Məhkəmə qərarları › İş №1(124)-263/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-263/2024

15.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-263/2024 15.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 (sədrlik edən), X7 və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi – X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəməsində Dövlət İttihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi X4 iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Dəvəçi (Şabran) rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1, 29,180.2.3, 29,180.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 19 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (təsviri-əsaslandırıcı hissədə CM) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs aşkar surətdə on dörd yaşına çatmayan xx xxxxxx 2010-cu il təvəllüdlü Zərərçəkmiş şəxs valideynlərinin evdə olmadığına tam əmin olduğundan cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə 23 yanvar 2023-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 ünvanına gələrək sonuncunun azyaşlı olmaqla “yüngül dərəcəli əqli gerilik, simptomatik epilepsiya” xəstəliyindən əziyyət çəkdiyini bilib köməksiz vəziyyətindən istifadə edib Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə onu yataq otağındakı çarpayıya üzü üstə uzadıb əynindəki paltarları soyunduraraq öz əynində olan şalvarı çıxarıb sonuncunun üzərinə uzanmaqla öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə sürtərək cinsi ehtirasını başa çatdırıb seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü CM-in 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həmin günü Talehin yaşadığı evə getmiş və onu səsləmiş, lakin Talehin səs vermədiyini gördükdə geri dönüb evinə yollanmaq istəmişdir. Bu zaman qonşu evin kamerasına da düşmüşdür. Sonra arxadan səs gəldiyini görüb geri çevriləndə Talehin qızı Şahnazı görmüş və ondan atası Talehi soruşmuşdur. Şahnaz atasının evdə olmadığını, Feruzgildə olduğunu demişdir. O da Şahnazdan atasına zəng etməsini xahiş etmişdir. Bir müddət sonra Taleh gəlmiş və o, Talehə pul vermiş, Taleh də həmin pula spirtli içki olan araq almışdır. Onlar ikisi evdə olan yeməklə həmin arağı həyətdəki navesin (çardağın) altında içmişlər. O, Talehin yaşadığı evə girməmişdir. Bir müddət sonra Talehin arvadı Ülviyə gəlmiş, onlar içki içdikləri üçün Ülviyə bir az əsəbi olmuş, hətta evdə olan boş butulkanı onların ayağının altına atmışdır. Belə olub o, Talehdən onu yola salmasını xahiş etmişdir. Taleh də onu yola salmış və o da çıxıb evə gəlmişdir. Evə gəlib üç saat yatmışdır. Bir də anası ilə Ülviyənin səsinə oyanmışdır. Həyətə çıxıb görmüşdür ki, Ülviyə ondan anasına şikayət edib deyir ki, sənin oğlun hər dəfə gəlir onlara əri Talehlə içki içir sonra isə onların evində söz-söhbət yaranır. Taleh də bütün qab-qacağı sındırır. Ülviyə ondan şikayət edəcəyini, onu tutduracağını demişdir. Bir daha qeyd edir ki, kamera görüntülərində də vardır ki, o, həmin evə girməmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, Talehi uşaqlıqdan tanımış, uşaqlıqdan Talehlə bir yerdə böyümüşdür. Hadisə günü Talehin evinə saat 11-12 radələrində getmişdir. Bir beton işi görmək üçün danışmış, onunla həmin məsələni həll etmək üçün onlara getmişdir. Belə ki, beton işini qonşuluqda olan polis işçisinin evində görəcəkmişlər, Taleh də həmin işləri bildiyi üçün onunla danışmaq üçün getmişdir. Özünün telefonunda kontur olmadığı üçün Talehə zəng etməmişdir. Şahnaz zəng etdikdən sonra Taleh özü onu yığmışdır. Bir müddət sonra Taleh gəlmişdir. Yeyib-içən zaman Talehə beton işi barədə də demişdir. İki nəfərə bir dənə 0,5 l araq içmişlər. Bu hadisəyə qədər heç vaxt Ülviyə və ya onun uşaqları ondan şikayət etməmişdir. Onlarla hər hansı ədavət və düşmənçilik olmamışdır. Şahnaz da heç vaxt ondan şikayət etməmişdir. Talehgildə əvvəllər də qonaq olmuş, Şahnazla həmişə mehriban olmuş, onu sığallamış, lakin heç vaxt ona qarşı belə bir hərəkət olmamışdır. Ondan yanvar ayında şikayət olunsa da, aprel ayında onu tutmuşlar. Mustəntiq onu aldatmışdır ki, Cinayət Məcəlləsinin 152.2ci maddəsi ilə cinayət işi açıb, lakin istintaq təcridxanasında öyrənmişdir ki, ona hazırki maddə ilə ittiham irəli sürülüb. Müstəntiq ona bildirmişdir ki, bu elə də ağır iş deyil, zərərçəkmişlə barışmaq lazımdır. O da nə qədər etmiş zərərçəkmiş tərəflə barışa bilməmişdir. O günahsızdır, məhkəmədən barəsində ədalətli qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı psixoloq və qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş və göstərmişdir ki, 23 yanvar 2023-cü il tarixdə səhər saatlarında anası evdə olmayan zaman qonşuları Həbib adlı şəxs onlara gəlmişdir. Təqsirləndirilən şəxs ondan evdə kimin olumasını soruşduqda o, evdə heç kəsin olmadığını bildirmişdir.Çünki həmin vaxt anası bacısını dərsə aparmış, atası isə işdə olmuşdur. Bu zaman Həbib mobil telefonunda kontur olmadığını və evdəki mobil telefon vasitəsilə atasına zəng etməsini ondan istəmişdir.O da həmin telefon ilə atasına zəng etmiş və Həbiblə atası bir neçə saniyəlik nəsə danışmışlar. Atası ilə danışmağı bitirən kimi Həbib evin içərisinə daxil olub onu itələyib otağındakı çarpayıya ağzı üstə uzadaraq şalvarını, daha sonra isə alt paltarını soyundurub, özü də şalvarını açaraq əvvəlcə onun arxa nahiyəsini əli ilə sığallayıb daha sonra öz cinsi orqanını onun arxa hissəsinə sürtməyə başlamışdır. Bir müddət sonra çıxıb getmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi qismində çıxış edən X5 23 yanvar 2023-cü il tarixdə saat təxminin 11:35 radələrində kiçik qızı X8 şəhəri 1 saylı orta məktəbə aparmaq üçün yaşadığı Şabran şəhəri H.Nağıyeva küçəsi 15 nömrəli evdən çıxmışdır. X13 dərsə aparan zaman böyük qızı Zərərçəkmiş şəxs evdə tək qalmışdır. Həmin vaxt əri Şahid1 da işdə olmuşdur. Saat təxminən 13 radələrində o, evə qayıtmış və evə qayıdan zaman evin həyətində əri Şahid1 ilə qonuşusu həm də ki, uzaq qohumu Təqsirləndirilən şəxs yemək yediklərini görmüşdür. O, onlarla salamlaşıb evə daxil olmuşdur. 23 yanvar 2023-cü il tarixdə saat 18 radələrində qızı Zərərçəkmiş şəxs ona həmin gün kiçik qızı Zeynəbi dərsə aparan zaman Təqsirləndirilən şəxs onlara gələrək əvvəlcə ondan evdə kimin olub - olmadığını soruşmasını bildirmişdir. Zərərçəkmiş şəxs da, ona evdə heç kəsin olmadığını söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evdə heç kəsin olmadığını biləndən sonra evin içərisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs evə daxil olduqdan sonra Zərərçəkmiş şəxs itələyərək öz çarpayısına ağzı üstə uzadıb əvvəlcə onun şalvarını, daha sonra isə alt paltarını soyundurub, özü də şalvarını soyunaraq onun arxa hissədən üzərinə uzanıb ona qarşı seksual xarakterli hərəkətlər etmişdir. Bundan sonra o, qızı Şahnazı da götürüb rayon polis şöbəsinə gələrək baş vermiş hadisə ilə bağlı məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 23 yanvar 2023-cü il tarixdə arvadı Ülviyyə ona həmin tarixdə gündüz saat 11-12 radələrində onlar evdə olmayan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığları evə gələrək 12 yaşlı qızı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərkətlər etməsini bildirmişdir. Bundan sonra o özü də qızı Şahnaz ilə danışan zaman qızı Zərərçəkmiş şəxs qeyd edilən tarixdə saat 11-12 radələrində Təqsirləndirilən şəxs onlara gələrək evdə heç kəsin olmadığından istifadə edib Zərərçəkmiş şəxsm itələyərək əvvəlcə onun əynindəki şalvarı və tumanı çıxardaraq yatağa uzandırıb daha sonra özü də, şalvarını dizə qədər aşağı çəkərək arxa nahiyyədən ona sürtünərək seksual xarakterli hərəkətlər etməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq göstərmişdir ki, həmin günü Həbib içki içmiş, lakin hər hansısa bir beton işi ilə bağlı söhbət etməmişdir. Ümumiyyətlə Həbib onunla hansısa işlə bağlı söhbət etməmiş, yalnız yeyib-içmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, 23 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Ülviyyə ağlayaraq onun evinə gəlib ona, çağır “oğraş oğlun Həbibi” gəlsin deyərək qışqırmağa başlamışdır. O, Qanuni nümayəndə nə qədər sakitləşdirsə də, Ülviyyə oğlu Həbibin onun əri ilə evdə yemək yeyib yenə içki içməsini bildirmişdir. Ülviyyə əri Talehə Həbib ilə içki içməsini irad tutumuş və nəticədə Taleh də onu döymüşdür. O, Ülviyyəni sakitləşdirərək bir daha oğlu Həbibin onlara getməyəcəyini bildirmişdir. Bundan sonra Ülviyyə onların yanında dayanmış Həbibin üzərinə hücum çəkərək o, evdə olmadığı zaman onun azyaşlı qızına qarşı seksual xarakterli hərəkətlər etməsini bildirmişdir. Həbib isə Qanuni nümayəndə onun azyaşılı qızına qarşı belə bir hərəkət etmədiyini desə də, Ülviyyə ona inanmamışdır. Axşam saatlarında o yenə də Ülviyyənin evinə gedib oğlu haqqında bu cür böhtan xarakterli iddiaları qaldırmamasını xahiş etsə də, Qanuni nümayəndə ona məhəl qoymayıb Həbibin elediyi hərəkətə görə cavab verəcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Ərizə”dən görünür ki, X5 həmin tarixdə Şabran Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə əri və özünün evdə olmadıqları vaxt qonşuluqda yaşayan Təqsirləndirilən şəxs onun 12 yaşlı, ikinci qrup əlil qızı Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etdiyini bildirmiş və həmin şəxs barəsində qanuni tədbir görülməsini xahiş etmişdir (cild 01, iş vər. 03). Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 21 fevral 2023- cü il tarixli, 691 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcəkdə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi (cild 01, iş vər. 39-42). Cinayət işinin materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 07 aprel 2023-cü il tarixli 1280 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs yüngül dərəcəli əqli gerilik, simptomatik epilepsiya müəyyən edilir. Zərərçəkmiş şəxs müəyyən edilən kəmağıllıq ifadə dərəcəsinə görə yüngül dərəcədə olduğu ilə əlaqədar, baş vermişləri düzgün qavramaq, təsvir etmək, istintaqa ifadə vermək iqtidarındadır. Zərərçəkmiş şəxs hadisələri olduğu kimi obyektiv təsvir edir, onun fantaziya, özündən uydurmağa pataloji meyillilik müşahidə edilmir (cild 01, iş vər. 54-56). Cinayət işinin materiallarında olan məhkəmə genetik ekspertizasının xx.xx.2023-cü il tarixli 23/633 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində 01 (bir) ədəd tumanın aralıq nahiyyəsində insan mənşəli sperma nümunələri mövcuddur və həmin sperma nümunələri Təqsirləndirilən şəxs məxsusdur (eyni yumurta əkizi istisna olmaqla). Ekspertiza nəticəsində müəyyən edildi ki, təqdim edilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində 01 (bir) ədəd şalvar üzərində molekulyar-genetik tədqiqatın keçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcud deyildir və deqradasiya əlamətləri müşahidə edilir. Bu səbəbdən təqdim edilmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində 01 (bir) ədəd şalvar üzərində müqayisəli molekulyar-genetik tədqiqatın keçirilməsi mümkün olmadı (cild 01, iş vər. 191-196). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Qanuni nümayəndə təqdim etdiyi bir ədəd diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs 23 yanvar 2023-cü il tarixdə saat təxminən 11:40 radələrində Şabran şəhəri H.Nağıyev küçəsi 15 nömrəli evdə yaşayan Qanuni nümayəndə yaşadığı evə gəlməsi və saat 11:50 radələrində evdən çıxaraq getməsi müəyyən edilmişdir (cild 01, iş vər. 108-111). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Üzləşdirmə istintaq hərəkətinin” protokolundan görünür ki, həmin tarixdə təqsirləndirilən Təqsirləndirilən şəxs ilə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı yetkinlik yaşına çatmayan zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qeyd edilən tarixdə ona qarşı seksual xarakterli zorakılıq hərəkətlər etməsini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir (cild 01, iş vər. 127-128). Cinayət işinin materiallarında olan xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-in 152.1, 153.2, 152.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir (cild 01, iş vər. 207-215). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsində göstərilmişdir ki, zərərçəkmiş şəxsə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə cinayət sayılır və bu əməli törətməkdə təqsirli bilinən şəxs dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin xx.xx.2023-cü il tarixədək qüvvədə olan 150.3.3-cü maddəsində isə göstərilmişdir ki, sözügedən cinayət əməli təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanının əməlin tövsifi ilə bağlı gəldiyi qənaətlə razılaşır və Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əsaslı olduğu nəticəsinə gəlir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli zərərçəkmiş şəxsin və iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq xx.xx.2023-cü il tarixədək qüvvədə olan CM-in 150.3.3-cü maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməli xx.xx.2023-cü il tarixədək qüvvədə olan CM-in 150.3.3-cü maddəsi ilə məhz ona görə tövsif olunmalıdır ki, əvvəla Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət əməli cinayət qanunvericiliyinə edilən müvafiq dəyişiklikdən əvvəl törədilmiş, habelə sözügedən tarixdən sonra həmin maddənin həm dispozisiyasına, həm də sanksiyasına dəyişikliklər edilmişdir ki, qeyd edilən dəyişikliklərdən sonra Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası ağırlaşdırılmışdır (üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında xx.xx.2021-ci il tarixli qərarı ilə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında dəyişikliklər edilmiş və göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı, yəni cinayətlərin böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə aid edilməsi həmin cinayətlərə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinə görə aparıldığından, müvafiq olaraq da cinayət məsuliyyətinə cəlb etmə, məhkumluğun ödənilməsi müddətləri, cəzanın daha yüngül cəza ilə əvəz olunması, cəzadan vaxtından əvvəl şərti olaraq azad etmə kimi məsələlərin həlli də cinayətin təsnifatından, yəni dolayısı ilə cinayətə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən asılı olaraq həll edildiyindən, yeni və yaxud əvvəlki cinayət qanunun tətbiqi məsələsi ortaya çıxdıqda, əvvəlki və yeni sanksiyalar əsasən eyni olub yalnız azadlıqdan məhrum etmə cəzasının yuxarı hədləri fərqli olduğu hallarda hansı normanın şəxsin vəziyyətini yaxşılaşdıran norma olması məsələsi bu normalarda nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarından hansının yuxarı həddinin daha az olmasından asılı olaraq həll edilməlidir. Cinayət qanunu normasının əvvəlki və yeni sanksiyalarında eyni növ cəzalar nəzərdə tutulduğu, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi də eyni olduğu halda, şəxsin vəziyyətini yaxşılaşdıran norma kimi azadlıqdan məhrum etmə cəzasının aşağı həddi az olan norma götürülməlidir. Cinayət qanununun yeni və əvvəlki normalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzalarının yuxarı və aşağı hədləri eyni olduqda, şəxsin əməlinə yeni və yaxud əvvəlki normanın şamil edilməsi məsələsi hansı normada azadlıqdan məhrum etməyə nisbətən daha yüngül növ cəzaların nəzərdə tutulmasından asılı olaraq həll edilməli, daha yüngül növ cəzaların nəzərdə tutulduğu maddə şəxsin vəziyyətini yaxşılaşdıran norma hesab edilməklə tətbiq edilməlidir (həmin cəzalar da eyni növdə olduqda, onların müddətinə və ya həcminə görə tətbiq edilməli norma müəyyən edilməlidir). Yeni cinayət qanunu normasının sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi əvvəlki normanının sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddindən artıq, lakin aşağı həddi əvvəlki normada göstərilən həddən az olduqda və yaxud yeni sanksiyada əvvəlki normada olmayan alternativ cəzalar nəzərdə tutulduqda, eynilə yeni normada təsbit edilmiş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi əvvəlki normada müəyyən edilən həddən az olduqda, lakin əvvəlki normada azadlıqdan məhrum etmənin aşağı həddi daha çox olduğu və yaxud yeni normada olmayan alternativ cəzalar nəzərdə tutulduğu hallarda, cəzanın təyini məsələsinin həlli zamanı məhkəmə həm yeni, həm də əvvəlki normaların sanksiyalarından təqsirləndirlən şəxs üçün daha yaxşı şərtlər müəyyən edən müddəaları (cəza növlərini, cəzaların hədlərini) ona şamil edilə bilən müddəalar kimi nəzərə almalıdır. Eyni zamanda, CM-nin 10.1-ci maddəsində göstərilmişdir ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmçinin, həmin Məcəllənin 10.4-cü maddəsində qeyd olunmuşdur ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlini məhz xx.xx.2023-cü il tarixədək törətdiyindən və həmin dövrdə qüvvədə olan CM-in 150.3.3-cü maddəsi ilə onun məsuliyyəti hazırki redaksiya ilə müqayisədə yüngülləşdiyindən, onun əməli xx.xx.2023-cü il tarixədək qüvvədə olan CM-in 150.3.3-cü maddəsi ilə tövsif edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan ədalətli cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı özünü təqsirli bilməməsinə dair qeyd etdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətdən yaxa qurtarmağa çalışır. Belə ki, cinayət işinin materiallarında olan məhkəmə genetik ekspertizasının rəyi, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin yaşadığı evə gəlib bir müddət orda qaldıqdan sonra oradan ayrılmasını əks etdirən video görüntülər, zərərçəkmiş şəxsin ifadəsi və s. sübutlar təqsirləndirilən şəxsin söylədiklərini tam təkzib edir. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı qeyd etdiklərinə tənqidi yanaşır, onları əsası olmayan, heç bir sübuta söykənməyən ifadələr kimi qəbul edir və onlarla razılaşmır. Təqsirləndirilən şəxs təyin olunacaq cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işinin materiallarında olan arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Şabran şəhəri, M.Rəsulov küçəsiev 3 ünvanında yaşayır və yaşadığı ərazi üzrə mənfi səciyyələndirilir (cild 01, iş vər. 129-130). Təqsirləndirilən şəxs CM-nin 59-cu maddəsində göstərilən onun cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən, həmçinin hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1, 29,180.2.3, 29,180.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 05 ay 19 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmişdir (cild 01, iş vər. 131-132, 134-150). Belə olan halda CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallardan cinayətin xüsusilə təhlükəli residivi müəyyən edilir. Belə ki, CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.3 və 18.3.3-cü maddələrində göstərilmişdir ki, qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətlərin residivi xüsusilə təhlükəli sayılır. Həmin Məcəllənin 83.3 və 83.3.4-cü maddəsində göstərilmişdir ki, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Habelə həmin Məcəlləsinin 83.4-cü maddəsində göstərilmişdir ki, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs daha əvvəl son olaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,149.1, 29,180.2.3, 29,180.2.4-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad olunmuşdur. Həmin cinayət əməli (29,149.1) ağır cinayət sayıldığından və CM-in 83-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum edilən şəxs cəzasını çəkib qurtardıqdan, hazırki halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdən sonra həmin andan 06 il keçdiyi halda məhkumluq ödənilmiş sayıldığından, Təqsirləndirilən şəxs isə həmin müddət keçmədən, yəni məhkumluq ödənilmədən yenidən qəsdən xüsusilə ağır cinayət əməli (CM-in 150.3.3-cü maddəsində nəzərdə tutulan əməl) törətdiyindən, onun əməlində cinayətlərin xüsusilə təhlükəli residivi yaranmış olur. Cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd etmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” 2013-cü il 18 mart tarixli Qərarında isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, cinayətlərin residivi müəyyən edildikdə, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən də göründüyü kimi, əvvəllər məhkum olunmuş şəxs tərəfindən yeni cinayətin törədilməsi yüksək ictimai təhlükə təşkil edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. İlk dəfə cinayət əməli törətmiş şəxslə müqayisədə təkrar cinayət törətmiş şəxs daha yüksək ictimai təhlükəlilik dərəcəsinə malik biri kimi səciyyələndirilir və bu səbəbdən həmin şəxslərə eyni cəzanın təyin edilməsi həm qanunvericiliklə təsbit olunmuş humanizm və ədalət prinsipləri ilə, həm də bu prinsiplərin ümumbəşəri anlayışları ilə ziddiyyət təşkil etmiş olar. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs əməlində cəzanı yüngülləşdirən halın olmamasını, həmçinin cəzanı ağırlaşdıran hallardan cinayətlərin xüsusilə təhlükəli residivinin olmasını, o cümlədən törədilən cinayətin ictimai təhlükəliliyini və xarakterini, şəxsin şəxsiyyətini, yəni əvvəllər də qəsdən bu qəbildən olan cinayət əməli törətdiyinə görə təqsirli bilinərək məhkum olunmasını, əməlindən və ona təyin olunan cəzadan heç bir nəticə çıxarmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaqla ona təqsirli bilindiyi maddənin (xx.xx.2023cü il tarixədək qüvvədə olan redaksiyada) sanksiyasında nəzərdə tutulan həddə (CM-in 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla) azadlıqdan məhrumetmə növündə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. CM-in 65.2-ci maddəsində göstərilmişdir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz Cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza CM-in 56.1.4-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında protokoldan və Şabran Rayon Məhkəmənin xx.xx.2023-cü il tarixi qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində məhkəmə tərəfindən əvvəli həmin tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (cild 1, iş vər. 58-59, 94-96). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, onun həbsdə saxlanıldığı bütün müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsində görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə xüsusi müsadirənin əsasları müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan və Şabran Rayon Polis Şöbəsində saxlanılan 02 ədəd idman şalvarı və 02 ədəd tuman hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınmalıdır. Eyni zamanda, iş üzrə məhkəmə məsrəflərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası hökmetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 13 (on üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Şabran Rayon Polis Şöbəsində saxlanılan 02 ədəd idman şalvarı və 02 ədəd tuman hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin, 01 ədəd DVD diskin iş materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar