Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-253/2023 30.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Verdiktum Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxx 1971-ci ildə Xaçmaz rayonu, İstisu qəsəbəsində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam-orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Xaçmaz rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 31 may 2022-ci il tarixdə, saat 18 radələrində yaşadığı Xaçmaz rayonu, İstisu qəsəbəsindəki fərdi yaşayış evində olarkən doğma qardaşı Zərərçəkmiş şəxs dostu Şahid1 Məhəmmədağa oğlu ilə birlikdə onun yaşadığı evə gələrək sonuncunun ona qardaşı Zərərçəkmiş şəxs ot yığımında kömək etməməsi barədə iradını bildirməsindən sonra o, qardaşı Zərərçəkmiş şəxs öz aralarında olan münasibətlər barədə kənar şəxsə, yəni Şahid1 danışıb onun barəsində şikayətlənməsindən qəzəblənib Zərərçəkmiş şəxs və Şahid1 yaşadığı evdən çölə çıxarmış, bundan sonra evin qarşısında Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı evdən götürdüyü mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qəsdən bir dəfə vuraraq sonuncuya posthemorragik, posttravmatik şok və hemopnevmotoraksla müşayiət olunmuş döş qəfəsinin ön sağ tərəfində olan döş boşluğuna nüfuz etmiş bir ədəd deşilmiş-kəsilmiş yara kimi həyat üçün təhlükəli olan dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərdi ki, 31 may 2022-ci il tarixdə saat 18:00 radələrində yaşadığı evdə olarkən qardaşı Zərərçəkmiş şəxs Şahid1 adlı şəxslə birlikdə gəlmişlər. Onların hər ikisi də spirtli içki qəbul etmişlər və sərxoş olmuşlar. Həyat yoldaşı Şahid4 həmin vaxt evdən çıxmışdır. O, mətbəxdə olarkən Şahid1 ondan nə üçün qardaşına ot yığmağa kömək etməyini soruşmuşdur. O isə Şahid1 onun qarışmamasını bildirmişdir. Şahid1 yenidən ona doğma qardaşına kömək etmədiyini və bu səbəbdən onun kömək etdiyini bildirmişdir. Bu sözlər ona xoş gəlməmiş və mətbəxdən bıçağı götürüb Zərərçəkmiş şəxs yanına gəlmişdir. Zərərçəkmiş şəxs aralarında olan məsələni nə üçün başqa adama dediyini soruşmuşdur. Zərərçəkmiş şəxs ona söyüş söyməyə başlamışdır. O onları evdən qovmuşdur. Zərərçəkmiş şəxs Şahid1la birlikdə evdən çıxdıqdan sonra Zərərçəkmiş şəxs yenidən həyətə girmişdir. Yenidən Zərərçəkmiş şəxs evdən çıxarmaq istəyərkən ona nalayiq ifadələr səsləndirmişdir. Həmin vaxt həyat yoldaşı Şahid4 gəlmiş, onları sakitləşdirmək istəyərkən Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid4 da ünvanına nalayiq ifadələr səsləndirmiş, hətta əli ilə onu da itələmişdir. Bundan sonra Zərərçəkmiş şəxs itələmək istəyərkən əlimdəki mətbəxdən götürdüyüm bıçaq səhv etmirəmsə, Zərərçəkmiş şəxs dəymişdir. Bıçağın ona dəyib-dəymədiyini dəqiq bilmir. Zərərçəkmiş şəxsla barışmışlar. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilməsi təklif olunan Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək yaxın qohumu olan qardaşına qarşı ifadə verməkdən imtina etmişdir. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, onların arasında heç bir ədavət olmamışdır, Bəxtiyarın əqli cəhətdən problemi olmuşdur. xx.xx.2022-ci il tarixdə o, həmkəndlisi Tərlana demişdir ki, “ot yığmağa mənə kömək etsin, çünki mənə kömək edəcək başqa heç kim yox idi." Tərlan da razılaşıb həmin gün saat 11 radələrində onunla ot yığmağa getmişdir. Onlar İstisu qəsəbəsində ot sahəsində işləyib onun “Vaz 2104” markalı **-TZ-*** d.q.nişanlı avtomobilinə otla doldurmuşlar. Sonra da o, öz avtomobililə, Tərlan isə özünə məxsus “Vaz-2106” markalı, **-BB-*** d.q.nişanlı avtomobili ilə qardaşı Bəxtiyargilin yaşadığı evin qarşısına gəlmişlər. Həmin vaxt saat 18 radələri olmuşdur. Bəxtiyargilə getməkdə məqsədləri orada çay içmək olmuşdur. Onlar Bəxtiyargilə girib onların evində eyvanda çay içmişlər. Onlar orada olanda Tərlan Bəxtiyara demiş ki, “Ramizə ot yığmağa kömək et, qardaşındır, yığıb qurtara bilsin.” Bəxtiyar isə Tərlana demiş ki, “biz qardaşıq, sənə dəxli yoxdur, özümüz bilərik.” Sonra isə Bəxtiyar üstünə gəlib ona demiş ki, “mənim vaxtım yoxdur sənə kömək edəm, sən isə gedib məndən Tərlana şikayət edirsən.” O, heç kimə şikayət etmədiyini deyəndə Bəxtiyar əsəbləşib onlara demişdir ki, “durun rədd olun burdan." Onlar da Bəxtiyarın əsəbləşdiyinİ görüb Tərlanla birlikdə evdən həyət qapısının ağzına, çölə çıxmışlar. Həmin vaxt Bəxtiyar da onların arxasınca küçəyə çıxmışdır, Bəxtiyarla o, küçədə təxminən 1 dəqiqə söhbət etmiş və aralarında nalayiq ifadələr də işlətmişlər. Bu vaxt həmin yerə Bəxtiyarın arvadı Reyhan da gəlmişdir. Onların mübahisə etdiklərini görən Reyhan istəmiş ki, onları sakitləşdirsin, mübahisə böyüməsin. Lakin onlar mübahisə etmişlər, o yenidən nalayiq ifadələr işlətmiş və bundan sonra Bəxtiyar qəfildən onu sinə nahiyəndən vurmuşdur. O, ilk öncə Bəxtiyarın onu bıçaqla vurmasını başa düşməsə də, sinəsində istilik hiss etdiyindən və qan axdığından başa düşmüşdür ki, Bəxtiyar onu bıçaqla vurmuşdur. Bəxtiyar onu vuran kimi evə getmiş, o, isə Tərlana "Bu məni bıçaqla vurdu" sözlərini demişdir. Lakin ciddi xəsarət aldığını hiss etməmiş, çünki Bəxtiyarın onu vurması ani bir zaman kəsiyində baş vermişdir. O, Tərlana demişdir ki, “gedirəm xəstəxanaya, oradan da polisə şikayət edəcəyəm.” Tərlan onu avtomobili idarə etməyə mane olmağa çalışsa da o, məhəl qoymayıb öz avtomobililə oradan uzaqlaşmışdır. O, Xudat şəhəri İstiqamətində hərəkətdə olan zaman qan itirdiyi üçün huşunu itirib qəzaya uğramışdır, sonra isə xəstəxanada özünə gəlmiş, həkimlər ona tibbi yardım etmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdri ki, Təqsirləndirilən şəxs onu aralarında yaranan mübahisə zamanl söyüş söydüyü üçün vurmuşdur. Hadisəni yalnız Tərlan və Reyhan görmüşdür, başqa heç kim hadisəni görməmişdir. Hadisə isə mübahisə ilə birlikdə ümumilikdə 1-2 dəqiqə davam etmişdir. O, hadisədən 1 gün əvvəl pivə içsə də həmin gün spirtli içki qəbul etməmişdir, hadisə zamanı və hadisədən əvvəl sərxoş olmamışdır. (Cild 1, iş vərəqləri 119-122) Məhkəmədə şahid qisimində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 31 may 2022-ci il tarixdə saat 17:00-18:00 radələrində Təqsirləndirilən şəxs ilə birlikdə evdə olarkən Zərərçəkmiş şəxs və Şahid1 onlara gəlmişlər. Həmin vaxt o, qardaşına məxsus olan həyətyanı sahəyə su qoşmağa getmişdir. Getməzdən əvvəl qızı ona Zərərçəkmiş şəxs və Şahid1 sərxoş olduqlarını bildirmişdi. Geri qayıtdıqda Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə etdiklərini görmüşdür. O, onları sakitləşdirməyə çalışarkən Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr səsləndirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğunu görməmişdir. Sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğunu öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 31 may 2022-ci il tarixdə Zərərçəkmiş şəxsla birlikdə ot yığmaqdan qayıdıb Bəxtiyar Xalqovun yaşadığı evə gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs mətbəxdə idi. Mən Təqsirləndirilən şəxs bizə kömək etməsini bildirmişdir. Təqsirləndirilən şəxs bunu eşitdikdən sonra Zərərçəkmiş şəxs aralarında olan sirri nə üçün ona bildirdiyini soruşmuş və aralarında mübahisə yaranmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğunu görməmişdir. Lakin, sonradan Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğunu öyrənmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Ağayeva X2 göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, evlərinin arasında 30¬35 metr məsafə vardır, evinin pəncərəsindən baxanda Bəxtİyargilin evlərinin həyətinin ön tərəfi görünür, həmçinin küçə tərəf də aydın görünür. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olan vaxt Bəxtİyargilin həyətində səs-küy eşitmişdir. O, elə bilmiş ki, həyətdə toyuq-cücə qovurlar. Lakin diqqətlə qulaq asanda eşitmiş ki, söyüş söyürlər. O, evin pəncərəsindən baxanda görmüş ki, Bəxtiyar ilə 2 nəfər kişi söhbət edir, həmin iki kişidən biri, Bəxtiyarın qardaşı imiş, onu əvvəl 1-2 dəfə görmüşdür, əynində qırmızı-sarı zolaqlı köynək olmuş. Bəxtiyarın qardaşı nalayiq küçə söyüşləri söyürmüş Sonra Bəxtiyargili küçəyə çıxmış və o, da evin həyət qapısından küçəyə baxmış və görmüş ki, Bəxtiyarın qardaşı yenə də pis söyüşlər söyür. Həmin anda Reyhan da oraya gəlmişdir. Sonra Bəxtiyar ilə qardaşı bir-biri ilə yaxalaşıb dartışmışlar, Reyhan da Bəxtiyarın qardaşıgilə "çıxın gedin burdan, nə istəyirsiz bizdən" kimi sözlər demiş, sonra isə Bəxtiyarın qardaşı avtomobilinə minib yüksək sürətlə idarə edərək çıxıb getmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs bıçaqla vurmasını görməsə də onların yaxalaşmasını görmüşdür. (Cild 1, iş vərəqləri 70- 73) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid3 ifadəsində göstərmişdir ki, o yuxarıda qeyd olunan ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun qonşudur, evləri arasında 20-30 məsafə vardır, evləri üzbəüzdür. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı evdə olan vaxt Bəxtİyargilin evi tərəfdə səs-küy eşitmişdir. O, həmin vaxt həyətdə olmuşdur. Təxminən 2-3 dəqiqə ucadan nalayiq söyüşlər işlədilməsini eşitmiş, söyüşləri işlədən adam kişi olmuş, səsindən bunu bilmişdir. Lakin o, söyüş söyüldüyü üçün küçəyə çıxmamış, təxminən 2-3 dəqiqə sonra avtomobil səsi eşitmiş və adamlar çıxıb getmşilər, səs-küy kəsilmişdir. (Cild 1, iş vərəqləri 66-69) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “baxış keçirilməsi haqqında” 01 iyun 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs yaşadığ Xaçmaz rayonu, İstisu qəsəbəsi, Xaçmaz-Xudat-Nabran avtomobil yolunun 58-ci km-də, yolun sol tərəfində, yoldan təxminən 400 metr məsafədə yerləşir. Bundan başqa Təqsirləndirilən şəxs qardaşını vurduğu mətbəx bıçağını təqdim etmişdir. (Cild 1, iş vərəqləri 23-29) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 312 nömrəli rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar odilmiş xəsrətlərposthemorragik, posttravmatik şok və hemopnevmotoraksla müşayiət olunmuş döş qəfəsinin ön-sağ tərəfində olan döş boşluğuna nüfuz etmiş bir ədəd deşilmiş-kəsilmiş yara deşici- kəsici alətin təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2022-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən posthemorragik, posttravmatik şok və hemopnevmotoraksla müşayiət olunmuş döş qəfəsinin ön-sağ tərəfində olan döş boşluğuna nüfuz etmiş bir ədəd deşilmiş-kəsilmiş yara deşici- kəsici alətin təsirindən törənməklə dərəcəsinə görə həyat üçün təhlükəli sağlamlığa ağır zərər vurmaya aiddir. (Cild 1, iş vərəq 30) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-biloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 426/2022-MTBŞ nömrəli rəyindən görünür ki, maddi sübutların məhkəmə tibbi tədqiqinə əsasən: 1) Zərərçəkmiş şəxs Əlihehdər oğlunun AB0 sistemi üzrə qrup göstəricisi: Oalfa, beta(l), 2) Zərərçəkmiş şəxs Əlihehdər oğlunun AB0 sistemi üzrə qrup göstəricisi: Abeta(ll), 3) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynək və cins şalvar üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq edildikdə yalnız “H" antigeni alındı. Belə olan halda bu qan ləkələri Oalfa, beta(l) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs Əlihehdər oğluna məxsus ola bilər. 4) Ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq üzərində zəif intensivlikdə qan ləkələri aşkar olundu. Həmin ləkələrdə zülal aşkar olunmadığı üçün qanın növünü təyin etmək mümkün olmamışdır. (Cild 1, iş vərəqləri 124-128) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks məhkəmə tibbi-kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 340-MTKŞ /2022 nömrəli rəyindən görünür ki, 1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Əlihehdər oğluna məxsus qısaqol köynəyin ön səthində sağda bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar olundu. Bu zədə kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gələ bilərdi. 2. Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində sağda aşkar edilmiş bir ədəd deşilmişkəsilmiş zədə onun döş qəfəsinin sağ yarısının ön səthində olan eyni xarakterli xəsarətlə yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. 3. Zərərçəkmiş şəxs Əlihehdər oğluna məxsus köynəkdə və onun bədənində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni konstruktiv xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. 4. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs Əlihehdər oğluna məxsus şalvarın üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar edilmədi. (Cild 1, iş vərəqləri 138-141) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 106 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Əlihehdər oğlunda hal-hazırda “yüngül dərcələli əqli gerilik (debillik dərəcəsində oliqofreniya)” (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F70.0) müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən yüngül dərəcəli əqli gerilikdən (debillik dərəcəsində oliqofreniyadan) əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs aşkarlanan yüngül dərəcəli əqli gerilik təqsirləndirildiyi cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onu tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Təqsirləndirilən şəxs hazırda da yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində oliqofreniya) müəyyən edilir. Buna rəğmən Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onlan idarə etmək iqtidandadır. Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Odur ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Həmçinin qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli əqli gerilik (debillik dərəcəsində oliqofreniya) kimi psixi patologiyadan əziyyət çəkdiyindən cinayət hadisəsini törətdiyi dövrdə öz hərəkətinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onu tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Odur ki, Təqsirləndirilən şəxs hal-hazırkı hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3-cü maddəsinin təsiri altına düşmür. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə:Təqsirləndirilən şəxs primitivlik, qıcığa qarşı həssaslıq, məsuliyyətsizlik, səthilik, başqalarına və özünə qarşı laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi. Təqsirləndirilən şəxs əqli və psixi inkişafında gerilik əlamətləri aşkar olunur. Bununla əlaqədar o, ona edilən hərəkətlərin xarakter və mənasını tam həcmdə dərk etməmişdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı psixi-emosiona! halında hirslilik yaranmışdır. (Cild 1, iş vərəqləri 164-169) Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 20 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd mətbəx bıçağı maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-in maddi sübutları saxlanc anbarına təhvil verilmişdir. (Cild 1, iş vərəqləri 192-205) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (Cild 1, iş vərəqləri 108-109) Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan sənədlərdən və elektron məhkəmə-informasiya sistemində olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində bir azyaşlı uşağı vardır. Həmçinin iş materiallarında olan sənədlərdən görünür ki, təqsirləndirilən şəxsin qardaşı Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətməsi və anlaqlığı istisna etməyən psixi pozuntusunun olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.8, 59.1.9 və 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən həmin Məcəllənin 59.1.1—59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə cinayət qanununun bu tələbi baxımdan hesab edir ki, təqsirləndirilən şəxsin evli olması, ailənin yeganə dolanışıq mənbəyi olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunması, qardaşının şəhid olması da onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Qeyd olunan halları, qanunun ədalət və humanizm prinsiplərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür. Ona görə də, Təqsirləndirilən şəxs barəsində cəza təyin edilməklə, həmin cəzanın Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinin tələblərinə uyğun qaydada şərti olaraq tətbiq edilməsi cinayət qanunvericiliyində təsbit olunmuş ədalət və humanizm prinsiplərinə uyğun olmaqla cəzanın məqsədinə də müvafiqdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, hüquq pozuntusunun azadlıqdan məhrumetmə ilə cəzalandırılması özü-özlüyündə həlledici səciyyə daşımır, belə ki, veriləcək cəzanın nisbətən yüngül olması hüquq pozuntusunun cinayət hüququ xarakterini aradan qaldıra bilməz. (Öztürk Almaniyaya qarşı, § 53; X3rşı, § 26). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən həmin Məcəllənin 70.3-cü maddəsində göstərilən hədlər daxilində sınaq müddəti müəyyən olunmalıdır. Təqsirləndirilən şəxsin üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulmalıdır. Sınaq müddətinin əvvəli hökmün qanuni qüvvəyə minib icraya yönəldiyi tarixdən hesablanmalıdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 01 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 03 iyun 2022-ci il tarixdə Xaçmaz rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Daha sonra həmin məhkəmənin 24 avqust 2022-ci il tarixli və 28 sentyabr 2022-ci il tarixli qərarları ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 95-96,161-162, 229-230) Belə ki, Təqsirləndirilən şəxs bugünkü günə qədər 01 il 04 ay 29 gün müddətdə həbsdə olmuşdur. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra yarasız hala düşmüş 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd mətbəx bıçağı məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, mülki iddianın həlli və məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən qeyd edir ki, iş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs yaxın qohumları tərəfindən müdafiəçi ilə müqavilə bağlandığından həmin müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək, saat 24:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, davranışı üzərində nəzarəti həyata keçirən orqanın məlumatı olmadan daimi yaşayış yerini dəyişməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət Xaçmaz rayon İcra və Probasiya Şöbəsi tərəfindən həyata keçirilsin. İş üzrə maddi sübut olub Xaçmaz RPŞ-də saxlanılan 01 ədəd köynək, 01 ədəd şalvar, 01 ədəd mətbəx bıçağı məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-253/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-253/2023
30.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver