Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-251/2023 14.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Rzayeva Aynur Tapdıq qızı (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Əliyev Hafiz Samir oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Sumqayıt şəhəridə doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 7,712 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində və yaşadığı evdə saxlamış, 06 iyun 2022-ci il tarixdə, saat 17:27-də Sumqayıt ŞPİ-nin 2-ci PBnin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi, “Razimin dükanı”deyilən yerin yaxınlığında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin 2-ci PB-yə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən sarı rəngli plastmas qabın içərisində həmin narkotik vasitə heroinin bir hissəsi, yəni 01 ədəd bükümdə, ümumi çəkisi 2,192 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd tərəzi daşı, həmçinin əməliyyat-axtarış tədbirlərinin davamı olaraq Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsi 62 saylı evə baxış keçirilən zaman yataq otağında olan soyuducunun üzərindəki gül qabının içərisindən 01 ədəd şəffaf rəngli sellofan bükümdə ümumi çəkisi 5,520 qram, şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş narkotik vasitə heroinlə xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun üzərindən aşkar edilmiş narkotik vasitə ona məxsus olmuşdur. Evindən aşkar edilmiş narkotik vasitə onun olmamışdır. Üzərindən 1,5 qram heroin aşkar edilmişdir. Evə baxış keçiriləndə saat təqribən 6 olmuşdur. Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirmişdir ki, canı ağırıdığı üçün əvvəllər narkotik vasitələrdən istifadə etmişdir. Daha sonra tərgitmişdir. Üzərindən aşkar olunan narkotik vasitəni almışdır və az-az istifadə etmişdir. Təqsirləndirilən şəxs müdafiəçinin suallarına cavab olaraq bildirmişdir ki, o evinin qabağında saxlanılmışdır. Polis əməkdaşları onu saxlayaraq polis bölməsinə aparmışdırlar. Polis əməkdaşları tərəfindən saxlanılan zaman velosiped sürmüşdür. Polis əməkdaşlarından qaçmaq istəyərkən yıxılmış, həmin vaxt xəsarət almışdır. Polis bölməsində döyülməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin, 2-ci PB-nin əməliyyat müvəkili Şahid2 bildirmişdir ki, bölməyə Təqsirləndirilən şəxs narkotik vasitələrinin istifadəsi, üzərində daşıması və satışı ilə bağlı məlumat daxil olmuşdur. Hansı ki, onun haqqında bu məlumatlar əvvəllər də daxil olmuşdur. Məlumatın bölməyə daxil olduğu gün onlara məlum olmuşdur ki, təqsirləndirilən şəxs Sumqayıt şəhəri Xəzri yaşayış massivi ərazisindədir və üzərində narkotik vasitəsitə vardır. Məlumatla bağlı əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs Xəzər yaşayış massivi ərazisində saxlanılmış və onlar tərəfindən polis bölməsinə gətirilmişdir, xidməti otaqların birində üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən narkotik maddəyə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bu barədə ondan soruşulduqda o, bunların narkotik maddə olduğunu etiraf etmiş və daha sonra qeyd etmişdir ki, onun yaşadığı ünvanda da ona məxsus narkotik maddə vardır. Təqsirləndirilən şəxs evində axtarış keçirilməsinə etiraz etməmişdir. Onun evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan da onun özünə məxsus olan narkotik maddə aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxsi saxlayarkən o velosipetdə hərəkətdə olmuş, polis əməkdaşlarını görən zaman özünü velosipedin üzərindən tullayaraq qaçmaq istəmişdir. Həmin ərazi xırda-xırda daşlardan ibarət olmuşdur. Təqsirləndirilən şəxsin ayağı sürüşərək yığılmış, onlarda onu yerdən qaldırıb polis bölməsinə gətirmişdirlər. Təqsirləndirilən şəxs evinə baxış onun özünün məlumatı əsasında həyata keçirilmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilmiş, narkotik vasitələr aşkar edilmişdir. Bu barədə də aidiyyəti üzrə qərarın surəti göndərilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin, 2-ci PB-nin əməliyyat müvəkili X6 bildirmişdir ki, bölməyə əməliyyat məlumatı daxil olmuşdur ki, Təqsirləndirilən şəxs adlı şəxsin üzərində narkotik vasitə var. Onlar ona yaxınlaşanda o, “Xəzri” yaşayış massivində velosipedlə hərəkətdə olmuşdur. Təqsirləndirilən şəxs onları gördüyü zaman özünü velosipeddən atıb qaçmaq istəmiş, onlar da onu saxlamış, bölməyə aparmışdırlar. Bölmədə olarkən onun üzərində baxış keçirilmiş və üzərindən narkotik vasitələr aşkar olunmuşdur. Sonra o özü bildirmişdir ki, evində də narkotik vasitələr var. Polis əməkdaşları da onun evinə gedərək evinə baxış keçirmiş və dediyi narkotik vasitələri də aşkar etmişdirlər. Hadisənin nə zaman baş verməsi dəqiq yadında deyildir. Hadisə çoxdan baş vermişdir. Təqsirləndirilən şəxs üzərindən hansı növ narkotik vastə aşkar olunduğu yadında olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan maddələrin nə qədər olduğunu dəqiq deyə bilməmişdir. İstintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdə Xəzri yaşayış massivində tutmuşdurlar. Şahid Sumqayıt ŞPİ-nin, 2-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Ona dair düşmənçilik və ədavətli münasibəti olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 1-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və alqı-satqısı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat raport vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməyi üçün o da əlavə edilmişdir. Həmin gün saat 17 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaaşyış massivi, “Razimin mağazası” adlanan marketin yaxınlığında Təqsirləndirilən şəxs velosipedlə hərəkət etdiyini gördükləri üçün ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs onların polis əməkdaşları olduqlarını görüb velosipedi sürərək ərazidən uzaqlaşmağa çalışan zaman idarə etməni itirərək yerə yıxılmışdır. Onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq ayağa qalxmasına köməklik edib özlərini təqdim etmişlər. Onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib ondan özünü təqdim etməsini tələb etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməli olacaqlarını bildirib, ondan etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs avtomobilə əyləşdirib Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasına gətirmişlər. PB-də xidməti otaqlardan birində təhqiqatçı Fərhad Bayramov özünü təqdim edərək saxlanılan şəxdən özünü təqdim etməsini tələb etmişdir. Saxlanılan şəxs yenidən özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçının göstərişi ilə o və digər polis əməkdaşları özlərini təqdim etmişlər. Təhqiqatçı şübhəli şəxsə hüquqlarını müdafiə etməsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X2 təqdim etmişdir. Bundan sonra təhqiqatçı şübhəli şəxsə tutulmasının səbəbləri izah edib, videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyini bildirib Təqsirləndirilən şəxs videoçəkilişin aparılmasına etirazının olubolmadığını soruşmuşdur. Həmçinin təhqiqatçı şübhəli şəxsə hüquq vəzifələrini izah edərək hüquq və vəzifələrin əks olunduğu bildirişi Təqsirləndirilən şəxs təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etsin. Təqsirləndirilən şəxs özü əynində olan boz rəngli şalvarının sağ yan cibindən sarı rəngli yumurta formasında, plastmas qabın içərisində bir ədəd büküm təqdim etmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmiş, lakin saxlanılan şəxsin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər maddənin olduğu aşkar olunmuşdur. Həmin büküm elektron tərəzidə ölçülən zaman çəkisinin 2,54 qram olduğu müəyyən edilmişdir. Təhqiqatçının suallarına cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin heroin olduğunu, təxminən 3 ay əvvəl Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yaşayan Zakir adlı şəxsdən 200 manat müqabilində şəxsi sitifadəsi üçün aldığını, almış olduğu narkotik vasitənin qalan hissəsinin yaşadığı evdə olduğunu bildirib, evdə olan narkotik vasitəni də təqdim edə biləcəyini qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə ekspertizaya göndərilməsi üçün xüsusi qaydada qablaşdırılmış və üzəri möhürlə möhürlənmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, H.Hacıbəyov küçəsində yerləşən 62 saylı evə baxış keçirməyə getmişlər. Evə baxış keçirilən zaman təhqiqatçı yenidən Təqsirləndirilən şəxs təklif etmişdir ki, evində narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş hər hansı digər əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs özü evin yataq otağındakı soyuducunun üzərində olan gül qabının içərisindən 01 ədəd şəffaf sellofanı təqdim edərək həmin sellofanın içərisində narkotik vasitə heroin olduğunu və Zakir adlı şəxsdən almış olduğu heroinin qalan hissəsinin olduğunu demişdir. Bundan sonra təhqiqatçı tərəfindən evə baxış keçirilmiş, lakin evdən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə elektron tərəzidə çəkilərkən çəkisinin 5,71 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər maddə Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 126 saylı möhürü ilə möhürlənmişdir. Bununla bağlı protokollar tərtib olunmuş, protokollar o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahid ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş 06 iyun 2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar və eyni tarix və məzmunlu raportdan görünür ki, xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində gəzdirməsi və alqı-satqısında şübhəli olması barədə dəqiq və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq edilmiş Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Cinayət işinin materiallarında olan 06 iyun 2022-ci il tarixli “şəxsi axtarış və götürmə”, “baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokollar və həmin protokollara əlavə edilmiş CD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən aydın olur ki, şəxsi axtarış başlamazdan əvvəl təhqiqatçı Təqsirləndirilən şəxs təklif edir ki, üzərində narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan boz rəngli şalvarın sağ yan cibindən 01 ədəd sarı rəngli plastmas qabı təqdim edir. Təhqiqatçının sualına Təqsirləndirilən şəxs sarı rəngli plastmas qabın içərisində olan şəffaf rəngli sellofan bükümün içərisində “kakos” olduğunu bildirir. Təqsirləndirilən şəxs həmin bükümü 3 ay əvvəl Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində “Zakir” adlı şəxsdən öz şəxsi istifadəsi üçün 200 manat müqabilində aldığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə saxladığını və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirir. Təqsirləndirilən şəxs həmçinin şəxsi axtarış zamanı çəki daşı da təqdim etdi. Təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin çəki daşını narkotik vasitə alarkən çəkisini müəyyən edə bilməsi üçün üzərində gəzdirdiyini bildirdi. Təhqiqatçı Təqsirləndirilən şəxs saxlanması şəraiti ilə bağlı sual verərkən o, evdən çıxıb velosipedlə hərəkətdə olarkən yolda polis əməkdaşları ilə rastlaşdığını, polis əməkdaşlarının ondan velosipedi saxlayıb düşməsini tələb edərkən o, üzərində narkotik vasitə olduğunu görə polis əməkdaşlarından qaçmaq istədiyini və həmin zaman yerə yıxıldığını bildirdi. Çəkiliş zamanı Təqsirləndirilən şəxs özü xidməti otağın qapısını açaraq barəsində danışdığı velosipedi iştirakçılara göstərir. Təhqiqatçı Təqsirləndirilən şəxs evdə saxladığı narkotik vasitəni təqdim edə bilibbilməyəciyini soruşduqda, Təqsirləndirilən şəxs evdə gizlətdiyi narkotik vasitəni polis əməkdaşlarına təqdim edə biləcəyini deyir. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Ü.Hacıbəyov küçəsində 62 saylı evdə yaşadığını və qarşısında dayandığı evin ona məxsus yaşayış evi olduğunu bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs müdafiəçisi X2 təqdim edir. Müdafiəçidən sonra polis əməkdaşları da növbə ilə özlərini təqdim edirlər. Təhqiqatçı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı evdə də narkotik vasitə saxladığını dediyini bildirir və təklif edir ki, yaşadığı evdə saxlamış olduğu narkotik vasitəni təqdim etsin. Təqsirləndirilən şəxs özü polis əməkdaşları ilə birlikdə evə daxil olaraq evin yataq otağında olan soyuducunun üzərindəki gül qabının içərisindən 01 ədəd şəffaf sellofan bükümü təqdim edir. Təqsirləndirilən şəxs Zakir adlı şəxsdən 200 manat müqabilində aldığı narkotik vasitənin bir hissəsinin üzərindən aşkar olunduğunu, qalan hissəsinin isə təqdim etdiyi hissə olduğunu və həmin narkotik vasitələrin eyni olduğunu bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/3188 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs ... Təqsirləndirilən şəxs... şəxsi axtarış zamanı götürülmüş...” və s. sözlər, imzalar olan paketdəki 01 ədəd sarı rəngli plastik qabda yerləşdirilmiş 01 ədəd bükümdə təmiz çəkisi 2,192 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs ... Təqsirləndirilən şəxs ... evdən götürülmüş ...” və s. sözlər, imzalar olan paketdə 01 ədəd bükümdə təmiz çəkisi 5,520 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı aşkar olunmuş çəki daşının üzərində nəzarətdə olan maddələrə məxsus izlər müəyyən edilmədi. Təqsirləndirilən şəxs üzərindən və evindən aşkar edilmiş, ümumi təmiz çəkiləri 7,712 qram olan heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Qeyd: 1№ paket Heroin -2,192 qram, tədqiqata sərf edildi -0,05 qram, qalıq-2,142 qram. 2№ paket Heroin-5,520 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-5,470 qram. Cinayət işinin materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” 10 sentyabr 2022-ci il tarixli və “Sübutların qiymətləndirilməsi haqqında” 27 sentyabr 2022-ci il tarixli qərarlarından görünür ki, xx.xx.2022-ci il tarixdə şəxsi axtarış və baxış zamanı Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar olunmuş ümumi təmiz çəkisi 7,712 qram narkotik vasitə heroin və 01 ədəd tərəzi daşı cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla, tədqiqatdan sonra qalıq qalmış 7,612 qram narkotik vasitə olan heroin və 01 ədəd tərəzi daşı sübutların saxlama otağına təhvil verilmişdir. Həmçinin “Şəxsi axtarış keçirilməsi və götürmə” və “Baxış keçirilməsi və götürmə” haqqında 06 iyun 2022-ci il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 01 ədəd “DVD” disk is üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmaqla, cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 xx.xx.2022-ci il tarixli 3540 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının X3 Nümayəndəsi tərəfindən verilmiş 19 sentyabr 2022-ci il tarixli, 40 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Yaşadığı müddət ərzində barəsində Hacı Zeynalabdin qəsəbə icra nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə şahid ifadələrini, cinayət işinin materiallarında olan çoxsaylı mötəbər sübutları ayrı-ayrılıqda və məcmu halında təhlil edib nəzərə alaraq və qeyd edilən sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı verdiyi ifadəsi işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar və onun bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı»na əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngüləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 06 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 08 iyun 2022-ci il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. İş üzrə müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlancı ambarına təhvil verilmiş tədqiqatdan sonra qalıq qalmış 7,612 qram narkotik vasitə olan heroin və bir ədəd tərəzi daşı məhv edilməli, 1 ədəd diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 06 iyun 2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 7,612 qram narkotik vasitə olan heroin və 01 ədəd tərəzi daşı məhv edilsin, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 110 (bir yüz on) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) andan 20 gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-251/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-251/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver