Məhkəmə qərarları › İş №1(124)-256/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-256/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-256/2023 29.03.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər şəhər 1 Saylı Vəkil Bürosunun vəkili X8, 22 avqust 1989-cu il tarixdə Şabran rayonu Xəlfələr kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Şabran rayonu Xəlfələr kəndində qeydiyatda olmaqla həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə halhazırda Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 3 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqla dəqiq müəyyən edilməmiş vaxtda, mənbədən və miqdarda satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış ayrıayrılıqda çəkiləri 0,076 qram, 0,083 qram, 0,072 qram, 0,459 qram, 0,410 qram, 0,429 qram, 0,373 qram, 0,432 qram, 0,423 qram, 0,468 qram, 0,451 qram, 0,388 qram, 0,355 qram, 0,385 qram, 25,781 qram narkotik vasitə - heroinin təmiz çəkisi 30,585 qram olmaqla külli miqdar təşkil edən 15 ədəd bükümünü və kustar üsulla hazırlanmış ayrıayrılıqda çəkiləri 0,436 qram, 0,479 qram, 0,948 qram, 0,427 qram, 0,463 qram, 0,356 qram 0,433 qram, 0,421 qram, 4,152 qram, 0,036 qram, 0,380 qram, 1,804 qram, 11,267 qram, 0,06 qram psixotrop-maddə metamfetaminin təmiz çəkisi 21,662 qram olmaqla külli miqdar təşkil edən 14 ədəd bükümünü yaşadığı evin mətbəxində soyuducunun içərisindəki rəfdə gizlətməklə qanunsuz olaraq saxlamış, 30 iyun 2022-ci il tarixdə saat 17 radələrində, psixotrop maddə - metamfetaminin ümumi təmiz çəkisi 0,416 qram təşkil edən hissəsini 2 ədəd kağız bükümündə qardaşı X4 vermiş, 30 iyun 2022-ci il tarixdə saat 19 radələrində Şabran rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı Şabran şəhəri Xətai küçəsində yerləşən nömrəsiz evinə baxış keçirilərkən sözügedən narkotik vasitə heroin, psixotrop maddə metamfetamin və 1 ədəd elektron tərəzi aşkar edilərək müvafiq qaydada götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, polis əməkdaşları əvvəlcə qardaşı Tərlan Əzimovu tutmuşdurlar. Sonra o, evdə olarkən polis əməkdaşları evə basqın edib onu tutub, şöbəyə aparmışdırlar. Evindən 2 qram heroin və 2 qram metamfetamin aşkar olunmuşdur. 1 ildir ki narkotik vasitə olan heroin və metamfetamin istifadə etmişdir. Narkotik vasitələri iranlıdan almışdır. Pulu narkotik vasitə olan yerə qoyub, narkotik vasitəni götürürmüşdür. Onun evində 2 qram heroin və 2 qram metamfetamin olmuşdur. Qardaşı narkotik vasitəni ondan xəbərsiz evdən götürmüşdür. Qardaşı narkotik vasitə istifadə etdiyini bilmişdir. Evdə tərəzi olmuş, tərəzidən narkotik vasitəni alan zaman istifadə etmişdir. Narkotik vasitələrin dozalarını müəyyən etməkdən ötrü onları bükümlərə ayırmışdır. Baxış keçirilən ev X5 mülkiyyətində olmuşdur.O, evə daxil olmaq üçün polis əməkdaşlarına icazə verməmişdir. Ona yaxın qohumlarının əlehinə ifadə verməmək hüququnu izah etməmişdirlər. Polis əməkdaşları narkotik vasitələri soyuducuya qoymuş, sonra çəkiliş zamanı soyuducudan aşkar etmişdirlər. Protokollara qardaşına görə imza atmışdır. Onda 5 büküm narkotik vasitə olmuşdur. İki büküm bir narkotik vasitə, üç büküm digər narkotik vasitə olmuşdur Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində göstərmişdir ki, Şabran rayonu Xəlfələr kəndində qeydiyyatda olmasına baxmayaraq həm Xəfələr kəndində, həmdə ki Şabran şəhəri Xətai küçəsi nömrəsiz evdə yaşayır. Təxminən 3-4 aydır ki, müxtəlif növ narkotik vasitələrdən istifadə edir. 2022-ci ilin iyun ayının təxminən əvvələrində Bakı şəhərində olduğu zaman orada tanımadığı bir nəfər İran İslam Respublikasının vətəndaşından 1 ədəd sellofan bükümdə təxminən 40 qram heroin və 20 qram psixotrop maddə metamfetamin almışdır. Həmin narkotik vasitə və psixotrop madələri yaşadığı evə gətirib, xırda bükümlərə ayıraraq elektron tərəzidə çəkdikdən sonra soyuducuya yığıb onların satışı ilə məşğul olmağa başlamışdır. Bundan başqa təxminən iyun ayının sonlarında səhər saat 10 radələrində yaşadığı Şabran şəhəri Xətai küçəsindən şəhər avtovağzalına gedirmiş. Bu zaman yerdə 1 ədəd kibrit qutusunun olduğunu görüb həmin kibrit qutusunu yerdən götürərək onun içərisinə baxan zaman orada 5 ədəd bükümün olduğunu görmüşdür. Həmin bükümlərin içərisinə baxan zaman orada narkotik vasitə hesab edilən qurudulmuş marixuana olduğunu müəyyən etmişdir. Həmin vaxt ətrafda heç kəsin olmadığım görərək kibrit qutusunu özü ilə götürüb oradan uzaqlaşmışdır. 30 iyun 2022-ci il tarixdə saat 15 radələrində qardaşı Tərlan Əzimov onunla bir evdə olmuO və həmin vaxt Tərlan Əzimov ondan narkotik vasitə istəmişdir. O da Tərlan Əzimova 2 büküm psixotrop maddə hesab edilən metamfetamin və 1 ədəd bükümdə narkotik vasitə hesab edilən qurudulmuş marixuana verdikdən sonra ərlan Əzimov çıxıb getmişdir. Saat 19 radələrində evdə olduğu zaman RPŞ-nin əməkdaşları onun yaşadığı evə gələrək evə baxış keçirmək istədiklərini bildirmişlər. O da , onlara etiraz etmədikdən sonra onlar müdafiəçinin iştirakı ilə vidoçəkiliş vasitəsilə keçirilən baxış zamanı mətbəxdə yerləşən soyuducunun içərisindki rəfdən 15 ədəd bükümdə narkotik vasitə olan heroini, 12 ədəd bükümdə psixotrop maddə metamfetamini, soyuducunun üzərindən 4 ədəd bükümdə narkotik vasitə hesab edilən marixuananı, 1 ədəd elektron tərəzini və masanın üzərindən 2 ədəd folqa kəsiklərini aşkar edərək götürmüçlər. Onun üzərindən hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Bundan sonra onun yaşadığı evdən aşkar edimiş narkotik vasitə, psixotrop maddə, 1 ədəd elektron tərəzi xüsusi qaydada qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib edilmişdir. (cild 1, iş vərəqə 88-90) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şabran RPŞ-nin CAB-nin rəisi Şahid1 ifadəsində göstərdi ki, X3 narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə etibarlı və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Həmin məlumat əsasında o, Şabran RPŞ-nin CAB- nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və PPX-nün sahə polis nəfəri polis serjantı Nəcməddin Eldarov ilə birlikdə X13 rayon Mərkəzi bazarının yaxınlığında “Məkan çay” evinin qarşısında saxlayaraq RPŞ-nə gətirmişdirlər. RPŞ-də Tərlan Əzimovun üzərində şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 2 ədəd bükümdə psixotrop maddə metamfetamin, sol yan cibindən isə özünəməxsus mobil telefonun arxa hissəsindən 1 ədəd bükümdə narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilmişdir. Tərlan Əzimov həmin narkotik vasitə və psixotrop maddələri qardaşı Təqsirləndirilən şəxs aldığını, narkotik vasitə, psixotrop maddə qəbul etməsi səbəbindən onları şəxsi istifadəsi məqsədilə üzərində saxladığını səmimi olaraq etiraf etmişdir. Bundan sonra o, CAB - nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, PPXB-nün manqa komandiri Şahid3 ilə birgə Tərlan Əzimovun qardaşı Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı Şabran rayonu Xətai küçəsində yerləşən nömrəsiz evə baxış keçirmişdir. Baxış zamanı evin mətbəx hissəsindəki soyuducunun üzərində 4 ədəd içərisində narkotik vasitə hesab edilən qurudulmuş marixuana olan büküm, soyuducunun içərisindəki rəflərdən ümumilikdə 12 ədəd bükümdə psixotrop maddə metamfetamin, 15 ədəd bükümdə narkotik vasitə hesab edilən heroin aşkar edilmişdir. Qəşəm Əlizadə içərisində narkotik vasitə və psixotrop maddə olan bükümlərin onun özünə məxsus olmasını səmimi olaraq etiraf etmişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şabran RPŞ-nin CAB-nin məliyyat müvəkkili, polis leytenantı Şahid2, PPXB-nün tağım komandiri Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, onu bazarın yanında saxlayıb bölməyə aparmışdırlar, sonra qardaşını bölməyə gətirmişdirlər. O, narkotik vasitəni qardaşından aldığını deməmişdir. O, izahata müvəqqəti saxlama təcridxanasında qol çəkmişdir. Ona yaxın qohumları əlehinə ifadə verməmək hüququnu izah etməmişdirlər. Saxlanılarkən üzərində narkotik vasitə olmuşdur. Narkotik vasitəni evdə soyuducunun üzərindən götürmüşdür. Narkotik vasitəni götürməyindən qardaşının xəbəri olmamışdır. 0.3 qram metamfetamin götürmüşdür. 1 aydır ki, narkotik vasitə istifadə etmişdir. Soyuducunun üzərində 4-5 qram metamfetamin qalmışdır. Polis əməkdaşlarına qardaşının adını verməmişdir. Polis əməkdaşları narkotik vasitənin qardaşına məxsus olduğunu bilirdilər. Məhkəmədə şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şabran RPŞ-nin sabiq müstəntiqi, polis mayoru X11 ifadəsində göstərdi ki, Qəşəmə hüquq və vəzifələrini izah etmiş, evinə baxış keçirmək istədiklərini bildirmişdirlər, Qəşəm etiraz etməmişdir. Onlar Qəşəmin evinə baxış keçirmiş və soyuducuda narkotik vasitələr aşkar etmişdirlər. Evə baxış keçirilən zaman vəkil iştirak etmişdir. O. eyni zamanda 2 yerdə olmamış, saatla bağlı texniki səhv olmuşdur. Qəşəmi 30 iyun tarixində tutmuşdurlar. 2 iyul tarixində cinayət işini o başlatmışdır. Ekspertiza rəyi gec gəldiyinə görə, cinayət işini 2 iyul tarixində başlamışdır. Baxış keçirilməsi haqqında protokol və dindirmə protokolunda vaxtla bağlı texniki səhv olmuşdur. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 iyun 2022-ci il tarixli “Əməliyyat məlumatının yoxlanılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı və qəbulu ilə məşğul olması barədə Şabran RPŞ-nin CAB-a məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı ev Şabran şəhəri Xətai küçəsində yerləşir. Evə daxil olduqda evin mətbəxinin və bir yataq otağının təmirli olması müəyyən olunmuşdur. Evin digər otaqları təmirli deyildir. Evin mətbəxində sağ tərəfdə bir ədəd soyuducu, mətbəxt mebeli vardır. Soyuducunun üzərində 4 ədəd bükümdə yaşımtıl rəngdə kütlə və bir ədəd elektron tərəzi vardır. Soyuducunun içində zərflərdə 16 ədəd bükümdə qəhvəyi rəngli narkotikə bənzər kütlələr və 11 ədəd bükümdə ağ rəngli psixotrop maddəyə bənzər kütlələr aşkar olundu. Masanın üzərində isə 2 ədəd falqa kəsikləri aşkar olundu. Baxış zamanı 16 ədəd bükümdə heroinə bənzər maddə, 11 ədəd bükümdə metamfetaminə bənzər kütlələr, 1 ədəd elektron tərəzi, 4 ədəd büküm yaşımtıl rəngli kütlə, 2 ədəd falqa kəsikləri götürülüb müvafiq qayda da qablaşdırılmaqla protokola əlavə edildi.(cild 1, iş vərəqə 33-34) Baxış keçirilməsi haqqında protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş cinayət işi üzrə təyin edilmiş 02 iyul 2022-ci il tarixli məhkəmə- bioloji ekspertizasının 6/ 3643-7/718 ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxindən aşkar edilərək götürülmüş 3 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,480 qr, 0,540 qr və 0,440 qr olmaqla, ümumi çəkisi 1,460 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır, 1 ədəd bükümdə təmiz çəkisi 0,537 qram olan bitki toxumları əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarıdır. Onlar Narkotik vaitələrin siyahısına daxil deyildir. Təqsirləndirilən şəxs yaşadığ evin mətbəxindən aşkar edilərək götürülmüş hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0.436 qr, 0,479 qr, 0,948 qr, 0,427 qr, 0,356 qr, 0.436 qr, 0,433 qr, 0,421 qr, 4,152 qr, 1,804 qr və 11,267 qr olmaqla , ümumi təmiz çəkisi 21,186 qram olan ağ rəngli kristalşəkilli maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin olub, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Təqsirləndirilən şəxs yaşadığı evin mətbəxindən aşkar edilərək götürülmüş hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,076 qr, 0,083 qr, 0,072 qr, 0,459 qr, 0,410 qr, 0,429 qr, 0,373 qr, 0,432 qr, 0,423 qr, 0,468 qr, 0,451 qr, 0,388 qr, 0,355 qr, 0,385 qr, 25,781 qram olmaqla ümumi çəkisi 30,585 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroin olub, öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir, 1 ədəd bükümdə təmiz çəkisi 0,06 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psioxotrop maddə - metamfetamindİr, 2 ədəd üzərində tünd qəhvəyi rəngli izlər olan folqa kəsiklərinin və 1 ədəd 6 *11 sm ölçüdə gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəkilində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Təqsirləndirilən şəxs aşkar edilən metamfetaminlər ilə X2 aşkar edilən metamfetaminlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqsirləndirilən şəxs aşkar edilən marixuanalar ilə X2 aşkar edilən marixuna tərkiblərinə görə eynidir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına, Metamfetamin 2005- ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “ Azərbayan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir. (cild 1, iş vərəqə 59-64) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 02 iyul 2022-ci il tarixli məhkəmə- bioloji ekspertizasının 6/3642-7/717 №-li ekspert rəyində göstərilmişdir ki, X3 üzərindən aşkar edilərək götürülmüş 2 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,036 qr və 0,380 qram olmaqla ümumi çəkisi 0,416 qram ağ rəngli kristalşəkilli maddələri öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindİr, 1 ədəd bükümdə təmiz çəkisi 0,357 qram bitki mənşəli kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotiki vasitə-qurudulmuş marixuanadır. Metamefetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxildir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 4575 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs “OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyatda alınması məsləhət görülür. (cild 1, iş vərəqə 140-141) Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi çəkisi 1,460 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana, 1 ədəd bükümdə təmiz çəkisi 0,537 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları, ümumi təmiz çəkisi 21,186 qram kustar üsulla hazırlanmış psixorop maddə- metamfetamin, ümumi çəkisi 30,585 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,06 qram kustar üsulla hazırlanmış psioxotrop maddə metamfetamin, 2 ədəd üzərində tünd qəhvəyi rəngli izlər olan folqa kəsikləri və 1 ədəd 6 *11 sm ölçüdə gümüşü rəngli elektron tərəzi, X3 üzərindən aşkar edilərək götürülmüş, 2 ədəd bükümdə ümumi çəkisi 0,416 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 0,357 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotiki vasitə- qurudulmuş marixuana cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən 23 sentyabr 2022-ci il tarixdə maddi sübut kimi tanınana Şabran RPŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022- ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs CM-nin 237.1, 234.1, 66.3 -cü maddələri ilə təqsirli bilinərək Quba rayon məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, CM-nin 317-2.1, 67.1- maddələri ilə təqsirli bilinərək Xəzər rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3- cü maddəsində göstərilmişdir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzasını çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Görünüdüyü kimi Təqsirləndirilən şəxs məhkuluğu ödənilmiş və bu səbəbdən də onun əməli residiv kimi qiymətləndirilə bilməz. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şabran rayonu, Düzbilici İƏD-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (cild 1, iş vərəqə 119) Cinayət işinin materiallarına əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir, himayəsində xx.xx.2018-ci il təvəllüdlü X9 vardır. Məhkəmə, Təqsirləndirilən şəxs evindən aşkar olunmuş narkotik vasitələri satmaq məqsədinin olmaması, narkotik vasitələrin ittihamda göstərildiyi miqdarda olmadığı və tərəzidən narkotik vasitəni alan zaman istifadə etməsi, narkotik vasitələrin dozalarını müəyyən etməkdən ötrü onları bükümlərə ayırması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitənin və psixotrop maddənin külli miqdarda olması, o cümlədən aşkar edilmiş narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması, elektron tərəzinin mövcudluğu, narkotik vasitələrin satışı məqsədli yazışmalarının olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində bir azyaşlı uşağı, xx.xx.2018-ci il təvəllüdlü Nuray Əzimovanın olmasını, onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır və qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 30 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şabran rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 30 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs “OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Şabran RPŞ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi çəkisi 1,460 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana, 1 ədəd bükümdə təmiz çəkisi 0,537 qram olan əkilib becərilməsi qadağan olunmuş narkotik narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları, ümumi təmiz çəkisi 21,186 qram kustar üsulla hazırlanmış psixorop maddəmetamfetamin, ümumi çəkisi 30,585 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,06 qram kustar üsulla hazırlanmış psioxotrop maddə - metamfetamin, 2 ədəd üzərində tünd qəhvəyi rəngli izlər olan folqa kəsikləri və 1 ədəd 6 *11 sm ölçüdə gümüşü rəngli elektron tərəzi, X3 üzərindən aşkar edilərək götürülmüş, 2 ədəd bükümdə ümumi çəkisi 0,416 qram kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 0,357 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotiki vasitə- qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 30 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Şabran RPŞ-nin maddi sübutlar saxlancı anbarına təhvil verilmiş ümumi çəkisi 1,460 qram narkotik vasitə-qurudulmuş marixuana, 1 ədəd bükümdə təmiz çəkisi 0,537 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumları, ümumi təmiz çəkisi 21,186 qram kustar üsulla hazırlanmış psixorop maddəmetamfetamin, ümumi çəkisi 30,585 qram narkotik vasitə - heroin, 1 ədəd bükümdə təmiz çəkisi 0,06 qram psixotrop maddə - metamfetamin, 2 ədəd üzərində tünd qəhvəyi rəngli izlər olan folqa kəsikləri və 1 ədəd 6 *11 sm ölçüdə gümüşü rəngli elektron tərəzi, 2 ədəd bükümdə ümumi çəkisi 0,416 qram kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamin, 1 ədəd bükümdə təmiz çəkisi 0,357 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotiki vasitə- qurudulmuş marixuana məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar