Məhkəmə qərarları › İş №1(124)-259/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-259/2025

17.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-259/2025 17.11.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X5 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X8, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, X4 oğlunun iştirakları ilə, xx xxxxxxx 1981-ci il tarixdə Çin Xalq Respublikası, Guangxi şəhərində doğulmuş, Çin Xalq Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Çin Xalq Respublikasının Guangxi şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş WEİ ZHİJİAN-ın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə, 16 dekabr 1991-ci il tarixdə Çin Xalq Respublikası, Guangxi şəhərində doğulmuş, Çin Xalq Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Çin Xalq Respublikasının Guangxi şəhərində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş WEİ HONGFU-nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 177.3.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: WEİ ZHİJİAN və WEİ HONGFU özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə, tanışları WEİ HE adlı şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat 21:57 radələrində icarəyə götürdükləri “Toyota Carolla” markalı **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksində yerləşən 39A nömrəli evin yaxınlığına gəlmiş, WEİ HE küçədə gözləyib ətrafı müşahidə etmiş, WEİ ZHİJİAN və WEİ HONGFU evin arxa qapısının kilidini özləri ilə gətirdikləri çəkic və vintaçanla sındırıb açmaqla həmin evə qanunsuz daxil olub həmin evin ikinci mərtəbəsində yataq otağında olan 200 manat dəyərində dəmir seyfin içərisində olan 228650 (iki yüz iyirmi səkkiz min altı yüz əlli) Azərbaycan manatı ekvivalentində 134500 (yüz otuz dörd min beş yüz) ABŞ dolları və 10000 (on min) Azərbaycan manatı, o cümlədən bir ədəd 750 əyarlı, çəkisi 78,24 qram olan 8606 (səkkiz min altı yüz altı ) manat dəyərində qızıl boyunbağı, 01 ədəd 999 əyarlı, çəkisi 62.26 qram olan 9028 (doqquz min iyirmi səkkiz) manat dəyərində qızıl sikkə, 01 ədəd “Divas Dream” modelli 750 əyarlı, 13,6 qram çəkidə 1632 (min altı yüz otuz iki) manat dəyərində “Bulgari” qolbağı, 01 ədəd “Diva's Dream” modelli 750 əyarlı, 7,9 qram çəkidə 948 (doqquz yüz qırx səkkiz) manat dəyərində “Bulgari” qızıl üzük, 01 ədəd “Love” modelli 750 əyarlı, 33 qram çəkidə 3960 (üç min doqquz yüz altmış) manat dəyərində “Cartier” qızıl qolbaq, 01 ədəd “Love” modelli 750 əyarlı, 05 qram çəkidə olan 600 (altı yüz) manat dəyərində olan qızıl “Cartier” üzük, 01 ədəd toxunmuş qızıl dairəvi 750 əyarlı, 40,6 qram çəkidə 4800 (dörd min səkkiz yüz) manat dəyərində “Roberto Coin” qızıl qolbaq, 01 ədəd “Princess flower with diamonds” modelli 750 əyarlı, 6,5 qram çəkidə 780 (yeddi yüz səksən) manat dəyərində “Roberto Coin” üzük, 01 ədəd “Bouquet Lunaire” modelli 750 əyarlı, 20 qram çəkidə 2400 (iki min dörd yüz) manat dəyərində “Pasquale Bruni” qızıl qolbaq, 05 ədəd 900 əyarlı, ümumi çəkisi 39 qram olan 6000 (altı min) manat dəyərində qızıl sikkələr, 01 ədəd 750 əyarlı, 80 qram çəkidə 9600 (doqquz min altı yüz) manat dəyərində qızıl boyunbağı, 01 ədəd 750 əyarlı, 50 qram çəkidə 6000 (altı min) manat dəyərində qızıl qolbaq, 01 dəst 750 əyarlı, 25 qram çəkidə 3000 (üç min) manat dəyərində olan qızıl uzun sırğa və üzük, 01 dəst çəhrayı mərcan daşlı və brilyant qaşlı, 750 əyarlı, 25 qram çəkidə, 4500 (dörd min beş yüz) manat dəyərində qızıl sırğa və üzük, 01 dəst ortası sarı qotaz, kənarı brilyant qaşları olan 750 əyarlı, 35 qram çəkidə 5900 (beş min doqquz yüz) manat dəyərində qızıl sırğa, üzük və kulon, 01 dəst halqa şəkilli brilyant qaşlı 750 əyarlı, 40 qram çəkidə 6700 (altı min yeddi yüz) manat dəyərində qızıl uzun sırğa, üzük və qolbaq, 01 ədəd yumru və gül, damla formalı brilyant qaşlı 750 əyarlı, 25 qram çəkidə 4500 (dörd min beş yüz) manat dəyərində qızıl sırğa və üzük, 01 dəst 750 əyarlı, 37 qram çəkidə 7040 (yeddi min qırx) manat dəyərində brilyant qaşlı qızıl uzun sırğa, üzük və boyunbağı, 01 ədəd “Sibir” brilyant qaşlı 750 əyarlı, 23 qram çəkidə 4100 (dörd min yüz) manat dəyərində qızıl qolbaq, 01 ədəd brilyant qaşlı 750 əyarlı, 8 qram çəkidə 1860 (min səkkiz yüz altmış) manat dəyərində qızıl üzük, 01 ədəd ürək şəklində brilyant qaşlı 750 əyarlı, 10 qram çəkidə 2400 (iki min dörd yüz) manat dəyərində qızıl üzük, 01 ədəd zümrüd qaşlı, 750 əyarlı, 3,5 qram çəkidə 420 (dörd yüz iyirmi) manat dəyərində qızıl üzük, 01 ədəd 999 əyarlı, 3,9 qram çəkidə 650 (altı yüz əlli) manat dəyərində qızıl 5-lik sikkəni, 03 ədəd 50-lik “Yubileynı” 583 əyarlı, 24 qram çəkidə 13500 (on üç min beş yüz) manat dəyərində olan qızıl sikkələr, 01 ədəd bir qaşı brilyant, digər qaşı mirvari olan 750 əyarlı, 5 qram çəkidə 1100 (min yüz manat) manat dəyərində qızıl kulon, 01 dəst gül formasında 750 əyarlı, 16 qram çəkidə 1920 (min doqquz iyirmi) manat dəyərində qızıl sırğa və üzük, 01 cüt uzun brilyant qaşlı 750 əyarlı, 8 qram çəkidə 1860 (min səkkiz yüz altmış) manat dəyərində qızıl sırğa, 01 ədəd 750 əyarlı, 28 qram çəkidə 3360 (üç min üç yüz altmış) manat dəyərində ağ qızıldan olan sırğa, 01 ədəd 999 əyarlı, 5 qram çəkidə 780 (yeddi yüz səksən) manat dəyərində qızıl sikkə və 01 dəst yaşıl topaz qaşlı 750 əyarlı, 5 qram çəkidə 600 (altı yüz) manat dəyərində olan qızıl sırğa və kulon olmaqla, ümumilikdə 357.194 manat dəyərində əmlakını gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs külli miqdarda ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs WEİ HONGFU ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “Biz 15 iyul 2024-cü il tarixdə Bakıya gəlmişik. Wei He bizi işləmək üçün Bakıya çağırmışdı. O, bizə iş tapmaq üçün ikimizin də pasportunu götürdü, lakin bizə iş tapa bilmədiyinə görə evdən oğurluq etməyimizi istədi. Wei He bizə evə girib axtarmağı, nəsə bir şey varsa götürməyi və əgər dediyini etməsək, pasportlarımızı geri qaytarmayacağını söylədi. Evə girdikdən sonra, seyf də daxil olmaqla tapdığımız hər şeyi götürdük. Daha sonra seyfi açdılar və seyfin içərisində də nə var idisə, hamısını götürdük. Wei He bizə təxminən 80000 ABŞ dolları pul verdi və Dubaya getməyimizi söylədi. O, bizə həmçinin iki ədəd qızıl-zinət əşyası vermişdi. Onlardan biri yumru formada idi. Bundan sonra hava limanına getdik və orada Gömrük İdarəsinin əməkdaşları bizi saxladı. Onlar gömrükdən təxminən 70000 ABŞ dolları pul məbləğini keçirməyimiz üçün adam tapdılar. Qalan pul isə üzərimizdə idi. Yenidən hava limanına qayıdanda bizi tutdular.” Təqsirləndirilən şəxs WEİ HONGFU məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Götürdüyümüz qızıl-zinət əşyaları və pul 134500 ABŞ dolları məbləğində deyildi. İkimizdə cəmi təxminən 80000 ABŞ dolları məbləğində pul olub. Ümumiyyətlə, evdən nə qədər pul oğurlandığını bilmirəm. Wei He ikimizə birlikdə təxminən 80000 ABŞ dolları pul və 2 ədəd qızıl-zinət əşyası verdi. Təxminən 8000 ABŞ dolları üzərimizdə idi, qalan pulu isə göndərdik. Gömrükdə tərcüməçi var idi, onun köməyi ilə 70000 ABŞ dolları məbləğində pulu göndərə bildik. Tərcüməçiyə həmin pulun oğurluq pul olduğunu söyləmədik. Biz tərcüməçiylə banklara getdik. Pulu banka yerləşdirmək üçün 3 gün vaxt lazım idi, ancaq bizim biletlərimiz olduğu üçün başqa cür ölkədən çıxarmaq barədə tərcüməçidən soruşduq. Tərcüməçi pulu Azərbaycandan göndərib Çində təhvil ala biləcək birinin olduğunu söylədi. Wei He bizə kart hesabları göndərdi, biz də tərcüməçiyə Çin Xalq Respublikasına məxsus kart hesablarını verdik və ondan həmin 70000 ABŞ dollarını Wei He-nin göndərdiyi Çin Xalq Respublikasına məxsus bank kartlarına göndərməyi xahiş etdik. Tərcüməçi pulun oğurluq olduğunu bilmirdi. Biz tərcüməçiyə pulu Çindən gələndə gətirdiyimizi söyləmişdik. Wei He bizə evdə işıqların yanmadığına və evdə heç kimin olmadığına görə həmin evdən oğurluq etməyi söylədi. Ancaq nə üçün məhz həmin evdə oğurluq ediləcəyini dəqiq bilmirdim. Mənə polis əməkdaşları tərəfindən hər hansı təsir, təzyiq olmayıb. Axşam birbaşa evə daxil olub evdən oğurluq etmişik. Əvvəl evə baxmaq üçün gəlmişdik, daha sonra gələndə isə evə daxil olduq. Hadisənin baş verdiyi gün Wei He bizi maşınla həmin evə apardı. Biz 3 nəfər idik. Wei He çöldə gözlədi, biz evə daxil olduqdan sonra eyni maşınla da geri qayıtdıq. Mənə təxminən 50000 ABŞ dolları pul verildi. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. Əvvəllər məhkum olunmamışam.” Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs WEİ ZHİJİAN ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir: “15 iyul 2024-cü il tarixdə təxminən saat 12 radələrində Bakıya çatdıq və maşını götürüb qalacağımız evə getdik. 17 iyul 2024-cü il tarixdə maşınla oğurluq olunacağı evə tərəf getdik, Wei He bizim şəxsiyyət vəsiqələrimizi götürdü və evə daxil olmağımızı söylədi. O, bizə bundan sonra şəxsiyyət vəsiqələrimizi qaytaracağını və evə gedə biləcəyimizi dedi. Biz evə baxdıq, Wei He əgər işıq yanmırsa və qaranlıqdırsa, evə girməyimizi söylədi. Bundan sonra olanlar Wei Hongfunun dediyi kimidir.” Təqsirləndirilən şəxs WEİ ZHİJİAN məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “X16 ilə qohum deyilik, eyni şəhərdənik. X18-ni tanımırdım. X17 He-ni tanıyırdı. Mən təyyarədə Wei He ilə dostlaşmışam. Mənə 30000 ABŞ dolları pul çatdı. Wei He bizə iki kart göndərmişdi, biz ikimizdə olan pulları birləşdirib həmin iki kart hesabına göndərmişik. 30000 ABŞ dolları pul da Çinə göndərilib. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. Wei He bizə 2 günə iş tapacağını söyləmişdi və pasportlarımızı əlimizdən almışdı. O, bizə oğurluğu etdikdən sonra bizə iş tapacağını söyləmişdi. Oğurluq etdikdən sonra bileti almışdıq ki, Dubaya gedək. Biz zərərçəkmişə Çinə göndərdiyimiz 70000 ABŞ dolları pulu qaytara bilərik. Evi sataraq pulu qaytaracağıq. Əgər biz həmin məbləği qaytaranda zərərçəkmiş haqqımızda şikayətçi olmasa, bir-iki həftə içərisində pulu qaytarmağa çalışacağıq. Wei He ilə təyyarədə tanış olmuşuq və birlikdə təyyarədə gəlmişik. ” Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir: “Mən göstərilən ünvanda həyat yoldaşımla birlikdə qalıram. Yayda ailəmlə birlikdə Quba rayonunun Nügədi kəndinə istirahətə getdim. Uşaqlar zəng edərək evdən oğurluq edildiyini söylədilər. Mən evə qayıdıb gəldim, qayıdan kimi Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng etdim və məlumat verdim. Polis əməkdaşları evə gəldi və evdə araşdırma etməyə başladılar. Cinayət işinin materiallarında olan ifadəmdə həm dollar, həm də manatla olan pul vəsaitlərini, qızıl-zinət əşyalarını və onların qiymətlərini qeyd etmişəm. Qızıl-zinət əşyalarının qiymətlərindən bildiklərimi qeyd etmişəm, bilmədiklərimi isə “lom” qiyməti ilə hesabladılar. Oğurlanan pul vəsaitləri və qızıl-zinət əşyalarının məbləği əslində ittiham aktında qeyd olunan 357194 manatdan çoxdur. Elə zinət əşyaları var idi ki, onların qiyməti baha idi və onları “lom” qiyməti ilə hesablamaq olmazdı. Biz istintaq müddətində Abşeron Rayon Polis İdarəsinin əməkdaşları ilə əlaqədə olduq və bu cinayət işi ilə bağlı biz-birimizə lazımi kömək göstərdik. Mənim evimi təqsirləndirilən şəxslərə kimin göstərdiyini bilmirəm. “Villa Badam” yaşayış kompleksində 170 villa var. Həmin vaxt mənim evim kimi işığı yanmayan onlarla villa var idi. Mən 45 il dövlət qulluğunda işləmişəm və mənim heç bir xarici ölkə ilə əlaqəm olmayıb.” Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mənə 70000 ABŞ dolları pul vəsaitinin ödənilməsi ilə bağlı razı deyiləm. Mənim evimdən cinayət işinin materiallarında göstərilən məbləğ oğurlanıb. Onları özlər dedilər ki, 90000 ABŞ dolları pul oğurlayıblar. Qızıl-zinət əşyaları mənə elə gəlir ki, Azərbaycandadır. Həmin əşyaları qaytarsınlar və biz də 357000 manat pul məbləğindən onu çıxaq. Mənə dəymiş ziyanın tam ödənilməsini tələb edirəm.” Məhkəmə çıxışları zamanı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs WEİ HONGFU ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və ona yüngül cəza təyin edilməsini xahiş etmiş, təqsirləndirilən şəxs WEİ ZHİJİAN ilə barışmadığını, ondan şikayətçi olduğunu bildirmiş və ona yüksək həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid Səadət oğlu ifadəsində göstərmişdir: “19 iyul 2024-cü il tarixdə, həftənin beşinci günü, səhər saatlarında özünü Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin işçisi kimi təqdim edən Bəhlul müəllim tərəfindən mənə zəng gəldi. Mən Çin-Azərbaycan dili üzrə fərdi qaydada tərcüməçi kimi fəaliyyət göstərirəm. Məni çağıran Bəhlul adlı şəxsin yaxın qohumu Çində ticarətlə məşğul idi və o, məni tanıyırdı. Həmin şəxs Bəhlul adlı şəxsə mənim barəmdə məlumat vermişdi. Bəhlul müəllim çinliləri saxlayanda əvvəlcə başqa tərcüməçi ilə əlaqə saxlayıb. Çinlilər həftənin 3-cü günü gecə saxlayıblar, məni isə 5-ci gün çağırıblar. 5-ci gün Bəhlul müəllim mənimlə saxlayaraq əgər vaxtım varsa, tərcüməçi kimi iştirak etməyimi xahiş etdi və bunun qarşılığında ödəniş edəcəyini bildirdi. Mən məşğul olduğumu bildirəndə tanış bir adamdan nömrəmi aldığını, hal-hazırda tərcüməçiyə ehtiyacı olduğunu və məsələnin aydınlaşdırılması üçün vaxtın az olduğunu söylədi. Mən səhər saat 10:00-da çağırılan yerə getdim. Bəhlul müəllim və iki nəfər Çin Xalq Respublikasının vətəndaşı Bəhlul müəllimin otağında idilər. Bəhlul müəllim sual verdi, mən də çinlilərə tərcümə etdim. Bəhlul müəllim onlardan kim olduqlarını soruşanda onlar Azərbaycana ticarətlə, bizneslə məşğul olmaq üçün gəldiklərini dedilər. Onlar ədviyyat biznesi ilə məşğul olduqlarını, Çindən ədviyyatlar gətirib Azərbaycanda satmaq istədiklərini bildirdilər. Bəhlul müəllim onlara ümumi suallar verdi. Onlara hardan gəldikləri ilə bağlı sual verəndə Honkonqdan gəldiklərini, buradan Dubaya və oradan da Gürcüstana gedəcəklərini söylədilər. Bəhlul müəllim vizalarını kimin verdiyini soruşanda Azərbaycan və Çin arasında viza rejimində dəyişiklik olduğunu, sadəcə sərhəddən Azərbaycana viza almağın kifayət olduğunu və xüsusi bir vizaya ehtiyac olmadığını bildirdilər. Bəhlul müəllim üzərilərində bu qədər məbləğdə pul və qızıl-zinət əşyası varkən nə üçün onları bəyan etmədiklərini soruşanda onlar bilmədiklərini, ilk dəfə Azərbaycana gəldiklərini və qanunlardan xəbərlərinin olmadığını dedilər. Onlara kömək etməyimizi xahiş etdilər və bir daha belə bir şeyin olmayacağını söylədilər. Şəxslərin ifadələri alındı və pulları qaytarıldı. Üzərlərində dollar, Azərbaycan manatı, qızıl-zinət əşyaları və az məbləğdə Çin pulu var idi. Şəxslər sənədlərə imza çəkdilər. Bəhlul müəllim onları buraxdı və bilet alıb ölkələrinə qayıtmağı söylədi. Şəxslərdən hansısa biri atasının vəfat etdiyini və təcili Çinə qayıtmalı olduğunu dedi. Müvafiq sənədlərə imza çəkildi, üzərlərində olan pul və bütün qızıl-zinət əşyaları qaytarıldı. Onların üzərində qızıl sikkə və qolbaq olmalı idi. Çin vətəndaşları həmin əşyaların özlərinə aid olduğunu və böyük qızıl sikkəni Honkonqdan, dolları isə Çindən gələndə gətirdiklərini dedilər. Həmin şəxslər buradan Dubaya və başqa ölkələrə gedəcəklərini, məhsullarına tələb olan yeri müəyyənləşdirərək ticarətlərini davam etdirəcəklərini bildirdilər. Orada şübhə doğuracaq hər hansı söz və ya bir hərəkət olmadı. Bəhlul müəllim daha sonra yuxarı orqanlara məruzə etdi və onlara çıxıb gedə biləcəklərini söylədi. Daha sonra Çin vətəndaşları üzərlərində olan bu qədər pul və qızıl-zinət əşyalarını nə edəcəklərini soruşanda Bəhlul müəllim yalnız banka qoya, ya da tanışlarından kiməsə verə biləcəklərini söylədi. Şəxslər 3-4 günə Azərbaycana geri qayıdacaqlarını, birdəfəlik getməyəcəklərini dedilər. Bəhlul müəllim külli miqdarda olan pul məbləğləri və qızıl-zinət əşyaları bəyan olunmadığı üçün onların ölkədən çıxarılmasının mümkün olmayacağını bildirdi. Daha sonra biz maşına oturduq və mənim mobil nömrəmə tərcümə haqqı olaraq, əvvəlcədən də razılaşdığımız kimi 200 manat göndərdilər. Tərcümə prosesi 2 saat, hətta 2 saatdan da çox vaxt aldı. Daha sonra hava limanından 10-15 km aralıda yerləşən “Razin” ərazisinə getdik. Əvvəlcə “Yelo Bank”, daha sonra “Kapital Bank” və “Beynəlxalq Bank” daxil olmaqla 3-4 banka getdik, ancaq banklar həmin şəxslərin xarici vətəndaş kimi Azərbaycanda iş yerlərinin, yerli və ya mobil nömrələrinin, daimi yaşayış yeri ilə bağlı arayışlarının olmaması və onlara məxsus olan pulun mənbəyinin müəyyən edilməməsi səbəbi ilə onların adına bank hesabı açmağa razılıq vermədi. Şəxslərdən biri atasının vəziyyəti pis olduğu üçün təcili Çinə qayıtmalı olduğunu bildirdi. Çinlilərin həm bədii dilləri (Pekin dili) var, həm də özlərinin yerli ləhcələri var. Pekin ləhcəsini hamı başa düşə bilir, mən təbii olaraq yerli ləhcələri başa düşmürəm. Pekində yaşayan biri belə onların yerli ləhcəsini başa düşməyə bilər. Həmin vaxt şəxslər narahat idi və həyəcanlı formada telefonla danışırdılar. Çin vətəndaşları pulun məndə qalmasını xahiş etdilər. Qızıl-zinət əşyalarını isə özləri ilə apara biləcəklərini söylədilər. Onlar pulun məndə qalmasını, o pulu məndən götürmək üçün ya başqa şəxsə deyəcəklərini, ya da Azərbaycana geri qayıdanda məndən geri alacaqlarını dedilər. Mən onların pulunun mənə lazım olmadığını, onları ilk dəfədir ki, tanıdığımı bildirdim. Onlar məqsədlərinin Azərbaycana qayıdıb bizneslə məşğul olmaq olduğunu dedilər və onların söhbəti mənə inandırıcı gəldi. Azərbaycanla Çin arasında münasibətlərin yaxşı olduğunu, Azərbaycana vizasız gəlib-getdiklərini, 3-4 gündür burada olduqlarını və burada Çin restoranlarına getdiklərini və çinlilərə hörmət qoyulduğunu dedilər. Onlar məndən xahiş etdi ki, ya pul məndə qalsın daha sonra həmin pulu başqa bir şəxs vasitəsilə onlara göndərim, ya da onlara kömək edim və pullarını kiməsə versinlər ki, həmin şəxs onların Çindəki hesablarına pul köçürsün. Mən bir neçə şəxslə əlaqə saxladım, onlara bununla bağlı məlumat verdim və Çin vətəndaşlarının üzərində olan pul vəsaitlərini bəyan etmədikləri üçün ölkədən çıxara bilmədiklərini söylədim. Daha sonra mənə bir nəfərin əlaqə nömrəsini verdilər, Çində işlədiyini bildirdilər. Mən sadəcə Vüsal adlı şəxslə əlaqə saxlamadım, bir neçə şəxslə əlaqə saxladım. Bu bir neçə dəqiqə dəqiqənin içərisində olan məsələ deyildi. Bu proses 1-2 saat çəkdi. Biz saat 11-12-də Bəhlul müəllimin ofisindən ayrıldıq və bu proses günorta saat 4-5-ə qədər çəkdi. Mənə əlaqə saxlamağım üçün bir nömrə verdilər ki, “Rəhim” adlı şəxs gəlib məndən pulu götürəcək. Daha sonra həmin şəxs gəldi və Binə-Sədərək ticarət mərkəzində telefon aksessuarlarının satışı ilə məşğul olduğunu, işlərinin Çinlə əlaqəli olduğunu və ticarətlə məşğul olduğunu dedi. Onlar bir maşın göndərdilər və pulu götürüb getdilər. Həmin vaxt bu şəxslər mənə öz hesablarını verdilər və ailə üzvlərindən birinin hesabı olduğunu dedilər. Həmin günün məzənnəsi ilə 70000 ABŞ dolları pul var idi. Onlar 70000 ABŞ dolları pul məbləğinin lazım olduğunu dedilər. Lakin Çin vətəndaşlarının üzərində 70000 ABŞ dollarından çox pul var idi. Onlar qalan pulu üzərilərində keçirəcəklərini və Dubaya getdikləri üçün onlara həmin pulun lazım olacağını dedilər. Sərraf xidməti göstərən bir şəxslə danışdıq ki, çinlilərin göndərdiyi bank kartlarına Çindən pul məbləği köçürüldü, qarşılığında da buradan bir şəxs gəlib 70000 ABŞ dolları pul məbləğini götürdü. Daha sonra mən onların yanından ayrıldım. Ancaq mən Çin vətəndaşları pulu çıxaranda üzərilərində 20000 ABŞ dollarına yaxın pulun qaldığını gördüm. Onlar pulu və qızıl-zinət əşyalarını üzərlərində apardılar. Daha sonra taksiyə minib hava limanına getdilər. Axşam saat 20-21 radələrində Bəhlul müəllim zəng edib Çin vətəndaşlarının harada olduğunu soruşdu. Mən nə baş verdiyi soruşanda o mənə həmin şəxslərin oğru olduğunu, evdən oğurluq etdiyini bildirdi. Mən Bəhlul müəllimə onların özlərini iş adamı, ticarətçi kimi təqdim etdiklərini, Azərbaycanda iş quracaqlarını və investisiya qoyacaqlarını söylədim. Bəhlul müəllim onların oğru olduğunu dedi. Bundan 1 saat sonra mənə “WeChat” vasitəsilə Çin vətəndaşlarından zəng gəldi, ölkədən çıxa bilmədiklərini və Bəhlul müəllim tərəfindən saxlanıldıqlarını dedilər. Növbəti gün mənə tərcümə ilə bağlı olaraq zəng gəldi. Mən də bildiyim hər şeylə bağlı məlumat verdim.” Şahid məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir: “Mən 1986-cı il təvəllüdlüyəm. 2004-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuşam. 2006-cı ildən Çinə getmişəm və 2006-cı ildən bugünə qədər bir çox tanıdığım iş adamı üçün tərcüməçi kimi fəaliyyət göstərmişəm. Çindən hər hansı məhsul alanda məni dəvət edirlər və onlar üçün tərcüməçi kimi fəaliyyət göstərirəm. Bu il 2-3 dəfə Çində olmuşam. İş adamları ilə gedib, fərdi tərcüməçi kimi fəaliyyət göstərirəm. Pekin ləhcəsi ilə yerli ləhcə tamamilə fərqlidir. Necə ki, Azərbaycanda tat, ləzgi millətlərinin ləhcələri fərqlidir, çinlilərdə də yerli ləhcələri fərqlidir. Mən əvvəl də çinlilərin tərcüməsində olmuşam. Polis orqanlarında tutulan çinlilərin tərcüməsində iştirak etmişəm. 16 il mütəmadi olaraq Çində yaşamışam. 2020-ci ildən bu yana, “koronavirus”dan sonra arada bir Çinə gedib gəlmişəm. Mən Çinlilərlə çox ünsiyyətdə və tərcümələrdə olmuşam. X14 Xidmətində də tərcümələrdə olmuşam. Ancaq bu təqsirləndirilən şəxslərdə heç bir həyacan hiss etməmişəm. Sadəcə olaraq şəxslərdən biri atasının rəhmətə getməsi ilə əlaqədar olaraq, ağlayırdı, gözündə yaş hiss olunurdu. Bundan başqa mən onlar barəsində hər hansı bir şübhəli hala rast gəlməmişəm. Şübhəli bir hal olsaydı, mən istintaq orqanlarına dərhal məlumat bildirərdim. Mən Çin vətəndaşlarına 3-4 saat vaxt sərf etmişdim. Onlar da bu qədər vaxt ayırdığıma və kömək etdiyimə görə, gələcəkdə şirkət qeydiyyatdan keçirməkdə, lazım olsa, anbar tapmaqda onlara kömək etməyim üçün mənə maşında 1500 manat pul verdilər. Bugün son nəticədə onlar oğurluqda və cinayət törədilməsində təqsirləndirilirlər. Ancaq həmin gün onlar özlərini mənə iş adamları kimi tanıtdılar, 3-5 gündən sonra Azərbaycana geri qayıdacaqlarını və onlara köməklik etməyimi istədilər. Mən onlara kömək məqsədilə bunu etmişəm. Bir nəfər şəxsin maşınla gələcəyini və pulu ona verməyimizi söylədilər. Pulu Çindən köçürən şəxsin öz adamı gəlmişdi, çinlilər həmin şəxsə pulu nağd formada verdilər. Mənə kart hesablarını Çin vətəndaşları verdi. Kart hesabını verəndə ailə üzvlərinin hesabı olduğunu dedilər. Mən üçüncü şəxsin kim olduğunu bilmirdim. Mən bu şəxslərin oğurluq etdiyini eşidəndə Abşeron Rayon Polis İdarəsinə çağırıldım. Təqsirləndirilən şəxslərlə orada görüşdüm. Mən onları görəndə şokda idim. Çünki onlar dünən mənə özləri haqqında başqa məlumat vermişdilər, bugün isə başqa şeylər söyləyirdilər. Vüsal Çində yaşayan Azərbaycanlılardan biridir. Hal-hazırda Çində yaşayır. Mən Çinlə danışıb əlaqə saxladım. Vüsal Azərbaycan Respublikasının vətəndaşıdır. Vüsalın soyadını və atasının adını dəqiq bilmirəm. Daha sonra mən başqa şəxslərlə əlaqə saxladım. Onun adı ya Rəhim, ya da Rəhman idi. Mən bir neçə nəfər şəxslə əlaqə saxladım. Bir saat ərzində danışıq oldu. Məsələn Sədərəkdə “kargo” ilə məşğul olan adamlara zəng etdim ki, belə bir məsələ var, onlar da başqa bir şəxsə zəng etdilər. “Rəhim” və ya “Rəhman” adlı şəxsin “kargo” işi ilə məşğul olduğu məlum oldu. Onu mənə kimin yönəltdiyini bilmirəm. “Whatsapp” vasitəsilə nömrə göndərdilər, ancaq daha sonra lazım olmadığı üçün nömrəni sildim. Həmin gün mənim məqsədim sadəcə Çin vətəndaşlarına kömək etmək idi. İstintaqa kömək etməyin mənim üçün yaxşı bir hal olduğunu bilirəm. Sadəcə olaraq həmin nömrə mənim üçün önəmli olmayıb. “Rəhim” və ya “Rəhman” adlı şəxsi tanımıram. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm.” Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Ərizə”dən görünür ki, həmin tarixdə Əzizov X7 Rayon Polis İdarəsinə müraciət edərək saat 12:24 radələrində ona məxsus Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksində yerləşən 39A nömrəli evin 2-ci mərtəbəsindəki yataq otağında olan dəmir seyfinin içərisindəki 134500 ABŞ dolları, 10000 manat və dəyəri təxminən 120000 manat olan qızıl-zinət əşyaları ilə birlikdə evinə qapının sındırılması yolu ilə daxil olmuş naməlum şəxslər tərəfindən oğurlandığını qeyd etmiş, həmin şəxslərin tutularaq barələrində qanunamüvafiq tədbir görülməsini və ona dəymiş ziyanın qaytarılmasını xahiş etmişdir (cild 01, iş vər. 06). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış keçirilən yer Zərərçəkmiş şəxs məxsus Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksində yerləşən 39A nömrəli evdir. Həmin ev iki mərtəbədən ibarətdir, oğurluq hadisəsi evin ikinci mərtəbəsində yerləşən yataq otağında baş vermiş, naməlum şəxslər evə arxa tərəfdən-bağ hissədə yerləşən eyvandan qapını sındırma yolu ilə daxil olmuşlar. Zərərçəkmiş şəxs həmin yataq otağında olan paltar şkafının içərisindən dəmir seyfinin içərisindəki pullar və qızıl-zinət əşyaları ilə birlikdə oğurlandığını bildirmişdir. Müvafiq foto şəkillər çəkilməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 08-13). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Təqdim edilmiş predmetə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, tərcüməçi, müdafiəçi və hal şahidlərinin iştirakı ilə WEİ ZHİJİAN üzərində olan 10000 ABŞ dollarını, 9586 Yuanı, 535 Ukrayna qrivnini, 2050 Rus rublunu, 01 ədəd 20 Türkiyə lirəsi nominalında, 03 ədəd 34 Oman rialı və 02 ədəd 100 Oman rialı nominalında, 09 ədəd 1 Qətər rialı nominalında, 02 ədəd 10000 Belarus rublu, 04 ədəd 500 Belarus rublu və 02 ədəd 50 Belarus rublu nominalında, 04 ədəd 100 CAR rialı nominalında, 01 ədəd 100 Honkonq dolları, 03 ədəd 20 Honkonq dolları və 01 ədəd 10 Honkonq dolları nominalında, 04 ədəd 500000 Vietnam pulu, 02 ədəd 200000 Vietnam pulu, 02 ədəd 100000 Vietnam pulu, 01 ədəd 50000 Vietnam pulu, 01 ədəd 20000 Vietnam pulu, 06 ədəd 10000 Vietnam pulu, 02 ədəd 5000 Vietnam pulu və 02 ədəd 2000 Vietnam pulu nominalında, 03 ədəd 1000 Tayland pulu, 06 ədəd 100 Tayland pulu, 01 ədəd 50 Tayland pulu və 02 ədəd 20 Tayland pulu nominalında pul əskinaslarını, həmçinin 01 ədəd çamadanı, pasportu, sürücülük vəsiqəsini və “Oppo” markalı mobil telefonu könüllü olaraq təqdim etmiş və götürülən əşyaların ona məxsus olduğunu bildirmişdir (cild 01, iş vər. 57-58). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Təqdim edilmiş predmetə baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, tərcüməçi, müdafiəçi və hal şahidlərinin iştirakı ilə WEİ HONGFU üzərində olan 7306 ABŞ dollarını, 15005 BƏƏ dirhəmini, 01 ədəd “Elizaveta” qızıl medalyonu, 01 ədəd qızıl boyunbağını, 01 ədəd çamadanı, pasportu, sürücülük vəsiqəsini və “Honor” markalı mobil telefonu təqdim etmiş və götürülən əşyaların ona məxsus olduğunu bildirmişdir (cild 01, iş vər. 84-85). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Əşyaların tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs ona təqdim edilmiş 02 ədəd qızıl-zinət əşyası, yəni 01 ədəd qızıl boyunbağı və 01 ədəd qızıl sikkənin ona məxsus olduğunu və Abşeron rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksində yerləşən evindən oğurlandığını bildirmişdir. Müvafiq foto şəkil çəkilməklə protokola əlavə edilmişdir (cild 01, iş vər. 154-156). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Qəbz”dən görünür ki, Əzizov X7 rayonu, Saray qəsəbəsi, “Villa Badam” yaşayış kompleksi, ev 39A ünvanında yerləşən mənzilindən oğurlanmış 134500 ABŞ dolları məbləğində puldan təqsirləndirilən şəxslərin üzərindən aşkar edilərək götürülmüş 17306 ABŞ dolları məbləğində pulu təhvil aldığını təsdiq etmişdir (cild 01, iş vər. 164). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs WEİ HONGFU adlı Çin Xalq Respublikasının vətəndaşının ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçi və tərcüməçinin də iştirakı ilə təqsirləndirilən şəxs WEİ HONGFU-nun ifadəsi hadisə yerində yoxlanılmış, təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha qeyd edərək təsdiq etmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 212-215). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Təqsirləndirilən şəxs WEİ ZHİJİAN adlı Çin Xalq Respublikasının vətəndaşının ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, həmin tarixdə müdafiəçi və tərcüməçinin də iştirakı ilə təqsirləndirilən şəxs WEİ ZHİJİAN-ın ifadəsi hadisə yerində yoxlanılmış, təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha qeyd edərək təsdiq etmiş, müvafiq foto şəkillər çəkilərək protokola əlavə edilmişdir (cild 01, iş vər. 216-219). Cinayət işinin materiallarında olan materialların məhkəmə ekspertizasının 09 sentyabr 2024-cü il tarixli 76/4045-9/6540 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 01 ədəd sarı rəngli, üzərində “750 İTALY” damğası olan boyunbağı 999 əyarlı, 78,24 qram çəkidə və 8606 manat dəyərindədir. 01 ədəd sarı rəngli, aversində mərkəzdə sağ tərəfə baxan insan təsviri, reversində ilan təsviri, üzərində “ELİZABETH İİ AUSTRALİA 20 Z 9999 GOLD 2013 200 DOLLARS” yazıları olan sikkənin diametri 40,4 mm, 999 əyarlı, 62,26 qram çəkidə və 9028 manat dəyərindədir (cild 02, iş vər.33-36). Cinayət işinin materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 01 oktyabr 2024-cü il tarixli 9/7042 nömrəli rəyindən görünür ki, qərarda qeyd edilən 18 adda zərgərlik məmulatlarının 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 60950 manat müəyyən edilir. Digər 11 adda zərgərlik məmulatlarının üzərində olan brilyant qaşların sayı, ölçüsü, keyfiyyəti və s. haqqında ətraflı məlumat olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır (cild 02, iş vər.47-50). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Qəbz”dən görünür ki, Zərərçəkmiş şəxs 02 ədəd qızıl-zinət əşyasını, yəni 01 ədəd qızıl sikkəni və 01 ədəd boyunbağını Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsindən təhvil aldığını təsdiq etmişdir (cild 02, iş vər. 54). Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Azərbaycan Hava Yolları Qapalı Səhmdar Cəmiyyətinin Aviasiya Təhlükəsizliyi Baş İdarəsi tərəfindən təqdim olunan diskə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Çin Xalq Respublikasının vətəndaşı olan WEİ HE xx.xx.2024-cü il tarixdə müvafiq yoxlamadan keçərək Bakı-Dubay avia reysi ilə ölkə ərazisini tərk etmişdir (cild 01, iş vər. 197-199, 201). Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, WEİ ZHİJİAN və WEİ HONGFU-nun barələrində CM-in 186-cı maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxs WEİ HE-nin barəsində CM-in 177.3.2-ci maddəsi ilə hazırki cinayət işindən başqa cinayət işinin ayrılması, həmçinin Şahid Səadət oğlu, Rəhim və Rəhman adlı şəxslər barəsində hazırki cinayət işindən ayrıca cinayət işinin ayrılması və onların əməllərinə ayrılacaq cinayət işində hüquqi qiymət verilməsi qərara alınmışdır (cild 02, iş vər. 150-166). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl həyata keçirilən prosessual hərəkətlər zamanı cinayətprosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. CM-in 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama cinayət sayılır və həmin əməli törətməkdə təqsirli bilinən şəxs üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Özgənin əmlakını gizli olaraq talama cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə CM-in 177.2.1-ci maddəsi, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə CM-in 177.2.3-cü maddəsi, habelə bu əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə isə CM-in 177.3.2-ci maddəsi ilə məsuliyyətə səbəb olur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Yaşayış sahəsi dedikdə yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçılarının, təhrikçilərinin, köməkçilərinin) barəsindəki sübutlara qiymət verilməlidir. CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətini törətmiş şəxsin əməli “xeyli miqdarda” və ya “külli miqdarda” və ya “xüsusilə külli miqdarda” ziyan vurma əlaməti üzrə tövsif edilərkən məhkəmələr Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdırlar. CM-in 177-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndinə əsasən, bu Məcəllənin 177- 182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən qərarında göstərilmişdir ki, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, müvafiq olaraq, xeyli və ya külli və ya xüsusilə külli miqdarda ziyan vurma tövsifedici əlamətləri ilə özgə əmlakının talanması hərəkətlərinin tövsifi məsələsi həll edilərkən cinayətkar qrupun bütün iştirakçılarının taladığı əmlakın ümumi dəyəri nəzərə alınmalıdır. Belə hallarda təqsirkarların ayrı-ayrılıqda taladıqları əmlakın məbləği, talanmış əmlakın hansı ölçüdə bölüşdürülməsi onların əməlinin tövsifinə təsir etmir. Eyni zamanda, sözügedən qərarda göstərilmişdir ki, əgər şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər WEİ ZHİJİAN və WEİ HONGFU-nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətmələri özlərinin etirafedici ifadələri ilə yanaşı, zərərçəkmiş şəxs və şahidin ifadələri, ekspert rəyləri, ifadənin yerində yoxlanması istintaq hərəkətinin protokolları, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxs WEİ ZHİJİAN və WEİ HONGFU-nun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər WEİ ZHİJİAN və WEİ HONGFU-nun barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CMin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs WEİ ZHİJİAN tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən (10000 ABŞ dolları) ödənilməsi CM-in 59.1.14-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, WEİ ZHİJİAN əvvəllər Azərbaycan Respublikasında məhkum olunmamışdır (cild 02, iş vər. 136-137). Məhkəmə istintaqı zamanı CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası WEİ ZHİJİAN-ın əməlində cəzanı yüngülləşdirən halın olmasını, habelə cəzasını ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2025-ci il tarixli “Ərizə”dən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs WEİ HONGFU tərəfindən ona dəymiş ziyandan 50.000 (əlli min) ABŞ dolları məbləğində pulun ödənildiyini, ona görə də təqsirləndirilən şəxs WEİ HONGFU ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxs WEİ HONGFU-nun zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını CM-in 59.1.12-ci maddəsinə əsasən, cinayət əməlini etiraf etməklə səmimi peşmançılıq çəkməsini isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət işinin materiallarında olan tələbnamədən görünür ki, WEİ HONGFU əvvəllər Azərbaycan Respublikasında məhkum olunmamışdır (cild 02, iş vər. 134-135). Məhkəmə istintaqı zamanı CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxs WEİ HONGFU-nun əməlində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların mövcudluğunu, habelə cəzanı ağırlaşdıran halların olmamasını, törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını qeyrimümkün sayır, ona azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını və həmin cəzanın real olaraq çəkilməli olmasını məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, yalnız bu halda cəza öz məqsədinə nail ola bilər. Şəxsə təyin olunacaq cəzanın həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddən də aşağı həddə azadlıqdan məhrum etmə cəzasını çəkməklə islah oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs WEİ HONGFU-nun cinayət törətdikdən sonrakı davranışı, yəni zərərçəkmiş şəxsə dəymiş ziyanın özünə düşən hissəsini ödəməsi, zərərçəkmiş şəxslə barışığın əldə olunması, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmaması, cinayət əməlini etiraf etməklə səmimi peşmançılıq çəkməsi cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar kimi qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiqi üçün cinayətin törədilməsi zamanı və bundan sonra təqsirləndirilən şəxsin davranışı ilə bağlı müstəsna halların və ya cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa halların olması vacibdir. Təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin - Mülkiyyət əleyhinə olan cinayətlər fəslinə aid olan talama cinayətdir. Bu qəbildən olan cinayətlərin törədilməsi ilə zərərçəkmiş şəxsə məhz maddi anlamda ziyan yetirilmiş olur ki, hazırda təqsirləndirilən şəxs WEİ HONGFU tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ona düşən hissəsi aradan qaldırılmışdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin cinayət törətdikdən sonrakı davranışını, yəni onun əməlindən peşman olmasını, bunun nümayişi olaraq zərərçəkmiş şəxsə dəymiş ziyanın ona düşən hissəsinin ödənilməsini, habelə zərərçəkmiş şəxslə barışığın əldə olunmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını müstəsna hallar kimi qəbul edir və cəzanı ağırlaşdıran halların olmadığını da nəzərə almaqla təqsirləndirilən şəxs WEİ HONGFU-nun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsini mümkün hesab edərək cəzanın ədalətli olacağı qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Göründüyü kimi, qanunun mənasına görə müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini, əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda təqsirləndirilən şəxsə təqsirli bilindiyi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Beləliklə, Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyyələrə, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyyələrə əsaslanaraq, həm də yuxarıda sadalanan cəzanı yüngülləşdirən və törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan halları nəzərə alaraq məhkəmə kollegiyası təqsirləndirilən şəxs WEİ HONGFU barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddindən də az müddətə təyin edilməsini məqsədə uyğun hesab edir. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, CM-in 52.1-ci və 52.2-ci maddələrində göstərilən şəxslər istisna edilməklə bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə əlavə cəza qismində Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarma cəzasının təyin edilməsini nəzərdə tutmaqla, habelə bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə CM-in 58.3-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla həmin əlavə cəzanın təyin edilməsinə yol verməklə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində olan hər bir işdə cəza təyini məsələsi həll edilərkən onlara əlavə cəzanın təyin edilməsinin mümkünlüyü məsələsinin müzakirə olunmasını və hökmün təsviri-əsaslandırıcı hissəsində bu məsələ üzrə məhkəmənin gəldiyi nəticənin əsaslandırılmasını tələb edir. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilən qərarında əks olunan hüquqi mövqeni və CM-in 52.1-ci maddəsinin tələbini nəzərə alaraq qeyd edir ki, WEİ ZHİJİAN və WEİ HONGFU onlara təyin olunmuş cəzanı çəkib qurtardıqdan sonra əlavə cəza olaraq Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılmalıdır. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-554/2024 nömrəli qərarından görünür ki, WEİ ZHİJİAN xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 39, 152-153). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs WEİ ZHİJİAN CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(012)-553/2024 nömrəli qərarından görünür ki, WEİ HONGFU xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barəsində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 83, 149-150). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs WEİ HONGFU CM-in 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı isə onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, WEİ ZHİJİAN və WEİ HONGFU barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə mövcud olan maddi sübutlara gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, CPM-in 132.1.2-ci maddəsində göstərilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir) CM-in 99-1.1-ci maddəsində göstərilmişdir ki, xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi, terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmçinin, CM-in 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-2-ci maddəsinə əsasən, bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Odur ki, yuxarıda qeyd olunanları əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə maddi sübut olan və təqsirləndirilən şəxslərin üzərindən aşkar olunmuş müəyyən dəyərə malik müxtəlif xarici ölkələrə aid pul əskinasları hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin xeyrinə xüsusi müsadirə edilməli, maddi sübut qismində tanınmayan və Abşeron Rayon Polis İdarəsində saxlanılan içərisində şəxsi geyim əşyaları olan 01 ədəd çamadan sahibi WEİ HONGFU-ya, 01 ədəd idman çantası sahibi WEİ ZHİJİAN-a qaytarılmalı, iş üzrə maddi sübut qismində tanınmayan və məhkəməyə təqdim edilmiş 01 ədəd pasport, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd vəsiqə, 01 ədəd “Honor 5G” markalı mobil telefon sahibi WEİ HONGFU-ya, 01 ədəd pasport, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd vəsiqə və 01 ədəd “Oppo” markalı mobil telefon sahibi WEİ ZHİJİAN-a qaytarılmalı, təqsirləndirilən şəxslərə məxsus 02 ədəd minik talonları, 01 ədəd sənəd, 02 ədəd qəbz və 01 ədəd mübadilə orderinin isə iş materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə 178 AZN (bir yüz yetmiş səkkiz manat) ekspertiza xərci WEİ ZHİJİAN və WEİ HONGFU-dan ayrı-ayrılıqda 89 AZN (səksən doqquz manat) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: WEİ ZHİJİAN Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. WEİ ZHİJİAN təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. WEİ ZHİJİAN barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə WEİ ZHİJİAN ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. WEİ HONGFU Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və Cinayət Məcəlləsinin 62.1-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. WEİ HONGFU təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. WEİ HONGFU barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsi tətbiq edilməklə WEİ HONGFU ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılsın. İş üzrə maddi sübut olan və təqsirləndirilən şəxslərin üzərindən aşkar olunmuş müəyyən dəyərə malik müxtəlif xarici ölkələrə aid pul əskinasları hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsin xeyrinə xüsusi müsadirə edilsin, iş üzrə maddi sübut qismində tanınmayan və Abşeron Rayon Polis İdarəsində saxlanılan içərisində şəxsi geyim əşyaları olan 01 ədəd çamadan sahibi WEİ HONGFU-ya, 01 ədəd idman çantası sahibi WEİ ZHİJİAN-a qaytarılsın, iş üzrə maddi sübut qismində tanınmayan və məhkəməyə təqdim edilmiş 01 ədəd pasport, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd vəsiqə və 01 ədəd “Honor 5G” markalı mobil telefon sahibi WEİ HONGFU-ya, 01 ədəd pasport, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd vəsiqə və 01 ədəd “Oppo” markalı mobil telefon sahibi WEİ ZHİJİAN-a qaytarılsın, təqsirləndirilən şəxslərə məxsus 02 ədəd minik talonları, 01 ədəd sənəd, 02 ədəd qəbz və 01 ədəd mübadilə orderinin isə iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 178 AZN (bir yüz yetmiş səkkiz manat) ekspertiza xərci WEİ ZHİJİAN və WEİ HONGFU-dan ayrı-ayrılıqda 89 AZN (səksən doqquz manat) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (WEİ ZHİJİAN və WEİ HONGFU isə hökmün surətini aldıqları andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar