Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-253/2022 28.09.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “LCG” Vəkil Bürosunun vəkili Müdafiəçi1 Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhər 2 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, xx xxxxxx 1995-ci ildə Xızı rayonu, Giləzi qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Mühafizə Departamentinin Hacı Zeynallabdin Tağıyev yüklərin və obyektlərin mühafizə komandasının atıcısı işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs, quldurluqla əlaqədar xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmiş, yaşayış sahəsinə qanunsuz olaraq girib silah qismində istifadə edilən əşya tətbiq edib zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmaqla quldurluq etmişdir. Belə ki, o, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 6, mənzil 60 ünvanında yaşayan Zərərçəkmiş şəxs əmlakını tamah niyyəti ilə, hüquqazidd və əvəzsiz olaraq oğurlamaq məqsədi ilə 09 noyabr 2021-ci il tarixdə, saat 04 radələrində yağış sularının axıdılması məqsədilə quraşdırılmış boru vasitəsilə Zərərçəkmiş şəxs yaşadığı mənzilin eyvanına qalxaraq eyvanın açıq qapısından yaşayış sahəsi hesab olunan mənzilə qanunsuz girib qonaq otağında pul və qızıl-zinət əşyaları axtararkən yataq otağından səs gəldiyini eşidib eyvandan bir ədəd zavod üsulu ilə hazırlanmış predmetin (əşyanın) bir hissəsi olan, bozumtul rəngli, 16x19x3,5 sm ölçüdə soyuq silah hesab edilməyən daş parçasını götürüb yataq otağına gedərək çarpayının üzərində oturmuş Zərərçəkmiş şəxs əmlakını quldurluqla ələ keçirməklə onu quldurluqla əlaqədar qəsdən öldürmək qərarına gələrək cinayətkar niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs həyatı və sağlamlığı üçün təhlükəli zorakılıqla müşayiət olunan basqın edib, əlində olan bir ədəd daş parçasını silah qismində tətbiq etməklə onun başına və sifətinə çoxsaylı zərbələr vuraraq başın küt travması, alın sümüyünün xətti sınığı, baş beyinə qansızma, alının sol və sağ hissəsinin yarası ilə müşayiət edilən yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən, burun belinin, sağ almacıq nahiyəsinin, sol gözaltı nahiyənin, sağ qaşüstü nahiyənin iki ədəd, sol təpə nahiyəsinin orta hissəsinin, sol gicgah nahiyəsinin, sağ gicgah nahiyəsinin iki ədəd əzilmiş yaraları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən, sifətin çoxsaylı sıyrıqları ilə müşayiət edilən sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra dəhlizə gedib divara söykəndikdən bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs səsini eşidib yenidən yataq otağına qayıdaraq hər iki əli ilə Zərərçəkmiş şəxs boğazından tutub onu çarpayıdan yerə yıxıb boğaraq Zərərçəkmiş şəxs yetirdiyi və sonuncunun ölümünə səbəb olan başın küt travması səbəbindən baş vermiş baş beyinə qansızma nəticəsində quldurluqla əlaqədar Zərərçəkmiş şəxs həyatda olduğu anda iztirablar verməsini dərk etməklə çoxsaylı xəsarətlər yetirərək müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə xüsusi amansızlıqla qəsdən öldürdükdən, yəni onu həyatdan məhrum etdikdən sonra mənzili gəzib dəhlizdəki dolabın üzərində olan pulqabıdan 40 manat pul, qonaq otağındakı televizorun yanında olan 120 manat dəyərində bir ədəd qara rəngli, Çin istehsallı, “HP Pavilion Entertainment PC” markalı, “dv5-1050 ed” modelli, İntel Centrino 2” xüsusiyyətli notbuk və 110 manat dəyərində bir ədəd göy rəngli, Çin istehsallı, “Xiaomi” markalı, “M1903C3GG” (Redmi Go) modelli mobil telefonu, cəmi 270 manat dəyərində Zərərçəkmiş şəxs məxsus əmlakı yaşayış sahəsinə qanunsuz girib eyvandan götürdüyü bir ədəd daş parçasını silah qismində tətbiq etməklə Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaqla quldurluq, yəni təhlükəli zorakılıqla bağlı basqın edərək ələ keçirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən və suallara cavab verməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq mərhələsində verdiyi və məhkəmə istintaqı zamanı tədqiq olunmuş təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 28A, mənzil 53 ünvanında anası X3, qardaşları X5 və X6 ilə birlikdə yaşamışdır. "xxxx" QSC-nin Sumqayıt şəhər dəmiryol idarəsində mühafizəçi işləmişdir. Müxtəlif banklara və lombarda ümumilikdə 6300 manat borcu olduğu üçün çıxılmaz vəziyyətdə qalmışdır. Həmin borcları qaytara bilmədiyi üçün oğurluq etməyi düşünmüşdür. 06 noyabr 2021-ci il tarixdə, saat 20 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisindəki “Kontakt home” mağazası ilə üzbəüz yerləşən məhəllədən keçən zaman bütün mənzillərdə işıqların yandığını, sadəcə üçüncü mərtəbədə yerləşən mənzildə isə işıq yanmadığını müşahidə etmişdir. Lakin həmin gün mənzilə o qədər də diqqətlə fikir verməmişdir. Növbəti gün, yəni 07 noyabr 2021-ci il tarixdə, saat 21 radələrində yenidən həmin məhəlləyə getdikdə üçüncü mərtəbədəki mənzildə yenidən işıqların yanmadığını görmüşdür. Təxminən saat yarım müddət ərzində həmin məhəllə ətrafında gəzmiş və mənzili müşahidə etdikdə işıqların yanmadığını görüb evdə heç kimin olmadığından əmin olmuş və həmin evə daxil olaraq oğurluq etməyi qərara almışdır. O, həmin mənzilə necə daxil olacağı ilə bağlı plan qurmağa başlamışdır. Binanın arxa tərəfində keçdikdə orada yağış sularının axıdılması məqsədilə quraşdırılmış boru vasitəsilə həmin mənzilin eyvanına qalxa biləcəyini görmüşdür. 08 noyabr 2021-ci il tarixdə, saat 09 radələrində işlədiyi "xxxx" QSC-nin Sumqayıt şəhər dəmiryol idarəsində sutkalıq xidmətdə olmuşdur. O, həmin gün qeyd etdiyi mənzildən oğurluq etməyi düşündüyü üçün xidməti geyimi ilə yanaşı özü ilə mülki paltar da götürmüşdür. Bundan başqa həmin evdə əl-barmaq izlərinin qalmaması üçün yaşadığı evdən bir cüt qara rəngli əlcək də götürmüşdür. 09 noyabr 2021-ci il tarixdə, saat 02 radələrində xidmət yerini tərk edərək Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi ərazisinə gedərək orada gödəkçəsini dəyişmişdir. Gödəkçəsini dəyişdikdən sonra xidməti gödəkçəsini Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi adlanan ərazidə ağacların arasında gizlədərək saat 04 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yerləşən məhəlləyə getmişdir. Məhəlləyə çatdıqdan sonra həmin mənzildə yenidən işıqların yanmadığını görərək binanın arxasına keçmiş və əvvəlcədən planlaşdırdığı kimi boru vasitəsilə mənzilin eyvanına qalxmışdır. Eyvana qalxdıqdan sonra eyvanın qapısının açıq olduğunu görüb evin içinə daxil olmuş və ona məxsus “Katel” markalı mobil telefonun işığını yandıraraq evdən pul və qızıl-zinət əşyaları axtarmağa başlamışdır. Evin qonaq otağını axtaran zaman yataq otağından səs gəldiyini eşitmişdir. Evdə adam olduğunu başa düşüb qorxmuş və evdən qaçmaq üçün yenidən eyvana çıxmışdır. Lakin eyvandan aşağı düşə bilməyəcəyini başa düşdüyü üçün mobil telefonunu gödəkçəsinin cibinə qoyub eyvanda olan bir ədəd daş parçasını götürərək yenidən evə daxil olmuşdur. Evin yataq otağına keçdikdə orada kiminsə yatağın üzərində oturduğunu görmüşdür. Dərhal həmin şəxsin üzərinə hücum edərək daş parçası ilə onun sifət nahiyəsinə çoxsaylı zərbələr vurmuşdur. Zərbələrdən sonra həmin şəxs yatağın üzərinə yıxılmışdır. Ondan səs gəlmədiyini gördüyü üçün daş parçasını yataq otağında döşəmənin üzərinə qoyaraq evin dəhlizinə keçmiş və divara söykənərək sakitləşməyə çalışmışdır. Həmin vaxt ev qaranlıq olduğu üçün vurduğu şəxsin kişi və ya qadın olduğunu bilməmişdir. Təxminən 2-3 dəq sonra yataq otağından qadının qışqırıq səsi gəldiyini eşitmişdir və yenidən yataq otağına geri qayıdaraq hər iki əli ilə qadının boğaz nahiyəsindən yapışaraq onu yerə yıxmış və boğmağa başlamışdır. Qadının səsi kəsildikdən sonra başımdakı papağı və əlindəki əlcəkləri çıxararaq hadisəni törətdiyi yataq otağında döşəməyə atmışdır. Daha sonra yenidən evin dəhlizinə gedərək yerdə oturmuşdur. Təxminən 20 dəqiqə oturduqdan sonra evin hamam otağına gedərək otağın işıqlarnıı yandırmış və əlini yumuşdur. Əlini yuyub dəsmalla sildikdən sonra mətbəxə keçmişdir. Mətbəxdə götürdüyü əşyaları içərisinə qoymaq üçün torba axtarmağa başlamış və iki ədəd torba tapmışdır. Daha sonra mətbəxdən əski parçası götürərək evin qonaq otağının işığını yandırmış və dəhlizə baxdıqda dəhlizdə olan dolabın üzərində bir cüt rezin əlcək olduğunu görüb həmin əlcəkləri geyinmişdir. Bundan başqa dəhlizdə dolabın üzərində pulqabı görmüşdür. Həmin pulqabını açdıqda içərisində 40 manat pul və həmin qadına məxsus bank kartı olduğunu görərək pul qabını torbanın içərisinə atmış, kartı isə şalvarının cibinə qoyaraq evi axtarmağa davam etmişdir. Daha qonaq otağına keçərək otağı axtarmağa başladıqda otaqda televizorun yanında bir ədəd notbuk və stolun üzərində bir ədəd “Xiaomi” markalı mobil telefonu görərək həmin əşyaları götürüb torbanın içərisinə qoymuşdur. Həm qadını öldürdüyü, həm də digər yataq otağının işıqlarını yandıraraq axtarsa da, həmin otaqlarda hər hansı əşya tapa bilməmişdir. Daha sonra istifadə etdiyi üzərində qan ləkələri olan əlcəyi, tibbi maskanı, həmin vaxt geyindiyim qara rəngli papağı, əlini sildiyi evin hamam otağından götürdüyü dəsmalı və həmin qadını vurduğu iki ədəd daş parçasını digər torbanın içərisinə qoymuşdur. Evin dəhlizində asılqandan evin açarının asılı vəziyyətdə olduğunu görmüş və həmin açarı götürmüşdür. Daha sonra evdən çıxıb qapını açarla bağlamış və oradan uzaqlaşmışdır. Evdən çıxdıqdan sonra yola çıxmış və hadisə vaxtı istifadə etdiyi üzərində qan ləkələri olan əlcəyi, tibbi maskanı, həmin vaxt geyindiyi qara rəngli papağı, əlini sildiyi evin hamam otağından götürdüyü dəsmalı və həmin qadını vurduğu iki ədəd daş parçasını 33 nömrəli orta məktəblə üzbəüz yerləşən beşmərtəbəli binanın zirzəmisində gizlətmişdir. Daha sonra yenidən xidməti gödəkçəsini götürmək üçün Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi adlanan əraziyə yollanmışdır. Həmin qadına məxsus bank kartını isə yolun üzərində xatırlamadığı ərazidə olan zibil qabına atmışdır. Daha sonra Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi adlanan əraziyə gedərək orada xidməti gödəkçəsini geyinmiş və hadisəni törədən zaman üzərimdə olan qara rəngli gödəkçəni isə torbanın içərisinə qoyaraq yenidən işə geri qayıtmışdır. 09 noyabr 2021-ci il tarixdə saat 09:00-da növbəni təhvil verdikdən sonra yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon ərazisində yerləşən 9 mərtəbəli binanın 9-cu mərtəbəsinə qalxmış və notbukla hadisə vaxtı üzərində olan qara rəngli gödəkçəni həmin mərtəbədə olan su çəninin yanında gizlətmişdir. Evdən götürdüyü “Xiaomi” markalı mobil telefonu isə özündə saxlamışdır. 10 noyabr 2021-ci il tarixdə, saat 09 radələrində hadisə vaxtı üzərində olan gödəkçəni götürərək evdə yumuş və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən mebel sexinə getmişdir. Saat 18 radələrində o, sexdə olan zaman Sumqayıt dəmiryol idarəsinin regional mühafizə xidmətinin rəisi Şahid4 ona zəng edərək Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən “Esmira” şadlıq evinin yanına çağırmışdır. O da sexdən çıxaraq ora getdikdə polis əməkdaşları onu tutaraq Sumqayıt ŞPİ-nə gətirmişlər. Hadisə 09 noyabr 2021-ci il tarixdə, saat 04 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 6, mənzil 60 ünvanında baş vermişdir. O, Zərərçəkmiş şəxs tanımamışdır. Onun Zərərçəkmiş şəxs sifət nahiyəsinə iki ədəd daş parçası ilə çoxsaylı xəsarət yetirməkdə və daha sonra sonuncunu boğmaqda məqsədi onu öldürmək olmuşdur. O, Zərərçəkmiş şəxs daş parçası ilə xəsarət yetirən zaman sonuncu yatağın üzərində oturmuşdur. O, Zərərçəkmiş şəxs vurduqdan sonra sonuncu yatağın üzərinə yıxılmışdır. Daha sonra Zərərçəkmiş şəxs boğan zaman isə sonuncu uzanmış vəziyyətdə olmuşdur. O, Zərərçəkmiş şəxs boğaraq yataqdan yerə yıxmışdır. Zərərçəkmiş şəxs ona hər hansı müqavimət göstərməmişdir. O, hadisə zamanı xəsarət almamışdır. Hadisə baş verən zaman orada evdə heç kim olmamışdır. O, daş parçasını həmin evin eyvanından götürmüşdür. Hadisə baş verən zaman spirtli içki və narkotik vasitənin təsiri altında olmamışdır. Narkotik vasitələrin istifadəsi ilə əlaqədar müalicə almamış, dispanserdə qeydiyyatda deyildir. Hadisə baş verən zaman onun əynində qara rəngli şalvar, göy rəngli xidməti köynək, qara rəngli iş kiteli və qara rəngli gödəkçə olmuşdur. Zərərçəkmiş şəxs üzərində hansı paltarlar olduğunu xatırlamır. Evdən götürdüyüm 40 manat pulun 20 manatına siqaret və su almışdır. Digər 20 manatı isə Sumqayıt şəhəri, 10cu mikrorayon ərazisində yerləşən “Gold Qayalı” marketdəki ödəmə terminalında ona məxsus maaş kartına yükləmişdir. Hadisə vaxtı üzərində olan gödəkçəsi və xidməti paltarları yaşadığı evdədir. Hadisə vaxtı istifadə etdiyi üzərində qan ləkələri olan əlcəyi, tibbi maskanı, həmin vaxt geyindiyi qara rəngli papağı, əlini sildiyi evin hamam otağından götürdüyü dəsmalı və həmin qadını vurduğu iki ədəd daş parçasını 33 nömrəli orta məktəblə üzbəüz yerləşən beşmərtəbəli binanın zirzəmisində gizlətmişdir. Hadisə vaxtı həyəcanlı və əsəbi olmuş, lakin etdiyi hərəkətlərin xarakterini başa düşmüşdür. Törətdiyi əmələ görə peşmandır. (cild 1, iş vərəqə 236-240) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə tam etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X1 ibtidai istintaq zamanı verdiyi məhkəmədə elan olunaraq tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. O, 1996-cı ildə ailə həyatı qurduqdan sonra 2001-ci ilə qədər Bakı şəhərində yaşamışdır. 2001-ci ildə əri ilə birlikdə X7 şəhərinə köçmüşdür. Həmin vaxtdan etibarən Londonda yaşamağa və işləməyə başlamışdır. O, orada kompüter mühəndisi işləyir. X15 təxminən iki il qabaq vəfat etmişdir. X11 Hollandiya vətəndaşıdır və təxminən 16 ildir ki, orada yaşayır. O, Londona köçdükdən sonra anası Züleyxa demək olar ki, hər il onun yanına gəlmiş və bir müddət onunla birlikdə qaldıqdan sonra yenidən Azərbaycana geri qayıtmışdır. Anası sonuncu dəfə 2020-ci ilin yanvar ayında Londona onun yanına gəlmiş və təxminən 5 ay onunla birlikdə qalmışdır. 2020-ci ilin may ayında anası Azərbaycana geri qayıtmışdır. Həmin vaxtdan sonra onunla görüşməmişdir. O, anası ilə tez-tez telefon vasitəsilə əlaqə saxlamışdır. Atası vəfat etdikdən sonra anası Züleyxa təxminən 2 il olmuşdur ki, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 6, mənzil 60 ünvanında yerləşən evdə tək yaşamışdır. Zərərçəkmiş şəxs 76 yaşı olmuşdur. 09 noyabr 2021-ci il tarixdə, saat 16 radələrində bacısı Sevinc ona zəng edərək anasının öldürüldüyünü bildirmişdir. (İ cild iş vərəq 73-75) Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. 3 nömrəli Sumqayıt peşə liseyində texnologiya müəllimi işləyir. Zərərçəkmiş şəxs tanıyır. O da Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 6, mənzil 60 ünvanında yaşamışdır. Onun yaşadığı mənzil binanın 4-cü mərtəbəsində, Züleyxanın yaşadığı mənzil isə binanın 3-cü mərtəbəsində yerləşmişdir. O, 7 ildir ki, həmin binada yaşamasına baxmayaraq sonuncu ilə 2021-ci ilin yayında tanış olmuşdur. Zərərçəkmiş şəxs həmin mənzildə tək yaşamışdır. Zərərçəkmiş şəxs yanına kiminsə gəlibgetdiyini görməmişdir. 09 noyabr 2021-ci il tarixdə təxminən saat 03 radələrində o, yaşadığı evin qonaq otağında divanda uzanan zaman hansısa mənzildən bərk tappıltı səsi və daha sonra boğuq bir səs gəldiyini eşitmişdir. Səsi eşitdikdən sonra divanda oturmuş və səsin yan qonşulardan gəldiyini düşünüb diqqətlə qulaq asmağa başlamışdır. Daha sonra yenidən zəif tappıltı səsi və boğuq səs gəlmişdir. Bu səslər təxminən 5 dəqiqə davam etmiş və kəsilmişdir. O daha sonra yenidən qulaq asmağa çalışsa da, hər hansı səs gəlmədiyindən heç nədən şübhələnməmiş və yatmışdır. 09 noyabr 2021-ci il tarixdə, saat 20 radələrində polis əməkdaşları onun yaşadığı evə gəldikdə Züleyxanın öldürüldüyünü öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs ilə 33 ildir ki, qapı qonşusudurlar. Onların yaşadığı bina 1987-ci ildə təhvil verilmişdir. Bina təhvil verildikdən sonra 1988-ci ildə ailəsi ilə birlikdə ünvan 4 ünvanına köçmüş və orada yaşamağa başlamışdır. 2008-ci ildə ailə həyatı qurduqdan sonra da orada yaşamağa davam etmişdir. Züleyxa da 1987-ci ildən ailəsi ilə birlikdə Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 6, mənzil 60 ünvanında yaşamışdır. Uşaqlıqdan onların ailələri arasında xoş qonşuluq münasibətləri olmuşdur. Züleyxanın qızları 2000-ci illərin əvvəllərində Azərbaycan Respublikasından köçmüşlər. Belə ki, Züleyxanın qızı Sevinc Hollandiyaya, Zümrüd isə Böyük Britaniyaya köçmüşdür. Həmin vaxtdan sonra Züleyxa əri Osman ilə birlikdə yaşamağa başlamışdır. Təxminən 2 il qabaq Osman da vəfat etdikdən sonra Züleyxa tək yaşamışdır. O, tez-tez qızı Zümrüdün yanına London şəhərinə getmişdir. Bundan başqa yay aylarında bəzi vaxtlar Qusar rayonuna gedərək orada istirahət etmişdir. Onun arvadı Şahid3 ilə onun münasibətləri çox yaxşı olduğundan o, tez-tez onların evinə də gəlmişdir. Gülnar da həmçinin onun evinə gedib-gəlmişdir. Öz evində yemək və ya şirniyyat hazırladıqda ondan onlara də gətirib vermişdir. Onlarla münasibətləri yaxşı olduğundan qızlarının yanına və ya rayona istirahətə getdikdə evi havalandırması üçün yaşadığı mənzilin açarını arvadı Gülnara vermişdir. Gülnar da Züleyxanın burada olmadığı vaxt ərzində sonuncunun evini havalandırmışdır. Züleyxa geri qayıtdıqdan sonra isə Gülnar onun mənzilinin açarını geri qaytarmışdır. Züleyxa sonuncu dəfə 2020-ci ilin yanvar ayında qızı Zümrüdün yanına London şəhərinə getmişdir. Züleyxa təxminən may ayında geri qayıtdıqda mənzilin açarını Gülnardan geri götürməmiş və tək yaşadığı üçün açarın birinin onda daimi qalmasını xahiş etmişdir. 09 noyabr 2021-ci il tarixdə, saat 20 radələrində evdə olan zaman arvadı Gülnar ona Züleyxanın yaşadığı mənzilin qapısını nə qədər döysə də, sonuncunun qapını açmadığını bildirmişdir. Gülnar daha sonra Züleyxanın qızı Sevincə zəng edib anasını tapa bilmədiyini dedikdə sonuncu Gülnardan qapını açıb evə baxmalarını xahiş etmişdir. O da Gülnarla birlikdə Züleyxanın mənzilinin qapısını açdıqda evdə güclü külək cərəyanı olduğunu görmüşdür. Dəhlizin işığını yandırdıqda qonaq otağının dağınıq vəziyyətdə olduğunu görüb Gülnara dəhlizdə gözləməsini bildirmiş və yataq otağına keçərək işığı yandırdıqda Züleyxanın qanlar içərisində yerdə uzanmış vəziyyətdə aşkar etmişdir. Dərhal arvadı ilə birlikdə evdən çıxmış və DİN-in 102 xidmətinə məlumat vermişlər. Onlar Züleyxa ilə üzbəüz qonşu olduqları üçün onların yataq otağı ilə Züleyxanın yataq otağı arasında məsafə böyükdür, bu səbəbdən və həm də həmin vaxt yatdıqları üçün oradan hər hansı səs gəldiyini eşitməmişdir. Züleyxa tək yaşadığından, həm də qızları xarici ölkədə olduğundan sonuncunun yanına gəlib-gedən olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, ünvan 4 ünvanında ailəsi ilə birlikdə yaşayır. ünvan 5aziyyat müəllimi işləyir. Zərərçəkmiş şəxs tanıyır.Onlar Züleyxa ilə üzbəüz qonşudurlar. O, 2008-ci ildə Şahid2lə ailə həyatı qurduqdan sonra ünvan 6 ünvanına köçərək əri ilə birlikdə orada yaşamağa başlamışlar. Zərərçəkmiş şəxs da ünvan 7 ünvanda əri Osmanla birlikdə yaşamışdır. Belə ki, Züleyxanın qızları 2000-ci illərin əvvəllərində Azərbaycan Respublikasından köçmüşlər. Onun qızı Sevinc Hollandiyaya, Zümrüd isə Böyük Britaniyaya köçmüşdür. Həmin vaxtdan sonra Züleyxa əri Osman ilə birlikdə yaşamağa başlamışdır. Təxminən 2 il qabaq Osman da vəfat etdikdən sonra Züleyxa tək yaşamağa başlamışdır. O, tez-tez qızı Zümrüdün yanına London şəhərinə getmişdir. Bundan başqa yay aylarında bəzi vaxtlar Qusar rayonuna gedərək orada istirahət etmişdir. Onunla münasibətləri çox yaxşı olduğundan tez-tez onların evinə də gəlmişdir. O da həmçinin Züleyxanın evinə gedib-gəlmişdir. Züleyxa öz evində yemək və ya şirniyyat hazırladıqda ondan onlara də gətirib vermişdir. Onunla münasibətləri yaxşı olduğundan qızlarının yanına və ya rayona istirahətə getdikdə evi havalandırmaq üçün yaşadığı mənzilin açarını ona vermişdir. O da Züleyxanın burada olmadığı vaxt ərzində sonuncunun evini havalandırmışdır. Züleyxa geri qayıtdıqdan sonra isə mənzilinin açarını geri qaytarmışdır. Züleyxa tək yaşadığı üçün evdə çox zaman qonaq otağında oturmuş, evdə çox işıq yandırmamış və qonaq otağında oturaraq çox zaman stolüstü işıqdan istifadə etmişdir. Züleyxa sonuncu dəfə 2020-ci ilin yanvar ayında qızı Zümrüdün yanına London şəhərinə getmişdir. Züleyxa təxminən may ayında geri qayıtdıqda mənzilin açarını ondan geri götürməmiş və tək yaşadığı üçün açarın birinin onda daimi qalmasını xahiş etmişdir. 09 noyabr 2021-ci il tarixdə, saat 20 radələrində o, Züleyxa ilə söhbət etmək üçün evdən çıxmış və sonuncunun mənzilinin qapısını nə qədər döysə də, qapını heç kim açmamışdır. Daha sonra Züleyxanın ev telefonuna zəng etmişdir. Telefonun zəngi qapıdan eşidilsə də, qapını açan olmamışdır. Daha sonra evə qayıdaraq əri Şükürə Züleyxanın yaşadığı mənzilin qapısını nə qədər döysə də, sonuncunun qapını açmadığını bildirmişdir. O daha sonra Züleyxanın qızı Sevincə zəng edib anasını tapa bilmədiyini dedikdə sonuncu ondan qapını açıb evə baxmasını xahiş etmişdir. O da əri Şükürlə birlikdə Züleyxanın mənzilinin qapısını açdıqda evdə güclü külək cərəyanı olduğunu görmüşlər. Dəhlizin işığını yandırıb qonaq otağının dağınıq vəziyyətdə olduğunu gördükdə Şükür ona dəhlizdə gözləməsini bildirmişdir. Şükür yataq otağına keçərək işığı yandırdıqda Züleyxanın qanlar içərisində yerdə uzanmış vəziyyətdə olduğunu görmüş və ona sonuncunun öldürüldüyünü demişdir. Onlar dərhal evdən çıxmış və Şükür DİN-in 102 xidmətinə məlumat vermişdir. Onlar Züleyxa ilə üzbəüz qonşu olduqları üçün onların yataq otağı ilə Züleyxanın yataq otağı arasında məsafə böyükdür, bu səbəbdən və həm də həmin vaxt yatdıqları üçün oradan hər hansı səs gəldiyini eşitməmişlər. Züleyxa tək yaşadığından, həm də qızları xarici ölkədə olduğundan sonuncunun yanına gəlib-gedən olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, "xxxx" QSC-nin Mühafizə departamentinin H.Z.Tağıyev yüklərin və obyektlərin mühafizə komandasının rəisi vəzifəsində işləyir. Onların komandası H.Z.Tağıyev çeşidləmə stansiyasında yerləşir. Onun əsas vəzifəsi "xxxx" QSC-nə məxsus olan vağzalların, stansiyaların və vaqonların mühafizəsini təmin etməkdən ibarətdir. Təqsirləndirilən şəxs tanıyır, sonuncu "xxxx" QSC-nin Mühafizə departamentinin H.Z.Tağıyev yüklərin və obyektlərin mühafizə komandasının atıcısı vəzifəsində işləmişdir. Xanəhməd çox sakit və işində məsuliyyətli biri olmuşdur. Xanəhməd vaxtında işinə gəlmiş və təlimata uyğun olaraq xidmətini həyata keçirmişdir. Sumqayıt şəhər sərnişin vağzalında xidmət aparmış, bir gün xidmətdə olduqdan sonra üç gün istirahət etmişdir. Sonuncu dəfə 08 noyabr 2021ci il tarixdə sutkalıq xidmətdə olmuşdur. Həmin gün onun xidməti saat 09:00-da başlamış, növbəti gün, yəni 09 noyabr 2021-ci il tarixdə saat 09:00-da başa çatmışdır. Xanəhməddən başqa həmin gün sonuncu ilə eyni vəzifədə xidmət aparan X4 da sutkalıq xidmətdə olmuşdur. 10 noyabr 2021-ci il tarixdə, saat 17 radələrində o, H.Z.Tağıyev çeşidləmə stansiyasında işdə olan zaman Sumqayıt ŞPİ- dən zəng edərək onu idarəyə dəvət etmişlər. İdarəyə getdikdə orada ona Təqsirləndirilən şəxs cinayət işi üzrə qoca qadının öldürülməsində şübhəli olduğunu demişlər və ondan sonuncu ilə əlaqə saxlaya bilib-bilməyəcəyini soruşduqda o da əlaqə saxlaya biləcəyini demişdir. Daha sonra Xanəhmədə mobil telefon vasitəsilə zəng edərək harada olduğunu soruşduqda sonuncu ona Sumqayıt şəhərində yerləşən “Esmira” şadlıq sarayının yanına çatdığını bildirmişdir. O, Xanəhmədə orada onu gözləməsini demiş və iki nəfər polis əməkdaşı ilə birlikdə “Esmira” şadlıq sarayının yanına getmişdir. Ora çatdıqda Xanəhmədə yanında olan şəxslərin polis əməkdaşı olduğunu deyərək sonuncuya cinayət işi ilə bağlı axtarıldığını bildirib Xanəhməddən adam öldürüb-öldürmədiyini soruşmuşdur. Xanəhməd isə həmin qadını öldürdüyünü etiraf etmişdir. Təqsirləndirilən şəxs 09 noyabr 2021-ci il tarixdə, saat 02 radələrində xidmət yerini heç kimə məlumat vermədən özbaşına tərk etmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 09 noyabr 2021-ci il tarixli protokola əsasən hadisə yeri ünvan 8 ünvanıdır. Yaşayış binası 9 mərtəbəli tikilidir. Mənzil binanın 3-cü mərtəbəsində yerləşir. Mənzilin qapısı ağ rəngli dəmir materialdandır. Qapı içəri doğru açılmış vəziyyətdədir. Qapı mənzilin dəhlizinə açılır. Qapının eni 77 sm, hündürlüyü isə 198 smdir. Dəhlizindən sağ tərəfdə mətbəx, sol tərəfdə yataq otaqları, qarşıda isə qonaq otağı vardır. Bundan başqa dəhlizdən sol tərəfdə hamam otağı və mənzilin eyvanı yerləşir. Hamam otağının döşəməsi metlaxdan ibarətdir. Otağa daxil olduqda qarşıda vanna, su qızdırıcısı, sol tərəfdə isə əlüzyuyan vardır. Hamam otağının divarlarına kafel vurulmuşdur. Hamam otağında üzərində qanabənzər ləkələr olan dəsmal aşkar edildi. Həmin dəsmal müvafiq qaydada götürülərək qablaşdırıldı. Mənzilin mətbəxinin döşəməsi taxta matrialdandır. Sol tərəfdə stol və stul, sağ tərəfdə isə məişət əşyaları vardır. Mətbəxin eni 2 m, uzunluğu 4 m, hündürlüyü isə 2,75 m-dir. Mənzilin qonaq otağına daxil olduqda otağın dağınıq vəziyyətdə olduğu müşahidə olundu. Sağ tərəfdə divan, kreslo, sol tərəfdə stol vardır. Otağın eni 4 m, uzunluğu 5 m, hündürlüyü isə 2,75 m-dir. Dəhlizdən sol tərəfdə yerləşən birinci yataq otağına daxil olduqda otağın dağınıq vəziyyətdə olduğu müşahidə olundu. Otağın eni 3 m, uzunluğu 4 m, hündürlüyü isə 2,75 m-dir. Növbəti yataq otağına daxil olduqda otaqda Zərərçəkmiş şəxs meyiti aşkar edildi. Mənzilin giriş qapısından meyitə qədər olan məsafə 3,1 m-dir. Otaqda qanabənzər ləkələr aşkar olundu. Otaqda olan yastıq üzü və mələfə üzərində qanabənzər ləkələr aşkar edildi. Otaq dağınıq vəziyyətdədir. Otağın eni3 m, uzunluğu 4 m, hündürlüyü isə 2,75 m-dir. Binanın Zərərçəkmiş şəxs yaşadığı mənzilin yerləşdiyi girişinin qarşısında və həmin girişin birinci mərtəbəsində yerləşən hissəsində iki ədəd videokamera olması müəyyən edildi və həmin videokameraların lentə aldığı görüntülərə baxış keçirildikdə bir nəfər şəxsin 09 noyabr 2021-ci il tarixdə, saat 03:42 dəqiqədə yuxarı mərtəbələrədən birinci mərtəbəyə əlində iki ədəd torba ilə düşməsi müşahidə edilir. (İ cild iş vərəqə 3-12) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, istintaq zamanı götürülmüş üç ədəd qan nümunəsi, bir ədəd mələfə, bir ədəd yastıq üzü, bir ədəd çəhrayı rəngli dəsmal, Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ və boz zolaqlı köynək, bir ədəd çəhrayı rəngli tuman və Təqsirləndirilən şəxs məxsus bir cüt qara rəngli əlcək, bir cüt yaşıl rəngli dəri əlcək, bir ədəd qara rəngli papaq, bir ədəd gödəkçə, bir ədəd jilet, bir ədəd boz rəngli köynək, bir ədəd klassik şalvar, bir cüt qara rəngli çəkmə, bir ədəd daş parçası, bir ədəd “HP” markalı notbuk, bir ədəd “Xiaomi” markalı mobil telefon 10 fevral 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər prokurorluğunun “Maddi sübutların saxlanılması” otağına təhvil verilmişdir. ( İ cild iş vərəq 205-224) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 1519 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. (İ cild iş vərəq 154-156) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2021-ci il tarixli, 130 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində başın küt travması, alın sümüyünün xətti sınığı, baş-beyinə qansızma, alının sol və sağ hissəsinin, burun belinin, sağ almacıq nahiyəsinin, sol gözaltı nahiyyənin, sağ qaşüstü nahiyənin iki ədəd, sol təpə nahiyəsinin orta hissəsinin, sol gicgah nahiyəsinin, sağ gicgah nahiyəsinin iki ədəd əzilmiş yaraları, sifətin çoxsaylı sıyrıqları aşkar edilmişdir. Qeyd olunan xəsarətlər məhdud təsir səthinə malik tinli küt əşya (əşyalar) təsirindən törənmişdirlər, ola bilsin ki, daş vasitəsilə yetirilmişdir, həyatidirlər, törənmə müddəti zərərçəkmişin müayinəsindən 18-24 saat əvvəl olmaqla xx.xx.2021-ci il tarixdə əmələ gələ bilər, dərəcəsinə görə başın küt travması, alın sümüyünün xətti sınığı, baş beyinə qansızma, alının sol və sağ hissəsinin yarası yetirilən anda həyat üçün təhlükəli olan sağlamılğa ağır, burun belinin, sağ almacıq nahiyəsinin, sol gözaltı nahiyənin, sağ qaşüstü nahiyənin iki ədəd, sol təpə nahiyəsinin orta hissəsinin, sol gicgah nahiyəsinin, sağ gicgah nahiyəsinin iki ədəd əzilmiş yaraları isə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, digər xəsarətlər, yəni sifətin çoxsaylı sıyrıqları isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir və baş vermiş hadisə ilə birbaşa səbəbli əlaqəlidirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın kimyəvi müayinəsi nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (Akt 3674/K). Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətəlrin xaraketrini və yerləşmə yerini nəzərə alıb demək olar ki, zərərçəkmiş xəsarətləri alarkən oturmuş və uzanmış vəziyyətdə olmuşdur. ( İ cild iş vərəq 157-164) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 15 dekabr 2021-ci il tarixli, 9/8336 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istfiadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 230 manat müəyyən olunmuşdur (bir ədəd qara rəngli, Çin istehsallı, “HP Pavilion Entertainment PC” markalı, “dv5-1050 ed” modelli, İntel Centrino 2” xüsusiyyətli notbuk 120 manat, bir ədəd göy rəngli, Çin istehsallı, “Xiaomi” markalı, “M1903C3GG” (Redmi Go” modelli mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilə aksessuarların olmaması nəzərə alınmaqla 110 manat). (İ cild iş vərəqə 165-167) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 3066 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədən zaman, ondan əvvəl və ya sonra öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tədbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs psix vəziyyətinə görə özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur, Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə. Təqsirləndirilən şəxs cinayət hadisələrini törədən zaman güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisələrini törədərkən şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilən psixi-emosional vəziyyətdə olmamışdır. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar olunmur. ( İ cild iş vərəq 181-184) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks lifli materiallar və onlardan hazırlanmış məmulatların məhkəmə-kriminalistik, məhkəmə tibbibioloji, tibbi-kriminalistik və soyuq silahların ekspertizasının xx.xx.2021-ci il tarixli, 6/5204 nömrəli ekspert rəyində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının; hadisə yerindən götürülmüş 01 ədəd mələfə və 01 ədəd yastıq üzünün səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, daş parçasının səthi üzərində kənar lif mikrohissəcikləri və həmçinin Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının; hadisə yerindən götürüldüyü qeyd edilən 01 ədəd mələfə və 01 ədəd yastıq üzünün tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, hadisə yerindən götürüldüyü qeyd edilən 01 ədəd mələfənin səthi üzərindən aşkar edilmiş göy rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. (İ cild iş vərəq 168-173) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks lifli materiallar və onlardan hazırlanmış məmulatların məhkəmə-kriminalistik, məhkəmə tibbibioloji, tibbi-kriminalistik və soyuq silahların ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 857/2021-MTBŞ nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Oalfa,beta/İ/-, Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən onun qan qrupu-AB/İV/. Ekspertizaya təqdim olunan 01 ədəd daş, 03 ədəd plastik çubuqlu pambıq tampon, 01 ədəd mələfə, 01 ədəd əl-üz dəsmalı, 01 ədəd yastıq üzü, Təqsirləndirilən şəxs məxsus qısa gödəkcə, 01 cüt qısaboğaz çəkmə, yun papaq, 01 cüt yun əlcək, 01 cüt dəri əlcək, Zərərçəkmiş şəxs məxsus köynək və trusik üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda «H» antigeni, əksər ləkələrdə həmçinin alfa. beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfabeta/İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs qızma məxsus ola bilər. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus şalvar, köynək və uzun gödəkcə üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Dəqiq elmi əsaslandırılmış müayinə metodları olmadığından maddi sübutlar üzərində olan qanın yaranma müddətini və canlı insanın, yoxsa meyitin qanından əmələ gəlməsini təyin etmək mümkün deyildir. (İ cild i/v 174-180) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş kompleks lifli materiallar və onlardan hazırlanmış məmulatların məhkəmə-kriminalistik, məhkəmə tibbibioloji, tibbi-kriminalistik və soyuq silahların ekspertizasının 21 yanvar 2022-ci il tarixli, 747/2021-MTKŞ nömrəli rəyində göstərilmişdir ki, Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın ön sağ bel tikişində tikiş xətti üzrə bir ədəd sökülmə zədəsi aşkar olundu. Bu sökülmə zədəsi Küt yaranma mexanizmi ilə şalvarın müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində əmələ gələ bilərdilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkcənin sol döş cibinin iç astarının sökülmə zədəsi aşkar olundu. Bu zədələr küt yaranma mexanizminə malik gərilib-dartılması nəticəsində əmələ gələ bilərdilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus papaq, köynək, yun əlcək, dəri əlcək, klassik şalvar, jilet üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tuman, köynək üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş daş parçası zavod üsulu ilə hazırlanmış predmetin (əşyanın) bir hissəsidir və soyuq silah hesab edilmir. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus papaq üzərində geniş sahədə olan qan ləkələri qan mənbəyi ilə (qanlı səthlə) statik (hərəkətsiz) kontakt və az dinamiki (az hərəkətli) kontakt nəticəsində fizikikapilyarlıq faktoru üzrə toxuma daxilinə hopmuşdur. Təqsirləndirilən şəxs məxsus 01 cüt qısaboğaz çəkmənin hər iki tayı üzərində fasiləli yerləşən qan ləkələri qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik enerji impuls verməklə düşən “sıçrantı” xarakterli ləkələrdir. Çəkmənin alt hissəsində dabanlıqda olan qan ləkələri qan mənbəyi ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir, yaxma xarakterlidir. Təqsirləndirilən şəxs məxsus 01 cüt yun əlcəyin hər iki tayının bütün səthinə qan ləkələri qan mənbəyi ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir, hopma xarakterlidir. Təqsirləndirilən şəxs məxsus 01 cüt dəri əlcək üzərində fasiləli yerləşən qan ləkələri qan mənbəyi ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir, yaxma xarakterlidir. Təqsirləndirilən şəxs məxsus qısa gödəkcə üzərində fasiləli yerləşən qan ləkələrinin morfolojı əlamətlərinə görə demək olar ki, bu ləkələr qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik enerji impuls verməklə düşən “sıçrantı” xarakterli ləkələrdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin bütün səthinə geniş sahədə qan ləkələri qan mənbəyi ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir, ön səthi və qollar aşağıya kimi hopma xarakterlidir. Arxa səthi isə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir, yaxma xarakterlidir. Zərərçəkmiş şəxs məxsus tumanın ön və arxa tərəfində fasiləli yerləşən qan ləkələri tumanın ön səthində qan mənbəyi ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir, yaxma xarakterlidir. Qan ləkələri tumanın bütün arxa səthində qan mənbəyi ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir, hopma bəzi sahələrdə isə yaxma xarakterlidir. Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş daş parçasının hər iki səthi və bir yan kənarında geniş sahədə yerləşən qan ləkələri daş parçasının bir səthində qan mənbəyi ilə dinamik (hərəkətli) kontakt nəticəsində əmələ gəlmişdir, yaxma xarakterlidir. Daş parçasının digər səthində qeyd olunan ləkələrin morfolojı əlamətlərinə görə demək olar ki, bu ləkələr qan mənbəyinə (qanlı səthə) cüzi olaraq əlavə kinetik enerji impuls verməklə düşən “sıçrantı”, xarakterli ləkələrdir. Daş parçasının üzərində olan digər ləkələr axıntı formalı olub, qan mənbəyindən (qanlı səthdən) öz ağırlığı ilə, yuxarıdan aşağıya doğru axması nəticəsində əmələ gəlmişdir.( İ cild iş vərəq 185-191) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (cild 1, iş vərəqə 148-149) Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 16 saylı MKS-dən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 saylı MKS-nə şikayət daxil olmamışdır. "xxxx" QSC-nin Mühafizə Departamentinin H.Z.Tağıyev Yüklərin və obyektlərin mühafizə komandasından daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə "xxxx" QSC-nin Mühafizə Departamentinin H.Z.Tağıyev Yüklərin və obyektlərin mühafizə komandasına atıcı peşəsinə işə qəbul edilmişdir. O, xidmət etdiyi müddət ərzində verilən tapşırıqları yerinə yetirmiş, əmək fəaliyyəti dövründə təlimata uyğun xidmət etmişdir. (İ cild i/v 21, 120, 151) Təqsirləndirilən şəxs oğlu özünü müdafiə etmək məqsədilə hər hansı dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 №-li qərarında göstərilmişdir ki, «Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CMnin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur.» Həmin Plenum qərarının 15-ci bəndində göstərilmişdir ki, Quldurluq, hədə-qorxu ilə tələb etmə, banditizm və terrorçuluq cinayətləri törədilərkən zərərçəkmişin həyatına da qəsd edilərsə bu cinayətlərin məcmusunu təşkil edir və təqsirkarın əməli CM-nin 120.2.11ci maddəsi ilə yanaşı müvafiq olaraq CM-nin 181, 182 və ya 217-ci maddəsi ilə də tövsif edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əvvəllər məhkum olunmaması, əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). Cinayət işi materillarından görünür ki, Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində Sumqayıt şəhər məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 10 noyabr 2021-ci il tarixdən hesablanmışdır. ( cild 1, iş vərəqə 114-115). Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər prokurorluğunda saxlanılan –üç ədəd qan nümunəsi, bir ədəd mələfə, bir ədəd yastıq üzü, bir ədəd çəhrayı rəngli dəsmal, Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ və boz zolaqlı köynək, bir ədəd çəhrayı rəngli tuman və Təqsirləndirilən şəxs məxsus bir cüt qara rəngli əlcək, bir cüt yaşıl rəngli dəri əlcək, bir ədəd qara rəngli papaq, bir ədəd gödəkçə, bir ədəd jilet, bir ədəd boz rəngli köynək, bir ədəd klassik şalvar, bir cüt qara rəngli çəkmə, bir ədəd daş parçası məhv edilməli, bir ədəd “HP” markalı notbuk, bir ədəd “Xiaomi” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsdən 204,16 (iki yüz dörd manat on altı qəpik ) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. İş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.11 və 181.3.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 120.2.4 və 120.2.11-ci maddəsi ilə 17 (on yeddi) il 06 (altı) ay müddətinə, CM-nin 181.3.3-cü maddəsi ilə 13 (on üç) il 06 (altı) ay müddətinə müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 19 (on doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra maddi sübut kimi tanınmış Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan üç ədəd qan nümunəsi, bir ədəd mələfə, bir ədəd yastıq üzü, bir ədəd çəhrayı rəngli dəsmal, Zərərçəkmiş şəxs məxsus 01 ədəd ağ və boz zolaqlı köynək, bir ədəd çəhrayı rəngli tuman və Təqsirləndirilən şəxs məxsus bir cüt qara rəngli əlcək, bir cüt yaşıl rəngli dəri əlcək, bir ədəd qara rəngli papaq, bir ədəd gödəkçə, bir ədəd jilet, bir ədəd boz rəngli köynək, bir ədəd klassik şalvar, bir cüt qara rəngli çəkmə, bir ədəd daş parçası məhv edilsin, bir ədəd “HP” markalı noutbuk, bir ədəd “Xiaomi” markalı mobil telefon zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 204,16 (iki yüz dörd manat on altı qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-253/2022
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-253/2022
28.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver