Məhkəmə qərarları › İş №1(124)-268/2024

Sumqayıt Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(124)-268/2024

19.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(124)-268/2024 19.03.2024 SUMQAYIT AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər: Hümbətov Fəhmin Zaur oğlu (sədrlik edən), Əliyev Hafiz Samir oğlu və Rzayeva Aynur Tapdıq qızından ibarət tərkib, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X2 və təqsirləndirilən şəxsin iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin 6 saylı məhkəmə iclas zalında keçirilən qapalı məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Belə ki, Təqsirləndirilən şəxs “Sambo” müəllimi kimi işlədiyi “Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbi” Publik hüquqi şəxsin müəyyən etmiş olduğu dərs cədvəlindən kənar olaraq özü üçün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 19 nömrəli tam orta məktəbin idman zalında cüdo-sambo təlimləri ilə əlaqədar təşkil etdiyi qrupda şagirdi ünvan 2 ünvanında yaşayan 2016-cı il təvəllüdlü Zərərçəkmiş şəxs Revas oğlunun təlimlərə gəlmək istəməməsi səbəbindən sonuncunun anası X5 ilə əvvəllər mövcud olmuş, lakin sonradan pozulmuş sevgi münasibətlərinin bir daha düzəlməyəcəyini başa düşərək qisas almaq niyyəti ilə, 29 aprel 2023-cü il tarixdə saat 16-dan 17-ə kimi olan təlim müddətində qaçış günü olmasına baxmayaraq azyaşlı olduğuna görə aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs idman ayaqqabısını gətirmədiyini bəhanə edib sonuncunu qəsdən öldürmək niyyətilə, öz cinayətkar niyyətini idman fəndi adı altında pərdələmək üçün idman ustası dərəcəsi olduğundan ona məlum olan həmin yaş kateqoriyasındakı uşaqlara tətbiq edilməsi qadağan olunmuş “tayi-ataşi” yəni qabağa badalaq, “siyo-nagi” yəni çiyindən atmaqla badalaq, “aşibaray” yəni süpürgə və “ippon siyo-nagi” yəni dizdən oturub çiyindən atma fəndlərini qalınlığı 5 sm olan idman döşəyi-tatami üzərində 57 dəfə tətbiq etdikdən sonra azyaşlı Zərərçəkmiş şəxs huşsuz vəziyyətdə yerdə uzanmasına məhəl qoymadan xüsusi ağrılar və iztirablar verdiyini dərk edərək, aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs saçından, daha sonra qulaqlarından tutaraq zorla ayağa və havaya qaldırıb öz cinayətkar niyyətinə davam edərək daha 23 dəfə eyni fəndləri tətbiq etməklə sonuncuya sol və sağ bazunun yuxarı 1/3-nin bayır səthlərinin, sol və sağ qulaq seyvanını bütünlüklə əhatə edən qançırları kimi dərəcəsi təyin edilməyən, başın küt travması və baş beyinə qansızma kimi ölümlə nəticələnən sağlamlığa ağır zərərvuran xəsarətlər yetirərək, öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və belə nəticələrinin baş verməsinə şüurlu surətdə yol verərək Zərərçəkmiş şəxs qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə baş verdiyi günədək təxminən 6-7 ay olardı ki, cüdo idman növü üzrə müəllim kimi fəaliyyət göstərirdi. Müəllim kimi fəaliyyət göstərməyi üçün bütün lazımi sənədləri və lisenziyası mövcud idi. Zərərçəkmiş şəxs 2023-cü ilin yanvar ayının sonlarından etibarən onun tələbəsi olmuşdur. Hadisə baş verdiyi gün, yəni 29 aprel 2023-cü il tarixi idman dərslərindən qaçış günü idi. Tələbələrlə birlikdə qaçdıqdan sonra məşq etdikləri məktəbin idman zalında bəzi fəndləri icra etməli idilər. Qaçış günü Zərərçəkmiş şəxs idman ayaqqabılarını gətirməmişdi. O da bununla bağlı onun valideyni Aynurə Məlikovaya bildirmişdir. Bir müddət sonra qaçışdan qayıtdıqdan sonra bəzi fəndlərin icrasına başlamışlar. Zərərçəkmiş şəxs üzərində bir neçə dəfə fənd icra etmişdir. Zərərçəkmiş şəxs məşq etmək istəmirdi. Onun səhhəti ilə bağlı hər hansı narahatlıq hiss etməmişdir. Onun qəsdən məşqdən yayınmaq istədiyini düşünmüşdür. Ona görə də məşq etməyə davam etməsinə təkid etmişdir. Zərərçəkmiş şəxs hərəkətli və dözümlü uşaq olduğu üçün ona fəndlər icra etmişdir. Zərərçəkmiş şəxs üzərində eyni fəndi 57 dəfə icra etməyinin səbəbi həmin fəndi ona öyrətmək və mənimsətmək olmuşdur. Zərərçəkmiş şəxs öyrətmək üçün “X15” adlı fəndi tətbiq etmişdir. Məşq bitdikdə Zərərçəkmiş şəxs halı yaxşı olmamışdır. Lakin, zərbələr nəticəsində onun halının pis olduğunu düşünməmişdir. Bundan başqa, o, göstərmişdir ki, Zərərçəkmiş şəxs valideyni Aynurə Məlikova ilə Zərərçəkmiş şəxs məşqə başladıqdan təqribən 15 gün sonra münasibətləri başlamış, təxminən 2 ay müddətində davam etmiş, sonra isə bu münasibətlər Aynurə tərəfindən dayandırılmışdır. Lakin, Aynurə Məlikovadan qisas almaq məqsədi olmamışdır. Fərid və Şahid13 adətən Aynurə Məlikova məşqə gətirir, bəzən kənarda əyləşib məşqi izləyirdi. Digər valideynlər də izləyirdilər. Hadisə baş verdiyi gün Aynurə Məlikova məşqi izləməyə deyil, uşaqları məşqdən evə aparmaq üçün məşqin sonunda gəlmişdi. Aynurə Məlikova gəldikdə məşq bitməmişdi. Aynurə Məlikova zala daxil olmamışdı. Zərərçəkmiş şəxs o zaldan çölə çıxarmışdır. Aynurə Məlikova halının pis olması barədə soruşduqda, o da məşqin ağırlığından olduğunu, evə getdikdən sora düzələcəyini və s. bildirmişdir. Fəridin vəziyyətin bu cür olacağını düşünməmişdir. Məşq bitdikdən sonra Zərərçəkmiş şəxs onun valideyni ilə birlikdə evə aparmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs onun qucağında idi. Zərərçəkmiş şəxs onun yaşadığı evə gətirdikdən sonra onun anası X14 Bakarov üçün baş ağrı dərmanı alıb gətirməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs evdə olarkən onun qusduğunu görmüşdür. Daha sonra onu Sumqayıt şəhəri Uşaq Xəstəxanasına aparmışlar. Daha sonra Zərərçəkmiş şəxs vəfat etdiyini öyrənmiş, əvvəlcə inanmamışdır. Xəstəxananın həyətində olarkən dostuna gedib Zərərçəkmiş şəxs vəziyyətini dəqiqləşdirməsini bildirmişdir. Dostu gedib dəqiqləşdirmiş və Zərərçəkmiş şəxs vəfat etdiyini demişdir. O da gedib könüllü şəkildə təslim olmuşdur. Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamış, hadisə ehtiyyatsızlıqdan baş vermişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərdi ki, övladları Zərərçəkmiş şəxs və Şahid13 idmanla məşğul olmasını istəyir, lakin idman müəllimi tanımırdı. Bir gün Təqsirləndirilən şəxs adlı idman müəlliminin olduğunu bilmişdir. 26 fevral 2023-cü il tarixdə övladlarını ilk dəfə Təqsirləndirilən şəxs yanına aparmışdır. Onun Təqsirləndirilən şəxsla olan münasibəti də uşaqları onun yanına məşq etməyə gətirdikdən sonra başlamışdır. O, Təqsirləndirilən şəxsla münasibətlərini sonlandırmaq istəyir, lakin Mehman istəmirdi. Münasibətlərini sonlandırmaq istəməyinin səbəbi Mehmanın subay, onun isə 2 uşağının olması idi. Bir müddət sonra Təqsirləndirilən şəxs qısqanclıqlar yaranmağa başlamışdır. Onun İsraildə yarışı olacağı üçün birdən-birə münasibətlərini sonlandırmamaq qərarına gəlmişdir. Həmin yarışdan sonra artıq ona münasibətlərinin bitdiyini demişdir. Hadisənin baş verdiyi 29 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs əsəbi idi. Zərərçəkmiş şəxs idman ayaqqabıları evdə qalmışdı. Bacısı Şahid11 Zərərçəkmiş şəxs idman ayaqabılarını aparıb vermişdir. Həmin gün saat 16:30 radələrində Zərərçəkmiş şəxs məşqdən götürmək üçün idman zalına getmişdir. Təqsirləndirilən şəxs həmin gün məşqin gec yekunlaşacağını bildirmişdir. Ümumiyyətlə, bundan əvvəl qaçış günü fiziki məşq və ya fəndlərin icrasını həyata keçirmirdi. Lakin, həmin gün bunu etmişdi. Əvvəlki gün Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmışdı. Uşaqları bir daha onun yanına məşqə göndərməyəcəyini bildirmişdir. 29 aprel 2023-cü il tarixdə məşq davam edən vaxt Təqsirləndirilən şəxs aşağı düşüb, ona uşaqlara yüksək səviyyədə məşq etdirdiyini, evə getdikdə hamısının yatacaqlarını bildirmişdir. O, məşq zamanı istədiyi vaxt gedib zalda oturaraq izləyə bilirdi. Lakin hadisə baş verdiyi gün Təqsirləndirilən şəxs zalda oturmağına icazə verməmişdir. Məşq bitdikdən sonra Zərərçəkmiş şəxs vəziyyətinin yaxşı olmadığını görmüşdür. Uşağı qucağına aldıqda ayaqlarının düz dayanmadığını görmüşdür. Daha sonra Zərərçəkmiş şəxs yeriməyə başlamışdır. Həmin vaxtadək Təqsirləndirilən şəxs məşqdə nə etdiyini ona deməmişdir. Zərərçəkmiş şəxs xəstəxanaya aparmaq istəmişdir. Lakin, Təqsirləndirilən şəxs buna etiraz edərək, uşağın məşqdə bu hala gəldiyini bildirib onun üçün problem yaradacaqlarını bildirmişdir. Zərərçəkmiş şəxs evə çatdıqda başının ağrıdığını bildirmişdir. O da Təqsirləndirilən şəxs baş ağrısı üçün dərman almağı xahiş etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs onu çox istədiyini göstərərək, qucaqlayırdı. Təqsirləndirilən şəxs dərman alıb gətirdi, dərmanı Zərərçəkmiş şəxs vermişdir. Daha sonra Təqsirləndirilən şəxs dostu gəlmiş, onun avtomobili ilə xəstəxanaya getmişlər. Yolda olarkən Zərərçəkmiş şəxs əlləri qatlanırdı. Xəstaxanaya çatdıqda Zərərçəkmiş şəxs bədənində izlərin olduğunu görmüşdür. Təqsirləndirilən şəxs onu xəstəxananın həyətinə çıxararaq, uşağın idman zalında bu hala gəldiyini deməməyini tapşırmışdır. Evdə olarkən Şahid13 “günahkar mənəm” dediyi üçün, məşq zamanı Şahid13 Zərərçəkmiş şəxs üzərində fənd icra etdiyini və bu zaman Zərərçəkmiş şəxs xəsarət aldığını düşünmüşdür. Təqsirləndirilən şəxs evə getməyini, Şahid13 ilə bacısının qızının evdə olduğunu, onlara nəzarət etməyini bildirmişdir. 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında ona Zərərçəkmiş şəxs yıxılma nəticəsində bu hala gəlməsinin mümkün olmadığını, onun döyülərək bu vəziyyətdə ola biləcəyini demişlər. Xəstəxanaya aparanadək Zərərçəkmiş şəxs sərbəst danışmırdı. Lakin, Zərərçəkmiş şəxs ümumiyyətlə, sərbəst danışa bilmirdi, hətta danışmağa da gec başlamışdır. Onu Təqsirləndirilən şəxs danışdırmışdır. Zərərçəkmiş şəxs xəstəxanaya apardıqdan təqribən 30-40 dəqiqə sonra onun vəfat etdiyini bildirmişlər. Təqsirləndirilən şəxs kimisə öldürəcək biri deyildi, lakin Mehmanla münasibətlərini sonlandırmaq istəməyi onu aqresivləşdirmişdir. Əsəbdən Zərərçəkmiş şəxs həyatdan məhrum etmişdir. Hətta, oğlu Şahid13, məşq zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərində fənd icra edərkən, həmin fəndləri ona “yenə də anana gəlmirəm deyəcəksən?” deyə sual verərək, icra etdiyini bildirmişdir. Təqsirləndirilən şəxslə barışmamışlar, ondan şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, hadisə baş verdiyi gün Təqsirləndirilən şəxs əsəbi idi. Həmin gün X13ya zəng edərək, Zərərçəkmiş şəxs idman ayaqqabılarının evdə qaldığını bildirmişdir. Həmin vaxt idman ayaqqabılarını o aparmışdır. Zərərçəkmiş şəxs həmin gün məşqə getmək istəmirdi, Təqsirləndirilən şəxs sabah yarış olduğunu deyərək, təkidlə onun məşqə gəlməsini tələb etmişdi. Həmin gün saat 16:00-17:00 radələrində X13 ona zəng edərək, Zərərçəkmiş şəxs halının pis olduğunu və s. demişdir. Daha sonra ona zəng etdikdə, telefona Təqsirləndirilən şəxs cavab vermiş və Zərərçəkmiş şəxs yaxşı olduğunu, Aynurənin hadisələri şişirtdiyini bildirmişdir. Bir az keçdikdən sonra X13 Zərərçəkmiş şəxs qusduğunu bildirmişdir. Bundan sonra, o, Zərərçəkmiş şəxs travma aldığını anlamışdır. Zərərçəkmiş şəxs apardıqları xəstəxanaya çatanadək o, da həkimlərlə telefon vasitəsilə əlaqə saxlayaraq, məlumat alırdı. Həkimlər ona Zərərçəkmiş şəxs vəziyyətinin pis olduğunu bildirmişdilər. Xəstəxanaya çatdıqda, Zərərçəkmiş şəxs yanına girmiş və onun vəziyyətinin pis olduğunu görmüşdür. O, tibb işçisi olduğu üçün xəstəxanada Zərərçəkmiş şəxs yanına onu buraxmışdılar. O, içəri girdikdə həkimlər saturasiyanın aşağı düşüb-düşməməsi yoxlayırdılar. Eyni zamanda travma olduğu üçün onu tərpədə bilmirdilər və hərəkətsiz vəziyyətdə təcili tibbi yardım avtomobilini gözləyirdilər. Orada MRT (X6) aparatı olmadığı üçün təcili tibbi yardım avtomobili ilə başqa bir yerə aparıb daxili orqanlarına baxacaqdılar. Təcili tibbi yardım avtomobili gec gəlsə də, həkimlər orada mümkün olan lazımi müdaxilələri etmişdilər.Hətta həkim də, “belə uşaq döyülər?” deyə qışqıraraq sual verirdi. Təqsirləndirilən şəxs yalvararaq, Zərərçəkmiş şəxs məşq zamanı bu hala gəldiyini deməməsini bildirirdi. O, Zərərçəkmiş şəxs bədənində izlər görmüşdür. Hətta onun bədənində diş izləri da var idi. X13 həmin izləri, onunla oynayarkən qolunda saat izi yaratmaq üçün özünün etdiyini bildirmişdi. Zərərçəkmiş şəxs bədənindəki izləri əvvəlcə təpik izinə bənzətmişdir, daha sonra bu izlərin daha böyük olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs ilə Aynurə Məlikova arasında olan münasibətdən məlumatlı olmamışdır. Təqsirləndirilən şəxs X13dan qisas almaq məqsədi ilə bağlı, X8 Xəlilovla olan münasibətini sonlandırmaq istəməsi səbəbindən yarandığını öyrənmişdir. X8 Xəlilovla olan münasibətini sonlandırmaq istəməsinin hadisə baş verdiyi gün yaxud başqa tarixdə olmasını bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, hadisənin birbaşa şahidi olmamışdır. Hadisə baş verdiyi 29 aprel 2023-cü il tarixdə Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin 5-ci, 6-cı, və 7-ci sinif şagirdlərinə idman dərsini tədris edirdi. Hazırda da həmin məktəbin fiziki tərbiyə müəllimi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin zalında tələbələrə məşq etdirdiyini görməmişdir. Təqsirləndirilən şəxs cinayət törətməsi ilə bağlı videogörüntüləri sosial şəbəkələrdə görmüşdür. Videogörüntülərdən hadisənin onun dərs tədris etdiyi Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında baş verdiyi müəyyən olur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiqləyərək ifadəsində göstərdi ki, hadisənin birbaşa şahidi olmamışdır. Hadisə baş verdikdən sonra işlədiyi Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin direktoru ona zəng edərək, məktəbin idman zalında olan kameraların videogörüntülərini izləmək üçün polis əməkdaşlarına şərait yaratmağını bildirmişdir. O da direktorun göstərişini yerinə yetirmişdir. Videogörüntülərdə Təqsirləndirilən şəxs azyaşlı Zərərçəkmiş şəxs dəfələrlə fənd tətbiq etdiyi, Zərərçəkmiş şəxs bu fəndlərdən sonra halsız vəziyyətdə olması görünürdü. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, hadisə baş verdiyi 29 aprel 2023-cü il tarixdə o da Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında olmuşdur. Qardaşı Təqsirləndirilən şəxs hər zamankı kimi məşqini keçirdi. Tələbələri öyrətmək üçün bəzən onlarla sərt rəftar edirdi. Hadisələrin birbaşa şahidi olmamışdır, çünki məşq başladıqdan qısa müddət sonra idman zalını tərk etmişdir. Təqsirləndirilən şəxs spirtli içki qəbul etdiyini görmüş, lakin narkotik vasitə qəbul etməmişdir. Hadisə baş verdiyi gün Təqsirləndirilən şəxs vəziyyəti normal olmuşdur. Yəni, onun spirtli içki yaxud narkotik vasitə qəbul etməsi barədə şübhə yaradacaq hərəkətləri olmamışdır. Təqsirləndirilən şəxs son vaxtlar aqresiv idi. Aqresiv olmasının səbəbi onun turnirlər üçün çəki azaltması ilə bağlı idi. Təqsirləndirilən şəxs “yenə də kayfdasan?” deyə sual vermişdir. O da cavabında “şey çəkmişəm” demişdir. Həmin sualı onun içkili vəziyyətdə olub-olmamasını dəqiqləşdirmək üçün soruşmuşdur. Qeyd etdiyi bu dialoq Təqsirləndirilən şəxsla aralarında “Whatsapp” mobil tətbiqi vasitəsilə olmuşdur. Baş vermiş hadisənin səbəbi səhlənkarlıq olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə o, birlikdə müddətli həqiqi hərbi xidmətdə olmuşlar. Eyni zamanda onun övladı da Təqsirləndirilən şəxs tələbəsi olmuşdur. Aynurə Məlikovanı da övladını idman zalına apararkən orada görmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsindən məlumatsız olmuşdur. Onunla narkotik vasitə qəbul etməkdən çəkindirmək barədə olan məzmunda danışıqlar aparmışdır. Lakin, onun narkotik vasitə qəbul etməsindən məlumatı olmamışdır. Belə ki, onların münasibəti yaxşı olduğu üçün aralarında hədsiz zarafatlar edirdilər. Təqsirləndirilən şəxs ona narkotik vasitə qəbul etdiyini və s. yazmasını ciddi qəbul etməmiş və ona inanmamışdır. Lakin, onun spirtli içki qəbul etdiyini bilirdi. Şahid14 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımaqla münasibətləri hər zaman yaxşı olmuş, o, özü də sambo idman növü ilə məşğul olmuş, həmin ərəfələrdə də Mehmanla tanış olmuş, 2015-2016-cı il tarixlərdə hərbi xidmətini də Mehmanla bir yerdə keçirmiş, əsgərlikdə olarkən Mehmanla münasibətləri daha da yaxın olmuş, əsgərlikdən qayıtdıqdan sonra da bu münasibəti davam etdirmiş, o, zədələndiyi üçün idmanla məşğul ola bilməmiş, Mehman isə idmanına davam edərək müxtəlif nəaliyyətlər qazanmış, Mehman H.Z.Tağıyev qəsəbəsində 19 nömrəli orta məktəbin idman zalında uşaqlara sambo idman növü üzrə təlim keçmiş, sonuncu dəfə təxminən 5 ay bundan əvvəl Mehmanla söhbətləşən zaman Mehman ona hər şeydən bezdiyini, yorulduğunu bildirmiş, o, özü ibadət əhli olduğundan Mehmana da Allaha sığınmağını təklif etmiş, lakin Mehman onun sözlərinə məhəl qoymamış, həmin ərəfələrdə Mehmanın danışıq tərzində, hərəkətlərində qəribəlik hiss etməyə başlamış və onun narkotik istifadə etməyinə dair şübhələri yaranmış, buna görə də Mehmanla dəfələrlə söhbət edərək narkotik vasitələrdən uzaq durmasını söyləmiş, belə ki, Mehman yarışlarda iştirak etdiyindən, yarış ərəfələrində normal olsa da, yarış olmayan ərəfələrdə özünü qəribə aparmış, sonuncu dəfə İsrail dövlətində keçirilən yarışdan qayıtdığı gün Mehmanı bağına dəvət edərək söhbətləşmiş, söhbət əsanasında Mehmana ibadət etməyi təklif edərək, narkotik vasitələrdən uzaqlaşmağını söyləmiş, Mehman ona narkotik vasitələrdən uzaqlaşacağına dair söz vermiş, təxminən hadisədən 2-3 gün əvvəl o, Mehmanın “Whatsapp” statusuna rəy bildirmiş, Mehman ona cavab olaraq səs göndərən zaman, Mehmanın səsində qəribəlik hiss etmiş və ondan yenə narkotik vasitə qəbul edib- etməməsini soruşmuş, Mehman ona “methadon” və “qara” adlanan heroin qəbul etdiyini və hər ikisini qarışdırdığını buna görə də halının pis olduğunu söyləmiş, o, Mehmana əsəbiləşərək söhbəti sonlandırmışdır.Daha sonra Şahid14 ifadəsində göstərmişdir ki, o öz oğlu Uğuru 2-3 məşq Təqsirləndirilən şəxs yanma aparmış, oğlunu aparan zaman o, özü də məşqdə iştirak etdiyindən Zərərçəkmiş şəxs orada görmüş, Zərərçəkmiş şəxs məşqdə olan zaman dəfələrlə Təqsirləndirilən şəxs məşqə gəlmək istəmədiyini, cüdoçu olmaq istəmədiyini bildirmiş, Təqsirləndirilən şəxs isə onu məşqdə iştirak etməyə məcbur edərək, cüdoçu olacağını bildirmiş, o, özü Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsini görməsə də, dəfələrlə hərəkətlərində qəribəlik hiss etmiş və buna görə Mehmandan narkotik vasitə qəbul edibetməməsini soruşmuş, Mehman özü isə ona narkotik vasitələrdən istifadə etdiyini bildirmişdir. (Cild 2, iş vərəqləri 6-9) Məhkəmə hesab edir ki, Şahid14 ibtidai istintaq zamanı verdiyi ifadəsi işin hallarına uyğun olana daha mötəbər sübut kimi qəbul olunmalıdır. Məhkəmədə şahid qismində ifadə vermələri təklif olunan azyaşlı Şahid13 və Şahid12 psixoloji stres və qorxu keçirdiklərindən üçün ifadə vermək istəmədiklərini və onların istintaq zamanı verdikləri ifadələrin elan olunmasını xahiş etmişlər. Təqsirləndirilən şəxs və müdafiəçisi hadisənin videogörüntülərinin olmasını əsas gətirməklə azyaşlı şahidlərin məhkəmədə dindirilmələrinə zərurət olmadığını və ifadələrin elan olunmasının kifayət etməsini bildirmişlər, digər proses iştirakçıları da buna etiraz etməmişdir. Azyaşlı Şahid13 məhkəməyədək icraat zamanı verdiyi, məhkəmədə elan olunaraq tədqiq olunan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qardaşı olmaqla münasibətləri hər zaman yaxşı olmuş, o və qardaşı Təqsirləndirilən şəxs yanına 19 nömrəli tam orta məktəbin idman zalında sambo məşqinə getmiş, Təqsirləndirilən şəxs hər zaman onlarla yaxşı rəftar etmiş, lakin xx.xx.2023-cü il tarixdə məşqə gedən zaman Mehman onlarla, özəlliklə də qardaşı Fəridlə pis rəftar etməyə başlamış, belə ki, həmin gün məşqə gələn zaman evdə olarkən qardaşı anasına məşqə getmək istəmədiyini bildirərək ağlamağa başlamış, anası da Mehmana zəng vuraraq Fəridin məşqə gəlmək istəmədiyini bildirmiş, lakin Mehman anası ilə danışdıqdan sonra anası onları məşqə aparmış, məşqə çatdıqda həmin gün qaçış günləri olduğundan onlar çölə çıxıb qaçmalı olmuş, lakin Fərid və onun ayaqqabıları olmadığından Mehman onlara əsəbiləşmiş və analarına onlara ayaqqabı gətirməsini söyləmiş, anası onlara ayaqqabı gətirdikdən sonra onlar qaçmağa başlamış, qaçıb gəldikdən sonra zalda idman eləməyə davam etmiş, onlar zala daxil olan kimi Mehman qardaşı Fəridi qaldıraraq başının üzərindən yerə çırpmış, ardınca daha bir neçə dəfə həmin hərəkəti təkrarlamağa başlamış, sonra dayanıb əsəbi şəkildə qardaşı Fəriddən nə üçün məşqə gəlmək istəmədiyini soruşmuş, Fərid isə qorxusundan Mehmana yalandan məşqə gəlmək istədiyini söyləmiş, lakin buna baxmayaraq Mehman yenə qardaşını qaldırıb yerə çırpmağa davam etmiş, ilk vaxtlar qardaşı yerə çırpıldıqdan sonra ayağa dura bilsə də, bir qədər sonra ayağa dura bilməmiş, Mehman isə qardaşını saçından ardınca da qulaqlarından tutaraq göyə qaldırıb ayağa durmasını söyləmiş, qardaşı Fərid isə ayağa dura bilməmiş, dursa belə müvazinətini saxlaya bilməyərək yenidən yıxılmış, məşqin sonuna kimi Mehman müəllim Fəridlə həmin qaydada rəftar etmiş, məşqin sonuna yaxın anası gəlmiş və qardaşının halsız vəziyyətdə yerdə yatdığını görüb, qardaşını və onu götürüb evə gəlmiş, onlarla birlikdə Mehman müəllim də evə gəlmiş, evdə olarkən qardaşı Fərid qusmağa başlamış və anası ilə Mehman müəllim qardaşını xəstəxanaya aparmışdır. Daha sonra Şahid13 ifadəsində göstərmişdir ki, o və qardaşından başqa məşqdə Fəqan, Uğur, 2 nəfər Rəsul, Əsəd, Hacı, 2 nəfər Hüseyn, İbrahim və Həsən adlı şəxslər də iştirak etmiş, Təqsirləndirilən şəxs yalnız onunla və Fəridlə sərt rəftar etirmiş, lakin ən sərt Fəridlə rəftar etmiş, hətta xx.xx.2023-cü il tarixdə məşq edən zaman onları tullanmaq üçün istifadə olunan iplə də vurmuş, Təqsirləndirilən şəxs qardaşını dayanmadan yerə çırpan zaman qardaşı Fərid yalnız ağlamış hər hansı bir söz deməmiş, yalnız bir dəfə Təqsirləndirilən şəxs ondan nə üçün məşqə gəlmək istəmədiyini soruşanda qorxusundan qardaşı elə bir şey olmadığını məşqə gəlmək istədiyini bildirmişdir. (Cild 1, iş vərəqləri 155-158) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadələri elan olunaraq tədqiq olunan Şahid7, Şahid4, Şahid5, Şahid6, Şahid12 və Şahid3 Şahid13 ilə oxşar məzmunlu ifadələr verərək onun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. (Cild 1, iş vərəqləri 175- 178,184-187, 194-197, 203-206, 219-222, 227-230) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma bibisi oğlu olmaqla münasibətləri hər zaman yaxşı olmuş, Mehman sambo idman növü üzrə dəfələrlə istər yerli istərsə də beynəlxalq yarışlarda uğurlar əldə etmiş, bu nəaliyyətlərinə görə Mehmana idman ustası dərəcəsi verilmiş, o, H.Z.Tağıyev qəsəbəsində yerləşən 19 nömrəli orta məktəbin idman zalında “sambo” idman növü üzrə uşaqlara təlim keçmiş, Mehman fiziki cəhətdən güclü olsa da, xarakter cəhətdən nisbətən zəif olmuş, belə ki, yarışlarda ona haqsızlıq olduqda, Mehman bundan soyuyaraq artıq idmanla məşğul olmaq istəmədiyini bildirmiş, hadisədən təxminən 1 ay əvvəl Mehman spirtli içki içməyə, həmçinin narkotik vasitələrdən istifadə etməyə başlamış, tarixini dəqiq xatırlamasa da bir dəfə o, özü də Mehmanla onların məhəlləsində marixuana çəkmiş, onun özünə də narkotik vasitə lazım olduqda Mehmanla əlaqə saxlayaraq ona bu barədə bildirmiş, Mehman da öz növbəsində kimdənsə narkotik vasitəni əldə edib istifadə üçün ona vermiş, sonuncu dəfə 28 apreldən 29 aprelə keçən gecə Mehmanla “whatsapp” vasitəsilə əlaqə saxlayaraq narkotik vasitə istəmiş, Mehman da ona marixuana tapıb gətirmiş, lakin Mehman həmin gün yorğun olduğundan onlarla birgə qalmayaraq evinə getmək istədiyini bildirmiş, o, isə Mehmana gətirdiyi marixuanadan təklif edərək, yuxusunu qaçırmağı söyləmiş, Mehman isə ondan “metanfetamin” istəmiş, o, da Mehmana “metanfetamin” olmadığını yalnız onlara gətirdiyi marixuanadan verə biləcəyini söyləmiş, lakin Mehman marixuananı ona verdikdən sonra çıxıb getdmişdir.Daha sonra Şahid9 ifadəsində göstərmişdir ki, sonuncu dəfə o Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə görmüş, Mehmana marixuana təklif etsə də Mehman razılaşmayaraq çıxıb getmiş, bundan sonra Mehmanın harada və nə vaxt narkotik vasitə qəbul etməsini bilməmiş, o, bildiyi qədərilə Təqsirləndirilən şəxs təxminən 1-2 aydır ki, narkotik vasitə qəbul etmişdir. (Cild 2, iş vərəqləri 49-51) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımaqla münasibətləri hər zaman normal olmuş, Mehman sambo idman növü üzrə dəfələrlə istər yerli istərsə də beynəlxalq yarışlarda uğurlar əldə etmiş, bu nəaliyyətlərinə görə ona idman ustası dərəcəsi verilmiş, Mehman H.Z.Tağıyev qəsəbəsində yerləşən 19 nömrəli orta məktəbin idman zalında “sambo” idman növü üzrə uşaqlara təlim keçmiş, Mehman fiziki cəhətdən güclü olsa da, xarakter cəhətdən nisbətən zəif olmuş, belə ki, yarışlarda ona haqsızlıq olduqda, Mehman bundan soyuyaraq artıq idmanla məşğul olmaq istəmədiyini bildirmiş, hadisədən təxminən 1 ay əvvəl Mehmanın spirtli içki içməyə, həmçinin narkotik vasitələrdən istifadə etməyə başlamış, tarixini dəqiq xatırlamasa da bir neçə dəfə o, özü də Mehmanla onların məhəlləsində və evlərinin həyətində marixuana çəkmiş, Mehmana hər zaman marixuana lazım olduqda onunla ələqə saxlamış, o da adını bilmədiyi “baba” kimi tanıdığı İran İslam Respublikasının vətəndaşından “whatsapp”-da atdığı koordinata gedərək narkotik vasitə əldə etmiş, bir neçə dəfə Mehmanın xalası oğlu kimi tanıdığı Rauf adlı şəxsə də Mehmanın sifarişi ilə marixuana aparmış, sonuncu dəfə 28 apreldən 29 aprelə keçən gecə Mehman “whatsapp” vasitəsilə əlaqə saxlayaraq ondan narkotik vasitə istəmiş, lakin həmin gün o, toyda olduğundan Mehmanla görüşə bilməmişdir. xx.xx.2023cü il tarixdə təxminən saat 14-15 radələrində Mehman ona zəng vuraraq hal-hazırda məşqdə olduğunu və narkotik vasitəyə ehtiyacı olduğunu bildirərək ondan marixuana istəmiş, o, Mehmana iranlı “baba” adlı şəxslə danışıb ona xəbər edəcəyini söyləmiş, bir qədər keçdikdən sonra Mehman ona daha bir neçə dəfə zəng vurub marixuananı əldə edib-etmədiyini soruşmuş, o, isə Mehmana hələki əldə edə bilmədiyini, əldə edən kimi yanına gələcəyini söyləmiş və avtomobilinin şüşələri xarab olduğundan ustaya getmiş, təxminən saat 18 radələrində Mehman ona zəng vuraraq həyəcanlı səslə təcili məhəllədəki bərbərxanaya gəlməyini söyləmiş, o, avtomobili ustadan götürüb Mehmanın dediyi yerə gəlmiş, bərbərxananın qarşısına gəldikdə Mehmanı qucağında bir uşaqla və yanında da uşağın anası ilə dayanmış vəziyyətdə görmüş, Mehman ona uşağın halının pis olduğunu və təcili xəstəxanaya getməli olduqlarını söyləmiş, onlar avtomobilinə əyləşdikdən sonra ilk öncə qəsəbədəki uşaq poliklinikasına getmiş, lakin ora bağlı olduğundan, uşağın anası avtomobili Sumqayıt şəhərinə sürməyini bildirmiş, bundan sonra onlar Sumqayıt şəhər uşaq xəstəxanasına gəlmiş, o, avtomobildə gözləmiş, Mehman və uşağın anası uşağı xəstəxanaya aparmış, bir neçə dəqiqə sonra Mehman geri gələrək avtomobilə əyləşmiş və onlar qəsəbəyə qayıtmış, onlar yenidən bərbərxananın qarşısına gəldikdə Mehman orada qalmış çantasını götürərək avtomobili yaxınlıqdakı “Xəzər” kafesinə sürməyini söyləmiş, onlar “Xəzər” kafesinə gəldikdə Mehmanın qardaşı Billuri də orada olmuş, bu zaman Mehmanın telefonuna uşağın anasından zəng gəlmiş və uşağın öldüyü söylənmiş, Mehman bu xəbəri eşitdikdə özü-özünə “mən neylədim, mən neylədim, camaatın uşağını bədbəxt elədim” deyə söylənməyə başlamış, ardınca hər üçü yenidən xəstəxanaya qayıtmış, yolda olarkən Mehman ona uşağın Mehmanı əsəbiləşdirdiyini və buna görə də uşağa bərk şəkildə “brasok” atdığını demiş, onlar xəstəxanaya çatdıqda Mehman və Billuri avtomobildə gözləmiş, o, isə avtomobildən düşərək xəstəxanaya daxil olmuş, xəstəxanada uşağın öldüyünü və anasının ağladığını görüb yenidən avtomobilə qayıtmışdır. Daha sonra Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən hadisədən 1 ay əvvəl narkotik vasitələrdən istifadə etməyə başlamış, bildiyi qədərilə Mehman ancaq marixuanadan istifadə etmiş, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs təxminən saat 14-15 radələrində ona zəng vuraraq ondan marixuana tapmağını istəmiş, lakin o, Mehmana həmin gün marixuana verməmiş, ondan başqa kimdənsə narkotik vasitə tapıb istifadə etməsindən xəbəri olmamışdır. (Cild 2, iş vərəqləri 70-73) Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş, məhkəmədə ifadəsi elan olunaraq tədqiq olunan Şahid1 ifadəsində göstərmişdir ki, o, 2015-ci il tarixdən halhazıradək “Təhsil” Respublika İdman Mərkəzinin “Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Publik Hüquqi Şəxsin direktoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs tanımaqla münasibətləri hər zaman normal olmuş, Təqsirləndirilən şəxs 2022-ci ilin xx.xx.2022-ci il tarixdən “Təhsil” Respublika İdman Mərkəzinin “Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Publik Hüquqi Şəxsin sambo bölməsində məşqçimüəllim vəzifəsində işə qəbul edilmiş, işə qəbul olunduğu vaxtdan Təqsirləndirilən şəxs dərs bölgüsünə əsasən həftənin 2-4-6-cı günləri saat 15:30-dan 17-yə kimi H.Z.Tağıyev qəsəbəsində yerləşən 19 nömrəli tam orta məktəbin idman zalında tədris keçmiş, Təqsirləndirilən şəxs işə qəbul olunan vaxt sağlamlıq müayinəsindən keçməklə arayış təqdim etmiş, Təqsirləndirilən şəxs müəllim işlədiyi dövrdə onunla bağlı hər hansı bir şikayət daxil olmamışdır. Daha sonra Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Publik Hüquqi Şəxsi “Təhsil” Respublika İdman Mərkəzinin qurumu olmaqla Elm və Təhsil Nazirliyinin tabeçiliyində fəaliyyət göstərir, onların özlərinin Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində idman bazası olsa da, idmançı-şagirdlərin sayı çox olduğundan həmin bazaya yerləşmədiyi üçün, həmçinin idman coğrafiyasını genişləndirmək yəni, şəhərin müxtəlif bölgələrində fəaliyyət göstərmək üçün qurumları adından “Təhsil” Respublika İdman Mərkəzinə müraciət edərək, onlara tədris üçün şərait yaradılmasını xahiş etmiş, “Təhsil” Respublika İdman Mərkəzi də öz növbəsində bu barədə Elm və Təhsil Nazirliyinə müraciət etmiş, Nazirlik də Sumqayıt Regional Təhsil şöbəsinə məktəblərdə dərslərdən sonra məşqlərinin keçirilməsinə şərait yaradılması ilə bağlı göstəriş vermiş, bundan sonra onlara ayrılmış məktəblərdə tədris keçməsi üçün müəllimlərinin cədvəli müəyyənləşdirilmiş, müəllimləri həmin cədvəllərdə göstərilən tarixlərdə və məktəblərdə tədrislərini keçmiş, tələbələr onların məktəbinə müraciət etdikdən sonra onlardan sağlamlıq haqqında arayış təqdim etmələri tələb olunmuş, arayış təqdim olunduqdan sonra tələbələrdən ilkin normativlər götürülməklə, həmin normativlərdən asılı olaraq tələbələr onların məktəbinə qəbul olunmuş, Zərərçəkmiş şəxs Revas oğlu rəsmi qaydada Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Publik Hüquqi şəxsdə tədrisə cəlb olunmamış, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs öz təşəbbüsü ilə onlardan xəbərsiz tədrisə cəlb olunmuş, belə ki, onların əsasnaməsinə görə sambo idman növü üzrə tələbə qəbulu 10 yaşdan həyata keçirilsə də, Zərərçəkmiş şəxs 7 yaşı olmuş, belə olan halda Zərərçəkmiş şəxs onların məktəbində sambo idman növü üzrə tədrisə cəlb olunması mümkün olmamışdır(Cild 1, iş vərəqləri 74- 78) Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli protokolundan görünür ki, baxış keçirilən yer Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən 19 nömrəli orta məktəbin idman zalıdır. Bina iki mərtəbəli olmaqla, əsas girişi kürsülüdür, içəri daxil olaraq pilləkənlə qalxdıqda sağ tərəfdə koridorun sonunda idman zalıdır. İdman zalına daxil olduqda zalın döşəməsində iki ədəd tatami döşəyi vardır. Döşəklər şərti olaraq 1 və 2 olaraq işarələnib fotoşəkili çəkildi. Şərti olaraq işarələnmiş 1 nömrəli döşək eni 3,5 metr, uzunluğu 3,5 metr, qalınlığı 5 sm ölçüdə olub sarı rənglidir, ortasında qırmızı rəngli çevrə çəkilmişdir. Şərti olaraq işarələnmiş 2 nömrəli döşək eni 2,5 metr , uzunluğu 2,5metr, qalınlığı 5 sm ölçüdə olub göy rənglidir, ortasında və kənarında olmaqla iki ədəd qırmızı rəngli çevrə çəkilmiş, üzərində sarı rənglə “ERFANSPORT”, qırmızı rəngli “UNİTED WORLD WRESTLİNG” sözləri yazılmışdır. Hər iki döşəyin üzərində qanabənzər ləkələr, ağız seliyi qalığı və sübut əhəmiyyətinə malik digər izlər aşkar edilməmişdir. Otağın bir tərəfi iki mərtəbəli plastik pəncərələrdir, ətrafdan yaxşı işıqlandırılır, otaqda süni işıqlandırma vardır. Giriş qapısının üstündə dəmir barmaqlığın içərisində kamera quraşdırılmışdır. Həmin protokola əlavə edilmiş diskdəki videogörüntülərə məhkəmədə təqsirləndirilən şəxsin və digər proses iştirakçılarının iştirakı ilə baxılarkən müəyyən edildi ki, Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri 19 nömrəli tam orta məktəbin idman zalında “cüdo” idman növü üzrə təlim keçən zaman şagirdi, Zərərçəkmiş şəxs Revas oğlunu idman fəndi kimi görünsə də, açıq-aşkar qəddar şəkildə və rəhmsizliklə dəfələrlə öz boyu hündürlükdən yerə çırpmış, Zərərçəkmiş şəxs zərbələrin təsirindən huşsuz vəziyyətdə yerdə uzanmış, Təqsirləndirilən şəxs buna məhəl qoymadan Zərərçəkmiş şəxs saçından, daha sonra qulaqlarından tutaraq ayağa qaldırıb yenidən çoxsaylı zərbələr yetirmiş və zərbələrin təsirindən tam hərəkətsiz vəziyyətdə olduğunu gördükdən sonra Zərərçəkmiş şəxs anası X3 zala çağırmış daha sonra hamısı zalı tərk etmişdir. (Cild 1, iş vərəqləri 5-9) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “meyitə baxış keçirilməsi haqqında” 29 aprel 2023-cü il tarixli protokolundan görünür ki, Təşrih masası üzərində kişi cinsli uşaq meyiti uzadılmışdır. Meyitin əynində müxtəlif rəng çalarlı tuman, bir cüt boz rəngli corab vardır. Meyit düzgün bədən quruluşlu olub, kafi qidalıdır, boyu 118 sm-dir. Meyit qacıması üz-çənə və yuxarı ətraf əzələlərində zəif, digər qrup əzələlərində inkişaf etməmişdir. Meyit ləkəsi bədənin arxa və yan səthini əhatə etməklə solğun göyümtül-bənövşəyi rəngdə olub, barmaqla təzyiq etdikdə rəngi avazıyır və 30 saniyə sonra əvvəlki rəngini bərpa edir. Baş tükləri (saçları) qaradır. Uzunluğu 2-5 sm-ə qədərdir. Gözləri qapalı vəziyyətdədir, bəbəklər bərabər genəlmişdir, diametri 0,5 sm-dir, qüzehli qişa qəhvəyi rəngdədir. Ağlı qişa qansızmalıdır. Burun sümüklərində patoloji hərəkətlilik qeyd olunmur. Üz-skelet sümüklərini əllədikdə keçəcəklərində və burun dəlikləri sərbəst keçirici olub, ifrazat yoxdur. Boynu bədənə müvafiqdir, hərəkətlidir. Döş qəfəsi silindrikdir, simmetrikdir. Qarın döş qəfəsi səviyyəsindədir, əllədikdə yumşaqdır. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Xəstəlik və zədə əlamətləri yoxdur. Arxa dəlik ətrafı təmiz və zədəsizdir. Meyitin üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol bazunun yuxarı 1/3-nin bayır səthində 9,6x4,8 sm ölçüdə, sağ bazunun yuxarı 1/3-nin bayır səthində 10,4x5,3 sm ölçüdə, sol qulaq seyvanını bütünlüklə əhatə edən, sağ qulaq seyvanının bütünlüklə əhatə edən göyümtül-bənövşəyi rəngli qançırlar vardır. Sol budun orta 1/3-nin ön səthində iki ədəd 3,lx0,4sm və 2,9x0,4 sm Ölçüdə bir-birinə paralel, sağ budun orta 1/3-nin ön səthində 3,8x0,3sm və 3,6x0,3sm ölçüdə, eyni xarakterli çirkli sarımtıl-yaşıl rəngli qançırlar vardır. Meyitin bədəni üzərində digər xəsarət və ya xəsarət izi aşkar edilmədi. (Cild 1, iş vərəqləri 10-14) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “WhatsApp Messenger backup.files” adlı qovluğa daxil olduqda “1” və “images” adlı 2 ədəd qovluq yerləşir. “1” adlı qovluğa daxil olduqda orada “Audios”, “Documents”, “images”, “Other files” və “Videos” adlı 5 ədəd qovluq görsənir. “Audios” qovluğuna daxil olduqda orada 6561 ədəd səs faylı mövcuddur. Həmin səs yazılarından “PTT-20230112-WA0019.opus” adlı faylda Təqsirləndirilən şəxs bildirir ki “ yetim, mənim pulum-param yoxdur da, götürürsüz 3 dənə götürün, götürmürsüz 2 dənə belə. Bir də ki, xəbərin var da yetim 50 manatdı, sən öl yetim”. “PTT-20230112- WA0021.opus” adlı səs yazısında Təqsirləndirilən şəxs bildirir ki, “ gij****, yatmaq vaxtıdı?, S**** sənin var yoxuvu, dur ayağa G** balası, g**”, “PTT-20230405- WA0052.opus”, “PTT-20230405- WA0053.opus” və “PTT -20230405- WA0054.opus” adlı fayllardan, “PTT-20230405- WA0010.opus” adlı fayldan ardıcıllıqla “PTT-20230405-WA0027.opus” adlı fayla qədər, “PTT-20230406-WA01 lO.opus” adlı fayldan ardıcıllıqla “PTT-20230407-WA0011 .opus” faylma qədər olan səs yazılarından görünür ki, Təqsirləndirilən şəxs ilə Aynur Məlikova arasında yaxın münasibət vardır. “PTT-20230405-WA0078.opus” Təqsirləndirilən şəxs bildirir ki, “ Alınmır da yetim, özünçün-özünçün eliyirsən, gedib orda da özünçün güləşirsən, admam ağzını cırırlar. Alınmır da Özünçün yetim. Nə bilim e yetim, nə çempion, getdi eee mənimçün yarış, eşşək kimi kayf eliyirəm, mən yarış uda bilərəm, yetim? Hər gün kayfdayam”. Qalan səslərdə iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilmədi. “İmages” adlı qovluğa daxil olduqda 1062 ədəd şəkil aşkar edildi. Şəkillər arasında “Lili” adlı “WhatsApp” istifadəçisinin statusundan çəkilmiş 4 ədəd ekran görün tüsünə rast gəlindi. 1-ci şəkildə statusda çəhrayı rəngli psixotrop maddə olan ekstaziyə bənzər həb şəkili paylaşılmış və üzərində “EKİ 1 ədəd 50 AZN” yazılmış, 2- ci şəkildə həb şəkili paylaşılaraq üzərində “ Progabalin 300 pgn, 120 AZN 1 list, 60 AZN yarım list” yazılmış, 3-cü şəkildə kokainə bənzər maddə şəkili paylaşılaraq üzərində “cocaine 1 gr 500 AZN” yazılmış və 4-cü şəkildə həb şəkili paylaşılaraq “Europa maybak 1 ədəd 50 azn” yazılmışdır. Başqa bir şəkildə Daha bir şəkildə ACF- nin 11-15 yaşlı oğlan və qızları zədələrdən qorumaq üçün keçirilən yarışlarda tətbiq etdiyi qaydalar qeyd olunmuşdur. Növbəti şəkildə öz “WhatsApp” statusunda Aynur Məlikovanın şəkilini paylaşaraq ad günü təbriki yazması öz əksini tapmışdır. “Calls” adlı PDF faylma daxil olduqda isə görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə Aynur Məlikovanın istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə xx.xx.2023-cü il tarixdə, saat 08:16-da 12 dəqiqə 07 saniyə, saat 08:37-də 06 dəqiqə 46 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 03:49-da 16 saniyə, saat 09:37-də 05 dəqiqə 35 saniyə, saat 09:51 -də 02 dəqiqə 13 saniyə, saat ll:54də 04 dəqiqə 28 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 08:53-də 42 saniyə, saat 20:12-də 01 saat 19 dəqiqə 10 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 03:50-də 25 saniyə, saat 04:47də 01 dəqiqə 34 saniyə, saat 14:48-də 5 dəqiqə, saat 15:55-də 01 saat 08 dəqiqə 49 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 03:04- də 58 saniyə, saat 03:31-də 01 dəqiqə 08 saniyə, saat 03:52-də 48 saniyə, saat 07:03-də 21 dəqiqə 40 saniyə, saat 07:44-də 05 dəqiqə 13 saniyə, saat 09:17-də 56 saniyə, saat 14:29-da 02 dəqiqə 34 saniyə, xx.xx.2023-cü il tarixdə saat 10:53-də 02 dəqiqə 36 saniyə, saat 10:56-da 40 saniyə, xx.xx.2023-cü il tarixdə saat 19:04-də 06 dəqiqə 36 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 10:37-də 19 dəqiqə 32 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 16:45-də 13 dəqiqə 14 saniyə, xx.xx.2023-cü il tarixdə, saat 06:35-də 07 dəqiqə 18 saniyə, saat 09:32-də 01 dəqiqə 36 saniyə, saat 16:18-də 07 dəqiqə 04 saniyə, saat 17:28-də 11 dəqiqə 47 saniyə, saat 17:50-də 02 dəqiqə 38 saniyə, saat 17:53-də 04 dəqiqə 42 saniyə, xx.xx.2023-cü il tarixdə saat 08:57-də 06 dəqiqə 34 saniyə, saat 09:12-də 09 dəqiqə 46 saniyə, saat 09:23-də 17 dəqiqə 42 saniyə, saat 09:42-də 13 dəqiqə 40 saniyə, saat 20:57-də 51 saniyə “WhatsApp” proqramı vasitəsilə telefon danışıqları aparılmışdır. Hadisə günü, yəni xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə hər hansı bir mobil nömrənin “WhatsApp” proqramı vasitəsilə telefon danışığına rast gəlinmədi. “Messages” adlı PDF faylına daxil olduqda Təqsirləndirilən şəxs “WhatsApp” proqramı vasitəsilə müxtəlif şəxslərlə 23463 ədəd mesajlarının olması aşkar edilmişdir. Həmin mesajlara nəzər saldıqda görünür ki, Aynur Məlikovaya məxsus 055-348-85- 57 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrə ilə aşağıdakı mətndə yazışmalar aparılmışdır: xx.xx.2023- cü il tarixdə Aynur: Sevgi falan yazmısan? Mehman: mətnsiz səs yazısı göndərilmişdir. Aynur: Yazmamısansa, kim soruşsa de ki, dostuq. Gözəl münasibətimiz var. Mehman: Hə, yazmışam ki, səni sevirəm. Mehman: Sən mənimçün çox dəyərlisən. Aynur: Sən canı status qoyma. Mehman: Qoymuram. Belə də ki, qoyanda nolacaq ki, kimnən çəkinirik ki? Aynur: Yat, şərə salma. Hamıdan. Mehman: Mən heç kimdən çəkinmirəm. Belə də, sevgi azaddır. Aynur: Anan səni də məni də cıranda deyəcəm. Mehman: Elə bir şey ola bilməz. Ağlıva da gətirmə, heç vaxt ola bilməz elə şey. Mehman: Sənə çox bağlanmışam mən. Məni qırma özündən heç vaxt. Sənə hər tərəfli ehtiyacım var. Yanımda ol. Sənə qarşı olan hislərim saf və təmizdi. Mən səndə ilişib qalmışam. Sənsiz özümü təsəvvür edə bilmirəm. Sənə çox bağlıyam mən. Aynur: Dəlisən? Mehman: Yox. Aynur: Sənə dedim axı bağlanma, sevmə. Mehman: Mən sənə bağlanmışam. Sən də mənə bağlanmısan. Sadəcə demirsən. Aynur: yenə? Mehman: Çıxaq, yat sən də. Səhər tez duracağıq. Aynur: Yarışa kimi heçnə demirəm sənə. xx.xx.2023-cü il tarixdə. Mehman: Neyniyirsən? Nə iş görürsən? Aynur: Dərsə gedirik. 19 tərəfə. Mehman: Hə, sağ-salamat. Aynur: Sən neyniyirsən? Mehman: Heçnə. Mən də yoldayam gəlirəm. Aynur: Əlin necə oldu? Mehman: Ağrıyır da. 1 gün iynə vurduracam. Aynur: Hə, ok yazıları vardır. Daha sonra, xx.xx.2023- cü il tarixdə, Aynur: nolub sənə bu gün? Uzağı yarışa gedib yumruq yeyənə kimi, beyin format olur sonra təzədən başlayır o hiss. Mehman: səs yazıları göndərilir. Aynur: iqruşkayam? Məcbur saxliyassan?. Mən buna qız bəyənirəm, uje həri falan getmişəm, bu deyir sevirəm, sevgim artır. Mehman: getdin salona? Neyniy irsən ürəyim? Lazer elətdirirsən, yoxsa gözlüyürsən? Aynur: Hələ gözləyirəm. Adam çox idi. Mehman: Mən də çıxıram evdən, gedirəm məşqə. Ordan çıxanda mənimlə əlaqə saxla. Aynur: baş üstə. Mehman: neyniyirsən ürəyim, qurtarmadı lazer? Aynur: yanıram. Mehman: Mən söndürəcəm səni axşam. Aynur: Buna bax tatunun üstünə vurdum. Mehman: ora niyə vurdun, şişib ee Aynur nə bilim dedim yoxluyum da, ərindim epilyator vurmağa. Mehman: Qurtarıram mən də məşqi, 20 dəqiqəyə Mehman: səs yazıları göndərilir. Aynur: Pramoy otele yox ama. Çünki bura gələn taksilərin çoxu nasosnu uşaqlarıdı. Aynur: atdım ki, gözün açılsın ( erotik şəkillər atır). Pozuram da səni. Pis yola çəkirəm. Poçta gəlim? Mən pəncərə tərəfdə oturaram, palit eləməzsən oturub gedərik, adam yığsa da yığsın. Hazırlaşım çıxım yavaş-yavaş. Mətnli yazışmalar vardır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə Mehman: ay bala necəsən? Aynur: Salam dərsə aid nəsə olsa yaz ancaq, uşaqlarla bağlı. Mehman: Ay da başladın yenə? Aynur: Bitirdim. Sağol. Mehman: Sən niyə belə edirsən ki? Aynur: Belə lazımdı. Mehman: belə lazım deyil də. Sən uşaqlıq eliyirsən. Aynur: Peşmanam həqiqətən səni tanımağa. Mehman: Ay da sən dəlisən. Neylədim e sənə? Aynur: sağol. Mehman: Bu nə hərəkətdi edirsən? Aynur: Uşağa görə nəsə lazım olsa yığ ancaq. Mehman: mən sənin özü və görə yığacam. Aynur: Bloka atmayım da. Mehman: səs yazıları göndərilir. Aynur: Guya indi bombasan da ağzıma verib, məndən iyrənir. Nəysə yadıma salma əsəb oluram. Özün bilərsən iyrəncəm get təmizin tap. Bir də yazma yığma. Nömrəni də sil. Həqiqətən səndən gələn sms xoş deyil. Mehman: səs yazıları göndərilir. Aynur: Sağol. Xudafız. Mehman: Aynur yaxşı daa. Eləmə də belə. Aynur: Uşaqlara, dərsə görə lazım olsa yığ. Müəllim kimi hörmətim var, uşaqlarıma yaxşı müəllimsən. Nəsə belə görürəm ən yaxşısı blokdu. Mehman: bloka niyə atırsan e? Uşaqlıq eləmə də. bloka atma məni. Aynur: özün yaz, mən daha cavab verən deyiləm. Sənlə sadəcə çarəsiz uşaqlara görə üz-üzə gəlmək məcburiyyətindəyəm. Müvəqqəti. Mehman: Ay da məcburiyyətdən niyə ki? Aynur: Məcburiyyətdi mənə görə. Bloka atıram. Mənə yazma. Mehman: atma bloka, yazmaram yaxşı. Aynur: Balalarımın canına and olsun ki, xoş deyil. Özümü sayəndə başqa cür hiss eliyirəm,uşaqlar bu ay gəlsin, gələn aydan çıxacaqlar. Mehman: bu nə söhbətdi ee edirsən sən? Uşaqları niyə qatırsan ki bura? Ay bala telefonu aç daa mətnli yazışmalar qeydə alınmışdır. Növbəti günlərdə Aynur və Mehman arasında iş üzrə əhəmiyyət kəsb edən hər hansı bir yazışma qeydə alınmamışdır. Bundan əlavə, xx.xx.2023-ci il tarixdə Aynur: Yazma mənə, əsəb oluram. Mən sözümü demişəm. Mənimlə işin olmasın. İnan uje bezirəm. Vallah tam bitirmək üçün məcbur uşaqların müəllimini dəyişdirtmə mənə. Mehman: səs yazıları göndərilir. Aynur: Nifrət eləmirəm ki, sadəcə istəmirəm. Müəllime de qalsa yaxşı pisə görə yox, sadəcə sənin hərəkətin ləzət eləmir. Mehman: səs yazıları göndərilir. Aynur: Dirənmə. Mehman: Ağıllı ol. Mehman: Hardasan, neyniyirsən? Satıb gedərsən!! Aynur: Nəyi? Sənin pulunu sabah verəcəm Xızıya ancaq Fəridi istiyirəm yolluyum. Mehman: səs yazıları göndərilir. Aynur: nətər məsləhətdi. Yazma daha. Səndən demək idi, dedin vsyo. Mənim həyatıma qarışma xahiş edirəm. Normal dost tanış kimi qalaq. Düşmən olmağı sevmirəm. Mehman: Aynur sabah məşqdə sənə bir söz deyəcəm. Aynur: demə. Mən qapıdan qoyub gedəcəm. Mehman: Deyəcəm, necə yəni demə? Aynur: Uşaqları qapıdan götürəcəm. Mehman: Gözləyəcəksən. Mən gələnə kimi orda ol mətnli yazışmalar qeydə alınmışdır. (Cild 1, iş vərəqləri 235-251) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, diskdə olan videogörüntü Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən 19 nömrəli tam orta məktəbin idman zalındakı təhlükəsizlik kamerasının ilə çəkilmişdir. Videoda tarix olaraq xx.xx.2023-cü il, saat olaraq isə 14:57 göstərilir. Təqsirləndirilən şəxs “cüdo” idman növü üzrə təlimi başlamış, tələbələri idman ayaqqabılarını geyinir, bəziləri isə zalın qapısının qarşısında gözləyirlər. Təqsirləndirilən şəxs qara köynək və qara şalvardadır. Zərərçəkmiş Zərərçəkmiş şəxs ağ-qara köynəkdə və qara şalvarda, qardaşı Şahid13 isə ağ-yaşıl köynək və boz şalvardadır. Fərid və Şahid13lar həmin günü qaçış günü olmasına baxmayaraq qaçış ayaqqabılarını gətirmədikləri üçün Təqsirləndirilən şəxs onların anası Aynurə Məlikovaya zəng vuraraq uşaqlar üçün ayaqqabı gətirməsini söyləmiş və hal-hazırda da uşaqlar ayaqqabılarının gəlməsini gözləyirlər. Digər uşaqlar zaldan çölə çıxsalar da Ziyad və Zərərçəkmiş şəxslar Təqsirləndirilən şəxsla zalda gözləyirlər. Bu zaman Təqsirləndirilən şəxs qardaşı Şahid8 da zala daxil olur. Mehman Ziyad və Fəridlə əsəbi şəkildə söhbət edir. Daha sonra Fəridi yaxınına çağıraraq sol qulağından tutur. Ardınca sağ qulağından bir dəfə tutub çəkir və əsəbi şəkildə Fəridin köynəyini dartıb buraxır. Söhbətinə davam edərək yumruqla Fəridin sinəsindən vurub itələyir və əsəbi şəkildə “tatami” boyunca yeriməyə başlayır. Bu zaman digər uşaqlar da zala daxil olurlar. Uşaqlar hamısı zalın pəncə olan tərəfində bir cərgə düzülürlər, Təqsirləndirilən şəxs isə “tatami” boyunca aqressiv vəziyyətdə yeriməyə davam edir. Bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs zaldan çölə çıxış və əlində zənbillə geri qayadaraq zənbili “tatami”- nin üzərinə atır. Bundan sonra uşaqlar cərgədən dağılırlar, Fərid və Ziyad zənbilə doğru qaçaraq oradan ayaqqabıları götürüb, geyinirlər. Saat 15:23də uşaqlar hamısı qaçış üçün zaldan çölə çıxırlar. Uşaqların qaçdığı ərazidə müşahidə kamerası olmadığından, həmin hissənin video görüntüləri əks olunmamışdır. Saat 16:09da uşaqlar yenidən zala qayıdırlar. Təqsirləndirilən şəxs zala daxil olan kimi özündən arxada gələn Fəridi qolundan tutub zorla zala dartır və fənd tətbiq edərək zərblə döşəkçənin üzərinə yıxır. Baxışda iştirak edən X10 bildirdi ki, Təqsirləndirilən şəxs tətbiq etdiyi bu fənd “tayiataşi” yəni qabağa badalaq fəndi adlanır. Bu fəndi Zərərçəkmiş şəxs yaşda uşaqlara tətbiq etmək qadağandır. İlkin olaraq badalaq fəndinə hazırlıq qismində dönmə fəndi öyrədilir. Bununla belə hər bir halda tələbəni o qaydada atmaq qadağandır. Çünki tələbənin zədələnmə riski vardır. Təqsirləndirilən şəxs Fəridi döşəkçənin üzərinə yıxdıqdan sonra əsəbi şəkildə onun ayaqqabılarını çıxarıb qırağa tullayır və daha 6 dəfə eyni fəndi tətbiq edir. Hər dəfə fənd tətbiq etdikdə Zərərçəkmiş şəxs özü ayağa qalxır. Təqsirləndirilən şəxs döşəkçədən çıxaraq tərliklərini geyinmək istəyərkən yenidən geri qayıdır və əsəbi şəkildə Fəridin yaxasından tutub dartır. Ardınca dizi üstə çökərək Fəridə qarşı fənd tətbiq edib, onu döşəkçəyə çırpır. X10 bildirdi ki, Təqsirləndirilən şəxs bu fəndi “siyo-nagi” yəni çiyindən atmaqla badalaq fəndi adlanır. Həmin yaş kateqoriyasında olan uşaqlara qarşı bu fəndi tətbiq etmək də qadağandır. Təqsirləndirilən şəxs həmin fəndi ardıcıl olaraq 3 dəfə, sonra isə bir dəfə “tayi-ataşi” fəndini tətbiq edir. Bu zaman Fəridin qardaşı Şahid13 da döşəkçənin üzərinə gəlir. Mehman Ziyada qarşı 6 dəfə “tayi-ataşi” yəni qabağa badalaq fəndini tətbiq edir. X10 bildirdi ki, Təqsirləndirilən şəxs Ziyada qarşı fənd tətbiq edərkən ehtiyatlı davranır, belə ki, balaq verərəkən tələbinin başının yerə zərblə dəyməsinin qarşısını almaq üçün əli ilə onu sığortalayır, həmçinin döşəkçənin üzərinə yavaş çırpır. Bundan sonra digər tələbələr də döşəkçənin üzərinə çıxırlar. Təqsirləndirilən şəxs döşəkçənin üzərindən çıxaraq aralaşmaq istəyərkən yenidən geriyə Zərərçəkmiş şəxs üstünə gələrək gözlənilmədən ona fənd tətbiq edir. X10 bildirdi ki, Təqsirləndirilən şəxs töətbiq etdiyi bu fənd “aşibaray” yəni süpürgə fəndi adlanır. Təlim zamanı hazırlıqsız tələbəyə qarşı gözlənilmədən bu fəndi tətbiq etmək olmaz. Hazırki görüntüdən isə görünür ki, Təqsirləndirilən şəxs həmin fəndi gözlənilmədən tətbiq etdiyindən Zərərçəkmiş şəxs fəndi gözləmir və buna görə də zərblə yerə dəyir. Ardınca Təqsirləndirilən şəxs köynəyini çıxararaq Zərərçəkmiş şəxs bir dəfə də “tayi-ataşi” fəndi tətbiq edir. Zərərçəkmiş şəxs ayağa durduqda isə əli ilə onu geriyə itələyərək yerə yıxır. Ayağa duran Fəridə qarşı daha 6 dəfə gözlənilmədən “aşibaray” tətbiq edir. Daha sonra döşəkçədən çıxaraq öz otağına keçir. Köynəyini dəyişərək ağ rəng köynək geyinib yenidən döşəkçə üzərinə qayıdır. Qayıdan kimi dərhal Fəridə yaxınlaşır sinəsindən bir dəfə itələyir, Fəridin yıxılmadığını görüb şillə ilə üzündən vurub yerə yıxır. Fəridin ayağa qalxdığı görüb başı ilə Fəridin başından buraraq itələyir.Fərid yıxılmadığına görə yenidən gözlənilmədən “tayi-ataşi” fəndi tətbiq edir və öz otağına qayıdır. Sonra tumanla otağından çıxaraq zalda “şortik” geyinir. Bundan sonra tələbələri dairə şəklində döşəkçə ətrafında düzərək, fiziki təlim keçir. Lakin bu zaman Zərərçəkmiş şəxs saçından dartaraq mərkəzə doğru itələyir. Fiziki təlim bitdikdən sonra saat 16:27-də Təqsirləndirilən şəxs Fəridə qarşı yenə 3 dəfə “tayi-ataşi” tətbiq edir. Fəriddən sonra qardaşı Ziyada qarşı da 3 dəfə “tayi-ataşi” fəndini ehtiyyatla tətbiq edir. Ardınca yenidən Fəridin üzərinə gələrək 6 dəfə “tayi-ataşi”, 4 dəfə “aşibaray” fəndi tətbiq edir. Zərərçəkmiş şəxs ayağa qalxdıqdan sonra isə onunla əsəbi şəkildə söhbət etməyə, əli ilə itələməyə başlayır. Bir qədər söhbət etdikdən sonra Fəridi qucağına alıb, qucaqlamağa başlayır və döşəkçənin mərkəzinə gətirib daha 5 dəfə “tayi-ataşi”, 1 dəfə “ippon siya-nagi” fəndini tətbiq edir. X10 bildirdi ki, “ippon siyo-nagi” yəni dizdən oturub atma fəndi ibtidai hazırlıq qrupunda qadağandır. Zədə təhlükəsi yüksək olduğundan bu fənd heç vaxt öyrədilmir. Daha sonra Təqsirləndirilən şəxs zalın qapısını örtərək yenidən Fəridə yaxınlaşır və gözlənilmədən 5 dəfə “aşibaray” fəndi tətbiq edərək, əsəbi şəkildə söhbət etməyə başlayır. Söhbət əsnasında gözlənilmədən 2 dəfə “ippon siyo-nagi” fəndi tətbiq edir. Ardınca digər uşaqlara qarşı da bir neçə dəfə “tayi-ataşi” tətbiq edir. Lakin buna baxmayaraq yenidən Fəridə yaxınlaşıb 1 dəfə “aşibaray” tətbiq edir, Fərid ayağa durduqda isə dizi ilə onu itələyir və daha 2 dəfə “tayi-ataşi” tətbiq edir. Saat 16:33-də Təqsirləndirilən şəxs zaldan çölə çıxır və 16:40-da geri qayıdıb məşqin bitdiyini elan edir. Uşaqlar zaldakı idman avadanlıqlarını yığışdırmağa başlayırlar. Mehman isə Zərərçəkmiş şəxs yaxınlaşaraq köynəyindən tutub 8 dəfə “tayi-ataşi”, 2 dəfə “aşibaray” tətbiq edir. Məşqin bu vaxtına kimi tətbiq olunmuş bütün fəndlərdə Zərərçəkmiş şəxs ayağa qalxsa da sonuncu fəndlərdən sonra ayağa durmağa çətinlik çəkir və yerdə oturaqlı vəziyyətdə dayanır. Lakin Təqsirləndirilən şəxs buna məhəl qoymayaraq Fəridin köynəyindən dartaraq yenidən 1 dəfə “tayi-ataşi”, 1 dəfə isə “aşibaray” fəndi tətbiq edir. Zərərçəkmiş şəxs bufəndlərdən sonra yerdən qalxa bilmir və uzanıqlı vəziyyətdə qalır. Mehman isə yenə də buna məhəl qoymayaraq Fəridin köynəyindən tutub qaldırır və 2 dəfə “tayi-ataşi” fəndi tətbiq edir. Zərərçəkmiş şəxs yerdən qalxa bilməsə də Təqsirləndirilən şəxs əli ilə qalx işarəsi verdiyindən Fərid güclə ayağa qalxır. Lakin ayağa qalxdıqda müvazinətini çətinliklə saxlayır və başı arxaya doğru gedir. Fəridin bu vəziyyətinə də məhəl qoymayan Mehman onun yaxasından tutub 4 dəfə “tayi-ataşi” tətbiq edir. Daha sonra tələbələrə döşəkçə üzərində fırlanmağı izah edir və yenidən çətinliklə ayaq üstə duran Fəridin yanma gəlib ona daha 3 dəfə “tayi-ataşi” tətbiq edir. Fərid hərəkətsiz vəziyyətdə yerdə uzansa da, Mehman ona bu vəziyyətdə də 3 dəfə qollarından dartaraq “tayi-ataşi” tətbiq edir. Fərid ayağa qalxmaq istəsə də, arxası üstə yerə yıxılır. Bunu görən Mehman onun saçından dartaraq ayağa qaldırır və 1 dəfə “tayi-ataşi” tətbiq edir. Fəridin ayağa qalxmadığını görən Mehman onu saçından dartaraq ayaq üstə qaldırmağa çalışır. Bir qədər dikəltdikdən sonra “aşibaray” tətbiq edir. Yenə də saçından qaldıraraq “tayi-ataşi” tətbiq edir. Zərərçəkmiş şəxs ayağa qalxmaq istəsə də müvazinətini itirib yerə yıxılır. Təqsirləndirilən şəxs Fəridin yerə yıxıldığını görüb ayağa qalxması üçün təpiklə onu vurur. Daha sonra dizi üstə çökərək Fəridi qucaqlayır və hər iki çiynindən bir neçə dəfə dişləyir. Ardınca Fəridin şalvarını iylədikdə, Fəridin şalvarına işədiyini görür. Buna görə Fəridi paltar dəyişmə otağına göndərir, özü isə zaldan çölə çıxır. Zərərçəkmiş şəxs müvazinətini itirə-itirə paltar dəyişmə otağına gedir. 2 dəqiqə sonra Mehman zala daxil olaraq Zərərçəkmiş şəxs yanma paltar dəyişmə otağına keçir. Mehmandan 1 dəqiqə sonra saat 16:48-də Aynurə Məlikova zala daxil olur oradakı tələbələrdən Fəridin hara olmasını soruşur. Tələbələrə paltar dəyişmə otağını göstərdikdən sonra Aynurə oraya gedir. 2 dəqiqə sonra Aynurə Məlikova paltar dəyişmə otağından çıxır və idman zalım tərk edir. Onun ardınca Mehman və Fərid paltar dəyişmə otağından çıxırlar. Fərid ağ rəngli şalvar geyinmiş vəziyyətdədir. Mehman idman zalının qapısını bağlayıb Fəridə yaxınlaşır və 2 dəfə “ippon” “siyo-nagi” fəndi tətbiq edir. Daha sonra uşaqlarla oynamağa başlayır. Uşaqlarla oynadığı zaman Fəridə gözlənilmədən 2 dəfə “aşibaray” tətbiq edir. Ardınca həmin fəndi digər uşaqlara da tətbiq edir. Sonra Fəridin qolundan tutaraq 1 dəfə “ tayi-ataşi” tətbiq edir. Fərid ayağa qalxa bilmədiyi üçün saçından daha sonra köynəyindən tutub qaldıraraq daha 1 dəfə “tayi-ataşi” tətbiq edir. Fərid zorla müvazinətini düzəldib ayağa qalxır. Mehman ona yaxınlaşıb 1 dəfə “aşibaray” tətbiq edir. Bu fənddən sonra Fərid ayağa qalxa bilmir. Mehman ona yaxınlaşıb saçından havaya qaldırır və 1 dəfə “tayi-ataşi” tətbiq edir. Fərid güclə ayağa qalxır lakin Mehman yenə ona 1 dəfə “aşibaray” tətbiq edir. Ardınca isə digər uşaqlara da “tayi-ataşi” tətbiq edərək, zərblə yerə vurur. Fəridin qardaşı Ziyad həmin zərbədən sonra başını tutur, Mehman ona qarşı daha 1 dəfə “aşibaray” tətbiq edir və yerdən qalmasına imkan vermədən 2 dəfə “tayi-ataşi” tətbi edir. Bu zaman isə Fərid hələ də yerdən dura bilmir və bunu görən Mehman Fəridə yaxınlaşır. Fəridin saçından tutub havaya qaldıraraq, ayağından təpiklə vurub yerə yıxır. Daha sonra Fəridi tutaraq ayaq üstə durmağına çalışır, lakin Fərid müvazinətini itirib yerə yıxılır. Mehman buna əsəbiləşib Fəridin hər iki qulağından tutub havaya qaldırır və ayaq üstə durmağa məcbur edir. Lakin Fərid ayaq üstə dura bilməyib yerə yıxılır və Mehman digər uşaqlara fənd tətbiq etməyə başlayır. Yerdə uzanan Fəridi isə ayağı ilə itələyir. Ardınca yerdə taqətsiz vəziyyətdə uzanan Fəridin qolundan tutub 3 dəfə “tayi-ataşi” tətbiq edir. Sonra Fəridi qucağına alaraq yandakı sarı rəngli “tataminin” üzərinə gətirib uzadır. Fəridin ayaq üstə dura bilmədiyini görüb ona qarşı daha 1 dəfə “tayi-ataşi” tətbiq edir və digər uşaqlara məşqin bitdiyini, evə getmələrini deyir. Özü isə tataminin ətrafında dövrə vuraraq Fəridin yanına qayıdır və onu ayağı ilə tərpədərək ayağa durmasını söyləyir. Bu zaman Fəridin anası Aynurə Məlikova da idman zalının qapısından dayanıb Mehmana baxır. İçəri girmək istədikdə isə Mehman əliylə işarə edərək onu geri qaytarır. Aynurənin getmək istəmədiyini görən Mehman əsəbi şəkildə çölə çıxmasını tələb edir. Bundan sonra Aynurə zaldan çölə çıxır. Mehman da Fəridi qucağına alaraq çölə çıxır. 1 dəqiqə sonra isə Mehamn Fəridi qucağında tutaraq Aynurə ilə birlikdə zala qayıdırlar. Mehman Fəridi döşəkçə üzərində ayaq üstə buraxır, lakin Fərid müvazinətini itirib yerə yıxılır. Mehman Fəridin köynəyini çıxardır. Aynurə isə həyəcanlı şəkildə yerdə oturur. Mehman Aynurəni sakitləşdirməyə çalışır. Ardınca Aynurə uşaqlarının paltarlarını yığışdırır və onlar idman zalını tərk edirlər. (Cild 2, iş vərəqləri 1-5) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “MTE və PA Birliyi” Publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin 02 may 2023-cü il tarixli, 56 saylı məhkəmə-tibb ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs Revas oğlunun meyitinin bədəni üzərində aşağıdaki xəsarətlər aşkar edildi: Başın küt travması. Baş beyinə qansızma. Sol və sağ bazunun yuxarı 1/3-nin bayır səthlərinin, sol və sağ qulaq seyvanını bütülüklə əhatə edən, sol budun orta 1/3-nin ön səthində iki ədəd, sağ budun orta 1/3-nin ön səthinin iki ədəd qançırları. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdirlər, həyatidirlər, törənmə müddətinə görə - Başın küt travması. Baş beyinə qansızma. Sol və sağ bazunun yuxarı 1/3-nin bayır səthlərinin, sol və sağ qulaq seyvanını bütülüklə əhatə edən qançırları meyitin müayinəsindən 2-4 saat əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə ekspertizaya təqdim olunmuş videodaki şəraitdə, yəni qalınlığı 5 sm olan idman döşəkçəsinin üzərinə başının dəfələrlə zərblə dəyməsi nəticəsində, digər xəsarətlər yəni - sol budun orta 1/3-nin ön səthində iki ədəd, sağ budun orta 1/3-nin ön səthinin iki ədəd qançırları isə meyitin müayinəsindən 5-7 gün əvvəl əmələ gələ bilərdi, dərəcəsinə görə - başın küt travması, baş beyinə qansızma adətən canlı şəxslərdə yetirilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın, digər xəsarətləri yəni - Sol və sağ bazunun yuxarı 1/3-nin bayır səthlərinin, sol və sağ qulaq seyvanını bütülüklə əhatə edən, sol budun orta 1/3-nin ön səthində iki ədəd qançırları isə adətən canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Zərərçəkmiş şəxs Revas oğlunun ölümünə səbəb başın küt travması nəticəsində baş beyinə qansızma olmuşdur. İlkin meyit əlamətlərinə əsasən ölüm meyitin müayinəsindən 2-4 saat əvvəl baş vermişdir. (Cild 2, iş vərəqləri 29-38) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin 06 iyul 2023-cü il tarixli 2718 saylı komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs oğlunda hərhansı psixi xəstlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl zamanı hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM- nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgilərinə xas olan qıcığa qarşı həssaslıq, hövsələsizlik, inadkarlıq, tez özündən çıxmaq, eqosentrizm, kinlilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman psixiemosional sferasında hirslilik yaranmışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən keçirdiyi emosional halın yaranması yaranması situasiya ilə sərtləşmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. (Cild 2, iş vərəqləri 111- 115) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsin ambulator məcburinarkoloji tibbi yoxlama haqqında 21.07,2023-cü il tarixli 4644 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərdən və opioidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 2, iş vərəqləri 116-118) Cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilən xx.xx.2023-cü il tarixli, A/640 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ekspress test üsulu ilə sidik analizi götürülmüş və onda marixuana və opioidlərin qəbulu aşkar edilmişdir. (Cild 1, iş vərəq 39) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ tərəfindən verilmiş məhkumluğun yoxlanılmasına dair tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir məhkumluğu müəyyən edilməmişdir. (cild 2, iş vərəqləri 85-86) Təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi ilə bağlı məsələlərinin təhlilindən öncə, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarına istinad edərək qeyd edir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Təqsirləndirilən şəxsin əməlinə münasibətdə ittiham tərəfinin gəldiyi nəticə ilə müdafiə tərəfinin iddia etdiyi nəticə arasında əsas fərq təsirləndirilən şəxsin hərəkətlərinin zərərçəkmiş şəxsin ölümünə münasibətdə qəsdən və ya ehtiyyatsızlıqdan törədilməsi ilə bağlı fikir ayrılığına yönəlmişdir. Məhkəmə təsirləndirilən şəxsə verilmiş ittihamı təhlil edərək qeyd edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllər ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmiş, həmin əməllər qəsdən törədilmiş, Təqsirləndirilən şəxs məhz xüsusi amansızlıqla, aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmüşdür. Məhkəmə bu qənaətə gələrkən Təqsirləndirilən şəxs tərəfindən onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olan azyaşlı Zərərçəkmiş şəxs xüsusi amansızlıqla dəfələrlə (57 və 23 dəfə olmaqla cəmi 80 dəfə) yerə çırpmasını, bununla da ona idman fndlərinin öyrədilməsi ilə bağlı olmayan, özündə xüsusi rəhimsizlik ehtiva edən (halsız vəziyyətdə olan azyaşlının saçından və qulaqlarından tutub qaldırması və yenidən yerə çırpması, təpiklə vurması) hərəkətlərin edilməsini, eləcə də etdiyi hərəkətlərin üsulunu, intensivliyini, sayını və qəddarlığını nəzərə alır. Məhkəmənin qənaətinə görə zərərçəkmiş Zərərçəkmiş şəxs anası X8 Xəlilovla sevgi münasibətlərinə son qoyması onda qisas almaq niyyəti yaratmış və hadisə günü Zərərçəkmiş şəxs idman zalında görən Təqsirləndirilən şəxs onu qəflətən baş vermiş dolayı qəsdlə öldürmüşdür. Məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ardıcıl, xüsusi qəddarlıq və rəhimsizlik nümayiş etdirməklə yetirdiyi çox saylı zərbələrlə (yerə çırpmaqla) azyaşlının qəsdən öldürülməsi kimi nəticə verə biləcək öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, bunları arzu etməsədə, belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Məhkəmənin qənaətinə əsasən Təqsirləndirilən şəxs qəflətən baş vermiş qəsdlə azyaşlı zərərçəkmişə fizioloji hal olaraq ölümdən ibarət geriyədönməz proseslərin başlanılmasına yönəlmiş xəsarətləri yetirməsi və yalnız bundan sonra azyaşlı Zərərçəkmiş şəxs öldürülməsinə görə məsuliyyətə cəlb olunacağının dərk edərək ona tibbi yardımın göstərilməsinə və digər hərəkətlərin edilməsinə cəhd etməsi ehtiyyatsızlıqdan törədilən əməl kimi qiymətləndirilə bilməz və bu xüsusatlar dolayı qəsdlə qəsdən adam öldürmənin aşkar təzahürü kimi qiymətləndirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 25.3-cü maddəsinə əsasən Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Məhkəmə bu qənaətə gələrkən “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarı ilə müəyyən edilmiş tövsiyyələri də əsas götürür. Belə ki, Plenum Qərarının 2 və 3-cü bəndlərinə əsasən qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bilər. Qəsdən adam öldürməni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmadan fərqləndirmək lazımdır. Nəzərə almaq lazımdır ki, qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəldiyi halda, Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan əməldə ölümün baş verməsinə münasibəti ehtiyatsızlıqda ifadə olunur. Burada təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrum etməməsi, ona idman fəndlərini öyrətmək niyyətinin olması, ehtiyyatsızlıq və təsadüf nəticəsində azyaşlının ölümünün baş verməsi ilə bağlı məhkəmədə verdiyi ifadəsində göstərdiyi xüsusatları və gətirdiyi dəlilləri onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmaqla məsuliyyətini yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, onun ittiham olunduğu cinayət əməlini törətməsini tam sübuta yetirilmiş hesab etməklə belə nəticəyə gəlir ki, bu dəlillər yuxarıda göstərilən sübutlarla, yəni cinayət işinin materialları, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə iş üzrə toplanmış digər sübutların məcmusu və işin faktiki halları ilə təkzib olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Beləliklə məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin qəsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərinə görə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü gəlib polisə təslim olmuşdur. (cild 1, iş vərəqi 4) Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikası CM-nin 59.1.10-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.3-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Ona görə də məhkəmə istintaq orqanın gəldiyi nəticəni, yəni təqsirləndirilən şəxsin cinayəti aşkar surətdə azyaşlı şəxsə qarşı törətməsini Cinayət Məcəlləsinin 61.1.7-ci maddəsinə əsasən onu cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmasını əsassız hesab edərək, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinin tələbinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarından görünür ki, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs 29 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sumqayıt şəhər məhkəməsinin 01 may 2023-cü il tarixli qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan hesablanmışdır. Məhkəmə icraatı zamanı təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. (Cild 1, iş vərəqləri 71-73) Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.4.8-ci maddəsinə əsasən ibtidai həbs müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müddətinin başlanğıcı onun könüllü olaraq hüquq-mühafizə orqanlarına gəlib təslim olduğu və faktiki azadlığının məhdudlaşdırıldığı 29 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə uyğun olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə həmçinin təqsirləndirilən şəxs barəsində narkomaniyadan müalicə məqsədi ilə bağlı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə zərurət olmadığını qeyd edir. Belə ki, müvafiq ekspert rəyində onun yalnız ərazi narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülmüşdür. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verilməsini zəruri hesab edərək qeyd edir ki, iş üzrə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon onun yaxın qohumlarından birinə qaytarılmalıdır. Cinayət işinin materiallarında olan 02 ədəd disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə qeyd edri ki, iş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxsin qohumları tərəfindən onun hüquqlarının müdafiəsi üçün müdafiəçilər ilə müqavilə bağlandığından, müdafiəçinin hüquqi yardımı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» 12 dekabr 2002-ci il tarixli, «Məhkəmə hökmü haqqında» xx.xx.2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx.xx.2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» xx.xx.2006-cı il tarixli, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-347, 349, 351-354, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 19 (on doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 29 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub Sumqayıt şəhər prokurorluğunda saxlanılan “Samsung” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarından birinə qaytarılsın. Cinayət işinin materiallarında olan 02 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu, isə Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Sumqayıt Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar