Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-25/2025 10.03.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X11 (sədrlik edən), X6 və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçilər – “Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi6 Babalı oğlunun və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, xx.xx.1990-cı ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanda yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1967-ci ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin cəzanın 02 il 07 ay 23 gününü çəkməmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, ünvan 2 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, xx.xx.1982-ci ildə Dəvəçi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 3 ünvanda yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə günorta saatlarında ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan tanışı Təqsirləndirilən şəxs2 01 ədəd bükümdə ümumi təmiz çəkisi 0,569 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 10 manat müqabilində əldə edərək üzərində qanunsuz olaraq daşıyaraq saxlamış, Şabran RPŞ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Şabran şəhəri, Z.Əliyeva küçəsində saxlanıldığı vaxt üzərində qanunsuz olaraq narkotik vasitələri gəzdirməsində şübhəli olduğundan Şabran RPŞ-nə gətirilməklə xx.xx.2023-cü il tarixdə, saat 22:15-dən 22:25-dək üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısaqol gödəkcənin sol yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,257 qram, 0,161 qram və 0,151 qram olmaqla ümumi təmiz çəkisi 0,569 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən ümumi təmiz çəkisi 0,569 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq satış məqsədilə əldə edərək üzərində qanunsuz daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə günorta saatlarında həmin bir ədəd bükümdə ümumi təmiz çəkisi 0,569 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini tanışı Təqsirləndirilən şəxs1 10 manat müqabilində yaşadığı evin, yəni ünvan 6 ünvanının yaxınlığında satmış, bundan başqa xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 4 ünvanında qeydiyyatda olan və yaşayan tanışı Təqsirləndirilən şəxs3 yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs3 iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,632 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini 20 manat müqabilində əldə edərək üzərində qanunsuz olaraq daşıyaraq saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Şabran RPŞ-nin NH-nə gətirilməklə NH-də üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli köynəyin sol sinə cibindən 02 ədəd bükümdə ayrıayrılıqda çəkiləri 0,306 qram və 0,326 qram olmaqla ümumi təmiz çəkisi 0,632 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,216 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində qanunsuz daşıyaraq ünvan 4 ünvanında yerləşən yaşadığı evdə saxlamış, həmin narkotik vasitədən xx.xx.2023-cü il tarixdə, səhər saatlarında iki ədəd bükümdə ümumi təmiz çəkisi 0,632 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini tanışı Təqsirləndirilən şəxs2 20 manat müqabilində yaşadığı evin, yəni Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 4 ünvanının yaxınlığında satmış, bundan başqa xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Şabran RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 4 ünvanında yaşadığı evə baxış keçirilən zaman evin ikinci mərtəbəsindəki yataq otağındakı şkafdan 01 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən ümumilikdə altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,303 qram, 0,292 qram, 0,176 qram, 0,228 qram, 0,490 qram, 0,095 qram olmaqla ümumi təmiz çəkisi 1,584 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona qarşı elan edilmiş ittihamda təqsirli bilərək sərbəst ifadəsində və ona verilən suallara cavab olaraq göstərdi ki, o, Təqsirləndirilən şəxs2ı rayon sakini kimi tanıyıb. O Elxandan bir büküm narkotik vasitə olan heroin alıb. O, 01 apreldə tutulan zaman üzərindən Elxandan aldığı yarım set narkotik çıxıb, həmin narkotiki Təqsirləndirilən şəxs2 aldığını bildirib və o, tutulduğu vaxtdan təxminən bir ay keçdikdən sonra Elxan da tutulub. Tutulana qədər təqribi 5 ay “kakos” istifadə edirdi. Özü günəmuzd fəhlə işləyir. Tutulma tarixi və yeri ittiham aktında göstərildiyi kimidir. Onun üzərində 0,569 qram narkotik vasitə olub, polis şöbəsində heç kim ona təzyiq göstərməyib ki, yalandan Elxanın adını versin. Elxana həmin bir büküm narkotik vasitə üçün 10 manat pul verib. Elxanı “malsatan” (narkotik vasitələrin satışı ilə məşğul olan şəxs) kimi tanıyıb. Elxan narkotik vasitəni ona öz məhəllərində satıb, həmin narkotik vasitəni 2-3 dəfə istifadə edə bilərdi. Üzərinə baxış polis şöbəsində keçirilib. Qoluna qandal vurmayıblar, həmçinin saxlanılarkən və barəsində cinayət işinin istintaqı aparılarkən heç bir fiziki və ya psixi təzyiqə də məruz qalmayıb. Polis əməkdaşları polis şöbəsində onu güddüklərini və onsuz da narkotik vasitəni Elxandan aldığını bildiklərini deyiblər. Polis şöbəsində onu 48 saat saxlayıblar. Elxan ona narkotik vasitəni 1 bükümdə satıb, o özü həmin narkotiki 3 hissəyə ayırıb. O, Zauru tanımayıb. O, ifadə verərkən heç kim ona istiqamət verməyib, o, nə bilirsə, müstəntiqə də onu deyib. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona qarşı elan edilmiş ittihamda təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən suallara cavab olaraq göstərdi ki, o, nəinki, 2023-cü ilin aprelin 1-i, heç vaxt Orxana mal satmayıb. O, özü “nəşə” çəkən olub. Onu 2023-cü il mayın 16-sı rayonda mağazadan çıxanda polislər onun saxlayıb şöbəyə aparıblar. Şöbədə üzərinə baxış keçiriblər, amma üzərindən heç nə aşkar olunmayıb. Bir neçə saat sonra narkotik vasitə gətiriblər və guya onu tutduqları yerdən tapdıqlarını deyiblər. Onun Orxanla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Tutulana qədər təqribi 4-5 il narkotik vasitə – marixuana istifadə edib. Əvvəl 234.1-ci maddə ilə məhkumluğu olub. Həmin məhkumluğu narkotik vasitə heroindən istifadə ilə bağlı olub. Orxanı tanıyır, amma onların yaşayış yeri yaxın deyil. Orxanla birlikdə narkotik qəbul etməyib, heç Orxanın narkotik vasitə istifadəçisi olduğunu bilməyib. Orxanın verdiyi ifadə düz deyil, o, Orxana heç vaxt narkotik vasitə satmayıb, Orxanın onun üzünə durmasının səbəbini izah edə bilmir. Təqsirləndirilən şəxs3 tanıyır, heç vaxt Zaurla birlikdə narkotik qəbul etməyib. Öz istifadəsi üçün marixuana lazım olanda başqa yerdən tapıb, Zaur heç vaxt ona narkotik vasitə verməyib, Zaurun narkotik vasitə istifadəçisi oluğunu da bilməyib. İbtidai istintaq zamanı konkret xatırlamadığı şəxslərin təsir və təzyiqi altında olduğundan həmin dövrdə verdiyi ifadəsində Zaurdan narkotik vasitə aldığını deyib. Barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə burda dediklərini deməyib. Polis şöbəsində heç kim ona fiziki təzyiq göstərməyib, amma ifadəsini məcburiyyət qarşısında psixoloji təzyiq altında verib. Videoçəkiliş zamanı təqim etdiyi narkotiki onun cibinə polis əməkdaşları qoyublar. O, Orxana narkotik vasitə satmayıb. 3 övladı var, biri hərbiçidir. Narkotik istifadə etdiyi üçün peşmandır. Zaur ona narkotik vasitə satmayıb. Polis şöbəsinin əməkdaşlarının onunla hansısa problemi olduğunu düşünmür. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, onun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ilkin ifadəsi elan olunaraq tədqiq olunmuş, təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroindən bir neçə dəfə istifadə etmişdir. Əvvəllər narkotik vasitələrin istifadəçisi kimi məhkumluğu olmuşdur. Təqsirləndirilən şəxs1 tanıyır və münasibətləri normal olmuşdur. Orxanın narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olub və birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmişlər. 2023-cü ilin mart ayının sonlarında Şabran şəhəri ərazisində avtovağzal adlanan yerin yaxınlığında axşam saatlarında gəzən zaman yerdə siqaret qutusu görüb həmin siqaret qutusunda siqaret dənələrinin olmasını güman edib və həmin siqaret qutusunu götürüb içərisinə baxan zaman görmüşdür ki, siqaret qutusunun içərisində 02 ədəd büküm vardır. Bükümlərin içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olmasını aşkar etmişdir. Əvvəlcə kənara baxaraq heç kimin olmadığını görüb 02 ədəd bükümü siqaret qutusunun içərisindən götürərək şalvarının cibinə qoyaraq oradan uzaqlaşıb yaşadığı evə getmişdir. Yaşadığı evdə olan vaxtlarda isə tapdığı 02 ədəd içərisində "kakos” kimi tanıdığı narkotik maddəni köynəyinin cibində saxlamışdır ki, evdə heç kim bilməsin. Daha sonra həmin narkotik maddə olan "kakos”dan bir dəfə istifadə etdikdən sonra digər bükümdə narkotik maddəni köynəyinin cibində saxlamışdır ki, sonralar yenə də istifadə etsin. xx.xx.2023-cü il tarixdə Orxan ona zəng edərək yaşadığı evdə olmasını və onunla görüşmək istədiyini demişdir. O da evinin yaxınlığında Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Orxan ağrıları olduğunu və narkotik vasitə istifadə etmək istədiyini, lakin narkotik vasitə tapa bilmədiyini demişdir. O da cibində olan bir ədəd bükümü Orxana vermiş və əvəzində heç bir şey almamışdır. Bundan başqa, narkotik vasitədən istifadə etdiyi üçün ağrıları olurmuş və tanışı Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə etdiyini bildiyi üçün xx.xx.2023-cü il tarixdə, səhər saatlarında Zaura zəng edərək narkotik vasitə olan heroin istəmişdir. Bu məqsədlə Zaurun yaşadığı evin yaxınlığına gəlmiş və Zaurla görüşmüş, Zaur ona 02 ədəd bükümdə narkotik vasitə olan heroin vermiş və o da əvəzində Zaura 20 manat pul vermişdir. Zaurdan heroini aldıqdan sonra istifadə etmək üçün 02 ədəd bükümdə olan heroini əynində olan boz rəngli köynəyin sol sinə cibinə qoymuşdur. xx.xx.2023-cü İl tarixdə, təxminən saat 13 radələrində Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirərək onu Şabran RPŞ-nə dəvət etmişlər. O da polis əməkdaşları ilə birgə Şabran RPŞ-nə gəlmiş, Şabran RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Daha sonra isə Şabran RPŞ-nin Növbətçi Hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan boz rəngli köynəyin sol sinə cibindən 20 manat müqabilində Təqsirləndirilən şəxs3 aldığı 02 ədəd büküm aşkar olunmuşdur. O, həmin maddənin narkotik vasitə olduğunu, Təqsirləndirilən şəxs3 20 manat müqabilində aldığını və özü istifadə etməyi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 02 ədəd büküm kağız zərfdə qablaşdırılmış, üzərinə möhür vurulmuş, o və digər iştirakçılar həmin zərfə imza etmişlər, şəxsi axtarış zamani üzərindən aşkar edilmiş 02 ədəd bükümdə olan heroini xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs3 20 manat müqabilində almışdır. Şəxsi axtarış zamanı video çəkiliş aparılmış və protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 özünü ona qarşı elan edilmiş ittihamda təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən suallara cavab olaraq göstərdi ki, 2023-cü il may ayının 16-sı o, evdə olan zaman polis əməkdaşları evinə gəlib onu polis şöbəsinə aparıblar və orada ona guya Elxana “mal” (narkotik vasitə) satdığını deyiblər. O, inkar etdikdə, buna görə ona təzyiq göstəriblər. Polis şöbəsində digər otaqdan Elxanı gətiriblər və Elxandan soruşduqda Elxan “hə, Zaurdan mal almışam” deyib. O da bundan sonra heç nə deməyib. Bundan sonra onu təzədən evə aparıblar, baxış keçirmək üçün evi gəziblər, bu zaman orada vəkil də olub. Evdəki şkafın siyirməsindən siqaret qutusu çıxarıblar, amma siqaret qutusunun içi boş olub. Sonradan polis əməkdaşı siyirmənin içinə narkotik vasitə qoyub, o da vəkilə “o narkotiki özü qoydu ora” deyib. Evinə baxış keçirilən zaman videoçəkilişi “Araz” adlı şəxs aparıb. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirdi ki, tutulana qədər Bakıda tikinti şirkətində işləyib, Bakıda yaşayıb, aylıq 600 manat maaş alıb. Yoldaşı işləmir, anası təqaüdçüdür. Ailənin tək qazanc yeri odur. Tutulana qədər “kakos” istifadə edib. İstifadə etdiyi “kakos”u 10-15 manata alıb və onu 3-4 gün istifadə edib. Narkotikə 1 aya təxminən 100 manat pul verib. Ona qarşı fiziki təzyiq olub, lakin gözlə görünən xəsarətləri qalmayıb. Narkotiki evinə müstəntiq Əhməd qoyub. Cəmil adlı polis əməkdaşının onunla qərəzçiliyi olub, güman edir ki, bu işi Cəmil təşkil edib. Lakin bu qərəzçiliyin səbəbini bilmir. O, heç vaxt Elxana narkotik vasitə satmayıb. Video çəkiliş vaxti həm asma xəstəsi olduğundan, həm də həyəcanlı olduğundan sifət nahiyəsində qəribə hərəkətlər edir. Həmin qəribə hərəkətlərin səbəbi narkotikin qəbul edilməsinin vaxtının çatması ilə də bağlı ola bilərdi. Lakin hazırda uzun müddət həbsdə olduğundan belə hallar baş vermir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir. Lakin həmin ifadəni özü imzalayıb. Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında ziddiyyət olduğundan, onun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələri elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroindən bir neçə dəfə istifadə etmişdir. Təqsirləndirilən şəxs2 tanıyır və münasibətləri normal olmuşdur. Elxanın narkotik vasitələrdən istifadə etməsi barədə məlumatı olmuşdur. xx.xx.2023-cü il tarixdə Elxan ona zəng edərək narkotik vasitə istədiyini bildirmişdir. O da Elxanla yaşadığı evin yaxınlığında görüşmüş və 20 manat müqabilində Elxana 2 ədəd bükümdə narkotik vasitə olan heroin satmışdır. Təqsirləndirilən şəxs3 təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsində yuxarıda elan olunan şübhəli şəxs qismində verdiyi ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq bildirmişdir ki, evində baxış keçirilən zaman tapılan narkotik vasitələr ona məxsus deyildir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğundan onun saxlanılması üçün əməliyyat qrupu yaradılıb. O, əməliyyat qrupunun digər üzvləri ilə birlikdə xx.xx.2023-cü il tarixdə, saat 13 radələrində Təqsirləndirilən şəxs2 Şabran şəhərindəki M.Ə.Rəsulzadə küçəsində saxlayaraq RPŞ-nə gətiriblər. Bundan başqa Şabran şəhər sakini Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğundan Şabran RPŞ-nin əməkdaşları Cəmil Nəsirov, Şahid3, Zahid Mahmudov və Şahid1 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Şabran şəhərindəki M.Ə.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq RPŞ-nə gətirilib. Şəxsi axtarış və evə baxış istintaq hərəkətlərində iştirak etməsə də, məlumatı var ki, Təqsirləndirilən şəxs3 evindən, Təqsirləndirilən şəxs2 isə üzərindən narkotik vasitə aşkar olunub. Məhkəmə iclasında Şahid2 ona verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs1 PPX-nin əməkdaşları saxlayıblar. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsində iştirak edib. Təqsirləndirilən şəxs2 saxlanılmasında Şahid3, Mahmudov Şahid, Şahid1 iştirak edib. Polis əməkdaşları tərəfindən heç birinə qarşı hər hansı təsir və ya təzyiq olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, Şabran RPŞ-nə müxtəlif vaxtlarda Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olub. Daha sonra əməliyyat qrupu yaradılıb. Hər üç şəxs müxtəlif vaxtlarda saxlanılıb və PŞ-nə gətirilib. Təqsirləndirilən şəxs1 PPX-nin əməkdaşları xx.xx.2023-cü il tarixdə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə xx.xx.2023-cü il tarixdə Şabran RPŞ-nin əməkdaşları saxlayıblar. Şöbədə təhqiqatçının və müdafiəçinin iştirakı ilə şəxslərin üzərinə axtarış keçirilib. Bu zaman Elxan və Orxanın üzərindən narkotik vasitələr aşkar olunub. Orxan həmin narkotik vasitəni Elxandan, Elxan isə Zaurdan aldığını bildirib. Lakin Zaurun üzərində qanunsuz hər hansı maddə aşkar olunmayıb. Daha sonra Zaurun evinə baxış keçirilən zaman həmin evdən içində narkotik vasitə olan qara siqaret qutusunda olan içində narkotikə bənzər maddə olan bükümlər aşkar olunub, götürülərək rəsmiləşdirilib. Məhkəmə iclasında Şahid3 ona verilən suallara cavab olaraq bildirdi ki, o, Təqsirləndirilən şəxs2 saxlanılmasında iştirak edib. Əməliyyat qrupuna Cəmil Nəsirov rəhbərlik edib. Təqsirləndirilən şəxs2 Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində saxlanılıb. Təqsirləndirilən şəxslərin heç birinə qarşı hər hansı təsir və ya təzyiq göstrilməyib. Elxanın üzərindən 2 büküm aşkar olunub. Elxan bildirib ki, həmin narkotik vasitələri Zaurdan alıb. Videoçəkiliş zamanı müdafiəçilər iştirak edib. Şəxsləri bölməyə gətirdikdən sonra təhqiqatçıya təhvil veriblər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, o yalnız Təqsirləndirilən şəxs1 saxlanılmasında iştirak edib. 2023-cü ilin aprel ayının əvvələrində axşam saatlarında PPXB-nin polis nəfərləri Toğrul, Adil və Neman ilə birlikdə Şabran şəhəri, Z.Əliyeva küçəsində Təqsirləndirilən şəxs1 saxlayıb ona özlərini təqdim ediblər. Orxanın hərəkətləri onlarda şübhə yaratdığından onu PB-nə dəvət ediblər. Şöbədə təhqiqatçının və müdafiəçin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə axtarış keçirilən zaman onun üzərindən narkotik vasitə aşkar olunub. Orxan özü həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 pul müqabilində aldığını bildirib. Məhkəmə istintaqı zamanı Şahid4 ona verilən suallara cavab olaraq bildirdi ki, Təqsirləndirilən şəxs1 qarşı hər hansı təsir və ya təzyiq olmayıb. O və digər polis əməkdaşları küçədə gəzərkən Orxanın onları görüb cəld istiqamətini dəyişməsi onlarda şübhə yaradıb. Saxlanılan zaman Orxanın yanında heç kim olmayıb və Orxan onlara müqavimət göstərməyib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 2023-cü ilin aprel ayının əvvələrində axşam saat 9-10 radələrində PPXB-nin polis nəfərləri Elvin, Adil və Neman ilə birlikdə Şabran şəhəri, Z.Əliyeva küçəsində şübhəli hərəkətlər etdiyinə görə Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim ediblər və onu PŞ-nə dəvət ediblər. Şöbədə təhqiqatçının və müdafiəçin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilib. Bu zaman onun üzərindən narkotik vasitəyə bənzər maddə aşkar olunub. Orxan özü həmin maddənin “kakos” olduğunu və narkotik vasitəni Təqsirləndirilən şəxs2 aldığını bildirib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində PPXBnin əməkdaşları Elvin, Toğrul və Neman ilə birlikdə xidmətdə olan zaman Təqsirləndirilən şəxs1 özünü şübhəli aparmasını görüb ona yaxınlaşaraq özlərini təqdim edib onu RPŞ-nə dəvət ediblər. Polis şöbəsində müdafiəçisinin də iştirakı ilə videoçəklişdən istifadə edilməklə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılan zaman, Orxan özü 01 ədəd bükümü təqdim edib. Həmin bükümün içərisinə baxıldıqda narkotik vasitəyə bənzər kütlə olması müəyyən edilib. Təqsirləndirilən şəxs1 istifadəçi olduğunu və üzərindən aşkar olunan narkotiki 10 manata elə həmin gün Təqsirləndirilən şəxs2 aldığını bildirib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək məhkəmədə dindirilmiş digər şahidlər Şahid5, Şahid7 və Şahid4 ilə eyni məzmunlu ifadələr vermişdir. Məhkəmədə iştirak etməyən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, Şahid1 həmin ifadəsində göstərmişdir ki, Şabran şəhər sakini Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində saxlamaqla daşımasında özünü şübhəli apardığından Şabran RPŞ-nin PPXB-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Z.Əliyeva küçəsində saxlanılaraq RPŞ-nin NH-nə gətirilmişdir. Şabran RPŞ-nin NH-də Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçisi Əfqan Orucov, həmçinin PPXB-nin polis nəfəri Şahid7 iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl Orxana narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməsində şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilməklə vəkil Əfqan Orucov ona təqdim edilmişdir. Orxana üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi bildirilmiş, Orxan da əynində olan gödəkcənin cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmiş, təqdim edilmiş bükümün içərisinə baxılmış və içərisində 03 ədəd büküm aşkarlanmış və hər bir bükümü ayrılıqda baxıldıqda kütlə olması müəyyən edilmişdir. Orxan narkotik vasitələrdən istifadə etdiyini bildirmiş və 10 manata xx.xx.2023-cü il tarixdə 01 ədəd büküm formasında aldığını və həmin 01 ədəd bükümdən 03 ədəd bükümə bölüşdürdüyünü bildirdi. Aşkar edilmiş 03 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, video çəkiliş yekunlaşdırılmışdır. . Bundan başqa, Şabran şəhər sakini Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşımasında və narkotik vasitələrin satışında şübhəli olduğundan Şabran RPŞ-nin əməkdaşları Şahid2, Zahid Mahmudov və Şahid3 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2023-cü İl tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxs2 Şabran şəhəri M.Ə.Rəsulzadə küçəsində təmir sexlərinin yaxınlığında saxlanılaraq RPŞ-nə gətirilmişdir Şabran RPŞ-nin NH-də Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçisi Şahin Abbasov, həmçinin o və Şahid3 iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl Elxana narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməsində şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilməklə vəkil Şahin Abbasov ona təqdim edilmişdir Elxana üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi bildirilmiş, Elxan da əynində olan boz rəngli köynəyin sol sinə cibindən 02 ədəd bükümü çıxarıb təqdim etmişdir Təqdim edilmiş bükümün içərisinə baxıldı və hər bir bükümə ayrılıqda baxıldıqda içərlərində kütlə olması müəyyən edilmiş, Elxan narkotik vasitələrdən istifadə etdiyini bildirərək və üzərində aşkarlanmış bükümləri Zaur adlı tanışından 20 manata aldığını bildirmişdir. Aşkarlanmış bükümlər qablaşdınlaraq götürülmüşdür. Bu barədə videoçəkiliş aparılmışdır. Daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı ünvana baxış keçirilməsi üçün gəlmişlər Evə baxışda onunla birlikdə Şabran RPŞ-nin əməkdaşı Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs2 və vəkil şahin Abbasov iştirak etmişdir Evə baxış zamanı qanunsuz heç bir əşya və predmet aşkarlanmamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs2 üzərindən aşkarlanmış 02 ədəd bükümdə olan kütlənin narkotik vasitə olmasını və 20 manat müqabilində Zaur adlı tanışından almasını bir daha təsdiq etmişdir. Bundan başqa, Şabran şəhər sakini Təqsirləndirilən şəxs3 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlamaqla daşımasında və narkotik vasitələrin satışında şübhəli olduğundan Şabran RPŞ-nin əməkdaşları Cəmil Nəsirov, Şahid2, Zahid Mahmudov və Şahid3 iştirakı ilə keçirilən tədbir zamanı xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Təqsirləndirilən şəxs3 Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq RPŞ-nin NH-nə gətirilmişdir, Şabran RPŞ-nin NH-də Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilməsi zamanı dəvət edilmiş müdafiəçisi Əfqan Orucov, həmçinin o və Şahid3 iştirak etmişdir. Şəxsi axtarış video çəkilişlə aparılmış və şəxsi axtarışa başlamazdan əvvəl Zaura narkotik vasitələri qanunsuz olaraq üzərində gəzdirməsində şübhəli olması elan edilməklə, hüquq və vəzifələri izah edilməklə vəkil Əfqan Orucov təqdim edilmişdir. Zaura üzərində qanunla qadağan edilmiş əşya və predmet varsa təqdim etməsi bildirilmiş, Zaurun üzərində şəxsi axtarış aparılan zaman heç bir qanunsuz əşya və predmet aşkarlanmamışdır. Zaura Elxana narkotik vasitə satması barədə sual verilən zaman Təqsirləndirilən şəxs2 20 manat müqabilində narkotik vasitə satmasım təsdiq etmiş və yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bu barədə videoçəkiliş aparılmışdır. Daha sonra Təqsirləndirilən şəxs3 yaşadığı ünvana baxış keçirilməsi üçün gəlmişlər. Evə baxışda onunla birlikdə Şabran RPŞ-nin əməkdaşı Şahid3, şübhəli şəxs Təqsirləndirilən şəxs3 və vəkil Əfqan Orucov iştirak etmişdir. Evə baxış zamanı Təqsirləndirilən şəxs3 yaşadığı evdə qaldığı otaqda siyirmənin içərisindən 01 ədəd qara rəngli “Sobranie” markalı siqaret qutusunun içərisindən 04 ədəd gümüşü rəngli kağıza və 02 ədəd isə qırmızı rəngli kağıza bükülmüş halda ümumilikdə 06 ədəd bükülü aşkarlanmış, bükümlər açılaraq içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr aşkarlanmışdır. Aşkarlanmış predmetlər kağız zərfə qoyularaq qablaşdırılmaqla götürülmüş, bu barədə videoçəkiliş aparılmışdır. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, o əvvəllər Şabran RPŞ-də müstəntiq vəzifəsində işləyib, hazırda Suraxanı RPİ-də təhqiqatçı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində o tutub, üzərlərində şəxsi axtarışı və hər iki şəxsin evinə baxışı da o həyat keçirib. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulmasında iştirak etməyib. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış və evə baxış keçirilən zaman videoçəkilişdən istifadə edilib. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərlərinə şəxsi axtarış aparılan zaman qeydə alınmış videoçəkilişin texniki səbəblərdən silinməsini bununla izah edir ki, praktikada videoçəkiliş aparıldıqdan sonra həmin iş üzrə digər müəyyən prosedurların həyata keçirilməsi ilə əlaqədar videoçəkiliş bir müddət sonra diskə yüklənir. Hazırkı iş üzrə videoçəkilişin qeydə alınması ilə onun diskə yüklənməsi arasındakı müddət ərzində videoçəkilişin qeydə alındığı texniki vasitə ilə başqa işlər üzrə də istintaq hərəkətlərinin görüntüsü də qeydə alındığından texniki vasitə avtomatik olaraq öz-özünü təmizləmiş və daha köhnə görüntülər silinmişdir. O, bunu videoçəkilişi aparmış ekspert-kriminalist ilə birlikdə videoçəkilişi diskə köçürtmək üçün fotostudiyaya getdikdə öyrənib. Bundan sonra o, müvafiq arayış tərtib edib. Məhkəmə istintaqı zamanı Şahid8 ona verilən suallara cavab olaraq bildirdi ki, videoçəkilişi Şabran RPŞ-nin kriminalisti aparıb və videoçəkilişi aparmaq üçün mobil telefondan istifadə edilib. Videoçəkilişləri adətən təqsirləndirilən şəxs həbs qətimkan tədbiri üçün məhkəmə qarşısına çıxarılana qədər götürürlər, bu da 1 gün və ya 1 gün yarım çəkir. Təqsirləndirilən şəxs2 harada tutulmasını xatırlamır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsi barədə tərtib olunan protokolda videoçəkilişdən istifadə edildiyini qeyd edib. O, Təqsirləndirilən şəxs3 evinə narkotik vasitə qoymayıb. Cinayət işinin 1-ci cild, 36-cı səhifəsində olan qərarda texniki yanlışlıq olduğundan qərarı o, qəbul etsə də, qərarın giriş hissəsində Şabran RPŞ-nin müstəntiqi X16 adı yazılıb. Cinayət işinin 1-ci cild, 100 və 133-cü səhifələrində olan arayışları o tərtib edib. Belə ki, kriminalist prosessual şəxs olmadığından onun cinayət işi ilə bağlı arayış, akt, protokol və.s tərtib etməsinə icazə verilmədiyindən, kriminalistin ona şifahi şəkildə bildirməsindən sonra o, arayış tərtib edib. Həmin kriminalist barəsində rəhbərlik tərəfindən hər hansı tədbirin görülməsindən məlumatı yoxdur. O, bir daha əminliklə deyir ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılıb. Məhkəmə istintaqı zamanı ittiham tərəfinin vəsatətinə əsasən əlavə şahid qismində dindirilmiş X22 ifadəsində göstərdi ki, hazırda Şabran RPŞ-də ekspert-kriminalist vəzifəsində işləyir. Təqsirləndirilən şəxsin hər üçünü tanıyır, belə ki, onların üzərlərinə şəxsi axtarış aparılarkən, həmçinin evlərinə baxış zamanı videoçəkilişi o aparıb. Şabran RPŞ-də Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman üzərindən 02 bükümdə narkotik vasitə aşkar edildiyini, həmçinin Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni Təqsirləndirilən şəxs3 aldığını dediyini xatırlayır. Həmçinin Təqsirləndirilən şəxs3 də üzərində şəxsi axtarış aparılması və evinə baxış keçirilməsi istintaq hərəkətlərinin də videoçəkilişini o aparıb. Çəkiliş zamanı o da Təqsirləndirilən şəxs3 evindəki otaqlardan birində şkafın işindəki siqaret qutusundan bükümlərdə narkotik vasitə aşkar olunduğunun şahidi olub. Videoçəkilişləri mobil telefonla aparıb. Bir neçə gün sonra müstəntiqlə birlikdə fotostudiyaya gedərək orada videoçəkilişi diskə köçürmək üçün getmişdir. Lakin hazırkı iş üzrə videoçəkilişləri həmişəki qaydada diskə köçürmək istədikdə fotostudiyada bildirilib ki, mobil telefonun yaddaşı dolduğundan yeni çəkilən videoları yadda saxlamaq üçün avtomatik olaraq daha köhnə videolar silinib. Məhkəmə istintaqı zamanı şahid X22 ona verilən suallara cavab olaraq bildirdi ki, polis şöbəsi tərəfindən ona videokamera təhkim olunsa da, həmin videokameranın köhnə olmaqla, yaddaş tutumu çox az olduğundan o, öz mobil telefonu ilə çəkilişlər edib. Lakin 2024-cü ilin dekabr ayında ona yeni, daha iri həcmli videokamera verilib və hal-hazırda videoçəklişləri həmin videokamera vasitəsilə aparır. Təqsirləndirilən şəxslərin evlərinə baxış keçirilməsi videoçəklişlərinin deyil də, üzərlərində şəxsi axtarış aparılması videoçəkilişlərinin silinməsini onunla izah edir ki, həmin videoları sistem avtomatik olaraq silib və ardıcıl olaraq daha köhnə videolar silinib, yeni videolar isə qalıb. Təqsirləndirilən şəxs3 evinə baxış keçirilərkən aparılmış videoçəkilişin qüsurlu və bir neçə hissədən ibarət olmasını onunla izah edir ki, həmin vaxt telefonundakı nasazlıqla bağlı həmin videoda problemlər yaranmış ola bilər, bundan əlavə videonu diskə yükləyən zaman fotostudiyada videonun həcmi geniş olduğundan onun bir neçə hissəyə bölünərək köçürülməsinin daha məqsədəuyğun olacağını dediklərindən həmin video bir neçə hissədən ibarətdir. Videoçəkilişlərin silinməsi ilə bağlı ona rəhbərlik tərəfindən rəsmi xəbərdarlıq olunub. Fotostudiyada videoların silindiyi aşkar olunduqda akt tərtib edilməyib, sonradan müstəntiq arayış yazıb. Videoların bərpası üçün başqa bir neçə təcrübəli ustaya da müraciət ediblər, lakin heç bir nəticəsi olmayıb. Həmin mobil telefonunun yaddaşı 64 giqabayt olub. Həmin telefon sonradan istifadəyə yararsız vəziyyətə düşdüyündən onu işlətməmişdir, hazırda telefonun harada olduğunu bilmir. Vətən Müharibəsində iştirak etmiş bir vətəndaş kimi tam vicdanı ilə bildirir ki, Təqsirləndirilən şəxs3 evinə baxış keçirilərkən baxışda iştirak edən heç bir polis əməkdaşı Zaurun evinə heç bir narkotik vasitə qoymayıblar, əgər belə bir hal baş versə idi o, bunu görərdi. Həmçinin Təqsirləndirilən şəxs3 qarşı hər hansı fiziki və ya psixi təsir və ya təzyiq göstərilməsini də görməyib. Təqsirləndirilən şəxs3 evinin baxış keçirilən otağı balaca olduğundan o bütün iştirakçıları eyni anda görüntüyə yerləşdirə bilməmiş, ona görə də konkret axtarış aparılan hissələri çəkmişdir. Təqsirləndirilən şəxs3 evinə baxış keçirilərəkən aparılmış videoçəkilişə məhkəmədə yenidən Şahid8 və Araz Həmidovun iştirakı ilə baxıldıqdan sonra Təqsirləndirilən şəxs3 həmin videoda özünü qəribə aparmasını şahid X22 onun astma xəstəliyi olması ilə, Şahid8 isə Təqsirləndirilən şəxs3 narkotik vasitələrin təsiri altında olması ehtimalı ilə əlaqələndirdilər. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan Şabran RPŞ-nin PPXB-nin tağım komandiri polis leytenantı Şahid4 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə, saat 21:40-da o və PPXB-in əməkdaşları Şahid5, Şahid7, Şahid6 Şabran şəhəri, Z.Əliyeva küçəsində piyada xidmətdə olarkən özünü şübhəli apardığından Təqsirləndirilən şəxs1 həmin küçədə saxlayaraq Şabran RPŞ-nə gətiriblər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 22:15-dən 22:25-dək Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qısaqol gödəkcənin sol yan cibindən 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,257 qram, 0,161 qram və 0.151 qram olmaqla, ümumi təmiz çəkisi 0,569 qram olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Protokolda şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edildiyi qeyd edilmiş, videoçəkilişin köçürüldüyü 01 ədəd disk protokola əlavə edilmişdir. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokolda şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edildiyi qeyd edilmiş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat məlumatının yoxlanılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 ətafında əməliyyat müşahidləri keçirilməsi, onun yaşadığı ünavnda narkotik maddələrin və digər cinayətin törədilməsində istifadə olunan əşyaların və maddi sübutların aşkar edilməsi məqsədilə dərhal həmin ünvana və onun üzərinə baxış keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Şabran RPŞ-nin CAB-nin rəisi, polis mayoru Şahid2 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə, saat 13 radələrində o və RPŞ-in əməkdaşları Şahid1, Zahid Mahmudov, Şahid3 tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nıəticəsində Təqsirləndirilən şəxs2 Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsində təkər təmiri sexlərinin yaxınlığında saxlanılaraq RPŞ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 13:10-dan 13:20-dək Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli köynəyin sol sinə cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,306 qram və 0,326 qram olmaqla ümumi təmiz çəkisi 0,632 qram kustar üsulla hazırlanmış həmin narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokolda şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edildiyi qeyd edilmiş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs2 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “evə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 6 ünvanında yerləşən evə baxış keçirilən zaman evdən qanunla qadağan edilmiş hər hansı əşya, predmet və yaxud narkotik vasitə aşkar edilməmişdir. Daha sonra evə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokolda baxış zamanı videoçəkilişdən istifadə edildiyi qeyd edilmiş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs3 ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması, əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi, onun müşahidəsinin aparılması, tutulduqdan sonra zərurət olduğu təqdirdə üstünün yoxlanılması, üzərinə, ondan aşkar edilmiş əşyalara, yaşayış yerlərinə dərhal baxış keçirilməsi və polis orqanına gətirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan Şabran RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə, saat 14 radələrində o və RPŞ-in əməkdaşları Cəmil Nəsirov, Zahid Mahmudov, Şahid3 tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 narkotik vasitə satmış Təqsirləndirilən şəxs3 yaşadığı ünvanın qarşısında saxlanılaraq RPŞ-nə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 14:30-dan 14:40-dək Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirilən zaman onun üzərində qanunla qadağan olunmuş heç bir predmet aşkar edilməmişdir. Daha sonra şəxsi axtarış və götürmə aparılması barədə protokol tərtib olunmuş, protokolda şəxsi axtarış zamanı videoçəkilişdən istifadə edildiyi qeyd edilmiş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs3 tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli “evə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı Şabran şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 4 ünvanında yerləşən evə baxış keçirilən zaman evin ikinci mərtəbəsindəki yataq otağındakı şkafdan 01 ədəd “Sobranie” makalı siqaret qutusunun içərisindən ümumilikdə altı ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,303 qram, 0,292 qram, 0,176 qram, 0,228 qram, 0,490 qram, 0,095 qram olmaqla ümumi təmiz çəkisi 1,584 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Daha sonra evə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokolda baxış zamanı videoçəkilişdən istifadə edildiyi qeyd edilmiş, protokol ucadan oxunmuş, heç bir təklif və şikayət daxil olmadığı və düzgün tərtib olunduğu iştirakçılar tərəfindən imzalanaraq təsdiq edilmişdir. Yuxarıda qeyd olunan Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparılması haqqında, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 evlərinə baxış keçirilməsi barədə protokollardakı xüsusatların həqiqiliyi həmin istintaq hərəkətlərinin qeydə alındığı videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən, həmçinin şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Şabran RPŞ-nin müstəntiqi Şahid8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli arayışlardan görünür ki, xx.xx.2024-cü il tarixdə Şabran RPŞ-nin NH-də Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərlərində şəxsi axtarış aparılan zaman videoçəkilişdən istifadə olunsa da, texniki səbəblərdən həmin şəxsi axtarışların görüntülərini özündə əks etdirən videoçəkilişlər silinmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Ədliyyə Nazirliyi MEM-in materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/1928 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün № 60" dairəvi möhür əksi və "... dörd imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 03 ədəd bükümlərdəki təmiz çəkiləri 0,257 qram. 0,161 qram, 0,151 qram ümumi təmiz çəkisi 0.569 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir. Heroinlərin ümumi təmiz çəkisi- 0,569 qram, cəmi tədqiqata sərf edildi-0,15 qram (hər birindən -0,05 qram), qalıq-0,419 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Ədliyyə Nazirliyi MEM-in materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2865 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində "...imza Təqsirləndirilən şəxs2..." sözləri və imzalar qeyd edilmiş kağız paketdə 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi-0,306 qram, 0,326 qram, ümumi çəkisi-0,632 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eyni tərkibli narkotik vasitə olan heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi-0,632 qram, cəmi tədqiqata sərf edildi-0,10 qram (hər ob-0,05 qram), qalıq-0,532 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Ədliyyə Nazirliyi MEM-in materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2863 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “ ...imza Təqsirləndirilən şəxs3 ..." sözləri və imzalar qeyd edilmiş kağız paketdə 01 ədəd siqaret qutusunun içərisində 06 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi - 0,303 qram, 0,292 qram, 0,176 qram, 0,228 qram, 0,490 qram, 0,095 qram, ümumi çəkisi - 1,584 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə eyni tərkibli narkotik vasitə olan heroindir. Təqsirləndirilən şəxs3 yaşadığı evdən aşkar edilmiş 06 ədəd bükümdə olan narkotik vasitə heroinlə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 02 ədəd bükümdə olan narkotik vasitə heroin xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni tərkiblidir. (xx.xx.2023-cü il tarixli, 6/2865 nömrəli ekspert rəyinə əsasən birgə tədqiqat aparılıb). Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına (Siyahı İ) daxildir. Heroinin ümumi təmiz çəkisi - 1,584 qram, cəmi tədqiqata sərf edildi - 0,30 qram (hər ob-0,05 qram), qalıq - 1,284 qram. Məhkəmə istintaqı zamanı məhkəmənin təşəbbüsü ilə təyin edilmiş məhkəməkimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 3-16-16/1-159m nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində AR ƏN MEME-nin “Tədqiqat obyekti № 68” ştamp əksi olan MEM-nin maddi sübutlar üçün nəzərdə tutulmuş üzərində “Ekspert rəyi N6/1928... HK-1/338...Şabran RPŞ-nin İB..Təqsirləndirilən şəxs1..yazısı və imza" yazı olan əlavələri olan 01 ədəd kağız paketdə olan heroinlər (03 büküm) ilə “Tədqiqat obyekti № 58” ştamp əksi “Ekspert rəyi N6/2865... 17 may 2023-cü il...2********... Şabran RPŞ...Təqsirləndirilən şəxs2 məxsus 02 büküm heroin...yazısı və imza” yazı olan əlavələri olan 01 ədəd kağız paketdə olan heroinlər (02 büküm) xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə müxtəlifdirlər. Heroinin ümumi təmiz çəkisi – 0,419 qram, cəmi tədqiqata sərf edildi – 0,03 qram (hər obyektdən - 0,01 qram), qalıq – 0,389 qram; (Təqsirləndirilən şəxs1) və Heroinin ümumi təmiz çəkisi – 0,532 qram, cəmi tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 0,512 qram; (Təqsirləndirilən şəxs2) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı hər iki təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadələrində qeyd etdiklərini bir-birinin üzünə qarşı demişlər. Məhkəmə bu məsələ ilə bağlı xüsusi olaraq vurğulayır ki, məhkəmə istintaqının uzun müddətli gedişində Təqsirləndirilən şəxs1 narkotik vasitəni kimdən aldığı soruşulmuş, Təqsirləndirilən şəxs1 məhkəməyə səmimi ifadə verdiyini, hər şeyi olduğu kimi dediyini, heç kimin onu öyrətmədiyini bildirərək, həqiqətən üzərindən aşkar olunmuş heroini Təqsirləndirilən şəxs2 pulla aldığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı hər iki təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ilkin verdikləri ifadələrində qeyd etdiklərini bir-birinin üzünə qarşı demişlər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 2609 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində asılılıq sindromu aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 4005 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs3 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi ambulator məcburi narkoloji tibbi yoxlamanın xx.xx.2023-cü il tarixli, 4009 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,419 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,532 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 evindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,284 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Şabran RPŞ-nə saxlanılması üçün təhvil verilmiş, 04 ədəd disk maddi sübut kimi kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar eilmiş narkotik vasitələr ekspertiza keçirilməsini təmin etmək üçün Şabran RPŞ tərəfindən Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə təqdim edilmiş, ekspertiza keçirildikdən sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,389 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,512 qram olan narkotik vasitə heroin Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli məktubu ilə Şabran RPŞnin məsul şəxsinə təhvil verilərək Şabran RPŞ geri qaytarılması təmin edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 satdığı narkotik vasitə hesab edilən heroini haradan və kimdən əldə etməsinin müəyyən edilməsi məqsədilə, həmçinin iş üzrə Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs2 satdığı və yaşadığı evdən aşkar edilmiş ümumilikdə 2,216 qram narkotik vasitənin haradan və kimdən əldə edilməsinin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan Şabran RİH başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 01 may 2023-cü il tarixli məktubuna və ona əlavə edilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs1 ünvan 7 ünvanında qeydiyyatdadır, 1963cü il təvəllüdlü atası Təqsirləndirilən şəxs2 Kamil oğlu, 1965-ci il təvəllüdlü anası X12 və 1987-ci il təvəllüdlü qardaşı X8 ibarət ailə tərkibi vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Şabran RİH başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 12 oktyabr 2023-cü il tarixli məktubuna və ona əlavə edilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs2 ünvan 8 ünvanında qeydiyyatdadır, 1969cu il təvəllüdlü arvadı X9, 1991-ci il təvəllüdlü oğlu Şahin Məmmədov, 1994-cü il təvəllüdlü oğlu Əli Məmmədov, 1997-ci il təvəllüdlü oğlu Elçin Məmmədovdan ibarət ailə tərkibi vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Şabran RİH başçısının Şabran şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin 16 oktyabr 2023-cü il tarixli məktubuna və ona əlavə edilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs3 M.Ə.Rəsulzadə küçəsi ev 4 ünvanında qeydiyyatdadır, 1946-cı il təvəllüdlü anası X3, 1987-ci il təvəllüdlü arvadı Ağamalıyeva əsmər Babakişi qızı, 2009-cu il təvəllüdlü qızı Zəhra Ağamalıyeva, 2011-ci il təvəllüdlü oğlu Zamiq Ağamalıyev, 2011-ci il təvəllüdlü oğlu Zamin Ağamalıyevdən ibarət ailə tərkibi vardır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 Şabran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şabran rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, 09/23-29 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Şabran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2023-cü il tarixədək 04 ay 03 gününü çəkmişdir, çəkilməmiş cəzası 02 il 07 ay 23 gün təşkil edir. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs2 cəzasını çəkib qurtarmadığından məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivi müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, X1 rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 200 saat ictimai İşlər cəzası verilmişdir. Hazırda ittiham olunduğu cinayət əməlini törədərkən X2 məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən isə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Həmçinin Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsinə görə cinayət mühakimə icraatının vəzifələri - cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Azərbaycan Respublikası CPM-in “cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi” prinsipini təsbit edən 33.1-ci maddəsində qeyd olunur ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Həmin Məcəllənin 33.2-ci maddəsinin tələbinə görə cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası işdə olan sübutlara və sübutetmə prosesinə münasibətdə qeyd edir ki, sübutların qiymətləndirilməsi üsulu kimi prosessual şəxsin, məhkəmədə isə hakimin daxili inamı çıxış edir. Bu o deməkdir ki, sübutlar heç kimdən və heç nədən asılı olmadan hər biri müstəqil olaraq sərbəst surətdə qiymətləndirilir. Sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik prosessual şəxsin qanunu və öz vicdanını rəhbər tutmasını tələb edir. Sübutların qiymətləndirilməsi üsulu və nəticəsi kimi daxili inam sübutların bir hissəsinin məcmusuna və yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanır. Sübutların qiymətləndirilməsi cinayət prosessual qanunvericilikdə nəzərdə tutulmuş formalarda həyata keçirilir və formal əlamətlər baxımından heç bir sübut digər sübutlarla müqayisədə üstünlüyə malik deyildir. Məhkəmə kollegiyası iş üzrə sübutların qiymətləndirilməsi prosesində hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı psixoloji təzyiq altında ifadə verdiyini, Təqsirləndirilən şəxs1 heç vaxt narkotik vasitə satmadığını, Təqsirləndirilən şəxs3 narkotik vasitə almadığını bildirmiş və onun müdafiəçisi Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə həyata keçirilən zaman aparılmış videoçəkilişin mövcud olmamasını və onun ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini əsas gətirərək təqsirləndirilən şəxsə bəraət verilməsini xahiş etmişdirlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı məruz qaldığı təsirlər nəticəsində ilkin olaraq etirafedici ifadə verdiyini, Təqsirləndirilən şəxs2 heç vaxt narkotik vasitə satmadığını, onun evində narkotik vasitə olmadığını, guya evindən aşkar edilən narkotik vasitənin onun evinə polis əməkdaşları tərəfindən qoyulduğunu, təqsirləndirilən şəxsin müdafiəçisi isə Təqsirləndirilən şəxs3 evinə baxış keçirilməsi zamanı aparılmış videoçəklişin tam olmamasını əsas gətirərək Təqsirləndirilən şəxs3 bəraət verilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası hər iki müdafiə tərəfinin mövqeyi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, şəxsi axtarış və götürmə aparılması istintaq hərəkəti həyata keçirilərkən aparılmış videoçəkilişin olmaması heç də həmin istintaq hərəkətinin videoçəkilişlə aparılmaması qənaətinə gəlməyə əsas vermir. Belə ki, iş materiallarında olan həm Təqsirləndirilən şəxs3, həm də Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılması haqqında protokol ucadan oxunmuş və protokolun düzgünlüyü şübhəli şəxslər tərəfindən də imzalanaraq təsdiq edilmişdir. Həmin protokolda şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə edilməsi qeyd edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı həm Təqsirləndirilən şəxs3, həm də Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmasında iştirak etmiş bütün şahidlər, eyni zamanda Şabran RPŞ-nin ekspert-kriminalisti X22 da həm Təqsirləndirilən şəxs3, həm də Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin videoçəkiliş vasitəsilə aparıldığını bildirmişdirlər. Məhkəmə kollegiyası məhkəmədə əlavə şahid qismində dindirilmiş videoçəkilişləri aparan X17 ifadəsi ilə bağlı qeyd edir ki, həmin ifadənin məhkəmə kollegiyasında qeyd edilən məsələ ilə bağlı daxili inamın formalaşmasında rolu vardır. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs3 evinə baxış zamanı qeydə alınmış videogörüntünü özündə əks etdirən diskdəki videoçəkilişin bir neçə hissədən ibarət olması heç də məhkəməyə Təqsirləndirilən şəxs3 təqsirsiz olması qənaətinə gəlməyə əsas vermir. İş materiallarında olan evə baxış keçirilməsi barədə protokol ucadan oxunmuş və protokolun düzgünlüyü şübhəli şəxs tərəfindən də imzalanaraq təsdiq edilmiş və həmin istintaq hərəkətinin, eyni zamanda protokolun CPM-nin tələblərinə uyğun aparılması iş üzrə qanuniliyi şübhə doğurmayan yekun nəticəyə gəlməyə imkan verən digər sübutlarla da təsdiq olunur. Bundan əlavə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdikləri və məhkəmə istintaqı zamanı elan edilib tədqiq edilmiş ifadələri də onların ittiham edildikləri cinayət əməllərini törətdiklərinə dəlalət edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Vurğulamaq zəruridir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf etmiş, Təqsirləndirilən şəxs3 isə ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində törətdiyi cinayət əməlini, yəni Təqsirləndirilən şəxs2 narkotik vasitə satdığını etiraf etsə də, evindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmasını inkar etmiş, sonrakı ifadələrində, həmçinin məhkəmə istintaqı zamanı dindirilərkən Təqsirləndirilən şəxs2 narkotik vasitə satmasını da inkar etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər ibtidai istintaq zamanı onlara təzyiq göstərildiyini qeyd etdiklərindən, məhkəmə təqsirləndirilən şəxslərin bu dəlillərini yoxlamaq üçün onların şəxsi işlərini tələb etmiş və məhkəmə istintaqında tədqiq etmişdir, lakin təqsirləndirilən şəxslərin bu dəlilləri də öz təsdiqini tapmamış, şəxsi işlərində zorakılığa dair iş üçün əhəmiyyət kəsb edən hər hansı fakt aşkar edilməmişdir (xx.xx.2024-cü il tarixli məhkəmə iclas protokolu). Həmçinin təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndi) Plenum qərarının qeyd olunan müddəları əsas götürülərək vurğulanmalıdır ki, təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı zorakılığa məruz qalmaları ilə bağlı məhkəməyədək icraat zamanı müvafiq orqanlara müraciət etmələri və məhkəmə nəzarəti qaydasında şikayət etmələri məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Əksinə təqsirləndirilən şəxslər barəsində ilk dəfə həbs qətimkan tədbirinin seçilməsi barədə Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər həmin məhkəmədə də özlərini onlara elan olunmuş ittiham üzrə təqsirli bilmiş, istintaq zamanı heç bir fiziki və ya psixi təzyiqə və zorakılığa məruz qalmadıqlarını bildirmiş, hətta onların müdafiəçiləri də təqsirləndirilən şəxslərin törətdikləri əməllərini etiraf etmələrini, eyni zamanda istintaqın gedişinə köməklik göstərmələrini nəzərə alaraq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası qeyd edir ki, Cinayət Prosesssual Məcəllənin 125.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 (Təqsirləndirilən şəxs1 narkotik vasitəni pulsuz verməsi hissəsi istisna olmaqla) və Təqsirləndirilən şəxs3 (Təqsirləndirilən şəxs2 narkotik vasitə satmasına dair hissədə) ibtidai istintaq zamanı ilkin verdikləri ifadələrini dəyişdiklərindən və məhkəmə baxışı zamanı da törətdikləri cinayətləri etiraf etmədiklərindən onların ibtidai araşdırma zamanı verdikləri şübhəli və təqsirləndirilən şəxs qismindəki ifadələr ittihamın əsasına qoyulan sübutlardan biri kimi götürülməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs2 üzərinə keçirilən şəxsi axtarış və götürmə istintaq hərəkətinin videoyazısı iş materialında olmasa da, bunu təsdiq edən protokol işdə olmaqla məhkəmə istintaqı zamanı araşdırılmış yuxarıda qeyd olunan digər mümkün və mötəbər sübutlarla Təqsirləndirilən şəxs2 üzərindən 0,632 qram heroinin aşkar olunmasını təsdiq edir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli CM-nin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs3 əməli CM-nin 234.4.3-cü madəsi ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllər başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır (CM 234.1 və 234.2) və ağır (CM 234.4.3) cinayətlər kateqoriyasına aid edilirlər. Belə ki, Təqsirləndirilən şəxs1 əməli onun öz müdafiəsi üçün heç bir dəlil gətirmədən verdiyi və bütün digər sübutların məcmusu ilə təsdiq edilən etirafedici ifadəsi, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, ekspert rəyləri, protokollar, şəxsi axtarış və götürmə aparılmasına dair protokola əlavə edilmiş videogörüntü ilə və iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə ilə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitələrin xarici əlamətlərinə və tərkibinə görə eyni olmaması barədə xx.xx.2025-ci il tarixli, 3-16-16/1-159m nömrəli ekspert rəyi ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs2 ittihamında onun həm Təqsirləndirilən şəxs3, həm də şəxsiyyəti istintaqa məlum olmayan mənbədən narkotik vasitə əldə etdiyi qeyd edildiyindən və Təqsirləndirilən şəxs3 aldığı narkotik vasitənin evindən aşkar olunan narkotik vasitə olduğundan, həmçinin bu fakt məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2863 nömrəli rəyində öz əksini tapdığından Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitə ilə Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitələr müxtəlif tərkiblidir, yəni Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 satdığı narkotik vasitəni istintaqa məlum olmayan mənbədən əldə etmişdir. Təqsirləndirilən şəxs2 əməli onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi, təqsirlındirilən şəxs Təqsirləndirilən şəxs1 ifadəsi, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı ona qarşı verdiyi ifadəsi, şahid ifadələri, ondan və Təqsirləndirilən şəxs3 aşkar edilmiş narkotik vasitələrin eyni tərkibli olduğunu sübut edən ekspert rəyi və digər ekspert rəyləri, üzləşdirmə protokolu, digər istintaq hərəkətlərinin protokolları və iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs3 əməli onun ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi (Təqsirləndirilən şəxs2 narkotik vasitə satmasına dair hissədə), Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahid ifadələri, ondan və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitələrin eyni tərkibli olduğunu sübut edən ekspert rəyi və digər ekspert rəyləri, protokollar və iş materiallarında olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 narkotik vasitəni Təqsirləndirilən şəxs1 qarşılıqsız verməsi və Təqsirləndirilən şəxs3 evindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmaması ilə bağlı ibtidai istintaq zamanı bildirdiklərinə, həmçinin onların hər ikisinin məhkəmə istintaqı zamanı bildirdikləri digər hallara məhkəmə kollegiyası tənqidi yanaşaraq həmin xüsusatların iş materialları və məhkəmə araşdırması zamanı araşdırılan sübutlarla öz təsdiqini tapmadığını, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ibtidai isintaqın əvvəlində öz əməllərini etiraf etdiklərini, lakin sonradan törətdikləri cinayət əməllərinə görə onları gözləyən cinayət məsuliyyətindan yayınmaq üçün fərqli ifadələr verdiklərini, həmin ifadələrinin müdafiə taktikasından irəli gəldiyini və məsuliyyətdən yaxa qurtarmağa yönəlmiş cəhdləri kimi qiymətləndirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CMnin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayət işi materiallarına əlavə edilmiş tibbi sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 anası X12 onkoloji xəstədir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun qeyd edilən normasını rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 anasının onkoloji xəstə olması və törətdiyi cinayət əməlindən peşman olması CM-nin 59.2-ci maddəsinə əsasən, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi isə CM-nin 59.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş “Elektron məhkəmə” infromasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2009-cu il təvəllüdlü bir yetkinlik yaşına çatmamış uşaq, xx.xx.2011-ci il təvəllüdlü iki azyaşlı uşaq vardır. Məhkəmə qeyd edir ki, CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 himayəsində 02 azyaşlı uşağının olması, CM-nin 59.2-ci maddəsinə əsasən himayəsində 01 yetkinlik yaşına çatmmaış uşağın olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs3 əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməllərində cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə onların hər birinin ayrı-ayrılıqda törətdikləri cinayətlərin ictimai təhlükəliliyini və xarakterini, onların şəxsiyyətini, təyin olunacaq cəzanın onların islah olunmalarına və aillərinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında əks olunan tövsiyyələri nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təqsirli bilindikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını, digər Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasını məqsədəmüvafiq hesab edir. Belə ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. (“Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 nömrəli Qərarının 3-cü bəndi) Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi qənaətinə gələrkən təqsirləndirilən şəxsin ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, anasının onkoloji xəstəliyini, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini və cinyətin açılmasına və digər iştirakçılarının ifşa edilməsinə köməklik göstərməsini, yəni yüngülləşdirən halların çoxluğunu və ağırlaşdıran halların olmamasını, o cümlədən, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin və onun həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrini nəzərə alır və Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilərək islah olunmasını mümkün sayaraq, barəsində təqsirli bilindiyi CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini cinayət qanunvericiliyinin ədalət və humanizm prinsiplərinə uyğun və cəzanın məqsədlərinə müvafiq hesab edir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 aprel 2023-cü il tarixdə onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və məhkəmə icraatı dövründə həmin qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün azadlığın məhdudlaşdırılması kimi müəyyən edilərək ona təyin edilmiş cəzaya hesablanaraq çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəkməli və cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 16 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarı ilə barəsində 03 müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarları ilə həbs qətimkan tədbirinin müddəti uzadılmış, məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs3 16 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qərarları ilə həbs qətimkan tədbirinin müddəti uzadılmış, məhkəmə icraatı zamanı onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 16 may 2023cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəylərinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur, onlar narkomaniya xəstəliyindən əzab çəkirlər. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və onlar ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şabran rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,389 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərində aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,512 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 evində aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi çəkisi 1,284 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 03 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 138 (yüz otuz səkkiz) manat, Təqsirləndirilən şəxs2 101 (yüz bir) manat və Təqsirləndirilən şəxs3 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 01 aprel 2023-cü il tarixdən 02 aprel 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması kimi müəyyən edilərək ona təyin edilmiş cəzaya hesablanaraq çıxılmaqla üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanı yaşadığı yer üzrə çəksin və cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə Şabran Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Təqsirləndirilən şəxs1 cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə cəza çəkdiyi müddətdə Şabran rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən, Şabran Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 07 ay 23 günü 01 (bir) il 03 (üç) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs2 qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 16 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Şabran rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,389 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,512 qram olan narkotik vasitə heroin, Təqsirləndirilən şəxs3 evindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi çəkisi 1,284 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 03 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 138 (yüz otuz səkkiz) manat, Təqsirləndirilən şəxs2 101 (yüz bir) manat və Təqsirləndirilən şəxs3 55 (əlli beş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-25/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-25/2025
10.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver