Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-253/2024 30.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X8 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, xx xxxxxx 1997-ci il tarixdə Daşkəsən şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsilsiz, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə CM) 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs tanışı Şahid1 ilə 14 iyul 2022-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivi, “Turan” çimərlik mərkəzində istirahət edərkən əvvəllər tanımadığı X4ra məxsus 100 manat pulu Şahid1 məxsus «Mersedes A klass» markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan götürməsi səbəbindən yaranmış mübahisə zamanı X5 İlyasovanı yumruqla vurub yerə yıxdığını görüb Rafık Xamedovu cəzalandırmaq məqsədilə üzərində saxladığı istintaqa məlum olmayan bıçaqla sonuncunun bədəninə bir dəfə zərbə vuraraq qarının ön divarının sağ qabırğaaltı nahiyyəsinin bir ədəd qarın boşluğuna nüfuz edən kəsilmiş-deşilmiş yarası, qaraciyərin və sağ böyrəyin deşilmiş-kəsilmiş yarası kimi insan həyatı üçün təhlükəli və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa ağır zərər vuran xəsarət yetirmiş və nəticədə Zərərçəkmiş şəxs Kazımoviçin kəskin daxili qanitirmənin törətdiyi ağır dərəcəli posthemoragik anemiya və İİİ-İV dərəcəli hemoragik şok səbəbindən 16 iyul 2022-ci il tarixdə Sumqayıt şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasında ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs CM-nin 126.3-ci maddəsi ilə ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanışı Şahid1, onun qardaşı Mirvüqar və Balacaxanımın adını bilmədiyi rəfiqəsi ilə dənizə getmişlər. Balacaxanımın avtomobilinin sağ qabaq qapısının üzərindəki şüşə sınıq olmuşdur. Onlar pul və telefonları avtomobildə qoyaraq dənizdə çimməyə getmişlər. Dənizdən qayıtdıqdan sonra pul və telefonun avtomobildə olmadığını görmüşlər. Bir oğlan onlara yaxınlaşaraq neçə nəfər olduqlarını soruşmuş, onlar da 4 nəfər olduqlarını bildirdikdə bir sarışın kişinin onların avtomobilindən düşdüyünü bildirmiş, daha sonra həmin şəxsin başqalarının da əşyalarını götürdüyünü bilmişlər. Həmin şəxsi tapdıqda onun əlində bir torba olmuş və həmin torbada kiminsə pul qabısı, paltarlar, telefonlar və.s olmuşdur. Həmin şəxsdən götürdüyü pulun harada olduğunu soruşduqda o, pul götürmədiyini bildirmiş, həmçinin torbadakı əşyaların kimə aid olduğunu soruşduqda özünə aid olduğunu bildirmişdir. Amma torbada başqasına məxsus şəxsiyyət vəsiqəsi və digər əşyalar olmuşdur. Daha sonra onlar arasında mübahisə yaranmış, Balacaxanım da mübahisəyə qarışmışdır. Rafiklə ən çox dalaşan o olmuş, amma sadəcə onu döymüş, üzərində bıçaq olmamışdır. Dalaşdıqdan sonra şlaqbaum tərəfdən Rafiki yola salmış, o da çıxıb getmişdir. Məhkəmədə verilən suallara cavab olaraq avtomobilin Şahid1 məxsus olduğunu, avtomobilin sağ tərəfdən şüşəsinin qırıldığını, Rafikin avtomobildən telefon və 100 manat pul oğurladığını, Rafiklə mübahisə edən zaman ətraflarında çox adam olduğunu, Balacaxanımın onların davasını gördüyünü, Rafikin onu yumruqla və təpiklə vurduğunu, həmçinin onun da Rafiki yumruqla vurduğunu, hadisəni tam xatırlamadığını, Rafikin 100 manatı onlara qaytarmadığını, onları camaatın araladığını, həmin gün onun üzərində bıçaq olmadığını, ümumiyyətlə bıçaq gəzdirən olmadığını, avtomobildə də bıçaq olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini xatırlamadığını, hərbi xidmətdə olmadığını, astma xəstəsi olduğunu, Balcaxanım və digər şahidlərlə aralarında düşmənçiliyin olmadığını, polis əməkdaşları tərəfindən ona təzyiq olunduğunu, polis əməkdaşlarının cinayəti onun boynuna qoyduqlarını, bu barədə heç yerə müraciət etmədiyini, ifadəsi yerində yoxlanılan zaman verdiyi ifadəsini xatırladığını, Rafikin başqa şəxslərlə də dalaşdığını, oxuyub-yaza bilmədiyini, iki nəfər oğlanın Rafiki tutub gətirdiklərini, Rafikin başqa şəxslərin də əşyalarını oğurladığını, oğurladığı əşyaları ətrafdakı balaca bir yerə yığdığını, pullarının orada olduğunu düşünərək həmin yeri yoxladıqlarını, həmin iki nəfər oğlanı sonradan görmədiklərini, dalaşan zaman Rafikdən qan axdığını görmədiyini, Rafiki maşınla aparıb yola salaraq qayıtdığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini vəkilin oxuyub elan etdiyini, o isə başını aşağı salaraq heç nə demədiyini, polis əməkdaşlarının onu şəhərin içində saxlayaraq polis bölməsinə apardıqlarını, vəkili polis bölməsində gördüyünü, məhkəmədə həqiqəti danışdığını, Rafikin Balacaxanıma da əl atdığını, həç bir zaman bıçaqdan istifadə etmədiyini, Sumqayıt Şəhər Prokurorluğunda və Sumqayıt Şəhər Polis İdarəsində onun düşmənçilik etdiyi şəxslərin olmadığını, Balacaxanımla düşmənçilik və ədavətinin olmadığını, prokurorluqda olan zaman da qorxduğu üçün müstəntiqə cinayəti boynuna qoyduqlarını demədiyini, polis əməkdaşlarının onu aldadaraq narahat olmamasını dediklərini, hadisə vaxtı əynində şortik olduğunu, avtomobilə şortiklə mindiyini, öz paltarlarını bir uşağa verdiyini, avtomobili Balacaxanımın idarə etdiyini, avtomobilin hansı sürətlə getdiyini xatırlamadığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs həmin ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində tanışı Şahid1, onun qardaşı Mirvüqar və Balacaxanımın adını bilmədiyi rəfiqəsi ilə Xanımın idarə etdiyi “Mersedes A klass” markalı avtomobildə Sumqayıt şəhəri Novxanı bağlar massivi, Sülh küçəsində yerləşən “Turan” çimərliyinə getmiş, orada bir yer götürüb oturmuş daha sonra dənizdə çimmiş, sonra dənizdən çıxıb yemək yemək qərarı almış, ora baha olduğu üçün çöldən yemək alıb yenidən oturduqları yerə qayıtmağı qəralaşdırmış, bu səbəbdən o, Xanımla birlikdə avtomobilə yaxınlaşmış, Xanım avtomobilin qapısını açıb oradan öz pul kisəsini götürmüş və yenidən maşının qapısını bağlamış, onlar “Turan” çimərliyi ilə üzbə-üz olan təndirxanaya getmiş, həmin vaxt Xanım pul kisəsini açıb pul götürmək istədikdə pulun yerində olmadığını görmüş, onlar oradan geri qayıtmış və Xanım avtomobilin qapısını açmış, onlar avtomobili axtarmış, lakin pulu tapa bilməmiş, pul kisəsinin içində 50 manat onun, 50 manat da Xanımın pulu olmaqla ümumilikdə 100 manat olmuş, onlar pullarının itməsi ilə bağlı qışqırarkən həmin vaxt bir nəfər 28-30 yaşlı oğlan onlara yaxınlaşaraq bir az əvvəl onların avtomobillərindən bir nəfər keçəl kişinin düşüb getdiyini söyləmiş, Xanımın avtomobilinin sağ qabaq qapısının üzərindəki şüşə sınıq olduğu üçün oradan əlini keçirib maşını içəridən açmaq mümkün olduğundan həmin kişi də qapını o qayda ilə açıb pullarını götürmüş, bundan sonra onlar tərəfə bir nəfər də tanımadığı oğlan qışqıra-qışqıra gələrək paltarlarının oğurlandığım demiş, bir neçə dəqiqədən sonra isə kimsə həmin paltar oğurlayan kişinin yol tərəfə getdiyini söyləmiş, həmin vaxt orada olan tanımadığı şəxslər həmin kişinin arxasınca gedib kişini tutub onların yanına gətirmiş, həmin kişinin əlində sellofan torbada kiminsə paltarları olmuş, onlar da kişidən pullarını soruşanda, həmin kişi yəni Rafiq Xamedov pulun onda olmadığını, oğru olmadığını söyləmiş, o da Rafiqə oğru deyilsə camaatın paltarını niyə götürdüyünü soruşmuş, Rafiq də heç bir söz deməmiş, bu vaxt başqa tanımadığı 15 nəfərə yaxın şəxs Rafiqə yaxınlaşıb sillə təpiklə vurub kənara keçirmiş, o, isə onların aralarına girib Rafiqi döyməmələrini xahiş etmiş, Xanım özü də Rafiqi sillə ilə vurmuş, özü isə Rafiqə yaxınlaşıb ac olduğundan yemək almaq istədiyini və buna görə də pulunu qaytarmasını söyləmiş, Rafiq isə sağ ilə onun baş nahiyəsinə bir dəfə yumruqla vurmuş, o, isə arxasını çevirib siqaret götürmək üçün avtomobilə tərəf getmiş, bu zaman Rafiqin qaçdığını görmüş, həmçinin avtomobildən siqaret götürəndə avtomobilin sağ qabaq oturacağının üzərində meyvə doğramaq üçün götürdüyü özünə məxsus tutacağı qara rəngli, tiyəsinin uzunluğu 10 sm olan bıçağı da görüb sağ cibinə qoymuş, Xanım yanında olmadığından rafiqin arxası ilə getdiyini busu düşmüş və o da onların ardınca gedərək çimərliyinin çıxışında olan birmərtəbəli tikilinin yanma gəlmiş, Rafiqin oradan başqa tanımadığı şəxslər tərəfindən çölə çıxarıldığını görmüş, o, həmin tikiliyə daxil olanda yerdə paltarlar, şortiklər, dəsmallar olduğunu görmüş və orada pulunu axtarmağa başlamış, lakin heçnə tapmamış, sonra çölə çıxıb onların arxasınca getmiş, Rafiqə çatıb həmin tikilidə pulu gizlədib- gizlətmədiyini soruşmuş, əgər gizlətmişsə pulunu verməyi tələb etmiş, bu zaman Xanım da Rafiqə “ay oğraş pulun yerini de” söyləmiş, Rafiq isə bilmirəm deyib Xanıma bir dəfə yumruq atmış, lakin Rafiqin atdığı yumruğun Xanımın bədəninin hansı nahiyəsinə dəyməsini hava qaranlıq olduğu üçün görə bilməmiş, o, Rafiqin bu hərəkətinə əsəbiləşib Rafiqin sinəsindən tutub Xanımı niyə vurduğunu, qızı yaşında olduğunu demiş, Rafiq isə onun sifət nahiyəsinə dirsəyi ilə vurmaq istədikdə o, Rafiqin dirsəyini tutub aşağıya salıb cibində olan açılıb-bağlanan bıçağı çıxararaq Rafiqin qarınına bir dəfə vurmuş, sonra adamların gəldiyini görüb oradan qaçıb uzaqlaşıb çimərlikdə onları gözləyən Mirvüqarla, Xanımın rəfiqəsinin yanına qayıtmış, onların yanına qayıdarkən bıçağı yaxınlıqdakı qamışlığa tullamış, sonra onlar avtomobilə əyləşmiş, avtomobildə hər üçü ondan nə baş verdiyini soruşduqda, onlara heç nə deməmiş, ardınca onlar onu evində düşürdərək çıxıb getmişdir. Onu da qeyd etmişdir ki, bıçağı hadisəni törədib çimərliyə yenidən qayıdarkən yolda qamışlığa tullamışdır (cild 01, iş vər. 39-41). Təsqirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmədiyini, məkhəmə istintaqı zamanı verdiyi ifadəsini qəbul etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X7 bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan şikayətçi deyildir, ona qarşı heç bir tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, onlar dənizə getmişlər, dənizdən çıxdıqdan sonra avtomobilə yaxınlaşan zaman öyrənmişlər ki, onların pulu oğurlanmışdır. Daha sonra ətrafda səs-küy yaranmış və orada olan bir qadın bir şəxsi göstərərək pulu onun oğurladığını bildirmişdir. Həmin şəxs çox adamın pulunu oğurladığı üçün böyük bir mübahisə yaranmış və həmin şəxsin ətrafında çoxlu insan olmuş, daha sonra o, əynini dəyişməyə getmiş və qayıtdıqdan sonra çıxıb getmişlər. Məhkəmədə verilən suallara cavab olaraq dənizən qayıdan zaman avtomobildə o, bacısı, Asim və Həmidənin olduğunu, avtomobili bacısının idarə etdiyini, həmin vaxtı kimin əynində hansı paltar olduğunu xatırlamadığını, Asimin gəzə-gəzə gəlib maşına əyləşdiyini, özünün yorğun olduğu üçün avtomobildə yatdığını, evə çatdıqdan sonra bacısının onu oyatdığını, hadisədən sonra sudurqa keçirdiyi üçün olanları tam xatırlamadığını, Asimin Rafiklə dalaşıb-dalaşmadığını soruşmadığını, Asimin üzərində bıçaq görmədiyini, avtomobili bacısının sürdüyünü və bacısının yavaş sürməyi xoşlamadığını, trampilindən sürətlə keçdiklərini hiss etdiyini, həmin gün kiminsə bıçaqlanması barədə nəsə eşitmədiyini, sabahı gün bir adamın yaralandığını öyrəndiklərini və polis bölməsinə çağrıldıqlarını, hadisə günü Asimin dənizin giriş hissəsindən dənizə doğru gələrək avtomobilə əyləşdiyini, ibtidai istintaq zamanı sərbəst ifadə verib-vermədiyini xatırlamadığını bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 14 iyul 2022-ci il tarixində saat 17 radələrində bacısı Balacaxanım ilə birlikdə dənizə getməyi qərarlaşdırmış, Balacaxanımın “Mercedes A class” markalı **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə dəqiq xatırlamadığı ünvandan Təqsirləndirilən şəxs və Həmidəni də götürürərək Sumqayıt şəhər, Novxanı bağlar massivində yerləşən “Turan” çimərliyinə getmiş, çimərliyə çatdıqda bacısı avtomobili geyim dəyişilən otağların arasında saxlayaraq hamısı dənizə gedib çimdikdən sonra saat 20 radələrində dəsmalları və yemək yemək üçün pul götürmək məqsədi ilə dördü də avtomobilə tərəf getmiş, avtomobilə baxdıqda bacısı pul qabında olan 100 manatın yerində olmadığını görmüş, həmin vaxt avtomobildən 2 metr aralıda tanımadığı keçəl baş bir nəfərlə 5-6 nəfərin mübahisə etdiklərini görmüş və həmin keçəl baş kişinin yəni Rafiq Xamedovun onların avtomobilindən oğurluq etdiyini öyrənmiş, onlar Rafik Xamədova avtomobildən oğurladığı 100 manatı geri qaytarmasını istəsələr də, Rafiq onlara cavab olaraq söyüş söymüş, o, həmin vaxt ayaqyoluna getdiyindən 15 dəqiqə sonra gəldiyi vaxt artıq bacısı Balacaxanım, Asim və Həmidə ona getməli olduqlarını bildirmiş və avtomobilə əyləşmiş, o, yorğun olduğundan və avtomobildə yatdığından evə çatanda bacısı Balacaxanım onu oyatmış, daha sonra Sumqayıt ŞPİ-ə dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs çimərliyə getdikləri gün Rafik Xamədovla aralarında mübahisə baş verməsi nəticəsində ona bıçaqla xəsarət yetirdiyini öyrənmişdir (cild 01, iş vər. 20-22). Daha sonra Şahid2 ifadəsində göstərmişdir ki, avtomobildə evə qayıdan vaxt Asim və ya bacısı Balacaxanım ona bir söz deməmiş, sadəcə həmin vaxt Asim çox həyəcanlı olmuş, Asimin üzərində hər hansı bir qan ləkəsi görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, o, dəniz kənarında davaya şahid olmuş, bir nəfər şəxs başqalarının əşyalarını oğurladığı üçün böyük bir mübahisə yaranmış, həmin vaxt Təqsirləndirilən şəxs də orada görmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq həmin vaxt orada onun dostu və şahid İsmayıl adlı şəxin də olduğunu, Xəyalə adlı tanışını götürüb getdiyini, Xəyalənin ona zəng edərək bıçaqlanma hadisəsinin olduğunu bildirdiyini, amma kimin bıçaqladığını bildirmədiyini, Xəyalənin orada xadimə işlədiyi üçün məlumatının olduğunu, Xəyalənin hadisəni görmədiyini, təqsirləndirilən şəxsdə bıçaq görmədiyini, onları araladıqdan sonra çıxıb getdiklərini, ondan sonra nə baş verdiyindən xəbərinin olmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona qarşı heç bir təzyiq olunmadığını, hadisə günü təqsirləndirilən şəxsin saçının uzun olduğunu, polis bölməsində dəhlizdə siqaret çəkən zaman təqsirləndirilən şəxslə söhbət etdiyini, onun mərhumu bıçaqladığını, Gürcüstan vətəndaşı olduğu üçün onu tuta bilməyəcəklərini söylədiyini bildirmişdir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid7 ifadəsində göstərmişdir ki, o, polis əməkdaşıdır. xx.xx.2022-ci il tarixdə bir nəfər şəxsin bıçaqlanması barədə əməliyyat məlumatı daxil olmuş və onlar hadisə yerinə getmişlər. Uzun tədbirlərdən sonra hadisəni törədən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuş və şəxs Bakı şəhəri ərazisində saxlanılmış, saxlanıldıqdan sonra özü ilə söhbət aparan zaman Rafik adlı şəxsin ölüb-ölmədiyini soruşmuş, onlar isə hələ ölmədiyini, vəziyyətinin ağır olduğunu bildirmişlər. Asim həmin şəxsin qızlara sataşdığını və öldürmək niyəti olmadan şəxsə bıçaq xəsarəti yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs daha sonra polis bölməsində olan zaman da əməlini etiraf etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq təqsirləndirilən şəxsin əməlini şəxsən etiraf etdiyini, Bakı şəhərində saxladıqlarını, saxlanılan zaman saçının uzun olduğunu, təqsirləndirilən şəxsə qarşı heç bir təzyiq olunmadığını, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid9 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, axşam radələrində piyada sahildə xidmətdə olan zaman vətəndaşlar bir nəfər şəxsin yerdə uzanması və ətrafında insanların toplaşması barədə məlumat vermişlər. Onlar hadisə yerinə yaxınlaşmışlar, amma əməli törədən şəxs orada olmamış, yerdə uzanan şəxsə ilkin tibbi yardım göstərmiş və təcili tibbi yardıma və əməliyyat qrupuna məlumat vermişlər. Şəxs ağır xəsarət almış, təcilli tibbi yardım gələn zaman şəxs sağ olmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, xəsarət alan şəxsin danışa bilmədiyini, amma sağ olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhəhr Polis İdarəsinin Post patrul Xidmətinin 2-ci bölüyünün manqa komandiri vəzifəsində çalışmaqla, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində piyada sahil kənarı marşrutda post yoldaşı Şahid9 ilə xidmət aparan zaman adını bilmədiyi vətəndaş onlara yaxınlaşaraq “Turan” istirahət mərkəzinin girişində avtomobil yoluna yaxın ərazidə bir qrup şəxsin mübahisə etməsi barədə məlumat vermiş, onlar dərhal hadisə yerinə doğru hərəkət etmiş və orada həqiqətən də bir qrup şəxsin topalaşdığını görmüş, həmin şəxslərin olduğu yerə yaxınlaşdıqda bir neçə nəfər uzun saç bir oğlanın yaşlı bir kişiyə bıçaq zərbəsi ilə xəsarət yetirdikdən sonra hadisə yerindən qaçması barədə məlumat vermiş, onlar həmin şəxsin və xəsarət alan şəxsin kimliyi və mübahisənin hansı səbəbdən baş verməsi barədə orada olan insanlardan məlumat almağa çalışdıqda, oradakı şəxslər xəsarət almış şəxsin çimərlikdə olan şəxslərə məxsus əşyaları oğurlaması səbəbindən mübahisənin yarandığını bildirmiş, daha sonra xəsarət almış şəxsin həmin ərazidə yerdə uzandığını görüb dərhal ona ilkin tibbi yardım göstərməyə başlamış, Təcili Tibbi Yardım qrupunun əməkdaşları gələnədək onlar həmin şəxsə su vermiş, Təcili Tibbi Yardım əməkdaşları gəldikdə isə həmin şəxsi xəstəxanaya aparmışdır (cild 01, iş vər. 114-116). Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində dostu Həsən ilə birlikdə Həsənin tanışı Xəyalə adlı qadını işdən götürmək üçün “Turan” çimərliyi adlanan əraziyə gəlmiş, o və Həsən Xəyaləni, işlədiyi kafenin qarşısında gözləyən zaman yaxınlıqda səs-küy düşdüyünü və bir neçə adamın başı keçəl, təxminən 42 yaşlı, orta köklükdə qarayanız bir şəxsin başı ətrafında toplaşdığını görmüş, onlar məsələnin nə olduğunu maraqlanmaq üçün oraya yaxınlaşmış, bu zaman bir nəfər “çeçenka” saçlı, üzü saqqalı qarayanız cavan bir oğlanın həmin kişidən pulunu tələb etdiyini görmüş, cavan oğlanın yanında daha bir nəfər oğlan və 2 nəfər qız da dayanmış, dostu Həsən həmin şəxsləri sakitləşdirmək istəyən zaman keçəl baş, nisbətən yaşlı olan şəxs oradakı şəxslərə “özünüzə hörmət etmirsiniz” deyə bildirmiş, bu zaman Həsən gərginliyi aradan qaldırmaq üçün yaşlı kişiyə bir dəfə şillə vurmuş, lakin bununla belə tərəflər sakitləşmədiyindən həm də Xəyalə artıq işdən çıxdığından onlar Xəyaləni də götürüb oradan uzaqlaşmış, səhəri gün Xəyalə Həsənə zəng vuraraq həmin keçəl baş kişinin mübahisə etdiyi “çeçenka” saçlı, saqqalı oğlan tərəfindən bıçaqlandığım bildirmişdir (cild 01, iş vər. 120-122). Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, Təxminən 2022-ci ilin iyun ayından Novxanı qəsəbəsində yerləşən "My Beach" istirahət mərkəzinin yanında yerləşən çimərlikdə “Dərya" kafesində qabyuyan işləmişdir. İş saatı səhər saat 09-da başlamaqla saat 21-22 radələrində qurtarırmış. xx.xx.2022-ci il tarixdə saat 21 işi qurtardığı üçün tanışı Həsən və dostu İsmayıl onu işdən götürmək üçün gəlmişdirlər. O, işdən çıxan zaman ətraf sakitçilik olmuş və o evinə gəlmişdir. Səhəri gün işə qayıtdıqda orada işləyən adını xatırlamadığı digər işçilərdən dünən burada dava-dalaş olduğunu və bir nəfərin bıçaqlandığını öyrənmişdir. Lakin xx.xx.2022-ci il tarixdə o, mətbəxdə işlədiyi üçün dava-dalaş olmasından xəbər tutmamışdır (cild 02, iş vər. 36-38). Məhkəmə istintaqı zamanı Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və şahid həmin ifadəsində göstərmişdir ki, 2012-ci il tarixdən daxili işlər orqanlarında 2021-ci ildən isə Sumqayıt Şəhəhr Polis İdarəsinin 1-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022- ci il tarixdə təxminən saat 22 radələrində Sumqayıt Təcili Tibbi Yardım Stansiyasından bölməyə xx.xx.1978-ci il təvəllüdlü Zərərçəkmiş şəxs naməlum şəraitdə bıçaqlanması barədə məlumat daxil olmuş, həmin məlumat əsasında dərhal hadisə yerinə əməliyyat-istintaq qrupu çıxmış, ilkin araşdırma zamanı Sumqayıt şəhəri, Novxanı qəsəbəsində yerləşən “Turan” çimərliyində Rafiki bıçaqlayan şəxsin “çeçenka” saçlı, saqqalı bir cavan oğlan olduğu əməliyyat yolu ilə müəyyən edilmiş, bundan sonra o və bölmə rəisinin müavini Şahid7 ərazidə olan Təhlükəsiz Şəhər kameralarına baxış keçirmiş, baxış keçirən zaman bir ədəd gümüşü rəngli “Mercedes A class” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin hadisədən dərhal sonra sürətlə hadisə yerini tərk etdiyini görmüş, həmin avtomobil şübhə yaratdığından, avtomobilin sahibinin şəxsiyyətini müəyyən edərək polis bölməsinə dəvət etmiş, polis bölməsində olarkən həmin şəxsin Şahid1 olduğu aşkar edilmiş, Şahid1 hadisə barədə sorğu-sual edildikdə, Balacaxanım onlara tanışı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurduğunu söylədiyindən, onlar Təqsirləndirilən şəxs tapılması istiqamətində hərəkətə keçmiş, nəhayət xx.xx.2022-ci il tarixdə təxminən saat 17 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayonu ərazisində tapmış və küçədə Asimə yaxınlaşaraq özlərini təqdim edib, xx.xx.2022-ci il tarixdə “Turan” çimərliyində kimisə bıçaqlayıb-bıçaqlamadığını soruşmuş, Təqsirləndirilən şəxs onlara həqiqətən xx.xx.2022ci il tarixdə “Turan” çimərliyində keçəl baş bir kişini bıçaqladığını bildirərək, həmin adamın sağ olub-olmadığını soruşmuş, onlar Asimə həmin adamın sağ olduğunu, lakin buna baxmayaraq onlarla birlikdə polis bölməsinə getməli olduğunu söyləmiş, bundan sonra Asim onlarla birlikdə avtomobilə əyləşərək Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gəlmişdir (cild 02, iş vər. 63-66). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, qardaşı Mirvuqar, rəfiqəsi Həmidə İsayeva və dostu Təqsirləndirilən şəxs ilə birlikdə dənizə getmişlər. İki nəfər şəxsin mərhum Rafik adlı şəxsi sıxışdırdıqlarını görmüş və onları aralamışlar. Araladıqdan sonra qardaşı və Asim dənizə çimməyə getmiş, onlar isə yemək sifariş etmək üçün kənarda oturmuşlar, yemək sifariş edən zaman ödənişi nağd şəkildə alacaqlarını bildirdikdə onlar pul götürmək üçün avtomobilə getmişlər. Bu zaman 15-16 yaşlarında oğlan uşağı onlaya yaxınlaşaraq bayaq araladıqları kişinin onların qohumu və ya tanışı olub-olmadığı soruşmuş, o isə tanışı olmadığını, insanlıq göstərərək onları araladıqlarını bildirmişdir. Oğlan həmin kişinin onların avtomobilinə girərək axtarış etdiyini bildirmişdir. Daha sonra pullarının oğurlandığının fərqinə vararaq Asimlə qardaşını çağırmışlar. Onlar gedib mağazadan alış-veriş edərək gəlib yemək yedikləri zaman həmin şəxsin gəldiyini görmüşlər. O, həmin şəxsin yanına yaxınlaşaraq bayaq onu öldürərkən ona kömək etdiyini bildirmiş və pununu oğurlama səbəbini soruşmuşdur. Daha sonra kənardan şəxslər onun əlindən çimərliyə gələ bilmədiklərini, oğurluq etdiyini söyləmişlər. Həmin şəxs oğurladığı əşyaları çimərliyin yaxınlığındakı bir binada saxlayırmış. Həmin şəxsdən pulunu tələb edən zaman onun avtomobilinə girmədiyini, pulunu oğurlamadığını, onun bunu sübut edə bilməyəcəyini, ətrafda kameraların olmadığını bildirmişdir. Rafiklə onun arasında mübahisə yaranmış və Rafik onu itələyərk yerə yıxmışdır. Daha sonra insanlar onların ətrafına toplaşmış, Asim qaça-qaça gəlib onu durquzmuş və o həmin kişinin oğurluq etdiyini söyləyən oğlanı çağırmışdır. Başqa bir oğlan davaya qarışaraq Rafikə kəllə vurmuş və həmin oğlanın yanında anası, orada işləyən dostu da olmuşdur. Asim də, o da Rafikə vurmuşlar, amma bıçaqlama söhbəti olmamışdır. Rafik onlara qarşı nalayiq söyüşlər işlətmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Rafikin onu itələdiyini və onun yıxıldığını, Asimin Rafikin yaxasından tutaraq silkələdiyini, Rafiklə Asim arasında mübahisə olduğunu, o maşına yaxınlaşdıqdan 5-6 dəqiqə çəkməmiş Asimin onun arxasınca gəldiyini, əvvəllər Asimin üzərində bıçaq gəzdirdiyini görmədiyini, onun narkotik istifadəçi olduğu üçün məsuliyyətə cəlb olunduğunu, mübahisədən sonra Asimlə bir yerdə getdiklərini bildirmişdir. Şahid1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında müəyyən ziddiyyətlər olduğundan, onun ibtidai istintaq zamanı verdiyi ifadəsinin qeyd edilən hissəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, “...Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirdiyi şəxsi tanımasa da, polis bölməsinə gəldikdən sonra adının Rafiq Xamedov olduğunu öyrənmiş, hadisə zamanı o, bıçağı görmədiyi üçün həmin bıçağın əlamətləri barədə heç nə xatırlamamış, o, Asimin Rafiqi bıçaqla vurmasını görməsə də, Asim avtomobilə minib hadisə yerini tərk etdikdən bir qədər sonra Asim özü ona Rafiqi bıçaqladığını demiş, onun avtomobilində bıçaq olmamış və Asim həmin bıçağı onun avtomobilindən götürməmişdir” (cild 02, iş vər. 113- 117). Şahid1 bildirmişdir ki, həmin ifadəsi Sumqayıt Şəhər Prokurorluğunda alınmış, ifadə verən zaman prokurorluq əməkdaşı çölə çıxmış və başqa bir oğlan gəlib ondan ifadə almışdır. Həmin ifadəsini təsdiq etməmişdir. İbtidai istintaq orqanı tərəfindən ittiham aktına əlavə edilmiş şahidlərdən Şahid8 Məmmədfəhim qızı dəfələrlə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə iclasına dəvət olunsa da, məhkəmə iclasına gəlməmiş, məqsədli şəkildə məhkəməyə gəlib ifadə verməkdən imtina etmiş, belə olan halda onun barəsində məhkəmə prosesinə məcburi gətirilməyə dair qərar qəbul olunaraq müvafiq polis orqanlarına ünvanlansa da, sözügedən şahidin yerinin müəyyən edilərək həmin şəxsin məhkəmə qarşısına çıxarılması mümkün olmamışdır. Məhkəmə obyektiv səbəbdən deyil, məhz subyektiv səbəbdən, yəni şahidin özünün məqsədli şəkildə məhkəmədən yayınması səbəbindən onun məhkəmə istintaqında iştirakının təmin edilməməsi ilə bağlı olaraq Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin tələbləri baxımından hesab etmişdir ki, bir haldaki ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin əleyhinə ifadə vermiş şahidin məhkəmədə birbaşa iştirakını təmin etmək və onun təqsirləndirilən şəxslə üzləşdirilməsini həyata keçirmək mümkün deyil, bu halda onun ibtidai istintaq zamanı verdiyi ifadəsi də elan olunub tədqiq olunmamalıdır. Odur ki, məhkəmə kollegiyası həmin şahidlə bağlı sübutların (şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsinin tədqiqi, onun iştirakı ilə keçirilən tanınmaya təqdim etmə istintaq hərəkətinin protokolunun tədqiqi və s.) tədqiqindən imtina etmiş və müşavirə otağında həmin şəxsin məhkəmədə ifadə verməkdən imtina etməsi ilə bağlı məsuliyyət məsələsini də həll etmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Raport”dan görünür ki, həmin tarixdə Sumqayıt şəhər, təcili tibbi yardım stansiyasının həkimi Məmmədova telefonla məlumat verərək, Xırdalan şəhəri, Quşçuluq küçəsi, 17 mənzil 15 ünvanında yaşayan, xx.xx.1978-ci il təvəllüdlü, Zərərçəkmiş şəxs Qasım oğlunun naməlum şəraitdə bıçaqlanması barədə məlumat vermişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə saat 16:00 radələrində müdafiəçinin iştirakı ilə video çəkilişlə hadisənin baş verdiyi Sumqayıt şəhəri, Novxanı qəsəbəsi istiqamətində yerləşən “My Beach” çimərlik ərazisində Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları və cinayətin baş vermə mexanizmini bir daha əyani olaraq hadisə yerində göstərmiş, bu barədə çəkilişin əks olunduğu CD disk protokola əlavə edilmişdir (cild 01, iş vər. 87-90). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli, 92 nömrəli rəyindən görünür ki, X9 meyitinin bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edildi: qarının ön divarının-sağ qabırğaaltı nahiyyənin bir ədəd qarın boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası, qaraciyərin və sağ böyrəyin deşilmiş-kəsilmiş yaraları. Qeyd olunan xəsarətlər həyatidir, deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən törənmişdirlər, törənmə müddəti şəxsin Sumqayıt şəhər təcili tibbi yardım xidmətinə qəbul edildiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X9 ölümünə səbəb almış olduğu qarının ön divarının qarın boşluğuna nüfuz edib qaraciyəri və sağ böyrəyi zədələyən deşilmiş- kəsilmiş yarası nəticəsində baş vermiş kəskin daxili qanitirmənin törətdiyi ağır dərəcəli posthemoragik anemiya və İİİ-İV dərəcəli hemoragik şok olmuşdur. X9 ölümü xx.xx.2022-ci il tarixdə saat 10:10-da Sumqayıt şəhər təcili tibbi yardım xidmətində baş vermişdir. Hadisə baş verən zaman xəsarət yetirənlə xəsarət alan müxtəlif duruş vəziyyətlərində olmaqla, həm ayaqüstə üzbəüz, həm də yerdə uzanmış vəziyyətdə ola bilərdilər. X9 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir (cild 01, iş vər. 175-182). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “tanınmaya təqdim etmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs fotoşəkli 3 nəfər kişi cinsindən olan şəxslərin fotoşəkilləri ilə birlikdə Şahid3 təqdim edilmiş, Şahid3 həmin foto şəkillərin içərisindən Təqsirləndirilən şəxs aid fotoşəkili göstərərək həmin şəxsin xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Kazımoviç ilə mübahisə edən və sonradan onu bıçaqladığını öyrəndiyi şəxs olduğunu bildirmişdir (cild 02, iş vər. 21-22). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “tanınmaya təqdim etmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs fotoşəkli 3 nəfər kişi cinsindən olan şəxslərin fotoşəkilləri ilə birlikdə Şahid4 təqdim edilmiş, Şahid4 həmin foto şəkillərin içərisindən Təqsirləndirilən şəxs aid fotoşəkili göstərərək həmin şəxsin xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Kazımoviç ilə mübahisə edən və sonradan onu bıçaqladığını öyrəndiyi şəxs olduğunu bildirmişdir (cild 02, iş vər. 27-28). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “tanınmaya təqdim etmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs fotoşəkli 3 nəfər kişi cinsindən olan şəxslərin fotoşəkilləri ilə birlikdə Şahid5 təqdim edilmiş, Şahid5 həmin foto şəkillərin içərisindən Təqsirləndirilən şəxs aid fotoşəkili göstərərək həmin şəxsin xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Kazımoviç ilə mübahisə edən və sonradan onu bıçaqladığını öyrəndiyi şəxs olduğunu bildirmişdir (cild 02, iş vər. 39-40). Cinayət işinin materiallarında olan komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2942 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs əvvəllər və cinayəti törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik qeyd edilməyib. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayəti törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, qıcığa qarşı həssaslıq, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyəti (affekt) keçirməmişdir (cild 02, iş vər. 58-61). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 126.2.4, 126.2.3, 221.1-ci maddələrinin və qəsdən və ya ehtiyyatsızlıqdan adam öldürmə cinayətinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs cinayət aləti kimi istifadə etmiş olduğu silahı yəni, bıçağı əldə etmək və müvafiq ekspertiza keçirilərək, soyuq silah olub-olmamasını aydınlaşdırmaq mümkün olmadığından həmin hissədə CM-in 228.4-cü maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 208-224). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən, cinayət qanununda göstərilən obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət hüquq elmində cinayət tərkibinin dörd məcburi əlamətinin mövcudluğu qəbul edilir və mübahisələndirilmir. Bunlar cinayətin obyekti, cinayətin subyekti, cinayətin obyektiv cəhəti və cinayətin subyektiv cəhətidir. Bu əlamətlər ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən zəruri əlamətlər olduğundan, mütləqdir ki hər hansı cinayət əməli araşdırılarkən sözügedən dörd məcburi əlamət müəyyən olunsun. Bu məcburi əlamətlərdən biri də sözsüz ki, cinayət törədən şəxsin təqsirini, yəni əmələ olan münasibətini, onun qəsdən və ya ehtiyatsızlıqdan hərəkət etməsini müəyyən edən cinayətin subyektiv cəhətidir. Bu əlamətin müəyyən olunması ilə cinayət törədən şəxsin, təqsirli olan şəxsin törətdiyi əmələ olan psixi münasibəti müəyyən olunur. Bunun nəticəsində şəxsin sözügedən cinayəti törədərkən təqsirin qəsd forması ilə hərəkət etməsi və ya şəxsin hərəkətlərində təqsirin ehtiyatsızlıq formasının olması müəyyən olunur. Odur ki, hər bir cinayət əməlində cinayətin subyektiv cəhətinin müəyyən olunması çox vacibdir. CM-nin 24-cü maddəsində göstərilmişdir ki, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Həmin Məcəllənin 25.3-cü maddəsinə əsasən isə şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Həmçinin həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Həmin Məcəllənin 26.2-ci maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Habelə həmin Məcəllənin 26.3-cü maddəsinə əsasən şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur. Göründüyü kimi, CM-nin Ümumi hissəsində təqsirin qəsd və ehtiyyatsızlıq formasının mövcudluğu göstərilsə də, cinayət qanunvericliyinin Xüsusi hissəsində təqsirin qarışıq formasını ehtiva edən cinayət əməllərinin əks olunduğu maddələr də mövcuddur. Təqsirin bu formasında həm qəsd, həm də ehtiyatsızlıq özünü göstərir. Bu növ cinayətlərdən biri də qəsdən sağlamlığa ağır zərər vurmanın ehtiyyatsızlıqdan şəxsin ölümünə səbəb olması əməlidir ki, sözügedən cinayət əməli CM-nin 126.3-cü maddəsində öz əksini tapmışdır. Bu qəbildən olan cinayətlərin xüsusiyyəti ondan ibarətdir ki, cinayət törətmək istəyən şəxsin hərəkəti təqsirin qəsd forması ilə əhatə olunur və həmin qəsd məhz zərər yetirilməsi arzu edilən şəxsə qarşı istiqamətlənir, həmçinin yetirilən xəsarət məhz qəsdin istiqamətləndiyi şəxsə yetirilir. Yalnız niyyət həmin şəxsi həyatdan məhrum etməyə yönəlmir və nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs aldığı xəsarətdən vəfat edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 dekabr 2002-ci il tarixli Plenum qərarında göstərilmişdir ki, qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı mövcud şəraitdə Təqsirləndirilən şəxs əməlinə məhz təqsirin qarışıq formasında mövcud olan cinayət əməli kimi yanaşmış və nəticədə sonuncunun əməlini CM-nin 126.3-cü maddəsinə tövsif etməklə ona həmin maddə ilə ittiham irəli sürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli şəxsin özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl CM-nin 126.3-cü maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət hadisəsi ilə əlaqəsinin olmadığını göstərsə də, hadisə günü onun hadisə yerində olması, təqsirləndirilən şəxslə aralarında mübahisə yaranması, daha sonra hadisə yerindən tələsik və həyəcanla ayrılması, onun mərhum zərərçəkmiş şəxslə mübahisə etməsini görən şahidlərin olması, ən əsası isə ibtidai istintaq zamanı ifadəsi hadisə yerində yoxlanılarkən etirafedici ifadə verərək hadisə barədə, hadiəsnin baş vermə mexanizmi barədə ətraflı, geniş ifadə verməsi onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs hazırda yalan danışır, cinayət məsuliyyətindən yayınmağa çalışır. Bundan əlavə, təqsirləndirilən şəxs həmçinin ibtidai istintaq zamanı təsirə məruz qaldığını bildirsə də, həm şübhəli şəxs qismində saxlanılarkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin polis əməkdaşları tərəfindən ona təzyiqlər olunması, xəsarət alması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, təqsirləndirilən şəxsin həmin ifadələrini müdafiə xarakterli ifadə kimi qəbul edir və onunla razılaşmır. Məhkəmə hesab edir ki, bu təqsirləndirilən şəxsin əvvəlcədən seçdiyi müdafiə taktikasıdır. Ona görə də, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürərək ona elan olunan ittihamın əsasına məhz həmin ifadəni qoyur. Şahid1 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası bildirir ki, həmin xanım təqsirləndirilən şəxlə tanışlığı və yaxın münasibətləri olan şəxsdir. Bu hal onun təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsini anlaşılan edir. Odur ki, məhkəmə kollegiyası şəxsin həmin ifadəsinə tənqidi yanaşır, əksinə onun ibtidai araşdırma dövründə heç bir təsir və təzyiq altında qalmadan verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərərk təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasında həmin ifadəni qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cəza təyin edilərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 168-169). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməklə zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halın mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışığın olmasını nəzərə alaraq, həmçinin CM-in 60cı maddəsinin tələblərini əsas götürərək ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmasını və həmin cəzanın real olaraq çəkilməli olmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur (cild 01, iş vər. 32). İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məhkəmə tərəfindən əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər. 63- 65). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut olan 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınmalıdır. Eyni zamanda, iş üzrə mülki iddianın və məhkəmə məsrəfinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegyası, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-253/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-253/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver