Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-260/2025 10.12.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X4 Nizami oğlunun sədrliyi, X3 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Sumqayıt şəhər məhkəməsinin 1(060)-713/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 360 (üç yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası 68.3.2-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş 360 saat ictimai işlər cəzası 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla AR CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, yəni 02 il 03 ay 15 gün hissəsi ilə qismən birləşdirilmiş və qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.1, 149.2.4, 150.1 və 182.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 oktyabr 2024-cü ildə, təxminən saat 02 radələrində barəsində tanışı Zərərçəkmiş şəxs1 yalan məlumat verdiyi üçün Zərərçəkmiş şəxs2 ilə Sumqayıt şəhərində yerləşən “Xan Çinar” adlı kafedə görüşüb söhbət etmiş, söhbət əsnasında Zərərçəkmiş şəxs2 rüsvay edən nalayiq ifadələr işlədərək, həmin anları açıq şəkildə öz istifadəsində olan “Samsung Galaxy A12” markalı mobil telefon ilə video görüntüyə almış, ardınca həmin rüsvayedici məlumatları internet resurslarında yayacağını bildirərək, videonu yaymaması müqabilində Zərərçəkmiş şəxs2 250 manat məbləğində pul vəsaitini hədəqorxu ilə tələb etmiş, sonuncu da ailəsinin və tanışlarının yanında rüsvay olmamaq üçün həmin pul məbləğini verməyə razılaşmış və həmin gün saat 04 radələrində onunla Sumqayıt şəhəri, Azərbaycan prospekti 1 ünvanında yerləşən “Simurq" şadlıq sarayının qarşısında görüşüb 250 manat məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 alaraq zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakım hədə qorxu ilə tələb edib almışdır. Bundan başqa, Təqsirləndirilən şəxs 15 oktyabr 2024-cü ildə, saat 01 radələrində 6 gün əvvəl özünü Ömər adı ilə təqdim edərək tanış olduğu Zərərçəkmiş şəxs1 işdən çıxıb evinə gələrkən izləmiş, sonuncu kirayə yaşadığı ünvan 3 ünvanına çatdıqda, o da mənzilin qapısının qarşısında Zərərçəkmiş şəxs1 söhbət elmək istədiyini və ona blokdan çöldə video görüntü göstərəcəyini söyləmiş, Zərərçəkmiş şəxs1 blokda səs-küy yaranmaması və qonşulara biyabır olmaması üçün onunla birlikdə binanın həyətinə düşmüş, binanın həyətində olarkən Zərərçəkmiş şəxs1 video görüntünü göstərməyərək atası Muradxan Sadıxlıya məxsus kafeyə getməyi təklif etmiş, sonuncu bundan imtina etdikdə Zərərçəkmiş şəxs1 qucağına alaraq bir neçə metr məsafə qət etmiş, Zərərçəkmiş şəxs1 qışqırdığını gördükdə isə onu yerə qoyaraq, fiziki zor tətbiq etmə və öldürmə hədəsi ilə sonuncunu iradəsinə zidd olaraq həmin binanın qarşısından Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən atası Muradxan Sadıxlıya məxsus işlək vəziyyətdə olmayan kafeyə aparmaqla oğurlamış, kafenin qapısını kilidlədikdən və Zərərçəkmiş şəxs1 telefonunu əlindən aldıqdan sonra orada Zərərçəkmiş şəxs1 cinsi əlaqədə olmağı təklif etmiş, sonuncu buna etiraz etdikdə Zərərçəkmiş şəxs1 zor tətbiq edərək başın sol təpə-ənsə nahiyəsinin şişkinliyi-hematoması, sol baldırın sıyrığı ilə müşayiət olunan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, həmçinin cinsi əlaqədə olmayacağı təqdirdə ona xəsarət yetirməyə davam edəcəyini bildirərək zor tətbiq etmə hədəsilə Zərərçəkmiş şəxs1 müqavimətini qırıb, iradəsinə zidd olaraq cinsi əlaqədə olmuş yəni, zorlamış, bundan sonra Zərərçəkmiş şəxs1 sinə nahiyəsinin üzərində oturaraq cinsi akta hazır vəziyyətə gətirmiş olduğu cinsiyyət orqanını Zərərçəkmiş şəxs1 ağzına soxmağa çalışmış, sonuncu ağzını yumaraq buna etiraz etdikdə ona bir neçə şillə vurub zor tətbiq edərək və zor tətbiq etməyə davam edəcəyi ilə hədələdikdən sonra müqavimətini qıraraq cinsi orqanını ağzına soxmaqla seksual xarakterli zorakılıq hərəkəti etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 144.1, 149.2.4, 150.1, və 182.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 144.1, 149.2.4, 150.1, və 182.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən bildirdi ki, zərərçəkmiş şəxs olan xanım mağazada işləmişdir. Mağazaya gəlmiş və onlar tanış olmuşlar. Şəxs özü nömrəsini onun telefonunu götürərək yazmışdır. Bir müddət onlar danışmışlar. Ona “işdən çıxandan sonra görüşərik” demişdir. Həmin günü onun vaxtı olmadığına görə, yəni atası ilə getməli olduğuna görə onlar həmin gün görüşə bilməmişlər. Şəxs görüntülü zəng edərək onunla və atası ilə görüntülü danışmışdır. Elə həmin gün də onu bloka atmışdır. Orada işləyən bir ofisant xanım olmuşdur. Həmin ofisant xanımı görərək qısqanmış və nəticədə onu bloka atmışdır. O, yenidən mağazaya gedəndə onu görmüşdür. Ondan niyə bloka atdığını soruşanda qısqandığını və ona görə də onu bloka atdığını demişdir. Ona “blokdan çıxar” demiş və o da blokdan çıxarmışdır. Onu blokdan çıxardandan sonra işdən çıxdığı gün onlar görüşmüşlər. İki və ya üç gün işdən onu özü evə yola salmışdır. Ondan “bəs sənin həyatında kimsə var mı” deyə soruşmuş, ona cavab olaraq “həyatımda kimsə olsa səninlə görüşmərəm” demişdir. Verdiyi cavabın qarşılığında ona “lap yaxşı” demişdir. Məhəllələrində onlar oturub söhbət etmişlər. O, birinci xanımın “qız uşağı” olduğunu bilmişdir. Ona qarşı birinci fikri ciddi olmuşdur. Onun “qız uşağı” olmadığını bilməmişdir. Sonradan ona elə biri olmadığını demişdir. On beş və ya on altı yaşında öz qohumu tərəfindən korlandığını ona demişdir. Ona orada bir obyekt olduğunu deyərək həmin obyektə getməyi təklif etmiş və xanım onunla razılaşmışdır. Onunla birgə həmin obyektə girmişdir. Nə isə onunla orada cinsi əlaqədə olmuş və çıxıb getmişlər. Üstündən bir müddət keçədən sonra onunla danışmışdır. O, sonradan onun danışdığı başqa bir şəxsin olduğunu bilmişdir. Onunla bir müddət danışmamışlar. Başqa bir oğlan ona yaxınlaşaraq o qızı başqa bir oğlanla gördüyünü demişdir. O, həmin adamı tanımadığını demişdir. Yolda gedərkən həmin oğlanın qızla getdiyini görmüşdür. Onlar həmin zaman iki və ya üç gün kimi danışmamışlar. Salamlaşmışlar. Elə həmin an yanlarına Səyyad gəlmişdir. Bir gün əvvəl isə zərərçəkmiş şəxs ona yazaraq “gəl, görüşək” demişdir. Ona “bəs xalamoğlu Səyyad gələcək və adapteri məndən götürəcək” demişdir. O, həmin an onun yalan danışdığını bilmişdir. Xanımın yanında bir oğlan olmuşdur. O, qızın işdən çıxdığını və bir oğlanın onun yanına gəldiyini görmüşdür. Səyyadla birgə park tərəfə getmişlər. O, heç nə etməmişdir. Ondan sonra getmişdir. Sonradan qız onun yanına gəlmişdir. Ona “bəs bilmədiyin şeylər var” demişdir. Ona “həmin oğlan səni döyəcək və get həmin oğlanla danış” demişdir. Zərərçəkmiş şəxs1 ilə bu barədə söhbət etmişlər. Ona “həmin Səyyad səni döymüşdür” demişdir. Həmin oğlanı bir növ qabağa vermişdir. O Zərərçəkmiş şəxs1 Səyyad “məni döyməyib” demişdir. Oğlanla birgə onu gördüyü gün onunla iki və ya üç saat görüntülü danışmışdır. Ona “mən həmin oğlanı bloka atmışam” demişdir. Qıza “mən Sadıqlı Hüseyni döymüşəm” demişdir. O, heç həmin oğlanı axtarmamış və ya arxasınca düşməmişdir. Bir gün zərərçəkmiş xanımla qəti danışmamışdır. Ondan sonra həmin xanımın problemli şəxs olduğunu görmüşdür. Novxanıdan gələndə qızın bir oğlanla birgə gəldiyini görmüş və onunla salamlaşmışlar. Səyyad onun yanına yaxınlaşaraq “bir dəqiqə səni olar mı” demişdir. Ona “bəs sən idin ki, qıza demisən ki, guya məni döymüsən” demişdir. Ona “mən idim” demişdir. Səyyadla söhbət etmişlər. Səyyad ona “mən qızla bir neçə ildir ki, bir yerdəyəm. Mənim nə qədər pulunu mənimsəmişdir” demişdir. Qız da ona “Səyyadla görüşsən bizim aramızda olan münasibəti ona demə” demişdir. Qız ona “get Səyyadla görüş və ona de ki, məndən əl çəksin” demişdir. Həmin mesajların hamısı onun telefonundadır. Ona dəfələrlə “get Səyyadla görüş”, “bir yerdə olaq” demişdir. O heç bir dəfə də olsun Səyyadı axtarmamışdır. Heç Səyyadın nömrəsini belə istəməmişdir. Səyyad ona “mənim o xanıma qarşı fikrim ciddidir və ailəm bilir. Üç ildir ki, biz bir yerdəyik” demişdir. O, Səyyada qızla birlikdə olduqlarını demişdir. Səyyad da bir az pis olmuşdur. Səyyad qıza boyunbağı aldığını filan demişdir. O, həmin danışıqdan sonra çıxıb getmişdir. Ondan sonra o qızla bir neçə gün danışmamışdır. Daha sonra qızla danışanda ona “mənə qarşı etdiyin bu hərəkət nədir və görüşəndə danışarıq” demişdir. O da onunla razılaşmışdır. Mağazaya gedən günü onunla görüşmək istəmişdir. Həmin Səyyada hər hansı bir video göstərməmişdir. Xanımın öz rəfiqələri ilə bir yerdə getdiyini görmüşdür. Qızlarla birlikdə binaya girmişdir. O, kənarda gözləmişdir. Qızların yanında yaxınlaşmış və söhbət etməyə çağırmışdır. Yanındakı qızlara “siz gedin, söhbət edib gəlirəm” demişdir. Məhəllənin bir tərəfində oğlanlar olduğuna görə o biri tərəfdə söhbət etmək istəmişdir. Səyyadın anasının ona atdığı səsləri onu göstərərək “bax gör mənə nələr yazmışdır” demişdir. Ona “bəs sənə demişdim ki, Səyyada bir söz demə və mən ortalıqda pis olacam. Mənə demişdin ki, sən ev tutacaqsan və biz bir yerdə həmin evdə yaşayacağıq” demişdir. Ona “obyekt tərəfə gedək və söhbət edək” demişdir. Ona “yox gec olacaq” demişdir. Həmin vaxt telefon yerə düşmüşdür. O, telefonu tapa bilməmişdir. O, telefonu tapandan sonra ona “gəl gedək, amma tez qayıdaq” demişdir. Onlar bir yerdə 200-300 metr o tərəfə keçmişlər. Taksiyə minmişlər. Taksidə olarkən ona “gözlə taksidə su, siqaret alıb gəlirəm” demişdir. Su və siqaret alandan sonra onlar obyektə getmişlər. Orada bir mühafizəçi dayı olmuşdur. Onun adını bilməmişdir. Dayı ondan siqaret istəmişdir. Ondan sonra ona “sən məni niyə pis vəziyyətə qoydun” demişdir. Elə həmin vaxt ev sahibi ona zəng etmiş və harada olduğunu soruşmuşdur. O, həmin zəng edən şəxsə “narahat olma bir azdan gələcəm” demişdir. Birinci dəfədən qız onun burada qaldığını bilmişdir. O da həmin yerə gələndə onun bir az ehtiraslandığını bilmişdir. Ona görə də xanım bir az ağzına gələni danışmışdır. Orada olanda da münasibətləri olmuşdur. Sonrada aralarında başqa bir şey olmamışdır. Orada olanda ayaqyoluna getmişdir. Ayaqyolundan gələndən sonra içəri otağa keçmişdir. Qız ona “mən getsəm pis olacaq. Səyyad da, atası da biləcək” demişdir. Ev sahibi də bilmişdir. “Mən pis olacam” demişdir. O, qıza “mən və sən sonuncu dəfə görüşəcəyik və bununla da bitəcək” demişdir. Onunla razılaşmışdır. Onların aralarında olan bütün münasibətlər xanımın öz razılığı ilə olmuşdur. Oradan da onlar sağ-salamat sağollaşmışlar. Xanım getməsi üçün də özü taksi sifariş vermişdir. Ona hər şeyi özü yoluna qoyacağını demişdir. Onlar görüşmüşlər və halallıq almışlar. Ondan sonra obyektə getmişdir. Sonradan polislər gəlmişdir. Obyektin yanında bağ evi olmuşdur. Səyyaddan pul almamışdır. 250 manatı başqa bir şəxsə vermişdir. Onun yanında bir nəfər olmuşdur. Ona vermişdir. 250 manat pulu nə üçün verdiyini bilməmişdir. Orada söhbət olmuşdur. Həmin 250 manatı onun tanışına vermişdir. 250 manatdan ona nəsə verilməmişdir. Ondan sonra zərərçəkmiş şəxs olan Səyyadı heç bir yerdə görməmişdir. Səyyadla olan danışığı videogörüntüyə çəkməmişdir. Qız ona Səyyadın ona yazdıqlarını göstərmişdir. Guya ki, ona qarşı Səyyad nələrsə etmişdir. Onu qıza yazmışdır. O, görüş zamanı Səyyaddan bu məsələni soruşmuşdur. Üzr videosunu çəkmişdir. Qıza sübut etmək istəmişdir ki, Səyyad onu döyməmişdir. Həmin videonu da qıza göstərməmişdir. Tanışının adını bilməmişdir. Həmin şəxsi uzaqdan görmüşdür. Zərərçəkmiş şəxslə iki dəfə cinsi əlaqədə olmuşdur. Hər iki cinsi əlaqə könüllü olmuşdur. O, zərərçəkmiş xanıma heç bir xəsarət yetirməmişdir. Orada mühafizəçi olmuşdur. O, zərərçəkmiş xanıma bir dəfə şillə vurmuşdur. Onu da xanım onu təhqir etmişdir deyə vurmuşdur. O, bu qızla marketdə tanış olmuşdur. Tanış olduğu gün ona nömrəsini vermişdir. Nə vaxt tanış olmağı onun yadında qalmamışdır. Təxminən 2024cü ilin oktyabr və ya noyabr ayı olmuşdur. İlk tanış olduqları gün ona nömrəsini vermişdir. Mütəmadi olaraq da görüntülü danışmışlar. Üç gün telefondan danışandan sonra üzbəüz görüşmüşlər. Həmin gündən etibarən onlar hər gün görüşmüş və şəxsi məhəllələrinə ötürmüşdür. 13-cü mikrorayonda kirayədə yaşamışdır. Şərq Bazarı adlanan yerlə üzbəüz yaşamışdır. Doqquz mərtəbəli binada yaşamışdır. Qayalı marketdən hər gün işdən çıxanda qızı ötürmüşdür. İşdən saat onda çıxmışdır. Hər gün işdən çıxanda ona zəng etmişdir. Görüşlərinin üçüncü günündə qız uşağı olmadığını ona demişdir. Tanış olduqlarından üç gün sonra onu kafeyə aparmışdır. Kafe doqquzuncu mikrorayonda yerləşmişdir. X6 yanında yerləşmişdir. Məhəllələrində oturanda qız onu öpmüşdür. Ona “bəs sən onu istəməmişdin” demişdir. O, qıza “qız uşağı deyildin mi” demişdir. Ondan sonra ona 15 yaşında qohumu tərəfindən pozulduğunu demişdir. O, xanımı kafeyə dəvət edəndən sonra onunla kafeyə getmişdir. Ondan sonra öz razılığı ilə aralarında cinsi əlaqə olmuşdur. O, xanımla iki dəfə cinsi əlaqədə olmuşdur. Cəmi iki dəfə xanımı kafeyə aparmış və hər ikisində də cinsi əlaqə olmuşdur. Başqa bir yerə getməmişlər. O, mağazaya saat 00:00-da getmişdir. Onunla görüşmüşdür. Qızlarla evə getdiyini görmüş və yaxınlaşmışdır. Xanımla məhəllədə 5-6 dəqiqə söhbət etmişlər. Piyada bir müddət getmiş və daha sonra taksiyə minmişlər. Qızla taksiyə mindikdən 200 metr sonra marketə su və siqaret almaq üçün girmişdir. Şərq Bazarının yaxınlığında yerləşən Araz marketə girmişdir. Qız da onunla birgə marketə girmişdir. Marketdən su və siqaret almışlar. Başqa bir şey almamışlar. Marketdən taksiyə minmiş və obyektə getmişlər. Obyektə çatandan sonra taksiçi getmişdir. Səyyadı qızla danışmadığı müddətdə tanımışam. İş yoldaşı ilə gəlmişlər. Onu görmüşlər. Salamlaşmışlar. İlk dəfə Səyyadı orada görmüşdür. Səyyad ona “gedək və söhbət edək” demişdir. O da razılasmışdır. Söhbət etdikləri gün çəkiliş olmuşdur. Guya Səyyad qıza onu döydüyünü demişdir. Ona qədər o, Səyyadı görməmişdir. Zərərçəkmiş xanım ona “Səyyad məndən adapteri götürəcəkdir” demişdir. Qız ona Səyyadı xalası oğlu kimi tanıtmışdır. O, Səyyadın onun xalasıoğlu olmadığını ilk dəfədən bilmişdir. Səyyadla söhbət edən zaman özünün yanında bir nəfər, Səyyadın yanında isə tanımadığı dostları olmuşdur. Üç nəfər onlar və iki nəfər isə özləri olmuşlar. Marketlə olan kafenin çölündə söhbət etmişlər. Dava-dalaş olmamışdır. Söhbəti videoya özü çəkməmişdir. Yanındakı oğlan çəkmişdir. Şahidlə telefonda danışmamışdır. Oğlu onunla telefonda danışmışdır. O, şahidin dostları ilə görüşmüşdür. İkinci dəfə də aralarında cinsi əlaqə könüllü olmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs son sözünü deyərkən ona qarşı verilmiş ittihamlardan Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə özünü təqsirli bildiyini həmin maddə ilə ona cəza təyin olunmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, təqsirləndirilən şəxsi o əvvəldən tanımamışdır. O, yol ilə gəlmişdir. Dostu ilə yük aparmışdır. Həmin gündə o, Möhtəşəm Sarayda işdə olmuşdur. Yeddinin yarısı o işə daxil olmuşdur. İş saatı bitmişdir. Zərərçəkmiş şəxs1 arxasınca getməyə başlamışdır. Ayseli işdən götürməyə getmişdir. O, zərərçəkmiş şəxs olan Aysel xanımla sevgili olmuşdur. Bir-birilərini sevmişlər. Ona görə də işdən çıxanda onun arxasınca getmişdir. Gold Qayalının yanına getmişdir. Aysel həmin ərəfədə marketdə işləmişdir. Ayselin arxasınca gedəndə xanımın anası və iş yoldaşları ilə birlikdə gəldiyini görmüşdür. Tanımadığı şəxslər olduğuna görə o heç yaxınlaşmamışdır. O, arxaya çönəndə iki nəfərin gəldiyini görmüşdür. Həmin şəxsləri həmin vaxtı tanımamışdır. Həmin vaxt o təqsirləndirilən şəxsi tanımamışdır. Həmin iki nəfər şəxsin zərərçəkmiş şəxsə yaxın getdiklərini görmüşdür. Həmin vaxt Ayselin qolundan tutaraq “gəl onunla tez gedək” demişdir. Heydər Parkında yerləşən bisetkaların birində əyləşmişlər. Bir müddət orada olmuşlar. Həmin iki nəfər gələrək yanlarından keçmiş və yenidən arxaya qayıtmışlar. Ondan sonra o, zərərçəkmiş şəxsi binaların tininə qədər ötürmüşdür. Binanın girişinə qədər onunla getməmişdir. Xanımın narahat olduğunu görərək xanıma “bəs bu məsələni özü ilə danışmışam və həll etmişəm, həmin o oğlanı tapmışam və görüşmüşəm” demişdir. Söhbəti həll etdiyini demişdir. Amma həqiqətdə isə həmin oğlanla, ümumiyyətlə, görüşməmişdir. Bu sözdən sonra evə gəlmişdir. Səhəri günü isə Ayselin arxasınca işə getmişdir. Həmin günü də Aysel anası ilə yox, iş yoldaşı olan xanımla birgə çıxmışdır. Ona görə də o, xanımlara yaxın getməmişdir. Məhəllənin içərisinə onlar getmişlər, o isə o biri tərəfə dönmüşdür. O dönüb çıxanda Hüseyinin qarşılarında dayandığını görmüşdür. Söhbət etdiklərini görmüşdür. O zaman onlara yaxınlaşaraq təqsirləndirilən şəxsə “gəl mənimlə və gedək söhbəti aydınlaşdıraq” demişdir. Kişi kimi onunla danışmağa getmişdir. Məsələnin nə olduğunu öyrənməyə getmişdir. Həmin vaxtı təqsirləndirilən şəxs tək olmuşdur. “Sən məni tanıyırsan mı” deyə danışmışdır. O “səni tanımıram” demişdir. “Bir azdan tanış olacağıq” demişdir. Mehribançılıq kişiyə xas olan davranışdır. Ona “gəl gedək mehribançılıqla məsələni yola qoyaq” demişdir. Bir müddət gedəndən sonra bir nəfər şəxs yanlarına yaxınlaşmışdır. Həmin şəxs Hüseynin dostu olmuşdur. Üçü bir yerdə oturmuşlar. Bir müddət danışmışlar. Hüseyn Ona “bəs o qızla cinsi əlaqədə olmuşuq” demişdir. Onda pis olmuşdur. Çünki istədiyi xanım olmuşdur. Onlar bir müddət danışandan sonra telefonunu əlindən almışdır. Ona “dünən sənin yanında üç nəfər olmuşdur. Həmin şəxsləri bura çağıraq demişdir. Aydınlığını verək nə nədir deyə” demişdir. O, özü də istəməmişdir ki, bu məsələyə görə dostunun yanında pis olsun. Ona “yaxşı dostumu çağıra bilərəm” demişdir. Amma ondan bu məsələni dostunun yanında açmamasını xahiş etmişdir. Xanımla cinsi əlaqədə olma məsələsini dostunun yanında açma deyə xahiş etmişdir. Bu dediyinə heç bir şey deməmişdir. Onun dostları ona qarşı artıq əskik bir söz deməyiblər. Heç bir hadisə də olmamışdır. Dostları elə onu orada tək qoyub çıxıb getmişlər. Telefonu əlindən alaraq Aysellə olan danışıqlarını oxumağa başlamışdır. Ona sonra “bəs səni deşərəm” demişdir. Onun üstünə bıçaq çıxarmamışdır. Bəyazın yanında yerləşən həmin kafedə söhbət olmuşdur. “Telefonunu ver çıxıb gedim” demişdir. Onunla razılaşmamışdır. Birinci olaraq ona “200 manat pul ver” demişdir. Onu videoya çəkdiyi üçün həmin videoya görə ondan 200 manat pul istəmişdir. Ondan üzr istədiyi yerdə onun videosunu çəkmişdir. O, qıza Hüseyni vurduğunu demişdir. Ona “sən o sözü qıza dediyinə görə məndən üzr istə” demişdir. Həmin üzr istəməyinin videosunu da çəkmişdir. Dostuna zəng edərək “heç olmasa mənə 80 manat pul at və söhbəti bağlayım” demişdir. Dostu pulu göndərmədiyi üçün atasına zəng edib pul istəmişdir. Eyni zamanda atasının söhbətdən xəbəri olmamasını istəmişdir. Atası iki və ya üç dəfə insult keçirdiyinə görə atasının bilməsini istəməmişdir. Atası ilə danışmışdır. Atası ona yenidən zəng edərək nə məsələ olduğunu soruşmuşdur. Məsələnin nə olduğunu deyəndə birinci ona inanmamışdır. Təqsirləndirilən şəxs telefonu ondan alaraq atası ilə danışmışdır. Təqsirləndirilən şəxs atasına “bəs mən restoranın admistratoruyam. Qızlarla kafedə olub və restorana borcu qalmışdır. 250 manat lazımdır” demişdir. Bravo tərəfdən taksiyə minmiş və getmişlər. O yaşadığı ərazi olduğuna görə sona kimi onunla gəlməmişlər. Yaxınlıqda düşmüşlər. Simurqun qarşısında taksidən düşmüşlər. Taksi sürücüsü ilə o, tək getmişdir. Pulu götürmüşdür. Oradakı şəxslərə heç nə demədən pulu götürüb geri qayıtmışdır. Sonradan həmin təhqiramiz formada videolar silinmişdir. O, pulu videonun silinməsi üçün vermişdir. Pulu o, Hüseyinin dostuna vermişdir. Adını bilməmişdir. Səhəri gün atasının dostları bu söhbəti aydınlaşdırması üçün getmişlər. Orada da heç bir hadisə baş verməmişdir. Onun başına gələnlər barədə orada söhbət olmuşdur. Axşam saatları olmuş və xanımın telefonundan ona zəng gəldiyini görmüşdür. Telefona cavab verəndə Hüseyinin səsini eşitmişdir. O “tanıdın kimdi” deyə demişdir. Ona tanıdığını demişdir. Ona “bəs bilirsən mən sənə niyə zəng etmişəm” deyəndə ona başa düşdüyünü demişdir. Sonra o, telefonu söndürmüşdür. Üzərindən bir müddət keçədən sonra xanım ona “bəs o filan yerdəyəm” yazmışdır. “Həmin kafedəyəm” deyə yazmışdır. İstər-istəməz aralarında nə olduğunu soruşmuşdur. Ona həmin kafedə olduğunu, onu oraya gətirdiyini və ağzını bağladığını demişdir. O getmək istəyəndə atası onu getməyə qoymamışdır. Səhəri gün olmuşdur. Həmin gecə nə olduğundan onun tam məlumatı yoxdur. Aysel ona ağzını bağladığını və qapını bağladığını demişdir. Sadəcə ona Hüseynin yanında olduğunu demişdir. Digər nə hərəkətlər etdiyini ona deməmişdir. 250 manatı dostuna verəndə ona nəsə deməmişdir. Pulun çatdığını və videonun silinəcəyini demişdir. Onda Hüseynin nömrəsi olmamışdır. Canlı olaraq Hüseyini görəndə bu barədə ondan nəsə soruşmamışdır. Bufetdə əyləşəndə Hüseyinin gəldiyini görmüş və onunla söhbət etmişdir. Ona “Ayseli çağır, onunla danışım və məsələni yoluna qoyum demişdir. O, ümumiyyətlə bu barədə ona məlumat verməmişdir. Həmin vaxtı artıq araşdırma getmişdir. Ayselə Hüseyn haqqında bir söz deməmişdir. Yazışmaları Hüseyn özü oxumuşdur. O, Ayselə “Hüseynlə dalaşmışam və onu vurmuşam” deyə yazmışdır. Hüseyini “sındırmışam” deməmişdir. Ayseldən Hüseyinin kim olduğunu soruşmuşdur. O da tanımadığını demişdir. Aysellə bir ilə yaxın aralarında münasibət olmuşdur. Ailələri də bilmişlər. Onun ad günündə qızıl almışdır. Özü vermişdir. Ailələr səviyyəsində olmuşdur. Aysel ona Hüseyini tanımadığını demişdir. O, Ayselə Hüseynlə dalaşdığını demişdir. Onlar Hüseynlə yol gedəndə ya Hüseynin özünə ya da Hüseyn özü kiməsə zəng etmişdir. Telefonda danışdığı şəxsə “Bəyaz tərəfə gəlirəm” demişdir. Orada olarkən dostu ilə görüşmüşlər. Hüseynin təklifi ilə dostu onları videoya çəkmişdir. Hüseyn dostuna “məndən üzr istəyəcək və sən də onu videoya çək” demişdir. Həmin şəxs də videoya çəkmişdir. Pulu təqsirləndirilən şəxs istəmişdir. Videonun silinməsi üçün istəmişdir. Videonun silinməsi üçün pul verməyəcəyi təqdirdə paylaşacağını demişdir. Ona zəng elədiyi gecə də videonu xanıma göstərmək məqsədi ilə onu oraya çağırmışdır. Hüseynlə üzləşməyə qədər ondan şikayəti olmuşdur. Hazırda da şikayətçidir. Ona zəng elədiyi gecə də videonu xanıma göstərmək məqsədi ilə onu oraya çağırmışdır. Daha xanıma göstərib-göstərmədiyini bilməmişdir. Onlar iki nəfər olmuşlar. O tək qalmışdır. Məcbur qalaraq ondan üzr istəmişdir. Ona təzyiq etmək ehtimalları olmuşdur. Ona əl də qaldırmışlar. Üzr istəməsəymiş, onu döyəcəkmişlər. O, şəxsin dostunu tanımamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Həmçinin zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs bağışladığını ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərmişdir ki, o, işə düzəlmişdir. Maddiyyat cəhətdən vəziyyəti aşağı olduğuna görə işə düzəlmişdir. Ev pulunu düzəltmək məqsədi ilə işləməli olmuşdur. 15 gün işləmişdir. Axşam saatları olmuş və onun işdən çıxmağına dörd və ya beş saat qalmışdır. Onun işlədiyi yerə təqsirləndirilən şəxs yaxınlaşmışdır. Ona “işçilər nə vaxt çıxır” sualını vermişdir. O, birinci onun nə dediyini eşitməmişdir. Üçüncü dəfə sual verən o tərəfə gələrək sual vermişdir. O da işçilərin işdən çıxma saatını ona demişdir. Ondan sonra getmişdir. Yenidən onun olduğu yerə qayıtmışdır. Onun yanına gələrək ondan nömrəsini istəmişdir. O, birinci onun təklifini qəbul etməmişdir. Müdriyyət yaxınlaşmasın deyə ikinci dəfə nömrəsini istəyəndə ona nömrəsini vermişdir. Ondan sonra oradan uzaqlaşmışdır. İşdən çıxandan sonra o iş yoldaşlarına belə bir oğlanın ona yaxınlaşdığını demişdir. Qız ona “narahat olma çıxanda mən də səninlə birgə gedərəm” demişdir. Çıxanda ikisi bir yerdə çıxmışlar. Həmin günü Hüseyni orada görməmişdir. O, evə çatandan sonra ona yazmışdır. Ona artıq evdə olduğunu demişdir. Ona “bəs mən səni avtomobilin içərisində gözləyirdim” demişdir. Ondan sonra onlar bir az yazışmışlar. Ona görüntülü zəng etmişdir. Atası da onun yanında olmuşdur. Deyəsən kafedə oturmuşlar. Həmin vaxt şəxsin hərəkətləri onun xoşuna gəlməmişdir. Həmin günü o onu bloka atmışdır. Səhəri gün o işə gedəndə ona yaxınlaşaraq “məni niyə blok eləmisən” demişdir. “Blokdan aç” demişdir. Həmin günü onu blokdan çıxarmışdır. Müştəri yola salmalı olduğu üçün məcbur onu blokdan çıxarmışdır. İşdən çıxanda onlar bir yerdə evə getmişlər. O, işdən çıxana kimi onu gözləmişdir. Onların evin qarşısında oturacaqda oturaraq söhbət etmişlər. Ona “yorğunam” demişdir. Evə getməli olduğunu demişdir. Evə gedəndən sonra onu bloka atmışdır. Üçüncü gün yenə yanına gəlmişdir. Eyni vəziyyət olmuşdur. Ona “sözüm var və səninlə danışmalıyam” demişdir. Bu dəfə də oturacaqda oturaraq söhbət etmişlər. Araz marketin arxasında məhəllədə əyləşmişlər. Bir az danışmışlar. Ona “atamın kafesi var və ora gedək” demişdir. O da bir dəfə etiraz etmişdir. Yorğun olduğunu bildirmişdir. İşdən çıxdığını və saatın gec olduğunu demişdir. Üç dəfə arxa-arxaya deyəndən sonra onunla kafeyə getməyə razılasmışdır. Normal kafe olmadığını görmüşdür. Birinci görüşlərində ona heç bir pis hərəkət etməmişdir. Onu başqa cür tanımışdır. Adını ona “Ömər” demişdir. Söhbət əsnasında onun adının Hüseyn olduğunu bilmişdir. Normal sağollaşıb evinə getmişdir. Dördüncü gün o işdən çıxanda qızla birlikdə işdən çıxmışdır. Hüseyn dostu ilə arxadan gəlmişdir. Səyyad da qarşıdan getmişdir. Məhəlləyə çatmağa az qalmışdır. Həmin gün Səyyad ona yaxınlaşmışdır. Yanındakı qıza “kənara çəkilə bilərsən mi” demişdir. Ondan arxadan gələn şəxslərin kim olduğunu soruşmuşdur. Problem yaranmasın deyə tanımadığını demişdir. Yanındakı qızla sağollaşaraq getdiyini demişdir. Səyyadla Heydər parkında oturmuşlar. Həmin oturduqları müddətdə Hüseyn dostu ilə yanlarında fırlanmışdır. Səyyad ona saatın gec olduğunu evə ötürməyi təklif etmişdir. Səyyad gedən kimi Hüseyn gəlmişdir. Ona “bugün mənimlə getməlisən çünkü mən sabah xaricə gedəcəm” demişdir. O da razılaşmamışdır. Onda bir az onu məcbur edirmiş kimi olmuşdur. O zaman təkid etməmiş və o, evə getmişdir. Səyyad ona “narahat olma, Hüseynlə mən özüm söhbət etmişəm” demişdir. Sonradan aralarında söhbət olmadığını öyrənmişdir. Beşinci gün evə gedəndə yenə bir qızla işdən çıxmışdır. Qız bir dəfə Hüseynə “bizi narahat eləmə” demişdir. Hüseyn onlar gedən yolun qarşısına çıxmışdır. Səyyad arxadan onların qarşılarını kəsdiyini görmüşdür. Səyyad yaxınlaşmışdır. Səyyad Hüseynə “qızlarla işin olmasın” demişdir. “Mən səninlə özüm söhbət edəcəm” demişdir. Kafeyə gedib söhbət etmişlər. Söhbətin məzmununu o bilməmişdir. Həmin gününün səhəri günü Hüseyn yenə gəlmişdir. Səyyadla olan problemə görə o Hüseynlə uzaqlaşmaq istəmişdir. Həmin günü o yenə qızlarla olmuşdur. Ev yoldaşlarından hətta ikisini çağırmışdır. Onlara “gəlin məni gözləyin bir yerdə çıxaq” demişdir. O, qızlarla iz itirmək üçün bir müddət Araz marketin içərisində fırlanmışdır. Həqiqətən, orada olmadığını görmüş və evə tərəf getmişlər. Məhəlləyə girəndə onun avtomobilin arxasında gizləndiyini görmüşdür. Onu görməməsi üçün gizlənmişdir. Liftin düyməsini basan kimi Hüseyn ona yaxınlaşmışdır. Özü də ona “oradan uzaqlaş və mən evə qalxıram” demişdir. İki qız da yanında olmuşdur. Onlar liftə qalxana kimi Hüseyn pilləkənlə yuxarı qalxmışdır. Onun evə girmək istədiyini görmüşdür. O, qızları evə salmışdır. O, qızlara pəncərədən “mənə baxın və mən gələcəm” demişdir. Hüseyn ona həmin vaxt “sənə video göstərməliyəm” demişdir. O da razılaşmış və məhəlləyə düşmüşlər. O, “videonu göstər” deyəndə “mənimlə əvvəl kafeyə gedək” demişdir. O getməyəcəyini demişdir. Ona “videonu göstərmirsənsə mən yuxarı qalxıram” demişdir. Ona “mənimlə gedəcəksən deyirəm” demişdir. O da getməmişdir. Orada onu çiyninə atmışdır. O da qışqırmışdır. Binanın qarşısında olan qız da onun qışqırmağını eşitmiş, amma reaksiya verməmişdir. Çiynində onu bir müddət aparmış və daha sonra yerə atmışdır. Avtomobilin yanında da kimsə olmuşdur. Deyəsən onlar 102 xidmətinə məlumat vermişdir. Onun çox qışqırdığını görüb ağzı və burnunu tutmuşdur. Onun nəfəsi kəsilirmiş. Yer də daşlı olmuşdur. Ayağı da əzilmişdir. Ona “məni burax və nə istəsən edəcəm” demişdir. Onunla getməklə bağlı razılaşmışdır. Ona “telefonum itib” demişdir. İşıqla telefonunu axtarıb və tapmışlar. Telefonu cibinə qoymuşdur. O istəmişdir ki, qızlara yazsın. Onu çiyninə atanda qızlar həmin anı görmüşdür. Qızın biri də ev sahibinin qızıdır. Atasına demişdir. Atası da polisə demişdir. O, ev yoldaşlarının polisə xəbər verdiklərini bilməmişdir. O, məsələnin böyüməsini istəməmişdir. Arazın içərisində də hay salmaq istəməmişdir. Taksiyə minmiş və kafeyə getmişlər. Kafeyə girən kimi qapını kilidləmişdir. Açarı da cibinə atmışdır. O, çox narahat olmuşdur. Onu divan kimi kresloda oturtmuşdur. Ondan onun nömrəsini nə üçün Səyyada verməyini soruşmuşdur. Ona şillə vurmağa başlamışdır. Bir ya da iki ədəd şillə vurmuşdur. Orada olarkən şəxsin ayağında qandalı görmüş və lap pis olmuşdur. Qışqırmışdır, amma səsinə kimsə gəlməmişdir. Orada mühafizə ola-ola yaxınlaşmamışdır. Üzərindəki paltarları cıra-cıra ona müqavimət göstərmişdir. Onu vurmuşdur. Ona qarşı zorlama cinayətini törətmişdir. Əvvəlcə ona iki dənə şillə vurmuşdur. Sonra ona məcbur etmişdir. Onunla zorla cinsi əlaqədə olmuşdur. Həmin vaxt Səyyada zəng etmişdir. Ona “səsini çıxart” demişdir. Səyyada “qız yanımdadır” demişdir. O, Səyyada harada olduğunu demək istəyəndə “Səyyad səni məndən xilas edəcək mi” demişdir. Telefonu söndürmüşdür. Daha sonra on dəqiqəlik şəxs çölə çıxmışdır. O, qızların birinə səs ataraq onu xilas etmələrini istəmişdir. Geri qayıtdıqdan sonra qızlara səs atdığını görmüş və səsi iki tərəfli silmişdir. Sonra da onunla məcburi formada cinsi əlaqədə olmuşdur. Ev sahibi də ona dəfələrlə zəng etmiş, amma telefonunu ondan almışdır. O, telefonu açaraq ev sahibinə Hüseynin ona dediklərini demişdir. Ev sahibi də hətta ondan içkili olub-olmadığını soruşmuşdur. O, dərəcədə onun səsi pis gəlmişdir. O həmin vaxt təqsirləndirilən şəxsə yalvarmışdır. Onun üçün narahat olacaqlarını demişdir. Ona gah “çıx get” deyirmiş, o, əynini geyinmək istəyəndə isə getməyə qoymamışdır. Onlar xx.xx.2024-cü il tarixdə birinci dəfə könüllü şəkildə cinsi əlaqədə olmuşlar. Onlar həmin kafedə iki dəfə cinsi əlaqədə olmuşlar. İkinci dəfə xx.xx.2024-cü il tarixdə könüllü olmamışdır. Ev yoldaşları ifadə vermişlər. Birinci dəfə onunla kafeyə gedəndə onu üç gün tanımışdır. O, kafeyə gedəndə o məqsədlə getməmişdir. Onun fikri o olmamışdır. Birinci dəfə cinsi əlaqə hər ikisnin istəyi ilə olmuşdur. Təbii yolla cinsi əlaqədə olmuşlar. İkinci cinsi əlaqə tanışlıqlarının altıncı günü olmuşdur. İkinci dəfə onu məcburi formada aparmışdır. Həmin günü ona Səyyadın videolarını da göstərmişdir. Birinci dəfə görüşə gedəndə o, Hüseyinə bakirə olmadığını demişdir. İlk dəfə kiminlə cinsi əlaqədə olduğunu demişdir. Ondan soruşanda o demişdir. Harada ondan soruşduğunu xatırlamamışdır. Kafedə soruşmuşdur. Kafe 13-cü mikrorayonda yerləşmişdir. Bazarstorun qarşısında doqquz mərtəbəli binada yaşamışdır. Çiyninə atmış və onu 10 metr aparmışdır. Yerə qoymuş və burnu ilə ağzını tutmuşdur. Oktyabr ayı olmuş və saat 00:00 olmuşdur. Həmin saatda işdən çıxmışdır. Həmin günü izlərini itirmək üçün Araz marketə də girmişlər. Yanında iki qız olmuşdur. Onlar evə keçmişlər. Onları məcbur etmişdir. Şəxs pilləkənlə qalxmışdır. Az qala evə girmək istəmişdir. Ona görə o qızlara “evə keçin” demişdir. Onu yola salmaq istəmişdir. O, şəxsin üzərinə aşağıda qışqırmışdır. Araz marketə piyada getmişlər. Su və siqaret almışdır. O, özü siqaret çəkməmişdir. Araz marketin qarşısında taksiyə “bizi gözlə” demişdir. Orada taksi onları gözləmişdir. Marketdən çıxanda taksiyə minmişlər. Arazda digər şəxslər olmuşdur. Ailəsi bilməsin deyə sakitliklə məsələni yekunlaşdırmaq istəmişdir. Evdəki qızlar polislə məlumat vermişdir. Onsuz da belə hadisə olandan sonra polisə özü məlumat verəcəkmiş. Qızlar ondan əvvəl polisə demişlər. Özü rahat formada taksiyə minmişdir. Kafeyə getmişlər. Orada mühafizə olmuşdur. Onlara heç nə deməmişdir. Kafeyə getdiklərini əvvəldən bilmişdir. Kiməsə məlumat vermək imkanı olmamışdır. Telefon əlində olanda əlinə baxırmış. Orada nəsə yazsaymış, telefonu əlindən alacaqmış. Çiyninə onu atanda, hətta telefonu sos rejiminə düşmüşdür. Hətta telefonu bir müddət aça bilməmişdir. Polisə birinci şikayəti ev sahibi etmişdir. O, evə gələndə qızlar onun özündə olmadığını görmüşlər. O dəqiqə təcili yardıma yığmışlar. Təcili yardım ondan nə olduğunu soruşanda qaçırıldığını demişdir. “Polisin xəbəri var mı” deyə ondan soruşanda məlumat verildiyini demişdir. Ona iynə vurub getmişlər. Ondan sonra polislər gəlmişdir. O, ailəsinə danışacaq və ailəsi nə məsləhət versəymiş onu da edəcəkmiş. Təqsiləndirilən şəxslə barışmamışdır. Atasına bir ya da iki dəfə zəng etmişlər. Atası onları bloka atmışdır. Hazırda şikayətçidir. Səyyadla Hüseyn beşinci gün dava etmişlər. Səyyadın videosu çəkilən gün dava etmişlər. Səyyad ona “mən o qıza qızıl almışdım” demişdir. Həmin məsələdən iki gün sonra o qızılı geri qaytarmışdır. Səyyadın anası ona səs ataraq “madam sənin belə bir problemin var Səyyada nə üçün pul xərclədirsən” demişdir. O da ona alınan hədiyyələri geri qaytarmışdır. O, təqsirləndirilən şəxsə “yaxşı nə desən mən edəcəm” demişdir. Həmin gün Səyyadın anasının ona səslər atdığını Hüseynə demişdir. Səyyadla olan münasibəti onun anası bilmiş, atası isə bilməmişdir. Atası təkcə oğlanın onu istədiyini bilmişdir. Onunla zorla cinsi əlaqədə olmuşdur. Cinsi orqanın məcburi formada onun ağız boşluğuna salmışdır. İstintaqa vermiş olduğu ifadəni təsdiq etmişdir. Ona birinci dəfə yaxınlaşanda “məndən uzaqlaş yoxsa müdriyyətə məlumat verəcəm” demişdir. Ondan uzaqlaşmamışdır. İkinci dəfə yenidən ona yaxınlaşmış və o da səs-küy olmasın deyə nömrəsini vermişdir. O, kafeyə könüllü şəkildə ikinci dəfə getməmişdir. O qışqırıb kömək istəmişdir. Kimsə ona kömək etmək məqsədi ilə yaxınlaşmamışdır. Avtomobilin saxlanıldığını və işıqlarının söndürüldüyünü görmüşdür. O, adam olduğunu bilmiş və “kömək edin” deyə qışqırmışdır. Heç kim də gəlməmişdir. O görmüşdür ki, təqsirləndirilən şəxs evə girmək istəmişdir. O, qızları qorumaq üçün qızlara içəri keçmələrini demişdir. Qızları qorumaq üçün “narahat olmayın” demiş və yuxarı qalxacağını bildirmişdir. Həmin gün ev yoldaşlarıı pəncərədən aşağı da baxmışlar. Qapını kimin açmasını xatırlamamışdır. Hüseyn tez getsin deyə başı Hüseynə qarışmışdır. Eyni zamanda Nərgiz də içəri tez keçsin deyə qapını çırpmışdır. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin 3-cü kursunda təhsil almaqla, eyni zamanda axşamlar Sumqayıt şəhəri. 10-cu mikrorayonda yerləşən “Gold Qayalı" mağazasında satıcı işləmiş, 09 oktyabr 2024-cü ildə saat 21 radələrində öz işlədiyi piştaxtada olmuş, bu zaman həmin yerə tanımadığı bir şəxs gəlmiş və ondan iş saatının nə vaxt biləcəyini soruşmuş, o. həmin şəxsi tanımadığı üçün əvvəlcə cavab verməmiş, lakin həmin şəxs israrla ondan dəfələrlə soruşduğu üçün o, həmin şəxsə saat 24:00-da çıxacağını bildirmiş, sonra isə həmin şəxs ondan sevgilisinin olub-olmadığını soruşmuş, ondan xoşu gəlməsini, adının Ömər olmasını bildirmiş, lakin sonradan ona həmin şəxsin adının Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, o, Hüseynə tanış olmaq istəmədiyini demiş, lakin Hüseyn piştaxtadan ayrılıb bir neçə dəqiqədən sonra geri qayıtmış və nömrəsini istəmiş, o, həmin vaxt Hüseynin başqa cür oradan getməyəcəyəni və onun işinə problem yardacağmı görüb nömrəsini Hüseynə vermək məcburiyyətində qalmış, bundan sonra nömrəsini vermiş və Hüseyn çıxıb getmiş, həmin gün saat 24:00-da o. işdən çıxıb evə getmiş, gecə saatlarında Hüseyn ona ismarıc yazaraq işdən çıxıb-çıxmamağı barədə soruşduqda o, artıq evdə olduğunu demiş, həmin vaxt o, Hüseynlə yazışmaq istəmədiyini bildirmiş və nömrəsini blok elmişdir. Səhəri gün yenə Hüseyn onun iş yerinə gəlmiş, işdən çıxanda onunla danışmaq istədiyini bildirmiş, o, da Hüseynə heç nə deməmiş, həmin gün gecə saat 24 radələrində o, işdən çıxmış və Hüseynlə görüşmüş, onlar onun yaşadığı binanın yaxınlığında söhbət etmiş, daha sonra isə Hüseyn onu yaşadığı evə ötürüb çıxıb getmişdir. 11 oktyabr 2024-cü ildə yenə Hüseyn o, işdən çıxan vaxt gəlmiş və onlar birlikdə söhbət etməyə başlamış, bu zaman yaşadığı bina istiqamətində gedən zaman Hüseyn ona Sumqayıt şəhəri, 9-cu mikrorayonda yerləşən, atasına məxsus kafe olduğunu, gedib orada oturub rahat söhbət edə biləcəklərini bildirmiş, həmin vaxt o, Hüseynlə razılaşmamış, lakin Hüseyn onunla artıq sərt tonda, əmr formasında danışmağa başlamış, mütləq getməli olduğunu bildirmiş, həmin vaxt Hüseynin ona ziyan verməsindən qorxub Hüseynlə birlikdə dediyi kafeyə getmiş, orada olan zaman içəri girdikdə Hüseyn qapını kilidləyib açarını gizlətmiş, bundan sonra isə orada olan zaman o, kresloda Hüseyn isə stulda oturmuş, söhbət etməyə başladıqda Hüseyn ona yaxınlaşaraq onu qucaqlayıb öpməyə başlamış, o, isə Hüseynin hərəkətlərinə etiraz etməmiş, bundan sonra Hüseyn onun paltarlarını və öz paltarlarını da çıxarmış, onlar çılpaq vəziyyətdə orada olan yatağa uzanmış, Hüseyn onun üzərində uzanıb, öz cinsiyyət orqanını onun cinsiyyət orqanından içəri salıb təbii yolla cinsi əlaqədə olmuş, bundan sonra isə paltarlarını geyinib, oradan çıxmış, o. öz yaşadığı evə getmiş, evə çatdıqdan sonra Hüseynlə cinsi əlaqədə olmağına peşiman olmuş və Hüseyni bir daha görməmək üçün nömrəsini blok etmişdir. Lakin səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə o, işdə olan zaman təxminən günorta saatlarında Hüseyn onun iş yerinə gələrək, nömrəsini blokdan açmağını və ona sözünün olduğunu söyləmiş, o, Hüseynin nömrəsini blokdan açdıqdan sonra Hüseyn oradan çıxıb getmiş və ona ismarıc yazaraq axşam onun arxasınca gələcəyini söyləmiş, həmin gün bibisi oğlu yanına gələcəyindən və ondan telefon üçün enerji qurğusu götürəcəyindən Hüseynə arxasınca gəlməməsini söyləmiş, Hüseyn isə onun bibisi oğlunu bəhanə elədiyini başqa bir oğlanla görüşəcəyini söyləyərək arxasınca gələcəyini bildirmiş, gecə saatlarında işdən çıxdıqda Hüseynin və adını bilmədiyi hündürboy dostunun, həmçinin onlardan bir qədər aralıda ondan xoşu gələn Səyyad adlı oğlanın onu gözlədiyini görmüş, o, Hüseynə məhəl qoymayaraq iş yoldaşı Tahirə və adını xatırlamadığı anası ilə birlikdə evinə getmiş, onlardan öndə isə Səyyad getmiş, Səyyad Hüseyn və dostunun onların arxasınca gəldiyini görüb ona yaxınlaşmış və həmin şəxslərin kim olduğunu, nə üçün onların arxasınca gəldiklərini soruşmuş, o, Səyyada həmin şəxsləri tanımadığını söyləmiş, bir qədər sonra Səyyad və o, rəfiqəsindən ayrılıb 9-cu mikrorayonda yerləşən “Bravo” marketin yaxınlığındakı parka gəlmiş, Hüseyn və dostu isə onların ətrafında gəzişmiş, Səyyad öz telefonu ilə kimlərəsə zəng vurub söhbəti düşdüyünü bildirərək, kömək çağırmış. Səyyad onu evə ötürüb ardınca Hüseyngillə söhbət edəcəyini demiş və onu gətirib binalarına ötürmüş, ardınca çıxıb getmiş, o, blokda liftə minmək istəyən zaman Hüseyn blokdan içəri girərək yanına gəlmiş, o, Hüseyndən qorxub pilləkənlərlə qaçmağa başlamış, lakin 2-ci mərtəbədə Hüseyn ona çatıb. 2 gün sonra ölkədən gedəcəyini buna görə də söhbət etmək istədiyini bildirmiş, qonşulardan utandığı üçün o. Hüseynə hal-hazırda yorğun olduğunu və sabah görüşməklərini söyləmiş, Hüseyn israr etsə də, onun dəfələrlə yalvarmağından sonra Hüseyn oradan çıxıb getmişdir. 13 oktyabr 2024-cü il tarixdə axşam saatlarında rəfiqəsi Tahirə ilə işdən çıxmış və evə doğru getmiş, Səyyad da onlarla birlikdə arxalarınca gəlmiş, həmin vaxt Hüseyni ətrafda görmədiyindən bugün gəlmədiyini fikirləşmiş, lakin bir qədər getdikdən sonra Hüseyn onlarla üzbəüz gəlmiş və arxalarınca düşməyə başlamış, o, Hüseynə acıqlı şəkildə arxalarınca gəlməməsini ondan əl çəkməsini söyləmiş, bu zaman Səyyad da gəlib onlara çatmış və Hüseynə qıraqda söhbət etməyi təklif etmiş, bundan sonra Səyyad və Hüseyn oradan uzaqlaşıb getmiş, o, isə rəfiqəsi Tahirə ilə evinə gəlmiş, həmin gün Hüseyndən hər hansı bir xəbər almamışdır. Səhəri gün. yəni 14 oktyabr 2024-cü il tarixdə saat 24 radələrində işdən çıxmamışdan əvvəl o, Hüseyndən qorxduğu üçün ev yoldaşları Elnarə və Nərgizi onu işdən götürmələri üçün çağırmış, onlar birlikdə evə gedən zaman Hüseyn də onların arxalarınca gəlmiş, lakin onlar istiqamət dəyişib Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Araz” marketdə getmiş, marketdə 5-6 dəqiqə gəzişdikdən sonra oradan çıxıb yaşadığı küçəyə gedib çatanda Hüseynin həyətdəki avtomobillərdən birinin arxasında dayanıb onları gözlədiyini görmüş, o. yaşadığı mənzilə qalxan zaman yenə liftin qarşısında Hüseyn qəflətən onun qolundan tutub özünə tərəf çəkmiş, söhbət etmək istədiyini, onunla getməli olduğunu bildirmiş, bu zaman onun yanında olan ev yoldaşlarıda Hüseynə irad bildirib çıxıb getməsini demiş, o, qızlarla liftə minərək 5-ci mərtəbəyə qalxmış, liftdən çıxdıqda Hüseynin pilləkənlərlə çıxaraq onlara çatdığını görmüş, o, Hüseynin qapının qarşısında dayandığını gördüyündən, qonşulara biabır olmamaq üçün Hüseynə aşağı düşməsini, özünün də gələrək söhbət edəcəyini demiş. Hüseyn yarım mərtəbə düşdükdən sonra o, qızlara evə keçməklərini bildirib Hüseynin yanına gəlmiş. Hüseyn ona video göstərmək istədiyini, lakin videoda söyüşlər olduğundan çöldə göstərə biləcəyini söyləmiş, buna görə də onlar blokdan çölə çıxmış, çöldə olarkən o, Hüseyndən videoları göstərməsini tələb etsə də, Hüseyn ona kafelərinə getməyi orada göstərəcəyini demiş, o, buna etiraz etsə də, Hüseyn onu qucağına alaraq bir neçə metr aparmış, o, bu zaman qışqırmağa və ətrafdan kömək istəməyə başlamış, lakin səsinə heç kəs gəlməmişdir. Hüseyn onu qucağından düşürdüb, səsini kəsməyəcəyi halda onu boğub öldürəcəyini demiş, bundan sonra o, səsini kəsmiş və Hüseynlə birlikdə yaxınlıqdakı “Araz market” mağazasının yanından taksiyə əyləşib getmiş, bir qədər getdikən sonra Hüseyn taksini saxlatmış və onlar mağazaya daxil olub oradan 2 ədəd su və Hüseyn üçün siqaret almış, mağazada olarkən onlarla birlikdə qalan ev yiyəsinin qızı Aysel ona zəng vuraraq ondan yaxşı olub-olmadığını, Hüseynin onu qaçırmağını gördüklərini söyləmiş, o, isə hər şeyin qaydasında olduğunu evə qayıdacağını demiş, ardınca isə Hüseynə yalvararaq onu aparmamasım. bir azdan hamının məsələdən xəbərdar olacağını bildirmiş. Hüseyn isə ona məhəl qoymayaraq taksi ilə onu kafelərinə gəlirmiş, kafeyə gəldikdə içəri girən zaman Hüseyn onu içəri salıb qapını kilidləmiş. o, Hüseynə getmək istədiyini, həmin yerdə qalmaq istəmədiyini, qapını açıb onu buraxmasını bildirsə də Hüseyn ona, səhərə qədər onu həmin yerdə məcbur saxlayacağını bildirmiş, həmin vaxt onun mobil telefonunu da əlindən almış və o, heç kimi köməyə çağıra bilməmiş, həmin vaxt o, Hüseyndən çox qorxmuş, bundan sonra Hüseyn onu nalayiq söyüşlərlə söyməyə başlamış, daha sonra isə ona hücum edib iki əlləri ilə bədənini qucaqlayıb qollarını sıxmağa başlamış, o, Hüseynə etiraz edib əlləri ilə müqavimət göstərib özündən uzaqladırmağa çalışsa da Hüseyn ondan qüvvətli olduğu üçün bunu bacara bilməmiş, lakin bacardığı qədər təpiklə vurub özündən uzaqlaşdırmış, lakin Hüseyn yenə ona hücum edib cinsi əlaqədə olmaq üçün əlləri ilə üzünə şillə vurub, saçını yolmuş, qollarından tutub müqavimətini qırmağa çalışmış, bu zaman Hüseyn onun əynindəki şalvarını qabaq tərəfdən tutub cırıb əynindən çıxarmış, bundan sonra paltarını da çıxarıb onu yatağa yıxmış, onun gedə bilməyəcəyini deyib hücum edərək onunla təbii yolla zorla cinsi əlaqədə olmuş, həmin vaxt o, əlləri ilə Hüseynin kürəyini cırıb ona xəsarət yetirmiş, lakin Hüseyn öz əməlinə davam edərək öz cinsi orqanını zorla onun cinsiyyət orqanından içəri salıb onunla cinsi əlaqədə olmuş, bundan sonra isə boşalan zaman onun qarnının üzərinə spermasım axıtmış, daha sonra isə o. paltarını geyinən zaman paltarı Hüseynin spermasına bulaşmış, cinsi əlaqədə olduqdan sonra bu zaman qaldığı evin yiyəsi, yəni onlarla birlikdə qalan Ayselin alası ona zəng vuraraq, harada olmağımı soruşmuş, Hüseyn ona sakit səslə telefondakı şəxsə gələcəyini deməyi bildirmiş. Ayselin atası ondan yanında kim olmasını soruşub telefonu həmin şəxsə verməyini demiş, o, telefonu Hüseynə verdikdən sonra onlar bir birlərini təhqir etməyə başlamış və Hüseyn telefonu söndürərək ona qaytarmış, o, Hüseynə problem yarandığını və evə getmək istədiyini söyləmiş, lakin Hüseyn cinsi orqanını onun ağzına almayacağı təqdirdə heç bir yerə gedə bilməyəcəyini söyləmiş, bundan sonra isə onun üzərinə çıxıb paltarını yenə çıxarmış və öz cinsiyyət orqanını onun sifətinə, dodaqlarına sürtərək cinsiyyət orqanını ağzına salmağa çalışmış, lakin o. ağızımı açmayaraq, dodaqlarını sıxıb, başıma sağa sola çevirib Hüseynə müqavimət göstərmiş, həmin vaxt Hüseyn ona cinsiyyət orqanını ağzından içəri salmadığı halda onu buraxmayacağım bildirmiş, əlləri ilə onun sifətinə və başına zərbələr vurmuş, o, məcbur olub Hüseynin cinsiyyət orqanını ağzından içəri salmış, bir neçə saniyədən sonra Hüseyn onun ağzına boşalmış, bundan sonra o. dərhal Hüseynin altından durub paltarını geyinmiş, bundan sonra Hüseyn durub onu söyüşlər söyərək təhqir etməyə başlamış, onunla zorla cinsi əlaqədə olmasını kameranın çəkdiyini və həmin videoları internet resurslarında paylaşacağını bildirmiş, ardınca onlar kafedən çölə çıxmış, çöldə olarkən Hüseynin həmin ərazidə olan yaşlı bir mühafizəçiyə yaxınlaşıb pul verdiyini görmüş, ardınca o, “Bolt” mobil tətbiqindən taksi çağırmış və onlar avtomobilə əyləşmiş, məhəlləsinin yaxınlığında avtomobildən düşdükdən sonra Hüseyn ona bayaq telefonda danışdığı kişiyə bir daha zəng etməyini və telefonu ona verməyini demiş, o. isə telefonunda kontur olmadığını bəhanə gətirərək zəng etməkdən imtina etmiş və evə getmək istədiyini bildirmiş, Hüseyn isə bir az da söhbət etmək istədiyini bildirdikdə, o. Hüseynin əlindən yaxa qurtarmaq üçün yalandan qucaqlayaraq sağollaşıb, evinə getmiş, o. yaşadığı evə gəldikdən sonra qızlar onun halının yaxşı olmadığını görüb təcili tibbi yardım stansiyasına müraciət elmiş, bundan sonra təcili tibbi yardım biriqadası yaşadığı evə gəlmiş və o, həkimlərə hadisə barədə məlumat vermiş, daha sonra isə yaşadığı evə polis əməkdaşları gəlmişdir. Daha sonra Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 14 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olan zaman onun sifət nahiyəsindən 10- 11 dəfə şillə vurmuş, saçını yolmuş və sinəsini dişləmiş, Təqsirləndirilən şəxs onun üstünə yıxılan zaman, o, Hüseynin kürək, boyun nahiyəsini, həmçinin cinsiyyət orqanım zorla ağzına soxan zaman isə cinsiyyət orqanını dırnaqları ilə cızmış, 14 oktyabr 2024-cü il tarixdə o, Hüseyngilə məxsus kafeyə könüllü gəlməmiş, belə ki, Hüseyn məhəllədə olarkən onu zorla qucağına alıb bir neçə metr götürmüş, o, qışqırmağa başlayandan sonra isə onu boğub öldürəcəyi ilə hədələmiş, yalnız bundan sonra o, səsini çıxartmayaraq Hüseynlə birlikdə kafeyə gəlmiş, Hüseyn ona sakit qalmayacağı təqdirdə öldürməklə hədələdiyindən o, qorxduğu üçün kafeyə getməmişdən əvvəl, “Araz market” mağazasında və taksidə olan zaman ətrafdakı şəxslərdən kömək istəməmiş, həmçinin Hüseyn onu məhəllədən qaçıran zaman qışqırsa da heç kəs ona kömək etmədiyindən, bu dəfə də səsini çıxartmamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi o əvvəldən tanımışdır. Zərərçəkmiş şəxs1 onun ev yoldaşı olmuşdur. Evin yanındakı marketdə işə girmişdir. İşdən gec çıxdığı üçün tək gəlməyə qorxmuşdur. Bu məqsədlə də ona yazmışdır. Ona axşam “tək gəlməyə qorxuram və qabağıma çıxa bilərsən mi” deyə yazmışdır. O özü də digər bir ev yoldaşı ilə bir yerdə onu qarşılamağa getmişdir. Ona nədən qorxduğunu və nə üçün onun qarşılamağa gəlməli olduqlarını deməmişdir. Onlar üçü bir yerdə çıxanda təqsirləndirilən şəxs də onların arxalarınca gəlmişdir. Yəqin ki, elə onları orada gözləmişdir. Təqsirləndirilən şəxs onların arxalarınca düşmüşdür. Onlar artıq binanın qarşısına çatanda artıq onları gözləmişdir. Daha sonra zərərçəkmişi yanına çağırmışdır. Amma Aysel onun yanına getməmişdir. Daha sonra onlar liftlə beşinci mərtəbəyə qalxmışlar. Onlar liftlə qalxanda artıq pilləkənlə qalxmışdır. Yəqin ki, yaşadıqları evi əvvəlcədən bilmişdir. Daha sonra yenidən qızı çağırmışdır. Aysel birinci getmək istəmədiyini bildirmişdir. Daha sonra necəsə onunla birgə düşərək getmişdir. Ondan sonra onlar içəri girmişlər. Aysellə birgə getməmişlər. İkisi bir yerdə binadan çıxaraq uzaqlaşmışlar. Onlar içəri girəndən sonra da qapını kilidləmişlər. Ondan sonra da gecə üç və ya dörd radələrində Aysel evə gəlmişdir. Həmin müddətdə də onlar artıq polisə zəng etmişlər. Birinci olaraq şəxs Hüseynlə birgə getmək istəməmişdir. Sonra onunla binadan çıxaraq uzaqlaşmışdır. Onlar da başına bir şey gələ bilər deyə polisə məlumat vermişlər. İlkin olaraq şəxs onunla birgə getmək istəməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə nəsə göstərmək istəmişdir. Ona görə də ona “gəl aşağıda sənə göstərəcəm” demişdir. Ondan sonra onunla birgə aşağıya düşmüşdür. Bəlkə də onlardan uzaqlaşdırmaq məqsədi ilə elə demişdir. Binanın qarşısına çıxmış və birlikdə getmişlər. Binanın arxa tərəfinə keçdiklərinə görə o görməmişdir. Zərərçəkmiş şəxsə onlar ard-arda zəng etmişlər, amma telefona cavab verməmişdir. Onlara “gələcəm” deyə yazandan sonra yazdığı mesajlara cavab yazmamışdır. Həmin o gördüyü müddət ərzində Hüseyn tərəfindən ona zor tədbiq edilməmiş və təhqir olunmamışdır. Sadəcə şəxsə “mənimlə gəl və sənə söz deyəcəm” demişdir. Şəxsin niyyəti onu aparmaq olmuşdur. Sözlə onunla gəlməsi məsələsində dirənmişdir. İstintaqa da eyni ifadəni vermişdir. Liftə minəndə o zərərçəkmiş şəxsə “gəl gedək” demişdir. Onlar beşinci mərtəbəyə liftlə çıxmışlar. Onlar evin qapısını açmamışlar. Hardasa 20-30 saniyə qapının ağzında gözləmişlər. Həmin müddət ərzində də zərərçəkmiş Zərərçəkmiş şəxs1 təqsirləndirilən şəxslə birlikdə getmişdir. Evin qapısını digər xanım açmışdır. Həmin xanımın adı da Ayseldir. Ev sahibinin qızıdır. Birinci olaraq təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs dördüncü blokun qarşısında dayanmışlar. Ondan sonra pilləkənlə aşağı düşmüşlər. Ev sahibinin qızı olan Aysel atasına zəng etmişdir. Atası polisə məlumat vermişdir. Onun atasına nə dediyini bilməmişdir. Aysel onların getməsini bilməmişdir. Aysel atasına “bir oğlan gəlmiş və Aysellə bir yerdə bu saatda getmişlər” demişdir. Atası da yəqin ki, qorxaraq polisə zəng etmişdir. Həmin müddətdə onlar artıq iki il zərərçəkmiş şəxs olan xanımla ev yoldaşı olmuşlar. Elə də səmimiyyətləri olmamışdır. Hüseynlə olan münasibətlərindən danışmamışdır. Bir dəfə bir oğlanın onu narahat etdiyini və nömrəsini istədiyini demişdir. Əlavə bir şey deməmişdir. Həmin günü də onu qabağına çağırmaqda məqsədi də sadəcə gecə evə gec gəldiyi səbəbi ilə qorxması olmuşdur. Yenə də o oğlan barədə bir söz deməmişdir. Elnarə də onunla birgə Ayseli qarşılamağa getmişdir. Getdiyindən üç saat sonra Aysel geri qayıtmışdır. Həmin vaxt oyaq olmuşdur. Ayselin halı pis olmuşdur. Üstü-başı toz-torpaq olmuşdur. Yerdə oturmuş və başını tutmuşdur. Əynindəki şalvarı cırılmışdır. Bel hissəsindən şalvarı cırılmışdır. Belini bir təhər bağlayıb gəlmişdir. Təqsirləndirilən şəxslə gedəndə onlara nəsə deməmişdir. Təqsirləndirilən şəxsi onlardan uzaqlaşdırmaq üçün ona “gəl mənə nə göstərirsənsə aşağıda göstər” demişdir. Onlara “gözləyin, gəlirəm” sözünü də bəlkə də demişdir. Yəni o tam olaraq xatırlamamışdır. Təqsirləndirilən şəxslə aralarında məsafə çox olmamışdır. 2 metrlik məsafə olmuşdur. Bir neçə pilləkən aşağıda olmuşdur. İfadəsini oxuyub imza çəkmişdir. Zərərçəkmiş şəxs evə gələndə kiminsə ona qarşı belə bir hərəkət etməsini deməmişdir. Onlarla heç nə danışmamışdır. Başını tutub oturmuşdur. Aysel evə gələndə qapını o açmamışdır. Yəqin ki, qızlardan biri açmışdır. Bu məsələ bir il əvvəl olmuşdur. Hadisələri tam ətraflı hazırda xatırlamamışdır. İstintaq zamanı ifadə verərkən hadisə yenicə baş vermişdir. Ona görə də həmin vaxt daha dolğun ifadə vermişdir. İstintaq ifadəsini daha üstün hesab etməyi xahiş etmişdir. Şahid qismində ifadə vermiş Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin 3-cü kurs tələbəsi olmaqla Zərərçəkmiş şəxs1 tanımış, belə ki, sonuncu ilə eyni fakültədə təhsil almış, həmçinin Aysel onunla bir evdə kirayə qalmış, lakin sonuncu Sumqayıt şəhərində yerləşən “Gold Qayalı” marketlər şəbəkəsində satıcı olaraq işlədiyi üçün onların Aysellə çox ünsiyyəti olmamış, Ayselin iş saatı 16:00-dan 00:00-a dək olmuş, xx.xx.2024-cü il tarixdə saat 22:16-da Zərərçəkmiş şəxs1 ona mesaj yazaraq havanın qaranlıq olması ilə əlaqədar iş çıxışında onunla birlikdə evə getməsini xahiş etmiş, o. buna etiraz etməyərək onunla birlikdə gəlməsi üçün rəfiqəsi Elnarədən xahiş etmiş, onlar saat 23:30-da marketin qarşısına gedərək Ayseli gözləmiş. Aysel işdən çıxaraq onlarla birlikdə evə doğru hərəkət etməyə başlamış, həmin vaxt onların arxasınca bir oğlanın gəldiyini görmüş, bu barədə Ayseldən soruşduqda, sonuncu bir neçə gündür onu narahat etdiyini bildirmiş, daha sonra həmin oğlan başqa məhəlləyə getmiş, onlar ilk öncə oğlanın onlardan əl çəkdiyini düşünmüş, daha sonra onlar yaşadıqları binaya yaxınlaşdıqda həmin oğlanın binanın qarşısında olduğunu görmüş, onlar lift vasitəsilə 5-ci mərtəbəyə evə qalxarkən oğlan Ayselin qolundan tutaraq ona sözü olduğunu bildirmiş, Aysel həmin oğlana etiraz edərək liftə daxil olmuş, onlar 5-ci mərtəbəyə qalxdıqda liftin qapıları açıldıqda həmin oğlanı orada görmüş, oğlan Ayselin qolundan tutaraq israrla onunla danışmalı olduğunu bildirmiş, həmin vaxt digər ev yoldaşları Şahid2 qapını açmış, qapı açıq olarkən o, Zərərçəkmiş şəxs1 qolundan dartaraq içəri gəlməsini istəmiş, sonuncu artıq həmin oğlanın getməyəcəyini anlayaraq oğlana “gəl aşağı düşək nə sözün varsa aşağıda de” deyərək səslənmiş, həmin vaxt onlar aşağı düşdükdən sonra onlar evə girmiş və Şahid2 atasına zəng edərək olanlar barədə məlumat vermiş, sonuncu isə öz növbəsində bu barədə Azərbaycan Respublikası DİN-nin “102” çağrı mərkəzinə zəng edərək məlumat vermişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi o əvvəldən tanımamışdır. Həmin gecə qapı döyülmüşdür. Qızlar evdən çıxmışdır. Onun üstündən yarım saat sonra qapı yenidən döyülmüşdür. O, qapını açanda heç kimi görməmişdir. Daha sonra Nərgizlə Elnarəni görmüşdür. O, dəqiqə içəri girmişlər. Çöldə o oğlanın səsini eşitmişdir. Eyni zamanda burnuna da siqaret qoxusu gəlmişdir. Qızlar içəri girmişdir. O biriləri də getmişlər. Onun gördüyü bu qədərdir. Birinci polisə onlar zəng vurmuşlar. Daha Aysel evə gələndən sonra vəziyyəti pisləşmişdir. Aysel təngənəfəs olmuşdur. Panik atak keçirmişdir. Onlar da tibbi yardıma zəng etmişdir. Ayselin üstü-başı pis vəziyyətdə olmuşdur. Şalvarı cırıq olmuşdur. Başına nə iş gəldiyini demişdir. Təcavüzə məruz qaldığını demişdir. Heç bir məlumat vermədən birinci ağlamağa başlamışdır. Evə gələn kimi ağlamağa başlamışdır. Təcili yardım gələndən sonra hadisənin bu formada baş verdiyi danışılmışdır. Ondan sonra polisə zəng olunmuşdur. Tibb həkiminə qıza təcavüz olunduğu deyilmişdir. Onlar elə başa düşmüşlər. Onlar bu halı həkimə bildirmişlər. Həmin dəqiqə də həkim polisə zəng vurmuşdur. Üç polis əməkdaşı gəlmişdir. Aysel özü onlara təcavüzə məruz qaldığını demişdir. Ağlamağa başlamışdır. Onlar onu sakitləşdirməyə çalışmışlar. Üstü cırıq olmuşdur. Onlar da həkimə zəng etmişlər. O, qapını açanda birinci kimisə görməmişdir. Sonra Elnarə və Nərgizi görmüşdür. Aysellə Hüseyni görməmişdir. O, qızların Ayseli dartıb içəri salmaqlarını görməmişdir. O, Elnarə ilə Nərgizi görmüşdür. İstintaqa vermiş olduğu ifadəsini oxumuşdur. İfadələr arasında ziddiyyət görməmişdir. Zərərçəkmiş şəxsin şalvarının orta hissəsi cırılmışdır. O, bir dənə onu görmüşdür. Şalvarının qabaq hissəsi cırılmışdır. Yəqin ki, istintaq zamanı zərərçəkmiş şəxsin şalvarının orta hissəsinin cırılmasını demişdir. Polisə birinci onun atası şikayət etmişdir. O, ilkin olaraq valideynlərinə müraciət etmişdir. X8 həkimləri gələndən sonra da onlar da polisə müraciət etmişdir. Həmin günü Aysel ilk evə gələndə saat gecə saat on iki radələri olmuşdur. O, çox vaxt Ayselin evə gəliş saatlarını görməmişdir. Həmin saatda o yatmışdır. Qızlar içəri girəndən sonra polislərə zəng olunmuşdur. Daha sonra qız evə gəlmişdir. İki saatdan sonra Aysel evə gəlmişdir. Onlar da Ayselin vəziyyətini görüb X10 zəng etmişlər. İstintaq zamanı o, sərbəst ifadə vermişdir. Oxuyub imzalamışdır. Elnarə ilə Nərgiz onun yanına gələrək demişdir. İstintaqa vermiş olduğu ifadəni təsdiq etmişdir. Şahid qismində ifadə vermiş Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən bir aya yaxın müddətdir ki, Şabran rayonunda qeydiyyatda olsa da, təhsili ilə əlaqədar yuxarıda qeyd etmişdiryi ünvanda kirayə olaraq yaşayır. Hazırda Sumqayıt Dövlət Universitetinin Riyaziyyat fakültəsinin 2-ci kurs tələbəsidir. Zərərçəkmiş şəxs1 tanımışdır. Belə ki, sonuncu ilə eyni universitetdə təhsil alsa da, o həmin fakültəsinin 3-cü kursunda təhsil almaqdadır. Həmçinin Aysel mənimlə bir evdə atasına məxsus evdə kirayə qalmışdır. Lakin sonuncu Sumqayıt şəhərində yerləşən “Gold Qayalı” marketlər şəbəkəsində satıcı olaraq işlədiyi üçün onunla çox ünsiyyətləri olmamışdır. Bildiyi qədəri ilə onun iş saatı 16:00-dan 00:00-a dəkdir. Dünən, yəni xx.xx.2024-cü il tarixdə saat 22:16da Zərərçəkmiş şəxs1 ev yoldaşları olan Şahid1 mesaj yazaraq havanın qaranlıq olması ilə əlaqədar iş çıxışında onunla birlikdə evə getməsini xahiş etmişdir. Nərgiz bunu digər ev yoldaşları olan Şahid3 bildirərək onunla birlikdə Ayseli qarşılamağa getməyi xahiş etmişdir. Onlar saat 23:30-da marketin qarşısına gedərək Ayseli gözləmiş, Aysel işdən çıxaraq onlarla birlikdə evə gəlmişdir. Təxminən 20 dəqiqədən sonra evin qapısı döyüldüyündə o, qapını açmışdır. Həmin vaxt Elnarə və Nərgiz qapının qarşısında olmuşlar, lakin o, Aysel və həmin oğlanı görməmişdir. Nərgiz və Elnarə gələrək olan hadisələr barədə ona danışmışlar. O, dərhal atasına zəng edərək hadisə barədə məlumat vermişdir. Sonuncu isə öz növbəsində bu barədə Azərbaycan Respublikası DİN-nin “102” çağrı mərkəzinə zəng edərək məlumat vermişdir. O, Ayseli işdən gələn zaman həmişə qarşılamamşdır. Bu hal sadəcə bir dəfə baş vermişdir. Zərərçəkmiş şəxs1 ona hər hansısa oğlanla münasibəti ilə bağlı məlumat verməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid3 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, həmin günü onlar zərərçəkmiş şəxs olan xanımı işdən gətirmək üçün onun yanına getmişlər. Daha sonra geri qayıdanda Hüseynlə qarşılaşmışlar. Binanın girişinin qarşısında yaxınlaşmışlar. Aysellə söhbət etmək istəmiş, amma onlar ona icazə verməmişlər. Ondan “bizimlə, gəl” deyərək liftə minməsini istəmişlər. Aysellə birlikdə liftə minərək yuxarı çıxmışlar. Onlar beşinci mərtəbədə yaşamışlar. Hüseyn də pilləkənlə yuxarı çıxmışdır. Onlar yaşadıqları evin qapısını döymüş və xanımlardan biri qapını açmışdır. Aysel evə giriş etməmişdir. Hüseynin xahişi iləmi və ya onun təzyiqi iləmi giriş etmədiyini dəqiq bilməmişdir. Onunla getmişdir. Onlara qorxmayaq deyə aşağıda Hüseynlə danışıb gələcəyini demişdir. Daha sonra onlar içəri girərək pəncərədən baxmış və onların binanın girişindən çıxmadıqlarını görmüşdür. Məcbur formada Ayselin qolundan tutaraq binaların arasına aparmışdır. Ondan sonra da o, bir şey görməmişdir. Gecə saat iki radələri olmuşdur. Qapı döyülmüşdür. Qapını açanda Ayselin tək olduğunu görmüşlər. Aysel içəriyə girmişdir. Şalvarının ön hissəsi, yəni zamok tərəfi cırıq vəziyyətdə olmuşdur. Polisə zəng olmuşdur. Polis əməkdaşları gələrək ifadə almışdır. Aysel evə gələndə onlara elə də bir məlumat verə bilməmişdir. Halı özündə olmamışdır. Ağlamışdır. Qısaca pis vəziyyətində olmuşdur. Hazırda telefonunda yazışmalar qalmamışdır. Amma zərərçəkmiş şəxs olan Aysel ona votsap sosial şəbəkəsi vasitəsi ilə səs göndərmişdir. Cövhər market adlanan yerdə olduğunu demişdir. Doqquzuncu mikrorayonda yerləşdiyini demişdir. Həmin yerə onu gətirdiyini bildirmişdir. Ondan sonra isə özü evə gəlmişdir. Beşinci mərtəbədə yaşamışlar. Beşinci mərtəbəyə Hüseyn onlarla birlikdə çıxmamışdır. Onlar liftin içərisinə girəndə Hüseynin pilləkənlərə doğru addımladığını görmüşlər. Liftin qapısı açılanda Hüseyn artıq qarşılarında olmuşdur. Hüseyn onlara zor tədbiq etməmişdir. Sadəcə Ayseli israrla çağırmışdır. Qolundan tutmağa çalışmışdır. Aysel icazə verməmişdir. Aysel onların qorxmamaqlar üçün onunla birlikdə aşağı düşmüşdür. Onlar aşağıda olduqları müddətdə evdə iki xanım olmuşdur. Biri həmin vaxt yatmışdır. Biri isə qapını açmışdır. Qapını açan şəxs fikrincə qapının ağzındakı olanları görə bilməmişdir. Hüseynlə Aysel dördüncü mərtəbə ilə beşinci mərtəbənin arasında olan pilləkəndə dayanmışlar. Həmin şəxs özü daha dəqiq görüb və ya görmədiyini demişdir. Yaşadıqları ev üç otaqlıdır. Yaşadıqları evdə balkon yoxdur. Pəncərələr olmuşdur. Pəncərədən baxanda birinci binanın ön tərəfində olan danışıqlarını görmüşlər. Beşinci mərtəbədən onlar baxanda onların danışıqlarını məsafəyə görə eşidə bilməmişlər. Ayselin qolunun arxa tərəfindən tutaraq apardığını görmüşdür. Həmin vaxt hardasa saat birə işləmişdir. Onların gördükləri yerdə ətraf işıqlı olmuşdur. Binanın arasına işıq düşməmişdir. Ayseli o tərəfə aparandan sonra onlar görməmişlər. Onlar polisə məlumat vermişlər. Polisə o, məlumat verməmişdir. Ev yoldaşının atası məlumat vermişdir. Ayselə onlar dəfələrlə zəng etmişlər. Bir dəfə Aysel onlara “narahat olmayın” deyə cavab vermişdir. Ondan sonra Ayselə zəng çatmamışdır. Həmin ona göndərilən səs sonradan hər iki tərəfdən silinmişdir. Ona görə də həmin səsi istintaqa təqdim etmək mümkün olmamışdır. O, Ayseldən həmin səsi nə üçün sildiyini soruşanda özünün silmədiyini, təqsirləndirilən şəxsin telefonu ondan alaraq sildiyini demişdir. Bildiklərini istintaq zamanı da demişdir. İstintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etmişdir. Şahid qismində ifadə vermiş Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən bir aya yaxın müddətdir ki, Şabran rayonunda qeydiyyatda olsa da, təhsili ilə əlaqədar kirayə olaraq yaşayır. Hazırda Sumqayıt Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin 2-ci kurs tələbəsidir. Zərərçəkmiş şəxs1 tanımışdır. Belə ki, sonuncu ilə eyni universitetdə təhsil alsa da, o həmin Riyaziyyat fakültəsinin 3-cü kursunda təhsil almaqdadır. Həmçinin Aysel onunla bir evdə kirayə qalmışdır. Lakin sonuncu Sumqayıt şəhərində yerləşən “Gold Qayalı” marketlər şəbəkəsində satıcı olaraq işlədiyi üçün onunla çox ünsiyyətləri olmamışdır. Bildiyi qədəri ilə onun iş saatı 16:00-dan 00:00-a dəkdir. Dünən, yəni xx.xx.2024-cü il tarixdə saat 22:16-da Zərərçəkmiş şəxs1 ev yoldaşları olan Şahid1 mesaj yazaraq havanın qaranlıq olması ilə əlaqədar iş çıxışında onunla birlikdə evə getməsini xahiş etmişdir. Nərgiz bunu ona bildirərək onunla birlikdə getməyini xahiş etmişdir. Onlar saat 23:30-da marketin qarşısına gedərək Ayseli gözləmişlər. Aysel işdən çıxaraq onlarimlə birlikdə evə doğru hərəkət etməyə başlamışlar. Həmin vaxt onlarim arxalarınca bir oğlanın gəldiyini görmüşlər. Bu barədə Ayseldən soruşduqda, sonuncu bir neçə gündü onu narahat etdiyini bildirmişdir. Daha sonra həmin oğlan başqa məhəlləyə getmişdir. Onlar ilk öncə oğlanın onlardən əl çəkdiyini düşünmüşlər. Daha sonra onlar yaşadıqları binaya yaxınlaşdıqda həmin oğlanın binanın qarşısında olduğunu görmüşlər. Onlar lift vasitəsilə 5-ci mərtəbəyə evimizə qalxarkən oğlan Ayselin qolundan tutaraq ona sözü olduğunu bildirmişdir. Aysel ona etiraz edərək liftə daxil olmuşdur. Onlar 5-ci mərtəbəyə qalxdıqda liftin qapıları açıldıqda həmin oğlanı orada görmüşlər. Oğlan Ayselin qolundan tutaraq israrla onunla danışmalı olduğunu bildirmişdir. Həmin vaxt digər ev yoldaşları Şahid2 qapını açmışdır. Qapı açıq olarkən o, Zərərçəkmiş şəxs1 qolundan dartaraq içəri gəlməsini istəmiş, sonuncu artıq həmin oğlanın getməyəcəyini anlayaraq oğlana “gəl aşağı düşək nə sözün varsa aşağıda de" deyərək səslənmişdir. Həmin vaxt onlar aşağı düşdükdən sonra onlar evə girmiş və Şahid2 atasına zəng edərək olanlar barədə məlumat vermişdir. Sonuncu isə öz növbəsində bu barədə Azərbaycan Respublikası DİN-nin “102” çağrı mərkəzinə zəng edərək məlumat vermişdir. Zərərçəkmiş şəxs1 ona hər hansısa oğlanla münasibəti ilə bağlı məlumat verməmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid4 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, təqsirləndirilən şəxsi o, əvvəldən tanımamışdır. Axşam saatlarında evə qayıdan vaxt avtomobili həyətdə saxlayanda o, səs eşitmişdir. Xanım səsi olmuşdur. “Məni qaçırdırlar, kömək edin” deyə qışqırmışdır. O da 102 xidmətinə zəng etmişdir. Sonrada post patrulun əməkdaşları gəlmiş və məsələni araşdırmışdır. Heç bir şey tapa bilməmişlər. Ona “siz gedin” demişlər. Müəyyən zamandan sonra ona zəng gəlmiş və ifadə verməyi üçün çağırmışlar. Ondan sonra yazılı ifadəsini vermişdir. O, kömək istəyən bir xanım səsi eşitmişdir. Həmin vaxt o həyətdə öz avtomobilini saxlayırmış. Avtomobildən düşən anda səs eşitmişdir. “Məni qaçırdırlar” sözünü eşitmişdir. O, hər hansı bir şəxs görməmişdir. Gecə saatları olmuşdur. Onların binasının qarşı tərəfində toyxana olmuşdur. Toyxananın bir tərəfi ağaclıqdır. Gecə saatları ağaclığın içərisində səs eşitmişdir. Qız səsi olmuşdur. “Kömək edin məni qaçırdırlar” deyə qışqırıq səsindən dərhal sonra səsinin boğulduğunu və bir nəfərin oğlan səsi ilə “kəs səssini” dediyini eşitmiş, buna görə də həmin şəxslərin ən azı bir qız və bir oğlan olduğunu başa düşmüş, həmin vaxt məhəllədə heç kəs olmadığından o və arvadından başqa heç kəs həmin səsləri eşitməmişdir. O nə qızı, nə də oğlanı görmüşdür. Daha sonra 102 xidmətini yığmış və belə bir səs eşitmişdir. Polislər onunla birgə axtarmış və heç bir şey tapmamışdır. Ona “sən get nəsə olsa səninlə əlaqə saxlayacağıq” demişdir. Ondan bir ay sonra ona zəng olunmuş və ifadə vermək üçün dəvət olunmuşdur. Prokurorluğa getmiş və indi dediyi tərzdə yazılı şəkildə ifadə vermişdir. Həmin vaxt onun yanında yoldaşı olmuşdur. Yoldaşı da səsi eşitmişdir. Başqa kimsə olmamışdır. Daha doğrusu o, kimisə görməmişdir. Səs gələn tərəfə ona görə yoldaşının təzyiqi olduğu üçün getməmişdir. Stress keçirmişdir. Yoldaşı qorxudan yerə yıxılmışdır. O, ailəsini qorumağa çalışmışdır. İstintaqda onun yoldaşı ifadə verməmişdir. Yoldaşını ifadə vermək üçün kimsə çağırmamışdır. İstintaqa vermiş olduğu ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid5 sərbəst ifadəsində və sualları cavablandırarkən göstərmişdir ki, gecə saat bir və ya iki radələri olmuşdur. Oğlunun nömrəsindən ona zəng gəlmişdir. Zərərçəkmiş şəxs2 onun oğludur. Ona bəs “ay ata restoranda ofisant işləyirəm və qablar əlimdən yerə düşüb” demişdir. Eyni zamanda qabları sındırdığına görə restoran sahibi pulunu istədiyini demişdir. Oradan ondan 200 manat pul istədiklərini demişdir. Kartında pul olmadığını və gecə vaxt kimdənsə xahiş edə bilməyəcəyini demişdir. Oradan səs-küy gəldiyini eşitmişdir. Telefonu oğlundan alaraq “oğlun məndən 200 manat pul alıb” demişdir. Nalayiq ifadələr işlədərək gecə vaxt həmin pulun çatmalı olduğunu demişdir. Gecə vaxt Sumqayıtdan olan tanışına zəng etmişdir. Daha sonra həmin pul 250 manata qalxmışdır. Ona “səhər gəlim verim” deyəndə ona “yox” demişdir. “Bu gecə pul çatmalıdır” demişdir. O, bir nəfərə zəng etmiş və Səyyad həmin adamdan 250 manatı götürmüşdür. Onun oğlunun nömrəsi ilə ona zəng gəlmişdir. O, səsindən təqsirləndirilən şəxs olduğunu başa düşmüşdür. İstintaqa vermiş olduğu ifadəni təsdiq etmişdir. Məhkəmə baxışında ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmaqla araşdırılmış Şahid6 ibtidai istintaq zamanı digər Şahid5 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinə uyğun ifadə verərək onun dediyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, saat 00:11 radələrində Sumqayıt şəhəri, 13-cü mkr, ev 8-də yaşayan vətəndaş Şahid4 AR DİN-nin 102 xidmətinə zəng edib, məlumat verərək ünvanda qadının qışqırıq ifadələr işlətməsini bildirmişdir. xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, saat 02:11 radələrində Şabran rayonu, Uzunboyat kənd sakini vətəndaş X7 AR DİN-nin 102 xidmətinə zəng edib, məlumat verərək Sumqayıt şəhəri 13-cü mkr, ev 2A, mənzil 27-də qızı ilə birgə yaşayan Zərərçəkmiş şəxs1 (**********) adını bilmədiyi şəxs tərəfindən qaçırılmasını bildirmişdir. xx.xx.2024-cü il tarixli əşyalara baxış keçirilməsi protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd kofta - qara rəngli olmaqla yun materialdandır. Yarım qolludur. Yaxalığı üçbucaq formasındadır. Hər iki çiyin hissəsində bəzəkli düyünlər vardır. Paltarın qarın hissəsində ağ rəngli ləkələr vardır. Şalvar - qara rəngli olmaqla, klassik modellidir. Şalvarın iç tərəfində bel hissədə “karol” sözü yazılmış yarlıq vardır. Önü zəncirbəndlə bağlanır. Zəncirbəndin başlanğıc hissəsindən aşağıya doğru 8sm uzunluğunda zədə izi vardır. Tuman - ağ rəngli olmaqla üçbucaq formasındadır. Üzərində qara rəngli nöqtəvari naxışları vardır. İç tərəfində qana bənzər ləkələr müşahidə olunur. xx.xx.2024-cü il tarixli telefona baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Sansung” markalı mobil telefon kilidlənməmişdir. Əllə təmas etdikdə ana ekran açılır. Telefonun ekranında müxtəlif tətbiqlər vardır. “Whatsapp” proqramına daxil olub söhbətlər hissəsinə keçdikdə, orada müxtəlif şəxslərlə mesajlaşmalar vardır. Həmin yazışmalardan “Aska” adı ilə qeyd olunmuş nömrə ***-***-**-** nömrəsidir ki, bu nömrə də Zərərçəkmiş şəxs1 aiddir. “Aska” adlı şəxslə olan yazışmalara daxil olduqda görünür ki, həmin yazışmalar xx.xx.2024-cü il tarixdə saat 00:01-də başlayır. Yazışmanın mətni aşağıdakı kimidir: “00:01 Təqsirləndirilən şəxs (bundan sonra Н): Salam, Necesen, Biyaq maqazinde nömrevi alan oğlandı. (Cavabsız zəng gedir.) Yigdim adboy verdin. 00:05 Zərərçəkmiş şəxs1 ( bunadan sonra A): Aha. Men evdeyem artiq 00:08 H: Mende yarim saatdi masinda oturmusam seni gozduyuremki seni yola salim. He hecne canin sagolsun. 00:11 A: Men cixanda etrafa baxdim. Siz yox idiniz ve geldim eve. Ve xeberde vere bilmedim cunki nomreniz yoxdu ozunuzde yazmadiz. “He hecne canin sagolsun.”-a cavab olaraq “Sizinde” 00:13 H: He bildim caniviz sagolsun. Narahat etmedim sizi? 00:15 A: Eslinde meqsedinizin basqa bir sey olduğun dusunurem. 00:17 H: Nece yeni. Basa dusmedim. 00:18 A: Neyse bos verin. Yeqin o qeder işçinin icinde niye men. 00:19 H: “Neyse bos verin.” Mesajına cavab olaraq "Bos verin nedi ele sey olur?” 00:19 A : “Bos verin nedi ele sey olur?” mesajına cavab olaraq “He” 00:19 H: “Yeqin o qeder işçinin icinde niye men.” Mesajına cavab olaraq “İnaninki men hec kime fikir vermirem” 00:20 A: “İnaninki men hec kime fikir vermirem” mesajına cavab olaraq “ Bes men niye” 00:20 H: Ele olub ki qohumlarimnan uz uze cixmisam gormemisem eve diyiblerki omernen uz uze cixmisiq gorub salam vermir. 00:21 A: “Ele olub ki qohumlarimnan uz uze cixmisam gormemisem eve diyiblerki omernen uz uze cixmisiq gorub salam vermir.” Mesajına cavab olaraq “Hmmm” 00:21 H: Menim xasiyetim biraz basqadi men her insane yaxinlasan deylem. “Hmmm” mesajına cavab olaraq “Hmmm nedi”. 00:21 A: Sabaha ne dersim var qoy baxim. 00:21 H: “Sabaha ne dersim var qoy baxim.” Mesajına cavab olaraq “Narahat etdim?”. Neyse. Yegin sevgilinnen danisassan. Gecen xeyre. 00:28 A: Kusdun 00:30 H: Men qiz zadam kusem sen sozuvu dedin fso. 00:31 A: “Mən nə dedim ki?, özdə sən orda deyildin məncə, çünki ətrafa baxdım, sən deyilən bir şey yox idi orda” mətnli səs yazısı. 00:32 H: 2deq. Yigiram sene. 00:33 A: Tm 00:33 H: Atamnan oturmusam. 00:33 A: “Mən də iş görürəm, yığanda səncanı vatsappa yaz aça bilməyəcəm. Tamam narahat olma işində ol.” mətnli səs yazısı. 00:33 H: Gormey istiyirsen atami? 00:33 A: “Atavı niyə görüm mən sənin, ay Allah, elə bilki elçi zad gəlmişəm sənin üçün ” mətnli səs yazısı. 00:34 H: “ elə demirəm e mən, sən xəstəsən, deyireəm ki, atamla oturmuşam, yeyibiçirəm, atamla biz həm dostuq, həm də biz sirdaşıq, həm də ata-balayıq, başa düşdün yəni” mətnli səs yazısı. 00:35 H: 3 dəqiqəlik video zəng. 00:39 A: Niyə söndürdün? 00:40 H: Cavabsız zəng. Tlfnu ac. ses atma. 00:41 A: “Sən canı atava nə deyib göstərdin məni, dedin ki neçə ildi danışırıq?" mətnli səs yazısı. 00:41 H: Cavabsız zəng. 00:41 A: “Bir az işlərim var. telefonu aça bilmirəm. Danışarıq sonra, narahat olma sən də yeyib- içməyində ol. Bu arada həqiqətən deyirəm baxdım dükanın qabağına, sən orda deyildin.” mətnli səs yazısı. Hansı masin idi ki. 00:41 H: Tlfnu ac. cole cixmisam soz diyecem. 00:42 A: “ Gözlə onda, 1 dəqiqəyə yığıram” mətnli səs yazısı. 00:42 H: Yaxsi. 00:42 A: 3 dəqiqəlik səsli zəng. 00:46 A: “Sən zarafat götürmürsən də” mətnli səs yazısı. 00:47 A: Neyse. 00:49 H: Neyse. O 7-8 nefer oda sen. Ozun bilersen, sagol. 00:56 H: Cavabsız səsli zəng. 01:00 H: Cavabsız səsli zəng. 01:01 H: Yigdim adboy eledin yegin basin qarisiqdi. Hecne Atam durdu cixdi getdi eve. Men de dururam gedem bakiya isim var. Sagol 01:07 A: “Yaxşı, görürəm söhbəti sən çox uzadırsan, özün bilərsən, davay sağol.” mətnli səs yazısı. 01:09 H: 6 dəqiqəlik video zəng. 01:15 A: 4 dəqiqəlik səsli zəng. 01:21 A: “Bu nə hərəkətdi, 2-ci dəfədi sözüm ağzımda qalır, danışa bilmirəm. Niyə söndürürsən telefonu?” mətnli səs yazısı. 01:22 H: Yanima adam geldi tanis usaq 2deq yigiram. 01:22 A: “Ən zəhləm gedən şey adboydu.Onu da uje 2-ci dəfədi eliyirsən.” mətnli səs yazısı. 01:25 H: 5 dəqiqəlik səsli zəng 01:32 H: 2 dəqiqəlik səsli zəng. 01:34 Л: 1 dəqiqəlik səsli zəng. 01:41 H: 5 dəqiqəlik video zəng. 01:47 A: “ Məzələnmə day mənlə, yatıram, davay.” mətnli səs yazısı. 01:48 H: 31 saniyəlik səsli zəng. 01:50 A: “Çox kobud insansan, həqiqətən, mən belə bir insanla yola gedə bilmərəm heç vaxt” mətnli səs yazısı. 01:53 H: He hecne, Canin sagolsun. 01:58 A: Sagol 02:00 H: Gelurem, Seni gorem. ? ? 02:49 H : Neyse ozun bilersen, Sagol. 15:01 H:? 21:21 A: Sss 21:24 H: Sen meni niye bloka atmisdin ki. 21:25 A: “Çünki əsəbiləşdirmişdin. Getdin burden ya gözləyirsən?” mətnli səs yazısı. 21:27 H: Saat necede cixassan isden 21:32 A: “20 dəqiqə qalmış.” mətnli səs yazısı. 21:34 H: “20 dəqiqə qalmış.” mətnli səs yazısına cavab olaraq “ Basa dusmedim" 21:34 A: “12-yə 20 dəqiqə qalmış, 23:38. 23:40 belə çıxacam” mətnli səs yazısı. 21:35 H: “Hə heçnə bildim. Üstüvə sağlıq bir az soyuq olub mənə deyəsən, gəldim elə aptekə dərman almağa, ordan da girdim dedim bir dənə səni görüm, görüm niyə belə eləmisən, səbəb nə idi belə eləməkdə. Bir dənə Novxanıya çatım, evə. Görüm şey olsa çıxıb gələrəm.” mətnli səs yazısı. 21:42 A: “Tamam, tamam.” mətnli səs yazısı. 21:45 H: Sen hansi terefde qalirsan?. Qold qayaliya yaxindi is yerin? 21:49 A: “Hə, yaxındı” mətnli səs yazısı. 21:51 H: Calisacam gelim isden cixanda gorum seni. 21:58 A: “Tamam, tamam.” mətnli səs yazısı. 23:06 H: Neynirsen. 23:20 A: “Heçnə hazırlaşıram.” mətnli səs yazısı. 23:22 H: Masin atamdadi taksideyem gelirem. 23:22 A: “Gələcəksən?” mətnli səs yazısı. 23:22 H: lOdeq catiram ora. 23:26 A: “Tamam, tamam. Dükanın qabağında gözləmə, yolun o biri tərəfində gözlə, keçəcəm ora. Çatdın?” mətnli səs yazıları. 23:32 H: He burdayam. Doner satilan yerin yanindayam. Hiperin yanindayam. 23:32 A: “Ora haradı ay bacı, dönər? hə, o tərəfdəsən. Gəl də bu tərəfə. Hiper. Yolun o biri tərəfmə keç, Qayalıyla üzbəüzdü” mətnli səs yazısı. 23:33 H: “ Bu Qayalıyla üzbəüz, onun yanma gəlim? Qayalıyla düz üzbəüz, yolun bu biri tərəfində gözləyirəm səni, sən hardasan, çıxmısan işdən?" mətnli səs yazısı. 23:33 A: “Hə, orda gözlə, indi 23:38-də işıqlar sönəcək, sonra sumkamı yolayacaqlar, gələcəm’’ mətnli səs yazısı. 23:34 H: Yaxsi. “Məndə zaryadka 1 faizdi, sönə bilər telefon, düz Qayalıyla yolun bu tərəfində gözləyirəm” mətnli səs yazısı. 23:35 A: “Heç yorulmadığım qədər yorulmuşam, ayaqlarım yol tutmur.” mətnli səs yazısı. 23:36 H: "İnan ki, üstünə sağlıq soyuq olub, nədi, gəldim bayaq dərman aldım aptekdən, çıxdım getdim evə, Novxanıya bağa. İçdim dərmanı uzanıb yatacaqdım, dedim gəlim səni görüm. Atama da yığdım ki, hardasan, dedi Bakıdayam. Maşın da ondadı, atamdadı, mindim taksiyə dedim 5 dəqiqə də olsa səni görüm. Görüm məni niyə bloka atmış dünən sən” mətnli səs yazısı. 23:39 A: “Çıxdım, gəlirəm” mətnli səs yazısı.” 11 oktyabr 2024-cü il tarixdə olan yazışmalar: “00:09 H: Çatdın eve 00:18 H: “Cavabsız səsli zəng.” Yigdim acmadin 00:48 H: “Cavabsız səsli zəng.” Neyse Gecen xeyre 00:51 A: “İşdən gəlirdin, indi telefona baxdım, zaryadka qurtarmışdı.” mətnli səs yazısı. 00:51 H: He bildim, Canin sagolsun. 00:52 A: “Neyse” mesajına cavab olaraq “ Нес sevmirem bele davranış. “Canin sagolsun" mesajına cavab olaraq “ Ele deyil axi”. 00:52 H: “Nə deyirəm mən sənə, mən deyirəm ki, narahat oldum görüm evə çatmısan, heç olmasa evə çatanda yazardın ki. Ömər girdim evə. sən neynəyirsən çatdın evə?. Dedin belə-belə iş görürdüm. Dedim hcçnə canın sağolsun. nə deyim sənə?” mətnli səs yazısı. 00:56 A: Hmmm 00:58 H: Cavabsız video zəng. 00:58 A: “Sabah danışarıq, çox yorulmuşam. Sabah durub dərs danışmalıyam, tez durub dərs oxuyacam.” Mətnli səs yazısı. 01:18 H: “Hə yaxşı, uzan, yat, dincəl. Gecən xeyrə qalsın, səhər inşallah vaxtın olsa yazarsan. Hələlik.” Mətnli səs yazısı. 07:58 A: “Salam. Sabahın xeyir, necəsən?” mətnli səs yazısı. 11:55 H: “Sabahın xeyir, Sağol, sən necəsən. İndi dururam yuxudan. Neynəyirsən, hardasan?” mətnli səs yazısı. 11:59 A: “Şükür salamatçılıqdı, yaxşıyam. Sən necəsən, neynəyirsən?” mətnli səs yazısı. 12:00 H: “Şükür salamatçılıqdı hə, təki sən də yaxşı ol. Bir nəfəsdə neynəyirsən, nə oyun çıxarırsan?, məktəbdəsən?” mətnli səs yazısı. 12:02 A: “Birincisi məktəb deyil, universitetdir. İkincisi də ki, hə dərsdəyəm" mətnli səs yazısı. 12:03 H: “Universitetdir deyəndə ki, əgər orda dərs keçirlərsə deməli məktəbdir. Lap yaxşı, dərslərivi yaxşı oxu. Mən də dururam çiməm. Bakıya gedəcəm" mətnli səs yazısı. 13:09 A: “Tamam, narahat olma, işində ol. çox sağol" mətnli səs yazısı. 14:43 H: Neynirsen, Hardasan. 14:51 H: Cavabsız səsli zəng. Zng eledim zanit getdi. Kimnense danışırdın. 15:35 H: Cavabsız səsli zəng. 15:37 A: Meni pis anlama, danışmaq istemirem seninle. 15:54 H: “Cavabsız səsli zəng.” Axsam isden çıxanda gelecem gorusey, söhbet eliyey, İde ne sene yazacam ne de yigacam. Nomrevi de pozacam. 18:26 A: “Tamam, tamam” mətnli səs yazısı. 21:46 H: Saat 12ye qalmış gelecem ora. Dunenki vaxtda dunen olduğum yerde gozduyecem seni. 22:01 A: “Tamam, tamam” mətnli səs yazısı. 23:29 H: “Mən çıxmışam gəlirəm, 10 dəqiqəyə gəlirəm ora, düz Qold Qayalının qabağına gəlirəm.” Mətnli səs yazısı. 23:33 A: Вir az arali durarsan qizlarla çıxsam. 23:41 H: Hardasan sen? 23:42 A: Cixdim, bes sen? 23:42 H: Hiperin qabaqina gel 23:43 A: Kec bu terefe. 23:43 H: Hansi terefe. 23:43 A: “Sən canı dünən yolun hansı tərəfındəydin, o tərəf. Öz də iş yoldaşım arxamca gəlir. Məhləyə girəndən sonra birlikdə gedərik. 23:43 H: Sen hardasan?. “15 saniyəlik telefon zəngi”. 12 oktyabr 2024-cü il tarixdə olan yazışmalar: “01:03 H: Girdin eve 01:04 A: he 01:05 H: he yaxsi 01:05 A: “Telefonum sönür, qızın adapter başlığı ilə qoyurdum, o, da yatır, nə qdər çağırdım oyanmadı" mətnli səs yazısı. 01:06 H: “Mən taksi gözləyirəm, burda 13-də. Zaryatkaya qoymamısan ki, telefonu? Başa düşmədim. Düz elə sən girdin içəri, mən dayandım sənə baxdım. Oradakılar gördü ki, mən səni yola saldım, yəni ki, başınız getməsin ora-bura. Heçnə gir rahatlaş, mənə xəbər elə. Mən də gedirəm evə.” mətnli səs yazısı. 01:07 A: “Yox e, telefonumu qızın adepteri ilə qoyurdum, o da gizlədib nədi, tapa bilmirəm” mətnli səs yazısı. 01:08 H: Nece faiz zaryetqan qalib ki? 01:08 A: 13 01:08 H: Sene 1 soz diyim bil bunu. Mennen lyerde olmaq istiyirsen? Men yalani sevmirem konkret cvb ver. “ cavabsız səsli zəng”. Msj yaziram cvb vermirsen, yığıram telefonu acmirsan. Neyse gecen xeyre. 08:03 A: Men sene laiq o adam deyilem. Sen cox yaxşı birisen. Ama men yox. 15:53 H: “Men sene laiq o adam deyilem” mesajına cavab “ Neye gore diyirsen ki?” 18:43 H: Bakiya gedirem yoldayam axsam isden çıxanda gelecem seni gorem söhbet eliyey bu haqda. 18:47 A: Tmm. Deyerem. 18:53 H: Cox istiyirsen meni, duzun de amma. 18:53 A: “bir dəfəlik göndərilmiş 2 ədəd şəkil”. “Bax fikirləş, 15 dəqiqəlik işdən icazəmiz var hər gün, indi o 15 dəqiqəni səninlə keçirirəm.” Mətnli səs yazısı. 18:54 H: Videonu niye sildin ki 18:54 A: “silmədim e. bir dəfəlik atmışdım" mətnli səs yazısı. “Özünə aid 3 ədəd video göndərir.” 18:55 H: Bu gunde keciressen mennen 15 deqiqeni? 18:55 A: Nece 18:55 H: Nebilim. İstiyirem rahat oturaq söhbet eliyey. 18:55 A: Eve tez gedecem can. 18:56 H: He bildim canin sagolsun. Eve neye gore tez getmeliscnki. Sen diyesen meni gormey istemirsen? 18:58 A: “Ay da niyə uzadırsan söhbəti? Yorğunam, evə gedib yatmaq istəyirəm. Yata bilməmişəm gecə, yuxum tökülür.” mətnli səs yazısı. 18:58 H: Nc diyim Vallah men kimise mecbureliye bilmerem. 18:58 A: “Həəə” mətnli səs yazısı. 20:32 H: Sen duxudan istifade eliyirsen? Adin dcncn sifariş verirem. Adin yaz gonder. 21:08 A: “Yazaram, gözlə” mətnli səs yazısı. 21:11 A: Anna suye. 21:12 H: 1 saata gelirem sumqayita. 21:21 A: Gelersen can. 21:29 H: Sen darixmamisan? 21:44 A: “darıxmışam” mətnli səs yazısı. 22:23 H: Gederiy dunen getdiyimiz yere 5 deq oturub söhbet eliyib taksiynen gedib taksiynen qayidariq. 5 deq rahat söhbet eliyib qayidariq. Darixmisam senin ucun. 22:31 A: “Yox, yox, getmək istəmirəm ora” mətnli səs yazısı. 22:32 H: 5 deq gedib qayidaciq taksiynen Vallah narahat olmada diyrem. 20 deq çatıram sumqayita. 22:32 A: “Narahat deyilem ее. prosta getmək istəmirəm ora” mətnli səs yazısı. 22:33 H: “Anna suye” mesajına cavab olaraq “ birisigun getirecey”. 22:33 A: “ birisigun getirecey” mesajına cavab olaraq “ niyə əziyyət çəkirdin?" mətnli səs yazısı. 22:33 H: Eziyet deyi xosdu. Ureyim seni istiyirde gormey 5 deq olsa ona gore diyrem. 22:34 A: “Yəni gələcəksən e, prosta ora getmək istəmirəm. Bilirəm ki ora getsək axırı yaxşı olmayacaq. Səni demirəm ее, özüm-özümə hakim ola bilməyəcəm” mətnli səs yazıları. 22:38 H: Narahat olma yaxsi olacaq ureyim. 22:41 A: “Gör hələ görüşə bilirik ki. bibim oğlu gəldi” mətnli səs yazısı. 22:46 H: Hara gelib bibin oğlu? Saat 12nin yarisi gelirem maqazinin qabaqina. Seni gormey istiyirem. 22:47 A: “Allah haqqı gəlib dükana, dedim çıxanda bir yerdə gedəcəyik. Bu gün gəlmə. Xahiş eləyirəm, istəmirsəmsə ailəm tərəfdən mənə problem yaransın, gəlmə” mətnli səs yazıları. 22:47 H: “Bildim ее, sənin bibin oğlu səni götürüb hara aparacaq ki, hara gedəcəksiz ki?” mətnli səs yazısı. 22:49 H: Men bakidan sene gore çıxdım geldim ki seni gorum. Diyersen bibinoglunaki qizlarnan gedecem. Yarim saata gelirem ora. 22:56 A: “Məzələnirsən mənlə?, deyirəm ki, gəlmə. Görüşə bilməyəcəyik” mətnli səs yazıları. 22:56 H: Neyse eee ozun bilersen. Gecen xeyre. Bibi oğlu temalarin get ona buna denen neyse. Bibinogluynan hara gedessizki, he? 23:05 A: “ bu sözündən sonra insan sənlə danışmaq istəmir həqiqətən” mətnli səs yazısı. 23:06 H: Senol senin basinda catmir yada behane axlarirsan. Neyse dedimki gelecem seni 5 deq gorub çıxıb gedecem. 23:06 A: “Mən də deyirəm ki, sənə ayıb olsun. Gəlsən sənin üzünə belə baxmaram” mətnli səs yazısı. 23:07 H: Cavabız səsli zəng. 23:08 H: “Sənin səsivi yaxşı başa düşə bilmədim. Mənə bir dənə zəng elə” mətnli səs yazısı. 23:37 H: Burdayam. Sene sözümü diyim gedirem. Arxandayam”. 13 oktyabr 2024-cü il tarixdə olan yazışmalar: “00:03 A: Sene lazim idi bu? 00:27 H: Ne? Yig mene bu ne oyundu çıxarırsan? 00:27 A: Noldu 00:28 H: “Cavabsız səsli zəng.” Yig mene. 00:28 A: Qiz yanimda oturub aca bilmirem yaz. 00:28 H: Bes diyirsen bibim oğludu. 00:28 A: Dalasdiz? Bu arada heqiqeten bibim oğlu gelmisdi dükana ama getdi. Adaptr alib getirmisdi, verdi. 00:30 H: Birazdan dusde asaqi 2deq söhbet eliyey, cix eve 00:30 A: Mezelenirsen?, yox. Ged onu tap söhbet ele yoxsa her gun gelecek. 00:31 H: Dus asaqi sene sözüm var sora onnan danisacam senol 00:32 A: ged danış. Bu gun yox, gelmiyecem. 00:32 H: Sabah necede goruseciyik. Senol biyaq soz verdinde. “cavabsız səsli zəng”. Sənnən deylem?. Senol dordan basin gedib ее senol. Sabah saat necede goruseciyik? 00:37 A: Nolar pisem. Qan gelir burnumnan. Yazacam. 00:38 H: Sence niye ele oldu. Sebeb?. Gozduyurem tez yaz mene. 00:40 A: Nie bilmirem. Danisdiz siz? 00:48 H: Cavabsız səsli zəng. 00:49 H: Yig mene. 00:54 A: Yigacam qiz yanimda. 01:02 H: 15 dəqiqəlik video zəng. 01:18 A: Balam istemirem sesivi eside. 01:18 H: Sabah saat necede gorusuruy? Deqiq denen. 01:19 A: Nem danışarıq sabah. Gelecek 100% sabah. Ona gore sene dedim ki ged söhbet ele. Tema bağlansın. 01:19 H: Mene senol vurmusan soz verdin meneki sabah gorusuruy. 01:20 A: Sene dedim ged söhbeti bağla her gun micit edib dusecek dalimiza. Lazimdi bize? 01:20 H: “Eşidirsən məni, deyəcək yaxşı belədi belədi. Siz qabaqda gedirsiz. Mən yığaram deyərəm ki, o qız mənlə bir yerdədi. Mən onunla gedib görüşərəm, getdim görüşdüm. Onun yanında yığsam ki. sən Öməri tanıyırsan? Kimlə bir yerdəsən mənlə ya o uşaqla? Məni sabahları pis vəziyyətdə qoysan ayıbdı. Mənə ləzzət eləməz. Mən də deyirəm sabah ikimiz görüşək, işdən 1 saat, yarım saat qabaq tez çıx, görüşək, söhbət edək sonra mən o uşağı taparam söhbət edəcəm ki, budu budu qurtardı getdi. Amma mən deyən şeyi sən də təkrarlamalısan, pis vəziyyətdə qoyma məni.” mətnli səs yazısı. 01:21 A: Yanimda qiz var. 01:21 H: “Eşidirsən məni? Deyirəm ki, sənə səs atmışam. Səsə qulaq as bir dənə cavab ver” mətnli səs yazısı. 01:22 A: Mən isden tez cixa bilmirem. Ancaq ele çıxıram ve o yene gelecek. 01:22 H: Sabah men çıxım qabaqiva 1 yerde gedey narahat olma. Sabah ise nece gedirsen. 01:23 A: Men demirem ее ged ona de Ayseli taniyiram. Ya da Ayselle gorusmusem. 01:23 H: Ne diyim 01:24 A: Men deyirem ki elaqemiz olmadığın gedib deyerdin ve el cekerdi. İndi onu blok eledim her nomreden yigir. 01:24 H: “ Sən məzələnirsən ее, nə danışırsan ее? Sən deyirsən ki. həm mamam oğludu, həm istədiyim oğlandı. İndi mən ona desəm ki, bizim əlaqəmiz yoxdur bir yerdə o sənlə gəlib görüşəcək, bir yerdə gedəcək bundan sonra? Sən özün bilirsən nə danışırsan?” mətnli səs yazısı. 01:24 A: Ömer ne danışdığımı bilmirem, yalançıyam?. Pisem danışmada qurtar. Fiso sen yoluva men yoluma allah komeyin olsun. 01:25 H: Danismaq istemirsen Mermen? 01:25 A: Yox sen niye belesen. Niye bele dsvankrdns (?). Anlamiram ее seni. 01:26 H: “Sən məzələnirsən? 1 dəqiqə bundan qabaq başqa söhbət edirsən mənə, indi də mənlə belə danışırsan. Sən heç bilirsən nə danışırsan? Eşidirsən, sabah işə getməmiş görüşək shbət edək, ya da işdən sonra” mətnli səs yazısı. 01:26 A: Ne deyiremse tersin deyirsen. Niye? Sırf buna göre danışmaq istemirem senle agziva ne gelir deyirsen. Ne isde ne colde bayirda meni narahat eleme. 01:27 H: “Yaxşı da yaxşı, sabah işə neçə də gedirsən, işə getməmişdən ya da işdən sonra söhbət edək, bağlansın. Sən öz həyatım yaşa mən də öz” mətnli səs yazısı. 01:27 A: Bunlada bitdi oda sende fiso. Papuqaysan sen? 01:27 H: Sen ne danusdiqivi bilirsen? 01:28 A: Yox ged ne danışdığın bilen biri ile danış. Oldumu? 01:28 H: “Allaha and olsun siz komediyasız. Sən nə danışırsan? Yaxşı sabah baxmayacam necə nə cürdü. Yuxudan duranda mənə xəbər elə, görüşək söhbət edək. Sonra ürəyin kimlə istəyir get danış" mətnli səs yazısı. 01:28 A: Men sene laiq deyilem demişdim olmadim ola bilmeyecem de. Ne olur olsun daha her seyi goze almışam. Men öldüm ее öldüm. Her seye gore сох sagol allah komeyin olsun. İnşallah ozun kimi birin tapib aile qurarsan. 01:33 H: Sabah onu bilki görüşüb söhbet eliyib ya davam eliyeciyiy. Yada bitireciyiy ( profil bloklandığından mesajı qarşı tərəfə çatmayıb.)” 14 oktyabr 2024-cü il tarixdə olan yazışmalar: “17:29 H: Cavabsız səsli zəng. “?” mesajı (profil bloklandığından mesajı qarşı tərəfə çatmayıb.)” 15 oktyabr 2024-cü il tarixdə olan yazışmalar: “?”mesajı (profil bloklandığından mesajı qarşı tərəfə çatmayıb.) Digər söhbətlərdə araşdırma üzrə əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar edilməmişdir. Telefonda "Qalereya” qovluğuna daxil olduqda 1-i 5 saniyə, 1-i 10 saniyə, 1-i 11 saniyə, 1-i 2 saniyə və 1-i də 57 saniyə olmaqla 5 video aşkar olundu ki, həmin videolarda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs tərəfindən video görüntüyə alındığı müşahidə edilir. Həmin videolarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 üzünə qarşı təhqiramiz ifadələr işlədərək, sonuncunun üzr istəməsini tələb edir. 20 oktyabr 2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus “İPHONE 15 ProMax” markalı telefon ağ rəngli olmaqla kilidlənmiş vəziyyətdədir. 01155 kodunu yığdıqda ana ekran açılır. Telefonun ekranında müxtəlif tətbiqlər vardır. Telofunun mesajlar bölməsinə, “Whatsapp” tətbiqinə və istintaq üçün əhəmiyyət kəsb edə biləcək digər qovluqlara daxil olduqda iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir məlumat aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, ilkin hadisə yeri Sumqayıt şəhəri, 13-cü mikrorayon, 2A saylı binanın həyətidir. Həyətdə müxtəlif ağaclar və əyləşmək üçün söhbətgahlar (besetka) vardır. Həyətin iki tərəfi binalarla əhatələnmişdir. İki binanın kəsişdiyi yerdən kiçik bir cığır binanın arxa tərəfinə uzanır. Binanın arxa tərəfində çox sayda ağaclar vardır. Həmin yer binanın həyətinə nisbətən az gedişli-gəlişlidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 iki binanın kəsişdiyi yeri göstərərək bildirdi ki, xx.xx.2024-cü ildə təxminən saat 01 radələrində Təqsirləndirilən şəxs ilə orada dayanıb söhbətləşmiş, Hüseyn ona binanın arxa tərəfmə keçməyi təklif edərək, orada Zərərçəkmiş şəxs2 videosunu göstərəcəyini bildirmiş. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə binanın arxa tərəfmə keçdikdə isə Təqsirləndirilən şəxs ona. kafelərinə getməyi təklif etmiş, sonuncu buna etiraz etikdə. onu qucağına alaraq bir neçə metr irəliləmiş, Zərərçəkmiş şəxs1 qışqıraraq kömək çağırsa da. səsinə heç kəs gəlməmişdir. Ardınca Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən Muradxan Sadıxlıya məxsus kafenin qarşısına gəlindi. Kafe adlanan tikili 3 iaşə obyektinə bölünmüşdür. Sağ tərəfdə bijuteriya mağazası, mərkəzdə telefon aksessuarları mağazası, sol tərəfdə isə ofis kimi fəaliyyət göstərən otaq vardır. Sol tərəfdəki qapı ağ rəngli, plastikə bənzər materialdan olmaqla üzərində “obyekt satılır” yazısı yazılmışdır. Zərərçəkmiş şəxs1 soldakı qapını göstərərək Təqsirləndirilən şəxs tərəfindən zorla həmin yerə gəlirildiyini bildirdi. Qapı içəriyə doğru açılır. Otağa daxil olduqda sağ tərəfdə iki ədəd kreslo, sol tərəfdə bir ədəd divan və dolab, girişlə üzbəüz isə masa müşahidə edilir. Girişlə üzbəüz divara bitişik vəziyyətdə 01 ədəd əl-üz yuyan vardır. Zərərçəkmiş şəxs1 sol tərəfdəki divanı göstərərək xx.xx.2024-cü il tarixdə həmin yerdə yataq olduğunu hazırda isə divanla əvəzləndiyini və Hüseyn Muradxanlınm onunla həmin yataqda zorla cinsi əlaqədə olduğunu bildirdi. "xxxx" Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli, 1800 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində başın sol təpə-ənsə nahiyyəsinin şişkinliyi- hematoması, sol baldırın sıyrığı xəsarətləri aşkar edilmişdir. Qeyd olunan xəsarətlər kül əşya təsirindən törənmişdir, müxtəlif vəziyyətdə əmələ gələ bilər, o cümlədən qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yetirilə bilməsi inkar olunmur, müddəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. "xxxx" Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli, 1801 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: boyunun sağ yan-arxa hissəsinin, sol kürəkaltı nahiyyənin, sol qoltuqaltı nahiyyənin sıyrıqları, sağ bazu oynağının ön səthinin qançırı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə kənar şəxs tərəfindən yetirilə bilər, müddəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. "xxxx" Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli, 1806 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmadı. "xxxx" Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 555/2024 MTKŞ saylı məhkəmətibbi-kriminalistik ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus koftanın ön hissəsində üçkünc nahiyədə və şalvarın ön orta hissəsində (zəncirbəndin aşağı ucundan başlayaraq) cırılma-sökülmə zədələr aşkar olundu. Göstərilən bu zədələr küt yaranma mexanizminə malik olub həmin nahiyələrin gərilib dartılması nəticəsində əmələ gələ bilərdilər. Zərərçəkmiş şəxs1 məxsus tuman üzərində hər hansı zədə aşkar olunmadı. "xxxx" Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 792/2024-MTBŞ saylı məhkəmətibbi bioloji ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu- AB (İV). Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd şalvar və kofta üzərində olan ləkələrdə sperma aşkar olundu. Bu spermanın qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “A” və “B” antigenləri alındı. Bu sperma ləkələri AB/İV/ qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus tuman üzərində nəcis qarışmış sperma aşkar olundu. Mövcud təlimatda göstərilən qaydalara və metodik tövsiyyələrə görə nəcislə qarışıq olan ləkələrdə qrup təyin olunduqda əsasən qeyri-spesifık nəticə alındığı üçün, nəcislə qarışıq olan ləkələrdə qrup göstəricilərinin təyini məqsədə uyğun deyil. "xxxx" Publik hüquqi şəxsin 24.01,2025-ci il tarixli, 06 saylı məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi. Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2024- cü il tarixli, 21-2/3- 7665 saylı məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-713/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə 02 il 05 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən elektron nəzarət vasitəsində nasazlıq olduğundan məhkumun 09-14 oktyabr 2024-cü il tarixlərdə hərəkət trayektoriyasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan xx.xx.2025-ci il tarixli barışıq ərizəsindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanı ödədiyi üçün onunla barışmışdır. Sumqayıt şəhər məhkəməsinin 1(060)-713/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 360 (üç yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası 68.3.2-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş 360 saat ictimai işlər cəzası 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla AR CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, yəni 02 il 03 ay 15 gün hissəsi ilə qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli mıktubdan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-713/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 05 ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixədək cəzasının 01 il 02 ay 27 gün hissəsini çəkmiş, 01 il 02 ay 03 gün hissəsi isə çəkilməmişdir. xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsilə təqsirli bilinərək, 02 il 05 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan geri qaytarıldığından, sonuncu ilə barışmışdır. Şübhəli şəxsin tutulması haqqında protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-356/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs, zərərçəkmiş Zərərçəkmiş şəxs1 zorlaması, ona qarşı seksual xarakterli hərəkətlər etməsi və onu qaçırmsı ilə əlaqədar ona qarşı verilmiş ittihamda özünü təqsirli bilməməsi ilə əlaqədar göstərdiklərinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqı zamanı araşdırılmış məhkəmə tibb və tibbi-kriminalistik ekspertizasının rəylərindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində başın sol təpə-ənsə nahiyyəsinin şişkinliyihematoması, sol baldırın sıyrığı xəsarətləri aşkar edilmiş və ekspertlərin gəldiyi qənaətə görə kənar şəxs tərəfindən yetirilə bilməsi inkar olunmur, müddəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Bundan başqa Təqsirləndirilən şəxs bədəni üzərində boyunun sağ yan-arxa hissəsinin, sol kürəkaltı nahiyyənin, sol qoltuqaltı nahiyyənin sıyrıqları, sağ bazu oynağının ön səthinin qançırı xəsarətləri aşkar edilmiş və ekspertlərin gəldiyi qənaətə görə qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, kənar şəxs tərəfindən yetirilə bilər, müddəti müayinədən 1 günə qədər olmaqla xx.xx.2024-cü il tarixə uyğun gələ bilər. Bundan başqa "xxxx" Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 555/2024 MTKŞ saylı məhkəmə-tibbi-kriminalistik ekspertizası rəyinə əsasən Zərərçəkmiş şəxs1 məxsus koftanın ön hissəsində üçkünc nahiyədə və şalvarın ön orta hissəsində (zəncirbəndin aşağı ucundan başlayaraq) cırılma-sökülmə zədələr aşkar olundu. Göstərilən bu zədələr küt yaranma mexanizminə malik olub həmin nahiyələrin gərilib dartılması nəticəsində əmələ gələ bilərdilər. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona qarşı nalayiq ifadə işlətdiyinə görə vurduğunu bildirsə də, yuxarıda qeyd olunan xəsarətlərin və zədələrin xarakteri belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs səmimi ifadə vermir və törətdiyi cinayətə görə məsuliyyətdən yaxa qurtarmağa çalışır. Əksinə zərərçəkmiş şəxsin araşdırılan cinayət işinə dair ibtidai istintaq və məhkəmə istintaqı zamanı bildirdiyi hallar qeyd olunan ekspert rəylərində göstərilən zədə və xəsarətləri tam şəkildə əhatə edərək, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zor tətbiq etmə hədəsi ilə, onun iradəsi əleyhinə cinsi toxunulmazlığına təzavüz etməsini aşkar şəkildə təsvir edir. Beləliklə, Təqsirləndirilən şəxs qarşı Cinayət Məcələsinin 149.2.4-cü maddəsi ilə əlaqədar verilmiş ittiham öz təsdiqini tapır Bundan başqa "xxxx" Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 792/2024-MTBŞ saylı məhkəmə-tibbi bioloji ekspertizası rəyinə əsasən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd şalvar və kofta üzərində olan ləkələrdə Təqsirləndirilən şəxs məxsus ola bilən sperma aşkar olunmuşdur. Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxsin öz cinsiyyət orqanını onun ağız boşluğuna salaraq ona qarşı seksual xarakterli hərəkətlər etməsini bildirmişdir. Qeyd olunan tibbi-bioloji ekspertizanın rəyinə əsasən zərərçəkmiş şəxsin koftasında təqsirləndirilən şəxsə məxsus spermanın aşkar olunması və zərərçəkmiş şəxsin ibtidai istintaqın əvvəlindən və məhkəmə istintaqı da daxil olmaqla araşdırılan cinayət işi üzrə bildirdiyi halların digər sübutlarla üst-üstə düşməsi məhkəmə kollegiyasının belə qənətə gəlməsinə əsas verir ki, zərərçəkmiş şəxs səmimi ifadə verir və təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcələsinin 150.1-ci maddəsi ilə əlaqədar verilmiş ittiham öz təsdiqini tapır. Bundan başqa məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələrindən müəyyən olundu ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaşadığı ünvana gəlmiş, onun yaşadığı ünvanın qapısında, ictimai yerdə, gecə saatlarında, digər şəxslərin gözü qarşısında ondan əl çəkməyərək israrla onunla getməsinə təkid etmiş və zərərçəkmiş şəxsi başqalarına problem yaranmaması üçün onun istəyinə uyğun qərar verməsinə məcbur etmişdir.Təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs1 yaşadığı binanın blokuna düşürtdükdən sonra onu, özünün istədiyi yerə apara bilmək üçün, onun iradəsinə zidd onu zorla qaranlıq istiqamətə aparmış, qışqırıb kömək istəyərkən isə onun ağzını bağlayaraq kömək çağırmasına imkan verməmişdir. Şahidlər Şahid4, Şahid1, Şahid2 və Şahid3 bildirdikləri zərərçəkmiş şəxsin yaşadığı ünvandan təqsirləndirilən şəxs tərəfindən zorla aparıldığını birbaşa sübut edir. Bundan başqa təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi ölümlə hədələməklə, ona telefonundan istifadə etməyinə imkan verməməklə, telefonundan istifadə edib məlumat verdiyi halda isə göndərilən məlumatı ondan alıb silməklə onun müqavimətini sındırmış və qorxusundan təqsirləndirilən şəxsin yanında hərəkət etməsinə məcbur etmişdir. Bundan başqa cinayət işinin materiallarında olan video görüntülərdən, Zərərçəkmiş şəxs2, Şahid5 və ifadəsi elan olunmaqla araşdırılmış Şahid6 bildirdiklərindən və təqsirləndiirlən şəxsin qismən etirafedici ifadəsindən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə verilmiş ittiham sübuta yetirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun özünün məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici (CM 182.1-ci maddəsi ilə əlaqədar) ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmə vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1-ci maddəsinə əsasən adam oğurluğu - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə, həmin məcəllənin 149.2.4-cü maddəsinə əsasən zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə - beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə, həmin məcəllənin 150.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə - dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə və həmin məcəllənin 182.1-ci maddəsinə əsasən hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.1, 149.2.4, 150.1, və 182.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 144.1, 149.2.4, 150.1, və 182.1-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 57.1-ci maddəsinə görə ömürlük azadlıqdan məhrum etmə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət, ictimai təhlükəsizlik və ictimai qayda və dövlət hakimiyyəti əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə müəyyən edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 68.1.-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ilə barışması Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 144.1, 149.2.4, 150.1, və 182.1-ci maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Həmçinin məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Həmçinin iş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 1(060)-713/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 360 (üç yüz altmış) saat ictimai işlər cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası 68.3.2-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş 360 saat ictimai işlər cəzası 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla AR CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi, yəni 02 il 03 ay 15 gün hissəsi ilə qismən birləşdirilmiş və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 05 (beş) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. Sumqayıt şəhər Probasiya Şöbəsindən alınmış arayışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 1(060)-713/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın 01 il 02 ay 03 gün hissəsi çəkilməmişdir. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 713/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 02 ay 03 gün gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən hesablanmalıdır. Həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu vaxtdan, yəni 18 noyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli uzun qol kofta, 01 ədəd qara rəngli şalvar, 01 ədəd üzərində nöqtəvari naxışları olan ağ rəngli tuman məhv edilməli, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, 01 ədəd CD diskin cinayət işinin materiallarında saxlanılması və Zərərçəkmiş şəxs1 məxsus “İPHONE 15 PRoMax” markalı mobil telefonun sonuncunun özünə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.1, 149.2.4, 150.1 və 182.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 144.1-ci maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.2.4-cü maddəsi ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olnumuş cəzaları qismən toplamaqla qəti olaraq 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)-713/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin olunan qəti 2 (iki) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 02 (iki) ay 03 (üç) gün hissəsi həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən iki günə bir gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 01 (bir) gün azadlıqdan məhrum etmə kimi müəyyən edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən 07 (yeddi) ay 01 (bir) gün azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş 10 (on) il azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 18 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ilə hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınaraq Sumqayıt şəhər prokurorluğunun maddi sübutlar otağında saxlanılan Zərərçəkmiş şəxs1 hadisə vaxtı əynində olmuş 01 ədəd qara rəngli uzun qol kofta, 01 ədəd qara rəngli şalvar, 01 ədəd üzərində nöqtəvari naxışları olan ağ rəngli tuman məhv edilsin, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın, 01 ədəd CDdiskin cinayət işinin materiallarında saxlanılması və Zərərçəkmiş şəxs1 məxsus “İPHONE 15 PRoMax” markalı mobil telefonun sonuncunun özünə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-260/2025
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-260/2025
10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver