Məhkəmə qərarları › İş №1(124)-259/2023

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-259/2023

29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-259/2023 29.11.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Abşeron rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxx 1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə saat 01 radələrində telefon vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan şəxsin bank hesabına 250 (iki yüz əlli) manat pul göndərdikdən sonra həmin naməlum şəxsin Abşeron rayonu, Hökməli qəsəbəsindəki beton yolun yaxınlığında yerləşən elektrik dirəyinin yanına qoyduğu 03 ədəd şəffaf rəngli sellofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan külli miqdarda təmiz çəkisi - 4,584 qram çəkidə narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi - 7,866 qram çəkidə narkotik vasitə olan marixuana və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İİ) daxil olan külli miqdarda təmiz çəkisi - 2,754 qram çəkidə psixotrop maddə olan metamfetamini götürüb satış məqsədilə qanunsuz əldə edərək saxlamış və daşımış, 08 iyul 2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən beton yolda olan zaman ƏÇPA-nın 12-ci bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılıb, Abşeron RPl-nin Qobu PB-nin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən həmin 03 ədəd şəffaf rəngli sellofanlara bükülmüş 4,584 qram çəkidə narkotik vasitə heroin, 2,754 qram çəkidə psixotrop maddə metamfetamin və 7,866 qram çəkidə narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, üzərində şəxsi istifadəsi ittihamda qeyd olunan narkotik vasitələr və psixotrop maddə olmuşdur. 3 ildir narkotik vasitələrdən heroin və metamfetamindən istifadə etmişdir. Əvvəllər 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Narkotik vasitəni onlayn yolla “İnstagram” vasitəsi ilə sifariş etmiş, bunun üçün karta 250 manat pul köçürmüşdür. O, yalnız heroin və metamfetamin sifariş etmiş, marixuana sifariş etməmişdir. Sifariş verdiklərini götürmək üçün tanışı Hüseynlə birlikdə sifarişli taksi ilə ora getmişdir. Marixuana sifariş etdiyi heroin və metamfetaminin yanında olmuşdur. Deyilən narkotik vasitələr və metamfetamini götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitələrin miqdarı ittihamda qeyd olunan qədər olardı. Narkotik və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, O, 4-5 ilə yaxın olar ki, narkotik vasitə istifadə edir. 08 iyul 2022-çi il tarixdə gecə saat 02 radələrində yaşadığı Sumqayıt şəhərində qonşuluğunda yaşayan tanışı Şahid1 demişdir ki, Hökməli qəsəbəsinə onunla gedib gəlsin. Ancaq o, Hüseynə hansı səbəbdən oraya getməyini deməmişdir. O, Hüseynin mobil telefonu ilə taksi sifariş etmiş və taksi olaraq Opel markalı avtomobil gəlmişdir. O və Hüseyn həmin taksi ilə Hökməli qəsəbəsinə getmişdir. O əvvəlcədən elə həmin günü yəni ki, 08 iyul 2022-ci İl tarixdə gecə saat 01 radələrində onlayn qaydada adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün narkotikin pulunu ödəmiş, həmin şəxs də ona narkotikləri atdığı yeri demişdir. O da bu məqsədləhəmin narkotikləri götürmək üçün getmişdir. O və Hüseyn taksi ilə birlikdə Hökməli qəsəbəsinə getmiş, həmin deyilən yerdən Vişnəli deyilən kafenin yaxınlığında taksini saxlatdırmış və o, taksidən düşüb elektrik dirəyinin yanından 3 büküm 1 bükümdə narkotik vasitə olan heroin, 1 bükümdə psixotrop maddə olan metamfetamin və 1 bükümdə narkotik vasitə olan marixuananı götürüb taksiyə əyləşmişdir. Elə 10 metr hərəkət etmişlər ki, polislər onları dayandırmışdır. O, avtomobildən düşüb qaçanda polislər onu saxlamış və avtomobildə olan Hüseyn və taksi sürücüsü ilə birlikdə Qobu PB-nə aparmışlar. Orada otaqların birində öz razılığı əsasında video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilərkən o, əynindəki qara rəngli şalvarın sol yan cibindən həmin 3 büküm narkotik vasitələri polisə təqdim etmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Nə Hüseyn nə də taksi sürücüsü Nadir onda narkotik vasitələrin olduğunu bilməmişlər. O, həmin narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamini sosial şəbəkə vasitəsi ilə tapdığı şəxsiyyətini bilmədiyi şəxsdən almışdır. Belə ki, o, 08 iyul 2022-ci il tarixdə saat 01 radələrində onlayn qaydada həmin şəxsin bank kartına 250 manat pul göndərmişdir. Bundan sonra həmin şəxs ona narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamini atdığı yerin yerini başa salmışdır. O da Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən həmin yerə getmişdir ki, aldığı narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamini götürsün. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. O, üzərində olandan başqa heç bir yerdə narkotik vasitələri və psixotrop maddələri saxlamamışdır. Onun istifadəsində bir ədəd mobil nömrə olmuş və həmin nömrə ***-***-**-** saylı mobil nömrədir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman və bölməyə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hər-hansı bir fiziki və psixi, həmçinin hər-hansı bir digər formada təsir olunmamışdır. (cild 1, iş vərəqə 88-90) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, özünə məxsus “Opel” markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğuldur. 08 iyul 2022-ci il tarixdə, saat 02 radələrində Sumqayıt şəhəri ərazisində olan zaman ona sifariş gəlmişdir. O, sifariş edən şəxsin ***-***-**-** mobil nörməsi ilə əlaqə saxladıqda həmin şəxs Sumqayıt şəhəri Corat qəsəbəsindən Hökməli qəsəbəsinə sürməyini söyləmişdir. Bundan sonra o həmin şəxsləri Hökməli qəsəbəsinə aparmışdır. Onlar Hökməli qəsəbəsindəki Vişnəli adlanan kafenin yaxınlığına çatdıqda müştərilərdən biri avtomobili saxlatdıraraq düşüb 5 dəqiqəyə qayıdacağını bildirmişdir. Digər müştəri isə avtomobildə gözləmişdir. Təxminən beş dəqiqə sonra adının sonradan Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi həmin müştəri avtomobilə qayıdaraq təzədən sürərək Corat qəsəbəsinə qayıtmağı bildirmişdir. O təxminən avtomobili 5-10 metr irəli sürmüşdür ki, polis əməkdaşları avtomobilə yaxınlaşaraq saxlamağını tələb etmişlər. O, avtomobili saxlayan kimi, həmin Təqsirləndirilən şəxs avtomobilin qapısını açaraq qaçmağa çalışmışdır. Lakin polis əməkdaşları Qənbəri saxlamışlar. Bundan sonra onlar polis əməkdaşları ilə birlikdə polis bölməsinə gətirilmişlər. O, heç vaxt narkotik vasitələrin və psixotrop maddələrin nə istifadəsi nə də satışı ilə məşğul olmamışdır. Həmçinin daha öncələrdə Təqsirləndirilən şəxs tanımamışdır. Onun Təqsirləndirilən şəxs nə narkotik vasitələrin və psixotrop maddələrin satışından nə də istifadəsindən xəbəri olmamışdır. O özün narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və ya satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş DİN-in Əlahəddə Çevik polis alayının 12-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə o, ƏÇPA-nın 12-ci PB-nin polis nəfərləri Şahid4 və Şahid5 ilə birlikdə baş vermiş oğurluq hadisəsi ilə əlaqədar 9689 çağırışlı avtomaşınla inzibati ərazidə hərəkətdə olarkən Hökməli qəsəbəsi, beton yolda bir nəfər şəxsin şübhəli halda qaçaraq “Opel” markalı, **- NL-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdiyini və həmin şəxsin ərazidə baş vermiş oğurluq hadisəsi ilə əlaqəsinin olacağını düşünüb həmin avtomobilə yaxınlaşan zaman avtomobildə sağ oturacaqda əyləşən şəxs yerə düşüb qaçmağa başlamışdır. Bundan sonra onlar həmin şəxsi saxlayaraq qaçma səbəbini soruşduqda həmin şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra onlar həmin şəxsi, arxa oturacaqda oturan digər şəxsi və avtomobilin sürücüsünü Qobu PB-nə gətirib təhvil vermişlər. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxslər Şahid1, Təqsirləndirilən şəxs və Şahid2dur. Müdafiəçisinin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs təklif olundu ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 03 ədəd olmaqla 01 ədəd bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini, 01 ədəd bükümdə ağ rəngli kristallik formalı psixotrop maddəni və 01 ədəd bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlə çıxardıb təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən aşkar olunmuş 03 ədəd bükümün ayrıayrılıqda içərisində olan maddələrin nə olması və haradan əldə etməsi soruşulduqda Qənbər bildirmişdir ki, üzərindən aşkar olunmuş 01 ədəd bükümdəki qəhvəyi rəngli toz şəkilli maddə narkotik vasitə olan heroin, 01 ədəd bükümdə ağ rəngli, kristallik formalı maddə psixotrop maddə metamfetamin və 01 ədəd bükümdəki narkotik vasitə olan marixuanadır. Qənbər həmin narkotik vasitə olan heroini, psixotrop maddə metamfetamini və narkotik vasitə marixuananı xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbə ərazisində tanımadığı şəxsdən onlayın olaraq ümumilikdə 250 manata almışdır. Təqsirləndirilən şəxsla birlikdə olan digər iki şəxsin üzərində qanunla qadağan olunan narkotik vasitə və digər əşyalar aşkar edilməmişdir. Məhkəmə şahid qismində dindirilmiş polis əməkdaşlar Şahid4 və Şahid5 vermiş olduqları ifadələrində Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla bir məhlədə yaşayır. O və Qənbər, təxminən 10 ildən çoxdur ki, bir-birilərini tanıyırlar. xx.xx.2022-ci il tarixdə saat təqribən 00:01 radələrində Təqsirləndirilən şəxs ondan birlikdə Abşeron rayonu, Hökməli qəsəbəsinə getməyini xahiş etmiş və bu məqsədlə telefonunda kontur olmadığını deyib onun mobil telefonu ilə 6688 taksi şirkətindən taksi sifariş etmişdir. Sifarişi qəbul edən sürücü “Opel" markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sumqayıt şəhəri, Corat qəsəbəsindən onu və Qənbəri götürüb Abşeron rayonu, Hökməli qəsəbəsinə gətitrmişdir. O dəqiq ünvanı bilməmişdir. Təqsirləndirilən şəxs Hökməli qəsəbəsində onun bilmədiyi küçədə avtomobili saxlatdırdı və özü avtomobildən yerə düşüb hansısa istiqamətdə getdi. O isə sürücü ilə birlikdə avtomobildə qaldı. Təxminən 5 dəqiqədən sonra Qənbər geri qayıdıb avtomobilə əyləşdi və sürücüdən sürüb uzaqlaşmağını istədi. Təxminən avtomobil 5-10 metr getdikdən sonra polis avtomobili onlara yaxınlaşmış və işarə edərək sürücüdən avtomobili dayandırmasınt tələb etmişdir. Sürücü bunu görüb avtomobili dayandırmış və Qənbər polis əməkdaşlarını görən kimi avtomobildən yerə düşmüş və qaçmağa başlamışdır. Lakin polis əməkdaşları Qənbəri tutmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və psixotrop maddə olduğunu polis əməkdaşlarına demişdir. Bundan sonra onları Qobu PB-nin inzibati binasına aparmışlar və orada xidməti otaqların birində video çəkiliş aparılmaqla onun, Təqsirləndirilən şəxs və Şahid2 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərində qanunsuz olaraq hər hansı əşya aşkar edilməmişdir. Bu barədə müvafiq protokol tərtib olunub ucadan oxunduqdan sonra doğruluğu imzalarla təsdiq olunmuş, o və digər iştirakçılar həmin protokola imza etmişdir. Onun Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasından xəbəri olmamışdır. Lakin bildiyinə görə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir. O, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və ya satışı ilə məşğul olmamışdır.. (Cild 1, iş vərəqə 136-139) Məhkəmədə şahid qismində dindirilmiş Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutmuş, üzərinə şəxsi axtarış gecə vaxtı keçirilmişdir. Polis bölməsinin həyətində projektor olduğundan şəxsi axtarış zamanı videogörüntüdə jalüz arxasında işıq görünür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 08 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə saat 01:40 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi, beton yol adlanan yerdə saxlanılaraq Abşeron RPl-nə gətirilib üzərində şəxsi axtarış keçirilən zaman əlindəki qara rəngli şalvarının sol yan cibindən ümumilikdə 03 büküm olmaqla 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroinə bənzər maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə ağ rəngli kristallik formalı psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüşdür. (cild 1, iş vərəqə 24-26) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 18 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Abşeron rayon Pİ-nin Təhqiqat Şöbəsi tərəfindən təqdim edilmiş bir ədəd ağ rəngli DVD formatlı diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin DVD diskdə əks edilmiş görüntülər 08 iyul 2022-ci il tarixdə saat 02:20-də qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Abşeron RPİ-nin təhqiqatçısı, polis kapitanı Məmmədxan Həsənov əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli şalvarının sol yan cibindən ümumilikdə 03 büküm olmaqla 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroinə bənzər maddə, 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə ağ rəngli kristallik formalı psixotrop maddə metamfetaminə bənzər maddə və 01 ədəd bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, öz istifadəsi üçün əldə etdiyi ümumilikdə 03 ədəd olmaqla 01 ədəd bükümdə qəhvəyi rəngli, toz formalı narkotik vasitə olan heroini, 01 ədəd bükümdə ağ rəngli kristallik formalı psixotrop maddəni və 01 ədəd bükümdə narkotik vasitə olan marixuanaya bənzər maddəni xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində tanımadığı şəxsdən 250 manat müqabilində almışdır. (cild 1, vərəqə 146) “Şəxsi axtarış və götürmə barədə” protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 09 iyul 2022-ci il tarixli, 6/3733 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №245" dairəvi möhür əksi olan, "Vət. Təqsirləndirilən şəxs üəzrindən götürülmüş..." sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 4,584 qram olan qəhvəyi rəngli madde kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 2754 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop madda- metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilen psixotrop maddələri"-in siyahısına (Siyahı İ) daxildir. (cild 1, iş vərəqə 57-61) Cinayət işi materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertiza üzrə 09 iyul 2022-ci il tarixli, 7/752 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzerinden..." yazıları və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 7,866 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.. ( cild 1, iş vərəqə 63-65) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 15 avqust 2022-ci il tarixli, 4502 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opiodilərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhə görülür.. (cild 1, iş vərəqə 170-171) Cinayət işinin materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi qalıq çəkisi - 4,534 qram narkotik vasitə heroin, qalıq çəkisi - 2,704 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi - 7,816 qram narkotik vasitə marixuana maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmiş və 02 (iki) ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 111; 171-181) Cinayət işinin materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqə 135) Sumqayıt Şəhər Məhkəməsindən daxil olmuş 03 oktyabr 2022-ci il tarixli, 1(060)- 588/2022 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsassən qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İHB-nın Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birgə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Yaşadığı müddət ərzində barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır.(cild 1, iş vərəqə 142-143) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitələri və psixotrop maddəni əldə etməkdə satış məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək saxladığı narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi, külli miqdarda olması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə «şəxsi axtarış və götürmə aparılması haqqında» 08 iyul 2022-ci il tarixli protokola əlavə edilmiş diskdəki görüntülər zamanı istintaq hərəkətinin gecə saat 02:30dan saat 02:50-yə dək keçirilməsinə baxmayaraq görüntülərdə jalüz arxasında havanın işıqlı olması ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs qeyd olunan protokolda qeyd olunan məlumatları öz etirafedici ifadəsi ilə təsdiq etmiş, məhkəmə iclasında ittihamda qeyd olunmuş narkotik vasitələrin onun üzərində aşkar olunduğunu dəfələrlə etiraf etmişdir. Ona görə məhkəmə «şəxsi axtarış və götürmə aparılması haqqında» 08 iyul 2022ci il tarixli protokoldakı məlumatların həqiqiliyini qəbul edərək həmin protokoldakı məlumatları proses iştirakçıları tərəfindən mübahisələndirilmədiyi üçün qeyd olunan protokolu da sübut növü kimi qəbul edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Sumqayıt şəhər məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmalı və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 08 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Abşeron rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 08 iyul 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacları vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi - 4,534 qram narkotik vasitə heroin, qalıq çəkisi - 2,704 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi - 7,816 qram narkotik vasitə marixuana məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 143 (yüz qırx üç) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(060)- 588/2022 saylı hökmü ilə təyin edilmiş 01 il müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb qəti cəza müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 ( altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 08 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Abşeron RPİ-nin maddi sübutların saxlanması otağında saxlanılan qalıq çəkisi - 4,534 qram narkotik vasitə heroin, qalıq çəkisi - 2,704 qram psixotrop maddə metamfetamin və qalıq çəkisi - 7,816 qram narkotik vasitə marixuana məhv edilsin, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 143 (yüz qırx üç) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar