Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-252/2022 07.10.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X5 , 31 avqust 1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvələr məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesinin kənarında yerləşən nömrəsiz evdə yaşayan, barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə edib, daşımaqla üzərində və yaşadığı evdə saxlamışdır. Belə ki, o, İran İslam Respublikasının vətəndaşı kimi özünü təqdim edən, şəxsiyyəti istintaqla müəyyən edilməsi mümkün olmayan «Baba» adlı şəxsdən 150 manat pul müqabilində 04 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu «Şamaxinka» adlanan yerdən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,413 qram, 0,398 qram, 0,405 qram, 0,429 qram, 0,413 qram, 0,431 qram, 0,438 qram, 0,389 qram, 0,408 qram, 0,426 qram, 0,398 qram, 0,422 qram, 0,401 qram, 0,432 qram, 0,431 qram; ümumi təmiz çəkiləri 6,234 qram olan 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrin siyahısı»na (Siyahı İ) daxil edilən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,443 qram; 0,447 qram, 0,458, ümumi təmiz çəkiləri 1,348 qram olan ağ rəngli, kristalşəkilli 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı»na (Siyahı İ) daxil edilən psixotrop maddə metamfetamini əldə edib, həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesinin kənarında yerləşən nömrəsiz evə gətirərək orada saxlamaqla daşımış, 06 noyabr 2021-ci il tarixdə Abşeron rayon polis idarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesinin kənarında yerləşən nömrəsiz evinə keçirilmiş baxış zamanı evin qonaq otağındakı divanın yanında yerləşən stolun üzərindəki dəmir qutunun içərisində saxladığı həmin təmiz çəkisi 6,234 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 3 büküm 1,348 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, ona qarşı irəli sürülmüş ittihamda satış məqsədi ilə bağlı hissə istisna olmaqla, qalan digər hissələrlə razıdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Belə ki, narkotik vasitələrin istifadəçisi olmuşdur. Buna görə də Baba adlı İran İslam Respublikası vətəndaşı ilə telefonda təsadüfən tanış olmuşdur. 04 noyabr 2021-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı olan Baba adlı şəxs vatsap vasitəsi ilə onunla əlaqə saxlamışdır. O «Baba» adlı şəxsdən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almaq istəmişdir. İran İslam Respublikasının vətəndaşı olan Baba adlı şəxs ona vatsap vasitəsi ilə ona kart hesabının şəklini yollamış, o həmin kart hesabına 150 manat pul yollamışdır. O pulu yollayandan sonra «Baba» adlı şəxs Bakı şəhəri Nəsimi rayonu Şamaxinka adlanan yerə yolun kənarına bir neçə qram narkotik vasitə olan heroin və bir neçə qram psixotrop maddə metamfetamin qoymuşdur. Həmin narkotik vasitə olan heroini və psixotrop maddə metamfetamini götürüb öz yaşadığı evə gətirmişdir. Həmin narkotik vasitə heroindən və psixotrop maddə metamfetamindən bir neçə dəfə istifadə etmişdir. Qalanını isə yaşadığı evdə saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 01:30 radələrində yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesinin kənarında yerləşən nömrəsiz evinin yaxınlığında polis əməkdaşları ona yaxınlaşmışlar. Polis əməkdaşları ona yaşadığı evdə narkotik vasitə olmasından şübhələndiklərini bildirmişlər və onu Abşeron rayon Pİ-nə gətirmişlər. Orada o polis əməkdaşlarına evində narkotik vasitə heroin və psixotrop maddə metamfetamini gizlətdiyini etiraf etmiş və evində axtarış aparılmasına icazə vermişdir. O evinə axtarış aparılması ilə bağlı polis əməkdaşlarına icazə verməyi barədə könüllü ərizə təqdim etmişdir. Bundan sonra ona dövlət tərəfindən təyin olunmuş vəkili təqdim olunmuşdur. Yaşadığı evdə onun üzərinə müdafiəçinin və dəvət edilmiş bir qadının iştirakı ilə şəxsi axtarış keçirmişdir. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Daha sonra evinə baxış zamanı o qonaq otağında divanın yanında stolun üzərində dəmir qutunun içərisində saxladığı 15 büküm narkotik vasitə heroini və 3 büküm psixotrop maddə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. O Baba adlı şəxsə həmin narkotik vasitəni və psixotrop maddəni özü istifadə etmək üçün aldığını söyləmişdir. O «Baba» adlı şəxsdən narkotik vasitə və psixotrop maddəni əldə edəndə artıq həmin maddələr bükümlərə bölünmüşdür. O Baba adlı şəxsdən cəmi 15 büküm narkotik vasitə heroin və 3 büküm psixotrop maddə metamefetamin əldə etmişdir.Törətdiyi əməldən peşmandır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə qismən etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, Abşeron RPİ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 06 noyabr 2021-ci il tarixdə Abşeron rayon polis idarəsinə 31 avqust 1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri Kəpəz rayonu, DOS-102 ev 138, mənzil 15 qeydiyyatda olan Təqsirləndirilən şəxs Abşeron rayonu Xırdalan şəhəri ərazisində narkotik vasitə olan heroinin və psixotrop maddə metamfetaminin satışı və qanunsuz dövrüyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Məlumat Abşeron RPİ-nin rəisinə raportla məruzə edildikdən sonra ondan və Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvü ilə Abşeron rayonu Xırdalan şəhərinə getmiş və xx.xx.2021-ci il tarixdə keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saat 01:30 radələrində Təqsirləndirilən şəxs Bakı-Sumqayıt şossesinni kənarında yerləşən nömrəsiz evinin qarşısında saxlanılaraq Abşeron RPİ-nə gətirilmişdir. Abşeron RPİ-ndə həmin şəxsin şəxsiyyəti müəyyən edilərkən məlum olmuşdur ki, Abşeron rayon Pİ-nə gətirdikləri şəxs 31 avqust 1981-ci ildə Gəncə şəhərində anadan olmuş, Gəncə şəhəri Kəpəz rayonu, DOS-102 ev 138, mənzil 15 qeydiyyatda olan, Bakı-Sumqayıt şossesinin kənarında yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxsdır. Abşeron RPİ-də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət edilmişdir. Təqsirləndirilən şəxs bildirdi ki, o yaşadığı Bakı-Sumqayıt şossesinni kənarında yerləşən nömrəsiz evdə narkotik vasitə heroin və psixotrop maddə metamfeatmin saxlayır, polis tərəfindən yaşadığı evə baxış keçirilməsinə razıdır, buna etirazı yoxdur. Etirazı olmaması barədə Təqsirləndirilən şəxs polis idarəsinin rəisinin adına ərizə yazmışdır. Təqsirləndirilən şəxs, Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid2, müdaifəçi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Bakı-Sumqayıt şossesinni kənarında yerləşən nömrəsiz evə getmişlər. Orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması üçün Bakı-Sumqayıt yolunun kuənarında yaşayan X2 adlı qadın dəvət edilmişdir. Sonra Təqsirləndirilən şəxs evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə təklif edilmiş evində narkotik vasitə, psixotrop maddə və başqa qanunsuz əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs yaşadığı evə onun razılığı ilə baxış keçirilmişdir. Baxış zamanı Samirə Musayevə yaşadığı evdə jurnal stolunun üzərində olan dəmir qutunu və həmin qutunun içində olan 18 ədəd şəffaf bükülünü çıxardaraq içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu söyləmiş və onları təqdim etmişdir. Həmin 18 ədəd bükülü təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış heç bir qanunsuz maddi sübut əhəmiyyət kəsb edəcək əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs sorğu zamanı həmin narkotik vasitəni və psixotrop maddəni İran İslam Respublikası vətəndaşı olan “Baba” adlı şəxsdən 150 manata Bakı şəhəri Nəsimi rayonu Şemaxinka adlanan yerdən 150 manat almışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə və psixotrop maddəyə bənzər maddə aşkar edilməsinə dair təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, bütün iştirakçılar protokolu imzalamışlar Şahid Abşeron RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili X1 məhkəmə istintaqında elan edilib araşdırılmış ifadəsindən görünür ki, sonuncu məhkəmədə ifadəsi alınmış polis əməkdaşı Şahid1 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 noyabr 2021-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi barədə Abşeron RPİ-yə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 4, ) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “axtarış və götürmə barədə» xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Belə ki, Təqsirləndirilən şəxs yaşadığı Abşeron rayonu Xırdalan şəhəri Bakı-Sumqayıt şossesinin kənarında yerləşən nömrəsiz evinə keçirilmiş baxış zamanı evin qonaq otağındakı divanın yanında yerləşən stolun üzərindəki dəmir qutunun içərisində saxladığı 15 bükümdə narkotik vasitə heroinə bənzər və 3 büküm psixotrop maddə metamfetaminə bənzər maddələri təqdim etmiş və həmin maddə aşkar edilərək götürülmüşdür. (cild 1, iş vərəqə 23-24) Axtarış və götürmə barədə xx.xx.2021-ci il tarixli protokolda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2021ci il tarixli, 6/4929 №li rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində AR DİN «Zərflər üçün №245» möhür əksi, «Vət. Təqsirləndirilən şəxs yaşadığı mənzildə aşkar edilən..» və s. yazılar, imzalar olan kağız bağlamadakı 01 ədəd metal qaba yerləşdirilmiş 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,443 qram; 0,447 qram, 0,458, ümumi təmiz çəkiləri 1,348 qram ağ rəngli, kristalşəkilli maddə kütlələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 03 bükümdəki metamfetamin kütlələri kiyavi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər; 15 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,413 qram, 0,398 qram, 0,405 qram, 0,429 qram, 0,413 qram, 0,431 qram, 0,438 qram, 0,389 qram, 0,408 qram, 0,426 qram, 0,398 qram, 0,422 qram, 0,401 qram, 0,432 qram, 0,431 qram; ümumi təmiz çəkiləri 6,234 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 15 bükümdəki heroin kütlələri kiyavi tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş siyahılar üzrə: Heroin «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (Siyahı İ), Metamfetamin «Azərbaycan Respublikası ərazisində dövrüyyəsi qadağan edilən psixotrop maddələr»-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə: 33-38) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş ambulator məhkəmə-komission psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 3090 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə S.G. Musayeva öz hərəkətlərinin faktiki xarakterinin və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqdidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqdidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (cild 1, iş vərəqə: 127-129) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 29 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. (cild 1, iş vərəqə: 125-126) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 2660 №li rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və xəsarətin izi aşkar edilmədi. (cild 1, iş vərəqə 124) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş DİN-nin baş informasiya və kommunikasiya idarəsindən alınmış məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdən 06 noyabr 2021-ci il tarixədək olan müddətdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının dövlət sərhədini keçməmişdir. (cild 1, iş vərəqə 119) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** nömrəli mobil nömrələrə daxil olan və çıxan zənglərin siyahısı, daxil olan və göndərilmiş mesajların məzmunu və anten dairəsi barədə məlumatlarla əlaqədar "xxxx" MMC-dən alınmış xx.xx.2021-ci il tarixli BKC/LGL-19770/21 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 01:30 radələrində istifadə etdiyi ***-***-**-** mobil nömrə ilə heç bir telefon danışığı aparmamış və Təqsirləndirilən şəxs mobil telefonun 06 noyabr 2021-ci il tarixdə saat 01:30 radələrində antenn dairəsi Abşeron rayonu Xırdalan şəhəri Zeynalabdin küçəsi 1 nömrəli dalan ərazisində olmuşdur. Bundan əlavə görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə istifadə etdiyi ***-***-**-** mobil nömrəsindən saat 01:04-də ***-***-**-** nömrəsi ilə 0 saniyə, 04:24 radələrində ***-***-**-** nömrəsi ilə 34 saniyə danışıq aparmış və Təqsirləndirilən şəxs mobil telefonun 06 noyabr 2021-ci il tarixdə saat 01:04 radələrində antenn dairəsi Abşeron rayonu Xırdalan şəhəri Şamaxı Şossesi ərazisində olmuşdur. (cild 1, iş vərəqə 106-108) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş "xxxx" MMC-dən alınmış xx.xx.2021-ci il tarixli BKC/LGL-19770/21 nömrəli məktuba əlavə edilmiş disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə:130-137) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş "xxxx" MMC-dən alınmış xx.xx.2021-ci il tarixli 32126/21 nömrəli məktuba əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrənin xx.xx.2021-ci il tarixdə gün ərzində zənglər qeydə alınmamışdır. (cild 1, iş vərəqə 109-111) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş "xxxx" MMC-dən alınmış xx.xx.2021-ci il tarixli 32126/21 nömrəli məktuba əlavə edilmiş disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 130-137) Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş “Maddi sübut kimi tanıma haqqında” 09 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə 06 noyabr 2021-ci il tarixdə keçirilən baxış zamanı götürülmüş 6,234 narkotik vasitə heroin, 1,348 qram psixotrop maddə metamfetamin maddi sübut kimi 09 noyabr 2021-ci il tarixli qərarla tanınmış, ekspert tədqiqatından sonra qalıq qalmış 6,114 narkotik vasitə heroin, 1,258 qram psixotrop maddə metamfetamin saxlanılmasından ötrü Abşeron RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (cild 1, iş vərəqə: 82-83) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Kəpəz rayon İcra Hakimiyyəti Başçının 2 nömrəli SİƏD üzrə nümayəndəliyindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə qonşular tərəfindən yazılı və şifahi şikayət daxol olmamışdır. (cild 1, iş vərəqə 113) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin külli miqdarda olması, o cümlədən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş qismən etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs qadın olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddələsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 noyabr 2021-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 41-48, 62-65) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 06 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görünür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan – ekspert tədqiqatdan sonrakı qalıq çəkisi 6,114 narkotik vasitə heroin, qalıq çəkisi 1,258 qram psixotrop maddə metamfetamin məhv edilməli, 03 ədəd disk cinayət işinin cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 109,90 (yüz doqquz manat doxsan qəpik) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və o, 5 il (beş il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 06 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Abşeron RPİ-də saxlanılan – ekspert tədqiqatdan sonrakı qalıq çəkisi 6,114 narkotik vasitə heroin, qalıq çəkisi 1,258 qram psixotrop maddə metamfetamin məhv edilsin, 03 ədəd disk cinayət işinin cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-252/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-252/2022
07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver