Məhkəmə qərarları › İş №1(124)-26/2022

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-26/2022

01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-26/2022 01.06.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X5 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə xx.xx.1984-cü il tarixdə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam orta təhsilli, fərdi əməklə məşğul olan, Ağdam rayon, Quzanlı qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentitensiar Xidmətinin 3 X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu təkrarən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri külli miqdarda əldə etmə, saxlama, daşıma cinayətini törətmişdir. Belə ki, o, məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 8 ədəd çəhrayı rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,345 qram, 0,328 qram, 0,397 qram, 0,376 qram, 0,401 qram, 0,350 qram, 0,349 qram, 0,342 qram, ümumi təmiz çəkisi 2,888 qram psixotrop maddə olan metamfetamin və şəxsi istehlak miqdarından artıq miqdarda, 2 ədəd çəhrayı rəngli sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri 1,546 qram, 0,375 qram, ümumi təmiz çəkisi 1,921 qram narkotik vasitə olan tiryəki əldə edib, daşıyaraq üzərində saxlamış, 05 oktyabr 2020-ci il tarixdə, saat 01:00 radələrində Bərdə rayonu, Əyricə kəndi ərazisində Bərdə rayon PŞ-nin NMQnun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı idarə etdiyi «VAZ-2106» markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə, hərbi vəziyyət ilə əlaqədar saat 21:00-dan elan olunmuş «Komendant saatı»-nın tələblərinə nəzarət edilməsi məqsədi ilə quraşdırılmış komendant postunda saxlanılaraq, Bərdə rayon PŞ-nə gətirilmiş və polis şöbəsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilərkən, əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd «West» markalı siqaret qutusunun içindən xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan külli miqdarda 8 ədəd çəhrayı rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,345 qram, 0,328 qram, 0,397 qram, 0,376 qram, 0,401 qram, 0,350 qram, 0,349 qram, 0,342 qram, ümumi təmiz çəkisi 2,888 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə görə eyni olan şəxsi istehlak miqdarından artıq miqdarda olan 2 ədəd çəhrayı rəngli sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,546 qram, 0,375 qram, ümumi təmiz çəkisi 1,921 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar edilərək, götürülmüşdür. Bundan başqa, o, təkrarən məlum olmayan mənbədən, satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda bir ədəd qara rəngli sellofan torbada, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 172,107 qram narkotik vasitə olan heroin, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 97,712 qram psixotrop maddə olan metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda, 1 ədəd sellofan bükümdə təmiz çəkisi 9,682 qram narkotik vasitə olan tiryək və üzərində «Methadone» yazısı olan konvalyutda hər birinin təmiz çəkisi 0,04 qram olmaqla, ümumi təmiz çəkisi 0,12 qram 3 ədəd üzərində «ddp/M40» yazısı həkk olunmuş açıq qəhvəyi rəngli dairəvi formalı narkotik vasitə olan metadon həbləri əldə edib, daşıyaraq üzərində saxlamış, 26 noyabr 2020-ci il tarixdə, saat 21:30 radələrində, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən «Dörd Qardaş» şadlıq sarayının yanındakı komendant postunda, hərbi vəziyyət ilə əlaqədar saat 21:00-dan elan olunmuş «Komendant saatı»-nın tələblərini pozduğuna görə hərəkət etdiyi «VAZ-2107» markalı, **- DV-*** dövlət qeydiyyat nişanlı avtomobildə Sumqayıt şəhər Pİ-nin PPXT-nun əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt şəhər Pİ-nin 3-cü PB-yə gətirilmiş və bölmənin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli qış gödəkçəsinin iç tərəfindən bir ədəd qara rəngli sellofan torbaya bükülmüş, külli miqdarda 1 ədəd sellofan bükümdə təmiz çəkisi 172,107 qram qəhvəyi rəngli toz şəkilli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, külli miqdarda 1 ədəd sellofan bükümdə təmiz çəkisi 97,712 qram olan ağ rəngli kristallardan ibarət kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və gödəkçəsinin sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd sellofan bükümdə təmiz çəkisi 9,682 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli, xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə olan tiryək və üzərində «Methadone» yazısı olan konvalyutda hər birinin təmiz çəkisi 0,04 qram olmaqla, ümumi təmiz çəkisi 0,12 qram 3 ədəd üzərində «ddp/M40» yazısı həkk olunmuş açıq qəhvəyi rəngli dairəvi formalı metadon tərkibli təsiredici dərman preparatı olan, narkotik vasitə hesab edilən metadon həbləri aşkar edilərək, götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Bərdə rayonundan Sumqayıt şəhərinə gələrkən Sumqayıt şəhərinə çatdıqda, artıq saat 22:15 radələri olmuş, müharibə vəziyyəti ilə əlaqədar olaraq saat 21:00-dan elan olunmuş “komendant saatı”-nın tələblərini pozduğumuza görə Sumqayıt şəhəri, 6-cı mikrarayon ərazisində yerləşən “Dörd Qardaş” şadlıq sarayının yanında post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirildik. Onun üzərində 1 ədəd sellofan bükümdə tiryək və 3 ədəd həb olmuşdur, ittihamda adları çəkilən digər narkotik vasitələr heroin, metamfetamin ona məxsus deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunmaqla araşdırılmış cinayət işinin 3-cü cildinin 153-159-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, “əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə, 2017-ci ildə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, sonradan, 2019-cu ildə, Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin qərarı ilə 10 ay 14 gün vaxtından əvvəl şərti azad edilmişdir. Təxminən 5 ildir ki, müxtəlif narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir.Təxminən 2020-ci ilin sentyabr ayının əvvəllərində o, həmin vaxt Bakı şəhəri, Günəşli qəsəbəsi ərazisində yerləşən işlədiyi avtomobil yuma sexindəki tozsoran aparatının zibil qabını boşaldan zaman həmin zibil qabının içindən 1 ədəd bükülü aşkar etmişdir. Həmin bükülünü açıb baxarkən, içərisində «şüşə» adı ilə tanıdığı psixotrop maddə olan metamfetamin, «qara» adı ilə tanıdığı narkotik vasitə olan tiryək və «nəşə» adı ilə tanıdığı narkotik vasitə olan marixuanaya oxşar kütlə olduğunu görmüşdür. Psixotrop maddələr və narkotik vasitələr hərəsi ayrı-ayrılıqda sellofan bükümlərdə, nəşəyə oxşar qurudulmuş ot şəkilində kütlə isə kibrit qutusunun içində olmuşdur. O, narkotik vasitələrin və psixotrop maddələrin istifadəsiçi olduğu üçün, həmin bükülünü oradan götürüb, cibinə qoymuş, işlədiyi avtomobil yuma sexinin işçilərinə bunu deməmiş, ona görə də, narkotik vasitələrin və psixotrop maddələrin tozsoranın içinə necə və haradan düşdüyünü bilməmiş və həmin vaxt Bakı şəhəri, Dərnəgül qəsəbəsi ərazisində yerləşən yaşadığı evə gələrək, həmin narkotik vasitə tiryəki və psixotrop maddə metamfetamini «West» markalı siqaretin qutusunun içərisinə qoymuşdur. 27 sentyabr 2020-ci il tarixdə Dövlətimizin, Qarabağ uğrunda Ermənistan işqalçıları ilə başladığı müharibənin cəbhə xətti, valideynlərinin yaşadığı Ağdam rayonunun Quzanlı kəndinə yaxın məsafədən keçdiyi üçün, o, valideynlərindən narahat olduğundan, həmin vaxt öz ailəsi birlikdə kirayə yaşadığı Bakı şəhərindən çıxıb, tapdığı narkotik vasitə tiryəklə psixotrop maddə metamfetamini «West» markalı siqaretin qutusunun və qurudulmuş marixuananı kibrit qutusunun içərisində özü ilə götürərək, əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoymuş və valideynlərinin yaşadığı Ağdam rayonunun Quzanlı kəndinə getmişdir. 04 oktyabr 2020-ci il tarixdə, saat 23:00 radələrində, onlar, böyük qardaşı Şahid6 təzə aldığı «VAZ-2106» markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə onunla və kiçik qardaşları Şahid5 ilə birlikdə Bərdə rayonunun Əyricə kəndində yaşayan qohumlarının yanına getmişlər. Həmin vaxt avtomobili özü idarə etmiş, narkotik vasitə tiryəklə psixotrop maddə metamfetamini «West» markalı siqaretin qutusunun və qurdulmuş marixuananı kibrit qutusunun içərisində əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoymuş, böyük qardaşı Ruslan avtomobildə qabaq oturacaqda, onun yanında əyləşmiş, kiçik qardaşı Nurlan isə avtomobilin arxa oturacağında əyləşmişdir. Lakin, nə Ruslanın, nə də Nurlanın, onun cibindəki narkotik vasitələrdən və psixotrop maddələrdən xəbərləri olmamışdır. 05 oktyabr 2020-ci il tarixdə, gecə saat 01:00 radələrində, qardaşı Ruslana məxsus «VAZ-2106» markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə Bərdə rayonunun Əyricə kəndinə gedən zaman, Əyricə kəndinə az məsafə qalmış, orada, müharibə vəziyyəti ilə əlaqədar saat 21:00-dan elan olunmuş «komendant saatı»-nın tələblərinə nəzarət edilməsi məqsədi ilə quraşdırılmış komendant postunda Bərdə rayon Polis Şöbəsinin əməkdaşları avtomobili saxlayaraq, onları, Bərdə rayon Polis Şöbəsinə gətirmişlər. Bərdə rayon Polis Şöbəsinin həyətində onların razılıqları və iştirakları ilə qardaşı Ruslanın avtomobilinə, videoçəkiliş aparılmaqla, baxış keçirilmiş, lakin, avtomobildən heç bir qeyri-qanuni əşya və predmet aşkar olunmamışdır. Bundan sonra, ona, Bərdə rayon Vəkil Bürosunun vəkili X6 təqdim olunaraq, narkotik vasitələri əldə etməkdə, saxlamaqda, üzərində daşımaqda və satmaqda şübhəli olduğu üçün, üzərinə şəxsi axtarış keçirilməli olduğu bildirilmiş və təhqiqatçı tərəfindən şübhəli şəxsin hüquq və vəzifələri ona izah edildikdən sonra, şübhəli şəxs qismində tutulmuşdur. Həmin vaxt ondan, üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olub-olmadığı soruşulmuş və o, üzərinə şəxsi axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Ona görə də, videoçəkiliş davam etdirilməklə, müdafiəçisi Xanım İsayevanın iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və əvvəlcədən ona bildirilmişdir ki, üzərində qeyri-qanuni əşya və predmet varsa, onları özü təqdim etsin. Ona görə də, o, məcbur olub, əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən, ora qoyduğu, içində narkotik vasitə tiryək və psixotrop maddə metamfetamin olan «West» markalı siqaretin qutusunu və içində narkotik vasitə marixuana olan kibrit qutusunu çıxarıb, polis əməkdaşlarına təqdim etmişdir. Həmin siqaret qutusunun və kibrit qutusunun içinə baxış keçrilmiş, onların içərisində sellofan bükümlərdə olan narkotik vasitələr və psixotrop maddə sellofan bükümlərlə birlikdə elektron tərəzinin üzərinə qoyularaq, çəkiləri ölçülmüş və psixotrop maddə olan metamfetaminin çəkisi külli miqdar təşkil etmişdir. Ona, şəxsi axtarış zamanı əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən aşkar edilərək götürülmüş, «West» markalı siqaretin qutusunun içində ayrı-ayrı bükümlərdə olan narkotik vasitə tiryəki, ayrı-ayrı bükümlərdə olan psixotrop maddə metamfetamini və kibrit qutusunun içində olan narkotik vasitə marixuanaya oxşar quru ot kütləsini nə vaxt, haradan, kimdən və hansı qiymətə aldığı barədə sual qoyulduqda, o, onları, təxminən 1 ay əvvəl işlədiyi avtomobil yuma sexindəki tozsoranın zibil qabının içindən tapdığını və öz istifadəsi üçün götürüb, üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra, onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddə sellofan bükümlərdə təhqiqatçı tərəfindən iki ədəd zərfə qoyularaq, qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən həmin narkotik vasitələrin və psixotrop maddənin aşkar edilməsi ilə bağlı Bərdə rayon PŞ-də cinayət işi başlanmış və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bundan sonra, 26 noyabr 2020-ci il tarixdə, saat 11:00 – 12:00 radələrində, o, Bakı şəhəri, Balaxanı rayonunda yaşayan bacanağı Zakir gilə getmiş, Zakir gil evdə olmadıqları üçün və qapıları bağlı olduğu üçün, o, orada olan kafelərin birində oturub, çay içə-içə və yemək yeyə-yeyə axşama kimi Zakiri gözləmişdir. Zakir gəlməmiş və axşam, saat 21:30 radələrində, o, Balaxanı rayonu ərazisində olan neft buruqlarının yaxınlığında gəzişərkən, fikir vermədiyi xarici markalı, Türkiyə istehsalı olan bir tanımadığı avtomobil neft buruğunun yanında saxlayıb, yerə qara rəngli bir sellofan paket qoyub getmişdir. O, həmin yerə yaxınlaşaraq, həmin sellofan paketi götürmüş və paketi açıb baxaraq, içərisindəki ayrı-ayrı sellofan bükümlərinin içində xeyli miqdarda narkotik vasitə olan heroin (kokos), tiryək, gümüşü rəngli kağıza bükülmüş yaşıl ot şəkilində qurudulmuş marixuana (nəşə), 3 ədəd metadon və psixotrop maddə olan metamfetamin (şüşə) olduğunu görmüşdür. O, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etdiyi üçün, sellofan torbadakı həmin narkotik vasitələri və psixotrop maddəni tanımış və onları, paketlə birlikdə öz istifadəsi üçün götürmüşdür. Qara sellofan torbanın içindəki sellofan bükümlərdə olan narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin miqdarları çox olduğu üçün, onları qara rəngli sellofan paketin içində əynindəki qara rəngli qış gödəkçəsinin iç tərəfinə qoyub, gödəkçənin qabağını bağlamış, sellofan bükümdə olan tiryəkin, gümüşü rəngli kağıza bükülmüş qurudulmuş marixuananın miqdarları az olduğu üçün, sellofan bükümdə olan tiryəki və 3 ədəd metadonu gödəkçəsinin sol yan cibinə, gümüşü rəngli kağızın içində olan qurudulmuş marixuananı isə gödəkçəsinin sağ yan cibinə qoymuşdur. Həmin vaxt tanışı Zahir istifadəsində olan, yadında qalmayan 070-lə başlayan mobil telefon nömrəsindən onun istifadəsində olan, qaynı Həziyə məxsus olan ***-***-**-** SİM nömrəli mobil telefonuna zəng edərək, Sumqayıt şəhərində yaşayan qohumu gilə birlikdə getməklərini təklif etmiş, o, Zahirə, artıq komendant saatı olduğunu, Sumqayıta gedə bilməyəcəklərini demiş, Zahir isə ona, narahat olmamağını, arxa yolla Sumqayıta gedəcəklərini bildirmiş və o, etiraz etməmişdir. O, Zahirə, Bakı şəhəri, Balaxanı rayonunda olduğu yeri demiş və Zahir, idarə etdiyi avtomobildə onun dalımca gələrək, onu götürəcəyini və birlikdə Sumqayıt şəhərinə gedəcəklərini bildirmişdir. Təxminən 10-15 dəqiqədən sonra, Zahir, idarə etdiyi metalik rəngli, dövlət qeydiyyat nişanı 20 ilə başlayan «VAZ-2107» markalı avtomobildə onun dalınca Balaxanı qəsəbəsinə gəlmiş, Zahirin yanında bir nəfər dostu, ya da, qohumu olan cavan oğlanda olmuş və onlar üçü, Sumqayıt şəhərinə getmişlər. O, Zahirin, avtomobili idarə etdiyi yolu yaxşı tanımamış, həmdə, qaranlıq düşdüyündən, hansı yolla Sumqayıt şəhərinə getdiklərini dəqiq xatırlamır. Sumqayıt şəhərinə çatdıqda, artıq saat 22:15 radələri olduğundan, müharibə vəziyyəti ilə əlaqədar saat 21:00-dan elan olunmuş «komendant saatı»-nın tələblərini pozduqlarına görə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən «Dörd Qardaş» şadlıq sarayının yanında post-patrul xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirilmişlər və yolda o, məcbur olub, polis əməkdaşlarına, üzərində narkotik vasitələr və psixotrop maddə olduğunu bildirmişdir. Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsinin xidməti otaqlarının birində polis əməkdaşları özlərini təqdim edib, ondanda, özünü təqdim etməyini xahiş etmişlər və o, xx.xx.1984-cü il tarixdə Ağdam rayonunun Quzanlı kəndində anadan olmuş, Ağdam rayonunun Quzanlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Polis əməkdaşları ona, «komendant saatı»-nın qaydalarını pozduğuna görə saxlanıldığını və üzərində narkotik vasitələr və psixotrop maddə olduğunu bildirdiyi üçün, videoçəkiliş aparılmaqla, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o da, buna etiraz etməmişdir. Daha sonra, ona, hüquqlarının müdafiəsi üçün, Sumqayıt Regional Vəkil Bürosundan dəvət edilmiş vəkil X7 təqdim olunmuş və vəkilin iştirakı ilə hüquq və vəzifələri izah olunmuşdur. Videoçəkiliş aparılmaqla, ona, üzərində hər-hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyaları təqdim etməsi bildirildikdə, o, məcbur olub, əynindəki qara rəngli qış gödəkçəsinin iç tərəfindən qara rəngli sellofan torbanı çıxardaraq, həmin sellofan torbanın içində ayrı-ayrı sellofan bükümlərinin birində narkotik vasitə olan heroin (kokos), digər sellofan bükümündə isə psixotrop maddə olan metamfetamin (şüşə) olduğunu bildirmişdir. Bundan sonra, o, gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan bükümü və konvalyutda 3 ədəd həbləri çıxardıb, sellofan bükümdə narkotik vasitə olan tiryək, konvalyutdakı həblərin isə narkotik vasitə olan metadon olduğunu bildirmişdir. Daha sonra isə, o, gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş yaşıl rəngli ot şəkilində olan kütləni çıxardıb təqdim edərək, həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana (nəşə) olduğunu bildirmişdir. Polis əməkdaşları ondan, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni nə vaxt, haradan, kimdən, hansı məqsədlə və hansı qiymətə aldığını soruşduqda, o, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni təqdim etdiyi qara rəngli sellofan torbada həmin gün, saat 21:30 radələrində, Bakı şəhəri, Balaxanı qəsəbəsi ərazisində neft buruğunun yanından tapdığını və öz istifadəsi üçün götürərək, üzərində gəzdirdiyini bildirmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş qeyd olunan narkotik vasitələr və psixotrop maddə polis əməkdaşları tərəfindən sellofan bükümlərdə elektron tərəzinin üzərinə qoyularaq, çəkiləri çəkilmiş, narkotik vasitə olan heroinin və psixotrop maddə olan metamfetaminin çəkiləri külli miqdar təşkil etmiş, narkotik vasitə olan tiryəkin, qurudulmuş marixuananın və metadonun çəkiləri isə az miqdar təşkil etmişdir. Bundan sonra, onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələr və psixotrop maddə ekspertizaya göndərilmələri üçün, iki ədəd sarı rəngli zərflərə qoyularaq, qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. 05 oktyabr 2020-ci il tarixdə Bərdə rayon PŞ-nin əməkdaşları tərəfindən və 26 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhər Pİ-nin əməkdaşları tərəfindən ona qarşı heç bir təziq göstərilməmiş, o, hər iki dəfə özü hər şeyi olduğu kimi etiraf etmişdir. 26 noyabr 2020-ci il tarixdə Bakı şəhəri, Balaxanı qəsəbəsi ərazisində neft buruğunun yanına qara rəngli sellofan torbanın içində qeyd olunan narkotik vasitələri və psixotrop maddəni qoyan şəxsin (şəxslərin) kim olduğu və onların idarə etdiyi avtomobilin hansı markalı və hansı dövlət qeydiyyat nişanlı avtomobil olduğu barədə heç nə deyə bilmir, həmin avtomobilə fikir verməmiş, Türkiyə istehsalı olan avtomobil olmuş, avtomobilin içində olan şəxsi (şəxsləri) isə görməmişdir. 05 oktyabr 2020-ci il tarixdə, saat 01:00 radələrində, Bərdə rayonu, Əyricə kəndi ərazisində yerləşən komendant postunda böyük qardaşı Şahid6 məxsus «VAZ-2106» markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə onunla və kiçik qardaşı Şahid5 ilə birlikdə Bərdə rayon PŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən, həmin vaxt və ondan əvvəl qardaşlarının onun üzərində narkotik vasitənin və psixotrop maddənin olduğu barədə məlumatları olmamış, o, qardaşlarına bu barədə deməmiş və deyə bilməzdir. Həmin narkotik vasitənin və psixotrop maddənin əldə edilməsində qardaşlarının heç bir rolları olmamışdır. Həmçinin, 26 noyabr 2020-ci il tarixdə, saat 22:15 radələrində, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən «Dörd Qardaş» şadlıq sarayının yanındakı komendant postunda tanışı Zahirin idarə etdiyi «VAZ-2107» markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobildə Zahirlə və onun tanışı ilə birlikdə Sumqayıt şəhər Pİ-nin PPXT-nun əməkdaşları tərəfindən saxlanılarkən, həmin vaxt və ondan əvvəl Zahirin və Zahirlə birlikdə olan tanışının onun üzərində narkotik vasitələrin və psixotrop maddənin olduğu barədə məlumatları olmamış, o, onlara bu barədə deməmiş və deyə bilməzdir. Həmin narkotik vasitələrin və psixotrop maddənin əldə edilməsində Zahirin və Zahirin tanışının heç bir rolları olmamışdır. O, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşqul olmur, yalnız narkotik vasitələri və psixotrop maddələri yandırıb çəkərək, istifadə edir. 26 noyabr 2020-ci il tarixdə Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən «Dörd Qardaş» şadlıq sarayının yanındakı komendant postunda saxlanılıb, Sumqayıt şəhər Pİ-nin 3-cü PB-də üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilərək götürülmüş bir ədəd dəmir parçası iti olduğu üçün və yolda lazım olduğu üçün, onu üzərində gəzdirmişdir.” Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə RPİ-nin PPXB-nün polis nəfəri vəzifəsində işləyir. xx.xx.1984-cü il təvəllüdlü Ağdam rayonu, Quzanlı qəsəbə sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və tez-tez Bərdə rayonu ərazisinə gəlməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. 05 oktyabr 2020-ci il tarixdə keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-2106» markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə Bərdə rayonu, Əyricə kəndi ərazisində hərəkətdə olan zaman saxlanılaraq, Bərdə rayon PŞ-nə gətirilmişdir. Videoçəkiliş keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd «West» markalı siqaret qutusunu çıxarıb təqdim edərək, həmin siqaret qutusunu açıb içərisindən 1 ədəd kibrit qutusunu və 10 ədəd balaca sellofan bükülüləri çıxarıb, masanın üzərinə qoymuşdur. Kibrit qutusunun içərisindən yaşıl rəngli ot şəklində narkotik vasitə marixuanaya bənzər maddə, sellofan bükümlərin içərisindən isə ağ rəngli kristal şəkilində psixotrop maddə metamfetaminə bənzər maddələr və çəhrayı rəngli narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin və psixotrop maddələrin hamısını Bakı şəhərində avtoyuma məntəqəsində işlədiyi vaxtlarda tozsoranın zibil qabından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçı vəzifəsində işləyir. Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən «Dörd Qardaş» şadlıq sarayının yanındakı komendant postuna təhkim olunmuş polis əməkdaşları 26 noyabr 2020-ci il tarixdə, saat 22:15 radələrində, həmin komendant postunda, «VAZ 2107» markalı avtomobildə hərəkət edən Təqsirləndirilən şəxs və avtomobildə onunla birlikdə olan digər 2 nəfər şəxsləri, «komendant saatı»-nın tələblərini pozduqlarına görə saxlayıb ərazi üzrə Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə gətirmişlər. Polis nəfərləri həmin şəxslərin barələrində tədbir görülməsi üçün bölməyə gətirən zaman yolda həmin şəxslərdən biri Təqsirləndirilən şəxs onlara üzərində narkotik vasitələrin və psixotrop maddənin olduğunu bildirmişdir. Polis Bölməsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin iç tərəfindən qara rəngli sellofan torbanı çıxardaraq, həmin sellofan torbanın içində ayrı-ayrı sellofan bükümlərin birində narkotik vasitə olan heroin, digər sellofan bükümündə isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan bükümü və konvalyutda 3 ədəd həbləri çıxardıb sellofan bükümdə narkotik vasitə olan tiryək, konvalyutdakı həblərin isə narkotik vasitə olan metadon olduğunu bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş yaşıl rəngli ot şəkilində olan kütləni çıxardıb təqdim edərək, həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni həmin gün Bakı şəhəri, Balaxanı qəsəbəsi ərazisində neft buruğunun yanından tapdığını və öz istifadəsi üçün götürərək üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin 2-ci bölüyünün polis nəfəri, vəzifəsində işləyir. Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən «Dörd Qardaş» şadlıq sarayının yanındakı komendant postunda xidmət aparan zaman 26 noyabr 2020-ci il tarixdə, saat 22:15 radələrində «VAZ 2107» markalı avtomobildə hərəkət edən Təqsirləndirilən şəxs və avtomobildə onunla birlikdə olan digər 2 nəfər şəxsləri, «komendant saatı»-nın tələblərini pozduqlarına görə saxlayıb, ərazi üzrə Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə gətirmişlər. O və digər polis nəfəri Şahid8la birlikdə həmin şəxslərin barələrində tədbir görülməsi üçün bölməyə gətirən zaman yolda həmin şəxslərdən biri Təqsirləndirilən şəxs onlara üzərində narkotik vasitələrin və psixotrop maddənin olduğunu bildirmişdir. Polis Bölməsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin iç tərəfindən qara rəngli sellofan torbanı çıxardaraq, həmin sellofan torbanın içində ayrı-ayrı sellofan bükümlərin birində narkotik vasitə olan heroin, digər sellofan bükümündə isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan bükümü və konvalyutda 3 ədəd həbləri çıxardıb sellofan bükümdə narkotik vasitə olan tiryək, konvalyutdakı həblərin isə narkotik vasitə olan metadon olduğunu bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş yaşıl rəngli ot şəkilində olan kütləni çıxardıb təqdim edərək, həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni həmin gün Bakı şəhəri, Balaxanı qəsəbəsi ərazisində neft buruğunun yanından tapdığını və öz istifadəsi üçün götürərək, üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin 2-ci bölüyünün polis nəfəri, vəzifəsində işləyir. Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən «Dörd Qardaş» şadlıq sarayının yanındakı komendant postunda xidmət aparan zaman 26 noyabr 2020-ci il tarixdə, saat 22:15 radələrində «VAZ 2107» markalı avtomobildə hərəkət edən Təqsirləndirilən şəxs və avtomobildə onunla birlikdə olan digər 2 nəfər şəxsi, «komendant saatı»-nın tələblərini pozduqlarına görə saxlayıb, ərazi üzrə Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə gətirmişlər. O və digər polis nəfəri Şahid9la birlikdə həmin şəxslərin barələrində tədbir görülməsi üçün bölməyə gətirən zaman yolda həmin şəxslərdən biri Təqsirləndirilən şəxs onlara üzərində narkotik vasitələrin və psixotrop maddənin olduğunu bildirmişdir. Polis Bölməsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin iç tərəfindən qara rəngli sellofan torbanı çıxardaraq, həmin sellofan torbanın içində ayrı-ayrı sellofan bükümlərin birində narkotik vasitə olan heroin, digər sellofan bükümündə isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan bükümü və konvalyutda 3 ədəd həbləri çıxardıb sellofan bükümdə narkotik vasitə olan tiryək, konvalyutdakı həblərin isə narkotik vasitə olan metadon olduğunu bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş yaşıl rəngli ot şəkilində olan kütləni çıxardıb təqdim edərək, həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni həmin gün Bakı şəhəri, Balaxanı qəsəbəsi ərazisində neft buruğunun yanından tapdığını və öz istifadəsi üçün götürərək, üzərində gəzdirdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt ŞPİ-nin, KTB-nin inspektor-kriminalisti vəzifəsində işləyir. Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən «Dörd Qardaş» şadlıq sarayının yanındakı komendant postuna təhkim olunmuş Sumqayıt şəhər Pİ-nin PPXT-nun 2-ci bölüyünün polis nəfərləri, polis serjantları Şahid9 və Şahid8, 26 noyabr 2020-ci il tarixdə, saat 22:15 radələrində həmin komendant postunda «VAZ 2107» markalı avtomobildə hərəkət edən Təqsirləndirilən şəxs və avtomobildə onunla birlikdə olan digər 2 nəfər şəxsi, «komendant saatı»-nın tələblərini pozduqlarına görə saxlayıb ərazi üzrə Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə gətirmişlər. Polis bölməsində müdafiəçinin iştirak ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməsi məqsədi ilə onu bölməyə dəvət etmişlər və o, videoçəkiliş aparmağa başlamışdır. Videoçəkiliş aparılan zaman Təqsirləndirilən şəxs üzərində qeyri-qanuni nə varsa özünün təqdim edilməsi təklif olunmuş, Təqsirləndirilən şəxs məcbur olub əynindəki qara rəngli qış gödəkçəsinin iç tərəfindən qara rəngli sellofan torbanı çıxardaraq həmin sellofan torbanın içində ayrı-ayrı sellofan bükümlərin birində narkotik vasitə olan heroin digər sellofan bükümündə isə psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan bükümü və konvalyutda 3 ədəd həbləri çıxardıb sellofan bükümdə narkotik vasitə olan tiryək konvalyutdakı həblərin isə narkotik vasitə olan metadon olduğunu bildirmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş yaşıl rəngli ot şəkilində olan kütləni çıxardıb təqdim edərək, həmin kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsinə göstərmişdir ki, “xx.xx.1984-cü il təvəllüdlü Ağdam rayonu, Quzanlı qəsəbə sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və tez-tez Bərdə rayonu ərazisinə gəlməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, 05 oktyabr 2020-ci il tarixdə onun tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar bərdə rayon PŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-2106» markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə Bərdə rayonu, Əyricə kəndi ərazisində hərəkətdə olan zaman saxlanılaraq, Bərdə rayon PŞ-nə gətirilmişdir. Bərdə rayon PŞ-nə təhqiqatçı Şahid2 tərəfindən müdafiəçi dəvət olunaraq, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah ediləndən sonra, o, şübhəli şəxs qismində tutulmuşdur. Onun, Bərdə rayon PŞ-nin digər əməkdaşları, polis sercantı Şahid3 və Şahid4, Təqsirləndirilən şəxs, onun müdafiəçisinin və qardaşlarının iştirakları ilə Bərdə rayon Pİ-nin həyətində təhqiqatçı Şahid2 tərəfindən videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı avtomobildən heç bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Avtomobilə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilərək, iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra, videoçəkiliş davam etməklə, təhqiqatçı Şahid2, saxlanılan Təqsirləndirilən şəxs, müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilməli olunduğunu və üzərində hər-hansı qeyri-qanuni əşya və predmet varsa, özünün təqdim etməsini bildirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd «West» markalı siqaret qutusunu çıxarıb, təqdim edərək, həmin siqaret qutusunu açıb, içərisindən 1 ədəd kibrit qutusunu və 10 ədəd balaca sellofan bükülüləri çıxarıb, masanın üzərinə qoymuşdur. Kibrit qutusunun içərisindən yaşıl rəngli ot şəkilində narkotik vasitə marixuanaya bənzər maddə, sellofan bükümlərin içərisindən isə ağ rəngli kristal şəkilində psixotrop maddə metamfetaminə bənzər maddələr və çəhrayı rəngli narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin və psixotrop maddələrin hamısını Bakı şəhərində avtoyuma məntəqəsində işlədiyi vaxlarda tozsoranın zibil qabından tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələr, sellofan bükümlərin üzərində olmaqla, elektron tərəzi vasitəsi ilə ölçülərək, onların ümumi çəkisi 5,24 qram təşkil etmiş, kibrit qutusunun içindəki ot şəkilində kütlənin çəkisi kibrit qutusu ilə birlikdə 3,74 qram təşkil etmişdir. Aşkar edilmiş narkotik vasitələrə və psixotrop maddəyə bənzər kütlələr ekspertizaya təqdim olunmaları üçün, təhqiqatçı tərəfindən qablaşdırılaraq, möhürlənmişdir. Bununla bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, içərisində psixotrop maddə metamfetamin olan sellofan büküm digərlərindən nisbətən böyük olduğundan, onun içərisinə fikir verməyərək, sellofan bükümlərinin ümumi sayının 9 ədəd olduğunu bilmişlər, ona görə də, ifadələrində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, içərilərində narkotik vasitələr və psixotrop maddə olan sellofan bükümlərin ümumi sayını 9 ədəd göstərmişlər, yəqin ki, ekspertiza rəyində göstərildiyi kimi, həmin böyük sellofan bükümün içərisində 2 ədəd bükülüdə olmuşdur. Narkotik vasitələrin və psixotrop maddənin çəkiləri elektron tərəzidə sellofan bükümlərdə və marixuanaya oxşar kütlə kibrit qutusunun üzərində ölçüldükləri üçün, onların çəkiləri ekspertiza rəyindəki çəkiləri ilə fərq etmişdir.” (cild 1, iş vərəqə 202-205). Şahid2, Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadələrinin məzmunundan görünür ki, hər iki Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiklərini təsdiq etmişlər. (cild 1, iş vərəqə 207-210, 223-226). Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsinə göstərmişdir ki, 27 sentyabr 2020-ci il tarixdə ölkədə müharibə şəraiti başladıqdan sonra, qardaşı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhərindən Ağdam rayonunun Quzanlı kəndinə gəlmişdir. 04 oktyabr 2020-ci il tarixdə, saat 23:00 radələrində, onlar, yəni, o, və digər iki qardaşları, Təqsirləndirilən şəxs və Şahid6, Ruslanın təzə aldığı «VAZ-2106» markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə Bərdə rayonunun Əyricə kəndində yaşayan qohumlarının yanına getmişlər. Qardaşı Rauf avtomobili idarə etmiş, qardaşı Ruslan Raufun yanında ön oturacaqda oturmuş, o isə arxa oturacaqda əyləşmiş və onlar avtomobildə Bərdə şəhərinə gəlmişlər. 05 oktyabr 2020-ci il tarixdə, saat 01:00 radələrində, Bərdə rayonunun Əyricə kəndinə gedən zaman, yolda komendant reciminə nəzarət edən Bərdə rayon PŞ-nin əməkdaşları onları saxlayıb, komendant reciminin şərtlərini pozduqlarına görə Bərdə rayon PŞ-nə gətirmişlər. Bərdə rayon PŞ-nə gəldikdə, polislər qardaşı Raufun üzərində narkotik vasitə olduğu barədə şübhələr olduğunu bildirərək, onu vəkillə təmin etdikdən sonra, şübhəli şəxs qismində tutmuşlar. Əvvəlcə bərdə rayon PŞ-nin həyətində qardaşı Ruslana məxsus «VAZ-2106» markalı, **- FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə onların iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş və avtomobildən heç bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Bundan sonra, Raufun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilərkən, Raufun üzərindən narkotik vasitə aşkar edildiyini eşitmişdir. Həmin vaxtdan əvvəl qardaşı Raufda narkotik olduğunu bilməmiş və Rauf özüdə onlara bu barədə heç nə deməmişdir. (cild 1, iş vərəqə 232-234). Şahid6 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq araşdırılmış ifadəsinin məzmunundan görünür ki, o, Şahid5 oğlunun ifadəsinə uyğun ifadə verərək, onun göstərdiklərini təsdiq etmişdir. (cild 1, iş vərəqə 238-240). Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 27.11.2020-ci il tarixli, 6/2601 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş…» yazısı olan paketdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 172,107 qram qəhvəyi rəngli tozşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 97,712 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 9,682 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddə xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir; üzərində «Methadone» yazısı olan konvalyutda 3 ədəd üzərində «ddp/M40» yazısı həkk olunmuş açıq qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 3 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram (bir həbdə 0,04 qram metadon olmaqla )təşkil edir. (cild 1, iş vərəqə 33-39). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 27.11.2020-ci il tarixli, 7/826 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «vət.Təqsirləndirilən şəxs…» yazısı və imzalar olan 01 (bir) ədəd kağız paketdəki sellofan torbada 01 (bir) ədəd salfet bükümdə təmiz çəkisi 0,618 qram və həmin salfetin içərisində gümüşü rəngli folqa bükülüdə təmiz çəkisi -0,674 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (cild 1, iş vərəqə 40-43). Cinayət işinin materiallarında olan və məhkəmə tədqiq edilmiş məhkəmə biolojikimyəvi ekspertizasının 05.10.2020-ci il tarixli, 16/677 nömrəli rəyindən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs» yazı və imzalar olan kağız paketdəki 8 (səkkiz) ədəd çəhrayı rəngli sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,345 qram, 0,328 qram, 0,397 qram, 0,376 qram, 0,401 qram, 0,350 qram, 0,349 qram, 0,342 qram, ümumi təmiz çəkisi 2,888 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Həmin kağız paketdəki 2 (iki) ədəd çəhrayı rəngli sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,546 qram, 0,375 qram, ümumi təmiz çəkisi 1,921 qram olan maddələr, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə – tiryəkdir. (cild 1, iş vərəqə 173-176) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq olunmuş əlavə məhkəməkimyəvi ekspertizasının 02.03.2021-ci il tarixli, 6/826 nömrəli rəyindən müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş, üzərində ƏN Məhkəmə ekspertizası mərkəzinin «Tədqiqat Obyekti № 59» ştamp əksi olan paketdə, vət.Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə metamfetamin, üzərində ƏN «Məhkəmə ekspertizası mərkəzi Gəncə regional Bölməsi № 2» ştamp əksi olan zərfdəki Təqsirləndirilən şəxs götürülmüş 8 (səkkiz) ədəd bükümdə olan metamfetaminlərlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə eynidir; üzərində ƏN Məhkəmə ekspertizası mərkəzinin «Tədqiqat Obyekti № 59» ştamp əksi olan paketdə, vət.Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə tiryək, üzərində ƏN «Məhkəmə ekspertizası mərkəzi Gəncə regional Bölməsi № 2» ştamp əksi olan zərfdəki Təqsirləndirilən şəxs götürülmüş 2 (iki) ədəd bükümdə olan tiryəklərlə xarici əlamətlərinə və tərkiblərindəki komponentlərinə eynidir. İlkin tədqiqat zamanı vət. Təqsirləndirilən şəxs götürülmüş metamfetaminin və tiryəkin təmiz çəkiləri «X4 5 oktyabr 2020-ci il tarixli, 16/677 saylı və Məhkəmə Ekspertiza Mərkəzinin 17 noyabr 2020-ci il tarixli, 6/2601 saylı ekspert rəylərində göstərilmişdir. (cild 2, iş vərəqə 71-76) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 10.12.2020-ci il tarixli, 3425 nömrəli rəyindən müəyyən olunmuşdur ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 2, iş vərəqə 38-39) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 26 noyabr 2020-ci il tarixdə, saat 22:15 radələrində, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən «Dörd Qardaş» şadlıq sarayının yanında, müharibə vəziyyəti ilə əlaqədar saat 21:00-da elan olunmuş «komendant saatı»-nın tələblərini pozduğuna görə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Pİ-nin PPXT-nun əməkdaşları tərəfindən saxlanılıb, Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə gətiriləndən sonra, bölmənin xidməti otağında ona müdafiəçi Anar Qasımlı təqdim edilərək, narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, istifadə etməsində, üzərində saxlayaraq, daşımasında və satmasında şübhəli olduğu üçün, videoçəkiliş aparılmaqla, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, sonra, şübhəli şəxsin hüquq və vəzifələri izah edilməklə, üzərindəki əşyaları özünün çıxarıb təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs etiraz etməyərək, əynindəki qara rəngli qış gödəkçəsinin iç tərəfindən bir ədəd qara rəngli sellofan torbanı çıxarıb təqdim edərək, həmin sellofan torbanın içində ayrı-ayrılıqda, 1 ədəd sellofan bükümdə «kokos» kimi tanıdığı narkotik vasitə olan heroin, 1 ədəd sellofan bükümdə «şüşə» kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, sonra, gödəkçəsinin sol yan cibindən 1 ədəd sellofan bükümünü və «Methadone» yazısı olan konvalyutda 3 ədəd dairəvi formalı dərman həblərini çıxarıb təqdim edərək, sellofan bükümdə narkotik vasitə olan tiryək və üzərində «Methadone» yazısı olan konvalyutda 3 ədəd metadon tərkibli təsiredici dərman preparatı, narkotik vasitə hesab edilən metadon həbləri olduğunu bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş yaşıl rəngli quru bitki kütləsini təqdim edərək, həmin kütlənin «nəşə» kimi tanıdığı narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təhqiqatçı Şahid7 tərəfindən saxlanılan şəxs Təqsirləndirilən şəxs, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni nə vaxt haradan, kimdən, hansı məqsədlə və hansı qiymətə aldığı barədə sual qoyulduqda, o, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitələri və psixotrop maddəni, təqdim etdiyi qara rəngli sellofan torbada həmin gün Bakı şəhəri, Balaxanı qəsəbəsi ərazisində neft buruğunun yanından tapdığını və öz istifadəsi üçün götürərək, üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs üzərinə əlavə olaraq şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qeyri-qanuni əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitələrə və psixotrop maddəyə oxşar kütlələrin və dərman formasında olan 3 ədəd həblərin çəkisini müəyyən etmək məqsədi ilə onlar hamısı sellofan bükümlərin içərisində olmaqla, elektron tərəzinin üzərinə qoyularaq, çəkiləri çəkilmiş, sellofan bükümlərlə birlikdə narkotik vasitə olan heroinə oxşar kütlənin çəkisinin 178,09 qram, psixotrop maddə olan metamfetaminə oxşar kütlələrin çəkisinin 100,00 qram, narkotik vasitə olan tiryəkə oxşar kütlənin çəkisinin 9,86 qram və gümüşü rəngli kağıza bükülmüş, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar yaşıl rəngli quru bitki kütləsinin çəkisinin 1,01 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar edilmiş özünə məxsus əşyalar və ümumilikdə 21 (iyirmi bir) manat pul özünə qaytarılmışdır. (cild 1, iş vərəqə 48-49) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 05 oktyabr 2020-ci il tarixdə, saat 01:00 radələrində, Bərdə rayonu, Əyricə kəndi ərazisində Bərdə rayon PŞ-nin NMQ-nun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs idarə etdiyi «VAZ-2106» markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobildə, müharibə vəziyyəti ilə əlaqədar saat 21:00-dan elan olunmuş «komendant saatı»-nın tələblərinə nəzarət edilməsi məqsədi ilə quraşdırılmış komendant postunda saxlanılaraq, Bərdə rayon PŞ-nə gətiriləndən sonra, ona, hüquqlarının müdafiəsi üçün qanuni mənafelərinin qorunması üçün, Bərdə rayon Vəkil Bürosunun vəkili X6 təqdim edilərək, narkotik vasitələrin əldə edilməsində, istifadə edilməsində, saxlanılmasında və daşınmasında şübhəli olduğu üçün, videoçəkiliş aparılmaqla, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Bərdə rayon Polis Şöbəsinin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs, şübhəli şəxsin hüquq və vəzifələri izah edilməklə, üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs, üzərinə şəxsi axtarış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs, üzərindəki əşyaları özünün çıxarıb təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs əynindəki qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd «West» markalı siqaret qutusunu çıxarıb, açaraq, içərisindən 1 ədəd kibrit qutusunuda çıxarıb, təqdim edərək, kibrit qutusunun içində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, «West» markalı siqaret qutusunun içindəki nisbətən böyük sellofan bükülüyə bükülmüş 10 ədəd sellofan bükümlərdə narkotik vasitə olan tiryək və «şüşə» kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu və həmin narkotik vasitələrlə psixotrop maddəni təxminən 1 ay əvvəl, Bakı şəhəri, Günəşli qəsəbəsi ərazisində yerləşən işlədiyi avtomobil yuma sexindəki tozsoran aparatının zibil qabının içindən tapdığını bildirmişdir. Bundan sonra, polis əməkdaşları Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişlər, şəxsi axtarış zamanı onun üzərindən başqa heç bir qeyriqanuni əşya və predmet aşkar olunmamışdır. Daha sonra, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan bükümlərdəki narkotik vasitələrə və psixotrop maddəyə oxşar maddələr birlikdə və kibrit qutusunun içindəki yaşıl rəngli qurudulmuş ot şəkilində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə ayrı-ayrılıqda elektron tərəzinin üzərinə qoyularaq, çəkiləri ölçülmüş, qurudulmuş marixuanaya oxşar kütlənin, kibrit qutusu ilə birlikdə çəkisinin 3,74 qram, narkotik vasitələrə və psixotrop maddəyə oxşar maddələrin, sellofan bükümlərlə birlikdə çəkilərinin ümumilikdə 5,24 qram olduğu müəyyən edilmişdir. (cild 1, iş vərəqə 211-212) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş qərarlardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, tədqiqatdan sonra xalis çəkiləri 171,957 qram narkotik vasitə – heroin, 97,612 qram psixotrop maddə – metamfetamin, 9,582 qram narkotik vasitə – tiryək, üzərində «Methadone» yazısı olan konvalyutda 2 ədəd üzərində «ddp/M40» yazısı həkk olunmuş təsiredici həbdən ibarət, ümumi miqdarı 0,08 qram olan narkotik vasitə – metadon, 1,252 qram narkotik vasitə – qurudulmuş marixuana, 15 santimetr uzunluğunda, diametri 0,5 santimetr olan, üç tərəfdən yonularaq, ucu deşici xassəyə malik olan və kustar üsulla hazırlanmış 01 ədəd dəmir parçası və Təqsirləndirilən şəxs saxlanılaraq, bölməyə gətirilib, bölmənin xidməti otağında üzərinə şəxsi axtarış keçirilərkən, «Panasonic» markalı videokamera vasitəsi ilə çəkilmiş və DVD diskə yazılmış videoçəkiliş cinayət işi üzrə əhəmiyyət kəsb etdiklərindən, maddi sübut kimi tanınıb, tədqiqatdan sonra xalis çəkiləri 171,957 qram narkotik vasitə – heroin, 97,612 qram psixotrop maddə – metamfetamin, 9,582 qram narkotik vasitə – tiryək, üzərində «Methadone» yazısı olan konvalyutda 2 ədəd üzərində «ddp/M40» yazısı həkk olunmuş təsiredici həbdən ibarət, ümumi miqdarı 0,08 qram olan narkotik vasitə – metadon, 1,252 qram narkotik vasitə – qurudulmuş marixuana və 15 santimetr uzunluğunda, diametri 0,5 santimetr olan, üç tərəfdən yonularaq, ucu deşici xassəyə malik olan və kustar üsulla hazırlanmış 01 ədəd dəmir parçası saxlanılmaları üçün Sumqayıt şəhər Pİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, DVD disk isə cinayət işinə əlavə edilmişdir. Bundan başqa, Bərdə rayon PŞ-də Təqsirləndirilən şəxs götürülmüş, tədqiqatdan sonra, ümumi təmiz çəkisi 2,728 qram psixotrop maddə – metamfetamin, ümumi təmiz çəkisi 1,861 qram narkotik vasitə – tiryək, tərkibində sintetik kannabinoidlərə aid 5CL- ADB-A adlı maddə olan, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə, Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahiləri»na daxil olmayan bitki mənşəli 0,477 qram kütlə və Təqsirləndirilən şəxs saxlanılaraq, Bərdə rayon PŞ-nə gətirilib, idarə etdiyi «VAZ-2106» markalı, **-FL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən və şöbənin xidməti otağında üzərinə şəxsi axtarış keçirilərkən, çəkilmiş və 2 ədəd DVD disklərə yazılmış videoçəkilişlər cinayət işi üzrə əhəmiyyət kəsb etdiklərindən, maddi sübut kimi tanınıb, tədqiqatdan sonra, ümumi təmiz çəkisi 2,728 qram psixotrop maddə – metamfetamin, ümumi təmiz çəkisi 1,861 qram narkotik vasitə – tiryək və tərkibində sintetik kannabinoidlərə aid 5CL-ADB-A adlı maddə olan, «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə, Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların Siyahiləri»na daxil olmayan bitki mənşəli 0,477 qram kütlə saxlanılmaları üçün Sumqayıt şəhər Pİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, 2 ədəd DVD disk isə cinayət işinə əlavə edilmişdir. (cild 1, iş vərəqə 48, 81-85 164, 167, 242-245) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İinformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Məhkəməsinin 30.11.2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 10.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və 01.08.2019-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 01.08.2019-cu il tarixli qərarı ilə 10 ay 14 gün vaxtından əvvəl şərti azad olunmuşdur. (cild 1, iş vərəqə 110-111) Cinayət işinin materiallarına əlavə edilmiş Sumqayıt şəhər prokurorunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X2 18.10.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2020-ci il tarixdə tutularkən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən döyülərək, fiziki və psixi təsir göstərilərək qanunsuz hərəkətlərə məruz qalması faktı öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. (cild 1, iş vərəqə 142-142) Cinayət işinin materiallarına əlavə edilmiş Ağdam rayon İcra Hakimiyyəti İcra Başçısının Quzanlı qəsəbə inzibati ərazi dairəsi üzər nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Quzanlı qəsəbəsində yaşadığı müddətdə özünü normal aparmış, böyüklərə və kiçiklərə hörmətlə yanaşmışdır.Barəsində nümayəndəliyə şikayət daxil olmamışdır. ( cild 2, iş vərəqə 21) Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək, saxladığı narkotik vasitələr və psixotrop maddənin külli miqdarda olması, o cümlədən aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin müxtəlifliyi, onların miqdarı və növ üzrə qablaşdırılması Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər, yəni üzərində aşkar olunmuş narkotik vasitəni satmaq məqsədinin olmaması kimi gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Qeyd olunan Plenum qərarının 14-cü bəndinin 2-ci abzasına əsasən, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməlidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir.Həmçinin təmiz halda 2 qramdan artıq çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Bakı şəhəri, Suraxanı rayon Məhkəməsinin 01.08.2019-cu il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad edilsə də, CM-nin 83.3.3-cü maddəsinə əsasən onun məhkumluğu ödənilməmiş hesab olunur. CM-nin 18-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətləri residivi vardır ki, bu hal da cəza təyini zamanı CM-nin 65.2-ci maddəsinin tələblərinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) nəzərə alınmasını imperativ edir. Təqsirləndirilən şəxsə elan olunmuş ittihamların hər ikisindən görünür ki, o, 05 oktyabr 2020 və 26 noyabr 2020-ci il tarixlərdə qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edərək saxlamış və daşımışdır. Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2020-ci il tarixli Fərmanına əsasən, 2020-ci il 28 sentyabr saat 00:00-dan Azərbaycan Respublikası bütün ərazisində hərbi vəziyyət elan edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs hər iki cinayət əməlini hərbi vəziyyət şəraitində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.11-ci maddəsinə görə, cinayətin fövqəladə və ya hərbi vəziyyət, təbii və ya digər ictimai fəlakət şəraitində, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 1, 5, 18, 61 və 65-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsi və “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Minsk Konvensiyası baxımından şərh edilməsinə dair 7 iyun 2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinə görə irəli sürülmüş ittiham daxilində cəza təyin edilməsi isə qanunverici tərəfindən məhkəmənin səlahiyyətinə aid edilmişdir. Belə ki, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin məzmununa uyğun olaraq, məhkəmə törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyəti, eləcə də cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza təyin edir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümümi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Beləliklə, məhkəmənin irəli sürülmüş ittiham daxilində cinayətin tövsifini dəyişmədən cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alaraq Cinayət Məcəlləsinin müddəalarını rəhbər tutmaqla törədilmiş əmələ uyğun cəza təyin etməsi və cəzaçəkmə müəssisəsinin növünü seçməsi ittihamdan kənara çıxma kimi qiymətləndirilə bilməz.” Məhz konstitusiya məhkəməsinin bu mövqeyini rəhbər tutaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin əməllərində ibtidai istintaq orqanı tərəfindən cəzanı ağırlaşdıran hal müəyyən edilməsə də, məhkəmə cinayətlərin hərbi vəziyyət dövründə törədilməsini CM-nin 61.1.11-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağın olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olması, CM-nin 61.1.11-ci maddəsinə əsasən isə cinayətin hərbi vəziyyət dövründə törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallardır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, 05.10.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 06.10.2020-ci il tarixdə barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. (cild 1, iş vərəqə 159, 194-195). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 26 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 28 noyabr 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 26 noyabr 2020-ci il tarixdən hesablanmışdır. (cild 1, iş vərəqə 12, 77-80) Ona görə də məhkəmə göstərilənləri nəzərə almaqla Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə və şübhəli şəxs qismində 05 oktyabr 2020ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək tutulduğu 1 (bir) gün müddət ümumi cəza müddətinə hesablanaraq ondan çıxılmaqla Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 26 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, məhkəmə-narkoloji ekspertizasının 10.12.2020-ci il tarixli, 3425 rəyinə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 991.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut kimi tanınmış Sumqayıt ŞPİ-də saxlanılan – təhqiqatdan sonrakı xalis çəkiləri 171,957 qram narkotik vasitə- heroin, 97,612 qram psixotrop maddə- metamfetamin, 9,582 qram narkotik vasitə- tiryək, üzərində “Methadone” yazısı olan konvalyutda 2 ədəd üzərində “ddp/M40” yazısı həkk olunmuş təsiredici həbdən ibarət, ümumi miqdarı 0,08 qram olan narkotik vasitə- metadon, 1,252 qram narkotik vasitə- qurudulmuş marixuana, 01 ədəd dəmir parçası, Bərdə rayon PŞ-də saxlanılanümumi təmiz çəkisi 2,728 qram psixotrop maddə-metamfetamin, ümumi təmiz çəkisi 1,861 qram narkotik vasitə- tiryək, tərkibində sintetik kannabinoidlərə aid 5CL-ADB-A adlı maddə olan, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə, Azərbaycan Respublikasının ərazisində idxalına, ixracatına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekusorların Siyahılarına” daxil olmayan bitki mənşəlli 0,477 qram kütlə məhv edilməli, 04 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (bir yz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25.06.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» 27.12.1996-cı il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25.06.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30.03.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 04.03.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun şübhəli şəxs qismində 05 oktyabr 2020-ci il tarixdən 06 oktyabr 2020-ci il tarixədək tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs oğlunun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 26 noyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs oğluna narkomaniyadan müalicə məqsədi ilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin və o, qeydiyyatda olduğu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınmış Sumqayıt ŞPİdə saxlanılan – təhqiqatdan sonrakı xalis çəkiləri 171,957 qram narkotik vasitə- heroin, 97,612 qram psixotrop maddə- metamfetamin, 9,582 qram narkotik vasitə- tiryək, üzərində “Methadone” yazısı olan konvalyutda 2 ədəd üzərində “ddp/M40” yazısı həkk olunmuş təsiredici həbdən ibarət, ümumi miqdarı 0,08 qram olan narkotik vasitə- metadon, 1,252 qram narkotik vasitə- qurudulmuş marixuana, 01 ədəd dəmir parçası, Bərdə rayon PŞ-də saxlanılan- ümumi təmiz çəkisi 2,728 qram psixotrop maddə-metamfetamin, 1,861 qram narkotik vasitə- tiryək, tərkibində sintetik kannabinoidlərə aid 5CL-ADB-A adlı maddə olan, bitki mənşəlli 0,477 qram kütlə məhv edilsin, 04 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Məhkəmə məsrəfini təşkil edən ekspertiza tədqiqinə sərf olunmuş 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilisin. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs oğlu isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasia protesti verilməzsə 20 (iyirmi) günlük müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar