Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-264/2023 30.08.2023 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Hümbətov Fəhmin Zaur və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1987-cı ildə Zəngilan rayonunda anadan olmuş, məhkum olunmamış, evli, işləməyən, orta təhsilli, Zəngilan rayonu H.Hacıyev küçəsi ev 42də qeydiyyatda olan, faktiki Abşeron rayonu,Xırdalan şəhəri,Quşçuluq massivi H.Arif küçəsi ev 61-də yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, məhkum olunmuş, evli, işləməyən, orta təhsilli, Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon Azadlıq prospekti 28/188, mənzil 55-də qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ev 2 mənzil 6-da yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 və telefon vasitəsi ilə tanış olduğu istintaqa məlum olmayan «Mehran» adlı İran İslam respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin, istifadə edilməsi üçün ona ayrılan müəyyən miqdar müqabilində, Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirməkdə vasitəçilik etməsi barədə ümumi razılığa gəlmiş, 2022-ci ilin iyul ayının əvvəllərində bir qrup şəxs halında «Mehran» adlı şəxsin Bakı şəhəri,Sabunçu rayonu ərazisində avtomobil yolunun kənarında qoyduğu bir ədəd bağlamada 824,82 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd bağlamada 629,6 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin və 2 ədəd bağlamada hər birinin ayrı-ayrılıqda çəkisi 540,0 qram və 510,0 qram olmaqla 1050,0 qram çəkidə külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Təqsirləndirilən şəxs2 tapşırığı ilə götürüb qanunsuz əldə edərək, yaşadığı Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində yerləşən 2 saylı evin 6 saylı mənzilinə daşıyıb, həmin narkotik vasitə və psixotrop maddədən 34,820 qram külli miqdarda narkotik vasitə heroini Təqsirləndirilən şəxs2, 24,6 qram külli miqdarda psixotrop maddə metamfetamini özü üçün ayırıb üzərində, bir ədəd bağlamada 790,0 qram çəkidə külli miqdara narkotik vasitə heroin, bir ədəd bağlamada 605,0 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamini və 2 ədəd bağlamada hər birinin çəkisi ayrı-ayrılıqda 540,0 qram və 510,0 qram olmaqla ümumi çəkisi 1050,0 olan külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı isə yaşadığı həmin mənzildə saxlamış, 11 iyul 2022-ci il tarixdə saat 18 radələrində o, Təqsirləndirilən şəxs2la birlikdə DİN-nin Baş narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 2 saylı evin yaxınlığında saxlanılıb göstərilən idarəyə gətirilərək üzərlərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs2 əynində olan şalvarının sağ yan cibindən həmin 34,820 qram çəkidə narkotik vasitə heroin, onun əynində olan şalvarının sağ yan cibindən 24,6 qram psixotrop maddə metamfetamin, əməliyyat tədbirinin davamı kimi saat 21:00-da onun yaşadığı Abşeron rayonu Xırdalan şəhəri,M.Hüseynzadə küçəsi, ev 2 mənzil 6-da baxış keçirilərkən qonaq otağında 1 ədəd bağlamada 790,0 qram çəkidə narkotik vasitə heroin, 1 ədəd bağlamada 605,0 qram çəkidə psixotrop maddə metamfetamin,2 ədəd bağlamada ümumi 1050,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində narkotik vasitə heroinin izləri olan «2xAAA Batteries» markalı elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, ittiham aktında yazılan kimi onları yolda tutmamışlar, onu evində tutmuşlar. Onlarda 800 qram marixuana olmuşdur. Həmin narkotik vasitəni istifadə etmək üçün əldə etmişlər, satış məqsədləri olmamışdır. Heroin və metamfetamin istifadə etməmişdir. Mehran adlı şəxslə internet vasitəsilə tanış olmuşdur. Ondan bir-iki dəfə narkotik vasitə götürmüşdür. Pulu kartla ödəmişdir. Özü rayonda olduğu üçün Elvindən narkotik vasitəni götürməsini xahiş etmişdir. O, həmin narkotik vasitəni Elvinlə birlikdə istifadə etmək üçün əldə etmişdir. Yalnız marixuana ona məxsus olmuş və buna görə özünü təqsirli bilmişdir. Həmçinin, onda tərəzi də olmamışdır. Tərəzini Elşad üstünə qoymuşdur. Həmin polis əməkdaşlarının adlarını dəqiq bilməmiş, amma üzdən tanıdığını qeyd etmişdir. İstintaqa ifadə verən zaman təzyiq altında olmuşdur. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 iyul 2022-ci il tarixdə saat təxminən 18 radələrində tanışı Elvinin yaşadığı ünvan 2 evin yaxınlığında Elvinlə birlikdə piyada hərəkət edən vaxtı 3 nəfər mülki geyimli şəxslər yaxınlaşmış və özlərini polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək, barələrində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib Daxili İşlər Nazirliyinin Baş narkotiklərlə mübarizə idarəsinin inzibati binasına dəvət etmişlər. Razılaşıb polislərlə birlikdə ora getmişlər.Dəvət olunmuş vəkilin iştirakı ilə şübhəli şəxs qismində tutulandan sonra hüquq və vəzifələri izah edilmiş və bildiriş təqdim edilmişdir. Bundan sonra onun və tanışı Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmağa başlandı. Şəxsi axtarış zamanı ona və tanışı Təqsirləndirilən şəxs1 üzərlərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olundu. Təklifdən sonra o əynimdə olan şalvarın sağ yan cibindən 1 bükümdə heroin kütləsini təqdim etmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd içərisində nömrə olmayan “Samsung” markalı, 1 ədəd içərisində 050- ***-**-** nömrəsi olan İphone markalı mobil telefon və 1 ədəd **********620885 nömrəli plastik bank kartı aşkar edilmiş və polislər tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin heroin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi otuz doqquz qram olmuşdur. Aşkar olunmuş heroin boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Sonra Təqsirləndirilən şəxs1 şəxsi axtarış və götürülmə aparılması haqqında qərarla tanış edilmiş, ona üzərində narkotik maddələr varsa təqdim etmək təklif edilmişdir. Təklifdən sonra Elvin əynində olan şalvarın sağ yan cibindən 1 bükümdə psixotrop maddə olan metamfetamin təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra Elvinin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd içərisində ***-***-**-** nömrə olan “Red Mi” markalı mobil telefon, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd sürücülük vəsiqəsi, plastik bank kartları və 1 ədəd açar aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və iyirmi altı qram təşkil etmişdir.Aşkar olunanlar içərisi boş olan zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Ondan aşkar olunmuş metamfetamin özünə məxsus olmuşdur. Belə ki, həmin kütləni təxminən 10 gün əvvəl internetlə tanış olduğu İran İslam Respublikası vətəndaşı «Mehran» adh şəxsə müəyyən ünvanlara qoymaq məqsədi ilə sifariş vermişdir. Həmin vaxtı o ailəsi ilə birlikdə Göyçay rayonunda olduğu üçün «Mehran» göndərdiyi narkotik maddələrin qoyulduğu yerin şəklini çəkib onun telefonuna göndərmişdir, lakin həmin vaxtda rayonda olduğundan tanışı Təqsirləndirilən şəxs1 bu barədə demiş ki,o götürüb evində saxlasın. Qarşılığında ona da narkotik verəcək. Elvin onunla razılaşmış, «Mehranm» ona narkotiklərin olduğu yerin şəklini çəkib göndərdiyi üçün həmin şəkilləri Elvinin telefonuna göndərəndən sonra Elvin Bakı şəhəri Sabunçu rayonu ərazisində götürüb evinə aparmışdır. Elvinin gördüyü işin qarşılığında istifadə etmək üçün narkotik maddə verəcəyini də demişdi. Sonra o Bakıya qayıdanda Elvin həmin narkotik vasitədən biraz özünə də götürmüş və tutulanda da həmin narkotik üstündən çıxmışdır. Həmin narkotik vasitələri İranlı ilə razılaşdığı kimi müəyyən ünvanlara qoyacaqmış.Qarşılığında isə Mehran ona istifadə etmək üçün narkotik vasitə verəcəkmiş. Üzərindən aşkar olunmuş narkotik maddəni isə 2 gün bundan qabaq ona çatması üçün göndərilmiş narkotik maddədən götürmüşdür.Daha sonra polislər Elvinin razılığı ilə onun yaşadığı Xırdalan şəhərində olan evində baxış keçirilməsi üçün dəvət edilmiş vəkillərlə birlikdə Elvinin yaşadığı evinə getmişlər. Həmin ünvana çatdıqdan sonra Elvinin yaşadığı ünvanda Elvinə saxladığı narkotik maddələri təqdim etmək təklif olunmuşdur. Təklifdən sonra Elvin mənzilin girişlə üzbəüz hissədə yerləşən qonaq otağına daxil olaraq otağın sağ künc hissəsindən içərisində 1 ədəd elektron tərəzi, 1 bağlamada heroin, 1 bağlamada metamfetamin və 2 bağlamada qurudulmuş marixuana olan sellofan torbanı təqdim etmişdir. Polislər tərəfindən həmin kütlələr elektron tərəzidə çəkilmiş və heroinin çəkisi qablaşdırma ilə birlikdə yeddi yüz doxsan doqquz qram, metamfetaminin çəkisi qablaşdırma ilə birlikdə altı yüz on dörd qram, qurudulmuş marixuananın çəkisi qablaşdırma ilə birlikdə bir kiloqram yetmiş üç qram təşkil etmişdir. Həmin bağlamalar və elektron tərəzi içərisi boş olan sellofan torbaya qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Elvinin yaşadığı mənzilin digər hissələrinə baxış keçirilsə də hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Sorğu zamanı Elvin onun dediklərini təsdiq edib bildirmiş ki,həqiqətəndə onun tapşırığına əsasən həmin narkotikləri götürmüş və evində saxlamışdır. Saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki və ya psixi təsir olmamışdır. ( cild 1, iş vərəqə 97-100) Məhkəmədə Təqsirləndirilən şəxs1 özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, taksi fəaliyyəti ilə məşğul olmuşdur. 11 iyul 2022-ci il tarixdə polis əməkdaşları onları tutaraq bölməyə aparmışdır. Onlarda 800 qram marixuana olmuşdur. Heroin və metamfetamin təzyiq altında boyunlarına qoyulmuşdur. Onu sonra evə aparmışlar və evdən çıxan narkotik vasitəni polis əməkdaşları oraya qoymuşdur. Təqsirləndirilən şəxs2 rayonda olduğu üçün onun xahişi ilə narkotik vasitəni özü götürmüş və evində saxlamışdır. Onu evdə saxlamışlar. Marixuana onun evindən aşkar olunmuşdur. Narkotik vasitə satıcısı deyil. Deyilən yerə qol çəksə buraxılacağı deyilmişdir. Onu döyən Mişa ləqəbli şəxs olmuşdur. Marixuananın ona məxsus olmasını etiraf etmiş, amma yükləmə olduğunu, metamfetamin və heroinin ona məxsus olmadığını bildirmişdir. O, ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etməmişdir. Məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs1 tərəfindən verilən, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadələrində göstərmişdir ki, ailəsini dolandırmaq üçün taksi fəaliyyəti ilə məşquldur. Boşandığı üçün arvadı və uşaqlan ondan ayn yaşayır. Narkotik vasitə heroin və metamfetamin istifadəçisidir. Belə ki,təxminən 10 gün əvvəl tanışı Musəvi ilə danışanda Musəvi ona demiş ki,o ailəsi ilə birlikdə Göyçay rayonundadır və Bakıya gələ bilmir,təcili olaraq İranlının ona göndərdiyi narkotikləri götürmək lazımdır. O razılaşandan sonra Musəvi ona Vatsap vasitəsi ilə ünvan göndərmişdir. O da telefonunda həmin (Konuma) yəni ünvana tək ünvan 1miş, yolun kənarında bir ədəd bağlama götürmüş və yaşadığı Xırdalan şəhərindəki evinə gətirib evin otağında künc tərəfdə qoymuşdur. O dəfələrlə Musəvi ilə birlikdə narkotik vasitə istifadə etmişdir. Musəvi ona demişdir ki,həmin narkotikləri götürüb evə aparsın, ona da istifadə etmək üçün verəcək. Bir neçə gün sonra Musəvi gəlmiş, lakin həmin narkotiki ondan götürməmişdir. Tutulmamışdan bir gün əvvəl həmin sellofandan özləri üçün biraz götürmüşlər ki,istifadə etsinlər. 11 iyul 2022-ci il tarixdə saat təxminən 18 radələrində yaşadığı ünvan 2 ünvanın yaxınlığında tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə piyada hərəkət edərkən 3 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib onların narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirərək barələrində əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edib onları Baş narkotiklərlə mübarizə idarəsinə dəvət etmişlər. Polislərlə birlikdə ora getmişlər. Polisdə dəvət olunmuş müdafiəçinin iştirakı ilə o şübhəli şəxs qismində tutulmuş və ona hüquq və vəzifələri elan olunmuş, buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun və tanışı Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmağa başlanmışdır. Şəxsi axtarış zamanı ona və tanışı Təqsirləndirilən şəxs2 üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etmək təklif olunmuşdur. Təklifdən sonra Musəvi əynində olan şalvarın sağ yan cibindən 1 bükümdə heroin təqdim edərək masanın üzərinə qoymuş, sonra Musəvinin üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarın sol yan cibindən 1 ədəd “Samsung” markalı, 1 ədəd İphone markalı mobil telefonlar və 1 ədəd bank kartı aşkar edilərək götürülmüşdür. Sonra onun üzərinə şəxsi axtarış aparılmış, şalvarının sağ yan cibindən bir ədəd bükümdə olan metamfetamin çıxarıb polislərə təqdim etmiş və üzərindən aşkar olunmuş metamfetaminin ona məxsus olduğunu, həmin metamfetamini təxminən 10 gün qabaq Musəvinin ona göndərdiyi şəkil əsasında götürüb Musəvinin göstərişi ilə saxladığı narkotik maddələrin üzərindən götürdüyünü, gördüyü işin qarşılığında Musəvinin ona istifadə etmək üçün narkotik maddələr verəcəyini, özünün narkotik maddə aludəçisi olduğunu, metamfetamin və qurudulmuş marixuanadan istifadə etdiyini, əvvəllər məhkum olunduğunu, həmçinin narkotik maddələrin qalan hissəsini yaşadığı ünvanda saxladığını bildirmişdir.Daha sonra yaşadığı ünvanda polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və yaşadığı ünvana getmişlər. Yaşadığı ünvanda saxladığı narkotik maddələri təqdim etmək təklif olunmuşdu. O razılaşıb mənzilin girişlə üzbəüz hissədə yerləşən qonaq otağına daxil olaraq otağın sağ künc hissəsindən içərisidə 1 ədəd elektron tərəzi, 1 bağlamada heroin, 1 bağlamada metamfetamin və 2 bağlamada qurudulmuş marixuana olan sellofan torbanı təqdim etmişdir. Sonra həmin narkotiklər elektron tərəzidə çəkilmiş və çəkiləndən sonra elektron tərəzi ilə birlikdə içərisi boş olan sellofan torbaya qoyularaq qablaşdırılmış və möhürlənmişdir. ( cild 1, iş vərəqə 110-112) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini ibtidai istintaq zamanı etiraf edərək göstərdiyi xüsusatları, iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 11 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görüb onlara yaxınlaşmışlar və özlərini təqdim edərək onları idarəyə dəvət etmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs2 şalvarının cibindən narkotik vasitə heroinə bənzər bir ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmış və o, şalvarının cibindən bir ədəd bükümdə içərisində psixotrop maddə metamfetaminə bənzər maddəni çıxardaraq təqdim etmişdir. Sorğu zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşı olan Mehran adlı şəxsdən narkotik vasitə və psixotrop madddə ədə etmək istəmiş, həmin vaxtı rayonda olduğu üçün iranlının ona dediyi yerdən götürə bilməmiş, Təqsirləndirilən şəxs1 götürüb evinə aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 onun dediyi narkotik vasitələri və psixotrop maddələri götürərək evində saxlamışdır. Sonra Təqsirləndirilən şəxs1 evinə baxış keçirilmiş, o, qonaq otağında içərisində 1 ədəd elektron tərəzi, 4 bağlama narkotik vasitə olan sellofan torbanı göstərərək təqdim etmişdir. Sorğu zamanı Elvin bildirmiş ki, aşkar olunan narkotik vasitələr və psixotrop maddələri bir neçə gün əvvəl Musəvinin tapşırığına əsasən götürüb evində saxlamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 digər polis əməkdaşı Şahid2 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 11 iyul 2022-ci il tarixdə Zəngilan rayonunda anadan olmuş,Zəngilan rayonu H.Hacıyev küçəsi ev 2-də qeydiyyatda olan lakin Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi H.Arif küçəsi ev 61-də yaşayan Təqsirləndirilən şəxs2 və Bakı şəhərində anadan olmuş Bakı şəhəri,Binəqədi rayonu 8-ci mkr Azadlıq prospekti ev 28/188,mənzil 55-də qeydiyyatda olmaqla faktiki Abşeron rayonu Xırdalan şəhəri,M.Hüseynzadə küçəsi ev 2 mənzil 6-da yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələr və psixotrop maddələrin külli miqdarda qanunsuz dövriyyəsi ilə məşqul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumatın yoxlanması və əməliyyyat tədbirlərinin həyata keçirilməsi üçün baş idarənin rəhbərliyinə raportla məruzə etmiş, icazə alındıqdan sonra baş idarənin rəisinin əmri ilə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupun tərkibinə iş yoldaşları əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 daxil oldu. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərinin ifşa olunması üçün ünvan 3 ünvanın yaxınlığına gələrək müşahidəyə başlamışlar. Saat 18 radələrində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 görüb onlara yaxınlaşmışlar və özlərini təqdim edərək onlarla birlikdə baş idarəyə gəlmələrini xahiş etmişlər. Onları baş idarəyə gətirdikdən sonra material təhqiqatçıya təhvil verilmiş və sonra gətirilənlər dəvət olunmuş vəkillərin iştirakı ilə tutulmuş, bundan sonra Təqsirləndirilən şəxs2 şalvarının sağ yan cibindən narkotik vasitə heroinə bənzər bir ədəd büküm çıxarıb masanın üzərinə qoydu.Sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılmağa başlandı.Təqsirləndirilən şəxs2 üzərindən bir ədəd içərisində nömrə olmayan Samsunq markalı və bir ədəd içərisində nömrə olan bir ədəd İphone markalı mobil telefon və plastik kart aşkar edi İmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi bir ədəd bükümdə olan maddə tərəzidə çəkilmiş və 39 qram təşkil etmişdir.Həmin maddə qablaşdınlaraq möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılmağa başlandı.Təqsirləndirilən şəxs1 şalvarının sağ yan cibindən bir ədəd bükümdə içərisində ağ kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddəni masanın üzərinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı sol yan cibindən 1 ədəd içərisində nömrə olan RedMi markalı mobil telefon,özünün vəsiqələri və plastik bank kartları aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş və 26 qram təşkil etmişdir.Daha sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən «Mehran» adlı şəxsdən narkotik vasitə və psixotrop madddə ədə etmək istəmiş,həmin vaxtı rayonda olduğu üçün İranlının ona dediyi yerdən götürə bilmədiyi üçün Təqsirləndirilən şəxs1 götürüb evinə aparmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 dediyi narkotik vasitələri və psixotrop maddələri götürərək evində saxlamışdır. Sonra Təqsirləndirilən şəxs1 icazəsi ilə evinə baxış keçirilməsi barədə etirazının olmaması barədə ərizə alınmış və yaşadığı Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ev 2 mənzil 6-da baxış keçirilməsi üçün adları çəkilən polis əməkdaşları, müdafiəçilər və tutulmuş şəxslərlə birlikdə qeyd olunan ünvana getmişlər. Təqsirləndirilən şəxs1 təklif etmişlər ki, yaşadığı evdə Təqsirləndirilən şəxs2 tapşırığına əsasən götürdüyü narkotik vasitə və psixotrop maddələri saxladığı yeri göstərsin. Təqsirləndirilən şəxs1 razılaşmış və mənzilə daxil olandan sonra girişlə üzbəüz hissədə yerləşən qonaq otağına daxil olmuşlar. Qonaq otağının sağ künc hissəsində içərisində 1 ədəd elektron tərəzi, 1 bağlamada açıq qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə, 1 bağlama ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə və 2 bağlamada açıq yaşıl rəngli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olan sellofan torbanı göstərərək təqdim etmişdir. Bundan sonra həmin maddə tərəzidə çəkilmiş, çəkiləndən sonra isə qablaşdınlaraq möhürlənmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evinin digər yerlərinə baxış keçirilsədə hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı videoçəkiliş apanlmışdır. Sorğu sual zamanı Elvin bildirmiş ki, aşkar olunan narkotik vasitələr və psixotrop maddələri 10 gün əvvəl tanışı Musəvinin tapşırığına əsasən götürüb evində saxlamışdır. Baxış bitdikdən sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 baş idarəyə gətirilmiş və müvafiq sənədləşmə aparıldıqdan sonra toplanmış materiallar Abşeron rayon polis idarəsinə göndərilmişdir. (Cild 1, iş vərəqə 210-212) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 iyul 2022-ci il tarixli “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Zəngilan rayonu H.Hacıyev küçəsi ev 2-də qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhəri Quşçuluq massivi H.Arif küçəsi ev 61-də yaşayan Təqsirləndirilən şəxs2 və Bakı şəhəri, Binəqədi rayonu 8-ci mkr Azadlıq prospekti ev 28/188,mənzil 55-də qeydiyyatda olmaqla faktiki Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ev 2 mənzil 6-da yaşayan Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub razılaşmaqla qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Abşeron rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları barədə məlumat daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 1, iş vərəqə 05-06) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında” 11iyul 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə keçirilən zaman Təqsirləndirilən şəxs2 əynində olan şalvarın sağ yan cibindən külli miqdarda narkotik vasitə heroin olan bükümü, Təqsirləndirilən şəxs1 isə əynində olan şalvarının sağ yan cibindən külli miqdarda psixotrop maddə metamfetamin olan bükümü çıxardaraq təqdim etmişdir. (cild 1, iş vərəqə 51-53) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “mənzilə baxış keçirilməsi və götürmə haqqında” 11iyul 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 icazəsi və iştirakı ilə yaşadığı Abşeron rayonu Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 2 nömrəli evin 6 saylı mənzilə baxış keçirilərkən qonaq otaqda içərisində 1 ədəd bağlamada külli miqdarda narkotik vasitə heroin, 1 ədəd bağlamada külli miqdarda psixotrop maddə metamfetamin, 2 ədəd bağlamada külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və bir ədəd üzərində narkotik vasitə olan heroinin izləri olan «2xAAA Batteries» yazılan elektron tərəzi aşkar edilərək götürülmüşdür.( cild 1, iş vərəqə 56-57) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “şəxsi axtarış və götürmə aparılması haqqında”, “mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokollarda qeyd olunan xüsusatların həqiqiliyi həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Məhkəmə Ekspertizası tərəfindən verilmiş 12 iyul 2022-ci il tarixli 6/3766-7/759 №-li məhkəmə ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs2 təqdim etdiyi heroinə bənzər kütlə» yazılan zərfdə 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 34,820 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində «Təqsirləndirilən şəxs1 təqdim etdiyi metamfetaminə bənzər kütlə» yazılan zərfdə 1 ədəd şəffaf sellofanda təmiz çəkisi 24,600 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Üzərində «Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlələr » yazılan bağlamanı açdıqda içərisində 1 şəffaf sellofanda təmiz çəkisi 790,0 qram qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 şəffaf sellofanda təmiz çəkisi 605,0 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir,2 ədəd sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 540,0 qram və 510,0 qram olmaqla,ümumi çəkisi 1050,0 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -qurudulmuş marixuanadır, 1 ədəd üzərində «2xAAA Batteries» yazılan elektron tərəzinin üzərində narkotik vasitə olan heroin izləri vardır.Heroin iz şəklində olduğundan onun çəkisini müəyyən etmək və eynilik tədqiqatı aparmaq mümkün deyildir. Təqdim edilmiş heroinlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. Təqdim edilmiş metamfetaminlər öz aralarında xarici görünüşünə və kimyəvi tərkib komponentlərinə görə eynidir. (Cild 1, iş vərəqləri 68-74) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4504 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur .Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( cild 1, iş vərəqə 218- 219) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 4616 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinodilərdən istifadə etmə halları olub.Hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.( cild 1, iş vərəqə 220-221) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur.( cild 1, iş vərəqə 179) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli l(012)-314/2021 nömrəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, və 177.2.3-cü maddələri ilə 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş,Abşeron rayon Məhkəməsinin 7(012)-217/2022 saylı, xx.xx.2022-ci il arixli qərarı ilə amnistiya tətbiq edildiyi üçün təyin olunmuş cəza 01 il azaldılmış, məhkum Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixədək cəzasının 11 ay 25 gün hissəsini çəkmiş,cəzasının çəkilməmiş hissəsi 06 ay 01 gün təşkil edir.( cild 1, iş vərəqə 178; 194-204) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat birliyi 4 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnaməyə əsasən müəyyən olunmuşdur ki, Həşimov X7 şəhəri, Quşçuluq massivi, H.Arif küçəsi ev 56 ünvanında qeydiyyatsız yaşamışdır. Yaşadığı müddət ərzində onun haqqında 4 saylı MTİİTS-nə heç bir şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 170-171) Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat birliyi 1 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnaməyə əsasən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi ev 2 mənzil 6 ünvanında qeydiyyatsız yaşamışdır. Yaşadığı müddət ərzində onun haqqında 1 saylı MTİİTS-nə heç bir şikayət daxil olmamışdır. ( cild 1, iş vərəqə 172-173) Cinayət işinin materiallarında olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı 02 azyaşlı uşağı vardır.( cild 1, iş vərəqə165-169) Cinayət işinin materiallarında olan sənədlərin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2017-ci il təvəllüdlü X8 adlı 01 azyaşlı uşağı vardır.( cild 1, iş vərəqə 174) Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 824,820 qram narkotik vasitə heroindən ekspertiza tədqiqatından sonra qalıq qalmış 824,720 qram çəkidə, ümumi çəkisi 1050,0 qram narkotik vasitə qurudulmuş marixuanadan qalıq qalmış 1049,90 qram, ümumi çəkisi 629,60 qram psixotrop maddə metamfetamindən qalıq qalmış 629,50 qram və 1 ədəd üzərində heroinin izləri olan elektron tərəzi saxlanması üçün Abşeron RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «RedMi» markalı, Təqsirləndirilən şəxs2 məxsus bir İphone və Samsung markalı mobil telefonlar, 03 ədəd bank kartı iş materiallarına əlavə edilmişdir. (cild 1, iş vərəqə 232-238) Bundan başqa, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yanaşı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham verilmişdir ondan ötrü ki, onlar, külli miqdarda narkotik vasitə heroin,qurudulmuş marixuana və psixotrop maddə metamfetamini Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ondan qizli keçirərək, üzərində saxlamaqla daşımışdır. Dövlət ittihamçısı yekun nitqində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X3 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan və aparılan cinayət təqibindən imtina etdiyini bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edan halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Bundan başqa, həmin Məcəllənin 314.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı dövlət ittihamçısının ittihamın müdafiəsindən imtina etdiyi halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 fevral 2008-ci il tarixli qərarının nəticə hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. Dövlət ittihamçısının verilmiş ittihamdan qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə imtina etməsinə görə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və X8 barələrində həmin maddə ilə aparılan cinayət təqibinə xitam verilməli, onların əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməli və onlar, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 və X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmələri məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən bu əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, başa çatmış cinayətlər olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilirlər. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxslərə qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində, cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun tələblərini, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli qərarlarının izah və tövsiyyələrini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli 2 №-li Qərarının 9-cu bəndində göstərilmişdir ki, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. X15 11-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş siyahılara əsasən heroin, tiryək, həşiş qətranı «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələr»in, metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr» in siyahısına daxildir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlarda ittihamda qeyd olunan çəkidə narkotik vasitə olmaması, narkotik vasitə əldə etməkdə satış məqsədlərinin olmaması və polis əməkdaşları tərəfindən onlara təzyiq olunması ilə bağlı ifadələrində göstərdikləri xüsusatları və gətirdikləri dəlilləri onların müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdikləri cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onların ittiham olunduqları cinayət əməlini törətmələrini tam sübuta yetirilmiş hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərin öz müdafiəsi üçün gətirdiyi dəlilləri əsassız hesab edərək belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Bundan başqa təqsirləndirilən şəxslərin əldə etdiyi narkotik vasitənin və psixotrop maddənin külli miqdarda və müxtəlif növlərdə olması, Təqsirləndirilən şəxs1 evindən elektron tərəzinin aşkar olunması təqsirləndirilən şəxslərin məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslər məhkəməyədək icraat zamanı verdikləri ilkin ifadələri işin hallarına uyğun olmaqla, toplanmış digər sübutlar və işin obyektiv halları ilə təsdiq olunduğundan, həmin ifadə mötəbər sübut kimi qəbul edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə cinayət qanunun həmin normasını rəhbər tutataraq qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs1 Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub birləşdirilməklə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar cinayətlərin residivi zamanı nəzərə alınmadığından, məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmadığını qeyd edir. Himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Buna baxmayaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 X6 nisbətən daha ağır cəza təyin edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs1 etdiyi ilk dəfə az ağır cinayət əməli törətdiyinə görə Abşeron rayon məhkəməsi azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin etmiş, bundan əlavə onun cəzası amnistiya aktına əsasən bir il azaldılmışdır. Məhkəmənin qeyd edilən humanist qərarlarına baxmayaraq Təqsirləndirilən şəxs1 islah olmamış, əksinə cəza çəkdiyi dövrdə ilk dəfə etdiyindən daha ağır cinayət əməlini törətmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onlar barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 11 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar, Abşeron rayon məhkəməsinin 13 iyul 2022-ci il tarixli qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli tutulduqları tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 134-143) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində isə 11 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs2 kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur .Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işində olan ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmamışdır, o, narkomaniya xəstəliyindən əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə qeyd edilən rəyi nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99.1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 824,720 qram olan heroin, 1049,90 qram qurudulmuş marixuana, 629,50 qram metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd bank kartı, bir ədəd “RedMi” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus bir “İphone” və “Samsung” markalı mobil telefonlar təqsirləndirilən şəxslərin ailə üzvlərinə, iki ədəd bank kartı isə qanuni sahiblərinə qaytarılmalı, iki ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 44 (qırx dörd) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx.xx.2011-ci il tarixli, “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 11 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə aparılan cinayət təqibinə xitam verilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya, Təqsirləndirilən şəxs1 Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və 06 ay 01 gün hissədə çəkilməmiş qalan azadlığın mədudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulub hesablanmaqla 03 ay müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilərək qismən birləşdirilsin və o, qəti olaraq 09 (doqquz) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 11 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. İş üzrə maddi sübut olub Abşeron RPİ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 824,720 qram olan heroin, 1049,90 qram qurudulmuş marixuana, 629,50 qram metamfetamin və 01 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs1 məxsus bir ədəd bank kartı, bir ədəd “RedMi” markalı mobil telefon, Təqsirləndirilən şəxs2 məxsus bir “İphone” və “Samsung” markalı mobil telefonlar təqsirləndirilən şəxslərin ailə üzvlərinə, iki ədəd bank kartı isə qanuni sahiblərinə qaytarılsın, iki ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə 88 (səksən səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hər birindən 44 (qırx dörd) manat məbləğində tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu, xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(124)-264/2023
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-264/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver