Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-267/2024 15.05.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X1 (sədrlik edən), X6 və X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi - Feyzullazadə Əli Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 24 avqust 1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, SMP-518, yat-3 ünvanında qeydiyyatda olmaqla ünvan 2aşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 5 saylı məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs telefon vasitəsi ilə tanış olub əlaqə saxladığı İstintaqa məlum olmayan “Barat” adlı İran İslam Respublikasının vətəndaşı ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında, sonuncunun satış məqsədi ilə qanunsuz əldə etdiyi külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın və heroinin və külli miqdarda psixotrop maddə metamfetaminin 500 manat müqabilində Azərbaycan Respublikasının ərazisində satışını həyata keçirmək barədə ümumi razılığa gəlmiş, bu məqsədlə 03 fevral 2023-cü il tarixdə saat 01 radələrində “Barat” adlı İran İslam Respublikası vətəndaşının Abşeron rayonu, Saray qəsəbəsi ərazisində, yeni dairəvi yolun kənarında qoydurduğu bir ədəd ağ rəngli sellofan torbanın içərisindəki yaşıl rəngli sellofan torbada külli miqdarda iki ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli sellofan bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri 695,0 qram və 340,0 qram olmaqla ümumi təmiz çəkisi 1035,0 qram olan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuananı, "Rothmans” markalı siqaret qutusunda bir ədəd şəffaf sellofan bükümdə 5,867 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və bir ədəd şəffaf sellofan bükümdə 7,590 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini götürüb satış məqsədi ilə qanunsuz əldə edib saxlayaraq oradan uzaqlaşarkən Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin əməkdaşları tərəfindən Abşeron rayonu Saray qəsəbəsi ərazisində, yeni dairəvi yolun yaxınlığında saxlanılaraq X10 gətirilib həmin tarixdə saat 03:20-dən 03:55-dək müddətdə polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əlində olan həmin ağ rəngli sellofan torbanın içərisindəki yaşıl rəngli sellofan torbada iki ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli sellofan bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 695,0 qram və 340,0 qram olmaqla ümumi təmiz çəkisi 1035,0 qram olan narkotik vasitə qurudulmuş marixuana, "Rothmans” markalı siqaret qutusunda olan bir ədəd şəffaf sellofan bükümdə 5,867 qram çəkidə narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə 7,590 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 234.4.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək sərbəst ifadəsində və ona verilən sualları cavablandırarkən göstərdi ki, 02 fevral 2023-cü il tarixdə Bakı istiqamətində dostu il birgə maşınla hərəkətdə olan zaman bir avtomobil onlara yaxınlaşmış və o maşını saxlamış, bu zaman 8-9 nəfər onu saxlamış və Saray Polis İdarəsinə aparmışlar. Təqsirləndirilən şəxs bildirdi ki, ona qarşı polis bölməsində fiziki və psixi zorakılıq törədilmiş və telefonu əlindən alınmışdır. O fiziki və psixi zorakılığa məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyi və prokurorluğa müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, əvvəllər metadon və marixuana qəbul etdiyini, heç vaxt heroin istifadə etmədiyini və narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirdi. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə ziddiyyət təşkil etdiyindən ifadəsi elan olunmaqla araşdırılmışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Təxminən 2 il müddətdir ki, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində tanışı İran İslam Respublikası vətəndaşı "Barat" olaraq tanıdığı şəxsə “Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə zəng edərək Baratdan İstifadə etmək məqsədi ilə narkotik vasitə istəmişdir. Barat adlı şəxsdən əvvəllər də bir neçə dəfə istifadə etmək məqsədi ilə narkotik vasitə almışdır. Bir qədər keçdikdən sonra Barat ona “Whatsapp”da zəng edərək Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yeni dairəvi yolun kənarında hasarın dibində narkotik vasitə qoyduğunu bildirmişdir. Baratla danışığını bitirdikdən sonra həmin gün saat təxminən 02 radələrində Abşeron rayonu, Saray qəsəbəsində yeni dairəvi yolun kənarına getmişdir. Həmin yerdə bir qədər gəzdikdən sonra Baratın ona izah etdiyi yerə yaxınlaşmışdır. Lakin oraya getdikdə yerdə qoyulmuş ağ rəngli iri torbanı görmüşdür. Həmin torbanı götürüb içərisinə baxdıqda torbanın içərisində yaşıl rəngli sellofan torbada iki ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli sellofan bağlamada narkotik vasitə marixuana, siqaret qutusunda isə bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin olduğunu görmüşdür. Bundan sonra həmin torbanı özü ilə götürüb uzaqlaşmaq istəmiş, həmin vaxt iki nəfər tanımadığı şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişdir. O, qorxduğu üçün qaçmağa başlamışdır. Qaçarkən ayağı daşa ilişdiyi üçün yerə yıxılmış və gözündən xəsarət almışdır. Bundan sonra polis əməkdaşları onu saxlayıb Abşeron rayon polis idarəsinin X10 dəvət etmişlər. Polis bölməsinin inzibati binasında ona videoçəkiliş və dəvət olunmuş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. O da etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuş, şəxsi axtarış zamanı ondan üzərində hər hansı qanunla qadağan edilmiş əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuşdur. Həmin vaxt o, əlində olan ağ rəngli sellofan torbanı masanın üzərinə qoyaraq təqdim etmiş, həmin torba açıldıqda içərisindən yaşıl rəngli sellofan torbada iki ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli sellofan bağlamada narkotik vasitə marixuana, siqaret qutusunda isə bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sonra onun üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan edilmiş başqa heç bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra onun təqdim etdiyi həmin kütlələr qablaşdırılmış, zərfə qoyularaq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 sərbəst ifadəsində və ona verilmiş sualları cavablandırarkən göstərdi ki Təqsirləndirilən şəxs Abşeron rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə etimad doğuran məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatın yoxlanılması məqsədilə Abşeron rayon polis idarəsinin Saray polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə 03 fevral 2023-cü il tarixdə əməliyyat qrupu yaradılmışdır. Onlar Təqsirləndirilən şəxs 03 fevral 2023-cü il tarixdə saat 02 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yeni dairəvi yolun yaxınlığında əlində ağ rəngli sellofan torba ilə piyada hərəkət edərkən saxlamış, həmin vaxt Təqsirləndirilən şəxs qaçmağa cəhd etmişdir. Bu zaman Təqsirləndirilən şəxs yıxılaraq bədən xəsarətləri almışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs Abşeron RPİ-nin Saray PB-nin inzibati binasına gətirmişlər. Saray Polis bölməsində Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün dövlət hesabına müdafiəçi dəvət olunmasını xahiş etmişdir. Daha sonra dəvət olunmuş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Daha sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində saxlanılması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuş, əgər varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əlində olan ağ rəngli sellofan torbanı masanın üzərinə qoyaraq təqdim etmiş, həmin torba açıldıqda içərisindən yaşıl rəngli sellofan torbada İki ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli . sellofan bağlamada narkotik vasitə marixuanaya bənzər kütlələr, həmin ağ sellofan torbadakı bir ədəd siqaret qutusunda isə bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan edilmiş başqa heç bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlələr qablaşdırılmış, zərfə qoyularaq möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 işin halları ilə bağlı Şahid1lə eyni məzmunlu ifadə verməklə sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, Abşeron Rayon Polis İdarəsinin X10 24 avqust 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, SMP-518, yat-3 ünvanında qeydiyyatda olan, Saray qəsəbəsində yaşayan, subay Təqsirləndirilən şəxs Abşeron rayonu, Saray qəsəbəsi ərazisində narkotik maddə qəbul etməsi, saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2023-cü il tarixli “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Saray qəsəbəsində yaşayan, Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat tədbirlərinin keçirilməsi qərara alınmışdır xx.xx.2023-cü il tarixli “Raport”dan görünür ki, həmin tarixdə 24 avqust 1977-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, azərbaycanlı Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, SMP-518, yat-3 ünvanında qeydiyyatda olan, Saray qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs X10 gətirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertiza üzrə 03 fevral 2023-cü il tarixli, 6/672- 7/155 nömrəli rəyin nəticə hissəsində aşağıdakılar göstərilmişdir - Tədqiqata təqdim edilmiş üzərində: “ Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş təqdim etdiyi maddi sübut...” yazısı və imzalar olan bağlamada 01 ədəd bükümdə təmiz çəkisi 5,867 qram qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 7,590 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, 2 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 695,0 qram və 340,0 qram olmaqla, ümumi təmiz çəkisi 1035,0 qram bitki mənşəli kütlələr çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2023-cü il tarixli, 2003 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibbi ekspertizasının 06 fevral 2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində sağ gözaltı nahiyənin və göz qapaqlarının həmin gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan qançırları, sağ göz nahiyəsinin bayır hissəsinin səthi əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən müayinədən 3-4 gün əvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və həm ümumilikdə və həm də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətlər öz boyu hündürlüyündən yıxılaraq yerin bərk səthinə və ya küt əşyaya dəyməsi nəticəsində əmələ gələ bilmələri mümkündür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixatriya xəstəxanası X8 daxil olmuş xx.xx.2023-cü il tarixli 10115 nömrəli məktubdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlumatına görə həmin xəstəxanada müalicə olunmayıb. Şəxsi axtarış və götürmə aparılması haqqında 03 fevral 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman onun əlində olan ağ rəngli sellofan torbanı masanın üzərinə qoyaraq təqdim etmiş, həmin torba açıldıqda içərisindən yaşıl rəngli sellofan torbada iki ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli sellofan bağlamada narkotik vasitə marixuanaya bənzər kütlələr, həmin ağ sellofan torbadakı bir ədəd siqaret qutusunda isə bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə və bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan idman şalvarının sol yan cibindən bir ədəd içərisində “Samsung" markalı mobil telefon, bir ədəd alışqan və bir qutu siqaret aşkar edilərək götürülmüşdür. Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmışdır. İş üzrə əhəmiyyət kəsb etmədiyindən 01 ədəd “Samsung” markalı mobil telefon, alışqan və bir qutu siqaret Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələri Barat adlı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsdən aldığını Saray qəsəbəsi ərazisindən götürüb Baratın dediyi yerə çatdıracağı təqdirdə ona 500 manat pul verəcəyini bildirmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 22 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-ci il tarixdə Abşeron rayon Məhkəməsinin hökmü ilə 05 ay 24 gün müddətinə islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab edilir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. “Tutma haqqında protoko”dan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-in 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-in 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. İş materiallarından görünür ki, 03.02.23-cü il tarixdə Saray qəsəbəsində yaşayan xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində gəzdirməsi, saxlaması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, həmin tarixdə əməliyyat axtarış tədbiri keçirilməsi barədə qərar qəbul olunmuş, şəxs saxlanılaraq polis idarəsinə gətirilmiş və müdafiəçi ilə təmin edilməklə onun üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən psixotrop maddə olan metanfetamin, narkotik vasitə heroin və marixuana aşkar olunaraq götürülmüşdür, bundan sonra həmin maddə və narkotik vasitələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə tərkibi hesab edir ki, cinayət işi başlamamışdan əvvəl xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilərək narkotik vasitələrin və psixotrop maddələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarının 9-cu bəndində qeyd olunmuşdur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələr və psixotrop maddənin növ müxtəlifliyini.və həmin vasitələrin şəxsi istehlak mirdarından dəfələrlə artıq olmasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən həmin qadağan olunmuş vasitələri satış məqsədilə əldə etmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı psixi və fiziki təsir və təzyiqlərə məruz qaldığını bildirməsinə qiymət verməyi məhkəmə vacib hesab edir. Belə ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı veridiyi ifadəsindən və şahid ifadələridən müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsidə əməliyyat keçirilən zaman polis əməkdaşlarından yayınmaq istəmiş və bu səbəbdən qaçarkən yıxılaraq xəsarətlər almışdır. Həmçinin iş materiallarında olan məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli rəyindən müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ekspertizadan keçirilərkən yıxılma nəticəsində xəsarət aldığını bildirmiş, həmçinin həmin rəydə təqsirləndirilən şəxsin qeyd dolunan xəsarətlərini yıxılma nəticəsində ala bilməsinin mümkün olduğu göstərilmişdir. Odur ki məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs xəsarətləri ilə əlaqədar məhkəmə istintaqı zamanı bildirdiyi xüsusatları məsuliyyətdən yaxa qurtarmaq və müdafiə taktikasından irəli gələn hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışında və ibtidai araşdırma zamanı verdiyi ifadələri təhlil edərək Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilən ifadə kimi qiymətləndirməklə yanaşı, onun bu ittihamlarla bağlı məhkəmə baxışı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatları işin faktiki hallarına uyğun gəlmədiyindən və təkzib edilməz sübutlarla ziddiyyət təşkil etdiyindən inandırıcı hesab etmir və həmin ifadəni qeyri-səmimi verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi şahidlərin məhkəmə baxışı zamanı vermiş olduqları ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində göstərilmişdir ki, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə külli miqdarda törədildikdə həmin əməllərə görə təqsirli bilinən şəxslər beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. O, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar və Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən (müəyyən olunmamışdır) və ağırlaşdıran hallar (müəyyən olunmamışdır), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, qanunun yuxarıda qeyd edilən müddəalarına, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarını və işin faktiki hallarını eyni zamanda Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, nəzərə alaraq ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və eləcə də ədalətli hesab edir. Eyni zamanda məhkəmə hesab edir ki, şəxs həmin cəzanı yalnız real olaraq çəkməklə islah oluna bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işinin materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan qərardan görünür ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli 03 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmçinin, məhkəmə tərkibi cinayət işinin materialarında olan məhkəmə narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə ekspertizalarına sərf olunmuş 88 (səksən səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş qalıq çəkisi 5,817 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 7,540 qram olan psixotrop maddə metamfetamin və ümumi qalıq çəkisi 1034,90 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə hazırki iş üzrə «xüsusi müsadirə» ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Məhkəmə ekspertizalarına sərf olunmuş 88 (səksən səkkiz) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin (Az.MEM, VÖEN **********, Hesab № Az. 34 CTRE ******************** Büdcə təsnifatının kodu 142319 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944SWİFT BİK CTREAZ22) hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq maddi sübut kimi tanınıb, Abşeron rayon polis idarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş qalıq çəkisi 5,817 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 7,540 qram olan psixotrop maddə metamfetamin və ümumi qalıq çəkisi 1034,90 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Nurəddin Hüseynli Hakimlər Nahid Mirzəyev Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(124)-267/2024
Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-267/2024
15.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver