Məhkəmə qərarları › İş №1(124)-249/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-249/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-249/2024 21.06.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X7 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X20 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri- Müdafiəçi3 və Müdafiəçi2, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, tərcüməçi – X4 iştirakları ilə, xx.xx.1988-ci ildə Xaçmaz rayonu, İstisu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olmuş, orta təhsilli, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xaçmaz rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx.xx.1988-ci ildə Qazaxstan Respublikası, Şevçenko şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olmayan, Xaçmaz rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 234.4.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə edib üzərlərində saxlayaraq daşımışdırlar. Belə ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq, külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini, qurudulmuş marixuananı və psixotrop maddə metamfetamini satış məqsədi ilə 12 yanvar 2023-cü il tarixdə saat 20:30 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşına məxsus 98-***-***-**-** saylı mobil nömrə ilə Yudin Sergeyə məxsus olan ***-***-**-** saylı mobil nömrəli “Samsung Duos” markalı mobil telefonda quraşdırılmış “Whatsapp” proqram tətbiqindən istifadə etməklə əlaqə saxlayıb İran vətəndaşının bildirdiyi yerdən, yəni yeni tikilməkdə olan İpək yolunun Xaçmaz rayonu, Xanoba kəndi ərazisindən keçən hissəsində dəmiryolunun üzərində salınmış körpünün altından götürərək satış məqsədi ilə əldə etmişlər və Şahid4 idarə etdiyi **-SD-*** dövlət qeydiyyat nişanlı, Vaz 21713 markalı taksi avtomobilinin yük yerinə qoyub saxlamaqla daşımışlar, bu fakt Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 12 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Xaçmaz rayonu, Xanoba kəndi ərazisində həmin avtomobildə saxlanılıb Yalama Polis bölməsinə gətirilərək, Xaçmaz rayonu, Yalama kəndində yerləşən Yalama Polis bölməsinin həyətində xx.xx.2023-cü il tarixdə saat 22:50-dən 23:20-dək olan müddətdə həmin avtomobilə baxış keçirilən zaman avtombilin yük yerindən 01 ədəd qara rəngli polietilen torbanın içərisindən cəmi 3 ədəd ayrı-ayn bağlamada təmiz çəkisi 1510,5 qram olan narkotik vasitə heroin, təmiz çəkisi 98,2 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 5700,50 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da onlar qabaqcadan əlbir olan bir qrup şəxs halında, külli miqdarda satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddəni, əldə edib saxlamaqla daşımışlar. Məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə irəli sürülmüş ittihamın müdafiəsindən imtina etdiyinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Cinayət Məcəlləsinin 234.4.4-cü maddəsi ilə başlanmış cinayət təqibinə 21 iyun 2024-cü il tarixli qərarla xitam verilmiş və onların həmin maddə ilə cinayət təqibinə xitam verilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitə və psixotrop maddə istifadəçisi olmuş, lakin onların satışı ilə məşğul olmamışdır. Tutulmamışdan bir müddət əvvəl Anar və Nemət adlı polis əməkdaşalrı onun evinə gələrək bildirmişdirlər ki, o, qeydiyyata düşməmişdir. O, polis əməkdaşlarına qeydiyyata düşdüyünü desə də, polis əməkdaşları onun əllərini qandallayaraq Xaçmaz RPŞ-nə aparmışdırlar. Polis əməkdaşları yolda ona demişdirlər ki, o, polis əməkdaşlarına adam versə, işi yüngül olacaq, yoxsa ondan külli miqdarda narkotik vasitə aşkar edildiyini qeyd edərək onun işini çətinləşdirəcəklər. Polis şöbəsinə gəldikdən sonra Anar adlı polis əməkdaşı içində narkotik vasitə olan bükümü ona verərək iki nəfər adamın da şahid kimi həmin bükümü onun üzərindən aşkar edildiyini deyəcəklərini bildirmişdir. Bir az sonra həmin polis əməkdaşı onun telefonunu gətirib ona vermiş və telefona özünə aid iki dənə nömrə yazdığını, onlara lazım olan adamları vermək üçün həmin nömrələrlə əlaqə saxlamalı olduğunu demişdir. Bundan sonra onu buraxmışdırlar və 2-3 gün sonra həmin polis əməkdaşı zəng edərək adamları ona verib-verməyəcəyini soruşduqda, o da polisə verməli olduğu kimisə tanımadığını bildirmişdir. Bu hadisədən təxminən iki ay sonra İran İR-na məxsus mobil nömrədən “WhatsApp” mobil tətbiqi vasitəsilə ona mesaj gəlmiş, narkotiklə bağlı bir iş görməsi təklif olunmuş, o da razılaşmış, həmin nömrədən ona məkan göndərilmiş, həmin məkandan narkotik vasitəni götürərək Xaçmaz rayonuna əvvəlcədən müəyyən edilmiş yerə qoyması deyilmişdir. Daha sonra küçədə dostu Təqsirləndirilən şəxs1 işi yoxdursa, onunla gəlməsini demiş, Elmar da razılaşmışdır. Bu məqsədlə o, taksi sürücüsü Şahid4 zəng etmiş, Elnur onu və Təqsirləndirilən şəxs1 Yalama qəsəbəsinə, ordan isə Xanoba kəndinə aparmış, maşında nə üçün ora getdikləri barədə söhbət olmamışdır. Xanoba kəndində deyilən yerdən narkotik vasitəni maşına qoymuş, yola çıxdıqdan qısa müddət sonra Xaçmaz RPŞ-nin polis əməkdaşları avtomobili saxlamış və avtomobilə baxış zamanı maşına qoyduğu narkotik vasitə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona veirlən sualları cavablandırarkən bildirdi ki, təxminən 2010-cu ildən etibarən narkotik vasitə istifadəçisidir. Telefonunda İran İR-na aid nömrə olmuş, lakin o nömrə Azərbaycanda olan birinə məxsus olmuş, həmin adamı isə onu tutmaq üçün polis əməkdaşları öyrətmişdirlər. İlk dəfə imiş ki, həmin nömrə ilə əlaqə saxlayıb belə iş görürmüş. Həmin adamın verdiyi məlumata əsasən onun götürdüyü torbada 5 kilo nəşə, 2 kilo kakos, 200 qram patı, 50 qram heroin olmuşdur. Razılaşmaya əsasən o, həmin torbanı deyilən yerə qoyduqdan sonra həmin adam ona hər kilo üçün 50 qram nəşə verəcəkmiş. Təqsirləndirilən şəxs1 kənddə qapı qonşusu olmuşdur, lakin o, daha çox rayonda yaşadığı üçün Elmarın da narkotik vasitə istifadəçisi olduğundan xəbəri olmamışdır. Narkotik vasitəni götürməyə gedəndə yanında Elmarı aparsa da, Elmarın ora niyə getdiklərindən xəbəri olmamışdır. Torbanı o özü götürüb avtomobilə qoymuşdur. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, o, xx.xx.2023-cü il tarixdə ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək xx.xx.2023-cü il tarixli ifadəsində bildirmişdir ki, o, Xaçmaz rayonu İstisu qəsəbəsində ailəsilə birlikdə yaşayır və heç bir yerdə işləmir. O, 2022-ci ilin mart ayından narkotik vasitə olan kakosdan yəni heroindən istifadə edir. O, təxminən 2 aydır ki, sosial şəbəkədə adı dəqiq yadında qalmayan İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Lakin onlar “Whatsapp” mesajlaşma proqramı vasitəsilə bir-biri ilə danışmışlar. O, təxminən 3 dəfə həmin şəxsin onun üçün Xaçmaz şəhərində parklarda gizlətdiyi narkotik vasitə olan kakosu götürüb istifadə etmişdir, 12 yanvar 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı İstisu qəsəbəsində yerləşən evdə olduğu zaman X14 vətəndaşı ona “Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə zəng edərək özünə məxsus 1 ədəd tobada marixuna, patı və kakos adlı narkotik vasitələri Xaçmaz rayonu Yalama kəndi ərazisində körpünün altında gizlətdiyini və həmin torbanı oradan götürüb, onun deyəcəyi yerə aparıb qoymağını ondan xahiş edərək bu işin əvəzinə ona 50 qram çəkidə kakos, yəni heroin verəcəyinə söz vermişdir. O, da həmin şəxslə razılaşdıqdan sonra küçəyə çıxdıqda dostluq etdiyi Təqsirləndirilən şəxs1 görüb ona bu barədə danışmış və demişdir ki, “narkotik vasitəni götürüb deyiləcək ünvana çatdırmağa mənə köməklik elə, əvəzində sənə də narkotik vasitə verəcəyəm, istifadə edərsən.” Təqsirləndirilən şəxs1 onunla razılaşdıqdan sonra taksi tapmaq məqsədilə birlikdə yaşadığqları kəndin dayanacağına çıxmışlar. Bir neçə dəqiqə dayandıqdan sonra yoldan keçən, üzərində taksi nişanı olan, ağ rəngli Vaz 21713 markalı avtomobili görərək onu saxlamışlar. O, taksi sürücüsünə, yəni adını sonradan bildiyi Elnur adlı şəxsə onları Yalama qəsəbəsinə aparıb və gətirməyi xahiş etmiş, bunun üçün ona nə qədər pul verəcəyini soruşmuşdur. Elnur 20 manat pulla onu və Elmarı Yalama qəsəbəsinə aparıb və geri gətirəcəyini dedikdə onlar razılaşaraq həmin maşina əyləşmişlər. Onlar Xaçmaz rayonu, Yalama kəndi ərazisinə çatdıqda həmin X14 vətəndaşına mobil telefon vasitəsilə zəng edərək Yalama kəndində olduğunu ona dedikdə həmin şəxs, Xaçmaz rayonu, Xanoba kəndi ərazisindəki körpünün altıda 1 ədəd torbanı gizlətdiyini ona bildirmişdir. Onlar Xanoba kəndinə gedərək oradakı körpüyə çatdıqdan sonra taksini saxladaraq dostu Elmarla birlikdə maşından yerə düşüb onları gözləməsini taksi sürcüsündən xahiş etmişlər. Onlar kənarlaşıb oradakı körpünün altına keçmişlər. Həmin körpü yeni tikilməkdə olan İpək yolunun Xaçmaz rayonu, Xanoba kəndi ərazisindən keçən hissəsində dəmiryolunun üzərində tikilmişdir. Təxminən 50 metr getdikdən sonra Körpünün altında 1 ədəd qara rəngli torbanın olmasını görmüş və Elmarla birlikdə torbanı götürərək maşının yanına qayıtmışlar. Taksi sürücüsünə səslənib avtomobilin yük yerini açmasını xahiş etmiş, Elnur da salondan enmədən maşının yük yerini açdıqdan sonra onlar həmin torbanı maşının yük yerinə qoyaraq maşına oturmuşlar. Sonra da Elnura hərəkətə başlamasını demişdir. Onlar avtomobildə təxminən 1 km məsafə getdikdən sonra saat 21 radələrində Xanoba kəndi ərazisində polis əməkdaşları onları saxlayaraq Yalama PB-yə dəvət etmişlər. Onlar da polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-nin Yalama PB-nə gəlmişlər. Elnur yolda avtomobilə nə qoyduğunu, onları nə üçün bölməyə apardıqlarını soruşanda ona heç bir cavab verə bilməmişdir. O, Yalama PB-də şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunsuz heç nə aşkar edilməmişdir. Bundan sonra avtomobilə keçirilən baxış zamanı Elmar ilə birlikdə maşının yük yerinə qoyduqları 1 ədəd torbanın içində 3 ədəd bükümdə olan narkotik vasitələr aşkar edilərək götrülmüşdür. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edildikdən sonra imzaları ilə doğruluğunu təsdiq etmişlər. Əlavə olaraq bildirmişdir ki, o, həmin şəxslə iran nörməsi ilə açılmış mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlamışdır. Lakin onun şəxsiyyəti və harada olması barədə dəqiq heç bir məlumatı yoxdur. O, özü heç kimə narkotik vasitə satmamışdır. O, bu barədə Taksi sürücüsü Şahid4 heç nə deməmişdir, çünki Elnura narkotik vasitə barədə nəsə desəydi onları heç vaxt həmin yerə aparmazdı və gətirməzdi. Hətta polis əməkdaşları onları saxlayanda da Elnura avtomobilə nə qoyduqları barədə bir söz deməmişdir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra o suala cavabında dindirmədə müdafiəçinin iştirak etdiyini, elan olunan ifadəni təsdiq etmədiyini bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, tutulduğu gün kənddə o darvazasının qarşısında olarkən Şahid4 avtomobilində əyləşmiş Təqsirləndirilən şəxs2 onun yanında dayanmış, Təqsirləndirilən şəxs2 işi yoxdursa, onunla gəlməsini demiş, o da razılaşmışdır. Əslində avtomobilə əyləşməsinin səbəbi Elnur olmuşdur, çünki Elnuru uzun müddətdir ki, tanıdığından yaxşı insan olduğunu, lakin Təqsirləndirilən şəxs2 elə də etibarlı biri olmadığını bilmişdir. Avtomobillə yolda gedərkən də narkotik barədə heç bir söhbət olmamış, əvvəlcədən də Təqsirləndirilən şəxs2lə heç bir söhbətləri olmamışdır. Təqsirləndirilən şəxs2 ona demişdir ki, Xanoba kəndinə pul üçün gedir, kimsə ona pul verməlidir. Getdikləri yerdən torbanı Təqsirləndirilən şəxs2 götürüb maşına qoymuş, polis əməkdaşları maşını saxlayıb torbanı aşkar edənə qədər orada narkotik vasitələr olmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona veirlən sualları cavablandırarkən bildirdi ki, əvvəllər narkotik vasitə istifadəçisi olmuş, sonradan tutulmuş və azadlığa çıxdıqdan sonra narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs2 ona maşınla Xanoba kəndinə getməyi təklif edəndə axşamüstü olmuşdur. Təqsirləndirilən şəxs2 getdikləri yerdən nəsə götürdüyünü bilmiş, lakin ona maraqlı olmamışdır. Əvvəlcədən aralarında heç bir razılaşma olmamışdır. İbtidai istintaq zamanı həm Təqsirləndirilən şəxs2, həm də taksi sürücüsü Şahid4 ilə üzləşdirilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, o Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittihamla özünü təqsirli bilərək xx.xx.2023-cü il tarixli ifadəsində bildirmişdir ki, Xaçmaz rayonu İstisu qəsəbəsində ailəsilə birlikdə yaşayır, yaşadığı kəndin adı əvvəllər Müqtədir olub, sonradan isə dəyişdirilərək İstisu adlandırılmışdır. O, təxminən 2015-ci ildən narkotik vasitə hesab edilən marixuanadan istifadə edir. 12 yanvar 2023-cü il tarixdə saat 20 radələrində yaşadığı İstisu qəsəbəsində küçədə olduğu zaman həmkəndlisi Təqsirləndirilən şəxs2 ona yaxınlaşaq ona kömək lazım olduğunu ona deyərək və ona köməklik edəcəyi halda ona marixuana verəcəyinə söz verərək Serqeylə birlikdə bir yerə getməyi ona təklif etmişdir. Serqey həmin vaxt ona kömək edəcəyi halda bunun müqabilində çəkmək üçün ona narkotik vasitə marixuana verəcəyini dediyinə görə o, Seqeyin təklifi ilə razılaşmışdır. Çünki o, özü də narkotik vasitə istifadə edir. Buna görə də o, Serqeylə birlikdə kəndlərinin avtobus dayanacağına çıxdıqdan sonra orada ağ rəngli Vaz 21713 markalı taksi avtomobilini saxlayıb həmin maşınla Yalama qəsəbəsinə getmişlər. Yalama qəsəbəsinə çatdıqda Serqey avtomobili saxlayıb maşından düşərək özü istifadə etdiyi mobil telefon vasitəsi ilə kimsə ilə danışdıqdan sonra yenidən maşına əyləşərək Xaçmaz rayonu, Xanoba kəndinə getməyi taksi sürücüsündən xahiş etmişdir. Taksi sürücüsü Xanoba kəndi tərəfə getdikdən sonra yeni tikilməkdə olan İpək yolunun Xaçmaz rayonu, Xanoba kəndi ərazisindən keçən hissəsində dəmiryolunun üzərində tikilmiş körpünün yaxınlığında Serqey taksidən saxlamağı xahiş etdiyi üçün taksi sürücüsü də maşını oradakı körpünün yaxınlığında saxlamışdır. Serqeylə birlikdə avtomobildən yerə düşərək təxminən 50 metr gedib körpünün altına keçib orada qara rəngli torbanın olmasının gördükdən sonra o Serqeylə birlikdə həmin torbanı götürərək geriyə qayıtmışlar. Serqey taksi sürücüsünə yük yerini açmağı demiş, sürücü də salondan maşının yük yerini açdıqdan sonra onlar ikisi də həmin torbanı maşının yük yerinə qoyaraq maşına əyləşmişlər. Sonra onlar, təxminən 1 km məsafə getmişlər ki, Xanoba kəndi ərazisində Xaçmaz RPŞ-nin əməkdaşları onları saxlayaraq onları üçünüdə Yalama PB-nə dəvət etmişlər. Onlar da polislərə etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-nin Yalama PBnə gəlmişlər. Yalama PB-də avtomobilə müdafiəçinin iştirakı ilə keçirilən baxış zamanı dostu Serqeylə birlikdə maşının yük yerinə qoyduqları 1 ədəd torbanın içindən ümumilikdə 3 ədəd torbada narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edildikdən sonra imzalarıla doğruluğunu təsdiq etmişlər. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 özü kimləsə danışmış, Serqeyin dediyinə görə iranlı bir şəxslə əlaqə saxlamışdır. Onun bu barədə heç bir məlumatı olmamışdır. O, özü heç kimə narkotik vasitə satmamışdır. Həmin narkotik vasitənin Xaçmaz rayonu, Xanoba kəndinə kimin gətirməsi barədə heç bir məlumatı yoxdur, o və Serqey həmin narkotik vasitəni elə körpünün altında aşkar edib götürmüşlər. Orada onlardan başqa kənar heç kim olmamışdır. Avtomobilə narkotik vasitə və psixotrop maddə qoyduqları barədə o, və Serqey taksi sürücüsü Şahid4 heç nə deməmişlər, çünki Elnura narkotik vasitə barədə nəsə desəydilər heç vaxt həmin yerə onları aparmazdı və gətirməzdi. Hətta polis əməkdaşları onları saxlayanda da Elnura avtomobilə nə qoyduqları barədə bir söz deməmişlər. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra o suala cavabında bildirmişdir ki, elan olunan ifadəni təsdiq etmir. Dindirmədə müdafiəçi iştirak etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Narkotiklərlə Mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, daşıması və satması barədə ona daxil olmuş əməliyyat məlumatını rəhbərliyə məruzə etmiş və müvafiq sənədləşmə işləri aparıldıqdan sonra onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs2 həmkəndlisi Təqsirləndirilən şəxs1lə müşahidəyə götürülmüşlər. 12 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Xaçmaz rayonu, Xanoba kəndi ərazisində dəmiryolu körpüsünün yaxınlığında onların olduqları avtomobili saxlayaraq özlərini təqdim edərək həmin şəxsləri külli miqdarda narkotik vasitələri daşımaqda şübhəli olduqları üçün həmin avtomobillə birlikdə Xaçmaz RPŞ-nin Yalama Polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Şahid4 idarə etdiyi avtomobillə birlikdə Yalama PB-nə gəlmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmış, lakin onların üzərlərindən qanunla qadağan edilən hərhansı əşya, predmet aşkar edilməmiş və götürülməmişdir. Daha sonra videoçəkilişdən istifadə edilməklə Şahid4 məxsus Yalama PB-nin yerləşdiyi həyətyanı sahədə inzibati binasının qarşısında baxış keçirilən zaman avtomobilin yük yerində 1 ədəd qara rəngli torba aşkar olunmuş və həmin torba açıldıqda içində ümumilikdə 3 ədəd torba büküm olması məyyən olunmuşdur. Torbalardan birində marixuana, birində metamfetamin, digərində isə heroin olması müəyyən olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı törətdikləri əməllərini etiraf etmişdirlər. Təqsirləndirilən şəxs2 dedikləri isə yalandır, belə ki, Təqsirləndirilən şəxs2 tutana qədər onu tanımamış, onu tutduqdan sonra da onunla hər hansı razılığa gəlmək məqsədilə əlaqə saxlamamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, həmçinin məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilən Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadələr verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 12 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun avtomobilini saxlatdırıb avtomobilə əyləşmişlər. Təqsirləndirilən şəxs2 onları Yalama kəndinə aparmasını və orada 10-15 dəqiqəlik işi olacağını və sonra geri qayıdacaqlarını demiş, o da 20 manat müqabilində onları dediyi yerə apara biləcəyini demişdir. Yalama qəsəbəsinə çatdıqda Təqsirləndirilən şəxs2 istəyi ilə avtomobili Xanoba kəndinə sürmüşdür. Kənddə olan körpünün altından keçən kimi Təqsirləndirilən şəxs2 avtomobili saxlatdırmış və Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 avtomobildən düşüb getmiş və qısa müddət sonra ikisi də geri qayıtmış, Təqsirləndirilən şəxs2 avtomobilin yük yerini açmağını xahiş etmiş, o da avtomobildən düşmədən avtomobilin yük yerini açmışdır. Onlar avtomobilə əyləşmiş, o, avtomobili təxminən 1 km sürdükdən sonra Xaçmaz RPŞ-nin polis əməkdaşları maşını saxlatdırmış və onları polis şöbəsinə dəvət etmişdirlər. Orda avtomobilinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə avtomobilin yük yerinə qoyduqları torbadan narkotik vasitələr aşkar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ona ünvanlanan sualları cavablandırarkən bildirdi ki, avtomobilini yolda gedərkən Təqsirləndirilən şəxs2 əl işarəsi ilə saxlatdırmış, həmin vaxt Təqsirləndirilən şəxs1 da Təqsirləndirilən şəxs2 yanında olmuşdur, yəni Təqsirləndirilən şəxs1 sonradan yolda görüb götürməmişdirlər. Hava soyuq olduğu üçün heç avtomobildən düşməmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhələnmədiyi üçün onlar avtomobilin yük yerinə torbanı qoyduqdan sonra onun nə olduğunu da soruşmamışdır. Təqsirləndirilən şəxslərlə üzləşmə zamanı da ifadəsində qeyd etdiklərini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilən Şahid5 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tanıyır, onlarla arasında heç bir ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etməsi, daşıması barədə Şahid1 məlumat əldə etməsi məlumatlı olmuşdur. Çünki o, narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili, Şahid1 isə qrupun əməliyyat müvəkkili idi. Lakin həmin əməliyyat-axtarış tədbirlərində iştirak etməmişdir. Çünki orqan rəhbəri tərəfindən əmrlə yaradılan əməliyyat qrupunun tərkibinə daxil deyildi. Bundan başqa onun Təqsirləndirilən şəxs2 ilə heç bir əlaqəsi olmamışdır, ona zəng etməmişdir, yaşadığı ünvana getməmişdir. O və tabeliyində olmuş şəxslər narkomaniyaya qarşı ciddi mübarizə apardıqlarından ola bilər ki, qərəzli şəkildə ona qarşı ifadə verib, ya da Serqey özünü müdafiə etmək üçün elə ifadə vermişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən şəxsi axtarış aparılması haqqında xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, Xaçmaz RPŞ-nin Yalama Polis bölməsinin inzibati binasında Xaçmaz RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Elşən Əliyev tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutularaq əvvəlcədən dəvət edilmiş Xaçmaz Rayon Vəkil Bürosunun vəkilləri olan müdafiəçilərlə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərlərinə şəxsi axtarışın aparılacağı onlara izah edilmiş və onlar buna etiraz etməmişlər. Əvvəlcə Təqsirləndirilən şəxs2 üzərinə vəkilin iştirakı ilə şəxsi axtarışa başlanılmış və müstəntiq ona üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərində qanunla qadağan edilən hər-hansı əşya və ya predmet olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 4 manat nağd pul vəsaiti, 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd alışqan aşkar edilmişdir. Pul və alışqan hərhansı maddi sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs2 qaytarılmışdır. “Samsung” markalı mobil telefon isə müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış davam edirilsədə qanunla qadağan olunan hər-hansı əşya, predmet aşkar edilməmişdir. Müstəntiq Təqsirləndirilən şəxs2 hardan nə ilə və kiminlə gəldiyini soruşduqda, Təqsirləndirilən şəxs2 bildirmiş ki, qonşusu Təqsirləndirilən şəxs1la əvvəlcədən razılaşaraq birlikdə taksi avtomobili ilə gəldiklərini və həmin avtomobilin yük yerində narkotik vasitələr, yəni heroin və marixuana və “şuşə” yəni psixotrop maddə olan metamfetamin vardır. Həmin narkotiki və psixotrop maddəni mobil telefon vasitəsilə əlaqə saxladığı tanımadığı İran İslam Respublikasının vətəndaşın bildirdiyi yerdən götürərək əldə etdiyini və avtomobilin yük yerinə qoyaraq Təqsirləndirilən şəxs1la birlikdə avtomobildə gələrkən polis əməkdaşları onları saxlayaraq bölməyə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 taksi sürücsünün avtomobilində narkotik vasitələrin daşımalarından xəbəri olmadığını bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxs2 həmin avtomobilə baxış keçirələcəyini bildirmiş və şəxsi axtarış başa çatmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə vəkilin iştirakı ilə şəxsi axtarışa başlanılmış və müstəntiq ona üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etməsini bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan edilən hər-hansı əşya və ya predmet olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən qanunla qadağan edilən hər-hansı əşya, predmet aşkar edilməmiş və götürülməmişdir. Müstəntiq Təqsirləndirilən şəxs1 hardan və kiminlə gəldiyini soruşduqda, Təqsirləndirilən şəxs1 bildirmişdir ki, qonşusu Təqsirləndirilən şəxs2 ona narkotik vasitənin götürməsində kömək etməsini təklif etmiş, bunun müqabilində ona narkotik vasitə vercəyini söz vermiş, o da Serqeylə razılaşmış və birlikdə yaşadıqları kənddən çıxaraq taksi avtomobili ilə Yalma kəndinə gələrək narkotik vasitələri götürüb avtomobilin yük yerində qoymuşlar və Təqsirləndirilən şəxs2lə birlikdə avtomobildə gələrkən polis əməkdaşlarını onları saxlayaraq bölməyə dəvət etmişlər. O, narkotik vasitələri əldə etmək və daşınması barədə Seqey Yudinlə əvvəlcədən razılaşdığını qeyd etmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərlərinə şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzlanmışdır. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxslərin üzərlərinə şəxsi axtarış aparılmasını əks etdirən və məhkəmədə tədqiq edilən videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən yuxarıdakı protokolda qeyd olunan hallar və şahidlərin (polis əməkdaşlarının) ifadələrində qeyd etdikləri xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş üzləşdirmə aparılması haqqında protokollardan görünür ki, şahidlər Şahid5, Şahid1, Şahid4 Təqsirləndirilən şəxs2 ilə üzləşdirilmiş, üzləşdirmə zamanı Şahid5, Şahid1, Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha təsdiq etməklə Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək sonuncunu ifşa etmişdirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş üzləşdirmə aparılması haqqında protokoldan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs1 ilə üzləşdirilmiş, üzləşdirmə zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini bir daha təsdiq etməklə Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək sonuncunu ifşa etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş avtomobilə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Xaçmaz rayonu Xudat şəhəri, Şıxlinski küçəsi ev 25-də yaşayan Şahid4, Xaçmaz rayonu, İstisu qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2, Xaçmaz rayonu, İstisu qəsəbəsində yaşayan, Təqsirləndirilən şəxs1, müdafiəçi X8, müdafiəçi X9, tərcüməçi qismində dəvət edilmiş Xaçmaz rayon Ortaoba kəndində yaşayan, Ortaoba kənd orta məktəbinin rus dili müəllimi, X5, Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, Xaçmaz RPŞnin Yalama PB-nin sahə rəisi, polis kapitanı Şahid2 və Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştrakları Vaz 21713 markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə Yalama PB-də videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Xaçmaz rayonu İstisu qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs2 baxış zamanı avtomobilin yük yerini göstərib və orada 1 ədəd torbada narkotik vasitələrin olmasını bildirdiyi üçün avtomaşının sahibi Şahid4 maşının yük yerini açdıqda yük yerində 1 ədəd qara rəngli torbanın olması müşahidə olundu. Baxışda iştirak edən şəxslərin iştirakları ilə həmin 1 ədəd qara rəngli iri torba açıldıqda ümumilikdə 3 ədəd torba büküm olması məyyən olundu. Birinci iri torba açıldıqda onun içində yaşımtıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlənin olması müşahidə olundu. Nisbətən daha kiçik torba açıldıqda onun içində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlənin olması aşkar olundu. Onlardan daha kiçik torbanın içi açıldıqda isə onun içində ağ rəngli kritalşəkil şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlənin olması müəyyən olunmuş ki, Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitələrin adını xatırlamadığı X14 vətəndaşının göstərişi ilə dostluq etdiyi həmkəndlisi Təqsirləndirilən şəxs1lə birlikdə Xaçmaz rayonu, Xanoba qəsəbəsi ərazisindəki körpünün altından götürdüyünü və ona İran vətəndaşı tərəfindən ona veriləcək 50 qram çəkidə narkotik vasitə müqabilində torbanı iranlının dediyi ünvana çadırıcağı üçün daşıdığını bildirmişdir. Aşkar olunmuş içərisində narkotik vasitə heroinə, psixotrop maddə metamfetaminə və qurudulmuş marixuanaya bənzər kütlər olan həmin 3 ədəd torbalar baxışda iştirak edən şəxslərin iştirakı müvafiq qaydada ekspertizaya təqdim edilməsi üçün ayırı-ayrılıqda qablaşdırılıb möhürlənərək maddi sübut kimi götürülmüşdür. Baxış zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü bir ədəd DVD disk protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan avtomobilə baxış keçirilməsini özündə əks etdirən və məhkəmədə tədqiq edilən videogörüntünün əks olunduğu diskə məhkəmə iclasında baxış keçirilərkən yuxarıdakı protokolda qeyd olunan hallar və şahidlərin ifadələrində qeyd etdikləri xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, İçərisində Təqsirləndirilən şəxs2 telefon danışıqları əks olunmuş diskə xx.xx.2023-cü il tarixdə baxış zamanı Şahid5 Təqsirləndirilən şəxs2 zəng etməsinə dair heç bir məlumat aşkar edilməmişdir. Diskə baxış zamanı Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü İl tarixədək olan dövr ərzində özünə məxsus olan ***-***-**-** saylı mobil nömrədən İran İR-ə məxsus 98-***-***- **-** saylı mobil telefon nömrəsi ilə 22 dəfə danışıqlarının olması məlum olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəməkimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6\222 nömrəli rəyindən görünür ki, təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 59” dairəvi möhür əksləri olan,“ X10 idarə etdiyi...” sözləri, soyadlar və imzalar qeyd edilmiş iki ədəd bağlamada olan: 1 nömrəli bağlamada təmiz çəkisi 1510,5 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 nömrəli bağlamada təmiz çəkisi 98,2 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Heroinin təmiz çəkisi - 1510,5 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 1510,45 qram. Metamfetaminin təmiz çəkisi - 98,2 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 98,15 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş komisyon materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6\2760 nömrəli rəyindən görünür ki, 1 nömrəli bağlamada təmiz çəkisi 1510,45 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 nömrəli bağlamada təmiz çəkisi 98,15 qram ağ rəngli kristal şəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İlkin tədqiqat zamanı heroinin və metamfetaminin təmiz çəkiləri 13 yanvar 2023-cü il tarixli 6/222 saylı ekspert rəyində göstərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəməbioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7\40 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “X12 məxsus avtomobildən aşkar olunan" yazılar və imzalar olan bir ədəd ağ rəngli sintetik torbada təmiz çəkisi 5700,50 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsula hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz təmiz çəkisi - 5700,50 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq - 5700,45 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş komisyon məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 7\693 nömrəli rəyindən görünür ki, 1 ədəd sintetik torbadakı qara rəngli polietilen torbada təmiz çəkisi 5700,45 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş təkrar ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 3255 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 opioidilərin və Kannabinoidlərin birgə qəbulu edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş təkrar ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2023-cü il tarixli 3815 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından müəyyən olunur ki, aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1510,35 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 98,05 qram olan psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5700,25 qram olan narkotik vasitə olan qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və Xaçmaz RPŞ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmışdır. “Vaz 21713” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi görüntülərini özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının İstisu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayon İstisu qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır, subaydır. Təqsirləndirilən şəxs2 yaşadığı dövr ərzində özünü yüngül tərbiyəli aparmış, heç bir ictimai tədbirlərdə iştirak etməmiş, tək yaşamış, tüfeyli həyat tərzi keçirmiş, sakinlərlə kafi rəftar etmişdir, o, kafi xarakterizə olunur. Cinayət işinin materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının İstisu qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xaçmaz rayon İstisu qəsəbəsində qeydiyyatda olmaqla orda yaşayır, ailə tərkibi arvadı xx.xx.1985-ci il təvəllüdlü X6, qızları xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X1 ibarətdir. Təqsirləndirilən şəxs1 yaşadığı dövr ərzində özünü tərbiyəli bir vətəndaş kimi aparmış, ona qarşı nümayəndəliyə heç bir şikayət daxil olmamışdır, ailəsi ilə mehriban davranmışdır, o, müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən və müvafiq məhkəmə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə 03 ay 25 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir. CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin resdivini yaradır. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.3.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olan şəxsdir və onun əməli cinayətin residivini yaradır. Belə ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra qanunla müəyyən olunmuş 2 il müddət keçmədən, yəni 12 yanvar 2023cü ildə hazırkı cinayəti törətmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir, yəni o, qəsdən cinayət törətməyə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunduğu və məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 əməllərində cinayətlərin residivi vardır. CM 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Suraxanı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə 05 ay 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-nin 83.3.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmişdir, yəni o, məhkumluğu olmayan şəxsdir. Təqsirləndirilən şəxslərin saxlanılarkən polis əməkdaşları tərəfindən onlara təzyiq edilməsinə dair verdikləri ifadələri ilə əlaqədar məhkəmə tərəfindən Xaçmaz rayon prokurorluğuna göndərilmiş xx.xx.2023-cü il tarixli qərarın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılarkən və həmçinin aparılan istintaq və prosessual hərəkətlərin gedişində döyülmələri, hədə-qorxu, təzyiq, qəddar, qeyri-insani, ləyaqəti alçaldan rəftar və cəzaya məruz qalmaları toplanmış sübutlarla öz təsdiqini tapmamış və cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutlan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifatına görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxslərin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halların olmadığını və onun əməlində cinayətin residivinin olmasını CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal olduğunu qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və onun əməlində cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmələri hər ikisinin ibtidai istintaq zamanı verdikləri ilkin ifadələri, həmçinin Sergey Yudinin məhkəmədə verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspertizanın rəyləri və işə aid biri digərinə uyğun gələn sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclası zamanı narkotik vasitəni satış məqsədilə deyil, şəxsi istifadə məqsədilə əldə etməsi ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, onun öz ifadəsində də qeyd etdiyi kimi uzun müddətdir ki, narkotik vasitələrdən istifadə etməsi, İran İR-na aid mobil telefon nömrəsinin aid olduğu, şəxsiyyəti istintaqa məlum olmayan şəxslə telefon danışıqlarının olması, aşkar olunan narkotik və psixotrop maddələrin miqdarının böyük olması, şahid ifadələri, üzləşdirmə aparılması haqqında protokollar göstərir ki, təqsirləndirilən şəxsin söylədikləri müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsidir və məqsədi törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməkdən ibarətdir. Həmçinin onun hazırkı cinayət işi üzrə tutulmamışdan 2-3 ay əvvəl Xaçmaz RPŞ-nin polis əməkdaşları Heydərov Anar və Şahid1 tərəfindən tutulması və ifadəsində qeyd etdiyi kimi hədələnməsi ilə bağlı bildirdikləri şahid ifadələri və üzləşdirmə protokolu ilə təkzib edilmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs2 taksi ilə həmin əraziyə getmə səbəbinin pul olması, orda taksidən Təqsirləndirilən şəxs2lə düşüb körpünün altından torbanı götürməməsi, əvvəlcədən Təqsirləndirilən şəxs2lə sövdələşməməsi ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, onun öz ifadəsində göstərdiyi halların hər biri Şahid4 məhkəmə iclasında verdiyi ifadəsi, həmçinin sonuncu ilə Təqsirləndirilən şəxs1 üzləşdirilməsi haqqında protokol göstərir ki, təqsirləndirilən şəxsin söylədikləri müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsidir və məqsədi törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən boyun qaçırmaq və məsuliyyətini yüngülləşdirməkdən ibarətdir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən halların olmamasını, həmçinin cəzanı ağırlaşdıran halın olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddələrin (CM-nin 234.4.1 və 234.4.3-cü) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddələrin (CM-nin 234.4.1 və 234.4.3-cü) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 12 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz Rayon Məhkəməsinin 14 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətində “həbs” növündə qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmış və məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 12 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz Rayon Məhkəməsinin 14 yanvar 2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətində “həbs” növündə qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin müddəti xx.xx.2023-cü il tarixədək uzadılmış və məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 opioidilərin və Kannabinoidlərin birgə qəbulu edilməsi nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 Kannabinoidlərin qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyləri və təqsirləndirilən şəxslərin narkomaniyadan məcburi müalicəyə ehtiyacları olduğunu və onların ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduqlarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1510,35 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 98,05 qram olan psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5700,25 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olub iş materiallarında saxlanılan disklərin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 76,50 (yetmiş altı manat əlli qəpik) manat və Təqsirləndirilən şəxs1 76,50 (yetmiş altı manat əlli qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 12 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 12 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Xaçmaz Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1510,35 qram olan narkotik vasitə heroin, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 98,05 qram olan psixotrop maddə metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 5700,25 qram olan narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs2 76,50 (yetmiş altı manat əlli qəpik) manat və Təqsirləndirilən şəxs1 76,50 (yetmiş altı manat əlli qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar