Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-254/2024 22.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi – Bakı şəhər 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.3.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə külli miqdarda ümumi çəkisi 2,762 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən 31 mart 2023-cü il tarixdə, saat 12:00-da keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Buxara” restoranın qarşısında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman həmin narkotik vasitə olan heroin əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunan ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saat 8-də yuxudan oyanmışdır. Taksi şoferi Elman onu hər gün səhər saat 8 tamam, 9-a 5 dəqiqə işləmiş evdən götürüb narkoloji dispanserə aparırmış. Hadisə günü ora çatarkən narkoloji dispanserin pəncərəsindən polisləri görürmüş lakin, özünə arxayın olmuşdur ki, onun üzərində narkotik vasitə yoxdur, oğurluq etməmişdir. Yəni, polis əməkdaşlarının onunla bir işi olmayacağını düşünmüşdür. Narkoloji dispanserə girmək istəyərkən birinin adı Vüsal olan iki polis əməkdaşı ona yaxınlaşmış və 3-cü Polis Bölməsinə dəvət etmişlər. Bölmədə onu rəisin çağırdığını bildirmişlər. O da onlarla avtomobilə minmiş, onu bölməyə niyə apardıqlarını soruşmuş, onlar isə bölmədə öyrənəcəyini demişlər. 3-cü Polis Bölməsində bir kabinetə girmişlər, polis əməkdaşı Vüsal ona əvvəllər də məhkum olduğunu, proseduru bildiyini və cəzalanmalı olduğunu bildirmişdir. Polis əməkdaşı narkotik vasitəni çıxarıb stolun üstünə qoyaraq, həmin narkotik vasitənin ona məxsus olduğunu və həmin narkotik vasitəni boynuna almağını istəmiş və yarım saata yaxın onunla söhbət etmişdir. Onun üzərində narkotik vasitə olmamış, ona görə də, narkotik vasitəni boynuna almaq istəməmişdir. Polis əməkdaşı ona narkotik vasitəni boynuna almasa, evinə 1 kilo narkotik vasitə qoyacaqlarını bildirmişdir. O da məcbur qalıb, narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Onu polis əməkdaşları həmin gün saat 08:30-da tutmuşlar, lakin iş materiallarında onun saat 12:00-da tutulduğu, həmçinin narkotik vasitəni Bakı şəhərində 20 Yanvar adlanan yerdə tanımadığı şəxsdən 15 manata aldığı qeyd olunmuşdur. Guya ki, o, narkoloji dispanserə heç getməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, əvvəllər Cinayət Məcəlləsinin 126.2.4 və 180.3.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunmamışdır. Tutulana qədər, bir neçə il olmuşdur ki, narkotik vasitələrdən istifadə etmirmiş. Polis əməkdaşları ilə ədavəti olmamışdır. Polis əməkdaşları onu saat 08:30 radələrində tutmuşlar. Sonuncu dəfə, tutulmamışdan 2-3 il əvvəl narkotik vasitə istifadə etmişdir. Polis əməkdaşları ona fiziki deyil, psixi təsir göstərmişlər. Onun əvvəllər məhkum olunmağından istifadə edib, narkotik vasitəyə görə yenidən tutulmalı olduğunu bildirmişlər. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən hakimə narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. O, ***-***-**-** nömrəsini istifadə edirmiş, lakin həmin nömrə anasının adına idi. Onu iki nəfər polis əməkdaşı tutmuşdur. Onu polis bölməsində saat 08:30-dan təxminən saat 16:00-17:00 radələrinə qədər saxlamışlar. Protokolda onun tutulduğu saat kimi qeyd olunan saat 12:25 düzgün deyil. Polis bölməsinə gətirildikdən neçə saat sonra vəkilin gəldiyi yadında deyil. Normalda taksidən düşüb, narkoloji dispanserə girirmiş, girdikdən sonra dərman-suyu içirmiş, daha sonra jurnala imza çəkib, çıxırmış. Jurnalın yanında bir xanım olurmuş. Həmin jurnalda tarix və saat göstərilir. O, tutulduğu gün narkoloji dispanserdə su içməmiş, taksidən düşmüş, dispanserin həyətində polis əməkdaşları onu saxlamışlar. Polis bölməsində olanda mobil telefonu evdə olmuşdur. Polis bölməsində anası ilə telefon vasitəsilə danışmamışdır. Anası təxminən saat 11:00 radələrində polis bölməsinə gəlmiş, onu da görmüşdür. Onun polis əməkdaşları ilə düşmənçiliyi, ədavəti yoxdur. Polis əməkdaşlarının onu tutub, polis bölməsinə gətirib, üzərinə narkotik vasitə qoymaqlarının səbəbini bilmir. İbtidai istintaq zamanı verdiyi ilkin ifadədə polis əməkdaşları nə yazıbsa, onu imzalamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi həmin ifadəsində göstərmişdir ki, xeyli müddətdir narkotik vasitə heroindən istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manat müqabilində 01 ədəd bükümdə narkotik vasitə heroin almışdır. Ürəyi istədiyi vaxt istifadə edə bilməsi üçün həmin narkotik vasitəni üzərində gəzdirirmiş. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Buxara” restoranın qarşısında olduğu zaman mülki geyimli bir neçə şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Daha sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olduğunu bildirib onlarla birlikdə polis bölməsinə getməli olduqlarını demişlər. O polis əməkdaşlarına etiraz etməyərək onlarla birlikdə polis bölməsinə getmişdir. Orada ona növbədə olan vəkillərin siyahısı təqdim olunmuş və o həmin siyahıda adı qeyd olunmuş Fərhad Məmmədovun hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra polis əməkdaşlarının İştirakı ilə videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təhqiqatçı şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet varsa təqdim etsin. O özü əynində olan qara rəngli idman şalvarın sağ yan cibində saxladığı bir ədəd bükümü təqdim edib həmin bükümdə narkotik vasitə heroin olduğunu və həmin narkotik vasitəni saxlanıldığı gündən iki gün əvvəl səhər saatlarında Bakı şəhəri, 20 Yanvar dairəsi adlanan ərazidə tanımadığı şəxsdən öz şəxsi istifadəsi üçün 15 manat müqabilində aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı onun üzərinə şəxsi axtarış aparmış, lakin üzərindən qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Təqdim etdiyi narkotik vasitə heroin ekspertizaya göndərilməsi üçün qablaşdırılmış və bununla bağlı müvafiq protokol tərtib edilmişdir (cild 01, iş vər. 63-65). İfadəsi elan edilərək tədqiq edildikdən sonra təqsirləndirilən şəxs həmin ifadəni məcburiyyət qarşısında qalaraq verdiyini və həmin ifadəni təsdiq etmədiyini, onun saxlandığı yer kimi qeyd olunan “Buxara” restoranı ilə narkoloji dispanser arasında məsafənin çox az olduğunu, yolun bir tərəfində restoran, digər tərəfində dispanser yerləşdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroinin istifadəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bununla bağlı, əməliyyat qrupu yaradılmışdır. Şəxs saat 11-12 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisinə gəlmiş və şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Şəxsdən üzərində hər hansı qeyri-qanuni əşya olubolmamasını soruşmuşlar. O da üzərində narkotik vasitə heroin olduğunu bildirmişdir. Şəxsi 3-cü polis bölməsinə dəvət etmişlər, polis bölməsində vəkilin və təhqiqatçının iştirakı ilə üzərinə baxış keçirilmiş və səhv etmirsə, sağ yan cibindən narkotik vasitə heroini çıxarıb təqdim etmişdir. Həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş və əməliyyat qrupuna o, rəhbərlik etmişdir. Daxil olan əməliyyat məlumatının məzmunu şəxsin narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə idi. Əməliyyat qrupunda o, Şahid3 və Şahid2 iştirak edirmişlər. Əməliyyat qrupunda Vüsal adlı əməkdaş iştirak etməmişdir. Ümumiyyətlə, şəxs tutulan vaxtı və hazırda onların həmin adda əməkdaşırı olmamışdır. Şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq, təsir olunmamışdır. Polis bölməsində şəxs dərhal vəkillə təmin olunmuşdur. Səhv etmirsə, şəxs narkotik vasitəni tanımadığı şəxsdən aldığını bildirmişdir. Şəxsi 31 mart 2023-cü il tarixdə saat 11-12 radələrində saxlamışlar. Şəxsi Sumqayıt şəhəri, 18-ci məhəllə, “Buxara” restoranının qarşısında saxlamışlar. Əməliyyat tədbirində 3 nəfər iştirak etmişdir. Şəxsi saxlayıb dərhal 3-cü Polis Bölməsinə gətirmişlər. Şəxsi polis bölməsinə gətirdikdən təxminən, 20-25 dəqiqə sonra vəkilin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Şəxsin üzərinə təhqiqatçı şəxsi axtarış keçirmiş, onlar sadəcə axtarışda iştirak etmişlər. Şəxsi tutduqları vaxt şəxsin üzərinə baxış keçirə bilməzlər, bu proses vəkilin, təhqiqatçının iştirakı ilə olmalıdır. Onlar sadəcə şəxsin üzərində qeyri-qanuni əşya olub-olmamasını soruşmuşlar. O da üzərində narkotik vasitə olduğunu bildirmişdir. Şəxsi saxlayanda üzərinə baxış keçirilməsi üçün şərait olmamışdır. Yolun qırağında olmuşlar və həmin yerdə baxış keçirmək mümkün olmamışdır. Səhv etmirsə, şəxs narkotik vasitəni Sumqayıtda tanımadığı şəxsdən aldığını bildirmişdir. Narkotik vasitəni neçəyə alması yadında deyil. Şəxsi narkoloji dispanserin deyil, “Buxara” restoranının qarşısında saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Narkoloji dispanser və “Buxara” restoranı birbirinə yaxın məsafədə yerləşir. Şəxsin restoranın qarşısına necə gəlməsi yadında deyil, sadəcə xarici əlamətlərinə görə müəyyənləşdirib, şəxsə yaxınlaşmışlar. Şəxs barəsində əvvəllər onda əməliyyat məlumatı olmayıb. Saxlayan zaman şəxsə qarşı onlar tərəfindən heç bir təzyiq, təsir olmayıb. Həmçinin, şəxs onlara müqavimət göstərməyib. Şəxsin ifadəsində qeyd etdiyi hal, yəni onun həmin gün saat 08:30 radələrində saxlanılması halı düzgün deyil, şəxsi 11-12 radələrində saxlamışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 31 mart 2023-cü il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs maşınla evindən götürmüş və Sumqayıt Narkoloji Dispanserinə aparmışdır. O, avtomobilini həmişə dispanserin qarşısında saxlayırmış, həmin gün sıxlıq olduğundan biraz kənarda saxlamışdır. Samirin dispanserə girib-çıxması təxminən 1-2 dəqiqə çəkmişdir. Həmin gün maşında 5 dəqiqə gözləmiş, amma Samir dispanserdən çıxmamışdır. Avtomobilindən düşüb, ətrafa göz gəzdirmiş, amma Samiri görməmişdir. Samirin evə getdiyini düşünmüşdür. Ona görə də, maşına minib evinə qayıtmışdır. Biraz sonra, Samirin yoldaşı ona zəng etmiş və Samirin harada olduğunu soruşmuşdur. O da Samiri narkoloji dispanserə apardığını, lakin dispanserə girdikdən sonra çıxmadığını bildirmişdir. Yoldaşı onu dispanserə aparmağını xahiş etmiş, o da aparmışdır. O, dispanserə girib Samiri soruşanda, orada olan qızlar ona Samiri dərman-su içmədən kiminsə apardığını bildirmişdir. Daha sonra Samirin yoldaşı onu polis bölməsinə aparmağını xahiş etmiş, o da aparmış və oradan çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, Samir narkoloji dispanserə getmək üçün taksi sifariş vermişdir. O və ya başqa sürücülər də onu aparırmışlar. Tutulmamışdan təxminən 3 ay əvvəl bu vasitə ilə Samirlə tanış olmuşdur. Samiri həmişə, səhər saat 08:30-10:30 radələrində dispanserə aparmışdır. Həmişə avtomobili dispanserin qapısının önündə saxlayırmış, həmin gün orada sıxlıq olduğundan, avtomobili biraz qarşıda saxlamış, Samir də düşüb dərman-suyu içməyə getmişdir. 3-5 dəqiqə gözləmiş, lakin Samir gəlməmişdir. Samirin yoldaşı ona zəng edib xahiş etmişdir ki, onu dispanserə aparsın. O da aparmışdır. Həmin vaxt saat 10:00- 11:00 arası olmuşdur. Samir maşından düşüb, narkoloji dispanser tərəfə getmiş, yolun digər tərəfində yerləşən "Buxara" restoranı istiqamətində getməmişdir. Samirlə aralarında dispanserin qarşısında niyə polislərin olduğu barədə söhbət olmamışdır. O, Samiri səhər tezdən narkoloji dispanserə aparırmış. O, 5 dəqiqə gözləmiş, lakin Samir gəlməmiş, o da ətrafda dayanan şəxslərdən Samiri soruşmuşdur. Onlar isə, orada belə bir adam olmadığını bildirdikdə avtomobilinə minib getmişdir. Narkoloji dispanser 18-ci məhəllə ərazisində yerləşir. Dispanser "Buxara" restoranı ilə üzbəüz yerləşir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, oğlunu narkoloji dispanserdə hər gün sudərman içməsi üçün qeydiyyatdan keçirmişdir. Samir hər gün səhər saat 9-a işləmiş taksi çağırıb, dispanserə gedirmiş. O özü "Bakı" nəşriyyatında işləyir. Həmin gün də oğlu həmişə olduğu kimi, taksi çağırıb dispanserə getmiş, o da işə getmişdir. İşə təzəcə çatmışdır ki, saat 10 radələrində gəlini zəng edib Samirin olmadığını bildirmişdir. Taksi çağırıb, təzədən evə qayıtmış və Samiri axtarmağa başlamışlar. Narkoloji dispanserdə mühafizəçi gəlininə Samiri polislərin apardığını bildirmişdir. Onlar da 3-cü polis bölməsinə getmiş, orada məsələnin nə olduğunu, Samiri niyə tutduqlarını soruşmuşlar. Lakin onlara heç kim heç nə deməmişdir. 1 saata yaxın bölmənin qapısında gözləmiş, təxminən saat 12:00 radələrində 1 nəfər gəlib, gəlinini kabinetə çağırmışdır. Kabinetdə ona Samirin məhkum olunacağını demişlər. Gəlini də həyacanla qaçaraq gəlib, ona Samirin məhkum olunacağını dediklərini söyləmişdir. Həmin vaxt onlar bölmə əməkdaşlarından Samirin harada olduğunu soruşmuş, onlar isə, Samirin orada olmadığını, təcridxanada olduğunu demişlər. O dayana bilməyib, koridora keçmiş, koridor boyunca hərəkət edəndə, otaqlardan birinin açıq olduğunu, otaqda Samirin əyləşdiyini görmüşdür. Samir həmişə evdən necə çıxırsa, həmin formada geyinmiş, üstündə də telefon olmamışdır. O, əməkdaşlardan oğlunun bölmədə olmasına baxmayaraq, niyə onlara yalan dediklərini soruşmuşdur. Həmin vaxt otaqda olan 3 nəfər əməliyyatçı otağın qapısını çırpıb bağlamışlar. Xeyli sayda əməliyyatçı-kişilər və qadınlar isə, onu divara sıxıb, qışqırmağa başlamışlar və onlardan bölmədən çıxmaqlarını tələb etmişlər. O, Samiri nəyə görə bölməyə gətirdiklərini qətiyyən başa düşmürmüş, çünki o, dispanserdə suyu-dərmanı içdikdən sonra, çox halsız olurmuş, ancaq yatırmış və heç yerə getmirmiş. Daha sonra, onlar bölmədən təcridxanaya getmişlər, orada Samirin olub-olmamasını soruşanda, Samiri hələ gətirmədiklərini bildirmişlər. Bölmədə Samirin cibindən 1 qram narkotik vasitə, təcridxanada isə, 2,7 qram narkotik vasitə çıxdığını demişlər. Narkotik vasitənin miqdarının necə və niyə artırıldığını başa düşməmişlər. Həmçinin, Samirin narkotik vasitəni 20 Yanvardan aldığı deyilmiş, lakin Samir ümumiyyətlə, evdən çıxmamışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, Samir sonuncu dəfə səhv etmirsə, 3-4 il bundan əvvəl, Bakı şəhərində olmuşdur. Tutulan vaxt Samirin üzərində telefon olmamış, telefonu evdə olmuşdur. Samirin nəyə görə tutulduğunu bilsəydi, əlbəttə, onun üçün müqavilə ilə vəkil tutardı. Samir heç kimlə əlaqə saxlamır, evdən çıxmır, hətta onlar evdən çıxması üçün təkid edirmişlər. Samir cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra, 2019-cu ilin may ayında könüllü şəkildə dispanserdə qeydiyyata düşmək istəmişdir. Hər gün səhər dispanserə su-dərman içmək üçün gedirmiş. Samir heç bir işlə məşğul olmurmuş. Onun üçün maşın almışdır ki, vəziyyəti yaxşılaşdıqdan sonra, taksi fəaliyyəti ilə məşğul olsun. Samirin mobil telefonu var imiş və istifadə edirmiş. O hər gün səhər saat 9-a qalmış evdən çıxırmış və saat 10:00-da işə çatırmış. Normalda işləri saat 09:00-da başlayır, lakin o 1 saat gec gedir, buna görə də, işdən 1 saat gec çıxırmış. Həmin gün o işə gedəndə, oğlu artıq evdən çıxmışdır. Əksər vaxt, Samiri dispanserə taksi şoferi Elman aparırmış. Həmin gün təzəcə işə çatan zaman gəlini zəng etmişdir. Gəlini zəng edib Samirin tapılmadığını bildirmişdir.. O da gəlininə taksi çağırıb narkoloji dispanserə gedəcəyini, onun da ora gəlməsini bildirmişdir. O narkoloji dispanserə çatanda, gəlini onu gözləyirmiş. Gəlini dispanserin mühafizəçisinin Samiri polis maşını ilə apardıqlarını bildirmişdir. Birinci narkoloji dispanserə getmiş, gəlini ilə danışdıqdan sonra, dispanserə girməmiş, birbaşa 3-cü Polis Bölməsinə getmişdır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı müdafiəçinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, həmin gün Samir səhər saat 9-a işləmiş evdən çıxıb həmişə getdiyi taksiyə minib, narkoloji dispanserə su-dərman içməyə getmişdir. Bir müddət keçmiş, lakin Samir qayıtmamışdır. Saat 09:30 radələrində taksi şoferinə zəng etmiş və Samirin evə gəlmədiyini bildirmişdir. Ondan Samirin harada olduğunu soruşmuş, o da, Samirin hələ də evə gəlmədiyini soruşmuşdur. Daha sonra, taksi şoferindən gəlib, onu evdən götürüb, narkoloji dispanserə aparmasını xahiş etmişdir. Taksi şoferi ilə dispanserə getmiş, dispanserdə olan qızlardan Samiri soruşanda, onlar həmin gün Samirin dərmanı içmədiyini bildirmişdir. Bundan sonra o, təcridxanaya getmiş, orada Samiri soruşanda, ora gətirilmədiyini demişlər və o yenidən narkoloji dispanserə qayıtmışdır. Dispanserdə mühafizəçi ona Samiri 3-cü Polis Bölməsinin əməkdaşlarının apardığını bildirmişdir. Daha sonra, Samirin anasına zəng etmiş və vəziyyəti izah etmişdir. Samirin anası gəlmiş və onlar 3-cü Polis Bölməsinə getmişlər. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq şahid göstərmişdir ki, 4 il yarımdır ki, Samirlə birlikdə yaşayırlar. Samir hər gün səhər saat 8-dən sonra evdən çıxıb dispanserə gedirmiş. Həmin gün də səhər saat 9-a işləmiş evdən çıxmışdır. Samirin qayıtmadığını görüb, saat 09:20-09:30 radələrində sürücüyə zəng etmişdir. Samir dispanserdə içdiyi su-dərmandan başqa, evdə heç bir narkotik vasitə qəbul etmirmiş. Çünki, dərmanı da narkomaniyadan sağalmaq üçün içirmiş. 4 il ərzində Samirin narkotik vasitələrlə bağlı kiminləsə əlaqə saxladığını görməmişdir. Samirlə 2019-cu ilin aprel ayında tanış olmuşlar, may ayında da dispanserdə qeydiyyatdan keçmişdir. Samirin sonuncu dəfə, nə vaxt Bakı şəhərində olduğunu xatırlamır. 20 mart 2023-cü il tarixdən sonra, o, qətiyyən Bakı şəhərində olmamışdır. Onlar Samirin nəyə görə tutulduğunu bilsəydilər, Samirin anası onun üçün müqavilə ilə vəkil tuta bilərdi. Həmin gün Samir saat 9-a işləmiş evdən çıxmışdır. Saat 09:20-də onun gəlməməsindən narahat olub, taksi şoferi Elmana zəng etmişdir. Elman da ondan Samirin hələ də evə gəlmədiyini soruşduqda, onun gəlmədiyini bildirmişdir. Samirin anasına ikinci dəfə narkoloji dispanserə gələndə zəng etmişdir, həmin vaxt saatın neçə olduğu yadında deyil. Onların evi ilə narkoloji dispanser yaxın məsafədə yerləşirmiş. O, taksi şoferinə zəng etdikdən sonra, 10 dəqiqəyə gəlib, onu evdən dispanserə aparmışdır. Dispanser ilə təcridxana arasında da 2-3 dəqiqəlik məsafə olmuşdur. İkinci dəfə dispanserə gəlib, Samirin anasına zəng edəndə hələ, saat 11:00 olmazdı. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinə təxminən 30-35 yaşlarında, Sumqayıt şəhəri, 1-ci mikrorayonda yaşayan “Samir” adlı şəxsin Sumqayıt şəhərində qanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Əməliyyat yolu ilə Samir adlı şəxsin xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat tədbirlərinin keçirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 07). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü, Sumqayıt şəhəri, 4-cü mikrorayon, ev 17 A, mənzil 8-də qeydiyyatda olan və Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 9/11, mənzil 37-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitlərin qəbulunda, üzərində saxlamasında və gəzdirməsində şübhəli hesab edilmiş və keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Buxara” restoranının yaxınlığında saat 12:00 radələrində saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirilmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarışın keçirilməsi barədə” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən onun əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli bükümdə, ümumi çəkisi 2,762 qram narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş, müvafiq axtarış və götürməni əks etdirən video görüntü CD diskə köçürülərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 31-32). Cinayət işinin materiallarında olan məhkəmə-kimyəvi eskpertizasının 31 mart 2023cü il tarixli, 6/1895 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Zərflər üşün № 127” dairəvi möhür əksi olan, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə narkotik maddəyə bənzər maddə...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 2,762 qram olan qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (cild 01, iş vər. 42-46). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi eskpertizasının 31 mart 2023-cü il tarixli, 422 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır (cild 01, iş vər. 86-88). Cinayət işinin materiallarında olan məhkəmə-narkoloji eskpertizasının xx.xx.2023cü il tarixli 3002 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan as;lılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 01, iş vər. 141-142). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 234.2 və 234.4.3-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 167-176). İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Polis İdarəsinə təxminən 30-35 yaşlarında, Sumqayıt şəhəri, 1-ci mikrorayonda yaşayan Samir adlı şəxsin Sumqayıt şəhərində qanunsuz olaraq narkotik vasitə saxlaması, üzərində gəzdirməsi və istifadəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, əməliyyat yoxlaması nəticəsində həmin şəxsin xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olması müəyyən olunmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxsin olduğu yer müəyyən olunmaqla Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Buxara” restoranının yaxınlığında saxlanılmaqla Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən ümumi çəkisi 2,762 qram narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək sözügedən kütlənin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən, sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməli sayılır və həmin əmələ görə təqsirli bilinən şəxslər bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.1-1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə həmin əmələ görə təqsirli bilinən şəxslər üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi şəxsin özünün ibtidai araşdırmanın ilkin mərhələsində verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs həm ibtidai istintaqın sonrakı mərhələsində, həm də məhkəmə istintaqı zamanı narkotik vasitənin ona aid olmaması ilə bağlı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşaraq onlarla razılaşmır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, əksinə üzərinə video çəkilişlə şəxsi axtarış keçirilərkən müdafiəçinin də iştirakı ilə sorğu-sual edilərkən həmin narkotik vasitələrin məhz ona məxsus olduğunu və polis əməkdaşları tərəfindən də saat 12 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Buxara” restoranının yaxınlığında saxlanıldığını bildirmiş, bundan əlavə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu halı qeyd etməmişdir. Həmçinin, təqsirləndirilən şəxsin tutulduğu gün səhər tezdən Sumqayıt Şəhər Narkoloji Dispanserə getməsi və orada polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məhkəmə istintaqı zamanı bildirdiklərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında Sumqayıt Şəhər Narkoloji Dispanserinə sorğu verilmiş və müvafiq qurumdan daxil olan xx.xx.2024-cü il tarixli, 2557 saylı sorğuya cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Narkoloji Dispanserə sonuncu dəfə xx.xx.2023-cü il tarixdə getmiş, xx.xx.2023-cü il tarixdən dərman qəbulu üçün Dispanserə getməmiş və bir ay sonra proqramdan çıxarılmışdır. Digər tərəfdən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra təzyiqə məruz qaldığını və məcbur qalıb etirafedici ifadə verdiyini bildirsə də, şəxsin bədəni üzərində hər hansı xəsarət olmamış, istintaq təcridxanasına qəbul olunarkən də belə bir halın baş verdiyini qeyd etməmişdir. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxsin qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə onun ibtidai araşdırmanın ilkin dövründə müdafiəçinin də iştirakı ilə heç bir təsir və təzyiq altında qalmadan narkotik vasitənin əldə olunması, saxlanılması və daha sonra onun üzərindən polis əməkdaşları tərəfindən aşkar olunması ilə bağlı verdiyi ifadəsinin işin faktiki halları və mövcud sübutlarla üst-üstə düşdüyünü əsas götürərək, ona elan olunan ittihamın əsasına məhz onun ibtidai istintaq zamanı verdiyi ifadəsini qoyur. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən X10 və Şahid4 ifadələrinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, X10 Təqsirləndirilən şəxs anası, Şahid4 isə onunla qeyri-rəsmi nikah münasibətində olan şəxsdir və uşağının anasıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin şəxslərin təqsirləndirilən şəxsin xeyrinə ifadə verməsi anlaşılandır. İş üzrə məhkəmə istintaqı zamanı dindirilmiş digər şahid X6 ifadəsinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, sözügedən şahid Təqsirləndirilən şəxs nə zaman, hansı şəraitdə və hansı məkanda polis əməkdaşları tərəfindən saxlanılmasının birbaşa şahidi olmamış, o, sadəcə taksi fəaliyyətini həyata keçirmiş, deməsinə görə təqsirləndirilən şəxsi xx.xx.2023-cü il tarixdə səhər saatlarında Sumqayıt Şəhər Narkoloji Dispanserinə gətirmiş, lakin onun maşından düşəndən sonra hansı istiqamətə getməsini görməmiş, bir müddət gözlədikdən sonra isə həmin yerdən aralanmışdır. Odur ki, onun hazırki iş üzrə vermiş olduğu şahid ifadəsi işin obyektiv həlli üçün heç bir sübuti əhəmiyyətə malik deyildir. Ona görə də, məhkəmə kollegiyası sözügedən şahid ifadəsini işin əsaslı həlli üçün zəruri olan əsaslı sübut növü kimi qəbul etmir. Həmçinin, məhkəmə istintaqı zamanı sorğu əsasında əldə olunmaqla tədqiq olunmuş "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş anten məlumatlarına istinad edən müdafiə tərəfi “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərara əsaslanmaqla təqsirləndirilən şəxsin faktiki olaraq xx.xx.2023-cü il tarixdə səhər saat 8-9 radələrində saxlanıldığını, lakin bu hadisənin yalnız həmin günü günorta saat 12 radələrində rəsmiləşdirildiyini qeyd etməklə, şəxsin saxlanılması ilə onun üzərindən narkotik vasitənin aşkar olunması arasında olan 3-4 saatlıq vaxt dilimini əsas götürərək, şəxsin üzərindən aşkar olunanların şübhə altına düşməsi ilə əsaslandırmaqla Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir ki, bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri sayır. İş materiallarına əlavə olunmuş "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş anten məlumatlarından görünür ki, iş üzrə şahid qismində dindirilmiş X6 istifadəsində olmuş mobil nömrə xx.xx.2023-cü il tarixdə, saat 08:59 radələrində Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində, saat 09:43 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon, və “Heydər Bağı” parkı arasındakı ərazidə, saat 09:02 radələrində Sumqayıt şəhəri, Heydər Əliyev prospektində, saat 10:03 radələrində Sumqayıt şəhəri, Azərbaycan prospekti 15-də, saat 10:34, 10:41, və 18:53 radələrində yenidən Sumqayıt şəhəri, 5-ci mikrorayon, N.Nərimanov küçəsində, saat 12:30 radələrində Sumqayıt şəhəri, 1-ci mikrorayon, N.Nərimanov küçəsində, iş üzrə şahid qismində dindirilmiş X4 istifadəsində olmuş mobil nömrə xx.xx.2023-cü il tarixdə, saat 10:37 radələrində Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində, saat 10:54 radələrində Bakı şəhəri, Xocasən qəsəbəsində, saat 11:04 radələrində Abşeron rayonu, Saray qəsəbəsində, saat 11:08 radələrində Abşeron rayonu, Ceyranbatan qəsəbəsində, saat 12:32 radələrində Sumqayıt şəhəri, 16cü məhəllə ərazisində qeydə alınmışdır. Lakin məhkəmə kollegiyası qeyd etməyi zəruri sayır ki, bu məlumatların əldə olunması fonunda yalnız şahid qismində dindirilən X4 yuxarıda göstərilən saatlarda mobil telefondan istifadə etməklə öz qeyri-rəsmi gəlini Şahid4 istifadəsində olan mobil nömrə ilə telefon əlaqəsi yaratması, Bakı şəhərində yerləşən iş yerindən Sumqayıt şəhərinə gəlməsi halları öz təsdiqini tapır. Bu məlumatların mövcudluğu özü-özlüyündə müdafiə tərəfinin israrla qeyd etdiyi kimi Təqsirləndirilən şəxs məhz xx.xx.2023-cü il tarixdə səhər saatlarında saxlanılmasını təsdiq etmir. Odur ki, məhkəmə kollegiyası müdafiə tərəfin irəli sürdüyü arqumentlərlə razılaşmır və qeyd olunan xüsusatların təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılması üçün əsas olmadığı qənaətinə gəlir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır, yaşadığı müddətdə onun barəsində 12 MKS-a heç bir şikayət daxil olmamışdır (cild 01, iş vər. 76-77). İş materiallarına əlavə edilmiş “X8 haqqında” və “Doğum haqqında” şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci il təvəllüdlü, X11 adlı bir azyaşlı uşağı var. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması CM-in 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İş materiallarına əlavə edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.3.1-ci maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmişdir (cild 01, iş vər. 117-118). Belə olan halda, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin təhlükəli residivi müəyyən edilir. Belə ki, CM-in 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə şəxsin əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə təqsirli bilinərək məhkum oluduğu cinayət əməli ağır cinayət sayıldığından və CM-in 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs cəzasını çəkib qurtardıqdan sonra 06 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətdiyindən, onun əməlində cinayətlərin təhlükəli residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin əməlində cəzanı yüngülləşdirən halın olmasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda şəxsin əvvəllər də azadlıqdan məhrum etmə növündə cəza çəkdiyini, məhkumluğu ödənilmədən yenidən qəsdən ağır cinayət əməli törətməsini, habelə 65.2-ci maddəsinin müddəalarını nəzərə alaraq, cəzanın məqsədinin təmin edilməsi üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın yuxarı həddinin üçdə ikisindən az olmayan həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Belə ki, CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxsin əvvəlki məhkumlarına diqqət yetirdikdə görünür ki, o, daha əvvəl ağır cinayət əməli törətməkdə təqsirli bilinərək məhkum olunmuş, lakin təqsirləndirilən şəxs bundan nəticə çıxarmamış, sonradan yenidən qəsdən ağır cinayət əməli törətmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, şəxs hazırki hökmlə ona təyin olunan cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Sumqayıt Şəhər Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vərəq 23, 72-74). Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs CM-in 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli 31 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 2,712 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınmalıdır. İş üzrə 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barədə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlə tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt Şəhər Polis İdarəsində saxlanılan 2,712 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanması nəzərə alınsın. İş üzrə 80 AZN (səksən manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-254/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-254/2024
22.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver