Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-25/2024 15.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi – X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt Regional Vəkil Bürosunun vəkili, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi, Təqsirləndirilən şəxs1 müdafiəçisi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2, zərərçəmiş şəxs – Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə,
1. xx xxxx 1997-ci ildə Ağdam rayonu, Nəmirli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə,
2. xx xxxx 1997-ci ildə Şamaxı rayonu, Əngexaran kəndində doğulmuş, Azerbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Binəqədi rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Ağdam rayonu, Əngəxaran kəndində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşya tətbiq edərək, özgənin əmlakını ələ keçirmək məqsədi ile hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq və belə zorakılıq tətbiq edəcəyi hədəsi ilə bağlı basqın, yəni quldurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək tamah niyyətilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 20 aprel 2022-ci il tarixdə saat 01:30 radələrində Zərərçəkmiş şəxs transların paltarlarını soyunub-geyinmə yerini göstərmək adı ilə aldadıb Abşeron rayonu, Xırdalan şəhəri, “Şamlıq” adlanan kənar şəxslərin olmadığı qaranlıq yerə aparıb orada aralarında olan razılığa əsasən birlikdə yerə yıxdıqları Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla bağlı basqın etmişlər. Bu zaman Təqsirləndirilən şəxs1 üzərində silah qismində istifadə etdiyi bıçağı Zərərçəkmiş şəxs boğazına dirəmiş, qrup üzvü Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs ciblərini axtararaq onun üzərində olan bir ədəd 150 manat dəyərində olan «Samsung Galaxy J3» markalı mobil telefonunu və 45 manat məbləğində olan nağd pulu götürüb Təqsirləndirilən şəxs1 verdikdən sonra, sonuncu həmin bıçaqla Zərərçəkmiş şəxs sol arxa nahiyəsinə bir dəfə zərbə endirməklə, Zərərçəkmiş şəxs sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirib, zərərçəkmiş şəxsə məxsus mobil telefonu və nağd pulu ələ keçirərək, Zərərçəkmiş şəxs ümumilikdə 195 (yüz doxsan beş) manat məbləğində ziyan vurmaqla quldurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, Bakı şəhərinə işləmək üçün gəlmişdir. Təqsirləndirilən şəxs2 ilə Bakı şəhərinə gəldikdən sonra tanış olmuşdur və onunla birlikdə idman edirdilər. Təqsirləndirilən şəxs2 maddi imkansızlıqdan “Şamlıq” adlanan ərazidə gecələyirdi. 19 aprel 2022-ci il tarixdə saat 22:00-00:00 radələrində Bakı şəhəri, 20 Yanvar dairəsindən “Şamlıq” adlanan əraziyə piyada getmişlər. Yolda gedərkən Zərərçəkmiş şəxs ilə qarşılaşmışlar. Zərərçəkmiş şəxs ondan yaxınlıqda açıq market olubolmadığını və onun ünvanını soruşmuşdur. O, 150 metr məsafədə market olduğunu və onun da o istiqamətdə getdiyini bildirmişdir. Zərərçəkmiş şəxs ilə birlikdə market istiqamətində getmişlər, yolda gedərkən onunla söhbət etmişlər. Marketə çatdıqda Zərərçəkmiş şəxs marketə girməmiş və onunla gəlməyə davam etmişdir. “Şamlıq” adlanan əraziyə yaxınlaşdıqda Vəli adlı dostunun yolun qarşı tərəfində olduğunu və onunla tanış olmasını bildirmişdir. Həmin ərazidə cinsi azlıqlar əxlaqsız hərəkətlər ilə məşğul olurdular. Təqsirləndirilən şəxs2 da maddi imkansızlıqdan, qalmağa yeri olmadığından orada gecələyirdi. Onun cinsi azlıqlara qarşı aqresiyası olduğundan Zərərçəkmiş şəxs yanında cinsi azlıqların ünvanına nalayiq ifadələr səsləndirmişdir. Bu zaman Zərərçəkmiş şəxs ona etirazını bildirmiş və cinsi azlıqları müdafiə etmişdir. Bu səbəbdən onunla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla və bıçaqla xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs mobil telefonunu və pulunu götürməmişdir. Təqsirləndirilən şəxs2 ilə aralarında Zərərçəkmiş şəxs qarşı hər hansı cinayət törətməyə dair sövdələşmə olmamışdır. O, Zərərçəkmiş şəxs ilə mübahisə edərkən və onu vurarkən Təqsirləndirilən şəxs2 ona heç bir köməkliyi olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 ilə onların aralarında təxminən 10-15 metr məsafə olmuşdur. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, 19 aprel 2022-ci il tarixdə gecə saat 23 radələrində Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “Şamlıq” deyilən ərazidə piyada gəzişmişdir. Piyada gəzə-gəzə Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən “Bazar Store”un qarşısına gəlib çıxmışdır. Piyada gəzən zaman qarşısına sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs çıxmışdır. O, Tərlanla üzbə-üz gələn zaman onunla salamlaşmışdır. O da tək gəzdiyi, Tərlan da tək gəzdiyi üçün düşünmüşdür ki, söhbət edə-edə birlikdə gəzişsinlər. Beləcə söhbətləri başlamışdır. Onlar da söhbət edə-edə gəzişib Rahat marketin yanına çatmışlar. Rahat marketin qarşısına çatanda Tərlana təklif etmişdir ki, yolda olan yolüstü keçidin üstündən yolun digər tərəfinə keçib oradan piyada geri qayıdarlar. Tərlan da onunla razılaşmışdır. Onlar birlikdə piyada həmin piyada keçidini yolun “Şamlıq” olan hissəsinə keçmişlər. Keçiddən düşən kimi onların qarşılarına trans çıxmışdır. Trans onları görüb onlara salam vermişdir. Tərlan ondan nə baş verdiyini soruşanda o, Tərlana demişdir ki, translar gecələr bura, yəni “Şamlıq” deyilən əraziyə yığışırlar. Tərlan isə ona bildirmişdir ki, cinsi azlıqların hüquqlarını müdafiə etdiyi üçün transların həyatı ona maraqlıdır. Buna görə də o, Tərlana təklif etmişdir ki, qarşıda olan Xocahəsən yolunun kənarında yerləşən YDM-in yaxınlığına translar çox yığışır, ora gedib orada onları görmək olar. Tərlan da onun təklifi ilə razılaşıb YDM-in içi ilə həmin translar yığışan yerə getmişlər. Təxminən translar yığışan yerə 20-25 metr aralıda olan zaman o, Tərlana demişdir ki, «sən burda gözlə mən translara yaxınlaşıb gəlirəm». O, Tərlandan aralanan vaxtı həmin bu Vəlini de Şamlıq deyilən ərazidə görmüşdür. Vəli onları görüb onlara yaxınlaşmışdır. Orada bir az cinsi azlıqlar əsas da translar barəsində bir az söhbət etmişlər. Söhbət zamanı Vəli Tərlana təklif etmişdir ki, yaxınlıqda transların paltarlarını soyunub geyinmə yeri vardır, əgər Tərlana maraqlıdırsa həmin yeri göstərə bilər. Tərlan da Vəlinin təklifi ilə razılaşmış və hər üçü birlikdə Şamlığın içi ile Xırdalan şeheri istiqamətinə getmişlər ki, transların soyunub geyinmə yerinə baxsınlar. O, Vəlini görəndə onlar iki nəfər olduqları üçün düşünmüşdür ki, Tərlanı təkləyib soymaq olar. Bunu Vəliyə sakitcə bildirmişdir. Vəli də onunla razılaşmışdır. Təxminən bir neçə metr uzaqda ağaclığın sıx olan yerinin girişində ağaclardan asılmış kişi və qadın paltarları vardır. Vəli həmin yeri göstərib bildirmişdir ki, həmin yer transların paltarlarını deyişmə yeridir. Həmin yer cəmiyyətdən uzaq yer olduğu üçün düşünmüşdür ki, Tərlanı burda soymaq olar. Ona görə de Tərlan həmin yerə baxaraq başı qarışan zaman, o, Tərlanın qolundan tutub özünə dartmışdır. Lakin Tərlan onun əlindən çıxıb qaçmışdır. O, dərhal Vəliyə demişdir ki, tez Tərlanın dalınca qaçıb sonuncunu tutsun. O da elə Tərlanın dalınca qaçmışdır. Tərlan elə 10-15 metr qaçıb uzaqlaşmışdır ki, yerə yıxılmış və Vəli Tərlanı tutmuşdur. Sonra da o, onlara çatmışdır. Tərlan üzü üstə yerə uzanmışdır. O, Tərlan arxası üstə yerə uzandırıb, boğazına bıçağı dirəyib Vəliyə demişdir ki, Tərlanın üstünü axtarsın. Vəli də Tərlanın ciblərinə girib 45 manat pul və 1 ədəd Samsung Galaxy J3 markalı mobil telefon çıxarmışdır. X5 mobil telefonu istəmişdir. X6 mobil telefonu verməmişdir. Veli Tərlandan telefon və pulu alandan sonra artıq ayaq üstə olmuşdur. Tərlan Vəlidən telefonu istəyəndə Vəli Tərlana təpik vurub sonuncunu yerə yıxmışdır. O da bıçaqla Tərlanın arxa nahiyəsindən bıçaqla vurmuşdur. Ondan sonra isə onlar Vəli ilə qaçıb getmişlər. Veli telefonu ona vermiş, pul isə özündə qalmışdır. Həmin telefonu isə o, tanımadığı şəxsə satmışdır. Telefonu satdığı şəxsə telefonun ona məxsus olduğunu demişdir. Bıçağı isə hazırda yeri yadında qalmayan yerə atmışdır. (Cild 1, iş vərəqləri 151- 153) Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəsi ilə mübahisə etdikdən sonra onlardan ayrılıb Bakı şəhərinə gəlmişdir. Bir müddət idi ki, Bakı şəhərində olmuş, lakin qalmağa yeri yox olmamışdır. O da “Şamlıq” adlanan ərazidə qalmışdır. Təqsirləndirilən şəxs1 da tez-tez gəlib ona pul, siqaret və s. vermişdir. Bir gün Təqsirləndirilən şəxs1 yenə onun yanına gəlmişdir. Həmin vaxt onun Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini görmüşdür. Mübahisə zamanı onların yanında olmamışdır. O, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs bıçaqla vurduğunu görməmişdir. Zərərçəkmiş şəxs vurmamış, yaxud onu tutub saxlamamışdır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, Azərbaycan Respublikası CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhərində yaşamağa yeri olmadığı üçün gündəlik 2-3 manatlıq olan evlərdə qalmışdır. Təxminən son 5-6 ay olar ki, Abşeron rayonu ərazisində yerləşən “Şamlıq” deyilən yerdə gecələmişdir. Gecəsinin gündüzünün əksəriyyətini də orada keçirmişdir. O, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla da aralarında heç bir ədavət və düşmənçiliyi yoxdur. 20 aprel 2022-ci il tarixdə saat 01 radələrində o, “Şamlıq” deyilən ərazidə tək özü üçün gəzişmiş, həmin vaxt Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 gəzişmişlər. Kənanı Şamlıqda dayanan cinsi azlıqların yanında tez-tez görmüşdür. Bir neçə dəfə də oturub çay içmişlər. Beləcə tanışlıqları yaranmışdır. Onlar gəzişən zaman Kənan Tərlanın yanından aralaşıb cinsi azlıqlar duran yerə tərəf getmişdir. O, Tərlana tərəf yaxınlaşmış və Kənanın dalınca baxıb Tərlanın eşidəcəyi səslə cinsi azlıqlara qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. Kənan da onunla Tərlanın yanına gəlib özü də cinsi azlıqları qınayaraq onları söymüşdür. Həmin vaxt Tərlan Kənana etiraz edib transları nə üçün söydüyünü soruşmuşdur. Kənan da mübahisə etməyib demişdir ki, hərənin öz həyatı vardır, özləri bilərlər necə yaşayırlar. O da onlarla həmfikir olub heç bir söz deməmişdir. Bu qaydada onların söhbətləri başlamışdır. Onlar söhbət edən zaman Tərlana bildirmişdir ki, yaxınlıqda transların paltarlarını soyunub geyinmə yeri vardır, istəsə ona həmin yeri göstərər. Bu Tərlana maraqlı gəldiyi üçün sonuncu onun təklifi ilə razılaşıb, hər üçü birlikdə Xırdalan şəhəri istiqamətinə getmişlər ki, transların soyunub geyinmə yerinə baxsınlar. Təxminən 10-12 metr uzaqda ağaclığın sıx olan yerinin girişində ağaclardan asılmış kişi və qadın paltarları olan yeri Tərlana göstərmişdir. Tərlan həmin yerə baxan zaman o, əyilmiş formada dayanmışdır. Tərlanla Kənan isə ayaq üstə normal söhbət etmişlər. Onlar normal söhbet edən zaman, anidən Kənan Tərlanın qolundan möhkəm yapışaraq tutub özünə tərəf dartmaq istəyən zaman Tərlan Kənana müqavimət gösterib elindən çıxıb qaçmışdır. Hadisə bir anın içində baş olduğu üçün o, nə baş verdiyini başa düşməmişdir. Kənan ona qışqırmışdır ki, Tərlanı tutsun. O da Kənanın sözü ile Tərlanın dalınca qaçmışdır. Tərlan elə təxminən 10 metr heç qaçmamışdır ki, ayağı ilişib yerə yıxılmışdır. O da Tərlandan tutmuşdur ki, ayağa qalxıb qaçmasın. Ondan sonra Kənan da onlara gəlib çatmışdır. Tərlan yerdə ağzı üstə uzanmışdır. Kənan Tərlana çatıb sonuncunu yerdə beli üstə uzandırıb boğazına bıçaq dirəmişdir. Kənan ona Tərlanın üstünü axtarmağı əmr etmişdir. O da Kənanın sözü ilə Tərlanın üstünü axtarmağa başlamışdır. O, Tərlanın şalvarının sağ cibindən 1 ədəd Samsung Galaxy J3 markalı mobil telefon, şalvarın sol cibindən isə 45 manat pulu götürmüşdür. Həmin telefon və pulu Tərlanın üstündən götürəndən sonra oradan uzaqlaşmaq istəmişdir. Həmin vaxt Tərlan ondan xahiş etmişdir ki, pul lazım deyil heç olmasa telefonunu qaytarsın. Onun Tərlana yazığı gəldiyi üçün sonuncunun telefonunu Tərlana tərəf uzatmışdır ki, qaytarsın. Lakin Kənan telefonu ondan istəmişdir ki, Tərlana verməsin. O da telefonu Kənana vermişdir. Ondan sonra o, pul cibində oradan qaçıb çıxıb getmişdir. Ondan sonra isə onun olanlardan xəbəri olmamışdır. Həmin hadisədən sonra o, bir neçə dəfə Kənanla görüşmüşdür. Lakin Kənan ona Tərlanı bıçaqla vuraraq xəsarət yetirdiyini deməmişdir. Ola bilsin ona görə deməmişdir ki, o, birdən haradasa söhbət edən zaman ağzından qaçırar. O, Təqsirləndirilən şəxs1 harada olduğunu bilmir. Kənanı görsə tanıyar. (Cild 1, iş vərəqləri 241-243) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, cinsi azlıqların hüquq müdafiəçisidir. Hadisənin baş verdiyi tarixi dəqiq olaraq xatırlamır. Hadisə təxminən 2022-ci ilin qış aylarında baş vermişdir. Hadisə baş verdiyi gün Bakı şəhəri, Binəqədi rayonu ərazisində yaşadığı məhəllədə gəzirdi. Təqsirləndirilən şəxs1 ona yaxınlaşaraq, ona tanış gəldiyini bildirmişdir. O da hazırki yaşadığı məhəlləyə yeni köçdüyünü və s. demişdir. Beləliklə, həmin vaxt aralarında ünsiyyət yaranmış və Təqsirləndirilən şəxs1 da onunla birlikdə gəzməyə başlamışdır. O, Təqsirləndirilən şəxs1 günün 24 saatı ərzində açıq olan market ünvanı soruşmuşdur. Onlar həmin market istiqamətində irəliləyirdilər. Söhbət zamanı Təqsirləndirilən şəxs1 ona ünvan qeyd edərək, orada cinsi azlıqların dayandığını bildirmişdir. O da onların qeyd edilən ünvanda soyunub-geyinmə otaqlarının şəraiti və s. ilə tanış olmaq istəmişdir. Onlar həmin istiqamətdə getmişlər. Oraya çatdıqda Təqsirləndirilən şəxs1 cinsi azlıqlarla bir müddət ünsiyyətdə olmuşdur. Hiss olunurdu ki, Təqsirləndirilən şəxs1 onlarla əlaqəsi vardır. Onlar yolda gələrkən cinsi azlıqlar barəsində söhbət etdikdə, Təqsirləndirilən şəxs1 onların ünvanlarına nalayiq ifadələr səsləndirmişdir. Ona Təqsirləndirilən şəxs1 əvvəl onları təhqir etməsi, daha sonra onlarla ünsiyyətdə olması maraqlı gəlmişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs2 oraya gəlmişdir. Təqsirləndirilən şəxs2 da cinsi azlıqların ünvanlarına nalayiq ifadələr səsləndirmişdir. O, Təqsirləndirilən şəxs1 cinsi azlıqların soyunub-geyinmə otaqlarının şəraiti barədə maraqlandığını demişdir. Onlar onu cinsi azlıqların soyunub-geyinmə otağına aparmışlar. Onlar cinsi azlıqların soyunub-geyinmə otağına getdikdə, aralarında heç bir mübahisə yaranmamış və oraya sakit şəkildə keçmişlər. Orada olan zaman qəflətən Təqsirləndirilən şəxs1 ona heç bir səbəb olmadan yumruq zərbəsi endirmişdir. Təqsirləndirilən şəxs2 isə onu tutmağa başlamışdır. Əvvəlcə o, onların əlindən qaçmaq istəmişdir, lakin bacarmamışdır. Həmin vaxt cibində 45 manat məbləğində pulu var idi. Onlar cibindəki pulunu çıxarmağını tələb etmişlər. O, onlara qarşı heç bir tabesizlik göstərməmişdir. Onlar onun mobil telefonunu da götürmüşlər. Heç olmasa, mobil telefonunu ona qaytarmağını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 qaytarmaq istəsə də, Təqsirləndirilən şəxs1 buna icazə verməmişdir. Təqsirləndirilən şəxs2 pulu götürüb uzaqlaşmışdır. Orada Təqsirləndirilən şəxs1la o qalmışlar. Təqsirləndirilən şəxs1 bıçağı çıxarıb onun arxa nahiyəsinə vurmuşdur. Təqsirləndirilən şəxs1 bıçaqla arxa nahiyəsindən onu təhqir etmək məqsədilə vurmuşdu. Təqsirləndirilən şəxs1 onu bıçaqla vuran zaman Təqsirləndirilən şəxs2 orada olmamışdır. Təqsirləndirilən şəxslər tərəfindən götürülmüş mobil telefonu hələ də tapılmamışdır. Təqsirləndirilən şəxslərlə barışmamışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 25 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən 4 nəfər şəxsi nəzərdən keçirib ona təqdim edilən şəxslərin arasında sırada soldan 3-cü yerdə durmuş şəxs olan Təqsirləndirilən şəxs2 göstərərək, qara rəngli saçından, üz quruluşundan və səsindən 20 aprel 2022-ci il tarixdə ona qarşı quldurluq cinayət əməlini törətmiş şəxsin həmin şəxs olduğunu bildirmişdir. (Cild 1, iş vərəqləri 48-49) “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 27 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilən 4 nəfər şəxsi nəzərdən keçirib ona təqdim edilən şəxslərin arasında sırada soldan 3-cü yerdə durmuş şəxs olan Təqsirləndirilən şəxs1 göstərərək, qara rəngli saçından, üz quruluşundan və səsindən 20 aprel 2022-ci il tarixdə ona qarşı quldurluq cinayət əməlini törətmiş şəxsin həmin şəxs olduğunu bildirmişdir. (Cild 1, iş vərəqləri 121-122) Məhkəmə-tibbi ekspertizasının 30 İyun 2022-ci il tarixli, 1114 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət-sol sağrı nahiyəsinin deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsirindən onun xx.xx.2022-cİ il tarixdə törənmişdir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərervurmaya aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla vurulan bir zərbənin təsirindən əmələ gələ bilərdi. (Cild 1, iş vərəqləri 196-197) Məhkəmə, təqsirləndirilən şəxslərin onların aralarında Zərərçəkmiş şəxs qarşı hər hansı cinayət törətməyə dair sövdələşmə olmaması, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs mobil telefonunu və pulunu götürməməsi, Zərərçəkmiş şəxs ilə mübahisə edərkən və onu vurarkən Təqsirləndirilən şəxs2 ona heç bir köməkliyinin olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməllərini törətməsini tam sübuta yetirilmiş hesab edir. Bu səbəbdən məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı verdiyi ifadələrini daha obyektiv və işin hallarına uyğun olan ifadə kimi qəbul edir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin özlərinin və bir-birilərinin müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdikləri əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlərlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, məhkəməyə verildikləri maddələrinin sanksiyaları həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamələrin cavabından görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Ağdaş rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilmiş şəxs hesab olunur. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin “məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir” tələbinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxs kimi tanıyır. Təqsirləndirilən şəxs1 isə sonuncu dəfə Binəqədi rayon məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (Cild 1, iş vərəqləri 172-175) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilmədiyindən o, hazırkı iş üzrə məhkum olunmuş şəxs hesab olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda yenidən qəsdən cinayətlər törətdiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1.1-ci maddəsinə əsasən onun əməllərində cinayətlərin residivinin olması müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edilir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Təqsirləndirilən şəxs1 isə Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələblərinə əsasən təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 24 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 25 iyun 2022-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 91-94) Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 26 iyun 2022ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərarı ilə əvvəli tutulduğu tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq qəti cəzanın çəkilməsi müddətinin başlanğıcı 24 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməsi müddətinin başlanğıcı 26 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxslər barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən etməmişdir. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən məhkəmə qeyd edir ki, iş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmənin qərarı ilə onların məhkəmədə hüquqlarının müdafiəsi üçün dövlət büdcəsi vəsaiti hesabına müdafiəçilər təyin etdilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» xx.xx.2001ci il tarixli, 31 nömrəli Qərarına və həmin Qərara dəyişiklik edilməsi haqqında Nazirlər Kabinetinin 19 noyabr 2020-ci il tarixli, 452 nömrəli Qərarına görə müdafiəçinin (vəkilin) hüquqi yardımın göstərilməsi ilə bağlı təqdim etdiyi hesabata uyğun olaraq ödənilməli məbləğ cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı əsasında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Odur ki, məhkəmə mərhələsində təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 24 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 26 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.