Məhkəmə qərarları › İş №1(124)-258/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-258/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-258/2024 19.12.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X21 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X18, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Tərcüməçi- X14 iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Qusar rayonu, Zindan Muruq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində bir azyaşlı uşağı olan, orta təhsili, işləməyən, məhkumluğu olmayan, Qusar rayonu, Zindan Muruq kəndində qeydiyyatda olmaqla ünvan 1-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 10:30 radələrində təxminən 4 ildir aralarında olan torpaq alıq-satqısına görə ədavət apardığı Qusar rayonu Zindan Muruq kənd sakini Zərərçəkmiş şəxs yaşadığı, rayonun Zindan Muruq kəndində yerləşən evinə həmin ədavətə görə şəxsiyyəti istintaq məlum olmayan şəxsin idarə etdiyi avtomobillə gedib, sərxoş vəziyyətdə, acıqlı şəkildə əvvəlcə Zərərçəkmiş şəxs avtomobilə əyləşməsini tələb etmiş, sonuncu onunla aralarında ədavət olmasına, əvvəllər dəfələrlə onu və ailə üzvlərini öldürəcəyini deməsinə, təxminən bir il bundan əvvəl onu döyməsinə görə, onunla avtomobilə əyləşib getməyə qorxaraq bundan imtina etdikdən sonra, avtomobildən 1 ədəd yaşıl rəngli, içərisində benzin olan plastik qabı götürüb Zərərçəkmiş şəxs razılığı ilə onunla birlikdə yaşadığı evə daxil olaraq mətbəx otağında əyləşərək ona “sənə deməmişəm torpağın sənədini düzəlt" sözünü deyib yüksək səslə nalayiq ifadələrlə onu söyüb mübahisə etməyə başlamış, Zərərçəkmiş şəxs ona sakit olmasını, ailə üzvlərinin yanında söyüşlə danışmamasını deməsinə baxmayaraq, daha da acıqlanıb hirslənərək ayağa qalxıb, əynində olan qara rəngli gödəkcəsinin iç cibindən soyuq silah hesab edilməyən, qara rəngli, açılıb-bağlanan turist bıçağını çıxardıb, əlində tutub göstərərək, “nəslini bura çağır” söyləyib, onu öldürüb evinə od vuracağını deməklə hədələmiş, Zərərçəkmiş şəxs onun bu hərəkətlərindən, real olaraq, qəti şəkildə onu öldürmək istədiyini hiss edib qorxaraq, evin digər otağında olan gəlini Şahid1 yanına gedib tez qonşuları Şahid4 onlara köməyə çağırmasını tapşırıb mətbəxə geri qayıdandan sonra, yenə də qışqıra-qışqıra ona arvadını da çağırmasını, arvadının gözü qarşısında başına oyun gətirəcəyini demiş, bu vaxt ora gələn qonşuları Şahid4, arvadı Şahid2, gəlini Şahid1 yanlarında nalayiq ifadələrlə onu təhqir edib mübahisə etməyə davam etmiş, yenidən üzərində olan qara rəngli, açılıb-bağlanan bıçağı çıxardıb, Zərərçəkmiş şəxs ailə üzvləri olan arvadı Şahid2, gəlini Şahid1 yanında onlara xüsusi əzab verdiyini dərk etməklə xüsusi amansızlıqla onu qəsdən öldürmək məqsədi ilə üzərinə hücum çəkib, öldürəcəyini deyərək əvvəlcə sağ əlində tutduğu bıçaqla onun qarın nahiyəsinə zərbə endirsə də, ondan daha cüssəli, iri bədənli Şahid4 aralarına girib bıçaq tutduğu əlinin bilək nahiyəsindən tutub, qarşısını alıb mane olması səbəbindən öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs bıçaq zərbəsi ilə vurub öldürməyə nail ola bilməmiş, Şahid4 əlini buraxması üçün yalandan sakitləşdiyini deyib, əlini buraxandan sonra öz əməlinin davamı olaraq Zərərçəkmiş şəxs qəsdən öldürmək məqsədi ilə sağ əlində tutduğu bıçaqla qəflətən yenidən üstünə hücum çəkib, bədəninin sol tərəfindən, ürək nahiyəsinin alt hissəsindən bıçaqla zərbə endirmiş, Şahid4 onun bıçaq tutduğu əlinin bilək nahiyəsindən tutaraq mane olması, eləcə də Zərərçəkmiş şəxs özünü kənara çəkməsi səbəbindən zərbəsi yan keçdiyindən, sonuncunu bıçaq zərbəsi ilə vurub öldürməyə nail ola bilməmiş, lakin öz hərəkətlərini davam etdirib, Zərərçəkmiş şəxs öldürmək üçün əlində olan bıçağı buraxmamış, onun üzərinə gedib bıçaq zərbəsi ilə vurub öldürməyə çalışmış, Şahid4 onun qarşısını alıb, mane olması, sonra isə itələyə-itələyə evdən çıxarması səbəbindən Zərərçəkmiş şəxs ailə üzvlərinin yanında xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə yönəldilmiş qəsdən törədilən cinayət əməlini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 2005-ci ildə yaşadığı kənddə torpaq almış və hazırda həmin sənədlər evdədir. 2008-ci il tarixdə onun torpağı Zərərçəkmiş şəxs tərəfindən X19 adlı şəxsə satılmışdır. 2006-cı il tarixdən 2011-ci il tarixə kimi bələdiyyənin torpaq satmağa icazəsi olmamışdır. O, bunu araşdırmış və dəfələrlə Əlağanın yanına gedərək torpaq sahəsi üçün verdiyi 1200 ABŞ dolları pulu istəmişdir. Onun cinayət törətmək niyyəti olsa imiş həmin günə kimi onu öldürərmiş. O, Əlağaya bıçaq çıxarsaymış əgər onu öldürərmiş, amma ona heç nə etməmişdir. Hadisə günü sadəcə pulunu istəmək üçün Əlağagilə getmişdir. Əlağa DİN-in ‘‘102’’ Xidmətinə zəng edərək onu tutdurmuşdur. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, həmin torpaq sahəsi üçün zərərçəkmiş şəxsə 1200 ABŞ dolları pul vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs bələdiyyə sədri vəzifəsində işləyirmiş. Əlağa həmin torpaq sahəsini başqa şəxsə satmışdır. O, sənədləşdirmə işlərini apara bilməmiş, araşdırıb görmüşdür ki, torpaq sahəsi başqa şəxsə satılıb. Aralarındakı mübahisə ilə bağlı o, Baş prokurorluğa, Daxili İşlər Nazirliyinə, Qusar Rayon Məhkəməsinə, Qusar rayon prokurorluğuna, Qusar Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Qusar Rayon İcra Hakimiyyətindən ona yalan cavablar göndərilmişdir. O, spirti içki içmir. İbtidai istintaq zamanı o, spirtli içki içdiyini bildirməmişdir. Polis əməkdaşları onu döyüb, ifadəni məcburi şəkildə yazdırmışlar. O, spirtli içkilərlə bağlı müayinədən keçirilməmişdir. Hadisə günü zərərçəkmiş şəxsin evinə getməkdə məqsədi torpaq sahəsi üçün verdiyi pulu almaq olmuşdur. O, yolüstü avtomobillərlə hadisə yerinə getmişdir. Onun üzərində hər zaman bıçaq olur. O, meyvə yemək məqsədi ilə üzərində bıçaq gəzdirir. Zərəçəkmiş şəxsin evinə gedən zaman da üzərində bıçaq olmuşdur. Onlar mətbəxdə oturaraq söhbət etmişlər. Orada heç bir mübahisə yaranmamış, zərərçəkmiş şəxs pulu qaytarmamaq üçün onu şərləmişdir. O, zərərçəkmiş şəxsə bıçaq çıxarmamışdır. O, zərərçəmiş şəxsi bıçaqla vurmağa cəhd etməmişdir. Onları heç kim aralaşdırmamışdır. X34 çağırtdırmışdır. Nadejda və Zenfira da orada olmuşdur, çünki ora onların evidir. O, sakit şəkildə pulunu istəmiş, amma Əlağa DİNin “102” Xidmətinə zəng etmişdir. Onların arasında heç bir mübahisə olmamışdır. İbtidai istintaq zamanı ona nə desələr onu yazmışdır. Bundan əvvəl də onu şərləyib həbs ediblər. O, hadisə günü Samir adlı şəxslə görüşməmişdir ümumiyyətlə, Samir adlı şəxsi tanımır. İbtidai istintaq zamanı Samirlə bağlı ifadə verməmişdir. Üzərində götürdüyü bıçaq hər zaman onda olur. O, Əlağagilin evinə gedən zaman üzərində yanacaq götürməmişdir. O, həmin torpaq sahəsini 2005-ci ildə almışdır. 2008-ci ildə onların arasında mübahisə yaranmışdır. O, çıxarış almaq istəyən zaman araşdırmış və torpağın satıldığını öyrənmişdir. O həmin torpağı bələdiyyənin fondundan almışdır. Yazılı surətdə müraciət edərək torpaq almışdır. Həmin vaxt Zərərçəkmiş şəxs bələdiyyənin sədri olmuşdur. 2008ci ildə müəyyən etmişdir ki, həmin torpaq satılıb. Onun sənədi iki ildən çox Əlağada qalmış və o, sənədini istəyən zaman sənədlərinin hazır olduğunu, arxayın şəkildə çıxarış ala biləcəyini bildirmişdir. O, çıxarış üçün müracət etmiş və cavabında onun çıxarış ala bilməyəcəyini, çıxarışın başqa şəxsin adına olduğunu söyləmişlər. O, Əlağadan onun verdiyi pulu qaytarmasını istəmişdir. Hadisə günü zərərçəkmiş şəxsin evinə getməkdə məqsədi pulunu istəmək olmuşdur. Uşağı xəstə olduğu üçün pula ehtiyacı olmuşdur. Əlağagilə yolüstü avtomobillə getmişdir. Həmin avtomobilin sürücüsünü tanımır. Hadisə yerinə gələn zaman əlində sadəcə bıçaq olmuşdur. Mətbəxdə oturan zaman ancaq pul söhbəti etmişlər. Əlağa pulu qaytarmayacağını bildirmişdir. Daha sonra o, hadisə yerindən çıxmış və evə gələn zaman tutulmuşdur. O, Əlağagildə olan zaman Əlağa 10-15 dəqiqəlik çölə çıxmış və sonra qayıtmışdır. Əlağa həmin vaxt polis çağırmışdır. Yaşar Kiçikbəyovu tanıyırmış. Yaşar Kiçikbəyovla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Yaşar normal adamdır. Əlağa ilə Yaşarın qohumluğu vardır. O, Əlağanı vurmamışdır. O, ibtidai istintaq zamanı ifadə verməmişdir. Ona prokurorluqda ifadəni yazdırmışlar. O, ifadəsini oxumamışdır. İfadəsi ona tərcümə olunmayıb. Azərbaycan dilini bilmədiyi üçün ondan istifadə ediblər. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılan zaman hakimə günahsız olduğunu bildirmişdir. Onun özü gedib polisə təslim olmuşdur. Ona zəng edib axtarışda olduğunu bildirdikləri üçün polis şöbəsinə getmişdir. 2008-ci ildə torpağının satıldığını öyrənmişdir. O, Əlağa barəsində şikayətlər etmişdir. O, torpaq sahəsi ilə bağlı Qusar Rayon Məhkəməsinə şikayət etmişdir. Əlağadan şikayət etməsi ilə bağlı onun əlində rəsmi sənədlər vardır. O, torpaq üçün 1200 dollar pul vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, arvadı X11, oğlu X23, qızı X22 ilə birlikdə yaşayırlar, özü heç bir yerdə işləmir. X40 “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də tibb bacısı vəzifəsində işləyir. X41 13 yaşı vardır, anadangəlmə əqli cəhətdən qüsurludur, məktəbə getmir, əqli xəstəliyi ilə əlaqədar əlillik dərəcəsi verilməsi üçün rəsmi qaydada müraciət etmişlər, yaxın vaxtlarda ona əlillik dərəcəsi təyin ediləcəkdir. X35 20 yaşı vardır, Selenanın da oğlu Maqamed kimi əqli xəstəliyi vardır, bu xəstəliyi ilə əlaqədar ona İİ dərəcə əlillik təyin edilmişdir. Qusar rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə xuliqanlıq edərək polisə müqavimət göstərdiyinə görə 01 il müddətinə sınaq müddəti ilə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə isə cəzadan azad edilmişdir. Daha sonra isə Qusar rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 01 il 04 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə isə Qusar rayon məhkəməsinin qərarı ilə Azərbaycan Respublikasının Mili Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarına əsasən cəzadan azad edilmişdir. Qusar rayonu Zindan Muruq kənd sakini Zərərçəkmiş şəxs həmkəndlisi kimi tanımış, Zərərçəkmiş şəxs 2005-2009-cu illər ərzində Qusar rayonu Zindan Muruq kənd bələdiyyəsinin sədri vəzifəsində işləmişdir. Onunla əvvəllər aralarında həmkəndlilər kimi normal münasibətləri olmuş, sonradan isə Zərərçəkmiş şəxs ilə aralarında torpaq mübahisəsinə görə narazılıq yaranmış və münasibətləri pisləşmişdir. Zərərçəkmiş şəxs gəlini Şahid1 doğma əmisi oğlu Şakir Orucovun qızıdır. Zərərçəkmiş şəxs Qusar rayonu Zindan Muruq kənd bələdiyyəsinin sədri vəzifəsində işlədiyi vaxtlarda, yəni 2006-cı ildə Qusar rayonu Zindan Muruq bələdiyyəsindən 0.12 ha torpaq sahəsi almaq üçün Ə.lsabalayevə müraciət etmişdir. Zərərçəkmiş şəxs də ona heç bir problem olmadığını, rəsmi qaydada istədiyi torpaq sahəsinin sənədələri ilə birlikdə ona satışını təşkil edəcəyini demişdir. Bu torpaq sahəsinin sənədləşmə işlərinə görə təxminən 1.000 manat məbləğində xərci çıxmışdır. Bir müddət sonra isə Zərərçəkmiş şəxs bu torpaq sahəsinin sənədlərini ona vermişdir. Lakin həmin vaxtlarda başı qarışıq olduğundan Qusar rayonu Zindan Muruq bələdiyyəsindən aldığı 0.12 ha torpaq sahəsinin çıxarışını almaq üçün rəsmi qaydada Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edə bilməmişdir. 2018-ci ildə isə aldığı bu torpaq sahəsinin çıxarışını almaq üçün Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinə müraciət edəndə, həmin torpaq sahəsinin yerləşdiyi ərazidən yüksək gərginlikli elektrik xətlərinin keçməsi səbəbindən çıxarış verilməsindən imtina edilməsi barədə cavab verilmişdir. Bu işdə Ə.lsabalayevi günahlandırmışdır ki, bu nə torpaq sahəsidir ona satmışdır, əgər həmin torpaq sahəsinin çıxarışını almaq mümkün olmayacaqdısa, bunu nəyə görə vaxtında ona deməmişdir. Ə.lsabalayevə bu barədə deyəndə, Zərərçəkmiş şəxs bu işdə özündə heç bir səhv olmadığını bildirib, guya ona tam qanuni şəkildə torpaq sahəsi satdığını, bu torpaq sahəsini ona satarkən həmin ərazidən heç bir elektrik, qaz xətlərinin keçmədiyini deyib özünü təmizə çıxartmağa çalışaraq ona yola versə də, Zərərçəkmiş şəxs bu sözlərinə inanmamış, çünki Zərərçəkmiş şəxs uzun müddət bələdiyyə sədri vəzifəsində İşləmiş, torpaq məsələlərindən çox gözəl başı çıxmış, ona satdığı torpaq sahəsinin çıxarışının alınmasının mümkün olub-olmamasını əvvəlcədən çox gözəl bilmiş, lakin bütün bunları bilə-bilə ona bu barədə vaxtında məlumat verməmiş, bir sözlə başa düşmüşdür ki, Əlağa onu aldatmışdır. Zərərçəkmiş şəxs sözünə inanıb boş yerə sənədləşmə işlərinə, rüsumlara xeyli xərc çəkmişdir. Ona görə də, Ə.lsabalayevdən 2006-cı ildə həmin torpaq sahəsinin sənədləşmə işlərinə görə xərclədiyi təxminən 1.000 manat pulu tam olaraq ona qaytarmasını, ya da həmin torpaq sahəsinin qanuni şəkildə çıxarışını alaraq ona verməsini tələb etmişdir. Zərərçəkmiş şəxs isə heç cür bu məsələnin özünün səhvi olduğunu boynuna almamış, qəti şəkildə bu məsələni həll etməkdən, eləcə də bu torpaq sahəsinin sənədləşmə işlərinə görə xəcrlədiyi pulu ona qaytarmaqdan imtina etmişdir. Bu səbəbdən onların münasibətləri pisləşmiş, Zərərçəkmiş şəxs bu məsələyə saymazyana şəkildə yanaşması, öz səhvini boynuna almaması, onu aldatması ona çox pis təsir etmişdir, özü də işsiz, kasıb, iki xəstə uşağa baxan adamdır, bu torpaq sahəsi ona çox lazım olmuş, həmin torpaq sahəsini sataraq uşaqlarının mülaicəsinə xərcləyəcəyini fikirləşmişdir. Görəndəki Zərərçəkmiş şəxs onu axmaq yerinə qoymuşdur, öz xoşuna nə pulunu qaytarmayacaq, nə də torpaq məsələsini həll etməyəcəkdir, bu səbəbdən hansı yolla olur-olsun pulunu ondan geri almaq qərarına gəlmişdir. Bununla əlaqədar olaraq Zərərçəkmiş şəxs ilə aralarında bir neçə dəfə möhkəm şəkildə mübahisələri olmuş, hətta bir neçə dəfə özünü salxaya bilməyib Ə.lsabalayevi vurmuş, eləcə də onu qorxutmaq istəmişdir ki, bu söhbəti həll etsin. Ancaq heç bir xeyri olmamış, Zərərçəkmiş şəxs heç cür öz dediyindən dönməmiş, ona torpaq məsələsi ilə bağlı heç cür köməklik etmək fikri olmamışdır. Bu da onu daha da qıcıqlandırmış, iki xəstə uşaqla, özü də işsiz vəziyyətdə Ə.lsabalayevə görə bu qədər pul itirməsi, haqqı olan torpaq sahəsindən məhrum olması onu özündən çıxarmış, Ə.lsabalayevin hərəkətlərinə dözə bilməmişdir. Uşaqlarının müalicəyə ehtiyacı olduğu bir vaxtda Ə.lsabalayevin üzündən bu cür ziyana düşməsinə görə çox əsəb keçirmişdir. Dəfələrlə Ə.lsabalayevə bu söhbəti xoşluqla həll etməyi təklif etsə də, Ə.lsabalayev onun sözlərini heç vecinə də almamış, bu məsələni üstündən atmış, ona kömək etmək istəməmişdir. Ə.lsabalayevin bu cür həyasız hərəkətlərinə daha dözə bilməmiş, özü narkotik vasitə alüdəçisi olduğuna görə əsəbləri yerində olmamışdır. Ə.lsabalayevin üzündən ziyana düşməsi, torpaq sahəsindən olması fikri beynindən çıxmamışdır. Çünki Ə.lsabalayev ona düzgün şəkildə torpaq sahəsinin satışını təşkil etsə idi, bu qədər pula ehtiyacı olduğu bir vaxtda həmin torpaq sahəsini satıb uşaqlarını müalicə etdirərdi. Özü də əvvəllər yol-nəqliyyat hadisəsində ağır zədələr aldığından işləyə bilməmişdir. Tək ümid yeri həmin torpaq sahəsi olmuş, o da Əlağanın üzündən əlindən çıxmışdır. Ailəsinin çətin vəziyyəti, uşaqlarının xəstəliyi, onlara heç cür kömək edə bilməməsi ona çox pis təsir göstərmişdir. Əlağanı düşmən kimi görmüş, onu belə bir çətin vəziyyətə salıb heç nə olmamış kimi hərəkət etməsinə dözə bilməmişdir. Ona bu məsələni qaydasına qoymaq üçün yalvarmaqdan, xahiş etməkdən bezmişdir. Ə.lsabalayev nə xoşluqla, nə də zorla heç cür yola gəlməmişdir. Dəfələrlə onunla oyun oynamaması, bu işin axırının yaxşı qurtarmayacağı barədə Ə.lsabalayevi xəbərdar etmişdir. xx.xx.2023-cü il tarixdə, Rusiya Federasiyasından onlara qonaq gələn Şamil adlı tanışı ilə birlikdə yaşadığı evdə iki nəfərə 1 litr araq içmişlər. Şamil adlı şəxslə 2015-ci ildə Rusiya Federasiyasının Çexov şəhərində şirniyyat zavodunda birlikdə işləmişlər. Şamil özü də hal-hazırda Rusiya Federasiyasının Çexov şəhərində yaşayır, hal-hazırda Azərbaycan Respublikasında deyil. Bildiyinə görə Şamil əslən Bakı şəhərindən olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat təxminən 07 radələrində Şamil yuxudan durub Bakı şəhərinə getmişdir. Şamili yola salandan sonra özü də axşam içdiyi spirtli İçkinin təsiri altında olduğundan, Zərərçəkmiş şəxslə aralarında olan torpağa görə ədavət yadına düşmüşdür. Əlağaya yalvarmaqdan, uşaq kimi onun arxasınca gəzib bu məsələni həll etməsini xahiş etməkdən bezmişdir. Son vaxtlar isə maddi cəhətdən çox çətinlik çəkdiyindən, bu torpaq sahəsinə ehtiyacı olmuşdur. Bu torpaq sahəsini sataraq uşaqlarının müalicəsinə xərcələmək istəmişdir. Bu fikirlər onun beynindən çıxmamışdır. Əlağanın onu ziyana salmasına, ona görə neçə ildir pis vəziyyətdə qaldığına görə, bir daha əsəbiləşmiş, bu məsələni birdəfəlik həll etmək, əgər Əlağa bu dəfə də torpaq sahəsinin sənədlərini düzəlməsə, ya da pulunu qaytarmağa razı olmasa onu cəzalandırmaq, lazım gələrsə vurub öldürmək qərarına gəlmişdir. xx.xx.2023cü il tarixdə, saat təxminən 08 radələrində Zərərçəkmiş şəxs evinə getmək üçün Qusar şəhər avtovağzalından 1 nömrəli marşurt avtobusuna minib sonuncu dayanacaq olan Qusar rayonu Çiləgir kəndinin ərazisində avtobusdan düşmüşdür. Evdən çıxarkən manqalda ocaq qalamaq üçün alıb həyətdə qoyduğu içərisində benzin olan plastik qabı sellofan torbaya qoyaraq özü ilə götürmüşdür. Həmin qabı götürməkdə məqsədi lazım gələrsə özünü də, Ə.lsabalayevi də od vurub yandırmaq olmuşdur. Həyəcanlı olduğundan, sakitləşməkdən ötrü marşurt avtobusundan düşdüyü yerin yaxınlığında yerləşən mağazadan 0.5 litr pivə alaraq onu da içmişdir. Ə.lsabalayevin Qusar rayonu Zindan Muruq kəndində yerləşən evinə getmək üçün Qusar-Şahdağ yolunun kənarında dayanıb taksi gözləməyə başlamışdır. Bir müddət sonra isə həmin yoldan keçən Rusiya Federasiyasına məxsus qeydiyyat nişanı olan, qara rəngli “Lada Priora” markalı avtomobilə əl edib saxlatmış və onu Qusar rayonu Zindan Muruq kəndinə çatdırmasını xahiş etmişdir. Bu avtomobilin qeydiyyat nişanını xatırlamır, ancaq Rusiya Federasiyasına məxsus nömrə olması yadında qalmışdır. Avtomobili kişi cinsli, saqqallı, təxminən 35 yaşında, əvvəllər görmədiyi, tanımadığı bir nəfər idarə etmişdir. Avtomobilə əyləşərkən həmin şəxsə onu Qusar rayonu Zindan Muruq kəndinə çatdırmasını xahiş edəndə, özünün də “X28"nə getdiyini, yolunun üstü olduğuna görə heç bir problem olmadığını bildirmişdir. Səhv etmirsə bu şəxsin adı Elmar olmuş, lakin üzərindən uzun müddət keçdiyindən, həmçinin Ə.lsabalayevin evinə gedərkən hirsindən özündə olmadığından onun adını dəqiq olaraq xatırlamamışdır, hansı rayondan olduğunu, harada yaşadığını da ondan soruşmadığına görə bilməmişdir. Bu şəxsi, eləcə də idarə etdiyi avtomobili əvvəllər Qusar rayonu ərazisində heç vaxt görməmişdir. Yolda olarkən də onunla çox söhbət etməmiş, Zindan Muruq kəndinə nəyə görə getdiyini də deməmişdir. Həmin şəxsin Ə.lsabalayevi öldürmək fikrində olması barədə heç bir məlumatı olmamışdır. Qusar rayonu Zindan Muruq kəndinə çatandan sonra, avtomobili idarə edən şəxs hansı istiqamətə getmək lazım olduğunu soruşanda, ona Ə.lsabalayevin evinə gedən yolu göstərmiş, həmin şəxs də onu Əlağanın evinə çatdırmışdır. Ora çatanda saat təxminən 10:30 radələri olmuşdur. Qəbul etdiyi spirtli içkilərin təsiri altında olduğundan, Ə.lsabalayevə qarşı çox hirsli olmuş, ona qarşı nifrəti daha da artmışdır. Əlağa ilə rahat şəkildə bu məsələni həll etmək üçün onu tək ola biləcəkləri bir yerə aparmaq istəmişdir. Ə.lsabalayev həyətinin qarşısında avtomobil dayandığını eşidib küçəyə çıxanda, ondan avtomobilə əyləşməsini tələb etmişdir. Ə.lsabalayev isə onun əsəbi olduğunu görüb qorxusundan onunla getməyə etiraz edib həyətə daxil olmuşdur. Onun heç cür gəlməyəcəyini görüb, avtomobildən sellofan torbaya qoyub özü ilə gətirdiyi plastik qabda olan benzini götürüb, avtomobili də yola salmışdır. Əlağanın yanına qayıdıb bir daha onunla gələrək təklikdə söhbət etməsini tələb etmişdir. Zərərçəkmiş şəxs isə şirin dilinə salıb yalan sözlərlə onu sakitləşdirib yumşaltmağa çalışmış, ona içəri keçib evdə çay içib sakit şəkildə söhbət etməyi təklif etmişdir. Birlikdə yaşadığı evə daxil olmuşlar, evin mətbəxinə keçib orada olan masanın ətrafında əyləşmişlər, özü divanda əyləşmiş, özü ilə gətirdiyi, sellofan torbanın içərisində olan benzin qabını da elə yanında masanın altına qoymuşdur. Səhv xatnlamırsa Zərərçəkmiş şəxs gəlini Nadejda da mətbəxdə olmuşdur. Nadejda onları görüb mətbəxdən çölə çıxmış, birbaşa söhbətə keçib Ə.lsabalayevdən torpaq sahəsinin sənədini düzlətməsini tələb etmişdir. Ə.lsabalayev yenə də onu yola verib bu məsələdə heç bir səhvi olmadığını deyəndə, daha dözməyərək onu söyməyə başlamışdır. Özünü yığışdıra bilməmiş, Ə.lsabalayevin onu yola verməsi pisinə getmiş, daha da hirslənmişdir. Ə.lsabalayevin üzrxahlıq edib torpağın sənədlərini düzəldib verməsini demək əvəzinə sakit danışmasını deməsi onu daha çox qızışdırmışdır. Ə.lsabalayevə onunla zarafat etmədiyini, ciddi söhbət etdiyini, lazım olarsa onun qanını yerə tökəcəyini göstərmək üçün əynində olan qara rəngli gödəkcənin iç cibindən, həmişə üzərində gəzdirdiyi qara rəngli açılıb-qatlanan bıçağı çıxardıb bıçaqla onu vurub öldürəcəyini, əgər yola gəlməsə, ya pulunu qaytarmağa, ya da qısa müddət ərzində torpaq sahəsinin sənədlərini düzəldib verməyə razı olmasa, elə oradaca öldürüb meyitinə də, evinə də od vurub yandıracağını demişdir. Bu sözləri deyərkən ciddi olmuş, zarafat etməmişdir. Zərərçəkmiş şəxs başına açdığı oyuna görə boğaza yığılmış, onu Öldürməmək üçün özünü zorla saxlamışdır. Zərərçəkmiş şəxs də onun ciddi olduğunu görüb, yalvar-yaxar etməyə başlamış, otaqdan çıxıb bir neçə dəqiqə sonra geri qayıtmışdır. Əlağanın bir neçə ildi onu dolamasından bezdiyindən, heç bir sözünə inanmamış, özü də spirtli içkinin təsiri altında olduğundan onun üstünə hücum çəkməmək, bıçaqla vurub öldürməmək üçün özünü güclə saxlamış, onu söymüşdür. Bir neçə dəqiqə sonra isə Ə.lsabalayevin qonşuluğunda yaşayan Şahid4 onların yanına gəlmişdir. Ə.lsabalayev onunla razılaşmaq yerinə Yaşarla birləşib onu evdən qovmaq üçün onu çağırmışdır. Bundan sonra Ə.lsabalayev İlə nəsə danışıb həll etməyin mənasız olduğunu başa düşüb dözə bilməyib, Ə.lsabalayevi öldürüb söhbəti birdəfəlik bağlamaqdan ötrü sağ əli ilə üzərində olan qara rəngli sapı olan, açılıb-qatlanan bıçağı əynində olan gödəkcənin cibindən çıxardıb onun üstünə getmiş, bıçaqla Zərərçəkmiş şəxs vurmaq istəyərkən Şahid4 aralarına girib, bıçaq tutduğu əlinin bilək nahiyəsindən tutması səbəbindən zərbəsi Əlağaya dəyməmişdir. Şahid4 ondan fiziki cəhətdən böyük, güclü olduğundan, ondan yaxa qurtarıb Əlağanı vura bilməmiş, lakin bıçağı da əlindən buraxmamışdır. Yaşarın əlindən çıxıb Əlağanın üstünə gedib onu bıçaqla vurub öldürmək istəmiş, lakin Yaşar ona mane olduğundan, əlini buraxamadığından bunu edə bilməmişdir. Yaşar ondan çox güclü olduğundan əlindən zor gücünə çıxa bilməyəcəyini görüb, onu buraxması üçün yalandan sakitləşdiyini deyib geri çəkilmiş, Əlağanın üstünə getməmişdir. Yaşar da sakitləşdiyini fikirləşib əlini buraxmışdır. Lakin gözü döndüyündən, hirsi soyumadığından bir də Zərərçəkmiş şəxs bıçaqla vurub öldürmək üçün, imkan tapıb qəflətən onun üzərinə hücuma keçmişdir. Sağ əlində tutduğu bıçaqla Ə.lsabalayevi vurmaq istəmiş, lakin həmin vaxt Əlağa özünü kənara çəkdiyindən, Şahid4 da aralarına girib ona mane olduğundan bıçaq zərbəsi Əlağaya dəyməmişdir. Şahid4 onu tutaraq Əlağadan kənarlaşdırmağa çalışmış, o isə qəti şəkildə Əlağanı öldürüb bu məsələni qurtarmaq üçün onun üzərinə getməyə çalışmış, bu səbəbdən Yaşarla tutaşmışlar. Əlağanın üzərinə gedib onu bir daha bıçaqla vurmaq istəyəndə, Yaşar onu çəkdiyi üçün orada yıxılmış, lakin nə qədər çalışsa da, Yaşar bıçaq tutduğu əlini buraxmamış, ondan yaxa qurtara bilməmişdir. Ə.lsabalayevi öldürmək İstəyərkən gəlini Nadejda, arvadı Zenfira da orada olmuşlar, səs-küylərini eşidib mətbəxə gəlmişlər. Lakin o qədər acıqlı olmuşdur ki, Ə.lsabalayevin arvadı və gəlininin də yalvar- yaxarlarına, qışqırtılarına fikir verməmiş, onların orada olmasına baxmayaraq Əlağanı bıçaqla vurub öldürməyə çalışmışdır. Ancaq Şahid4 ona mane olması səbəbindən öz məqsədinə çata bilməmişdir. Şahid4 onu zorla itələyib Əlağanın evindən çölə çıxartmışdır. Əlağanın qonşusu Mirzəpaşa adlı şəxs də onların səsini eşidib Əlağanın evinin qarşısına gəlmişdir. O da onun hirsli olduğunu, özündə olmadığını görüb onu sakitləşdirməkdən ötrü öz həyətlərinə aparmışdır. Bir müddət sonra Qusar rayon Polis Şöbəsinin əməkdaşları Ə.lsabalayevin evinin qarşısına gələrək onu Qusar RPŞ-nə dəvət etmişlər. Onlarla birlikdə Qusar RPŞ-nə gəlmişdir. Yolda olarkən cibində olan açılıb-qatlanan bıçağı da polis əməkdaşlarına könüllü şəkildə təhvil vermişdir. Sonradan başa düşmüşdür ki, çox səhv iş tutmuşdur, Zərərçəkmiş şəxs ailə üzvlərinin yanında öldürməyə cəhd etdiyinə görə onun barəsində ciddi təbir görüləcəkdir, ona görə də, cinayət məsuliyyətinə cəlb olunmasından qorxduğundan bir müddət sonra bu məsələ ilə əlaqədar olaraq cinayət işinin başlanıldığını, Qusar rayon Polis şöbəsinə çağırıldığını eşidib qaçıb gizlənməyə qərar vermiş və Qusar rayonu ərazisində olan meşəlik ərazilərdə, mütxəlif bağlarda qalaraq gizlənmişdir. Tutduğu işdən çox peşimandır. Gərək heç Zərərçəkmiş şəxs evinə getməzdi, əsəblərini idarə edərdi. Əməllərinə görə çox utanmışdır. Həm sərxoş olmasının, eləcə də çətin maddi vəziyyətinin, həyat şəraitinin, problemlərinin təsiri altında, əsəblərini cilovlaya bilməyərək, belə bir iş görmüşdür. Zərərçəkmiş şəxs öldürmək fikrinin necə ağlına düşdüyünü heç özü də bilmir, şeytan onu yoldan çıxartmışdır. Səmimi şəkildə bildirmişdir ki, sakit başla Ə.lsabalayevin ailə üzvlərinin yanında belə bir vəziyyət yaratmazdı, onu öldürməyə çalışmazdı, bu heç adətənənəyə, kişiliyə sığan iş deyildir. Lakin şeytan onu yoldan çıxartmış, özünü saxlaya bilməyib arvadının və gəlininin yanlarında olduğunu bilə-bilə, onlara da bu cür hərəkətlərlə əziyyət verdiyini, incitdiyini başa düşdüyü halda, bıçaqla Ə.lsabalayevin üstünə hücum çəkib onu öldürməyə çalışmışdır. Yaxşı ki, Şahid4 yanlarında olmuş, onun qarşısını alıb, özünü təhlükəyə ataraq, bıçaqlı əlini tutub Əlağanı öldürməsinə imkan verməmiş, qan tökülməsinə qoymamışdır. Tam əminliklə demişdir ki, əgər Şahid4 olmasa idi, Zərərçəkmiş şəxs öldürüb böyük bir faciəyə səbəb olacaqdı. Həmin anda o dərəcədə özündən çıxmışdır ki, gözü heç nəyi görməmişdir. Əlağanı öldürməyi qəti şəkildə ağlına qoymuşdur. Ona görə də, ondan əl çəkməmiş, bu şəbədən bıçağı əlindən buraxmamışdır. Bıçaq tutduğu əlinin üst tərəfinin necə, nə vaxt qanamasını həmin anda fikir vermədiyindən xatrılamamışdır. Ola bilsin Ə.lsabalayevlə mübahisə edərkən əlini harasa sürtüb qanatmışdır, lakin bu elə də ciddi zədə olmamışdır. Özündən çıxdığından, həmin anda heç bir ağrı hiss etməmişdir. Sonradan isə Qusar RPŞ-nin əməkdaşları Ə.lsabalayevin evinin qarşısına gələrək onu yanlarına çağıranda, əlinin üzərində qan olduğunu görüb əllərini qar ilə ovuşduraraq qanı təmizləmişdir ki, polis əməkdaşları dava-dalaşdan xəbər tutmasınlar. Şahid1 eləcə də Şahid2 düz deyirlər, Nadejdanın “öldürdü” sözünü eşidib Əlağanı öldürdüyünü fikirləşib bir qədər duruxub qalmışdır. Həmin vaxt gözü elə dönmüşdür ki, onların yanlarında olmaları, qışqırıb ağlamaları, ona yalvarmaları heç vecinə də olmamışdır. İndi isə bütün bu hadisələr yadına düşdükcə çox utanır, xəcalət çəkir. Baş vermiş məlum hadisə zamanı Ə.lsabalayevi vurub öldürməyə cəhd etdiyi qara rəngli, açılıb-qatlanan cib bıçağını 2021-ci ilin təxminən yanvar ayında Quba şəhər bazarında məişət əşyaları, eləcə də xırdavat satan mağazadan almışdır. Həmin bıçağı gündəlik işlərdə isitafə etmək, meyvə doğramaq üçün üzərində daimi olaraq gəzdirmişdir. Məhz həmin bıçaqla da Zərərçəkmiş şəxs vurub öldürməyə cəhd etmiş, lakin Şahid4 mane olması səbəbindən bunu edə bilməmişdir. Həmin bıçaq qara rəngli plastmas tutacağı olan, açılıb-qatlanan bıçaq olmuşdur. Ə.lsabalayevin onun torpaq problemini həll etməməsi, onun üzündən həm pulundan, həm də torpaq sahəsindən olduğundan ona qarşı çox güclü nifrət hissi yaranmışdır. Zərərçəkmiş şəxs öldürməyi qəti şəkildə beyninə qoyduğundan, xx.xx.2023-cü il tarixdə onlara gedərkən özü ilə benzin aparmışdır. Həmin benzini onlara getməzdən əvvəl uşaqlar üçün kabab bişirəndə kömür olması üçün manqalda ocaq qalamaq məqsədilə almışdır. xx.xx.2023-cü il tarixdə Ə.lsabalayevin evinə getmək üçün evdən çıxarkən həyətdə qoduğu, içərisində benzin olan həmin plastik qab gözünə sataşmış, bundan sonra ona lazım olacağını fikirləşib, Ə.lsabalayevin evinə gedərkən, içərisində benzin olan həmin plastik qabı sellofan torbaya büküb özü ilə götürmüşdür. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs evinə getməzdən əvvəl qəti qərara gəlmişdir ki, ya Əlağa onun torpaq məsələsini həll edəcək, ya da onu öldürüb acığını çıxacaqdır. Çünki get-gəldən bezmiş, dəfələrlə Zərərçəkmiş şəxs xəbərdar etmişdir ki, bu məsələni həll etməsə axırı pis qurtaracaq. Ə.lsabalayevin evinə gedərkən artıq onu vurub öldürməyi ağlına qoymuşdur. Hadisə zamanı heç bir xəsarət almamışdır. Sonradan Şahid4 onu evdən çölə çıxarandan sonra sağ əlinin üstündə qan ləkələrinin olduğunu görmüşdür. Lakin bu da elə bir ciddi xəsarət olmamış, kiçik sıynq olmuşdur. Polis əməkdaşları gəlib onu yanlarına çağırarkən əlini qar ilə təmizləyəndən sonra əlində heç bir qan izi qalmamışdır. Yəqin Zərərçəkmiş şəxs və Şahid4 əyinlərində olan paltarlara da, sağ əlində olan bu sıyırq səbəbindən qan ləkələri düşmüşdür. Hadisə xx.xx.2023-cü il tarixdə, saat təxminən 10.30 radələrində, təxminən 20-30 dəqiqə ərzində davam etmişdir. Həmin vaxt orada Zərərçəkmiş şəxs gəlini Şahid1, arvadı Zenfıra İsabalayeva, eləcə də onların qonşuları Şahid4 olmuşdur. Bunlardan başqa evdə kiminsə olmasını xatırlamır. Eləcə də Yaşar onu Ə.lsabalayevin həyətindən çıxararkən, küçədə Mirzəpaşa adlı şəxs də olmuşdur. Ancaq onun hadisəni görməsi, eşitməsi barədə məlumatı yoxdur. Ona Zərərçəkmiş şəxslə aralarında baş vermiş hadisə barədə heç bir söz deməmiş, lakin Mirzəpaşa əsəbi olduğunu görüb, onu sakitləşdirməyə çalışmışdır (cild 02, iş vər. 170- 179). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 17 yanvar 2023-cü il tarixdə o, avtomobil səsi eşitmiş və çölə çıxmışdır. Çölə çıxan zaman qapıda qara rəngdə avtomobil və içərisində Elşadı görmüşdür. Elşad ona avtomobilə oturmasını bildirmiş, amma o, avtomobilə oturmamışdır. Daha sonra onlar evə keçmişlər. Mətbəxdə gəlini qab yuyurmuş və o, gəlininə qabları yığışdırmasını söyləmişdir. Elşad onun yoldaşını, nəslini söyməyə başlamış və o, evdə uşaqlar olduğunu, söyüş söyməməsini bildirmişdir. Neçə dəfə ona sakit olmasını bildirmiş və alınmadığını gördükdən sonra çölə çıxmışdır. O, gəlinini göndərmişdir ki, qonşunu çağırsın. Gəlini getmiş və daha sonra yoldaşıgil gəlmişdir. Elşad yoldaşının yanında onu söyməyə başlamışdır. Daha sonra Elşad bıçağı çıxarmış və onun qarnına dirəmişdir. Yaşar onun əlini tutmuş və bıçağı buraxmasını söyləmişdir. Elşad bıçağı buraxmamış və sakit duracağını söyləmişdir. Elşad onları aldatmış və sonra təzədən fırlanaraq onun üzərinə gəlmişdir. Elşadın əli qan olmuşdur. Daha sonra sahə rəisi gəlmiş və Elşadı aparmışdır. Onları da ifadə vermələri üçün polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, nəyin üstündə mübahisə düşdüyünü bilmir. O, Elşada torpaq vermişdir. Həmin torpaq Elşadın adınadır. O, 2006-cı ildə Elşada torpaq vermişdir. Elşad 2019-cu ildən həmin torpaqla bağlı onunla mübahisə aparmışdır. Həmin torpaq başqa şəxsə satılmamışdır. Əvvəllər Elşad onu döymüş, amma o, uşağı olduğu üçün Elşaddan şikayət etməmişdir. Elşad ona başqa hədə-qorxu gəlməmişdir. Hadisə günü Elşad saqqallı bir şəxslə qara avtomobildə gəlmişdir. O, Elşadın gəldiyi şəxsi tanımır. Elşad mətbəxdə söyüş söyməyə başlamış və həmin söyüşləri ailə üzvləri eşitmişdir. Elşada söyüş söyməməsini bildirmiş, amma Elşad bıçaq çıxarmışdır. Elşad bıçağı qoltuğundan çıxarmışdır. Həmin bıçaq qara rəngdə olmuşdur. Elşad bıçağı çıxaran kimi onun üzərinə gəlmişdir. X36 qolundan tutmuş və Elşad bıçağı ona vura bilməmişdir. Yaşar Elşadın qolunu buraxdıqdan sonra Elşad çəkilmiş və sonra yenidən onun üzərinə gəlmişdir. Gəlini ilə yoldaşı Elşadın ona zərbə endirmək istədiyini görmüşdür. Həmin vaxt otaqda gəlini, yoldaşı və qonşuları Yaşar olmuşdur. Yaşar orada olmasa Elşad onu vuracaqmış. Elşadın əlində bir butulkada yanacaq maddəsi olmuşdur. Sahə rəisi butulkanı açan zaman yanacaq maddəsi olduğunu öyrənmişlər. Sahə rəisi həmin maddəni şöbəyə aparmışdır. Hadisə vaxtı Elşad içkili olmuşdur. Elşaddan içkinin iyi gəlmişdir. Elşadın kiminlə spirtli içki içdiyini bilməmişdir. Elşadla onun uzaq qohumluq əlaqələri var. Əvvəllər onların arasında düşmənçilik və ədavət olmamışdır. O, təqsirləndirilən şəxsdən şikayətçidir və onunla barışmamışdır. O, heç vaxt Elşada söyüşlə qarşılıq verməmişdir. Hadisə günü Elşadla mübahisələri 20-25 dəqiqə davam etmişdir. Elşad mətbəxə sakit vəziyyətdə daxil olmuşdur. O, hadisə günü tövlədən çıxıb qapının ağzına gələn zaman orada Elşadı görmüşdür. O, avtomobil səsi eşitdiyi üçün qapıya çıxmışdır. Elşad qara avtomobildə oturmuş və qapını açaraq ona avtomobilə oturmağını bildirmişdir. Həmin vaxt Elşadın əli qanlı olmuşdur. O, avtomobilə minməmiş və Elşadı evə dəvət etmişdir. Elşad evə gələn zaman onun əlində ağ rəngli paket olmuşdur. O, həmin paketdə nə olduğunu bilməmişdir. Onun fikrincə, Elşad kiminləsə dalaşdığı üçün əli qan olmuşdur. Elşad evə girdikdən sonra o, gəlinə qabları yığışdırmasını söyləmişdir. Elşad ağzına gələn söyüşü söyməyə başlamışdır. Hadisə vaxtı nəvələri evdə olmuşdur. Nəvələrindən biri 3-cü sinifdə, biri isə 5-ci sinifdə oxuyur. Nəvələrindən biri xəstədir və o, uşağı çölə çıxarıb Elşada söyüş söyməməsini bildirmişdir. Elşad durduq yerə onu söyməyə başlamış və onun Elşadı tutdurduğunu, 7 ay həbsdə qaldığını bildirmişdir. O, Elşadın məqsədinin başqa olduğunu görüb gəlinini qonşuları Yaşarı çağırmağa göndərmişdir. Daha sonra Elşad bıçağı çıxarmış və üzərinə gəlmişdir. Gəlini kömək çağırmağa getmiş və 3 dəqiqəyə gəlmişdir. Gəlini gedən zaman Elşad ona xəsarət yetirməmiş, çünki yoldaşı evdə olmuşdur. Yoldaşı tövləyə getmiş və səs-küy eşidib gəlmişdir. O, paketin içində nə olduğunu bilməmişdir. Elşad onu öldürüb evinə od vuracağını söyləmişdir. Sahə rəisi söyləyənə kimi paketin içində nə olduğunu bilməmişdir. Hadisə vaxtı nəvələri başqa otaqda olmuşlar. Onlar Elşadla söhbət edən zaman qonşuları gəlmişdir. Hadisə vaxtı yoldaşı da mətbəxdə olmuşdur. Onların mətbəxi 4x3 ölçüdədir. Hadisə vaxtı qonşu, yoldaşı, gəlini və o mətbəxdə olmuşlar. Uşaqlar hadisə vaxtı mətbəxdə olmamışlar. Elşad bıçağı çıxarmış və onun üzərinə gəlmişdir. Elşadın əlindən axan qan onun köynəyinə və stula dəymişdir. Gəlini isə elə bilmişdir ki, Elşad onu bıçaqla vurub. Gəlini qışqırdıqdan sonra Elşad çəkilmişdir. Hadisədən 15 dəqiqə sonra polis onların evinə gəlmişdir. Qana bulanmış köynəyi polis rəisinə göstərmiş, amma onlar köynəyi ondan almamışlar. Bıçaqla heç kimə zərər yetirilməmişdir. Elşad 30-40 saniyə ərzində ona hücum etmişdir. Elşad sakitləşdikdən sonra söyüş söymüş və yenidən ona hücum etmişdir. Elşad oturduqdan sonra ona heç nə deməmiş, sadəcə söyüş söyməməsini bildirmişdir. Elşad ondan sənədlərini düzətməsini tələb etmişdir. O, torpağı Elşada neçəyə satdığını xatırlamır. Elşad evi yandıracağını söyləyən zaman benzini ona göstərməmişdir. Yaşar Elşadın əlindən bıçağı almamışdır. Elşad oturduqdan sonra təzədən ona hücum etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Satdığı torpağın sənədləri Elşadın əlindədir. O, torpaq satan zaman həmin torpaq sahəsinə çıxarış verilmədiyini bilməmişdir. Torpaq üstündə Elşadla onun arasında mübahisə yaranmışdır. Elşadla aralarında başqa mübahisə olmamışdır. Elşad çıxarış ala bilməmiş, amma torpaq yerindədir, heç kimə satılmamışdır. O, Elşada çıxarış verə bilməyəcəyini, oradan yüksək təzyiqli qaz xəttinin keçdiyini bildirmişdir. O, torpağı satan zaman oradan qaz xətti getmirmiş. Elşadın onu öldürməsinə qonşuları Yaşar mane olmuşdur. Benzin orada qalmış və Elşad benzin qabını açmağa cəhd göstərməmişdir. Məhkəmə istintaqının gedişində zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, məhkəmədən bunun nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza təyin etməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə günü o evdə olmuşdur. Xəstə olan böyük oğlu yatmış, balaca isə onunla mətbəxdə olmuşdur. Çöldə kimsə Əlağa deyə çağırmağa başlamış, amma o, çölə çıxmamışdır. O, pəncərədən kiminsə qışqıraqışqıra gəldiyini görmüşdür. Həmin şəxsin əlində nə isə olmuş, amma o, nə olduğunu bilməmişdir. Şəxs söyüş söydüyü üçün o, uşaqları başqa otağa keçirmişdir. Qayınatası həmin şəxsi mətbəxə gətirmişdir. Daha sonra qayınatası ona stolu təmizləməsini söyləmiş və o, stolu təmizlədikdən sonra mətbəxdən çıxıb digər otağa getmişdir. O, uşaqlarla digər otaqda oturan zaman mətbəxdəki qışqırıq səslərini, “səni öldürəcəm” sözünü eşitmişdir. Bir müddət sonra qayınatası gəlmiş və qonşuları Yaşarı çağırmasını istəmişdir. O, Yaşarı çağırmağa gedən zaman yoldaşı zəng etmiş və evdə birinin olduğunu söyləmişdir. O, sonradan bilmişdir ki, Elşad onun böyük əmisioğludur. O, yoldaşına şəxsin üzərində bıçaq da olduğunu bildirmiş və polis çağırmasını söyləmişdir. O, qonşudan qayıtdıqdan sonra uşaqlardan birini məktəbə göndərmişdir. Daha sonra qayınanası da onların səsini tövlədən eşidib evə gəlmişdir. Elşadın əlində bıçaq olduğunu görmüşlər və ona yalvarmağa başlamışlar. Birinci dəfə Elşad qayınatasına vurmaq istəyən zaman Yaşar mane olmuşdur. Elşad onlara gələn zaman onun əlində qan görmüşdür. Daha sonra ikinci dəfə şəxs əlində bıçaqla hücum edən zaman o, qayınatasının köynəyində qan görmüş və Elşadın onu vurduğunu düşünərək qışqırmışdır. Yaşar qonşu Elşadı çölə çıxarmış və Elşad çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, onlar Yaşarın araya girməsini görmüşlər. Onlar Elşadın bıçaqla qayınatasına hücum etdiyini görmüşlər. Yaşar qonşu mane olduğu üçün Elşad bıçaqla vura bilməmişdir. Yaşar qonşu Elşadın əlindən tutmuş və bıçaqla vurmasına mane olmuşdur. O, ərinə zəng edib polis çağırmasını söyləmiş və yoldaşı polis çağırmışdır. Mübahisənin torpaq üzərində olduğunu sonradan bilmişlər. Elşad “Əlağa mənim torpağımı qaytar, sənə od vuracam, səni öldürəcəm” deyə qışqırırmış. Elşad getdikdən sonra butulkada benzin olduğu müəyyən olmuşdur. Elşad evə söyüş söyə-söyə girmişdir. O, qabları yumamış, onları yığışdırıb mətbəxdən çıxmışdır. Elşad gah oturur, gah da durub söyüş söyürmüş. Onun mətbəxdən çıxmağı 5 dəqiqə çəkmişdir. Onun uşaqlarının özləri məktəb formasını geyinirmiş. Digər uşağa da kurtka geyindirib qonşuları Yaşargilə göndərmişdir. O, uşaqları yola salan zaman mətbəxdəki qışqırıq səslərini eşidirmiş. Uşaqlar gedənə kimi Elşad bıçaq söhbətini açmışdır. O, qabları yığışdıran zaman Elşadın əlində bıçaq olmuşdur. Elşad onlara bıçaqla gəlmişdir. O, uşaqları göndərdikdən sonra qayınatası gəlmiş və Yaşarı çağırmağını söyləmişdir. O, dərhal qaça-qaça Yaşarı çağırmağa getmişdir. Yaşargil onlardan 3 dəqiqəlik məsafədə yaşayır. O, qışqırmış və Yaşar həyətdə olduğu üçün dərhal gəlmişdir. Yaşar, o və qayınanası birlikdə evə gəlmişlər. Qayınanası tövlədə olmuş və onların səslərini eşidib evə gəlmişdir. Yaşar mətbəxə girmiş, amma onlar çöldə gözləmişlər. Elşad bıçaqla qayınatasına hücum etdikdən sonra onlar içəri girmişlər. O, köynəkdə çox qan gördüyü üçün qorxmuşdur. Mətbəxin qapısı açıq olmuş və onlar içərini görmüşlər. İbtidai istintaq zamanı müstəntiqə ifadə verərkən hər şeyi olduğu kimi danışmışdır. O, qabları yığışdırıb uşaqların yanına keçdikdən sonra qayınatası ilə Elşad mətbəxdə dalaşırmışlar. O, digər otaqda olan zaman vurma, yıxılma səsləri eşitməmişdir. O, uşaqları qapıdan çıxaran zaman tez qayınatası gəlmiş və Yaşarı çağırmasını söyləmişdir. Yaşar içəri girən zaman Elşadın əlində bıçaq olmuş və sonradan qayınatasının üzərinə getmişdir. Yaşar onların arasına girmiş və onlar hadisəni arxadan görürmüşlər. Yaşar Elşadın əlindən tutmuş və bıçağı buraxmasını söyləmişdir. O, qayınatasının üzərində qan olduğunu görmüş və “öldü, vuruldu” deyə qışqırmışdır. Həmin vaxt Elşad sakitləşmişdir. Elşaddan içki iyi gəlirmiş. O, Elşadı hadisə günü tanımışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə günü o, tövlədə mal qaranı otlayırmış. Gəlini onu çağırıb Elşadın gəldiyini, yoldaşı ilə dalaşdığını söyləmişdir. Elşad yoldaşı ilə mübahisə etmiş və bıçaq çıxararaq yoldaşına hücum etmişdir. X36 qolundan tutaraq ona mane olmuşdur. O, Elşada çox yalvarmış, amma Elşad onu eşitməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, qonşuları Yaşarı gəlini çağırmışdır. Gəlini onu çağırmış və o, gələrək hadisəni sonuna kimi görmüşdür. Elşadın əlində qara rəngli bıçaq olmuşdur. Elşad həmin bıçağı çıxarmış və yoldaşının üzərinə getmişdir. Yaşar Elşadı tutmuş və yoldaşına vurmasına icazə verməmişdir. Elşad ikinci dəfə də yoldaşına vurmağa cəhd etmişdir. Elşadın əli qan olmuş və yoldaşının üzərinə qan bulanmışdır. Onlar elə bilmişlər ki, Elşad yoldaşını bıçaqla vurub. Daha sonra qonşuları Yaşar onları ayırmış və Elşad çölə çıxmışdır. O, hadisə vaxtı çox həyəcanlı olduğu üçün baş verənləri dəqiq xatırlamır. O, evə gələn zaman Elşad yoldaşını söyüb bıçağı çıxararaq onun üzərinə getmişdir. O, Elşada çay təklif etməmişdir. Onlar Elşaddan əlindəki qanın səbəbini soruşmamışlar. Stolun üzərindəki süfrə qan olduğu üçün onu işlətməmiş və yandırmışlar. Onlar Elşadın qanının töküldüyünü görmüşlər. O, evə gələn zaman qonşu Yaşar evdə olmuşdur. Elşad onun yoldaşını söyürmüş. Elşad divanda oturmuş və bıçağı çıxararaq yoldaşının üzərinə getmişdir. Yaşar Elşadın biləyindən tutmuşdur. Onların evində odun peçi var və həmin peçlə stolun arasında yoldaşı ilə Elşad dalaşırmış. O, Elşadın əlindəki bıçağı havada görmüşdür. Yoldaşı və Elşadı qan içində görüb qorxmuşdur. Onlar əvvəlcə Elşadın benzin gətirdiyini bilməmiş, polislər gəldikdən sonra stolun altındaki benzini görmüşlər. O, ibtidai istintaq zamanı müstəntiqə ifadə vererkən hadisəni olduğu kimi danışmışdır. O, evə gələn zaman Elşad oturmuş və yoldaşı da onun yanında olmuşdur. O, evə gələn zaman gəlini və Yaşar evdə olmuşlar. Gəlini evə gəldikdən 15 dəqiqə sonra o, evə gəlmişdir. Gəlini onu çağırmış və o, gəlinindən dərhal sonra evə girmişdir. O, gələn zaman yoldaşı ilə Elşad divanda, Yaşar isə stulda oturmuşdur. Gəlini qapının ağzında dayanmış və o, gəlininin yanında durmuşdur. Onlar içəri girməmişlər. Daha sonra Elşad yoldaşını söyməyə başlamışdır. Elşad duran zaman yoldaşına bıçaq çəkmiş və onlar dalaşmağa başlamışlar. Elşad bıçağı açıb yoldaşının üzərinə getdikdən sonra Yaşar onun biləyindən tutmuşdur. Elşad heç nə etməyəcəyini bildirmiş və oturmuşdur. İkinci dəfə də Elşad bıçaq çıxarmış və yoldaşına hücum etmişdir. Yaşar Elşada mane olduqdan sonra Elşad çölə çıxmışdır. Onlar qan görüb qışqırmışlar. Elşad qorxaraq çölə çıxmışdır. Elşad yoldaşına vurduğunu düşünmüş və onlar qan gəlir deyə qışqırmışlar. Həmin vaxt Elşad çölə çıxmışdır. Yoldaşının köynəyi bütöv qan olmuşdur. Elşad öz-özünə çölə çıxmışdır. Yaşar da Elşadla birlikdə çölə çıxmışdır. Yoldaşı qanlı köynəyini polis idarəsinə aparmış, amma sonradan köynəyi qaytarmış və həmin köynəyi yumuşlar. Polis əməkdaşları qabda olan benzini də götürmüşlər. Bıçağı polis əmədaşları aparmışdır. Onlar qışqırdıqdan sonra Elşad arxaya çəkilmişdir. Yoldaşı ayaq üstə olmuş və rəngi getmişdir. Onlar yoldaşına oturmasını söyləmiş və yoldaşı divanda oturmuşdur. Elşad yoldaşının oturduğunu görməmiş, çünki həmin vaxt o, çölə çıxmışdır. Yoldaşında danışmağa hal qalmadığı üçün onu bıçaqla vurub vurmadığını həmin vaxt bilməmişdir. Elşad “sizi yandıracağam” sözünü deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, hadisə günü gördüklərini tam xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Qonşunun gəlini həyətdən qışqıra-qışqıra onu çağırmışdır. O, da hadisəni bilmədən Əlağagilə getmişdir. Evə girən zaman Əlağa ilə Elşadın mübahisə etdiyi görmüşdür. Onu görən zaman sakitləşmiş və onunla görüşmüşlər. Onlar stola oturmuş və daha sonra yenidən mübahisə başlamışdır. O da bacardığı qədər onları ayırmağa çalışmışdır. Birinci dəfə Elşad bıçaq çəkmiş, o, mane olduqdan sonra Elşad bıçağı qatlamış və yerinə oturmuşdur. İkinci dəfə Elşad yenidən bıçaq çəkmiş və o onları ayırmışdır. Birinci dəfə onları sözlə, ikinci dəfə isə əli ilə ayırmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, birinci dəfə Elşad bıçaq atmamış, amma ikinci dəfə ona zərbə yetirməyə çalışmışdır. O, bacardığı qədər Elşada mane olmuşdur. O, Elşadın biləyindən tutmuşdur. Elşad ona müqavimət göstərməmiş, amma bıçağı əlindən buraxmamışdır. Söhbət əsnasında onlar təzədən qızışmışlar və ikinci dəfə Elşad hücum etmişdir. O, Elşada mane olmasa Əlağanı vurub vurmayacağını bilmir. Elşad onun əlindən çıxmağa çalışmamış və sakit formada olmuşdur. Elşadı o, çölə çıxarmışdır. O, Elşadı itələyə-itələyə çıxarmışdır. Elşad sakit şəkildə onunla çölə çıxmışdır. Elşad onun əlindən qaçmağa çalışmamışdır. Zərərçəkmiş şəxs qorxub kənara çəkilmişdir. O, Elşadın içkili olub-olmadığını bilmir. Elşaddan heç bir iy hiss etməmişdir. O, Elşadın biləyindən tutmuşdur. Elşadın mənzilə bıçaqdan başqa nə gətirdiyini bilmir. Bıçaq qara rəngli cib bıçağı olmuşdur. Əvvəldən bıçağın açıq yoxsa qapalı olduğunu görməmişdir. Elşad bıçaq çıxaran zaman onu sakitləşdirməyə çalışmışdır. Birinci dəfə Elşad bıçağı cibinə qoyan zaman onun qolundan tutub tutmadığını xatırlamır. İkinci dəfə Elşad ayağa qalxmış və mübahisə etməyə başlamışdır. O, Elşadın qolundan tutmuş və ona mane olmuşdur. Elşadla Əlağa böyür-böyürə dayanmışdır. Elşadın hansı fikirlə Əlağanı vurmaqdan imtina etdiyini bilmir, amma onun özü imtina etmişdir. Məhkəmə istintaqı zamanı şahid X5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, arvadı X12 ilə birlikdə yaşayır. X53 Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində yaşayır. Böyük qızı Səma Ağamuradova evlidir, öz ailəsi ilə birlikdə Qusar şəhərində yaşayır. Kiçik qızı Vəfa Kiçibəyova da evlidir, Vəfa da öz ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir fəhləlik etməklə ailəsini dolandırır. X30 işləmir, evdar qadındır. Zərərçəkmiş şəxs qonşusu kimi tanıyır, onunla aralarında qonşu kimi yaxşı münasibətləri vardır, narazılıq, dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs da həmkəndlisi kimi tanıyır, Təqsirləndirilən şəxs da əslən Qusar rayonu Zindan Muruq kəndindən olmuş, təxminən 18 ildir, Qusar şəhərinə köçüb, şəhərdə yaşamışdır. Təqsirləndirilən şəxsla uzaq qohumluq münasibətləri olmuş, belə ki hər ikisinin atalarının babaları qardaş olmuşlar. Təqsirləndirilən şəxsla uzaq qohum olsalar da, aralarında heç bir yaxınlıq, dostluq münasibətləri, eləcə də narazılıq, dava-dalaş, ədavət düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs bir neçə ildir qonşusu Zərərçəkmiş şəxs ilə düşmənçilik etmiş, onunla ədavət saxlamışdır. Eşitdiyinə görə, Zərərçəkmiş şəxs 2006-cı ildə Qusar rayonu Zindan Muruq bələdiyyəsinin sədri vəzifəsində işləyərkən Təqsirləndirilən şəxs bələdiyyədən torpaq sahəsi almış, lakin Əlağa bələdiyyə sədri vəzifəsindən çıxandan sonra, Elşadın bələdiyyədən aldığı torpaq sahəsindən “X49” QSC-nə qaz xətti çəkildiyindən Elşad bu torpaq sahəsinə çıxarış ala bilməmiş və bu işdə Zərərçəkmiş şəxs günahlandırmışdır. Bu səbəbdən Elşadın Əlağa ilə münasibətləri pisləşmiş, əvvəllər dəfələrlə aralarında sözsöhbət, mübahisə olmuş, eşitdiyinə görə Elşad Əlağaya torpaq məsələsini həll etməsə, onu öldürməklə hədələmişdir. 17 yanvar 2023-cü il tarixdə, saat təxminən 10:30 radələrində Zərərçəkmiş şəxs gəlini Nadejda həyəcanlı şəkildə yaşadığı evə gəlib tez onların həyətinə gəlməsini demiş, onu gözləməyib evinə qayıtmışdır. Şahid1 həyəcanlı şəkildə onu evlərinə çağırıb, tez gəlməsini deməsindən narahat olaraq, dərhal Zərərçəkmiş şəxs evinə getmişdir. Həyətə girəndə mətbəxin pəncərəsindən görmüşdür ki, evin mətbəxində adamlar vardır. Birbaşa evin mətbəxinə daxil olanda, Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs evin mətbəxində mübahisə etdiklərini görmüşdür. Təqsirləndirilən şəxs halından normal vəziyyətdə olmadığı, özündən çıxmdığı möhkəm şəkildə hirsli olması açıq şəkildə hiss olunmuşdur. Təqsirləndirilən şəxs onun yanında nalayiq söyüşlərlə Əlağanı söymüş və birdən əynində olan gödəkcəsinin iç cibindən qara rəngli sapı olan, açılıb-qatlanan bıçağı çıxardıb onun üzərinə hücum çəkmişdir. Təqsirləndirilən şəxs Əlağanın üstünə bıçaqla hücum edərkən Əlağanın yanında olmuşdur. Elşad mətbəxdə olan masanın yanından Əlağanı öldürəcəyini deyə-deyə, özündən çıxmış halda, hirsli şəkildə bıçaqla onun üstünə getmiş, sağ əlində tutduğu bıçaqla Əlağanın qarın nahiyəsinə bıçaqla vurmaq istəyərkən onların arasına girib Elşadın əlində bıçaq tutduğu qolunun bilək nahiyəsindən tutaraq, Əlağanı bıçaqla vurmasına mane olmuşdur. Təqsirləndirilən şəxs əlindən bıçağı almaq istəsə də, Elşad bıçağı əlindən buraxmamışdır. Elşad qışqıraraq onu buraxmasını, Əlağanı öldürəcəyini demişdir. Elşad çox pis formada hirslənmiş, heç cür sakitləşməmiş, Əlağanı öldürəcəyini deyərək, onu pis söyüşlərlə söymüş, bıçağı əlindən buraxmayaraq, ondan yaxa qurtarmağa çalışmışdır. Onu tutub saxlamasa idi, Elşad Əlağanı bıçaqla vurub öldürəcəkdi. Elşadın çox pis şəkildə hirsləndiyini, özündən çıxdığını, bıçağı əlindən buraxmadığını görüb ona da xəsarət yetirə biləcəyindən qorxmuşdur. Bu zaman Təqsirləndirilən şəxs onu aldadaraq sakitləşdiyini dediyinə görə, onun əlini buraxmışdır. Lakin Elşad sağ əlində tutduğu bıçağı ona verməmiş, bıçaq onun əlində qalmışdır. Elşadı buraxandan sonra da, Elşad sakitləşməmiş, söyə-söyə Əlağaya onu öldürəcəyini deyərək sağ əlində tutduğu bıçaqla qəflətən bir daha onun üstünə hücum çəkmiş, Əlağanın bədənin sol tərəfindən, ürək nahiyəsinin alt hissəsindən bıçaqla zərbə vurmuş, həmin vaxt Zərərçəkmiş şəxs özünü kənara çəkmiş, özü də Təqsirləndirilən şəxs əlində bıçaq tutduğu qolundan tutmuşdur. Bu səbəbdən Təqsirləndirilən şəxs bıçaq zərbəsi Əlağaya dəyməmiş, lakin Təqsirləndirilən şəxs bıçaq tutduğu sağ əlinin üst nahiyəsində olan qan Zərərçəkmiş şəxs əynində olan sarı rəngli sviterə bulaşmışdır. Təqsirləndirilən şəxs əlində bıçaq olan qolunu tutaraq Zərərçəkmiş şəxs təkrarən bıçaqla zərbə endirməsinə imkan verməmişdir. Əlağa da özünü müdafiə etməkdən ötrü Elşadı özündən itələyib uzaqlaşdırmağa çalışmışdır. Elşad ondan çəlimsiz olduğundan, Elşaddan fiziki cəhətdən güclü olduğundan Elşadın Əlağanı bıçaqla vurmasına imkan verməmişdir. Ancaq orada olmasa idi, Təqsirləndirilən şəxs Əlağanı bıçaqla vurub öldürəcəyinə tam əmin olmuşdur. Təqsirləndirilən şəxs canlı-cəsədli olması, özünü itirməyib Təqsirləndirilən şəxs qabağını alması nəticəsində qan tökülməsinin qarşısını almışdır. Ancaq nə qədər etsə də, Təqsirləndirilən şəxs əlindən bıçağı ala bilməmiş, Elşadın gözü dönmüş, Əlağanı öldürəcəyini deyib, onu buraxmasınıı bildirmişdir. X56 bıçaqla vurub öldürməkdən ötrü onun əlindən çıxmaq üçün özünü dartanda, onun bıçaq tutduğu qolunu özünə tərəf çəkəndə, müvazinətini itirib mətbəxdə olan sobanın üstünə yıxılmışdır. Ancaq Təqsirləndirilən şəxs həmin vəziyyətdə də bıçağı əlindən buraxmamış, ayağa qalxmışdır. Əlinin kəsilməsindən qorxaraq bıçağın tiyəsindən tuta bilməmiş, Elşad da bıçağın tutacağını buraxmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub öldürmək istəyərkən Əlağanın gəlini Nadejda və arvadı Zenfıra da evdə olmuşlar. Nadejda Elşadın bıçaq tutduğu əlinin üstündə olan qanın Əlağanın əynində olan sviterə bulaşdığını görüb, onun Əlağanı bıçaqladığını fikirləşərək, “öldürdü, öldürdü” deyərək qışqırmağa başlamışdır. Elşadın heç cür sakitləşmədiyini, Əlağadan əl çəkmədiyini görüb, onu itələyə-itələyə mətbəxdən çölə çıxartmışdır. Elşad Şahid1 “öldürdü” sözünü eşidəndən sonra, məqsədinə çatdığını, Əlağanı öldürdüyünü fikirləşdiyinə görə, onu itələyib evdən çıxararkən ona çox da güclü müqavimət göstərməmişdir. Evin həyətinə çıxandan sonra, Təqsirləndirilən şəxs sakitləşdiyini dediyinə görə onu buraxmışdır. Həmin vaxt həyəcanlı olduğundan Elşadın Əlağanı vurub öldürmək istəyərkən əlində tutduğu bıçağı nə etdiyini, hara qoyduğunu görməmişdir. Elşadı Əlağanın həyətinin darvazasından çölə çıxartmış, bundan sonra Təqsirləndirilən şəxs Əlağanın evindən uzaqlaşmışdır. Evə gedəndən bir neçə dəqiqə sonra polis əməkdaşları onu Əlağanın evinin qarşısına çağırmışlar. Həmin vaxt polis əməkdaşlarından biri ona nə olduğunu soruşanda, əyninə geyindiyi tünd yaşıl rəngli sviterin üzərində və hər iki əlinin içərisində qan ləkləri olduğunu görmüşdür. Bu qan ləkələrinin Təqsirləndirilən şəxs bıçaq tutduğu sağ əlinin üzərində olan qan ləkləri oluduğunu, onun əlindən bulaşdığını bilmişdir. Təqsirləndirilən şəxs Əlağanı bıçaqla vurub öldürməsinin qarşısını alarkən onun da əllərinə və əyninə geyindiyi sviterə bulaşmışdır. X54 Camalovun 17 yanvar 2023-cü İl tarixdə onlara gələrkən sağ əlinin üzərində qan ləkələri olduğunu demişdir. Təqsirləndirilən şəxs çox aqressiv şəkildə Əlağanın üstünə bıçaqla hücum edib, onu öldürəcəyini deyib bıçaqla vurmaq istəyən zaman Əlağanı vurmasına mane olmuşdur. Əgər Elşada mane olmasa idi, Elşad Əlağanı bıçaqla vurub öldürəcəkdi. X55 üstünə bıçaqla getdiyi vaxtdan, onu evdən çıxardığı vaxta qədər acıqlı şəkildə dəfələrlə Əlağanı öldürəcəyini deyirdi. Onun səyləri nəticəsində, Elşada mane olduğundan, həmçinin bəxtləri gətirdiyindən baş vermiş məlum hadisə zamanı heç kəs xəsarət almamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs əlində olan bıçaq açılıb-qatlanan bıçaq olmuş, bıçağın qara rəngli sapı olmuşdur (cild 01, iş vər. 133-138). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, Elşad “buraxın məni, öldürəcəm” deyirmiş. Elşad Əlağaya bıçaqla vura bilərmiş. Birinci dəfə mübahisə stolun arxasında olmuşdur. O, onlar tərəfə keçməmişdir. O, Elşada dayanmasını söylədikdən sonra Elşad oturmuşdur. Nadejdanın “öldürdü, öldürdü” deməsini xatırlamır, amma ola bilər ki, elə deyib. Birinci dəfəsində o, müdaxilə etməmiş, sadəcə bıçağı cibinə qoymasını söyləmişdir. O, oturan zaman Elşadın əlində qan olmuşdur. Elşad bıçağı Əlağaya atmışdır. O, “Elşad çıx bayıra” dedikdən sonra Elşad çölə çıxmışdır. Ona prokurorluqda sual vermişlər və o, cavab vermişdir. Prokurorluqda verdiyi ifadəni oxumuşdur. Ola bilsin ki, hazırda ifadəni dəqiq xatırlamır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, saat 11 radələrində Elzamin ona zəng etmiş və evə kiminsə hücum etdiyini, onu işdən götürüb evə getmələrini bildirmişdir. O, avtomobillə Elzamini iş yerindən götürmüş və evə gətirmişdir. Evdə polis işçilərinin, ailə üzvlərinin toplandığını görmüşdür. O, Elşadla danışıb ona məsləhətlər vermiş və onu sakitləşdirməyə çalışmışdır. Əlağa onun əmisidir. Elşad əmisinə qarşı nalayiq söyüşlər söymüşdür. Sonradan Yaşar mübahisəni ona danışmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, Elşadı kənara çəkmiş və ona məsləhətlər vermişdir. Elşad onun yanında əmisinə hücum etməmişdir. O sadəcə Elşada məsləhət verirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəni oxumuşdur. O, əmisi ilə Elşad arasındaki mübahisəni dəqiq bilmir. Hadisədən 2 il əvvəl də əmisi ilə Elşad arasında mübahisələr olduğunu eşitmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Yaşarın ona danışdıqlarını xatırlamır. Yaşar özü bildirmişdir ki, o olmasa Elşad əmisini öldürəcəkmiş. Məhkəmə istintaqı zamanı Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma əmisidir. Zərərçəkmiş şəxs ilə yaxşı münasibətləri vardır, narazılıq, dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs da həmkəndlisi kimi tanımışdır. Təqsirləndirilən şəxs əslən Qusar rayonu Zindan Muruq kəndindən olmuş, uzun illər əvvəl Qusar şəhərinə köçüb orada yaşamışdır. Təqsirləndirilən şəxsla aralarında heç bir yaxınlıq, dostluq, eləcə də qohumluq münasibətləri, eləcə də narazılıq, dava-dalaş olmamışdır. Təxminən 4-5 ildir Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxslə aralarında olan torpaq mübahisəsinə görə ədavət aparmış, hətta təxminən 2 il bundan əvvəl Təqsirləndirilən şəxs bu məsələyə görə əmisi Əlağanı döymüşdür. 17 yanvar 2023-cü il tarixdə, saat təxminən 11 radələrində Qusar rayonu Aladaş kəndində yerləşən yaşadığı evdə olarkən əmisi oğlu Şahid3 ona zəng edərək Təqsirləndirilən şəxs yaşadıqları evə gedərək dava saldığını, bir qədər əvvəl arvadı Şahid1 ona zəng edib həyəcanlı şəkildə bu barədə məlumat verib, təcili olaraq evə gəlməsini dediyini, Elşadın atası Əlağa və ailə üzvlərinin başına oyun açacağından, pis bir hadisə baş verməsindən narahat olduğunu bildirib təcili şəkildə işlədiyi “X49” QSC-nə gedib onu işdən götürüb, evlərinə çatdırmasını xahiş etmişdir. Dərhal özünə məxsus avtomobillə “X49” QSC-nə gedib əmisi oğlu Şahid3 işdən götürüb yaşadıqları Qusar rayonu Zindan Muruq kəndində yerləşən evlərinə aparmışdır. Elzamin çox narahat və həyəcanlı olmuş, yolda olarkən Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə atası ilə mübahisə edib dalaşdığını, bir dəfə də onu döydüyünü, yenə də evlərinə gəlib sərxoş vəziyyətdə dava saldığını, ondan nə desən gözlədiyini bildirib tez bir vaxtda evlərinə çatması üçün avtomobili sürətli sürməsini xahiş etmişdir. Əmisigilin evinin qarşısına çatanda artıq Qusar rayon polis şöbəsinin Şahdağ Polis bölməsinin əməkdaşları da orada olmuşlar, Təqsirləndirilən şəxs polis avtomobilinə əyləşdirməyə çalışmışlar. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuş, möhkəm hirslənmiş, polis əməkdaşları da onu sakitləşdirib avtomobilə əyləşməsi üçün yola gətirməyə çalışmışlar. Elşadın danışığından əmisi Zərərçəkmiş şəxslə möhkəm şəkildə dalaşdığını başa düşmüşdür. Çünki Elşad heç cür sakitləşmək bilməmiş, əmisi Əlağanı söymüşdür. Özü də Elşada yaxınlaşıb sakit olmasını, dava-dalaşla heç nəyi həll etməyin mümkün olmadığını, torpaq məsələsini də oturub sakit danışaraq, qanunla yoluna qoymaq lazım olduğunu bildirib onu başa salmağa çalışmışdır. Bir qədər sonra həmin yerə Şahid4 da gəlmiş, Şahid4 da Təqsirləndirilən şəxs az qalsın əmisi Zərərçəkmiş şəxs arvadı Zenfira, gəlini Nadejdanın gözü qabağında bıçaqla vurub öldürəcəyini, güc-bəla ilə birtəhər araya girib Elşadın əmisi Əlağanı öldürməsinə mane olduğunu bildirmişdir. Əmisi Ə.lsabalayevin vəziyyətinin yaxşı olduğunu öyrənib, həyətdən ağlaşma səslərinin gəldiyini eşidib orada çox durmayıb işə qayıtmışdır. Sonradan isə əmisigillə bu barədə ətraflı danışanda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat təxminən 10:30 radələrində içərisində benzin olan qabla birlikdə əmisi Ə.lsabalayevin evinə getdiyini, evin mətbəxinə onunla torpaq məsələsinə görə mübahisə etməyə başlayıb, ona pis formada söyüşlər söyüb, üstünə bıçaq çəkib torpaq məsələsini dərhal həll etməsini, yoxsa onu öldürəcəyini dediyini, əmisi Əlağanın da Elşadın ciddi şəkildə onu öldürmək istədiyini, əli bıçaqlı olduğunu görüb, gəlini Nadejdaya qonşuluqda yaşayan Şahid4 köməyə çağırmasını tapşırdığını, Şahid4 onlara gələndən sonra da saiktləşməyib dava etməyə davam edərək əmisi arvadı Zenfira, gəlini Nadejdanın gözü qarşısında bıçaqla 2 dəfə Zərərçəkmiş şəxs üstünə hücum çəkib, əvvəlcə qarın nahiyəsinədən, sonra isə ürək nahiyəsindən zərbə endirdiyini, lakin hər dəfə Şahid4 araya girib, ona mane olması səbəbindən bıçaq zərbələrinin əmisi Əlağaya dəymədiyini, lakin Təqsirləndirilən şəxs bıçaq tutduğu əlinin üzərində qanamış nahiyədə olan qanın həm əmisi Ə.lsabalayevin, həm də Şahid4 əyinlərinə geyindikləri paltarlara bulaşdığını, Şahid1 da bunu görüb Təqsirləndirilən şəxs Ə. İsabalayevi bıçaqla vurduğunu fikirləşib ağlayaraq “öldürdü” deyə qışqırmağa başladığını, yalnız bundan sonra Şahid4 güc-bəla ilə Təqsirləndirilən şəxs İtələyib birtəhər evdən çıxardığını öyrənmişdir. Təqsirləndirilən şəxs hətta əmisigilin gedərkən gələrkən özü ilə bir butulka benzin də aparmışdır. Əvvəllər dəfələrlə Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs narahat etdiyini, onunla aralarında mübahisə olduğunu, hətta Elşadın əmisini bir dəfə döydüyünü bilmişdir. Təqsirləndirilən şəxs özü də əvvəllər dəfələrlə narkotik vasitə qəbul etdiyinə, dava- dalaş saldığına görə tutulmuşdur. Əvvəl-axır vəziyyətin gəlib bu yerə çatacağını bilmişdir. Elə gözlədiyi kimi də olmuş, Təqsirləndirilən şəxs əmisi Zərərçəkmiş şəxs ailə üzvlərinin gözü qabağında öldürməyə çalışmışdır. Təqsirləndirilən şəxs barəsində tədbir görülməsə bu söhbətin axırı kəsilməyəcək, Elşad əmisi Zərərçəkmiş şəxs öldürməmiş bu məsələni qurtarmayacaqdır, ona görə də, Təqsirləndirilən şəxs barəsində ciddi tədbir görülməlidir (cild 03, iş vər. 24-28). İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra ona verilən suallara cavab olaraq göstərmişdir ki, Yaşar ifadəsində qeyd etdiklərini ona bildirmişdir. İfadə verən zaman müstəntiq ona heç nə öyrətməmişdir. Yaşarın ona nə dediklərini hazırda xatırlamır. Müstəntiqə ifadə verərkən eşitdiyi hər şeyi söyləmişdir. O, ifadəsinə imza çəkmişdir. O, latın qrafikası ilə yazmağı bacarır. İfadəsindəki qeydi o, yazmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, atası ilə Elşad arasında torpaq üstündə mübahisə yaranmışdır. 2005-2009-cu illərdə atası bələdiyyə sədri vəzifəsində işləmişdir. Atası Elşada 12 sot torpaq sahəsi vermişdir. Elşad sənədlərin düz olmadığını bildirmiş və bununla bağlı onlar arasında mübahisə yaranmışdır. Hadisə günü o, işdə olmuşdur. Yoldaşı zəng edərək bir nəfər şəxsin evə hücum etdiyini bildirmişdir. O, dərhal DİN-in “102” xidmətinə zəng etmiş və evə gəlmişdir. O, gələn zaman Elşad evdə olmamış, polislərlə birlikdə çöldə durmuşdur. Anası ilə yoldaşı ağlayırmış və uşaqlar evdə olmamışlar. Daha sonra o, atasının yanına getmiş və üzərinin qan olduğunu görmüşdür. Atasından nə baş verdiyini soruşduqda Elşadın söyüş söydüyünü və onu bıçaqla vurmaq istədiyini bildirmişdir. Qonşuları Yaşar hadisə yerində olmuş və onun atasıgili ayırmış, Elşadı evdən çölə çıxarmışdır. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, gələn zaman Elşad çöldə olmuşdur. Evdə Yaşar və polislər də olmuşdur. Hadisəni ona Yaşar və atası danışmışdır. Elşadın atasını bıçaqla vurmaq istədiyini bildirmişlər. Hadisə gününə kimi də atası ilə Elşad arasında mübahisə olmuşdur. Birinci dəfə Elşad onların evinə gələn zaman o, evdə olmuş və Elşada polisə müraciət edib məsələni həll etmələrini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmişdir. İbtidai istintaq zamanı ifadə verərkən heç kim ona təsir göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, hadisə vaxtı polis mayoru rütbəsində olmuş və polis şöbəsində sahə rəisi vəzifəsində xidmət etmişdir. Zərərçəkmiş şəxs yaşadığı kəndin ərazisinə o baxırmış. Bir gün Şahid3 DİN-in “102” xidmətinə verdiyi məlumat onlara daxil olmuşdur. Həmin məlumatda bir nəfər şəxsin icazəsiz onların evinə daxil olduğu qeyd olunmuşdur. Onlar Zərərçəkmiş şəxs evinə gətmiş və heç kimin olmadığını görmüşlər. Ev sahibləri şəxsin qonşunun evində gizləndiyini bildirmişlər. Onlar nə məsələ olduğunu soruşduqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməyə cəhd etdiyini bildirmişlər. Onlar Elşadı tapmışlar. Həmin vaxt Elşadın əli qanamışdı. Əvvəllər də Elşadla Əlağa arasında torpaq mübahisəsi olmuşdur. Elşad dəfələrlə narazılığını bildirmiş və Şahdağ yolunda olan ona məxsus torpağı Əlağanın satdığını iddia etmişdir. Elşad uşağı xəstə olduğu üçün ona pul lazım olduğunu bildirmişdir. Hadisədən sonra onlar Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Onlar zərərçəkmiş şəxsin özündən nə baş verdiyini soruşduqda zərərçəkmiş şəxs Elşadın ona hücum etdiyini, özü ilə benzin gətirib stolun altına qoyduğunu bildirmişdir. Bıçağı təqsirləndirilən şəxsin özü onlara təqdim etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Onlar hadisənin necə baş verdiyini sonradan öyrənmişlər. Onlar hadisədən sonra hadisə yerindən benzini götürmüşlər. Bıçağı təqsirləndirilən şəxsin özü təqdim etmişdir. Hadisə yerində təqsirləndirilən şəxsi gördükləri zaman şəxs əsəbi olmuşdur. Təqsirləndirilən şəxs pula ehtiyacı olduğunu, torpağının əlindən çıxdığını bildirmişdir. Elşad polis avtomobilində olan zaman polis əməkdaşlarının iştirakı ilə bıçağı təhvil vermişdir. O, həmin vaxt hadisə yerində olmuşdur. Təqsirləndirilən şəxsin əlində qan olmuşdur. Səhv etmirsə, təqsirləndirilən şəxsin qanı Əlağanın da üzərinə bulanmışdır. Onlar şəxsi Mirzəpaşa Almuradovun həyətində saxlamışlar. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Səhv etmirsə, Elşad içki içən deyil, amma ola bilsin ki, hadisə vaxtı içkili olub. Elşadın içkili olub-olmadığını dəqiq xatırlamır. Elşad onlara Əlağanı öldürmək niyyətində olduğunu deməmişdir. Elşad sadəcə olaraq maddi vəziyyətinin pis olduğunu, Əlağanın onun torpağını kiməsə satdığını, həmin torpağı qaytarmasını söyləyirmiş. Zərərçəkən şəxs də evdə olmuş və həmin vaxt çox həyəcanlı olmuşdur. Zərərçəkən şəxsdən çox onun həyat yoldaşı danışırmış. Səhv etmirsə, Elşadın əlində qan olmuşdur. Məhkəmə istintaqı zamanı Şahid7 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, 2005-2010-ci illər ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasında ali təhsil almışdır. 2010-cu ildən 2011-ci ilə qədər Quba Rayon Polis X10 təhqiqatçı, 2011-ci ildən 2017-ci ilə qədər Qusar Rayon Polis X50 bölməsinin sahə inspektoru, 2017-ci ildən 2019cu ilə qədər Qusar RPŞ-nin məsul növbətçisi, 2019-cu ildən etibarən isə Qusar RPŞ-nin Şahdağ PB-nin polis sahə rəisi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs, eləcə də Təqsirləndirilən şəxs Qusar rayonu Zindan Muruq kənd sakinləri tanımışdır. Nə Zərərçəkmiş şəxs, nə də Təqsirləndirilən şəxsla aralarında heç bir qohumluq, yaxınlıq, dostluq münasibətləri yoxdur, həmçinin dava-dalaş, narazılıq, ədavət olmamışdır. Zərərçəkmiş şəxs Qusar rayonu Zindan Muruq kəndində ailə üzvləri ilə birlikdə yaşamış, fəhləliklə, qoyun növbəsinə getməklə, gündəlik işlər görməklə ailəsini dolandırmışdır. Zərərçəkmiş şəxs sakit, dava-dalaşdan uzaq insan olmuş, bu günə qədər onun barəsində Qusar RPŞ-nin Şahdağ polis bölməsinə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs isə bildiyinə görə uzun müddətdir Qusar şəhərinə köçüb, orada yaşamışdır. Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuş, əvvəllər xuliqanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 2 dəfə məhkum olunmuşdur. 17 yanvar 2023-cü il tarixdə, saat təxminən 11 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evdə davadalaş salması barədə Qusar RPŞ-nin Şahdağ PB-nə daxil olmuş məlumat əsasında Qusar RPŞ-nin Şahdağ PB-nin manqa komandiri vəzifəsində işləyən Şahid8, polis nəfəri vəzifəsində işləyən Şəkixan Saruxanov və Mehdi Ağabalayev ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı Qusar rayonu Zindan Muruq kəndində yerləşən evinə getmişlər. Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına çatanda küçədə heç kəs olmamış, Zərərçəkmiş şəxs və ailə üzvləri yaşadıqları evdə olmuşlar. Şahid8lə onların həyətinə daxil olub Zərərçəkmiş şəxs və ailə üzvlərini çağırıb onlardan nə baş verdiyini soruşmuşlar. Zərərçəkmiş şəxs ailə üzvləri həyəcanlı şəkildə onlara hadisəni danışmışlar. Zərərçəkmiş şəxs deməsinə görə, Təqsirləndirilən şəxs xx.xx.2023- cü il tarixdə uzun müddətdir aralarında torpaq məsələsinə görə yaranmış ədavətlə bağlı onun yaşadığı evə gəlmiş, əvvəlcə evinin qarşısına gəldiyi avtomobilə əyləşib gedib söhbət etməyi ondan tələb etmiş, lakin Zərərçəkmiş şəxs qorxduğundan onunla avtomobilə əyləşib getməkdən imtina etmiş, Təqsirləndirilən şəxs da onların həyətinin qarşısına gəlmiş avtomobildən içərisində maye olan plastik qab götürüb onunla həyətə daxil olub, birlikdə yaşadığı evə gedib mətbəx otağına daxil olmuş, Təqsirləndirilən şəxs orada Zərərçəkmiş şəxs ağır söyüşlərlə təhqir edərək onunla torpaq məsələsinə görə mübahisə etməyə başlamış, ona pis formada söyüşlər söyüb, üstünə bıçaq, çəkib torpaq məsələsini dərhal həll etməsini, yoxsa onu öldürəcəyini bildirmiş, Zərərçəkmiş şəxs də Elşadın ciddi şəkildə onu öldürmək istədiyini, əli bıçaqlı olduğunu görüb, evdə olan gəlini Şahid1 qonşuları Şahid4 köməyə çağırmasını tapşırmış, Şahid1 da qonşuları Yaşarı onların evlərinə çağırmış, Şahid4 özünü onlara çatdırmış, lakin Təqsirləndirilən şəxs sakitləşməyərək Zərərçəkmiş şəxs arvadı Zenfira və gəlini Şahid1ların yanında onu söyməyə davam edib, qəflətən onu öldürəcəyini bildirib bıçaqla üstünə hücum çəkib, qarın nahiyəsinə zərbə endirmiş, lakin orada olan Şahid4 araya girib, mane olaraq, Təqsirləndirilən şəxs əlini tutduğuna görə bıçaq zərbəsi Əlağaya dəyməmiş, Təqsirləndirilən şəxs əl çəkməyərək ailə üzvlərinin gözü qarşısında Zərərçəkmiş şəxs öldürmək məqsədilə bir daha imkan tapıb bıçaqla onun üstünə hücum edib, ürək nahiyəsinə də zərbə endirmiş, bu zaman isə Zərərçəkmiş şəxs özünü kənara çəkdiyindən, həm də Şahid4 ona mane olduğundan Elşadın bıçaq zərbəsi ona dəyməmiş, lakin Elşadın bıçaq tutduğu əlinin üzərində olan qan Zərərçəkmiş şəxs sviterinə toxunaraq sviteri qana bulamış, orada olan Şahid4 güc-bəla ilə Təqsirləndirilən şəxs itələyib birtəhər evdən çölə çıxarmış, Zərərçəkmiş şəxs isə qorxusundan evin qapılarını bağlayaraq onlar gələnə qədər mətbəxdən çölə çıxmamışdır. Zərərçəkmiş şəxs əynində olan, tünd yaşıl rəngli sviterə baxanda, həqiqətən də onun sviterinin sol tərəfində, qarın nahiyəsində qan ləkələrinin olduğunu görmüşdür. Təqsirləndirilən şəxs hara getdiyini soruşanda, Zərərçəkmiş şəxs ailə üzvləri onun deyəsən qonşularının həyətinə keçdiyini bildirmişlər. Şahid8lə birlikdə Zərərçəkmiş şəxs həyətindən çıxıb, evinin yaxınlığında yerləşən qapıbir qonşusu Şahid5 həyətinə baxanda, Təqsirləndirilən şəxs onun həyətində olduğunu görmüşlər. Sən demə Təqsirləndirilən şəxs onu tapmamalarından ötrü qonşuluqda yerləşən həyətlərdən birinə daxil olub orada gizlənibmiş. Təqsirləndirilən şəxs bərk hirslənmiş, özündən çıxmış, əsəbdən titrəmişdir, heç cür sakitləşməmişdir. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuş, sərxoş halda Zərərçəkmiş şəxs söyməyə davam etmişdir. Təqsirləndirilən şəxs dilə tutub sakitləşdirməyə çalışmışlar və Qusar RPŞ-nə getməli olduğunu izah etmişlər. Elşad onlarla birlikdə Qusar RPŞ-nə gəlməyə razı olmuşdur. Elşad avtomobilə əyləşəndən sonra Ə. İsabalayevi öldürməyə cəhd etdiyi evə daxil olmuşdur. Evin mətbəxində masanın altında, döşəmənin üzərində içərisində maye olan, yaşıl rəngli plastik qab olmuşdur. Həmin plastik qabın qapağını açıb iyləyəndə, qabın içərisində olan mayenin iyindən onun benzin olduğunu bilmişdir. Şahid4 da hadisənin necə baş verdiyini soruşmaq üçün onu da Zərərçəkmiş şəxs evinin qarşısına çağırmışlar. Şahid4 yanlarına gələndə onun əynində olan köynəkdə də qan ləkələri olmuşdur. Ondan bu qanın paltarına necə bulaşdığını soruşanda, Şahid4 da Zərərçəkmiş şəxs dediklərini təsdiqləyərək, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməyə cəhd edib, onu bıçaq zərbəsi ilə öldürməyə cəhd edərkən onları ayırdığı vaxt, Təqsirləndirilən şəxs əlinin üzərində olan qanamış hissədən onun köynəyinə bulaşdığını demişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs Qusar RPŞ-nə gətirib təhvil vermişlər. Təqsirləndirilən şəxs Qusar RPŞ-nə gətirərkən üzərində açılıb-qatlanan, qara rəngli sapı olan cib bıçağı olmuşdur. Təqsirləndirilən şəxs həmin bıçağı özü könüllü şəkildə təqdim etmiş, onun bıçağı təqdim etməsi Qusar RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Namik Umudov tərəfindən rəsmiləşdirilmişdir. xx.xx.2023-cü il tarixdə hadisə yerinə gedəndə Təqsirləndirilən şəxs artıq əvvəlcədən əl-üzünü yuduğundan, həmçinin yanlarında da bir neçə dəfə yerdən qar götürüb əllərini ovuşdurub təmizlədiyindən onun əlində qan ləkəsi görməmişdir. Ancaq həm Zərərçəkmiş şəxs, həm də hadisə yerinə gələn Şahid4 paltarının üzərində qan ləkələrini öz gözü ilə görmüşdür. Həm Şahid4, həm də Zərərçəkmiş şəxs bu qan ləklərinin onların paltarına Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməyə cəhd edərkən, əlinin üzərində olan, qanamış hissədən bulaşdığını demişlər. xx.xx.2023-cü il tarixdə hadisə yerinə gedəndə Təqsirləndirilən şəxs artıq əvvəlcədən əl-üzünü yuduğundan, həmçinin yanlarında da bir neçə dəfə yerdən qar götürüb əllərini ovuşdurub təmizlədiyindən onun əlində qan ləkəsi görməmişdir. Bundan başqa nə Təqsirləndirilən şəxs, nə də Ə.lsabalayevin bədəninin görünən nahiyələrində heç bir xəsarət, zədə izi olmamışdır. Ancaq həm Zərərçəkmiş şəxs, həm də hadisə yerinə gələn Şahid4 paltarının üzərində qan ləkələrini öz gözü ilə görmüşdür. Onların hər ikisi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürməyə cəhd edərkən, onun əlinin üzərində olan, qanamış hissədən bulaşdığını bildirmişlər (cild 1 i\v 193-197). Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2023-cü ilin yanvar ayında saat 11 radələrində bizə Zindan Muruq kəndində yerləşən Əlağa kişinin evinə Təqsirləndirilən şəxs qanunsuz girməsi barədə məlumat verilmişdir. Onlar hadisə yerinə getmiş, amma Təqsirləndirilən şəxs orada görməmişlər. Elşad qonşuluqda yerləşən Mirzəpaşanın həyətində olmuşdur. Elşadı həmin həyətdən çıxarmışlar. Daha sonra Elmir müəllim zərəçəkmiş şəxsin evinə daxil olmuş və oradan benzin çıxarmışdır. Elşadın əli yaralı olmuş və əlindən qan axmışdır. O, Yaşar Kiçikbəyovun və zərərçəkmiş şəxs Əlağanın köynəyində də qan ləkələri görmüşdür. Daha sonra onlar Elşadı polis avtomobilinə mindirib polis şöbəsinə aparmışlar. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, o, təqsirləndirilən şəxsi görən zaman şəxs torpaq mübahisələrindən danışırmış. Elmir müəllim zərərçəkmiş şəxsin evindən balaca butulkada benzin çıxarmışdır. Elşad onlara Əlağanı öldürmək niyyətində olduğunu deməmişdir. O, Elşadın əlində qan görmüşdür. İbtidai istintaq zamanı Elşadın əlində qan gördüynüü bildirməməsinin səbəbini bilmir. İbtida istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və həmin ifadəsində şahid göstərmişdir ki, arvadı X6, oğlu X7, oğlunun arvadı X13, onların azyaşlı övladları Yusif Ağamuradov, Saleh Ağamuradov, Ömər Ağamuradov ilə birlikdə yaşayır, özü təqaüdçüdür, heç bir yerdə işləmir. Arvadı Mahirə, X32lar da heç bir yerdə işləmirlər, evdar qadındırlar. X42 müəllimdir, Qusar rayonu Aladaş ibtidai məktəbində ibtidai sinif müəllimi işləyir, həmçinin bu məktəbin direktorunu əvəz edir. Zərərçəkmiş şəxs qonşusu kimi tanıyır, onunla aralarında qonşu kimi yaxşı münasibətləri olmuş, narazılıq, dava-dalaş olmamışdır. X32 Zərərçəkmiş şəxs əmisi nəvəsidir. Zərərçəkmiş şəxs xaraktercə sakit, yola gedən, dava-dalaşdan uzaq insandır. Təqsirləndirilən şəxs da həmkəndlisi kimi tanımış, Təqsirləndirilən şəxs da əslən Qusar rayonu Zindan Muruq kəndindən olmuş, lakin uzun illərdir Qusar şəhərinə köçüb şəhərdə yaşamışdır. Təqsirləndirilən şəxsla uzaq qohumluq münasibətləri olmuş, aralarında narazılıq, dava-dalaş, ədavət düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs babası onun dayısının əmisi olmuşdur. Təqsirləndirilən şəxs atası Tacir Camalov, eləcə də əmisi Sabir Camalovla yaxın münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs bir neçə ildir qonşusu Zərərçəkmiş şəxs ilə düşmənçilik etmiş, onunla ədavət saxlamışdır. Eşitdiyinə görə Zərərçəkmiş şəxs 2006-cı ildə Qusar rayonu Zindan Muruq bələdiyyəsinin sədri vəzifəsində işləyərkən Təqsirləndirilən şəxs bələdiyyədən torpaq sahəsi almış, lakin Elşad bu torpaq sahəsinə çıxarış ala bilməmiş və bu işdə Zərərçəkmiş şəxs günahlandırmışdır. Bu səbəbdən Elşadın Əlağa ilə münasibətləri pisləşmiş, əvvəllər dəfələrlə aralarında sözsöhbət, mübahisə olmuş, Elşad bir dəfə hətta Zərərçəkmiş şəxs döymüş, onun torpaq məsələsini həll etməsə onu öldürməklə hədələmişdir. 17 yanvar 2023-cü il tarixdə, saat təxminən 11 radələrində yaşadığı evin qarşısında, küçədə gəzərkən Zərərçəkmiş şəxs arvadı Şahid2 həyəcanlı şəkildə həyətdən çıxıb darvazanın qarşısında ucadan “köməyə gəlin, tez gəlin” deyə qışqırmağa başlamışdır. Şahid2 qışqırtılarını eşidib dərhal onların həyətinə getmişdir. Həyətə daxil olanda Təqsirləndirilən şəxsla Şahid4 həyətdə olduqlarını, Yaşarın Elşadı sakitləşdirməyə çalışdığını görmüşdür. Təqsirləndirilən şəxs çox hirslənmiş, hirsindən titrəmiş, Yaşar da onu tutub saxlayıb sakitləşdirməyə çalışmışdır. Belə bir gərgin vəziyyəti görüb özü də pərt olmuş, Təqsirləndirilən şəxs da özündə olmadığını görüb nə baş verməsi barədə sual verməmiş, lakin başa düşmüşdür ki, Təqsirləndirilən şəxs yenə də aralarında olan torpaq məsələsinə görə gəlib Zərərçəkmiş şəxslə möhkəm şəkildə mübahisə edib dalaşmışdır. Şahid4la birlikdə Təqsirləndirilən şəxs sakitləşdirib onu Zərərçəkmiş şəxs həyətindən çölə çıxartmışlar. Həyətdən çıxandan sonra isə Elşadın əlindən xata-bala çıxmamasından ötrü Zərərçəkmiş şəxs həyətindən uzaqlaşdırmaq, sakitləşdirmək məqsədilə onu özünə məxsus mal-qaranı saxladığı torpaq sahəsinə aparmışdır ki, Təqsirləndirilən şəxs geri qayıdıb yenidən Əlağa ilə dava-dalaş etməsin. Elşadı öz torpaq sahəsinə aparandan sonra Yaşar Kiçikbəyov da öz evinə getmişdir. Elşadı özü də sakitləşdirməyə çalışmış, ona belə hərəkət etməyin yaxşı iş olmadığını, dava-dalaşla heç nəyi həll edə bilməyəcəyini, aralarında olan torpaq məsələsini məhkəmə, polis vasitəsi ilə həll etməyin lazım olduğunu başa salmışdır. Təqsirləndirilən şəxs çox əsəbiləşmiş, özü də sərxoş vəziyyətdə olmuşdur. Bir müddət sonra isə Qusar rayon Polis şöbəsinin əməkdaşları Zərərçəkmiş şəxs evinin qarşısına gəlib, Elşadın onun torpaq sahəsində olduğunu görüb yanlarına gəlib Elşada onlarla birlikdə getmək lazım olduğunu demişlər. Polis əməkdaşları da Təqsirləndirilən şəxs əsəbi olduğunu görüb, onu dilə tutub sakitləşdirərək özləri ilə getməyə razı salmışlar. Bundan sonra isə polis əməkdaşlarının gəldiyini görüb, daha orada durmayıb öz həyətinə qayıtmışdır. Sonradan isə Yaşar Kiçikbəyovla söhbət edərkən, X43 Camalovun xx.xx.2023-cü il tarixdə onun yanında Zərərçəkmiş şəxs evinin içində bıçaqla iki dəfə Əlağanın üstünə hücum çəkib bıçaqla vurub onu öldürməyə çalışdığını, birtəhər Təqsirləndirilən şəxs saxlayıb onu Zərərçəkmiş şəxs vurub öldürməsinin qarşısını aldığını demişdir. Sonradan eşitdiyinə görə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə uzun müddətdir aralarında torpaq məsələsinə görə yaranmış ədavətlə bağlı Zərərçəkmiş şəxs yaşadığı evə gəlmiş, özü İlə yanında bir butulka benzin də gətirmiş, Zərərçəkmiş şəxsa ya torpaq məsələsini həll etməsini, ya da onu öldürüb yandıracağını demiş, Zərərçəkmiş şəxs də Elşadın onu öldürmək İstədiyini görüb, gəlini X17 Kiçikbəyovu köməyə çağırmasını tapşırmış, Şahid1 da Yaşarı onların evlərinə çağırmış, Təqsirləndirilən şəxs sakitləşməyərək Zərərçəkmiş şəxs arvadı Zenfira və gəlini Şahid1ların yanında onu söyməyə davam edib, qəflətən bıçaqla üstünə hücum çəkib, qarın nahiyəsinə zərbə endirmiş, lakin orada olan Yaşar Kiçikbəyov araya girib, mane olaraq Təqsirləndirilən şəxs əlini tutduğuna görə bıçaq zərbəsi Əlağaya dəyməmiş, Təqsirləndirilən şəxs əl çəkməyərək ailə üzvlərinin gözü qarşısında Zərərçəkmiş şəxs öldürmək məqsədilə bir daha imkan tapıb bıçaqla onun üstünə hücum edib, ürək nahiyəsinə də zərbə endirmiş, bu zaman isə Zərərçəkmiş şəxs özünü kənara çəkdiyindən, həm də Yaşar Kiçikbəyov ona mane olduğundan Elşadın bıçaq zərbəsi ona dəyməmişdir. 17 yanvar 2023-cü il tarixdə, Zenfira İsabalayevin küçəyə çıxıb qışqırmasından sonra onların həyətinə gedərkən orada Yaşar Kiçikbəyov və Təqsirləndirilən şəxs olmuşdur. Şahid2 da onun gəldiyini görüb deyəsən evə qayıtmışdır. Onlardan başqa həyətdə heç kəs olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həyətyanı sahəsinin yanında yerləşən, mal-qarasını saxladığı torpaq sahəsinə aparmışdır. Yaşadığı evin həyəti isə bu torpaq sahəsindən ayrıdır. Ona görə də həmin vaxt ailə üzvlərindən də onları görən olmamışdır. Həmçinin qonşulardan da küçədə heç kəs olmamışdır. Təqsirləndirilən şəxs əsəbi olmuş, sərxoş vəziyyətdə olduğunu hiss etmişdir. Onun yenidən Zərərçəkmiş şəxs evinə qayıdıb dava-dalaş salmaması, əlindən xata-bala çıxmaması, Zərərçəkmiş şəxs nəsə etməməsindən ötrü, Zərərçəkmiş şəxs həyətindən uzaqlaşdırb öz torpaq sahəsinə aparıb sakitləşdirməyə çalışmışdır (cild 3 iş vər. 18-22). Cinayət işinin materiallarında olan 17 yanvar 2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 11:09-da Qusar rayonu Zindanmuruq kəndində yaşayan X20, ***-***-**-** nömrəli mobil telefon ilə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək, Eşad adlı şəxsin bıçaqla onun üzərinə gəlməsi, Yaşar adlı qonşu müdaxilə etdikdə əlini kəsməsini bildirmişdir (cild 01, iş vər. 04). Cinayət işinin materiallarında olan 17 yanvar 2023-cü il tarixli “Raport”dan görünür ki, xx.xx.2023-cü il tarixdə, saat 10:51-də Qusar rayonu Zindanmuruq kəndində yaşayan Şahid3 Əliağa oğlu, ***-***-**-** nömrəli mobil telefon ilə Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək, tanımadığı şəxsin ev ünvanına gələrək münaqişə etməsi barədə məlumat vermiş, polisin təcili yaxınlaşmasını istəmişdir (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan 17 yanvar 2023-cü il tarixli “Könüllü təqdim etmə və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş 01 ədəd bıçağa baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs dalaşarkən üzərində olmuş, əlində tutduğu 01 ədəd açılıbqatlanan bıçaq tünd boz-qara rəngli, metal tiyələri olan, tiyələrindən ikisinin mişvari kəsici tərəfi olan, açıq vəziyyətdə uzunluğu 20.5 sm, dəstəyi plastik material ilə üzlənmiş bıçaqdır (cild 01, iş vər. 22). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli, 05441 protokollaşdırma nömrəli alkotester nəticəsindən görünür ki, Təqsirləndirilən şəxs alkoqolun miqdarı 1.503 % təşkil etmişdir (cild 01, iş vər. 24). Cinayət işinin materiallarında olan 17 yanvar 2023-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Qusar rayonu Zindan Muruq kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. Ev 1 mərtəbəlidir, evin mətbəx otağının pənəcərəsi həyət darvazasına tərəfdir. Həyətdən baxanda evin mətbəx otağının içərisi görünür. Evin mətbəx otağında əşyalar dağınıq vəziyyətdədir. Mətbəx otağında olan divanın yanında, masanın altında 01 ədəd sellofan torbada içərisində maye olan, yaşıl rəngli plastik qab vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs, Şahid1, Şahid2 həmin qabı Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə özü ilə gətirdiyini bildirmişlər. Həmin 01 ədəd içərisində maye olan, sellofan torbanın içərisinə qoyulmuş 2 litrlik yaşıl rəngli plastik qab müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür (cild 01, iş vər. 26-28). Cinayət işinin materiallarında olan məhkəmə ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/178 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədə bıçaq kustra üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı, çoxpredmetli turist bıçağıdır, soyuq silah hesab edilmir (cild 01, iş vər. 39-41). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası TƏBİB PHŞ “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin xx.xx.2023-cü il tarixli, PHŞ.6.54/2-136/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Qusar Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika Şöbəsində həkim psixiatrın qeydiyyatında olmamış, xx.xx.2020-ci il tarixdən etibarən isə həkim narkoloqun qeydiyyatında olmuşdur (cild 01, iş vər. 47). Cinayət işinin materiallarında olan 12 may 2023-cü il tarixli “Zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı da öz ifadəsində bildirdiyi halları əyani şəkildə yerində göstərməklə təsdiq etmişdir (cild 01, iş vər. 176-184). Cinayət işinin materiallarında olan 12 may 2023-cü il tarixli “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, iş üzrə Şahid4 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı da öz ifadəsində bildirdiyi halları əyani şəkildə yerində göstərməklə təsdiq etmişdir (cild 01, iş vər. 185-191). Cinayət işinin materiallarında olan Qusar Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-93/2-8963/2023 nömrəli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvana getdiyi qara rəngli, avtomobili idarə edən saqqalı sürücüsünün şəxsiyyəti həmin ərazidə müşahidə kameraları olmadığı üçün müəyyən etmək mümkün olmamışdır. Keçirilmiş əməliyyat sorğuları nəticəsində xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Təqsirləndirilən şəxs Qusar rayonu, Zindan Muruq kəndinə yaşadığı Qusar şəhərindən gəlməsi müəyyən olunmuş və Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində hər hansı başqa şəxs və ya şəxslərin iştirak etməsi, cinayət əməlini törətməsini təşkil, təhrik, sifariş və ya ona yardım edən şəxs, eləcə də şəxslərin olması, iş üçün əhəmiyyət kəsb edən hər hansi digər hallar barədə heç bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs tüfeyli həyat tərzi sürmüş, spirtli İçki aludəçisi olmuşdur (cild 01, iş vər. 218). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba Rayon X1 xx.xx.2023-cü il tarixli, 757 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs, eləcə də Zərərçəkmiş şəxs Quba PNRM-nə müraciət etməmişlər (cild 02, iş vər. 129). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2202 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 01 (bir) ədəd 02 (iki) litrlik plastik butulkadadkı çəhrayı rəngli, şəffaf maye neft məhsullarına aid olub, kimyəvi tərkibinə və fiziki xassələrinə görə Al-92 markalı benzindir (cild 02, iş vər. 135-138). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Sosial Müdafiə Fondu PHŞ 1 saylı Quba- Xaçmaz regional filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2-112807/2023 nömrəli, eləcə də xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 170629/2023 nömrəli məktublarından görünür ki, Təqsirləndirilən şəxs heç bir növ əmək pensiyası, sosial müavinət və təqaüd almamışdır (cild 02, iş vər. 141; cild 3, iş vər. 59). Cinayət işinin materiallarında olan Qusar RayonPolis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-93/2-12234/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü, Qusar rayonu Zindan Muruq kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixdə 17:50 radələrində Qusar Rayon Polis Şöbəsinə gələrək könüllü təqdim olunmuşdur (cild 02, iş vər. 142) Cinayət işinin materiallarında olan 06 iyul 2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı da Zərərçəkmiş şəxs ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 02, iş vər. 189-195). Cinayət işinin materiallarında olan 06 iyul 2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı da Şahid1 ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 02, iş vər. 196-201). Cinayət işinin materiallarında olan təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2023cü il tarixli ərizəsindən görünür ki, xx.xx.2023-cü il tarixdə, iş üzrə Zərərçəkmiş şəxs yaşadığı evdə arvadı Şahid2, gəlini Şahid1 gözü qarşısında öldürməyə cəhd etdiyini səmimi şəkildə etiraf edib təqsirini boynuna aldığını, peşimançılıq hissi keçirdiyini nəzərə alıb ona köməklik göstərilməsini xahiş etmişdir (cild 02, iş vər. 209). Cinayət işinin materiallarında olan 06 iyul 2023-cü il tarixli “Üzləşdirmə haqqında” protokoldan görünür ki, iş üzrə şahid X8 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı da Yaşar Kiçikbəyov ifadələrində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir (cild 02, iş vər. 218-222). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 338 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində xəsarət olmamışdır (cild 02, iş vər. 231). Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 377A nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində xəsarət olmamışdır (cild 03, iş vər. 35). Cinayət işinin materiallarında olan Qusar rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, 3-13-93/2-13687/2023 nömrəli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Qusar rayonu Zindan Muruq kəndində yaşayan X9 evnə getdiyi “Priora” markalı avtomobil, eləcə də həmin avtomobili idarə edən Elmar adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı evdə birlikdə spirtli içki içdiyi Şamil adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır (cild 03, iş vər. 41). Cinayət işinin materiallarında olan komisyon ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2017 nömrəli rəyindən görünür ki, eksperimental-psixoloji müayinə gedişində Təqsirləndirilən şəxs idrak proseslərinin (yaddaş, diqqət, qavrama, təfəkkür və s.), intellektinin normaya uyğun olması müəyyən olunur. Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq aşkar olunur. Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi xarakterik xüsusiyyətlər müəyyən edilir. Təqsirləndirilən şəxs hadisə zamanı emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək və qavramaq qabiliyyətinə malik olmuşdur (cild 03, iş vər. 43-47). Cinayət işinin materiallarında olan “Sübutları qiymətləndirilmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 186 və 221-ci maddələrinin tərkib əlamətləri müəyyən edilmədiyindən, həmin xüsusat üzrə Azərbaycan Respublikası CMP-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibinin başlanması rədd olunmuşdur (cild 01, iş vər. 85-123). Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Belə ki, cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı, cinayət hadisəsinin başvermə faktının və hallarının, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrumetməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. CM-in 27-ci maddəsinə əsasən şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. CM-in 29-cu maddəsində isə göstərilmişdir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmçinin “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Cinayət işinin materiallarında mövcud olan və biri digərini tamamlayan sübutlar vasitəsi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs soyuq silah hesab edilməyən bıçaqla xüsusi amansızlıqla, ailə üzvlərinin gözü qarşısında qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmiş, lakin iradəsindən asılı olmayan səbəblərə görə (Şahid4 müdaxiləsi nəticəsində) bu niyyətini başa çatdıra bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli özünün ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir, onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 29,120.2.4-cü maddəsi ilə tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsi öldürmək niyyətinin olmaması, həmin günü bıçaqdan istifadə etməməsi, spirtli içki içməməsi ilə bağlı qeyd etdiklərinə gəldikdə isə onun söylədikləri cinayət işinin materillarında olan sübutlar vasitəsi ilə təkzib olunduğundan, məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, bu formada ifadə verməkdə onun məqsədi CMnin daha ağır məsuliyyət nəzərdə tutan maddəsi ilə məhkum olunmaqdan yayınmağa hesablanmış müdafiə taktikasıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini iş materiaları ilə üst-üstə düşən və biri digərini tamamlayan əsaslı sübut növü kimi qəbul edir və məhz həmin ifadəni ona elan olunan ittihamın əsasına qoyur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işinin materiallarına əlavə olunmuş notarial qaydada təsdiq olunmuş “Ərizə”dən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır, himayəsində 2010-cu il təvəllüdlü bir azyaşlı uşağı var (cild 01, iş vər. 77-78). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş tələbnamədən və hökmlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Qusar Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən CM-in 221.1, 315.1-ci maddələri ilə təqsirli bilinərək 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək, CM-in 70-ci maddəsinə əsasən ona 01 (bir) il müddətinə şərti sınaq müddəti təyin edilmiş, xx.xx.2019-cu il tarixdə isə cəzasını çəkib qurtardığına görə qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs Qusar Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 04 (dörd) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Qusar rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya" qərarının 2.5-ci bəndinə əsasən cəzadan azad edilmişdir (cild 01, iş vər. 92- 93). CM-in 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmadığından, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətlərin residivi müəyyən edilmir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna almasını CM-nin 59.1.10-cu maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını isə CM-in 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs CM-in 61-ci maddəsində göstərilən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, həmçinin cəzanı ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsə CM-in 29,120.2.4-cü maddəsi ilə cinayət qanunvericiliyinin yuxarda göstərilən tələbləri nəzərə alınmaqla cəza təyin edilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Axtarışda olan şəxsin könüllü təqdim olunması barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə , saat 17:50-də könüllü özünü rayon polis şöbəsinin əməkdaşlarına təqdim etmiş, həmin tarixdə də ona müdafiəçisinin iştirakı ilə CM-in 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş ittiham elan olunmuşdur (cild 02, iş vər. 143) Cinayət işinin materiallarında olan Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(029)-13/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. (cild 02, iş vər. 233-236) Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, CM-nin 56.1.3-cü maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olmaqla Qusar rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən götürülmüş, içərisində benzin olan 01 ədəd plastik qab və Təqsirləndirilən şəxs tərəfindən könüllü şəkildə təqdim edilmiş, hadisə zamanı üzərində olan 01 ədəd turist bıçağı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 144 AZN (yüz qırx dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 11 (on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olmaqla Qusar rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan hadisə yerindən götürülmüş, içərisində benzin olan 01 ədəd plastik qab və Təqsirləndirilən şəxs tərəfindən könüllü şəkildə təqdim edilmiş, hadisə zamanı üzərində olan 01 ədəd turist bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 144 AZN (yüz qırx dörd manat) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar