Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-256/2024 17.04.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu, Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, zərərçəkmiş şəxslərin nümayəndələri - Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxx 1981-ci ildə Xaçmaz rayonu Köhnə-Xudat kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, işləməyən, Xaçmaz rayon məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum olunmuş, Xaçmaz rayon məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq qazancından 20 faiz mələğdə pul tutulmaqla 02 il islah işləri cəzasına məhkum olunmuş, təyin edilmiş cəzanın 6 ay hissəsini çəkməklə 1 il 6 ay hissəsi çəkilməmiş qalan, Xaçmaz rayonu, Köhnə-Xudat kəndində qeydiyyatda olmaqla faktiki olaraq Xaçmaz şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 13-də faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4, 182.2.1, 182.2.2 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 anaları X5 2010-cu ildə qətlə yetirilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə cinayəti törətmiş şəxs (şəxslərin) müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi üçün sosial şəbəkələr vasitəsi ilə istintaq orqanına təsir göstərəcəyinə dair yalandan vəd verib onları aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 ona olan inamından və aralarında yaranmış etibarlı münasibətdən sui-istifadə etməklə 2019-cu ilin mart ayından 2020-ci ilin yanvar ayını əhatə edən müddət ərzində ünvan 1 ünvanında yerləşən Xaçmaz bazarında hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 ümumilikdə xeyli miqdarda 6.500 (altı min beş yüz) manat məbləğində pulunu, 2020-ci ilin avqust ayından 2021-ci ilin aprel ayını əhatə edən müddət ərzində ünvan 1 ünvanında yerləşən Xaçmaz bazarında hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs5 ümumilikdə 3.500 (üç min beş yüz) manat məbləğində pulunu cəmi 10.000 manat pulu ələ keçirib Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, 15 dekabr 2022-ci il tarixdə saat 12-13 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Şimal mail’’ ticarət mərkəzinin yaxınlığında Bakı prospekti ilə Əliağa Vahid küçələrinin kəsişməsində tanışı Şahid3 idarə etdiyi «Vaz21074» markalı, **-BH-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobildə olarkən həmin yolda hərəkətdə olan Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mersedes» markalı, **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun əyləşdiyi «Vaz21074» markalı avtomobilə toxunub getməsini bəhanə edərək avtomobildən düşüb Coşqun, Ağabalayevİn idarə etdiyi avtomobilə yaxınlaşaraq sonuncu ilə mübahisə etməklə özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət-ənənə və qarşılıqlı davranış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək Zərərçəkmiş şəxs2 qəsdən yumruq və təpik zərbələri endirməklə sonuncuya «boyunun sağ tərəfinin qançırı, ənsə nahiyəsinin yumşaq toxumalarının şişkinliyi» kimi dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirmiş, daha sonra onları ayırmaqla ictimai borcunu yerinə yetirmək istəyən Zərərçəkmiş şəxs2 anası Zərərçəkmiş şəxs1 saçından dartaraq bədən nahiyəsinə qəsdən yumruq zərbələri endirməklə, sonuncuya «sol təpə nahiyəsinin hematoması, döş qəfəsinin sağ-ön tərəfinin qançırı» kimi sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə, yaxın qohumların gözü qarşısında hər ikisinə, yəni CoşqunAğabalayevə və sonuncunun anası Zərərçəkmiş şəxs1 xüsusi ağrılar yetirdiyini dərk edib, bunları arzulayaraq, ətrafdakı vətəndaşların çağırış və xəbərdarlıqlarına məhəl qoymayaraq bu hərəkətlərini təxminən 15-20 dəqiqə ərzində davam etdirməklə qeyd olunan küçələrin kəsişməsindən keçən avtomobillərin normal fəaliyyətini və orada olan şəhər sakinlərinin rahatlığını pozaraq ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən digər şəxsə müqavimət göstərməklə xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 20 ildən artıq müddətdir ki, jurnalist fəaliyyəti ilə məşğul olmuşdur. Son illərdə Şimal regionunda müstəqil olaraq fəaliyyət göstərmişdir. Fəaliyyət göstərdiyi müddətdə daha çox məmur özbaşınalıqlarına dair araşdırmalar aparmış, bu barədə yazılar yazmışdır. 19 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin polis əməkdaşları onu yaşadığı evin qarşısında tutmuşdurlar. Həmin idarədə Heydər adlı vəzifəli şəxs ona müstəqil jurnalist fəaliyyətini dayandırmağını və ya onlarla əlbir şəkildə fəaliyyət göstərməyini demişdir. Əks halda ona vəzifəli şəxslərdən hədə-qorxu ilə pul tələb etmə, ictimai qaydanın kobut surətdə pozma və s. ilə bağlı ittihamların irəli sürüləcəyi deyilmişdir. Özünü təqsirsiz bildiyi üçün onların şərtlərini qəbul etməmişdir. Daha sonra, Təqsirləndirilən şəxs qeyd etmişdir ki, 2017-ci ildə o, Xaçmaz mərkəzi bazarına öz istəyi ilə gəlməmişdir. O, Xaçmaz mərkəzi bazarında baş vermiş xoşagəlməz hadisə ilə bağlı “Azadlıq radiosu” media qurumu tərəfindən ora göndərmişdir. Belə ki, həmin vaxt “Azadlıq radiosu” media qurumunun müxbiri kimi Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 müsahibə də götürmüşdür. X24 adlı şəxsin həmin vaxt Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və həmin vaxt prokuror işləyən Elxan Əbdürrəhmənovun tapşırığı əsasında təxribat yaratdığını bildirmişlər. Özü tərəfindən Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 analarının öldürülməsi cinayəti ilə bağlı yazılar yazmağı təklif edilməmişdir. 2019-cu ilin mart ayında Zərərçəkmiş şəxs5 onun yaşadığı evə gəlmiş və söhbət zamanı onun haqqında araşdırma apardığını, onun etibarlı adam olduğunu bildirməklə kömək istəmişdir. Zərərçəkmiş şəxs5 evə əliboş gəldiyini qeyd edərək, 100 ABŞ dolları məbləğində pulu stolun üstünə qoymuşdur. Həmin pulu ona geri qaytarmaq istəsə də, buna icazə verməmişdir. Hörmət əlaməti olaraq, əvəzində ona kitab hədiyyə etmişdir. Həbibovların deməsinə görə, 2017-ci ildə baş vermiş şikayətçi Qurban Sadıxov məsələsi ilə bağlı prokurorluq və polis orqanları onları “sıxmışdır”. Onların da məqsədi, anaları Nəcimə Babayevanın öldürülməsi cinayətini ictimailəşdirməklə, həmin orqanlara cinayəti aça bilmədikləri halda, xırda məsələ ilə bağlı “onların üstlərinə gəldiklərini” göstərmək olmuşdur. 02 may 2019-cu il tarixdə Zərərçəkmiş şəxs6 onu Xaçmaz mərkəzi bazarına çağırmışdır. Ora getdikdə Gülnarə doğum günü münasibətilə ona hədiyyə geyim almaq istədiyini, lakin ölçülərini bilmədiyini qeyd edərək, 300 manat məbləğində pul vermişdir. Daha sonra, bir gün tanıdığı jurnalist dostu ona zəng edərək, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşının onunla danışmaq istədiyini bildirərək, mobil telefon nömrəsini ona verməyi barədə soruşmuşdur. Həmin şəxsə mobil telefon nömrəsini verməsini bildirdirmiş və özünü DTX-nin əməkdaşı Rövşən kimi təqdim edən şəxs ona zəng edərək görüşmüşüdür. Görüş zamanı ona Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Nəcimə Babayevanın öldürülməsi cinayətinin yenidən araşdırıldığını bildirməklə bununla bağlı köməklik göstərilməsini xahiş etmişdir. Razılıq verdikdən sonra ona müəyyən suallar verilmiş, lakin həmin sualların bir neçəsinə cavab verə bilməmiş və həmin sualların Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 verilməsini məsləhət bilmişdir. Lakin Rövşən adlı şəxs bu məsələnin Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 vasitəsilə araşdırılmasının obyektiv olmayacağını qeyd edərək, bu səbəbdən bilavasitə həmin şəxslərdən soruşmadığını demişdir. Bu haqda Zərərçəkmiş şəxs5 demişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 ilə münasibətləri pisləşmiş, lakin bunun səbəbini bilməmişdir. Bir gün evdə oturub Nəcimə Babayevanın öldürülməsi cinayəti ilə bağlı qeydlərinə baxarkən, sadəcə Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs6 istədiklərini yazdığına diqqət yetirmiş və həmin cinayətlə əlaqədar başqa şəxslərlə də danışmaq qərarına gəlmişdir. Başqa şəxslərlə danışdıqdan sonra Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 ona danışdıqlarının yalan olduğunu müəyyən etmişdir. Daha sonra, verilən suallarla bağlı Təqsirləndirilən şəxs göstərdi ki, Nəcimə Babayevanın öldürülməsi cinayətinin açılması ilə bağlı yazılar paylaşmış və bununla bağlı Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5la onun arasında həmin cinayətin açılması üçün hər hansı bir məbləğdə pul razılaşması olmamışdır. Onlar yalnız cinayətin ictimailəşdirilməsini xahiş etmişdirlər. Bundan baqşqa, Raul Usubovun əvvəlki sürücüsü X12 ailəsi ilə onun ailəsi arasında dostluq münasibətləri olmuşdur. Həmin vaxt onunla görüşmüş, Zərərçəkmiş şəxs5 ona zəng edəndə Raul Usubovun əvvəlki sürücüsü ilə oturduğunu bildirmişdir. Zərərçəkmiş şəxslər də bu sözü təhrif etmişlər. 2017-ci il tarixdə “Azadlıq radiosu” media qurmunun qaynar xəttinə daxil olmuş müraciət əsasında Xaçmaz mərkəzi bazarına getmişdir. Həmin müraciət Nəcimə Babayevanın öldürülməsi cinayəti ilə bağlı deyildir. 2019-cu il tarixdə Zərərçəkmiş şəxs5 özü onun evinə gəlmiş və Nəcimə Babayevanın öldürülməsi cinayətini ictimailəşdirməyi təklif etmişdir. Həmin ildən bu cinayətin açılması ilə bağlı yazılar paylaşmağa başlamışdır. Dövlət Təhlükəsizliyi Xidmətinin Rövşən adlı əməkdaşının cavab verə bilmədiyi suallarına onun razılığı ilə Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs5 soruşmuşdur. Hətta ifadələrində qeyd etdikləri Nəcimə Babayeva ilə eyni qatarda gələn şəxslərin siyahısını da ona Rövşən adlı şəxs təqdim etmişdir. Həmin siyahı Zərərçəkmiş şəxs5 və Gülnara Babayevaya göstərərək siyahıda qeyd olunan şəxslərdən hansıları tanıdıqlarını öyrənməyi üçün ona verilmişdir. Buna görə həmin siyahını Zərərçəkmiş şəxs5 və Gülnara Babayevaya vermişdir. Xaçmaz mərkəzi bazarında zərərçəkmiş şəxslərin iş otaqlarında 5-6 dəfə olmuşdur. 2020-ci ilin sentyabr ayının sonunda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatları başladıqdan təxminən 2 gün sonra Ağdam rayonuna getmiş, təxminən həmin ilin noyabr ayında geri qayıtmışam. Zərərçəkmiş şəxs isə oktyabr ayında Xaçmaz mərkəzi bazarında 500 manat məbləğində pul verdiyini demişlər. İttihamın qeyd edilən epizodu ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, Fuad və Gülnarə Həbibova onu şərləmişlər ki, guya ki analarının qətl hadisəsinin açılmasına görə o, yalan vədlər vermiş və guya onlardan aldığı məlumatları qətlin ört basdır edilməsi üçün hakimiyyət orqanlarına ötürmüşdür. O, Zərərçəkmiş şəxs5 nə 3500 manat, nə də ki, Zərərçəkmiş şəxs6 6500 manat məbləğində pul almamış, yəni o, onlardan ümimiyyətlə heç bir məbləğdə pul almamışdır. Bundan başqa, ittihamın digər epizodu ilə bağlı Təqsirləndirilən şəxs, ifadəsində göstərdi ki, tanışları Şahid3, Şahid2la birlikdə Bakı şəhərinə getmişdir. Hadisə baş verdiyi yoldan heç vaxt istifadə etməmişlər, lakin həmin vaxt Zərərçəkmiş şəxs3 ona zəng edərək, həmin yol ilə gəlməklərini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mercedes» markalı avtomobilin sürücüsü onların avtomobilin yanından düzgün ötmə əməliyyatı aparmayaraq ötərkən onun idarə etdiyi avtomobil Şahid3 idarə etdiyi avtomobilin ön hissəsinə sürtülmüşdür. Şahid3 də avtomobildən düşərək, adını sonradan bildiyim Zərərçəkmiş şəxs2 üzərinə qışqıraraq gedib ona irad bildirmişdir. O, «Mercedes» markalı avtomobilin içərisində qadın əyləşdiyini görüb Şahid3 yaxınlaşaraq, nalayiq ifadələr səsləndirməməyi, avtomobildə qadın olduğunu və s. bildirmişdir. Lakin Zərərçəkmiş şəxs2 avtomobildən enərək, sərt formada Şahid3 cavab vermişdir. Mübahisə başladıqdan sonra Zərərçəkmiş şəxs1 avtomobildən enərək, xəstə olduğunu və s. bildirmişdir. Özü mübahisəni sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 arxadan onu tutduğu üçün dönüb refleks olaraq onu vurmuşdum. Daha sonra Zərərçəkmiş şəxs2 Şahid2 vurduğunu görüb o, istiqamətdə qaçaraq, onları sakitləşdirməyə çalışmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı şahid ifadələrinin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə qiymət verilməsini zəruri hesab edir. Belə ki, məhkəmədə zərərşəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, 15 sentyabr 2010-cu il tarixdə anası X8 qətlə yetirildikdən sonra onun mülkiyyətində olan Xaçmaz mərkəzi bazarı qardaşı Zərərçəkmiş şəxs5 və özü tərəfindən idarə edilmişdir. 2017-ci il tarixdə Xaçmaz mərkəzi bazarında xoşagəlməz hadisə baş vermişdir. Həmin hadisə ilə bağlı Təqsirləndirilən şəxs müəyyən yazılar yazmışdır. Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlayaraq, həmin xoşagəlməz hadisənin təfərrüatları barədə ətraflı danışmaq üçün onu Xaçmaz mərkəzi bazarına dəvət etmişdir. Təqsirləndirilən şəxs 10 avqust 2017-ci il tarixdə Xaçmaz mərkəzi bazarına gəlmiş, qardaşı Zərərçəkmiş şəxs5, Təqsirləndirilən şəxs və özü görüşmüşlər. Təqsirləndirilən şəxs ilə görüşdükləri vaxtı onun üzərində “Azadlıq radiousu” yazılı köynək olmuşdur. Təqsirləndirilən şəxs ilə Xaçmaz mərkəzi bazarında baş vermiş hadisə ilə bağlı danışdıqdan sonra bir anda söhbət anası Nəcimə Babayevanın qətlə yetirilməsi ilə bağlı məsələyə gəlib çıxmışdır. Təqsirləndirilən şəxs həmin qətllə bağlı onda bəzi məlumatlar olduğunu bildirmişdir. Hətta cinayəti törədən şəxsin Dağıstan Respublikasından gəldiyini bildirmişdir. Əvvəlcə onun dediklərinə əhəmiyyət verməmişlər və o, çıxıb getmişdir. Təxminən 2018-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs yenidən Xaçmaz mərkəzi bazarına gəlmiş və anası Nəcimə Babayevanın öldürülməsi ilə bağlı məlumatlar bildirmişdir. Belə ki, o, Dövlət Təhlükəsizliyi Xidməti Xaçmaz rayon şöbəsinin rəisinin onunla görüşdüyünü, görüş zamanı Nəcimə Babayevanın qətlinin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev və Xaçmaz rayon prokuroru tərəfindən planlaşdırıldığını ona dediyini bildirmişdir. Təqsirləndirilən şəxs öz əlaqələrindən bəhs edərək, ona razılıq verəcəkləri təqdirdə bu cinayəti ictimailəşdirəcəyini demişdir. Daha sonra, 2019-cu ilin fevral ayında qardaşı Zərərçəkmiş şəxs5la anaları Nəcimə Babayevanın öldürülməsi cinayətini ictimailəşdirmək qərarına gəldikdə və Təqsirləndirilən şəxs onun yadına düşmüşdür. Belə ki, Təqsirləndirilən şəxs sosial şəbəkədə ona məxsus olan hesabının Daxili İşlər Nazirliyinin rəsmi sosial şəbəkə hesabı tərəfindən izlənildiyini, bu üsulla onun paylaşdığı məlumatlara daha tez reaksiya veriləcəyini bildirmişdir. Paylaşım etdikdən sonra Təqsirləndirilən şəxs müxtəlif səsyazılar göndərməyə başlamış və bu səs yazılarında DİN-nin rəhbər şəxslərinin olduğunu, onların bu işlə maraqlandıqlarını demişdir. Təqsirləndirilən şəxs hər dəfə ayrı-ayrı şəxslərlə görüşməyə gedərkən müəyyən məbləğdə pul vermişlər. 2-3 ay ərzində hissə-hissə olmaqla, təxminən 1000 manat məbləğində pul verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Raul Usubovla münasibətlərinin yaxşı olduğunu, X26 Babayevanın öldürülməsi cinayəti ilə bağlı deyəcəyini, ona bu barədə atasına bildirməsi və atası tərəfindən bu işin nəzarətə götürülməsi üçün tapşıracağını bildirmişdir. Təqsirləndirilən şəxs sadəcə Raul Usubovla görüşü üçün həmin görüşdə çəkiləcək xərcləri qarşılamaq üçün 2 dəfə 500 manat olmaqla, ümumilikdə 1000 manat məbləğində pul vermişdir. Həmçinin Təqsirləndirilən şəxs bir gün Aslan İsmayılovun da bu cinayət hadisəsi ilə maraqlandığını bildirmiş və onları Aslan İsmayılovla görüşdükdən sonra sonuncu onların 7.000 manat pulunu almışdır. Bir müddət sonra Aslan İsmayılovun ona verdikləri pulun qarşılığında heç bir iş görmədiyini hiss edərək pulları geri qaytarmasını istəmişdir. Aslan İsmayılov əvvəlcə ona 3.000 manat məbləğində pul qaytarmış, daha sonra pulun qalanı ilə bağlı ona zəng etdikdə, Təqsirləndirilən şəxs ilə birgə onun yanına gəlməyini demişdir. Aslan İsmayılovla görüşdükdə qalan pulu qaytarmaqla ümumilikdə 6000 manatı qaytarmış, 1000 manat pulun isə Təqsirləndirilən şəxs tərəfindən götürülməsi məlum olmuşdur. 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ilə münasibətləri sonlandırmışlar. Daha sonra qardaşı Zərərçəkmiş şəxs5 Xaçmaz şəhərinə anası Nəcimə Babayevanın öldürülməsi cinayətinin açılması üçün yeni istintaq qrupunun gəldiyini bildirmişdir. Bu məlumatı ona Təqsirləndirilən şəxs demişdir. Təqsirləndirilən şəxs həmçinin, Dövlət Təhlükəsizliyi Xidmətində polvoknik rütbəli, yüksək vəzifəli şəxs ilə danışdığını, həmin şəxsin ona Nəcimə Babayevanın öldürülməsi cinayətinin açılması üçün prezident və nazir tərəfindən göstəriş verildiyini və bu cinayətin qısa müddətə açılmalı olduğunu dediyini bildirmişdi. Təqsirləndirilən şəxs həmin DTX əməkdaşının adının Rövşən olduğunu demiş, lakin onları həmin şəxslə görüşdürməmişdir. 2021-ci ildə Təqsirləndirilən şəxs dələduzluq etdiyini anlamışlar. Daha sonra, Təqsirləndirilən şəxs “Facebook” sosial şəbəkəsi vasitəsilə onların əleyhinə yazılar yazmağa başlamışdır. Bundan başqa, verilən suallara cavab olaraq Gülnarə Həbibova göstərdi ki, Təqsirləndirilən şəxs ona verdikləri pulları telefon vasitəsilə istədikdə o, telefonu söndürmüş, pulları qaytarmamış və bundan sonra ondan şikayətlər etməyə başlamışlar. Təqsirləndirilən şəxs gördüyü işlər üçün pul verilməsini tələb etməmiş, sadəcə yüksək vəzifəli şəxslərlə görüşdükdə yaranan xərcləri qarşılamaq üçün pul istəmişdir. Təqsirləndirilən şəxs onun yazdığı hər yazının qiymətinin 1000 manat olduğunu demişdir. Bunun üçün Təqsirləndirilən şəxs hissə-hissə olmaqla ümumilikdə 6.500 manat məbləğində pul vermişdir. Pulları hər dəfə Xaçmaz mərkəzi bazarında iş otağımda vermişdir. Həmçinin qardaşı Zərərçəkmiş şəxs5 tərəfindən də hissə-hissə olmaqla Cəmil Məmmdəliyə 3.500 manat pul verilmişdir. 2021-ci ilin sonlarında Təqsirləndirilən şəxs vəd verdiyi kimi işlər görmədiyini anlamış və 05 may 2022-ci il tarixdə onun barəsində ilk dəfə dələduzluqla bağlı şikayət etmişdir. Təqsirləndirilən şəxs ilə hər hansı iş görməsi müqabilində pul verəcəkləri ilə razılaşmamışdırlar. Təqsirləndirilən şəxs pulları xidmət haqqı kimi deyil, çəkəcəyi xərcləri qarşılamaq üçün vermişlər. Məhkəmədə zərərşəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə ilk dəfə 09 avqust 2017-ci il tarixdə tanış olmuşdur. Həmin vaxt sahibi olduqları Xaçmaz mərkəzi bazarında xoşagəlməz hadisə baş vermişdir. Təqsirləndirilən şəxs həmin xoşagəlməz hadisə ilə bağlı sosial şəbəkə vasitəsilə “Xaçmaz bazarında nələrsə baş verir aydınlaşdırıb əlavə məlumat verəcəyəm” məzmunlu yazı paylaşdığı barədə məlumat verdilər. Həmin xoşagəlməz hadisə Qurban Sadıxovla bağlı olmuşdur və o, anaları Nəcimə Babayenın ailə üzvləri tərəfindən qətlə yetirilməsi barədə məlumatlar paylaşmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs ilə görüşməyi razılaşdırmış və onunla Xaçmaz mərkəzi bazarında olan iş otağında görüşmüşdür. Bu haqda bacısı Zərərçəkmiş şəxs6 da məlumat vermiş və o, da görüşdə iştirak etmişdir. Təqsirləndirilən şəxs ilə görüşdükləri vaxt onun üzərində “Azadlıq radiousu” yazılı köynək olmuşdur. Təqsirləndirilən şəxs ilə Qurban Sadıxov barəsində söhbət etdikdən sonra bir anda söhbət anaları Nəcimə Babayevanın qətlə yetirilməsi ilə bağlı məsələyə gəlib çıxmışdır. Təqsirləndirilən şəxs həmin qətllə bağlı onda bəzi məlumatlar olduğunu bildirmişdir. Lakin ona əhəmiyyət verməmişlər. Daha sonra, Qurban Sadıxov analarının ölümü ilə bağlı onların ünvanına yenidən şər atdığından bu cinayətin üstünün açılması üçün məsələnin işıqlandırılmasından ötrü Təqsirləndirilən şəxs müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs ilə bacısı Zərərçəkmiş şəxs6 evində görüşmüş, həmin vaxt Gülnarə Rusiyada olmuşdur. Təqsirləndirilən şəxs ilk yazısını 2019-cu ilin mart ayının əvvəllərində paylaşılmışdır. Təqsirləndirilən şəxs qeyd etdiyi mövzuda yazılar paylaşdıqdan sonra onun dostu olan jurnalistlər də həmin yazını paylaşmışlar və bu yazı ictimailəşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs vəzifəli şəxslərin adından istifadə etməyə başlamış və Daxili İşlər Nazirliyində işləyən yüksək vəzifəli polis əməkdaşının səsyazısını onlara göndərmişdir. Təqsirləndirilən şəxs bir müddət sonra etibar əldə edərək pul almağa başlamışdır. Pulları cinayətin açılmasını tezləşdirəcəyi, vəzifəli şəxslərlə görüşəcəyi adı ilə almışdır. Sonra 2020-ci ilin fevral ayında Təqsirləndirilən şəxs ilə mübahisə olmadan uzaqlaşmışlar. Həmin ilin avqust ayının sonlarında Təqsirləndirilən şəxs ona zəng edərək, Xaçmaz şəhərinə anası Nəcimə Babayevanın öldürülməsi cinayətinin açılması üçün yeni istintaq qrupunun gəldiyini bildirmiş və görüşmək istədiyini demişdir. Təqsirləndirilən şəxs ilə görüşdükdə o, Dövlət Təhlükəsizliyi Xidmətində polvoknik rütbəli, yüksək vəzifəli şəxs ilə danışdığını, həmin şəxsin ona Nəcimə Babayevanın öldürülməsi cinayətinin açılması üçün prezident və nazir tərəfindən göstəriş verildiyini və bu cinayətin qısa müddətə açılmalı olduğunu dediyini bildirmişdir. Bu məlumata sevinərək, Təqsirləndirilən şəxs həmin şəxslə onları görüşdürməyi demiş, lakin Cəmil bunun mümkün olmadığını, həmin şəxsin bu cinayətin açılmasını gizli şəkildə həyata keçirdiyini demişdir. Eyni zamanda həmin şəxsin adının Rövşən olduğunu bildirmişdir. Qeyd edilənlərlə bağlı 2020-ci ilin avqust ayından 2021-ci ilin mart-aprel aylarınadək olan dövr ərzində Təqsirləndirilən şəxs hissə-hissə olmaqla, ümumilikdə 3.500 manat məbləğində pul vermişdir. 2021-ci ilin iyul ayında Təqsirləndirilən şəxs ilə sonuncu danışığı olmuşdur. Çünki həmin ərəfələrdə bacısı Zərərçəkmiş şəxs6 Baş Prokurorluğa çağırılmış və müstəntiq X17 mobil telefonunu qanunsuz götürərək, ondan icazəsiz olaraq mobil telefona izləmə proqramı yükləmişdi. Bu hadisəni də Təqsirləndirilən şəxs bilmiş və onunla görüşdükdən sonra Cəmilə inamı itmişdir, çünki ondan da istifadə edildiyini düşünmüşdür. Daha sonra verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs5 göstərdi ki, 2020-ci ilin avqust ayından 2021-ci ilin mart-aprel aylarınadək olan dövr ərzində Təqsirləndirilən şəxs hissə-hissə olmaqla, ümumilikdə 3500 manat məbləğində pul vermiş, eyni zamanda bacısı Zərərçəkmiş şəxs6 tərəfindən 6500 manat məbləğində pul verilmişdir. Həmin işlə bağlı Təqsirləndirilən şəxs elə məlumatlar deyirdi ki, onlara inanmamaq mümkün olmurdu. Belə ki, o, anası Nəcimə Babayeva ilə qatarda gələn şəxslərin siyahısını ona göndərmiş, halbuki, bu məlumatları istintaq orqanında belə görməmişdir. Həmin müddət ərzində Təqsirləndirilən şəxs ilə ya “Whatsapp” mobil tətbiqi vasitəsilə, ya da adi telefon zəngi vasitəsilə danışmışlar. Məhkəmədə zərərşəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onkoloji xəstəlikdən əziyyət çəkdiyi üçün oğlu Zərərçəkmiş şəxs2 onu Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışdır. Bu zaman yolda nişanlanma xətləri çəkildiyi üçün hərəkətdə olan bütün avtomobilləri saxlayırdılar. Zərərçəkmiş şəxs2 «Vaz 2107» markalı avtomobilin yanından yavaşca qabağa keçib dayanmışdır. Bir müddət sonra həmin «Vaz 2107» markalı avtomobilin sürücüsü əvvəllər tanımadığı sonradan Şahid3 kimi tanıdığı şəxs oğlu Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin sürücü tərəfdən şüşəsini döyüb ondan nə üçün onun avtomobilini ötdüyünü soruşmuşdur. Zərərçəkmiş şəxs2 isə onsuzda bütün avtomobillərin dayandığını və s. bildirmişdir. Şahid3 Coşqun Ağabaleyvə ötməni həyata keçirərkən onların avtomobilinə sürtdüyünü bildirmiş, oğluna qarşı nalayiq ifadələr səsləndirməyə başlamışdır. Zərərçəkmiş şəxs2 ona nalayiq ifadələr səsləndirməməyi, avtomobildə qadın olduğunu bildirisə də, Şahid3 buna məhəl qoymamışdır. Şahid3 Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobilin sürücü əyləşən hissəsindən ön qapısını açaraq, Zərərçəkmiş şəxs2 çiynindən tutaraq onu avtomobildən aşağı düşürməyə çalışmışdır. Zərərçəkmiş şəxs2 avtomobildən enərək, onunla söhbət etməyə başlamış və yüksək səslə danışıb mübahisə etməyə başlamışdır. Daha sonra, avtomobildən düşərək Şahid3 onkoloji xəstə olduğunu, xəstəxanaya getməli olduğunu bildirərək, oğlunun onu ötməsinə görə üzr istədiyini bildirmişdir. Şahid3 bu sözlərə də məhəl qoymamışdır. Daha sonra, adını sonradan bildiyi Şahid2 oğlu Zərərçəkmiş şəxs2 qollarını tutduğunu, Təqsirləndirilən şəxs isə onu vurduğunu gormuşdür. Həmin vaxt Təqsirləndirilən şəxs köynəyindən tutaraq, ona nalayiq ifadə səsləndirirək, oğlunu buraxmalarını bildirmişdir. Təqsirləndirilən şəxs də çevrilərək onun üz nahiyəsinə zərbə vurmuş, daha sonra yenidən onun əməliyyat edildiyi sağ çiyin nahiyəsinə zərbə endirmişdir. Ardınca Təqsirləndirilən şəxs əli ilə saçını yolub dartaraq onu sürümüş və sonra ətrafdakı şəxslər onları ayırmışdırlar. Daha sonra, verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs1 göstərdi ki, Təqsirləndirilən şəxs gələnədək Şahid2 onun oğlunu vurmamışdır. Şahid2 ümumiyyətlə oğlunuu vurduğunu görməmişdir. Onu Təqsirləndirilən şəxs əvvəlcə üz, daha sonra sağ çiyin nahiyəsində vurmuşdur. Dava dalaş təxminən 20 dəqiqə çəkmişdir. Baş vermiş hadisə ilə bağlı səhərisi gün müayinədən keçmişdir. Hadisə 15 dekabr 2022-ci il tarixdə günorta saatlarında baş vermişdir. Məhkəmədə zərərşəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, hadisə baş verdiyi gün anası Zərərçəkmiş şəxs1 Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışdır. Həmin vaxtı «Vaz 2107» markalı avtomobili ötmə əməliyyatı edərək keçmişdir. Buna görə həmin maşını idarə edən sonradan adını bildiyi Şahid3 onun avtomaşının şüşəsini döyərək mübahisə etməyə başlamış və onun avtomaşınını sürtdüyünü demişdir. Şahid3 nalayiq ifadələr səsləndirməyə başladıqda avtomobildə qadın olduğunu, nalayiq ifadələr səsləndirməməsini demiş, lakin o, buna məhəl qoymamışdır. Bundan sonra Şahid2 və Təqsirləndirilən şəxs avtomobildən düşmüşlər. Birinci dəfə Təqsirləndirilən şəxs onu vurmuşdur. Sonra Şahid2 onun qolundan tutmuşdur. Təqsirləndirilən şəxs ona 1 ya 2 dəfə yumruqla zərbə endirmişdir. Daha sonra, verilən sualara cavab olaraq Zərərçəkmiş şəxs2 göstərdi ki, mübahisə təxminən 15 dəqiqə çəkmişdir. Hadisə zamanı xəsarət almamış, sadəcə boğazında iz qalmışdır. 15 dekabr 2022-ci il tarixdə müvafiq polis orqanına şikayət etdikdən sonra 20 dekabr 2022-ci il tarixdə də şikayət etmişdir. Şikayət etdiyi gün ondan izahat alınmışdır. Hadisə baş verdiyi vaxt ətrafda çoxlu adamlar olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 15 dekabr 2022-ci il tarixdə saat 11:00-12:00 radələrində Təqsirləndirilən şəxs Şahid3 və özü avtomobil ilə Bakı şəhərinə yola düşmüşlər. Avtomobili Şahid3 idarə etmişdir. Təqsirləndirilən şəxs sağ ön oturacaqda, o, isə arxada əyləşmişdir. “Lukoyl” yanacaqdoldurma məntəqsinin qabağında «Mercedes» markalı avtomobilin sürücüsü onların avtomobilin yanından düzgün ötmə əməliyyatı aparmayaraq ötərkən onun idarə etdiyi avtomobil Şahid3 idarə etdiyi avtomobilin ön hissəsinə sürtülmüşdür. Şahid3 də avtomobildən düşərək, adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 üzərinə qışqıraraq ona irad bildirmişdir. Zərərçəkmiş şəxs2 də ona sərt formada cavab vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobildən enərək, Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobildə qadın olduğunu bildirərək, Şahid3 nalayiq ifadələr səsləndirməməyi tapşırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs2 Şahid3 nalayiq ifadə səsləndirərək, yumruq zərbəsi endirmişdir. Bundan sonra dava yaranmışdır. Şahid4 adlı şəxs Təqsirləndirilən şəxs, özü isə Zərərçəkmiş şəxs2 sakitləşdirərək, bir-birilərindən uzaqlaşdırmışdır. Daha sonra, Şahid2 verilən suallara cavab olaraq göstərmişdir ki, hadisənin videogörüntülərini İbrahim, Rafael və Alim adlı polis əməkdaşları qeydə almışlar. Mübahisə təxminə 30 dəqiqə ərzində davam etdmişdir. Lakin, mübahisənin dava hissəsi isə 1 dəqiqə müddətində davam etmişdir. Hadisə baş verən zaman ətrafda insanlar olmuşdur. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsasən 15 dekabr 2022-cİ il tarixdə gündüz təxminən saat 12-13 radələrində Şahid3 idarə etdiyi «Vaz 2107» markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə yola düşmüşlər. Maşını Anar idarə etmişdir. Təqsirləndirilən şəxs qabaqda sürücü Anarın yanındakı oturacaqda, o, isə arxada sağ tərəfdə əyləşmişdir. Anar idarə etdiyi avtomobil ilə Xaçmaz şəhəri Əliağa Vahid küçəsi ilə «Şimal mol» ticarət mərkəzinin yaxınlığından Bakı prospekti istiqamətində hərəkət edib Bakı şəhəri istiqamətində dönmək istəmişdir. Xaçmaz şəhəri Bakı prospekti ilə Əliağa Vahid küçələrinin kəsişməsində olanda əvvəllər tanımadığı sonradan polisdə şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs2 idarə etdiyi «Mersedes» markalı **-MF-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onların maşının yanından düzgün ötmə əməliyyatı aparmayaraq ötüb, onlar istiqamətə dönərkən Anarın idarə etdiyi avtomobilin qabaq sol buferini və sol qanadını yüngülvari sürtmüşdür. Anar maşını saxlayıb həmin maşının sürücüsü olan qeyd etdiyim kimi əvvəllər tanımadığı sonradan polisdə şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs2 irad bildirmək üçün əvvəl özü, sonra isə Cəmil maşından yerə düşmüşlər. Onlar Coşqunla söhbətə başlayan zaman, aralarında mübahisə baş verdiyini görüb o, onlara yaxınlaşmışdır. Coşqun nalayiq söyüş söydüyü üçün Cəmil həmin vaxtı Coşqunu yumruq və təpiklə vurmuşdur. O və ətrafda olan tanımadığı şəxslər onları sakitləşdirərək ayırmağa başlamışlar. Həmin vaxtı Coşqunun yanında əvvəllər tanımadığı sonradan polisdə şəxsiyyəti ona məlum olan anası Zərərçəkmiş şəxs1 olmuşdur. O, Coşqunu arxa tərəfdən tutub kənarlaşdırmaq istəyən zaman boyu bir qədər kiçik olduğundan boğaz nahiyəsi əlinə keçmiş və sol əli ilə Coşqunun boğazından yapışaraq bir qədər kənara aparmağına onlara çıxın gedin deməyinə baxmayaraq Cəmil yenidən Coşqunun üstünə gəlmişdir. Cəmil də Coşqunun üzündən əli ilə, başından isə yumruqla vurmuşdur. Həmin vaxtı maşından düşən Coşqunun anası X15 döydüyü üçün söyməyə başlamışdır. Cəmil də əsəbiləşib şillə ilə Aygünün sifətinin sol tərəfindən vurmuş, sonra əli ilə saçını yolub dartaraq sürümüş, həmin vaxtı Cəmil əli ilə Aygünün sinəsindən və başının sol tərəfindən vurmuşdur. Bu zaman ətrafda olan şəxslər yaxınlaşaraq onlan onlardan ayırmağa çalışmışlar, Coşqun və anası Aygün maşına əyləşib çıxıb getmişlər. Bundan sonra onlar da çıxıb etmişlər. (Cild 3, iş vərəqləri 7-10) Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, usta kimi avtomobil təmiri ilə məşğul olur və hadisə günü də eyni işlə məşğul olmuşdur. Bu zaman çöldə səs-küy eşitmişdir. Təxminən 30 dəqiqə ərzində mübahisə davam etmişdir. Avtomobilini təmir etdiyi müştəri Təqsirləndirilən şəxs də mübahisə edənlərin içərisində olmuşdur. Təqsirləndirilən şəxs əvvəlcədən tanıdığı üçün hadisə yerinə yaxınlaşaraq onları ayırmağa başlamışdır. Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsinə əsasən Cəmil Məmmdəlinin sonradan sonradan Aygün və Coşqun kimi tanıdığı şəxslərlə münaqişə edərək dalaşdığını görmüşdür. Həmin zaman Aygün adlı qadın Cəmili nalayiq söyüşlərlə söydüyünə görə Cəmil də onları yəni Aygün və Coşqunu yumruqla vururmuşdur. O, bu dalaşmanın qarşısını almaq məqsədilə Cəmilə yaxınlaşaraq onu ayıraraq kənara yəni “Şimal Mol” ticarət mərkəzi tərəfinə aparmışdır. Lakin Cəmil yenə də onun yanından qaçaraq Coşquna yaxınlaşıb yumruqla onun sifət və baş nahiyəsinə zərbələr endirmişdir. O, yenə də Cəmilə yaxınlaşıb onu ayırmaq istəyərkən Cəmil orada olan Coşqunun anası Aygünün saçından yapışaraq baş nahiyəsinə zərbələr vurmuşdur. Bundan sonra, Cəmilin qolundan yapışıb, oradan ayaralayaraq onu kənara yəni “Şimal Mol” ticarət mərəkəzi tərəfinə aparmışdır. Aygün adlı qadın oğlu Coşqunla birlikdə “Mersedes" markalı avtomobilə əyləşərək çıxıb getmişlər. Həmin dalaşma ümumilikdə təxminən 10 dəqiqə davam etmişdir və bundan sonra o, da İşlədiyi sexə qayıdmışdır. getmişdir. (Cild 3, iş vərəqləri 48-49) Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 15 dekabr 2022-ci il tarixdə günorta saat 12:00 radələrində idarə etdiyi avtomobil ilə Cəmil Məmmdəli və Şahid2la Bakı şəhərinə yola düşmüşlər. Çünki Təqsirləndirilən şəxs həmin gün saat 14:00-da Bakı şəhərində keçirilən tədbirdə iştirak etməli olmuşdur. Xaçmaz şəhərində yolların nişanlanması həyata keçirildiyindən, həmin ərazidə bütün avtomobillər asta sürətlə hərəkət etmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes” markalı avtomobil ilə ötmə əməliyyatını həyata keçirən zaman idarə etdiyi avtomobil ilə mənim idarə etdiyim avtomobilin ön hissəsini sürtmüşdür. Lakin, bu hal Zərərçəkmiş şəxs2 üçün əhəmiyyət kəsb etməmişdir. Zərərçəkmiş şəxs2 isə üzr istəmək əvəzinə onunla sərt formada danışmışdır. Daha sonra, Təqsirləndirilən şəxs avtomobildən enərək gəlmiş və ona nalayiq ifadələr səsləndirməməyimi, Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobildə qadın olduğunu bildirmişdir. Ardınca Zərərçəkmiş şəxs1 avtomobildən enərək xəstəxanaya getdiklərini demişdir. Bundan sonra, özü Zərərçəkmiş şəxs2 qucaqlayaraq avtomobilə doğru aparmışdır. Lakin, Zərərçəkmiş şəxs2 sakitləşməmişdir. Təqsirləndirilən şəxs də Zərərçəkmiş şəxs2 sakitləşdirməyə çalışmışdır. Zərərçəkmiş şəxs2 nalayiq ifadələr səsləndirmiş, bundan sonra Təqsirləndirilən şəxs ona 1 və ya 2 dəfə zərbə endirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 da vurmuşdur. Şahid2 Zərərçəkmiş şəxs2 qolundan tutmamışdır. O, sadəcə Zərərçəkmiş şəxs2 oradan uzaqlaşdırmaq istəmişdir. Bundan başqa, məhkəmədə ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirən Şahid3 bilavasitə hadisə ilə əlaqdar göstərmişdir ki, Coşqun nalayiq söyüş söydüyü üçün Cəmil həmin vaxtı Coşqunu yumruq və təpiklə vurmuşdur. O və ətrafda olan tanımadığı şəxslər onları sakitləşdirərək ayırmağa başlamışlar. Vüsal Coşqunu arxa tərəfdən tutub kənarlaşdırmaq İstəyən zaman sol əli ilə Coşqunun boğazından yapışaraq bir qədər kənara aparmağına onlara çıxın gedin deməyinə baxmayaraq Cəmil yenidən Coşqunun üstünə gəlmişdir. Cəmil də Coşqunun üzündən əli ilə, başından isə yumruqla vurmuşdur. Coşqunun anası X15 döydüyü üçün söyməyə başlamışdır. Cəmil də əsəbiləşib sillə ilə Aygünün sifətinin sol tərəfindən vurmuş, sonra əli ilə saçını yolub dartaraq sürümüş, həmin vaxtı Cəmil əli ilə Aygünün sinəsindən və başının sol tərəfindən vurmuşdur. Bu zaman ətrafda olan şəxslər yaxınlaşaraq onları onlardan ayırmağa çalışmışlar, Coşqun və anası Aygün maşına əyləşib çıxıb getmişlər. Bundan sonra onlar da çıxıb getmişlər. Onu da qeyd edir ki, o, dalaşmada iştirak etməmiş, Coşqunu ayırmışdır. Həmin vaxtı nə o, nə də Şahid2 Coşqunu nə də ki anası Aygünü vurmamışlar, onlara heç bir xəsarət yetirməmişlər. Onlar da onlara heç bir xəsarət yetirməyiblər. Bütün bu hallar, yəni mübahisə 15 dekabr 2022-ci il tarixdə saat 12-13 radələrində təxminən 15-20 dəqiqə ərzində Xaçmaz şəhəri Bakı prospekti ilə Əliağa Vahid küçələrinin kəsişməsində, «Şimal mol» ticarət mərkəzinin yaxınlığında baş vermişdir. Zərərçəkmiş şəxs1 düz danışmır o, Coşqunun yaxasından yapışmamışdır. (Cild 3, iş vərəqləri 12-15) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi və mümkünlüyü üzrə qiymətləndirilməklə sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 15 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 həmin tarixdə özünün və oğlu Zərərçəkmiş şəxs2 avtomobil ilə hərəkət edərkən “Şimal Mall” ticarət mərkəzinin yaxınlığında naməlum şəxslər tərəfindən döyüldüklərini göstərmişdir. 20 dekabr 2022-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 də 15 dekabr 2022-ci il tarixdə döyülməsi ilə bağlı şikayət etmişdir. (Cild 1, iş vərəqləri 5-7) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibb ekspertizasının 20 dekabr 2022-ci il tarixli, 693 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 onun məhkəmə-tibbi müayinəsi zamanı “boyunun sağ tərəfinin qançırı, ənsə nahiyəsinin yumşaq toxumalannın şişkinliyi” kimi bədən xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqlan üçün dərəcəsi təyin edilmir. (Cild 1, iş vərəqi 27) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan məhkəmə-tibb ekspertizasının 20 dekabr 2022-ci il tarixli, 692 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 onun məhkəmə-tibbi müayinəsi zamanı “sol təpə nahiyəsinin hemotoması, döş qəfəsinin sağ-ön tərəfinin qançırı” kimi bədən xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (Cild 1, iş vərəqi 28) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq olunan “Əşyaya baxış keçirilməsi və götürülmə aparılması haqqında " 08 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 istintaqa Təqsirləndirilən şəxs onu və anası Zərərçəkmiş şəxs1 qızına xəsarət yetirməsi halını özündə əks etdirən bir ədəd “DVD” formatlı disk təqdim etmişdir. Tərtib edilmiş protokoldan görünür ki, baxış zamanı müəyyən olunmuşdur ki, 15 dekabr 2022-ci il tarixdə Xaçmaz şəhəri Bakı prospekti ilə Əliağa Vahid küçələrinin kəsişməsində “Şimal Mol" ticarət mərkəzinini yaxınlığında Cəmil adlı şəxs Zərərçəkmiş şəxs2 və anası Zərərçəkmiş şəxs1 ilə münaqişə edərkən küçədə ictimai qaydanı kobud surətdə pozaraq nalayiq ifadələr işlətməklə ətrafdakı şəxslərin ona yaxınlaşaraq onu sakitləşdirməsinə məhəl qoymarayaq Coşqun Ağapbalayev və anası Zərərçəkmiş şəxs1 ilə dalaşmaqla cəmiyyətə açıqca hörmətsizlik göstərir. Münaqişənin bir hissəsi, yəni 01:03 saniyədə çəkilmiş videogörüntülərdən görünür ki, münaqişə Xaçmaz şəhəri Bakı prospekti ilə Əliağa Vahid küçələrinin kəsişməsində baş verir və həmin yerə çoxlu sayda adamların toplaşması müşahidə olunur. Münaqişənin əvvəllərində Xaçmaz rayon sakini Şahid3 Zərərçəkmiş şəxs2lə mübahisə etməsi görünür. Orada Təqsirləndirilən şəxs “Mersedes” markalı avtomobilin sol yan hissəsində dayanmış Zərərçəkmiş şəxs2 hücum edərək onu yumruq və təpiklə vuraraq döyərkən anası Zərərçəkmiş şəxs1 onları sakitləşdirmək istəyir, bu zaman Təqsirləndirilən şəxs ona da zərbələr endirir. Bu zaman Vüsal adlı şəxs Zərərçəkmiş şəxs2 arxasına keçərək onun boğaz nahiyəsindən yapışıb onu oradan bir neçə metr uzaqlaşdırır. Bundan sonra ətrafda olan digər şəxslər Cəmil sakitləşdirib və oradan bir qədər uzaqlaşdırırlar.Buna baxmayraq Cəmil ətrafda olan şəxslərə məhəl qoymayaraq yenə də Zərərçəkmiş şəxs2 üzərinə hücum edərək yumruq və təpiklə ona zərbələr endirməklə sonradan isə onları ayırmağa çalışan Coşqunun Ağabalayevin anası Zərərçəkmiş şəxs1 da zərbələr endirib və onun saçından əli ilə tutaraq dartır. (Cild 1, iş vərəqi 46) Həmin 01 ədəd “DVD” formatlı disk iş üzrə ibtidai istintaq orqanının qərarı ilə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Qeyd olunan diskə məhkəmədə tərəflərin iştirakı ilə baxılarkən müəyyən edildi ki, “Əşyaya baxış keçirilməsi və götürülmə aparılması haqqında" 08 yanvar 2023-cü il tarixli protokolda qeyd olunan hallar videogörüntülərdə öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs5 və Gülnarə Həbibova tərəfindən yazılmış müvafiq olaraq 09 dekabr 2022-ci və 11 aprel 2023-cü il tarixli ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə 10.000 manat məbləğindən pullarının talanması barədə şikayət etmişlər. (Cild 1, iş vərəqi 132; Cild 2, iş vərəqi 235) Cinayət işinin materiallarında olan “Watsapp” mobil internet proqramından edilən “screen” şəkillərindən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəli istifadəçi adı ilə zərərçəkmişlər Gülnarə və Zərərçəkmiş şəxs5lara onların anaları X5 qətlə yetirilməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə cinayəti törətmiş şəxs (şəxslərin) müəyyən edilib cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı onda məlumatlarının olması, hüquqmühafizə orqanlarının vəzifəli şəxsləri ilə əməkdaşlıq etməsi və istintaq orqanına təsir göstərmək imkanlarının olması ilə bağlı yalan vədlər vermişdir. (Cild 2, iş vərəqləri 156- 179) Yuxarıda qeyd olunan sübutların məcmusunə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 221.2.2-ci maddələrinin olması zərərçəkmiş və şahidlərin ifadələri, ekspert rəyləri, video görüntülər, eləcə də digər obyektiv sübutlarla kifayət qədər təsdiqini tapmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin (müdafiə tərəfinin) dələduzluq və xuliqanlıq cinayətlərinin onun tərəfindən törədilməməsi, ona qarşı zərərşəkmiş şəxslər Fuad və Gülnarə Həbibovların yalan ifadələr verməsi, ona qarşı provokasiya edilməsi, əsassız olaraq cinayət işinin başlanılması, dələduzluq cinayətinin mövcud olmaması, xuliqanlıq cinayətinin əvəzində isə yalnız döymə əməlinin olması ilə bağlı ifadəsində göstərdiyi xüsusatları, gətirdiyi dəlilləri və müdafiə tərəfinin irəli sürdüyü fikirləri, təqsirləndirilən şəxsin müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir. Məhkəmə həmçinin şahidlər Şahid2 və Şahid4 ibtidai istintaq zamanı verdikləri ifadələrini işin faktiki hallarına uyğun olan daha obyektiv ifadələr kimi qəbul edir, onların məhkəmə istintaqı zamanı verdikləri, təqsirləndirilən şəxsin əməlllərinin yüngülləşdirilməsinə xidmət edən ifadələrini isə dostluq və tanışlıq münasibətlərində olduqları təqsirləndirilən şəxsin məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmiş cəhd kimi qiymətləndirir. Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə ittiham verilmişdir ondan ötrü ki, o, təkrarən Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını, yəni pul vəsaitini hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 kürəkəni X9 təsisçisi olduğu "xxxx" MMC tikinti şirkəti tərəfindən tikinti işləri aparılan zaman yolların yararsız vəziyyətə salınması barədə vətəndaşların şikayətini işıqlandırmaq, bununla bağlı məqalə dərc etmək, veriliş hazırlamaq və bu haqda həqiqətə uyğun olmayan məlumatları sosial şəbəkədə yerləşdirməklə kürəkəni Məhəmməd Musayevin ləkələnəcəyi ilə hədələyib 200 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs4 deyilənləri real və həyata keçirilə bilən hədə kimi qəbul etdiyindən kürəkəni Məhəmməd Musayevin əsl həqiqətdə yolları yararsız vəziyyətə salmadığını bilsə də, bu həqiqətə uyğun olmayan məlumatlar sosial şəbəkədə yerləşdiriləcəyi halda Məhəmməd Musayevin rüsvay olacağından ehtiyat etdiyi üçün 80 manat pul verə biləcəyini bildirdiyindən, 2021-ci ilin oktyabr ayında Zərərçəkmiş şəxs4 ünvan 4 ünvanında yerləşən ofisində hissə-hissə olmaqla sonuncunun ümumilikdə 80 manat pulunu hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Həmçinin Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, o, təkrarən Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərərçəkmiş şəxsin yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını, yəni pul vəsaitini hədə-qorxu ilə tələb edib ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs3 "Yeni Azərbaycan Partiyası”nın Xaçmaz, Rayon Təşkilatının sədri vəzifəsində işləyən atası X2 Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunacağı barədə həqiqətə uyğun olmayan məlumatları sosial şəbəkədə yerləşdirməklə həmin məlumatın sosial şəbəkələrdə geniş yayılacağı ilə hədələyib 100 manat pul tələb etmiş, Zərərçəkmiş şəxs3 deyilənləri real və həyata keçirilə bilən hədə kimi qəbul etdiyindən əsl həqiqətdə atası X2 Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmayacağını bilsə də, bu həqiqətə uyğun olmayan məlumatlar sosial şəbəkələrdə geniş yayılacağı halda atası Məhəmməd Musayevin təkəbbürlü və iddialı insan olması barədə cəmiyyətdə mənfi fikir formalaşdırılmaqla rüsvay olacağından ehtiyat etdiyi üçün pul verməyə razılıq verdiyindən, 2022-ci ilin yay aylarının axırlarında Xaçmaz şəhəri Bakı prospektində yerləşən «Lukoil» yanacaq doldurma məntəqəsinin yanında yerləşən çayxanada Zərərçəkmiş şəxs3 100 manat pulunu hədəqorxu ilə tələb edərək ələ keçirmişdir. Təqsirləndirilən şəxsin ittihamın qeyd edilən epizodları üzrə əməllərinin hüquqi tövsifi ilə bağlı məsələlərinin təhlilindən öncə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına istinad edərək qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qeyd edilənlərə əsasən məhkəmə xüsusi vurğulayır ki, təqsirləndirilən şəxsin hərəkətlərinin onun törətdiyi cinayət əməllərinə münasibətdə cinayət qanunun normasına uyğun, düzgün tövsif edilməsi ədalətli məhkəmə qərarlarının qəbul edilməsinə zəmin yaradır ki, bu da öz növbəsində ayrı-ayrı şəxslərin pozulmuş hüquq və azadlıqların bərpası, cinayət qanunvericiliyinin təməlini təşkil edən qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinə əməl edilməsi ilə nəticələnir. Məhkəmə təsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən verilmiş ittihamı təhlil edərək qeyd edir ki, istintaq orqanın təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə verilmiş ittihama münasibətdə əməllərinin hüquqi tövsifi ilə bağlı gəldiyi nəticə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamış, bu orqanın özünün topladığı sübutlar belə şübhə doğurmaqla yanaşı, bu hissədə verilmiş ittiham mahiyyətcə də qüsurlu olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələrini istisna edən maddi və prosessual əsaslar mövcuddur. İttihamın sözü gedən epizodları ilə əlaqədar maddi normaları istisna edən əsaslarla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasına əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə kimi aktiv hərəkətlərdən ibarətdir. Başqa, sözlə bu cinayətin hərəkətsizliklə törədilməsi istisna edilir, təqsirkar şəxs ya zor göstərmə, ya rüsvayedici məlumatlar yayma, ya da ki, əmlakın tələf etmə hədəsi ilə özgənin əmlakını hədə qorxu ilə tələb etdiyi halda əməlində cinayət tərkibi yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 7.0.32-ci maddəsi yaxın qohumların konkret və məhdud dairəsini müəyyən etmişdir. Həmin maddənin tələbinə əsasən yaxın qohumlar dedikdə — babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr nəzərdə tutulur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə irəli sürülmüş ittihamın Zərərçəkmiş şəxs4lə bağlı epizoduna əsasən istintaq orqanının ehtimalları belə olmuşdur ki, Təqsirləndirilən şəxs ilə əlbir olması iddia edilən Şahid1 Zərərçəkmiş şəxs4 yaxın qohumu olmayan kürəkəni Məhəmməd Musayev barəsində, onun təsisçisi olduğu "xxxx" MMC tikinti şirkəti tərəfindən tikinti işləri aparılan zaman yolların yararsız vəziyyətə salınması barədə vətəndaşların şikayətini işıqlandırmaq, bununla bağlı məqalə dərc etmək, veriliş hazırlamaq və bu haqda həqiqətə uyğun olmayan məlumatları sosial şəbəkədə yerləşdirməklə rüsvayedici məlumatların yayılması ilə hədələyərək pul tələb etmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi cinayətin əlavə obyekti kimi qəsdin təqsirləndirilən şəxsin özü və ya yaxın qohumunun şərəf və ləyaqətinə yönəldilməsini tələb etdiyi halda, verilmiş ittihamda cinayət tərkibinin yaranması üçün əlavə obyekt qismində nə zərərçəkmiş şəxsin özünün, nədə ki, yaxın qohumunun şərəf və ləyaqətinə yönəlmiş qəsd mövcud olmamışdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə irəli sürülmüş digər epizod üzrə də, yəni Zərərçəkmiş şəxs3la bağlı da epizod üzrə də ittiham qüsurludur. Belə ki, Zərərçəkmiş şəxs3 atası X7 Rayon İcra Hakimiyyətinin başçısı kimi mötəbər və şərəfli vəzifəyə təyin edilməsi ehtimalı ilə bağlı Şahid1 sosial şəbəkədə hər hansı bir yazı yazmasını istintaq orqanın rüsvayedici məlumat kimi qiymətləndirməsi də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182-ci maddəsinin dispozisiyasına ziddir. İstintaq orqanı ən azından bu kimi məlumatları rüsvayedici məlumat kimi qiymətləndirərkən, həmin məlumatları çap edərək iş materiallarına əlavə etməmiş, yazının harada yazılmasını qeyd etməklə tam mətnini təsvir etməmiş, yazıların şərəf və layaqəti alçaldan, rüsvayedici məlumatlar kimi dəyərləndirilməsindən ötrü müvafiq ekspertiza təyin etməmişdir. Bundan başqa, verilmiş ittiham istintaq orqanının özünün müəyyən etdiyi işin hallarına uyğun deyildir. Belə ki, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs3 özü atasının icra başçısı təyin ediləcəyi ilə bağlı Şahid1 “facebook” sosial şəbəkəsində yazısını görüb həmin yazının silinməsi üçün Şahid1 dostu Təqsirləndirilən şəxs vasitəsi ilə tapmış və bu yazının silinməsini xahiş edərək Şahid1 100 manat məbləğində pul vermişdir. Görünüdüyü kimi nə Təqsirləndirilən şəxs, nə də ki, Şahid1 atası barədə rüsvayedici məlumatların yayılması ilə bağlı Zərərçəkmiş şəxs3 hədə-qorxu ilə hər hansı bir məbləğdə pul tələb etməmiş, 100 manat məbləğində pul Zərərçəkmiş şəxs3 tərəfindən mövcud yazının silinməsi üçün sonradan verilmişdir. Eyni ilə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs4lə bağlı ittihamın epizodundan da görünür ki, nə Təqsirləndirilən şəxs, nə də ki, Şahid1 kürəkəni barədə rüsvayedici məlumatların yayılması ilə bağlı Zərərçəkmiş şəxs4 hədə-qorxu ilə hər hansı bir məbləğdə pul tələb etməmişlər, Zərərçəkmiş şəxs4 özü Şahid1 taparaq kürəkəni barədə hər hansı bir yazının yazılmamasını xahiş edərək bunun üçün 80 manat pul vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə 2 epizoddan ibarət verilmiş ittihamda onun Şahid1la əlbir olmasını göstərilsə də, məhz Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv tərəfinə aid hansı əməllərin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini ümumiyyətlə təsvir belə etməyən istintaq orqanı verilmiş ittihamın mətnində qabaqcadan əlbir olan bir qrup şəxs halında törədilən cinayətdə təqsirləndirilən şəxslərin rol bölqüsü müəyyən etməmiş, onların hər birinin törətdiyi cinayət əməlini və əldə etdiyi gəliri fərdilədirməmişdir. Halbuki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 223.3.2 və 289.3.1-ci maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda və ittiham aktının təsviri-əsaslandırıcı hissəsində cinayətin törədildiyi yer, vaxt, törədilmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti öz əksini tapmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124.1 və 124.1.2-ci maddələrinin tələblərinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. Həmin Məcəllənin 125.1-ci maddəsinin tələblərinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Məhkəmə, cinayət prosessual qanunvericiliyinin həmin müddəalarını rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə 2 epizoddan ibarət verilmiş ittihamın müvcudluğunu təsdiq edən prosessual əsaslara gəldikdə, ittiham tərəfi həmin epizodları təsdiq edən yeganə sübut kimi məhkəməyə Şahid1 ifadəsini təqdim edə bilmişdir ki, həmin ifadə də özüözlüyündə ziddiyyətli və mötəbərliyinə əsaslı şübhələr olan sübutdur. Digər bir tərəfdən ittiham tərəfi Şahid1 sözlərinə istinad edən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ifadələrini dolayı sübut kimi məhkəməyə təqdim etməyə çalışmışdır ki, bu ifadələr də yalnız Şahid1 təqsirini təsdiq etmiş, Təqsirləndirilən şəxs münasibtədə isə ziddiyyətli olmaqla yanaşı, məhkəmə istintaqı zamanı həmin şəxslər tərəfindən təkzib olunmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirini təsdiq edən sübutlar kimi məhkəməyə ittiham tərəfinin təqdim etdiyi dəlilləri təhlil edib hüquqi qiymət verərək aşağıdakı əsaslara görə hesab edir ki, təqsirləndirilən şəxsin ittihamın qeyd edilən epizodları üzrə təqsirini təsdiq edən hər hansı bir mötəbər sübut mövcud deyildir. Belə ki, ittihamın bu epizodları ilə bağlı məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, Şahid1 o, jurnalist kimi tanımış, lakin onunla heç bir vaxt işləməmişdir. Zərərçəkmiş şəxs3 ona zəng edərək, Şahid1 tanıyıb-tanımadığını soruşmuş və o, isə dostluq münasibətlərində olduğu Cavidə Dəyanəti tanıdığını bildirmişdir. Zərərçəkmiş şəxs3 Şahid1 onun atası barədə yalan məlumatlar yazdığını, onunla görüşmək istədiyini bildirmişdir. Buna görə o, Xaçmaz rayonunda çayxanada onların görüşünü təşkil etmiş və sonra çıxıb getmişdir. Zərərçəkmiş şəxs3 Şahid1 pul verib-verməməsi və nə qədər pul verməsindən onun xəbəri olmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs göstərmişdir ki, Zərərçəkmiş şəxs4 oturduğu ofisi onun yaxınlığında yerləşir. Dəyanət Məmməmmədov ondan Zərərçəkmiş şəxs4 barədə soruşmuş və təsadüfən həmin vaxt çayçıdan çıxarkən Zərərçəkmiş şəxs4 gəlməsini görmüşlər. Buna görə Zərərçəkmiş şəxs4 Şahid1 göstərməklə Nazim Ağayevin əmisi oğlu olduğunu demiş və onların ikisini bir yerdə buraxaraq çıxıb getmişdir. Daha sonra, o, qeyd etmişdir ki, Zərərçəkmiş şəxs3la o, dost olmuş, ehtiyacı olduqda Caviddən pul istəyə bilərdi və Caviddə həmin məbləğdə pulu ona verə bilərdi. Buna görə Şahid1 vasitəsi ilə Caviddən 100 manat pul alıb aralarında bölüşdürülməsi tamamilə əsassızdır. Eyni ilə Zərərçəkmiş şəxs4 də Dəyanət Məmmmədovun 80 manat pul alması və aralarında bğlüşdürlməsi tamamilə əsassızdır. Ona qarşı bu ittihamlar Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, onların vəkili Nümayəndə1, Xaçmaz Rayon Polis Şöbəsinin rəisi Həmid Həsənov və Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Rəfail Cəfərov tərəfindən hazırlanmışdır. Məhəmməd Musayevin yolları yararsız vəziyyətə salması ilə bağlı onun qaynatası Zərərçəkmiş şəxs4 pul alması ilə bağlı Şahid1la əvvəlcədən heç bir sövdələşmə aparmamışdır. Şahid1 bu kimi əməllərə görə əvvllər 2 dəfə tutulmuşdur. İbtidai istintaq zamanı verdiyi bütün ifadələr də Təqsirləndirilən şəxs oxşar məzmunlu xüsusatları göstərməklə qeyd etmişdir ki, o, Dəyanəti jurnalist fəaliyyəti ilə məşğul olan bir şəxs kimi tanımışdır. Lakin o, Şahid1 deməmişdir ki, X14 tikinti aparan zaman yolları yararsız vəziyyətə salmasına və vətəndaşlar ondan şikayət etməsinə görə onun qaynatası Zərərçəkmiş şəxs4 zəng edib ondan pul alsın. O, sadəcə olaraq 2021-ci ilin oktyabr ayında ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs4 ofisi olan yerdə Ağasalamla Dəyanəti tanış etmiş və çıxıb getmişdir. Şahid1 Zərərçəkmiş şəxs4 pul alıbalmamasından onun məlumatı olmamış, Dəyanət bununla bağlı ona pul verməmişdir. Bundan əlavə, o, göstərmişdir ki, Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri X4 Balaqadaşov onun dostudur. 2022-ci ilin yay aylannda Cavid onunla əlaqə saxlayıb Şahid1 tanıyıb-tanımadığını soruşmuşdur. O, da Cavidə Şahid1 tanıdığını demişdir. Cavidin xahişi əsasında o, X21 şəhəri Bakı prospektində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında yerləşən çayxanada görüşdürmüşdür. Lakin işi olduğundan onların yanında dayanmamış və çıxıb getmişdir. Dəyanətlə Cavidin nə barədə söhbət etdiklərini o, bilməmişdir. O, Caviddən Dəyanət vasitəsi ilə Caviddən pul almamış, Dəyanətin Caviddən 100 manat pul almasından məlumatı olmamış və həmin puldan 50 manatını Dəyanət ona verməmişdir. Həmçinin Dəyanətə heç vaxt deməmişdir ki, Cavidin atasının Xaçmaz rayon icra hakimiyyətinin başçısı olacağını yazsın. İbtidai istintaq zamanı Şahid1la Cəmil Məmmmədli arasında keçirilən üzləşdirmə zamanı sonuncu ifadəsində göstərdiyi xüsusatları onun üznə qarşı deməklə onunla əlbir olmadığını və hədə-qorxu ilə tələb etməklə pul əldə edib Şahid1la bölüşmədiyini demişdir. (Cild 3, iş vərəqləri 20-27) Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, əvvəllər jurnalist fəaliyyəti ilə məşğul olmuş, lakin təqribən 1 il müddətdir ki, jurnalist fəaliyyəti ilə məşğul olmur. Zərərçəkmiş şəxs4 o, tanımamış, onları Təqsirləndirilən şəxs tanış etmiş, nömrəsini də o, vermişdir. Təqsirləndirilən şəxs ona tikinti şirkətinin rəhbəri tərəfindən tikinti həyata keçirilən zaman yolların dağıdılmasını, yollarda problem yarandığını deməklə Zərərçəkmiş şəxs4 adlı şəxsin həmin tikinti şirkətinin rəhbərinin qayınatası olduğunu da bildirmişdir. Cəmil isə ondan pul almaq məqsədi ilə yazmağı demişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 ilə onu görüşdürmüş və Zərərçəkmiş şəxs4 80 manat məbləğində pul almışlar. Pulu Zərərçəkmiş şəxs4 ona deyil Təqsirləndirilən şəxs özünə vermişdir. Həmin pulu götürdükdən sonra, onlar Təqsirləndirilən şəxs ilə birlikdə yeyib-içmişlər və xərcləmişlər. Pul aldığına görə isə Zərərçəkmiş şəxs4 kürəkəni barədə heç nə yazmamışdır. Daha sonra, o, göstərmişdir ki, Zərərçəkmiş şəxs3 Cəmilin dostu olmuşdur. Onun atası Məhəmməd Balaqadaşov YAP-ın Xaçmaz rayon təşkilatının sədri idi. Təqsirləndirilən şəxs Məhəmməd Balaqadaşov barəsində onun icra başçısı olmaq və Xaçmazda yanacaq doldurma məntəqəsi tikdirmək istəməsi ilə bağlı sosial şəbəkədə yazı yazmağı və Cavidin yazını silməkdən ötrü ona müraciət edəcəyini demişdir. Bununla bağlı o, öz “Facebook” sosial şəbəkə hesabında status yazmışdır. Sonra Təqsirləndirilən şəxs Cavidin zəng etməsini deyib onun da gəlməsini istəmişdir. Bundan sonra, Cəmil, Zərərçəkmiş şəxs3 və o, Xaçmaz rayonunda çayxanada görüşmüşdürlər. Görüşdən sonra Cavid 100 manat pulu Cəmilə vermişdir ki, onun atası barəsində icra başçısı olmaq istəməsi ilə bağlı yazını silnsin. Bundan sonra, özü tərəfindən Cavidin atası barədə yazılanları silmiş və bundan sonra heç bir neqativ yazı yazmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Cavidlə dost olmuş və məqsədi Caviddən pul almaq olmuşdur. Daga sonra, Şahid1 verilən suallara cavab olaraq göstərdi ki, Zərərçəkmiş şəxs3 100 manat verəndə və Zərərçəkmiş şəxs4 80 manat verəndə onların yanında başqa şəxs olmamışdır. Yalnız Cəmil və özü olmuşdur. Daha sonra, o, vurğulamışdır ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 pulu özləri Təqsirləndirilən şəxs vermişlər. Pulun məbləğini də onlar özləri müəyyən etmişlər. Onlara məbləğ deməmişlər. Hər iki halda Cəmil özü danışıb, özü də 100 manat Caviddən və 80 manat Ağasalmdan almışdır. Bu zaman özü sadəcə Cəmilin yanında oturmuş, onlardan pul almamışdır. Sadəcə sonra alınmış pulları Cəmil ilə bir yerdə xərcləmişlər. Məhkəmədə elan olunaraq tədqiq olunan Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən isə görünür ki, həm Zərərçəkmiş şəxs4, həm də Zərərçəkmiş şəxs3 müvafiq olaraq 80 və 100 manat məbləğində pulu onun özü almış, sonra isə Təqsirləndirilən şəxs ilə bölüşmüşdür. Belə ki, onun ifadəsinə əsasən 2022-ci ilin yay aylarında dəqiq tarixi xatırlamadığı vaxtda Cəmil ona Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri X2 Xaçmaz rayon icra hakimiyyətinin başçısı olacağını yazmağını tapşırmışdır.O, Cəmildən niyə bunu özü etmədiyini soruşanda Cəmil demişdir ki, onun oğlu Cavidlə dostdur, ondan bilməsin.Onsuz da Cavid onu yığacaq. O, da razılaşmışdır və özünün “Facebook” səhifəsində bu barədə yazı dərc etmişdir. Bir gün sonra Cəmil onu yığıb demişdir ki, gördünmü Cavid məni yığıb, gəl Xaçmaza görüşək, lakin orada elə et ki, Cavid məndən şübhələnməsin. Beləliklə Xaçmaz şəhəri Bakı prospektində yerləşən «Lukoil» yanacaq doldurma məntəqəsinin yanında yerləşən çayxanada Cavid, o və Cəmil görüşmüşlər. X27 demişdir ki, Dəyanətə 100 manat pul ver bir daha bu barədə heç bir yazı olmayacaq. O, da razılaşmışdır. 100 manat pulu Caviddən alandan həmin pulun 50 manatını Cəmilə vermişdir. Belə ki, Məhəmməd Balaqadaşovun icra başçısı keçməsi məsələsi həqiqətə uyğun olmayan məlumat olmuşdur. Bundan başqa, Cəmil 2021-ci ilin oktyabr ayında dəqiq tarixini xatırlamır ona zəng edib demişdir ki, əlində material var, bu materialdan pul almaq lazımdır. O, bundan sonra onun yanına gəlmişdir. Material Xaçmaz rayon ərazisində yollara asfalt çəkilməsi ilə bağlı olmuşdur. Cəmil ona mobil nömrə vermişdir ki, bu nömrə ilə danışsın. O, bundan sonra həmin nömrəyə zəng etmiş, ona demişdir ki, yolda çəkiliş aparmaq istəyirik, yol keyfiyyətsizdir. Həmin nömrənin sahibi ona demişdir ki, Cəmil onun dostudur, özü əlaqə saxlayacaq. Sonra “Məhəmməd” adlı şəxsin qaynatası Zərərçəkmiş şəxs4 zəng edib onunla görüş təyin etmişlər. Görüş Zərərçəkmiş şəxs4 ünvan 4 ünvanında yerələşn ofisində olmuşdur. Oraya Təqsirləndirilən şəxs onunla birlikdə getmişdi. Cəmil burada Caviddə olduğu kimi Zərərçəkmiş şəxs4 ondan şübhələnməməsi üçün onları tanış edib getmişdir. Zərərçəkmiş şəxs4lə ikilikdə olan söhbət zamanı o, yalandan Cəmilin ona verdiyi informasiya əsasında demişdir ki, X14 tikinti aparan zaman yollan yararsız vəziyyətə salıb, ona vətəndaşlar şikayət edib, o, həmin vətəndaşların şikayətini işıqlandırmalı, bununla bağlı məqalə dərc etməli və ya veriliş hazırlamalıdır. Əsilndə heç bir şikayət və material olmamışdır. Bütün bunlar Cəmilin quraması olmuşdur. O, Cəmilin tapşırığına əsasən X9 barəsində mənfi xarakterli məlumatları yazmamaq və ya sosial şəbəkədə işıqlandırmamaq üçün Zərərçəkmiş şəxs4 200 manat pul istəmişdir. Zərərçəkmiş şəxs4 isə 200 manat yox, 80 manat pul verə biləcəyini, hazırda üstündə 30 manat olduğunu, qalan 50 manatı da növbəti gün verəcəyini demişdir. O, da razılaşmış, elə yerində 30 manat pulu götürmüşdür. Danışdıqları kimi sabahsı gün də həmin ofisdə qalıq qalan 50 manat pulu Zərərçəkmiş şəxs4 götürmüşdür. Həmin 80 manatın yarısını yəni 40 manatını əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs vermişdir. Hər iki halda pul alarkən özündən və Zərərçəkmiş şəxs4 başqa heç kəs olmamışdır. (Cild 3, iş vərəqləri 1-6) Məhkəmə ittiham tərəfinin əsas şahidi, barəsində ayrıca icraata cinayət işi ayrılmış Şahid1 ifadəsi ilə bağlı qeyd edir ki, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadələrindən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 şəxsən 80 və 100 manat pulu təklikdə alaraq sonradan Təqsirləndirilən şəxs ilə bğlüşdürməsini göstərdiyi və məhz onun tərəfindən pulların alınmasını zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ifadələri ilə təsdiq etdikləri halda, məhkəmədə verdiyi ifadəsində Dəyanən Məmmədov dəfələrlə verilmiş suallara cavab olaraq göstərdi ki, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 pul almamış, həmin pullar Təqsirləndirilən şəxs tərəfindən alınmışdır. İttiham tərəfinin yeganə birbaşa şahidi olan Şahid1 məhkəmədə verdiyi ifadəsi işin hallarına zidd olmaqla yanaşı, verilmiş ittihamın əsaslığını da şübhə altına almışdır. Belə ki, qeyd edildiyi kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə Təqsirləndirilən şəxs verilmiş ittihamlar bütövlüklə Şahid1 ifadəsi üzərində qurulmuşdur. Həmin ifadənin mötəbərliyinə isə məhkəmə əsaslı şübhələr yaranmışdır ki, bu şübhələr də təqsirsizlik prezumpsiyasına müvafiq olaraq təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə Şahid1, həm ibtidai istintaq zamanı, həm də məhkəmədə verdiyi ifadələrini ziddiyyətli, qərəzli və mötəbərliyinə əsaslı şübhələr olan sübut kimi qiymətləndirərək, hesab edir ki, həmin ifadələr etibarsız və hüquqi qüvvəsi olmayan sübut qismində qəbul edilməlidir. Məhkəmə xüsusi vurğulayır ki, digər sübutlar ümumiyyətlə olmadığı halda bir şəxsin (Şahid1) ifadəsinin digər şəxsin (Təqsirləndirilən şəxs) ifadəsindən üstün tutulması və mötəbərliyinə əsaslı şübhələr olan yalnız bir ifadə əsasında hər hansı bir şəxsin ağır cinayətin törədilməsində təqsirli bilinməsi və cəzalandırılması yolverilməzdir. Sübutların mötəbərliyi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallardan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” (Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR 2001- Vİİ). Sübutun keyfiyyəti, o cümlədən onun əldə edilməsi şəraitinin sübutun mötəbərliyi və ya düzgünlüyünü şübhə altına alıb-almadığı nəzərə alınmalıdır. Sübutun mötəbərliyi mübahisə olunduqda sübutun mümkünlüyünün araşdırılması üçün ədalətli prosedurların olması daha da çox əhəmiyyət kəsb etmiş olur ( “Allan” işi, 47-ci bənd və “Bıkov Rusiyaya qarşı” (Bykov v. Russia [GC], no. 4378/02, § 95, ECHR 2009). Bundan başqa, məhkəmə zərərşəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, onun kürəkəni X14 tikinti şirkətinin təsisçisidir. O, Xaçmaz şəhərində yaşayış binaları tikmişdir. 2021-ci ilin oktyabr ayında qohumu Nazim Ağayev ona zəng edərək jurnalist Şahid1 kürəkəni Məhəmməd Musayevdən mənfi xarakterli məqalə yazmaq istədiyini, çəkiliş etmək istədiyini bildirmişdir. Nazim Ağayevə onu yazmağa qoymamağı və Dəyanətlə görüşdürməsini demişdir. Daha sonra, ünvan 5 ünvanında yerləşən ofisində olmuş və çölə çıxanda Şahid1 Təqsirləndirilən şəxs ilə gəlməsini görmüşdür. Təqsirləndirilən şəxs o, yaxşı tanımışdır. Təqsirləndirilən şəxs Şahid1 onu göstərib “Məhəmmədin qayınatası budur” deyib getmişdir. Təqsirləndirilən şəxs evi ilə onun ofisini arası 70-100 metr olmuşdur. Şahid1la o, ofisə keçib söhbət etməyə başlamışlar. Şahid1 hansı mətbuat orqanında işlədiyini və s. soruşmamış və Şahid1 ona X9 tikinti aparan zaman yolları yararsız vəziyyətə saldığını, vətəndaşların bu barədə ona şikayət etdiyini, həmin vətəndaşların şikayətlərini işıqlandırmalı olduğunu bildirmişdir. Şahid1 ondan kürəkəni Məhəmməd Musayev barəsində qeyd etdiyi mənfi xarakterli məlumatları yazmamaq və ya sosial şəbəkədə paylaşmamaq üçün 200 manat pul istəmişdir. Buna cavab olaraq Şahid1 80 manat məbləğində pul verə biləcəyimi demişdir. Eyni zamanda ona hazırda 30 manat məbləğində pulunun olduğunu, qeyd etdiyi məbləğdə pulu götürməsini, sabah da gəlib qalan 50 manatı götürməyini demişdir. Şahid1 da bu təkliflə razılaşmışdır. Daha sonra, verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs4 göstərmişdir ki, Şahid1 ondan aldığı 80 manat məbləğində pulu kiminləsə bölüşəcəyini deməmişdir. Bundan sonra da pul ilə bağlı nə Şahid1, nədə ki, Təqsirləndirilən şəxs ilə heç bir söhbəti olmamışdır. Təqsirləndirilən şəxs hər hansı bir zərər görməmişdir. Həmçinin Şahid1 ona deməmişdir ki, Cəmil Məmmdəli ilə ondan aldığı pulu bölüşdürmüşdür. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Zərərçəkmiş şəxs4 qeyd etmişdir ki, həmin ifadəni ümumilikdə təsdiq edir, lakin ifadəsində Təqsirləndirilən şəxs ilə bağlı olan hissəni o təsdiq etmir. Belə ki, həmin ifadənin yalnız sonunda qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ondan heç bir pul tələb etməsə də Şahid1 ilə keçirilmiş üzləşdirmədən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ondan pul ələ keçirmək üçün Dəyanətlə əlbir olub bu hərəkətləri etmiş və nəticədə Şahid1 ondan aldığı 80 manat pulu aralarında bölmüşlər. Bundan sonra, Təqsirləndirilən şəxs haqqında şikayət etmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs4 ifadəsinin bu hissəsini təsdiq etməmişdir. Hər bir halda Zərərçəkmiş şəxs4 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ilə bağlı verdiyi ifadəsinə nəzər saldıqda məlum olur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs Şahid1la əlbir olub ondan pul aldığının şahidi olmamış, bununla bağlı verdiyi ifadə Şahid1 sözlərinə istinadən verilmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, atası X1 Azərbaycan Partiyasının Xaçmaz Rayon Təşkilatının sədridir. 2022-ci ilin yay aylarında sosial şəbəkələrdə atası X6 barəsində onun guya icra hakimiyyəti başçısı olacağı kimi yalan məlumatlar dərc olunmağa başlamışdır. Bu məlumatların sosial şəbəkələrdə dərc olunmasından Təqsirləndirilən şəxs şübhələnmişdir. Təqsirləndirilən şəxs zəng edərək, bu barədə soruşmuş, Təqsirləndirilən şəxs həmin məlumatları özünün yazmadığını və bundan xəbəri olmadığını, lakin öyrənəcəyini demişdir. Daha sonra, Təqsirləndirilən şəxs ona Şahid1 adlı jurnalist olduğunu və həmin məlumatları onun yazdığını bildirmişdir. Təqsirləndirilən şəxs Şahid1 da götürüb gəlməsini, onunla görüşmək istədiyini demişdir. Xaçmaz şəhəri, Bakı prospektində olan «Lukoil» yanacaq doldurma məntəqəsinin yanında yerləşən kafedə Şahid1 və Təqsirləndirilən şəxs ilə görüşmüşdürlər. Söhbət zamanı Şahid1 səhv etdiyini etiraf edərək, həmin yalan məlumatları sosial şəbəkələrdən siləcəyini söz vermişdir. Bu zaman Təqsirləndirilən şəxs mobil telefonuna zəng gəlmiş və o, kiminləsə danışaraq və işinin olduğunu bildirməklə onlarla sağollaşıb getmişdir. Təqsirləndirilən şəxs getdikdən sonra Şahid1 avtomobili barədə danışmağa başlamış, avtomobilinin motorunun xarab olduğunu, onu düzəltdirdiyini və s. bildirmişdir. Bundan sonra, Dəyanətə kömək etmək məqsədi ilə könüllü olaraq 100 manat məbləğində pul vermişdir. Daha sonra, verilən suallara cavab olaraq o, göstərmişdir ki, Şahid1 100 manat məbləğində pulu verdikdə, Təqsirləndirilən şəxs onların yanında olmamışdır. Təqsirləndirilən şəxs ilə dostluq münasibətləri vardır. Cəmil ondan 500 manat məbləğində pul istəsə, həmin məbləğdə pulu ona verərərdi, yəni, Təqsirləndirilən şəxs 100 manat məbləğində pul üçün o qədər səhnəcik yaratmağa ehtiyac olmamışdır. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Zərərçəkmiş şəxs3 qeyd etmişdir ki, 20 dekabr 2022-ci il tarixdə o, əvvəl Xaçmaz Rayon Polis Şöbəsinə, daha sonra oradan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Həmin idarəyə çatanadək çağırılması ilə bağlı ona heç bir məlumat verilməmişdir. Ora çatdıqda, Şahid1 orada görmüşdür. Məhkəməyədək icraat zamanı könüllü şikayət verməmiş, ifadəsini və üzləşdirmə protokolunu oxumadan imzalamışdır. Həmin ifadəni təsdiq etmir. Belə ki, həmin ifadənin yalnız sonunda qeyd olunmuşdur ki, görüş zamanı Dəyanət özü ona etiraf etmişdir ki, atası X6 barəsində həqiqətəuyğun olmayan məlumatları sosial şəbəkədə o yerləşdirib. Cəmil ona «məsləhət» bilmişdir ki, Dəyanətə pul versin ki, həmin həqiqətə uyğun olmayan məlumatları, paylaşımları dayandırsın. Ona görə də o, 100 manat pul vermişdir. Sonradan ona məlum olmuşdur ki, yəni o, artıq başa düşmüşdür ki, atası barəsində həqiqətə uyğun olmayan paylaşımları Dəyanət yox, Cəmil özü etmiş, pulu da aralarında bölmüşlər. Bundan sonra, Təqsirləndirilən şəxs haqqında şikayət etmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs3 da ifadəsinin bu hissəsini təsdiq etməmişdir. Hər bir halda Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs ilə bağlı verdiyi ifadəsinə nəzər saldıqda məlum olur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs Şahid1la əlbir olub ondan pul aldığının şahidi olmamış, bununla bağlı verdiyi ifadə Şahid1 sözlərinə istinadən verilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5. və 349.5.1-ci maddələrinə tələblərinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə prosessual qanunvericiliyin həmin normalarını rəhbər tutaraq qeyd edir ki, ittiham tərəfinin dolayı sübut kimi məhkəməyə təqdim etməyə çalışdığı, ibtidai istintaq orqanı tərəfindən zərəçəkmiş şəxs kimi tanınmaqla dindirilmiş Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdikləri ifadələrdə Təqsirləndirilən şəxs qarşı göstərilən hallar məhkəmə istintaqı zamanı həmin şəxslər tərəfindən təsdiq olunmamaqla yanaşı, Təqsirləndirilən şəxs təqsiri tamamilə təkzib olunmuşdur. Bundan başqa, həm Zərərçəkmiş şəxs4, həm də Zərərçəkmiş şəxs3 ibtidai istintaq zamanı verdiləri ifadələrində Şahid1 istinad edərək göstərmişlər ki, məhz Şahid1 onlara demişdir ki, əldə etdiyi pulu Cəmil Məmmdəli ilə bölüşmüş və onu bu işə Təqsirləndirilən şəxs təhrik etmişdir. Məhkəmə bununla bağlı da xüsusi vurğulayır ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Göstərilənlərə əsasən məhkəmə, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 məhkəməyədək icraat zamanı verdikləri ifadələr mötəbərliyinə əsaslı şübhələr olan sübut kimi qiymətləndirərək, hesab edir ki, həmin ifadələr etibarsız və hüquqi qüvvəsi olmayan sübut qismində qəbul edilməlidir. Beləliklə məhkəmə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini tədqiq edib Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə verilmiş 2 epizoddan ibarət ittiham məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış, ittiham tərəfi bununla bağlı məhkəməyə ümumiyyətlə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Eyni Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Həmin Məcəllənin 42.1 və 42.1.4-cü maddələrinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2 və 42.2.4-cü maddələrinə əsasən bəraət hökmü həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, ittiham orqanı təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri verilmiş ittihamda onun həmin cinayətlərdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadə və sənədlər yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Bununla da məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə onun təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını qanuni və əsaslı hesab edir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrinə əsasən məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından, müvafiq məhkəmə hökmlərinin və qərarlarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək 01 il 06 ay müddətə islah işləri cəzasına məhkum olunmuş, Xaçmaz rayon məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinərək, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən qəti olaraq qazancından 20 faiz mələğdə pul tutulmaqla 02 il islah işləri cəzasına məhkum olunmuşdur. Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 06 fevral 2024-cü il tarixli, 128 №-li məktubundan görünür ki, Cəmil Məmmdəli, 24 oktyabr 2022-ci il tarixdən şöbənin qeydiyyatına götürülmüş və 24 avqust 2023-cü il tarixdən məhkumun qazancından 20 faizinin dövlət nəfinə köçürülməsi təmin edilmiş, təyin edilmiş 02 il müddətə islah işləri cəzasının xx.xx.2024-cü il tarixə 6 ay hissəsi çəkilmiş, 01 il 6 ay hissəsi isə çəkilməmiş qalmışdır. Məhkəmə təqsirləndirilən şəxsin əvvəlki məhkumluqlarının ona cinayətlərin məcmusu əsasında cəza təyini zamanı nəzərə alındığını vurğulamaqla yanaşı, qeyd edir ki, bu məhkumluqlar onun şəxsiyyəti də səciyyələndirən hal kimi cəza həddinin müəyyən edilməsi zamanı da nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd edir ki, hazırki hökm üzrə təyin edilmiş cəza ilə cinayətlərin məcmusu üzrə Xaçmaz rayon məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətindən islah işləri cəzası, Cinayət Məcəlləsinin 68.1.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla qismən toplanılmalı, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 3 gün və 6 ay müddətində çəkdiyi islah işləri cəzası da nəzərə alınıb ümumi cəza müddətinə hesablanmaqla çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 iyul 2022-ci il tarixli Qərarına əsasən, əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünu istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək və 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanı tərəfindən barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə icraatı zamanı dövlət ittihamçısının və zərərçəkmiş şəxslərin vəsatəti əsasında barəsində 24 avqust 2023-cü il tarixdə həbs qətimkan tədbiri seçilmiş və həmin müddətdən o, fasiləsiz olaraq həbsdə saxlanılmışdır. (Cild 2, iş vərəqləri 27-32) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzasının çəkilməsi müddətinin başlanğıcı isə 24 avqust 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən salxanılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Məhkəmə hazırki iş üzrə xüsusi müsadirə edilməli əmlakın olmadığını qeyd edir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, maddi sübut kimi taınmaqla iş materiallarına əlavə edilmiş 01 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə məhkəmə xərcləri yoxdur. İş üzrə mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs tərəfindən müdafiəçi ilə müqavilə bağlandığından müdafiəçinin haqqı dövlət büdcəsi hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə həmin Məcəllənin 42.1.4-cü maddəsinə əsasən onun təqsirliliyinin sübüta yetirilməməsinə görə baraət verilsin və o, ittihamın həmin bəndləri üzrə təqsirsiz hesab olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə 02 (iki) il azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu Təqsirləndirilən şəxs 05 (beş) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Xaçmaz rayon məhkəməsinin 13 aprel 2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş qazancından 20 faiz məbləğdə pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzası, həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs 06 (altı) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 dekabr 2022-ci il tarixdən 22 dekabr 2022-ci il tarixədək və 18 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət, eləcə də 24 oktyabr 2022-ci il tarixdən 24 avqust 2023-cü il tarixədək olan müddət ərzində 06 (altı) ay hissədə çəkdiyi islah işləri növündə cəza, həmin Məcəllənin 68.1.3-cü maddəsinə əsasən islah işləri cəzasının dörd günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq müəyyən edilən 01 (bir) ay 15 (on beş) gün müddət, ümumilikdə isə 01 (bir) ay 18 (on səkkiz) gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla cəzadan çıxılsın və o, qəti olaraq 06 (altı) il 12 (on iki) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 24 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd “DVD” formatlı disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-256/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-256/2024
17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver