Məhkəmə qərarları › İş №1(124)-262/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-262/2024

16.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-262/2024 16.08.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: X9 (sədrlik edən), X3 və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X21 qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Sumqayıt şəhəri 12-ci mikrorayon yataqxana, ev 33də qeydiyyatda olan, Sumqayıt şəhəri Xəzri yaşayış massivi, Sarvan küçəsi, nömrəsiz fərdi evdə yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında videokonfrans əlaqə sistemindən istifadə edilməklə keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə edilməsi, saxlanması, daşınması və satışı barədə şəxsiyyəti istintaqla müəyən edilməyən Tufan adlı İran islam Respublikasının vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşib razılığa gəldikdən sonra sonuncuların istintaqla müəyyən edilməyən vaxtda və şəraitdə Abşeron rayonu ərazisində gizlətdikləri külli miqdarda 885 qram kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə qurudulmuş marixuananı, xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynilik təşkil edən külli miqdarda təsiredici maddəsinin ümumi miqdarı 25,6 qram təşkil edən 640 ədəd «Methadone 40» həblərini əldə edib daşıyaraq üzərində və yaşadığı evində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 16:20 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən «Karvan» Ticarət Mərkəzinin yaxınlığında Azərbaycan Respublikası DİN-in BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Sumqayıt ŞPİ-yə gətirilərək orada xidməti otaqların birində üzərinə şəxsi axtarış aparılarkən əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 55 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, təsir maddəsinin ümumi miqdarı 1,6 qram, təşkil edən (01 ədəd həbdə metodonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram) üzərində «Methadone 40» göstəricisi olan 04 (dörd) ədəd konvalyutda ümumilikdə 40 (qırx) ədəd qəhvəyi rəngli dairəvi formalı həblər aşkar edilərək götürülmüş, əməliyyat tədbirinin davamı olaraq xx.xx.2023-cü il tarixdə saat 19:30-dan 19:44-dək yaşadığı Sumqayıt şəhəri, Xəzri yaşayış massivi, Sarvan küçəsi fərdi evə baxış keçirilən zaman evin yataq otağındakı çarpayının altından 01 (bir) ədəd qara rəngli idman çantasının içərisindən üzərində narkotik vasitə heroinin izləri olan 01 (bir) ədəd elektron tərəzi, 01 (bir) ədəd sellofan bağlamada təmiz çəkisi 830 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 01 (bir) ədəd sellofan torbada təsir maddəsinin ümumi miqdarı 24 qram (01 ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram) təşkil edən üzərində «Methadone 40» göstəricisi olan 60 (altmış) ədəd konvalyutda ümumilikdə 600 (altı yüz) ədəd qəhvəyi rəngli dairəvi formalı həblər aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə qismən təqsirli bilərək sərbəst ifadəsində göstərdi ki, ittihamda gösətirlən metadon həbləri onun olmayıb, ancaq 400 qram marixuana onun olmuşdur. Onu 8 aprel 2023-cü il tarixində Sumqayıtda 34-cü məhəllədə, “Karvan” ticarət mərkəzinin yaxınlığında Nuranə ilə olan zaman saxlamışdırlar. İttihamda göstərilir ki, guya onun üzərindən 55 qram “nəşə” və 400 qram metadon çıxmışdır, lakin bunlar yanlışdır. O, tutulan zaman özü polis əməkdaşlarına demişdir ki, yanındakı qızı buraxsınlar, evdə “nəşə” var, onu təqdim etsin. Tutulan zaman da üzərində bir kibrit qutusu “nəşə” omuşdur. Polis əməkdaşları ilə yaşadığı evə gəlmiş və oradan 400 qram “nəşə”ni götürdükdən sonra Sumqayıt şəhər Polis İdarəsinə getmişdirlər. Orada polis əməkdaşları bu narkoti vasitənin onu tutmaq üçün kifayət etmədiyini, ya qızın da ittiham olunacağını, ya da evinə ikinci dəfə çəkilişə getməli olacaqlarını bildirmişdirlər. O, Nuranənin adı bu işdə hallanmasın deyə polis əməkdaşlarının dedikləri ilə razı olmuşdur. Yenidən evə gəlib çəkiliş aparmış, guya metadon və marixuananın evindən aşkar olunması kimi rəsmiləşdirmişlər. Polis əməkdaşları tərəfindən ona qarşı fiziki güc tətbiq olunmamışdır, lakin o, tutularkən yanında olan Nuranə adlı qızı polis əməkdaşları buraxması üçün hazırkı ittihamda göstərilən metadon həblərini və marixuananın onun olmasını etiraf etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında ziddiyyət olduğundan, sonuncunun məhkəməyədək icraat dövründə müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi elan olunaraq tədqiq olunmuş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək istintaq zamanı verdiyi ifadəsində törətdiyi cinayət əməlini qismən etiraf edərək göstərmişdir ki, o, 08 aprel 2023-cü il tarixdə, saat 16:20 radələrində Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən «Karvan» ticarət mərkəzinin yaxınlığında piyada hərəkət edən zaman 02 nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərib barəsində əməliyyat - axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onu Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd bükümdə açıq yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuananı və 40 (qırx) ədəd “methadone-40” həblərini təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərinə şəxsi axtarış aparılmış və şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd içərisində 055-521-23- 25 sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, 01 (bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Samsung” markalı mobil telefon, 27 (iyirmi yeddi) manat pul, 01 (bir) ədəd üzərində “4098 5844 6412 7586” nömrəli plastik bank kartı və 01 (bir) ədəd açar aşkar olunaraq götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi qurudulmuş marixuana elektron tərəzidə çəkilərkən 62 (altmış iki) qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə, həblər boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənərək üzəri imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün, 02 (iki) ədəd “Samsung” markalı mobil telefon, 01 (bir) ədəd plastik bank kartı bu barədə izah verildikdən sonra götürülmüşdür. 01 (bir) ədəd açar və 27 (iyirmi yeddi) manat pul isə özünə geri qaytarılmışdır. Verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin və həblərin özünə məxsus olduğunu, həmin kütlələri və həbləri sosial şəbəkədən 01 (bir) aydır ki tanıdığı İran İslam Respublikasının vətəndaşı “Tufan” adlı şəxsin vasitəsi ilə 15 (on beş) gün əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 500 (beş yüz) manat pul qazanacağını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Üzərindən başqa Sumqayıt şəhəri, «Xəzri» yaşayış massivi, Sarvan küçəsində yerləşən yaşadığı nömrəsiz fərdi evdə narkotik maddə olduğunu, həmin evdə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Onunla birlikdə saxlanılan Nuranə Hüseynova da verilən suallara cavab olaraq həkimi olduğunu və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasından xəbərsiz olduğunu qeyd etmişdir. Üzərinə şəxsi axtarış aparıldıqdan sonra müdafiəçisi və polis əməkdaşları ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, «Xəzri» yaşayış massivi, Sarvan küçəsində yerləşən nömrəsiz fərdi evə getmişlər. Bundan sonra evə baxış keçirilməsinə başlanmışdır. Evə baxış zamanı yaşadığı evin yataq otağındakı çarpayının altından 01 (bir) ədəd qara rəngli idman çantasının içərisindən 01 (bir) ədəd elektron tərəzi, 01 (bir) ədəd bağlamada açıq yaşıl rəngli spesifik iyə malik olan narkotik vasitə olan qurudulmuş marixuananı, 01 (bir) ədəd sellofanda 600 (altı yüz) ədəd “Methadone 40” həblərini təqdim etmişdir. Sonra həmin kütlələr elektron tərəzidə çəkilmişdir. Qurudulmuş marixuananın çəkisi 845 (səkkiz yüz qırx beş) qram olmuşdur. Daha sonra həmin kütlələr, eletron tərəzi, həblər qablaşdırılmış, DİN-in 7 saylı möhürü ilə möhürlənmişdir. Qablaşdırmanın üzəri özü, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Sonra yaşadığı evin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Baxış zamanı verilən suallara cavab olaraq evindən aşkar olunmuş kütlənin və həblərin özünə məxsus olduğunu, həmin kütlələri və həbləri sosial şəbəkədən 01 (bir) aydır ki tanıdığı İran İslam Respublikasının vətəndaşı “Tufan” adlı şəxsin vasitəsi ilə 15 (on beş) gün əvvəl Abşeron rayonu ərazisində əvvəlcədən təyin edilmiş yerdən sonuncunun qeyd etdiyi yerlərə çatdırmaq məqsədi ilə əldə etdiyini, bunun müqabilində 500 (beş yüz) manat pul qazanacağını, heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını qeyd etmişdir. Başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini bildirmişdir. Lakin hazırkı ifadəsində üzərinə şəxsi axtarış və evinə videoçəkilişlə baxış keçirilərkən təzyiq altında olaraq ümumilikdə 640 (altı yüz qırx) ədəd metodon həblərinin və ümumilikdə 845 (səkkiz yüz qırx beş) qram çəkidə olan qurudulmuş marixuananın ona məxsus olduğunu bildirmişdir. Əsl həqiqətdə isə metadon həblərdən 60 (altmış) ədədi, marixuanadan isə 400 (dörd yüz) qramı ona məxsus olmuşdur. Qalanları isə ona məxsus deyil, onları boynuna təzyiq altında qoymuşlar. Üzərinə Sumqayıt ŞPİ-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs ifadəsi elan olunduqdan sonra ona verilən suallara cavab olaraq bildirdi ki, üzərindən kibrit qutusunda narkotik vasitə aşkar edilmişdir, o da yanındakı qıza, yəni Nuranəyə məxsus olmuşdur. O, Tufan adlı şəxsi tanıyır, onunla telefonla danışıb, lakin üzbəüz görüşməmişdir. Onda metadon həbləri ümumiyyətlə olmayıb, marixuana isə 400 qramdan artıq olmayıb. İbtidai istintaq zamanı yanındakı qızı buraxsınlar deyə məcbur qalıb elə ifadə vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini müdafiə edərək göstərdi ki, 8 aprel 2023-cü il tarixində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və Sumqayıt şəhəri ərazisində qanunsuz gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında onun rəhbərlik etdiyi əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs Sumqayıt şəhəri “Karvan” ticarət mərkəzinin yaxınlığında saxlanılmış, yanında Nuranə adlı bir şəxs də olmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması məqsədilə Sumqayıt şəhər Polis İdarəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkilişlə baxış keçirilmiş və bu zaman o, özü üzərindəki metadon həblərini çıxarıb təqdim etmiş və evində də narkotik vasitə saxladığını bildirmişdir. Daha sonra onun özünün də iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, orada qurudulmuş marixuana, 60 ədəd list olmaqla metadon həbi və 01 ədəd elektron tərəzi aşkar olunmuş və təqsirləndirilən şəxs narkotik vasitələri saxlanılmamışdan 15 gün öncə İran İR vətəndaşından əldə etdiyini və 500 manat müqabilində onun dediyi yerə qoymalı olduğunu bildirmişdir. BNMİ-nə Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, eləcə də onun Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olması barədə mütəmadi əməliyyat məlumatı daxil olmuşdur. Şahid1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı hər hansı təsir və ya təzyiq olmamış, həmçinin təqsirləndirilən şəxs saxlanılan zaman hər hansı bir müqavimət göstərməmişdir. əməliyyat qrupuna o və polis əməkdaşı Şahid2 daxil olmuşdur. Təqsirləndirilən şəxs 13-14 nəfər deyil, onlar ikisi tutmuşdurlar. Təqsirləndirilən şəxsin evinə bir dəfə çəkilişə getmişdirlər. Təqsirləndirilən şəxsi saxlayandan dərhal sonra polis idarəsinə gətirmişdirlər və bu zaman yanında Nuranə adlı bi xanım da olmuşdur, o, Nurlanın həkimi olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin dedikləri reallığı əks etdirmir. Məhkəmədə şahid qismində dindirilmiş BNMİ-nin baş əməliyyat müvəkkili kapitanı Şahid2 da ifadəsində məhkəmədə dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, hadisə baş verən günü o bacısının evində olmuşdur. Bacısının evi ilə anasının evi çox yaxındır. Saat günorta 5 radələrində həyətdən səs-küy gəldiyini eşidib çölə çıxdıqda kiminsə anasını qapıdan çölə çıxardıqlarını görmüşdür. Həmin şəxslər təxminən 1 saat anasının evində olmuşdurlar və daha sonra qardaşı Təqsirləndirilən şəxsı da götürüb getmişdirlər. Sonra saat 7-8 radələrində yenidən 6 nəfər, iki maşın adam gəlmiş, qardaşını da özləri ilə gətirmişdirlər. Həmin vaxt onlar hamısı bacısının evində olmuşdurlar. Polis əməkdaşları ora gələrək evin açarını istəmiş, atası da onlardan özlərini təqdim etməklərini istəyəndə, onlar “hər şey bizim əlimizdədir” demişdirlər. Bu dəfə evdən tez çıxmış, həmçinin gələndə özləri ilə çanta da gətirmişdirlər. Şahid X5 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirdi ki, polis əməkdaşları evə iki dəfə gəliblər, hər dəfə Nurlanla gəlib, onunla da qayıdıblar. Polis əməkdaşları birinci dəfə gələndə 3 nəfər, ikinci dəfə gələndə isə 6 nəfər olmuşdurlar. Qardaşının narkotik vasitə istifadə etdiyindən məlumatları olmayıb, bilsə idilər, onu bu yoldan çəkindirmək üçün nəsə edərdilər. O, qardaşının evdə narkotik vasitə saxlamadığını düşünür. Məhkəmə baxışında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 işin halları ilə bağlı şahid X5 ilə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən 08 aprel 2023-cü il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmış və sonuncunun cinayət əməlinin ifşa edilməsi məqsədilə müvafiq əməliyyat axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında və “evə baxış keçirilməsi və götürmə” haqqında 08 aprel 2023-cü il tarixli protokollardan və həmin istintaq hərəkətlərinin videoçəkilişi əks etdirilmiş disklərə baxış keçirilməsi haqqında 18 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili X6, DİN-nin BNMİ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1, DİN-nin BNMİ-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2, X2 iştirakları ilə videoçəkiliş aparılmaqla DİN-nin BNMİ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis kapitanı X12 tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarışa başlayarkən proses iştirakçıları özlərini təqdim etdikdən sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet olub-olmadığını soruşur. Təqsirləndirilən şəxs əynində olan qəhvəyi rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd qara rəngli sellofan bağlama və hər birinin içərisində 10 ədəd həb olan 04 ədəd list çıxarıb təqdim etdi. Həmin listin üzərinə baxış keçirilən zaman üzərində “Methadone 40” yazısı olması müəyyən edildi. Bir ədəd bağlamada olan kütlənin isə “nəşə” adlandırılan narkotik vasitə qurudulmuş mariuxana olduğunu bildirdi. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya olub-olmadığını soruşduqda sonuncu üzərində heç bir qanunsuz əşya olmadığını bildirdi. X16 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 (bir) ədəd Leo bank plastik kartı və 02 (iki) ədəd Samsung markalı mobil telefon aşkar edildi. Leo banka aid plastik kartın üzərində **********127586 nömrəsi olması müəyyən edildi. Təqsirləndirilən şəxs həmin bank kartının özünə məxsus olduğunu və narkotik vasitələrin dövriyyəsi ilə bağlı həmin karta pul köçürülmədiyini bildirdi. Bundan başqa 02 (iki) ədəd Samsung markalı mobil telefonun hər birində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olması müəyyən edildi. Həmçinin şalvarın sağ yan cibindən 27 manat pul və bir ədəd açar aşkar edildi. Təqsirləndirilən şəxs həmin pulun özünə məxsus olduğunu və narkotik vasitələrdən əldə etmədiyini bildirdi. Bir ədəd açarın isə mənzilinin açarı olmasmı bildirdi. İş üçün əhəmiyyət kəsb etmədiyindən 27 manat pul və bir ədəd açar Təqsirləndirilən şəxs özünə qaytarıldı. Daha sonra Təqsirləndirilən şəxs götürülmüş dərman həblərinin 40 ədəd olması müəyyən edildi. Bir ədəd bağlama olan kütlənin isə yaşıl rəngli spesifik iyə malik kütlə olması müəyyən edilir. Həmin bir ədəd bağlama elektron tərəzidə çəkilərkən 62 qram olması müəyyən edildi. Təqsirləndirilən şəxs aşkar edilmiş 04 ədəd üstdə olan 40 ədəd dərman həbləri və 01 (bir) ədəd bağlamada olan qurudulmuş marixuanaya oxşar kütlə bir ədəd kağız zərfə qoyularaq DİN-nin 7 saylı möhürü ilə möhürlənərək qablaşdırılıb götürülür. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxslə birlikdə hərəkətdə olan zaman saxlanılan X8 Paşayevin üzərində narkotik vasitə gəzdirməsindən məlumatı olub-olmadığını soruşduqda sonuncu həmin narkotik vasitələrdən məlumatı olmadığnı və Təqsirləndirilən şəxs sistem köçürdüyünü və qonşuluğunda yaşadığını bildirdi. Həmçinin Təqsirləndirilən şəxs də Nuranə Hüseynovanın onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından məlumatı olmadığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin ona məxsus olmasını soruşduqda sonuncu özünə məxsus olmasını bildirdi. Həmin kütlələri haradan əldə etməsini soruşduqda sonuncu sosial şəbəkə vasitəsilə ilə tanış olduğu Tufan adlı İİR vətəndaşı ilə tanış olduğunu və həmin narkotik vasitələri onun ona göndərdiyini bildirdi. Təxminən 15 gün olar ki, Tufanın ona narkotik vasitə göndərdiyini və 15 gün əvvəl Abşeron rayonu ərazisində götürdüyünü Tufanın ona deyəcəyi yerlərə çatdıracağını və bunun müqabilində Tufanm ona 500 manat pul verəcəyini bildirdi. Heç kimə narkotik vasitə satmadığını və bağışlamadığını özünün narkotik vasitə istifadə etdiyini bildirdi. Təhqiqatçı tərəfindən üzərindən başqa hardasa narkotik vasitə saxlamasını soruşduqda sonuncu yaşadığı evdə narkotik vasitə saxladığını bildirdi. Təhqiqatçı tərəfindən yaşadığı evə baxış keçirilməsini etirazı olub olmadığını soruşduqda sonuncu yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirdi. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nə gətirilən zaman polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir fiziki və psixi təsir olub-olmadığım soruşduqda sonuncu ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmadığını bildirdi. Bundan başqa üzərində hər hansı qiymətli əşya və pul olub-olmasını soruşduqda sonuncu aşkar olunmuş puldan başqa üzərində hər hansı məbləğdə pul və ya qiymətli əşya olmadığını bildirir. Müdafiəçi Ramiz Mirzəyev şübhəli şəxs Təqsirləndirilən şəxs ilk dəfə tutulmasını soruşduqda sonuncu əvvəllər iki dəfə tutulduğunu dalaşma, oğurluq cinayətlərinə görə tutulmasını bildirmişdir. Şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkəti 08 aprel 2023-cu il tarixdə saat 18:00-dan 18:11-dək davam etmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış aparılmasını və evinə baxış keçirilməsini əks etdirən və məhkəmədə tədqiq edilən videogörüntülərin əks olunduğu disklərə məhkəmədə baxış keçirilərkən yuxarıdakı protokollarda qeyd olunan hallar və şahidlərin (polis əməkdaşlarının) ifadələrində qeyd etdikləri xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung Galaxy A 04” və “Samsung Galaxy A 01” markalı mobil telefon cihazlarına baxış keçirilməsi haqqında 17 iyun 2023-cü il tarixli protokoldan görünür ki, 08 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan 01 ədəd “Samsung Galaxy A01” markalı mobil telefon cihazı üzərində ***-***-**-** saylı mobil nömrə olması müəyyən edilmişdir. Həmin mobil telefonun zənglər və SMS-lər siyahısına, həmçinin qalereya bölməsinə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir zəng, SMS, foto, video və ya digər məlumat aşkar edilməmişdir. Həmçinin mobil telefonun “Whatsapp” bölməsinə baxış keçirilən zənglər bölməsində +98-***-***-**-** saylı xarici mobil operatordan 08 aprel 2023-cü il tarixdə saat 17:39-da zəng daxil olduğu müəyyən edilmişdir. Bundan başqa vatsap bölməsinin söhbətlər bölməsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs xarici mobil operatorlara məxsus mobil nömrələrlə, eləcə də yerli mobil operatorlara məxsus mobil nömrələr işlədən şəxslərlə narkotik vasitələrin qanunsuz dövriyyəsi alqı satqısı ilə bağlı danışıqlar aparması müəyyən edilir. Bundan başqa Təqsirləndirilən şəxs şəxsi istifadəsində olan 1 ədəd “Samsung Galaxy A04” markalı mobil telefon cihazı üzərində ***-***-**-** saylı mobil nömrə olması müəyyən edilmişdir. Həmin mobil telefonun zənglər və SMS-lər siyahısına baxış keçirilən zaman əhəmiyyət kəsb edə biləcək məlumat aşkar edilməmişdir. Mobil telefonun qalereya bölməsinə baxış keçirilən zaman isə narkotik vasitə olması ehtimal edilən kütlələr, narkotik vasitələrin gizlədildiyi yerlər ehtimal edilən işarələnmiş ərazilər, ödəniş qəbzləri, üzərində Methadone 40 yazısı olan dərman həblərinin fotoşəkilləri, üzərində Methadone 40 yazısı olan tamlığı pozulmamış, çoxsaylı dərman dəblərinin videosu olması müəyyən edilmişdir. Həmçinin mobil telefonun “Whatsapp” bölməsinə baxış keçirilən zənglər bölməsində müxtəlif xarici və yerli operatorlara məxsus mobil nömrələrlə qarşılıq zənglər olunması aşkar edilmişdir. Həmçinin vatsapın söhbətlər bölməsində müxtəlif yerli və xarici operatorlara məxsus mobil nömrələr ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparılması müəyyən edilmişdir. Həmçinin söhbətlər bölməsində “Tufan Qaqaw” adı ilə qeydə alınmış +98901-089-3154 saylı mobil nömrə ilə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı danışıqlar aparıldığı, narkotik vasitə gizlədilməsi ehtimal edilən yerin işarələnmiş fotoşəklinin, eləcə də dəqiq məkanın göndərilməsinə dair məlumatlar olması müəyyən edilmişdir. Həmçinin məhkəmə iclasında telefonlara baxış zamanı yuxarıda protokollarda qeyd olunan xüsusatlar öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 10 aprel 2023-cü il tarixli əşyanın maddi sübut hesab edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi çəkisi - 885 qram olan narkotik vasitə qurudulmuş marixuana və ümumi sayı 640 ədəd olan metadon həbləri və bir ədəd elektron tərəzi cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla tədqiqatdan sonra qalıq qalmış 884,9 qram narkotik vasitə qurudulmuş marixuana, 620 ədəd metadon həbləri və bir ədəd elektron tərəzi saxlanılmasından ötrü Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Bundan başqa həmin qərardan görünür ki, “şəxsi axtarış və götürmə haqqında” haqqında və “evə baxış keçirilməsi və götürmə haqqında” 08 aprel 2023-cü il tarixli istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş 02 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 26 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd “Samsung Galaxy A 04” və “Samsung Galaxy A 01” markalı mobil telefon cihazlarında iş üçün sübut əhəmiyyəti kəsb edəcək məlumatlar olduğundan həmin mobil telefonlar maddi sübut hesab edilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt ŞPİ-dən daxil olan 05 may 2023-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitələri əldə etdiyi şəxs və ya mənbənin müəyyən edilməsi, həmçinin həmin cinayətdə iştirak edən digər şəxslərin şəxsiyyətini mümkün olmamışdır. Eləcə də keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri ərazisində narkotik vasitələrin mütəmadi satışı ilə məşğul olması barədə CAŞ-nə əməliyyat məlumatları daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə bioloji ekspertizasının 09 aprel 2023-cü il tarixli 7/498 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində "Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə və həblər" yazılar və imzalar olan kağız pakedə 1 ədəd üzəri skoçla bağlanmış qara rəngli sellofan bükülüdə təmiz çəkisi - 55,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində "Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlə, həblər və elektron tərəzi" yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli polietilen bağlamadakı 1 ədəd üzəri skoçla bağlanmış sellofan bağlamada təmiz çəkisi - 830,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi - 885,0 qramdır. Vət.Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən götürülmüş marixuanalar tərkiblərinə görə eynidir. Təqdim olunmuş 01 ədəd elektron tərəzinin üzərində bitki mənşəli narkotik vasitənin hissəcikləri yoxdur. Bitki mənşəli narkotik vasitənin hissəcikləri olmadığı üçün onunla müqayisəli tədqiqat aparılmadı. Qeyd: Marixuananm ümumi çəkisi - 885 qram, tədqiqata istifadə olundu - 0,1 qram (hər obyektdən 0,05 qram), qalıq 884,9 qram. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş məhkəmə kimyəvi ekspertizasının 09 aprel 2023-cü il tarixli 6/2061 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün Nö7 dairəvi möhür əksi olan bir ədəd kağız paketdə və bir ədəd rəngli sellofan torbada olan üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..." sözləri, soyad və imzalar qeyd edilmiş üzərində "Methadone 40" göstəricisi olan 4 ədəd konvalyutda Ümumilikdə 40 ədəd qəhvəyi rəngli dairəvi formalı həblərdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 1,6 qram (ədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 gram) təşkil edir. Üzərində "Təqsirləndirilən şəxs yaşadığı evdən..." sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd sellofan torbada üzərində "Methadone. 40" göstəricisi olan 60 ədəd konvalyutda ümumilikdə 600 ədəd qəhvəyi rəngli dairəvi formalı həblərdə metadonun üzərindəki göstəriciyə əsasən təsir maddəsinin ümumi miqdarı 24 gram (lədəd həbdə metadonun təsir maddəsinin ümumi miqdarı 0,04 qram) təşkil edir. Təqdim edilmiş həblər xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"-in siyahısına (Siyahı İİ) daxildir. Bir ədəd elektron tərəzidə narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək mümkün olmadı. Qeyd: Metadon həblərinin ümumi sayı 640 ədəd, tədqiqata sərf edildi - 20 ədəd, qalıq -620 ədəd. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının 23 iyun 2023-cü il tarixli 4020 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Kannabionidlərin birgə qəbulu nəticəsində yaranan ASİLİLQ SİNDROMU (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş qalıq çəkisi - ekspert tədqiqatından sonra qalıq çəkisi 884,9 qram olan narkotik vasitə qurudulmuş marixuana, ekspert tədqiqatından sonra qalıq 620 ədəd metadon həbləri və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmaqla Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılır, həmçinin Təqsirləndirilən şəxs üzərində və mənzilində şəxsi axtarış və götürülmə aparılması zamanı Azərbaycan Respublikası CPM-nin 246.3-cü maddəsinə uyğun olaraq aparılmış videoçəkilişin yazıldığı 04 (dörd) ədəd DVD disk maddi sübut kimi tanınmaqla cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə istintaqı zamanı müdafiəçinin vəsatəti əsasında əldə edilmiş anten məlumatlarından görünür ki, təqsirləndiirlən şəxsin saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının və onun müdafiəçinin anten dairələri cinayət işi materiallarında olan digər sübutlarla üst-üstə düşür, həmin məlumatlarda təqsirləndirilən şəxsin və əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələrində qeyd etdikləri xüsusatlar öz təsdiqini tapmamışdır. Cinayət işinin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Sumqayıt şəhər Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə o, Azərbaycan Respublikasının 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən məhkumluğu ödənilmişdir, yəni o, məhkumluğu olmayan şəxsdir. Yuxarıda göstərilən sübutların məcmusuna və Azərbaycan Respublikası cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın konkret müddəalarını rəhbər tutmuşdur. İstintaq orqanı təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli Qərarının 9-cu bəndinə istinad edərək göstərmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi3 müdafiə nitqində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs tutulduqdan sonra qanunvericiliyin tələblərinə zidd olaraq, ona tutulduğu ərazi üzrə vəkillər deyil, Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, həmin büronun vəkili X11 vəkil qismində dəvət olunmuşdur, odur ki, həmin müdafiəçinin iştirakı ilə həyata keçirilmiş prosessual hərəkətlər və tərtib olunmuş protokollar yolverilməz sübutlar hesab olunmalıdır. Məhkəmə müdafiəçinin yekun nitqində bildirdiyi arqumentləri əsassız hesab edərək qeyd edir ki, cinayət işi materialalrında olan sənədlərdən də görünür ki, ibtidai istintaqın əvvəlindən təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin olunması məqsədilə ona müvafiq vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, təqsirləndirilən şəxs həmin siyahıdan istənilən vəkilin hüquqlarını müdafiə etməsinə etiraz etmədiyini bildirmiş və onun hüquqlarının müdafiəsi üçün vəkil X11 vəkil qismində dəvət olunmuş, təqsirləndirilən şəxs həmin vəkildən imtina etdiyi müddətədək vəkil bütün prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmişdir. Odur ki, təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmadığından vəkil X6 iştirakı ilə həyata keçirilmiş prosessual hərəkətlərin və tərtib olunmuş protokolların sübut hesab edilməməsi üçün əsas deyildir. Məhkəmədə müdafiə tərəfinin vəsatətinə əsasən dindirilmiş şahidlər X7 və X1 ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, həmin şahidlərlə təqsirləndirilən şəxsin qohumluq əlaqələri olduğundan onların məhkəmədə təqsirləndirilən şəxsin xeyrinə ifadə vermələri, onu müdafiə etmələri anlaşılandır. Belə olan halda məhkəmə onların məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, onların məhkəmədə verdikləri ifadələri iş materiallarında mövcud olan digər sübutlarla ziddiyət təşkil etdiyindən sübut hesab edilməməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı bildirdiklərinə gəldikdə isə məhkəmə kollegiyası təqsirləndirilən şəxs tərəfindən göstərilənlərə tənqidi yanaşır və qeyd edir ki, həmin xüsusatlar iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs həm şübhəli şəxs və təqsirləndirilən şəxs qismində dindirilərkən onun hüquqlarının qorunması məqsədi ilə ibtidai istintaq orqanı tərəfindən təmin olunmuş müdafiəçisi yanında olmuş, lakin bu barədə, yəni ondan aşkar olunan narkotik vasitənin ittihamda verilən miqdarda olmaması, onda ümumiyyətlə, metadon həblərinin olmaması ilə bağlı müdafiəçisinə heç bir söz deməmiş, etirazını bildirməmiş, bundan əlavə barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən də bu barədə heç bir söz deməmişdir. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə qeyd etdiklərinə müdafiə xarakterli ifadə kimi yanaşır, həmçinin onun üzərindən aşkar olunmuş narkotik vasitələrin bir neçə növdən və çox olması, eyni zamanda evindən elektron tərəzinin də aşkar olunması, bundan başqa onun şəxsi telefonundan narkotik vasitələrin satışına dəlalət edən kifayət qədər sübutların olması təqsirləndirilən şəxsin həmin narkotik vasitələrin şəxsi istifadəsi üçün deyil satış məqsədi ilə üzərində gəzdirdiyini ehtiva edir. Onun cinayət işi üzrə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməklə verdiyi ifadəsini məhkəmə məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirir və onun törətdiyi cinayət əməlinin şahid ifadələri və iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapdığını qeyd edir. O, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Odur ki, ona qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddələrin (CM-nin 234.4.1 və 234.4.3) sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə “həbs” növündə qətimkan tədbiri seçilmiş, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 08 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi, təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını və təqsirləndirilən şəxsin ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olduğunu nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 884,9 qram olan narkotik vasitə qurudulmuş marixuana, ekspert tədqiqatından sonra qalıq 620 ədəd metadon həbləri və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs məxsus 02 ədəd mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarından birinə qaytarılmalı və iş materiallarında olan 04 (dörd) ədəd “DVD” formatlı disk hazırki cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 137 (yüz otuz yeddi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 08 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Sumqayıt ŞPİ-də saxlanılan ekspert tədqiqatından sonra qalıq çəkisi 884,9 qram olan narkotik vasitə qurudulmuş marixuana, ekspert tədqiqatından sonra qalıq 620 ədəd metadon həbləri və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olub iş materiallarında saxlanılan Təqsirləndirilən şəxs məxsus 02 ədəd mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarından birinə qaytarılsın. İş üzrə maddi sübut olan 04 ədəd diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxsdən 137 (yüz otuz yeddi) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxsə isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar