Məhkəmə qərarları › İş №1(124)-260/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-260/2024

27.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-260/2024 27.09.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X4 (sədrlik edən), X2 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X11 qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və vəkili Müdafiəçi5, müdafiəçilər – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Xırdalan şəhər Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Şamaxı rayonu, Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, fərdi əməklə məşğul olmuş, ailəli, məhkumluğu olmayan, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla Şamaxı rayonu, Mədrəsə qəsəbəsində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 145.2.3 və 145.2.4-cü maddələri ilə və xx.xx.1967-ci il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, işsiz, evli, Şamaxı rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla, Şamaxı rayonu Mədrəsə qəsəbəsində yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3 və 145.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan şəxsi bir qrup şəxs halında adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişlər, həmçinin Təqsirləndirilən şəxs1 qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 22 aprel 2023-cü il tarixdə, saat 03 radələrində ünvan 1 ünvanında yerləşən yaşayış evində mobil telefonunun zənginə oyanıb arvadı Şahid1 gecələdiyi yataq otağına daxil olduqda əmisi oğlu yetkinlik yaşma çatmayan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs otaqda yerləşən bir-birinin üzərində qoyulmuş iki ədəd çarpayının arasında olan boşluq hissədə uzanaraq gizləndiyini görüb öz istifadəsində olan mobil telefonla qonşuluqda yaşayan atası Təqsirləndirilən şəxs2 zəng edərək onu yaşadığı evə dəvət etmiş, Təqsirləndirilən şəxs2 evə gəldikdən sonra saat 04 radələrində Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında Zərərçəkmiş şəxs həmin otaqdan qaçmasının qarşısını almaq məqsədi ilə həyətdə saxlanılan qırmızı rəngli sintetik materialdan hazırlanmış iplə onun qollarını bilək və dirsək nahiyəsindən, ayaqlarını isə baldır nahiyəsində kip şəkildə bağlayaraq onu sərbəst hərəkət etmək imkanından məhrum edib sonuncunu yerdə uzanıqlı vəziyyətə iki saat ərzində saxlayaraq bir qrup şəxs halında yetkinlik yaşına çatmayan şəxs Zərərçəkmiş şəxs adam oğurluğu ilə bağlı olmayan qanunsuz azadlıqdan məhrum etmişdirlər. Bundan əlavə Təqsirləndirilən şəxs1 22 aprel 2023-cü il tarixdə, saat 03 radələrində ünvan 1 ünvanında yerləşən yaşayış evində mobil telefonunun zənginə oyanıb arvadı Şahid1 gecələdiyi yataq otağına daxil olduqda əmisi oğlu yetkinlik yaşına çatmayan xx.xx.2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs otaqda yerləşən bir-birinin üzərində qoyulmuş iki ədəd çərpayının arasında olan boşluq hissədə uzanaraq gizləndiyini görüb arvadının əmisi oğlu ilə ona xəyanət etdiyi qənaətinə gələrək Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, bu məqsədlə özünə məxsus mobil telefonla qonşuluqda yaşayan atası Təqsirləndirilən şəxs2 zəng edib sonuncuya məxsus tüfəng və patronları gətirməsini xahiş etmiş, lakin bir müddət sonra atası evinə gələndə tüfəngi və patronları gətirmədiyini görüb Zərərçəkmiş şəxs olduğu otaqdan qaçmasının qarşısını almaq üçün atası ilə bir qrup şəxs halında əllərini və ayaqlarını həyətdən gətirdikləri sintetik materialdan hazırlanmış iplə bağlayıb sonuncunu hərəkət etmək imkanından məhrum edib yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona sağ almacıq nahiyəsinin, sağ çənə nahiyəsinin, sol gözün bayır bucağının, sol almacıq nahiyəsinin, sağ və sol bazu oynaqlarında, kürək sümüyü çıxıntısı proyeksiyasında, sağ diz qapağının ön aşağı səthində, sol dirsək çuxurunda, sağ və sol baldırlarının aşağı 1/3-də, hər iki mil-bilək nahiyələrinin, döş qəfəsinin ön səthində sol tərəfdə qançırları, sol əlinin arxa səthinin səthi yaraları kimi ayrıayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər yetirdikdən sonra Zərərçəkmiş şəxs iki saat ərzində iplə bağlı vəziyyətdə yataq otağında saxlamış, atası Təqsirləndirilən şəxs2 yaşadığı evini tərk edib öz evinə getdikdən sonra saat 05:45-də Zərərçəkmiş şəxs arvadı ilə aralarında olan münasibətə görə qısqanclıq niyyəti ilə öldürmək məqsədi ilə sonuncunun əllərinin bağlandığı ipi bıçaqla kəsib açaraq ondan ilgək düzəldib həmin ilgəyi Zərərçəkmiş şəxs boyun nahiyəsinə keçirərək ipin ucunu əlində saxlayıb sonuncunu ayaqları bağlı vəziyyətdə yataq otağından çıxararaq ayaqüstə evin həyətində yerləşən mətbəx otağına aparmış, mətbəx otağına daxil olduqdan sonra orada Zərərçəkmiş şəxs kiçik masanın üzərinə çıxararaq boyun nahiyəsindən bağlanmış ilgəyi mətbəxin damının taxta arakəsməsinə bağlayıb Zərərçəkmiş şəxs iplə boyun nahiyəsindən asaraq ona yetirilən anda həyat üçün təhlükəli olan, boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində mexaniki asfıksiyaya gətirməklə ölümünə səbəb olan sağlamlığa ağır zərərvurmaya aid stranqulyasiya şırımı xəsarətini yetirərək qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittihamlar üzrə təqsirli bilərək göstərdi ki, O, 2017-ci ildən ailəlidir, 2 uşağı var. Əmisi oğlu Ramin qohum kimi onlara gəlib-gedirdi, ondan heç vaxt şübhələnməmişdir. Hadisə olan gün gecə əmisi oğlu Ramini arvadı Aytacla birlikdə yataq otağında tutub. Həmin gecə səhər tezdən mal bazarına gedəcəyi ilə əlaqədar səhər tezdən durmalı olduğundan uşaqları tezdən narahat etməmək üçün özü qonşu otaqda tək yatmışdır. Telefonun səsinə oyanıb Aytacın yatdığı otağa keçəndə Ramini 2 çarpayının arasında uzanmış görüb şoka düşüb, atasına zəng vurub tüfəngi və 2 ədəd patron gətirməsini deyib. Atası gələnə qədər Zərərçəkmiş şəxs uzandığı yerdən tərpənməyib. O, Zərərçəkmiş şəxs 1 yumruq vurub. Atası gəlib, lakin tüfəngi gətirməyib. Atası da vəziyyəti görüb, hər şeyi başa düşüb. Atası gələndən sonra o, həyətdən ip gətirib Zərərçəkmiş şəxs əlini və ayağını bağlayıb. O, Zərərçəkmiş şəxs əl-ayağını bağlayanda atası Təqsirləndirilən şəxs2 ona deyib ki, ona heç nə eləməsin, Zərərçəkmiş şəxs polisə versin. O isə atasının dedikləri ilə razılaşmayıb və atası ona mane olmasın deyə atasını evdən göndərib. Bundan sonra Zərərçəkmiş şəxs əli və ayaqları bağlı vəziyyətdə ona yaxınlaşıb və özünü öldürmək istəyini, onu buraxsa, onsuz da özü-özünü öldürəcəyini deyib. Zərərçəkmiş şəxs əllərini bağladığı ipi kəsərək onun boynuna keçirib onu həyətdəki mətbəxə aparıb. Zərərçəkmiş şəxs dizlərini qoyub mətbəxdəki stulun üstünə çıxıb, taxta arakəsməyə ipi Zərərçəkmiş şəxs özü bağlayıb, özünün əli-qolu əsdiyindən heç ipi bağlaya bilməyib. Bundan sonra Zərərçəkmiş şəxs özü ayağının altındakı stulu ayağı ilə aşırdıb. Bundan dərhal sonra o, həyətə çıxıb və 102 zəng xidmətinə zəng edərək əmisi oğlunu öldürdüyünü deyib. Zərərçəkmiş şəxs ancaq o, yumruq və təpik vurub, atası Zərərçəkmiş şəxs vurmayıb. Zərərçəkmiş şəxs əl-ayağını atası gələndən sonra bağlayıb, amma atası qapının ağzında dayanıb, ona kömək etməyib. İbtidai istintaq zamanı ona qarşı heç bir təzyiq göstərilməyib, ibtidai istintaqda hər şeyi olduğu kimi danışıb. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə təqsirli bilərək göstərdi ki, hadisə baş verən günü gecə saat 3 radələrində oğlu Təqsirləndirilən şəxs1 ona zəng edərək tüfəngi və 2 patron gətirməsini istəyib. Oğlunun evinə gəldikdə görüb ki, qardaşı oğlu Zərərçəkmiş şəxs gəlininin yataq otağında iki çarpayının arasında uzanıb. O, gördüklərindən dəhşətə gəlib və Raminə şillə vurub. Bundan sonra oğlu Tural həyətdən ip götürüb Zərərçəkmiş şəxs əl-ayağını bağlayıb, daha sonra Zərərçəkmiş şəxs yumruq, təpik vurduqda o, Turala Ramini vurmamasını, həm qardaşı oğlunun, həm də gəlinin ailəsini çağırıb baş verənləri onlara deməsini və polisə məlumat verməsini deyib. Turalın uşaqları səs küyə oyanıb ağladıqları üçün o, uşaqları öz yaşadığı evə aparıb. Bir az sonra oğlu Tural ona zəng edib qardaşı oğlu Raminin özünü öldürdüyünü deyib. O, oğlunun evinə qayıdanda Tural evdə olmayıb, öyrənib ki, oğlu Tural özü polisə təslim olub. Təqsirləndirilən şəxs2 ona verilən suallara cavab olaraq bildirdi ki, həyətdən ipi oğlu Tural gətirib. Həmin vaxt o, Zərərçəkmiş şəxs yanında evin qapısının ağzında dayanıb, ondan niyə belə hərəkət elədiyini soruşub. Bundan sonra oğlu Təqsirləndirilən şəxs1 əlində iplə otağa daxil olub və Zərərçəkmiş şəxs əl-ayağını bağlayıb, bu zaman Zərərçəkmiş şəxs ona müqavimət göstərməyib. Daha sonra o, uşaqları götürüb öz evinə gedib. O, düşünməyib ki, oğlu Tural qardaşı oğlu Ramini öldürə bilər, ona görə də uşaqları evinə özü aparıb. Zərərçəkmiş şəxs mərhum atası ilə münasibətləri yaxşı olub, Raminin atası öləndən sonra da qardaşının ailəsi ilə münasibətləri yaxşı olub. O, belə hadisənin baş verəcəyini bilsəydi, evdən çıxıb getməzdi, bu bir ailənin faciəsidir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, onların əmisigil ilə münasibətləri əvvəllər həmişə yaxşı olub. Hadisə baş verən günü səhər saat 7 radələrində əmisi oğlu Nurlan ona zəng edib qardaşı Raminin harada olduğunu soruşub. O da Raminin yatağında olmadığını və bəlkə də, bazara getdiyini deyib. Bir az keçəndən sonra Nurlan təzədən zəng edib yenə Ramini soruşub və o yenə də Raminin evdə olmadığını deyib. Bir müddət sonra Nurlan zəng edib qardaşı Raminin öldürüldüyünü deyib. O, əvvəlcə inanmasa da, sonradan öyrənib ki, əmisi oğlu Təqsirləndirilən şəxs1 qardaşı Zərərçəkmiş şəxs asıb öldürüb. O, mərhum qardaşının əmisinin ailəsinin namusuna xəyanət etdiyinə inanmır. O, əmisi Təqsirləndirilən şəxs2lə və əmisi oğlu Təqsirləndirilən şəxs1la barışmayıb. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1la 2016-cı ildə ailə qurublar, 2 uşaqları var. Tural anasının əmisi oğludur, birgə nikah dövründə münasibətləri yaxşı olub. Təqsirləndirilən şəxs1la ailə qurana qədər Zərərçəkmiş şəxslə heç bir münasibətləri olmayıb. Zərərçəkmiş şəxslə "Whatsapp" vasitəsilə danışıb, Zərərçəkmiş şəxs ondan xoşu gəlib, amma o Raminə evli, uşaqlı olduğundan bu işin alınmayacağını deyib. Hadisə baş verən gecəsi Ramin ona zəng edib üz-üzə söz demək istədiyini, ona görə onların evlərinə gələcəyini deyib. O, Raminə gəlməməsini deyib, lakin Ramin axşam saat 12 radələrində evə gəlib. Ramin ona məxsus yataq otağına daxil olub, Ramin otağa daxil olan kimi ona sözünü deyib çıxıb getməsini deyib. Lakin Ramin deyib ki, sözünü səhər deyəcək. Bundan sonra Ramin otaqdakı yataqların arasında gizlənib. Saat 2-3 radələrində otaqda Turalın telefonuna zəng gəlib, bu zəngin səsinə Tural otağa daxil olub və Zərərçəkmiş şəxs görüb. Bundan sonra Təqsirləndirilən şəxs1 atasına zəng edib silah və 2 ədəd patron gətirməsini istəyib, 10-15 dəqiqə sonra qayınatası Təqsirləndirilən şəxs2 evə gəlib, lakin özü ilə silah və patron gətirməyib və o, gəldikdən sonra Zərərçəkmiş şəxs gizləndiyi yerdən çıxıb. Bundan sonra Təqsirləndirilən şəxs1 stolun üstündəki bıçağı götürüb və həyətdəki ipi kəsib və həmin iplə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əl-ayağını bağlayıb. Zərərçəkmiş şəxs əl-ayağını bağlayandan sonra Təqsirləndirilən şəxs1 onun anasına zəng edib və anası və qardaşı onların evinə gəliblər. Anası gələndən sonra qayınanası da gəlib və bundan sonra qayınatası uşaqları da götürüb öz evinə gedib. X14 buraxmasını, özünün həyatını məhv etməməsini desə də, Tural həmin evdən Raminin meyitinin çıxacağını deyib. Zərərçəkmiş şəxs evdə olmasını Təqsirləndirilən şəxs1 saat gecə 3 radələrində bilib və saat 6 radələrinə qədər Zərərçəkmiş şəxs sağ olub. Həmin müddət ərzində qayınatası yenidən onların evinə gəlib, lakin evə girməyib, həyətdə olub. Zərərçəkmiş şəxs həyətdəki mətbəxə Təqsirləndirilən şəxs1 aparıb və aparanda asmağa apardığını deyib. Zərərçəkmiş şəxs şəkilləri olduğu üçün qorxub ki, həmin şəkilləri Təqsirləndirilən şəxs1 göstərər. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs əl-ayağını bağlayanda qayınatası ona kömək etməyib, əksinə deyib ki, Zərərçəkmiş şəxs heç nə eləməsin. Zərərçəkmiş şəxs ayaqqabılarını o gizlədib. Məhkəmə iclasında Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi hissəvi elan olunaraq tədqiq edilmiş o, həmin ifadəsində göstərmişdir ki, saat 04:00 radələrində Turalın mobil telefonunun zənginin səsinə yuxudan oyanmış, Turalın mobil telefonunu yatdığı otaqda elektrik şəbəkəyə qoşulmuş, telefonu dərhal şəbəkədən ayırıb Turala vermək üçün telefonu götürüb otaqdan çıxmaq istəmiş, həmin vaxt Tural da telefonun səsinə oyanmış və onun yatdığı otağa daxil olmuşdur. Tural telefona cavab verib Eldəniz adlı qonşu ilə danışarkən Raminin gizləndiyi yerdə balışların tərpəndiyini görmüş, Eldənizlə zəngi sonlandırmış və otaqda işıq yandıraraq çarpayıya tərəf gedib yorğanları aralamışdır. Tural Ramini görüb ondan “bu nədir Aytac” deyə soruşmuş, qorxduğundan, həmçinin heç bir söz tapa bilmədiyi üçün Turala cavab verməmiş, Tural bir daha ondan Raminin evinə gəlməsinin səbəbini soruşmuş, o da cavabında yalandan Raminin ona söz deməyə gəldiyini demişdir. Tural Raminin onunla görüşmək üçün gəldiyini anlayıb hər ikisini öldürəcəyini demiş, o, Turala Ramini buraxmağını, özü gedib özünü öldürəcəyini demiş, lakin Tural onunla razı olmayaraq atası Mahirə zəng edərək tüfəng və iki ədəd patron gətirməsini, ortada namus məsələsinin olduğunu bildirmişdir. Turalın zəngindən təxminən 5-10 dəqiqə sonra qayınatası Təqsirləndirilən şəxs2 evə gəlib yataq otağına daxil olmuş, Tural atasına Ramini onun otağında həmin yerdə gizlənmiş vəziyyətdə tutduğunu demiş, Mahir Raminin yaxasından tutaraq onu çarpayıların arasından çıxarıb döşəməyə atmış və Turalla birlikdə bədənin müxtəlif nahiyələrinə zərbələr endirməyə başlamışlar. Bundan sonra Mahir Raminin qaçmasının qarşısını almaq üçtin Turala onun əllərini və ayaqlarını iplə bağlamağı təklif etmiş, Tural razılaşmış və evin həyətindən qırmızı rəngli sintetik ipi gətirərək atası ilə birlikdə Raminin ayaqları və əllərini bağlamışlar. Tural atası ilə birlikdə Raminin əllərini iki yerdən - həm bilək nahiyədən, həm də dirsək nahiyəsindən, ayaqlarını isə topuq nahiyəsindən iplə kip şəkildə ikiqat bağlamış və Ramini bu vəziyyətdə yataq otağında döşəməsində atmış, Ramini iplə bağladıqdan sonra sonuncu sərbəst hərəkət etmək imkanından məhrum edilmişdir. Tural Ramini öldürəcəyini desə də, qayınatası Təqsirləndirilən şəxs2 onu bu fikirdən çəkindirməyə çalışaraq ona əllərini qana bulamamağı məsləhət görmüş, lakin Tural sakitləşməyərək ya özünü, ya da ki Ramini öldürəcəyini demiş, həmin vaxt səs-küyə oğlu Adəm oyandığından sonuncu qorxmasın deyə Mahir onu götürüb öz evinə aparmışdır. Qayınatası Mahir Təqsirləndirilən şəxs1 Ramini öldürməsinin qarşısını almağa çalışaraq, əlini qana bulamamağı, Ramini bir otağa atıb “qoyun” kimi saxlamasını, ona bu yolla işgəncə verməsini məsləhət görmüşdür. Saat təxminən 05:30 radələrində qayınatası Təqsirləndirilən şəxs2 mal-qaranı açmaq üçün öz evinə getmiş, çıxmazdan əvvəl Turala Ramini öldürməməyi bir daha demişdir. Mahir evdən getdikdən sonra Tural “mən ya Ramini öldürəcəm, ya da ki özümü öldürəcəm” sözlərini demiş, anası Turaldan yalvararaq Ramini açmağı, sonuncunun özü-özünü öldürəcəyini desə də, Tural razılaşmamışdır. Təqsirləndirilən şəxs2 evdən getdikdən təxminən 10 dəqiqə sonra Ramin ayaqüstə duraraq Turaldan onu buraxmağa, özü gedib özünü öldürəcəyini demiş, Tural bıçaqla Raminin əllərinin bağlandığı ipi kəsmiş, ondan ilgək düzəldərək Raminin boğazına keçirmiş, ipin ucunu əlində saxlayıb Ramini həyətə aparmağa başlamış, həmin vaxt Raminin ayaqlan bağlı vəziyyətdə olmuş və sonuncu çətinliklə Turalın arxasınca getmişdir. Tural Ramini otaqdan apardıqdan sonra o, anası Samirə, qardaşı Elgün və qaynananası Dilarə otaqda qalmış, anası Turala mane olub Ramini öldürməsinin qarşısını almaq istəsə də, Tural anasını hədələyərək ona yaxın durmamağını, Ramini asıb öldürəcəyini deyib həyətə çıxmış və evə giriş qapısını çöl tərəfdən bağlamışdır. Tural evdən çıxdıqdan təxminən 5 dəqiqə sonra həyətdəki mətbəxdən «taqqıltı» səsi gəlmiş, o, Turalın Ramini asaraq öldürməsini anlamış, bir neçə saniyə sonra isə Tural otağa daxil olub Ramini asaraq öldürdüyünü demişdir. Anası Turaldan ipi kəsməyi, əlini qana bulamamağı xahiş etsə də, Tural anasına həyətə çıxmağa imkan verməyərək “qoy ölsün” sözlərini demişdir. Daha sonra Tural Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək əmisi oğlu Zərərçəkmiş şəxs iplə asaraq öldürməsi barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, hadisə baş verən günü gecə saat 4 radələrində qızının həyat yoldaşı Təqsirləndirilən şəxs1 ona zəng edib qızını ona xəyanət edərkən tutduğunu deyib və onu öz gözləri ilə görməsi üçün evlərinə çağırıb. O da bunu öz yoldaşına və qayınanasına deməyə utanıb və oğlunu da götürüb qızı Şahid1 evinə gedib. Evə çatan kimi birinci qızını şillə ilə vurub. Qızı ona Zərərçəkmiş şəxs çağırmadığını, özünün məcbur söz demək üçün gəldiyini deyib. O gələndə Zərərçəkmiş şəxs əl-ayağı bağlı olub, Zərərçəkmiş şəxs Turala onsuz da özü-özünü öldürəcəyini deyib və buna görə də onu buraxmasını istəyib. Təqsirləndirilən şəxs2 Turala Zərərçəkmiş şəxs heç nə etməməsini, evdəki işlərini həll etdikdən sonra bu məsələni yoluna qoyacağını deyib. O, Təqsirləndirilən şəxs1 yalvarıb ki, Zərərçəkmiş şəxs öldürməsin, amma Təqsirləndirilən şəxs1 deyib ki, Ramini öldürməsə, gərək özünü öldürsün. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərmişdir ki, hadisə baş verən günü oğlu Amilə qaynı zəng edib deyib ki, Zərərçəkmiş şəxs Mədrəsə qəsəbəsində əmisi oğlu Təqsirləndirilən şəxs1 öldürüb. Sonradan öyrənib ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 evinə gedib və orada Təqsirləndirilən şəxs1 onu öldürüb. O, hadisənin şahidi olmayıb. Oğlu Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs1 münasibətləri çox yaxşı olub, ailələri arasında da münasibətləri yaxşı olub. Həyat yoldaşı 7 il əvvəl silahla öldürülüb. Təqsirləndirilən şəxslərin heç biri ilə barışmayıb, onlardan şikayətçidir. Məhkəmədə təqsirləndiirlən şəxsin anası şahid X1 ifadə verməkdən imtina etdiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, 1989-cu ildə Şamaxı rayonu, Quşçu kənd sakini Təqsirləndirilən şəxs2 ilə ailə həyatı qurmuş, birgə nikahdan 8 övladı dünyaya gəlmişdir. Təqsirləndirilən şəxs1 onun oğludur. Tural 2017-ci ildə Şamaxı şəhər sakini X6 ilə ailə həyatı qurmuş, bir qız, bir oğlan olmaqla iki övladı dünyaya gəlmişdir. Tural və Aytac evləndikdən sonra 2 ay ərzində onlarla birlikdə yaşamış, daha sonra isə qonşuluqda yerləşən Turala məxsus fərdi yaşayış evinə köçmüş və hadisənin baş verdiyi günədək həmin evdə yaşamışlar. Turalla Aytacın münasibətləri həmişə yaxşı olmuş, aralarında heç vaxt narazılıqlar, mübahisələr olmamışdır. Hadisədən təxminən 20 gün öncə qonşuluqda yaşayan Sanya adlı türk əsilli qadın qızı Gültac Hacıyevaya gəlini Aytacın Turalın evdə olmadığı müddətdə bir nəfər oğlanı evə dəvət etdiyini demiş, qızı Gültac bu barədə ona danışmış, o, da bu barədə Aytacın anası Şahid2 demiş, Samirə qızı ilə danışacağını deyib onun yaşadığı evə getmişdir. Bundan sonra Aytac ondan Turalın evdə olmadığı müddətdə oğlanı evə dəvət etməsini ona konkret kimin dediyini soruşmuş, o, cavabında bu barədə ona qonşuların dediyini bildirmiş, Aytac isə ona Turalın evdə olmadığı müddətə evlərinə yalnız qardaşlarının gəldiyini demişdir. O, Aytaca inanmış və bu barədə Turala bir söz deməmişdir. 21 aprel 2023-cü il tarixdə səhər saatlarında əri Təqsirləndirilən şəxs2, oğlu Təqsirləndirilən şəxs1 və gəlini Şahid1 sonuncunun babası Durağa Hacıyevin ildönümü mərasimi ilə bağlı Şamaxı rayonu, Quşçu kəndinə gedib mərasimdə iştirak etmiş, daha sonra ailəlikcə Mədrəsə qəsəbəsinə qayıtmış, həmin gün saat 18:00 radələrində qızı Nurtac Hacıyevanın nişan mərasimin tarixinin dəqiqləşdirilməsi ilə bağlı yaşadıqları evdə yığıncaq olmuş, Tural və Aytac da övladları ilə birlikdə saat 20:00 radələrində evlərinə qonaq gəlmiş və həmin gün saat 23:00 radələrində Tural, Aytac və uşaqlarla birlikdə çıxaraq öz evlərinə getmişlər. 22 aprel 2023-cii il tarixdə gecə saat 03:45 radələrində əri Təqsirləndirilən şəxs2 nəvəsi Adəmi evə gətirdiyini görmüş, Mahirdən nə baş verdiyini soruşsa da, o bir söz demədən evdən çıxmışdır. Narahat olduğu üçün küçəyə çıxaraq Mahirin arxasınca Turalın evinə tərəf getmiş, yolda Mahir ona Turalın əmisi oğlu Zərərçəkmiş şəxs arvadı Aytacla birlikdə yataqda tutduğunu və ona zəng edərək evinə çağırdığını demişdir. Turalın evinə gəlib yataq otağına daxil olduqda Turalın əmisi oğlu Rahim Hacıyevin əlləri və ayaqları iplə bağlı vəziyyətdə yerdə uzandığını görmüş, həmin vaxt Tural və Aytac da həmin otaqda olmuşlar. Gəlini Aytacın oğluna Raminlə xəyanət etdiyini anlayıb onları tənbeh edib utandırmış və onları kənddə biyabır etdiklərini demiş, Aytaca yaxınlaşıb onun sifət nahiyyəsindən bir dəfə şillə vurub bunları izah etməyə tələb etmiş, Aytac isə ona “məni it yerinə gedib bağla, qoyma Tural məni öldürsün” sözlərini deyib onun yanında oturmuşdur. Daha sonra Turaldan Ramini niyə bağlı vəziyyətdə evdə saxladığını, onu açıb buraxmağı demiş, lakin Tural ona Ramini buraxmayacağını ya özünü, ya da Ramini öldürəcəyini demiş, həmin vaxt Tural özündə olmamış, Ramini öldürəcəyini demiş, əri Mahir isə onu sakitləşdirərək əllərini qana bulalamağa xahiş etmişdir. Yerdə uzanmış Ramin Turaldan onu buraxmağı, özü gedib özünü öldürəcəyini demiş, lakin Tural ona bu evdən sağ çıxmayacağını bildirmişdir. Turaldan Aytacın anası Şahid2 evə çağırmağı xahiş etmiş, Tural Samirəyə zəng edərək onu evə çağırmış, təxminən 15-20 dəqiqə sonra Şahid2 oğlu Şahid3la birlikdə evə gəlmiş və ilk növbədə qızı Aytacı utandıraraq ona bir neçə dəfə şillə vurmuş, daha sonra isə yerdə uzanmış Ramini danlamağa başlamışdır. Samirə də Turaldan Ramini öldürməməyi, onu buraxmağı, sonuncunun gedib özü-özünü öldürəcəyini demiş, lakin Tural heç kimə qulaq asmamışdır. Saat təxminən 05:30 radələrində əri Təqsirləndirilən şəxs2 mal-qaranı buraxmaq üçün evinə gedəcəyini deyib, evdən çıxıb getmiş, çıxarkən də Mahir Turala bir daha Ramini öldürməməyi, onu bağlı vəziyyətdə atıb üç gün saxlamağı demişdir. Mahir evdən getdikdən təxminən 10 dəqiqə sonra Tural ya özünü, ya da Ramini öldürməli olduğunu demiş, Samirə ondan Ramini buraxmağa, özü-özünü öldürcəyini bildirmiş, Ramin ayaqüstə qalxıb onun əllərini açmağa, Turala özü-özünü öldürəcəyini demişdir. Tural bıçaqla Raminin qollarındakı ipi kəsərək əllərini açmış və həmin ipdən ilgək düzəldərək onu Raminin boğazına keçirmiş, daha sonra Ramini asıb öldürəcəyini deyib, ilgəyin ipini əlində saxlayıb onu həyətə tərəf aparmış, Raminin ayaqları bağlı vəziyyətdə olduğundan o, qarış-qarış Turalın arxasında gəlmişdir. Tural Ramini öldürməya apararkən Samirə bunun qarşısını almağa çalışmış, o Aytacla birlikdə bir söz demədən evin zal otağında oturmuş, həmin vaxt şok vəziyyətdə olduğundan və qorxduğundan baş vermiş hadisələrə ümumiyyətlə müdaxilə etməmişdir. Tural evdən həyətə çıxaraq arxasında qapını çöldən bağlamış və Samirə onun arxasınca çıxa bilməmişdir. Tural evdən çıxdıqdan təxminən 5 dəqiqə sonra evə bitişik olan mətbəx otağından taqqıltı səsi gəlmiş, həmin vaxt Turalın Ramini asaraq öldürməsini anlamış, həmin səsdən təxminən 15-20 saniyə sonra Tural qapını açaraq evə daxil olmuş və Ramini iplə asıb öldürdüyünü demişdir. Həmin vaxt X13 asdığı ipi kəsməyi, əllərini qana bulalamağı desə də, Tural Samirəyə mətbəxə keçib ipi kəsməyə imkan verməmişdir. Tural Ramini asdıqdan sonra Aytaca tərəf gedərək onu da öldürəcəyi deyib yerdə ipi götürüb ilgək düzəldərək Aytacdan boğazına keçirmək istəmiş, lakin Samirə ondan qızını öldürməməsini xahiş etdikdən sonra Tural Aytacı öldürməyə cəhd etmədən fikrindən daşınmışdır. Daha sonra Tural ondan dəftər istəmiş, ona dəftər və gələm verdikdən sonra Tural həmin dəftərə özündə saxlanılan mal-qaranın ümumi sayını və həmin heyvanların konkret kimə məxsus olmasını qeyd edərək həmin dəftəri ona vermiş, daha sonra Tural özünə məxsus mobil telefonla Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək əmisi oğlu Zərərçəkmiş şəxs asaraq öldürməsi barədə məlumat vermişdir. Bundan sonra Turalın mobil telefonuna zəng gəlmiş və sonuncu ona uşaqlarından muğayat olmağı, onları Aytaca verməməyi tapşırıb evdən çıxmışdır. Tural evdən çıxdıqdan təxminən 10 dəqiqədən sonra polis əməkdaşları evinə gəlmiş, polis əməkdaşları evə gəldikdən sonra əri Təqsirləndirilən şəxs2 da evə gəlmiş və mətbəx otağına keçib Raminin iplə asılmış vəziyyətdə olan meyitini görüb “gərək öldürməyəydi” sözlərini demişdir. O, Zərərçəkmiş şəxs ayaqları və əlləri əri Təqsirləndirilən şəxs2 və oğlu Təqsirləndirilən şəxs1 tərəfindən bağlanmış, Zərərçəkmiş şəxs ayaqlarının və qollarının iplə bağlanmasında məqsəd sonuncunun qaçmasının qarşısını almaq olmuşdur. Oğlu Təqsirləndirilən şəxs1 əmisi oğlu Zərərçəkmiş şəxs asaraq öldürdüyü vaxt evdə o, qudası Şahid2, sonuncunun oğlu Şahid3 və gəlini Şahid1 olmuş, Tural Ramini asmaq üçün ipdən ilgək düzəldib onu həyətdə yerləşən otağa apararkən evə giriş qapısını bağlamış, heç biri onun dalınca həyətə çıxa bilməmiş, bu səbəbdən evdə olan şəxslərdən heç kim Turalın Ramini öldürməsini görməmişdir. O, Turalın evinə gəldikdən sonra Zərərçəkmiş şəxs təxminən iki saat ərzində əlləri və ayaqları iplə bağlı vəziyyətdə yerdə uzandırılmış, o gəlməzdən öncə Raminin hansı müddət ərzində bağlı qaldığını bilmir, Zərərçəkmiş şəxs əlləri və ayaqlan iplə kip şəkildə bağlı vəziyyətdə olduğundan onun hərəkət etmək imkanı olmamışdır. Əri Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs öldürülməsində hər hansı şəkildə iştirak etməmiş, Tural Ramini öldürərkən o ümumiyyətlə evdə olmamış, o öz evində olmuş və evdən gedərkən Turala Ramini öldürməməyi sadəcə olaraq onu əlləri və ayaqları bağlı vəziyyətdə saxlamağını, əllərini qana bulamamağını demişdir. Təqsirləndirilən şəxs2 yalnız Turalla birlikdə Raminin əllərini və ayaqlarını iplə bağlamış, o, Turalın Ramini öldürməsini istəməmişdir. Ramini öldürdükdən sonra Tural Aytaca onu da öldürəcəyini deyib yerdən ip götürsə də, Satnirənin sözlərindən sonra fikrindən daşınmış və Aytacı öldürmək üçün heç bir hərəkət etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 22 aprel 2023-cü il tarixdə saat 06:00 radələrində qışlaqda olarkən Təqsirləndirilən şəxs1 mobil telefonla ona zəng edib adam öldürdüyünü demiş, Turaldan nə baş verdiyini soruşduqda sonuncu ona əmisi oğlu Zərərçəkmiş şəxs gecə saatlarında evinə arvadı Şahid1 yanına gəldiyini, arvadı ona Raminlə xəyanət etdiyi üçün Ramini öldürdüyünü demişdir. Məhkəmədə iştirak etməyən Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun məhkəmədə dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən edilmişdir. Məhkəmədə iştirak etməyən Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş, o, həmin ifadəsində göstərmişdir ki, 21 aprel 2023-cü il tarixdə saat 23:00 radələrində istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Turala zəng edərək növbəti gün, yəni 22 aprel 2023-cü il tarixdə səhər saatlarında qoyunlarını bazara çıxarmaq istədiyini deyib onunla birlikdə bazara çıxmasını təklif etmiş, Tural təklifini qəbul etmiş və səhər tezdən duranda ona zəng edib yuxudan oyatmağını xahiş etmişdir. Növbəti gün, yəni 22 aprel 2023-cü il tarixdə saat 03:30 radələrində istifadəsində olan ***-***-**-** mobil nömrədən Turala zəng edib həyətə gəlməsini demiş, Tural da danışıq zamanı ona “gəlirəm” deyə cavab vermişdir. Təxminən 10-15 dəqiqə sonra Tural ona bir dəfə qısa zəng etdiyini görmüş, dərhal ona geri zəng etmiş, danışıq zamanı Tural ona evdən çıxarkən sürüşərək yerə yıxıldığını, ayağından xəsarət aldığından həmin gün bazara gedə bilməyəcəyini, ondan heyvanlarını bazara apararaq satmasını xahiş etmişdir. Həmin gün səhər saat 08:00 radələrində evə qayıdarkən Turalın yaşadığı evin qarşısında çoxlu sayda şəxslərin, o cümlədən polis əməkdaşlarının olmasını görmüş, qonşulardan nə baş verdiyi soruşmuş və yalnız bundan sonra Turalın namus üstündə əmisi oğlunu qətlə yetirdiyini öyrənmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” 22 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə ünvan 2 ünvanında yerləşən Təqsirləndirilən şəxs1 məxsus fərdi yaşayış evində baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “meyitə baxış keçirilməsi haqqında” 22 aprel 2023-cü il tarixli protokoldan görünür ki, meyitin boynunun ön səthində qalxanvari qığırdaqdan yuxarı, sol yan səthində qulaq sırğahğından 2 sm. aşağı, sol yan səthində qulaq sırğalığından 3.5 sm aşağı açıq, öndən arxaya və aşağıdan yuxarı çəp istiqamətdə yerləşmiş, ikiqat 38 sm. uzunluqda stranqulyasion şırımı vardır. Şırım qəhvəyimtil boz rəngdə olub, eni 3 mm, dərinliyi 1 mmə qədərdir. Şırım hər iki tərəfdən ənsə nahiyəsinə keçməklə başın tüklü hissəsində itir. Meyitin sol qaşın qurtaracaq hissəsində 3,0x2,0 sm, sol almacıq nahiyəsində 2,5x2,3 sm, sağ çənə ucu nahiyəsində 3,0x2,5 sm, sol bazu oynağının yan səthində 3.8x3,2sm, sağ bazu oynağının yan səthində 4,0x3,5 sm, sağ dirsək çuxurları proyeksiyasında l,3x0,9sm, sol baldırın orta 1/3-nin ön səthində, hər iki baldırın aşağı 1/3-də zolaq şəkilli, bir-birinə paralel yerləşən qırmızımtıl-çəhrayı rəngli qançırlar, sol əlin arxa səthində İİ-İİİ barmaqların 1-ci falanqa proyeksiyası üzrə, üzərində tam qurumamış qanlı l,2xl,0sm, 1.4xl.2sm ölçülərdə səthi yaralar, döş qəfəsinin ön-yan səthində, körpücük xətti üzrə X-Xİ- Xİİ qabırğalar səviyyəsində 9,0x8,0 sm, döş qəfəsinin ön səthində, solda, qarın nahiyəsinə keçən hissədə 11x7.0 sm ölçülərdə çəgrayımtıl-qırınızı rəngli, qeyri-müəyyən formalı qançırlar vardır. Meyitin bədən səthində başqa xəsarət aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 04 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin bədəni üzərində aşkar olunmuş xəsarətlər - boyun nahiyəsində ikiqat, bir qədər aşağıdan yuxarı, çəp, tam qapanmayan stranqulyasiya şırımı, sağ almacıq nahiyyəsinin, sağ çənə nahiyəsinin, sol gözün bayır bucağının, sol almacıq nahiyəsinin, sağ və sol bazu oynaqlarında, kürək sümüyü çıxıntıları proyeksiyasında, sağ diz qapağının ön aşağı səthində, sol dirsək çuxurunda, sağ və sol baldırlarının aşağı 1/3də, hər iki mil-bilək nahiyələrinin, döş qəfəsinin ön səthində solda qançırları, sol əlin arxa səthinin yaraları. Həmin xəsarətlər həyatidirlər, ölümündən əvvəl kül əşya (əl və ayaq zərbələri) təsirindən, boyun nahiyəsinin stranqulyasiya şırımı, hər iki mil bilək nahiyələrinin, dirsək çuxuru nahiyələrinin və hər iki baldır nahiyələrinin qançırları ekspertizaya təqdim edilmiş təsərrüfat üçün nəzərdə tutulmuş ipin təsirindən törənməyə uyğun gəlirlər. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən boyun nahiyyəsinin şırımı yetirilən anda həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aiddir. Digər xəsarətlər - qançırlar və səthi yaralar isə ayrı-ayrılıqda və ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlər qrupuna aiddirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb boyun üzvlərinin ilgəklə sıxılması nəticəsində baş vermiş mexaniki asfıksiya olmuşdur. Ölümün baş verməsi meyitin məhkəmə tibbi müayinəsindən 4-6 saat əvvələ uyğundur. Zərərçəkmiş şəxs meyitinin pozası dəyişdirilməmişdir, yəni ölüm baş verdikdən sonra meyit bir yerdən digər yerə aparılmamışdır. Zərərçəkmiş şəxs xəsarətlər yetirilərkən ayaq üstə və yarım oturaq vəziyyətlərdə olmuşdur. Zərərçəkmiş şəxs meyitinin qollarında və ayaqlarında iplə bağlanmağa uyğun gələn xəsarətlər vardır. Zərərçəkmiş şəxs əynində olan paltarların liflərində cırılmalar, tikilişlərində sökülmələr aşkar edilmədi. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin qarşılıqlı mübarizə və əlbəyaxa olmaları zamanı almasının təyini məhkəmə-tibbi ekspertin səlahiyyətlərinə aid deyildir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli, 5/604 nömrəli rəyindən görünür ki, təqdim edilmiş “Samsung Galaxy A04S” və “Xiaomi Redmi 10C” markalı mobil smartfonların yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, audio, foto, video fayllar, “Whatsapp (azerplu$2)” proqram təminatları vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan və yaddaşından pozulmuş məlumatlar müəyyən olundu. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” 29 may 2023-cü il tarixli protokoldan görünür ki, yaddaş kartında olan fayllar açıldıqda Zərərçəkmiş şəxs istifadəsində olmuş mobil telefonun yaddaşından pozulmuş lakin “cash” yaddaşında qalmış Zərərçəkmiş şəxs Şahid1 ilə qucaqlaşmaları, bir-birini öpmələrini əks etdirən fotoşəkillər aşkar edildi, fotoşəkillərin hadisənin baş verdiyi Şahid1 yaşadığı evdə çəkilməsi görünür. Mobil telefonun “cash” yaddaşında həmçinin Şahid1 Zərərçəkmiş şəxslə müxtəlif tarixlərdə «Whatsapp» mobil tətbiqində videozəng formatında danışıqlarını əks etdirən ekran görüntüləri (screenshot-lar) vardır. Həmin fotoşəkillərdən Zərərçəkmiş şəxs Şahid1 ilə sevgi münasibətlərində olmaları görünür. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən məhkəmə ekspertizasının 30 may 2023-cü il tarixli, 6/2514 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olan şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus köynəyin tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1677 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək İqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə baş verənləri düzgün qavramaq və təsvir etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 ictimai təhlükəli əməli törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs1 əqli və intellektual imkanları normaya uyğundur. Özünə hörmət tələb etmək, özünəməxsus mövqeyə malik olmaq, inadkarlıq və s. kimi fərdi-psixi xüsusiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixi-emosional halında hirslilik, qəzəb yaranmışdır. Həmin halın yaranma səbəbləri situasiya ilə şərtləşmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1744 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 hal-hazırda öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Buna görə də, Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 qərarda təsvir olunan ictimai təhlükəli əməli törədərkən onda hər hansı psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 hazırkı psixi vəziyyətinə görə onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs2 baş verənləri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanlarına görə baş verənləri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs2 ictimai təhlükəli əməli törədərkən fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs2 əqli-intellektual imkanları normaya uyğundur, emosionallıq, inadkarlıq, özünə qarşı hörmət tələb etmək kimi xarakterik xüsusiyyətlərinə malikdir. Təqsirləndirilən şəxs2 cinayət əməli törədərkən psixi-emosional vəziyyətində situasiya ilə əlaqəli emosionallıq, hirslilik yaranmışdır. Emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və iradi nəzarət etmək iqtidarında olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs1 məxsus “mobil telefona baxış keçirilməsi haqqında” 01 may 2023cü il tarixli protokoldan görünür ki, mobil telefonun “Zənglər” bölməsində “Papa” adlı ilə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsindən 22 aprel 2023-cü il tarixdə saat 03:45də zəng daxil olmuş və danışıq 48 saniyə davam etmiş, həmin tarixdə saat 03:53-də zəng daxil olmuş və danışıq 11 saniyə davam etmiş, həmin tarixdə saat 03:55-də zəng daxil olmuş danışıq 13 saniyə davam etmiş, həmin tarixdə saat 04:31-də zəng daxil olmuş, danışıq 16 saniyə davam etmişdir, mobil telefondan “Papa” adlı ilə qeyd edilmiş 051-716- 19-67 mobil telefon nömrəsinə 22 aprel 2023-cü il tarixdə saat 05:53-də zəng edilmiş və danışıq 3 dəqiqə 20 saniyə davam etmişdir. Mobil telefon yaddaşında “Dibara” adı ilə qeyd edilmiş 050- ***-**-** mobil telefon nömrəsindən 22 aprel 2023-cü il tarixdə saat 03:20-də, 03:37-də və saat 04:01-də zənglər daxil olmuş və danışıqlar müvafiq olaraq 13, 10 və 13 saniyə davam etmişdir. Mobil telefondan 22 aprel 2023-cü il tarixdə saat 05:45-də Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edilmiş və danışıq 44 saniyə davam etmişdir. Mobil telefonun yaddaşında “Ağanur” adlı ilə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsinə 22 aprel 2023-cü il tarixdə saat 05:59 və 06:09 zəng edilmiş və danışıqlar müvafiq olaraq 1 dəqiqə 50 saniyə və 04 dəqiqə 02 saniyə davam etmişdir. Şamaxı rayon polis şöbəsinin növbətçi hissəsinin xidməti telefonu olan (020)-265-21-01 nömrəsindən 22 aprel 2023-cü il tarixdə saat 05:47-də zəng daxil olmuş və danışıq 23 saniyə davam etmişdir. Mobil telefonun “Qalereya” bölməsinin “Videolar” qovluqda iş üçün əhəmiyyət kəsb edən V1D_20230422_033042 və VİD_20230422_053236 adlı iki ədəd videofayl aşkar edildi. VİD_20230422_033042 adlı videofayl 14 saniyə davam edir. mobil telefona qeydə alınmışdır. Videogörüntü barədə “ümumi məlumatlar” bölməsindən görünür ki video 22 aprel 2023-cü il tarixdə saat 03:30-da qeydə alınmışdır. Videogörüntünü qeydə alan şəxsin səsindən və danışıq tərzindən onun iş üzrə Təqsirləndirilən şəxs1 tərəfindən çəkildiyi təəssüratı yaranır. Videogörüntü hadisənin baş verdiyi, Təqsirləndirilən şəxs1 məxsus fərdi yaşayış evinin yataq otağında qeydə alınmışdır. Videogörüntüdə mərhum Zərərçəkmiş şəxs yataq otağında biri-birinin üzərinə qoyulmuş iki ədəd çərpayının arasında olan boş sahəyə girərək paltarlı vəziyyətdə uzanmış halda gizləndiyi, Şahid1 isə yataq otağında olan ikinəfərlik çərpayının üzərində paltarlı vəziyyətdə oturduğu görünür. Videonu qeydə alan şəxs çəkiliş zamanı “mənim sübutum olsun ki, mənim sənin kimi qəhbəni öldürəndən sonra" və “bax bu şərəfsizə, girib bura” sözlərini deyir. VİD_20230422_053236 adlı videofayl 06 saniyə davam edir. Videogörüntü barədə “ümumi məlumatlar” bölməsindən görünür ki video 22 aprel 2023-cü il tarixdə saat 05:32-də qeydə alınmışdır. Videogörüntüdə Zərərçəkmiş şəxs ayaqlaı və qolları bağlı vəziyyətdə dizləri üstə oturur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Təqsirləndirilən şəxs2 məxsus “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, mobil telefonun “Zənglər” bölməsində telefonun yaddaşda “Tural” adlı ilə qeyd edilmiş ***-***-**-** mobil telefon nömrəsindən 22 aprel 2023-cü il tarixdə saat 03:41-də zəng daxil olmuş, lakin zəngə cavab verilməmiş, 03:44-də “Tural”-dan zəng daxil olmuş və danışıq 06 saniyə davam etmiş, 22 aprel 2023-cü il tarixdə saat 03:44-də, saat 03:52-də və 03:55-də mobil telefondan “Tural” adı ilə qeyd edilmiş şəxsə zənglər edilmiş və danışıqlar müvafiq olaraq 48 saniyə, 12 saniyə və 14 saniyə davam etmişdir. Həmin tarixdə saat 04:30-da və “Tural”-dan zəng daxil olmuş və danışıq 3 saniyə davam etmişdir. Həmin tarixdə saat 04:31-də “Tura!a”-a zəng edilmiş və danışıq 16 saniyə davam etmişdir. 22 aprel 2023-cü il tarixdə saat 05:53-də Tural” adlı ilə qeyd edilmiş ***-***-**-** nömrəsindən zəng daxil olmuş, danışıq 3 dəqiqə 19 saniyə davam etmişdir. Mobil telefonun “Qalereya” bölməsinin “Foto” adlı qovluğunda iş üçün əhəmiyyət kəsb edən 03 ədəd fotoşəkil aşkar edildi. Fotoşəkillərdən ikisində mərhum Zərərçəkmiş şəxs bilək və dirsək nahiyələrindən iplə bağlı vəziyyətdə hadisənin baş verdiyi yataq otağında yerdə uzanmış vəziyyətdə olması görünür. Fotoşəkillərin “detallar” bölməsindən görünür ki, şəkillər 22 aprel 2023-cü il tarixdə saat 04:39-da çəkilmişdir. Üçüncü şəkildə isə Zərərçəkmiş şəxs olması təəssüratını yaradan şəxsin qaranlıq otaqda yerdə uzanmış vəziyyətdə olması görünür. Fotoşəkilin “detallarından” onun 22 aprel 2023-cü il tarixdə saat 05:02 çəkildiyi müəyyən edildi. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 23 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 DİN-nin “102”-nin operatoru olan qadın cinsi şəxslə danışaraq əmisi oğlu Zərərçəkmiş şəxs öldürdüyünü bildirir. Cinayət işinin materiallarında olan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Mədrəsə qəsəbə inziabti ərazi dairəsi üzrə nümayəndəliyindən təqdim edilmiş xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları yer üzrə müsbət xarakterizə olunurlar. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunaraq cinyət işi materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2018-ci il və xx.xx.2021-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunaraq cinyət işi materiallarına əlavə edilmiş çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2010-cu il, xx.xx.2007-ci və xx.xx.2007-ci il təvəllüdlü üç yetkinlik yaşına çatmamış uşağı vardır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayəti törədərkən məhkumluğu olmayan şəxsdir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə az ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən cinayət qanunvericiliyinin maddi və prosessual normalarının tələbləri ilə yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının izah və tövsiyələrini də rəhbər tutur. Məhkəmə kollegiyası məhkəmə iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, həmçinin Şahid1 Təqsirləndirilən şəxs2 münasibətdə verdikləri ifadələrinə tənqidi yanaşaraq qeyd edir ki, həmin ifadələr iş materiallarında olan digər mötəbər sübutlarla, həmçinin onların ibtidai istintaq zamanı verdikləri ifadələri ilə ziddiyət təşkil etdiyindən Təqsirləndirilən şəxs2 ittihamının əsasına onların ibtidai istintaq zamanı verdikləri ifadələrini və iş materiallarında həmin xüsusatı təsdiq edən digər sübutları qoyur. Beləliklə, məhkəmə kollegiyası, cinayət işinin materiallarını və mövcud sübutları hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları cinayət əməllərini törətmələri məhkəmədə Təqsirləndirilən şəxs1 etirafedici ifadəsi (özünə münasibətdə) və şahidlərin ifadələri ilə, digər təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir və həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər kateqoriyasına aid edilirlər. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 145.2.3 və 145.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3 və 145.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam sübuta yetirilmişdir. Onlar qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 145.2.3 və 145.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3 və 145.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə görə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edərkən törədilən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayət törədən şəxsin şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən, könüllü gəlib təqsirini boynuna almasını isə CM-in 59.1.10cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və onun əməlində CM-nin 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 barəsində təyin ediləcək cəzanın həddi barədə CM-nin 60.1-ci maddəsinin tələblərini xatırladır. Belə ki, CM-nin 60.1-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 himayəsində üç yetkinlik yaşına çatmamış uşağının olması CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınlr və onun cəzasını ağırlaşdıran halların müəyyən olunmadığı qeyd olunur. Qeyd edilən halları, həmçinin cinayət qanunvericiliyinin normalarında göstərilənləri nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi CM-nin 120.1, 145.2.3 və 145.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 isə təqsirli bilindiyi CM-in 145.2.3 və 145.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli, lakin Təqsirləndirilən şəxs2 təyin olunan azadlıqdan məhrumetmə növündə cəza sınaq müddəti ilə şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edən məhkəmə məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən isə məhkəmə şərti məhkumetmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, cəza təyin edilərkən şəxsin sosial və psixoloji kriteriyalarına xüsusi önəm vermək lazımdır. Şəxsin sosial kriteriyası onun qanunlara və digər sosial normalara, əməyə, ictimai vəzifələrə, ailəyə münasibətini, təhsilini, tərbiyəsini və sair sosial şərtləri özündə əks etdirir. Şəxsin psixoloji kriteriyası isə onun xarakterini, iradəsini, qabiliyyətini və digər şəxsiyyətə xas olan cəhətlərini özündə ehtiva edir. Bu cəhətlərin tədqiq olunması və qiymətləndirilməsi şəxsin mənəvi deqradasiyaya məruz qalıbqalmamasını, törətdiyi cinayətin onun anticəmiyyət yönümünün məntiqi nəticəsi olduğunu, yoxsa təsadüfi olaraq baş verdiyini, şəxsin islah olunması üçün hansı imkanların olması və bununla bağlı hansı qanuni vasitələrin seçilməsini müəyyənləşdirmək üçün çox vacibdir. Bundan əlavə bütün hallarda təqsirləndirilən şəxsə təyin edilən cəza heç bir mənada təqsirləndirilən şəxsin nə özünə, nə də onun ailəsinə, yaxınlarına sitəm vermək məqsədi daşımamalı, yalnız onun islah olunmasına xidmət etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, törədilmiş cinayət əməli zərərçəkmiş şəxsin ailəsi ilə yanaşı, eyni nəsildən olan təqsirləndirilən şəxslərin də ailələri üçün bir faciədir. Məhkəmə iclaslarında dindirilmiş şəxslərin ifadələrindən də göründüyü kimi Təqsirləndirilən şəxs2 oğluna dəfələrlə xəbərdarlıq edib, məsələni söhbət edərək həll etmək üçün çalışıb. Bundan başqa təqsirləndirilən şəxslərin hər ikisi ailələrinin maddi təminatını təmin edə biləcək, yeganə kişi cinsli şəxslərdirlər. Onların hər ikisinin azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmələri, cinayət qanunvericiliyinin humanizm və ədalət prinsipləri ilə bir araya sığışmamaqla yanaşı, cəzanın məqsədlərini də özündə ehtiva etmir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 şəxsiyyətini, onun davranışlarını, hadisədən əvvəlki, hadisə vaxtı və hadisədən sonrakı hərəkətlərini ardıcıl şəkildə hərtərəfli müzakirə edərək hesab edir ki, hazırkı halda Təqsirləndirilən şəxs2 ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı real olaraq çəkmədən də islah oluna bilər. Mövcud sübutlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs heç də daim münaqişələrin mərkəzində olan, özü, ailəsi və kənar şəxslər üçün problemlər yaradan, cəmiyyət üçün təhlükəli və islah olunması mümkün olmayan şəxs deyildir. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə törətdiyi əməldən səmimi peşman olmasını, ailə dramı nəticəsində cinayət əməlinin törədilməsini, onun yaşını, cinayət əməlinin törədilməsində onun rolunu, yəni övladı Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsi həyatdan məhrum edən zaman hadisə yerində olmamasını, bir evdən iki şəxsin (ata və oğulun) real olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinin ədalətli olmamasını və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli sərəncamında qeyd edilən tövsiyələrini əsas götürərək, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə növündə cəzanı real olaraq çəkmədən şərti qaydada sınaq müddəti tətbiq etməklə islah olunmasını mümkün sayaraq onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 22 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 aprel 2023-cü il tarixdə Şamaxı Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şübhəli şəxs kimi tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 22 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 24 aprel 2023-cü il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı Təqsirləndirilən şəxs1 faktiki azadlığının məhdudlaşdırıldığı 22 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 barəsində CM-nin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət Şamaxı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməli, onun üzərinə davranışlarına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerlərini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə, gəldiyi nəticələri həm prosessual normaların tələbləri baxımından, həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli qərarının izah və tövsiyələri baxımından əsaslı hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Şamaxı rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli sviter, 01 ədəd qara rəngli jilet, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli cins şalvar və 01 ədəd bej rəngli boğazlı sviter hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Huawei” markalı mobil telefon onun yaxın qohumlarından birinə, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “’Samsung” markalı mobil telefon onun hüquqi varisinə və ya anasına, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Xiaomi” markalı mobil telefon və Şahid1 məxsus 01 ədəd “”Xiaomi” markalı mobil telefon isə onların özlərinə qaytarılmalı, məhkəməkomputer-texniki ekspertizasından daxil olmuş 01 ədəd yaddaş kartının Şamaxı rayon prokurorluğunda, 06 ədəd diskin isə iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 157 (yüz əlli yeddi) manat və Təqsirləndirilən şəxs2 77 (yetmiş yeddi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 145.2.3 və 145.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona CM-nin 120.1-ci maddəsi ilə 10 il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 145.2.3 və 145.2.4-cü maddələri ilə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respulikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və onun cəzaçəkmə müddətinin başlanğıcı 22 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 145.2.3 və 145.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti ilə şərti hesab edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışına nəzarət onun daimi qeydiyyatda olduğu yer üzrə Şamaxı Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Şamaxı rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli sviter, 01 ədəd qara rəngli jilet, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qara rəngli cins şalvar və 01 ədəd bej rəngli boğazlı sviter hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub Şamaxı rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs1 məxsus 01 ədəd “Huawei” markalı mobil telefon onun yaxın qohumlarından birinə, Zərərçəkmiş şəxs məxsus 01 ədəd “’Samsung” markalı mobil telefon onun hüquqi varisinə və ya anasına, Təqsirləndirilən şəxs2 məxsus 01 ədəd “Xiaomi” markalı mobil telefon və Şahid1 məxsus 01 ədəd “”Xiaomi” markalı mobil telefon isə onların özlərinə qaytarılsın. İş üzrə maddi sübut olan məhkəmə-komputer-texniki ekspertizasından daxil olmuş 01 ədəd yaddaş kartının Şamaxı rayon prokurorluğunda saxlanılması nəzərə alınsın. İş üzrə maddi sübut olan 06 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə Təqsirləndirilən şəxs1 157 (yüz əlli yeddi) manat və Təqsirləndirilən şəxs2 77 (yetmiş yeddi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar