Məhkəmə qərarları › İş №1(124)-266/2025

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-266/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-266/2025 23.04.2025 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Hafiz Samir oğlu (sədrlik edən), Rzayeva Aynur Tapdıq qızı və Hümbətov Fəhmin Zaur oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt 1 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1964-cü ildə Naxçıvan MR, Ordubad rayonu, Əylis kəndində doğulmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Naxçıvan MR, Ordubad rayonu, Əylis kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, “Tes-1” ərazisində yerləşən fərdi evdə yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilərək ƏN-nin PX-in Bakı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksində 6 saylı məhkəmə iclas zalında keçirilən açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq külli miqdarda ümumi çəkisi 744,41 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasilə- qurudulmuş marixuana əldə edib yaşadığı fərdi evində saxlamış, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən lO oktyabr 2024-cü il tarixdə, saat 14:27-də Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Tes-1” ərazisində yerləşən fərdi yaşayış evlərinin yaxınlığında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman qonaq otağında olan döşəyin altından 01 ədəd qəhvəyi rəngli kağız bağlamada ümumi çəkisi 315,0 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd qəhvəyi rəngli kağız bağlamada ümumi çəkisi 80,0 qram narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd qəhvəyi rəngli kağız bağlamada ümumi çəkisi 265,0 qram narkotik vasitə quruduımuş marixuana, və 71 ədəd qəhvəyi rəngli kağız bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1.11 qram. 1.24 qram, 1.04 qram, 1.31 qram, 1.19 qram, 0.9 qram, 1.13 qram, 1.23 qram, 1.10 qram. 1.10 qram, l.lOqram, 0.96 qram, 1.05qram, 0.96qram, 1.12 qram, 0.94 qram, 1.10 qram, 1.33 qram. 0.99 qram, 1.07 qram, 0.99 qram, 1.03 qram, 1.49 qram, 1.17 qram, 1.19 qram, 1.30 qram, 1.28 qram, 0.96 qram, 1.13qram, 0.97 qram, 1.08 qram, 1.12 qram, 1.33 qram. 1.13 qram, 1.31 qram, 1.31 qram, 1.25 qram, 1.01 qram, 0.99 qran. 1.41 qram. 0.9 qram. 1.20 qram. 1.17 qram, 1.01 qram, 1.18 qram, 1.27 qram, 1.11 qram, 1.27 qram, 1.09 qram, 1.17 qram. 1.21 qram, 0.95 qram, 1.25 qram, 1.14 qram, 1.01 qram, 1.14 qram, 1.21 qram. 1.09 qram, 1.26 qram, 1.32 qram, 1.31 qram, 1.05 qram, 1.4 qram, 0.95 qram, 1.16 qram, 1.27 qram, 1.13 qram, 1.27 qram, 1.12 qram, 1.09 qram, 1.29 qram olmaqla, ümumi çəkisi 81.41 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, marixuanadan istifadə edir. Əvvəllər pul qarşılığında almışdır, lakin sonralar əkini ilə məşğul olmağa başlamışdır. Polis əməkdaşları ona yaxınlaşıb evdə narkotik vasitə əkib-əkmədiyini soruşmuşlar və onlara göstərməyini istəmişlər, o isə etiraz etməmişdir. Evə yaxınlaşmış və narkotik vasitəni təhvil vermişdir. 470 qram təmiz marixuana olmuşdur. Bükümlər isə yarpaqlarının qurudulmuş halı olmuşdur, marixuana bitdikdən sonra ondan istifadə edəcəkmiş. Verilən suallara cavab olaraq bildirdi ki, keçən il mart ayında əkmişdir. Evdən çıxan marixuananı həmin koldan əldə etmiş, balaca yarpaqlarını ayrıca bükmüş, ona görə 71 ədəd büküm olmuşdur, evdə döşəmənin üstündə saxlamışdır. Evdə həyat yoldaşı ilə yaşamış, onun xəbəri olmamış, polis əməkdaşları onu saxlayarkən heç bir təzyiq göstərməmişdir. İttiham aktında göstərilən çəkilər və saylar doğru olmuşdur. Sadəcə özü istifadə etmiş, başqa şəxslərə verməmiş, evi həyət evidir, marixuananı da həmin həyətdə əkmişdir. Əvvəllər, təxminən 5 il əvvəl pul qarşılığında almışdır, narkotik vasitə istifadəçisi olan tanışının biri ona da verməyini istəmişdir. O isə vermək istəməmişdir, demişdir ki, sadəcə öz istifadəsi üçündür, həmin tanışı bir kol olduğunu və harada əkdiyini bilmişdir, ona göstərmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi, məhkəmədə elan olunaraq araşdırılmış ilkin ifadəsində özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. 10 oktyabr 2024-cü il tarixdə saat təxminən 14 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi "Tes-1" ünvanında yaşadığı ev istiqamətində hərəkət etdiyi vaxt dörd nəfər şəxs arxadan ona yaxınlaşmışdır. Həmin şəxslərdən bəzisi polis formasında olmuşdur. Həmin şəxslər özlərini təıqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və ona narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğunu demişlər. Ona üzərinə şəxsin axtarış aparılmalı olduğunu və üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub olmadığını soruşmuşlar. O, həmin vaxt əynində olan uzunqol idman gödəkçəsinin sağ yan cibində olan bir paçka siqareti və bir ədəd yandıranı təqdim edərək üzərində başqa heç bir əşya olmadığını bildirmişdir. Polis əməkdaşları siqaret paçkasının içərisinə baxış keçirmişlər və sonra ona geri qaytarmışlar. Sonra polis əməkdaşları ondan yaşadığı ünvanı soruşmuşlar, o da yaxınlıqdakı evi göstərərək həmin evdə yaşadığını bildirmişlər. Polis əməkdaşları ondan yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuşlar, o da yaşadığı evdə narkotik vasitə olduğunu bildirmişdir. Sonra onun razılığı ilə polis əməkdaşları onunla birlikdə yaşadığı evə daxil olmuşlar. Evə daxil olduqdan sonra ondan narkotik vasirəni harada saxladığını soruşmuşlar. O, qonaq otağında çarpayının üzərinə yığılmış döşəkləri qaldırmış və orada 04 ədəd kağız paketlərdə saxladığı narkotik vasitə qurudulmuş marixuanaları baxışa təqdim etmişdir. Sonra polis əməkdaşları evdə olan əşyalara baxış keçirmişlər, lakin başqa hər hansısa qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Həmin bükümlər qablaşdırılaraq götürülmüşdür. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə gəlmişdir. Polis bölməsində o, müdafiəçi ilə təmin edilmişdir. Orada onun hüquq və vəzifələri izah edilmiş və izahatı alınmışdır. Saxlanılan zaman və polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən heç bir təzyiq və fiziki zorakılığa məruz qalmamışdır. Uzun müddətdir ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. Həmin narkotik vasitəni yaşadığı evin həyətində əkərək qurutmuşdur. Əldə etdiyi narkotik vasitədən kiməsə pay vermək və ya satmaq niyyəti olmamışdır. Marixuananın bir hissəsini ona görə kiçik bükümlər halında hazırlamışdımr ki, onlar kristallaşsın.( iş vərəqə: 69-72) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə tədqiq edib qiymətləndirməklə sübut növü kimi qəbul edir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 Mayis oğlu ifadəsində göstərdi ki, 10 oktyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, daşıması və yaşadığı Sumqayıt şəhəri. Kimyaçılar qəsəbəsi, “Tes-1” ərazisində yerləşən fərdi yaşayış evində saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Sonra isə Təqsirləndirilən şəxs ola biləcəyi yer müəyyən edilərək yaşadığı evin ətrafı və yaxın ərazilər əməliyyat müşahidəsinə götürülmüşdür. 10 oktyabr 2024-cü il tarixdə, saat 14:25 radələrində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında tək piyada hərəkətdə olduğunu görüb bir neçə dəqiqə müşahidə etdikdən sonra 2-ci PB-nin əməliyyat müvəkkili Şahid2 şəxsi istifadəsində olan mobil telefon vasitəsilə videogörüntüyə almağa başlamış və onlar Təqsirləndirilən şəxs yaxınlaşaraq sonuncunu saxlamışlar və özlərini təqdim etmişlər. Sonra isə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib hüquq və vəzifələrini izah etməklə üzərində şəxsi axtarış aparılmış, sonuncunun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə aşkar olunmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs yaxınlıqdakı fərdi yaşayış evini göstərərək həmin evdə yaşadığını, yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Tes-1” ərazisində yerləşən fərdi yaşayış evində narkotik vasitə saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı evə daxil olmuşlar. Təqsirləndirilən şəxs özü evin qonaq otağındakı çarpayının üzərində olan yastığın altında gizlətdiyi 4 ədəd kağız torbanı çıxararaq təqdim etmişdir. Sonra isə evə baxış keçirilmişdir, evdən başqa qanunla qadağan edilmiş əşya və ya maddə aşkar olunmamışdır. Kağız torbalar açıldıqda 3 ədəd torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütlələrinin, həmçinin bir ədəd kağız torbanın içərisində 71 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsinin olması aşkar olunmuşdur. Həmin kütlələr götürülərək elektron tərəzidə çəkildikdən sonra qablaşdırılmışdır. Sonra isə Təqsirləndirilən şəxsla birlikdə 2-ci PB-yə getmişlər və orada sonuncu təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs özünün seçdiyi vəkil Yaşar Xankişiyevin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs yaşadığı evdən götürülərək qablaşdırılmış maddələr təqdim olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim edilən möhürlənmiş zərflərdəki kütlələrin yaşadığı evdən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin maddələrin özünə məxsus olduğunu, həmin narkotik maddələri şəxsi istifadəsi üçün yaşadığı evin həyətində özünün əkib becərdiyini, daha sonra isə yarpaqlarını yığaraq bükümlərə ayırdığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitələri kristallaşması üçün bükümlərə ayırdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş polis əməkdaşı Sumqayıt ŞPİ-nin 2-ci PBnin sahə rəisi X4 Şahid2 Mayis oğlu ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmədə ifadəsi elan olunaraq araşdırılmış şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili Şahid1 və 2-ci PB-nin kiçik inspektoru Şahid3 ifadələrindən görünür ki, onlar Şahid2 Mayis oğlu ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etmişlər.(i.v. 97-99; 108-110) Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib daşıması, istifadəsi, gəzdirməsi, həmçinin yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Tes-1” ərazisində yerləşən fərdi evdə narkotik vasitə gəzdirməsi barədə məlumat daxil olmuşdur. (i.v. 5-6) Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında”, xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və evə baxış keçirilməsinə dair” xx.xx.2024-cü il tarixli protokollardan və protokola əlavə edilmiş 01 ədəd “DVD” diskdən görünür ki, həmin diskə daxil olduqda içərisində 01 ədəd “nar” kimi qeyd olunmuş videogörüntünün olması müəyyən edilir. Həmin videogörüntüyə baxdıqda müəyyən edilir ki, mülki və polis geyimli şəxslər videoçəkilişlə Təqsirləndirilən şəxs yaxınlaşaraq onu saxlayırlar. Sonra isə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları olduqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün saxlanıldığını bildirib hüquq və vəzifələrini, müdafiəçinin yardımından istifadə edə biləcəyini, üzərində şəxsi axtarış aparılacağını izah edirlər. Təqsirləndirilən şəxs isə müdafiəçi istəmədiyini və üzərində şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitə və ya hər hansı əşya varsa təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya maddənin olmadığını bildirir, sonra isə bir ədəd alışqan və “Want” markalı siqaret qutusunu çıxararaq təqdim edir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır, sonuncunun üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya maddə aşkar olunmur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs yaxınlıqdakı fərdi yaşayış evini göstərərək həmin evdə yaşadığını, yaşadığı Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, “Tes-1” ərazisində yerləşən fərdi yaşayış evində narkotik vasitə saxladığını və təqdim edə biləcəyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs və polis əməkdaşları sonuncunun yaşadığı evin həyətinə daxil olurlar. Təqsirləndirilən şəxs evin giriş qapısını açaraq içəri daxil olur, polis əməkdaşları da sonuncu ilə birlikdə evə daxil olurlar. Sonra isə Təqsirləndirilən şəxs özü evin qonaq otağındakı çarpayının üzərində olan yastığın altında gizlətdiyi 4 ədəd kağız torbanı çıxararaq təqdim edir. Bundan sonra evə baxış keçirilir, başqa qanunla qadağan edilmiş əşya və ya maddə aşkar olunmur. Kağız torbalar açıldıqda 3 ədəd torbanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütlələrinin, həmçinin bir ədəd kağız torbanın içərisində 71 ədəd kağız bükümdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsinin olması aşkar olunur. 3 ədəd kağız torbada olan kütlələr elektron tərəzi vasitəsilə çəkildikdə ayrı-ayrılıqda çəkilərinin 325 qram, 0,280 qram və 80 qram olması müəyyən edilir. 71 ədəd kağız bükümdə olan kütlələr elektron tərəzidə çəkilərək ümumilikdə çəkisinin 100 qram olması müəyyən edilir. Bütün kütlələr elektron tərəzi vasitəsilə çəkildikdə isə cəmi çəkilərinin 785 qram olması müəyyən edilir. Həmin bükümlər qablaşdırılır, üzərilərində qeydlər aparılır və imzalanır. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələrin narkotik vasitə olan marixuana olduğunu, marixuananı yaşadığı evin həyətində şəxsi istifadəsi üçün əkib becərdiyini, daha sonra topladığı marixuananı kristallaşması və daha sonra istifadə etməsi üçün xırda bükümlərə ayırdığını bildirir. Sonda isə çəkiliş dayandırılır.(İş vərəqə: 10-11, 13-15, 96) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş “təqdim olunan əşyanın götürülməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş 01 ədəd “DVD” diskdən görünür ki, təhqiqatçı Taleh Abdullayev özünü təqdim edərək Təqsirləndirilən şəxs özünü təqdim etməsini bildirir, sonuncu da özünü təqdim edir. Sonra isə polis əməkdaşları da özlərini təqdim edirlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifləri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün özünün seçdiyi vəkil X2 təqdim edilir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim edilən möhürlənmiş zərflərdəki kütlələrin yaşadığı evdən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin maddələrin özünə məxsus olduğunu, həmin narkotik maddələri şəxsi istifadəsi üçün yaşadığı evin həyətində özünün əkib becərdiyini, daha sonra isə yarpaqlarını yığaraq bükümlərə ayırdığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, narkotik vasitələri kristallaşması üçün bükümlərə ayırdığını bildirir. Sonda isə çəkiliş dayandırılır.(iş vərəqə: 37-39, 95) Protokollarda qeyd olunan xüsusatların həqiqiliyi, həmin istintaq hərəkətinin qeydə alındığı videogörüntülərin əks olunduğu diskə məhkəmədə baxış keçirilərkən öz təsdiqini tapmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası ƏN-nin MEM-i tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-7/1696 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “saxlanılan şəxs imza Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan kağız paketdə bir ədəd qəhvəyi rəngli kağız bağlamada təmiz çəkisi 315 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində “saxlanılan şəxs imza Təqsirləndirilən şəxs....” yazılar və imzalar olan kağız paketi açdıqda içərisində bir ədəd qəhvəyi rəngli kağız bağlamada təmiz çəkisi 80 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Üzərində “saxlanılan şəxs imza Təqsirləndirilən şəxs...” yazıla və imzalar olan kağız paketi açdıqda içərisində bir ədəd qəhvəyi rəngli kağız bağlamada təmiz çəkisi 265 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənəı (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qudurulmuş marixuanadır. Üzərində ’’saxlanılan şəxs imza Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan kağız paketi açdıqda içərisində 71 (yetmiş bir) ədəd qəhvəyi rəngli kağız bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1.11 qr, 1.24 qr, 1.04 qr, 1.31 qr, 1.19 qr, 0.9 qr, 1.13 qr, 1.23 qr, 1.10 qr, 1.10 qr, 1.1 Oqr. 0.96 qr, 1.05qr, 0.96qr, 1.12 qr, 0.94 qr, 1.10 qr, 1.33 qr, 0.99 qr, 1.07 qr, 0.99 qr, 1.03 qr, 1.49 qr. 1.17 qr, 1.19 qr, 1.30 qr, 1.28 qr, 0.96 qr, 1.13qr, 0.97 qr, 1.08 qr, 1.12 qr, 1.33 qr, 1.13 qr, 1.3 İqr, 1.31 qr, 1.25 qr, 1.01 qr, 0.99 qr, 1.41 qr, 0.9 qr, 1.20 qr, 1.17 qr, 1.01 qr, 1.18 qr, 1.27 qr, 1.11 qr, 1.27 qr, 1.09 qr, 1.17 qr, 1.21 qr, 0.95 qr, 1.25 qr, 1.14 qr, 1.01 qr, 1.14 qr, 1.21 qr. 1.09 qr, 1.26 qr, 1.32 qr, 1.31 qr, 1.05 qr, 1.4 qr, 0.95 qr, 1.16 qr, 1.27 qr, 1.13 qr, 1.27 qr, 1.12 qr, 1.09 qr, 1.29 qr. olmaqla, ümumi çəkisi 81.41 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidir. (iş vərəqə: 47-50) Azərbaycan Respublikası SN-nin Respublika Narkoloji Mərkəzi X9 tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7102 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(iş vərəqə: 125-126) Cinayət işinin materiallarından görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş 74 ədəd bükümdə ümumi təmiz çəkisi 744,41 qram narkotik vasitə qurudulmuş marixuana və 2 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, 2 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilmiş, ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 739,13 qram qurudulmuş marixuana saxlanılması üçün Sumqayıt şəhər polis idarəsinin saxlanc anbarına təhvil verilmişdir. (cild 1, iş vər. 136-145) Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.( İş vərəqə: 112) Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı məqsədinin olmaması barədə məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək onun ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqı zamanı irəli sürdüyü mülahizələri yuxarıda göstərilən sübutlarla – cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanılmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. ) Bundan başqa təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı narkotik vasitənin külli miqdarda və şəxsi istehlak miqdarından dəfələrlə çox olması, narkotik vasitələrin xırda bağlamalara bükülməsi Təqsirləndirilən şəxs məqsədinin məhz narkotik vasitələrin satışı ilə bağlı olduğunun bilavasitə təzahürüdür. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmədə öz müdafiəsi üçün gətirdiyi dəlillər əsasızdır və özünü müdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ilə bağlı ibtidai istintaq zamanı dindirilərkən verdiyi və məhkəmə istintaqında tədqiq edilmiş etiraf ifadəsi iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, məhkəmə iş üzrə yekun qərar qəbul edərkən həmin ifadəni də sübut kimi qəbul edir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməl qəsdən törədilmiş, başa çatmış cinayət olmaqla, təsnifata görə ağır cinayətlər kateqoriyasına aid edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanuna əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən isə miqdarından asılı olmayaraq Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən qurudulmuş marixuana narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla aşağı həddi 5 qram, külli miqdar daxil olmaqla aşağı həddi 500 qram müəyyən edilmişdir. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 59-ci maddəsinə əsasən təqsirləndirilən şəxslin cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslin cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 10 oktyabr 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər Məhkəməsinin 12 oktyabr 2024-cü il tarixli qərarı ilə onun barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli tutulduğu tarixdən hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1 İş vər. 18, 28, 61-62, 86-91) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı 10 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, cinayət işində olan ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Qeyd olunan iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Sumqayıt ŞP-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 739,13 qram qurudulmuş marixuana məhv edilməli, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 70 (yetmiş) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 10 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Hökm qanuni qüvvəsini aldıqdan sonra Sumqayıt ŞP-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi təmiz qalıq çəkisi 739,13 qram qurudulmuş marixuana məhv edilməli, 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 70 (yetmiş) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına köçürülsün. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar