Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-265/2022 13.04.2022 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ SUMQAYİT AĞİR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər, Əliyev Hafiz Samir oğlu (sədrlik edən), X3 və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X5 Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 1(124)-265/2022 №-li Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin icraatına cinayət işi daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasında keçirilən ilkin dinləmələr zamanı dövlət ittihamçısı vəsatət verərək məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin(bundan sonra CPM) 303-cü maddəsində göstərilmiş kobud qanun pozuntularına yol verildiyinə görə cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmiş, təqsirləndirilən şəxs və onun müdafiəçisi dövlət ittihamçısının bu vəsatəti ilə razı olduqlarını ifadə edib vəsatətin təmin olunmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə kollegiyası cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünü cinayət prosesi tərəflərinin iştirakı ilə ilkin dinləmələr vasitəsilə yoxlayıb belə nəticəyə gəlmişdir ki, qeyd edilən cinayət işinin baxılması Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə aid olsa da, işin məhkəmə baxışının qeyri-mümkünlüyünə səbəb olan hallar mövcuddur o, cümlədən ibtidai araşdırma zamanı mümkün qədər aradan qaldırılması mümkün olmayan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3-cü maddəsi ilə müəyyən edilmiş kobud pozuntulara yol verilmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-in 298.5-ci maddəsinə əsasən cinayət işinin materialları məhkəmə tərəfindən öyrənilərkən məlum olmuşdur ki, ittiham aktına əsasən Kərimov Rafiz Şamxal oğlu 2021-ci ilin iyul ayının sonlarında qanunsuz olaraq istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından onlayn yolla satış məqsədi ilə 2 ədəd sellofan bükümlərdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkisi 88 qram və 66 qram, ümumi təmiz çəkisi 154 qram olan narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 200 qram olan narkotik vasitə heroin, 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 280 qram narkotik vasitə heroin, ümumilikdə külli miqdarda 634 qram narkotik vasitə heroin əldə edib daşıyaraq 2 ədəd sellofan bükümlərdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 88 qram və 66 qram, ümumi təmiz çəkisi 154 qram narkotik vasitə heroini və 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 200 qram narkotik vasitə heroini üzərində saxlamış, 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 280 qram heroini yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə yataqxana 9, otaq 62 ünvanında saxlamış, 02 avqust 2021-ci il tarixdə qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs 2 ədəd sellofan bükümlərdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 88 qram və 66 qram, ümumi təmiz çəkisi 154 qram olan narkotik vasitə heroini deyəcəyi şəxsə çatdırmaq üçün satış məqsədi ilə vermiş, 02 avqust 2021-ci il tarixdə saat 19:05 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində Sumqayıt ŞPİ-nin CAŞ-nın keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib, xidməti otaqlarm birində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 2 ədəd sellofan bükümlərdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 88 qram və 66 qram, ümumi təmiz çəkisi 154 qram olan eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüş, əməliyyat tədbirlərinin davamı olaraq 02 avqust 2021-ci il tarixdə saat 23:30 radələrində Rafiz Kərimov Sumqayıt şəhəri, 41ci məhəllə ərazisində yaşadığı evin qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nin və NMB-nin keçirdikləri əməliyyat-axtarış tədbiıiəri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib, xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən sağ əlində qara parça materialdan hazırlanmış pul kisəsinin içərisindəki istintaqa malum olmayan İran islam Respublikası vətəndaşından onlayn yolla deyiləcək ünvana çatdırmaq üçün satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxladığı və Təqsirləndirilən şəxs verdiyi narkotik vasitə heroinlə eyni tərkibli olan 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 200 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, tədbirin davamı olaraq yaşadığı Sumqayıt şəhəri, 41-ci məhəllə yataqxana 9, otaq 62 ünvanına baxış keçirilərkən mənzildə olan şüşə dolabın yuxarı hissəsindən istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşından onlayn yolla deyiləcək ünvana çatdırmaq üçün satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı və üzərindən aşkar edilmiş narkotik vasitə ilə eyni tərkibli olan 1 ədəd sellofan bükümdə külli miqdarda təmiz çəkisi 280 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində heroin izləri olan elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə qabaqcadan əlbir olduğu Kərimov Rafiz Şamxal oğlundan sonuncunun deyəcəyi şəxsə çatdırmaq üçün satış məqsədi ilə qanunsuz olaraq 2 ədəd sellofan bükümlərdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 88 qram və 66 qram, ümumi təmiz çəkisi 154 qram narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlamış, 02 avqust 2021-ci il tarixdə saat 19:05 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində "ZZ-007" avtosalonun qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nin keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilib, xidməti otaqların birində üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 2 ədəd sellofan bükümlərdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 88 qram və 66 qram, ümumi təmiz çəkisi 154 qram olan eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Kərimov Rafiz Şamxal oğlu və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1. və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. 24.02.2022-ci il tarixdə Təqsirləndirilən şəxs və Kərimov Rafiz Şamxal oğlunun Azərbaycan Respublikası CM-nin 234.4.1. və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı tərtib edilərək ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, 02.03.2022-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qərarı ilə Kərimov Rafiz Şamxal oğlu barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1. və 234.4.3-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş, ittiham aktının məzmunundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bənd xaric olunmuş, onun əməli CM-nin 234.4.1. və 234.4.3-cü maddələrindən CM-nin 234.4.3-cü maddəsinə tövsif edilməklə ittiham aktı bu dəyişikliklərlə təsdiq edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, faktiki hallarına görə Təqsirləndirilən şəxs 04.08.2021-ci il tarixdə elan edilmiş ittihamdan əhəmiyyətli surətdə fərqləndirən əsaslar olmasına baxmayaraq, dəyişilmiş ittihamın təqsirləndirilən şəxsə elan edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işini müstəntiqə qaytarmamışdır. Belə ki, Təqsirləndirilən şəxs müstəntiq tərəfindən elan olunmuş ittihamda onun 02 avqust 2021-ci il tarixdə qabaqcadan əlbir olduğu Kərimov Rafiz Şamxal oğlundan sonuncunun deyəcəyi şəxsə çatdırmaq üçün satış məqsədi ilə qanunsuz olaraq 2 ədəd sellofan bükümlərdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 88 qram və 66 qram, ümumi təmiz çəkisi 154 qram narkotik vasitə heroin əldə edib daşıyaraq üzərində saxlaması, 02 avqust 2021-ci il tarixdə saat 19:05 radələrində Sumqayıt şəhəri, 41-ci məhəllə ərazisində "ZZ-007" avtosalonun qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nin keçirdikləri əməliyyat- axtarış tədbirləri nəticəsində saxlanılması qeyd olunsa da, ibtidai araşdırma prosessual rəhbərliyi həyata keçirən prokurorun 02.03.2022-ci il tarixli qərarı ilə Kərimov Rafiz Şamxal oğlu barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1. və 234.4.3-cü maddələri ilə cinayət təqibinə xitam verilmiş, ittiham aktının məzmunundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə bənd xaric olunmuşdur. Belə olan halda Təqsirləndirilən şəxs narkotik vasitəni nə zaman, harada, kimdən hansı məqsədlə əldə etməsi qeyri-müəyyən qalmışdır. Halbuki, Azərbaycan Respublikası CPM-nin 290.4-cü maddəsinin tələblərinə əsasən ittihama əlavələr edilməsi və ya onu faktiki hallarına görə əvvəl elan edilmiş ittihamdan əhəmiyyətli surətdə fərqləndirən, yaxud daha ağır ittihamla əvəz edilməsi üçün əsaslar olduqda əlavə edilmiş və ya dəyişilmiş ittihamın təqsirləndirilən şəxsə elan edilməsi üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işini müstəntiqə qaytarmalıdır. Bununla da, Azərbaycan Respublikası CPM-nin 223.3, 290.3.2, 289 və 290.4cü maddələrinin tələbləri pozulmuş, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamın məzmununda natamamlığa, anlaşılmazlığa və qeyrimüəyyənliyə yol verilərək CPM-nin 91.5.1-ci maddəsi, yəni təqsirləndirilən şəxsin nədə təqsirləndiyini bilmək hüququ pozulmuşdur. Belə olan halda təqsirləndirilən şəxs nədə ittiham olunduğunu, nədən müdafiə olunmalı olduğunu bilməmişdir ki, bununla da, onun müdafiə hüququ kobud formada pozulmuşdur. Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin hüququdur ki, o, nədə təqsirləndiyini bilsin (ittihamın məzmunu verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi). Qeyd edilən hal da təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud formada pozulması deməkdir. Bundan əlavə, CPM-nin 289.3.1-ci maddəsinə əsasən ittiham aktının təsviriəsaslandırıcı hissəsində cinayətin tördilmə yeri, vaxtı, üsulları, motivləri, nəticələri və digər mühüm hallar göstərilir. Həmin Məcəllənin 289.4-cü maddəsinə əsasən ittiham aktının nəticəvi hissəsində təqsirləndirilən şəxs haqqında məlumat və cinayət qanunun maddəsi göstərilməklə verilmiş ittihamın təsviri əks etdirilir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə görə təqsirkar şəxsin təmin edilən minimal müdafiə hüquqları arasında şəxsin nədə ittiham olunduğunu bilməsi hüququ var. Bu hüquq cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin “a” yarımbəndinə əsasən, “cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın “xarakteri və əsasları” haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir”. İttihamın mahiyyətinin aydın olması və ümumilikdə Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən qeyd edilən hüquqlar bilavasitə mütləq hüquqlar sırasına daxildilər, onların təmin edilməsi ittiham olunan şəxsin bu hüquqdan istifadə etmək istəyindən və məhkəmə baxışı nəticələrinin onu qane etməsindən asılı deyildir. Qeyd edilənlər konkret işin tələbi olmayıb, bütün cinayət işlərində nəzərə alınmalı olan və yanaşma tərzinin ümumi təcrübə yaratdığı prinsipial tələbdir (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Ozerov Rusiyaya qarşı” iş üzrə 18 may 2010-cu il , “Pfayfer və Plankl Avstriyaya qarşı” iş üzrə 25 fevral 1992-ci il, “Bulut Avstriyaya qarşı” iş üzrə 22 fevral 1996-cı il, “Kolozza İtaliyaya qarşı” iş üzrə 12 fevral 1985-ci il tarixli qərarları). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda, həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin, konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CPM-in 10.3-cü maddəsinə əsasən, Azərbaycan Respublikası qanunlarının Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarlarında verilmiş təfsiri cinayət prosesi iştirakçıları üçün məcburidir. Cinayət qanununun müvafiq maddəsi üzrə ittihamın mahiyyətinin nədən ibarət olmasının aydın olmaması və ya dəqiq müəyyən edilməməsi təqsirləndirilən şəxsin “nədə ittiham olunduğunu”, “nədən müdafiə olunmalı olduğunu” bilməməsinə və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedent üzrə belə olan halda müdafiə hüququnun pozulmasına səbəb olur. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsi üzrə təmin edilən minimal müdafiə hüquqları sırasında şəxsin nədə ittiham olunduğunu bilməsi cinayət qanununda nəzərdə tutulan cinayəti törətməsi barədə elan edilən ittihamın xarakteri və məzmununun ona aydın olmasını ehtiva edir. Bundan başqa məhkəmə hesab edir ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun 02.03.2022-ci il tarixli qərarı anlaşılmazdır. Belə ki, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qeyd olunan qərarında təqsirləndirilən şəxs barəsində cinayət işinə xitam verməsini əsaslandırmağa çalışarkən Kərimov Rafiz Şamxal oğlunun ifadəsində göstərdiyi polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qalması, polis əməkdaşları tərəfindən döyülməsi, narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə və evinə qoyulması, polis əməkdaşlarının ondan 50000 manat, daha sonra isə 30000 manat pul istəməsi hallarına sübutların mötəbərliyini ciddi şübhə altına alan hallar kimi istinad etmiş, lakin həmin qərarın bəndində gəldiyi nəticəni təkzib edərək təqsirləndirilən şəxsin verdiyi ona qarşı törədilməsini iddia etdiyi cinayət haqqında məlumatın öz təsdiqini tapmadığı üçün bu xüsusatların yoxlanılmasına dair Sumqayıt şəhər prokurorluğu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın əsaslı və qanuni olması qənaətinə gəlmiş və həmin qərarın cinayət işinin materiallarına əlavə edildiyi qeyd etmişdir. Bundan əlavə prokurorun 02.03.2022-ci il tarixli qərarında Kərimov Rafiz Şamxal oğlu barəsində CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət təqibinə xitam verilsə də, müstəntiq tərəfindən tərtib olunmuş ittiham aktında maddi sübuta 480 qram narkotik vasitə olan heroinə, ekspertiza xərclərinə, məhkəməyə çağrılacaq şəxslərin siyahısına heç bir münasibət bildirilməmişdir. Bu hallar ümumilikdə müstəntiq tərəfindən tərtib olunmuş ittiham aktının məzmununu qeyri-müəyyən hala salmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1. və 303.3.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), cinayət işi üzrə ittiham aktının və ya məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokolunun müvafiq olaraq bu Məcəllənin 289 və 290.3.2-ci maddələrinin və ya 296.2-ci maddəsinin tələblərinə uyğun olmaması da məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntu hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Həmin Məcəllənin 300.1-ci və 300.1.5-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində çıxarılır. Şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.6-cı maddələri ilə müəyyən edilmiş kobud pozuntularına yol verildiyindən, cinayət işinin məhkəmədə baxılmasına xitam verilməli və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı həmin Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən məhkəmənin xüsusi qərarında onun hansı cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə və kim tərəfindən çıxarıldığı qeyd edilməli, işin mahiyyəti, dəqiq olaraq həmin Məcəllənin 303.3-cü maddəsində nəzərdə tutulmuş kobud pozuntulardan hansı pozuntu və kimin tərəfindən yol verildiyi ətraflı göstərilməlidir. Ona görə də, məhkəmə tərkibi belə nəticəyə gəlir ki, cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud pozuntularına yol vermiş Sumqayıt şəhər Prokuroru, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X1 barəsində xüsusi qərar çıxarılmalı və Azərbaycan Respublikasının Baş Prokuroruna göndərilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.2-ci maddəsinə əsasən həmin Məcəllənin 300.1.5-ci maddəsində nəzərdə tutulmuş qərarı çıxarmaqla yanaşı məhkəmə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçildiyi halda onun növünün əsaslılığı və ya əsassızlığı barədə məsələyə baxmalı və qətimkan tədbiri məsələsinə dair qərar çıxarmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 306.2-ci maddəsinə əsasən, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarı elan etdikdən sonra, konkret hallarda həmin Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada təqsirləndirilən şəxsin həbsdə saxlanma müddətinin uzadılması barədə məsələyə baxmalıdır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı həbs növündə qətimkan tədbirinin müddəti 17 mart 2022-ci il tarixədək uzadılmışdır. Məhkəmə həmin məsələ ilə bağlı müzakirə apararaq belə qərara gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddəti qərarın elan olunduğu gündən 1 ay müddətinə, yəni 13 may 2022-ci il tarixədək uzadılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs müdafiəçisinin həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı vəsatətini əsassız hesab edərək, qeyd edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş prosessual əsaslar aradan qalxmamış və müdafiə tərəfi ağır cinayətin törədilməsində ittiham olunan təqsirləndirilən şəxsin məhkəmədən gizlənməyəcəyi ilə bağlı hər hansı bir qarantiya təqdim etməmişdir. Hazırda təqsirləndirilən şəxsin barəsində qüvvədə olan həbs qətimkan tədbirini ləğv olunması yolverilməzdir və təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid olunmuş vəziyyətdə qalmasına mütləq zərurət vardır. Odur ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv olunmasına dair müdafiəçisinin vəsatəti təmin edilməməli və hazırki vəziyyətdə təqsirləndirilən şəxsin həbsdə saxlanılması davam etdirilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 300.1-ci, 300.1.5-ci, 300.4.1-ci, 303.1-ci, 303.3, 303.4-cü, 306.2-ci və 307.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı :
1. Dövlət ittihamçsının vəsatəti təmin edilsin.
2. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin məhkəmədə baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın.
3. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmaqla həbsdə saxlanılma müddəti qərarın elan olunduğu gündən 1 ay müddətinə, yəni 13 may 2022-ci il tarixədək uzadılsın.
4. Təqsirləndirilən şəxs müdafiəçisinin həbs qətimkan tədbirinin ləğv edilməsi ilə bağlı vəsatəti əsassız olduğundan təmin edilməsin.
5. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinin kobud surətdə pozulmasına yol vermiş Sumqayıt şəhər Prokuroru, İİİ dərəcəli dövlət ədliyə müşaviri X1 barəsində xüsusi qərar çıxarılsın.
6. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına göndərilsin.
7. Qərarın surəti qanunla nəzərdə tutulmuş müddətdə iş üzrə cinayət prosesinin iştirakçılarına verilsin (poçtla göndərilsin).
8. Qərar qətidir, apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz.