldı. Həmin sellofan torbanın içərisində müxtəlif aliminum kağızlar aşkar olundu. Təqsirləndirilən şəxs həmin aliminum kağızların nə olduğu və nə üçün istifadə edildiyi soruşulan zaman sonuncu həmin folqaların narkotik vasitə və psixotrop maddə istifadə etmək üçün folqa adlanan kağız olduğunu bildirdi. Daha sonra həmin kütlələr polis əməkdaşları tərəfindən qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi və üzəri Təqsirləndirilən şəxs tərəfindən, və digər polis əməkdaşları tərəfindən imzalandı. Daha sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, habelə qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Bundan sonra mənzilin otaqlarına baxış keçirilsə də, hər hansı narkotik vasitə, psixotrop maddə, habelə qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar olunmamışdır. Ardınca ondan mənzildə aşkar olunmuş narkotik vasitə və psixotrop maddələrin kimə məxsus olduğu, hardan əldə edildiyi, nə məqsədlə mənzildə saxlanıldığı soruşulmuş, o isə verilən suallara cavab olaraq həmin kütlələrin özünə məxsus olduğunu, sosial şəbəkə vasitəsilə tanış olduğu “Rza” adlı İran İslam Respublikası vətəndaşının qoyduğu Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisindən şəxslərə çatdırmaq məqsədilə götürüldüyünü, həmin vasitələri deyilən ünvanları qoyacağı təqdirdə pul alacağını, narkotik vasitə və psixotrop maddələri götürən və digər yerlərə çatdıran zaman tək hərəkət etdiyini, daha əvvəl yaşadığı mənzilə baxış keçirilmədiyini, üzərində aşkar edilmiş psixotrop maddəni həmin bükülüdən ayıraraq götürdüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin baş əməliyyat müvəkkili polis leytenantı Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxsin narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, qanunsuz dövriyyəsi, daşınması ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixdə, axşam saat 21 radələrində Abşeron rayonu X4 Kristal-2 ünvanında yaşadığı binanın qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra üzərinə baxış keçirilmiş və sellofan torbada psixotop maddə olan metamfetamin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs barəsində həm onlarda məlumat olmuş, həm də şəxs özü səmimi şəkildə etiraf etmişdir. Daha sonra təqsirləndirilən şəxslə birlikdə mənzilinə qalxıb ora baxış keçirən zaman psixotop maddə metamfetamin, narkotik vasitə heroin və elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunan narkotik vasitə və psixotop maddələrin çəkisini dəqiq xatırlamadığını, həm üstündən, həm də evindən aşkar olunanlar külli miqdarda olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitə və psixitrop maddələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Abşeron Abşeron Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2024-cü il tarixdə Kristal-2 ünvanında saxlanılmış, üzərində olan metamfetamini təqdim etmiş, sonra evinə baxış keçirilərkən oradan metamfetamin və heroin aşkar olunmuşdur. O, aşkar olunan maddələrin çəkisini xatırlamadığını, lakin onların külli miqdarda olduğunu bildirmişdir. Əməliyyat məlumatı Şahid1 daxil olmuş, əməliyyat tədbirində isə polis əməkdaşları Şahid1 və Şahid2 onunla birlikdə olmuşdur. Şahid Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili polis mayoru Şahid2 məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Abşeron Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru xüsusi rütbəsindədir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası vətəndaşı olan Naxçıvan MR-da anadan olmuş və Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 184, Kristal Abşeron-2 yaşayış kompleksi, bina 8 ünvanında yaşayan Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində gizlədilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələri götürərək Abşeron rayonu ərazisinə daşımaqla üzərində gəzdirməsi, dövriyyəsi ilə məşğul olması və satışı ilə məşğul olması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə 30 sentyabr 2024-cü il tarixdə NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 rəhbərliyi ilə onun və Abşeron Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 ibarət tərkibdə əməliyyat qrupu təşkil edilmişdir. Həmin tarixdə saat 21:22 radələrində əməliyyat qrupunun rəhbəri Şahid1 və əməliyyat qrupunun digər üzvü Şahid3 tərəfindən Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti Kristal Abşeron-2 yaşayış kompleksi, bina 8 ünvanının qarşısında olarkən həmin binanın blokundan çıxan və xarici görkəmindən Təqsirləndirilən şəxs bənzər şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmiş və onun şəxsiyyətini dəqiqləşdirdikdən sonra Təqsirləndirilən şəxs olduğunu müəyyən etmişlər. Daha sonra həmin şəxsə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədilə əldə etmə, Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olma və üzərində külli miqdarda psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirməyə etirazı olub olmadığını soruşmuşlar. Təqsirləndirilən şəxs də hal hazırda üzərində qanunsuz olaraq psixotrop maddə metamfetamin olduğunu və üzərinə videoçəkilişlə saxlanıldığı ərazidə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Saxlanıldığı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 184, Kristal Abşeron-2 yaşayış kompleksi, bina 8 qarşısında əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı olmadan baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarışdan əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs də əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümdə üzəri yapışqanlı lentlə bağlanmış ağ rəngli, kristalşəkilli, spesifik iyə malik külli miqdarda psixotrop maddəy kütləsi çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bükülünün nə olduğu və onu hardan əldə etdiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs da həmin bükülünün özünə məxsus olduğunu, onu tanımadığı “Rza” adlı İran İslam Respublikası vətəndaşı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində gizlədilmiş yerdən təxminən 10- 15 gün bundan əvvəl götürdüyünü, bükümü başqa şəxslərə çatdırmaq məqsədilə götürdüyünü, bunun müqabilində pul alacağını, bundan başqa yaşadığı Abşeron rayonu Xırdalan şəhəri H.Əliyev prospekti 184, Kristal ünvan 10 ünvanında yerləşən mənzilində də külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxladığını bildirmişdir. Bundan sonra saxlanıldığı ərazidə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və əynindəki şalvarın sol arxa cibindən 1 ədəd “Samsung” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxsin və digər iştirakçıların gözləri qarşısında Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində psixotrop maddə metamfetamin kütləsi olan büküm və mobil telefon ağ rəngli kağız zərfə qoyularaq müvafiq qaydada qablaşdırılmış və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanmışdır. Həmin mobil telefonun üzərində hansı nömrə olduğu Təqsirləndirilən şəxs soruşulmuş Təqsirləndirilən şəxs isə həmin telefonun üzərində ***- ***-**-** cin kart nömrəsi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir yerdə narkotik vasitə və psixotrop maddə saxlanıldığı soruşulmuş, Təqsirləndirilən şəxs isə kirayə yaşadığı Abşeron Rayonu, Xırdalan şəhəri, H.X3-2, bina 8də yerləşən 142 nömrəli mənzilində də narkotik vasitələr və psixotrop maddələr olduğunu həmin mənzili kirayə kimi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaq üçün tutduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etməmiş, şəxsi axtarış aparılmazdan əvvəl üzərinə müdaxilə edilmədiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilmədiyini söyləmişdir. Daha sonra Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 7 ünvanına baxış keçirtmək təklif olundu və Təqsirləndirilən şəxs da buna etiraz etmədiyini bildirdi. Daha sonra videoçəkiliş dayandırılmadan polis əməkdaşlarının iştirakı ilə ünvan 7 ünvanına qalxmışdırlar. İlk növbədə Təqsirləndirilən şəxs həmin mənzilin kimə məxsus olduğu, həmin mənzildə harada qanunsuz əşyalar saxlanıldığı və bundan kimin xəbərinin olub olmadığı barədə suallar verilmişdir. Təqsirləndirilən şəxs də həmin suallara cavab olaraq Abşeron rayonu, Xırdalan şəhəri H.Əliyev prospekti 184, Kristal Abşeron-2 yaşayış kompleksi, bina 8 də yerləşən 142 nömrəli mənzili kirayə olaraq tutduğunu, həmin mənzildə özündən başqa heç kəsin yaşamadığını, həmin mənzili sadəcə olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması üçün tutduğunu, həmin mənzili kirayə tutmasından ailə üzvləri daxil heç kəsin xəbəri olmadığını, mənzildə mətbəxdə narkotik vasitələr və psixotrop maddələr olduğunu bildirmişdir. Daha sonra, təhqiqatçının, şahidlərin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş ilə Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 7 ünvanına baxış keçirməyə başladılar. Daha sonra şübhəli şəxsə yaşadığı mənzildə dövriyyəsi qanunla qadağa edilmiş hansı maddələrin olduğunu və həmin kütlələrin təqdim edilməsi təklif olundu. Mənzilə baxış keçirən zaman Təqsirləndirilən şəxs yaşadığı mənzildə mətbəx mebelinin üzərində bir ədəd şəffaf sellofan torbada ağzı açıq şəkildə külli miqdarda narkotik vasitə heroni təqdim etdi. Həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirdi. Bundan sonra həmin mətbəx mebelinin üzərində plastik qabda olan maddələri göstərərək həmin plastik qabın içərisində olanların psixotrop maddə olan metamfetamin olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs mətbəx mebelinin üzərində bir ədəd mavi rəngli elektron tərəzini də təqdim edərək həmin elektron tərəzi vasitəsi ilə narkotik vasitə və psixotrop maddələri çəkdiyini bildirmişdir. Bundan sonra yenə həmin mebelin üzərində şəffaf rəngli sellofan torbanın içərisində ağ rəngli kristalşəkilli, psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra mənzilə baxış zamanı mətbəx mebelinin üzərində olan şəffaf rəngli üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan plastik qablar və mikser aşkar edilmişdir. Həmin mikserin və plastik qabların nə üçün istifadə edildiyi şübhəli şəxs Təqsirləndirilən şəxs soruşulan zaman sonuncu həmin plastik qablar və mikser vasitəsi ilə psixotrop maddə metamfetamini üyütdüyünü və istifadə üçün yararlı hala gətirdiyini bildirmişdir. Bundan sonra mənzilin digər ərazilərinə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı mətbəxdə yerləşən qaz sobasının üzərində şüşə qabda maye şəklində olan maddənin nə olduğu və nə üçün istifadə edildiyi Təqsirləndirilən şəxs soruşulmuşdur. Sonuncu da həmin şüşə qabda olan mayenin aseton olduğunu və daş halında olan metamfetaminin üstünə əriməsi üçün tökdüyünü bildirmişdir. Bundan sonra mətbəx masasının üzərində tozşəkilli narkotik vasitə heroin izləri olan sellofan paketlər və plastik butulka qırıqları aşkar edilmişdir. Sonuncudan həmin plastik qutuların nə olduğu soruşuldu və Təqsirləndirilən şəxs həmin plastik butulkanın içərisində və sellofan paketlərin içərisində mətbəxdə aşkar edilmiş narkotik vasitə heroini qoyduğunu və ona görə də həmin əşyalarda tozşəklində narkotik vasitə heroin izləri olduğunu bildirmişdir. Bundan sonra mənzildə axtarış keçirlən zaman qonaq otağında yerləşən kiçik taxta masanın üzərində müxtəlif folqa adlanan aliminium kağızlar, və siqaret kötükləri olan külqabı və içərisində narkotik vasitə heroin izləri olan plastik mikser üçün istifadə edilən qablar aşkar edildi. Həmin mikser üçün istifadə olunan plastik qabın içərisində narkotik vasitə heroin izləri olduğu müşahidə edilən zaman bunun nə olduğu soruşulmuşdur. Sonuncu da həmin mikser vasitəsi ilə narkotik vasitə heroini üyütdüyünü ona görə də içərisində tozşəklində narkotik vasitə izləri qaldığını bildirmişdir. Bundan sonra divanın üzərində olan qutuya baxış keçirilmişdir. Həmin qutunun içərisində 2 ədəd qadın ayaqqabısı aşkar olunmuşdur. Daha sonra yerdə olan sellofan torbanın içərisində nə olduğuna da baxıldı. Həmin sellofan torbanın içərisində müxtəlif aliminum kağızlar aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin aliminum kağızların nə olduğu və nə üçün istifadə edildiyini soruşulmuşdur. Sonuncu isə həmin kağızların narkotik vasitə və psixotrop maddə istifadə etmək üçün folqa adlanan aliminum kağız olduğunu bildirdi. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair” qərar, eyni tarix və məzmunlu raportdan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu və Bakı şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması və yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, X4 Kristal-2 yaşayış kompleksi, bina 8, mənzil 142-də külli miqdarda narkotik maddə gizlətməsi barədə məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əməliyyat axtarış tədbirinin keçirilməsinə və evə baxış keçirilməsinə dair” protokol və həmin protokola əlavə edilmiş disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman şalvarının cibində olan bir ədəd şəffaf rəngli sellofana bükülmüş təmiz çəkisi 98,854 qram olan psixotrop maddə metamfetamin, 01 ədəd “Samsung A05” markalı mobil telefonu təqdim etmiş və onlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospeki, Kristal-2 yaşayış kompleski, bina 8, mənzil 142 ünvanına baxış zamanı həmin mənzilin qonaq otağında 03 ədəd, hər biri şəffaf rəngli sellofana bükülmüş və üzəri yapışqanlı lentlə bağlanmış ayrı-ayrılıqda təmiz çəkiləri 265 qram, 2,939 qram, 560 qram psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs mətbəx mebelinin üzərində olan bir ədəd mavi rəngli elektron tərəzini də təqdim edərək həmin elektron tərəzi vasitəsi ilə narkotik vasitə və psixotrop maddələri çəkmək üçün istifadə etdiyini bildirmişdir. Daha sonra mətbəx mebelinin üzərində olan şəffaf rəngli üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin izləri olan plastik qabları və mikseri təqdim etmişdir. Həmin plastik qablar və mikser vasitəsi ilə psixotrop maddə metamfetamini üyütdüyünü və istifadə üçün yararlı hala gətirdiyini bildirmişdir. Mənzilin digər ərazilərinə baxış keçirilərkən mətbəxdə yerləşən qaz sobasının üzərində şüşə qabda olan maye şəklində olan maddənin nə olduğu və nə üçün istifadə edildiyi soruşularkən Təqsirləndirilən şəxs həmin şüşə qabda olan mayenin aseton olduğunu və həmin asetonu əriməsi üçün daş halında olan psixotrop maddənin üstünə tökdüyünü bildirmişdir. Mətbəx masasının üzərində tozşəkilli narkotik vasitə heroin izləri olan sellofan paketlər və plastik butulka hissələri aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin plastik butulkanın və sellofan paketlərin içərisində mətbəxdə aşkar edilmiş narkotik vasitə heroini qoyduğunu və ona görə də həmin əşyalarda toz şəklində narkotik vasitə heroin izləri olduğunu bildirmişdir. Bundan sonra mənzildə axtarış keçirilən zaman qonaq otağında yerləşən kiçik taxta masanın üzərində müxtəlif alüminium kağızlar və siqaret kötükləri olan külqabı və içərisində narkotik vasitə heroin izləri olan plastik mikser üçün istifadə edilən qablar aşkar edilmişdir. Həmin mikser üçün istifadə olunan plastik qabın içərisində narkotik vasitə heroin izləri aşkar edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitə və psixotrop maddələri “Rza” adlı İİR vətəndaşından əldə etdiyini bildirmişdir. Aşkar olunan 926.793 qram psixotrop maddə metamfetamin və 01 ədəd şəffaf rəngli sellofanda təmiz çəkisi 855 qram narkotik vasitə olan heroin, bir ədəd üzərində psixotrop maddə metamfetamin izləri olan gümüşü rəngli elektron tərəzi, 01 ədəd üzərində narkotik vasitə heroin izləri olan üyüdücü mikser, 01 ədəd qaşıq, 01 ədəd sellofan kəsiyi müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 07 noyabr 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər məhkəmə istintaqı zamanı tədqiq edilərkən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefona baxış keçirilən zaman “Qalereya” bölməsində Təqsirləndirilən şəxs mobil telefonunda narkotik vasitələri deyilən ünvanlara çatdırdıqdan sonra həmin ünvanları qeyd etmək üçün çəkilmiş şəkillər, elektron tərəzi üzərində müxtəlif çəkilərdə narkotik vasitə və psixotrop maddə şəkilləri əks olunmuşdur. Bundan başqa həmin telefonun qalereya bölməsində elektron tərəzi üzərində plastik qablarda narkotik vasitə heroinin görüntüləri əks olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 01 oktyabr 2024-cü il tarixli, 3-16-16/2-6/4761 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün № 56” möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” sözləri və imzalar qeyd edilmiş bir ədəd kağız zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 98,854 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Bundan başqa üzərində AR DİN-nin “Zərflər üçün №56” möhür əksi Təqsirləndirilən şəxs mənzilindən aşkar olunan narkotik vasitə və ya psixotrop maddələr yazıları olan bağlamadakı 03 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 265,0 qram, 2.939 qram, 560 qram ümumi təmiz çəkisi 827,939 qram olan ağ rəngli, kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. 01 ədəd bükümdə təmiz çəkisi 855,0 qram olan açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. 01 ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetamin izləri müəyyən edilmişdir. Elektron tərəzinin səthində metamfetamin iz şəklində olduğundan təmiz çəkisini müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. 01 ədəd üyüdücünün, 01 ədəd qaşığın, 01 ədəd sellofan kəsiyinin üzərində narkotik vasitə heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və mənzilindən aşkar olunan ümumi sayı 4 büküm, ümumi təmiz çəkisi 923,793 qram olan psixotrop maddə metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr’’-in siyahısına (Siyahı İ) daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 06 noyabr 2024-cü il tarixli 7217 nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-psixiatrik ekspertizanın 11 dekabr 2024-cü il tarixli 3642 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan 07 oktyabr 2024-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərar və 17 yanvar 2025-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 926,593 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 854,9 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Bundan əlavə olaraq Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilərkən aşkar edilmiş 01 ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Samsung A05” markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınaraq Abşeron RPİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, 02 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmışdır. Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 5 saylı MTİİTS-dən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri X4 ev 184 ünvanında qeydiyyatsız yaşayan Təqsirləndirilən şəxs barəsində 5 saylı MTİİTS-ə heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarından və “Elektron məhkəmə sistemi”-dən əldə olunmuş məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşaq— xx.xx.2019-cu il təvəllüdlü X2 vardır. Cinayət işinin materiallarında olan tələbnamədən göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsini, şahid ifadələrini, habelə cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində narkotik vasitələrin satışı, İİR vətəndaşının göstərişi ilə narkotik vasitə və psixotrop maddələri qeyd olunan ünvanlara yerləşdirməməsi, həmçinin aşkar olunan narkotik vasitələrin keyfiyyətsiz olması səbəbindən istifadəyə yararlı olmaması barədə söylədiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadələri iş üzrə tədqiq edilmiş digər sübutlarla təsdiq edildiyindən əsas götürülməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təsdiq olunur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıya» əsasən heroin narkotik vasitəsinin külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, xüsusilə külli miqdar daxil olmaqla yuxarı həddi 800 qram, metamfetamin psixotrop maddəsinin külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram, xüsusilə külli miqdar daxil olmaqla yuxarı həddi 400 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs törətdiyi Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddələri ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsin əvvəli xx.xx.2024cü il tarixdən hesablanmışdır. Cəza çəkmə müddətinin başlanğıcı da Təqsirləndirilən şəxs tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Buna görə də Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-cimaddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Abşeron RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan 01 ədəd elektron tərəzi məcburi qaydada dövlət nəfinə müsadirə olunmalıdır. Məhkəmə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Abşeron RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 926,593 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 854,9 qram olan narkotik vasitə heroin məhv edilməli, 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, 02 ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məbləğ Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 30 sentyabr 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış Abşeron RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 926,593 qram olan psixotrop maddə metamfetamin və qalıq çəkisi 854,9 qram olan narkotik vasitə heroin məhv edilsin, bir ədəd elektron tərəzi müsadirə edilsin, 01 ədəd “Samsung” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın. 02 ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 60 (altmış) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Apellyasiya şikayəti və ya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar