Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-263/2023 25.09.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 , Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2001-ci ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu Xudat şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda, yəni 259,128 qram çəkidə narkotik vasitə heroini və 6,723 qram çəkidə psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşımış, bu fakt 07 iyun 2022-ci il tarixdə saat 13 radələrində o, Xaçmaz rayon X5 Polis Bölməsinin əməkdaşları tərəfindən Xudat şəhəri M.F.Axundov küçəsində saxlanılaraq polis bölməsinə dəvət edilib, ünvan 2 ünvanında yerləşən Xudat Polis bölməsinin inzibati binasında saat 14:40-15:00 müddətində onun üzərinə şəxsi axtarış keçirilərkən üstündəki qara rəngli əl çantasından 07 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 52.900 qr, 42.919 qr, 62.427 qr, 51.323 qr, 40.815 qr, 5.065 qr, 3.679 qram olmaqla ümumilikdə 259,128 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,723 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, habelə üzərində heroinin və metamfetaminin izləri olan l(bir) ədəd üzərində «Constant 14192-645 (300g x 0.01)» yazısı olan qara-narıncı rəngli elektron tərəzi aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ittiham olunduğu əməllər üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, 3-4 ildir ki, narkotik vasitə istifadə edir. 07 iyun 2022-ci il tarixdə polis əməkdaşları onu saxlayaraq bölməyə aparmışlar. Bölmədə onun üstündən 4 qram metamfetamin, 4 qram da heroin çıxmışdır. Üzərinə videoçəkilişlə şəxsi axtarış apararkən Şahid2 və digər polis əməkdaşları orada olmuşdur. İbtidai istintaq zamanı da üstündə narkotik vasitə olmasını etiraf etmişdir. Lakin üzərində ittihamda qeyd olunan miqdar yox, metamfetamin və heroinin hər birindən 4 qram olmaqla cəmi 8 qram narkotik vasitə olmuşdur, ifadəsində də bu cür demişdir. 200 manat pul götürərək narkotik vasitə almaq üçün Bakıya getmiş və 200 manat pula 259 qram narkotik vasitə almağın mümkünsüz olduğunu qeyd etmişdir. Barəsində əvvəl də cinayət işi olmuşdur. Həmin vaxt tutulanda üstündə 2,5 qram narkotik vasitə olmuşdur. Birinci dəfə tutulanda ona həbs qətimkan tədbiri seçilməmişdir. Polis əməkdaşlarının ona qarşı qərəzli olmalarının səbəbini bilməmiş, üzərində ittihamda qeyd olunan qədər narkotik vasitə olmamasını bir daha vurğulamışdır. Ona qarşı bir zor tətbiq edilməmiş, sadəcə ağrısı olmasından istifadə edilmişdir. O. ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ifadəsində ona elan edilmiş ittihamla özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, anket məlumatında qeyd olunan ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləməsə də, fərdi əmək fəaliyyəti ilə məşğul olaraq özünü dolandırır. Bir neçə ildir ki, narkotik vasitələrdən, heroindən, marixuanadan və psixotrop maddə metamfetamindən istifadə edir. O, Xudat şəhər sakini Şahid1 tanıyır, aralarında dostluq münasibətləri var və Şahid1 də onun narkotik vasitələrdən istifadə etməsini bilmişdir. O, bədənində ağrılar olduğundan Muradla razılığa gəlmişdir ki, Bakı şəhərinə gedib narkotik vasitə heroin və həmçinin psixotrop maddə metamfetamin alsın. Belə ki, Muradın “Whatsapp” tətbiqi vasitəsi ilə mobil telefonu ilə əlaqə saxladığı İranlı narkotik və psixotrop maddə satan tamşı ilə danışıb razılaşmış və xx.xx.2022-ci il tarixdə səhər saat təxminən 10 radələrində Xudat şəhərindən tanımadıqları taksi ilə Xaçmaz şəhərinə gəlib oradan da Bakıya işləyən taksi ilə Bakı şəhərinə gəlmişlər. Bakı şəhərində «şamaxinka» adlanan ərazidə İranlı şəxsin göndərdiyi kart hesabına 200 manat pulu “Milli ön” vasitəsilə köçürtmüş və pul ödənişi qəbzini İranlı şəxsin Whatsapp hesabına atmışdır. Belə ki, həmin 200 manatın 100 manatı onun, 100 mantı isə Muradın olmuşdur. Onlar həmin pulun müqabilində İranlı şəxsdən 4 qram heroin və 4 qram metamfetamin alacaqlarına razılaşmışlar. Onlar Bakı şəhərində taksi sifariş edərək Şamaxinka adlanan ərazidən Bakı şəhəri Nərimanov rayonuna gəlib bir qədər Nərimanov parkında olduqdan sonra İranlı şəxs onlara Xırdalan şəhərinə getməyi pulun müqabilində verəcəyi 4 qram heroin və 4 qram metamfetmani dəqiq olaraq yerini xatırlamadığı gözəllik salonunun yaxınlığında daşın altına qoyduğunu bildirmişdir. Onlar həmin yerə gedərək İranlının qeyd etdiyi yerdən heroini və metamfetamini götürmüş, Bakı şəhərində olduğu zaman 20 yanvar metrosu ərazisindən özü üçün aldığı qara rəngli əl çantasına qoymuşdur. Bundan sonra yenidən yol taksiləri ilə Xaçmaz rayonu Xudat şəhərinə gəlmişlər. O, yaşadığı evə, Murad da öz yaşadığı evə getmişdir. Aldıqları heroin və metamfetamin onun çantamda qalmışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 13 radələrində Xaçmaz rayonu Xudat şəhəri ərazisində olduğu zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olmağunu bildirmişlər. O, başa düşmüşdür ki, polis əməkdaşlarının onun üzərimdə narkotik vasitə və psixotrop maddə olmasından məlumatları var. O, əl çantasını özündən kənarlaşdıra bilməmişdir. Bundan sonra polis əməkdaşları onu Xaçmaz RPŞ-nin Xudat PB-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Xudat PB-nə gəlmişdir. Xudat PB-də ona müdafiəçi təqdim edilərək hüquqları izah olunmuş, bundan sonra üzərinə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış keçirilmişdir. O. üzərinə şəxsi axtarışda iştirak edən şəxslərin iştirakı ilə video görüntü ilə şəxsi axtarış keçirilməsinə etiraz etməmişdir. Şəxsi axtarış zamanı ona üzərimdə olan əşyaları təqdim etməyim təklif edilmişdir. O, bu təklifdən sonra içərisində narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin olan çantamı könüllü olaraq təqdim etmişdir. Çantamın içərisinə baxılan zaman oradan 2 ədəd kağız bükümdə və 5 ədəd sellofan bükümdə saxladığı narkotik vasitə heroin və 1 ədəd sellofan bükümdə saxladığı psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmçinin çantamın içərisində saxladığı narkotik vasitə və psixotrop maddəni ölçdüyü elektron tərəzi də polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Həmin aşkar edilən bükümlər və elektron tərəzi polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılıb möhürlənib üzəri imzaladılaraq götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs əlavə ifadəsində göstərmişdir ki, o, ilkin ifadələrində 06 iyun 2022-ci il tarixdə narkotik vasitə və psixotrop maddə metamfetamin almaq üçün Bakı şəhərinə getməmişdən əvvəl tanışı Şahid1 ilə öz aralarında razılaşdıqlarını, daha sonra Bakı şəhərində hərəsi 100 manat pul qoymaqla «WatsApp» vasitəsi ilə əlaqə saxladıqları və reallıqda tanımadıqları şəxsin hesabına 200 manat pul köçürərək narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əldə edərək Xudat şəhərinə qayıtdıqlarını göstərsə də, əlavə dindirmə zamanı o, əvvəlki ifadələrində Şahid1lə bağlı qeyd etdiyi xüsusatları təkzib etmiş, Xaçmaz RPŞ-nin İB-də Şahid1 və onun barələrində Azərbaycan Respublikası CM-nin 234.4.2 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin istintaq olunduğunu və 2022-ci ilin iyun ayının əvvəllərində baxılmasından ötrü məhkəməyə göndərildiyindən hazırkı cinayət işi üzrə üzərinə düşən məsuliyyəti də dostu Şahid1lə bölüşməyi fikirləşdiyini və buna görə əvvəlki ifadələrində guya 06 iyun 2022-ci il tarixdə Bakı şəhərindən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Şahid1lə hərəsinə 100 manat pul qoymaqla birlikdə aldıqlarını göstərdiyini, əslində 06 iyun 2022-ci il tarixdə Muradın sadəcə olaraq yol yoldaşı kimi onunla birlikdə Bakı şəhərinə getdiyini və Bakı şəhərindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alacağı barədə əvvəlcədən Murada heç nə demədiyindən onun bu barədə heç bir məlumatının olmadığını, narkotik vasitə və psixotrop maddə üçün köçürtdüyü 200 manat pulun özünə məxsus olduğunu, Şahid1 onun narkotik vasitə və psixotrop maddə almasını sonradan bildiyini göstərmiş, həmçinin çantasından aşkar edilmiş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhərində qoyulduğu yerdən götürüb çantanın içərisinə qoyaraq Xudat şəhərinə gətirdiyini. Xudat şəhərinə gələndən sonra narkotik vasitə və psixotrop maddənin çantasında qaldığını, çantada olan narkotik vasitə və psixotrop maddədən başqa çantaya əlavə narkotik vasitə və psixotrop maddə qoyulmadığını, əslində əgər narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin çəkilərini çox göstərərsə məsuliyyətinin daha ağır olacağını fikirləşdiyindən onların çəkilərini düzgün göstərməmişdir.(cild 1, iş vərəqə 94-97; 131-133) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Xudat PB-nin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 07 iyun 2022-ci il tarixdə Xudat şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələr əldə edib saxlaması, daşıması və satması barədə Xaçmaz RPŞ-nin Xudat PB- nə məlumat daxil olmuşdur. Daxil olan məlumat əsasında əməliyyat qrupu yaradılmış, həmin gün Təqsirləndirilən şəxs saxlanılaraq Xudat PB-nə gətirilmişdir. Bölmədə olarkən Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan çantasını çıxarıb masanın üstünə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi çantanın içərisinə baxış keçirilərkən 01 ədəd elektron tərəzi, 06 ədəd sellofan büküm, 02 ədəd kağız büküm aşkar edilmişdir. Həmin bükümlərin işərisinə baxıldıqda psixotrop maddə olan metamfetaminə bənzər və narkotik vasitə olan heroinə bənzər maddələr müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu, üstündən aşkar edilmiş elektron tərəzidən narkotik vasitələri ölçmək üçün istifadə etdiyini etiraf etmiş və üstündən aşkar edilmiş bükülülərin heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin Xudat PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid4 polis əməkdaşı Şahid2la oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Xaçmaz RPŞ-nin Xudat PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid3, Xaçmaz RPŞ-nin PPXB-nün polis nəfəri Şahid5 və Xaçmaz RPŞ-nin Xudat PB-nin dəftərxana operatoru Şahid6in ibtidai istintaq zamanı verdikləri ifadələrindən görünür ki, onlar, məhkəmədə ifadəsi alınmış Şahid2 və Şahid4 ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər. ( cild 1, iş vərəqə 141-143;144-145; 150-151) Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə heroindən, qurudulmuş marixuanadan və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Təqsirləndirilən şəxs təxminən 2-3 ildir ki, tanıyır və aralarında münasibətləri yaxşıdır. Hər ikisi narkotik vasitələrdən istifadə etmişlər. 06 iyun 2022-ci il tarixdə Reyhan ondan xahiş etmişdir ki, onunla Bakı şəhərinə gəlsin, tək getmək istəmir. O, Reyhandan nə məqsədlə Bakı şəhərinə gedəcəyini soruşanda Reyhan nənəsi üçün nə isə alacağını demişdir. O, etiraz etməmiş, onların danışdığı Bakıya işləyən taksi sürücüsü Xəlil adh şəxsin avtomobili ilə Bakı şəhərinə getmişlər. Bakı şəhərində Reyhan bir-iki yerə baş çəkmişdir. Sonra da Reyhan telefonla danışıb olduqları ərazidəki terminallardan birindən kimin üçünsə pul köçürmüşdür. O, Reyhandan kimə pul köçürdüyünü soruşanda Reyhan birazdan biləcəyini demişdir. Onlar həmin ərazidəki kafelərdən birində oturub çörək yeyəndə Reyhana zəng gəlmişdir. Onlar çörək yeyib qurtarandan sonra Reyhan taksi sürücüsü Xəlilə avtomobili Masazır qəsəbəsinə sürməsini demişdir. Xəlil avtomobili Masazır qəsəbəsi istiqamətində sürəndə Reyhan yolu göstərmiş və bir ərazidə dayanmışlar. Reyhan ona demişdir ki, avtomobildən düşüb onunla gəlsin. O, avtomobildən düşəndə Reyhan ona demişdir ki, həmin ərazidə onun üçün narkotik vasitə qoyublar. Sonra həmin narkotik vasitəni tapıb birlikdə Xudat şəhərinə qayıtmışlar. Lakin taksi sürücüsü onlardan bununla bağlı heç nə soruşmadığı üçün ona bir söz deməmişlər. 07 iyun 2022-ci il tarixdə nahar fasiləsi ərəfəsində Reyhanla görüşmək üçün Xudat şəhəri HeydərƏliyev parkına gəlmişdir. Həmin vaxt orada xidmət aparan polis əməkdaşları əvvəlcə onu saxlayıb sorğu sual edəndə Reyhan da gəlib çıxmışdır. Sonra Reyhanı saxlayıb Xudat polis bölməsinə aparmışlar. Həmin gün bir neçə saat sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs çantasından narkotik vasitə aşkar edib götürüblər. (Cild 1, iş vərəqə 117-119) Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 iyun 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərardan görünür ki, Xaçmaz rayonu Xudat şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib saxlamaqla daşıması barədə Xaçmaz RPŞ-nin Xudat PB-nə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 4) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş “şəxsi axtarış aparılması haqqında” 07 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Xaçmaz RPŞ-nin Xudat PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış keçirilərkən onun əlindəki əl çantasından 5 ədəd içərisində qəhvəyi rəngli xarici görünüşünə görə narkotik vasitə heroinə bənzər maddə olan sellofan büküm, 2 ədəd içərisində qəhvəyi rəngli xarici görünüşünə görə narkotik vasitə heroinə bənzər maddə olan kağız büküm, 1 ədəd içərisində ağ rəngli xarici görünüşünə görə psixotrop maddə metamfetamin olan sellofan büküm və həmçinin içərisi boş olan 3 ədəd salfet və 1 ədəd kağız kəsikləri, bir ədəd 20 qəpik və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs əynində olan şalvarın sol arxa cibindən 3 ədəd 1 manatlıq, 1 ədəd beş manatlıq, bir ədəd 20 manatlıq pul əskinasını və 1 ədəd alışqanı çıxararaq stolun üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə eyni cinsdən olan Şahid6 tərəfindən şəxsi axtarış keçirilmiş və üzərindən hər hansı başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qəhvəyi rəngli maddələrin narkotik vasitə “kakos” olmasını, ağ rəngli maddənin isə psixotrop maddə metamfetamin olmasını bildirmiş və həmin narkotik vasitə və psixotrop maddənin dövriyyəsi ilə məşğul olmasını bildirmişdir. Həmin aşkar edilmiş 1 ədəd içərisində ağ rəngli maddə olan büküm, 7 ədəd içərisində qəhvəyi rəngli maddə olan bükümlər və 1 ədəd elektron tərəzi ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırılıb möhürlənərək götürülmüş, digər aşkar edilənlər əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. (cild 1, vərəqə 26-28) “Şəxsi axtarış aparılması haqqında” protokolda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 iyun 2022-ci il tarixli, 6/3212 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs (imza) yazısı və imzalar olan paketdə 7 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkisi 52.900 qr, 42.919 qr, 62.427 qr, 51.323 qr, 40.815 qr, 5.065 qr, 3.679 qr, ümumi təmiz çəkisi 259.128 qram qəhvəyi tozşəkilli maddələrkimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir; 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,723 qram ağ rəngli kristaldan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; 1 (bir) ədəd üzərində «Constant 14192-645(300q x 0.0 İq» yazısı olan qara narıncı rəngli elektron tərəzinin üzərində heroinin və metamfetaminin izləri vardır. İz şəkilində olduğu üçün heroinin və metamfetaminin çəkisi və bükümdəki heroinlərlə və metamfetaminlə eyni kimyəvi tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələrwin, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr»in İ siyahısına daxildirlər. (cild 1, iş vərəqə 35-40) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli, 5143 nömrəli rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (cild 1, iş vərəqə 168-169) Cinayət işinin materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 258,918 qram qalan narkotik vasitə heroin, tədqiqatdan sonra çəkisi 6,623 qram qalan psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmiş və 01 (bir) ədəd disk cinayət işinin materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 110-111) Cinayət işinin materiallarına əlavə edilmiş DİN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (cild 1, iş vərəqə 189-190) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Xudat şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır.(cild 1, iş vərəqə 156-158) Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yanaşı Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib saxlamaqla daşımışa cinayətini təkrar törətmişdir. Dövlət ittihamçısı yekun nitqində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməll qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin cinayət olmasını aradan qaldıran hallar və onların bu əməllərə görə cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X4 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitəni əldə etməkdə satış məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək saxladığı narkotik vasitənin və psixotrop maddənin müxtəlifliyi,bükümlərə ayrılması, külli miqdarda olması, üzərindən elektron tərəzinin aşkar edilməsi Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 5-ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Xaçmaz rayon Məhkəməsinin 09 iyun 2022-ci il tarixli ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07 iyun 2022-ci il tarixdən hesablanmışdır. Məhkəməyə qədər icraat dövründə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmış, məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 07 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa, cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi və təqsirləndirilən şəxsə narkomaniyadan məcburi müalicənin təyin edilməsini istisna edən halların olmadığını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1-ci maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 258,918 qram çəkidə narkotik vasitə heroin, 6,623 qram çəkidə psixotrop maddə metamfetamin, habelə üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 7 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 07 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan 258,918 qram çəkidə narkotik vasitə heroin, 6,623 qram çəkidə psixotrop maddə metamfetamin, habelə üzərində narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-263/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-263/2023
25.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver