Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-259/2024 15.01.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X10 və X5 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi-Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, 04 02 1996-cı il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində anadan olmuş orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində "həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 245-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs atası Şahid1 cəzaçəkmə müəssisəsində cəza çəkərkən yaşadıqları evdən özünün mülahizəsinə görə qadınların cinsi orqanında uşaqlıq yolunu daraltmaq üçün istifadə oluna bilən "zəy" kristallarını aşkar etdiyindən, anası – 08. 11.1974cü il təvəllüdlü Zərərçəkmiş şəxs bu mineraldan qeyd olunan məqsədlər üçün istifadə etməsini güman edib, bununla da atasına xəyanət etməsindən şübhələndiyi üçün 18 fevral 2023-cü il tarixdə saat 19 radələrində işdən ailəsi ilə birlikdə yaşadıqları ünvan 1-ə gəldikdən sonra öz qənaətinə görə anasının atasına xəyanət etməsinin doğru olubolmadığını aydınlaşdırmaq üçün evdə anası ilə tək olmalarından istifadə edib evin mətbəxindən götürdüyü tiyəsinin uzunluğu 200 mm, dəstəyinin uzunluğu 130 mm olan soyuq silah hesab edilməyən məişət təyinatlı mətbəx bıçağını əlində tutub evin dəhlizində divanın yanında dayanmış anasına yaxınlaşaraq atasına xəyanət etməsinin səbəbini soruşduqda anasının ona qeyri-müəyyən cavab verməsindən əsəbləşərək onu qısqanclıq zəminində öldürmək qərarına gəlib, bu zaman müstəsna qəddarlıq nümayiş etdirərək, yetirdiyi xəsarətlərin sayının çoxluğu ilə anasına xüsusi ağrılar yetirdiyini dərk edib əlindəki bıçaqla Zərərçəkmiş şəxs həyat fəaliyyəti üçün vacib olan orqanlarının yerləşdiyi nahiyələrindən, yəni boyun nahiyəsindən 4, qarın nahiyəsindən 5, sağ çiyin qurşağından 1, sol süd vəzisindən 1, sol bazu nahiyəsindən 1, sol sağrı nahiyəsindən 2, sol bud nahiyəsindən 4, sağ bud nahiyəsindən 3, sağ yanaqdan 1, sol yanaqdan 1, sol çənə bucağından 1 xəsarət yetirməklə sonuncunun boyun və qarın nahiyələrinin daxilə nüfuz edərək sol yuxu arteriyasını ve vidaci venanı kəsən və qaraciyəri zədələyən deşilmişkəsilmiş yaraların törətdiyi kəskin qanitirmədən ölümünə səbəb olan boyun nahiyəsinin sol yan səthinin 1 ədəd, qarın nahiyəsinin sağ yarısının 1 ədəd deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər, həmçinin boyun nahiyəsinin sol yan səthinin 1 ədəd, sağ çiyin qurşağının üst səthinin 1 ədəd, sol süd vəzisinin aşağı bayır kvadratının 1 ədəd, qarın nahiyəsinin sağ yarısının 1 ədəd, qarın nahiyəsinin sağ yan səthinin 1 ədəd, qarın nahiyəsinin sol yarısının 1 ədəd, qarın nahiyəsinin sağ yan səthinin 1 ədəd, sol bazu nahiyyəsinin yuxarı 1/3-nin bayır səthinin 1 ədəd, sol sağrı nahiyyəsinin aşağı bayır kvadratının 2 ədəd, sol bud nahiyyəsinin yuxarı1/3-nin bayır səthinin 1 ədəd, sağ bud nahiyyəsinin yuxarı 1/3-nin arxa səthininin 1 ədəd deşilmiş-kəsilmiş yaraları, sağ yanağın bir ədəd, sol yanağın 1 ədəd , sol çənə bucağının 1 ədəd, boyun nahiyyəsinin ön səthinin 1 ədəd, döş qəfəsinin sağ yan səthinin 1 ədəd, sol bud nahiyyəsinin 1 ədəd qançırları kimi sağlamlığa zərər vurmayan xəsarətlər, yəni çoxsaylı cəmi 28 ədəd xəsarət yetirməklə anası Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürüb həyatdan məhrum etmiş, bundan sonra əməllərini davam etdirib sonuncunun meyitini yataq otağına apararaq yanına kötüklər qoyub, anasını öldürmək üçün istifadə etdiyi bıçaqdan, işçi metallik hissəsinin hündürlüyü 120 mm, dəstəyinin uzunluğu 240 mm olan soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı çəkicdən, tiyəsinin uzunluğu 163 mm, dəstəyinin uzunluğu 167 mm olan soyuq silah hesab edilməyən, zavod üsulu İle hazırlanmış təsərrüfat-məişət təyinatlı çapacaqdan və tiyəsinin ununluğu 375 mm, dəstəyinin uzunluğu 130 mm olan soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı mişardan istifadə etmekle anasının meyitinin əzalarını - sağ yuxan ətrafını sağ bazunun orta 1/3-dən, sol yuxarı ətrafı sol bazunun orta aşağı 1/3-dən, sol aşağı ətrafı sol diz oynağı səviyyəsindən, sağ aşağı ətrafı sol badır nahiyəsinin aşağı 1/3-i səviyyəsindən kəsməklə ayırıb, öz növbəsində kiçik hissələrə bölərək hamı tərəfindən qəbul edilmiş adət, mənəvi və əxlaq normalarına zidd olan cəmiyyətdə qınaq yaradan, meyitin dəfn olunması üçün cəmiyyətdə qəbul edilmiş adət və dini ayinlərin yerinə yetirilməsini faktiki olaraq müstəsna dərəcədə çətinləşdirməklə meyit üzərində təhqiredici hərəkətlər etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 120.2.4 və 245-ci maddələri İlə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, 1996-cı ildə Xırdalan şəhərində anadan olmuşdur, orta təhsillidir. Ailəsi dörd nəfərdən ibarətdir: atası Şahid1, anası Zərərçəkmiş şəxs və bacısı X7.O ayıq sürücü kimi işləyərək pul qazanmışdır. Ailədaxili münasibətləri normal olmuşdur. 2015-ci ildə atası xalası Şahid3 bıçaqladığı üçün məhkum olunmuş 2021ci ilin mart ayında isə azadlığa çıxmışdır. Onlar arasında pul haqq-hesabı olduğu üçün bu hadisə baş vermişdir. Anasının xalasına borcu olduğu üçün atası ilə xalası arasında belə bir hadisə baş vermişdir. Atası azadlığa çıxdıqdan sonra mühafizəçi kimi işləmişdir. Anası isə Mehdiabad qəsəbə Musiqi Məktəbində piano müəllimi kimi fəaliyyət göstərmişdir. Bacısı isə “AQUAVİTA” şirkətində menecer işləmişdir. 2019-cu ildən narkotik maddələrdən (metamfetamin və marixuana) istifadə etmişdir. Atası cəzaçəkmə müəsisəsində olan vaxt evdə kişilərin üz qırxan vaxtı istifadə etdiyi zəy tapmışdır. Həmin zəydən qadınların da cinsi orqanını (vagina) daraltmaq üçün istifadə etdiyini bilmişdir. Bundan sonra anasının başqa kişilərlə münasibət saxlamasından şübhələnmişdir. Həmçinin bacısından da şübhələnməyə başlamışdır. Xalasından bacısı və anasının başqa kişilərlə münasibət saxlayıb saxlamadıqlarını soruşduqda xalası ona heç bir məntiqli cavab verməmişdir. Bu səbəbdən 2022-ci ilin aprel ayında xalasını bıçaqlamışdır. Bıçağı əvvəlcədən üzərində gətirmişdir. Hadisə Xırdalan şəhərində baş vermişdir. Bunu xalasından soruşmaqda məqsədi qadın olaraq anasının və bacısının başqa kişi ilə münasibət saxlamasından xəbərdar olmasına ehtimal etməyi olmuşdur. Bu səbəbdən anasını öldürməyi xeyli müddət əvvəldən fikirləşməyə başlamışdır. 18 fevral 2023-cü il tarixdə saat 19 radələrində işdən evə gəlmişdir. Evdə yalnız anası olmuşdur. Hamama girmiş və çimmişdir. Çiməndən sonra dəhlizdə olan vaxt anası qonaq otağında olmuşdur. Həmin vaxt mətbəxdən dəstəyi açıq qəhvəyi rəngli bıçağı götürmüş və anasını corab verməsi bəhanəsi ilə yanına çağırmışdır. Anası onun yanına gələn kimi dəhlizdə divanın qarşısında əlindəki bıçaqla qarnından vurmuşdur. Anasını vuran vaxt ona “Danış hər şeyi” demişdir. Anası da qışqıraraq “Nə danışım?” demiş və bu zərbədən arxası üstə yerə yıxılmışdır. Anasının bu sözlərindən daha da əsəbləşərək onun ayağından, sifətindən və boğazından xəsarət yetirmişdir. Anası bir müddət xırıldadıqdan sonra səsi kəsilmiş və onun artıq öldüyünü başa düşmüşdür. Bundan sonra anasının meyitini qollarından tutaraq sürüyüb evin giriş qapısından sağdan birinci yataq otağına aparmışdır. Anasını paltar şkafı və çarpayı arasında qoymuşdur. Bundan sonra evin qapısının çöl tərəfinə çıxmış və orda alət şkafından bir ədəd mişar, bir ədəd ət doğramaq üçün istifadə olunan iri bıçaq (çapacaq) və bir ədəd çəkic, həmçinin yenə evin qapısının yanında çöl tərəfdən bir odun parçası və bir ədəd mərmər götürərək meyitin yanına gətirmiş və evin qapısını içəridən bağlamışdır. Həm odun (kötük), həm də mərmər ət doğramaq üçün istifadə olunmuşdur. Bundan sonra anasının əllərini və ayaqlarını həmin alətlərdən istifadə edərək doğramış və bədənindən ayıraraq sellofan torbalara yığmışdır. Anasını hissələrə ayırmaq üçün 2-3 saat sərf etmişdir. Bu zaman bacısı ona mesaj yazaraq anasını soruşmuş, o isə bacısına müxtəlif cavablar verərək aldatmışdır. Bacısı hadisə vaxtı “AAAF PARK” yaşayış kompleksində ad günü tədbirində olmuşdur. Anasını doğrayan zaman yorulduğu üçün yataq otağında olan çarpayıda uzanmışdır. Uzanmamışdan təxminen 20 dəqiqə əvvəl hadisə vaxtı əynində olmuş köynək və şalvarı soyunaraq digər yataq otağına qoymuş və başqa paltar geyinmişdir. Hadisə vaxtı əynində olmuş paltarlar qana bulaşmışdır. 19 fevral 2023-cü il tarixdə saat 00 radələrində qonşuluqda yaşayan Qoşqar həmin yataq otağının pəncərəsini sındırmış və onu orda görmüşdür. Qoşqar həm onu, həm də anasının meyitini görmüş və çıxıb getmişdir. Bundan sonra evin qapısını açmışdır. Bir müddət sonra evlərinə polis və prokurorluq əməkdaşları gəlmişlər. Təqsirləndirilən şəxs ifadəsində anasının başqa kişilərlə intim əlaqədə olmasından şübhələndiyi üçün öldürdüyünü bildirmişdir. Anasının başqa kişilərlə münasibət saxlamağının şahidi olmamış, nə telefon danışığı, nə də başqa bir şey ilə bunu sübut edə bilməmişdir. Lakin evdə zəy tapdığına görə anasının başqa kişilərlə qeyri-rəsmi intim əlaqədə olmasından şübhələnmişdir. Anasının meyitini hissələrə bölməkdə məqsədi meyiti aparıb zibilliyə atmaq və etdiyi cinayəti gizlətmək olmuşdur. Hadisə vaxtı ondan və anasından başqa evdə heç kəs olmamışdır. Bacısı ad günündə, atası isə işdə olmuşdur. 17 fevral 2023-cü il tarixdə axşam saatlarında metamfetamindən istifadə etmiş bir müddət narkotik asılılığından müalicə olunsada sonra həmin müalicədən imtina etmişdir.. Hadisə vaxtı əynində olmuş paltarlar qana bulaşdığı üçün əynini dəyişmişdir. Anasına neçə bıçaq vurduğunu xatırlamır. Təqsirləndirilən şəxs ifadəsində eyni zamanda özünü təqsirli bildiyini, əməlinin cinayət olduğunu başa düşdüyünü, peşman olduğunu bildirərək məhkəmədən barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxs göstərilən cinayət əməlini törətməsi ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsinə dair məhkəməyə verdiyi ifadəsi ilə yanaşı, məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla da təsdiq olundu. Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X2 ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, 19 fevral 2023-cü il tarixdə yaşadıqqları evdə anası 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qətlə yetirən 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs onun qardaşıdır. Ailəsi 4 nəfərdən ibarət olmuşdur: atası Aslan, anası Mehriban, qardaşı Orxan və o. Atası Xırdalan şəhərində yerləşən “ÖZSÜT” restoranında mühafizəçi İşləyir. Anası isə Mehdiabad qəsəbəsində yerləşən uşaq musiqi məktəbində piano müəllimi kimi fəaliyyət göstərmişdir. Orxan isə daimi bir yerdə işləməsə də son vaxtlar ayıq sürücü kimi fəaliyyət göstərmişdir. Orxan 2-ci Qarabağ Müharibəsində iştirak etmişdir. Müharibədən qayıtdıqdan sonra isə narkotik maddələrdən istifadə etməyə başlamışdır. Atası isə 2015-ci ildən 2021-ci ilədək cəzaçəkmə müəssisəsində olmuşdur. Atası xalası Hicranı bıçaqladığı üçün məhkum olunmuşdur. Qardaşı narkotik maddələrdən istifadə etdiyi üçün anası ilə və onunla bəzən problemlər yaşamışdır. Orxan bəzən evdən pullar oğurlamışdır. Sonuncunun həmin pulları narkotik maddə almaq üçün istifadə etdiyini güman etdiyini bildirmişdir. Bu səbəbdən Orxan və anasının arasında münaqişələr yaranmışdır. Atası gecələr işlədiyi üçün bu münaqişələrin şahidi olmamışdır. Orxan onunla olan münaqişələrində də hətta onu bir neçə dəfə döymüşdür. 18 fevral 2023-cü il tarixdə saat 19 radələrində evə gəlmişdir. Həmin vaxt evdə Orxan və anası olmuşdur. Evdən çıxaraq qonşuları Qoşqarın qızının bir yaşı münasibəti ilə “AAAF” Park yaşayış kompleksində təşkil olunmuş ad günü tədbirinə getməli imiş. Anasına da getməsini təklif etsə də anası getmək İstəmədiyini, bir azdan Orxanla birlikdə qonşuluqda yaşayan Asif əmisigilə gedəcəyini bildirmişdir. Pul götürmüş və evdən çıxaraq ad günü tədbirində getmişdir. Saat 23 radələrində tədbir qurtarmış və evə getmişdir. Həyətə çatdıqda evin qapısının bağlı olduğunu görmüşdür. Elə bu vaxt Orxan “Whatsapp" vasitəsi ilə mesaj yazaraq harda olduğunu soruşmuşdur. Orxana evin qapısının bağlı olduğunu bildirmişdir. Orxan "Açar məndədi, mən şəhərdə işdəyəm, sən get əmimgilə” yazmışdır. Əmisigilə zəng etmiş və anasının onlarda olmadığını öyrənmişdir. Sonra Orxana “Telefonu aç danışaq” yazmışdır. Orxan müştəri ilə olduğunu və danışa bilmədiyini bildirmişdir. Orxandan anasının harda olduğunu soruşmuşdur. Orxan isə “Biz biraz dalaşdıq, gələndə sənə hər şeyi danışacam, get əmimgilə orda de ki, qapını açdım, heç kəs yox idi. Yəni bizim dalaşmağımızı heç kəsə bildirmə” yazmışdır. Bir müddətdən sonra Qoşqar da heyətə gəlmişdir. Qoşqardan Orxana zəng etməyini xahiş etmişdir. Qoşqar zəng etsə də Orxan telefonu açmamışdır. Elə bu vaxt evin yataq otağının işığının yandığın və pərdələrin çəkildiyini görmüşdür. Bütün bunlarla bağlı atasına zəng edərək məlumat vermişdir. Atası ona “Qoşqara de pəncərəni qırsın içəri girsin" demişdir. Qoşqar əvvəlcə qapını qırmağa çalışsa da bacarmamış və daha sonra yataq otağının pəncərəsini qırmışdır. Qoşqar evə baxanda Orxanın divanda oturduğunu demişdir. Qoşqar pəncərəni qırıb içəri girdikdən sonra içəridə olan Orxan evin qapısını açmış və səsə gəlmiş bütün qonşular içəri girmişlər. Lakin onu içəri girməyə qoymamışlar. Bir müddət sonra o fürsət tapıb içəri girmiş və anasının qanlar içində olan meyitini yataq otağında yerdə görmüşdür. Anasının ayaqları və əlləri bədənindən kəsilərək ayrılmışdır. Bir müddət sonra hadisə yerinə polis və prokurorluq işçiləri gəlmişlər. Anasının meyiti bir gün sonra müayinə olunduqdan sonra təhvil verilmiş və onu Sumqayıt qəbristanlığında dəfn etmişlər. Türkan Hüseynzadə ifadəsində Orxanın şübhələrinin tam əsassız olduğunu bildirmişdir. Anası atasına heç vaxt xəyanət etməmişdir. Anası çox saf, sakittəbiətli və namuslu qadın, öz övladlarına da həmişə yaxşı ana olmuşdur. Orxan narkotik maddələrdən istifadə etdikdən sonra tez-tez anası ilə və onunla münaqişələr etmişdir. Anası çox mədəni, qayğıkeş bir qadın olmuşdur. Orxan isə narkotik maddələrdən istifadə etdiyi üçün ailədə teztez münaqişələr yaratmışdır. Hətta bununla bağlı Orxan 2022-ci ilin aprel ayında Narkoloji Mərkəzdə müalicə almışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu onunla barışmadığını bildirmiş, Təqsirləndirilən şəxs ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, 19 fevral 2023-cü il tarixdə yaşadıqları evdə anası 1974-cü il təvəllüdlü Zərərçəkmiş şəxs qətlə yetirən 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs onun oğludur. Mehriban ilə 1995-ci ildə ailə həyatı qurmuş, bu nikahdan iki övladı (1996-cı il təvəllüdlü Orxan və 2000-ci il təvəllüdlü Türkan) dünyaya gəlmişdir. Ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. 2015-ci ildə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə məhkum olunmuş, 2021-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə əfv olunmuşdur. Baldızı Hicranı bıçaqladığı üçün məhkum olunmuşdur. Ailədaxili münasibətləri normal olmuşdur. Oğlu ayıq sürücü kimi fəaliyyət göstərmişdir. Mərhum arvadı isə Mehdiabad qəsəbəsində yerləşən uşaq musiqi məktəbində piano müəllimi işləmişdir. Qızı isə “AQUAVİTA" şirkətində mühasib işləmişdir. Oğlu 2-ci Qarabağ Müharibəsində iştirak etmişdir. Azadlığa çıxdıqdan sonra oğlunun narkotik maddələrdən istifadə etdiyini öyrənmişdir. Oğlu narkotik maddələrdən istifadə etsə də asılılığı olmamışdır. Orxanın narkotik maddələrdən istifadə etdiyinə görə Mehriban ona tez-tez əsəbləşmiş və işləməyi məsləhət görmüşdür. Orxan isə heç bir yerdə davamlı işləməmişdir. Cəzaçəkmə müəsisəsində olarkən arvadı aldadılmış və onların xeyli miqdarda borcları yaranmışdır. Arvadı çox sakit təbiətli, mədəni bir qadın olmuşdur. 2022ci ilin aprel ayında Orxan aralarında yaranmış mübahisə zamanı xalası Hicranı bıçaqlamış və aralarında barışıq olduğu üçün işə xitam verilmişdir. Bu hadisədən sonra Orxanı Respublika Narkoloji Mərkəzinə aparmış, sonuncu 25 gün orada qalmış və müalicə almışdır. 18 fevral 2023-cü il tarixdə saat 17 radələrində evdən çıxaraq işə getmişdir. Evdən çıxanda Orxan evdə olmuşdur. Arvadı həmin vaxt işdə, qızı isə “AAAF” yaşayış kompleksində ad günü tədbirində olmuşdur. İşə getdikdən bir müddət sonra mobil telefon vasitəsi ilə arvadilə əlaqə saxlamışdır. Arvadı ilə danışanda heç bir qeyri-adilik hiss etməmişdir. Saat 23 radələrində isə qızı zəng edərək “Ata, gəlmişəm evə. Açar yoxdu. Orxana zəng edirəm deyir ki, şəhərdəyəm, açar məndədir, keç əmimgile. Həm də yataq otağının işığı yanır.” demişdir. Bundan sonra Mehribana zəng etsə də sonuncu cavab verməmişdir. Mehriban müxtəlif xəstəliklərdən əziyyət çekdiyindən sonuncunun səhhəti barədə narahat olmuşlar. Türkan həmçinin Orxanın ona anası ilə mübahisə etdiyini və anasının evdən çıxıb harasa getdiyini dediyini bildirmişdir. Türkana “Tez Qoşqarı çağır, qapını və ya pəncərəni sındırıb içəri girsin” demişdir. Qoşqar onlarla eyni həyətdə yaşayır. Bundan sonra telefondan qışqırıq səsi eşitmişdir. Qoşqar yaşadıqları evin pəncərəsini qıraraq içəri girmiş və arvadının meyitini parçalanmış vəziyyətdə, Orxanı da onun yanında görmüşdür. Türkan “Ata, anam ölüb, Orxan anamı nə günə qoyub” demişdir. Bundan sonra tez işdən çıxmış və evə getmişdir. Evə daxil olduqda arvadının meyitinin ayağının birini görmüşdür. Bundan sonra özünü pis hiss etmiş və qonşuluqda yaşayan qardaşı Asifgilə getmişdir. Heç bir şeydən xəbəri olmamışdır. Bir gün sonra arvadının meyitini Yasamal meyitxanasından təhvil almış və onu Sumqayıt şəhər qəbristanlığında dəfn etmişlər. Aslan Hüseynzadə ifadəsində Orxanın şübhələrinin tam əsassız olduğunu bildirmişdir. Arvadı ona heç vaxt xəyanət etməmişdir. Arvadı çox saf sakittəbiətli və namuslu qadın, öz övladlarına da həmişə yaxşı ana olmuşdur. Arvadı və oğlu arasında heç vaxt ciddi problem olmamışdır. Arvadı çox mədəni, qayğıkeş bir qadın olmuşdur. Cezaçəkmə müəssisəsində olanda da arvadı onu lazımi diqqət və qayğı göstərmişdir. Orxan isə bir neçə il əvvəldən narkotik maddələrdən istifadə etmişdir. Bu səbəbdən də anası ilə arasında bəzən mübahisələr olmuşdur. Lakin bu mübahisələr ciddi mübahisələr olmamışdır. Orxan müalicə olunmaq üçün 25 gün Narkoloji Mərkəzdə yatmışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, ailəsi ilə birlikdə təxminən 7 ay əvvəl Şahid1 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Fikrət Əhmədov küçəsində yerləşən evdə kirayə yaşamağa başlamışdır. Şahid1 ailəsi də onlara qonşuluqda yaşamışdır. Onların ailəsində hər hansı münaqişənin şahidi olmamışdır. Aslan, onun qızı Türkan və arvadı Mehriban ilə yaxşı münasibətləri olmuşdur. Aslanın oğlu Orxanı isə az görmüşdür. Belə ki, axşamlar işdən gəlmiş, Orxan isə ayıq sürücü kimi gecələr fəaliyyət göstərmişdir. 18 fevral 2023-cü il tarixdə qızı Nihanın bir yaşının tamam olması münasibəti ile “AAAF" Park yaşayış kompleksində yerləşən “Forest” restoranında məclis təşkil etmişdir. Həmin məclisə Aslanın qızı Türkan da gəlmişdir. Məclis saat 18 radələrində başlamış, 23 radələrində isə başa çatmışdır. Məclis başa çatmamışdan təxminən 15 dəqiqə qabaq Türkan getmişdir. O isə saat 23 radələrində restorandan çıxaraq yaşadıqları evə getmiş və Türkanın həyətdə olduğunu görmüşdür. Türkan ona “Anamla danışmaq istəyirəm, lakin o nə zəngə nə də mesaja cavab vermir" demişdir. Türkan atasının işdə olduğunu, qardaşının da müştəri ilə olduğundan onunla danışa bilmədiyini demişdir. Daha sonra isə Türkan “Anamı ümumiyyətlə tapa bilmirəm" demişdir. Türkan daha sonra Orxana qapının bağlı olduğunu, açarın da olmadığını yazmışdır. Orxan da cavabında Türkana şəhərdə olduğunu, açarın da onda olduğunu yazmışdır. Daha sonra Türkan "Ola bilsində anamın təzyiqi qalxıb evdə qalıb" demişdir. Sonra isə “Atamla danışmışam, o mənə dedi ki, Qoşqar qapını qırıb içəri girsin” demişdir. Bundan sonra onların evlərinə yaxınlaşmış, yataq otağının işığının yandığını görmüşdür.Pərdə də çəkilmiş vəziyyətdə olmuşdur Bu səbəbdən içəridən heç bir şey görünməmişdir. Evin qarşısında olan taxta stuldan istifadə edərək yataq otağının pəncərəsinin şüşə hissəsini sındırmışdır. Sındırdıqdan sonra pəncərəni açmışdır. Elə bu vaxt Türkan qışqırmış və “Anam dəqiq içəridədir” demişdir. Pəncərənin pərdəsini çəkərək içəri baxmışdır. Bu zaman Orxanın yataq otağında olan çarpayıda oturduğunu və telefonla oynadığını görmüşdür. Orxandan nə etdiyini soruşduqda sonuncu yavaş-yavaş ona tərəf dönmüş və heç nə deməmişdir. Bu zaman paltar şkafına söykənilmiş divan döşəyinin qana bulaşdığını görmüşdür. Bundan sonra otağa daha dəqiq baxdıqda Mehribanın meyitini qanlar içərisində ayağı otağın qapısına doğru uzadılmış vəziyyətdə görmüşdür. Mehribanın əl və ayaqlarının kəsildiyini də görmüşdür. Həmçinin meyitin yanında kötükləri də görmüşdür. Bundan sonra arvadı və Türkan evə doğru gəlsələr də hadisə barədə onlara məlumat vermiş və hər ikisini tutub yaşadıqları evə aparmış və qapını bağlamışdır. Bundan sonra yenidən Aslangilin pəncərəsinə yaxınlaşmışdır. Bu zaman Türkanın bağırmasına qonşuluqda yaşayan əmisi gəlmişdir. Əmisi gəldikdən sonra Orxan qapını açmışdır. Dərhal yaxınlıqda yerləşən Abşeron RPİ-yə gedərək olanlar barədə şifahi məlumat vermiş və geri qayıtmışdır. Bir müddət sonra hadisə yerinə polis əməkdaşları, daha sonra isə prokurorluq əməkdaşları gəlmişlər. Şahid3 məhkəməyə teleqram ünvanlayaraq səhəti ilə əlaqədar gələ bilməyəcəyini məhkəmə iclasının onun iştirakı olmadan aparılmasını xahiş etmişdir. Məhkəmədə Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla araşdırılmışdır. Belə ki Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Mərhum Zərərçəkmiş şəxs onun böyük bacısı olmuşdur. Mehriban Abşeron rayonu Xırdalan şəhərində yerləşən evində ailəsi ilə birlikdə yaşamışdır. Bacısı ilə münasibəti son zamanlar soyuq olmuş, bir-birilərinin evinə gedib-gəlməmişlər. Belə ki, bacısı Mehribanın oğlu Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək onların evinə gəlib dava salmış, sonuncu dəfə 02 aprel 2022-ci il tarixdə onun və qızının, həmçinin ərinin bədəninə çoxsaylı bıçaq zərbələri vurmuşdur. Bununla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılmış, lakin bacısı Mehribanın uzun müddət yalvarışlarından sonra sonuncunun oğlu Orxan barəsində şikayətlərini geri götürərək araşdırmanın dayandırılmasını xahiş eləmişlər. Bacısı Mehribanı sonuncu dəfə nə vaxt gördüyünü xatırlamır, arada bir mobil telefon vasitəsi ilə mesajlaşmış və mesajlaşan zaman oğlu Orxanın xasiyyətinin düzəldiyini, hətta sonuncunun işə qəbul olunaraq işlədiyini demişdir. Mehribanın ailəsində sonuncunun özündən başqa heç kəslə münasibəti olmamışdır. xx.xx.2023-cü il tarixdə təxminən gecə 02 radələrinde bacısı Mehribanın qızı Türkan Hüseynzadə istifadəsində olan mobil nömrəyə “qardaşım Orxan anamı öldürüb, artıq anam yoxdur, ana parça-parçadır” mesajını yazmışdır. Bu mesajı görəndən sonra qızı ilə birlikdə bacısı Mehribanın Abşeron rayonu, Xırdalan şəhərində yaşayan evinə getmişdir. Evə gedən zaman artıq bacısının evində polis və prokurorluq əməkdaşları olmuşdur. Bacısını sonuncu dəfə görə bilməmişdir. Təqsirləndirilən şəxs bacısı Mehribanı nə səbəbdən öldürməsi barədə heç bir melumatı olmamış və bu barədə bacısının qızı Türkan da onlara heç bir məlumat verməmişdir. Şahid3 bacısı Mehribanın ölümünün tam araşdırılmasını, sonuncunun oğlu Təqsirləndirilən şəxs bacısını nə səbəbdən xüsusi amasızlıqla öldürməsinin müəyyən edilməsini və Orxana ömürlük cəza verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli 333 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. Məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü İl tarixli 23 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitində 19 (on doqquz) ədəd deşilmiş- kəsilmiş yaralar, 5 (beş) ədəd kəsilmiş yaralar aşkar edilmişdir.Deşilmiş-kəsilmiş yaralardan 2 (iki) ədədi daxilə nüfuz etmişdir. Qeyd edilən xəsarətlər aşağıdakılardır: Boyun nahiyəsinin sol yan səthində 2,5x1 sm ölçüdə olan yara sol yuxu arteriyasını və vidacı venanı kəsərək boyunun yumşaq toxumaları arasında kor qurtarır. Yaranın istiqaməti bir qədər arxadan- önə, yuxarıdanaşağı və soldan-sağa doğrudur. Yara kanalının ümumi uzunluğu təxminən 4-5 sm-dir. Yara kanalı boyunca yumşaq toxumalar qırmızımtıl rəngli qansızmalıdır. Qarın nahiyəsinin sağ yarısında məmə xətti üzrə 1,7x0,7 sm ölçüdə olan yara qarın boşluğuna nüfuz edərəkaraciyərin sağ payını yaralayaraq kor qurtarır. Yaranın istiqaməti yuxarıdan- aşağı, öndən-arxaya, və bir qədər sağdan-sola doğrudur. Yara kanalının ümumi uzunluğu təxminən 3,5-4 sm-dir. Yara kanalı boyunca yumşaq toxumalar qırmızımtıl rəngli qansızmalıdır. Boyun nahiyəsinin sol yan səthinin deşilmiş-kəsilmiş yarası (1,5x0,8 sm ölçüdə). Yaranın kənarları hamar, bayır ucu küt, iç ucu itidir. Yara kanalının dərinliyi 1,5 sm-dir, istiqaməti soldan-sağa, arxadan-önə və yuxarıdan-aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Sağ çiyin qurşağının üst səthinin deşilmiş-kəsilmiş yarası (2x1,2 sm ölçüdə) kənarları hamar, yuxarı ucu iti, aşağı ucu kütdür. Yara kanalının dərinliyi 4 sm-dir, İstiqaməti bir qədər soldan-sağa, bir qədər öndənarxaya və yuxarıdan-aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Sol süd vəzisinin aşağı bayır kvadrantının deşilmiş-kəsilmiş yarası (1.1x0,6 sm ölçüdə). Yaranın kənarları hamar, bayır ucu küt, iç ucu itidir. Yara kanalının dərinliyi 1,5 sm-dir, istiqaməti soldan-sağa, öndən-arxaya və bir qədər yuxarıdan-aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Qarın nahiyəsinin sağ yarsında orta körpücük xətti üzrə deşilmiş-kəsilmiş yarası (2x1,5 sm ölçüdə). Yaranın kənarları hamar, yuxarı ucu küt, aşağı ucu itidir. Yara kanalının dərinliyi 4,0 sm-dir, istiqaməti soldan-sağa, öndən-arxaya və yuxarıdan- aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rengli qansızmalıdır. Qarın nahiyəsinin sağ yan səthində ön qoltuq xətti üzrə deşilmiş-kəsilmiş yarası (2x1 sm ölçüdə). Yaranın kənarları hamar, yuxarı ucu iti, aşağı ucu kütdür. Yara kanalının dərinliyi 4,0 sm-dir, istiqaməti soldan-sağa, öndən-arxaya və aşağıdan- yuxarıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Qarın nahiyəsinin sol yarsının ön səthində orta xətdən 2 sm solda deşilmiş- kəsilmiş yarası (1,8x1 sm ölçüdə). Yaranın kənarları hamar, yuxarı ucu iti, aşağı ucu kütdür. Yara kanalının dərinliyi 3,5 sm-dir, istiqaməti soldan-sağa, öndən-arxaya ve aşağıdan-yuxarıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Qarın nahiyəsinin sağ yan səthində arxa qoltuq xətti üzrə deşilmiş-kəsilmiş yarası (1,8x7 sm ölçüdə). Yaranın kənarları hamar, yuxarı ucu küt, aşağı ucu itidir. Yara kanalının dərinliyi 3,5 sm-dir, istiqaməti sağdan-sola, öndən-arxaya və yuxarıdan- aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Sol bazu nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası (2,2x0,7 sm ölçüdə). Yaranın kənarları hamar, yuxarı ucu iti, aşağı ucu kütdür. Yara kanalının dərinliyi 4,5 sm-dir. istiqaməti bir qədər soldan-sağa, bir qədər öndən-arxaya və yuxarıdan-aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Sol sağrı nahiyəsinin aşağı bayır kvadratında 2 (iki) ədəd deşilmiş-kəsilmiş yaraları (2,2x0,7 sm və 2,5x0,7 sm ölçülərdə). Yaraların kənarları hamar, bayır ucları iti, iç ucları kütdür. Yara kanallarının dərinliyi 4.5 və 5 sm-dir, istiqamətləri soldan-sağa, bir qədər arxadan-önə və yuxarıdan-aşağıya doğrudur. Yara kanalları boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Sol bud nahiyəsinin yuxarı 1/3-nin bayır səthinin deşilmiş- kəsilmiş yarası (1,3x0,6 sm ölçüdə). Yaranın kənarları hamar, yuxarı ucu küt, aşağı ucu itidir. Yara kanalının dərinliyi 1,6 sm-dir, istiqaməti soldan-sağa, bır qədər öndən-arxaya və yuxarıdan- aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Sol bud nahiyəsinin yuxarı 1/3-nın arxa səthində 2 (iki) ədəd deşilmiş- kəsilmiş yaraları (1,5x0.5 sm və 2,5x0,7 sm ölçülərdə). Yaraların kənarları hamar, bayır ucları iti, iç ucları kütdür. Yara kanallarının dərinliyi 1,7 və 4,5 sm-dir, istiqamətləri bir qədər soldan-sağa, bir qədər arxadan-önə və yuxandan-aşağıya doğrudur. Yara kanalları boyunca yumşaq toxumalar qırmızı rengli qansızmalıdır. Sol bud nahiyəsinin aşağı 1/3-nin bayır səthinin deşilmiş-kəsilmiş yarası (2,1x0,7 sm ölçüdə). Yaranın kənarları hamar, ön ucu iti, bayır ucu kütdür. Yara kanalının dərinliyi 4.0 sm-dir, istiqaməti soldan-sağa, bir qədər öndən-arxaya və aşağıdan- yuxarıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Sağ bud nahiyəsinin yuxarı 1/3-nin arxa səthinin deşilmiş-kəsilmiş yarası (2,3x0,8 sm ölçüdə). Yaranın kənarları hamar, bayır ucu küt, iç ucu itidir. Yara kanalının dərinliyi 4,8 sm-dir, istiqaməti sağdan-sola, öndən-arxaya və yuxarıdan-aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Sağ bud nahiyəsinin orta 1/3-nın bayır səthinin deşilmiş-kəsilmiş yarası (1,9x0,8 sm ölçüdə). Yaranın kənarları hamar, yuxarı ucu iti, aşağı ucu kütdür. Yara kanalının dərinliyi 4,0 sm-dir, istiqaməti sağdan-sola, öndən-arxaya və yuxarıdan-aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Sağ bud nahiyəsinin orta 1/3-nin ön səthinin deşilmiş-kəsilmiş yarası (2,5x1 sm ölçüdə). Yaranın kənarları hamar, bayır ucu küt, iç ucu itidir. Yara kanalının dərinliyi 5,0 sm-dir, istiqaməti sağdan-sola, öndən-arxaya və yuxarıdan-aşağıya doğrudur. Yara kanalı boyunca yumşaq toxumalar qırmızı rəngli qansızmalıdır. Kəsilmiş yaralar: Sağ yanaq (2.5x1 sm ölçüdə), sol yanaq (2,7x1,2 sm ölçüdə), sol çənə bucağı (1,2x0,7 sm ölçüdə) və boyun nahiyələrinin (3,5x0,6 sm, 1,5x1,0 sm ölçülərdə). Küt əşya təsirindən əmələ gəlmiş xəsarətlər: Sağ çənə bucağı nahiyəsinin (1,5x1 smölçüdə), boyun nahiyəsinin ön səthinin (2x1,2 sm ölçüdə), döş qəfəsinin sağ yan səthinin (3x2,5 sm ölçüdə), sol bud nahiyəsinin (4x3 sm ölçüdə) qançırları. Qeyd edilən xəsarətlər həyatidirlər, Zərərçəkmiş şəxs ölümündən az əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-ci il tarixdə əmələ gəlmişdirlər. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş 19 (on doqquz) ədəd deşilmişkəsilmiş yaralar deşici-kəsici əşyanın (alətin), 5 (beş) ədədnır kəsilmiş yaraları iti kənarlı əşyanın (alətin) təsirindən əmələ gəlmişdir. Həmin xəsarətlərdən 2 (iki) ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yaralar hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AGİR zərərvurmanın əlamətlərinə malikdir, 17 (on yeddi) ədəd deşilmiş-kəsilmiş yaralar ve 5 (beş) ədəd kəsilmiş yaraların hər biri ayrı-ayrılıqda sağlamlığa YÜNGÜL zərərvurmanın əlamətlərinə malikdirlər. Sağ çənə bucağı, boyun, döş qəfəsi və sol bud nahiyələrinin qançırları isə sağlamlığa zərər vurmayan xəsarətlərin əlamətlərinə malik olduğundan dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs ölümünə səbəb boyun və qarın nahiyələrinin daxilə nüfuz edərək sol yuxu arteriyasını ve vidacı venanı kəsən ve qaraciyəri zədələyən deşilmiş-kəsilmiş yaraların törətdiyi kəskin qanitirmə olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf sevlyyəsinə əsasən və ölümün çoxlu qanitirme neticesində baş verməsini nəzərə alaraq demək olar ki. Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2023-ci il, saat 11:00-dan) 12-14 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş deşilmiş-kəsilmiş yaralar ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici əşyanın təsirindən emele gəlmişdirlər. Qançır ise müxtəlif şəraitlərdə və həmçinin insan bədəni hissələrinin (əl, ayaq və sair) təsirindən əmələ gələ bilmələri mümkündür. Zərərçəkmiş şəxs meyitində aşkar olunmuş 19 (on doqquz) ədəd deşilmiş-kəsilmiş yaraların və kəsilmiş yaraların xarakterini və ekspertizaya təqdim edilmiş maddi sübut olan bıçaqın konstruktiv xüsusiyyətləri nəzərə alaraq demək olar ki, qeyd olunan deşilmiş- kəsilmiş yaralar ekspertizaya təqdim olunmuş bıçağın ve ona oxşar bıçaqların tiyəsinin deşici-kəsici və kəsici təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs meyitinin hissələrini (parçalanıb bədəndən ayrılmış hər iki yuxarı və aşağı ətraflarını) anatomik quruluşuna uyğun rekonstruksiya etdikdə görünür ki, bədənin bütün orqan üzvləri tamdır hissələrə parçalanmış ətrafları ölümündən sonra ekspertizaya təqdim edilmiş maddi sübut olan çapacağın, mişarın təsirindən və onlara oxşar olan alətlərin çapıcı və mişarlayıcı təsirindən əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə - kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Məhkəmə tibbi-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 160/2023-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu ABO sistemi üzrə O(l)-dir. Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu AB sistemi üzrəi O(l)-dir. Ekspertizaya təqdim olunmuş bıçaq, Zərərçəkmiş şəxs məxsus don, alt paltarı (trusik), ev şalvarı (kalqotka), büstqalter (məmədan), Təqsirləndirilən şəxs məxsus mayka, idman şalvarı üzərində olan ləkələrdə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigeni alınmışdır. H antigeni 0(l) qrupun əsasını təşkil edir. Beləliklə, bu qan ləkələri ABO sistemi üzrə 0(l) qruplu şəxsə, o cümlədən de Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər. (Əgər sonuncunun bədənində hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa) Ekspertizaya təqdim edilmiş mişar, çapacaq, çəkic üzərində qan aşkar olunmamışdır. Məhkəmə-tibbi-kriminalistik ekspertizasının xx.xx.2023-cü il tarixli 113/MTKŞ-2023 saylı rəyindən görünür ki, Təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs məxsus don iki hissəyə, kalqotka dörd hissəyə bölünmüşdür. Bu hissələrin uclarında olan ləkələr kəsilmiş zədələrdir, kəsici kənara malik hər hansı bir alətin (alətlərin) təsirindən törənmiş və hissələrə ayrılmışdır. Mərhum Zərərçəkmiş şəxs məxsus dpnun ön səthinin orta hissəsində, ön səthinin sol yarısında, ön səthinin sol yan nahiyəsində, ön səthinin aşağı hissəsində, arxa səthinin sol yarısında şoxsaylı dəlib keçən zədələr, donun kəsilib ayrılmış sol qolunun arxa səthində iki ədəd dəlib keçən zədə, kalqotkanın iki hissəsinin (pəncə hissələrini təşkil edən hissələr istisna olmaqla) hər iki səthində çoxsaylı dəlib-keçən zədələr və tumanın arxa səthində iki ədəd dəlib keçən zədə var. Bu zədələr deşilmişkəsilmiş zədələr olub, iti ucu, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən törənməyə uyğun gəlir. Mərhum Zərərçəkmiş şəxs məxsus paltarların (don, kalqotka və tuman) üzərində olan deşilmiş-kəsilmiş zədələrin, ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətlərə malik digər alətin (alətlərin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Mərhum Zərərçəkmiş şəxs məxsus büstqalterin ön səthinin sol yarısında bir ədəd dəlib-keçən zədə var. Bu zədə cırılmış zədə olub, küt mexanizmdən, paltarın həmin nahiyəsinin kəskin dartılması nəticəsində törənməyə uyğun gəlir. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. Təqdim olunmuş çəkic zavod üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı çəkicdir və soyuq silah hesab edilmir. Çəkicin üzərində hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. Təqdim edilmiş çapacaq zavod üsulu İlə hazırlanmış təsərrüfat-məişət təyinatlı çapacaqdır və soyuq silah hesab edilmir. Çapacağın üzərində hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. Təqdim edilmiş mişar zavod Üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı mişardır və soyuq silah hesab edilmir. Mişarın üzərində hər hansı bir əlavə və düzəlişlər edilməmişdir. Kompleks ambulator məhkəmə-psixiatrik və mehkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1275 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründəki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 81 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törətməzdən əvvəl və törədərkən psixoaktiv maddələrin müştərək qəbulu (polinarkomaniya) nəticəsində az ifadəli şəxsiyyət dəyişikliyindən əziyyət çəkir. Yoxlanılan şəxs X9 təqsirləndirildiyi cinayət əməlini törədərkən onda qeyd olunan psixoaktiv maddələrin müştərək qəbulu (polinarkomaniya) nəticəsində şəxsiyyət dəyişikliyi az ifadəli olduğundan o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə ehtiyac olmasa da, onda aşkarlanan şəxsiyyət dəyişikliyinin dərinəşməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv(qabaqlayıcı) tədbir kimi onun daim nəzarət altında saxlanılması və zərurət yarandığı təqdirdə hekım-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyəti onun istintaq və prosessual hərəkətlərində iştirak etməsinə və öz prosessual hüquq və vəzifələrini icra etməsinə imkan verir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərini tədqiq edərkən diqqətindən dayanıqsızlıq (tez yayınıb, gec mərkəzləşməsi), mücərrəd anlayışların dərk edilməsinin nisbətən zəif çıxış etməsi,, həmin anlayışları məhdud şəkildə şərh etməsi, nitq və təfəkkürünün bir qədər ləng və ilişkən olması, maraq dairəsinin məhdudluğu aşkar olunsa da, ümumilikdə əqli-intellektual imkanlarının normaya uyğun olduğu müəyyən edilir. Emosional-iradi sferasında emosional dəyişkənlik, şəxsi keyfiyyətlərində eqosentrik xüsuiyyətlər, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik, öz maraqlarını və fikirlərini üstün tutmaq, konfliktə ve mübahisəyə meyillilik, davranışı üzərində iradə nəzarətin çatışmazlığı və s. aşkar olunur. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində emosional dəyişkənlik (aqressiv tərzdə ona bıçaq zərbələri endirməsi, su istəyərkən gətirib su içirmesi, sonra öz əməlinə yenidən davaç etməsi, soyuqqanlı tərzdə doğrayıb gizlətməyə çalışması yorulduğu üçün yatması və s), aqressiya yaranmışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində (affekt halında) olmamışdır. Ambulator məcburi narkoloji tibb! yoxlamanın 29 aprel 2023-cü il tarixli, 2528 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabiodlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azerbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli xx/xx-4093 saylı sorğuya cavab məktubundan görünür ki, Zərərçəkmiş şəxs Sabiq qızı yuxarıda adı gösterilən mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs yuxarıda adın göstərilən mərkəzdə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə “Psixostimulyator və konnobinoidlərin birgə qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə könüllü surətdə stasionar müalicədə olmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması ilə bağlı heç bir məlumat yoxdur. Abşeron Rayon Məhkəməsinin 4(012) 138/2023 saylı 20.02.23-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 19.02.23-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 4259 nömrəli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X6 arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olmayıblar. Medalların vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsi zamanı aparılan döyüş əməliyyatlarında fəal iştirak etməklə «Şuşanın azad olunmasına görə» və «Vətən müharibəsi iştirakçısı» medalları ilə təltif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə əsasən xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürmə - on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə , Cinayət Məcəlləsinin 245-ci maddəsinə əsasən Qəbir və ya meyit üzərində təhqiredici hərəkət —iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 245-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 120.2.4 və 245-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs Vətən müharibəsi zamanı aparılan döyüş əməliyyatlarında fəal iştirak etməklə medallarla təltif edilməsini və cinayət əməlini etiraf etməklə peşman olmasını (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə işdə olan və yuxarıda şərh olunan cəzanı yüngülləşdirən halların məcmusunu nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 120.2.4 və 245-ci maddələrinin hər birinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həm də Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 19 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron Rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus qara rəngli, arxa hissəsi zəncirbəndli və iki hissəyə bölünmüş don, qara rəngli və 4 hissəyə bölünmüş ev şalvarı (kalqotka), məmədan və qara rəngli alt paltarı (trusik); Təqsirləndirilən şəxs məxsus sol ayağında sarı rəngli naxışlı hərflərlə “VERSACE” sözü yazılmış idman şalvarı və iç etiketində "Ceysan” sözü yazılmış ağ rəngli mayka; hadisə yerindən götürülmüş 01 ədəd bıçaq, 01 ədəd mişar, 01 ədəd çapacaq, 01 ədəd çəkic cinayət işi üzrə hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 245-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və Cinayət Məcəlləsinin 245-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə qəti olaraq ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 19 fevral 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Abşeron Rayon Prokurorluğunun maddi sübutların saxlanması otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus qara rəngli, arxa hissəsi zəncirbəndli və iki hissəyə bölünmüş don, qara rəngli və 4 hissəyə bölünmüş ev şalvarı (kalqotka), məmədan və qara rəngli alt paltarı (trusik); Təqsirləndirilən şəxs məxsus sol ayağında sarı rəngli naxışlı hərflərlə “VERSACE” sözü yazılmış idman şalvarı və iç etiketində "Ceysan” sözü yazılmış ağ rəngli mayka; hadisə yerindən götürülmüş 01 ədəd bıçaq, 01 ədəd mişar, 01 ədəd çapacaq, 01 ədəd çəkic cinayət işi üzrə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-259/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-259/2024
15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver