Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(124)-266/2024 01.02.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ (cinayət işinin aidiyyəti üzrə göndərilməsi barədə) Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri X8 (sədrlik edən), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi X9, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs9, Müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 4 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: 11 avqust 2023-cü il tarixdə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuş və 13 sentyabr 2023-cü il tarixdə iş üzrə məhkəmənin hazırlıq iclası keçirilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.3.2ci maddəsi ilə məhkəməyə verilməsi və iş üzrə məhkəmə baxışının təyin olunması qərara alınmışdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, hazırki cinayət işinin məhkəmə aidiyyəti Bakı Ağır Cinayətlər Məhkəməsinə aiddir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə etməklə özünü X6 rəhbərliyi ilə əlaqələri olan şəxs və həmin mərkəzdə işləyən nəzarətçi kimi təqdim edib övladı Azər Cabbarovu Bakı şəhəri 2 saylı Baza Tibb kollecinin stomatologiya fakültəsinə qəbul etdirmək barədə yalan vəd verməklə aldadıb, vahid niyyətlə Zərərçəkmiş şəxs1 25 fevral 2019-cu il tarixdə ünvan 1 ünvanında yerləşən Lənkəran Dövlət Universitetinin qarşısında “Hyundai Elantra” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində həmin dövrün məzənnəsi ilə 8500 manat təşkil edən 5000 (beş min) ABŞ dolları və yol xərci adı ilə 100 (yüz) manat pulu alıb ələ keçirməklə, bundan sonra sonuncunun maddi imkanının yaxşı olduğunu bilib daha çox pul əldə etmək məqsədi ilə Azər Cabbarovu Azərbaycan Tibb Universitetinin stomatologiya fakültəsinə əlavə 35.000 ABŞ dolları vermək şərti ilə tələbə kimi qəbul etdirmək imkanına malik olması barədə yalan vəd verməklə aldadıb, 27 fevral 2019-cu il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 11 saylı notariat kontorunda Zərərçəkmiş şəxs1la formal olaraq kredit müqaviləsi bağlamaqla sonuncudan 66.300 (altmış altı min üç yüz) manat pul alıb ələ keçirməklə zərərçəkmiş şəxsə ümumilikdə 74.900 (yetmiş dörd min doqquz yüz) manat məbləğində külli miqdarda maddi ziyan vurub dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə etməklə özünü Abşeron rayon 2 saylı orta məktəbdə işləyən və orta məktəblərə müəllim işə qəbul etdirən şəxs kimi təqdim edib sonuncunun övladı X11 rayonu ərazisində yerləşən orta məktəblərdən birinə ibtidai sinif müəlliməsi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verməklə aldadıb Zərərçəkmiş şəxs2 10 may 2019-cu il tarixdə Xırdalan şəhəri, S.Vurğun küçəsi, dalan 5 ünvanında yerləşən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı X18 Çəkmə Müəssisəsində xidməti otağında həmin dövrün məzənnəsi ilə 10.030 (on min otuz) manat təşkil edən 5900 (beş min doqquz yüz) ABŞ dollarını alıb ələ keçirməklə sonuncuya 10.030 (on min otuz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə etməklə özünü Təhsil Nazirliyində işləyən şəxs kimi təqdim edib sonuncunun övladı Şahid5 Bakı Dövlət Universitetinin hüquq fakültəsinə qəbul etdirəcəyi barədə yalan vəd verməklə aldadıb vahid niyyətlə Zərərçəkmiş şəxs3 2019-cu ilin iyun ayının sonlarında ünvan 4 ünvanında yerləşən “Ləvəngi” restoranında 10.000 (on min) manat, 2019-cu ilin iyul ayının əvvəllərində “Ləvəngi” restoranında 10.000 (on min) manat, 2019-cu ilin iyul ayının ortalarında “Ləvəngi" restoranında 10.000 (on min) manat, 2019-cu ilin iyul ayının sonlarında “Ləvəngi" restoranında 10.000 (on min) manat, xx.xx.2019-cu il tarixdə “Bakı Beynəlxalq Avtovağzalı”nın yanında 10.000 (on min) manat, 2019-cu ilin avqust ayının ortalarında “Ləvəngi” restoranında 20.000 (iyirmi min) manat pulu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 70.000 (yetmiş min) manat məbləğində külli miqdarda maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə etməklə özünü müəllim və Təhsil Nazirliyində yaxşı əlaqələri olan şəxs kimi təqdim edib sonuncunun oğlu Şahid7 Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına tələbə kimi qəbul etdirəcəyi barədə yalan vəd verməklə aldadıb Zərərçəkmiş şəxs4 2021-ci ilin fevral ayının əvvəllərində ünvan 5 ünvanında yerləşən yaşadığı evdə 8.000 (səkkiz min) manat pulunu alıb ələ keçirməklə sonuncuya xeyli miqdarda maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs5 etibarından sui-istifadə etməklə özünü X7 və hazırlıq kursunda işləyən şəxs kimi təqdim edib sonuncunun tanışı Şahid9 Azərbaycan Kooperasiya Universitetinin iqtisadiyyat fakültəsinə tələbə kimi qəbul etdirəcəyi barədə yalan vəd verməklə aldadıb Zərərçəkmiş şəxs5 15 iyun 2021-ci il tarixdə Şahid13 vasitəsi ilə Bakı şəhəri, Şamaxinka adlanan ərazidə almış olduğu 25.000 (iyirmi beş min) manat pulu Abşeron rayonu, Xırdalan şəhəri ərazisində “Heydər Əliyev" adına parkda ələ keçirməklə Zərərçəkmiş şəxs5 xeyli miqdarda maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs6 etibarından sui-istifadə etməklə özünü Təhsil Nazirliyində və X7 işləyən şəxs kimi təqdim edib sonuncunun nəvəsi X4 İqtisadiyyat Universitetinin kompüter mühəndisliyi fakültəsinə tələbə kimi qəbul etdirəcəyi barədə yalan vəd verməklə aldadıb Zərərçəkmiş şəxs6 15 iyul 2021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən evdə 40.000 (qırx min) manat pulu alıb ələ keçirməklə xeyli miqdarda maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs7 etibarından sui-istifadə etməklə özünü Təhsil Nazirliyində işləyən şəxs kimi təqdim edib sonuncunun həyat yoldaşı X3 işlədiyi Kürdəmir şəhər 2 saylı tam orta məktəbdən Sumqayıt şəhəri ərazisində yerləşən orta məktəblərdən birinə ibtidai sinif müəlliməsi vəzifəsinə köçürəcəyi barədə yalan vəd verməklə aldadıb Zərərçəkmiş şəxs7 16 iyul 2021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən evdə 14.000 (on dörd min) manat pulu Şahid10 vasitəsi ilə alıb ələ keçirməklə xeyli miqdarda maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs8 etibarından sui-istifadə etməklə özünü Təhsil Nazirliyində işləyən şəxs kimi təqdim edib sonuncunun həyat yoldaşı X2 Sumqayıt şəhəri ərazisində yerləşən orta məktəblərdən birinə fizika müəlliməsi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verməklə aldadıb Zərərçəkmiş şəxs8 16 iyul 2021-ci il tarixdə ünvan 6 ünvanda yerləşən evdə 24.000 (iyirmi dörd min) manat pulu Şahid10 vasitəsi ilə alıb ələ keçirməklə xeyli miqdarda maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs9 etibarından sui-istifadə etməklə özünü Təhsil Nazirliyində yaxşı əlaqələri olan şəxs kimi təqdim edib sonuncunun həyat yoldaşı Şahid12 Bakı şəhəri ərazisində yerləşən orta məktəblərdən birinə azərbaycan dili-ədəbiyyat müəlliməsi vəzifəsinə qəbul etdirəcəyi barədə yalan vəd verməklə aldadıb Zərərçəkmiş şəxs9 2021-ci ilin iyul ayının sonlarında Xırdalan şəhəri ərazisində yerləşən “Heydər Əliyev" adına parkda 15.000 (on beş min) manat məbləğində pulu alıb ələ keçirməklə xeyli miqdarda maddi ziyan vurub təkrar dələduzluq etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. İşin qanuni hakimin icraatından əsassız götürülməsi və ya bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Hazırkı cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 9 epizod dələduzluq cinayət əməlinin törədilməsində təqsirləndirilir. Həmin əməllərdən ikisi (Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qarşı törədilən cinayət əməli) ağır cinayət hesab olunduğundan, bir icraatda birləşdirilmiş cinayət işi CPM-in 74.5-ci maddəsinə əsasən baxılması üçün ağır cinayətlər məhkəməsinə göndərilmişdir. Lakin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, bir icraatda birləşdirilmiş hazırki cinayət işinin baxılması üçün ağır cinayətlər məhkəməsinə göndərilməsinə səbəb olan sözügedən iki epizod (Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 qarşı törədilən cinayət əməli) məhz Bakı şəhərində törədilmişdir. Belə olan halda, ərazi aidiyyəti üzrə hazırki cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Həmin Məcəllənin 74.5-ci maddəsində isə göstərilmişdir ki, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətlər məhkəməsində baxılır. “Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.1, 74.5 və 74.8-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Plenum qərarında da göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə müvafiq olaraq, cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə ağır cinayətin törədildiyi yer üzrə ağır cinayətlər məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75-ci maddəsinə əsasən, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Bakı şəhəri Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(124)-266/2024 saylı cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməlidir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Odur ki, Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclası keçirilənə və qətimkan tədbiri ilə bağlı müvafiq qərar qəbul edilənə qədər Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə sözügedən qərarın mövcudluğu nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 29, 69, 74, 75-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün ərazi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli qərarının olması nəzərə alınsın.
Məhkəmə qərarları › İş №1(124)-266/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(124)-266/2024
01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver