Məhkəmə qərarları › İş №1(124)-250/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-250/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-250/2024 17.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X10 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin huquqi varisi - X7, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 12 avqust 1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 5-ci mikrorayon ev 14/1 mənzil 18da qeydiyyatda olan və Sumqayıt şəhəri Xəzər bağlar massivi ərazisində yerləşən fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan bir zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş və hadisə barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs 30 aprel 2023-cü il tarixdə, saat 21:10-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, yəni orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində B kateqoriya, BD 019112 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus “VAZ 2107” markalı ** FX *** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri Çerkassı küçəsində Sumqayıt Dəmir Yol Vağzalı istiqamətində 70 km/saat sürətlə hərəkətdə olan zaman, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni idarə etdiyi avtomobili hərəkət sürəti 3.24 «Maksimum surətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda icazə verilən maksimum surətdən artıq sürətlə idarə edərək və həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə almaqla avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməmiş və nəticədə idarə etdiyi “VAZ 2107” markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobillə idarə etməni itirib avtomobilin qabaq hissəsi ilə həmin ərazidə yol kənarındakı səkidə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vuraraq, sonuncunun ölümünə səbəb olan döş qəfəsinin və qarnın küt travması, sağ Vİ-VH-Vİİİ-İX-X qabırğaların məmə xətt üzrə yerdəyişən qapalı sınığı, sağ ağ ciyərin cırılmış yarası, qara ciyərin sağ payının diafraqma səthinin cırılmış yaraları, peritonarxası geniş hematoma, yoğun bağırsaq müsariqəsinin qopması, sağ bud və sağ baldır sümüklərinin açıq çoxqəlpəli sınıqları, sağ qaşüstü nahiyədən başlayaraq sağ göz qapaqlarının və gözaltı nahiyəsini əhatə edən qançırı, sağ üst göz qapağının yarası, sağ baldırın yuxarı 1/3-nin bayır səthinin, sağ diz oynağının arxa səthinin, sağ budun aşağı 1/3-nin bayır səthinin, sağ budun orta yuxarı 1/3-nin ön-iç səthinin 5 ədəd əzilmiş-cırılmış yaraları, döş qəfəsinin ön səthinin sağ yarısının, sağ yan səthinin və ön səthinin, sağ qalça tini nahiyəsinin, sağ bayır topuq nahiyəsinin sıyrıqları kimi dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol hərəkəti qaydalarını pozmuş, bundan sonra «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4cü hissəsinin tələblərinə zidd olaraq, yəni hadisə barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, özünə məxsus “VAZ 2107” markalı ** FX *** dövlət nömrə qeydiyyat nişanlı avtomobili olmuş, həmin avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə idarə etdiyi avtomobilin yanacağı qurtardığından Sumqayıt şəhəri Çerkassı küçəsində yerləşən “hamam” deyilən yerdə idarə etdiyi avtomobili saxlayıb çıxıb getmiş, xx.xx.2023-cü il tarixdə isə Sumqayıt şəhəri “Simurq” adlanan ərazidə yerləşən adını bilmədiyi kafelərdən birində tanışları ilə oturub yeyib içmiş, spirtli içki qəbul etmiş, təxminən 4-5 bakal spirtli içki olan pivə içkisi qəbul etdikdən sonra kafedən çıxmış, bundan sonra yeyib içdiyi kafenin yaxınlığında yerləşən yanacaq doldurma məntəqəsindən 1,5 litr yanacaq alıb idarə etdiyi avtomobilin yanına getmişdir. Aldığı yanacağı idarə etdiyi avtomobilə doldururduqdan sonra, idarə etdiyi avtomobillə yaşadığı Sumqayıt şəhəri Xəzər bağlar massivi ərazisində yerləşən evə getmək üçün Sumqayıt şəhəri Çerkassı küçəsi ilə Sumqayıt Dəmir Yol Vağzalı istiqamətində hərəkət etməyə başlamış, həmin vaxt idarə etdiyi avtomobili təxminən 70-80 km/saat sürətlə idarə etmişdir. Sumqayıt şəhəri Çerkassı küçəsində hərəkətini davam etdirərkən qəflətən qarşıdan gələn dövlət nömrə nişanını və markasını görə bilmədiyi avtomobilin sürcüsü qarşısında hərəkət edən avtomobili ötüb keçmək üçün onun idarə etdiyi avtomobilin hərəkətdə olduğu zolağa daxil olmuş, bundan sonra idarə etdiyi avtomobilin həmin avtomobillə toqquşmaması üçün idarə etdiyi avtomobilin sağ tərəfini yol kənarındakı səki daşlarına çırpıb avtomobilin sağ tərəfini səkiyə qaldırmış, bu zaman səkidə iki nəfər piyadanın hərəkət etdiyini təxminən 4-5 metr məsafədən görmüş və idarə etdiyi avtomobili öz zənnincə onlardan kənarlaşdırmaqla onların yanından keçib getmiş, buna baxmayaraq idarə etdiyi avtomobil bir qədər irəli hərəkət etdikdən sonra, idarə etdiyi avtomobilin sağ tərəfi yoldakı bir neçə maneəyə çırpılmış, sonra isə irəli doğru hərəkət etmiş, sonda isə yol kənarındakı işıq dirəklərindən birinə çırpılaraq dayanmışdır. Həmin vaxt idarə etdiyi avtomobilin qabaq hissəsi əzilərək yararsız vəziyyətə düşmüş, özü isə ayaq nahiyəsindən xəsarət almış, bundan sonra idarə etdiyi avtomobildən yerə enmiş və ayağından xəsarət aldığından hadisə yerindən yayınmaq məqsədi ilə deyil, ailə üzvüləri tərəfindən ona tibbi yardım göstərilməsi üçün ordan birbaşa yaşadığı evə getmişdir. Hadisə vaxtı kiməsə xəsarət yetirdiyindən xəbəri olmamışdır. Yaşadığı evə getdikdən təxminən bir saat sonra yaşadığı evə zəng edən şəxs polis əməkdaşı olduğunu bildirib, onunla maraqlanmış, ailə üzvləri onun yaşadığı evdə olduğunu bildirmiş, bundan bir qədər sonra isə yaşadığı evə gəlmiş polis əməkdaşları onu izahatının alınması üçün polis idarəsinə dəvət etmiş, bundan sonra isə polis əməkdaşlarının təklifi ilə Sumqayıt şəhər polis idarəsinə gəlmişdir. Hadisədən əvvəl ancaq spirtli içki olan pivə içkisi qəbul etmiş, digər güclü təsir edən, bihuşedici maddə qəbul etməmiş, avtomobil idarə etməyə hüquq verən sürücülük vəsiqəsi olmuş, hadisə vaxtı idarə etdiyi avtomaşında sərnişin və yük olmamış, hadisə vaxtı ayaq nahiyəsindən xəsarət almış, hadisədən əvvəl idarə etdiyi avtomobilin sürəti təxminən 70-80 km/saat olmuşdur. İdarə etdiyi avtomaşın hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomaşında hər hansı texniki nasazlıq olmamış, hadisədən sonra ailə üzvüləri tərəfindən ona tibbi yardım göstərilməsi üçün yaşadığı evə gedib, sonra hadisə yerinə qayıdaraq idarə etdiyi avtomobilin hansı vəziyyətdə olduğunu dəqiqləşdirməsini, bundan sonra lazım gələrsə bu barədə hüquq mühafizə orqanlarına məlumat verəcəyini fikirləşdiyindən, bu səbəbdən yol nəqliyyat hadisəsi törətməsi barədə hadisə yerində olan hər hansı şəxsə və ya hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda ehtiyatsızlıqdan törətdiyi əməlinin cinayət olduğunu başa düşdüyünü, peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istəyərək onunla barışıq əldə etdiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Belə ki, məhkəmə baxışında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki, mərhum xx.xx.2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs oğludur. Hadisədən əvvəl digər ailə üzvüləri ilə birlikdə ünvan 1 ünvanında yaşamış, mərhum oğlu Ceyhun bundan başqa yaşadıqları evin yaxınlığında yerləşən “Dostluq” avtomobil təmiri sevisində usta köməkçisi işləmiş, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə mərhum oğlu Ceyhun saat 21 radələrində yaşadıqları evdə telefonunun adabtorunun işdə qaldığını bildirib iş yerinə gedib adabtorunu götürüb qayıdacağını bildirmiş, bundan təxminən 20 dəqiqə sonra isə qonşuluqda yaşayan Vahid adlı oğlunun dostu yaşadıqları evə gəlib Sumqayıt şəhəri Çerkassi küçəsində Ceyhunu avtomobil vurduğunu bildirmişdir. Bundan sonra dərhal digər ailə üzvüləri ilə birlikdə Vahidin hadisənin baş verdiyini bildirdiyi hadisə yerinə getmiş, ora getdikdən sonra həmin yerdə VAZ 2107 markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün idarə etdiyi avtomobillə oğlunu yol kənarındakı səkidə hərəkət edərkən vurduğunu, avtomobilin yol kənarındakı dirəklərə çırpıldıqdan sonra hadisə yerində qaldığını, sürücünün isə hadisə yerindən qaçdığını görmüşdür. Hadisə yerinə getdikdə həmin avtomobil və mərhum oğlunun meyiti hələdə hadisə yerində olmuş, daha sonra hadisə yerinə tibb işçiləri gəlmiş və oğlunun meyiti tibb işçiləri tərəfindən Sumqayıt şəhər TTY xəstəxanasına aparılaraq ekspertiza şöbəsinə təhvil verilmiş, mərhum oğlunun meyiti ekspertlər tərəfindən tibbi müayinədən keçirildikdən sonra isə, onun meyitini xəstəxanadan qəbul edib onu Sumqayıt şəhəri Corat qəsəbəsi ərazisində yerləşən qəbirstanlıqda dəfn etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəməyə notarial qaydada ərizə təqdim edərək, Təqsirləndirilən şəxsla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi. Məhkəmə baxışında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə şahid qismində dindirilmiş xx.xx.2008-ci il təvəllüdlü Şahid1 ifadəsində göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs dostudur və onunla qonşuluqda yaşamışlar. Sonuncu dəfə xx.xx.2023cü il tarixdə saat 21 radələrində Ceyhun ona zəng vurmuş, bundan sonra yaşadıqları binanın həyətində görüşmüşlər. Daha sonra Ceyhun mobil telefonunun adabtorunun işlədiyi yaşadıqları evin yaxınlığında yerləşən “Dostluq” avtomobil təmiri sevisində qaldığını bildirib, birlikdə işlədiyi yerə gedib telefonunun adabtorunu götürüb sonra geri qayıtmalarını təklif etmiş, onunla razılaşdım, bundan sonra birlikdə Ceyhunun işlədiyi avtomobil təmiri servisinə getmişlər. Sumqayıt şəhəri Çerkassi küçəsində yol kənarındakı səkidə üzü həmin ərazidə yerləşən “Dünya” TV televizyasının yerləşdiyi ərazi İstiqamətində gedərkən həmin ərazidə Dəmir Yol Vağzalı İstiqamətində hərəkətdə olan VAZ 2107 markalı avtomobilin sürücüsü ilk əvvəl qarşısında hərəkət edən avtomobili ötüb keçmiş, sonra öz hərəkət istiqamətinə qayıdarkən qəflətən idarə etməni itirmiş, bundan sonra avtomobilin sağ tərəfi səkiyə çırpılaraq səkinin üstünə qalxmış, sonra isə onun yanından ötüb ondan təxminən iki metr aralıda hərəkət edən Ceyhuna çırpılmışdır. Daha sonra isə avtomobil yol kənarındakı dirəklərə, yol nişanlarına çırpılaraq 20-30 metr irəli doğru hərəkət etmiş, sonuncu dirəyə çırpıldıqdan sonra isə dayanmışdır. Ceyhun isə avtomobil ilk dirəyə çırpıldıqda avtomobilin üstündən yerə düşmüş, avtomobilin toqquşduğu dirəyin yanında qalmışdır. Avtomobil dayandıqdan sonra isə avtomobildən sürücü və arxa oturacaqda əyləşmiş xanım maşından düşərək piyada yaşayış binalarına tərəf qaçmağa başlamış, yaşayış binalarının arasına girdikdən sonra isə gözdən itmişlər. Daha sonra ora gəlmiş şəxslərdən kimisə mobil telefonla hadisə barədə 102 xidmətinə və təcili tibbi yardım stansiyasına məlumat vermiş, bundan sonra Ceyhunun yaşadığı evə gedib hadisə barədə onun ailə üzvülərinə məlumat vermiş, daha sonra hadisə yerinə qayıtdıqda hələdə həmin avtomobil və Ceyhunun meyitinin orda olduğunu görmüşdür. Daha sonra hadisə yerinə tibb işçiləri gəlmiş və Ceyhunun meyiti tibb işçiləri tərəfindən Sumqayıt şəhər TTY xəstəxanasına aparılmışdır. Hadisədən sonra VAZ 2107 markalı avtomobilin sürücünün kiminsə avtomobilinə minməsini görməmiş, onun ancaq idarə etdiyi avtomobildən düşmüş bir xanımla yaşayış binalarına tərəf qaçdığını, sonra isə gözdən itdiyini görmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. Təxminən iki il əvvəl bankdan kredit götürərək Zaurun idarə etməsi üçün “VAZ 2107” markalı ** FX *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil almış, o həmin avtomobillə taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. Sonuncu dəfə xx.xx.2023cü il tarixdə saat təxminən 14 radələrində Zaur evdə olmuş, ona yemək verib, bundan sonra işlədiyi gözəllik salonuna getmiş, birdə həmin gün saat təxminən 20 radələrində evə qayıtmışdır. Həmin vaxt Zaur evdə olmamış, Zaur həmin gün evə saat təxminən 22 radələrində gəlmiş, həmin vaxt baxdıqda Zaurun ayaq nahiyəsinin qanadığını görmüş, ondan nə baş verdiyini soruşduqda Zaur Sumqayıt şəhəri 12-ci mikrorayon ərazisində yol nəqliyyat hadisəsi törətdiyini, idarə etdiyi avtomobili divara çırpdığını, həmin vaxt ayağından xəsarət aldığını, yaşadıqları evə ona tibbi yardım göstərilməsi üçün gəldiyini bildirmişdir. Bundan beş on dəqiqə sonra yaşadıqları evə zəng edən şəxs Zaurun harda olması ilə maraqlanmış, Zaurun yaşadıqları evdə olduğunu bildirmiş, bundan bir qədər sonra yaşadıqları evə gəlmiş polis əməkdaşları Zauru polis idarəsinə dəvət etmiş, Zaurda onlarla birlikdə polis idarəsinə getmişdir. Daha sonra maraqlandıqda Zaurun həmin gün saat təxminən 22 radələrində Sumqayıt şəhəri Çerkassı küçəsində idarə etdiyi avtomobillə piyadanı vurduğunu öyrənmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 14 radələrində yaşadıqları evdə olarkən Zaur idarə etdiyi avtomobili yaşadıqları evin həyətində saxlamışdır. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2019-cu ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-i inspektoru vəzifəsində isə 2021-ci ildən xidmət aparmağa başlamış, sonuncu dəfə 30 aprel 2023-cü il tarixdə saat 21 radələrində Sumqayıt şəhəri Çerkassı küçəsində və ətraf ərazilərdə xidmət yoldaşı Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru, polis serjantı Şahid3la ilə birlikdə idarə etdiyi ** YP *** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobili ilə xidmətdə olarkən, Sumqayıt ŞPİ-nin növbət hissəsindən məsul növbətçi Sumqayıt şəhəri Çerkassı küçəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi, eləcədə hadisəni törətmiş sürücünün hadisə yerindən qaçması barədə məlumat verdiyindən, dərhal həmin əraziyə yaxınlaşmışlar. Bundan sonra həmin gün saat təxminən 22 radələrində ** FX *** dövlət qeydiyyat nişanlı VAZ 2107 markalı avtomobilin sürücünün Sumqayıt şəhəri Çerkassı küçəsi ilə Sumqayıt şəhər Dəmir Yol Vağzalı istiqamətində hərəkətdə olarkən, idarə etməni itirib həmin ərazidə səkidə hərəkətdə olan mərhum Zərərçəkmiş şəxs vurduğunu, daha sonra isə idarə etdiyi avtomobili yol kənarındakı dirəyə çırparaq yararsız vəziyyətə saldığından, idarə etdiyi avtomobili hadisə yerində qoyaraq hadisə yerindən qaçdığını, piyadanın isə aldığı bədən xəsarətlərindən hadisə yerində öldüyünü Öyrənmişdir. Daha sonra hadisə yerinə təcili tibbi yardım birqadası və əməliyyat qrupunun digər üzvüləri gəlmiş, bunda sonra oraya təcili tibbi yardım avtomobilində gəlmiş təcili tibbi yardım birqadasının əməkdaşları hadisə yerində qalmış piyadanın meyitini götürüb xəstəxananın meyitxanasına yerləşdirilməsi üçün aparmış, hadisə yerində qalmış atomobili isə Sumqayıt ŞPİ-nin DYPŞ-nin cərimə duracağına yerləşdirilmişdir. Bundan sonra tərəflərindən müəyyən edilmiş tədbirlərlə hadisəni xx.xx.1987-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt şəhəri 5-ci mikrorayon ev 14/1 mənzil 18-da qeydiyyatda olan və Sumqayıt şəhəri Xəzər bağlar massivi ərazisində yerləşən fərdi evdə yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə törətdiyi, hadisədən sonra sürücünün hadisə yerindən qaçaraq yaşadığı evə getdiyi müəyyən edilmişdir. Bundan sonra sürücü müəyyən edilib aidiyyatı üzrə polis idarəsinə təhvil verilmiş, daha sonra isə xidməti əraziyə qayıdaraq xidmətlərini davam etdirməyə başlamışlar. Məhkəmə baxışında Şahid5 şahid qismində dindirilmiş, Şahid3 və Şahid4 məhkəməyədək icraat zamanı verdikləri ifadələri elan olunmuş və onların da Şahid2 ilə eyni məzmunlu ifadə verdiлləri müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının 30 may 2023-cü il tarixli 57 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, 2006-cı il təvəllüdlü mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibbi müayinəsinə, laborator müayinlərin cavablarına, ölüm haqqında olan ilkin məlumatları nəzərə alıb, qərarda qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Döş qəfəsinin və qamın küt travması, sağ Vİ-Vİİ-Vİİİ-İX-X qabırğaların məmə xətt üzrə yerdəyişən qapalı sınığı, sağ ağ ciyərin cırılmış yarası, qara ciyərin sağ payının diaffaqma səthinin cırılmış yaraları, peritonarxası geniş hematoma, yoğun bağırsaq müsariqəsinin qopması, sağ bud və sağ baldır sümüklərinin açıq çoxqəlpəli sınıqları, sağ qaşüstü nahiyədən başlayaraq sağ göz qapaqlarının və gözaltı nahiyəsini əhatə edən qançırı, sağ üst göz qapağının yarası, sağ baldırın yuxarı 1/3-nin bayır səthinin, sağ diz oynağının arxa səthinin, sağ budun aşağı 1/3-nin bayır səthinin, sağ budun orta yuxarı 1/3-nin ön-iç səthinin 5 ədəd əzilmiş-cırılmış yaraları, döş qəfəsinin ön səthinin sağ yarısının, sağ yan səthinin və ön səthinin, sağ qalça tini nahiyəsinin, sağ bayır topuq nahiyəsinin sıyrıqları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, onun ölümündən az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmanın əlamətlərinə aiddirlər və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb döş və qarının küt travması nəticəsində daxili orqanların cınlmasından baş verən daxili qanitirmə olmuşdur. Onun ölümü meyitin meyitxanada müayinəsindən (xx.xx.2023-cü il tarixdə, saat 23:00-da) 2-4 saat əvvəl baş vermişdir. Xəsarətlərin xarakterlərinə və lokalizasiyalarma əsasən (sağ bud və baldır sümüklərində açıq sınıqların olması) demək olar ki, hadisə baş verən zaman ilkin zərbə mərhum Zərərçəkmiş şəxs sağ tərəfindən olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın kimyəvi müayinəsi zamanı etil spirti, narkotik və digər təsiredici maddələr aşkar edilməmişdir. Əlavə məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 10/600əlavə saylı rəyində göstərilmişdir ki, 1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nın tərtib etdiyi 636 saylı arayışa əsasən qərarda göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Sol diz nahiyəsinin kəsilmiş yarası. Qeyd olunan xəsarətlər iti əşyanın təsirindən yaranmışdır, onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərərvurmaya aiddir. Məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 30 iyun 2023-cü il tarixli 8/1640 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən, VAZ 2107 markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum surətin məhdudlaşdırılması» yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda icazə verilən maksimum surətdən artıq sürətlə idarə etdiyi şəraitində, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum surətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16-8/2-3736/2023 saylı məktubda, Vaz-2107 markalı ** FX *** dövlət qeydiyyat nişanlı avtomaşının Təqsirləndirilən şəxs məxsus olduğu, etibarnamə ilə idarə edilməsi barədə mərkəzi informasiya sistemində məlumat olmadığı göstərilmişdir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16-8/2-3737/2023 saylı məktubda, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə «B» kateqoriyalı BD 019112 saylı on illik sürücülük vəsiqəsinin verildiyi, mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər arasında olmadığı göstərilmişdir. Sumqayıt Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 30 aprel 2023cü il tarixli, A/656 saylı aktda Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətinin olduğu göstərilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində əvvəli 30 aprel 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 264-cü maddəsi ilə irəli sürülən ittihamı qəbul etməyərək həmin maddə ilə bəraət verilməsini xahiş etsə də, məhkəmə kollegiyası bu məsələ ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması cinayət məsuliyyətinə səbəb olur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yolnəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 №-li qərarında göstərilmişdir ki, “Yol hərəkəti haqqında” Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərərçəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, “təcili tibbi yardım” maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur (“Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İY hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-nin 263-cü və ya 263- 1-ci maddələri ilə yanaşı, həm də CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı, həm də CMnin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CM-nin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 yanvar 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərərçəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərərçəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni CM-nin 264-cü maddəsi CM-nin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 30 iyun 2023-cü il tarixli 8/1640 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə barəsində müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyinə görə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs yol nəqliyyat hadisəsini törətdikdən sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa borclu olduğu halda, bunu etməmiş və hadisə yerindən yayınmışdır. Beləliklə, məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə minik avtomobilini idarə etməklə ehtiyatsızlıqdan yuxarıda qeyd edilən cinayəti törətməsi və cinayəti törətdikdən sonra yol hərəkəti qaydalarını pozmaqla yol nəqliyyat hadisəsi yerindən qaçması onun özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertizalarının rəyləri və protokollarla, həmçinin iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir və ona görə də, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq 264-cü maddə ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinə əsasən bu Məcəllənin 263.-1.3-cü maddəsində nəzərdə tutulmuş əməllər (Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144- 146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 263.1-3 və 264-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 17.3-cü maddəsinə əsasən şəxs bu Məcəllənin müvafiq maddələrinə uyğun olaraq cinayətlərin məcmusunu yaradan hər cinayətə görə cinayət məsuliyyətinə cəlb edilir; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 68.2-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisindən üzr istəyərək onunla barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələblərinin olmamasını (59.1.12), ilk dəfə olaraq ehtiyatsızlıqdan cinayət törətməsini (CMnin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair » 29 yanvar 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, Cm-in 264-cü maddəsinin dispozisiyasına görə, nəqliyyat vasitəsini idarə edən şəxsin cinayət məsuliyyəti yol-nəqliyyat hadisəsi yerindən qaçması və CM-in 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda (yəni zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulduqda, onun ölümünə səbəb olduqda, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) yaranır. Azərbaycan Respublikası CM-in 263-cü maddəsindən fərqli olaraq CM-in 264-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli subyektiv cəhətdən təqsirin qəsd forması ilə törədilir. Belə ki, təqsirkar baş verməsində təqsirli olduğu və məsuliyyət daşıdığı yolnəqliyyat hadisəsi yerini qoyub qaçdığını şüurlu surətdə dərk edir və məhz bu cür hərəkət etməyi arzu edir ki, bu da həmin cinayətlərin fərqli olduğunu bir daha təsdiq edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına, zərərçəkmiş şəxsin ölümünə və ya iki və daha çox şəxsin ölümünə səbəb olması ( CM-in 263-cü maddəsi) və bu nəticənin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması (CM-in 264-cü maddəsi) ayrı-ayrı cinayət tərkibi yaradan əməllərdir. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun və Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən qərarlarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələrinin sanksiyalarında müəyyən edilmiş həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə və həmin maddələrin sanksiyalarında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələri nəzərə alınmaqla Təqsirləndirilən şəxs qəti cəza təyin olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3 və 264-cü maddələri ilə cinayətlərin məcmusu üzrə təyin edilmiş əsas cəzanı əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaqla və əlavə cəzanın əsas cəzaya biləşdirilməsi yolu ilə qəti cəza təyin olunmalıdır. Həmçinin Təqsirləndirilən şəxs təyin olunan əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş müddətə şamil edilməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 30 aprel 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə ekspertizalarına sərf olunmuş 85 (səksən beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsinə əsasən 3 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, 264-cü maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunan əsas cəzanı əsas cəza ilə, əlavə cəzanı əlavə cəza ilə qismən toplamaqla və əlavə cəza əsas cəzaya birləşdirilməklə ona qəti olaraq 4(dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 30 aprel 2023-cü il tarixdən hesablansın. Əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan başqa hökmdə müəyyən edilmiş 4 (dörd) il müddətə şamil edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş Məhkəmə ekspertizalarına sərf olunmuş 85 (səksən beş) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Elçin Məmmədov Nahid Mirzəyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar