Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-254/2023 20.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təxminən saat 01:30 radələrində nənəsi Zərərçəkmiş şəxs ilə birlikdə yaşadığı ünvan 1 ünvanına gəlmiş, nənəsi onu evə gec gəldiyi üçün məzəmmət etmiş, bununla kifayətlənməyərək anası və atasını təhqir etmiş, nənəsinin bu təhqirlərindən sonra, əvvəllər də nənəsi ilə tez-tez mübahisə etməsindən bezdiyi üçün son 2-3 gün ərzində nənəsini öldürmək barədə fikirlərini reallaşdırmaq qərarına gəlib, təxminən saat 03 radələrində bu məqsədlə evdə olan özünə aid bir cüt idman ayaqqabısının hər iki ipini açaraq bir-birinə bağlayıb, nənəsi Zərərçəkmiş şəxs yatmış olduğu yataq otağına gəlmiş, otağa gəldikdən sonra nənəsi yuxudan ayılaraq ondan nə üçün otağa gəldiyini soruşmuş, o, isə heçnə deməyərək nənəsinə yaxınlaşaraq əlindəki ipi sonuncunun boğazına keçirərək, boğmağa başlamış, lakin nənəsi müqavimət göstərdiyindən iplə boğa bilməyəcəyini başa düşüb, sağ qolu ilə nənəsini təxminən 1-2 dəqiqə ərzində boğmağa davam etmiş, həmçinin nənəsinin müqavimətini qırmaq üçün sol əli ilə sifət nahiyəsinə bir neçə yumruq zərbəsi endirərək, sonuncuya boyunun 4 ədəd stranqulyasiyon şırımları və qançırı kimi həyat üçün təhlükəli olan və bu halda boyun orqanlarının ilgəklə-əllə sıxılması nəticəsində baş vermiş asfıksiya ilə əlaqədar olaraq ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid xəsarət, sol gicgah-təpə nahiyəsinin dərialtı qansızması, sol gözaltı nahiyyənin, hər iki dodağın, sağ əlin arxa səthinin qançırı kimi dərəcəsi təyin olunmayan xəsarətlər yetirərək, Zərərçəkmiş şəxsm qəsdən öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən və suallara cavab verməkdən imtina etmişdir. Əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsində ona Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli hesab edərək ifadəsində göstərmişdir ki, o, nənəsi Zərərçəkmiş şəxs ilə birlikdə ünvan 1 ünvanında yaşamış, nənəsi Zərərçəkmiş şəxs ilə münasibətləri normal olsa da, təxminən son 6-7 ay ərzində münasibətləri yaxşı olmamış, o, təxminən 14-15 il, ailəsi ilə birlikdə Türkiyə Respublikasının Antalya şəhərində yaşamış, 2021-ci ilin mart ayında nənəsi Qənirə koronavirus xəstəliyinə tutulduğundan o, nənəsinə qulluq etmək üçün xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhərinə gəlmiş, o, nənəsi ilə qaldığı ilk vaxtlar münasibətləri yaxşı olsa da, təxminən son 6-7 ay ərzində tez-tez mübahisə etmiş, belə ki, o, qonşuluqda yaşayan Cevriyə adlı qızı sevdiyindən, ailə qurmaq istədiyindən, lakin qohum olmadığından nənəsi Qənirə onun Cevriyə ilə münasibətinə razılıq verməmiş, həmçinin onun geyiminə, saqqal saxlamağına, siqaret çəkməyinə və s. vərdişlərinə görə tez-tez irad tutaraq və məzəmmət etmiş, o, artıq nənəsi Qənirənin teztez mübahisə etməsindən bezərək, hadisədən 2-3 gün əvvəl nənəsini öldürməyi fikirləşmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 09 radələrində o, yuxudan duraraq nənəsinin ona almış olduğu, “Passat” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yağını dəyişmək məqsədilə, əşya bazarında olan Kamil adlı ustanın yanma getmiş, ustanın yanında olarkən bibisi Vəsilə ona zəng vuraraq, oğlu Uğuru şahmat məktəbindən götürməyi xahiş etmiş, ustanın yanında növbə olduğundan o, bibisini də evindən götürərək, şahmat məktəbinə gedib Uğuru oradan götürmüş və evlərinə qaytarmış, ardınca yenidən Kamil ustanın yanına gəlmiş, avtomobilin yağını dəyişdikdən sonra təxminən günorta saatlarında evə qayıtmış, o, evdə olarkən nənəsi Qənirə ona zəng vuraraq, işlədiyi “Aşıqlar Birliyindən” götürməyini xahiş etmiş, o, “Aşıqlar Birliyinə” gedərək Qənirəni oradan götürüb evə gətirmiş, nənəsini evə qoyduqdan sonra avtomobili yudurtmaq üçün əşya bazarına getmiş, təxminən saat 18-19 radələrində yenidən evə qayıtmış, evdə təxminən 1-2 saaat oturduqdan sonra məhəlləyə düşərək, Şərif və daha bir neçə adını bilmədiyi şəxslərlə siqaret çəkib söhbətləşmiş, təxminən yarım saat sonra evə qayıdaraq saat 21-22 radələrində evdən çıxıb “Misli” mərc oyunlarının keçirildiyi məkana getmiş, orada olarkən təxminən saat 24 radələrində nənəsi Qənirə ona zəng vuraraq, yatdığını deyib evə nə zaman gələcəyini soruşmuş, o, nənəsinə yatmağını və bir azdan gələcəyini bildirmiş, təxminən saat 01:30 radələrində o, mağazadan iki ədəd süzülməmiş 0,5L Xırdalan pivəsi alaraq evə gəlmiş, evə qalxmamışdan blokun qarşısında məhəllə dostları olan Şərif və qardaşı Vüqar ilə görüşüb evə qalxmış, evə gəldikdə qapını açarla açıb evə girən zaman, qapının səsinə nənəsi Qənirə yuxudan oyanmış və evə gec gəldiyi üçün onu məzəmmət etməyə başlamış, lakin əsəbi soyumayaraq ardınca onu təhqir etməyə, atası və anası ilə bağlı əxlaqsız sözlər söyləməyə başlamış, o, nənəsinin təhqirlərinə əsəbiləşsə də, məhəl qoymayaraq qonaq otağına keçmiş, evdə olarkən televizorda “Survivor” verilişinə baxmağa başlamış, ardınca özünə “semiçka” almaq üçün binanın yanında yerləşən “Mini Marketə” gələrək “semiçka” alıb evə qayıtmış, pivələrin hər ikisini içdikdən sonra nənəsinin onu danlamağı yadına düşdüyündən təxminən saat 03 radələrində nənəsini öldürmək qərarına gəlmiş və bu məqsədlə otağında olan idman ayaqqabısının hər ikisinin iplərini açaraq, otağındakı dolabda olan qırmızı rəngli ipi də götürüb, ipləri bir birinə bağlamış və nənəsinin otağına gəlib nə cür boğacağım fikirləşmiş, bu zaman nənəsi yuxudan duraraq “nə var, nə axtarırsan” deyə soruşmuş, o, nənəsinə cavab verməyərək, nənəsinə yaxınlaşmış, həmin vaxt nənəsi sağ yanı üstə uzandığından o, ayağını nənəsinin kürəyinə dirəmiş və əlindəki ipi boynuna keçirərək, güc təbiq edib özünə tərəf dartmış, lakin bu vaxt nənəsi müqavimət göstərərək, iplə boğmağa ona imkan verməmiş və o, sağ qolu ilə nənəsinin boğazından tutub boğmağa davam eləmiş, nənəsi ona müqavimət göstərdiyindən o, sol əli ilə nənəsinin sifət nahiyəsini yumruqlamağa başlamış, təxminən 1-2 dəqiqə nənəsini boğduqdan sonra sol qulağından qan gəlməyə başlamış, nənəsi hərəkətsiz vəziyyətdə qaldıqdan sonra o, nənəsinin öldüyünə əmin olub əlini buraxmış, nənəsi Qənirəni öldürdükdən sonra siqaret çəkib əl-üzünü yumuş, əynindəki paltarın qan olduğunu görüb paltarı əynindən çıxarmış, ardınca həmin paltarı və nənəsini boğarkən istifadə etdiyi ipi torbaya qoyub, evdən çıxaraq yaxınlıqdakı parka getmiş, parka çatdıqda ağacların arasında ipi yandırmış, ardınca paltarını da yandırmaq istədikdə alışqan yanmadığından, o, paltarı basdırmaq qərarına gəlmiş, ipi yandırdığı yerdən bir qədər aralanıb ayağı ilə yeri qazıb, paltarı torbadan çıxararaq basdırmış, torbanı isə oralarda bir yerə atmış, bütün bunları etdikdən sonra yenidən evə qayıdaraq, bibisi Vəsiləyə zəng vurub nənəsi Qənirənin öldüyünü bildirmiş və ağlamağa başlamış, bibisi Vəsilə ona qonşulara xəbər verməyini və özünün də gəldiyini demiş, o, evdən çıxaraq qışqıra- qışqıra qapı qonşuları Hicran adlı qadının qapısını döymüş, bu zaman onun səsinə üst qonşuları Şərif gəlmiş və nə baş verdiyini soruşmuş, o, Şərifə nənəsinin öldüyünü bildirmiş, Şərif dərhal Təcili-Tibbi Yardıma zəng vurmuş və bir neçə dəqiqə sonra həkimlər evə gələrək nənəsinin öldüyünü təsdiqləmişdir. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, nənəsi Zərərçəkmiş şəxs öldürərkən nənəsinin əynində ağ-mavi rəngli gecəlik, onun əynində isə boz rəngli “şortik” və boz rəngli “Avva” firmasına məxsus qısa qol köynək olmuş, köynəyin üzəri qan olduğundan köynəyi dəyişərək, ağ rəngli qısa qol köynək geyinmiş, nənəsi Zərərçəkmiş şəxs öldürərkən ona heç kəs kömək etməmiş, özü tək öldürmüş, nənəsi Zərərçəkmiş şəxs evdə pul, qızıl-zinət və s. qiymətli əşyalar saxlamasının şahidi olmamış, o, mərc oyunları oynadığından, müəyyən miqdarda borcu yığıldığından təxminən 1 ay əvvəl evdəki “noutbuk”-u nənəsindən xəbərsiz sataraq borcunu qaytarmış, lakin sonradan nənəsinə “noutbuk”-u satdığını etiraf etmiş, bundan başqa təxminən 10 gün əvvəl mərc oyunlarından yaranmış borcunu qaytarmaq üçün nişanlısı Cevriyədən 3000 manat miqdarında borc pul almış, Cevriyə həmin pulları bankdan kredit şəklində götürərək ona vermişdir. (cild 1, i/v. 62-66,165-169) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı isə etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun anası, Təqsirləndirilən şəxs isə bacısı oğludur. 2021-ci ildən Nicat nənəsi Qənirə ilə birgə yaşamışdır. Son zamanlar anası Qənirə ilə Nicatın münsibəti yaxşı olmamış, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında tez-tez mübahisə olmuş, lakin hər dəfə bu mübahisələri eşitdikdə əsəbiləşdiyi üçün anası ona Nicatla olan mübahisələri barədə heçnə deməmişdir. Nicat tez-tez mərc oyunları oynamış və buna görə də müxtəlif şəxslərə borcu yaranmışdır. Nicat mərc oyunları oynamaq üçün və ya həmin oyunlardan yaranmış borclarını qaytarmaq üçün, evdə olan “noutbuku” Zərərçəkmiş şəxs xəbərsiz götürərək satmışdır. xx.xx.2022-ci il tarixdə Nicat onun arvadı Vəsiləyə zəng vuraraq Zərərçəkmiş şəxs öldüyünü demiş, onlar anası Qənirənin yaşadığı mənzilə gəlmiş, həyətə çatdıqda artıq X7 avtomobili də həyətə gəlmişdir. Mənzilə daxil olanda qonşuların və Nicatın mənzildə olduğunu, Nicatın ağladığını görmüşlər. Daha sonra anasının yataq otağına daxil olduqda onun hərəkətsiz vəziyyətdə yataqda olduğunu, baş nahiyəsinin göyərdiyini və qulağından qan gəldiyini görmüşdür. O, təqsirləndirilən şəxslə barışdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəmədə zərərçəkmiş şəxsi hüquqi varisi qismində dindirilmiş X5 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, , Təqsirləndirilən şəxs onun nişanlısı olmuşdur. Nicatla tez-tez söhbətləşən zaman Nicat nənəsi Qənirədən gileylənmiş, belə ki, Nicatın deməsinə görə nənəsi Nicatın bütün işlərinə qarışmaqla, hər xırda bir şey üstündə Nicatla mübahisə etmişdir, hətta Qənirə Nicatla onun nişanlanmağına da qarşı çıxmışdır. Nicat Sumqayıt şəhərinə gəldiyi ilk vaxtlar nənəsini çox istəsə də son zamanlar nənəsi ilə mübahisələri artmışdır. Hadisə günü təxminən saat 23 radələrində Nicat evə gəldiyini demiş, Nicatla telefon əlaqəsi saxlayan zaman Nicatla bir az danışdıqdan sonra sağollaşmışlar. Bundan sonra onun Nicatla hər hansı bir danışığı olmamış, təxminən saat 05-06 radələrində evlərinin qapısı bərkdən döyülməyə başlamış, o, anası Həlimə ilə qapını açdıqda Nicatı görmüş, Nicat həyəcanlı vəziyyətdə onlara nənəsi Qənirənin rəhmətə getdiyini bildirərək ağlamağa başlamış, Nicatı bir az sakitləşdirib hadisənin necə baş verdiyini soruşmuş, Nicat ona saat 04 radələrində yuxudan durduğunu və acdığı üçün mətbəxə keçən zaman nənəsi Qənirənin üstü açıq yatmasından şübhələnib Qənirəyə baxmaq üçün otağına daxil olan zaman öldüyünü gördüyünü bildirmiş, ardınca hönkürtü ilə ağlayaraq yetim qaldığını söyləmiş və onların evini tərk edib getmişdir. Şahid3 məhkəmdə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun doğma anası, Təqsirləndirilən şəxs isə doğma oğlu olmaqla münasibətləri hər zaman yaxşı olmuş, təxminən 14-15 il bundan əvvəl o, Rasim adlı şəxslə ikinci dəfə ailə həyatı quraraq, oğlu Nicat ilə birlikdə Türkiyə Respublikasının Antalya şəhərinə köçmüş, Rasim adlı şəxslə olan evliliyindən isə Oğuz Seyidov adlı oğlu dünyaya gəlmiş, anası Zərərçəkmiş şəxs ünvan 1 ünvanında tək yaşadığından və 2021-ci ilin mart ayında “COVİD-19” xəstəliyinə tutulduğundan o, Nicatı anası Qənirəyə qulluq etməsi üçün Azərbaycan Respublikasına göndərmiş, anası Qənirə özü də Nicatın onunla birlikdə yaşamasını istəmiş, Nicat Sumqayıt şəhərinə gələrək anası Qənirə ilə birlikdə yaşamağa başlamış, hətta anası Qənirə kreditlə Nicata “Passat” markalı avtomobil də almış, Nicat Sumqayıt şəhərinə gəldikdən təxminən 2-3 ay sonra 9-cu mikrorayonda yerləşən “Araz supermarket” mağazasında kassir kimi işləməyə başlamış, o, tez-tez anası Qənirəyə və Nicata zəng vuraraq hal-əhval tutmuş, anası Nicatdan gileylənərək, aldığı maaşdan evə kömək etmədiyini, yəni avtomobilinin kreditinə köməklik etmədiyini, evə bazarlıq etmədiyini bildirmiş, o, Nicata bu barədə dedikdə, Nicat da ona cavan oğlan olduğunu, xərclərinin olduğunu demiş, 2022-ci ilin mart ayında Nicat qonşuluqda yaşayan Cevriyə adlı qızla nişanlanmış, ilk vaxtlar anası Qənirə buna etiraz etsə də, sonradan ailələr tanış olduqdan sonra anası da razılıq vermiş, təxminən 1-2 ay bundan əvvəl iş şəraitini bəyənmədiyi üçün Nicat kassir işlədiyi mağazadan işdən çıxmış, Nicat işdən çıxdıqdan sonra anası Qənirədən tez-tez pul istəməyə başlamış, hətta evdə olan “noutbuk” bir gün evdən itmiş, ilk başda Nicat bundan xəbəri olmadığını bildirsə də, o, Nicatla bir neçə dəfə söhbət etdikdən sonra, Nicat həmin “noutbuku” satdığını bildirmiş, o, Nicata həmin pulları hara xərclədiyini soruşduqda Nicat ona mərc oyunları oynadığını və borcu olduğunu, buna görə də, nənəsi Qənirədən tez-tez pul istədiyini, “noutbuku” satdığını bildirmiş, bundan əlavə təxminən 2 həftə bundan əvvəl Nicat ona zəng vuraraq mərc oyunları ilə əlaqədar yaranmış borcunu ödəmək üçün öz telefonunu satdığını deyərək, yeni telefon almaq üçün ondan pul istəmiş, o, Nicata 400 ABŞ dolları miqdarında pul göndərərək, Nicatdan mərc oyunları oynamasını tərgitməyi xahiş etmiş, Nicat and içərək, bir daha mərc oyunu oynamayacağını bildirmişdir. Sonuncu dəfə anası Qənirə ilə xx.xx.2022-ci il tarixdə, təxminən saat 24 radələrində telefonla danışmış, belə ki, anası ona zəng vuraraq Nicatın evə gəlmədiyini deyərək narazılığını ifadə etmiş, anası ilə danışıb qurtardıqdan sonra o, Nicatın harada olmasını müəyyənləşdirmək üçün Nicata zəng vurmuş, lakin Nicat onun zənglərinə cavab vermədiyindən o, Nicata mesaj yazmış, bununla belə Nicat mesajlarına da cavab verməmiş, səhəri gün Nicat ona zəng vuraraq, gecə dostu Fərdin bağında ad günü tədbirində olduğundan zənglərə cavab verə bilmədiyini bildirmiş, lakin sonradan Nicatın dostları ilə söhbət etdikdən sonra, Nicatın hər hansı bir ad günündə olmadığı ona məlum olmuş, xx.xx.2022-ci il tarixdə, təxminən saat 03 radələrində Nicat ona zəng vuraraq, ağlaya-ağlaya anası Qənirənin öldüyünü bildirmiş, anasının hər hansı bir xəstəliyi olmadığından, yataq xəstəsi olmadığından bu xəbər onu təəcübləndirmiş və Nicatdan anasının necə öldüyünü soruşmuş, Nicat həmin vaxt şok keçirdiyindən heçnə bilmədiyini, həkim çağırdığını bildirmiş, bundan sonra o, təyyarə bileti alaraq Sumqayıt şəhərinə gəlmiş, Sumqayıt şəhərinə gəldikdən sonra qonşulardan, qohumlardan Nicatın anası Qənirəni öldürdüyünü öyrənmişdir. Daha sonra Şahid3 ifadəsində göstərmişdir ki, anası Zərərçəkmiş şəxs ilə oğlu Təqsirləndirilən şəxs arasında tez-tez olmasa da arabir mübahisə olmuş, ən son mübahisələri isə evdən “noutbuk” itdikdə baş vermiş, lakin Nicat “noutbuku” satdığını etiraf etdikdən sonra anası Qənirə Nicatı bağışlamış, anası Zərərçəkmiş şəxs hər zaman evdə müəyyən miqdarda pul vəsaitləri və qızıl-zinət əşyaları saxlamış, Nicat evdən “noutbuk”-u götürüb satdığı üçün o, anası Qənirəyə evdə saxladığı pul və qızıl-zinət əşyalarının yerini dəyişməsini, daha etibarlı yerdə saxlamasını bildirmiş, anası da dediyi kimi edərək pulları və qızıl-zinət əşyalarını başqa yerdə saxlamışdır. Oğlu Təqsirləndirilən şəxs özü işlədiyi zaman onlardan tez-tez pul tələb etmədiyi üçün həmin ərəfələr mərc oyunları oynayıb-oynamamasını dəqiq bilməmiş, lakin işdən çıxdıqdan sonra təxminən son iki ay ərzində tez-tez mərc oyunları oynamış, hətta Türkiyə respublikasında onun yanında yaşayarkən də xırda məbləğlərlə də olsa mərc oyunları oynamış, anası Zərərçəkmiş şəxs gündüzləri qonşuların rahat gəlib-getməsi üçün evin qapısını kilidli saxlamasa da, axşamları hər zaman qapını kilidləmişdir.(cild 1 i/v.46-49) Şahid2 məhkəmdə elan olunaraq araşdırılmış ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun dostu olmaqla münasibətləri hər zaman yaxşı olmuş, təxminən 14-15 il bundan əvvəl Nicat ailəsi ilə birlikdə Türkiyə Respublikasının Antalya şəhərinə köçmüş, Nicatın nənəsi Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yaşamaqla əvvəllər onlarla qonşu olmuş, Zərərçəkmiş şəxs tək yaşadığından və 2021-cİ ilin mart ayında “COVİD-19” xəstəliyinə tutulduğundan Nicat nənəsi Qənirəyə qulluq etməsi üçün Türkiyə Respublikasından Azərbaycan Respublikasına-Sumqayıt şəhərinə gələrək nənəsi ilə birlikdə yaşamağa başlamış, Zərərçəkmiş şəxs nəvəsi Nicatın darıxmaması üçün ondan Nicatla dostluq etməyini xahiş etmiş, Zərərçəkmiş şəxs kreditlə Nicata “Passat” markalı avtomobil də almış, Nicat Sumqayıt şəhərinə gəldikdən təxminən 2-3 ay sonra 9-cu mikrorayonda yerləşən “Araz supermarket” mağazasında kassir kimi işləməyə başlamış, xx.xx.2022-ci il tarixdə Nicat və qonşsu Cevriyə adlı qız nişanlanmış, Nicatla tez-tez söhbətləşən zaman Nicat nənəsi Qənirədən gileylənmiş, belə ki, Nicatın deməsinə görə nənəsi Nicatın bütün işlərinə qarışmaqla, hər xırda bir şey üstündə Nicatla mübahisə etmiş, hətta X4 nişanlanmağma da qarşı çıxmış, lakin sonradan razılıq vermiş, Nicat Sumqayıt şəhərinə gəldiyi ilk vaxtlar nənəsini çox istəsə də son 5-6 ay ərzində artıq nənəsi ilə mübahisə etməkdən bezmiş, təxminən 1-2 ay bundan əvvəl Nicat işlədiyi mağazadan çıxdıqdan sonra, Nicatın pula tələbatı artmış, ondan müxtəlif vaxtlarda 2 dəfə olmaqla ümumilikdə 200 manat pul istəmiş və daha sonra qaytarmış, o, Nicatdan nə üçün borc istədiyini soruşduqda ona iş yerində kimdənsə borc aldığım və qaytarmalı olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində Nicat ona mesaj yazaraq görüşüb, kofe içməyə getməyi təklif etmiş, bu məqsədlə saat 20 radələrində o, Nİcatgilin məhəlləsinin yanında yerləşən “Mini Market” adlı mağazanın qarşısına gələrək Nicatı gözləməyə başlamış, gözləyən zaman Nicatın nişanlısı Cevriyənin küçə ilə piyada getdiyini görmüş, bu zaman Nicat ona yaxınlaşaraq getməyini, özünün isə 15 dəqiqəyə gələcəyini bildirmiş, o, Cevriyənin gəldiyini gördüyü üçün, Nicatın Cevriyə ilə görüşəcəyini təxmin etmiş və tək kofe içməyə getmiş, həmin gün Nicat onunla görüşə getməmiş və o, da Cevriyə ilə görüşdüyünü təxmin edib Nicatı narahat etməmiş, xx.xx.2022-ci il tarixdə təxminən saat 06 radələrində Nicat ona mesaj yazaraq nənəsi Qənirənin öldüyünü bildirmiş, o, yatdığı üçün həmin mesajı təxminən saat 12 radələrində oxumuş, bundan sonra o, Nicata zəng vursa da Nicat telefona cavab verməmiş, buna görə də o, Cevriyəyə zəng vurmuş və Cevriyə Nicatın morqa getdiyini bildirmiş, o, Nİcatgilin evində yasda olan zaman, Nicatın dayısı Emildən Nicatın nənəsi Qənirəni öldürdüyünü öyrənmişdir. Bundan əlavə Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında tez-tez olmasa da arabir mübahisə olmuş, ən son mübahisələri isə evdən “noutbuk” itdikdə baş vermiş, belə ki Zərərçəkmiş şəxs Nicatdan şübhələnmiş və onu polis orqanlarına şikayət edəcəyini bildirmiş, həmçinin Qənirə Nicata tez-tez evə pul gətirmədiyi, ona yaxşı qulluq etməməsinə görə gileylənmiş, bütün bunlar isə Nicatı bezdirmiş, Təqsirləndirilən şəxs mərc oyunları oynaması barədə o, yalnız hadisədən sonra öyrənmiş, o, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, təxminən saat 19 radələrində 1 dəqiqəlik gördüyündən əynində hansı paltarlar olmasını xatırlamamış, Təqsirləndirilən şəxs nənəsi Zərərçəkmiş şəxs gileylənsə də, ona heç vaxt nənəsini öldürmək fikri olduğunu bildirməmişdir. (cild 1, i.v. 96-99) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzildir. Mənzil binanın 1-ci mərtəbəsində yerləşir. Giriş qapısı bir taylı olmaqla, plastik materialdan hazırlanmışdır. Qapının kilid hissəsində hər hansı bir müdaxilə izləri müşahidə olunmur. Mənzilin bütün pəncərələri dəmir barmaqlıqla əhatələnmişdir. Mənzil 3 otaq və bir mətbəxdən ibarətdir. Giriş qapısı ilə üzbəüz mətbəx yerləşir. Girişdən sağda dəhliz uzanmaqla sonunda divarda müxtəlif əşyaların saxlanılması üçün nəzərdə tutulmuş dolab vardır. Dəhlizin solunda yataq otağı, sağında isə qonaq otağı vardır. Qonaq otağına daxil olduqda, burada bir ədəd divan, kreslo, 1 ədəd masa və stullar, televizor vardır. Qonaq otağının içərisindən yataq otağına doğru iki taylı taxta materialdan hazırlanmış qapı açılır. Həmin yataq otağında bir ədəd yataq, 2 ədəd dolab və bir ədəd masa vardır. Hadisə yerini təqdim edən Şahid4 deməsinə görə bu yataq otağı Təqsirləndirilən şəxs məxsus olmuşdur. Mənzilin giriş qapısında sağda yerləşən dəhlizin sol tərəfində digər yataq otağı yerləşir. Otağın giriş hissəsindən sağda divara bitişik vəziyyət 01 ədəd tumba vardır. Həmin tumbanın üzərində müxtəlif məişət əşyaları vardır. Otağın sağ tərəfində 01 ədəd iki nəfərlik çarpayı, çarpayının vər iki tərəfində isə kiçik dolablar yerləşdirilmişdir. Çarpayının üzərində divardan asılı halda 02 ədəd çərçivələnmiş vəziyyətdə şəkillər vardır. Otağın girişi ilə üzbəüz divarda bir ədəd pəncərə mövcuddur. Girişdən solda divara bitişik vəziyyətdə paltar asılması üçün nəzərdə tutulmuş 01 ədəd böyük dolab vardır. Hadisə yerini təqdim edən Şahid4 bildirdi ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 04 radələrində qayınanası Zərərçəkmiş şəxs ölüm xəbərini aldıqdan sonra əri Emil Əliyev ilə mənzilə gəlmiş, Həmin vaxt Zərərçəkmiş şəxs qulaq nahiyəsindən qax gəldiyini və yatağın üzərinin qan olduğunu görmüş, Zərərçəkmiş şəxs meyitxanaya apardıqdan sonra, yas evinə gələnlər olacağım fikirləşdiyindən yatağın və yastıqların üzlüklərini çıxararaq torbaya qoymuşdur.(cild 1 i/v.4-7) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi, cinayət törədərkən əynində olmuş və Nəsimi adına Mədəniyyət və İstirahət parkında basdırmış olduğu köynəyi götürmək üçün Sumqayıt şəhəri Nəsimi adına Mədəniyyət və İstirahət parkına gəlindi. Park Sumqayıt şəhəri, 1-ci məhəllədən Səməd Vurğun küçəsini keçdikdən sonra başlayır və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun yanında yerləşir. Parkda xeyli sayda müxtəlif növ ağaclar vardır. 1-ci məhəllə istiqamətindən üzü dənizə doğru hərəkət etdikdə və Səməd Vurğun küçəsini keçdikdə piyadaların hərəkəti üçün səki yerləşmişdir. Həmin səkini parkdan 40 sm hündürlüyündə divar ayırır. Həmin divarı üzü dəniz istiqamətində keçdikdə, 35 metr sonra tut ağacı və şam ağacının yanına gəlindi. Həmin hissədən dəmir materialdan hazırlanmış su borusu keçir. Həmin su borusunun yanında şaquli vəziyyətdə dayanmış iydə ağacı vardır. Hadisə yerini təqdim edən Təqsirləndirilən şəxs tut ağacının alt hissəsini göstərərək, nənəsi Zərərçəkmiş şəxs öldürdükdən sonra əynindəki paltarın üzəri qan olduğu üçün torbaya qoyduğun, parka gəldikdən sonra nənəsini öldürməkdə istifadə etmiş olduğu ipi yandırdığını, köynəyi isə yandıra bilmədiyi üçün həmin tut ağacının altında torpağa basdırdığını bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs göstərdiyi yer, qazılmağa başlandı. Qeyd olunan yerin torpağı bir qədər təmizləndikdən sonra boz rəngli üzərində qanabənzər ləkələr müşahidə olunan qısa qol köynək aşkar edildi. Həmin köynək cinayət işi üzrə həmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürüldü. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs boğarkən istifadə etmiş olduğu ipin qahntılarını tapmaq istiqamətində işlər görülsə də nəticəsiz oldu. ( cild 1, iş vərəqə 32-35) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli meyitə baxış protokolundan görünür ki, Təşrih stolu üzərində qadın meyiti olub, evdən gətirilmişdir. Meyitin əynində aşağıdakı paltarlar vardır: ağ rəngli üzərində göy-yaşıl gülləri olan gecə köynəyi. Meyit qadın cinslidir, düzgün bədən quruluşlu olub, kafi qidalıdır, boyu 161,0sm-dir. Meyit qacıması yoxlanılan əzələ qruplarında inkişaf etmişdir. Meyit ləkəsi bədənin arxa və yan səhtini əhatə etməklə göyümtül- bənövşəyi rəngdə olub, barmaqla təzyiq etdikdə rəngi avazıyır və 30 saniyədən sonra əvvəlki rəngini bərpa edir. Baş tükləri (saçları) qara rəngdədir,boyanıb, uzunluğu 25sm-ə qədərdir. Gözləri göz qapaqları ilə örtülüdür,konyuktiva qansımalıdır, bəbəklər bərabər genəlmişdir, diametri 0,5sm-dır. Sifətin dərisi kəskin sianozlaşmışdır. Burun sümük və qığırdaqları, eləcə də üz-skelet sümüklərini əllədikdə gözlə görünən patoloji dəyişiklik yoxdur. Xarici qulaq keçəcəklərində qanlı ifrazat vardır. Ağzı qapalıdır, dişləri protezdir. Hər iki dodaqları qançırlıdır, göyümtül rəngdədir. Sol gözaltı nahiyyədə 4,0x3,0sm. ölçüdə qançır vardır. Boynu bədənə müvafiqdir, hərəkətlidir. Boynun ön səthinin sağ yarısında və sağ alt çənə qövsündə 3 ədəd stranqulyasion şırımlar olub, üfıqi, çəp enən vəziyyətdədirlər, ölçüləri 14,0x0,4sm, 22,0xl,2sm və 16,0x0,8sm-dır. 1-ci şırımla 2-cı şırım arasındakı məsafə 5,5sm.-6,3sm-dir. 2-ci şırımla 3-cü şırım arasındakı məsafə 3,0-4,2 sm-dır ,tund qırmızı rəngdədirlər. Sağ bazu oynağının ön səthində körpücüküstü nahiyyəyə uyğun İV şırım olub, üfıqi vəziyyətdədir, 3,7x0,3sm-dir, 3-cü şırımdan 6,0sm. aşağıda yerləşir. Boynun sol yan səthinin yuxarı-orta və aşağı hissəsini tutan 16,0xl4,0sm. ölçüdə qançır vardır, göyümtül rəngdədir. Döş qəfəsi silindrikdir, simmetrikdir, qarın döş qəfəsi səviyyəsindədir, əllədikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Xəstəlik və zədə əlamətləri yoxdur. Arxa keçəcək ətrafı təmiz və zədəsizdir. Ətraf sümükləri tamdır. Sağ əlin arxa səthində 6,0x3,0 sm ölçüdə qançır vardır., göyümtül rəngdədir. Meyitin bədəni üzərində başqa xəsarət və ya xəsarət izi aşkar edilmədi. ( cild 1, i.v. 8-11) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “təqsirləndirilən şəxsin İfadəsinin yerində yoxlanması” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini hadisə yerində göstərməklə ətraflı təsvir etməsi təklif olundu. Saat 16:04-də videoçəkiliş dayandırılmaqla istintaq hərəkətinin iştirakçıları ilə birlikdə nəqliyyat vasitəsilə hadisə yerinə gedildi. Saat 16:19-da istintaq hərəkətininin iştirakçıları ilə birlikdə Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi yerə ünvan 1 ünvanına gəlindi. Təqsirləndirilən şəxs iş üzrə ifadəsində göstərdiklərini hadisə yerində göstərməsi təklif olundu. Təqsirləndirilən şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 21-22 radələrində evdən çıxıb “Misli” mərc oyunlarının keçirildiyi məkana getmiş, orada olarkən təxminən saat 24 radələrində nənəsi Qənirə ona zəng vuraraq, yatdığını deyib evə nə zaman gələcəyini soruşmuş, o, nənəsinə yatmağını və bir azdan gələcəyini bildirmiş, təxminən saat 01:30 radələrində o, mağazadan iki ədəd süzülməmiş 0,5L Xırdalan pivəsi alaraq evə gəlmiş, evə qalxmamışdan blokun qarşısında məhəllə dostları olan Şərif və qardaşı Vüqar ilə görüşüb evə qalxmış, evə gəldikdə qapını açarla açıb evə girən zaman, qapının səsinə nənəsi Qənirə yuxudan oyanmış və evə gec gəldiyi üçün onu məzəmmət etməyə başlamış, lakin əsəbi soyumayaraq ardınca onu təhqir etməyə, atası və anası ilə bağlı əxlaqsız sözlər söyləməyə başlamış, o, nənəsinin təhqirlərinə əsəbiləşsə də, məhəl qoymayaraq qonaq otağına keçmiş, evdə olarkən televizorda “Survivor” verilişinə baxmağa başlamış, ardınca özünə “semiçka” almaq üçün binanın yanında yerləşən “Mini Marketə” gələrək “semiçka” alıb evə qayıtmış, pivələrin hər ikisini içdikdən sonra nənəsinin onu danlamağı yadına düşdüyündən təxminən saat 03 radələrində nənəsini öldürmək qərarına gəlmiş və bu məqsədlə otağında olan idman ayaqqabısının hər ikisinin iplərini açaraq, otağındakı dolabda olan qırmızı rəngli ipi də götürüb, ipləri bir birinə bağlamış və nənəsinin otağına gəlib nə cür boğacağını fikirləşmiş, bu zaman nənəsi yuxudan duraraq “nə var, nə axtarırsan” deyə soruşmuş, o, nənəsinə cavab verməyərək, nənəsinə yaxınlaşmış, həmin vaxt nənəsi sağ yam üstə uzandığından o, ayağını nənəsinin kürəyinə dirəmiş və əlindəki ipi boynuna keçirərək, güc təbiq edib özünə tərəf dartmış, lakin bu vaxt nənəsi müqavimət göstərərək, iplə boğmağa ona imkan verməmiş və o, sağ qolu ilə nənəsinin boğazından tutub boğmağa davam eləmiş, nənəsi ona müqavimət göstərdiyindən o, sol əli ilə nənəsinin sifət nahiyəsini yumruqlamağa başlamış, təxminən 1-2 dəqiqə nənəsini boğduqdan sonra sol qulağından qan gəlməyə başlamış, nənəsi hərəkətsiz vəziyyətdə qaldıqdan sonra o, nənəsinin öldüyünə əmin olub əlini buraxmış, nənəsi Qənirəni öldürdükdən sonra siqaret çəkib əl-üzünü yumuş, əynindəki paltarın qan olduğunu görüb paltarı əynindən çıxarmış, ardınca həmin paltarı və nənəsini boğarkən istifadə etdiyi ipi torbaya qoyub, evdən çıxaraq yaxınlıqdakı parka getmişdir. Qeyd olunan park hadisə yerindən bir qədər aralıda yerləşdiyi üçün, parka getmək üçün saat 16:29-da videoçəkiliş dayandırıldı. İstintaq hərəkətinin davamı olaraq saat 16:35-də Sumqayıt şəhəri Mehdi Hüseynzadə adma stadionun yaxınlığında yerləşən Nəsimi adma Mədəniyyə və İstirahət parkına gəlindi. Park ilə üzü dəniz istiqamətində təxminən 35 metr hərəkət etdikdə tut ağacı və şam ağacının yanına gəlindi. Həmin hissədən dəmir materialdan hazırlanmış su borusu keçir. Həmin su borusunun yanında şaquli vəziyyətdə dayanmış iydə ağacı vardır. Hadisə yerini təqdim edən Təqsirləndirilən şəxs tut ağacının alt hissəsini göstərərək, nənəsi Zərərçəkmiş şəxs öldürdükdən sonra əynindəki paltarın üzəri qan olduğu üçün torbaya qoyduğunu, parka gəldikdən sonra nənəsini öldürməkdə istifadə etmiş olduğu ipi yandırdığını, köynəyi isə yandıra bilmədiyi üçün həmin tut ağacının altında torpağa basdırdığını bildirdi. ( cild 1, iş vərəqə 142-145) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 939 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ saidin və sağ əlin sıyrıqları xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, kənar şəxs tərəfindən əllə cırılmaqla yetirilə bilər, müddəti müayinədən 3-5 gün əvvəl olmaqla xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. (cild 1, i/v.111-113) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 76 saylı rəyindən görünür ki, 1938-ci il təvəlüüdlü mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə tibbi müayinəsinə, laborator müayinələrin cavablarına, ölüm haqqında olan ilkin məlumatı nəzərə alıb qərarda qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinmişdir:
1. Mərhum Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Boyunun sağ ön-yan səthinin 4 ədəd stranqulyasion şırımı, boynun sol yan səthinin qançırı, sol gicgah təpə nahiyyəsinin dərialtı qansızması, sol gözaltı nahiyyənin, hər iki dodağın, sağ əlin arxa səthinin qançırı.
2. Qeyd olunan xəsarətlər həyatidirlər, küt əşyanın təsirindən qarşılıqlı mübarizə zamanı əmələ gəlmişdirlər, boyunu stranqulyasiya şırımları və qançırı boynun ilgəklə-əllə sıxılması nəticəsində törənmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan və bu halda ölümlə nəticələnən sağlamlığa ağır zərərvurmaya aid edilirlər. Sol gicgah-təpə nahiyyəsinin dərialtı qansızması, sol gözaltı nahiyyənin , hər iki dodağın , sağ əlin arxa səthinin qançırı- canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin olunmur.
3. Xəsarətlər qısa müddət ərzində yetirildiyindən onların yetirilmə ardıcıllığını təyin etmək mümkün olmamışdır.
4. Zərərçəkmiş şəxs ölümünə səbəb boyun orqanlarının ilgəklə-əllə sıxılması nəticəsində baş vermiş asfiksiya olmuşdur. Ölüm meyitin müayinəsindən 6-8 saat əvvəl baş vermişdir.
5. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir.
6. Zərərçəkmiş şəxs uşaqlıq yolu və arxa keçəcək möhtəviyyatı olan 2 ədəd tamponun məhkəmə tibbi tədqiqi zamanı spermatazoidlər aşkar olunmadı. (cild 1, i/v. 114- 120) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, 9/723 saylı məhkəmə-tibbi biologiya ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: А/П,- Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus qısaqol kofta və hadisə yerindən götürülmüş iki ədəd balış üzlüyü üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, balış üzlükləri üzərindəki ləkələrdə həmçinin beta aqqulyutinini də alındı. Beləliklə, bu qan ləkələri A-beta/İİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə mərhumə Zərərçəkmiş şəxs məxsus ola bilər. Dəqiq elmi əsaslandırılmış və təcrübədə tətbiq olunan müayinə metodları olmadığı üçün təqdim olunan maddi sübutlar üzərindəki qan ləkələrinin canlı şəxsə və ya meyidə məxsus olub-olmaması, qanın əmələ gəlmə müddəti barəsində fikir söyləmək mümkün deyil. (cild 2 i/v.121-125) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli 3255 saylı komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkət ləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs ünsiyyətçilik, hövsələsizlik, inadkarlıq, situativlik, eqosentrizm, kinlilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində hisrlilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranma səbəbləri situasiya ilə sərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. (cild 1, i/v.- 126-130) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 15:00-da Sumqayıt şəhər prokurorluğuna gəlmiş, ünvan 1 ünvanında birlikdə yaşadığı nənəsi Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə, təxminən saat 03 radələrində öldürdüyünü bildirərək, könüllü təslim olmuşdur. (cild 1 i/v.12) Cinayət işinin materiallarından görünür ki, Zərərçəkmiş şəxs yatmış olduğu 02 ədəd yastıq üzü və Təqsirləndirilən şəxs cinayət törədərkən əynində olmuş, daha sonra parkda gizlətmiş olduğu 01 ədəd boz rəngli qısaqol köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağına təhvil verilmişdir. ( cild 1, i/v. 140-141) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsinin vermiş olduğu tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir məhkumluğu müəyyən edilməmişdir. (cild 1 i/v.-104-106) Təqsirləndirilən şəxs özünü müdafiə etmək məqsədilə hər hansı dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair” 2019-cu il 7 iyun tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyinə görə məhkəmənin cinayətin tövsifini dəyişdirmədən ittiham aktında göstərilməyən halın (cinayətlərin residivinin) cəzanı ağırlaşdıran hal qismində nəzərə alması və buna görə cəzaçəkmə müəssisəsinin növünü müəyyənləşdirməsi cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz. Odur ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Cəza təyin edərkən məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10 və 59.1.12-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs könüllü olaraq gəlib təqsirini boynuna almasını, həmçinin cinayət işinin istintaqı zamanı maddi sübut qismində tanınmış, cinayət törədərkən əynində olan paltarı gizlədiyi yeri istintaqa göstərməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını onun cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri, eləcə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs yalnız cəmiyyətdən təcrid olunmaqla yenidən tərbiyə və islah oluna bilər, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə nail olmaq olar. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsində də birbaşa göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 25 iyun 2022-ci il tarixdən hesablanmışdır. ( İ cild , iş vərəqə 71-72) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 25 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.-ci maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə edilmiş hallar istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan – iş üzrə maddi sübut olan 02 ədəd yastıq üzü və 01 ədəd boz rəngli qısaqol köynək məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də məhkəmə xərclərinin ödənilməsidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Qeyd olunan iş üzrə mülki iddia, xüsusi müsadirə edilməli olan əmlak və məhkəmə xərci müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Hökm etdi:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan 02 ədəd yastıq üzü və 01 ədəd boz rəngli qısaqol köynək məhv edilsin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.