Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-258/2023 10.02.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ SUMQAYİT AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Əliyev Rəşad Şəmşir oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, Məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Tərtər hərbi Məhkəməsinin qeyd edilən hökmü ilə CM-nin 150.2.1, 150.2.5, 332.2.1, 332.2.3 və 335.2.1-ci maddələri ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə və 200 manat cərimə, Tərtər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 297.2-c maddəsi ilə ilə təqsirli bilinib CM-nin 67.1-ci maddələsinin tələblərinə uyğun 5 il müddətinə azadlıqdan məhrum etmə və 200 manat cərimə cəzasına məhkum edilmiş azadlıqdan məhrumetmədən xx.xx.2020-ci il tarixdə azad edilmiş, xx.xx.2021-ci ildə təyin edilmiş cərimə cəzasını tam şəkildə ödədiyindən qeydiyyatdan çıxarılmış, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, ev 2-də qeydiyyatda olan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (hökmün təsviri-əsaslandırıcı hissəsində CM) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən “Digah” adlı kafenin həyətində tanışı Zərərçəkmiş şəxs ilə görüşüb söhbət edərkən Mehdiabad qəsəbəsində satdığı südlə bağlı sakinlərin narazı olduqlarını bildirdikdə Zərərçəkmiş şəxs qəsəbə sakinlərinin ünvanına nəlayiq ifadələr işlətməsi zəminində aralarında yaranan mübahisə zamanı üzərində gəzdirdiyi bir ədəd zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik, məişət təyinatlı, soyuq silah hesab olunmayan mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsinin sağ yarısından qəsdən bir dəfə vuraraq sonuncuya qarın nahiyəsinin sağ yarısının periton boşluğuna nüfuz edərək qaraciyəri və öd kisəsini yaralayan, daxili qanaxma törədən 1 ədəd kəsilmiş-deşilmiş yara ilə müşayiət olunan, dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid edilən bədən xəsarəti yetirmişdir. Həmin hərəkəti ilə Təqsirləndirilən şəxs CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışının nəticəsi olaraq Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini təqsili olaraq törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxs və şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyləri və digər sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bildiyini qeyd edərək ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs əvvəldən tanısa da, yaxın münasibəti, eləcə də, düşmənçiliyi və ədavəti olmamışdır. Bununla belə son zamanlar, kənddə gedən söz-söhbətdən Zərərçəkmiş şəxs satdığı südə su qatdığını və bununla bağlı narazılıqların olduğunu eşitmişdir. 30 mart 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı Abşeron rayonu Mehdiabad qəsəbəsində yerləşən “Digah” kafesinə şam etməyə getmişdir. Zərərçəkmiş şəxs da, orada olduğunu görüb, sonuncunun satdığı südə su qatdığına görə kənd sakinlərinin şikayətlənməsi yadına düşmüş və o, bu məsələni aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs həmin vaxt oturduğu kabinetdən bayıra dəvət etmişdir. Zərərçəkmiş şəxs kafenin həyətinə çıxmışdır. Bu zaman həyətdə heç kim olmamış və onlar orada söhbət edərkən, Zərərçəkmiş şəxs sərxoş olduğu üçün söyüş söyməyə başladığına görə onların söhbətləri mübahisəyə çevrilmiş və o, özünü saxlaya bilməyib, sonuncuya bir yumruq və daima şəxsi istifadə məqsədi ilə üzərində gəzdirdiyi bıçaqla bir bıçaq zərbəsi endirmişdir. Hazırda, Zərərçəkmiş şəxsla barışmış və əməlindən peşmançılıq hissi keçirir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin ifadəsinə uyğun ifadə verərək əlavə olaraq, sonuncu ilə barışdığını, ona vuruımuş ziyanın ödənildiyini və ona qarşı şikayətinin olmadığını bildirdi. Məhkəmə iclasında Şahid1 təqsirləndirilən şəxsin və zərər çəkmiş şəxsin ifadələrinə uyğun ifadə verdi. Məhkəmə iclasında Şahid3 müharibə əlili olduğuna görə, hadisəni tam xatırlamadığını qeyd etdi, onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi tədqiq edildikdə isə, onun da, həmin ifadəsində təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində göstərdiyi xüsusatları təsdiq etdiyi müəyyən olundu. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 xx.xx.2022-ci il tarixli 721 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar olunmuş xəsarətlər – qarın nahiyəsinin sağ yarısının periton boşluğuna nüfuz edərək qaraciyəri və öd kisəsini yaralayan, daxili qanaxma törədən 1 ədəd yaralayan kəsilmiş-deşilmiş yarası - iti deşici-kəsici alətin təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 xx.xx.2022-ci il tarixli 231/2022 MTBŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus maykanın ön səthində bir ədəd, alt köynəyin ön səthinin orta nahiyəsində bir ədəd və arxa səthinin sol yuxarı nahiyəsində üç ədəd dəlib-keçən zədələr aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tipli, deşici-kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Ekspertizaya təqdim olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus mayka və alt köynək üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələr bir alətin təsirindən yaranmışdır. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2” X5 xx.xx.2022-ci il tarixli 281/2022 MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/İİ/. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus mayka və köynək üzərindəki ləkələrdə insan qan qrupu aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda A antigeni, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləliklə bu qan ləkələri A – bela /İİ/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan prosessual sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq CM-in 126.1-ci maddəsi ilə ittiham elan olunmuş və elə həmin tarixdə Abşeron rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Abşeron rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş, xx.xx.2022-ci il tarixdə isə ev dustaqlığı qətimkan tədbirinin müddəti uzadılmadan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Naziriliyin Baş Əməliyyat –statistik İnformasiya İdarəsindən verilmiş tələbnamə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(098)-88/2014 saylı və Tərtər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarxli 1(61)-12/2015 saylı hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Tərtər hərbi Məhkəməsinin qeyd edilən hökmü ilə CM-nin 150.2.1, 150.2.5, 332.2.1, 332.2.3 və 335.2.1-ci maddələri ilə 3 il 3 ay müddətinə azadlıqdan məhrumetmə və 200 manat cərimə cəzalarına məhkum edilmiş və təyin olunan azadlıqdan məhrumetmə cəzasının əvvəli xx.xx.2013-cü il tarixdən hesablanmış, Tərtər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə CM-nin 297.2 və 67.1-ci maddələri ilə təqsirli bilinmiş və 5 il müddətinə azadlıqdan məhrum etmə və 200 manat cərimə cəzasına məhkum edilmiş, azalıqdan məhrumetmə cəzasının əvvəli xx.xx.2015-ci il tarixdən hesablanmış, xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2021-ci ildə təyin edilmiş cərimə cəzasını tam şəkildə ödədiyindən qeydiyyatdan çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini təqsirli olaraq törətməsi özünün etirafı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, habelə ekspert rəyləri və sadalanan digər sübutlarla tam sübut olunmuşdur. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq, onun əməli CM-nin 126.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə olan halda təqsirləndirilən şəxs ittiham olunduğu CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin əvvəllər iki dəfə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi və təyin edilmiş cəzaları cəkib qurtardıqdan sonra CM-nin 83-cü maddəsində nəzərdə tutulmuş müddətlər keçmədiyinə, yəni məhkumluq ödənilmədiyinə və ya məhkumluğun götürülməsi baş vermədiyinə görə əməlində cinayətin təhlükəli residivi yaranır. Belə ki, təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2014-cü il tarixli 1(098)-88/2014 saylı hökmü və Tərtər rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmləri ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkmiş və xx.xx.2020-ci ildə cəzasının sonu ilə azad edilmiş, xx.xx.2021-ci ildə təyin edilmiş cərimə cəzasını tam şəkildə ödədiyindən qeydiyyatdan çıxarılmışdır. Bu isə təqsiləndirilən şəxsin əməlində cinayətin təhlükəli residivi olduğunu göstərir və bu hal məhkəmə tərəfindən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran digər hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayəti zərər çəkmiş şəxsin qanunsuz hərəkətləri nəticəsində törətməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini və dəymiş ziyanı aradan qaldırmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbi olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də, başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Sadalananlara əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyini ilə bağlı məsələni müzakirə edərək bu qənaətə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni, əsaslı və ədalətlidir. Məhkəmə kollegiyası cəzanın müddətini müzakirə edərkən digər zəruri hallarla yanaşı CM-nin 65.2-ci maddəsinin tələblərini də, nəzərə alır. Odur ki, təqsirləndirilən şəxs müəyyən müddətə azaqdlıqdan məhrumetmə cəzasına məhkum edilməli və onun həmin cəzanı real olaraq çəkməsi təmin edilməli, CMnin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəsissəsində çəkməlidir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin barəsində olan həbs qətimkan tədbiri ilə bağlı müzakirə apararaq hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və onun hazırda başqa cinayət işi ilə əlaqədar həbsdə olması nəzərə alınmalı, habelə həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və cəzanın başlanğıcı hazırki hökmün tarixindən hesablanmalıdır. Məhkəmə kollegiyası həmçinin belə qərara gəlir ki, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 4 (dörd) ay müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılmalı və onun üzərində saxlanılan qəti cəzanın müddəti hesablanmalıdır. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Abşeron rayon Polis İdarəsində saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka, bir ədəd alt köynəyi zərər çəkmiş şəxsə geri qaytarılmalı, qəbul etmədikdə isə məhv olunmalı, habelə Təqsirləndirilən şəxs məxsus bir ədəd zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağı məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur, məhkəmə xərcləri müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351- 353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 aprel 2022-ci ildən 04 avqust 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında saxlandığı 4 (dörd) ay müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə növündə cəzaya hesablanmaqla həmin cəzadan çıxılsın və onun üzərində qəti cəza olaraq 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 10 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və onun həbsdə olması nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış və Abşeron rayon Polis İdarəsində saxlanılan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka, bir ədəd alt köynəyi zərər çəkmiş şəxsə geri qaytarılsın, qəbul etmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus bir ədəd zavod üsulu ilə hazırlanmış deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağı məhv edilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-258/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-258/2023
10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver