Məhkəmə qərarları › İş №1(124)-26/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-26/2025

16.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-26/2025 16.01.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X3 (sədrlik edən), X8 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru X11, Müdafiəçilər – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 və fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakı ilə, xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə, xx.xx.1996-cı il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı qəsəbəsi, Püstəxanım Əzizbəyov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan “Hadi" adlı şəxs və qeyriləri ilə razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Hadi” adlı şəxsin sifarişi və pul təklifi ilə gələcəkdə ayrı-ayrı yerlərə yerləşdirilməsi və ya “müştərilərə” çatdırılması üçün sonuncunun naməlum tarixdə, vaxtda və şəraitdə şəxsiyyətləri istintaqa məlum olmayan qeyriləri vasitəsi ilə Lənkəran rayonu ərazisində yerləşdirdiyi 06 kq 770,756 qram çəkidə narkotik vasitə heroini həmin yerdən qanunsuz əldə edib cinayətkar razılaşmaya uyğun olaraq Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, döngə 2-də yerləşən nömrəsiz fərdi evə daşımaqla narkotik vasitə heroinin bir hissəsini həmin ünvanda, qalan hissəsini isə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərində saxlamaqla Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, döngə 2 ünvanının yaxınlığına daşımışlar, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 31 iyul 2023-cü il tarixdə saat 20:50-də Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, döngə 2 ünvanının yaxınlığında saxlanılaraq Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilmişlər və orada həmin tarixdə saat 22:40-dan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs2 əynində olan şortun sağ yan cibindən 01 ədəd bükümdə külli miqdarda 45,765 qram çəkidə, Təqsirləndirilən şəxs1 əynində olan şortun sağ yan cibindən isə 01 ədəd bükümdə külli miqdarda 59,991 qram çəkidə satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları narkotik vasitə heroin aşkar edilərək götürülmüş, tədbirin davamı olaraq 01 avqust 2023-cü il tarixdə saat 00:05-dən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları və razılıqları ilə sonuncunun yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, döngə 2-də yerləşən nömrəsiz fərdi evə baxış zamanı evin həyətindəki qarajdan onların satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdıqları 07 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1025 qram, 935 qram, 1075 qram, 920 qram, 1005 qram, 980 qram və 725 qram olmaqla ümumilikdə külli miqdar təmiz çəkisi 06 kq 665 qram olan narkotik vasitə heroin və üzərində narkotik vasitə heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 31 iyul 2023-cü il tarixdə axşam saat 7 radələrində Sumqayıt şəhəri, Novxanı bağları, dalan 2 də yerləşən evinə yaxın məsafədə Mətinlə dayanan zaman bir avtomobil onlara yaxınlaşmış və polis əməkdaşları onları avtomobilə əyləşdimişlər. Əvvəlcə onlara oğurluq cinayətində ittiham olunduqlarını bildirmiş və ondan evinin harada olduğunu soruşmuşlar. Daha sonra polis əməkdaşları onları evə gətirmişlər. Polis əməkdaşları narkotik vasitə ilə bağlı evə baxış keçirəcəklərini bildirmişlər. Onları üç nəfər polis əməkdaşı saxlamış, amma sonradan 10-12 nəfər polis əməkdaşı gəlmişdir. Polis əməkdaşları evə baxış keçirmiş, amma heç nə aşkar olunmamışdır. Daha sonra polis əməkdaşları evin hətəyində axtarış keçirmiş və heç nə aşkar olunmamışdır. Onlara polis əməkdaşları tərəfindən təzyiqlər olunmuşdur. Daha sonra o, evində olan 100 qram narkotik vasitəni polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları 100 qram narkotik vasitəni iki yerə bölərək Mətinlə onun üzərinə qoymuşlar ki, guya onlar narkotik vasitə istifadə edən zaman saxlanılmışlar. Polis əməkdaşları öz avtomobillərindən sellofan torba gətirmiş və həmin torbadan narkotik vasitə heroin çıxmışdır. Həmin narkotik vasitəni polis əməkdaşları evə yerləşdirmişlər. Onun əynində şortik olmuş və paltarını dəyişməyə icazə verməmişlər. 2 saat həyətdə olduqdan sonra polis əməkdaşları onları Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə aparmışlar. Onlar bölmədə yarım saata yaxın vəkillərin gəlməsini gözləmiş, vəkillər gəldikdən sonra isə onların üzərlərinə şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Onun üzərindən telefon, siqaret və 50 qram narkotik vasitə heroin aşkar olunmuşdur. Həmçinin, onun üzərinə açar qoymuşlar ki, guya onun evinin açarıdır. Çəkiliş zamanı onu məcbur etmişlər ki, o, evində də narkotik vasitə olduğunu bildirsin. Daha sonra onu yaşadığı evə gətirmişlər və evə polis əməkdaşları tərəfindən qoyulmuş, gizlədilməmiş vəziyyətdə olan narkotik vasitəni guya o özü könüllü şəkildə təqdim etmişdir. O, özünü sadəcə 100 qram narkotik vasitəyə görə təqsirli bilir. Mətinlə onu birlikdə saxlamışlar və avtomobilə əyləşdirmişlər. Bütün proseslərdə Mətin də iştirak etmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, o, saxlanılana kimi taksi sürücüsü kimi işləmişdir. 6-7 ilə yaxın zavodda işləmişdir. O, 500-600 manat maaş almışdır. O, subaydır və ailə üzvləri ilə birlikdə yaşayırmış. Ailə üzvlərindən heç kim işləmir. O, saxlanılana qədər narkotik vasitə olan heroindən istifadə etmişdir. O, son dəfə narkotik vasitəni “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu iranlı şəxsdən əldə etmişdir. Həmin şəxsin adı “Hadi”-dir. Onun istifadəsində ***-***-**-** və ***-***-**-** mobil nömrələr olmuşdur. Həmin nömrələrdən təkcə o, istifadə etmişdir. İranlı şəxs Mətini də tanımışdır, amma Mətin narkotik vasitə istifadə edən şəxs olmamışdır. Onu evə gətirdikdən sonra fiziki təsir göstərmişlər, amma bədənində xəsarət izləri olmamışdır. Onun gözünün qarşısında Mətinə də fiziki təsir göstərilmişdir. O, narkotik vasitə sifariş edən zaman ancaq özü üçün sifariş etmişdir. Hadi ona başqa yerlərə də narkotik vasitə qoymasını təklif etmiş, amma o, qəbul etməmişdir. O, narkotik vasitələrə ayda təxminən 300 manat pul vermişdir. Narkotik vasitə alan zaman o, pulu Hadinin kartına atdıqdan sonra Hadi ona narkotik vasitə atırmış. Son bir ayda Hadi onlara narkotik vasitəni onun dediyi yerə atmağı təklif etmişdir. Mətinlə onun vəziyyəti yaxşı olmadığı üçün Hadinin təklifi ilə razılaşmışlar. Onlar narkotik vasitəni götürmüş və Hadinin dediyi yerlərə qoymuş, bunun müqabilində pul almışlar. Mətinin avtomobili olduğu üçün, həmçinin də vəziyyətləri maddi cəhətdən pis olduğu üçün onlar narkotik vasitələri birlikdə qoymuşlar. Bunun müqabilində Hadi onlara 3000 manat pul göndərmişdir. Həmin pulu Mətinlə o bərabər bölmüşlər. Hadinin pulu kimin kartına atdığını dəqiq bilmir. Hadi onlara 3 kq narkotik vasitə göndərmişdir. Onlarda elektron tərəzi olmamışdır. 100 qram narkotik vasitə Mətində yox onda olmuşdur. Onların evində axtarış aparıldıqdan sonra Mətingilin evlərində də axtarış aparılmışdır. Ekspert onun narkotik vasitə istifadəçisi olması ilə bağlı rəy vermişdir. İbtidai istintaq zamanı verdiyi ifadəni xatırlayır. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxan zaman hakimə olanları bildirməmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, 2009-2010-cu illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra müxtəlif işlərdə işləmişdir. Hazırda Novxanı ərazisində fəhləliklə məşğul olur. Heç bir xəstəliyi, eləcə də psixi xəstəliyi yoxdur. Mahiyyəti üzrə bildirmişdir ki, arabir nəşə kimi tanıdığı qurudulmuş marixuanadan istifadə edirmiş. İstifadə etdiyi maddələri Novxanı ərazisindən tanımadığı şəxslərdən alırmış. Hadisə ilə bağlı onu bildirmişdir ki, 2023-cü ilin iyun ayında “İnstagram” sosial şəbəkəsində bir səhifə qarşısına çıxmışdır. Həmin səhifə narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olurmuş. O, həmin səhifəni iranlıların işlətdiyini bilmiş və orada olan iran nömrəsini götürmüşdür. Lakin ona yazmamışdır. Onu da qeyd etmişdir ki, onun Mətin adlı tanışı var, 5-6 ildir ki, tanışdır, maddi durumu onun kimi acınacaqlıdır. O, iranlının nömrəsini götürdükdən bir gün sonra Mətinlə görüşmüş və ona demişdir ki, "İnstagram”-dan narkotik satan iranlının nömrəsini götürmüş və onunla danışıb işləmək istəyir. Onu da qeyd etmişdir ki, onun sürücülük vəsiqəsi yoxdur, amma, Mətinin var. Buna görə də, Mətinə təklif etmişdir ki, bu işdə ona kömək etsin və birlikdə pul qazansınlar. O da razılaşmışdır. Bir müddətdən sonra təxminən iyun ayının sonlarında o, həmin nömrəyə "Whatsapp” vasitəsi ilə yazmışdır. Həmin nömrənin sahibi ona cavab vermiş və adının Hadi olduğunu bildirmişdir. İranlıya yazan zaman Mətin də onun yanında imiş. İranlı ilə danışıb ona demişdir ki, narkotik vasitələri onun dediyi yerlərə pul müqabilində çatdıra bilərlər. O isə demişdir ki, ondan xəbər gözləsinlər. Onu da qeyd etmişdir ki, iranlıya öz telefonu ilə yazmışdır. Amma, həmin telefonu həm də Mətin istifadə edirmiş. Belə ki, lazım olanda iranlı Hadi ilə Mətin əlaqə saxlayırmış. Təxminən, iyun ayının axırlarında Hadi onlara yazmış və bildirmişdir ki, mallar Lənkərandadır. Bunun üçün Mətin rentacar-dan “Hyundai” markalı avtomobil götürmüş və həmin avtomobil ilə Lənkərana getmişlər. İranlı onlara şəkillə konum göndərmişdir. İranlının dediyi yerə çataraq onun göndərdiyi malları tapmışlar. Mallar bir torbada imiş və təxmini çəkisi 10 kq imiş. Qabaqcadan razılaşmışlar ki, Hadi malın hər kilosuna görə hər birinə 400 manat pul verməli imiş. Bu hesabla o onların hər birinə təxminən 4000 manat pul verməli imiş. Malı gətirdikdən sonra o, Novxanıda yaşadığı qarajda həmin malı saxlamışdır. Təxminən 5 gün ərzində onlar Mətinlə birlikdə həmin malı paylamışlar. Malı paylayandan sonra Hadi onun və Mətinin bank kartına pullar göndərmişdir. Ümumi olaraq hərəsinə 1500 manat pul çatmışdır. Baxmayaraq ki, Hadi onlara 3800 manat pul verməli imiş. Onların hər birinə 2300 manat borcu qalmışdır. Hadi demişdir ki, qalığı sonra göndərəcək. Bir müddət sonra Hadi yenə də mal göndərdiyini bildirmiş və demişdir ki, həmin malı da yerbəyer edəndən sonra onların həm qalıq pullarını, həm də göndərdiyi malın pulunu verəcək. Onlar ilkin olaraq razılaşmaq istəməmişlər. Çünki, tutulacaqlarında qorxmuşlar. Lakin, pullarını almaq üçün onunla razılaşmalı olmuşlar. İyul ayının 9-da Hadi onlarla əlaqə saxlamış və demişdir ki, mal Lənkərandadır. Yenə də əvvəlki kimi Mətin rentacar-dan maşın götürmüş və onlar birlikdə Lənkərana getmişlər. Yenə də şəkil və konum ilə malı tapmışlar. Malı yenə də gətirib qarajda saxlamışlar. Malın təxmini çəkisi 10 kq imiş. Onun bir hissəsini Mətin ilə yerbəyer etmişlər. Belə ki, malları Novxanı ərazisində harasa qoyub həmin yerin şəklini və konumunu Hadiyə göndərirmişlər. Yerdə qalanlar isə evdə qarajda imiş. Hadisə ilə bağlı onu bildirmişdir ki, 31 iyul 2023-cü il tarixdə axşam radələrində iranlı Hadi onlara yazmışdır ki, mal atdırmaq lazımdır. Bunun üçün onlar Mətinlə onun yaşadığı evə getmişlər və malın içərisindən iki büküm heroin götürmüşlər. Mallardan birinin çəkisi 50 qrama yaxın imiş, digərinin çəkisi isə 50 qramdan çox imiş. Həmin malları onlar ciblərinə qoymuşlar və evdən çıxmışlar. Saat təxminən 20-21 radələri olarmış. Bir qədər hərəkət etmişlər ki, 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onların qabaqcadan əlbir olmaqla külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduqlarını bildirmişlər. Barələrində olan əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onları Sumqayıt Çəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə dəvət etmişlər. Onlar etiraz etmədən onlarla birlikdə Polis Bölməsinə getmişlər. Burada olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin, onun, Mətinin və onun müdafiəçisinin iştirakı ilə üzərilərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra o, əynindəki qara rəngli şortikinin sağ yan cibindən 1 ədəd sellofan bükümdə heroini, 2 ədəd “Redmi” və “Huavei” markalı telefonlarını, sol yan cibindən isə 1 ədəd şəxsiyyət vəsiqəsini, 1 ədəd yaşadığı evin açarını, 1 ədəd Kapital Banka məxsus bank kartını və içərisində siqaretlər olan 1 ədəd siqaret qutusunu təqdim etmişdir. Ona məxsus siqareti və mənzilin açarı qaytarılsa da, telefonları, şəxsiyyət vəsiqəsi və bank kartı götürülmüşdür. Təqdim etdiyi sellofan bükümdə olan heroin elektron tərəzi ilə çəkilmişdir. O, bundan başqa evində də narkotik tərkibli maddələr olduğunu, həmin maddələri təqdim edə biləcəyini və yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları, dalan 2 də yerləşən evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokolu imzalamışlar. Bundan sonra yaşadığı evə getmişlər və oraya baxış keçirilmişdir. Evə baxış keçirilən zaman o, evin həyətindəki qarajdan içərisində 7 ədəd bağlamada heroin və 1 ədəd elektron tərəzi olan 1 ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Həmin bağlamadakı kütlənin çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmişdir. Bundan sonra Bölməyə geri qayıtmışlar və orada baxışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Şifahi sorğu zamanı o, üzərindən və evindən aşkar edilmiş maddələrin heroin olduğunu, həmin maddəni ona deyilən yerlərə qoymaq üçün saxladığını, həmin maddələri Mətin ilə birlikdə 9 iyul tarixində Lənkəran rayonu ərazisindən götürdüklərini, narkotik vasitə istifadəçisi olmadığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, həmin maddəni İİR vətəndaşı Hadi adlı şəxsin nömrəsinin onun telefonunda olmasını, bundan öncə də 1 dəfə belə əməl törətdiyinə görə 1500 manat əldə etdiyini, saxlanılan zaman, eləcə də, polis bölməsində ona qarşı heç bir zor tətbiq edilmədiyini bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş maddələri Hadinin dediyi yerə yerləşdirərək pul qazanmaq məqsədi ilə Mətin ilə birlikdə əldə etmişdir. İranlı Hadi adlı şəxsin anket məlumatlarını bilmir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Yalnız, narkotik vasitə marixuana istifadə etmişdir. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. "xxxx" MMC-yə məxsus ***-***-**-** və "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrələrindən istifadə etmişdir. Nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də mənzilə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Üzərində hər hansı bir xəsarəti yoxdur. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir (cild 01, iş vər. 118-121) İfadəsi elan edilərək tədqiq edildikdən sonra təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, hazırda verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunan ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Fəridlə o məhəllədə duran zaman bir avtomobil onlara yaxınlaşmış və özlərini təqdim edərək onları avtomobilə əyləşdirmişlər. Polis əməkdaşları əvvəlcə 4 nəfər olmuş və Sumqayıtda oğurluq hadisəsinin baş verdiyini bildirmişlər. Daha sonra onları Fəridgilin evinə aparmışlar. Fəridin ailə üzvlərinin yanında onalara fiziki təsirlər göstərib təhqir etmişlər, amma onların bədənində xəsarət izləri qalmamışdır. Daha sonra polis əməkdaşları avtomobildən 7 kq narkotik vasitə gətirərək boyunlarına almalarını tələb etmişlər. Onların üzərində 7 kq narkotik vasitə olmamış, onlarda sadəcə 100 qram narkotik vasitə olmuşdur. 7 kq narkotik vasitəni boyunlarına alma səbəbləri Fəridin ailəsinin orada olması və onları təhdid etmələri olmuşdur. Həmin vaxt həyətdə 15 nəfər əməliyyatçı olmuşdur. Onlar saat 7-dən tutulmuşdur. Daha sonra vidoçəkilişlə evə baxış keçirilmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, onlar tutulmamışdan əvvəl bir dəfə Fəridlə birlikdə narkotik vasitəni götürüb deyilən yerə qoymuşlar. Həmin işdən ona nə qədər pul çatdığını dəqiq xatırlamır. O, Fəridlə birlikdə Lənkarana getməmişdir. Onlar 3 kq narkotik vasitəni Qobustan ərazisindən götürmüşlər. Fərid ondan borc pul almışdır. Səhv etmirsə iranlı şəxs onun kart hesabına pul atmamışdır. O, narkotik vasitə istifadəçisi deyil və bu ekspert rəyində də qeyd olunmuşdur. İbtidai istintaq zamanı ona da təzyiqlər olunmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxan zaman hakimə olanları bildirməmişdir. Onun Fəriddə olan 100 qram narkotik vasitədən xəbəri olmuşdur. Onlar 100 qram narkotik vasitəni istifadə etmək üçün üzərilərində saxlamışlar. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət yarandığından, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş və təqsirləndirilən şəxs müdafiəçinin də iştirakı ilə verdiyi həmin ifadəsində göstərmişdir ki, 2014-2015-ci illərdə hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıdandan sonra müxtəlif işlərdə işləmiş, eləcə də taksi fəaliyyəti ilə məşğul olmuşdur. Hazırda işləmir. Heç bir xəstəliyi, eləcə də psixi xəstəliyi yoxdur. Onun 5-6 ildir ki, Fərid adlı tanışı var, maddi durumu onun kimi acınacaqlıdır. İyun ayının sonlarına yaxın Fəridlə birlikdə olan zaman Fərid ona demişdir ki, “lnstagram"-dan narkotik satan iranlının nömrəsini götürüb və onunla danışıb işləmək istəyir. Fəridin sürücülük vəsiqəsi olmadığından ona təklif etmişdir ki, bu işdə kömək etsin və birlikdə pul qazansınlar. O da razılaşmışdır. Bir müddətdən sonra təxminən iyun ayının sonlarında Fərid həmin nömrəyə “Whatsapp” vasitəsi ilə yazmışdır. Həmin nömrənin sahibi cavab vermiş və adının Hadi olduğunu bildirmişdir. İranlıya yazan zaman o da onun yanında imiş. Fərid iranlı ilə danışıb ona demişdir ki, narkotik vasitələri dediyi yerlərə pul müqabilində çatdıra bilərlər. İranlı isə demişdir ki, məndən xəbər gözləyin. Onu da qeyd etmişdir ki, iranlıya Fəridin telefonundan yazsalarda, bəzi hallarda telefon onda olurmuş və o da iranlı ilə danışırmış. Təxminən, iyun ayının axırlarında Hadi onlara yazmış və bildirmişdir ki, mallar Lənkərandadır. Bunun üçün o, rentacar-dan “Hyundai” markalı avtomobil götürmüş və həmin avtomobil ilə Lənkərana getmişlər. İranlı onlara şəkillə konum göndərmişdir. İranlının dediyi yerə çataraq onun göndərdiyi malları tapmışlar. Mallar bir torbada imiş və təxmini çəkisi 10 kq imiş. Qabaqcadan razılaşmışlar ki, Hadi malın hər kilosuna görə hər birinə 400 manat pul verməli imiş. Bu hesabla o, onların hər birinə təxminən 4000 manat pul verməli imiş. Malı gətirdikdən sonra onları Fəridin yaşadığı Novxanıda yerləşən evdə qarajda saxlamışlar. Təxminən 5 gün ərzində onlar Fəridlə birlikdə həmin malı paylamışlar. Malı paylayandan sonra Hadi onun və Fəridin bank kartına pullar göndərmişdir. Ümumi olaraq hərəsinə 1500 manat pul çatmışdır. Baxmayaraq ki, Hadi onlara 3800 manat pul verməli imiş. Hadinin onların hər birinə 2300 manat borcu qalmışdır. Hadi demişdir ki, qalığı sonra göndərəcək. Bir müddət sonra Hadi yenə də mal göndərdiyini bildirmiş və demişdir ki, həmin malı da yerbəyer edəndən sonra onların həm qalıq pullarını, həm də göndərdiyi malın pulunu verəcək. Onlar ilkin olaraq razılaşmaq istəməmişlər. Çünki, tutulacaqlarından qorxurmuşlar. Lakin, pullarını almaq üçün razılaşmalı olmuşlar. İyul ayının 9-da Hadi onlarla əlaqə saxlamış və demişdir ki, mal Lənkərandadır. Yenə də əvvəlki kimi o, rentacar-dan maşın götürmüş və onlar birlikdə Lənkərana getmişlər. Yenə də şəkil və konum ilə malı tapmışlar. Malı yenə də gətirib qarajda saxlamışlar. Malın təxmini çəkisi 10 kq imiş. Onun bir hissəsini Fərid ilə yerbəyer etmişlər. Belə ki, malları Novxanı ərazisində harasa qoyub həmin yerin şəklini və konumunu Hadiyə göndərirmişlər. Yerdə qalanlar isə evdə qarajda imiş. Hadisə ilə bağlı onu bildirmişdir ki, 31 iyul 2023-cü il tarixdə axşam radələrində iranlı Hadi onlara yazmışdır ki, mal atdırmaq lazımdır. Bunun üçün onlar Fəridgilin yaşadığı evə getmişlər və malın içərisindən iki büküm heroin götürmüşlər. Mallardan birinin çəkisi 50 qrama yaxın imiş, digərinin çəkisi isə 50 qramdan çox imiş. Həmin malları onlar ciblərinə qoymuşlar və evdən çıxmışlar. Saat təxminən 20-21 radələri olarmış. Bir qədər hərəkət etmişlər ki, 3 nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onların qabaqcadan əlbir olmaqla külli miqdarda narkotik vasitələrin satışında şübhəli olduqlarını bildirmişlər. Barələrində olan əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etdikdən sonra onları Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Onlar etiraz etmədən Polis Bölməsinə getmişlər. Burada olan zaman hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri izah edilməklə buna dair bildiriş təqdim edilmişdir. Müdafiəçinin, onun, Fəridin və onun müdafiəçisinin iştirakı ilə üzərilərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya var isə təqdim etməyi xahiş edilmişdir. Bu təklifdən sonra o, əynindəki boz rəngli şortikinin sağ yan cibindən 1 ədəd sellofan bükümdəki heroini, 1 ədəd sürücülük vəsiqəsi, 1 ədəd şəxsiyyət vəsiqəsi və içərisində siqaretlər olan 1 ədəd siqaret qutusu, sol yan cibindən 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Ona məxsus siqareti qaytarılsa da, telefonu, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi götürülmüşdür. Təqdim etdiyi sellofan bükümdə olan heroin elektron tərəzi ilə çəkilmişdir. Onunla birlikdə saxlanılmış olan Fərid bundan başqa yaşadığı evində də, narkotik tərkibli maddələr olduğunu, həmin maddələri təqdim edə biləcəyini və yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları, dalan 2 də yerləşən evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. O da həmin vaxt ünvanda narkotik vasitə olması barədə məlumatlı olduğunu söyləmişdir. Bundan sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş və həmin protokolu imzlamışlar. Bundan sonra Fəridin yaşadığı evə getmişlər və oraya baxış keçirilməsinə başlanılmışdır. Evə baxış keçirilən zaman Fərid evinin həyətindəki qarajdan içərisində 7 ədəd bağlamada heroin və 1 ədəd elektron tərəzi olan 1 ədəd göy rəngli sellofan torbanı təqdim etmişdir. Bundan sonra Bölməyə geri qayıtmışlar və orada baxışın keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş maddənin heroin olduğunu, həmin maddəni ona deyilən yerlərə qoyaraq pul qazanmaq məqsədi ilə saxladığını, həmin madddələri Fərid ilə birlikdə 9 iyul tarixində Lənkəran rayonu ərazisindən götürdüklərini, narkotik vasitə istifadəçisi olmadığını, başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu əməlindən heç kimin məlumatının olmamasını, həmin maddəni göndərən İİR vətəndaşı Hadi adlı şəxsin nömrəsinin Fəridin telefonunda qeyd olunmasını, o telefonu bəzən istifadə etdiyini, bundan öncə də 1 dəfə birlikdə belə əməl törətdiyinə görə 1500 manat əldə etdiyini, saxlanılan zaman, eləcə də, polis bölməsində ona qarşı heç bir zor tətbiq edilmədiyimi bildirmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş maddələri Hadinin dediyi yerə yerləşdirərək pul qazanmaq məqsədi ilə Fərid ilə birlikdə əldə etmişdir. İranlı Hadi adlı şəxsin anket məlumatlarını bilmir. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmur. Narkotik vasitə istifadə etmir. Başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. “Bakcell" MMC-yə məxsus ***-***-**-** və "xxxx" MMC-yə məxsus ***-***-**-** mobil nömrələrindən istifadə etmişdir. Nə saxlanılan zaman, nə üzərinə şəxsi axtarış keçirilən zaman, nə də mənzilə baxış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Üzərində heç bir xəsarəti yoxdur. Saxlanılan zaman polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir (cild 01, iş vər. 137-140). İfadəsi elan edilərək tədqiq edildikdən sonra təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etmir, məhkəmədə verdiyi ifadəni təsdiq edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 31 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olmaqla satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları bərədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı olaraq onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. 31 iyul 2023-cü il tarixdə saat 20-21 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivində olmaları müəyyən edilmiş və həmin yerə getmişlər. Saat 20:50-də Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, dalan 2 ünvanının yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oxşar iki nəfər şəxsi müəyyən etmişlər. Onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onlardan da özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduqlarını bildirmişlər. Bundan sonra onlara satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş qərarla tanış etmişlər və onları Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirmişlər. Bölmənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçilərin iştirakı ilə onlara hüquq və vəzifələri izah edilmiş və Baş İdarənin təhqiqatçısı Vüsal Həsənquliyev tərəfindən onların üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barələrində axtarış və götürmənin aparıldığı şübhəli şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bu barədə qərarla tanış edilərək üzərilərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları vermələri təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan şortun ciblərindən 01 ədəd sellofan bükümü, 01 ədəd sürücülük vəsiqəsini, 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd siqaret qutusunu, 01 ədəd mobil telefonu təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd siqaret qutusu şəxsin özünə qaytarılsa da, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, mobil telefon götürülmüşdür. Təqdim edilmiş 01 ədəd bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzi ilə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra iş üzrə digər şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs1 üzərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyaları verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şortunun ciblərindən 01 ədəd sellofan bükümü, 02 ədəd mobil telefonu, 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd yaşadığı evinin açarını, 01 ədəd bank kartını və 01 ədəd siqaret qutusunu təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd siqaret qutusu və yaşadığı evinin açarı özünə qaytarılsa da, şəxsiyyət vəsiqəsi, bank kartı və 02 ədəd mobil telefon götürülmüşdür. Təqdim edilmiş 01 ədəd bükümə baxış keçirilən zaman içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə elektron tərəzi ilə çəkilmiş, qablaşdırılmış, möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlənin narkotik vasitə heroin olduğunu, həmin maddəni ona deyilən yerlərə qoymaq üçün üzərində saxladığını, 9 iyul 2023-cü il tarixdə Lənkəran rayonu ərazisinə “Hadi” adlı İİR vətəndaşının göndərdiyini, Təqsirləndirilən şəxs2 ilə birlikdə əldə etdiyini, onun nömrəsinin telefonunda da qeyd edildiyini, həmin maddələri deyilən yerlərə qoymaqla pul əldə etməli olduğunu, həmin maddənin qalan hissəsinin yaşadığı Sumqayıt şəhəri, Novxanı Bağlan yaşayış massivində dalan 2-də yerləşən evində saxladıqlarını, daha əvvəl də belə əməl törətmələrini, buna görə bank kartı vasitəsi ilə 1500 manat pul əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 da şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirdiyi xüsusatları təsdiq etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 yaşadığı Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, döngə 2-də yerləşən nömrəsiz fərdi evə baxış keçirilməsinə etiraz etməmələri ilə bağlı ərizə vermişlər və evə baxış keçirilməsi üçün həmin ünvana getmişlər. Ünvana baxış keçirilmədən öncə şübhəli şəxs Təqsirləndirilən şəxs1 həmin ünvanda saxladığını bildirdiyi narkotik tərkibli maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o, narkotik tərkibli maddələrin qalan hissəsini evin həyətinə girdikdən sonra sol tərəfdə yerləşən təmirsiz otaqda saxladığını, müvəqqəti olaraq orada qaldığını bildirərək həmin yerə daxil olmuş və otağa girişdən sağ tərəfdə yerləşən üst-üstə yığılmış əşyaların içərisindən 01 ədəd göy rəngli sellofan torbanı təqdim edərək içərisində narkotik maddə olmasını və başqa heç bir yerdə narkotik maddə saxlamadığını bildirmişdir. Göy rəngli sellofan torbaya baxış keçirilən zaman içərəsində 7 ədəd sellofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş, qablaşdırılmış və götürülmüşdür. Bundan sonra evin digər hissələrinə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir qanunsuz əşya müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, çəkiliş zamanı təqsirləndirilən şəxslər onlara heç bir müqavimət göstərməmişdir. İbtidai istintaq zamanı veriyi ifadəni təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Zakir oğlu və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Fərid Mətinlə onların evinə gələn yolda gəzişirmişlər. Saat 7-8 radələrində Fərid və üç nəfər evə daxil olmuş, şəxslər evə daxil olan kimi onlardan telefonlarını götürmüşlər. Evdə onun yaşlı anası və 16 yaşlı oğlu olmuşdur. Şəxslər Fəridin yatdığı otağı soruşmuş və həmin otağa yaxınlaşmış, lakin otağa daxil olmamışlar. O, daha sonra başa düşmüşdür ki, şəxslər narkotik vasitə axtarırlar. Fərid onun üzərində narkotik vasitə olmadığını bildirmiş və şəxslər evi dağıdıb tökəcəkləri, evdə axtarış aparacaqları barədə Fəridə hədə-qorxu gəlmişlər. Fərid təkrar olaraq onda narkotik vasitə olmadığını bildirmişdir. Daha sonra polis əməkdaşları Fəridi ailə üzvləri ilə hədələmiş və ailə üzvlərini də polis idarəsinə aparacqlarını bildirmişlər. Fərid yenə də onda narkotik vasitə olmadığını bildirmişdir. 3-cü dəfə polis əməkdaşlarından biri Fəridə “sənə əzab verərəm, üzündəki tükləri bir-bir dartıb çıxararam” demiş və o, polis əməkdaşlarına heç bir etirazı olmadığını, yaşlı anasını da evdən çıxaracağını və polis əməkdaşlarının rahat şəkildə evdə axtarış apara biləcəklərini söyləmişdir. Polis əməkdaşları evdə axtarış aparmamışlar. Polis əməkdaşları evdə olan zaman həyətdə də 10 nəfərdən çox polis əməkdaşı olmuşdur. O, pəncərədən baxan zaman polis əməkdaşlarından birinin əlində qara rəngli torba ilə qaraja daxil olduğunu görmüşdür. Daha sonra polis əməkdaşları onu pəncərədən uzaqlaşdırmış və Fəridi də götürüb qaraja getmişlər. Polis əməkdaşları saat 23:30-a kimi onları evdən çölə buraxmamışlar. Bir müddət sonra həyətdən şillə səsi gəlmiş və oğlu pəncərəyə yaxınlaşmaq istəyən zaman evdəki polis əməkdaşı oğluna acıqlanmış və pəncərəyə yaxınlaşmamasını söyləmişdir. Daha sonra oğlu səs tonunu qaldırmış və polis əməkdaşından Fəridgili niyə döydüklərini soruşmuşdur. Bu zaman həmin əməkdaş oğlunun üzərinə qışqırmış və onu da Fəridgillə aparacaqları barədə oğluna hədə-qorxu gəlmişdir. Saat 9 radələrində bir nəfər polis əməkdaşı evə gəlmiş və onların danışığından Fəridgili harasa apardıqlarını başa düşmüşdür. O, polis əməkdaşlarından Fəridgili hara apardıqlarını soruşduqda polis əməkdaşları Fəridgili Bakı şəhərində yerləşən baş idarəyə apardıqlarını bildirmişdir. Sonradan müəyyən olunmuşdur ki, polis əməkdaşları Fəridgili Sumqayıt şəhərinə aparmışlar. Bir nəfər polis əməkdaşı evdə oturmuş, bir nəfər gəlibgetmiş, amma həyətdə də, onun fikrincə, üç nəfər polis əməkdaşı qalmış, çünki həyətdən səs-küy gəlirmiş. Saat 23:30 radələrində polis əməkdaşları yenidən Fəridgili evə gətirmiş və çəkiliş aparacaqlarını bildirmişlər. Daha sonra polis əməkdaşları Fəridgili yenidən Sumqayıt şəhərinə aparmışlar. Hadisə vaxtı qonşu qadın onlara gəlmiş və həyətdə çox adam olduğunu görüb nə baş verdiyini soruşmuş, amma polis əməkdaşları qadına heç bir məlumat vermədən onu həyətə buraxmamışlar. Bir müddət keçdikdən sonra iki nəfər polis əməkdaşı həmin qonşuya keçmiş və kameraya baxmaq istədiklərini bildirmiş, qonşu isə kameranın işləmədiyini bildirmişdir. Polis əməkdaşları qadına kimsə gəlib kameraya baxmaq istəsə icazə verməməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan sualları cavablandırarkən göstərmişdir ki, həyətdə səs-küy olmasını onun oğlu eşitmiş, həyətdən şillə və söyüş səsləri gəlmiş, oğlu pəncərəyə yaxınlaşmışdır. Kimin söyüş söydüyünü bilməmişdir. Polis əməkdaşları getdikdən sonra onlar Fəridin boynunda olan sepi qırılmış vəziyyətdə həyətdən tapmışlar. Polis əməkdaşları saat 7-8 radələrində evə gəlmiş, 9-10 radələrində Fəridgili evdən aparmışlar. Fəridin yanında Mətin olmuşdur. O, evdə Mətini görməmiş, ancaq Fəridi evə gətirmişlər. Fəridi evə gətirən zaman Fəridin yanında 3 nəfər polis əməkdaşı olmuşdur. Polis əməkdaşları Fəriddən narkotik vasitə tələb edən zaman o, polis əməkdaşlarının nə məqsədlə gəldiklərini bilmişdir. Onların nə evində, nə də həyətlərində polis əməkdaşları tərəfindən axtarış aparılmamışdır. Polis əməkdaşları getdikdən sonra onlar qaraja getmiş və qarajda heç nəyin dəyişmədiyini, necə var elə də olduğunu görmüşlər. Polis əməkdaşları həyətdə olan balaca dama heç yaxınlaşmamışlar. Fərid həmin evdə yaşayırmış. Həmin evdə Fərid, Fəridin anası, atası, onun yaşlı anası, oğlu və o yaşayırmışlar. O, ibtidai istintaq zamanı ifadə verməmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1996-cı il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı qəsəbəsi, Püstəxanım Əzizbəyov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, döngə 2, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur (cild 01, iş vər. 05). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır (cild 01, iş vər. 06-07). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.1996-cı il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı qəsəbəsi, Püstəxanım Əzizbəyov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, döngə 2, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 20:50-də Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, dalan 2 ünvanının yaxınlığında piyada hərəkət edərkən saxlanılaraq hava və əməliyyat şəraiti, nəqliyyat vasitələrinin və insanların vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınmaqla Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin inzibati binasına gətirilmişdir (cild 01, iş vər. 11). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının və müdafiəçilərin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs2 əynində olan boz rəngli, şortunun sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd sellofan büküm, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd şəxsiyyət vəsiqəsi və içərisində siqaretlər olan 01 ədəd siqaret qutusu, sol yan cibindən isə 01 ədəd "Samsung" markalı mobil telefon, Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman isə onun əynində olan qara rəngli şortunun sağ yan cibindən 01 ədəd sellofan büküm, 01 ədəd “Redmi” markalı mobil telefon, 01 ədəd “Huawei” markalı telefon, sol yan cibindən isə 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd yaşadığı evinin açarı və 01 ədəd “Kapital Bank"-a məxsus bank kartı və içərisində siqaretlər olan 01 ədəd siqaret qutusu aşkar edilərək götürülmüş, çəkilişin əks olunduğu CD disk protokol əlavə olunmuşdur (cild 01, iş vər. 50-54). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”lərdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, döngə 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə heç bir etiraz etməmişlər (cild 01, iş vər. 55- 56). Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, həmin tarixdə polis əməkdaşlarının, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, o cümlədən müdafiəçilərin iştirakı ilə video çəkilişlə Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, döngə 2 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı evin həyətinə girdikdən sonra sol tərəfdə yerləşən təmirsiz otağın girişdən sağ tərəfdə yerləşən, üst-üstə yığılmış əşyaların içərisindən 01 ədəd göy rəngli sellofan torba aşkar edilmişdir. Həmin torbaya baxış keçirilən zaman içərisində 07 ədəd sellofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd elektron tərəzi olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr və 01 ədəd elektron tərəzi qablaşdırılaraq götürülmüş, çəkilişin əks olunduğu CD disk protokol əlavə olunmuşdur (cild 01, iş vər. 59-61). Cinayət işinin materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 3-16-16/21-6/4096 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №7” dairəvi möhür əksləri olan iki ədəd zərfdə və bir ədəd polietilen torbada: üzərində “Təqsirləndirilən şəxs2 üzərindən 1 ədəd selofan bükümdə aşkar..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 45,765 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 bükümdə kütlə ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 59,991 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir və üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı yerdən aşkar ..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 7 (yeddi) ədəd selofan bağlamada ayrı-ayrılıqda təmiz çəkisi 1025 qram, 935 qram, 1075 qram, 920 qram, 1005 qram, 980 qram, 725 qram, ümumi təmiz çəkisi 6665 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim olunmuş 2 (iki) ədəd selofan bükümdə və 7 (yeddi) ədəd selofan bağlamada olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim edilmiş 1 (bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların təqdim olunmuş heroin ilə müqayisəli tədqiqatının aparılması mümkün deyildir (cild 01, iş vər. 70- 75). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası 2 nömrəli X2 verilmiş xx.xx.2023-cü il tarixli, 1/3830 saylı məktubdan görünür ki, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 son 10 il ərzində stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X5 müraciət etməmişdir (cild 01, iş vər. 217). Cinayət işinin materiallarında olan Sumqayıt Şəhər Məkəməsinin xx.xx.2023-cü il tarixli 5(060)-543/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis kapitanı Emil Əliyev tərəfindən qəbul edilmiş 31 iyul 2023-cü il tarixli qərar qanuni hesab edilmişdir (cild 01, iş vər. 220). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X17 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 09 sentyabr 2023-cü il tarixli 5795 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs2 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (cild 02, iş vər. 68-69). Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X17 Şəxsindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 18 sentyabr 2023-cü il tarixli 5969 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (cild 02, iş vər. 70-71). Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “Huawei Nova Y61” markalı, 01 ədəd “X20 8” markalı, eləcə də Təqsirləndirilən şəxs2 götürülmüş 01 ədəd “Samsung Galaxy A10” markalı mobil telefonlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə sözügedən 3 mobil telefona baxış keçirilmiş, yalnız Təqsirləndirilən şəxs1 götürülmüş 01 ədəd “Huawei Nova Y61” markalı mobil telefondan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Hadi” adlı şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair yazışmaları və danışıqları, o cümlədən foto şəkillər müəyyən edilmiş, həmin yazışmalar və foto şəkillər çıxarılaraq iş materiallarına əlavə edilmişdir (cild 02, iş vər. 20-24). Cinayət işinin materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı əsasında “Kapital Bank" ASC-dən daxil olmuş, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 4169 7388 1878 3718 nömrəli bank kartı ilə aparılmış əməliyyatları özündə əks etdirən sənədlərə və CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 4169 7388 1878 3718 nömrəli bank kartına hissə-hissə olmaqla ümumilikdə 3750 manat pul terminaldan mədaxil edilmiş və həmin kartdan Təqsirləndirilən şəxs2 məxsus 416973******7169 nömrəli bank kartına hissə-hissə olmaqla ümumilikdə 1875 manat pul göndərilmişdir. Təqdim edilmiş 01 ədəd CD disk baxış keçirilərkən müəyyən edildi ki, diskin içərsindəki fayllarda müxtəlif tarixlərdə yuxarıda qeyd edilən kartla ATM-lərdə əməliyyatlar keçirilən zaman çəkilmiş fotoşəkillər öz əksini tapmışdır. Həmin şəkillərdən müəyyən edilmişdir ki, qeyd olunan kartdan həm Təqsirləndirilən şəxs1, həm də Təqsirləndirilən şəxs2 istifadə etmişdir (cild 02, iş vər. 54- 63). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 206.3.2 və 234.4.2 maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin narkotik vasitənin mənbəyinə görə, o cümlədən qrupun digər üzvləri olan Hadi və digər şəxslər barəsində CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca cinayət işinin ayrılması qərara alınmışdır (cild 02, iş vər. 72-92). İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə xx.xx.1996-cı il tarixdə Şamaxı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu, Novxanı qəsəbəsi, Püstəxanım Əzizbəyov küçəsində yerləşən nömrəsiz fərdi evdə yaşayan Təqsirləndirilən şəxs2 və xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, döngə 2, nömrəsiz evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Sumqayıt şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunaraq şəxslərin olduğu yer müəyyən olunmaqla Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinə gətirilmiş, şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin də iştirakı ilə video çəkilişlə üzərilərnə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı hər birinin üzərindən külli miqdarda narkotik vasitə heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüş, daha sonra Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, döngə 2 ünvanında yerləşən nömrəsiz evə baxış keçirilmiş və həmin ünvandan külli miqdarda narkotik vasitə heroinə bənzər kütlə və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Götürülmüş maddələr məhkəmə fiziki-kimyəvi ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış və Sumqayıt şəhəri, Novxanı bağları yaşayış massivi, döngə 2 ünvanında yerləşən nömrəsiz evə baxış keçirilərək narkotik vasitə və 01 ədəd elektron tərəzinin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Eyni zamanda, Sumqayıt Şəhər Məkəməsinin xx.xx.2023-cü il tarixli 5(060)-543/2023 saylı qərarı ilə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri ilə bağlı qərbul olunan qərar qanuni hesab edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda, sözügedən qərarın 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. CM-in 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi özlərinin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri, habelə cinayət işinin materiallarında olan və biri digərini tamamlayan digər sübutlar vasitəsi ilə tam sübuta yetirilmişdir. Odur ki, onlara qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxslər tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai araşdırma dövründə həm şübhəli şəxs qismində saxlanılarkən və üzərilərnə şəxsi axtarış keçirilərkən, daha sonra şübhəli şəxs qismində ifadə verərkən, habelə daha sonra təqsirləndirilən şəxs qismində dindirilərkən onların hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən dövlət hesabına təmin olunmuş müdafiəçiləri yanında olmuş, lakin bu barədə, yəni aşkar olunan narkotik vasitənin çəkisinin az olması barədə müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barələrində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmiş, etirafedici ifadələr vermişlər. Təqsirləndirilən şəxslər bütün ibtidai istintaq müddətində deyil, yalnız məhkəmə istintaqı zamanı bu halı qeyd etmişlər ki, məhkəmə bu halın müdafiə taktikasından irəli gələn hərəkətlər olması qənaətindədir. Odur ki, bütün bunları ümumiləşdirən məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı qeyd etdiklərinin müdafiə taktiksasından irəli gələn hərəkətlər olması qənaətinə gələrək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, əksinə hər iki təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə müdafiəçinin də iştirakı ilə narkotik vasitənin necə və hansı yolla əldə olunması, saxlanması, daşınması, o cümlədən qabaqcadan əldə olunmuş razılığa əsasən göstərilən xidmətlə onlara ödənilən pulun bölünməsi və s. barədə verdikləri ifadələrini işin faktiki halları və mövcud sübutlarla üstüstə düşdüyünü əsas götürərək, onlara elan olunan ittihamın əsasında məhz Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələri qoyur. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxslərin özlərini qismən təqsirli bilmələrinə dair ifadələrinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan mobil telefonda narkotik vasitələrin qabaqcadan əlbir olan şəxslə razılaşmaqla əldə edilməsinə, o cümlədən aralarındakı razılaşmaya əsasən pulun müqabilində həmin narkotik vasitələrin müxtəlif yerlərə qoyulmasının təmin edilməsinə dəlalət edən məlumatların olması (foto şəkillər və s.) və şəxsin evindən narkotik vasitə heroinlə yanaşı elektron tərəzinin aşkar olunması, aşkar olunan narkotik vasitə heroinin miqdarının şəxsi istehlak miqdarından, həmçinin külli miqdardan çox olması bu nəticəyə gəlməyə əsas verir ki, təqsirləndirilən şəxslər sözügedən cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs halında törətmiş, həmçinin sözügedən narkotik vasitə heroini məhz satış məqsədi ilə əldə edərək saxlamışlar. Həmçinin, məhkəmə kollegiyası müdafiə tərəfin vəsatəti əsasında dindirilən şahid X9 verdiyi ifadəyə də tənqidi yanaşaraq qeyd edir ki, sözügedən şahid Təqsirləndirilən şəxs1 qohumu (bibisi) olan şəxsdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin şəxsin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin xeyrinə ifadə verməsi anlaşılandır. Ona görə də, məhkəmə kollegiyası həmin şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəyə də tənqidi yanaşır və onu əsaslı sübut kimi qəbul etmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №li qərarının 27-ci bəndin də göstərilmişdir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilibedilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilibtörədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli 36 maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edibetməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 210). Təqsirləndirilən şəxs1 əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirə hallar, habelə CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs1 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin kütləsinin çoxluğunu nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (cild 01, iş vər. 211). Təqsirləndirilən şəxs2 əməlində CM-in 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirə hallar, habelə CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 14 iyun 2024-cü il 8 №-li qərarında əks olunan tövsiyyələri, aşkar olunan narkotik vasitənin kütləsinin çoxluğunu nəzərə almaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Cinayət işinin materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023cü il tarixli protokollardan və Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, əvvəli də məhz həmin tarixdən hesablanmaqla barələrində həbs qətimkan tədbiri seçilmişdir (cild 01, iş vər. 22, 40, 165- 175). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər CM-in 56.1.2-ci maddəsinə əsasən onlara təyin ediləcək cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hər iki şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onların şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onların həbsdə saxlanıldığı bütün müddət onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, məhkəmə kollegiyası cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. CPM-in 132-ci maddəsinə əsasən maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 saxlanılan 06 kq 770,306 qram qalmış narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD disk və 02 ədəd CD diskin iş materiallarında saxlanması nəzərə alınmalı, habelə hökm qanuni qüvvəsini aldıqdan sonra 01 ədəd “Huawei Nova Y61” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1 qaytarılmalıdır. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 32,50 AZN (otuz iki manat, əlli qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 barədə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 11 (on bir) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 saxlanılan: - 06 kq 770,306 qram qalmış narkotik vasitə heroin, 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin; - 02 ədəd DVD disk və 02 ədəd CD diskin iş materiallarında saxlanması nəzərə alınsın; - hökm qanuni qüvvəsini aldıqdan sonra 01 ədəd “Huawei Nova Y61” markalı mobil telefon sahibi Təqsirləndirilən şəxs1 qaytarılsın. İş üzrə 65 AZN (altmış beş manat) ekspertiza xərci Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda 32,50 AZN (otuz iki manat, əlli qəpik) olmaqla tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan, (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi andan) 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar