Məhkəmə qərarları › İş №1(124)-250/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-250/2023

19.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-250/2023 19.05.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X5, Zərərçəkmiş şəxsin hüquqi varisi- X3, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi- Qanuni nümayəndə iştirakları ilə, xx xxxx 1963-cü ildə Ermənistan Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Xızı rayonu Yeni Yaşma kəndində qeydiyyatda olmaqla həmin evdə faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə və xüsusi tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri tətbiq edilməklə hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasında müalicə məqsədi ilə saxlanılan Təqsirləndirilən şəxs anlaqsız vəziyyətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsi istinad edilməsi ilə bağlı onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair icraat materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs, xx.xx.2022-ci İl tarixdə müalicə aldığı Respublika Psixiatriya Xəstəxanası X7 evə buraxılmış, həmin gün axşam saatlarında arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, bu mübahisənin təsirində əsəbiləşdiyi üçün axşam yatmamış, arvadı Zərərçəkmiş şəxs qisas almaq məqsədilə xx.xx.2022-ci il tarixdə saat 09 radələrində evin girişində ev alətləri saxlanılan qutudan mismarçıxaran çəkici götürərək yataq otağına gəlmiş, arvadının yataqda üzü divar istiqamətində uzanmış vəziyyətdə olduğunu görüb baş nahiyəsinin arxa hissəsinə çəkiclə bir neçə dəfə zərbə vuraraq həyat üçün təhlükəli ağır bədən xəsarətləri yetirməklə oradan uzaqlaşmış, Zərərçəkmiş şəxs həmin gün Sumqayıt TTTY xəstəxanasına yerləşdirilmiş, xx.xx.2022-ci il tarixdə aldığı xəsarətlərdən orada ölmüşdür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq qərar çıxararkən ictimai təhlükəli əməlin törədilməsinə, həmin əməlin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraatın aparıldığı şəxs tərəfindən törədilməsinə, əməlin anlaqsız vəziyyətdə törədilməsinə və şəxsin məhkəmə baxışı zamanı da həmin vəziyyətdə olmasına, həmçinin, şəxsin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansının tətbiq edilməsinə ehtiyac olmasına dair məsələləri həll edərək belə nəticəyə gəlir ki, aşağıdakı səbəblərə görə Təqsirləndirilən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə əsaslar mövcuddur. Məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, təxminən 20-25 il olarki Baharla ailə qurmuş, iki övladı var, qızı Ülviyyə bir neçə il əvvəl ailə qurub, Maştağa, Zabrat tərəflərdə yaşayır, oğlunun adı Asimandır. 20-yə yaxın yaşı var, subaydır. 30 ilə yaxındır ki, fasilələrlə Maştağada yerləşən ruhi-əsəb xəstəxanasında əsəb xəstəliyi ilə əlaqədar müalicə almış, yəni 30-40 gün xəstəxanada müalicə alıb 2-3 ay evə buraxılıb qalmışdır. Belə ki, 31 may 2022-ci il tarixdə axşam saatlarında qardaşı Kəmaləddinlə birgə, Maştağa ruhi xəstəxanasından çıxıb Xızı rayonu Yeni Yaşma kəndindəki evə gəlmiş, həmin gün anası Zəhra, yoldaşı Bahar evdə olmuş, başqa heç kim evdə olmamış, axşam yeməyini yedikdən sonra hamı yatmış, 31 mayda xəstəxanadan çıxıb gəldikdən sonra yoldaşı Baharla yola getməmiş, Bahar Sumqayıtda dəqiq bilmədiyi bir yerdə dərzi işləmiş, işdən axşam kəndə gələndə avtobusun qarşısında onu qarşılamaq istəmiş, onun qabağına gedəndə avtobusdan düşəndə “niyə gəlmisən məni qarşılamağa” dedikdə cavabında “ürəyim istəyib ki, gəlmişəm də” deyərkən arvadı üzünü turşutmağa başlamış, sonra bir yerdə evə gəlmiş, ona mülayim davransa da, o tərs davranmış, həmin axşam onunla yaxın münasibətə girmək istəmiş, özünə yaxın buraxmaq istəməmiş, ona qarşı belə münasibətdən gecəni yata bilməmiş, səhər saatlarında hava işıqlandıqda yerindən qalxmış, Bahar səhər saatlarında işə getmək üçün paltarını geyinərkən ona, heç olmasa bir gün işə getməyib evdə qalmasını demiş, o, ev paltarını dəyişib gedib yerinə üzü divara tərəf uzanıb telefonla oynadığın görmüş, evin dəhlizində ev alətləri, ləvazimatları olan dəmir qutudan, seyfdən kərki alətini götürüb gəldim yataq otağına gələrək kərki ilə arvadını uzanıqlı vəziyyətdə olanda arxasından onun baş nahiyəsinə bir neçə dəfə möhkəm formada zərbələr vurmuş, onu vuranda onun səsi çıxmamış, heç kim vurduğunu eşidib, bilməmiş, vuranda özündə olmamış, bu hadisədən çox peşman olmuş, elə həmin vaxt kərki alətini həyətdə yerləşən taxtadan kvadrat formada tualetə gətirib içəri tərəfdən atmış, heç kim atdığını görməmiş, hadisədən qısa müddət sonra evdən çıxmış, bacısı Züleyxagilin kənddəki evinə getmək istəmiş, biraz getdikdən sonra yolun yarısından geriyə qayıtmış, evə girəndə anası dəhlizdə oturmuş, yataq otağına girdikdə Baharın baş nahiyəsindən qan axdığını görmüş, sonra anasını çağıraraq “gəl bax Baharı kimsə vurub” demiş, anası “yalan demə sən eləmisən, başqa heç kim yoxdu evdə. Baharı sən vurmusan” deyə bildirmiş, bundan sonra kənddə yaşlı qadın Həqiqət xalagilə getmiş, ona törətdiyi hadisə barəsində heç nə deməmiş, onlarda 10-15 dəqiqə oturub 1 stəkan çay içdikdən sonra evləri tərəfə getdikdə qardaşı Kəmaləddin gəlib maşına mindirmiş, müalicə aldığı Maştağa xəstəxanasına yatızdırmışdır. Həmin gündən indiyə qədər də orada yatdığını bildirmişdir. Təqsirləndirilən şəxs verilən sualları cavablandırarkən bildirmişdir ki, o, arvadı Zərərçəkmiş şəxs vurarkən özündə olmamış, vurmasına səbəb arvadının ona xoş münasibət göstərməməsi olmuşdur. Arvadı Zərərçəkmiş şəxs vurarkən zərbə endirdiyi dəmir alət bir tərəfi çəkic, bir tərəfi mismarçıxaran olmaqla kərki adında alət olmuşdur. O, arvadı Zərərçəkmiş şəxs vurarkən yaşadıqları evdə anası Şahid1 başqa hər hansı şəxs olmamışdır. Onun arvadının başına zərbələr endirdiyini hər hansı şəxs görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadəsində göstərmişdir ki, bacısı 1971-ci il təvəllüdlü Zərərçəkmiş şəxs 1996-cı ildə Təqsirləndirilən şəxslə ailə qurmuş, Təqsirləndirilən şəxs həmin ildə bacısı Zərərçəkmiş şəxs ailə qurmaq məqsədilə qaçırmış, onlar nikah bağlayıb birlikdə yaşamışlar. 1998-ci ildə onların Ülviyyə adlı qızları, 2000-ci ildə Asiman adlı oğul övladları dünyaya gəlmişdir. Bahar ailə qurmamışdan əvvəl də 1992-ci ildən Sumqayıtda Ceyran şadlıq sarayının altında çörək sexində işləyib. Son 10 il ərzində Sumqayıtda məhkəmənin arxasında yerləşən tikiş fabrikində işləmiş, Baharla Əbülfət ailə qurarkən onların münasibətləri normal olmuş, hər hansı problemləri olmamış, son illərdə onların aralarında olan münasibət barədə məlumatı olmamış, axırıncı dəfə mayın 15-20 ərəfəsində onların evlərində olmuş, Bahar Sumqayıta qonaq gəlmiş, bacısı ilə onun oğlunu evlərinə Yaşma kəndinə apardıqda yoldaşı Əbülfətin Maştağada ruhi xəstəxanada olduğunu bilmiş, Bahan demək olar hər gün işdən sonra Sumqayıtda onlara gəlib 1 stəkan çay içərkən görmüş, xx.xx.2022-ci il tarixdə Bahar işdən çıxdıqdan sonra həmişəki kimi onlara gəlmiş, orada olarkən Bahara zəng gəlmiş, yoldaşı Əbülfətlə danışdıqdan sonra 18-30 radələrində avtobusla yaşadığı Yeni Yaşma kəndinə getmiş, xx.xx.2022-ci il tarixdə səhə saat 9 radələrində onlara Baharın xəstələndiyindən Sumqayıt travmatologiya xəstəxanasına gəlmələri bildirilmiş, Sumqayıt travmatologiya xəstəxanasına 10 dəqiqəyə çatmış, 12-30 radələrində Baharı başı bintlə bağlanmış formada, əlləri əsən vəziyyətdə təcili yardım maşınıyla həmin xəstəxanaya gətirmələrini görmüş, reanimasayaya yerləşdirilərək orada əməliyyat olunmuş, həkimin dediyinə görə Baharın baş nahiyəsinə küt alətlə xsəarət yetirilmiş, ayın 5-nə qədər hər gün xəstəxanada olmuş, Bahar reanimasiyada olduğu müddətdə özünə gəlməmiş, ayın 5-də saat 13 radələrində xəstəxanadan Bahar artıq vəfat etməsi barədə məlumat gəlmiş, həmin günü meyitini Şamaxıya aparıb, səhəri gün ayın 6da Həmyə kənd qəbristanlığında dəfn etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Mustafayeva X2 Mustafayevin ifadəsində göstərdiyi müvafiq hallarla bağlı eyniməzmunlu ifadə verib onun göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3, müvafiq hallarla bağlı eyniməzmunlu ifadə verib göstərmişdir ki, hadisədən sonra Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs vurması barədə kənddə eşitdiklərindən onların evinə gedib yataq otağında qan ləkələri görmüşlər və evdə yaşayanlardan öyrənmişlər ki, Əbülfət arvadı Baharı səhər saatlarında çəkiclə baş nahiyəsindən vurmuşdur. Məhkəmə ifadələri elan olunaraq aşardırılmış şahidlər Şahid4, Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, sonuncular Şahid3 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ifadəsində göstərmişdir ki, kiçik oğlu Təqsirləndirilən şəxs 1963-cü il təvəllüdlü olmaqla İ qrup əlildir, xx.xx.2022-ci il tarixdə təxminən 2 aydır ki, müalicə aldığı psixiatriya xəstəxanasından çıxıb yaşadıqları evə gəlmiş, xx.xx.2022-ci il tarixdə saat 08-30 radələrində gəlini Zərərçəkmiş şəxs yatdığı otağa onun dərman içməsi üçün oyatmağa gedərkən Baharın yorğun olduğundan yatmaq istədiyini bildirmiş, sonra mətbəxə keçib 10 dəqiqə müddətində səhər yeməyi yemiş, həyətə çıxarkən Əbülfətin küçə qapısını bağlayıb yola çıxdığını müşahidə etmiş, həyətdə təxminən 5 dəqiqə oturduqdan sonra Əbülfət həyətə girib evin içərisinə keçmiş, onu içəriyə çağıraraq Bahara nə olduğunu soruşduqda Baharın yatdığı otağa keçmiş, Əbülfətdən nə baş verdiyini soruşduqda xəbəri olmadığını bildirmiş, evdə onlardan başqa heç kimin olmadığını bildiyindən Əbülfətin arvadı Bahara xəsarət yetirdiyi, Baharın baş nahiyəsi qan içində yataq hərəkətsiz qaldığı ona məlum olmuş, lakin Əbülfəti hadisəni törədərkən görmədiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 1988-ci ildə Ermənistandan məcburi köçkün kimi Azərbaycana Bakıya köçmüş, ailədə 1 qardaş, 3 bacı olmuş, Bakıda taksi fəaliyyəti göstərir, qardaşı Təqsirləndirilən şəxs 1963cü il təvəllüdlü olmaqla Ermənistanda doğulmuş, 1981-ci ildə Ermənistandan hərbi xidmətə gedib, 2 il hərbi xidmətdə olmuş, 1988-ci ildə məcburi köçkün düşən vaxtı birlikdə Bakıya köçmüş, Əbülfət 1990-cı ildə anası Zəhra ilə birlikdə Xızı rayonunun Yeni Yaşma kəndinə köçüb orada məskunlaşmış, Ermənistanda olanda 1 dəfə ailə qurub qısa müddətdə boşanmış, həmin ailədən uşaq olmamış, 2-ci dəfə isə Yeni Yaşma kəndində yaşayarkən 1997-ci ildə Sumqayıt sakini Bahar adlı xanımla ailə qurmuş, 1990-cı ildə qardaşı Əbülfətdə ruhi problemlər yaranmağa başlamış, ilk dəfə həmin vaxt Maştağada ruhi xəstəxanada 1 həftədən az vaxtda müalicə almış, 1997-ci ilə qədər 2-3 dəfə bir neçə günlük müddətə o Maştağada xəstəxanada yatmış, 1997-ci ildə isə 2 saylı ruhi xəstəxanada 3 ay müalicə almış, bir neçə ay sonra Bahar adlı qızı qaçıraraq el adəti ilə ailə qurmuş, 1998-ci ildə onların Ülviyyə adlı qızları, 2000-ci ildə Asiman adlı oğlan övladları dünyaya gəlmiş, Əbülfət ailə qurduqdan sonrakı 4-5 il ərzində onun səhhətində problemlər yaşanmamış, 2002- 2003-cü illərdə yenidən onun ruhi xəstəlikləri yaranmağa başlamış,həmin vaxtdan indiyə qədər fasilələrlə Maştağa ruhi xəstəxanasında yatmış, bu müddətdə o 20 gün xəstəxanada, 5-6 ay isə gəlib evində yaşamış, 2022-ci il mart ayının sonlarından xəstəxanaya daxil olmuş, may ayının 31-də onu xəstəxanadan buraxmışlar.Onunla birlikdə Yeni Yaşma kəndində yaşadığı evə gəlmiş, 15 dəqiqə oturub kənddən çıxıb Bakıya öz evimə gəlmiş, 01 iyun 2022-ci il tarixdə səhər saat 9 radələrində anası istifadəsində olan ***-***-**-** nömrəsiylə ona zəng vuraraq həyəcanlı vəziyyətdə Bahar qan içindədir, özünü çatdır” bildirmiş, tez avtomobili ilə kəndə yola çıxmış, yolda gələndə ruhi xəstəxananın həkimiylə danışmış, ona “belə hadisə baş veribsə gətirin xəstəxanaya yatırdın” deyilmiş, Baharın vəziyyəti ciddi olduğundan Sumqayıta xəstəxanaya getmiş, əməliyyatın 1 neçə saat çəkəcəkiyi məlum olmuş, kəndə qayıdıb Əbülfəti aparıb xəstəxanaya yerləşdirmiş, xəstəxanay gedərkən qulağına “anama kart vermişəm, 300 min pul var, çıxararsan”sözlərini demiş, sonradan həmin kartın metro kartı olduğu məlum olmuş, həmi ayın 5-də günorta saatlarında Baharın vəfat etdiyi barədə məlumat gəlmiş, onu həmin günü aparıb Şamaxıda Həmyəli kənd qəbristanlığında dəfn etmişlər. Sonradan ruhi xəstəxanadan ona Əbülfətin arvadı Baharı kərkiylə (mismarçıxaran çəkic) başına zərəblər vurması sonra da gəlib kərkini həyətdəki tualetə atması, onun hansı səbəbdən belə bir əməl tutduğunu demədiyi barədə məlumat vermişlər. İcraat materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məkhəmə psixatrik ekspertiza mərkəzinin kompleks stasionar məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 03 avqust 2022-ci il tarixli, 89 nömrəli rəyindən göstərilmişdir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs fasiləsiz gedişli paranoid şizofreniya xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən düçar olduğu fasiləsiz gedişli paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumuna görə onun stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir, özü və ətrafdakılar üçün sosial təhlükə kəsb etməsi səbəbindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən mübtəla olduğu fasiləsiz gedişli paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmadığından təqsirləndirildiyi cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Təqsirləndirilən şəxs aşkarlanan paranoid şizofreniya xəstəliyinin gedişində psixotik vəziyyət hazırda da davam etdiyindən Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu onunla istintaq hərəkətlərinin aparılmasına imkan vermir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal- hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında deyildir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının yarandığı müəyyənləşir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi fasiləsiz gedişli paranoid şizofreniya xəstəliyində təzahür edən kəskin produktiv psixopatoloji simptomatikanın hazırda da davam etməsi səbəbindən hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan vermir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 100.3-cü maddəsinə əsasən ruhi xəstəlik, müvəqqəti ruhi pozuntu və ya kəmağıllıq nəticəsində öz hüquqlarını və vəzifələrini müstəqil həyata keçirmək qabiliyyətinə malik olmayan təqsirləndirilən şəxsi məhkəmə cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edə bilər. Şəxsin hüquqi səlahiyyətli olub-olmamasını müəyyənləşdirmək məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyildir.Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (Cild 1, iş vərəqləri 183-191) İş materiallarında olan təkrar komisyon stasionar məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli 58 saylı rəyindən görünür ki, Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl və həmin əməlini törədərkən fasiləsiz gedişli paranoid Şİzofreniya xəstəliyindən əziyyət çəkmiş, bunun nəticəsində öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidannda olmamışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda da fasiləsiz gedişli paranoid Şİzofreniya xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs aşkarlanan paranoid Şİzofreniya xəstəliyinin gedişində psixotik vəziyyət hazırda da davam edir. Buna görə Təqsirləndirilən şəxs hal-hazırkı psixi durumu onun cəzaçəkmə müəssisəsi şəraitində saxlanılmasına imkan vermir. Hal-hazırkı ekspertizaya təqdim olunan tibbi sənədlərə görə yoxlanılan şəxs Təqsirləndirilən şəxs paranoid şizofreniya xəstəliyi 1990-cı ildə yaranmışdır. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi ruhi xəstəlik fasiləsiz gedişli olmuş, tez-tez kəskinləşmələrlə özünü göstərmiş, buna görə davamlı müalicə aparılmasını tələb etmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən fasiləsiz gedişili paranoid şizofreniya xəstəliyi nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etniək iqtidannda olmamışdır. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilmədiyi təqdirdə onun gələcəkdə bu qəbildən olan cinayət əməlini törədə bilməsi ehtimalı vardır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan fasiləsiz gedişli paranoid şizofreniya xəstəliyi çərçivəsindəki psixotik vəziyyət hal-hazırda da davam edir. Buna görə Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidannda deyildir. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə stasionar şəraitdə məcburi müalicəyə ehtiyacı vardır. Onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdınlmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs simulyasiya (xəstəlik görüntüsünün yaradılması) və imitasiya (xəstəlik əlamətlərinin yamsılanması) kimi vəziyyətin mümkünlüyü tamamilə təkzib olunur. Çünki Təqsirləndirilən şəxs müşahidə olunan «Fasiləsiz gedişli paranoid şizofreniya» formasında psixi xəstəlik psixi fəaliyyətin ciddi şəkildə pozulmasından irəli gələn müxtəlif simptomların birləşdiyi patologiyadır. Əlbəttə, həmin mürəkkəb patologiyaya xas əlamətlərin simulyasiya və imitasiya hesabına yaradılması olduqca çətindir, belə bir cəhd edilərmişsə də, bu süni vəziyyəti yaratmaq üçün təqsirləndirilən şəxs psixiatriya sahəsində müəyyən edilən əlamətləri əzbər bilməli, onda yaradıcı şəxsiyyətə xas bir istedad olmalıdır. Zamana, məkana və ətraf mühitə bələdliyi zəifləyən, səliqəsiz, narahat və gərgin vəziyyətdə münasibət sayıqlama fikirlərinin, təhqiredici və İmperativ (əmredici) eşitmə hallüsinasiyalannın təsiri altında olan, təfəkkürü əlaqəsiz olmaqla paraloji xarakter daşıyan, intellektual imkanlarında səthilik və qeyri-müstəqillik nəzərə çarpan Təqsirləndirilən şəxs öz davranışını qəsdən psixi pozuntu vəziyyətinə uyğunlaşdırması heç bir vəchlə mümkün deyildir. Eyni zamanda Təqsirləndirilən şəxs aşkarlanan psixi xəstəlik bir tərəfdən şızofrenik spektrli, digər tərəfdən fasiləsiz gedişli olduğundan onun həkimyanıldıcı davranış kimi simulyasiya və imitasiya nümayiş etdirməsi mümkün ola bilməz. Adətən belə hallarda simulyasiya və imitasiya deyil, əksinə dissimulyasiya (şəxsin özündə obyektiv mövcud olan xəstəliyin əlamətlərini bilərəkdən, qəsdən və yaxud bilməyərəkdən, məqsədsiz şəkildə gizlətməyə çalışması) və dezaqravasiya (insanın özündəki xəstəliyi kiçiltməsi, hər hansı bir simptomun və yaxud patoloji vəziyyətin şiddətliliyini reallıqda olduğuna nisbətən çox azaltması, patologiyanın klinik mənzərəsinin ayrı-ayrı təzahürləri ört basdır etməsi) daha çox qeydə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-cü maddəsinin göstərişinə görə, tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməli olduğu şəxslər arasında ilk növbədə cinayət törədən zaman anlaqsız vəziyyətdə olan şəxslər dayanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 97.4-cü maddəsində qeyd edilir ki, öz psixi vəziyyətinə görə ətrafdakılar və özü üçün təhlükəli olan, intensiv və daimi müşahidə tələb edən şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə təyin edilə bilər. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.4-cü maddəsinə əsasən ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Lakin bununla bağlı qəti hökm vermək səlahiyyəti yalnız məhkəməyə məxsusdur. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 01 iyun 2022-ci il tarixli protokolda göstərilmişdir ki, Hadisə yeri Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən Şahid1 məxsus fərdi yaşayış evidir.Ev 2 yataq otağı, 1 qonaq otağı, 1 mətbəx,1 aynabənd otaqlarından ibarətdir. Həyətyanı sahəyə daxil olarkən həyətin sol hissəsində bir mərtəbəli dam hissəsi aysberq şifer, küçəyə baxan hissəsində 3 plastik pəncərə olması müşahidə olunur. Evə daxil olarkən dəhlizin baş hissəsində bir otaq, mətbəx dəhlizin sol hissəsində bir qapı həmin qapıdan içəri daxil olarkən sağ hissəsində qonaq otağı, qarşı hissədə Zərərçəkmiş şəxs yataq otağı, və sol hissədə isə digər yataq otağı olması müşahidə olundu. Zərərçəkmiş şəxs yataq otağının sol hissəsində paltar şkafı, sağ hissəsində bir ədəd güzgülü termo, orta hissəsində iki nəfərlik çarpayı və bir ədəd plastik pəncərə, müşahidə olundu. Baxış zamanı, çarpayıda üzərində qanabənzər ləkələr olan bir ədəd yastıq, bir ədəd yorğan, çarpayının sol hissəsində isə siyirməli dolabça müşahidə olundu. Baxış zamanı Şahid1 oğlu Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş göy-ağ rəngli dama-dama qısaqol düyməli saroçqa köynəyini təqdim etdi. Hadisə yerindən iş üçün sübut əhəmiyyəti kəsb edən bir ədəd çarpayıda üzərində qanabənzər ləkələr olan yastıq, və bir ədəd protokolda qeyd olunmuş qısaqol köynək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan baxış keçirilməsi haqqında 16 iyun 2022-ci il tarixli protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi çəkic alətini həyətdə yerləşən ayaqyoluna atdığını bildirdiyinə görə həmin ayaqyoluna baxış keçirildi. Ayaqyolu evin girişindən 15 m məsafədə yerləşməklə taxtadan 1,2 * 1,2 m ölçülərdə, qapısı 0,65 m, hündürlüyü 1,90 m ölçülərdədir. Ayaqyolu tualetə baxış keçirilərkən dəmir materialdan olan bir tərəfi iti uclu, bir tərəfi çəkic başlıqlı alət müəyyən olunaraq götürüldü. Həmin alətin uzunluğu 40 sm, eni 2,5 sm ölçülərində olmaqla dəmir materialdandır, iş üçün sübut əhəmiyyəti kəsb edən bir ədəd dəmir materialdan çəkic aləti müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (i/v: 10-14; 42-49) İş materiallarında olan Xızı rayon polis şöbəsindən daxil olmuş 07 iyul 2022-ci il tarixli, 165-4258-1222 nömrəli məktubda göstərilmişdir ki, Xızı rayonu, Yeni Yaşma kənd sakini, xx.xx.1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barəsində Xızı rayon polis şöbəsinin İTB-də hər hansı şikayət, ərizə, material yoxdur və münaqişəli ailə kimi qeydiyyata alınmamışdır. (i/v: 129-133) İş materialında olan Xızı rayon İcra Hakimiyyəti Başçısının Yeni Yaşma kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 13 iyul 2022-ci il tarixli, 20 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədənə kimi Xızı rayonu Yeni Yaşma kəndində yaşamışdır, onun barəsində nümayəndəliyə hər hansı şikayət dail olmamışdır. (i/v: 143-146) İş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 05 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir: Başın küt travması. Baş beyin əzilməsi. Baş beyinin qişaları altına və maddəsinə qansızmalar. Baş beyinin travmatik ödemi. Kəllə tağı sümüklərinin sınığı. Başın alın-təpə nahiyəsinin və sağ qaşın bayır kənamdan sağ gözün bayır kənarmadək davam edm çapılmış yaraları. Sol gicgah nahiyəsinin sıyrğı. Sağ üst və alt göz qapaqları, sol üst göz qapağı və sol sağrı nahiyəsinin qançırları. Qeyd edilən xəsarətlər həyatidirlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən tarixdə yəni, xx.xx.2021 -ci il tarixdə əmlə gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs ölümünün səbəbi - baş beyin əzilməsi. Baş beyinin qişaları altına və maddəsinə qansızmalar. Baş beyinin travmatik ödemi. Kəllə tağı sümüklərinin sınığı olmuşdur. Zərərçəkmiş şəxs ölümü Sumqayıt Təcili Tibbi yardım xəstəxanasında xx.xx.2022-ci il tarixdə saat 15:00-da baş vermişdir, bu da ilkin meyit əlamətlərinin inkişaf dərəcəsi ilə inkar olunmur. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş çapılmış yaraların xarakterini və ekspertizaya təqdim edilmiş maddi sübut olan kərkinin konstruktiv xüsusiyyətləri nəzərə alaraq demək olar ki, qeyd olunan çapılmış yaralar ekspertizaya təqdim olunmuş kərkinin və ona oxşar alətlərin təsirindən əmələ gələ bilərdilər. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə- kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşu törəmələri, alkoloidlər, fenotiazin, pirazalon 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (cild 1, iş vərəqə 170-176) İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının 508/2022-MTBŞ nömrəli, 15 avqust 2022-ci il tarixli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs təqdim olunmuş sənədə əsasən ABO sistemi üzrə qan qrupu A (İİ). Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək və bir ədəd yastıq üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız “A” antigeni alındı. Bu qan ləkələri Abeta (İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. (cild 1, i/v: 177-182) İş materiallarında olan SHXÇDX-nin Xızı rayon bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 386 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1981ci il tarixdən xx.xx.1983-cü il tarixədək X9 sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan “Xızı şəhər mərkəzi xəstəxanası” pubük hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 266 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdən rayon mərkəzi xəstəxanasının psixiatriya kabinetdə” şizofreniya paranoid forma” diaqnozu ilə dispanser qeydiyyatındadır. İş materialında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan DSMF-nin 2 saylı Quba-Xaçmaz regional filialının xx.xx.2022-ci il tarixli, məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs filialdan heç bir növ pensiya və ya müavinət almır. (i/v: 147-152) Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 1963-cü il təvəllüdlü Təqsirləndirilən şəxs 1995-ci ildən başlayaraq dəfələrlə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında müalicə almışdır, o, təkrar xx.xx.2022-ci il tarixdə xəstəxanaya qəbul edilib və xx.xx.2022-ci il tarixdə xəstəxanadan evə yazılmışdır. Diaqnozu “şizofreniya paranoid forma, fasiləzis gedişli" olmuşdur. İstintaq zamanı 29 avqust 2022-ci il tarixdə tərəfimdən şəxsin psixi vəziyyətinə görə iş üzrə icraatda iştirak edə bilməməsi haqqında protokol tərtib edilərək həmin tarixdə şəxsin prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi məsələsinin həlli üçün aidiyyəti üzrə Xızı rayon məhkəməsinə göndərilmişdir. Xızı rayon məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 4(068)-30-2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs cinayət prosessual fəaliyyət qabiliyyəti olmayan hesab edilmişdir. Cinayət qanuni ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin əvəzinə stasionar tibb müəssiəsinə yerləşdirilməsi təhlükəsizlik tədbirinin tətbiq edilməsinə dair ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən 07 sentyabr 2022-ci il tarixli təqdimatla müraciət olunmuşdur. (cild 1, i/v: 198-200) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnaməyə əsasən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (cild 1, iş vərəqləri 132-133) Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmişdir. O, hazırda da həmin vəziyyətdədir. Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477-ci maddəsinin tələblərinə uyğun olaraq onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi barədə qərar çıxarılmalıdır. Eyni zamanda, tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməklə o, ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli (hərəkət və ya hərəkətsizliyi) törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1 və 93.1-1.1-ci maddələrinə əsasən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli (hərəkət və ya hərəkətsizliyi) anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilir. Həmin Məcəllənin 95.0 və 95.0.4-cü maddələrinə əsasən, məhkəmə psixi pozuntusu olan şəxslərə ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirləri təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinə əsasən şəxs tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin anlaqsız vəziyyətdə törədilməsini sübuta yetirilmiş hesab etdikdə, məhkəmə onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar çıxarır. Bundan başqa, icraat materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs barəsində Xızı rayon məhkəməsinin 22 iyun 2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Xızı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cinayət prosessual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Xızı rayon məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs istintaq müddətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1 nömrəli psixiatriya xəstəxanasına yerləşdirilməklə barəsində xüsusi tibb müəssisəsinə yerləşdirilmə növündə təhlükəsizlik tədbiri tətbiq edilmişdir. Məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri və xüsusi tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar ləğv edilməli, onun barəsində seçilmiş xüsusi tibb müəssisəsinə yerləşdirilmə təhlükəsizlik tədbiri hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Həmin Məcəllənin 132.1.7-ci maddəsinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, icraat materialları üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərində olmuş bir ədəd köynək, üzərində qanabənzər ləkələr olan yastıq, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd çəkic məhv edilməlidir. Məhkəmə gəldiyi nəticələri "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın ədalətli məhkəmə araşdırılması hüququndan və qanunsuz cəzalandırılmamaqdan bəhs edən 6 və 7-ci maddələrinin tələblərinə uyğun hesab edir. Belə ki, Konvensiyanın həmin maddələrinə əsasən hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Heç kəs törədildiyi zaman milli və ya beynəlxalq hüquqa görə cinayət sayılmayan hər hansı hərəkət və ya hərəkətsizliyə görə cinayət törətməkdə təqsirli hesab edilə bilməz. İş üzrə mülki iddia verilməmiş, məhkəmə xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 348.2, 383-385, 468, 472-473, 477-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə r a r a a l d ı: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1-1.1-ci və 95.0.4-cü maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, məcburi qaydada ixtisaslaşdırılmış psixiatriya stasionarında intensiv müşahidə altında məcburi müalicə edilsin. Bu qərarın ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə ilə bağlı hissədə icrası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasına həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qərar ləğv edilsin, onun barəsində seçilmiş xüsusi tibb müəssisəsinə yerləşdirilmə növündə təhlükəsizlik tədbiri hazırkı qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İcraat materialları üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərində olmuş bir ədəd köynək, üzərində qanabənzər ləkələr olan yastıq, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bir ədəd çəkic məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar