Məhkəmə qərarları › İş №1(124)-25/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-25/2022

24.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-25/2022 24.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X4 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, xx.xx.1993-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 182.2.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə vətəndaş üzərində zor tətbiq olunması və zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə onun əmlakını hədə-qorxu ilə tələb etmiş və satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, qanunsuz olaraq narkotik vasitə əldə etmə, daşıma, saxlama cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2020-ci il ilin avqust ayında Quba şəhərində tanış olub müxtəlif tarixlərdə görüşdüyü Quba rayonu, Aşağı Xuc kənd sakini Zərərçəkmiş şəxs onunla cinsi əlaqədə olmasını və narkotik vasitə qəbul etməsini, gizlicə özünə məxsus mobil telefonla çəkdiyini bildirərək həmin videogörüntüləri onun qohumlarına və tanışlarına göstərib yayacağını deyib, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə 2020-ci ilin oktyabr ayının əvvəllərindən başlayaraq 16 mart 2021-ci il tarixədək olan müddət ərzində müəyyən edilməyən müxtəlif tarixlərdə vahid niyyətlə əhatə olunan cinayətkar qəsdlə, ona pul ödəməsini hədə-qorxu ilə tələb etməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pulunu ələ keçirmişdir. Bundan başqa, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,243 qramdan artıq çəkidə ağ kristallik maddə kustar üsulla hazırlanmış psxiotrop maddə olan metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, Quba rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 19 mart 2021-ci il tarixdə, saat 20:30-da saxlanılaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən satış məqsədi olmadan, qanunsuz olaraq əldə edib saxladığı, 0,243 qram ağ kristallik maddə kustar üsulla hazırlanmış həmin psxiotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tam təqsirli, CM-nin 182.2.4-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2020-ci ilin avqust ayından tanıyır, yaxın münasibətləri olmuşdur. O, Firəngizdən pul almamış, tələb etməmişdir. Onda hər hansı videogörüntü olmamışdır. Firəngizdən borca 5500 manat pul almışdır. Firəngizin ondan niyə şikayət etdiyini bilmir. İbtidai istintaq zamanı da ifadəsində özünü təqsirli bilməmişdir. Narkotik vasitəni əldə etdiyi şəxsi tanımamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə araşdırılmış, ifadəsində göstərmişdir ki, 2020-cilin avust ayının əvvəllərində Quba şəhər sakini Tural adlı tanışı ona Quba rayon Aşağı xuc kənd sakini Zərərçəkmiş şəxs məxsus ***-***-**-** saylı mobil nömrəni vermiş və onunla əlaqə saxlayıb danışa biləcəyini demişdir. O, da Firəngizə məxsus həmin mobil nömrəyə özünə məxsus ***-***-**-** saylı mobil nömrəsi ilə əlaqə saxlamış və onunla tanış olmuşdur. Daha sonra isə Firəngizlə yaxın münasibətləri yaranmışdır. Onunla ilk dəfə 09 avqust 2020-ci il tarixdə görüşüb Quba rayon ərazisində yerləşən Dəvədabanı restoranına getmişlər. Həmin restoranda Firəngizlə gecələmiş və onunla öz razılığı əsasında cinsi əlaqədə olmuşdur. Bundan sonra Firəngizlə yaxın münasibəti olmuşdur. Firəngizlə tez tez görüşmüşlər. Həmçinin Firəngizlə 2020-ci ilin oktyabr ayının sonlarında Nabranda yerləşən “Sunset” adlı istirahət mərkəzinə də getmışlər. Onlar orada yenidən Firəngizlə gecələmiş və yenə də öz razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. Həmçinin həmin zaman o, patı kimi bildiyi psixotrop maddə metamfetamin istifadə etmişdir. Bu zaman Firəngiz də istifadə etmək istədiyini bildirmişdir. O, da Firəngizə həmin maddəni falqanın üzərində yandıraraq istifadə etməsini təşkil etmişdir. Bundan sonra isə onun Firəngizlə daha yaxın münasibətləri olmuşdur. Buna görə də onunla təxminən 2020-ci ilin avqust ayından etibarən 2020-ci ilin dekabr ayının sonlarına kimi olan müddət ərzində 7 dəfə bir yerdə gecələyərək onun öz razılığı ilə cinsi əlaqədə olmuşlar. Onların bir müddət sonra Firəngizlə fikirləri ciddiləşib evlənmək istədikləri üçün 2020-ci ilin noyabr ayında Firəngizi yaşadığı evə apararaq anası Arzu ilə tanış etmişdir. Onu da qeyd etmişdir ki, 2020-ci ilin oktyabr ayının əvvəllərindən Firəngizdən borc pul istəmiş, ilk olaraq 500 manat daha sonra isə təxminən 2000 manat məbləğində borc pul götürmüşdür. O, Firəngizdən sonuncu dəfə 2021-ci ilin mart ayının 16-da öz işləri üçün 260 manat məbləğində borc pul götürmüşdür. O, 2020-ci ilin oktyabr ayından 16 mart 2021-ci il tarixədək olan müddətdə Firəngizdən təxminən 5000-6000 manat məbləğində borc pul götürmüşdür. Firəngizdən həmin pulları müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə götürdüyü üçün konkret olaraq hansı məbləğdə və hansı tarixlərdə pul götürdüyünü xatırlamır. O, Firəngizdən pulu adətən onun işlədiyi Quba şəhəri Fətəli Xan küçəsində yerləşən Safmet klinikasının qarşısında götürmüşdür. Bir neçə dəfə də Firəngizdən pulu Quba şəhəri ərazisində ayrı-ayrı yerlərdə götürmüşdür. Firəngizə ehtiyaclarının olduğunu deyərək qaytarmaq şərtilə borc pul götürmüşdür. 19 mart 2021-ci il tarixdə pulu olmadığından, pula ehtiyacı olduğundan Firəngizə yazaraq 300 manat məbləğində borc pul verməsini istəmişdir. Lakin Firəngiz pulun olmadığını bidirdiyinə görə ona birlikdə cinsi əlaqədə olduqları və narkotik istifadə etdikləri zaman çəkdiyi videogörüntülərin və şəkillərin olduğunu, ona pul tapmayacağı halda həmin videogörüntüləri və şəkilləri yayaraq onu rüsvay edəcəyini bildirmişdir. Bu zaman Firəngiz ona 300 manat pul tapıb verə biləcəyini demişdir. O, da Firəngizdən pulu götürməsi üçün tanışı Azər adlı şəxsi göndərmiş və sonradan Azərlə birlikdə gələn polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gələn zaman polis əməkdaşları ona üzərində narkotik vasitə olub-olmadığını soruşmuşlar. O, da narkotik istifadə etdiyi üçün üzərində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra polis şöbəsində ona təqdim edilmiş vəkillərin siyahısından seçmiş olduğu vəkil İbrahim Aqamonun iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı ona üzərində olan əşyaları təqdim etməsini bildirmişdir. Bu zaman əynində olan qara rəngli isti qış gödəkcəsinin sol iç cibindəki Rothmans markalı siqaret qutusunun sellofan örtüyü altında qırmızı rəngli siqaret kağızına bükülmüş patı kimi bildiyi psixotrop maddə olan metamfetamini və 1 ədəd 1 manatlıq pul əskinazından həmin maddəni qəbul etmək üçün hazırladığı boruşəkilli turpkanı polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra polis əməkdaşları həmin maddəni sellofan və kağızla birlikdə elektron tərəzidə çəkdiklərində çəkisi 0,3 qram olmuşdur. Bundan sonra qırmızı rəngli siqaret kağızına bükülmüş patı kimi bildiyi psixotrop maddə olan metamfetamin və 1 ədəd 1 manatlıq pul əskinazından həmin maddəni qəbul etmək üçün hazırladığı boruşəkilli trupka polis əməkdaşları tərəfindən ayrı-ayrılıqda ağ zərflərə qoyularaq qablaşdırılmışdır. Həmçinin üzərindən aşkar edilmiş 1 ədəd göy rəngli, 1 ədəd qırmızı rəngli alışqan, Nokia markalı mobil telefon, 1 ədəd salfet kağızı və Rothmans markalı siqaret qutusu da götürülmüşdür. Bundan sonra isə videoçəkilişin başa çatdığı bildirilmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini tanışı Quba rayon sakini Seymur adlı şəxsdən 3 gün əvvəl yəni 17 mart 2021-ci il tarixdə Quba şəhəri Asan Xidmət mərkəzinin arxa tərəfində yaşadığı evə gedərək 35 manat verməklə yarım qram psixotrop maddə olan metamfetamini almış, həmin psixotrop maddə metamfetaminin bir hissəsini də istifadə etmişdir. Geriyə qalan hissəsi də üzərindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs əlavə olaraq göstərmişdir ki, O, 2020-ci ilin oktyabr ayında Firəngizdən 3800 manat məbləğində pul götürmüşdür. Həmin pulu da maşın sexi açmaq üçün götürməmişdir. Bu barədə də Firəngizə nə isə deməmişdir. Sadəcə olaraq öz şəxsi işləri üçün lazım olduğunu bildirib bir dəfəyə 2000 sonra da az az olmaqla 800 manat pul götürmüşdür. Sonralarda müxtəlif məbləğlərdə öz şəxsi ehtiyacları üçün pul götürmüşdür. Təxminən onun bildiyinə görə Firəngizdən 5000-6000 manat məbləğində pul götürmüşdür. O, ümumilikdə təxminən Firəngizdən 5000-6000 manat arasında pul götürmüşdür. Həmin pulu da Firəngizdən öz şəxsi işlərinə görə qaytarmaq şərtilə borc götürmüşdür. O, Firəngizin dediyini sadəcə olaraq 19 mart 2021-ci tarixdə etmiş, yəni sadəcə olaraq Firəngizə 19 mart 2021-ci tarixdə telefonda hədə qorxu gələrək özünə məxsus mobil telefondan qohum və tanışlarının nömrələrini götürdüyünü, həmin nömrələrin hamısına onunla birlikdə olduqları vaxt çəkmiş olduğu əxlaqsız videogörüntüləri, şəkilləri, həmçinin onunla birlikdə narkotik istifadə etmələri ilə bağlı videogörüntüləri qohum və tanışlarına göndərərək onu rüsvay edəcəyini bildirib 300 manat məbləğində pul istəmişdir. O, əxlaqsız videogörüntüləri, şəkilləri, həmçinin onunla birlikdə narkotik istifadə etmələri ilə bağlı videogörüntüləri qohum və tanışlarına göndərərək onu rüsvay edəcəyini bildirdiyi zaman onda heç bir video və ya şəkil olmamışdır. Sadəcə olaraq Firəngizi qorxutmaq üçün ona belə demişdir. Üzərindən aşkar edilmiş psxiotrop maddə metamfetamini üzərində olmasından heç kimin məlumatı olmamışdır. Firəngizlə birlikdə istifadə etdikləri metamfetamini Bakı şəhərində olduğu zaman tanımadığı şəxslərdən almışdır. Onun Firəngizdən borc pul götürdüyünü bildiyi qədəri ilə heç kim bilməmişdir. Əvvəllər narkotik vasitənin satışı və ya qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Təxminən 5-6 ay olar ki, narkotik vasitələrdən və psxiotrop maddələrdən istifadə edir. Üzərində saxladığı metamfetamini də istifadə etmək məqsədilə üzərində saxlamışdır. Ona polis şöbəsində nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2020-ci ilin avqust ayının əvvəllərində tanışı Tural vasitəsi ilə Təqsirləndirilən şəxslə tanış olmuşdur. Elvinlə bir neçə gün telefonla əlaqə saxladıqdan sonra onunla səmimi münasibətləri yaranmışdır. Buna görə də onlar 09 avqust 2021-ci il tarixdə, axşam saatlarında Elvinlə Quba şəhəri ərazisində görüşmüş və gecəni həmin restorandakı otaqlardan birində qalmış və onun razılığı ilə cinsi əlaqədə olmuşlar. Bundan sonra Elvinlə daha yaxın münasibətləri olmuş, mütəmadi olaraq görüşmüşlər. 2020-ci ilin oktyabr ayında Nabrandakı “Sunset” istirahət mərkəzində Elvinlə görüşdükdə otaqda Elvinlə spirtli içki qəbul etmiş, Elvin qaldıqları otaqda narkotik qəbul etmiş, Elvin orada ona ağ rəngli maddə göstərərək patı yəni narkotik olduğunu və yaxşı əhval verəcəyini bildirib çəkməsini təklif etmişdir. O, da Elvinlə razılaşmışdır. Daha sonra Elvin həmin maddəni falqanın üzərinə töküb altından alışqanla yandırmış və birlikdə tüstüsünü qəbul etmişlər. Yadında qaldığı qədəri ilə üç dəfə Elvinlə birlikdə narkotik vasitə qəbul etmişdir. Elvin onu 2020-ci ilin noyabr ayında Xaçmaz şəhərində yerləşən evlərinə də ailə üzvləri ilə tanış etmək məqsədilə aparmış, anası da onların evlənəcəklərini demişdir. 2020-ci ilin oktyabr ayının əvvəllərində Elvin ona ilk öncə Bakı şəhərində daha sonra isə Qusar rayonunda maşın təmiri üçün yer açmaq istədiyini, daha sonra isə Quba rayonunda maşın təmiri üçün yer açıb ona daha yaxın olmaq istədiyini və onunla birlikdə qalaraq həyatlarını davam etdirmək istədiyini bildirmişdir. Bunun üçün Elvin ona ilk olaraq 500 manat borc pul verməsini xahiş etmiş, o da Elvinə 500 manat pulu hazırda xatırlamadığı tanışlarından borc alaraq vermişdir. Bir neçə gün sonra isə təxminən 2020-ci ilin oktyabr ayının ortalarında Elvin ondan həmin maşın təmiri üçün açacağı yerə alətlər almalı olduğunu bunun üçün 250 manat pul lazım olduğunu demişdir. O, da yenidən pul taparaq Elvinə 250 manat məbləğində vermişdir. Elvin bir neçə gündən bir ondan öz işləri üçün pul lazım olduğunu bildirib 2020-ci ilin oktyabr ayının sonlarına kimi dəqiq xatırlamadığı tarixlərdə və məbləğlərdə olmaqla ümumilikdə 2000 manat pul götürmüşdür. O, həmin pulu Elvinə verən zaman ailə quracaqlarından arxayın olmuş və sonra lazım gələrsə ailələrinin özlərinə kömək edə biləcəklərini düşünmüşdür. Bunun üçün də borc pul alaraq Elvinə vermişdir. 2020-ci ilin oktyabr ayının sonlarında Elvin ondan yenidən pul istədikdə Elvinə borucunun olduğunu, artıq həmin borcları qaytara bilmədiyini bunun üçün ona verəcək pulunun olmadığını bildirmişdir. Bu zaman Elvin ona “tez ol mənim üçün pul tap, mənə pul tapmalısan” demişdir. O, Elvinə pul tapa bilməyəcəyini dedikdə, işi olduğunu götürmüş olduğu borcunu da qaytaracağını bildirmişdir. O, bir daha Elvinə pul tapa bilməyəcəyini demişdir. Bundan sonra Elvin ona “səninlə xoş danışdım” deyərək əgər pul tapıb verməsə onunla birlikdə olan zaman əxlaqsız videogörüntülər və şəkillər çəkdiyini, həmçinin birlikdə olduqları zaman onun telefonunu götürərək oradan əlaqə saxladığı bütün nömrələri götürdüyünü pul tapmayacağı halda həmin görüntü və şəkilləri də onun tanıdığı şəxslərə göndrərək onu rüsvay edəcəyini bildirmişdir. Bu zaman Elvinə “bizim şəxsi işlərimiz kimin nəyinə lazımdır, sən göndərib kimsə baxsada bu kimin nəyinə lazımdır” demişdir. Bu zaman Elvin ona birlikdə narkotik istifadə etdikləri zaman çəkdiyi videogörüntünün də olduğunu, bunu da Səhiyyə nazirliyinə deyəcəyi halda onun problem yaşayacağını və onu işdən çıxartdıracağını demişdir. Həmçinin ona “tanıdığın insanlar da sənin narkotik istifadə etdiyini bilsə sənə necə baxacaqlar” demişdir. Bir sözlə diplomunun əlindən alınacağını, heç yerdə işləyə bilməyəcəyini deyərək hədə qorxu gəlmişdir. O, ilk öncə Elvinin dediklərini ciddiyə almasa da, Elvin ona “sən kimə arxayın olub belə danışırsan sənin gəlib sümüklərini qıraram” demişdir. Bundan sonra artıq Elvinin həqiqətən də ciddi olaraq hədə qorxu gəldiyini anlamış və qorxaraq onun dediklərinə razı olub pul tapıb verəcəyini bildirmişdir. Bundan sonra, 2020-ci ilin oktyabr ayının sonlarında tanışı Almazdan nisyə qızıl zinət əşyaları götürüb 680 manata sataraq həmin pulu Elvinə vermiş, Elvin onu yenidən şantaj edərək pul istəmişdir. Bu minvalla Elvin ondan 2020-ci ilin oktyabr ayının sonlarından 16 mart 2021-ci il tarixədək olan müddətdə konkret olaraq xatırlamadığı tarixlərdə və məbləğlərdə olmaqla ümumilikdə 6.000 manat məbləğində pulu ondan götürmüşdür. Ümumilikdə, ilk götürdüyü 2.000 manatla birlikdə Elvin ondan 8.000 manat məbləğində pul götürmüşdür. Elvin 18 mart 2021-ci il tarixdə onu telefonuna təhqiredici sms mətnləri göndərmişdir. O artıq Elvinin dediklərinə dözə bilməmiş, bunun üçün də polisə müraciət etmək istəmişdir. 19 mart 2021-ci il tarixdə səhər saatlarında Elvin zəng edərək həmin gün saat 12-yə kimi ona 300 manat verməli olduğunu bildirmişdir. O, da artıq Elvinin dediklərini və pul tapa bilməyəcəyini düşünüb qorxaraq polisə gələrək bu barədə ərizə ilə şikayət etmişdir. Elvinə verdiyi pulları Həmidə, Marina və Aynurdan almış, hazırda da həmin şəxslərə borcu vardır. Təqsirləndirilən şəxsdən həmin pulları tələb edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2020-ci ilin oktyabr və ya noyabr ayında rayonun Aşağı Xuc kəndində yaşayan dayısı Akifin yaşadığı evə qonaq getmişdir. Həmin zaman orada tanıdığı Zərərçəkmiş şəxs da olmuşdur. Orada olduğu zaman dayısının gəlini olan Marina orada olan əvvəllər də tanıdığı Zərərçəkmiş şəxs pula ehtiyacı olduğunu, ona pul verməyisini ondan xahiş etmişdir. Həmin zaman Marinaya Firəngizə pul verə bilməyəcəyini demişdir. Bir neçə gün sonra isə Firəngiz iş yerinə gəlmiş və ondan 1000 manat məbləğində borc pul istəmişdir. Həmçinin həmin pulu 10 gün müddətinə qaytaracağını bildirmişdir. O, da Firəngizin pula ehtiyacı olduğunu düşünmüş və ona pul verməyə razılaşmışdır. Elə həmin zaman əgər varsa 2000 manat verməyini ondan xahiş etmişdir. O, da bir daha Firəngizlə razılaşmış və ona 2000 manat məbləğində pulu 10 gün müddətlik borc verəcəyini demişdir. Bir gün sonra isə özü üçün maaşından yığmış olduğu və yaşadığı evdə saxladığı 2000 manat məbləğində pulu iş yerinə gətirmişdir. Daha sonra isə Firəngiz gəlib həmin pulu ondan götürmüşdür. Lakin 10 gün və daha sonra isə bir müddət keçməsinə baxmayaraq Firəngiz həmin pulu ona geri qaytarmamışdır. O, bir neçə dəfə Firəngizə zəng edərək borc verdiyi pulu istədikdə bir müddət sonra ona pulu geri qaytaracağını bildirsə də bu günə kimi ondan götürmüş olduğu 2000 manat məbləğində pulu geri qaytarmamışdır. O, kiminsə Firəngizi şantaj edərək pulunu götürdüyünü eşitmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin mart ayının ortalarından tanımışdır. 2021-ci ilin mart ayının ortalarında Quba rayon, Nügədi yolu deyilən ərazidə özünə məxsus Mercedes 190 markalı minik avtomobili ilə taksi kimi işləmək məqsədilə dayandığı zaman sonradan Elvin yaxınlaşaraq avtomaşına əyləşmişdir. Ona Quba şəhəri ərazisində yerləşən ATS-in yanına getmək istədiyini bildirmişdir. O, razılaşıb Elvini Quba şəhəri ərazisində yerləşən ATS-in yanına aparmış, sonradan Elvin Xaçmaza getmək istədiyini bildirmiş, o, Elvini Xaçmaz şəhərinin mərkəzinə aparmşışdır. Həmin zaman Elvin onun telefonunu götürüb Quba rayonunda xalasıgilə gəldiyini, gəlib gedəndə maşın lazım olarsa zəng etmək istədiyini bildirmişdir. O, da Elvinə telefon nömrəsini vermişdir. Bir neçə gün sonra isə Elvin ona zəng edərək Quba şəhəri ərazisindəki köhnə avtovağzal adlanan yerdən dərman alıb Quba şəhəri ərazisində yerləşən ATS-in yaxınlığında yaşayan xalası kimi bildirdiyi şəxsə dərman aparmaq lazım olduğunu bildirmiş, o, da dərman alaraq Elvinin xalası kimi bildirdiyi şəxsə vermişdir. Təxminən 1-2 gün sonra Elvin yenidən zəng edərək Quba şəhəri ərazisində yerləşən “Safmet” klinikasından sənədlər götürüb xalasıgilə aparmaq lazım olduğunu demiş, o, da “Safmet” klinikasına gedib qəbul şöbəsindən verilən sənədləri götürüb ATS-in yaxınlığında həmin sənədləri Elvinə vermişdir. Sonuncu dəfə Elvin zəng edərək “Safmet” klinikasında işləyən Firəngiz adlı şəxsin ona 300 manat məbləğində pul verməli olduğunu demiş, o, da klinikaya gedib qəbul şöbəsində Firəngiz xanıma taksinin gəlməsini demişdir. Bundan sonra isə orada polis əməkdaşlarının olduğunu bilmişdir. Sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs “Safmet” klinikasında işləyən Firəngiz adlı qadından şantaj edərək pul tələb etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş qismində dindirilmiş Quba RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində göstərdi ki, 19 mart 2021-ci il tarixdə Quba rayon Aşağı Xuc kənd sakini Zərərçəkmiş şəxs rayon polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs onunla birgə cinsi əlaqədə olması və narkotik vasitə qəbul etmələrini özündə əks etdirən videogörüntüləri yayacağı ilə hədələyib pul tələb etməsini bildirdiyi üçün Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilən zaman isə üzərində narkotik vasitə saxlanılmasında şübhəli olduğu üçün şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra təhqiqatçı Fərid Rəcəbov vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində olan əşyaları çıxarıb təqdim etməsini xahiş etdiyindən Təqsirləndirilən şəxs ciblərindən çıxardığı əşyaları, o cümlədən əynində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindəki Rothmans markalı siqaret qutusunun sellofan örtüyünün altında qırmızı rəngli siqaret kağızına bükülmüş narkotik vasitəyə oxşar ağ rəngli kristalşəkilli kütlə və eləcə də 1 manatlıq kağız əskinazından hazırlanmış üzərində yanmış halda olan sellofan örtük çəkilmiş narkotik vasitə istifadə etmək üçün saxladığı trupkanı təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirildikdə başqa qanunsuz saxlanılan əşya, predmet vasitə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin vasitənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Daha sonra həmin psixotrop maddəyə oxşar kütlə elektron tərəzidə çəkildikdə kağız bükümlə birlikdə çəkisi 0,3 qram təşkil etmişdir. Aşkar edilmiş 01 ədəd kağız bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə və 1 manatlıq kağız əskinazından hazırlanmış narkotik vasitə istifadə etmək üçün nəzərdə tutulan trupka qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Quba RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid3, Şahid4 Şahid2lə oxşar məzmunlu ifadə verərək onun göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan edilərək araşdırılmış Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ifadəsində şahid Aynurə Məmmədova ilə eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs ümumilikdə 4500 manat borc pul verdiyi göstərmişdir. (i.v.203- 204) Məhkəmədə ifadəsi elan edilərək araşdırılmış Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, anası X2 ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamışdır. Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs təxminən 6 aydır ki, tanımışdır. Onunla normal münasibətləri olmuşdur. Düşməçilik və ya ədavəti olmamışdır. Həmçinin təxminən 1 ildir ki, narkotik vasitələrdən və patı kimi tanıdığı metamfetamindən istifadə edir. Elvini tanıdıqdan sonra onun da narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. İlk dəfə xatırladığı qədəri ilə 2020-ci ilin sentyabr ayında Elvinlə Quba şəhərində görüşdüyü zaman özündə patı olduğunu bildirib çıxarmış və ikisi də həmin patını falqa üzərində qızdırmaqla qəbul etmişlər. Daha sonra isə bəzi hallarda Elvin ona pul vermişdir ki, istifadə etmələri üçün metamfetamin alsın. O, da metamfetamin almış və çox hallarda birlikdə istifadə etmişlər. Demək olar ki, 10-15 gündə bir dəfə Elvinlə və ya tək metamfetamindən istifadə etmişdir. Elvini tanıdığı vaxtdan yəni 2020-ci ilin sentyabr ayından etibarən onun Firəngiz adlı qızla münasibətinin olduğunu bilmişdir. Bir neçə ay sonra isə təxmini 2020-ci ilin oktyabr-noyabr aylarında Elvinin pulu olmadığı vaxtlarda bir də Elvinin 200-300 manat pulla gəldiyini və patı alıb istifadə etmək istədiyini görmüşdür. O da Elvinin heç bir yerdə işləmədiyini bildiyi üçün hər dəfə də pulu olmayanda pul tapıb gəldiyindən, Elvindən pulu haradan aldığını soruşmuşdur. Elvin də həmin vaxtlarda ona pulu ya atasından aldığını, ya da ki, Firəngizdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pulu hansı yolla yəni Firəngizə nə deyərək almasını o bilməmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs özündə onunla cinsi əlaqədə olmasını və narkotik vasitə qəbul etməsini gizlicə özünə məxsus mobil telefonla çəkdiyini bildirərək həmin videogörüntüləri, onun qohumlarına və tanışlarına göstərib yayacağını deyib, barəsində rüsvayedici məlumatlar yayma hədəsi ilə 2020-ci ilin oktyabr ayının əvvəllərindən başlayaraq 16 mart 2021-ci il tarixədək olan müddət ərzində 8000 manat məbləğində pulunu ələ keçirməsi ilə bağlı məlumatı olmamışdır. Elvin bir neçə dəfə təxminən 200-300 manat məbləğində pulla onun yanına gəlmiş və həmin pulu da Firəngizdən aldığını bildirmişdir. Elvinin Firəngizdən pulu nə deyib almasını bilməmişdir. Hazırda xatırladığı qədəri ilə ilk dəfə olaraq 2020-ci ilin oktyabr ayında Elvin Firəngizdən pulu maşın təmiri üçün yer açacağını bildirərək aldığını demişdir. Bunda sonrakı vaxtlarda isə nə Elvin ona Firəngizdən pulu nə deyərək almasını bildirməmiş nə də ki, o Elvindən bu barədə soruşmamışdır. Təqsirləndirilən şəxs ona Zərərçəkmiş şəxsyla aralarında nə kimi münasibətlərinin olduğunu deməmişdir. Sadəcə onların münasibətinin olduğunu bilmişdir. Bir neçə dəfə də Firəngizlə Elvini birlikdə uzaqdan görmüşdür. O, Firəngiz adlı şəxslə ümumiyyətlə ünsiyyətdə olmamışdır. Onun bildiyi qədəri ilə də Firəngiz də onu tanımır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsyla bağlı ona videoçəkilişin olduğunu və ya bu barədə başqa nə isə deməmişdir. Elvin ümumiyyətlə ona Firəngizlə bağlı heç nə danışmamışdır. Sadəcə olaraq Elvinin Firəngizdən pul götürdüyünü bilmişdir. Həmin pulu da necə götürdüyünü bilməmişdir. Ona polis şöbəsində nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. (138) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxs, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 20 mart 2021-ci il tarixli, 6/1134 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində "Azerbaycan Respublikası DİN Zərflər üçün Nº67" dairəvi möhür əksi olan soyad və imzalar qeyd edilmiş iki zərfdə olan: üzərində "E.N. Nifteliyevin üzərindən şəxsi axtarış zamanı aşkar edilərək ... "sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd kağız bükümdə təmiz çəkisi 0,243 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə- Metamfetamin 2005-ci il 28 iyun tarixli Azerbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. Üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı götürülmüş 1 ədəd kustar üsulla hazırlanmış trubka" sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində olan bir ədəd bir manatlıq əskinazda narkotik vasite olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı və E.N. Niftəliyevin üzərindən aşkar edilmiş metamfetamin ilə müqayisəli tədqiqat aparılması mümkün deyildir. (cild 1 i.v. 31-34) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ambulator X1 Komissiyasının xx.xx.2021-ci il tarixli, 1671 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. (Cild 2 i.v. 23-24) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Ambulator X1 Komissiyasının xx.xx.2021-ci il tarixli, 2046 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 2 i.v. 21-22) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 21 may 2021-ci il tarixli, 1088 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs özündən uydurmağa təlqinə qapılmağa meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur. Psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs İdrak prosesləri( təfəkkür, qavrama, yaddaş və s) normaya uyğundur. (Cild 2 i.v. 5-8) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 27 may 2021-ci il tarixli 1128 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əqliintellektual imkanları normaya uyğundur. Hövsələsizlik, əsəbilik, tez özündən çıxmaq, inadkarlıq, konfliktə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. İdrak prosesləri( təfəkkür, qavrama, yaddaş və s) normaya uyğun olduğundan, o, iş üçün əhəmiyyət kəsb edən ghalları adekvat olaraq qavraya və bu barədə düzgün məlumat verə bilər. Belə qənaətə gəlinir ki, ona ittiham olunan cinayət hadisəsini törədən zaman, Təqsirləndirilən şəxs psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edən hər-hansı dəyişiklik yaranmamışdır. (Cild 2 i.v. 1-4) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barəsində olan arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatdadır. (Cild 2 i.v. 25-26) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, yaşadığı müddət ərzində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. (Cild 2 i.v. 27) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış protokoluna əlavə olunmuş bir ədəd DVD disk və üzləşdirmə istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 2 i.v. 35-50) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azerfon MMC-nin xx.xx.2021-ci il tarixli, AZF/LGL-11250/21 nömrəli məktubuna əlavə olunmuş DVD diskə və xx.xx.2021-ci il tarixli AZF/LGL-11251/21 nömrəli məktuba əlavə olunmuş DVD diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında mütəmadi telefon danışıqları və sms yazışmalarının olması və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs şantaj və hədə qorxu tələbini əks etdirən sms mətnləri yazması aşkar edilmişdir. (Cild 2 i.v. 35-50) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd kağız paketdə ekspert tədqiqatından sonrakı qalığı 0,193 qram olan psixotrop maddə metamfetamin, bir ədəd kustar üsulla hzırlanmış trubka və 1 ədəd 1 manatlıq əskinazdan burucuq vəziyyətinə salınmış predmet cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanılması üçün Quba RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (Cild 1 i.v. 87-88) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 109-110) Avropa İnsan Hüquqları Məhkəməsinin «Andandonskinin Rusiyaya qarşı» işi üzrə 28 sentyabr 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «sübutların mümkünlüyü» daxili (milli) qanunvericiliklə tənzimlənməsi nəzərə alınmaqla, müdafiə hüququna əməl edilməklə, ibtidai araşdırma mərhələsində əldə edilmiş, milli məhkəmələr tərəfindən sübut növü kimi qəbul edilmiş şahid ifadələri də məhkəmə baxışında sübut qismində istifadə oluna bilər. Buna görə məhkəmədə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahidlər Şahid5, Şahid7 və Şahid6 ifadəsini də ittihamın həlli üçün kifayət edən sübut növü kimi qiymətləndirilir. Məhkəmə, təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrini müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, təqsirləndirilən şəxsin öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Zərərçəkmiş şəxsin ifadəsi ilə yanaşı, təqsirləndirilən şəxsin törətdikləri cinayət əməlləri birbaşa olaraq Şahid1 ifadəsi, mobil operatorlardan götürülmüş yazışmalar ilə tam təsdiq olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməllərini törətməsi tam təsdiq olunur. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının 25 dekabr 1998-ci il tarixli, 2 nömrəli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, həmin Plenum qərarının 3-cü bəndinin ikinci abzasında göstərilmişdir ki, rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədəqorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Pelnum qərarının 3-1-ci bəndində isə qeyd olunmuşdur ki, hədə-qorxu ilə tələb etmə cinayəti əmlakın, ona olan hüququn real olaraq ələ keçirilməsindən, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsindən asılı olmayaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsində göstərilən məzmunda hədələri işlətməklə əmlakın (əmlaka olan hüququn) verilməsi, əmlak xarakteri daşıyan digər hərəkətin edilməsi barədə tələbinin zərərçəkmiş şəxsə çatdırıldığı andan başa çatmış hesab edilir. Bu səbəbdən təqsirkarın məqsədi ilə ehtiva olunan əmlakın bir hissəsinin real olaraq ələ keçirilməsi, digər hissəsinin əldə edilməsinin isə onun iradəsindən asılı olmayan səbəblərdən mümkün olmaması, əməlin ələ keçirilmiş əmlakın dəyərinə görə tövsif edilməsini, o cümlədən başa çatmayan cinayət (cinayətə cəhd) kimi qiymətləndirilməsini istisna edir. Bu halda əməl təqsirkarın məqsədinin hansı miqdarda əmlakın əldə edilməsinə yönəlməsindən asılı olaraq, yəni “xeyli miqdarda” əmlakın əldə edilməsinə yönəldildikdə Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi, “külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi, “xüsusilə külli miqdarda” əmlakın əldə edilməsinə yönəldikdə isə Cinayət Məcəlləsinin 182.4-cü maddəsi ilə tövsif olunmalıdır. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin metafetaminin təmiz çəkisi 0,243 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərinin ictimai təhlükəlilik dərəcəsini və xarakterini nəzərə almaqla yanaşı, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, ona qanunla müəyyən edilmiş qaydada, təqsirləndirildiyi maddələrin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın qanunda göstərilən məqsədlərinə nail oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmaması onun cəzasını yüngülləşdiriən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Quba Rayon Məhkəməsinin 21 mart 2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 19 mart 2021-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 19-20, 104-108) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla məhkəmə belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 19 mart 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 2046 №-li saylı rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmaqla ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Quba RPŞ-də saxlanılan –tədqiqat sonrası qalığı 0,193 qram olan psixotrop maddə metamfetamin, bir ədəd kustar üsulla hazırlanmış trubka məhv edilməli, 2 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 25 dekabr 1998-ci il tarixli, 2 nömrəli və «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 19 mart 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 65 (altmış beş) Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilisin. Maddi sübut olaraq Quba RPŞ-də saxlanılan –tədqiqat sonrası qalığı 0,193 qram olan psixotrop maddə metamfetamin, bir ədəd kustar üsulla hazırlanmış trubka məhv edilsin, 2 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar